Məhkəmə qərarları › İş №1(101)-1851/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1851/2024

19.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1851/2024 19.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi – X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 3 nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (Fin:xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 19 iyul 2024-cü il tarixdə, saat 16:20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs məlum olmayan mənbədən, məlum olmayan tarixdə və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq ümumi təmiz çəkisi 2,089 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və təmiz çəkisi 0,248 qram olan xeyli miqdarda psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, 6 mart 2024-cü il tarixdə, saat 14:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında özünü şübhəli apardığı üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12ci Polis Şöbəsinin (bundan sonra mətndə - Sabunçu RPİ-nin 12-ci PŞ) əməkdaşları tərəfindən saxlanılaraq həmin polis şöbəsinə aparılıb xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli idman şalvarının sol yan cibindən 2 (iki) ədəd şəffaf sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,274 qram və 0,815 qram, ümumi təmiz çəkisi 2,089 qram xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan qəhvəyi rəngli tozşəkilli maddələr, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və 1 (bir) ədəd siqaretin ağ rəngli kağız bükümündə təmiz çəkisi 0,248 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Tərəflərin bildirdiyi və təqdim etdiyi işin halları və dəlilləri:

2. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, 1,600 qram narkotik vasitə heroini 100 (bir yüz) manat müqabilində əldə etmiş, bağa gedəcəyi və hər gün narkotik vasitə və psixotrop maddə əldə etmək imkanı olmayacağı üçün özünün bir həftə ərzində istifadəsi üçün nəzərdə tutduğu miqdarda narkotik vasitə və psixotrop maddə almaq qərarına gəlmişdir. O, üç nəfər polis əməkdaşı tərəfindən saxlanılmış, saxlanılarkən sonuncular özlərini təqdim etməmiş, habelə ona hər hansı məlumat vermədən mağazada tutmaqla əllərinə qandal vurub avtomobilə əyləşdirmiş, Sabunçu RPİ-nin 12-ci PŞ-yə aparılarkən polis əməkdaşları narkotik vasitə və psixotrop maddəni sol arxa cibindən götürmüş, ona hüquq və vəzifələri izah edilməmiş, o cümlədən müdafiəçilərin əks olunduğu hər hansı siyahı ona təqdim edilməmişdir. O, videoçəkiliş aparıldığı vaxtadək polis bölməsində 3-4 saat qalmış, şəxsi axtarış zamanı müdafiəçi iştirak etməmiş, habelə həmin istintaq hərəkətinin müdafiəçinin iştirakı olmadan aparılmasına razılıq verilməsinə dair ərizəni imzalamasını xatırlamır. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi təzyiq olmamış, sonuncular narkotik vasitə və psixotrop maddənin çəkisi ilə bağlı ona hər hansı bir söz deməmiş, habelə narkotik vasitə və psixotrop maddənin çəkisi onun yanında ölçülmədən zərfə qoyulmaqla qablaşdırılmış, sadəcə təxminən göz ölçüsü ilə baxdıqda həmin narkotik vasitə və psixotrop maddənin miqdarının aldığı narkotik vasitə və psixotrop maddələrin miqdarından artıq olduğunu bilmişdir. İbtidai istintaq zamanı polis əməkdaşları tərəfindən ona barəsində olan cinayət işinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə sənədləşdiriləcəyini bildirilərək narahat olmaması deyilmiş, bu səbəbdən o, sonuncuların sözlərinə inanaraq ona təqdim olunmuş sənədləri oxumadan və ona qarşı hər hansı təzyiq olmadan imzalamışdır.

3. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, o, saxlanılmazdan əvvəl uzun müddət ərzində narkotik vasitə heroin qəbul etmiş, 6 mart 2024-cü il tarixdə Sabunçu rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində yalnız şəxsi istifadəsi məqsədilə saxladığı, həmin gün təxminən iki saat əvvəl əldə etdiyi 2 (iki) bükümdə 1,600 qram narkotik vasitə heroin və 1 (bir) bükümdə 0,1 qram psixotrop maddə metamfetamin olmuş, lakin heç vaxt narkotik vasitələrin, eləcə də psixotrop maddələrin satışı ilə məşğul olmamış, heç kimə pay verməmişdir. O, saxlanılarkən üzərində mobil telefon olmuş, həmin mobil telefondan aşkar edilmiş sms-mesajlar narkotik vasitə və psixotrop maddələrin satışı ilə deyil, narkoman kimi öz şəxsi istehlakı üçün narkotik vasitə və psixotrop maddələrin əldə edilməsi ilə bağlı olmuşdur. İbtidai istintaq zamanı ilkin olaraq ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunduğu bildirildiyindən müstəntiq tərəfindən təqdim edilmiş sənədləri imzalamış, lakin sonradan ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham olunduğu bildirildiyi üçün istintaq orqanına etiraz olaraq ona təqdim edilmiş sənədləri imzalamaqdan imtina etmişdir. O, saxlanıldıqdan sonra aparılan videoçəkilişdə müdafiəçi iştirak etməmiş, sonuncu yalnız sənədlərin imzalanması zamanı gələrək onun barəsində olan cinayət işinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə sənədləşdirildiyini bildirmişdir. Saxlanılarkən üzərində olan 1,600 qram narkotik vasitə heroini və 0,1 qram psixotrop maddə metamfetamini həmin gün, təxminən səhər saat 11 radələrində narkotik vasitəni aldığı şəxsin avtomobilində tərəzi ilə çəkdirib almış, sonradan təxminən saat 12-13 radələrində saxlanılmış, həmin vaxt üzərində hər hansı tərəzi olmamışdır. Üzərində aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri Bakı şəhəri, Nərimanov rayonunda yerləşən keçmiş “Çapayev” küçəsində yaşayan şəxsdən əldə etmiş, həmin şəxsdən əvvəllər də şəxsi istifadəsi üçün qeyd edilən predmetləri almışdır. Qeyd edilən predmetləri aldığı şəxsin polisə verdiyi məlumat əsasında tutulduğunu güman edir.

4. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, polis əməkdaşları narkotik vasitə və psixotrop maddə olan bükümləri onun cibinə çəkilişdən əvvəl təkrarən qoyarkən həmin bükümlərin ondan götürülmüş predmetlərdən fərqli çəkidə olmasını hiss etməmişdir. O, heç kimə hər hansı pul müqabilində və ya pulsuz narkotik vasitə və ya psixotrop maddə verməmiş, əldə etdiyi narkotik vasitə və ya psixotrop maddəni müxtəlif şəxslərdən almış, narkotik vasitə heroini çəkmək yolu ilə istifadə etmiş, lakin tutulmazdan təxminən bir ilə yaxındır narkotik vasitələrdən istifadə etməmiş, psixotrop maddə metamfetamini isə ilk dəfə olaraq yoxlamaq üçün almışdır. Əvvəllər “X15”nda fəhlə işləmiş, 2018-ci ildə işdən çıxaraq avtomobil alveri ilə məşğul olmuşdur. Törətdiyi əməlindən çox peşmandır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, saxlanılarkən üzərində ittihamda göstərilən miqdardan daha az, yəni 1,600 qram miqdarda narkotik vasitə və 0,1 qram psixotrop maddə olduğunu, həmin narkotik vasitə və psixotrop maddələri şəxsi istehlakı üçün əldə etdiyini, ailədə yeganə övlad olduğunu, narkomaniya xəstəliyindən müalicə olunaraq tam sağlamaq istəməsini və atasının vəfat etdiyini bildirərək əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməklə ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi.

5. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında müəyyən ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi həmin ifadələrində ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, təxminən 3 il olar narkotik vasitələr və psixotrop maddələr qəbul edir. Narkotik vasitələri və psixotrop maddələri ad və anket məlumatlarını bilmədiyi şəxslərdən öz istifadəsi üçün, müxtəlif məbləğlərdə və müxtəlif ünvanlardan almışdır. 6 mart 2024-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Yaşıl” bazarın yaxınlığında anket məlumatlarını bilmədiyi “Azad” adlı şəxsdən öz istifadəsi üçün iki ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroini və bir ədəd siqaretin ağ rəngli kağız bükümündə psixotrop maddə metamfetamini 100 manata almış və yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsinə getmişdir. 6 mart 2024-cü il tarixdə, saat 14:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, E.Mehdiyev küçəsi ilə yaşadığı ev istiqamətində piyada hərəkət edən zaman həmin küçədə yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında ona iki nəfər şəxs yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini göstərməklə onun hərəkətlərindən şübhələndiklərini deyərək şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini xahiş etmişlər. Üzərində şəxsiyyət vəsiqəsi olmadığından, həmçinin üzərində heroin və metamfetamin olduğu üçün həyəcanlanmış və polis əməkdaşlarından tez bir zamanda yayınmağa çalışmışdır. Lakin polis əməkdaşları onun hərəkətlərindən şübhələnərək birlikdə 12-ci PŞ-yə getməyi təklif etmişlər. Artıq qaçıb gedə bilməyəcəyini başa düşərək onlarla razılaşıb polis şöbəsinə getmişdir. Polis şöbəsinin inzibati binasında xidməti otaqların birində təhqiqatçı ona şöbəyə gətirilməsinin səbəblərini izah edib, hüquqlarını müdafiə etmək üçün dövlət hesabına vəkil dəvət ediləcəyini bildirərək vəkil seçmək üçün Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkillərinin siyahısını təqdim etmişdir. Siyahını nəzərdən keçirib vəkil X11 tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini bildirdiyi üçün təhqiqatçı tərəfindən vəkil şöbəyə dəvət olunaraq ona təqdim olunmuşdur. Vəkil gəldikdən sonra bir daha vəkilin yanında onun polis şöbəsinə gətirilməsinin səbəbi, hüquq və vəzifələri izah edilmiş, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğu üçün və gələcəkdə hüquqlarını müdafiə edəcək vəkilin etibar və inamını itirməməkdən ötrü vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsini xahiş etmişdir. Vəkil otaqdan çıxdıqdan sonra onu saxlayıb polis şöbəsinə gətirmiş polis əməkdaşlarının və təhqiqatçının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən ona üzərində qanunla dövriyyəsi qadağan edilən hər hansı bir əşya və ya predmetin olub-olmaması soruşulmuşdur. O da əynində olmuş boz rəngli idman şalvarının sol yan cibindən içərisində heroin olan iki ədəd şəffaf sellofan və içərisində metamfetamin olan bir ədəd siqaretin ağ kağız bükümlərini çıxarıb təqdim edərək içərisində olan maddələr və haradan əldə etməsi barədə məlumat vermişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən təqdim etdiyi bükümlərdən başqa qanunla dövriyyəsi qadağan edilən digər əşya və predmet aşkar edilməmişdir. Təqdim etdiyi bükümlərə təhqiqatçı tərəfindən baxış keçirilmiş və müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Bununla bağlı protokol tərtib olunmuş, protokolun doğruluğu onun və axtarışda iştirak etmiş şəxslər tərəfindən imzalarla təsdiq edilmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və polis şöbəsində olduğu müddət ərzində hər hansı şəxs tərəfindən fiziki və ya psixi təzyiq və təsirlərə məruz qalmamışdır. Narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisi olsa da, satışı ilə məşğul olmamışdır. “Azad” adlı şəxsin anket məlumatları, hansı ünvanda yaşaması barədə məlumatı yoxdur, istifadə etdiyi mobil telefon nömrəsini bilmir. Sonuncu dəfə aldığı narkotik vasitə və psixotrop maddələrdən heç kimə satmamış və ya təmənnasız verməmişdir. Artıq çəkidə heroin və metamfetamin almaqda məqsədi hissə-hissə istifadə etmək olmuş, bükümlərə isə onun tərəfindən bölünməmişdir (Cild 1, iş vərəqi (bundan sonra mətndə-i.v.) 31-31; 49-51; 65-67; 127- 129; 154-155;).

6. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

7. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.

8. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 12-ci PŞ-nin polis sahə inspektoru, polis leytenantı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 6 mart 2024-cü il tarixdə, saat 14:00 radələrində ünvan 3ndə Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ilə birlikdə inzibati ərazi üzrə xidmətdə olarkən fərdi yaşayış evinin yaxınlığında əvvəllər tanımadığı, heç bir münasibəti, ədavət və düşmənçiliyi olmadığı, 12-ci PŞ-yə aparıldıqdan sonra şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs onları gördükdə özünü şübhəli apardığını görüb şəxsiyyətini müəyyənləşdirmək üçün ona yaxınlaşaraq özlərini təqdim edərək xidməti vəsiqələrini göstərib şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsiyyətini təsdiq edən sənədinin olmadığını bildirərək tez bir zamanda onlardan uzaqlaşmaq istədiyini görüb onun üzərində qanunla dövriyyəsi qadağan edilən əşya və predmetin olmasından, o cümlədən hərəkətlərindən narkotik vasitə və psixotrop maddə istifadəçisi olmasından şübhələnib, şəxsiyyətini müəyyənləşdirmək və üzərinə şəxsi axtarış keçirilməsi məqsədi ilə birlikdə 12ci PŞ-yə getməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs hər hansı etiraz etməyib onlarla birlikdə 12-ci PŞ-yə getmişdir. Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinə aparılıb təhvil verməsi ilə bağlı rəhbərliyə raportla məruzə edilmiş, daha sonra material üzrə araşdırmanın aparılması 12-ci PŞ-nin təhqiqatçısı, polis leytenantı Mehdi Quluzadəyə həvalə edilmişdir. Polis şöbəsində xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şöbəyə gətirilməsinin səbəbləri izah edilmiş, hüquqlarını müdafiə etmək üçün vəkillərin siyahısı təqdim olunmuşdur. Təqsirləndirilən şəxs siyahını nəzərdən keçirib vəkil X11 tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini bildirdiyi üçün təhqiqatçı tərəfindən həmin vəkil şöbəyə dəvət olunaraq ona təqdim olunmuşdur. Vəkil gəldikdən sonra bir daha vəkilin yanında onun polis şöbəsinə gətirilməsinin səbəbi, hüquq və vəzifələri izah edilmiş, üzərinə şəxsi axtarış keçiriləcəyi deyilmişdir. Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsini xahiş etdiyindən sonuncu otaqdan çıxdıqdan sonra onun və Şahid1 iştirakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilən hər hansı bir əşya və ya predmetin olub-olmaması soruşulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli idman şalvarının sol yan cibindən 2 ədəd şəffaf sellofan və 1 ədəd siqaretin ağ rəngli kağız bükümlərini çıxarıb təqdim edərək, 2 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroin, 1 ədəd kağız bükümdə isə psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri 6 mart 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmamışdan bir qədər əvvəl Bakı şəhəri Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “Yaşıl Bazarı”n yaxınlığından anket məlumatlarını bilmədiyi şəxsdən öz istifadəsi üçün 100 manata alıb üzərində saxlayaraq daşıdığını, habelə təxminən 3 ildir narkotik vasitələr və psixotrop maddələr istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş bükümlərə təhqiqatçı tərəfindən baxış keçirildikdən sonra müvafiq qaydada qablaşdırılaraq götürülmüş, daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla dövriyyəsi qadağan edilən başqa hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Bununla bağlı protokol tərtib olunaraq, onun, Şahid1 və Təqsirləndirilən şəxs tərəfindən doğruluğu imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Sabunçu RPİ-nin 12-ci PŞ-də olduğu müddət ərzində hər hansı şəxs tərəfindən fiziki və ya psixi təzyiq və ya təsirlərə, pis rəftara məruz qalmamış, o, səmimi olaraq törətmiş olduğu cinayət əməlini etiraf etmişdir.

9. Verilən suallara cavab olaraq Şahid2 ifadəsinə əlavə olaraq göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə ona hər hansı əməliyyat məlumatı daxil olmamış, polis əməkdaşı Şahid1la birgə Sabunçu rayonu inzibati ərazisində xidmətdə olarkən Təqsirləndirilən şəxs hərəkətləri, habelə xarici görünüşü onlarda şübhə yaratdığından onun şəxsiyyətini müəyyənləşdirmək məqsədilə sonuncunu saxlayaraq həmin ərazidən təxminən 15 dəqiqəlik məsafədə yerləşən 12-ci PŞ-yə aparmış, orada təhqiqatçının iştirakı ilə aparılan şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı üzərində olan narkotik vasitə və psixotrop maddəni könüllü olaraq təqdim etmiş, o cümlədən müdafiəçinin iştirakı ilə müvafiq sənədləşmə işləri aparılmışdır. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən sonuncunun üzərinə yerində və ya təhqiqatçıya təhvil verilənədək hər hansı baxış və ya axtarış aparılmamış, habelə əlləri qandalla bağlanılmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin çəkisi tərəflərindən tərəzidə çəkilməmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlərin sayı, ölçüsü və çəkisi ilə bağlı hər hansı etiraz bildirməmişdir.

10. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsi tərəflərin vəsatəti ilə elan edilərək tədqiq edilmiş və müəyyən edilmişdir ki, Şahid1 həmin ifadəsində Şahid2la oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir (Cild 1, i.v.106-108;).

11. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

12. “Cinayət işi başlama və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 6 mart 2024-cü il tarixdə, saat 14:00 radələrində Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq həmin polis şöbəsinin inzibati binasına gətirilib üzərinə keçirilmiş şəxsi axtarış zamanı külli miqdarda narkotik vasitə heroin və xeyli miqdarda psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi faktına görə Sabunçu RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X2 tərəfindən 7 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v.1;).

13. Sabunçu RPİ-nin 12-ci PŞ-nin sahə inspektoru, polis leytenantı Şahid2 və əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən tərtib edilmiş 6 mart 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə inzibati ərazidə xidmət apararkən Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsi ünvanında fərdi evin yaxınlığında bir nəfər şəxsin şübhəli olduğunu görərək onu saxlamışlar. Həmin şəxsə özlərini təqdim edərək şəxsiyyətini təsdiq edən sənədin təqdim edilməsini xahiş etdikdə həmin şəxs sənədlərinin üzərində olmadığını bildirərək onlardan yayınmağa çalışmışdır. Bu onlarda həmin şəxsin nəsə gizlətməsi barədə şübhələr yaratmışdır. Həmin şəxs onlara dağınıq cavablar verdiyindən onun nədənsə narahat olmasını və tez bir zamanda onlardan yayınaraq getmək istədiyini görmüşlər. Onun üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya predmet olmasından şübhələnərək onu Sabunçu RPİ-nin 12-ci PŞ-yə dəvət etmişlər. Şöbədə həmin şəxsin xx xxxx 1990-cı il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 3 ünvanında fərdi evdə yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir (Cild 1, i.v.4;).

14. “Şübhəli şəxsin tutulması haqqında” 6 mart 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 15:30-da Sabunçu RPİ-nin 12-ci PŞnin təhqiqatçısı, polis leytenantı X5 tərəfindən müdafiəçi - Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 7 saylı Vəkil Bürosunun vəkili X9 iştirakı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı 6 mart 2024-cü il tarixdə, saat 14:00-dan tutulmuş hesab edilmişdir (Cild 1, i.v.14-15;).

15. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 6 mart 2024-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 15:50-dən 16:05-dək Sabunçu RPİ-nin 12-ci PŞ-nin təhqiqatçısı, polis leytenantı X5 tərəfindən həmin şöbənin polis sahə inspektoru, polis leytenantı Şahid2 və əməliyyat müvəkkili, polis kapitanı Şahid1 iştirakı ilə Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasında xidməti iş otaqlarından birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sol yan cibindən iki ədəd sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngdə və bir ədəd siqaretin ağ kağızına bükülmüş ağ rəngdə kristal formalı maddəni təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman sonuncunun üzərindən qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğuya cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi maddələrin narkotik vasitə “kakos” və “metamfetamin” olduğunu, Nərimanov rayonu, “Yaşıl” bazarın yaxınlığından üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 100 manata alaraq istifadə üçün üzərində saxladığını, 3 ilə yaxındır narkotik vasitələrdən istifadə etdiyini bildirmiş, həmin predmetlər qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə istintaq hərəkəti Sabunçu RPİ-nin 12-ci PŞ-də yerləşən xidməti iş otaqlarından birində, süni işıqlandırma şəraitində keçirilmişdir. Protokolda şəxsi axtarış və götürmə zamanı “Panasonic” markalı videokameradan istifadə edilməklə videoçəkiliş aparılması və videoçəkilişin əks olunduğu məlumat daşıyıcısının protokala əlavə edilməsi qeyd olunmuşdur. Bu barədə həmin tarixdə protokol tərtib edilmiş, həmin protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 24-28;).

16. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 6 mart 2024-cü il tarixli protokolda əks olunan istintaq hərəkəti videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən bir ədəd müddəti 6 dəqiqə 38 saniyə olan həmin videogörüntülərin əks olunduğu diskə müstəntiq M.E.Cümşüdov tərəfindən Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə “Baxış keçirilməsinə dair” 7 mart 2024-cü il tarixli protokolla, eləcə də həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz əksini tapmışdır. Videogörüntüdən R.S.Babayevin üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı xarici görkəminin və geyiminin səliqəli olması, sərbəst olmaqla suallara rahat şəkildə cavab verərək fəal olması, habelə hüquq və vəzifələrinin ona ətraflı olaraq izah edilməsi müəyyən edilmiş, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması isə müəyyən edilməmişdir. (Cild 1, i.v. 28; 53-54;).

17. Məhkəmə-kimyəvi (materialların məhkəmə) ekspertizasının 3-16-16/2-6/1346 saylı, 7 mart 2024-cü tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçun №159” dairəvi möhür əksi, "vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş saxlanılan şəxs (imza) Babayev.” yazısı və imzalar olan zərfdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,274 qram və 0,815 qram, ümumi təmiz çəkisi 2,089 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,248 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in İ siyahısına daxildirlər. Heroinin ümumi təmiz çəkisi – 2,089 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq – 1,989 qramdır. Metamfetaminin təmiz çəkisi – 0,248 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 0,198 qramdır. Aparılmış tədqiqatın dəyərinin 114 (yüz on dörd) manat olması müəyyən edilmişdir (Cild 1, i.v 34-38;).

18. “Materialın aidiyyəti üzrə göndərilməsi haqqında” 7 mart 2024-cü il tarixli qərardan görünür ki, HK-1/1180 saylı raport əsasında toplanmış material araşdırmanın davam etdirilməsi üçün aidiyyatı üzrə Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir (Cild 1, i.v. 41;).

19. “Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” 8 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və müdafiəçisinin iştirakı ilə ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməklə hüquq və vəzifələri izah edilmişdir (Cild 1, i.v. 55-63;).

20. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 8 mart 2024-cü il tarixli, 4(008)- 139/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 6 mart 2024cü il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs vəsatətdə göstərilənləri qismən təsdiq edərək narkotik istifadəçisi olduğunu, heroini şəxsi istifadəsi üçün aldığını, lakin narkotikin miqdarının 2 qramdan az (təxminən 1,600 qram) olduğunu, onda şəxsi istehlak miqdardan artıq narkotik vasitənin olmadığını bildirərək barəsində obyektiv qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə iclasında iştirak edən müdafiəçi təqsirləndirilən şəxsin yaşayış yerinin məlum olmasını və istintaqdan gizlənmə ehtimalının olmamasını bildirərək onun barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir (Cild 1, i.v.79-83;).

21. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 16 mart 2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvələr cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkum olunmamış şəxsdir (Cild 1, i.v. 101;).

22. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X4 tərəfindən verilmiş 1 aprel 2024-cü il tarixli 1/1462 saylı məktubdan görünür ki, xx xxxx 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün qeyd olunan xəstəxanaya müraciət etməmişdir (Cild 1, i.v. 109;).

23. “Diskə baxış keçirilməsi haqqında” 8 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X2 tərəfindən müvafiq məhkəmə qərarı əsasında "xxxx" MMC-dən alınmış Təqsirləndirilən şəxs istifadəsində olmuş - ***-***-**-** mobil telefon nömrəsinə 1 mart 2023-cü il tarixdən 7 mart 2024-cü il tarixədək olan müddət ərzində danışıqları əks etdirən 1 ədəd CD yaddaş daşıyıcısına baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinə müxtəlif məzmunlu sms-mesajların daxil olması və göndərilməsi müəyyən edilmişdir (Cild 1, i.v. 112-113;). Həmin sms-mesajlar məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş və qeyd edilən sms-mesajların bəzilərində norkomaniya xəstəliyindən əziyyət çəkən şəxsin – Təqsirləndirilən şəxs müxtəlif narkotik vasitələr əldə edərək istehlakı ilə bağlı yazışmalarının olması müəyyən edilmiş, lakin həmin sms-mesajlarda sonuncunun hər hansı şəxsə narkotik vasitə və psixotrop maddə satması, verməsi və sair satış məqsədi ilə əldə etməsinə dair hər hansı yazışmaların olması müəyyən edilməmişdir.

24. “Respublika Narkoloji Mərkəzi“ X10 8 aprel 2024-cü il tarixli xx/xx-4115 saylı məktubundan görünür ki, xx xxxx 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs qeyd olunan mərkəzdə 14 mart 2024-cü il tarixdən opioidlərin qəbulu nəticəsində asılılıq sindromu diaqnozu ilə dispanser qeydiyyatındadır (Cild, 1 i.v. 114;)

25. “Respublika Psixiatriya Xəstəxanası” X10 13 aprel 2024-cü il tarixli 4701 saylı məktubundan görünür ki, xx xxxx 1990-cı il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 4an Təqsirləndirilən şəxs arxiv məlumatına görə qeyd olunan xəstəxanada müalicədə olmamışdır (Cild, 1 i.v. 115;)

26. Sabunçu RPİ-nin 12-ci PŞ-nin rəisi, polis polkovnik-leytenantı Yunis Əsgərovun 18 may 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, ********* nömrəli cinayət işi üzrə verilmiş əməliyyat tapşırığının icrası ilə bağlı bir sıra əməliyyat tədbirləri keçirilmiş, lakin Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni əldə etdiyi “Azad” adlı şəxsin şəxsiyyətini, olduğu yeri müəyyən etmək mümkün olmamışdır. Əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olması faktı öz təsdiqini tapsa belə, Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni almış şəxslərin şəxsiyyətlərini, olduqları yeri müəyyən etmək mümkün olmamışdır (Cild, 1 i.v. 116;)

27. “Ambulator komisyon məcburi məhkəmə-narkoloji ekspertizasının” 14 mart 2024-cü il tarixli, 1722 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (Cild 1, i.v.117-118;).

28. “Ambulator məhkəmə-psixiatrik ekspertizasının” 14 mart 2024-cü il tarixli, 733 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən hər hansı psixi (ruhi) xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs əvvəllər hər hansı psixi xəstəlikdən müalicə olunması barədə hər hansı məlumat yoxdur, onda hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman öz hərəkətlərini ölçüb-biçmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyəti onunla istintaq hərəkətlərinin aparılmasına imkan verir (Cild 1, i.v.120-121;).

29. “Sübutların qiymətləndirilməsi haqqında” 22 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1ci maddəsindən həmin məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilməsi, üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış hər biri bir ədəd zərfdə 1,989 qram narkotik vasitə heroin və 0,198 qram psixotrop maddə metamfetaminin iş üzrə maddi sübut kimi tanınmaqla saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən aparılmış videoçəkilişin köçürüldüyü bir ədəd “DVD” disk və "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs mobil telefon danışıqları barədə məlumatları özündə əks etdirən bir ədəd “CD” diskin iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini və xeyli miqdarda psixotrop maddə metamfetamini satmış şəxsin şəxsiyyəti və olduğu yerin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə ********* nömrəli cinayət işindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə başqa cinayət işinin ayrıca icraata ayrılaraq istintaqının aparılması qərara alınmışdır (Cild 1, i.v. 130-139;).

30. “Cinayət işinin materiallarından digər cinayət işinin ayrılması barədə” 22 may 2024cü il tarixli qərardan görünür ki, Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X2 tərəfindən ********* nömrəli cinayət işi ayrıca icraata ayrılaraq icraatına qəbul edilmişdir (Cild 1, i.v. 141-142;).

31. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 22 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəllləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur (Cild 1, i.v. 145-146;).

32. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq X2 tərəfindən 27 may 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 29 may 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.175-185;).

33. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş 10 iyul 2024-cü il tarixli məktubdan və məktuba əlavə edilmiş 2349 saylı tibb kitabçasından görünür ki, Təqsirləndirilən şəxs 9 mart 2024-cü il tarixdə həmin təcridxananın tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Həmin kitabçanın 12 və 13-cü bəndlərində göstərilmişdir ki, Təqsirləndirilən şəxs zədə almadığını bildirmiş, müayinə zamanı kürək nahiyəsində narkotiklə əlaqəli piqmentləşmiş ləkələr aşkar edilmişdir (Cild 2;).

Əməlin tövsifi və digər hüquqi məsələlər:

34. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

35. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsinatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

37. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə-CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

38. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

39. CM-in 234.4.3-cü maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir.

40. Məhkəmə tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir.

41. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlamaqla daşımışdır.

42. Halbuki, məhkəmə, ibtidai istintaq orqanının sübutları qiymətləndirilməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, ibtidai istintaq orqanı hökmün 29-cu bəndində göstərilmiş qərarda, cinayət qanununun normalarına və vahid məhkəmə təcrübəsinə istinad edərək təqsirləndirilən şəxsin əməlində “satış məqsədinin” sübuta yetirlməsini göstərməyə çalışsa da, əksinə toplanmış sübutlar və istinad etdiyi normalar, həmçinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsindən irəli gələn izah və tövsiyələr, təqsirləndirilən şəxsin əməlində “satış məqsədinin” olmadığını təsdiq edir.

43. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndinə istinad etmişdir. Həmin bənddə göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd edilən plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması vurğulanmışdır.

44. Plenumun hüquqi mövqeyinə görə, özü-özlüyündə narkotik vasitənin külli miqdar təşkil etməsi təqsirkar şəxsin satış məqsədi ilə hərəkət etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə nəticəyə gəlmək üçün bütün diqqətəlayiq halların məcmusundan çıxış etmək lazımdır. O cümlədən, külli miqdarda narkotik vasitəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalarda qablaşdırılması kimi hallar da müəyyən olunduqları təqdirdə, başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.

45. Halbuki, istintaq orqanı Təqsirləndirilən şəxs verdiyi ittihamda və cinayət təqibi ilə bağlı topladığı materiallarda təqsirləndirilən şəxs tərəfindən narkotik vasitə və psixotrop maddəni satacağı istehlakçı ilə razılığın əldə edilməsi, narkotik vasitə və psixotrop maddələrin çəkilib çoxsaylı xırda bağlamalara bükülməsi, həmçinin onda tərəzinin və digər vasitələrin olması ilə bağlı ümumiyyətlə heç bir dəlil və sübut gətirməmişdir.

46. Bundan başqa, istintaq orqanı hökmün 29-cu bəndində göstərilmiş qərarda təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən “...Təqsirləndirilən şəxs üzərindən ayrı-ayrı bükümlərdə olmuş ümumi təmiz çəkisi 2,089 qram narkotik vasitə heroin və təmiz çəkisi 0,248 qram psixotrop maddə metamfetaminin aşkar edilməsi, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə bağlı "xxxx" MMC-dən daxil olmuş məlumatlarla birmənalı olaraq məqsədinin həmin vasitəni qazanc əldə etmək, şəxsi maraq məqsədi ilə yayılmasına yönəldiyinə bilavasitə dəlalət edir, təmiz çəkisinə görə isə heroin külli miqdar təşkil edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi cinayət işi üzrə şahid ifadələri, 6 mart 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında”, yaddaş daşıyıcısına, "xxxx" MMC-dən daxil olmuş məlumatlara baxış keçirilməsi haqqında protokollar, materialların məhkəmə ekspertizasının, ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair, ambulator məhkəmə-psixotrik ekspertizasının rəyləri, maddi sübut və digər mötəbər dəlillərlə tam təkzib edilməz qaydada sübuta yetirilmişdir...” cümlələri ilə öz gəldiyi nəticəni əsaslandırmağa çalışsa da, faktiki olaraq mövcud və real olmayan sübutlara istinad edib əsassız qənaətə gəlmişdir.

47. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq məhkəmə qərarı əsasında "xxxx" MMC-dən əldə edilmiş “CD” diskə, habelə məhkəməyədək icraat zamanı həmin diskə müstəntiq Məhəmmədli Cümşüdov tərəfindən baxış keçirilməsi haqqında protokola məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan sms-mesajların məzmununun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı deyil, məhz Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri öz şəxsi istehlakı üçün əldə etməsi ilə bağlı olması müəyyən edilmişdir.

48. Başqa sözlə, istintaq orqanı təqsirləndirilən şəxsin əməlində CM-in 234.4.3-cü maddəsinin tərkibinin olması qənaətinə gələrkən, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsinə daxil olan və çıxan sms-mesajların (yazışmaların) məzmununun narkotik vasitə və psixotrop maddələrin “satışı” ilə bağlı olmasına istinad etsə də, həmin sms-mesajların məzmununun Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri öz şəxsi istehlakı məqsədilə axtarması, əldə etməsi, saxlaması və daşıması ilə bağlı olması məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Eyni zamanda narkotik vasitənin külli miqdarda və psixotrop maddənin xeyli miqdarda olması özü özlüyündə “satış məqsədinin” qeyd-şərtsiz sübutu kimi əsas götürülə bilməz.

49. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı üzərində videoçəkilişlə şəxsi axtarış istintaq hərəkəti aparılarkən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni şəxsi istehlakı üçün əldə etdiyini, həmin predmetləri hər hansı şəxsə satmaq, hədiyyə və ya pay vermək niyyətinin olmadığını göstərmişdir. İstintaq orqanının sübut qismində istinad etdiyi istintaq hərəkətlərinin protokolları, şahid ifadələri, ekspert rəyləri, maddi sübutlar və digər sənədlərdə də, təqsirləndirilən şəxsin narkotik vasitə və psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsini təsdiq edən mötəbər heç bir sübut və dəlil yoxdur və həmçinin hər hansı belə bir sübut məhkəmə baxışında da ittiham tərəfindən təqdim edilməmişdir.

50. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş və tərəflərin vəsatəti ilə ifadəsi elan edilmiş, təqsirləndirilən şəxsin saxlanılmasında iştirak etmiş və ittiham tərəfinin əsas şahidləri olan polis əməkdaşları Şahid1 və Şahid2 ifadələrindən də göründüyü kimi, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində şübhəli bilinərək saxlanılmış, sonuncunun narkotik vasitə və psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və ya satışı ilə məşğul olması barədə hər hansı əməliyyat məlumatı təhqiqat orqanına daxil olmamışdır. Hökmün 26-cı bəndində göstərilmiş təhqiqat orqanının məktubunda göstərilənlər isə özü-özlüyündə digər mötəbər sübutların mövcud olmaması halında təqsirləndirilən şəxsin əməlinin tövsif edilməsi və ona cəza təyin edilməsi zamanı nəzərə alına bilməz.

51. Məhkəmə, ibtidai istintaq orqanının bu qənaətini əsassız hesab edərək qeyd edir ki, şəxsin üzərində aşkar edilmiş narkotik vasitənin miqdarının xeyli miqdarından artıq və ya külli miqdarda olması, o cümlədən psixotrop maddənin miqdarının yalnız xeyli miqdarda olması, digər mötəbər sübutların olmadığı bir halda əməlin satış məqsədilə əldə edilmə kimi qiymətləndirilməsi üçün əsas vermir.

52. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.

53. Lakin məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarda və iş materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. Davam edən məhkəmə icraatı zamanı da ittihamçı tərəfindən də bu barədə hər hansı digər sübutlar təqdim edilməmişdir.

54. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli CMin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir.

55. Məhkəmə bu nəticəyə gələrkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının müddəalarını da rəhbər tutur.

56. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Siyahıların İ siyahısının 83-cü bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 800 qram olması müəyyən edilmişdir. Həmin Siyahıların İİ siyahısının 118-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün psixotrop maddə metamfetaminin xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 400 qram olması müəyyən edilmişdir.

57. CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, CPM-in 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir.

58. CPM-in 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.

59. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

60. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

61. CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir.

62. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.

63. CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144 və 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir.

64. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının müddəaları baxımından da əsaslı hesab edir.

65. Belə ki, “Kondraşinanın Rusiya Federasiyasına qarşı” işində də Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin.

66. X13 Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X12rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.

67. “Avropa İnsan Hüquqları Məhkəməsinin gələcək fəaliyyətinə dair Brayton Bəyannaməsi”nin 7-ci bəndində qeyd edilmişdir ki, “Milli səviyyədə Konvensiyanın müddəalarının tam həyata keçirilməsi üzv dövlətlərdən qanun pozuntularının qarşısını almaq üçün effektiv tədbirlərin görülməsini tələb edir. Bütün qanunvericilik və siyasətin inkişafı, həmçinin dövlət qulluqçuları tərəfindən öz xidməti vəzifələrinin icrası elə səviyyədə olmalıdır ki, bu Konvensiyanın müddəalarının tam icrasına imkan versin. Üzv dövlətlər Konvensiyanın müddəalarının mümkün pozulması hallarının qarşısını almaq üçün hüquqi müdafiə vasitələrini təmin etməlidirlər. Milli məhkəmələr və tribunallar Konvensiyanı və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu nəzərə almalıdırlar. Bütün bu tələblər məcmu halda Konvensiyanın müddəalarının pozulması hallarının qarşısını ala bilər. Bu isə məhkəməyə əsaslı müraciətlərin sayının azalmasına gətirib çıxarmaqla iş yükünün də kəmiyyətinin aşağı düşməsinə səbəb olacaqdır”.

68. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

69. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə Təqsirləndirilən şəxs əməlinin CM-in 234.1-1-ci maddəsinin tərkib əlamətlərinə uyğun gəldiyini qeyd edərək, onun əməlinin CMin 234.1-1-ci maddəsi ilə tövsif edilməsini qanuni və ədalətli hesab edir.

70. Qeyd olunanlarla bağlı məhkəmə Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini əsaslı və qanuni hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir.

71. CM-in 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyətini müəyyən edir.

72. Həmin Məcəllənin 234.1-1-ci maddəsi isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.

73. Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.

74. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli Qərarının müddəalarını da rəhbər tutur.

75. Məhkəmə, Təqsirləndirilən şəxs ittihamda göstərilən yerdə və şəraitdə deyil, başqa yerdə və şəraitdə saxlanılması, üzərində ittihamda göstərildiyi miqdarda deyil, təxminən 1,600 qram narkotik vasitə heroin və 0,1 qram psixotrop maddə metamfetaminin olması, polis əməkdaşlarının onu CM-in 234.1-ci maddəsi ilə sənədləşdirəcəklərini bildirərək aldatmaları, bu səbəbdən sonunculara inanaraq ilkin istintaq zamanı ona təqdim olunmuş sənədləri imzalaması, ibtidai istintaq zaman ona hüquq və vəzifələrinin izah edilməməsi, habelə hüquqlarının müdafiəçi tərəfindən qorunması məqsədilə vəkillərin siyahısının ona təqdim edilməməsi, şəxsi axtarış və götürmə istintaq hərəkətinin müdafiəçinin iştirakı olmadan keçirilməsinə dair ərizəni imzalamasını xatırlamaması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun CM-in 234.1-1-ci maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Belə ki, cinayət işinin materiallarında olan müvafiq protokollardan, ərizədən, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkətinin əks olunduğu videogörüntüdən Təqsirləndirilən şəxs hüquq və vəzifələrin izah olunması, vəkillərin siyahısının təqdim edilməsi və həmin sənədləri, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkətinin müdafiəçinin iştirakı olmadan aparılması barədə ərizənin özü tərəfindən imzalanması müəyyən edilmişdir.

76. Qeyd edilənlərə əsasən, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur.

77. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır.

78. Beləliklə, məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törətməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.

Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

79. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

80. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

81. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

82. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkumluğunun olmaması, 34 yaşında olmaqla cavan olmasını, narkomaniya xəstəliyindən müalicə olunaraq sağalmaq istəməsini bildirməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını və özünü təqsirli bildiyi əməlinə münasibətdə peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

83. Məhkəmə CM-in 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran hər hansı halın olmamasını qeyd edir.

84. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddə təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

85. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-in 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

86. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, CPM-in 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).

87. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 6 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8 mart 2024-cü il tarixli qərarı ilə onun barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 6 mart 2024-cü il tarixdən hesablanmış, həmin məhkəmənin 28 may 2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri 26 iyun 2024-cü il tarixədək uzadılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.

88. Məhkəmə, CPM-in 353.4.8-ci əsasən ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 6 mart 2024-cü il tarixdən hesablanmalıdır.

89. Məhkəmə hökmün 27-ci bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.

90. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.

91. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi qalıq çəkisi 1,989 qram olan narkotik vasitə heroin və tədqiqatlardan sonra qalıq çəkisi 0,198 qram psixotrop maddə metamfetamin məhv edilməli, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 1 (bir) ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs telefon danışıqları (smsmesajlar) barədə məlumatları özündə əks etdirən 1 (bir) ədəd “CD” disk isə hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.

92. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

93. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

94. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.

95. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

96. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

97. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 6 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 1,989 qram olan narkotik vasitə heroin və 0,198 qram psixotrop maddə metamfetamin məhv edilsin, 2 (iki) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar