Məhkəmə qərarları › İş №1(101)-1851/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1851/2023

16.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1851/2023 16.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 10:55-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1992-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, Masallı rayonu, Gəyəçöl kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə istintaqa məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti İstintaqa məlum olmayan “Nimi" adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək istintaqla müəyyən edilməyən vaxtda «Nimi» adlı şəxsdən satış məqsədilə qanunsuz olaraq 232,139 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib müvəqqəti yaşadığı ünvan 2 ünvanında yerləşən «AF Hotel»in 1722 nömrəli otağına daşıdıqdan sonra narkotik vasitə qurudulmuş marixuananın 219,1 qram hissəsini həmin otaqda, qalan 13,039 qram hissəsini isə üzərində saxlamış, Nəsimi RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, 06 aprel 2023-cü il tarixdə saat 18:30-da ünvan 2 ünvanının qarşısında saxlanılıb Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 86 ünvanında yerləşən Nəsimi rayon polis idarəsinə gətirilərək orada saat 21:15-də üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli gödəkcənin cibindən bir ədəd şəffaf sellofan torbada təmiz çəkisi 11,414 qram və 2 ədəd kağız kəsiyi bükümlərində hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,970 və 0,345 qram, həmçinin bir ədəd siqaret formasında düzəldilmiş kağız borucuqda təmiz çəkisi 0,310 qram olmaqla ümumi təmiz çəkisi 13,039 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana və əməliyyat tədbirinin davamı olaraq həmin gün saat 22:45-də müvəqqəti yaşadığı ünvan 5 ünvanında yerləşən «AF Hotel»in 1722 nömrəli otağına keçirilmiş baxış zamanı pəncərənin üst çıxıntılı hissəsindən bir ədəd şəffaf sellofan torbada olan rezin tibbi əlcəyin içərisinə keçirilmiş vəziyyətdə, təmiz çəkisi 219,0 qram və otaqda olan tumbanın içərisindən yarı çəkilmiş siqaretdə 0,10 qram çəkidə tərkibinə görə üzərindən aşkar edilmiş ümumi təmiz çəkisi 13,039 qram qurudulmuş marixuana ilə eynilik təşkil edən, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana və narkotik vasitələrin satışında istifadə etmək məqsədilə əldə edib saxladığı bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, «İnstgram» sosial şəbəkəsində «Nimi» kimi tanıdığı şəxsdən bir neçə dəfə «Nimi» adlı şəxsin nömrəsini göndərdiyi kart hesablarına ödəmə terminallarından müxtəlif məbləğlərdə pul keçirmiş və bunun qarşılığında «Nimi» adlı şəxsin bildirdiyi ünvanlardan gedib narkotik vasitə qurudulmuş marixuananı götürərək istifadə etmişdir. Sonuncu dəfə 2023-cü ilin mart ayının sonlarında «Nimi» kimi tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 15 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana almış, bunun müqabilində “Nimi” adlı şəxsin kart hesabına 200 manat məbləğində pul ödəmişdir. 06 aprel 2023-cü il tarixdə “AF Hotel”-də tanışı Şəbnəm adlı xanımla birlikdə olan zaman mülki geyimdə olan 3 polis əməkdaşı otağa daxil olmuşdur. Bu zaman onda 15 qram çəkidə əldə etdiyi narkotik vasitənin bir hissəsi olmuşdur. Polis əməkdaşları onu və yanında olan anket məlumatlarını dəqiq bilmədiyi “Şəbnəm” adlı xanımı Nəsimi rayon Polis İdarəsinə aparmışlar. Polis İdarəsində o, polis əməkdaşları tərəfindən döyülmüş, onların təqdim etdikləri çəkidə narkotik vasitənin ona aid olması ilə razılaşması tələb edilmişdir. O, yanındakı xanımın azad edilməsi qarşılığında polis əməkdaşları ilə razılaşmış və videoçəkiliş zamanı onların dedikləri qaydada izahat verməyə razı olmuşdur. Üzərində narkotik vasitənin olmasından heç kimin məlumatı olmamış, lakin, polis əməkdaşları tərəfindən saxlanılmamışdan bir gün əvvəl otelin mühafizə xidmətinin əməkdaşı onun otağının qarşısındakı koridordan yaxşı qoxu gəldiyini bildirmişdir. O, düşünür ki, mühafizəçi bunu deməklə onun otaqda narkotik vasitə istifadə etməsinə işarə etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan gün narkotik vasitədən istifadə etmiş, ittihamda qeyd edilən ümumilikdə 232 qram narkotik vasitə ona aid olmamışdır. Polis əməkdaşları ilkin olaraq otağa daxil olduqda onun stolun üzərinə qoyduğu narkotik vasitəni götürmüşlər. Daha sonra Polis İdarəsinə aparılmış və Polis İdarəsindən yenidən otelə qayıdaraq videoçəkiliş aparmışlar. O, telefon vasitəsilə narkotik vasitələrin alışı ilə bağlı yazışmalar aparmış, lakin, heç bir zaman narkotik vasitələrin satışı ilə bağlı yazışmalar aparmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 06 aprel 2023-cü il tarixdə «Elşən» adlı şəxsin Bakı şəhəri, Nəsimi rayonu ərazisində narkotik vasitələri əldə etməsi, istifadə etməsi, saxlaması və satması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması ilə əlaqədar əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 06 aprel 2023-cü il tarixdə saat 18:30-da ünvan 6 ünvanının qarşısında «Elşən» adlı şəxs saxlanılmışdır. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar Nəsimi Rayon Polis İdarəsinə getməsi təklif olunmuş, o, təkliflə razılaşaraq onlarla birlikdə saat 18:50-də Nəsimi RPİ-nə getmişdir. Polis idarəsinin otaqlarının birində videoçəkilişdən istifadə olunmaqla vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki gödəkcənin sağ yan cibindən bir ədəd şəffaf sellofanun içərisində qurudulmuş, ot şəkilli kütlə, həmin sellofan torbanın içərisində bir ədəd siqaret bükümündə doldurulmuş, qurudulmuş ot şəkilli kütlə və iki ədəd gümüşü rəngli bükümlərdə olan ot şəkilli, spesifik iyi olan kütlələri masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Həmçinin götürdüyü və üzərində gəzdirdiyi narkotik vasitədən savayı onun qalan hissəsinin müvəqqəti yaşadığı «AF Hotel»dəki otağında olmasını demişdir. Daha sonra Təqsirləndirilən şəxs, onun müdafiəçisi və digər polis əməkdaşları ilə birlikdə Nəsimi rayonu, R.Behbudov küçəsi 55 ünvanında yerləşlən «AF Hotel» mehmanxanasında Təqsirləndirilən şəxs qaldığı otağa baxış keçirilən zaman narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edilmişdir. Baxış keçirilməsi haqqında protokol tərtib edilərək iştirakçılara oxunmuş və onlar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 06 aprel 2023-cü il tarixdə «Elşən» adlı şəxsin Bakı şəhəri, Nəsimi rayonu ərazisində narkotik vasitələri əldə etməsi, istifadə etməsi, saxlaması və satması barədə məlumat daxil olduğuna görə bu barədə idarə rəisinə məruzə edilərək müvafiq tədbirlərinin keçirilməsi üçün icazə alınmışdır. Daha sonra həmin məlumatın yoxlanılması ilə əlaqədar əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmiş, onun rəhbərliyi ilə əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 06 aprel 2023-cü il tarixdə saat 18:30-da ünvan 6 ünvanının qarşısında «Elşən» adlı şəxs saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi ilə əlaqədar Nəsimi rayon Polis İdarəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sağ yan cibindən bir ədəd şəffaf sellofonun içərisində qurudulmuş, ot şəkilli kütlə, həmin sellofan torbanın içərisində bir ədəd siqaret bükümündə doldurulmuş, qurudulmuş ot şəkilli kütlə və iki ədəd gümüşü rəngli bükümlərdə olan ot şəkilli, spesifik iyi olan kütlələri masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə və əşyalar barədə soruşulduqda o, üzərindən aşkar edilən sellofan torbanın içərisindəki 3 bükümdə olan və açıq şəkildə yığılmış qurudulmuş öt şəkilli kütlələrin el içində “nəşə” deyilən narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi sual ediləndə o, narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini və üzərində saxlamaqla gəzdirdiyini bildirmişdir. Həmçinin götürdüyü və üzərində gəzdirdiyi narkotik vasitədən savayı onun qalan hissəsinin müvəqqəti yaşadığı «AF Hotel»dəki otağında olmasını demişdir. Daha sonra Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə onun «AF Hotel» mehmanxanasında müvəqqəti yaşadığı 7-ci mərtəbədə yerləşən 1722 saylı otağa baxış keçirilmişdir. Baxış keçirilərkən aşkar edilmiş sellofan torbada olan narkotik vasitə marixuanaya bənzər kütlə, elektron tərəzi və yarımçıq çəkilmiş siqaret zərfə qoyulub möhürlənmiş və üzərində iştirakçılar tərəfindən imzalar edilmişdir. Baxış keçirilməsi haqqında protokol tərtib edilərək iştirakçılara oxunmuş və onlar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirsə də, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair əməliyyat məlumatı olmuşdur. Əməliyyat məlumatı satışla bağlı olduğundan, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra da onlar əməliyyat-axtarış tədbirlərini həyata keçirmişlər, lakin, onun narkotik vasitəni satdığı şəxsləri müəyyənləşdirə bilməmişlər. Təqsirləndirilən şəxs hər hansı fiziki və ya psixi təzyiq göstərilməmiş, xəsarət yetirilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 07 aprel 2023-cü il tarixli 7/490 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış...” yazı və imzalar olan zərfdə 1 ədəd şəffaf selofanda təmiz çəkisi 11,414 qram və 2 ədəd kağız kəsiyi bükümündə hər birinin ayrı-ayrlıqda təmiz çəkisi 0,970 qr və 0,345 qram olmaqla, ümumi çəkisi 12,729 qram olan bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin zərfin içərisində 1 ədəd siqaret formasında düzəldilmiş kağız borucuqda tütün və təmiz çəkisi 0,310 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbada...” yazı və imzalar olan paketdə 1 ədəd sellofanda təmiz çəkisi 219,0 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır, 1 ədəd qara rəngli elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitə hissəcikləri yoxdur. Həmin paketin içərisində olan 1 ədəd siqaret formasında düzəldilmiş yarı yanmış kağız borucuqda tütün və təmiz çəkisi 0,10 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Təqdim edilmiş zərfdə və paketdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. (iş vərəqə 59-60) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 3844 nömrəli, 17 iyun 2023-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 194-195) İş materiallarında olan 06 aprel 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılarkən üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, həmin vaxt o, əynində olan göy rəngli gödəkcənin sağ yan cibindən bir ədəd şəffaf sellofanın İçərisində, bir ədəd siqaret bükümündə doldurulmuş və iki ədəd gümüşü rəngli bükümlərdə olan qurudulmuş, ot şəkilli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri masanın üzərinə qoymuş və onların qurudulmuş marixuana olduğunu bildirmişdir. (iş vərəqə 42-46) İş materiallarında olan 06 aprel 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs Nəsimi rayonu, R.Behbudov küçəsi 55 ünvanında yerləşən «AF Hotel» mehmanxanasında müvəqqəti yaşadığı 1722 nömrəli otağa baxış keçirilərkən o, pəncərənin üst tərəfində olan çıxıntının üstündən bir ədəd sellofan torbanı götürərək təqdim etmiş, həmin sellofan torba açıldıqda içərisində dağılmamaq üçün rezin tibbi əlcəklərin içərisinə yerləşdirilmiş kəskin spesfik iyi olan, qurudulmuş halda kütlələri təqdim edərək onların narkotik vasitə marixuana olmasını, otaqdakı tumbanın üstündə olan bir ədəd elektron tərəzini təqdim edərək narkotik vasitələri çəkmək üçün ondan istifadə etdiyini, həmçinin yarımçıq çəkilmiş siqareti təqdim edərək onun içərisinə narkotik vasitə marixuana doldurub istifadə etdiyini bildirmişdir. (iş vərəqə 50-51) İş materiallarında olan Təqsirləndirilən şəxs götürülmüş «Redmi» markalı mobil telefona baxış keçirilməsi barədə 10 aprel 2023-cü il tarixli protokoldan görünür ki, İran İslam Respublikasına məxsus olan +98 933-983-9726 nömrə ilə «WhatsApp» ani mesajlaşma proqramında qeydiyyatdan keçmiş və adı «Nimii» kimi qeyd olunmuş şəxslə 10 mart 2023-cü il tarixdə gecə saat 03:16-da «WhatsApp» ani mesajlaşma proqramında danışıq vardır; telefonun «qalareya» hissəsində «Unibank» və "xxxx" MMC-lərə məxsus olan müxtəlif bank hesablarına 04 mart 2023-cü il tarixdən 30 mart 2023-cü il tarixə kimi olan müddət ərzində müxtəlif məbləğlərdə pul köçürülməsinə dair bank qəbzlərinin fotoşəkilləri aşkar edilmişdir; narkotik vasitələrin alqı-satqısı ilə bağlı telefonun «WhatsApp» ani mesajlaşma proqramında İran İslam Respublikasına məxsus olan +998 90 086 04 07; +98 937 235 1575; +98 914 *** **** və Azərbaycan Respublikasında fəaliyyət göstərən hər bir mobil operatora məxsus müxtəlif nömrələrlə «WhatsApp» ani mesajlaşma proqramında qeydiyyatda keçmiş naməlum şəxslərlə yazılar və səs mesajları vardır. (iş vərəqə 111-120) İş materiallarında olan 06 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən və müvəqqəti yaşadığı otağa baxış keçirilərkən «Sony» markalı videokamera vasitəsi ilə qeydə alınmış və 2 ədəd DVD-R diskə köçürülmüş video görüntülərə baxış keçirilməsinə dair 08 aprel 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılarkən üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, həmin vaxt o, əynində olan göy rəngli gödəkcənin sağ yan cibindən bir ədəd şəffaf sellofanın içərisində, bir ədəd siqaret bükümündə doldurulmuş və iki ədəd gümüşü rəngli bükümlərdə olan qurudulmuş, ot şəkilli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri masanın üzərinə qoymuş və onların qurudulmuş marixuana olmasını, həmin narkotik vasitəni «Nimi» kimi tanıdığı İran İslam Respublikasının vətəndaşı ilə sosial şəbəkə vasitəsilə əlaqə yaradaraq bir qramını 8 manata olmaqla razılaşaraq 4 gün əvvəl axşam saatlarında Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən «Qalatasaray» futbol məktəbinin yaxınlığında işıq dirəyinin yanında qoyulduğu yerdən götürüb əldə etdiyini, bir qismini üzərində, bir qismini isə «AF Hotel» mehmanxanasında otağında saxladığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr zərfə qoyularaq möhürlənərək götürülmüşdür. Video görüntülərə baxış keçirilərkən həmçinin müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs Nəsimi rayonu, R.Behbudov küçəsi 55 ünvanında yerləşən «AF Hotel» mehmanxanasında müvəqqəti yaşadığı 1722 nömrəli otağa baxış keçirilərkən o, pəncərənin üst tərəfində olan çıxıntının üstündən bir ədəd sellofan torbanı götürərək təqdim etmiş, həmin sellofan torba açıldıqda içərisində dağılmamaq üçün rezin tibbi əlcəklərin içərisinə yerləşdirilmiş kəskin spesfik iyi olan, qurudulmuş halda kütlələri təqdim edərək onların narkotik vasitə marixuana olmasını, otaqdakı tumbanın üstündə olan bir ədəd elektron tərəzini təqdim edərək narkotik vasitələri çəkmək üçün ondan istifadə etdiyini, həmçinin yarımçıq çəkilmiş siqareti təqdim edərək onun içərisinə narkotik vasitə marixuana doldurub istifadə etdiyini bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı otaqda aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr və elektron tərəzi zərfə qoyularaq qablaşdırılıb götürülmüşdür. (iş vərəqə 93-94) İş materiallarında olan Nəsimi RPİ-nin 22-ci polis şöbəsinin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs ondan aşkar edilərək götürülmüş 232,139 qram çəkidə narkotik vasitə marixuananı əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşları ilə birlikdə Bakı şəhərində mütəmadi olaraq narkotik vasitələrin satışı ilə məşğul olması, 232,139 qram narkotik vasitə marixuananı da satmaq məqsədilə əldə etməs, həmçinin atası Hüseynov dadaş Eldar oğlunun və qardaşı X1 da əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları, hazırda hər ikisinin həmin cinayətlərə görə azadlıqdan məhrum etmə növündə cəza çəkməsi barədə məlumatlar daxil olmuşdur. (iş vərəqə 142) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməklə, narkotik vasitələri şəxsi istifadə məqsədi ilə əldə etməsi, saxlanılan zaman üzərində cüzi miqdarda narkotik vasitə olması, onun müvəqqəti yaşadığı otel otağından aşkar edilmiş 219,0 qram narkotik vasitənin ona aid olmamasına dair ifadəsinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onun bu ifadəsi məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyaraq, həqiqəti əks etdirməməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 07 aprel 2023-cü il tarixli 7/490 nömrəli rəyi, 06 aprel 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında, 06 aprel 2023-cü il tarixli baxış keçirilməsi haqqında, «Redmi» markalı mobil telefona baxış keçirilməsi barədə 10 aprel 2023-cü il tarixli, video görüntülərə baxış keçirilməsinə dair 08 aprel 2023cü il tarixli protokollar, xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubu, iş üzrə şahidlərin həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışında verdikləri ifadələr, Təqsirləndirilən şəxs özünün ibtidai istintaq zamanı ifadələri və digər mötəbər sübutlarla tam təkzib edilir. Belə ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 07 aprel 2023-cü il tarixli və təqsirləndirilən şəxs qismində 08 aprel 2023-cü il tarixli ifadələrində göstərmişdir ki, «İnstgram» sosial şəbəkəsində 8-9 ay olar ki, tanış olduğu «Nimi» kimi tanıdığı İran İslam Respublikasının vətəndaşı ilə yazışarkən sonuncu ona narkotik vasitə olan marixuana təklif etmişdir. O, bir neçə dəfə «Nimi» adlı şəxsin nömrəsini göndərdiyi kart hesablarına ödəmə terminallarından müxtəlif məbləğlərdə pul keçirmiş və bunun qaşrılığında «Nimi» adlı şəxsin bildirdiyi ünvanlardan gedib narkotik vasitə qurudulmuş marixuananı götürərək istifadə etmişdir. Sonuncu dəfə 2023-cü ilin mart ayının ortalarında «Nimi» kimi tanıdığı İran İslam Respublikasının vətəndaşı ona bildirmişdir ki, ona nisyə narkotik vasitə marixuana verə bilər və narkotik vasitənin pulunu sonradan ona ödəyər. O, razılaşdıqdan sonra «Nimi» adlı şəxsin verdiyi məlumat əsasında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən «Qalatasaray» futbol məktəbinin yaxınlığında işıq dirəyinin yanında gizlədilmiş yerdən bir ədəd sellofan bükümündə təxminən 300 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana götürmüşdür. Həmin marixuananı əsasən üzərində saxlayaraq istifadə etmişdir. Sonradan Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən «AF Hotel»-də yaşamağa başladığından narkotik vasitənin bir hissəsini orada saxlamışdır. 06 aprel 2023-cü il tarixdə təxminən saat 18:30 radələrində «AF Hotel»-dən çıxıb piyada gedərkən 2 nəfər mülki geyimli şəxslər yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edərək onu saxlamışlar. Polis əməkdaşları ona xidməti vəsiqə təqdim edərək onu əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış etmişlər və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş məlumatın yoxlanılması ilə əlaqədar onu şəxsi axtarış aparılması üçün Nəsimi rayon polis idarəsinə dəvət etmişlər. Polis əməkdaşları ilə həmin polis idarəsinə gələndən sonra vəkil dəvət edilərək ona hüquqları izah olunmuş, daha sonra videoçəkiliş keçirilməklə üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Bu zaman ona təklif edilmişdir ki, üzərində olan əşyaları təqdim etsin. O, əynində olan gödəkcənin sağ yan cibində sellofan torbanın içərisində saxladığı həm açıq, həm də iki bükümdə və siqaretə doldurulmuş vəziyyətdə narkotik vasitə marixuananı, həmçinin üstündə olan, 070 ***-**-** və 099 ***-**-** nömrələri ilə işləyən «Redmİ» markalı mobil telefonu, şəxsiyyət vəsiqəsini, «AF Hotel»-də qaldığı otağın plastik kart açarını könüllü olaraq çıxarıb masanın üzərinə qoymuşdur. Onun üstünə şəxsi axtarış keçirildikdə başqa əşya tapılmamışdır. O, sellofan bükümdəki kütlənin marixuana olmasını, iranlı kimi tanıdığı «Nimi» adlı şəxsdən əldə etdiyini, narkotik vasitənin bir hissəsinin hazırda «AF Hotel»-də qaldığı otaqda olmasını polis əməkdaşlarına bildirmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə qablaşdırılıb götürülmüş, o, narkotik vasitənin qablaşdırıldığı zərfin üzərinə və tərtib edilmiş protokola imza etmişdir. Daha sonra polis əməkdaşları ilə müvəqqəti yaşadığı «AF Hotel»-dəki otağa gəlmiş, orada narkotik vasitə marixuananın qalan hissəsini pəncərənin çıxıntısının üstündən götürüb təqdim etmişdir. Həmçinin otaqda olan, yarımçıq çəkdiyi marixuananı da siqaretin içərisində qaldığı vəziyyətdə təqdim etmişdir. Baxış zamanı otaqda olan tumbanın üstündən elektron tərəzi də aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş marixuana və elektron tərəzi zərfə qoyulub möhürlənmişdir. Baxış keçirilməsi barədə protokol tərtib edilmiş, o, protokolla tanış olaraq imza etmişdir. Hazırda tutduğu əməldən peşimançılıq çəkir. (iş vərəqə 63-66; 86-90) Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifinə gəlincə, məhkəmə belə hesab edir ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər – narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. X2 11-ci bəndinin 2-ci abzasına əsasən, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. X2 11-ci bəndinin 3-cü abzasına əsasən, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli gödəkcənin cibindən aşkar edilmiş bir ədəd şəffaf sellofan torbada təmiz çəkisi 11,414 qram və 2 ədəd kağız kəsiyi bükümlərində hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,970 və 0,345 qram, həmçinin bir ədəd siqaret formasında düzəldilmiş kağız borucuqda təmiz çəkisi 0,310 qram olmaqla ümumi təmiz çəkisi 13,039 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana və «AF Hote!»in 1722 nömrəli otağına keçirilmiş baxış zamanı pəncərənin üst çıxıntılı hissəsindən aşkar edilmiş təmiz çəkisi 219,0 qram və otaqda olan tumbanın içərisindən yarı çəkilmiş siqaretdə 0,10 qram çəkidə qurudulmuş marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına uyğunluq təşkil edir, digər tərəfdən, narkotikin bir yerdən başqa yerə daşınması, ayrı-ayrı bükümlərdə olması, eyni tərkibli olmaları da təsdiq edir ki, o, qeyd olunan miqdarda olan narkotik vasitələri qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib özündə saxlamış və daşımışdır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx.xx.2021ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və ona 06 ay müddətə şərti sınaq müddəti təyin edilmiş, xx.xx.2015-ci il tarixdə cəza müddəti başa çatmışdır. (iş vərəqə 121-122) Azərbaycan Respublikası CM-in 83.3.1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəmə AR CM-in 59 və 61-ci maddələrini rəhbər tutaraq, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 4(006)-185/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 06 aprel 2023-cü il tarixdən hesablanmışdır. (iş vərəqə 24-25, 102-105) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 06 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 3844 nömrəli, 17 iyun 2023-cü il tarixli rəyinə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi ilə narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakları müəyyən edilmədiyindən, onun barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 40 (qırx) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən, maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsində saxlanılan ümumi çəkisi 232,139 qram narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalıq qalmış hissəsi 231,839 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd «Redmi» markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, Təqsirləndirilən şəxs üzərinə və müvəqqəti yaşadığı «AF Hotel»in 1722 nömrəli otağına baxış keçirilməsinə dair videogörüntüləri özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 180 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 06 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Nəsimi rayon Polis İdarəsində saxlanılan ümumi çəkisi 232,139 qram narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalıq qalmış hissəsi 231,839 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd «Redmi» markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, Təqsirləndirilən şəxs üzərinə və müvəqqəti yaşadığı «AF Hotel»in 1722 nömrəli otağına baxış keçirilməsinə dair videogörüntüləri özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri – cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 40 (qırx) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 180 manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu gündən, Təqsirləndirilən şəxs isə təqdim edildiyi gündən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Telman Hüseynov Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar