Məhkəmə qərarları › İş №1(101)-185/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-185/2025

06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-185/2025 06.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X17 və X10, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 14 saylı Vəkil Bürosunun vəkili X5, Vəkillər Kollegiyasının 22 saylı Vəkil Bürosunun vəkili X2, Vəkillər Kollegiyasının fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1qulu oğlunun, Vəkillər Kollegiyasının “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Vəkillər Kollegiyasının 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 iştirakı ilə, xx xxxx 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən, Bakı şəhəri, Nizami rayonu, Q.Sadiq küçəsi, ev 16-da qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təkrarən öz qulluq mövqeyindən istifadə etməklə, etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə "xxxx" MMC-nin direktoru kimi öz qulluq mövqeyindən istifadə edib sosial şəbəkədə nağd və ya kredit yolu ilə münasib qiymətə mənzil tikintisi, həmçinin təmir işlərini həyata keçirməsi ilə bağlı elan yerləşdirib, ona müraciət etmiş Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən torpaq sahəsində 50.000 manat dəyərində yaşayış evi inşa edəcəyi barədə yalan vədlər verib inam və etibarını qazandıqdan sonra özgənin əmlakını qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə yönəlmiş niyyətini asanlaşdırmaq üçün Zərərçəkmiş şəxs1la podrat müqaviləsi bağlayıb vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q,Qarayev prospekti, 8 ünvanında inşaat işlərinin ödənişinin bir hissəsinin həyata keçirilməsi adı ilə öz aralarında sonuncuya məxsus “X29 Prado” minik markalı, **- XC-*** dövlət qeydiyyat nişanlı avtomobili 37.000 manat məbləğində dəyərləndirib öz adına notarial qaydada nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamə aldıqdan sonra avtomobili xx.xx.2021-ci il tarixdə X1 Zərərçəkmiş şəxs1 məxsus 37.000 manat məbləğində pulu, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, 1-ci Zabrat qəsəbəsi, R.Axundov küçəsində fərdi yaşayış evinin qarşısında Zərərçəkmiş şəxs1 verdiyi 1.000 manat nağd pulu, xx.xx.2021-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən "xxxx" ASC-nin ofisindən onun bank hesabına göndərdiyi 8.000 manat pulu, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 81 ünvanında Zərərçəkmiş şəxs1 10.000 manat pulu, xx.xx.2021-ci il tarixdə qeyd olunan ünvanda Zərərçəkmiş şəxs1 1.000 manat pulu və 2021-ci ilin iyul ayının sonlarında Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, R.Axundov küçəsində fərdi yaşayış evinin qarşısında Zərərçəkmiş şəxs1 onun işçisi istintaqla müəyyən edilməyən X19 vasitəsilə göndərdiyi 500 manat pulu ələ keçirib verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs1 ümumilikdə 57.500 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə "xxxx" MMC-nin direktoru kimi öz qulluq mövqeyindən istifadə edib sosial şəbəkədə nağd və ya kredit yolu ilə münasib qiymətə mənzil tikintisi, həmçinin təmir işlərini həyata keçirməsi ilə bağlı elan yerləşdirib, ona müraciət etmiş X6 Qəbələ şəhərində yerləşən torpaq sahəsində 55.200 manat dəyərində yaşayış evi inşa edəcəyi barədə yalan vədlər verib inam və etibarını qazandıqdan sonra özgənin əmlakını qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə yönəlmiş niyyətini asanlaşdırmaq üçün Raziyyə Kərimova ilə podrat müqaviləsi bağlayıb vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 81 ünvanında Raziyyə Kərimovadan 16.560 manat pulu, xx.xx.2021-ci il tarixdə ünvan 3 ünvanından Raziyyə Kərimovanın onun işçisi istintaqla müəyyən edilməyən “Nərmin” adlı şəxsin vasitəsilə göndərdiyi 3.220 manat pulu, xx.xx.2021-ci il tarixdə ünvan 3 ünvanından Raziyyə Kərimovanın onun işçisi istintaqla müəyyən edilməyən “Nərmin” adlı şəxsin vasitəsilə göndərdiyi 3.220 manat pulu, xx.xx.2021-ci il tarixdə Raziyyə Kərimovanın ona çatdırılması üçün istintaqla müəyyən edilməyən işçisinin bank kartına göndərdiyi 400 manat pulu, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 81 ünvanının qarşısında X4 Ramil Ramiz oğlu vasitəsilə ona çatdırılması üçün göndərdiyi 2500 manat pulu ələ keçirib verdiyi vədə əməl etməyərək zərərçəkmiş şəxs Raziyyə Kərimovaya ümumilikdə 25.900 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə "xxxx" MMC-nin direktoru kimi öz qulluq mövqeyindən istifadə edib sosial şəbəkədə nağd və ya kredit yolu ilə münasib qiymətə mənzil tikintisi, həmçinin təmir işlərini həyata keçirməsi ilə bağlı elan yerləşdirib, ona müraciət etmiş Zərərçəkmiş şəxs3 Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən torpaq sahəsində 34.500 manat dəyərində yaşayış evi inşa edəcəyi barədə yalan vədlər verib inam və etibarını qazandıqdan sonra özgənin əmlakını qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə yönəlmiş niyyətini asanlaşdırmaq üçün Zərərçəkmiş şəxs3 ilə podrat müqaviləsi bağlayıb vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 81 ünvanında Zərərçəkmiş şəxs3 20.000 manat pulu, xx.xx.2021-ci il tarixdə saat 18:41-də Zərərçəkmiş şəxs3 əri Şahid3 vasitəsilə Beyləqan rayonu, Magistral küçəsində yerləşən “Sizin Market” adlı marketdə quraşdırılmış “Milliön” ödəmə terminalından onun 4169-7385-5650-6878 nömrəli "xxxx"ASC-yə aid bank kartına göndərdiyi 500 manat pulu, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs3 əri Şahid3 vasitəsilə onun 4169-7385-5650-6878 nömrəli "xxxx"ASC-yə aid bank kartına göndərdiyi 500 manat pulu ələ keçirib verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs3 ümumilikdə 21.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə "xxxx" MMC-nin direktoru kimi öz qulluq mövqeyindən istifadə edib sosial şəbəkədə nağd və ya kredit yolu ilə münasib qiymətə mənzil tikintisi, həmçinin təmir işlərini həyata keçirməsi ilə bağlı elan yerləşdirib, ona müraciət etmiş Zərərçəkmiş şəxs4 Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağlarında yerləşən bağ evini 40.000 manata təmir edəcəyi barədə yalan vədlər verib inam və etibarını qazandıqdan sonra özgənin əmlakını qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə yönəlmiş niyyətini asanlaşdırmaq üçün Zərərçəkmiş şəxs4la podrat müqaviləsi bağlayıb vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 81 ünvanında Zərərçəkmiş şəxs4 10.000 manat pulu, xx.xx.2021-ci il tarixdə saat 17:17-də Zərərçəkmiş şəxs4 öz istifadəsində olan bank kartının hesabından onun 4127- 2081-2445-4710 nömrəli bank kartına göndərdiyi 1000 manat və həmin gün saat 17:18-də onun 4127-2222-2372-2349 nömrəli bank kartına göndərdiyi 1500 manat pulu, həmin gün ünvan 4 ünvanının qarşısında Zərərçəkmiş şəxs4 arvadı Şahid1 Zərərçəkmiş şəxs4 məxsus 2500 manat pulu, xx.xx.2021-ci il tarixdə saat 19:44-də Zərərçəkmiş şəxs4 arvadı Şahid1 vasitəsilə onun "xxxx"a aid 4169-7385-5650-6875 nömrəli bank kartına göndərdiyi 1388 manat pulu ələ keçirib verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs4 ümumilikdə 16.388 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə "xxxx" MMC-nin direktoru kimi öz qulluq mövqeyindən istifadə edib sosial şəbəkədə nağd və ya kredit yolu ilə münasib qiymətə mənzil tikintisi, həmçinin təmir işlərim həyata keçirməsi ilə bağlı elan yerləşdirib, ona müraciət etmiş Zərərçəkmiş şəxs5 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən torpaq sahəsində 65.000 manata yaşayış evi inşa edəcəyi barədə yalan vədlər verib inam və etibarını qazandıqdan sonra özgənin əmlakını qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə yönəlmiş niyyətini asanlaşdırmaq üçün Zərərçəkmiş şəxs5 ilə podrat müqaviləsi bağlayıb vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 81 ünvanında Zərərçəkmiş şəxs5 5.000 manat, xx.xx.2021-ci il tarixdə qeyd olunan ünvanda 16.000 manat və xx.xx.2021-ci il tarixdə həmin ünvanda 4.000 manat pul alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs5 ümumilikdə 25.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə "xxxx" MMC-nin direktoru kimi öz qulluq mövqeyindən istifadə edib sosial şəbəkədə nağd və ya kredit yolu ilə münasib qiymətə mənzil tikintisi, həmçinin təmir işlərini həyata keçirməsi ilə bağlı elan yerləşdirib, ona müraciət etmiş Zərərçəkmiş şəxs6 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən torpaq sahəsində 45.000 manata yaşayış evi inşa edəcəyi barədə yalan vədlər verib inam və etibarını qazandıqdan sonra özgənin əmlakını qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə yönəlmiş niyyətini asanlaşdırmaq üçün Zərərçəkmiş şəxs6 ilə podrat müqaviləsi bağlayıb vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 107, mənzil 28 ünvanında Zərərçəkmiş şəxs6 15.000 manat pulu, xx.xx.2021-ci il tarixdə həmin ünvanda Zərərçəkmiş şəxs6 arvadı Şahid4 Zərərçəkmiş şəxs6 məxsus 1.000 manat pulu, xx.xx.2021-ci il tarixdə saat 12:21-də Zərərçəkmiş şəxs6 Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində yerləşən “Laçın Ticarət Mərkəzi”nin içərisində quraşdırılmış “E-Manat” ödəmə terminalı vasitəsilə onun 4****6875 nömrəli bank kartına göndərdiyi 2.500 manat pulu ələ keçirib verdiyi vədə əməl etməyərək ümumilikdə Zərərçəkmiş şəxs6 18.500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə "xxxx" MMC-nin direktoru kimi öz qulluq mövqeyindən istifadə edib sosial şəbəkədə nağd və ya kredit yolu ilə münasib qiymətə mənzil tikintisi, həmçinin təmir işlərini həyata keçirməsi İlə bağlı elan yerləşdirib, ona müraciət etmiş X14 Bakı şəhəri, Xətai rayonu, Azadlıq küçəsində yerləşən evi söküb 51.000 manat məbləğində pula yenidən inşa edəcəyi barədə yalan vədlər verib inam və etibarını qazandıqdan sonra özgənin əmlakını qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə yönəlmiş niyyətini asanlaşdırmaq üçün Sadiq Cəfərovla podrat müqaviləsi bağlayıb 2022-ci ilin iyul ayının sonlarında ünvan 5 ünvanda yerləşən ofisində 2.000 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərərçəkmiş şəxs Sadiq Cəfərova maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1999-cu ildən ev təmirində usta işləmişdir. Sonradan bu sahədə yaxşı qazanc olduğunu görüb artıq usta işləyərək deyil, ofis götürüb müştərilərə nağd və ya kredit yolu ilə ev tikdirmək və ya mənzil təmir etdirmək şərtləri təklif edib iş görmək qərarına gəlmişdir. Bunun üçün Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 8 nömrəli ünvanda yerləşən ofisi icarəyə götürərək övladları və öz adının baş hərfi olan "xxxx" MMC tikinti şirkəti adı altında fəaliyyətə başlamışdır. Ofisə müəyyən işçilər, qarşılama və yolasalma işlərinə baxan, layihə çəkən, dizayner, iş icraçısı və sair işləri bilən işçilər qəbul etmiş, “Facebook”, “İnstagram” və digər sosial şəbəkələrdə "xxxx" MMC tikinti şirkəti adı altında internet səhifələri yaradaraq münasib qiymətə nağd və ya kredit yolu ilə evlərin tikintisi, həmçinin mənzillərin təmiri işini gördüklərini göstərəcək video çarxlar və reklamlar hazırlayıb sosial şəbəkələrdə paylaşmağa başlamışdır. Bundan sonra hissə-hissə müştərilər müraciət etməyə başlamışlar. İlkin olaraq zənglər edilməklə şərtlər və təkliflərlə ətraflı maraqlanılmış, mobil telefonda sorğu-sual edilmiş, bundan sonra müəyyən müştərilər tək və ya ailə üzvləri ilə birlikdə ofisə gəlib ətraflı maraqlanmışlar. Ofisdə qarşılayan və yola salan, layihə çəkən və bəzi vaxtlarda memarlar müştərilərlə maraqlanaraq suallara cavablar vermiş, şərtlər və təklifləri izah etmiş, bundan sonra onları iş otağına gətirib özü ilə tanış etmişlər. Müştərilərə ətraflı şəkildə hər şeyi danışıb izah etməklə istəklərinə uyğun layihə təklif edərək görəcəyi işin qarşılığında yekun məbləğin nə olacağını bildirmişdir. Sosial şəbəkədə olan reklamları görüb ofisə gəlmiş Zərərçəkmiş şəxs1 istəyinə uyğun hansı layihə olacağı, işin hansı vaxtda başlanılacağı, hansı vaxtda bitəcəyi və ümumilikdə bu işin 50.000 (əlli min) manata başa gələcəyini, ilkin bir qədər ödəniş edəcəyi, sonra tərtib ediləcək cədvələ uyğun aylıq ödənişlər olacağını, bunu təsdiq edəcək müqavilə hazırlanacağını, həmin müqavilənin imzalanacağı və möhürlənəcəyini, ödənişdən sonra işə başlanılacağını və nəhayətində müqavilənin şərtlərinə uyğun iş gedərək vaxtında da mənzilin təhvil veriləcəyi barədə məlumat vermiş, Zərərçəkmiş şəxs1 ilkin olaraq ödəməyə pulunun olmadığını, lakin özünə məxsus və istifadəsində olan, hazırda bazar qiyməti təxminən 20000 manat, 2004-cü buraxılış il, qara rəngli, 5L5516822 mühərrik nömrəli, JTEBK29J650009296 ban nömrəli, mühərrikinin 3000 sm3 həcmi olan, “X29 Prado” minik markalı, **-XC-*** dövlət nömrəli nişanlı avtomobilini satıb ödəniş eədəcəyini bildirdiyi üçün onunla razılaşmışdır. Bundan sonra xx.xx.2021-ci il tarixdə müqavilə hazırlanmış, imzalanıb möhür vurulduqdan sonra Vidadi getmişdir. Bir neçə gün keçdikdən sonra pul lazım olduğu üçün Zərərçəkmiş şəxs1 ilə əlaqə saxlayaraq nə üçün ödəniş etmədiyini soruşduqda sonuncu avtomobilini hələ sata bilmədiyini və satıb qısa zaman ərzində satdığı pulu ödəniş kimi gətirəcəyini bildirdikdə avtomobilini satmaqda ona köməklik edəcəklərini deyərək onu ofisə dəvət etmişdir. Ofisdə danışıq zamanı həmin avtomobili 20000 (iyirmi min) manat qarşılığında pul kimi götürə biləcəyini bildirmiş və Zərərçəkmiş şəxs1 bu təklifilə razılaşmışdır. Bundan sonra xx.xx.2021-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 8 nömrəli ünvanında yerləşən "xxxx" MMC tikinti şirkətinə aid ofisdə 20.000 (iyirmi min) manat pul qarşılığında həmin avtomobili Zərərçəkmiş şəxs1 təhvil almış, avtomobili satması üçün ertəsi gün, yəni, xx.xx.2021-ci il tarixdə 15 saylı notariat ofisində Zərərçəkmiş şəxs1 adına baş etibarnamə vermişdir. Bundan sonra, 2021-ci ilin fevral ayının əvvəlində ödəniş etməsi üçün Zərərçəkmiş şəxs1la əlaqə saxlamış və tikintisini etməyi üçün ödəniş etməsinin lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 1.000 (min) manat pul düzəltdiyini və mənzilinə gedib pulu orada götürə biləcəyini bildirdiyi üçün xx.xx.2021-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən mənzilinə gedib 1.000 (min) manat pulu ondan götürmüşdür. Bundan sonra 2021-ci ilin mart ayının əvvəlində yenidən Zərərçəkmiş şəxs1la əlaqə saxlayaraq ödəniş etməsinin lazım olduğunu bildirdikdə Zərərçəkmiş şəxs1 8.000 (səkkiz min) manat pul düzəltdiyini bildirdiyi üçün həmin pulu hazırda xatırlamadığı şirkət hesabına gördərməsini tapşırmış və Zərərçəkmiş şəxs1 xx.xx.2021-ci il tarixdə hesab nömrəsinə 8.000 (səkkiz min) manat pul göndərmişdir. Bundan sonra, yenidən pul lazım olduğu üçün Zərərçəkmiş şəxs1la əlaqə saxlayıb mənzilinin tikintisi üçün pul lazım olduğunu bildirdikdə o, 10.000 (on min) manat pul düzəltiyini, ödəniş etməyi üçün ofisə yaxınlaşacağını dedikdə, həmin yerə deyil, yeni açdığı digər yerdə, ünvan 7 ünvanda yerləşən yeni ofisinə gəlməsini bildirmiş və Zərərçəkmiş şəxs1 xx.xx.2021-ci il tarixdə saat 12 radələrində ünvan 7 ünvanda yerləşən yeni ofisində 10.000 (on min) manat pulu sayıb vermiş və pulu götürüb sonuncuya mənzilinin tikintisinə sərf edəcəyini bildirmişdir. Bundan sonra, Zərərçəkmiş şəxs1 bir neçə dəfə əlaqə saxlayaraq işin niyə dayandığını, çox pul verməsinə baxmayaraq işin getməməsini soruşduqda hazırda pandemiya dövrü olduğunu, işçilərin çətinliklərinin yarandığını, bankların işləmədiyini və digər bəhanələr edərək, pulun çatışmadığını deyərək ödəniş etməyini, bunu sayəsində işlərin qaydasına düşəcəyini və avqust ayında evi tam təhvil verəcəyini vəd edib Zərərçəkmiş şəxs1 pul verməyə razı salmışdır. Təxminən xx.xx.2021-ci il tarixdə saat 12 radələrində ünvan 7 ünvanda yerləşən "xxxx" MMC tikinti şirkətinin yeni ofisində 1.000 (min) manat pulu Zərərçəkmiş şəxs1 götürərək əvvəlki çeki-qəbzi götürüb dəyişiklik edərək çekin birində 2.000 (iki min) manat, digərində isə 10.000 (on min) manat yazıb iki ədəd qəbzi Zərərçəkmiş şəxs1 verib yola salmışdır. Bir neçə gün keçdikdən sonra iş təmiz dayandığı üçün Zərərçəkmiş şəxs1 zənglərinə cavab verməmiş, bundan sonra, bir dəfə Zərərçəkmiş şəxs1 zənginə cavab verərək işlətdiyi ustaya 500 manat verməyi tapşırmışdır. Beləliklə, Zərərçəkmiş şəxs1 mənzil inşa edəcəyi vədi verməklə ümumilikdə 30.500 (otuz min beş yüz) manat məbləğində pulunu alıb ələ keçirmiş, lakin bu pulun qarşılığında 15.000 manatlıq iş görmüşdür. Yerdə qalan 15.500 manat pulu isə şəxsi, şirkətin və digər ehtiyaclarına xərcləmişdir. Bundan başqa, eyniliklə həmin proses X11 ilə baş tutmuşdur. Belə ki, 13 avqust 2021-ci il tarixdə Raziyyə Kərimova sosial şəbəkədə olan reklamları görüb ünvan 7 ünvandakı ofisə gəlmiş, söhbət zamanı Qəbələ şəhərində altı sot torpaq ərazisinin olduğunu, həmin ərazidə ikimərtəbəli yaşayış binası inşa etdirmək istədiyini bildirmişdir. Ona özünü memar və bu işlərin biləni kimi təqdim edərək bir çox layihə göstərmiş, mənzilinin necə və hansı formada olacağı barədə soruşaraq istədiyi mənzil üçün ümumilikdə 55.200 (əlli beş min iki yüz) manat pul lazım olacağını, ilkin olaraq 16.560 (on altı min beş yüz altmış) manat ödəniş etməli olduğunu, bundan sonra işə başlanılacağını, hər ay 3.220 (üç min iki yüz iyirmi) manat aylıq pul ödəyəcəyi və dörd ay ərzində təqdim etdiyi layihə üzrə Qəbələ şəhərindəki altı sot ərazisindəki iki mərtəbəli evi tam olaraq təhvil verəcəyini bildirmişdir. Raziyyə Kərimova razılaşdıqdan sonra xx.xx.2021-ci il tarixdə, saat 16 radələrində ünvan 9 ünvanda yerləşən "xxxx" MMC tikinti şirkətinin ofisində Qəbələ şəhərində yerləşən torpaq sahəsində mənzil inşa etməsi üçün 16.560 (on altı min beş yüz altmış) manat ödəniş etmişdir. Bir neçə gün sonra, yəni təxminən 2021-ci ilin 17-20 avqust tarixlərində Raziyyə Kərimova ilə birlikdə Qəbələ şəhərində yerləşən torpaq sahəsinin yerləşdiyi əraziyə gedərək torpaq sahəsini gəzib baxmış, qısa zamanda işlərin başlayacağını və plan üzrə işlərin gedəcəyini, layihəyə uyğun mənzilin müqavilənin şərtlərinə uyğun vaxtında təhvil veriləcəyi bildirmişdir. Bir qədər müddət sonra torpaq sahəsində işlər başlamış, xx.xx.2021-ci il tarixdə saat 15 radələrində Raziyyə Kərimova ona çatdırması üçün şirkətin işçisi “Nərmin” adlı xanıma 3.220 (üç min iki yüz) manat ödəniş etmişdir. Bir müddət sonra Raziyyə Kərimovaya məxsus torpaq sahəsinə tikinti materialları aparılaraq bəzi işlər görülmüş, qazıntı işləri aparılmışdır. xx.xx.2021-ci il tarixdə saat 16 radələrində Raziyyə Kərimova mənzil inşa edilməsi üçün şirkətin işçisi “Nərmin” adlı xanıma 3.220 (üç min iki yüz) manat ödəniş etmiş, mənzilin tikintisində yubanmalar olduğuna görə ona havaların pis keçməsini, pandemiya ərəfəsi olduğunu, ustaların gedibgəlməyində narahatçılıq yarandığını bildirmişdir. Təxminən 2021-ci ilin oktyabr ayının 20-də Raziyyə Kərimova ona çatdırılması üçün tikintidə işləyən fəhlələrdən birinin kart hesabına 400 manat pul göndərmiş, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində, Raziyyə Kərimovanın yaşadığı ünvan 7 yaşayış binasının qarşısında, onun oğlu Ramil Kərimovla görüşərək və ondan anasının göndərdiyi 2.500 manat pulu almışdır. Beləliklə, Raziyyə Kərimova sözügedən mənzilin inşa edilməsindən ötrü ümumilikdə 25.900 (iyirmi beş min doqquz yüz) manat pul vermiş həmin puldan 10.900 (on min doqquz yüz) manatını Raziyyə Kərimovanın evinin inşasına xərcləmiş, qalan 15.000 (on beş min) manat pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Həmçinin, eyniliklə həmin proses Zərərçəkmiş şəxs3 ilə baş tutmuşdur. Belə ki, 12 sentyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs3 həyat yoldaşı ilə birlikdə "xxxx" MMC tikinti şirkətinin ünvan 7 ünvanda yerləşən ofisinə gələrək Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən torpaq sahəsində ev inşa etdirmək fikirlərini bildirmiş, onlara özünü memar, bu işlərin biləni kimi təqdim edərək evin inşa edilməsi üçün ümumilikdə 34.500 (otuz dörd min beş yüz) manat pul lazım olacağını, həmçinin pulun ilkin otuz faizinin ödənilməli olduğunu, sonra tərtib ediləcək cədvələ uyğun aylıq ödənişlər olunacağını, müqavilə hazırlanaraq imzalanıb möhürlənəcəyini, ilkin ödənişdən sonra işə başlanılacağını və müqavilənin şərtlərinə uyğun iş gedərək vaxtında mənzili təhvil alacaqlarını bildirmişdir. Onlar razılaşdıqdan sonra xx.xx.2021-ci il tarixdə saat 12 radələrində ünvan 7 ünvanda yerləşən "xxxx" MMC tikinti şirkətinin ofisində, Zərərçəkmiş şəxs3 ərinin yanında 20.000 (iyirmi min) manat pulu sayıb vermiş, həmin pulu götürdükdən sonra onlara işlərin müqaviləyə uyğun həll olacağını bildirmişdir. Bir neçə gün sonra şirkətin işçiləri Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsinə gedib ərazi ilə tanış olduqdan sonra Zərərçəkmiş şəxs3 yaxın vaxtda layihəyə uyğun işin başlanılacağı bildirilmişdir. Zərərçəkmiş şəxs3 2021-ci ilin sentyabr ayının sonlarında 500 (beş yüz) manat, 2021-ci ilin oktyabr ayının sonlarında yenə də 500 (beş yüz) manat ödəniş etmiş, lakin, o, Zərərçəkmiş şəxs3 evinin inşasına 7.000 (yeddi min) manat pul xərcləsə də, qalan 14.000 (on dörd min) manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 16 sentyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs4 "xxxx" MMC təmir-tikinti şirkətinin ünvan 7 ünvanda yerləşən ofisinə gələrək inşa etdirdiyi mənzilin layihəsini təqdim edərək həmin mənzili təmir etdirmək istədiyini bildirmiş, ona mənzilinin təmiri üçün ümumilikdə 40.000 (qırx min) manat pul lazım olduğunu, ilkin olaraq 15.000 (on beş min) manat ödəniş etməli, sonra isə pulun qalan hissəsinin aylığa bölünərək hər ayın əvvəli ödəniş etməli olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs4 ilkin ödəniş etmək üçün 10.000 manat pulunu olduğunu bildirdikdə onunla razılaşmışdır. Lakin növbəti ay, yəni oktyabr ayında aylıq məbləğə uyğun deyil, 5.000 manat ödəniş edəcəyini, noyabr ayından aylıq məbləğə uyğun ödəniş edə biləcəyini demişdir. Razılaşdıqdan sonra bütün bunları təsdiq edəcək müqavilə hazırlanacağı, imzalanacağı, möhürlənəcəyi, ilkin ödənişdən sonra işə başlanılacağı və müqavilənin şərtlərinə uyğun iş gedərək dörd ay müddətində evin təhvil veriləcəyini Zərərçəkmiş şəxs4 bildirmişdir. xx.xx.2021-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs4, onun arvadı Şahid1 və şirkətin işçiləri ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağları adlanan ərazidə yerləşən, altı sot torpaq sahəsində yerləşən bağ evinə getmiş, müəyyən qeydlər apardıqdan sonra ofisə qayıtmışlar. Ofisdə olarkən müqavilə bağlamağı təklif etmiş, Zərərçəkmiş şəxs4 isə hazırda üzərində pul olmadığını, ilkin ödəniş kimi yalnız sabah 10.000 (on min) manat ödənişi edə biləcəyini demişdir. Bundan sonra ilkin olaraq 10.000 manat, növbəti ayın əvvəli 5.000 manat və yerdə qalan digər aylar 1.388 manat ödəniş etmək şərti ilə dörd ay müddətinə evi təmir ediləcəyi şərtləri olan müqavilə tərtib edilərək imzalanaraq möhür vurulmuşdur. Səhərisi günü, yəni, xx.xx.2021-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs4 ofisə gələrək mənzilinin təmir edilməsi üçün 10.000 (on min) manat ödəniş etmişdir. Bir neçə gündən sonra Zərərçəkmiş şəxs4 məxsus mənzilin təmiri üçün tikinti materialları aparılaraq işlər görülməyə başlanılmışdır. 2021-ci ilin oktyabr ayının əvvəlində Nərmin adlı işçi 2.500 manat pulu Zərərçəkmiş şəxs4 alıb ona vermiş, bundan sonra Zərərçəkmiş şəxs4 "xxxx"a aid bank kartına 2.500 manat, xx.xx.2021-ci il tarixdə 1.388 manat pul göndərmişdir. Zərərçəkmiş şəxs4 aldığı ümumilikdə 16.388 (on altı min üç yüz səksən səkkiz) manat pulun qarşılığında onun evinin təmirinə 8.000 (səkkiz min) manat pul xərcləmiş, qalan 8.388 (səkkiz min üç yüz səksən səkkiz) manat pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs5 Bünyad qızı xx.xx.2021-ci il tarixdə əri ilə birlikdə ünvan 7 ünvanda yerləşən “İRS Constructioıf‘ MMC tikinti şirkətinin ofisinə gələrək bağ evi inşa etdirməyi demiş, onlara istədikləri evin ümumilikdə 65.000 (altmış beş min) manata tikilib başa çatması, həmin pulu ilkin olaraq müəyyən məbləğdə vermək və qalan hissəsini isə aylıq məbləğlərə bölüb hissə-hissə ödəmək şərtlərini bildirmişdir. Həmin şərtlər onları qane etdiyi üçün razılaşmış və xx.xx.2021-ci il tarixdə saat 13 radələrində ünvan 7 ünvanda yerləşən "xxxx" MMC şirkətinin ofisində Zərərçəkmiş şəxs5 5.000 (beş min) manat məbləğində ödəniş etmişdir. Bundan sonra müqavilə hazırlanaraq imzalanıb möhürlənmişdir. İlk olaraq qazıntı işləri başlanmış, müqavilənin şərtinə uyğun xx.xx.2021-ci il tarixdə təxminən saat 12 radələrində ünvan 7 ünvanda yerləşən "xxxx" MMC tikinti şirkətinin ofisində Zərərçəkmiş şəxs5 növbəti ödəniş kimi 16.000 (on altı min) manat pulu vermişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə təxminən saat 13 radələrində yenə də həmin ünvanda Zərərçəkmiş şəxs5 ödəniş kimi 4.000 (dörd min) manat pul vermişdir. Beləliklə, Zərərçəkmiş şəxs5 mənzilinin inşa olunması ümumilikdə 25.000 (iyirmi beş) min manat pul vermiş, həmin pulun 12.000 (on iki min) manatını evin inşası üçün xərcləmiş, qalan 13000 (on üç min) manat pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, eyniliklə həmin proses Zərərçəkmiş şəxs6 ilə baş tutmuşdur. Belə ki, Zərərçəkmiş şəxs6 19 oktyabr 2021-ci il tarixdə saat 12 radələrində həyat yoldaşı ilə birlikdə fəaliyyət göstərdiyi ofisə gəlib Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində beş sot torpaq sahəsində mənzil tikdirmək istədiklərini bildirimiş, onlara mənzilin ümumilikdə 45.000 (qırx beş min) manat məbləğində pula başa gələcəyini, evin beş ay müddətində tikilib tam təhvil veriləcəyini, şərtlərinin isə ilkin olaraq ümumi məbləğin 30-40 faizini verməli olduğunu, qalan pulun isə bir il ərzində ayda 2.500 (iki min beş yüz) manat ödəməklə yekunlaşdırılacağını bildirmişdir. xx.xx.2021-ci il tarixdə, saat 15-16 radələrində Zərərçəkmiş şəxs6, arvadı Şahid4 və şirkətin işçisi ilə birlikdə özünə məxsus avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinə gedərək əraziyə baxmış, sonra ödəniş etməkləri üçün birlikdə Zərərçəkmiş şəxs6 yaşadığı ünvan 12 ünvana getmişlər və orada saat 20 radələrində Zərərçəkmiş şəxs6 15.000 (on beş min) manat pul vermişdir. Bundan sonra, 29 oktyabr 2021 -ci il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs6 yaşadığı mənzildən 1.000 (min) manat pulu götürmüş, 6 noyabr 2021-ci il tarixdə saat 12 radələrində isə Zərərçəkmiş şəxs6 bank kartına 2.500 (iki min beş yüz) manat pul göndərmişdir. Beləliklə, Zərərçəkmiş şəxs6 ümumilikdə 18.500 (on səkkiz min beş yüz) manat pul vermiş, həmin pulun hamısını şirkət xərcləri və digər şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, 2022-ci ilin iyul ayının əvvəllərində sosial şəbəkə vasitəsi ilə tanış olduğu X12 ünvan 13 ünvanda yerləşən evini söküb, yenidən inşa etmək adı ilə ünvan 5 ünvanda yerləşən icarə əsasında işlədiyi ofisdə 2.000 (iki min) manat pulunu almış, həmin vaxtlarda pula ehtiyacı olduğuna görə Sadiq Cəfərovdan aldığı həmin pulu şəxsi ehtiyaclarına xərcləmiş, lakin, ona vəd etdiyi evin tikintisi ilə bağlı heç bir iş görməmişdir. Bundan sonra isə maddi sıxıntıları olduğundan Sadiq Cəfərovdan aldığı 2.000 (iki min) manat pulu ona qaytara bilməmişdir. Zərərçəkmiş şəxs1 məxsus “X29 Prado” minik markalı, **-XC-*** dövlət nömrəli nişanlı avtomobili 20.000 (iyirmi min) manat qarşılığında dəyərləndirdikləri üçün müqavilədə ilkin ödəniş 20.000 manat yazılmışdır. Müqavilə bağlanandan bir neçə gün sonra avtomobillə bağlı etibarnamə vermişdir. Bir müddət sonra həmin avtomobili bir qədər ucuz qiymətə sataraq pulu sərmayə kimi işlərə xərcləmişdir. Zərərçəkmiş şəxs1 bank hesabına bir dəfə 8.000 (səkkiz min) manat pul köçürdüyünü xatırlayır, ancaq ümumilikdə nə qədər pul verdiyini xatırlamır. Vidadiyə məxsus torpaq sahəsində müəyyən işlər görülmüş, ondan alınan pullar isə ortalıqda bu və ya başqa işlərə xərclənmişdir. Tikinti işlərinə başlayandan sonra hesablamalarda səhvlər etdiyinə görə söz verdiyi işləri tam icra edə bilmədiyini görüb Zərərçəkmiş şəxs1, X11, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, eyni zamanda X7 pul alıb həmin pulların hesabına işləri tam icra etmək fikrinə düşmüşdür. Lakin işləri icra edə bilmədiyi üçün həmin pullar da ortada xərclənmiş və beləliklə də həmin işləri icra edə bilməmişdir. Həmin şəxslərdən pul alan zaman sonradan yarana biləcək hansısa problemin qarşısını almaq üçün heç bir zəmanətə malik olmamış, sadəcə olaraq öz fikirlərinə güvənmişdir. Lakin aldığı pullar da ortada müxtəlif işlərə xərcləndiyi üçün söz verdiyi işləri görə bilməmişdir. Həmin MMC-ni yaradan zaman heç bir sərmayəsi olmamışdır. Aldığı həmin pulları alandan sonra ofisin icarə haqqı, əməkdaşların əmək haqqları və s. ödənilməsinə, habelə bir hissəsini isə öz ehtiyaclarına xərcləmişdir. Ofisin icarə haqqı, əməkdaşların əmək haqqının ödənilməsi, habelə hansısa tikinti materiallarının alınmasını təsdiq edən hər hansı bir sənədi yoxdur. Ona görə də belə bir sənəd təqdim edə bilmir. Qeyd edilən MMC-ni özü təsis etmiş, müəyyən şəxsləri işçi kimi işə götürmüş və bütün işə özü cavabdeh olmuşdur. Bəzən tapşırıqları əsasında ona çatdırılması üçün işçilərdən kimsə müştəridən pul almış, pullar alındıqdan sonra isə özünə çatdırılmışdır. Qeyd edilən şəxslərdən pulun alınması, həmin pulların hansısa formada xərclənməsi ilə yalnız özü məşğul olmuş və həmin dövrdə onunla işləyən şəxslərin bu məsələdə heç bir məsul iştirakları olmamışdır. Təqsirləndirilən şəxs məhkəmədə cinayət prosesi tərəflərinin suallarına cavab olaraq bildirmişdir ki, tikinti ilə bağlı işləri ayrı-ayrı şəxslərə həvalə etmişdir. O, tikinti mütəxəssisidir və aldığı pulları da evlərin tikilməsi üçün lazım olacaq pulun üstünə 10-15 faiz əlavə etməklə almışdır. Gördüyü tikinti işlərinə sərf etdiyi pulların məbləğini ekspertiza az hesablamışdır. Zərərçəkmiş şəxs3 aldığı pulları maddi cəhətdən çətinlik çəkdiyi üçün verə bilməmişdir. Evləri tikməyə başlayarkən əlində mayası olmamışdır. Müştərilər pulları hissəhissə ödəyirdilər. Material smetası və işçi smetasının nə olduğunu bilir. Material smetasının və işçi smetasının əks olunduğu müqavilələri müştərilər imzalamışlar. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən torpaq sahəsində ev tikdirmək qərarına gəldiyi üçün internet səhifələrində ev inşa edən şirkətlər axtararaq bir neçəsi ilə danışmışdır. Sonda şərtləri qane edən "xxxx" adlı şirkət tapıb 2021-ci ilin yanvar ayının əvvəllərində şirkətin Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 8 nömrəli ünvanında yerləşən ofisinə getmişdir. Ofisdə vəzifələrini bilmədiyi biri cavan olmaqla üç nəfər qadın və bir nəfər özünü şirkətin rəhbəri kimi təqdim edən Təqsirləndirilən şəxs ilə tanış olmuş, söhbət zamanı ərazini izah edərək istədiyi layihəni bildirmişdir. Onlar da öz növbələrində müəyyən məsləhətlər verib iş barədə məlumatlandırmış və bütün prosesləri ətraflı şəkildə izah etdikdən sonra hansı layihənin olacağını, işin hansı vaxtda başlanılacağı və bitəcəyini qeyd edərək, ümumi 50.000 (əlli min) manata başa gələcəyini, bir qədər ilkin ödəniş, sonra tərtib ediləcək cədvələ uyğun aylıq ödənişlər olacağını, bunu təsdiq edəcək müqavilə hazırlamaqla imzalanıb möhürlənəcəyini, işə ödənişdən sonra başlanılacağını və işin müqavilənin şərtlərinə uyğun aparılaraq mənzilin vaxtında təhvil veriləcəyini bildirmişlər. Şirkətin ətraflı məlumat verilən internet səhifəsi, yüksək səviyyəli ofisi, işçiləri, danışıqları, təqdim olunan layihələri və rəhbər Təqsirləndirilən şəxs verdiyi vədlər tam inandırdığı üçün onlarla razılaşmış, lakin ilkin olaraq ödəməyə pulunun olmadığını, amma özünə məxsus hazırda bazar qiyməti 40.000-45.000 manat aralığında olan, 2004-cü il buraxılışlı, qara rəngli, 5L5516822 mühərrik nömrəli, JTEBK29J650009296 ban nömrəli, 3000 sm3 həcmli mühərrikli, “X29 Prado” minik markalı, **-XC-*** dövlət nömrəli nişanlı avtomobilini satıb ödəniş edəcəyini bildirimişdir. Təqsirləndirilən şəxs bununla razılaşmış, dediyi şərtlərə uyğun xx.xx.2021-ci il tarixdə müqavilə hazırlanaraq hər ikisi tərəfindən imzalanmış və möhür vurulmuşdur. Bir neçə gün keçdikdən sonra özünü "xxxx" MMC tikinti şirkətinin işçisi, Təqsirləndirilən şəxs şəriki kimi təqdim edən ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömələrindən istifadə edən Abid adlı şəxs mobil nömrəsinə zəng edərək nə üçün ödəniş etmədiyini soruşduqda hələ ki, avtomobili sata bilmədiyini, satdıqda ödəniş edə biləcəyini bildirdikdə Abid adlı şəxs bu barədə danışmaq üçün ofisə dəvət etdiyinə görə ofisə getmişdir. Ofisdə eyniliklə işçilər, Təqsirləndirilən şəxs və telefonda danışdığı, tam olaraq anket məlumatlarını bilmədiyi Abid adlı şəxs olmuş, onlar avtomobili tikiləcək evin ödənişi qarşılığında götürməyi, özlərinin satacağını və əldə etdikləri pulla tikintiyə başlayacaqlarını vəd etmişlər. Həmin vaxt avtomobilin 40.000-45.000 min manat bazar qiyməti olmuş, ən yaxşı halda bazar qiymətindən 3.000 manat aşağı, yəni 37000 (otuz yeddi min) manat pul qarşılığında avtomobilini onlara sata biləcəyini demişdir. Təqsirləndirilən şəxsla Abid adlı şəxs buna razı olmuşlar. xx.xx.2021-ci il tarixdə isə saat 15 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 8 nömrəli ünvanında yerləşən "xxxx" MMC tikinti şirkətinin ofisində 37.000 (otuz yeddi min) manat pul qarşılığında qeyd etdiyi avtomobilini Təqsirləndirilən şəxs və Abid adlı şəxsə təhvil vermiş, ertəsi gün, yəni, xx.xx.2021-ci il tarixdə avtomobili satması üçün 15 saylı notariat ofisində Təqsirləndirilən şəxs baş etibarnamə vermişdir. Bir neçə gün sonra həyətinə işçilər gəlib müəyyən təmizlik işləri aparıb iş görməyə başlamışlar. Bundan sonra, təxminən xx.xx.2021-ci il tarixdə Abid adlı şəxs zəng edərək ödəniş etməli olduğunu bildirdikdə, avtomobilini pul qarşılığında verdiyini, hazırda nə üçün əlavə pul istədiyini soruşmuş, o isə avtomobili turbo.az saytına qoyduqlarını, lakin hələ satılmadığını bildirmişdir. Bu zaman 1.000 (min) manat pul düzəldib ödəniş edə biləcəyini, lakin ödəniş etmək üçün avtomobili olmadığından onların ofisinə gedə bilməyəcəyini dedikdə Abid pulu götürmək üçün özlərinin gələcəklərini demiş, saat 16 radələrində Təqsirləndirilən şəxs və Abid adlı şəxs markasını və dövlət nömrə nişanını xatırlamadığı avtomobillə yaşadığı ünvana gəlmiş, həmin ünvanda yerləşən fərdi yaşayış evində 1000 (bir min) manat pulu Abid adlı şəxsə vermiş, sonuncu da pulu sayıb götürərək Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra, 2021-ci ilin mart ayının əvvəlində yenidən Abid zəng edib avtomobilin hələ satılmadığını deyərək işlərin daha tez getməsi üçün daha çox məbləğdə ödəniş etməli olduğunu bildirdiyi üçün ona 8.000 (səkkiz min) manat pul düzəltdiyini, lakin gələ bilmədiyini dedikdə Abid, pulu, Təqsirləndirilən şəxs kartına göndərməyi bildirmişdir. Buna görə də xx.xx.2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Access Bank”m ofisindən Təqsirləndirilən şəxs hesab nömrəsinə 8000 (səkkiz min) manat pul göndərmişdir. Bu ərəfədə həyətində bir neçə fəhlə tərəfindən işlər görülmüşdür. Təxminən xx.xx.2021-ci il tarixdə Abid adlı şəxs zəng edərək avtomobili hələdə sata bilmədiklərini, bir qədər çox məbləğdə pul ödəməli olduğunu bildirdikdə ona 10.000 (on min) manat pul düzəltiyini, ödəniş etmək üçün ofisə yaxınlaşacağını dedikdə, Abid həmin yerə deyil, baş ofisə gəlməyi bildirdiyi üçün 2021-ci ilin aprel ayının əvvəlində "xxxx" MMC tikinti şirkətinin ünvan 7 ünvanda yerləşən baş ofis dedikləri yerinə getmişdir. Ofisdə adlarını və vəzifələrini bilmədiyi bir neçə qadın işçi, yeni tanış olduğu və tikilən evinin iş icraçısı kimi təqdim edilən, ***-***-**-** saylı mobil telefon nömrəsini istifadə edən Yaqub adlı şəxs, şərik olan Abid adlı şəxs və Təqsirləndirilən şəxs olmuşlar. Gətirdiyi pulu vermək istədikdə iş icraçısı Yaqub bu işlərə qarışmadığını, sadəcə aylıq maaşla işləyən adam olduğunu deyib ofisdən çıxmışdır. Bundan sonra orada 10.000 (on min) manat pulu sayıb Abidə vermiş, sonuncu pulu sayıb götürərək Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra yenidən bir qədər iş görülmüş, traktor qazıntı işləri aparmış və müəyyən işlər həyata keçirilmişdir. Təxminən bir həftə keçdikdən sonra Abid yenə zəng edib ödəniş tələb etdikdə hazırki vaxta qədər 56.000 (əlli altı min) manat pul verdiyini, heç 56 manatlıq iş görmədiklərini, aylıq ödənişinin müddətinin çatmadığını deyib bunlara baxmayaraq ödəniş tələb etməsinin səbəbini soruşduqda, hazırda pandemiya dövrü olduğunu, işçilərin çətinliklərinin yarandığını, bankların işləmədiyini və digər bəhanələr edərək pul çatışmazlığı olduğunu demiş və ödəniş etməyi, bunun sayəsində işlərin qaydasına düşəcəyini və avqust ayında evin tam hazır olub təhvil veriləcəyini vəd edərək inandırıb pul verməyə razı salmışdır. Təxminən xx.xx.2021-ci il tarixdə saat 12 radələrində ünvan 7 ünvanda yerləşən "xxxx" MMC tikinti şirkətinin ofisində 1.000 (min) manat pulu sayıb Abidə vermiş, o da öz növbəsində pulu sayıb götürərək Təqsirləndirilən şəxs vermişdir. Bu zaman bundan öncəki qəbzi götürərək dəyişiklik edib qəbzin birində 2.000 (iki min) manat, digərində isə 10.000 (on min) manat yazıb, iki ədəd qəbz vermişlər. Bir neçə gün keçdikdən sonra iş dayanmış, Abid adlı şəxsə və Təqsirləndirilən şəxs zənglər etməyə başlamış, lakin heç biri zənglərinə cavab verməmişdir. Təxminən 2021-ci ilin iyul ayının sonlarında yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, R.Axundov küçəsi, fərdi yaşayış evinə əvvəllər yeni evinin tikintisində işləyən bir nəfər fəhlə yaxınlaşıb Təqsirləndirilən şəxs tərəfindən iki aya yaxın müddət işlədildiyini, lakin pul verilmədiyini bildirib 500 (beş yüz) manat pul istəmiş, pul verilmədiyi təqdirdə işlədiyi yerləri, yaxud tikdiyi hasarı uçuracağını, deyərək əmək haqqını verməyi tələb etmişdir. Bu formada ona ödəniş etməyəcəyini, tikinti şirkəti ilə danışıb onlara bu barədə məlumat verəcəyini, şirkət edəcəyi ödənişi evin ödənişindən sayacağı təqirdə həmin pulu ona verəcəyini bildirərək şirkətin nömrəsi ilə əlaqə saxlayıb adını xatırlamadığı qadın işçiyə və Abid adlı şəxsə bu barədə məlumat vermiş, hər ikisi 500 (beş yüz) manat pulu həmin fəhləyə verməyi tapşıraraq pulu ödəniş kimi qəbul edəcəklərini bildirmişlər. Beləliklə, xx.xx.2021-ci il tarixdə saat 17 radələrində əvvəllər həmin tikintidə fəhlə işləmiş ***-***-**-** saylı mobil telefon nömrəsini istifadə edən şirkətin işçisi X15 evinin ödəniş pulu kimi 500 (beş yüz) manat pul vermişdir. Həmin fəhləni yola saldıqdan sonra tamamilə əsəbləşib bu işin üzərinə düşməyə başlamış, lakin Təqsirləndirilən şəxs və Abid adlı şəxs artıq zənglərinə tamamilə cavab verməmişlər. Bunlardan heç bir xəbər çıxmadığını görüb formal olaraq ərizə yazaraq ofislərinin pəncərəsinə yapışdırıb şəklini çəkib hər ikisinə göndərərək işə başlamadıqları təqdirdə bu ərizəni polisə göndərəcəyini bildirmişdir. Bundan qorxub 2021-ci ilin oktyabr ayının sonu, noyabr ayının əvvəlində beton gətirərək 2 metr tikinti apardıqları mənzilin padvalının üzərinə beton tökmüş, beton verilməsi bitdikdən sonra tamamilə iş dayanmış və bir daha Təqsirləndirilən şəxs və Abid zənglərinə cavab verməmişlər. Zərərçəkmiş şəxs1 cinayət prosesi tərəflərinin suallarına cavab olaraq bildirmişdir ki, müqaviləyə əsasən ev 49.000 (qırx doqquz min) manata başa gəlməli olsa da, Təqsirləndirilən şəxs tərəfindən ona 57.500 (əlli yeddi min beş yüz) manat məbləğində ziyan vurulmuşdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsində ev inşa etdirmək qərarına gələrək əri Şahid3 ilə internet səhifələrində ev inşa edən şirkətlər axtarmışlar. Həmin şirkətlərin bir neçəsi ilə əlaqə yaradıb şərtləri ilə maraqlandıqdan sonra onları qane edən "xxxx" adlı şirkət tapmışlar. 12 sentyabr 2021-ci il tarixdə şirkətin internet səhifəsində olan ***-***-**-** saylı mobil telefon mobil nömrəsi ilə əlaqə yaradaraq işlər barədə məlumat almış, şərtlər qane etdiyindən həmin şirkətlə işləmək qərarına gəlmişlər. Daha sonra əri Şahid3la birlikdə "xxxx" MMC tikinti şirkətinin ünvan 7 ünvanda yerləşən ofisinə getmişlər. Onları Nərmin adlı işçi xanım qarşılamışdır. Bundan sonra şirkətin rəhbəri kimi təqdim edilən Təqsirləndirilən şəxs ilə tanış olmuş, söhbət zamanı istədikləri layihə barədə bildirmişlər. Təqsirləndirilən şəxs özünü memar, bu işlərin biləni şəxs kimi təqdim edərək öz növbəsində müəyyən məsləhətlər verərək iş barədə məlumatlandırmış, aralarında rəsmi müqavilə bağlanacağını, bütün bunlar üçün ümumilikdə 34.500 (otuz dörd min beş yüz) manat pula ehtiyac olacağını, ilkin olaraq pulun otuz faizinin ödənilməli olduğunu, qalan hissəsinin isə tərtib ediləcək cədvələ uyğun aylıq ödənişlər şəklində olacağını başa salmışdır. Şirkətin ətraflı məlumat verilən internet səhifəsi, yüksək səviyyəli ofisi, işçilərinin olmasına, danışıqlarına, təqdim olunan layihələrinə və Təqsirləndirilən şəxs verdiyi vədlərə inandıqları üçün onunla razılaşmışlar. Bundan sonra "xxxx" MMC tikinti şirkətinin ofisində, əri Anarın yanında özünə məxsus 20.000 (iyirmi min) manat pulu sayıb Təqsirləndirilən şəxs təhvil vermiş, sonuncu pulu götürərək müqaviləyə uyğun işlərin həll olacağını bildirmişdir. Bir neçə gün keçdikdən sonra Təqsirləndirilən şəxs, şəriki kimi təqdim etdiyi Mehman, işçiləri kimi təqdim etdiyi anket məlumatlarını bilmədiyi Amid və Şəfa adlı şəxslər Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsinə gələrək ərazi ilə tanış olmuş, yaxın zamanda layihəyə uyğun işə başlayacaqlarına vəd vermişlər. Bir müddət keçdikdən sonra iş barədə maraqlandıqda, niyə işə başlamadıqlarını soruşduqda tikinti üçün Abşeron Rayon İcra Hakimiyyətindən icazə ala bilmədikləri bəhanəsi gətirilmiş və bu səbəbdən yubandıqları bildirilmişdir. İşin uzandığını görüb Abşeron Rayon İcra Hakimiyyətinə müraciət etmiş, ərinin mükafatları olan bir hərbiçi olduğunu görüb tikinti üçün icazə vermişlər. Bu barədə Təqsirləndirilən şəxs məlumatlandırdıqdan sonra işə başlanılmış, ərazilərində yüngül işlər görülmüşdür. 2021-ci ilin sentyabr ayının sonlarına doğru müqaviləyə əsasən ödəniş etmə vaxtı yaxınlaşdığından əri Anar evin tikilməyinə görə Təqsirləndirilən şəxs ödəyəcəkləri puldan 500 (beş yüz) manat pulu xx.xx.2021-ci il tarixdə saat 18:41-də Beyləqan rayonu, Magistral küçəsində yerləşən “Sizin Market” adlı marketin içərisindəki “Milliön” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs aid 4169 7385 5650 6878 seriya nömrəli "xxxx" a məxsus bank kartına göndərmişdir. Bir müddət keçdikdən sonra tikintidə eyniliklə yubanmalar olmuş, Təqsirləndirilən şəxs maraqlandıqda o, havaların pis keçməsi, pandemiya ərəfəsi olduğundan ustaların gəlib-getməyində narahatçılıqlarının olması və sair kimi bəhanələr gətirməklə yubanma olduğunu demişdir. 2021-ci ilin oktyabr ayının sonlarına doğru müqaviləyə əsasən növbəti ödəniş etmə vaxtı yaxınlaşdığından əri Anar Təqsirləndirilən şəxs ödəniləcək puldan 500 (beş yüz) manatı xx.xx.2021-ci il tarixdə özünə aid 4169 7332 2225 2616 nömrəli "xxxx"a məxsus bank kartı vasitəsi ilə Təqsirləndirilən şəxs adına olan, bundan öncə də pul göndərdikləri 4169 7385 5650 6878 nömrəli "xxxx"a məxsus bank kartına göndərmişdir. Bir müddət keçdikdən sonra iş tam dayanmış, Təqsirləndirilən şəxs zənglər etsələr də, sonuncu cavab verməmişdir. Bundan sonra bir neçə dəfə ofisə getmiş, lakin ofis bağlı olmuşdur. Belə olan halda Təqsirləndirilən şəxs ev inşa edəcəyi vədi verməklə etibarlarından sui-istifadə edib aldadaraq ümumilikdə 21.000 (iyirmi bir min) manat məbləğində pullarını ələ keçirərək dələduzluq etdiyini başa düşmüşlər. Torpaq sahələrində Təqsirləndirilən şəxs tərəfindən 2021-ci ilin sentyabr ayının sonunda təxminən 2-3 min manatlıq keyfiyyətsiz iş görülmüşdür. Məhkəmə tikini-texniki ekspertizasına dair ekspert rəyində evində aparılmış təmir-tikinti işlərinin dəyərinin 4.651,8 (dörd min altı yüz əlli bir manat səksən qəpik) manat göstərilməsi ilə razıdır. Həmin məbləğdən başqa torpaq sahəsində Təqsirləndirilən şəxs heç bir iş görməmiş, qalan digər pulları isə qaytarmayaraq ona həmin məbləğdə maddi ziyan vurmuşdur. Zərərçəkmiş şəxs3 cinayət prosesi tərəflərinin suallarına cavab olaraq bildirmişdir ki, pulları Təqsirləndirilən şəxs 3 ay müddətində vermişlər. Tikintinin dayanmasının səbəbini sonuncudan öyrənmək istəsə də Səfərəli onlara cavab verməmişdir. Müqaviləyə əsasən ev 36.000 manata tikilməli olmuş, Təqsirləndirilən şəxs tərəfindən ona 21.000 manat məbləğində ziyan dəymişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində yerləşən özlərinə məxsus altı sot torpaq sahəsində inşa etdirdikləri ikimərtəbəli bağ evini təmir etdirmək qərarına gəldikləri üçün arvadı Şahid1 ilə internet səhifələrində müvafiq şirkətlər axtarmışlar. Şirkətlərin bir neçəsi ilə əlaqə yaradıb danışaraq şərtləri ilə maraqlanmış, nəhayət onları qane edən "xxxx" MMC adlı şirkət üzərində dayanmışlar. Şirkətin “İnstagram” sosial şəbəkəsində yerləşdirilmiş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə yaradıb daha detallı maraqlandıqda zəngə cavab verən Nərmin adlı xanım ətraflı məlumat əldə etmələri üçün onları şirkətin ofisinə dəvət etmişdir. 16 sentyabr 2021-ci il tarixdə arvadı Nataliya ilə birlikdə "xxxx" MMC təmir-tikinti şirkətinin ünvan 7 ünvanda yerləşən ofisinə getmişlər. Ofisdə onları Nərmin xanım qarşılamışdır. Bundan sonra şirkətin rəhbəri Təqsirləndirilən şəxs ilə tanış olmuş, söhbət zamanı inşa etdirdikləri evin layihəsini təqdim edərək fikirlərini izah etmişlər. Təqsirləndirilən şəxs özünü memar kimi təqdim edərək müəyyən məsləhətlər verib iş barədə məlumatlandırmış və bütün prosesləri ətraflı şəkildə izah etmişdir. İstədikləri təmirin ekonom paketə aid olduğunu, hansı vaxta başlanılacağı, hansı vaxtda bitəcəyi, bütün bunlara ümumilikdə 40.000 (qırx min) manat pul lazım olacağını izah edərək ilkin olaraq 15.000 (on beş min) manat ödəniş olacağını, daha sonra aylığa bölünəcəyini və hər ayın əvvəli ödəniş ediləcəyini bildirmişdir. İlkin ödəniş üçün 10.000 (on min) manat ödəniş edə biləcəklərini dedikdə Təqsirləndirilən şəxs buna razı olmuş, lakin növbəti ay, yəni oktyabr ayında aylıq məbləğə uyğun 1.388 (min üç yüz səksən səkkiz) manat deyil, 5.000 (beş min) manat ödəniş etməli olacaqlarını və noyabr ayından aylıq məbləğə uyğun ödəniş edə biləcəklərini izah etmişdir. Təqsirləndirilən şəxs şərti ilə razılaşdıqdan sonra sonuncu bütün bunları təsdiq edəcək müqavilə hazırlanacağı, imzalanacağı, möhürlənəcəyi, ilkin ödənişdən sonra işə başlanılacağı və müqavilənin şərtlərinə uyğun iş aparılaraq dörd ay müddətində evin təhvil veriləcəyini bildirmişdir. Şirkətin ətraflı məlumat yerləşdirilmiş internet səhifəsi, yüksək səviyyəli ofisi, işçiləri, danışıqları, təqdim olunan layihələri və Təqsirləndirilən şəxs verdiyi vədlər onu tam inandırdığı üçün sonuncu ilə razılaşmışdır. Bundan sonra daha da dəqiqləşdirmək və yerində detallı baxmaq üçün elə həmin gün, yəni, xx.xx.2021-ci il tarixdə saat 15 radələrində özü, arvadı Nataliya, Təqsirləndirilən şəxs və şirkətin dizayneri kimi təqdim edilən Vəfa adlı xanımla birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları adlanan ərazidə inşa etdirdikləri ikimərtəbəli bağ evinə getmişlər. Evdə Vəfa xanım adlı şəxs ölçü və müəyyən qeydlər aparmış, həmçinin Təqsirləndirilən şəxs məsləhətlər vermişdir. Daha sonra birlikdə təmir-tikinti şirkətinin ofisinə qayıtmışlar, ofisdə olarkən Təqsirləndirilən şəxs razılaşmışkən və hamı orada ikən müqavilə bağlamağı təklif etmişdir. Ona hazırda üzərlərində pul olmadığını, ilkin olaraq 10.000 manat ödənişi ertəsi gün edə biləcəklərini dedikdə Təqsirləndirilən şəxs buna etiraz etməmiş və köməkçisi Nərmin adlı xanım ilkin ödəniş üçün 10.000 manat, növbəti ayın əvvəli 5.000 manat və yerdə qalan digər aylar üçün 1.388 manat ödəniş edilməsini və dörd ay ərzində evin təmir edilməsini nəzərdə tutan müqavilə təqdim etmişdir. Daha sonra müqavilə hər biri tərəfindən imzalanmış və üzərinə möhür vurulmuşdur. Ertəsi gün, yəni, xx.xx.2021-ci il tarixdə ödəniş etmək üçün qardaşı X23 ilə birlikdə "xxxx" MMC təmir-tikinti şirkətinin Balo şəhəri, ünvan 14 ünvanda yerləşən ofisinə gedərək Təqsirləndirilən şəxsla görüşüb, sonuncuya 10.000 (on min) manat ödəniş etmişdir. Bir neçə gündən sonra təmir olunan mənzilə müəyyən tikinti materialları gətirilmiş, yüngül işlər görülməyə başlanılmışdır. Təxminən on gün xırda işlər görüldükdən sonra işlər dayanmışdır. Nə baş verdiyini öyrənmək üçün arvadı Şahid1 ilə birlikdə təmir-tikinti şirkətinin ofisinə yaxınlaşmışlar. Ofisdə Təqsirləndirilən şəxs işlərdə müəyyən çətinliklər yarandığını, layihə çəkən Vəfa adlı xanımın rayona getdiyini, layihə olmadığı üçün işin yubandığını, bundan sonra işləri Mehman adlı yeni layihəçinin aparacağını və işlərin vaxtında yekunlaşacağını bildirmişdir. Bir müddət keçdikdən sonra işlə maraqlandıqda işlərin başlamadığını və gecikdiyini görüb maraqlanmaq üçün sosial şəbəkədə yerləşdirilən mobil nömrəyə zəng etmiş, cavab verən Nərmin adlı xanım müəyyən çətinliklərin olduğunu, qısa zamanda hər şeyin yaxşı olacağını bildirmişdir. Bundan sonra, 2021-ci ilin oktyabr ayının əvvəlində müqaviləyə əsasən ödəniş etmək vaxtı yaxınlaşdığından Nərmin adlı xanım əlaqə saxlayaraq ödəniş etməli olduğunu bildirdikdə, ona dənizdə işdə olduğunu, mənzilində 2.500 manat nağd pulun olduğunu, aylıq ödənişi təşkil edən 5.000 manat pulun 2.500 manatını nağd olaraq mənzilində olan arvadından götürə biləcəklərini, qalıq qalan 2.500 manat pulu isə karta göndərə biləcəyini demişdir. Nərmin adlı xanım razılaşaraq 2.500 manat pulu nağd olaraq mənzildən götürmək barədə Təqsirləndirilən şəxs məlumat verəcəyini bildirmiş, qalan 2.500 manat pulu ödəməsi üçün isə Təqsirləndirilən şəxs məxsus "xxxx"a aid 4169 7385 5650 6875 nömrəli bank kartını göndərmişdir. Bank kartına pulu göndərəcəyini və 2.500 manat pulun arvadı tərəfindən hazırlanacağını, bu barədə ona məlumat verəcəyini demişdir. Bundan sonra həmin kartın heesabına 2.500 manat pul göndərmiş və arvadına evdə olan 2.500 manat pulu hazırlamağı, Təqsirləndirilən şəxs mənzilə yaxınlaşdıqda tək çıxmaması üçün qardaşı Emil Həsənovla birlikdə çıxıb ona 2.500 manat pul verməyi tapşırmışdır. Beləliklə xx.xx.2021-ci il tarixdə saat 17:17-də istifadəsində olan 4127 2081 2445 4710 nömrəli bank kartından Təqsirləndirilən şəxs bank kartına 1.000 manat, saat 17:18-də istifadəsində olan digər 4127 2222 2372 2349 nömrəli bank kartından Təqsirləndirilən şəxs bank kartına 1.500 manat pul göndərmişdir. Bir qədər sonra arvadı Şahid1 əlaqə saxlayıb qardaşı Emil Həsənovla birlikdə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 104, mənzil 11-in qarşısında 2.500 manat nağd pulu Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. Bir müddət keçmiş evin təmirində eyniliklə yubanmalar olmuş, bu barədə Təqsirləndirilən şəxs maraqlandıqda sonuncu havaların pis keçməsi, pandemiya ərəfəsi olduğu, ustaların gəlib-getməyində narahatçılıqların yaranması və sair kimi bəhanələr bildirərək məsələni ötürmüş və təmir işləri dayanmışdır. Bundan sonra, 2021-ci ilin noyabr ayının əvvəllərində müqaviləyə əsasən növbəti ödənişi etmək vaxtı yaxınlaşdığından Nərmin adlı xanım yenidən əlaqə saxlayaraq ödəniş etməyin lazım olduğunu bildirmişdir. O, işlərin niyə ləng getdiyini, iki aydan artıq müddət keçməsinə baxmayaraq demək olar ki, heç bir iş görülmədiyini, lakin ödəniş tələb etmə səbəblərini soruşduqda eyniliklə müxtəlif bəhanələr gətirilmişdir. Ödəniş etdikədn sonra təmirin yenidən başlayacağı, qısa bir zamanda təhvil veriləcəyi vədi verildiyindən işin xatirinə müqaviləyə əsasən ödəniş etmək qərarına gəlmişdir. xx.xx.2021 -ci il tarixdə saat 19:44-də arvadı Nataliya 4198 4185 6385 1839 nömrəli bank kartından Təqsirləndirilən şəxs məxsus "xxxx"a aid 4169 7385 5650 6875 seriya nömrəli "xxxx"a aid bank kartının hesabına 1.388 manat pul göndərmişdir. Bundan sonra görülən işlərlə maraqlanmaq üçün evə getmiş, işlərin başında dayanan iş icraçısı kimi tanıdıqları Abid adlı şəxslə tanış olmuş, işlərin niyə ləng getməsi ilə maraqlandıqda sonuncu, dizayn-proyekti gözlədiyini, dizayn-proyekt gecikdiyindən işlərin yubandığını bildirmişdir. Bu barədə Təqsirləndirilən şəxs ilə marqlandıqda, sonuncu dizayn-proyektin Emil tərəfindən təhvil veriləcəyini bildirmişdir. O, “Emil” adlı şəxslə danışdıqda sonuncu bütün işlə tanış olduğunu və dizayn-proyekti qısa zaman içində təhvil verəcəyini bildirmiş, lakin, bir müddət də keçməsinə baxmayaraq heç bir iş görülməmişdir. Bundan sonra dekabr ayında yenidən ödəniş tələb edilərkən dörd ay müddət ərzində 16.388 (on altı min üç yüz səksən səkkiz) manat pul vermələrinə baxmayaraq demək olar ki, heç bir iş görülmədiyindən dekabr ayının pulunu verməkdən imtina etmiş, daha sonra mütəmadi olaraq zənglər etməyə, pullarını geri tələb etməyə başlamışdır. İlk öncələr onun zənglərinə cavab verən olmamış, daha sonra isə nömrələr söndürülmüşdür. Bir neçə dəfə şirkətin ofisinə getmiş, lakin ofis bağlı olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs tərəfindən evi təmir edəcəyi vədi verməklə etibarlarından suiistifadə edib aldadıldıqlarını və ümumilikdə 16.388 (on altı min üç yüz səksən səkkiz) manat məbləğində pulunun ələ keçirilərək dələduzluq edildiyini başa düşmüşdür. Təqsirləndirilən şəxs tərəfindən ona ümumilikdə 16.388 (on altı min üç yüz səksən səkkiz) manat məbləğində maddi ziyan vurulmuşdur. Həmin pulu müqavilənin şərtlərinə uyğun olaraq ilkin ödəniş kimi, sonra da hissə-hissə olmaqla, 3 dəfəyə, 10.000, 5.000 və 1.388 manat olmaqla Təqsirləndirilən şəxs vermişdir. Həmin şəxslər tərəfindən hansı məbləğdə iş görüldüyünü dəqiqləşdirmək üçün özəl şirkətə müraciət etmiş və onlar 2.793 manat məbləğində iş görüldüyünü müəyyən etmişlər. Məhkəmə tikini-texniki ekspertizasına dair ekspert rəyində evində aparılmış təmir-tikinti işlərinin dəyərinin 1.312 (min üç yüz on iki) manat 20 (iyirmi) qəpik göstərilməsi ilə razıdır. Həmin məbləğdən başqa torpaq sahəsində Təqsirləndirilən şəxs tərəfindən heç bir iş görülməmiş və qalan pulları qaytarmayaraq ona maddi ziyan vurmuşdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 2021-ci ilin fevral ayında Bakı şəhəri, Xəzər rayonu, Şiivəlan qəsəbəsi ərazisində hasarlanmış və dəmir qapısı olan 7,6 sot torpaq sahəsi almış, 2021-ci ilin sentyabr ayında həmin torpaq sahəsində bağ evi tikmək qərarına gəlmişdir. Bunun üçün internet səhifələrində ev tikən şirkətlər axtarmağa başlamışlar. Bir neçəsi ilə telefonla danışdıqdan sonra "xxxx" MMC tikinti şirkəti ilə görüşmək və real söhbət edib bu barədə yekun qənaətə gəlməyi qərarlaşdırmışdır. xx.xx.2021-ci il tarixdə əri Şahid2 ilə birlikdə ünvan 7 ünvanda yerləşən "xxxx" MMC tikinti şirkətinin ofisinə getmişdir. Ofisdə Şəfa, dizayner Vəfa, iş icraçısı Elnur və iş ortağı Mehman adında olan şəxslərlə, daha sonra tikinti şirkətinin rəhbəri Təqsirləndirilən şəxs ilə tanış olmuşlar. Söhbət zamanı istədikləri layihəni onlara bildirmiş, onlar da öz növbələrində müəyyən məsləhətlər verərək iş barədə məlumatlandırmış, bütün prosesləri ətrafı şəkildə izah etmişlər. İzahlardan əlavə inandırmaq məqsədi ilə gördüyü işləri təqdim etmək və etdikləri işləri əyani şəkildə göstərməyi də təklif etmişlər. Bu məqsədlə Fuadla iş icraçısı Elnur və dizayner Vəfa adlı şəxslərlə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində yerləşən tanımadıqları, ünvanını bilmədiyi bağ evinə getmişlər. Həmin bağ evində şirkət əməkdaşları gördükləri işlərlə tanış edib fəaliyyətləri barədə ətraflı inandırma etdikdən sonra əməkdaşlara qısa zamanda qərarlarını bildirəcəklərini demişlər. Sonra "xxxx" MMC-nin etdiyi təklif, verdiyi layihəyə uyğun olaraq ümumilikdə 65.000 (altmış beş min) manata bağ evinin tikilib başa çatmağı, bu pulu ilkin olaraq müəyyən məbləğdə vermək və qalan hissəsini isə aylıq məbləğlərə bölüb hissə-hissə ödəmək şərtləri qane etdiyindən onlarla işləmək qərarına gəlmişlər. Müqaviləyə uyğun olaraq ilkin ödəyəcəkləri 5.000 (beş min) manat məbləğində özünə məxsus olan pulu götürüb ünvan 7 ünvanda yerləşən "xxxx" MMC tikinti şirkətinin ofisinə getmişlər. xx.xx.2021-ci il tarixdə saat 13 radələrində ünvan 7 ünvanda yerləşən "xxxx" MMC tikinti şirkətinin ofisində şirkətin rəhbəri Təqsirləndirilən şəxs 5.000 (beş min) manat pulu ödəmiş, müqavilə hazırlanaraq hər iki tərəf imzalamış və möhür vurulmuşdur. Bundan sonra ilk olaraq qazıntı işləri başlanmış, tikiləcək əraziyə gedib baxdıqda daim olaraq orada tikintinin üzərində dayanan iş icraçısı İlqar adlı şəxs və ofisdə Təqsirləndirilən şəxs şəriyi kimi tanıdıqları Mehman adlı şəxsi orada görmüşlər. Müqavilənin şərtinə uyğun növbəti ödənişi xx.xx.2021-ci il tarixdə saat 12 radələrində ünvan 7 ünvanda yerləşən "xxxx" MMC tikinti şirkətinin ofisində əri Fuadla birlikdə “Mehman” adlı şəxsin yanında Təqsirləndirilən şəxs 16.000 (on altı min) manat pul vermişlər. Bundan sonra müqavilə üzrə növbəti ödənişin vaxtı, yəni xx.xx.2021-ci il tarixdə saat 13 radələrində əri Fuadla birlikdə ünvan 7 ünvanda yerləşən "xxxx" MMC tikinti şirkətinin ofisində Təqsirləndirilən şəxs 4.000 (dörd min) manat pulu vermişlər. Daha sonra işlərin ləngidiyini görərək narahat olmağa başlamış, bir müddət sonra ümumiyyətlə ərazidə tikinti dayanmışdır. Mütəmadi olaraq zəng edib Təqsirləndirilən şəxsla iş barədə maraqlandıqda hər dəfəsində müxtəlif bəhanələr gətirərək bu gün-sabah deyib işlərin yenidən başlayacağını vəd vermişdir. Bundan sonra bir neçə dəfə ofisə getmiş, Təqsirləndirilən şəxs ofisdə gah olmuş, gah da olmamışdır. Daha sonra ofis bağlı olmuş, Təqsirləndirilən şəxs zənglərə cavab verməmiş, sonradan onunla ümumiyyətlə əlaqə saxlaya bilməmişlər. Belə olan halda Təqsirləndirilən şəxs tərəfindən ev tikmək adı ilə aldadılaraq etibarından sui-istifadə edib 25.000 (iyirmi beş min) manat pulunun ələ keçirildiyini başa düşmüşdür. Təqsirləndirilən şəxs ilkin olaraq görüntü yaratmaq xatirinə, əlavə pullar əldə etmək məqsədi ilə bağ evinin həyətində qazıntı işləri aparmış, cəmi 7.000 manatlıq iş görmüşdür. Məhkəmə tikini-texniki ekspertizasına dair ekspert rəyində evində aparılmış təmir-tikinti işlərinin dəyərinin 7.481 (yeddi min dörd yüz səksən bir) manat 85 (səksən beş) qəpik göstərilməsi ilə razıdır. Təqsirləndirilən şəxsdən ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 2019-cu ildə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində hasarlanmış 5 sot torpaq sahəsi alıb arvadı Şahid4 adına sənədləşdirmişdir. 2021-ci ilin oktyabr ayında həmin torpaq sahəsində ev tikmək qərarına gəldiyi üçün internet səhifələrində ev tikən şirkətlər axtarmışdır. “Tap.az” internet səhifəsində "xxxx" MMC tikinti şirkətinin tikiləcək evin ümumi məbləğinin ilkin olaraq otuz faizini ödəmək və qalan hissəsini sonradan aylara bölüb az-az ödəniş etməklə layihəni həyata keçirməyin mümkün olduğu barədə elanına rast gəlmişdir. Şərtlər onu qane etdiyindən elanda yerləşdirilmiş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlamışdır. Özünü şirkətin rəhbəri kimi təqdim edən Təqsirləndirilən şəxs şərtlər və proseslərlə daha yaxından tanış olmaq üçün onu ünvan 7 ünvanda yerləşən ofisinə dəvət etmişdir. 19 oktyabr 2021-ci il tarixdə saat 12 radələrində arvadı Şahid4 ilə birlikdə "xxxx" MMC-nin ofisinə getmiş, onları Günel adlı xanım qarşılayıb bir neçə layihə ilə tanış etmiş, bundan sonra Təqsirləndirilən şəxs öz otağına dəvət etmiş və ətraflı söhbət etmişlər. Səfərəliyə Mərdəkan qəsəbəsi ərazisində beş sot hasarlanmış torpaq sahəsində mənzil tikdirmək istədiyini, təxmini ölçü və layihəni bildirdikdən sonra sonuncu istədikləri layihənin ümumilikdə 45.000 (qırx beş min) manata başa gələcəyini, evin beş ay müddətində tikilib tam təhvil veriləcəyini, şərtlərinin isə ilkin olaraq ümumi məbləğin 30-40 faizini verəcəkləri, qalan pulun isə bir il ərzində ayda 2.500 (iki min beş yüz) manat ödəməklə yekunlaşdıracaqlarını bildirmişdir. Təqsirləndirilən şəxs təklifi qane etdiyindən buna razı olmuş, lakin hazırda üzərində pul olmadığını, pulun evdə olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs hər hansısa bir narahatçılıq olmadığını, gedib əraziyə baxacağını, oradan isə mənzilə gedib pulu mənzildə ödəyə biləcəklərini bildirmişdir. Bundan sonra həmin günü qeyd edilən şərtləri əhatə edən müqavilə bağlanmış, imzalar etmiş, möhür vurulmuş, onlara müqavilənin bir nüsxəsi təqdim edilmiş, digər nüsxəsi isə şirkətdə qalmışdır. Sonra, xx.xx.2021-ci il tarixdə, saat 15-16 radələrində Təqsirləndirilən şəxs və şirkətin digər işçisi Şəfa adlı xanımla birlikdə Təqsirləndirilən şəxs özünə məxsus markasını və dövlət nömrə nişanını xatırlamadığı avtomobili ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinə getmiş, əraziyə baxdıqdan sonra ödəniş etmək üçün birlikdə yaşadıqları ünvan 12 ünvana getmiş və saat 20 radələrində həmin ünvanda arvadı Şahid4 yanında 15.000 (on beş min) manat pulu sayıb Təqsirləndirilən şəxs vermişdir. Bir neçə gün keçdikdən sonra Təqsirləndirilən şəxs layihə hazırlayıb tikinti üçün icazə alması üçün həmin layihəni Bakı Şəhəri Xəzər rayon İcra Hakimiyyətinə təqdim etmişdir. Bir neçə gün sonra Bakı Şəhəri Xəzər Rayonu İcra Hakimiyyətinin memarlıq şöbəsindən layihədə pozuntuların düzəliş edilməli olduğu bildirildiyi üçün onu Təqsirləndirilən şəxs qaytarmışlar. Təxminən 25 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs layihəni düzəldib geri qaytardığı üçün yenidən həmin layihəni İcra Hakimiyyətinə təqdim etmişdir. 29 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ***- ***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək təcili pula ehtiyacı olduğunu, 1.000 (bir min) manat pul lazım olduğunu, həmin pulu ona verməyi, narahat olmamağı və verdiyi pulu evin pulundan çıxacağını bildirmişdir. İşdə olduğu üçün arvadı Şahid4 ilə əlaqə saxlayaraq Təqsirləndirilən şəxs mənzilə gələcəyini, ona 1.000 (min) pul verməsini tapşırmış, bir qədər sonra Şahid4 Təqsirləndirilən şəxs 1.000 (min) manat pulu götürdüyünü bildirmişdir. Daha sonra, 6 noyabr 2021-ci il tarixdə yenidən Təqsirləndirilən şəxs zəng edərək müqaviləyə əsasən razılaşdıqları aylıq 2.500 (iki min beş yüz) manat puldan ödəniş etməyi bildirmiş, müqaviləyə əsasən ödənişin 10 noyabr 2021-ci il tarixdə olacağını deyərək nə üçün 4 gün öncə ödəniş tələb etdiyini soruşduqda sonuncu tikinti üçün lazım olduğunu və tikintinin tezləşdirilməsi üçün dörd gün öncə ödəniş etməli olduğunu bildirmişdir. İşin alınması üçün buna razı olaraq Səadətlə əlaqə saxlayıb aylıq ödəniş olan 2500 (iki min beş yüz) manat pulu Təqsirləndirilən şəxs məxsus seriya nömrəsini xatırlamadığı bank kartına göndərməsini xahiş etmişdir. Səadət yaşadıqları mənzilin yaxınlığındakı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində yerləşən “Laçın Ticarət Mərkəzinin” içindəki “E-Manat” aparatı vasitəsi ilə xx.xx.2021-ci il tarixdə saat 12:21 -də 2.500 (iki min beş yüz) manat pulu Təqsirləndirilən şəxs seriya nömrəsini tam xatırlamadığı, çekdə yazılan qədər bildiyi 4*** *6875 seriya nömrəli hesabına göndərmişdir. Bir müddət sonra yenidən icra hakimiyyətinə dəvət edilmiş və layihədə tam düzəliş olunmadığı bildirilmişdir. Həmin layihəni götürüb Təqsirləndirilən şəxs ilə əlaqə saxlayıb layihənin yalnış olduğunu, düzəliş etməsini bildirdikdə Təqsirləndirilən şəxs dekabr ayının ödənişi olan 2.500 (iki min beş yüz) manat pulu ödəməyi tələb etmişdir. Təqsirləndirilən şəxs layihəni səhv hazırladığını, ərazidə hələ heç bir iş görmədiyini, bununla yanaşı noyabr ayında dekabr ayının ödənişini tələb etməsinin yalnış olduğunu bildirərək ödəniş etməmişdir. Təqsirləndirilən şəxs tikintinin başladığını və ərazidə iş getdiyini bildirirdiyi üçün torpaq sahəsinə getdikdə heç bir iş görülmədiyini görüb Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış, sonuncu xəstə olduğunu, tikinti materiallarının tam alınmadığını və digər bəhanələr gətirərək iş yubadaraq yaxın zamanlarda həll olacağını bildirmişdir. Artıq bu işdə yanlışlıq olduğunu dərk edərək ofisə getmiş, lakin ofis bağlı olmuş, Təqsirləndirilən şəxs ilə əlaqə saxlamaq istəsə də, gah zəng çatmamış, gah da zənglərə cavab verməmiş, sonradan isə ümumiyyətlə onunla əlaqə yarada bilməmişdir. Belə olan halda Təqsirləndirilən şəxs ev tikmək adı ilə onu aldadaraq etibarından sui-istifadə edib 18.500 (on səkkiz min beş yüz) manat pulunu ələ keçirərək dələduzluq etdiyini anlamışdır. Təqsirləndirilən şəxs aldığı pulun müqabilində heç bir iş görməmiş və ona dəymiş ziyanı qaytarmamışdır. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş zərəçəkmiş şəxs X11 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Qəbələ şəhərində yerləşən altı sot torpaq sahəsində ev tikdirmək qərarına gələrək internet səhifələrində ev inşa edən şirkətlər axtarmış, bir neçəsi ilə əlaqə yaradıb danışıb şərtləri ilə maraqlanmışlar. Bununla yanaşı daim yaşadığı ünvan 7 doqquz mərtəbəli yaşayış binasına gedib-gələrkən binanın aşağı hissəsində "xxxx" MMC adlı tikinti şirkətinin ofisini görmüş, həmin şirkəti internetdə bir az araşdırdıqdan sonra ofisə gedib şərtləri ilə maraqlanmaq qərarına gəlmişdir. 13 avqust 2021-ci il tarixdə yaşadığı binanın aşağı hissəsində yerləşən "xxxx" MMC tikinti şirkətinin ofisinə yaxınlaşmış, ofisdə onu Nərmin adlı xanım qarşılamışdır. Müəyyən məlumatları verdikdən sonra şirkətin rəhbəri kimi təqdim edilən Təqsirləndirilən şəxs ilə tanış olmuş, söhbət zamanı sonuncuya Qəbələ şəhərində altı sot torpaq ərazisinin olduğunu, həmin ərazidə ikimərtəbəli yaşayış binası inşa etdirmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs özünü memar kimi təqdim edərək bir çox layihə göstərmiş, mənzilin necə olacağı barədə ətraflı məlumat vermiş, görüləcək işlər barədə ətraflı məlumatlandırıb bütün prosesləri izah etmiş, eyni zamanda istədiyi mənzil üçün ümumilikdə 55.200 (əlli beş min iki yüz) manat pul lazım olacağını bildirmiş, həmçinin ilkin olaraq 16.560 (on altı min beş yüz altmış) manat ödəniş etməli oldğunu, bundan sonra işə başlanılacağını, daha sonra isə hər ay 3.220 (üç min iki yüz iyirmi) manat aylıq pul ödəyəcəyini, dörd ay ərzində təqdim etdiyi layihə üzrə Qəbələ şəhərindəki altı sot ərazisindəki ikimərtəbəli evi tam olaraq təhvil verəcəyini qeyd etmişdir. Şirkətin ətraflı məlumat verilən internet səhifəsinin, yaxşı ofisi və işçilərinin olmasına, danışıqlarına, təqdim olunan layihələrə inanaraq Təqsirləndirilən şəxs şərti ilə razılaşaraq ona etibar etmək qərarına gəlmişdir. xx.xx.2021-ci il tarixdə, saat 16 radələrində, ünvan 7 ünvanda yerləşən "xxxx" MMC tikinti şirkətinin ofisində Təqsirləndirilən şəxs 16.560 (on altı min beş yüz altmış) manat ödəniş etmiş, bir neçə gün keçdikdən sonra daha da dəqiqləşdirmək, ərazidə, yerində detallı baxmaq üçün 2021-ci ilin təxminən 17-20 avqust tarixlərində Təqsirləndirilən şəxs ilə birlikdə Qəbələ şəhərində yerləşən mənzil inşa etdirmək istədiyi torpaq sahəsinə getmişlər. Təqsirləndirilən şəxs ətraflı şəkildə ərazini gəzərək baxmış, qısa zamanda işlərin başlayacağını və plan üzrə işlərin gedəcəyini, layihəyə uyğun, mənzilin müqavilənin şərtlərinə uyğun vaxtında təhvil veriləcəyi vədini vermişdir. Bir qədər müddət keçdikdən sonra xırda-para işlər görülməyə başlamış, yüngül təmizlik, qazıntı kimi işlər görülmüşdür. Bundan sonra müqavilənin şərtinə uyğun olaraq oktyabr ayında ödəniş etmə vaxtı yaxınlaşmış, şirkətin ofisində Nərmin adlı xanım şirkətin internet səhifəsindəki mobil telefon nömrəsi ilə zəng edib 2021-ci ilin sentyabr ayı üçün ödəniş etməyin vaxtı olduğunu bildirmişdir. Yaşlı və sağlamlıq cəhətdən nasaz olduğu, əsasən isə ayaqlarında problem yarandığı üçün rahat hərəkət edə bilmədiyini, ödənişi yaxınlaşıb mənzilindən götürməsini həmin xanımdan xahiş etmiş, xanım işçi buna etiraz etməyərək mənzilinin blokunu və mərtəbəsini öyrənib yaxınlaşacağını bilirmişdir. xx.xx.2021-ci il tarixdə saat 15 radələrində şirkətin işçisi “Nərmin” adlı xanıma "xxxx" MMC tikinti şirkətinin rəhbəri Təqsirləndirilən şəxs çatdırması üçün ödəniş kimi 3.220 (üç min iki yüz) manat pul vermişdir. Bır qədər müddət keçmiş, əraziyə müəyyən tikinti materialları gətirilmiş, yüngül işlər görülmüş, qazıntı işləri aparılmış, lakin işlər çox ləng getmişdir. Belə olan halda nə baş verdiyini öyrənmək və işlərin ləngiməsi ilə maraqlanmaq üçün Təqsirləndirilən şəxs və şirkətin internet səhifəsindəki mobil nömrəyə cavab verən Nərmin adlı xanımla əlaqə saxlamışdır. Sonuncular gah pandemiya şəraitini, gah havaların pis keçdiyini və sair kimi bəhanələr gətirərək işin yubandığını bildirmişlər. 2021-ci ilin oktyabr ayının ortalarında müqaviləyə əsasən ödəniş vaxtı yaxınlaşdığından Nərmin xanım əlaqə saxlayıb ödəniş etməyi bildirmiş, o, keçən ay olduğu kimi ödənişi yaxınlaşıb mənzildən götürməsini xanımdan xahiş etmişdir. xx.xx.2021ci il tarixdə saat 16 radələrində yaşadığı mənzildə Təqsirləndirilən şəxs çatdırması üçün şirkətin işçisi Nərmin adlı xanıma 3.220 (üç min iki yüz) manat ödəniş etmişdir. Bir müddət keçdikdən sonra tikintidə eyniliklə yubanmalar baş vermiş, bu barədə Təqsirləndirilən şəxs maraqlandıqda eyni qaydada havaların pis keçməsini, pandemiya ərəfəsi olduğunu, ustaların gedib-gəlməyində narahatçılıqların yarandığını və başqa bəhanələr bildirərək məsələni ötüşdürmüşdür. Bu ərəfədə isə işlər yenə dayanmış, demək olarkı 3-5 metr dərinlikdə kiril əlifbasının “Q” hərfi formasında bir qazıntı, keyfiyyətsiz beton və bir neçə daş hündürlükdə hörgüdən başqa bir iş görülməmişdir. Təxminən 2021-ci ilin oktyabr ayının 20si ərəfəsində Qəbələ şəhərində yaşayan, inşa edilən mənzili barədə daim məlumat aldığı qohumu bir nəfər fəhlənin yaxınlaşaraq hay-küy yaradıb işlədiyi müddət üçün 400 manat pulunu ala bilmədiyini bildirmişdir. O, havaların soyuq olduğunu və fəhlənin çətinliyini nəzərə alıb gələcəkdə Təqsirləndirilən şəxs edəcəyi ödənişdən çıxacağını düşünüb həmin fəhlənin xatırlamadığı bank kartına 400 manat pul göndərmişdir. Evin inşası zamanı görülən işlərlə maraqlanmaq üçün oğlu Ramil Kərimov bir neçə dəfə Təqsirləndirilən şəxs ilə əlaqə saxlayıb ünsiyyət qurmuşdur. Sonuncu maddi durumunun çətin vəziyyətdə olduğunu bildirib, onun oğlu ilə olan münasibətdən istifadə edib əlavə olaraq ondan da pul almışdır. Bundan başqa xx.xx.2022-ci il tarixdə saat 19 radələrində, yaşadıqları binasının qarşısında oğlu Ramil Kərimov 2.500 (iki min beş yüz) manat pulu Təqsirləndirilən şəxs vermişdir. Bir qədər də vaxt keçmiş, lakin heç bir iş görülməmiş və ümumiyyətlə işlər dayanmışdır. 2021-ci ilin noyabr ayında Səfərəli yenidən ödəniş tələb etdikdə, o, dörd ay müddət ərzində 25.900 (iyirmi beş min doqquz yüz) manat pul verməsinə baxmayaraq demək olar ki, heç bir iş görülmədiyindən noyabr ayının pulunu verməkdən imtina etmişdir. Daha sonra mütəmadi olaraq zənglər etməyə başlamış, verdiyi pulları geri tələb etmiş, ilk vaxtlar zənglərə cavab verilsə də, sonralar cavab verən olmamış, daha sonra isə nömrələr söndürülmüşdür. Bir neçə dəfə şirkətin ofisinə getmiş, lakin ofis bağlı olmuşdur. Telefon nömrələrinə zəng çatmadıqda, ofis bağlı olduqda Təqsirləndirilən şəxs mənzil inşa edəcəyi vədi verməklə etibarından sui-istifadə edib aldadaraq ümumilikdə 25.900 (iyirmi beş min doqquz yüz) manat məbləğində pulunu ələ keçirərək dələduzluq etdiyini anlamışdır. Hansı məbləğdə iş görüldüyünü müəyyən etmək məqsədilə özəl şirkətə müraciət etmiş və onlar 2.793 (iki min yeddi yüz doxsan üç) manat məbləğində iş görüldüyünü müəyyən etmişlər (cild 2, iş vərəqi 187-192). Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş zərəçəkmiş şəxs X21 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, sosial şəbəkə vasitəsilə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs özünü "xxxx" MMC-nin direktoru kimi təqdim edərək MMC-nin təmir və tikinti işləri ilə məşğul olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, Azadlıq küçəsində yerləşən özünə məxsus evin sökülməsi və yenidən inşa olunmasını dedikdə sonuncu onunla razılaşmış və bunun üçün ona ümumilikdə 51.000 manat pul verməli olduğunu demişdir. Təqsirləndirilən şəxs sözlərinə inandığına görə onunla razılaşmış və 2022-ci ilin iyul ayının axırlarında Bakı şəhəri, Nəsimi rayonu, Ə.Topçubaşov küçəsində yerləşən ofisə gedib Təqsirləndirilən şəxs ilkin olaraq 2.000 manat pul vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs 2.000 manat pulu ondan aldıqdan sonra güya onunla görüləcək işlərə dair müqavilə bağlamış və müqavilənin bir nüsxəsini ona vermişdir. Lakin bir neçə gün gözləsə də işlərin başlamadığını görüb Təqsirləndirilən şəxs mobil telefonuna zəng etmiş və həmin mobil nömrəyə zəng çatmadığına görə sonuncu ilə əlaqə saxlaya bilməmişdir. Səhəri gün Təqsirləndirilən şəxs pul verdiyi ofisə getmiş, ofisin qapısının bağlı olduğunu görmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs onu aldadaraq pulunu ələ keçirdiyini başa düşüb, hüquq mühafizə orqanlarına məlumat vermişdir (cild 3, iş vərəqi 1-5). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, o, iş üzrə Zərərçəkmiş şəxs4 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, o, iş üzrə Zərərçəkmiş şəxs5 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsindən görünür ki, o, iş üzrə Zərərçəkmiş şəxs3 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, iş üzrə Zərərçəkmiş şəxs6 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası ƏN MEM-dən təqdim edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 19 yanvar 2023-cü il tarixli, 10/702 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin tikinti təmirinə 7.737,4 (yeddi min yeddi yüz otuz yeddi manat qərx qəpik) manat, Zərərçəkmiş şəxs5 Bünyad qızına məxsus fərdi yaşayış evində 7.481,85 (yeddi min dörd yüz səksən bir manat səksən beş qəpik) manat, Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evində 1.312,2 (bir min üç yüz on iki manat iyirmi qəpik) manat, Zərərçəkmiş şəxs3 məxsus torpaq sahəsində inşa edilmiş yarımtikiliyə isə 4.651,8 (dörd min altı yüz əlli bir manat səksən qəpik) manat məbləğində xərc çəkilmişdir (cild 3, iş vərəqi 59-61). Cinayət işinin materiallarında olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs6 2.500 (iki min beş yüz) manat pulu ********************08 saylı Təqsirləndirilən şəxs məxus hesab nömrəsinə göndərmişdir (cild 1, iş vərəqi 29). Cinayət işinin materiallarında olan 18 oktyabr 2021-ci il tarixli Zərərçəkmiş şəxs6 ilə "xxxx" MMC arasında bağlanmış “Tikinti podrat müqaviləsi”-ndən görünür ki, yerinə yetirləcək işlərin ümumi qiyməti 45.000 manat məbləğində qiymətləndirilmiş, 15.000 manat əvvəlcədən qalan 30.000 manat isə aylara bölünərək hissə-hissə və ya köçürmə yolu ilə sifarişçi tərəfindən podratçıya ödəniləcəkdir (cild 1, iş vərəqi 37-44). Cinayət işinin materiallarında olan 7 yanvar 2021-ci il tarixli Zərərçəkmiş şəxs1 ilə "xxxx" MMC arasında bağlanmış “Tikinti podrat müqaviləsi”-ndən görünür ki, yerinə yetiriləcək işlərin qiyməti 50.000 manat məbləğində qiymətləndirilmiş, ilkin olaraq 30 faiz əvvəlcədən, 70 faiz isə müvafiq aylara bölünərək hissə hissə nağd və ya köçürmə yolu ilə sifarişçi tərəfindən podratçıya ödəniləcəkdir (cild 1, iş vərəqi 52-56). Cinayət işinin materiallarında olan 11 mart 2021-ci il tarixli "xxxx"-a məxsus ödəniş tapşırığından görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs 8.000 manat məbləğində pul ödənişi etmişdir (cild 1, iş vərəqi 177). Cinayət işinin materiallarında olan 058762 və 058763 nömrəli mədaxil qəbzlərindən görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs 2.000 manat və 10.000 manat məbləğində təmir tikinti işləri üçün pul ödəmişdir (cild 1, iş vərəqi 178). Cinayət işinin materiallarında olan 12 sentyabr 2021-ci il tarixli Şahid3 ilə "xxxx" MMC arasında bağlanmış “Tikinti podrat müqaviləsi”-ndən görünür ki, yerinə yetiriləcək işlərin qiyməti 34.500 manat məbləğində, avans məbləği 20.000 manat və hər ay 500 manat pul ödənişi müəyyən edilmişdir (cild 1, iş vərəqi 94-100). Cinayət işinin materiallarında olan 13 oktyabr 2021-ci il tarixli Zərərçəkmiş şəxs5 Bünyad qızı ilə "xxxx" MMC arasında bağlanmış “Tikinti podrat müqaviləsi”-ndən görünür ki, yerinə yetiriləcək işlərin qiyməti 70.000 manat məbləğində, avans məbləği 21.000 manat, hər ay 4.083 manat pul ödənişi müəyyən edilmişdir (cild 1, iş vərəqi 150-157). Cinayət işinin materiallarında olan 058768, 058770 və 058771 nömrəli mədaxil qəbzlərindən görünür ki, Zərərçəkmiş şəxs5 Bünyad qızı təmir tikinti işləri üçün Təqsirləndirilən şəxs xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-cü il tarixlərdə müvafiq olaraq beş min, on altı min və dörd min yüz manat məbləğində pul ödənişi etmişdir (cild 1, iş vərəqi 158). Cinayət işinin materiallarında olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs3 500 manat məbləğində pulu 2021-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs bank hesabına köçürmüşdür (cild 1, iş vərəqi 234). Cinayət işinin materiallarında olan 16 sentyabr 2021-ci il tarixli Zərərçəkmiş şəxs4 ilə "xxxx" MMC arasında bağlanmış “Tikinti podrat müqaviləsi”-ndən görünür ki, yerinə yetiriləcək işlərin qiyməti 40.000 manat məbləğində, avans məbləği 10.000 manat, hər ay 1.388 manat pul ödənişi müəyyən edilmişdir (cild 2, iş vərəqi 33-39). Cinayət işinin materiallarında olan çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs4 4 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs bank hesabına 1.000 manat və 1.500 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Cinayət işinin materiallarında olan “cari hesabdan çıxarış”-dan görünür ki, Zərərçəkmiş şəxs4 arvadı Şahid1 xx.xx.2021-ci il tarixdə özünə məxsus bank hesabından Təqsirləndirilən şəxs bank hesabına müqavilə şərtlərinə uyğun olaraq 1.388 manat pul ödənişi etmişdir (cild 2, iş vərəqi 146). Cinayət işinin materiallarında olan X18 ilə "xxxx" MMC arasında bağlanmış “Tikinti podrat müqaviləsi”-ndən görünür ki, yerinə yetiriləcək işlərin qiyməti 51.000 manat məbləğində, ilkin müqavilə şərti olaraq 2.000 manat pul ödənişi müəyyən edilmişdir (cild 3, iş vərəqi 6-10). Cinayət işinin materiallarında olan sorğudan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus **-XC-*** dövlət qeydiyyat nişanlı “X29 Prado” markalı avtomobil xx.xx.2021-ci il tarixdə etibarnamə əsasında Təqsirləndirilən şəxs sərəncamına verilmişdir (cild 2, iş vərəqi 9). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin İbtidai Araşdırlması Baş İdarəsinə verilmiş sorğudan görünür ki, "xxxx" MMC-nin rəhbəri Təqsirləndirilən şəxsdur və hüquqi şəxsin əsas fəaliyyət növü binaların genişləndirilməsi, yenidən qurulması və bərpa işləridir (cild 2, iş vərəqi 16-19). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir (cild 2, iş vərəqi 22). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, X8 əvvəllər məhkum edilməmişdir (cild 1, iş vərəqi 134). Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 21 dekabr 2023-cü il tarixli qərardan görünür ki, cinayət işinin materiallarına əlavə edilmiş podrat tikinti müqavilələri və tərəflər arasında öhdəliklərin ödənişini nəzərdə tutan qəbzlər maddi sübut qismində tanınaraq cinayət işinə əlavə edilmişdir (cild 3, iş vərəqə 104-134). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 2, iş vərəqə 214-215). Cinayət işinin materiallarında olan “müvəqqəti saxlama yerindən azad edilmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 16 yanvar 2023-cü il tarixdə Yasamal RPİ-nin MSY-dən azad edilmişdir (cild 2, iş vərəqi 254). Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmişdir (cild 2, iş vərəqi 256-260). Cinayət işinin materiallarında olan qərar və iltizamdan görünür ki, 17 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam növündə qətimkan tədbiri seçilmişdir (cild 2, iş vərəqi 261-262). Cinayət işinin materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmədən yayındığına görə barəsində həbs qətimkan təbiri seçilməklə axtarış elan edilmişdir (cild 4). Cinayət işinin materiallarında olan Bakı İstintaq Təcridxanasından daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tutularaq təcridxanaya yerləşdirilmişdir (cild 4). Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək nəticəyə gəlir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 3 mart 2025-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 14 yanvar 2023-cü il tarixdən 16 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalı və Azərbaycan Respublikası CPM-in 180.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübutlar: -Podrat tikinti müqavilələri və tərəflər arasında öhdəliklərin ödənişini nəzərdə tutan qəbzlər cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 14 yanvar 2023-cü il tarixdən 16 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 6 (altı) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 3 mart 2025-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CPM-in 180.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Podrat tikinti müqavilələri və tərəflər arasında öhdəliklərin ödənişini nəzərdə tutan qəbzlər cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Səbuhi Hüseynov Hakimlər: Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar