Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1852/2021 03.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibi, məsləhətçi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə 31 avqust 1965-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvələr məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, X10 küçəsi, ev 57-də pasport qeydiyyatında olan və həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib üstündə daşıyaraq saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi çəkisi 0,266 qram olmaqla, şəffaf sellofanın içərisində ayrı-ayrılıqda 08 ədəd siqaretin qırmızı rəngli kağızlarına bükülmüş çəkiləri 0,014 qram, 0,011 qram, 0,015 qram, 0,014 qram, 0,009 qram, 0, 174 qram, 0,016 qram, 0,013 qram ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, külli miqdarda 04 ədəd siqaretin qırmızı rəngli kağızına bükülmüş ümumi çəkisi 6,372 qram olmaqla ayrı-ayrılıqda çəkiləri 6,136 qram, 0,107 qram, 0,063 qram, 0,066 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 01 ədəd siqaretin qırmızı kağızına və 02 ədəd siqaretin gümüşü kağızına bükülmüş ümumi çəkisi 1,083 qram olmaqla ayrı-ayrılıqda çəkiləri 0,582 qram, 0,351 qram, 0,150 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, habelə tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,2 qram təşkil edən üzərində «M-40» göstəricisi olan 5 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblər, tərkibində tramadolun təsir maddəsinin ümumi miqdarı 0,1 qram təşkil edən 02 ədəd göy-ağ rəngli dərman kapsula, tərkibində tramadolun təsir maddəsinin ümumi miqdarı 0,225 qram təşkil edən 01 ədəd qırmızı rəngli həbi 01 avqust 221-ci il tarixdə Suraxanı rayonunda 150 manata əldə edib Şüvəlan qəsəbəsinə daşıyaraq üstündə saxlamış, 02 avqust 2021-ci il tarixdə saat 14:05 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, M.Ə.Sabir küçəsində olan zaman Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Polis Şöbəsinə dəvət olunmuş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qəhvəyi rəngli şalvarın sol yan cibində yaşıl rəngli parça eynək qabının içərisindən yuxarıda qeyd olunan çəkidə narkotik vasitə heroin, narkotik vasitə marixuana, psixotrop maddə metamfetamin, həblər və kapsula aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, ünvan 1 ünvanında yaşayır. 1977-ci ildən narkotik vasitələrdən istifadə edir. Əvvələrdə narkotik vasitələrin istifadəçisi olduğu üçün məhkum olunmuşdur. O, narkotik vasitə olan kakosu və metamfetamini şpiris vasitəsi ilə, marixuananı isə çəkmə yolu ilə qəbul edir, narkotik vasitə olan heroini və metafıtamini əsasən Bakı şəhərinin müxtəlif yerlərindən üzdən tanıdığı adını bilmədiyi şəxslərdən alır. 01.08.2021-ci il tarixdə saat təxminən 20 radələrində narkotik vasitələrə olan tələbatımı ödəmək üçün Suraxanı rayonundan üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 150 manat pula narkotik vasitə olan kakos (heroin), metamfetamin və marixuna, həmçinin həblər alıb əynində olan şalvarın cibində gizlədərək yaşadığı Xəzər rayon Şüvəlan qəsəbəsinə gəlmişdir. 02.08.2021-ci il tarixdə saat 13 radələrində yaşadığı Şüvəlan qəsəbəsi M.Ə.Sabir küçəsində olan zaman üç nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb polis əməkdaşı olduqları bildirmişlər. Sonra ona narkotik vasitələrin saxlanılmasında, gəzdirilməsində və qəbulunda şübhəli olduğunu bildirmişlər və onu Xəzər RPİ-nin 1-ci PŞ-nə dəvət etmişlər. O, etiraz eləmədən polis əməkdaşları ilə birlikdə Xəzər RPİ-nin 1-ci PŞ-yə onu Xəzər RPİnin 1-ci PŞ-nin TQ- na təhvil vermişlər. Xəzər RPİ-nin 1-ci PŞ-nin inzibati binasında xidməti otaqda polis əməkdaşlarının iştirakı, X4 tərəfindən videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirmişlər. X4 üzərinə şəxsi axtarış keçirtməzdən əvvəl ona üzərində hər hansı bir qadağan olunmuş əşya və maddə olub-olmadığını soruşmuş, o, əynində olan şalvarın sol yan cibində yaşıl rəngli parça eynək qabını, eləcədə qabm içərisində olan şəffaf selofanın içərisində olan 08 ədəd siqaretin qırmızı kağızına bükülmüş ağ rəngli kristal şəkilli maddə, 03 ədəd siqaretin qırmızı kağızına bükülümüş qəhvəyi rəngli toz şəkilli maddə, 01 ədəd selefona bükülümüş qəhvəyi rəngli toz şəkilli maddə, 8 ədəd müxtəlif ölçülü həblər və 01 ədəd siqaretin qırmızı kağızma bükülmüş marixuanya bənzər kütlə, 02 ədəd siqaretin gümüşü kağızma bükülümüş marixunaya bənzər kütləni təqdim etmişdir. Bundan sonra polis əməkdaşları onun üzərinə şəxsi axtarış keçirmişlər, axtarış nəticəsində üzərindən və paltarından heç bir qeyri-qanuni əşya və maddə aşkar edilməmişdir. Bundan sonra üzərində olan narkotik vasitə qablaşdırılmış və zərfin üzəri imzalanaraq möhürlənərək götürülmüşdür. O da həmin zərfin üzərini imzalamışdır. Polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilməsinə dair protokol tərtib etmişlər. Tərtib olunmuş protokolu ucadan oxumuş, düz yazdıqları üçün protokolu imzalamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunmamış və təzyiq göstərilməmişdir. O, narkotik vasitə olan heroini, metafetamini və marixuananı özü istifadə edir, üzərindən aşkar edilmiş narkotik vasitələri 01.08.2021-ci il tarixdə Suraxanı rayon ərzisindən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 150 manata öz istifadəsi üçün almışdır. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi aşağıdakı sübut növləri ilə tam təsdiq olunur. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 fadəsində göstərmişdir ki, 02 avqust 2021-ci il tarixdə alınmış əməliyyat məlumatı əsasında “Qafar” adlı şəxs narkotik vasitələrin qəbulu ilə məşğul olduğu məlum olmuşdur. “Qafar” adlı şəxsin 31 avqust 1965-ci ildə Bakı şəhərində anadan olmuş, əvvələr məhkum olunmuş, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, X10 küçəsi, ev 57-də qeydiyyatla yaşayan Təqsirləndirilən şəxs olduğunu müəyyən olunduqdan sonra onun ifşa olunması məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsinə getmişlər. Orada müşahidələr aparmağa başlamış və saat 14:05 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin məhəlləsində, yəni Xəzər rayonu, Şüvəlan qəsəbəsi M.Ə.Sabir küçəsində olduğunu müəyyən edib ona yaxınlaşıb özlərini təqdim edərək Xəzər RPİ-nin əməkdaşları olduğlarnı bildirib Təqsirləndirilən şəxs Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə dəvət etmişlər. Heç bir etiraz etməyib onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsindən ötrü aidiyyəti əməkdaşlara göstəriş verilməsi üçün raportla 1-ci Polis Şöbəsinin rəisinə müraciət etmişdir. Faktla bağlı araşdırma aparılması Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin təhqiqatçısı Xəzər Yolçuyevə həvalə edilmiş və Təqsirləndirilən şəxs təhqiqatçıya təqdim olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuş, daha sonra X4 şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün təyin olunmuş müdafiəçi Fərman Cəfərovun və onların iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qəhvəyi rəngli şalvarın sol yan cibindən yaşıl rəngli parça eynək qabını, eləcədə qabın içərisində olan şəffaf selofanın içərisində olan 08 ədəd siqaretin qırmızı kağızına bükülmüş ağ rəngli kristal şəkilli maddə, 03 ədəd siqaretin qırmızı kağızına bükülümüş qəhvəyi rəngli toz şəkilli heroinə bənzər maddə, 01 ədəd selofona bükülümüş qəhvəyi rəngli toz şəkilli heroinə bənzər maddə, 08 ədəd müxtəlif ölçülü həblər, 01 ədəd siqaretin qırmızı kağızına bükülmüş marixuanya bənzər kütlə və 02 ədəd siqaretin gümüşü kağızına bükülümüş marixunaya bənzər kütləni çıxarıb təqdim etmişdir. 08 ədəd siqaretin qırmızı kağızına bükülmüş bükülüləri açıb içərisinə baxan zaman içərisində ağ rəngli kristall şəkilli psixotrop maddə metamfetaminə bənzər maddə olduğu, 03 ədəd siqaretin qırmızı kağızına və 01 ədəd sellofana bükülmüş bükülüləri açıb içərisinə baxdıqda spesifik iyə malik olan narkotik maddə hesab edilən heroinə bənzər maddə olduğunu, 01 ədəd siqaretin qırmızı kağızma və 02 ədəd siqaretin gümüşü kağızma bükülmüş bükülüləri açıb içərisinə baxdıqda spesifik iyə malik narkotik vasitə marixuanaya bənzər ot kütlələri olduğunu və 08 ədəd müxtəlif ölçüdə olan həblərin tramadola və metadana bənzər olduqlarını görmüş və Təqsirləndirilən şəxs həmin maddələrin nə olduğunu, eləcə də haradan əldə etməsini soruşmuşlar. Təqsirləndirilən şəxs həmin bükülülərin içərisində narkotik vasitə heroin, marixuana, psixotrop maddə metamfetamin, metadon, tramadol həbləri olduğunu bildirib bir gün öncə Suraxanı rayonundan tanımadığı şəxsdən 150 manata aldığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitələr, psixotrop maddə və həblər ekspertizaya təqdim edilib müvafiq rəy alınması üçün qablaşdırılaraq möhürlənmiş, protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, heç bir şikayət və ərizə daxil olmadığı üçün doğruluğu imzalarla təsdiq olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Xəzər RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid3 da Şahid1 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Xəzər RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid2 da yuxarıda qeyd olunan şahid ifadələri ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-bioloji ekspertizasının 03 avqust 2021-ci il tarixli 7/733 saylı rəyindən görünür ki, təhqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs ... Təqsirləndirilən şəxs.” yazılar və imzalar olan zərfdə 3 (üç) ədəd kağız bükümlərdə ( 1 ədəd qırmızı, 2 ədəd gümüşü rəngli) ayrı-ayrılıqda təmiz çəkiləri-0.582 qram, 0.351 qram, 0,150 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. Həmin marixuanaların ümumi çəkisi-1,083 qramdır. Cinayət işinə əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 03 avqust 2021-ci il tarixli 6/3281 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN «Zərflər üçün №157» möhür əksi, «Şübhəli şəxs...Təqsirləndirilən şəxs...» sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisindən 8 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0.014 qram, 0,011 qram, 0.015 qram, 0,014 qram, 0,009 qram, 0,174 qram, 0,016 qram, 0,013 qram ümumi təmiz çəkisi 0,266 qram olan ağ rəngli ksitallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Digər 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 6,136 qram, 0,107 qram, 0,063 qram, 0,066 qram ümumi təmiz çəkis 6,372 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “M-40” göstəricisi olan 5 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə üzərindəki göstəriciyə əsasən metadonun təsir maddəsinin ümumi miqdarı 0,2 qram (1 ədəd həbdə 0, 04 qram) təşkil edir. Təqdim olunmuş ümumi sayı 2 ədəd olan göy-ağ rəngli dərman kapsulanın tərkibində tramadolun təsir maddəsinin ümumi miqdarı 0,1 qram ( bir ədəd kapsulda tramadolun təsir maddəsinin miqdarı 0,05 qramdır) olduğu müəyyən edildi. Təqdim edilmiş bir ədəd qırmızı rəngli həbdə tramadolun təsir maddəsinin ümumi miqdarı 0,225 qram təşkil edir. Cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının 02 sentyabr 2021-ci il tarixli, 3198 saylı rəyindon görünür ki, Təqsirləndirilən şəxs OPİODLƏRİN və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan Aslılıq sindiromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09,02.2006 cı il tarixli 39 saylı “ Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan 02 avqust 2021-ci il tarixli “Şəxsi axtarış və götürülmə haqqında” protokoldan görünür ki, Bakı şəhəri 8 saylı vəkil bürosunun vəkili X3, Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Xəzər RPİ-nin NMB-nin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid3 və polis mayoru Şahid2 iştirakları ilə Xəzər RPİ-nin 1-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru Xəzər Yolçuyev tərəfindən videoçəkilişdən isifadə etməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli şalvarının sol yan cibindən yaşıl rəngli parça eynək qabının içərisində şəffaf sellofanın içərisində 08 ədəd siqaretin qırmızı kağızına bükülmüş ağ rəngli kristal şəkilli maddə, 03 ədəd siqaretin qırmızı kağızına bükülmüş qəhvəyi rəngli toz şəkilli maddə, 01 ədəd sellofana bükülmüş qəhvəyi əngli toz şəkilli heroinə bənzər maddə, 08 ədəd müxtəlif ölçülü həblər, 01 ədəd siqaretin qırmızı kağızına bükülmüş marixuanaya bənzər kütlə, 02 ədəd siqaretin gümüşü kağızına bükülmüş marixuanaya bənzər kütləni təqdim edir və həmin maddələr qablaşdırılaraq götürülür. Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinə gəldikdə isə, məhkəmə hesab edir ki, onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddəni şəxsi istifadə üçün əldə etməsi ilə bağlı ibtidai istintaq zamanı və məhkəmədə verdiyi ifadələri özünümüdafiə xarakteri daşımaqla ağır cinayətdən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin müxtəlif növlərə aid olması, narkotik vasitə olan heroinin külli miqdarda olduğu üzərindən aşkar olunan narkotik vasitə və psixotrop maddənin xırda bükümlərə bölünməsi onun həmin narkotik vasitələri və psixotrop maddənin satış məqsədi ilə əldə edib üzərində saxlaması qənaətinə gəlməyə əsas verir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə itihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarı ilə təqsirkar şəxsin narkotik vasitəni satmaq niyyətində olmasını müəyyən etmək üçün başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı təqsirkarın istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər hallarının nəzərə alınması məhkəmələrə tövsiyə edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs İ dərəcəli əlil olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilir Təqsirləndirilən şəxs əməlində cinayətin residivi olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal hesab olunur. Belə ki, cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Xəzər Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 04 avqust 2020-ci il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə 01 ay 15 gün vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələblərinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan mərhum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 (iki) il keçdikdə məhkumluğu olmayan hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəlki hökmlə ona təyin olunmuş cəzanı çəkib qurtardığı gündən iki il keçməmiş yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Ona görə də, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab olunmalı və onun hərəkətləri cinayətin residivi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırda məhkum olunmuş şəxs sayılır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən hal kimi İ dərəcəli əlil olmasını, cəzanı ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 02 avqust 2021-ci il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Bakı şəhəri, Xəzər rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,023 qram qurudulmuş marixuana, 6,332 qram heroin, 0,226 qram metamfetamin, 04 ədəd metadon həbi, 01 ədəd tramadol həbi və qalıq ½ tramadol həbi məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmənin keçirilməsini özündə əks etdirən 01 ədəd “DVD” disk əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 131,46 (yüz otuz bir manat qırx altı) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 05 saylı Hüquq Məsləhətxanasının vəkili X5 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxslərə göstərilmiş 5 (beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından X2 vəkil işlədiyi 5 saylı Vəkil bürosunun hesabına 30 (otuz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 ( yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 02 avqust 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Bakı şəhəri, Xəzər rayon Polis İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,023 qram qurudulmuş marixuana, 6,332 qram heroin, 0,226 qram metamfetamin, 04 ədəd metadon həbi, 01 ədəd tramadol həbi və qalıq ½ tramadol həbi məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmənin keçirilməsini özündə əks etdirən 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 131,46 (yüz otuz bir manat qırx altı) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi 05 saylı Vəkil Bürosunun hesabına 30 (otuz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-1852/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1852/2021
03.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver