Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1854/2022 10.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X8, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş (Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 14 noyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 24 iyun 2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş), məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi ev 10 A-da qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat - 2 qəsəbəsi, Tramvay küçəsi, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini, psixotrop maddə metafetamini və şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə marixuananı əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən külli miqdarda ümumi təmiz çəkisi 250,155 qram narkotik vasitə heroini, külli miqdarda ümumi təmiz çəkisi 22,448 qram psixotrop maddə metafetamini və şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 260,0 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib həmin maddələrdən 242,792 qram narkotik vasitə heroini, 22,448 qram psixotrop maddə metafetamini və 260,0 qram narkotik vasitə qurudulmuş marixuananı yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat - 2 qəsəbəsi, Tramvay küçəsi, nömrəsiz fərdi evdə saxlamış, 7,363 qram narkotik vasitə heroini isə üzərində saxlayaraq daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 14 iyun 2022-ci il tarixdə saat 14:10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat - 2 qəsəbəsi, Tramvay küçəsi yaxınlığında keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına aparılmış, orada üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd bükümdə külli miqdarda, yəni 7,363 qram narkotik vasitə heroin aşkar edilmiş, əməliyyat tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat - 2 qəsəbəsi, Tramvay küçəsində yerləşən fərdi evə baxış keçirilərkən yataq otağındakı taxta konstruksiyalı dolabın üst hissəsində gizlətdiyi 1 ədəd bənövşəyi rəngli dəri çantanın içərisindən 1 ədəd bükümdə külli miqdarda ümumi təmiz çəkisi 22,448 qram psixotrop maddə metafetamin, 2 ədəd bükümdə külli miqdarda ayrıayrılıqda təmiz çəkiləri 140,657 qram və 102,135 qram olmaqla ümumi təmiz çəkisi 242,792 qram narkotik vasitə heroin, 1 ədəd bükümdə ümumi təmiz çəkisi 260,0 qram narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ara-sıra narkotik vasitə marixuanadan istifadə etmişdir. Təqribən 4 ay əvvəl Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Şaurma” restoranının yanında olduğu zaman yerdə çanta olduğunu görmüşdür. Çantanın içərisinə baxış keçirtdiyi zaman narkotik vasitə və psixotrop maddəyə bənzər maddələr olduğunu aşkar etmişdir. Bu səbəbdən həmin çantanı götürərək yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 2 qəsəbəsi, Tramvay küçəsində yerləşən nömrəsiz fərdi evə gətirmişdir. Fərdi evdə çantanın içərisinə baxış keçirtmiş və bu zaman orada 2 iri büküm və 1 kiçik bükümdə narkotik vasitə heroin, 1 büküm psixotrop maddə metafetamin, 1 büküm narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi olduğunu görmüşdür. Onları tullamayaraq yaşadığı fərdi evin yataq otağında gizlətmişdir. 14 iyun 2022-ci il tarixində saat 14 radələrində hava almaq üçün yaşadığı fərdi evdən çıxmışdır. Çıxmazdan əvvəl yaşadığı evdə gizlətdiyi narkotik vasitə heroinin kiçik bükümünü götürərək əynində olan şalvarın cibinə qoymuşdur. Yaşadığı evin yanında piyada gəzdiyi zaman 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmışdır. Onlar özlərini təqdim edərək Baş Narkotiklə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirərək onun qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirib, xidməti vəsiqələrini göstərərək barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Baş İdarənin inzibati binasına dəvət etmişlər. O etiraz etməyərək onlarla birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına getmişdir. Orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya olduğu təqdirdə onları təqdim etməsi itəklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı 1 ədəd bükümdə olan narkotik vasitə heroini təqdim etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən barəsində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd açar və 27 manat pul aşkar olunmuşdur. Bundan sonra təhqiqatçı tərəfindən təqdim etdiyi narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş və çəkisinin 8 qram olması müəyyən edilmişdir. Təqdim etdiyi narkotik vasitə heroin qablaşdırılaraq götürülmüş, 1 ədəd açar və 27 manat pul isə özünə qaytarılmışdır. Bundan sonra polis əməkdaşları üzərindən aşkar edilmiş narkotik vasitə heroini haradan, kimdən, hansı məqsədlə və neçəyə əldə etdiyini soruşmuşlar. O, polis əməkdaşlarının suallarına cavab olaraq aşkar edilmiş narkotik vasitə heroini təqribən 4 ay əvvəl Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Şaurma” restoranının yaxınlığından tapdığını, götürüb yaşadığı evdə saxladığını, hazırda yaşadığı evdə narkotik vasitələr və psixotrop maddə saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşları fərdi evinə baxış keçirilməsi ilə bağlı qərar qəbul etmişlər, həmin qərarla onu tanış etdilər və evinə baxış keçirilməsinə etirazının olubolmamasını soruşmuşlar. O heç bir etirazının olmadığını bildirdikdən sonra bununla bağlı ərizə təqdim etməsi ona təklif etmişlər. O, müstəqil şəkildə evinə baxış keçirilməsinə etirazının olmaması ilə bağlı ərizə təqdim etmişdir. Bundan sonra polis əməkdaşları o və müdafiəçi ilə birlikdə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 2 qəsəbəsi, Tramvay küçəsinə getmişlər. Fərdi evində təhqiqatçı evində saxladığı narkotik vasitələri və psixotrop maddəni könüllü şəkildə təqdim etməsini təklif etmişdir. Bu təklifdən sonra o, evinin ikinci mərtəbəsinin sol tərəfində yerləşən yataq otağındakı taxta konustruksiyalı dolabın üst hissəsində gizlətdiyi 1 ədəd bənövşəyi rəngli dəri çantanı onlara təqdim etmişdir. Həmin çantanın içərisinə polis əməkdaşları baxış keçirtdiyi zaman 2 ədəd bükümdə narkotik vasitə heroin, 1 ədəd bükümdə psixotrop maddə metafetamin, 1 ədəd bükümdə narkotik vasitə marixuana və 1 ədəd elektron tərəzini aşkar etmişlər. Daha sonra həmin otağa və evin digər hissələrinə baxış keçirtmişlər. Baxış zaman narkotik vasitələri və psixotrop maddəni gizlətdiyi yataq otağındakı taxta dolabın üzərindən ona məxsus olan 1 ədəd “Samsung” markalı, həyat yoldaşı İlknura məxsus “İphone 13 Pro Max” mobil telefon aparatlarını aşkar edərək götürmüşlər. Bunda sonra aşkar edilmiş narkotik vasitə heroinlər, psixotrop maddə metafetamin və narkotik vasitə marixuana ayrı-ayrılıqda elektron tərəzidə çəkilmişdir. Heroinlərin çəkisi 270 qram, metafetaminin çəkisi 24 qram və marixuananın çəkisi isə 247 qram olmuşdur. Bundan sonra aşkar olunmuş narkotik vasitələr və psixotrop maddələr qablaşdırılmış üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Aparılmış hərəkətlərlə bağlı protokol tərtib edilmiş və həmin protokol onun, müdafiəçinin və polis əməkdaşları tərəfindən imzalanmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 2 qəsəbəsi, Tramvay küçəsində həyat yoldaşı İlknurla birlikdə yaşamışdır. Özü narkotik vasitə marixuana isifadə etdiyi üçün narkotik vasitə heroin istifadə edən tanışları olduğundan onları gördüyü halda istifadə etmək üçün onlara vermək məqsədi ilə narkotik vasitəni özü ilə götürmüş, fərdi evindən aşkar edilmiş “Samsung” markalı mobil telefon aparatının ona, “İphone 13 pro max” markalı mobil telefon aparatı isə həyat yoldaşı İlknura məxsus olmuşdur. Həmin “Samsung” markalı mobil telefon aparatını yeni almış, nasaz olduğu üçün onu bir neçə gün işlətmiş, sonra isə mobil telefon nömrəsini içərisindən çıxardaraq işlətməmiş və vaxtı olduğu halda ustaya aparmağı planlaşdırmışdır. Narkotik maddələri yalız şəxsi istifadəsi üçün götürmüşdür. Tutulanadək yalnız marixuana isitifadə etmişdir. Heç vaxt heroin və metafetamindən istifadə etməmiş, heroin və metafetamini onlardan istifadə edən dostlarını gördüyüm halda pay vermək üçün saxlamışdır. Narkotik vasitə və psixotrop maddəni yaşadığı evdə saxlamaqda satış məqsədi olmamışdır. Heç vaxt narkotik vasitə və psixotrop maddənin satışı ilə məşğul olmamışdır. Marixuanadan təxminən 10-15 gün aralıqla istifadə etmişdir. Şəxsi axtarış videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Narkotik vasitəni həmişə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən almışdır. Sonuncu dəfə narkotik vasitədən tutulmazdan 10 gün əvvəl istifadə etmişdir. Həyat yoldaşı İlknurun yaşadıqları evdə onun narkotik vasitə və psixotrop maddə saxlamasından xəbəri olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması məhkəmə istintaqı zamanı qismən etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 14 iyun 2022-ci il tarixində etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuş və məlumatda xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi ev 10 A-da qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 2 qəsəbəsi, Tramvay küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Sabunçu rayonunda dövriyyəsi ilə məşğul olması bildirilmişdir. Məlumatın yoxlanılması, eyni zamanda müvafiq tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və Baş İdarə rəisinin əmri ilə ondan, həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis nəfəri, polis baş serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 14 iyun 2022-ci il tarixində saat 14:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 2 qəsəbəsi, Tramvay küçəsində yerləşən, yaşadığı nömrəsiz fərdi evin yaxınlığında olması ilə bağlı təkrar məlumat daxil olmuşdur. Dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis nəfəri, polis baş serjantı Şahid2 ilə birlikdə qeyd edilən ünvana getmişlər. Saat 14:10-da Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 2 qəsəbəsi, Tramvay küçəsinə çatmışlar və çatdıqları zaman Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görüb onu saxlamışlar. Rəsul-zadə X2 sonra ona özlərinin təqdim edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş və qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyi üçün saxlanıldığını izah edərək birlikdə Baş Narkotiklə Mübarizə İdarəsinə gedəcəklərini demişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və bundan sonra birlikdə Baş Narkotiklə Mübarizə İdarəsinə gəlmişlər. Təqsirləndirilən şəxs Baş Narkotiklə Mübarizə İdarəsinə gətirildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilərək ona hüquq və vəzifələri izah edilmişdir. Hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs barəsində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilərək bu barədə qərarla tanış edilmişdir. Daha sonra şəxsi axtarış keçirilməyə başlamış və şəxsi axtarış başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən əşya, maddə və ya predmet olub-olmaması soruşularaq olduğu halda könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 bükümdə, açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd açar, 27 manat pul aşkar olunmuşdur. Aşkar edilmiş narkotik vasitə heroinə bənzər maddə elektron tərəzidə çəkilmiş, bükümlərin qablaşdırma ilə birlikdə çəkisinin 8 qram olması müəyyən olunmuşdur. Qeyd edilən hərəkətlər edildikdən sonra aşkar edilmiş 1 ədəd büküm içərisi boş olan, ağ rəngli kağız zərfə qoyulmuş, həmin zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs məxsus 1 ədəd açar və 27 manat pul isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar edilmiş narkotik maddəni Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən “Şaurma” adlı restoranın yaxınlığından 4 ay əvvəl yerdən taparaq əldə etdiyini, qurudulmuş marixuanadan istifadə etdiyini, şəxsi axtarışdan əvvəl üzərinin axtarılmadığını, əlavə olaraq yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən fərdi evdə də narkotik maddələr saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evə baxış keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs evə baxış keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra onun ərizəsi alınmış və onun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 2 qəsəbəsi, Tramvay küçəsində yerləşən nömrəsiz fədi evə gedilmişdir. Evə baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs evində saxladığı narkotik tərkibli maddələri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı fərdi evin ikinci mərtəbəsinin sol tərəfində yerləşən yataq otağındakı taxta konstruksiyalı dolabın üst hissəsində gizlətdiyi 1 ədəd bənövşəyi rəngli dəri çantanı təqdim etmişdir. Həmin çantanın içindən 1 büküm, ağ rəngli, kristalşəkilli, psixotrop maddə metafetaminə bənzər, 2 ədəd bükümdə, qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər, 1 ədəd bükümdə, açıq yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr, 1 ədəd elektron tərəzi, həmin dolabın üzərindən isə 1 ədəd “Samsung” markalı və 1 ədəd “İphone” markalı mobil telefon aşkar olunmuşdur. Sonra metafetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 24 qram olmuşdur. Daha sonra heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 247 qram olmuşdur. Sonra qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 270 qram olmuşdur. Qeyd edilən kütlələr qablaşdırılmış və qablaşmaların üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Daha sonra fərdi evin digər otaqlarına baxış keçirilmiş və baxış zamanı qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən maddə, əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs sorğu zamanı, təqdim etdiyi kütlələrin özünə məxsus olduğunu, onları Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən “Şaurma” adlı restoranın yaxınlığından 4 ay əvvəl yerdən taparaq əldə etdiyini, qurudulmuş marixuanadan istifadə etdiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, “Samsung” markalı mobil telefonun özünə, “İphone” markalı mobil telefonun isə həyat yoldaşı İlknura məxsus olduğunu, başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını, bu əməllərindən həyat yoldaşı İlknur daxil heç kimin məlumatının olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən keçirilmiş tədbirlərlə bağlı protokol tərtib edilmiş və protokol həm Təqsirləndirilən şəxs, həm də onlar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında piyada hərəkət edərkən tutmuşlar. Təqsirləndirilən şəxs tutulan zaman onlara müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs sorğu zamanı evində də nakotik maddələr olduğunu etiraf etmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Şəxsi axtarış videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ifadəsinin məzmunundan görünür ki, o, Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 99-102). Cinayət işinin materiallarında olan “CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Rəsul-zadə X1 sonra Baş Narkotiklə Mübarizə İdarəsinin inzibati otaqlarından birində onun üzərinə şəxsi axtarış aparıİmazdan əvvəl Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun baş təhqiqatçısı, polis baş leytenantı X15 tərəfindən saxlanılan Təqsirləndirilən şəxs özünü təqdim etməsi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra ondan saxlanılmasının səbəblərinin ona aydın olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar saxlanılmasının ona aydın olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini, şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilmiş və bununla bağlı etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdən sonra o, baş təhqiqatçı tərəfindən bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 bükümdə açıq qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli şalvarının sol yan cibindən 1 ədəd açar və 27 manat pul aşkar olunmuşdur. Aşkar edilmiş narkotik vasitə heroinə bənzər maddə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 8 qram olması müəyyən olunmuşdur. Bundan sonra aşkar edilmiş 1 ədəd büküm içərisi boş olan ağ rəngli kağız zərfə qoyulmuş, həmin zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, Təqsirləndirilən şəxs, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs məxsus 1 ədəd açar və 27 manat pul ona geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar edilmiş narkotik maddəni Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən “Şaurma” adlı restoranın yaxınlığından 4 ay əvvəl yerdən taparaq əldə etdiyini, qurudulmuş marixuanadan istifadə etdiyini və şəxsi axtarışdan əvvəl üzərində axtarış aparılmadığını bildirmişdir (cild 1, iş vərəqə 127-128). Cinayət işinin materiallarında olan “CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində Baş Narkotiklə Mübarizə İdarəsinin inzibati otaqlarından birində şəxsi axtarış keçirildikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun baş təhqiqatçısı, polis baş leytenantı X15 tərəfindən evə baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs evində saxladığı narkotik tərkibli maddələri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı fərdi evin ikinci mərtəbəsinin sol tərəfində yerləşən yataq otağındakı taxta konstruksiyalı dolabın üst hissəsində gizlətdiyi 1 ədəd bənövşəyi rəngli dəri çantanı təqdim etmişdir. Həmin çantanın içindən 1 büküm, ağ rəngli kristalşəkilli psixotrop maddə metafetaminə bənzər, 2 ədəd bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər, 1 ədəd bükümdə açıq yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr, 1 ədəd elektron tərəzi, həmin dolabın üzərindən isə 1 ədəd “Samsung” markalı və 1 ədəd “İphone” markalı mobil telefon aşkar olunmuşdur. Sonra metafetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 24 qram olmuşdur. Daha sonra heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 247 qram olmuşdur. Sonra qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 270 qram olmuşdur. Qeyd edilən kütlələr qablaşdırılmış və qablaşmaların üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Daha sonra fərdi evin digər otaqlarına baxış keçirilmiş və baxış zamanı qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən maddə, əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs sorğu zamanı təqdim etdiyi kütlələrin özünə məxsus olduğunu, onları Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən “Şaurma” adlı restoranın yaxınlığından 4 ay əvvəl yerdən taparaq əldə etdiyini, qurudulmuş marixuanadan istifadə etdiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, “Samsung” markalı mobil telefonun özünə, “İphone” markalı mobil telefonun isə həyat yoldaşı İlknura məxsus olduğunu, başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını, bu əməllərindən həyat yoldaşı İlknur daxil heç kimin məlumatının olmadığını bildirmişdir (cild 1, iş vərəqə 129-130). Cinayət işinin materiallarında olan “mobil telefon aparatına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, “İphone” markalı mobil telefona baxış keçirilən zaman telefonun açıq göy rəngdə, ekran hissəsində qoruyucu şüşə və arxa hissəsində qoruyucu üzlük olduğu, mobil telefon aparatının üzərində mobil telefon nömrəsinin olmadığı, telefonu ilkin olaraq işə saldıqdan sonra ekranda telefonun bir sıra proqramlarından istifadə etmək üçün keçidlər olduğu, telefon aparatının sms yazmaq üçün lazım olan keçidinə baxış keçirildiyi zaman sms, həmçinin “Whatsapp” ani mesajlaşma proqramının olmadığı müəyyən edilmiş və mobil telefon aparatında cinayət işi üzrə əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir (cild 1, iş vərəqə 131). Cinayət işinin materiallarında olan “mobil telefon aparatına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, “Samsung” markalı mobil telefona baxış keçirilən zaman telefonun qara rəngdə, ekran hissəsində qoruyucu şüşə və arxa hissəsində qoruyucu üzlük olduğu, telefon aparatının işlək vəziyyətdə olması, üzərində ***-***-**-** mobil telefon nömrəsinin olduğu, telefonu ilkin olaraq işə saldıqdan sonra ekranda telefonun bir sıra proqramlarından istifadə etmək üçün keçidlər olduğu, telefon aparatının sms yazmaq üçün lazım olan keçidinə baxış keçirildiyi zaman bir sıra nömrələrdən qısa mesajlar daxil olduğu, zəng etmək, eyni zamanda “Whatsapp” ani mesajlaşma proqramından istifadə etmək üçün lazım olan keçidə baxış zamanı bir sıra nömrələrdən zənglər qəbul edildiyi, eyni zamanda sms yazışmalar aparıldığı müəyyən edilmiş, baxış zamanı cinayət işi üzrə əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir (cild 1, iş vərəqə 132). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 iyun 2022-ci il tarixli 6/3351 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan 1 №-li zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 7,363 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən...” sözləri olan 2 №-li zərfdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 140,657 qram, 102,135 qram, ümumi təmiz çəkisi 242,792 qram qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, 1 ədəd bükümdə təmiz çəkisi 22,448 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir, 1 ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə bənzər izlər vardir. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün çəkisini müəyyən etmək mümkün olmamışdır. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmamışdır. 1 və 2 №-li zərflərdəki narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub ümumi təmiz çəkisi 250,155 qramdır. Metafetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (Qeyd: heroinin ümumi təmiz çəkisi 7,363 qram, cəmi tədqiqata sərf edildi 0,1 qram, qalıq 7,263 qram, heroinin ümumi təmiz çəkisi 242,792 qram, cəmi tədqiqata sərf edildi 0,1 qram, qalıq 242,692 qram, metafetaminin ümumi təmiz çəkisi 22,448 qram, cəmi tədqiqata sərf edildi 0,1 qram, qalıq 22,348 qram, cild 1, iş vərəqə 50-54). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 iyun 2022-ci il tarixli 7/633 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunan kütlələr” yazılar və imzalar olan kağız paketdə yaşıl rəngli polietilen torbadakı 1 ədəd polietilen bükülüdə təmiz çəkisi 260,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin kağız paketdə 1 ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitənin hissəcikləri yoxdur (Qeyd: marixuananın ümumi təmiz çəkisi 260 qram, cəmi tədqiqata sərf edildi 0,05 qram, qalıq 259,95 qram, cild 1, iş vərəqə 58-60). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsi Ambulator X3 20 iyul 2022-ci il tarixli 3962 saylı rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülürmüşdür (cild 1, iş vərəqə 143-144). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində proflaktik qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan 4 oktyabr 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 7,263 qram olan narkotik vasitə heroin, yaşadığı fərdi evdən aşkar edilmiş və qalıq çəkisi 242,692 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 22,348 qram olan psixotrop maddə metafetamin və qalıq çəkisi 259,95 qram olan narkotik vasitə marixuana, Təqsirləndirilən şəxs fərdi evinə baxış zaman aşkar edilmiş 1 ədəd “Samsung” və 1 ədəd “İphone 13 Pro Max” markalı mobil telefon aparatları maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, 2 ədəd “CD” disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 151-159). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 14 noyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 24 iyun 2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur (cild 1, iş vərəqə 141-142). Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə görə “az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin tələbinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət törətməyə görə məhkum olunmuş və vaxtından əvvəl cəza çəkməkdən azad edildikdən 2 il keçmədən yenidən qəsdən ağır cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3 və 83.4-cü maddələrinin tələblərinə əsasən məhkumluğu ödənilməmiş və buna görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə əsasən onun əməlində cinayətlərin residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasının yuxarı həddinin yarısından az ola bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi cəzasını ağırlaşdıran haldır. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 iyun 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 24). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 16 iyun 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 14 iyun 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 85-87). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Həmin normanın tələblərinə görə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və əməlində cinayətlərin residivi olduğundan ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 14 iyun 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 153 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutarın saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 7,263 qram olan narkotik vasitə heroin, yaşadığı fərdi evdən aşkar edilmiş və qalıq çəkisi 242,692 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 22,348 qram olan psixotrop maddə metafetamin və qalıq çəkisi 259,95 qram olan narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; -Təqsirləndirilən şəxs fərdi yaşayış evinə baxış zaman aşkar edilmiş 1 ədəd “Samsung” və 1 ədəd “İphone 13 Pro Max” markalı mobil telefon aparatları hökm qanuni qüvvəyə mindikdən sonra yaxın qohumlarına qaytarılmalı; -2 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 14 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 153 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutarın saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 7,263 qram olan narkotik vasitə heroin, yaşadığı fərdi evdən aşkar edilmiş və qalıq çəkisi 242,692 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 22,348 qram olan psixotrop maddə metafetamin və qalıq çəkisi 259,95 qram olan narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; -Təqsirləndirilən şəxs fərdi yaşayış evinə baxış zaman aşkar edilmiş 1 ədəd “Samsung” və 1 ədəd “İphone 13 Pro Max” markalı mobil telefon aparatları hökm qanuni qüvvəyə mindikdən sonra yaxın qohumlarına qaytarılsın; -2 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində proflaktik qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1854/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1854/2022
10.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver