Məhkəmə qərarları › İş №1(101)-185/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-185/2024

23.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-185/2024 23.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X3 və X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Şərur MTK-2, ev14, mənzil 53 yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni əldə etmə, saxlama, daşıma və satma niyyəti ilə şəxsiyyəti məlum olmayan “Mustafa” adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə müəyyən edilməsi mümkün olmayan mənbədən məlum olmayan vaxtda əldə edərək müəyyən olunmayan qaydada Abşeron rayonu, Mehdiabad qəsəbəsində, mərkəz yolun kənarında, reklam lövhəsinin dibindən, təmiz çəkisi 56,720 qram təşkil edən külli miqdarda ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, üzərində “Methadone 40” əmtəə göstəriciləri olan konvalyutlarda içərisində yazı əlavəli, açıq qəhvəyi rəngli, dairəvi formalı, təsiredici maddəsinin ümumi miqdarı 1 qram təşkil edən ümumilikdə 25 ədəd metadon tərkibli narkotik vasitə hesab olunan dərman preparatı həblərini, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olunan 01 ədəd “Preqabalin Krka 300 mq” əmtəə göstəriciləri olan konvalyutun içərisində preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 4,2 qram təşkil edən preqabalin tərkibli 14 ədəd ağqəhvəyi rəngli dərman preparatı kapsullarını 2022-ci ilin oktyabr ayının ortalarında həmin yerdən götürüb istintaqa məlum olmayan ayrı-ayrı şəxslərə satıb əldə olunmuş gəlirin bir hissəsini özünə götürmək şərti ilə üzərində saxlamaqla daşıyıb əvvəlcə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Şərur MTK-2, ev 14, mənzil 53 nömrəli, daha sonra isə yaxın münasibətləri olduğu Şahid3 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 ünvanlara daşıyaraq həmin mənzilin qonaq otağında yerləşən divanın arxa hissəsində Şahid3 xəbərsiz gizlətməklə saxlamış, 25 oktyabr 2022-ci il tarixdə saat 16 radələrində qanunsuz olaraq əldə etdiyi psixotrop maddə hesab edilən metamfetaminin külli miqdar təşkil edən 6,830 qram hissəsini ayrıca bükümdə ayırıb əynindəki boz rəngli cins şalvarın sağ yan cibinə qoyaraq Şahid3 məxsus mənzildən çıxıb piyada hərəkətdə olarkən həmin günü saat 16:45 dəqiqədə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq Baş İdarənin inzibati binasına aparılmış, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə, təmiz çəkisi 6,830 qram təşkil edən külli miqdarda ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüş, daha sonra keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin tarixdə saat 21:00 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi, “Melissa Park” yaşayış kompleksi, 49 B nömrəli binanının, 202 A nömrəli mənzilinə baxış keçirilərkən mənzilin qonaq otağındakı göy rəngli divanın arxa hissəsindən 01 ədəd qara rəngli əl çantasının içərisindən 01 ədəd bükümdə, təmiz çəkisi 49,890 qram olan külli miqdarda ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, üzərində “Methadone 40” əmtəə göstəriciləri olan konvalyutlarda içərisində yazı əlavəli, açıq qəhvəyi rəngli, dairəvi formalı, təsiredici maddəsinin ümumi miqdarı 1 qram təşkil edən ümumilikdə 25 ədəd metadon tərkibli narkotik vasitə hesab olunan dərman preparatı həbləri, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olunan 01 ədəd “Preqabalin Krka 300 mq” əmtəə göstəriciləri olan konvalyutun içərisində preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 4,2 qram təşkil edən preqabalin tərkibli 14 ədəd ağqəhvəyi rəngli dərman preparatı kapsulları və üzərində metamfetamin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə günü evdə tək olmuş, su kartına pul vurmaq üçün aşağı düşmüş, sonra evə qayıtdıqda 4 nəfər şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmiş və üzərində nə olduğunu soruşmuşlar, həmin vaxt əynində olan şortikin cibində 1 qram metamfetamin olmuşdur; könüllü şəkildə həmin narkotik vasitəni polis əməkdaşlarına vermiş, bundan sonra polislər evə qalxmalı olduqlarını bildirmiş, o da etiraz etməmişdir. Evdə heç nə olmamışdır. Polis əməkdaşları da heç nə tapa bilməmişlər. Esmira evdə olmamışdır. Evdə olan qara koşelyokunun içinə 2 list metadon, 1 list lirika, bir bükümdə metamfetamin qoymuşlar və onu Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Narkotiklərlə Mübarizə İdarəsində bu qədər çəkini boynuna götürməsini tələb etmişlər, o, 1 qram metamfetamin ilə tutulduğu üçün həmin bir qramla rəsmiləşdirilməsini tələb etmişdir. Polis əməkdaşları ona psixi təzyiq edərək boynuna götürməyəcəyi təqdirdə Esmiranı da tutacaqları ilə hədə-qorxu gəlmişlər. O da məcbur olub etirafedici sənədlərə imza etmişdir. Sonra «Melissa Parkın» qarajına getmişlər. Evə qalxdıqda Esmira evdə olmuşdur. Esmiradan evə baxmağa razılıq veribvermədiyini soruşmuş, Esmira da razılaşmışdır. Evi axtarmağa başlamışlar. Koşelyoku divanın arxasına qoymuşdular, guya o evin içində divanın arxasında koşelyok gizlətmişdir. Videoçəkilişlə həmin yeri göstərmiş, açıb özünə məxsus olduğunu bildirmişdir. Sonra təkrarən onu polis idarəsinə aparmışlar. İbtidai istintaq zamanı polislər necə deyibsə elə də ifadə vermişdir. O polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmamışdır. Mustafa adlı iranlı şəxsi tanımır. Üzərində olan 1 qram metamfetamini Yasamal rayonunda tanımadığı şəxsdən almışdır. Heç kəsə narkotik vasitə satmamış və narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxşı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsində 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 25 oktyabr 2022-ci il tarixdə saat 16:45 radələrində yaşadığı evin yaxınlığında Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ona yaxınlaşan zaman, üzərində özünün istifadə etməsi üçün saxladığı 1 qram patı, yəni metamfetamini onlara təqdim etmişdir. Bundan başqa, üzərində, həmçinin tanışı Şahid3 yaşadığı mənzildə və ümumiyyətlə heç bir yerdə qanunla dövriyyəsi qadağan olunmuş narkotik vasitə, psixotrop maddə və digər narkotik tərkibli maddələr saxlamır. Bu da hesab edir ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin tərkibini yaradır. Yəni, özünü Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilir. Lirika, yəni, narkotik vasitələr, psixotrop və güclü təsir edən maddələrdən istifadə edir. Təxminən iki ildir ki, sosial şəbəkələrin birində Şahid3 ilə tanış olmuş və ünsiyyətləri yaranmağa başlamışdır. Həmin müddətdən bu vaxtacan Şahid3 ilə mütəmadi olaraq əlaqə saxlayır, görüşür, sonuncunun yaşadığı, Bakı şəhəri, Yasamal rayonu, ünvan 4 ünvana gedib-gəlir, bəzi vaxtlarda da Şahid3 ilə həmin ünvanda birlikdə qalır. O, göstərmişdir ki, Azərbaycan Respublikası DİNin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ona qarşı haqsızlıq edilmişdir. Yəni, özünə aid olmayan narkotik vasitə və psixotrop maddələr üzərinə və əl çantasına qoyularaq ona aid olduğunu deməsi bildirilmişlər. Belə ki, 25 oktyabr 2022-ci il tarixdə saat 16:45 radələrində yaşadığı mənzilin yaxınlığında ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirən bir neçə mülki geyimli şəxslər özlərinə məxsus avtomobilə əyləşməsini bildirmiş, etiraz etməyərək hazırda markasını xatırlamadığı avtomobilin arxa oturacağında əyləşmiş və özünə məxsus, üzərində saxlayıb daşıdığı bir qram psixotrop maddə olan, “patı” kimi adlanan maddəni əynində olan şalvarın cibindən çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Sonra özlərini DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edən həmin polis əməkdaşları, onlarla birlikdə yaşadığı mənzilə qalxmağı təklif etmiş və etiraz etməyərək birlikdə sözügedən mənzilə qalxmışdır. Bundan sonra mənzildə polis əməkdaşları ona aid əl çantasının içərisinə narkotik vasitə və psixotrop maddə əlavə etmiş, daha sonra həmin polis əməkdaşları ilə birlikdə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına getmişdir. Orada dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra müdafiəçinin iştirakı ilə üzərində qanunla qadağan olunmuş əşya, narkotik vasitə, psixotrop maddə və sair nəsə varsa təqdim etməsi təklif olunmuşdur. Həmin vaxtı əynində olan qara rəngli uzunqol dəri gödəkçənin sağ iç cibindən 01 ədəd üzərində (055) ***-**-** saylı mobil telefon nömrə olan tünd göy rəngli “İphone 13” markalı mobil telefonu, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan 01 ədəd bükümü, həmçinin əynində olan boz rəngli cins şalvarın sol yan cibindən müxtəlif banklara məxsus, müxtəlif seriya nömrəli bank kartlarını, tanışı Şahid3 yaşadığı yuxarıda bildirdiyi ünvandakı mənzilin giriş qapısının 3 ədəd açarlarını və özünə məxsus şəxsiyyət vəsiqəsini çıxarıb otaqda olan masanın üzərinə qoymaqla təqdim etmişdir. Bütün bu proseslər əvvəlcədən xəbərdarlıq edilməklə video çəkiliş ilə qeydə alınmışdır. Lakin, video çəkiliş zamanı dediklərini, üzərindən çıxan narkotik vasitənin hamısının özünə aid olmasını, narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması, bundan başqa, tanışı Şahid3 ilə birlikdə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, ünvan 4 ünvanda əlavə olaraq özünə məxsus narkotik vasitələrin, psixotrop maddələrin və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin olmasını deməsinə səbəb, həmin vaxt baş vermiş prosesin həyacanının və şokunun təsiri altında olması, bundan başqa, birlikdə yaşadığı tanışı Şahid3 da onunla birlikdə həbs olunacağına aid əməkdaşların etdiyi təkidlər və digər səbəblər olmuşdur. Bütün bunların sayəsində inzibti binada könüllü olaraq etirafedici izahat vermiş, üzərindən aşkar olunan qanunla dövriyyəsi qadağan olunmuş maddələrin özünə məxsus olduğunu etiraf etmiş, bundan başqa yaşadığı mənzildə əlavə olaraq qadağan olunmuş predmetlərin olduğunu bildirib könüllü olaraq hər bir məsələyə razılıq vermişdir. Lakin, sadəcə olaraq özünə məxsus bir qram patı, yəni, metamfetamin olmuşdur. Bundan başqa aşkar olunanların heç biri ona aid deyil, ona məxsus deyil. Həmin vaxtı həyəcanlı olduğundan, birlikdə yaşadığı Şahid3 da polis əməkdaşları tərəfindən həbs olunacağından narahat olduğundan könüllü olaraq hər bir məsələyə razılıq verib istər çəkiliş zamanı, istər izahatının alınması zamanı, istərsə də digər sənədləşmə prosesləri zamanı hər hansısa bir etiraz etməyib, hər hansısa bir narazılığını bildirməmiş, qeyd etdiklərinə görə deyilən hər bir məsələ ilə könüllü razı olmuşdur. Hazırda müdafiəçisi Müdafiəçi1 dediklərini təsdiq edir və bildirir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə etsə də, qanunla dövriyyəsi qadağan edilmiş maddələrin satışı ilə məşğul olmur. Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarına təqdim etdiyi 1 qram psixotrop maddə olan metamfetamini hazırda xatırlamadığı yerdən tapmış və özünün istifadə etməsi üçün üzərində saxlamışdır. Özünə məxsus mobil telefona baxış keçirilərkən mobil telefonun ismarıc qutusunda aşkar edilmiş +994 99 738 78 88 mobil nömrədən “Mene yix srocni torpax lazimdi 3 dene ye 5 dene” məzmunlu, +**********06 mobil nömrədən “Nahid p gotureyde” məzmunlu ismarıclar, mobil telefonda olan WhatsApp tətbiqetməsinə baxış keçirilərkən müəyyən edilmiş +**********06 mobil nömrədən “X11 Qaqaw 15 X13 Ressepi Gedim alim Bu gun qutardi”, “Qardaşım 20 Vurum verde Resaeep Mene”, +**********13 mobil nömrəyə “Kimsen X6p quru Exı”, “Qardawım senin Bawıva donum Onu 30 dan hesablada hamısın sen ol Sen bıdene denen Men necedene ıstırsen axı men sencun Artg qoydurucamda Qaqaw seni qabag salıcam sen ol Dırem ayıb olar”, “Karti at man sani hartarafli ag guna cixaracam İnsallah”, “**********260290”, həmin nömrədən “Brat alınır deyır quru maldı qoz kımıdo dır 25 verır men yetım senen necye deyım axı”, “A5 danasin ona veriram yerda galan manimdi xos olsa bundan sorakilari danısarigda”, Karti atirsan”, Rufet 222 adlı istifadəçidən “Naid bunnan xeber çixdiye nece eliyey Qrami 30 dan”, “He brat gotur biraza elbel verimde qardawim ele yerdeyem ki cixib atamiram abi götur ama mutleq”, “Yeslı wto preqabalın olsa goturum alısaa olmasa ?? He yox”, “Valakardindiye o abi”, “300 Duy Olsa alım ?? ”, “Onun bawın burax abi”, “he abi al ama alisa olsa agdan zor olardi”, “Hee bilirem Olardı”, “He mende onnan istirem”, “Olsa onnan alacaö”, +**********19 mobil nömrədən “Nahod gor ne deyirem qaqash 2 list alisa varsa 1 g 0,3 pati deyisey He qaqa ? Cvb ver bilim de”, +**********40 mobil nömrədən “Qardaş qoy bir dənə uşağa zad elərəm, hə, qoy görüm nə deyir, ataram baxar, cavab çıxsa səə deyərəm qardaş”, “Salam qardaw” “Aleykum salam qardaw patı atarsan bu gun ?”, “Qardaş nəmənə lazımdı de görüm, de, mən yoluna qoyaram, “Uşaqlardan mal götürən var axşam qəşəng daş, torpaq var, düzgün daş, torpaq, problemsiz”, “Daw lazımdı”, “Nahid, daş nə qədər ?”, “10 dənə”, “Yaxşı Nahid, 10 dənəni tək atmayacaqlar, qoy görüm burda uşaqlardan kim əmanət götürəcək, bu dəqiqə 10 dənə, 15 dənəni heç kim atmır”, +**********22 mobil nömrə ilə “Eki yoxdu hazır Coco var”, “Dilxorelemede qoydurda sen canı Ekı”, “Coco nubele dedin”, “Yarıdı coco ? B” “1”, “Pul”, “380” mövzuda mesajları kimlərə yazdığını, həmçinin kimlər tərəfindən ona göndərildiyini xatırlamır, mesaj yazdığı və ona mesaj göndərən şəxsləri tanımır, onların anket məlumatlarını bilmir. Bundan başqa, mobil telefonun daxil olan və çıxan zənglər siyahısında müəyyən edilmişdir “Anya patı (***-***-**-**)”, “Aptek Elyo (***- ***-**-**)” və digər müxtəlif telefon nömrələrinin istifadəçilərini tanımır, xatırlamır, həmin şəxslərin anket məlumatlarını bilmir. Həmçinin, mobil telefonunun fotoşəkillər olan bölməsində müəyyən edilmiş 14 oktyabr 2022-ci il tarixdə çəkilmiş fotoşəkildə “Alooo”, “Gelirsen”, “P goturaa ama yarı”, “300duydu”, “Sen ol”, “Yoxdu o qeder brat”, “Onda bawın burax gel sene bidene verim at”, 16 oktyabr 2022-ci il tarixdə çəkilmiş fotoşəkildə elektron tərəzi və tərəzinin üzərində narkotik vasitə yaxud psixotrop maddəyə bənzər 05 (beş) ədəd büküm olması, həmin bükümlərin ümumi çəkisinin 6,73 qram olması, 21 oktyabr 2022-ci il tarixdə çəkilmiş videogörüntüdə sellofan parçasının üzərində narkotik vasitə yaxud psixotrop maddəyə bənzər “şüşə, kristallik” formalı maddə olduğu, həmçinin dəman həbləri olan listlər, 22 oktyabr 2022-ci il tarixdə çəkilmiş fotoşəkillərdə “Qardawım bele gelib meni goturub gede bileruh 28 alım sencun ama 150 preqabalin 300 preqabalin olacag”, “Bele uwag var onda alisa var ama 30 verir”, “Yoxdu aptekde alisa”, “Alisa varda uwagda 30 manata verir qardawım” mövzuda mesajlar, 23 oktyabr 2022-ci il tarixdə çəkilmiş videogörüntüdə narkotik vasitə yaxud psixotrop maddəyə bənzər maddə, 24 oktyabr 2022-ci il tarixdə narkotik tərkibli olması ehtimal edilən dərman həbləri olan list kimi fotoşəkil və videogörüntülərin mobil telefonunda nə vaxt və hansı şəraitdə qeydə alınmasını xatırlamır, ola bilsin ki, həmin vaxtlarda lirika təsiri altında olmuş və ona görə də baş verənləri xatırlamır. 25 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı, həmçinin, tanışı Şahid3 Güalı qızının yaşadığı mənzilə keçirilmiş baxış zamanı müxtəlif şəxslərə məxsus bank kartları və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülməsi barədə bildirmişdir ki, həmin elektron tərəzi, qanunla dövriyyəsi qadağan olunmuş maddələrin Şahid3 yaşadığı evdə olması barədə məlumatı yoxdur, elektron tərəzi, həmçinin digər qanunla dövriyyəsi qadağan olunmuş maddələr ona məxsus deyildir. Aşkar olunmuş bank kartlarının kimlərə məxsus olmasını, ona hansı şəraitdə gəlib çıxmasını xatırlamır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 22 oktyabr 2022-ci ildə əməliyyat tədbiri keçirilmişdir. Tədbir nəticəsində Təqsirləndirilən şəxs Baş İdarəyə aparmış, üzərindən 1 büküm aşkar edilmişdir. Daha sonra Melissa Parkdakı evinə baxış keçirilmiş və oradan həblər aşkar edilmişdir. Təqsirləndirilən şəxs evdə də narkotik vasitənin olduğunu söyləmişdir. Təqsirləndirilən şəxs təzyiqə məruz qalmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrdən özü istifadə etdiyini, “zakladka” yolu ilə əldə etdiyini bildirmişdir. Həmçinin ondan 9 ədəd bank kartı aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxsi Həsən bəy Zərdabi küçəsində Melissa Park yaşayış kompleksinin yanında saxlamışlar. Narkotik vasitə təqsirləndirilən şəxsin üzərindən video çəkilişlə aşkar edilmişdir. Şəxsin üzərinə axtarış Baş İdarədə aparılmışdır. Baş İdarədə şəxsi axtarış aparılmış, həmin vaxt Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuşdur. Təqsirləndirilən şəxs əvvəllər heç vaxt idarəyə gətirilməmişdir. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı formada psixi, fiziki təsir və təzyiq göstərilməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilİ Şahid2 ifadəsində göstərmişdir ki, təqsirlindirilən şəxs Təqsirləndirilən şəxs barədə əməliyyat məlumatı ona daxil olmuşdur. Təqsirləndirilən şəxs saxlayıb Baş idarəyə aparmışlar, orada üzərində axtarış aparılarkən narkotik vasitə aşkar edilmişdir. Sonra Təqsirləndirilən şəxs yaşadığı evinə getmiş və axtarış zamanı evdən də narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitəni iranlı Mustafadan aldığını etiraf etmişdir. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı formada psixi, fiziki təsir və təzyiq göstərilməmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxslə 2 ilə yaxın yaxın münasibətdə olmuşlar. Onun evinin açarı Nahiddə var idi. Hadisədən bir gün əvvəl, yəni 24 oktyabr tarixində gecə saat 12 radələrində evə gəlmişdir. Təqsirləndirilən şəxs evdə olmamışdır. 25 oktyabr 2022-ci il tarixdə günortayadək evdə tək olmuşdur, hadisə günü təxminən günorta saat 12-1 radələrində isə evdən çıxaraq salona getmişdir. 3-4 saat sonra təxminən saat 4-5 radələrində evə qayıtmış, yenə də evdə heç kəs olmamış o da yatmışdır. Axşam saat 9 radələrində qapı döyülmüş, o yuxudan oyanaraq qapını açmış, Nahid və polis əməkdaşları içəri daxil olmuşlar. Nahid divanın arxasından çanta götürmüşdür, çantadan nə çıxdığını isə o bilməmişdir. Hadisə təxminən saat 5-də olmuşdur. Evə nəçə nəfər gəldiyini xatırlamır.Onlar özlərini polis əməkdaları kimi təqdim etmişlər.Evdə videoçəkiliş aparılmışdır. Heç kim onu nəyəsə məcbur etməyib, bütüb sənədləri özü imzalamışdır. Nahid onunla olduğu müddətdə qanunsuz vasitələrdən istifadə etməmişdir və ya kimdənsə pul almasını görməmişdir. Nahidə qarşı heç bir təzyiq olmamışdır. Hadisədən 2 gün əvvəl Nahidi görmüşdür. Sonuncu dəfə Nahidi 23 oktyabr 2022-ci ildə evdə görmüşdür. Həmin çanta həmişə Nahidin əlində olmuşdur. Çanta Nahidə məxsusdur. Lakin çantanı nə vaxt evə gətirib qoyduğunu bilmir. Polis əməkdaşları evə daxil olduqda ondan razılıq almışlar. Polislərin əlində çanta görməmişdir. Polis əməkdaşları evdə qeyri-qanuni nəsə olubolmadığını soruşduqda, Nahid də həmin çantanı götürüb onlara təqdim etmişdir. Çantanın içərisindən narkotik vasitə çıxmışdır. Narkotik vasitə barədə həmin vaxt Nahid heçnə demədi. Nahidə və ona qarşı heç kim təsir və ya təzyiq etməmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, məhkəmədə elan olunaraq tədqiq edilmiş cinayət işinin materiallarından görünür. Şübhəli şəxsin tutulması haqqında 25 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 22); Şəxsi axtarış və götürmə, evə baxış və götürmə aparılması haqqında 25 oktyabr 2022-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins salvarın sağ yan cibindən 01 ədəd bükümdə, həmçinin Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 5 ünvanındakı Şahid3 yaşadığı mənzilə keçirilən baxış zamanı həmin mənzilin qonaq otağındakı göy rəngli divanın arxasından, Təqsirləndirilən şəxs məxsus 01 ədəd qara rəngli əl çantasının içərisindən 01 ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddə, 25 ədəd metadon tərkibli dərman preparatı həbləri, 14 ədəd preqabalin tərkibli dərman preparatı kapsulları və 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. (cild 1, iş vərəqi 31-33, 38-39); Məhkəmə-kimyəvi ekspertizasının 26 oktyabr 2022-ci il tarixli 6/6192 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki: -tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 7” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə; Təqsirləndirilən şəxs – imza; Qablaşdırdı: V.Həsənquliyev – imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki üzərində 01 ədəd bükümdəki təmiz çəkisi – 6,830 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. -tədqiqata təqdim edilmiş, üzərində “...Esmira Paşayvanın yaşadığı ünvandan aşkar edilmiş Təqsirləndirilən şəxs məxsus həblər və tərəzi; Təqsirləndirilən şəxs – imza; müdafiəçi – imza; V.Həsənquliyev – imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd polietilen bağlamanın içərisində qara rəngli əl çantasında olan üzərində “Methadone 40” əmtəə göstəriciləri olan konvalyutlarda içərisində ümumilikdə 25 ədəd yazı əlavəli açıq qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır və 25 ədəd həbin təsiredici maddəsinin ümumi miqdarı – 1 qramdır; 01 ədəd “Preqabalin Krka 300 mq” əmtəə göstəriciləri olan konvalyutun içərisində ümumilikdə 14 ədəd ağ-qəhvəyi rəngli kapsullar preqabalin tərkibli dərman preparatıdır və 14 ədəd ağ-qəhvəyi rəngli kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı - 4,2 qramdır; 01 ədəd bükümdəki təmiz çəkisi – 49,890 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 01 ədəd elektron tərəzinin üzərində metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün metamfetaminin çəkisini və bükümlərdəki metamfetaminlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. -tədqiqata təqdim edilmiş, metamfetaminlər xarici əlamətlərinə və tərkibindəki kimyəvikomponentlərinə görə eyni olub, ümumi təmiz çəkisi - 56,720 qramdır. -metadon – adlı dərman preparatı «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in İİ siyahısına daxildir. -preqabalin – 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”-na daxildir. -metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbacan Respublikasının qanunu ilə təstiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildirlər (cild 1, iş vərəqi 46-50). Yasamal Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (ay) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 100-102). Məhkəmə-narkoloji ekspertiza üzrə 03 dekabr 2022-ci il tarixli 7330 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabiodlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqi 228-229). Mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefona keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki: -mobil telefonun ismarıc qutusunda müxtəlif mobil nömrələrdən daxil olan və çıxan müxtəlif məzmunlu ismarıclar var. Belə ki, +**********88 mobil nömrədən “Mene yix srocni torpax lazimdi 3 dene ye 5 dene” məzmunlu, +**********06 mobil nömrədən “Nahid p gotureyde” məzmunlu ismarıclar aşkar edilmişdir. -bundan başqa, mobil telefonda olan “Whatsapp” tətbiqetməsinə baxış keçirilərkən müəyyən edilmişdir ki, aşağıdakı ismarıclar müəyyən edilmişdir: +**********06 mobil nömrədən “X11 Qaqaw 15 X13 Ressepi Gedim alim Bu gun qutardi”, “Qardaşım 20 Vurum verde Resaeep Mene”, +**********13 mobil nömrəyə “Kimsen X6p quru Exı”, “Qardawım senin Bawıva donum Onu 30 dan hesablada hamısın sen ol Sen bıdene denen Men necedene ıstırsen axı men sencun Artg qoydurucamda Qaqaw seni qabag salıcam sen ol Dırem ayıb olar”, “Karti at man sani hartarafli ag guna cixaracam İnsallah”, “**********260290”, həmin nömrədən “Brat alınır deyır quru maldı qoz kımıdo dır 25 verır men yetım senen necye deyım axı”, “A5 danasin ona veriram yerda galan manimdi xos olsa bundan sorakilari danısarigda”, “Karti atirsan”, Rufet 222 adlı istifadəçidən “Naid bunnan xeber çixdiye nece eliyey Qrami 30 dan”, “He brat gotur biraza elbel verimde qardawim ele yerdeyem ki cixib atamiram abi götur ama mutleq”, “Yeslı wto preqabalın olsa goturum alısaa olmasa ?? He yox”, “Valakardindiye o abi”, “300 Duy Olsa alım ?? ”, “Onun bawın burax abi”, “he abi al ama alisa olsa agdan zor olardi”, “Hee bilirem Olardı”, “He mende onnan istirem”, “Olsa onnan alacaö”, +**********19 mobil nömrədən “Nahod gor ne deyirem qaqash 2 list alisa varsa 1 g 0,3 pati deyisey He qaqa ? Cvb ver bilim de”, +**********40 mobil nömrədən “Qardaş qoy bir dənə uşağa zad elərəm, hə, qoy görüm nə deyir, ataram baxar, cavab çıxsa səə deyərəm qardaş”, “Salam qardaw” “Aleykum salam qardaw patı atarsan bu gun ?”, “Qardaş nəmənə lazımdı de görüm, de, mən yoluna qoyaram, “Uşaqlardan mal götürən var axşam qəşəng daş, torpaq var, düzgün daş, torpaq, problemsiz”, “Daw lazımdı”, “Nahid, daş nə qədər ?”, “10 dənə”, “Yaxşı Nahid, 10 dənəni tək atmayacaqlar, qoy görüm burda uşaqlardan kim əmanət götürəcək, bu dəqiqə 10 dənə, 15 dənəni heç kim atmır”, +**********22 mobil nömrə ilə “Eki yoxdu hazır Coco var”, “Dilxorelemede qoydurda sen canı Ekı” “Coco nubele dedin” “Yarıdı coco ? B” “1”, “Pul”, “380” mövzuda mesajlar müəyyən olunur. -bundan başqa, mobil telefonun daxil olan və çıxan zənglər siyahısına tərəfimdən baxış keçirilərkən müəyyən edilmişdir ki, baxış zamanı Anya patı (***-***-**-**), Aptek Elyo (***-***-**-**) və digər müxtəlif telefon nömrələrinin istifadəçiləri müəyyən edilmişlər. -həmçinin, mobil telefonun fotoşəkillər olan bölməsinə tərəfimdən baxış keçirilərkən müəyyən edilmişdir ki, 14 oktyabr 2022-ci il tarixdə çəkilmiş fotoşəkildə “Alooo”, “Gelirsen”, “P goturaa ama yarı”, “300duydu”, “Sen ol”, “Yoxdu o qeder brat”, “Onda bawın burax gel sene bidene verim at” mövzuda mesajlar vardır. -bundan başqa, 16 oktyabr 2022-ci il tarixdə çəkilmiş fotoşəkildə elektron tərəzi və tərəzinin üzərində narkotik vasitə yaxud psixotrop maddəyə bənzər 05 (beş) ədəd büküm olması, həmin bükümlərin ümumi çəkisinin 6,73 qram olması görünür. Bundan başqa, 21 oktyabr 2022-ci il tarixdə çəkilmiş videogörüntüdə sellofan parçasının üzərində narkotik vasitə yaxud psixotrop maddəyə bənzər “şüşə, kristallik” formalı maddə olduğu, həmçinin dəman həbləri olan listlər aşkar olunur. Bundan başqa, 22 oktyabr 2022-ci il tarixdə çəkilmiş fotoşəkillərdə “Qardawım bele gelib meni goturub gede bileruh 28 alım sencun ama 150 preqabalin 300 preqabalin olacag”, “Bele uwag var onda alisa var ama 30 verir”, “Yoxdu aptekde alisa”, “Alisa varda uwagda 30 manata verir qardawım” mövzuda mesajlar vardır. Bundan başqa, 23 oktyabr 2022-ci il tarixdə çəkilmiş videogörüntüdə narkotik vasitə yaxud psixotrop maddəyə bənzər maddə, 24 oktyabr 2022-ci il tarixdə narkotik tərkibli olması ehtimal edilən dərman həbləri olan list aşkar olunur. (cild1, 238-253 ) Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəqi 147). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində cəmi 01 qram çəkidə metamfetamin olması, üzərində başqa qanunsuz heç nə olmaması, polis bölməsində polis əməkdaşlarının təsiri və təzyiqi ilə əvvəlcədən üzərinə qoyulmuş narkotik vasitə və psixotrop maddələri videoçəkiliş aparılarkən çıxararaq təqdim etməsi və polis əməkdaşlarının təzyiqi nəticəsində etirafedici ifadələr verməsi, həmin bükümlərin ona məxsus olmaması, İran vətəndaşından ancaq öz istifadəsi üçün narkotik vasitələr alması və heç vaxt satışını həyata keçirməməsi barədə məhkəmə zamanı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi məsuliyyətin yüngülləşdirmək üçün özünü müdafiə xarakteri daşıyır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Belə ki, Təqsirləndirilən şəxs ilkin izahat və ifadələrində, o cümlədən 25 oktyabr 2022-ci il tarixdə üzərinə şəxsi axtarış aparılarkən həmçinin evə baxış keçirilən zaman aşkar edilmiş narkotik vasitələr və psixotrop maddələrin özünə məxsus olmasını və həmin maddələrin satışını təşkil etməsini etiraf etmiş, həmçinin barəsində qətimkan tədbiri seçilməsi üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinə aparılarkən işə baxan hakimə polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması, təzyiq nəticəsində etirafedici ifadələr verməsi, narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə bildirməmiş, əksinə üzərindən və evindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin satış məqsədi ilə əldə etdiyini qeyd edərək ona qarşı irəli sürülən ittihamda göstərilən əməli törətdiyini etiraf etmiş və əməlindan peşiman olduğunu göstərmişdir. Bundan başqa, 25 oktyabr 2022-ci il tarixli şəxsi axtarış aparılması və evə baxış və götürmə aparılması barədə protokolların məzmunundan görünür ki Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hədə qorxulara, psixi təsirlərə məruz qalması barədə heç bir qeydi olmamış, həmin istintaq hərəkətlərinin qeydə alındığı videoçəkiliş məhkəmə zamanı nümayiş etdirilib tədqiq olunarkən Təqsirləndirilən şəxs sərbəst şəkildə üzərindən və evindən aşkar edilən qanunsuz əşya və predmetləri polis əməkdaşlarına təqdim etməsi öz əksini tapmışdır. Bundan başqa, təqsirləndirilən şəxsin tutulmasında və üzərinə şəxsi axtarış keçirilməsində bilavasitə iştirak etmiş şahid qismində dindirilmiş şahidlər Şahid2 və Şahid1 məhkəmədə dindirilərkən Təqsirləndirilən şəxs qarşı hər hansı polis əməkdaşı tərəfindən istər saxlanılan zaman, istərsə də polis bölməsində heç bir fiziki və ya psixi təsir edilmədiyini bildirmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs tanışı Şahid3 da məhkəmədə şahid qismində dindirilərkən ifadəsində polis əməkdaşları tərəfindən evə baxış keçirilən zaman içərisində narkotik vasitələr aşkarlanmış çantanın Təqsirləndirilən şəxs məxsus olmasını təsdiqləmiş, polis əməkdaşlarının əvvəlcədən çanta ilə evə daxil olmadıqlarını qeyd edərək söyləmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz əşyaları təqdim etmək təklif edildikdə o, həmin çantanı götürərək polislərə təqdim etmişdir. Həmçinin özünə və təqsirləndirilən şəxsə qarşı hər hansı bir polis əməkdaşı tərəfindən fiziki və ya psixi təsir və təzyiq edildiyinin şahidi olmamışdır. Məhkəmədə müdafiə tərəfi Təqsirləndirilən şəxs evindən aşkar edilmiş tərəzi ilə təhqiqat orqanında onun üzərindən aşkar edilmiş psixotrop maddənin çəkisinin ölçülməsi məqsədi ilə istifadə edilən tərəzilərin eyni olmasını əsas gətirərək ittihamı mübahisələndirmişdir. Məhkəmə baxışı zamanı əlavə şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal RPİnin baş müstəntiqi polis mayoru X4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslə və digər proses iştirakçıları ilə heç bir qohumluğu, düşmənçəliyi və ədavəti yoxdur. Narkotik vasitələrin qablaşdırılması möhürlənərək zərfə qoyulması proseslərini təhqiqat orqanı həyata keçirir. Yekunda toplanmış material maddi sübutla bir yerdə ona təqdim olunur, təhqiqat materialını nəzərdən keçirdikdən sonra maddi sübut kimi təqdim edilmiş vasitənin narkotik vasitə olma ehtimalı qənaətinə gəldikdə cinayət işinin başlanılması barədə qərar qəbul edilir. İş üzrə maddi sübut kimi tanımış Təqsirləndirilən şəxs evindən aşkar edilmiş tərəzi ilə onun üzərindən aşkar edilmiş psixotrop maddənin çəkisinin ölçülməsi məqsədi ilə istifadə edilən tərəzilər oxşar ola bilər amma eyni ola bilməz. Əgər belə bir hal vizual olaraq müəyyən edilmiş olsaydı o, müvafiq qərar qəbul edərək eyniləşdirmə aparardı. Məhkəmə baxışı zamanı əlavə şahid qismində dindirilmiş Azərbaycan DİN BMCMİnin təhqiqatçısı X2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs evindən aşkar edilmiş tərəzi ilə təhqiqat orqanında psixotrop maddənin çəkisinin ölçülməsi məqsədi ilə istifadə edilən tərəzilərin eyni olma ehtimalı ilə bağlı qeyd edir ki, həmin tərəzilər eynilik təşkil edə bilməz. Video görüntülərə baxış zamanı da aşkar olunur ki, videoçəkiliş zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin çəksinin ölçülməsi məqsədi ilə istifadə edilən tərəzinin qapağı var amma Təqsirləndirilən şəxs evindən aşkar edilmiş ona məxsus tərəzinin isə üzərində qapaq yoxdur. Bundan başqa, həmin tərəzilər digər zahiri əlamətlərinə görə də açıq-aşkar fərqlənir. Məhkəmədə Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, hadisə günü evdə tək olmuşdur, saat 11 radələrində su kartına pul vurmaq üçün aşağı düşmüş, sonra, evə qayıtdıqda 4 nəfər şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduğunu bildirmiş və üzərində nə olduğunu soruşmuşlar. Həmin vaxt əynində olan şortikinin cibində 1 qram metamfetamin olmuşdur. O könüllü şəkildə həmin narkotik vasitəni polis əməkdaşlarına vermişdir. Sonra polislər evə qalxmalı olduqlarını bildirmiş, o da etiraz etməmişdir. Evdə heçnə olmamışdır. Polis əməkdaşları da heç nə tapa bilməmişlər. Esmira hadisə vaxtı evdə olmamışdır. Evdə olan qara koşelyokunun içinə 2 list metadon, 1 list lirika, bir bükümdə metamfetamin qoymuş, divanın arxasına yerləşdirmiş və onu Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Lakin Şahid3 ifadəsində göstərmişdir ki, hadisədən bir gün əvvəl, yəni 24 oktyabr tarixində gecə saat 12 radələrində evə gəlmişdir. Təqsirləndirilən şəxs evdə olmamışdır. 25 oktyabr 2022-ci il tarixdə günortayadək evdə tək olmuşdur,hadisə günü təxminən günorta saat 12-1 radələrində isə evdən çıxaraq salona getmişdir. 3-4 saat sonra təxminən saat 4-5 radələrində evə qayıtmış, yenə də evdə heç kəs olmamış o da yatmışdır. Axşam saat 9 radələrində qapı döyülmüş, o yuxudan oyanaraq qapını açmış, Nahid və polis əməkdaşları içəri daxil olmuşlar. Məhkəmə Təqsirləndirilən şəxs və Şahid3 məhkəmədə verdikləri ifadələri işin faktiki halları ilə müqayisəli təhlil edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs özünü müdafiə məqsədi ilə ifadəsində göstərdiyi xüsusatlar həqiqətə uyğun deyildir. Belə ki, Təqsirləndirilən şəxs 25 oktyabr 2022-ci il tarixdə evdə tək olduğunu və səhər saat 11 radələrində su kartına pul vurmaq üçün düşdükdə polislər tərəfindən saxlanılaraq evə gətirildiyini, evdə ona məxsus çantanın içərisinə polis əməkdaşları tərəfindən narkotik vasitələr və psixotrop maddələr qoyduğunu bildirsə də Şahid3 ifadəsindən görünür ki, hadisə günü istər saat 11 radələrində istərsə də Təqsirləndirilən şəxs faktiki saxlanıldığı saat 16:45-də Şahid3 evdə olmuşdur. Bu isə onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs söylədiyi kimi polis əməkdaşları tərəfindən evə daxil olaraq narkotik vasitə və psixotrop maddələrin evdə yerləşdirilməsi mümkün deyildir. Bundan başqa məhkəmə-kimyəvi ekspertizası üzrə 26 oktyabr 2022-ci il tarixli 6/6192 saylı ekspert rəyi ilə Təqsirləndirilən şəxs yalnız üzərində cəmi 01 qram narkotik vasitə olması barədə məhkəmə zamanı verdiyi ifadəsi tam təkzib olunmuşdur. Eyni zamanda cinayət işinin materiallarına əlavə edilmiş mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məxsus telefonda onunla müxtəlif şəxslər arasında narkotik vasitələrin və psixotrop maddələrin alış-verişini əks etdirən mesajlar, SMS-lər və şəkillər aşkar edilmişdir. Həmçinin qeyd edilən mobil telefon nömrəsinin sahibi olan İran vətəndaşı ilə narkotik vasitələrin və psixotrop maddələrin günün müxtəlif saatlarında müxtəlif yerlərdən götürülməsi və ayrı-ayrı şəxslərə satış məqsədi ilə çatdırılması, bunun müqabilində isə özü və iranlı üçün pul vəsaiti əldə etməsi ilə bağlı söhbətlər aparılmış, Təqsirləndirilən şəxs narkotik vasitələrin qoyulduğu yerlərin ünvanları və həmin yerin şəkilləri göndərilmişdir. Qeyd olunanlar bir daha sübut edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə üzərində qanunsuz olaraq külli miqdarda-üzərində ümumi təmiz çəkisi 6,830 qram və evə baxış zamanı aşkar edilmiş ümumi təmiz çəkisi 49,890 qram olan metamfetamin, 25 ədəd metadon tərkibli dərman preparatı həbləri, 14 ədəd preqabalin tərkibli dərman preparatı kapsulları əldə etmiş, saxlamış və daşımış, əldə etdiyi narkotik vasiətlərin müxtəlif çəkilərdə satışını həyata keçirmək üçün 01 ədəd elektron tərəzini əldə edərək saxlamış və istifadə etmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 240.2.1-ci maddəsinin sanksiyasında iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ağır cinayətlər kateqoriyasına, CM-in 240.2.1-ci maddəsi isə az ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır, həmin Məcəllənin 15.4cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı narkotik vasitələr, 2-ci siyahı psixotrop maddələr)» əsasən narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin külli miqdarının aşağı həddi isə 2 qram müəyyən edilmişdir; Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş psixotrop maddə metamfetaminin ümumilikdə təmiz çəkisi 56,720 qram külli miqdar təşkil etməklə, şəxsi istehlak miqdarından da təqribən 378 dəfə çoxdur. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halın olmamasını nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır və törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs münasibətdə Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların müəyyən edilməməsi, onun barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqini istisna edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 25 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini təsbit edən Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1,234.4.3 və 240.2.1-ci maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməsini, həmin Məcəllənin 56.1.2ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, cəza çəkməsinin başlanğıcının tutulduğu 25 oktyabr 2022-ci il tarixdən hesablanmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. İşdə olan ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 03 dekabr 2022-ci il tarixli 7330 saylı ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs kannabiodlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunduğundan və narkomaniyadan məcburi müalicəyəyə ehtiyacı olmaqla ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyündən, Təqsirləndirilən şəxs narkomaniyadan tibbi xarakterli məcburi müalicə tədbirləri təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. İşdə olan məhkəmə-kimyəvi ekspertizası üzrə 26 oktyabr 2022-ci il tarixli 6/6192 saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 6,830 qram və evə baxış zamanı aşkar edilmiş ümumi təmiz çəkisi 49,890 qram olan metamfetamin kustar üsulla, Təqsirləndirilən şəxs məxsus əl çantasındana aşkar edilmiş 25 ədəd “Methadone 40” metadon həbləri və “Preqabalin Krka 300 mq” əmtəə göstəriciləri olan preqabalin kapsulları konvalyutun içərisində olmaqla zavod üsulu ilə hazırlanmışlar. Qeyd olunanlara əsasən hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Bakı şəhəri Yasamal rayon RPİ-nin maddi sübutların saxlana kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından qalıq qalmış 6,780 qram və 49,790 qram psixotrop maddə metamfetamin, üzərində metamfetamin izləri olan 1 ədəd elektron tərəzi məhv edilməli, 13 ədəd 300 mq kapsul preqabalin, 23 ədəd həb metadon Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təhvil verilməli, şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 ədəd, mənzilə baxış keçirilməsi zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 ədəd, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 dekabr 2022-ci il tarixli 5/1383 №-li rəyi ilə daxil olmuş 03 ədəd və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs məxsus 1 ədəd “İphone 13” markalı “A2633” modelli mobil smartfon onun yaxın qohumlarına (öz razılığı ilə) qaytarılmalı, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 9 ədəd, yəni, “Bank Respublika”ya aid 4244 4873 5783 6722 və 4244 4873 5789 2865 nömrəli, “Kapital Bank”a aid 5103 0714 9979 2139 nömrəli, 4169 7387 0380 7085 nömrəli, 4169 7385 2005 6759 nömrəli və 4169 7388 1818 9403 seriya nömrəli, “Leobank”a aid 4098 5844 5876 2034 və 4098 5844 6026 0290 nömrəli və “Ekspressbank”a aid 5505 7850 2898 1061 seriya nömrəli bank kartlarının isə hazırkı cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə ayrılmış ********* nömrəli cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.2 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri 145,65 (bir yüz qırx beş manat altmış beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə. . hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 240.2.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 25 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Bakı şəhəri Yasamal rayon RPİ-nin maddi sübutların saxlana kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından qalıq qalmış 6,780 qram və 49,790 qram psixotrop maddə metamfetamin, üzərində metamfetamin izləri olan 1 ədəd elektron tərəzi məhv edilsin, 13 ədəd 300 mq kapsul preqabalin, 23 ədəd həb metadon Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təhvil verilsin, şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 ədəd, mənzilə baxış keçirilməsi zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 ədəd, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 dekabr 2022-ci il tarixli 5/1383 №-li rəyi ilə daxil olmuş 03 ədəd və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs məxsus 1 ədəd “İphone 13” markalı “A2633” modelli mobil smartfon onun yaxın qohumlarından birinə qaytarılsın, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 9 ədəd, “Bank Respublika”ya aid 4244 4873 5783 6722 və 4244 4873 5789 2865 nömrəli, “Kapital Bank”a aid 5103 0714 9979 2139 nömrəli, 4169 7387 0380 7085 nömrəli, 4169 7385 2005 6759 nömrəli və 4169 7388 1818 9403 seriya nömrəli, “Leobank”a aid 4098 5844 5876 2034 və 4098 5844 6026 0290 nömrəli və “Ekspressbank”a aid 5505 7850 2898 1061 seriya nömrəli bank kartlarının hazırkı cinayət işindən ayrılmış ********* nömrəli cinayət işinə əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatların dəyəri 145,65 (bir yüz qırx beş manat altmış beş qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Aytən Əliyeva Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar