Məhkəmə qərarları › İş №1(101)-1854/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1854/2024

06.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1854/2024 06.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X14 və X1 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Bərdə rayonu, Mustafaağalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bərdə rayonu, Mustafaağalı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2, 228.1 və 229.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, qanunsuz olaraq odlu silah hazırlamış, habelə həmin odlu silahı saxlamış, daşımış və gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər rəsmi nikah bağlanmadan ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs ondan ayrılmaqla, faktiki ayrı yaşamasına baxmayaraq, əsaslı dəlillər olmadan sonuncunun digər şəxslərlə görüşməsini zənn edib, bunu özü üçün qəbul edilməz hal hesab edib, cüzi səbəb kimi bəhanə edərək sonuncunu xuliqanlıq niyyəti ilə qəsdən öldürmək qərarına gəlib, həmin niyyətini həyata keçirtmək məqsədilə yaşadığı Bərdə rayonu, Mustafaağalı kəndində yerləşən evdə 2024-cü ilin istintaqa dəqiq məlum olmayan tarixində mərhum babası X5 qalmış tək lüləli “16” kalibrli, “İJ 18E” model, zavod üsulu ilə istehsal edilmiş “H 66118” nömrəli yivsiz təklüləli odlu ov tüfənginin lüləsini kustar üsulla kəsib qısaldaraq, ilkin təyinatını dəyişdirməklə tüfəng kəsiyi hazırlayıb, qeyd olunan həmin odlu silahı çantasında gizlədərək saxlayıb, daha sonra özü ilə yaşadığı kənddən Bakı şəhərinə daşıyaraq gətirib, özü ilə gəzdirərək öz cinayətkar niyyətini həyata keçirmək üçün Zərərçəkmiş şəxs birgə münasibətlərindən olan qız övladına baxması üçün pul verəcəyi adı ilə aldadıb görüşə dəvət edərək xx.xx.2024-cü il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanda yerləşən “Sahil” otelinin 2-ci mərtəbəsində yerləşən 609 nömrəli otağında orta dərəcəli alkoqol sərxoşluğu halında Zərərçəkmiş şəxs ilə görüşərkən sonuncunu xuliqanlıq niyyəti ilə qəsdən öldürmək niyyəti ilə əvvəlcədən həmin otaqda gizlətdiyi qeyd edilən odlu silahla 1 (bir) dəfə həyat üçün təhlükəli olan döş qəfəsi nahiyəsinə yaxın məsafədən atəş açsa da, C.R.Məmmədovnın atəşdən yayınma cəhdinə görə güllə sonunucunun sağ əl və sağ əlin İİ, İİİ, İV barmaqlarında hissi və hərəki pozğunluğa səbəb olan (güclü dərəcədə tam açılmış vəziyyətdə funksional əlverişsiz vəziyyət), eləcə də, sağ əldə orta sinirin və bükücü əzələlərin zədələnməsi ilə müşayiət olunan sağ əlin ovuc səthinin, sağ mil-bilək oynağı nahiyəsinin, sağ saidin ön səthinin, sağ bazunun aşağı 1/3-nə dəyərək ümumi əmək qabiliyyətinin 1/3-dən çox hissəsinin (55 %) dayanıqlı (daimi) itirilməsi ilə nəticələnən sağlamlığa AĞİR zərərvurmaya aid xəsarətlər yetirmiş, həmin vaxt atəş səsinə gəlmiş otel işçilərinin hadisəyə müdaxilə etməsi, habelə Zərərçəkmiş şəxs müqaviməti və vaxtında xəstəxanaya çatdırılaraq göstərilmiş təxirəsalınmaz ixtisaslı tibbi yardım nəticəsində həyatını xilas etmək mümkün olduğundan o, sonuncunun qəsdən öldürməyə yönəlmiş cinayət əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə, yəni, qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək və məhkəməyədək istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, 2010-cu il tarixdə Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi olaraq ailə həyatı qurmuşdur. O, 2016-cı il tarixədək sonuncu ilə ər-arvad münasibətlərində qalaraq onunla birlikdə yaşamışdır. Lakin həmin ilin sonlarında Zərərçəkmiş şəxs ilə münasibətləri alınmadığından sonuncudan ayrılmışdır. Lakin sonuncu ilə birgə nikahından anadan olmuş olan xx.xx.2011-ci il təvəllüdlü qızı Ayla Əsədzadəyə görə ara-sıra Zərərçəkmiş şəxs ilə görüşərək münasibət yaratmışdır. O, 2018-ci il tarixdə X.E.Əlilli ilə tanış olaraq onunla qeyri-rəsmi nikaha daxil olaraq ər-arvad münasibətləri qurmuşdur. X.E.Əlilli ilə birgə nikahlarından xx.xx.2018-ci il tarixdə X7 və xx.xx.2020-ci il tarixdə X8 anadan olmuşdur. Onun keçmiş arvadı Zərərçəkmiş şəxs ilə ayrılmasına baxmayaraq münasibətləri son zamanlara kimi davam etmişdir. O, məhkəmə iclasında deyə bilmədiyi səbəbdən 2024cü ilin yanvar aylarında Bərdə rayonu, Boyəhmədli kəndində mərhum babası H.Əsədovdan yadigar qalan sənədsiz tək lüləli “16” kalibirli, “İJ-18-E” nömrəli ov tüfəngini yaşadığı evdən götürüb lüləsini özünə məxsus laqonda ilə kəsərək balacalaşdırdıqdan sonra özünə məxsus olan qara rəngli əl çantasına yerləşdirməklə Bakı şəhərinə gəlmişdir. O, yaşadığı ünvanda lüləsi kəsilmiş silahı və patronları özünə məxsus paltarlarını qara rəngli idman çantasına qoyub xx.xx.2024-cü il tarixdə, saat 15:00 radələrində yaşadığı Bərdə rayonundan Bakı şəhərinə gedən taksi avtomobili ilə Bakı şəhərinə yola düşmüşdür. O, yol boyu spritli içki qəbul etmiş və sərxoş vəziyyətdə olmuşdur. O, yolda istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrədən keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək onunla görüşmək istədiyini bildirmişdir. Lakin sonuncu onunla görüşmək istəmədiyini bildirmişdir. O, həmin gün saat 19:00 radələrində Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yerləşən “Sahil” otelə gelərək 609 nömrəli otağı 35 manat pul ödəməklə kirayələmişdir. O, həmin gün otağı tərk edərək dəniz ətrafında bir az gəzdikdən sonra yenidən “Sahil” otelə qayıdaraq 609 nömrəli otaqda qalmaqla gecələmişdir. Növbəti gün, yəni xx.xx.2024-cü il tarixdə, saat 20:00 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrədən keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng etmişdir. O, bu dəfə sonuncuya birgə nikahlarından olan övladına baxması üçün 1000 manat məbləğində pul vəsaiti verəcəyini vəd edib aldadaraq onu Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yerləşən “Sahil” otelə çağırmışdır. Zərərçəkmiş şəxs onun təklifinə razılaşaraq 1-2 saat ərzində dediyi ünvanda ola biləcəyini bildirmişdir. O, daha sonra otaqda olduğu müddətdə özünə 1 ədəd balıq və yarım litr miqdarında spritli içki sifariş etmişdir. O, bundan sonra Zərərçəkmiş şəxs həmin otelə gəlməsini gözləmişdir. Gözlədiyi müddətdə sonuncunu öldürmək məqsədi ilə Bərdə rayonundan bir gün əvvəl gətirdiyi lüləsi kəsilmiş ov silahını qara rəngli əl çantasından əvvəlcədən götürərək otelin 609 nömrəli yataq otağında olan yataq dəstinin alt hissəsində gizlətmiş, planının isə sonuncunun öldürülməsi olmuşdur. xx.xx.2024-cü il tarixdə, saat 23 radələrində keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs “Sahil” oteldə kirayələdiyi 609 nömrəli otağa daxil olmuş, otağa daxil olduqdan sonra sonuncu ona işinin olduğunu və ona vəd etdiyi pul vəsaitini alaraq gedəcəyini bildirmişdir. O, sonuncu ilə bir müddət söhbət etdikdən sonra ona qəti olaraq bildirmişdir ki, Bakı şəhərində yüngül həyat tərzi keçirməsinə son qoysun, əks təqdirdə ona yaxşı olmayacağını demişdir. Onun ağzından söz çıxmamış Zərərçəkmiş şəxs ondan boşandığını və istədiyi tərzdə yaşayacağını bildirmişdir. O, bu zaman Zərərçəkmiş şəxs ona verdiyi cavabdan bərk qəzəblənərək Zərərçəkmiş şəxs aldadaraq ona hamam otağına keçməsini, çantasında ona göstərmək istəmədiyi əşyanın olmasını və ona vəd etdiyi pul olduğunu demiş, sonuncu ona inanaraq hamam otağına girmişdir. Zərərçəkmiş şəxs kürəyi ona tərəf olanda o, əvvəlcədən planladığı kimi sonuncunu öldürmək məqsədi ilə əvvəlcədən gizlətdiyi lüləsi kəsilmiş ov tüfəngini götürərək hazır vəziyyətə gətirmiş və sonuncunun olduğu hamam otağına daxil olaraq ona səslənərək demişdir ki, ürəyindən atəş açıb, səni öldürəcəyəm. Zərərçəkmiş şəxs üzünü ona tərəf çevirdikdə ucadan qışqırmağa başlamış, o, bu vaxtı dərhal lüləsi kəsilmiş ov tüfəngi ilə onun ürək nahiyyəsinə tuşlayıb nişan alaraq atəş açmaq istəyəndə Zərərçəkmiş şəxs əli ilə tüfəngin lüləsini kənara itələdiyindən güllə açılmış və sonuncunun ürək nahiyəsindən deyil, sağ qolundan dəymişdir. Həmin vaxt sonuncu yerə yıxılmışdır. Atəş açmamışdan qabaq Cəmilə ilə onun arasında məsafə təxminən 0,5 metr olmuşdur. O, sonuncunun ölmədiyini görüb əlində olan tüfənglə ona zərbə yetirərək öldürmək məqsədi ilə ona yaxınlaşmış, tüfəngdən açdığı atəş səsinə və Zərərçəkmiş şəxs ucadan qışqırıq səslərinə otelin işçiləri otağa daxil olduqlarından onun sonuncunu öldürməsinə mane olmuşlar. Bir qədər keçdikdən sonra otelin əməkdaşları Zərərçəkmiş şəxs oteldən çıxartmışlar. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyədək istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq olundu və müəyyən olundu ki, o, ifadəsində əlavə olaraq göstərmişdir ki, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş səs yazıları ona məxsusdur. Onun sonuncu ilə olan telefon danışıqlarında sonuncu anası Validə Firudinovnaya məxsus olan və onun baxdığı qoyun-quzunu oğurlayaraq satdığını bildirməsi və onun tərəfindən anasına yalan məlumat verməsi olmuşdur. O, isə Zərərçəkmiş şəxs həmin qoyun-quzunu satmadığını, istədikləri vaxt gələrək həmin qoyun-quzunu ondan təhvil ala biləcəklərini bildirmişdir. Zərərçəkmiş şəxs onu əsəbiləşdirdiyi üçün ondan bu qoyun-quzu söhbətinə görə qisas alacağını yalandan bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs anasına məxsus olan qoyun-quzunu saymaq üçün bir neçə dəfə Bərdə rayonuna gəlmiş və qoyun-quzunun sayında hər hansı bir əksiklik aşkar etməmişdir. O, Zərərçəkmiş şəxs guya onun Bərdə rayonunda fahişəliyə cəlb etmə ilə məşğul olduğunu yalandan demişdir. Əsl həqiqətdə o, hər hansı bir vaxtı və hər hansı bir yerdə fahişəliyə cəlb etmə ilə məşğul olmamışdır. O, Zərərçəkmiş şəxs guya Bərdə rayonunda qumarxana təşkil etdiyini yalandan demişdir. Əsl həqiqətdə o, hər hansı bir vaxtı və hər hansı bir yerdə qumarxana fəaliyyəti ilə məşğul olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin silahın bir neçə patronu olmuş, oteldə Zərərçəkmiş şəxs ilə aralarında nalayiq ifadələr işlədilməmiş və hadisə baş verən gün üzərində bıçaq olmuşdur. Daha sonra özünü təqsirli bilmədiyini və məhkəmədən heç bir xahişinin olmamasını bildirmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etiraf edici, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, hadisə yerinə baxış protokolları, məhkəmə-tibbi, əlavə məhkəmətibbi, məhkəmə-tibbi bioloji, məhkəmə ballistik, trasoloji və atəş izlərinin tədbiqi, kompleks komisyon, məhkəmə-psixiatrik və psixoloji ekspertizalarının rəyləri, sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan, foto şəkillər və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2010-cu ildə Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi olaraq ailə həyatı qurmuş, həmin evlilikdən xx.xx.2011-ci il təvəllüdlü Ayla Əsədzadə adında qız övladları anadan olmuşdur. O, Təqsirləndirilən şəxs ilə 2011-ci ildə ayrılmışdır. Son 10 il ərzində onun sonuncu ilə əlaqələri olmamışdır. Son 6 ay ərzində anası Şahid1 Təqsirləndirilən şəxs ilə qoyun-quzu bəsləmək üçün onunla birlikdə işə başlamışdır. Belə ki, Təqsirləndirilən şəxs Bərdə rayonunda qoyun-quzu üçün əlverişli olan ferması vardır. Sonuncu ilə anası Şahid1 arasında olan şifahi razılaşmaya əsasən Rəşad ona ödəməli olduğu 8000-9000 manat məbləğində alinment borcu əvəzinə ödənişsiz olaraq anasına məxsus olan 59 baş qoyunquzuya Bərdə rayonunda yerləşən fermasında baxmasını öhdəsinə götürmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs ilə münasibətləri yaranmışdır. Təxminən 2023-cü ilin dekbar ayının əvvələrində hadisədən qabaq Təqsirləndirilən şəxs ilə qonşuluqda yaşayan Talıb adlı şəxs onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək anasına məxsus olan qoyun-quzunun Rəşad tərəfindən satıldığını, həmin qoyun-quzunun sonuncudan geri alınaraq ona verilməsini və onun etibarlı şəkildə həmin qoyun-quzuya baxa biləcəyini ona bildirmişdir. O, qoyun-quzunun Rəşad tərəfindən mənimsənilməsi məsələni anasına danışdıqdan sonra, 2023-cü ilin dekabr aylarında anası ona məxsus olan qoyun-quzunu saymaq üçün Bərdə rayonuna getmişlər. Anası Bərdə rayonuna gedib qoyun-quzunu saydıqdan sonra həmin qoyun-quzuda hər hansı bir əksiklik aşkar etməmişdir. Lakin o, Rəşadla həmin məsələni aydınlaşdırmaqdan ötrü “whatsapp” mobil tətbiqində onunla videogörüntülü şəkildə telefonla danışmışdır. O, Təqsirləndirilən şəxs ilə anası Şahid1 məxsus olan qoyun-quzu məsələsi ilə əlaqədar mütəmadi olaraq telefonda söyüşlü formada mübahisə etmişlər. Həmin mübahisələrin birində Təqsirləndirilən şəxs ona anasına məxsus qoyun-quzularının satıldığı barədə yalan məlumat verdiyinə görə onu cəzlandıracağını bildirmişdir. Həmin mübahisələrin birində Təqsirləndirilən şəxs ona anası Şahid1 məxsus qoyun-quzunun puluna ehtiyacı olmadığını və özünün Bərdə rayonunda fahişəliyə cəlb etmə ilə məşğul olduğunu bildirmişdir. O, həmin vaxtı sonuncuya onun səsini yazdığını, əgər anasına məxsus qoyun-quzuda əksiklik olacağı təqdirdə onun barəsində polisə şikayət edəcəyini bildirmişdir. O, 2024-cü ilin yanvar ayının əvvələrində anasına məxsus Bərdə rayonunda Təqsirləndirilən şəxs tərəfindən saxlanılan qoyunquzunun yerində olmasını yoxlamaq üçün qızı Ayla ilə birlikdə Bərdə rayonuna getmişlər. O, həmin vaxt Bərdə rayonunda Təqsirləndirilən şəxs ilə görüşmüş, lakin anasına məxsus qoyun-quzuların sayında hər hansı bir əksiklik aşkar etməmişdir. O, həmin gecəni Yevlax rayonunda yerləşən “Şirvangöl” otelində Təqsirləndirilən şəxs və qızı Ayla ilə birlikdə gecələdikdən sonra səhər yeməyini “Şirvangöl” otelində yemişdir. O, bundan sonra Bakı şəhərinə geri qayıtmaq qərarına gəldikdən sonra həmin vaxt yol üstü Təqsirləndirilən şəxs Bərdə rayonunda yaşadığı ünvanda düşürtmüşdür. O, həmin vaxtı idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə 170 manat məbləğində cərimə edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs cərimənin ona görə yazıldığına görə həmin cərimə pulunu ona ödəyəcəyini bildirmişdir. 13 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs dostundan avtomobil almaq məqsədi ilə Bakı şəhərinə gəlmişdir. Həmin gün sonuncu onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək Bakı şəhərinə gəldiyini və onun yaşadığı ünvan 5 ünvanda yerləşən evin 1 saylı mənzildə gecələmək istədiyini bildirmiş və ona həmçinin Bərdə rayonunda idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozduğuma görə 170 manat məbləğində olan cərimə pulunu ödəyə biləcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs təklifi ilə razılaşaraq ona yaşadığı ünvanda qala biləcəyini bildirmişdir. 13 yanvar 2024-cü il tarixdə saat 20:00 radələrində Təqsirləndirilən şəxs onun ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 5 ünvanda yerləşən evin 1 saylı mənzilinə gəlmişdr. Təqsirləndirilən şəxs gəldikdən sonra yaşadığı ünvanda sıxlıq olduğu üçün o, həmin gecə xalası Tahirə Qurbanovanın yaşadığı ünvana gedib orada gecələmişdir. Növbəti gün səhər saat 13 radələrində Təqsirləndirilən şəxs onların yaşadıqları ünvanı tərk etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs 16 yanvar 2024-cü il tarixdə saat 20:00 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən onun istifadəsində olan ***- ***-**-** saylı mobil telefon nömrəyə zəng daxil olmuşdur. Təqsirləndirilən şəxs ilə olan telefon danışıqlarında sonuncu 170 manat məbləğində cəriməni ödəməyi üçün ona nağd şəkildə pul vəsaiti verəcəyini bildirərək onu Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yerləşən “Sahil” otelə çağırmışdır. O, sonuncunun təklifi ilə razılaşaraq 1-2 saat ərzində sonuncunun dediyi ünvanda ola biləcəyini bildirmişdir. O, həmin gecə saat 23 radələrində Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yerləşən “Sahil” otelə gəlmiş, oteldə Təqsirləndirilən şəxs qaldığı 609 saylı otağa daxil olduqda sonuncunun sərxoş vəziyyətdə olduğunu və otaqda olan stolun üzərində spirtli içki və qida məhsullarının olduğunu görmüşdür. Sonuncu ilə söhbət edən zamanı ona Bərdə rayonunda qumarxana təşkil etdiyini, həmin qumarxanaya polislər tərəfindən basqın edildiyini və bu səbəbdən Bərdə rayonundan Bakı şəhərinə gəldiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs içkili vəziyyətdə olduğundan ona tələsdiyini və vəd etdiyi pul vəsaitini ona verməsini ondan xahiş etmişdir. Həmin vaxt sonuncunun istifadəsində olan mobil telefon nömrəsinə zəng gəlmiş, həmin vaxtı Təqsirləndirilən şəxs adı ona məlum olmayan şəxsə “mənim arxamca gələcəksən” dediyini eşitmişdir. Həmin telefon danışığı bitdikdən sonra sonuncu ona pul vəsaitini vermədiyini gördükdə onunla mübahisə etməyə başlamışdır. Həmin vaxt tanımadığı otel işçilərindən biri iki dəfə otağa gələrək səs-küyə görə onlara iradını bildirmişdir. Bu vaxt Təqsirləndirilən şəxs ona hamam otağına keçməsini bildirərək, çantasında ona göstərmək istəmədiyi əşya olduğunu və ona verməli olduğu pul vəsaitini verəcəyini bildirmişdir. O, sonuncunun dediyi kimi edərək hamam otağına daxil olmuşdur. O, hamam otağına daxil olduqdan sonra Təqsirləndirilən şəxs onun arxasınca səslənərək onu çağırmışdır. O, geriyə döndükdə sonuncunun öv tüfənginin lüləsini onun sinə nahiyəsinə tutaraq ona “səni ürəyindən vuraraq öldürəcəyimi demişdim axı” deyə bildirmişdir. O, həmin vaxtı ucadan qışqıramağa başlamış və Təqsirləndirilən şəxs əlində olan ov tüfənginin lüləsini əli ilə kənara itələmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs silahdan atəş açmış, güllə onun sağ qolundan dəymişdir. O, həmin vaxtı hamam otağında döşəmənin üstünə yerə yıxılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs əlində olan ov tüfəngi ilə onun üzərinə gələn zaman otağa otelin işçiləri daxil olaraq sonuncunun onu öldürməsinə mane olmuşlar. Həmin vaxt səhv xatırlamırsa tanımadığı şəxslərdən biri Təqsirləndirilən şəxs belində olan bıçağı götürərək onu kənara tullamışdır. Daha sonra otelin işçiləri ona ilkin tibbi yardım göstərmişlər. O, həmin vaxtı anası Şahid1 zəng edərək baş vermiş hadisəni danışmışdır. Təxminən 10 dəqiqə sonra anası, bacısı Şahid2 və xalası Tahirə Qurbanova ilə bilrikdə Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yerləşən “Sahil” otelə gəlmişdir. Daha sonra otelin işçisi onu anasının idarə etdiyi avtomobilə əyləşərək Təcili-tibbi yardıma aparmışdır. Bundan əlavə məhkəmə iclasında Zərərçəkmiş şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin onu öldürmək niyyətinin əsasının qısqanclıq zəminində baş verməsi tamamilə yalandır, belə ki onlar 10 ilə yaxındır ki, bir yerdə yaşamırlar, həmçinin bu günədək övladına bir manat da olsun aliment pulu ödəməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs ov tüfəngi ilə onun sağ qolundan atəş açdıqdan sonra törətmiş olduğu əməldən peşmançılıq hissi keçirməmiş və ona hər hansı bir formada köməklik göstərməmişdir. Rəşadın fahişəliyə cəlb etmə ilə məşğul olmasını təsdiqləyən səs yazılar onda mövcuddur və həmin səs yazəsında sonuncunun onun anası Şahid1 məxsus qoyun-quzunun puluna ehtiyacı olmadığını və özünün Bərdə rayonunda fahişəliyə cəlb etmə ilə məşğul olduğunu bildirmişdir. Həmçinin məhkəçə iclasında Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmadığını və onun barəsində ədalətli qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, zərərçəkən şəxs Zərərçəkmiş şəxs onun qızıdır. Qızı 2010-cu ildə Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi olaraq ailə həyatı qurmuş, həmin evlilikdən xx.xx.2011-ci il təvəllüdlü Ayla Əsədzadə adında qız övladları dünyaya gəlmişdir. Qızı Təqsirləndirilən şəxs 2011-ci ildə ayrılmışdır. Son 10 il ərzində qızı Rəşad arasında əlaqə olmamışdır. O, son 6 ay ərzində sonuncu ilə ona məxsus qoyun-quzunu bəsləmək üçün onunla birlikdə işə başlamışdır. Belə ki, Rəşadın Bərdə rayonunda qoyun-quzu saxlamaq üçün əlverişli ferması var və aralarında olan şifahi razılaşmaya əsasən Rəşad qızına ödəməli olduğu 8000-9000 manat məbləğində alinment borcu əvəzinə ödənişsiz olaraq ona məxsus 59 baş qoyun-quzuya Bərdə rayonunda yerləşən fermasında baxmağı öhdəsinə götürmüşdür. Həmin vaxt qızı ilə Rəşad arasında münasibət yaranmışdır. Bir müddət keçdikdən sonra qızı Rəşad ilə qonşuluqda yaşayan Talıb adlı şəxsin ona mobil telefon vasitəsi ilə zəng etdiyini, ona məxsus olan qoyun-quzunun Rəşad tərəfindən satıldığını, həmin qoyun-quzunun sonuncudan geri alınaraq ona vermələrini və onun etibarlı şəkildə qoyun-quzuya baxa biləcəyini dediyini bildirmişdir. Qızı ona məxsus qoyun-quzunu yerində olmasını yoxlamaq məqsədi ilə 2023-cü ilin dekabr aylarında Bərdə rayonuna getmişdir. Lakin qızı Bərdə rayonuna gedib qoyun-quzunu saydıqdan sonra həmin qoyun-quzunun sayında hər hansı bir əksiklik aşkar etməmişdir. O, 2024-cü ilin yanvar ayının əvvələrində ona məxsus Bərdə rayonunda Rəşad tərəfindən saxlanılan qoyun-quzunun yerində olmasını yoxlamaq üçün Bərdə rayonuna nəvəsi Ayla ilə birlikdə getmişdir. Lakin o, Bərdə rayonuna gedib qoyunquzunu saydıqdan sonra həmin qoyun-quzunun sayında hər hansı bir əksiklik aşkar etməmişdir. 13 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs dostundan avtomobil almaq məqsədi ilə Bakı şəhərinə gəlmişdir. Həmin gün qızı onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək Rəşadın Bakı şəhərinə gəldiyini və onların yaşadıqları ünvan 7 ünvanında gecələmək istədiyini bildirmişdir. 13 yanvar 2024-cü il tarixdə saat 20:00 radələrində Rəşad onun ailə üzvləri ilə birlikdə yaşadığı mənzilə gəlmişdir. Rəşad gəldikdən sonra qızı yaşadıqları ünvanda sıxlıq olduğu üçün həmin gün bacısı Tahirə Qurbanovanın yaşadığı ünvana gedib orada gecələmişdir. Növbəti gün səhər saat 13 radələrində Rəşad onların yaşadıqları ünvanı tərk etmişdir. 16 yanvar 2024-cü il tarixdə saat 23 radələrində qızının istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək Rəşad tərəfindən Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yerləşən “Sahil” otelə çağrıldığını, həmin oteldə Rəşad tərəfindən öldürmək məqsədi ilə ona atəş açdığını və sağ qolundan yaralandığını bildirmişdir. O, dərhal qızı Şahid2 və bacısı Tahirə Qurbanova ilə birlikdə “Sahil” otelə yollanmışdır. O, həmin ünvana çatdıqda qızının otelin dəhlizində yerdə uzanmış vəziyyətdə olmuşdur. Otelin işçiləri tərəfindən qızı Zərərçəkmiş şəxs qan itirməsinin qarşısını almaq məqsədi ilə qolu iplə bağlanılmışdır. Daha sonra otelin işçisi onun idarə etdiyi avtomobilə əyləşərək qızını 1 saylı kliniki-tibbi Mərkəzə, ordan isə X4 və Ortopediya İnstitununa aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısıdır. Bacısı 2010-cu ildə Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi olaraq ailə həyatı qurmuş, həmin evlilikdən xx.xx.2011-ci il təvəllüdlü Ayla Əsədzadə adında qız övladları dünyaya gəlmişdir. 16 yanvar 2024-cü il tarixdə saat 23 radələrində bacısı istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən anası Şahid1 məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng zəng edərək Rəşad tərəfindən Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yerləşən “Sahil” otelə çağrıldığını, həmin oteldə Rəşad tərəfindən öldürmək məqsədi ilə ona atəş açıldığını və sağ qolundan yaralandığını bildirmişdir. O, anası Şahid1 və xalası T.Qurbanova ilə birlikdə “Sahil” otelə yollanmış və həmin ünvana çatdıqda bacısının həmin otelin dəhlizində yerdə uzanmış vəziyyətdə olmuşdur. Otelin işçiləri tərəfindən bacısının qan itirməsinin qarşısını almaq məqsədi ilə qolu iplə bağlanılmışdır. Daha sonra otelin işçisi anası Validə idarə etdiyi avtomobilə əyləşərək bacısını 1 saylı kliniki-tibbi Mərkəzə, ordan isə X4 və Ortopediya İnstitununa aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Layiq oğlu ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin mart ayından hal-hazırki vaxta kimi “Sahil” oteldə qeydiyyatçı vəzifəsində işləyir və həmin oteli qardaşı X3 icarə əsasında işlədir. Oteldə o, qardaşı X3, Şahid5, Fatimə və Kamran adlı şəxslər işləyir. “Sahil” otelə müxtəlif şəxslər gələrək hər bir otağın şəraitindən asılı olaraq 25 və ya 35 manat pul verməklə bir günlük qalırlar. xx.xx.2024-cü il tarixdə saat 19-20 radələrində şəxsiyyəti sonradan ona məlum olan Təqsirləndirilən şəxs otelə gələrək 609 nömrəli otağı 35 manat pul ödəməklə oteldə gecələmişdir. Növbəti gün, yəni xx.xx.2024-cü il tarixdə saat 23 radələrində sonuncu otelə gələrək 609 saylı otağında olan zaman şəxsiyyəti onlara sonradan məlum olan Zərərçəkmiş şəxs otağa daxil olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs otelə gəlməmişdən əvvəl araq və yemək sifarişi vermişdir. Sonuncu otelə gəlib Rəşad qaldığı 609 nömrəli otağa daxil olduqdan sonra həmin otaqdan bir neçə dəfə səs-küy gəldiyindən o, həmin otağa qalxaraq onlara öz iradını bildirmişdir. Həmin səslərinin hansı səbəbdən yaranması ona məlum deyildir. O, saat 23 radələrində “Sahil otelin” 609 nömrəli otağından güllə səsi gəldiyini eşitmiş və dərhal həmin otağın yerləşdiyi 2-ci mərtəbəyə qalxmışdır. O, otağa qalxdıqdan sonra həmin otağın qapısı açıq vəziyyətdə olmuş, içəri daxil olduqda hamamın giriş hissəsində yıxılmış və qolu yaralı halda Zərərçəkmiş şəxs görmüşdür. Həmin anda yerdə lüləsi kəsilmiş ov tüfəngini və masanın üzərində otelə aid olmayan pıçaq görmüşdür. Həmin vaxtı onun arxasınca gələn Səyavuş və Kamran adlı otelin işcçiləri otağa daxil olmuşlar və Rəşadı həmin otaqda saxlamışlar. O, otelin digər əməkdaşları ilə birlikdə Zərərçəkmiş şəxs kömək edərək onun sağ qolunu iplə bağlamışlar ki, çox qan itirməsin. Onlar dərhal bu barədə təcili-tibbi yardıma və polisə məlumat vermişlər. Təxminən hadisədən 5-10 dəqiqə keçdikdən sonra həmin ünvana sonuncunun anası, bacısı və xalası gəlmişlər. Onlar Zərərçəkmiş şəxs anası V.İ.Firudinovaya məxsus “Kia Sportage” minik markalı ** LL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə mindirmiş, sonra avtomobil oradan uzaqlaşmlşdlr. O, bundan sonra otelə qayıtmış, Səbail RPİ-nin və 41-ci PB-nin əməkdaşları gələrək hadisə yerini müayinə etmişlər. Onlar hadisə barədə polis əməkdaşlarına şifahi olaraq məlumat vermişlər. Bundan əlavə məhkəmə iclasında Şahid3 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs atəş açdığı tüfəng lüləsi kəsilmiş tək lüləli ov tüfəngi, qundağ hissəsinin rəngi qəhvəyi olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ov tüfəngindən atəş açdıqdan sonuncuya hər hansı bir formada köməklik göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 və Şahid5 onlardan əvvəl şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadələr vermişlər. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid6 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən edildi ki, o, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğludur və 2010-cu ildə Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi olaraq ailə həyatı qurmuşdur. Həmin evlilikdən xx.xx.2011-ci il təvəllüdlü Ayla Əsədzadə adında qız övladları dünyaya gəlmişdir. Oğlu Cəmilədən 2011-ci ildə ayrılmışdır. Sonradan oğlu 2018-ci il tarixdə X12 ilə qeyri-rəsmi ailə həyatı qurmuş və evliliyikdən xx.xx.2018-ci il tarixdə X7 və xx.xx.2020-ci il tarixdə X8 anadan olmuşdur. Oğlu tutulana qədər X12 ilə birlikdə ona məxus Bərdə rayonu, Mustafaağalı kəndində yerləşən fərdi yaşayış evində yaşamışdır. Oğlu ayrı-ayrı şəxslərə məxsus qoyun-quzu saxlamaqla gəlir əldə etmişdir. Son 6 ay ərzində oğlu Cəmilənin anası Şahid1 ilə ona məxsus qoyunquznu bəsləmək üçün onunla birlikdə işə başlamışdır. Oğlu həmin qoyun-quzulara onun yaşadığı evin həyətində baxmışdır. Lakin oğlu kimin hansı sayda qoyun-quzusuna baxmasından onun xəbəri yoxdur. Oğlu tutulduqdan sonra o, yaşlı olmağı səbəbindən həmin qoyun-quzulara baxan olmamışdır. 18 yanvar 2024-cü il tarixdə Şahid1 Bərdə rayonuna gələrək özünə məxsus qoyun-quzunu ona məxsus həyətdən götürərək satmışdır. 16 yanvar 2024-cü il tarixdə oğlu Bərdə rayonundan Bakı şəhərinə dostundan avtomobil almaq məqsədi ilə gedəcəyini ona bildirmiş və həmin gün axşam saatlarında onun istifadəsində olan mobil telefon nömrəsinə polis əməkdaşları zəng edərək oğlunun Zərərçəkmiş şəxs odlu silahdan atəş açaraq öldürməyə cəhd etdiyini ona bildirmişlər. Həmçinin ifadəsində göstərmişdir ki, oğlu Zərərçəkmiş şəxs öldürməyə cəhd etməkdə istifadə etdiyi ov tüfəngi onun mərhum atası Hüsən Əsədzadədən onlara miras qalmışdır. Oğlunda üzərində bıçaq olmamış və Zərərçəkmiş şəxs hansı səbəbdən öldürməyə cəhd etməsi barədə məlumatı yoxdur. Oğlu Bərdə rayonunda fahişəliyə cəlb etmə ilə məşğul olmamış, Bərdə rayonunda qumarxana təşkil etməmiş və belə fəaliyyətlə məşğul olmamışdır. Oğlu tutulduqdan sonra Şahid1 Bərdə rayonuna gələrək özünə məxsus olan qoyun-quzuları onun həyətindən götürək hamsını satmışdır. Lakin Şahid1 hansı miqdarda qoyun-quzunu satmasından onun xəbəri yoxdur. Sonuncuya məxsus qoyun-quzuların sayında hər hansı bir əksikliyin olmasından onun məlumatı yoxdur. Oğlu tutulduqdan sonra həmin qoyun-quzulara baxan olmamışdır. Daha sonra Şahid1 Bərdə rayonuna gələrək özünə məxsus olan qoyun-quzunu onun həyətindən götürərək satmışdır. Cinayət işinin 1-ci cild 54-55-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutlmuşdur. Cinayət işinin 1-ci cild 115-117-ci vərəqələrində olan Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla xx.xx.2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 94-98-ci vərəqələrində olan Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinin 2-ci 236-237-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 7-14-cü vərəqələrində olan 16 yanvar 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, hadisə yeri Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yerləşən “Sahil” otelinin 609 nörməli otağıdır. Hadisə həmin otaqda baş vermişdir. Hadisə yerinə baxış keçirilən zaman cinayətin aləti hesab edilən, “16” kalibirli, “İJ-18-E” markalı, lüləaltı yataq hissəsinə H66118 rəqəmləri həkk olunmuş təklüləli ov tüfəngi və Zərərçəkmiş şəxs məxsus olması ehtimal edilən qanabənzər nümunələr müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 1-ci cild 85-87-ci vərəqələrində olan 17 yanvar 2024-cü il baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd qara rəngli idman şalvarı zədəsizdir, üzərində qanabənzər ləkələr vardır, 01 ədəd qara rəngli gödəkcə sağ qol tərəfindən odlu silahla atəş açılmasına xarakterik olan zədə vardır və 01 ədəd qara rəngli köynək üzərində sağ qol tərəfindən kəsilməyə xarakterik zədə vardır. Həmin zədənin Zərərçəkmiş şəxs qolundan almış olduğu xəsarətlə əlaqədar əməliyyat olunmamışdan öncə cərrah tərəfindən kəsildiyi müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 88-91-ci vərəqələrində olan 18 yanvar 2024-cü il tarixli baxış keçirilməsi haqıqnda protokoldan və fotoşəkilərdən görünür ki, hadisə yerinə baxış keçirilən zaman götürülmüş cinayətin aləti hesab edilən, “16” kalibirli, “İJ-18-E” markalı, lüləaltı yataq hissəsinə H66118 rəqəmləri həkk olunmuş təklüləli ov tüfənginə tüfəngin “bala qundaq” adlanan hissəsinin uzunluğu 25 sm olmaqla taxta materialdandır, zədəsizdir, silahın lüləsinin uzunluğu 31 sm-dir, tüfəngin qundaq hissəsinin uzunluğu 41 sm-dir, tüfəngin bir hissəsi metal, bir hissəsi isə taxta materialdandır. Lüləyə baxış keçirilərkən lülə kanalında 1 ədəd gilizəbənzər predmet aşkar edilir. Cinayət işinin 1-ci cild 107-108-ci vərəqələrində olan 18 yanvar 2024-cü il tarixli baxış keçirilməsi haqıqnda protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs atəş açarkən istifadə etmiş olduğu, cinayətin aləti hesab edilən, “16” kalibirli, “İJ-18-E” markalı, lüləaltı yataq hissəsinə H66118 rəqəmləri həkk olunmuş təhlüləli ov tüfəngi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tanınma üçün təqdim edilmiş və sonuncu ona təqdim edilən odlu silahı nəzərdən keçirib hadisə zamanı istifadə etmiş olduğu odlu silahı zahiri əlamətlərinə görə tanıdığını bildirmişdir. Cinayət işinin 2-ci cild 26-30-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” PHŞ-nin canlı şəxsin ekspertizasının xx.xx.2024-cü il tarixli, 39 saylı eskpert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-sağ əl və sağ əl barmaqlarında hissi və hərəkəti pozğunluğa səbəb olan, eləcə də, sağ əldə orta sinirin və bükücü əzələlərin zədələnməsi ilə müşayiət olunan sağ əlin ovuc səthinin, sağ mil-bilək oynağı nahiyəsinin, sağ saidin ön səthinin, sağ bazunun aşağı 1/3-nin iç səthinin odlu silah yaraları patronu mərmilərlə (qırmalarla) doldurulmuş odlu silahdan qırmaların yığcam təsir etmədiyi uzaq məsafədən atılmış bir atəş nəticəsində törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixində əmələ gələ bilərdilər. Vət. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin sağlamlığa zərərvurma dərəcəsi onun müalicəsi tam başa çatdıqdan və hadisəsən 120 gün (4 ay) keçdikdən sonra müəyyənləşdirilə və bu barədə müvafiq rəy tərtib oluna bilər. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş atəşin hansı məsafədən (distansiyadan) atılmasının daha konkret dəqiqləşdirilməsi məqsədi ilə hadisə anında zərərçəkmişin əynində olmuş paltarların tibbi-kriminalistik müayinəsi əhəmiyyət kəsb edə bilərdi. Cinayət işinin 2-ci cild 103-109-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” PHŞ-nin əlavə məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 03 saylı ekspert rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sağ əl və sağ əlin İİ, İİİ, İV barmaqlarında hissi və hərəkəti pozğunluğa səbəb olan (güclü dərəcədə tam açılmış vəziyyətdə funksional əlverişsiz vəziyyət), eləcə də, sağ əldə orta sinirin və bükücü əzələlərin zədələnməsi ilə müşayiət olunan sağ əlin ovuc səthinin, sağ mil-bilək oynağı nahiyəsinin, sağ saidin ön səthinin, sağ bazunun aşağı 1/3-nin iç səthinin odlu silah yaraları patronu mərmilərlə (qırmalarla) doldurulmuş odlu silahdan qırmaların yığcam təsir etmədiyi uzaq məsafədən atılmış bir atəş nəticəsində törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixində əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlər ümumi əmək qabiliyyətinin 1/3-dən çox hissəsinin (55 %) dayanıqlı (daimi) itirilməsi ilə nəticələnmişdir və bu əlamətə görə sağlamlığa AĞİR zərərvurmaya aiddirlər. Cinayət işinin 2-ci cild 35-42-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin məhkəmətibbi bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 54/2024-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu:0(H)(l) (şəxsiyyət vəsiqəsindən). Təqsirləndirilən şəxs portal məlumat vərəqində onun qan qrupu « İY PLUS» kimi göstərilmişdir. Qan qruplarının mövcud təsnifatına görə onun qan qrupunun ABO və Rezus sistemlərinə görə AB(lY)Rh+ olmasını söyləmək olar. -Məhkəmə bioloji ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş idman şalvarı və hadisə yerindən 03 ədəd çubuqların pambıq uduqlarına keçirilmiş maddə ləkələrində insan qanı aşkar olundu. Bu qan ləkələrində qanın qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunan zaman yalnız «H» antigeni alındı. Bu antigen təbiətinə görə digər antigenlərlə müqayisədə resessiv antigen olduğu üçün yalnız tək halda alındıqda əsas antigen kimi qan qrupunu formalaşdıra bildiyi üçün ləkələrdə olan qanın birmənalı olaraq 0(H)(1) qan qruplu şəxsə (şəxslərə) məxsus olduğunu söyləmək olar və göstərilən halda idman şalvarı və çubuqların pambıq uduqlarında olan qan ləkələri eyni qan qruplu Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim oluşmuş əşyalarda olan qan ləkələrinin ABO sistemi üzrə Təqsirləndirilən şəxs məxsus olması inkar olunur. Cinayət işinin 2-ci cild 51-55-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə ballistik, trasoloji və atəş izlərinin tədqiqi ekspertizasının 23 fevral 2024-cü il tarixli, 3-16-16/2-3/170; 3/171; 3/172 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd silah 16 kalibrli olmaqla, “İJ 18E” modelli, patronluğunun uzunluğu 70 mm olan, daxili çaxmaqlı, zavod üsulu ilə istehsal edilmiş “H 66118” №-li yivsiz təklüləli odlu ov tüfəngidir, lakin konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilərək qısaldılmış, ilkin təyinatı dəyişdirilmiş tüfəng kəsiyidir, odlu silah hesab edilir, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır və tətiyi çəkmədən ondan atəş açılmır. Tədqiqata təqdim edilmiş 01 ədəd giliz 16 kalibrli olub həmin kalibrə malik yivsiz lüləli ov tüfəngində istifadə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə hazırlanmış patronun atəşdə istifadə olunan hissəsidir-gilizidir, döyüş sursatı hesab edilmir. Həmin giliz “H 66118” №-li tüfəng kəsiyinindən atılmışdır. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd qara rəngli gödəkçə üzərində rəyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sayda zədə vardır. Zədələrin ətrafında qurğuşun metal izinin aşkar edilməməsinə baxmayaraq, zədənin formasına, ölçüsünə, morfoloji quruluşuna, zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hisəciklərinin aşkar edilməsinə əsasən, gödəkçənin sağ hissəsində olan zədələr giriş zədəsi olmaqla 10-70 sm məsafə daxilində qırmaların kompakt təsirindən öndən-arxaya doğru istiqamətdə bir atəş nəticəsində yetirilməyə xarakterikdir. Həmin zədələrin qərarın təsviri hissəsində göstərilən şəraitdə tədqiqata təqdim edilmiş odlu ov tüfənginin kəsiyindən açılan atəş nəticəsində yaranması mümkündür. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək üzərində odlu silahdan açılan atəş nəticəsində qırmaların təsirindən yaranmağa xarakterik zədələr aşkar edilmədi. Köynəyin sağ qolluğu( dirsəyin yuxarı hissəsindən aşağıya qədər) kəsilmişdir. Təqdiqaqa təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd köynəyin səthində atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi. Cinayət işinin 2-ci cild 52-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 200 (iki yüz) manat müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 46-50-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Exspertiza Mərkəzi” PHŞ-nin Kompleks komission Məhkəmə-Psixiatrik və Psixoloji Ekspertizasının xx.xx.2024-cü il tarixli, 198 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1 və 21.3-cü maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işinin 1-ci cild 16-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-nin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2024-cü il tarixli, 2/3104 nömrəli tibbi müayinə protokolundan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə orta dərəcəli alkoqol sərxoşluğunda olduğu müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 110-152-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə hadisə baş verən zaman Zərərçəkmiş şəxs üzərində olmuş 01 ədəd qara rəngli idman şalvarı, 01 ədəd qara rəngli gödəkcə, 01 ədəd köynək, hadisə yerinə baxış keçirilən zaman götürülmüş “H 66118” nömrəli tək lüləli “İJ-18-E” markalı kustar üsulla lüləsi kəsilmiş ov tüfəngi və həmin silahın lüləsinə baxış keçirilən zaman aşkar edilmiş 01 ədəd giliz, hadisə yerinə baxış keçirilən zaman aşkar edilmiş və müvafiq qaydada qablaşdırılaraq götürülmüş 03 ədəd flakon qabda qan nümunələri öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izləri saxlanıldığına görə maddi sübut kimi tanınmış və Səbail rayon prokurorluğunun maddi sübutların saxlanılma otağında saxlanılır. Cinayət işinin 2-ci cild 13-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3 və 52-1-ci maddələri tətbiq edilməklə 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məhkəmənin xx.xx.2020-ci il tarixli 7(021) – 35/20 saylı qərarı ilə azadlığın məhdudlaşdırılması cəzası 09 ay 04 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 2) Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1 ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1-ci maddəsi tətbiq edilməklə 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 1-ci cild 253-262-ci vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3 və 52-1-ci maddələri tətbiq edilməklə 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 1-ci cild 272-275-ci vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 7(021) – 35/20 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası 09 ay 04 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Cinayət işinin 1-ci cild 263-271-ci vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1-ci maddəsi tətbiq edilməklə 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 1-ci cild 214-216-cı vərəqələrində olan CD diskdən və diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 27 yanvar 2024-cü il tarixli Zərərçəkmiş şəxs ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs arasında danışıqlar aparılmış və həmin diskdə olan birinci faylda 04 dəqiqə 06 saniyə davam edən səs yazısı və dialoqlar müəyyən edilir: Təqsirləndirilən şəxs: “Gəlirsən indi” Zərərçəkmiş şəxs: “Xəstəsən nə ilə gəlim, 50 manat radara düşmüşəm hələ, borca girmişəm, nə ilə gəlim” Təqsirləndirilən şəxs: “pulu atım gəlirsən” Zərərçəkmiş şəxs: “pulu nə ilə atacaqsan, nəyi satıb atacaqsan” Təqsirləndirilən şəxs: “sənə aidiyyəti yoxdu nəyi satacam gəlirsən yoxsa yox” Zərərçəkmiş şəxs: “nəyə gəlim e ora mən” Təqsirləndirilən şəxs: “ay bala gəl heyvanıvızı verim mənim işim var, xirtdəkdəyəm uje” Zərərçəkmiş şəxs: “niyə xirtdəkdəsən” Təqsirləndirilən şəxs: “nə eləmişəm düz eləmişəm, kimə nədi onu eləmişəm, kimin palojnası nədi odu, amma sizə palojna heç nə olunmayıbdır, gəlirsən, gəl qapıdayam, benzin puluvuda verim, heyvanlarınızı qaytarım” Zərərçəkmiş şəxs: “belimə eşələyəcəm qoyunu, hara aparacam” Təqsirləndirilən şəxs: “hara aparmaq istəyirdin, rəşaddan nəsə axtarırdım” Zərərçəkmiş şəxs: “yalandan gülüb, orda özüvü matışqalığa qoyma, hər şey göz qabağındadı, qoyunun sayı əksikdi, əksikdi qoyunumuz, camaatın qoyunlarını bizə verib aradan çıxma, bəlkə yalan deyirəm” Təqsirləndirilən şəxs: “düz bilirsən, dəqiq olsun” Zərərçəkmiş şəxs: “mənə nağıl danışma e, sözüvü de görüm nə deyirsən” Təqsirləndirilən şəxs: “gəl heyvanıva yiyə dur” Zərərçəkmiş şəxs: “anamdan almısan heyvanı anamla danış mən heyvanı belimə qoyub aparmayacağam” Təqsirləndirilən şəxs: “ortada özün bilmirsən nə iş görürsən” Zərərçəkmiş şəxs: “nə iş görürəm, anam deyir ki, heyvanının sayını bilir, bəlkə ört basdır eləməliyəm anamın heyvanı itəndə” Təqsirləndirilən şəxs: “niyə özündə mutişiklik( satqınçılıq) edirsən” Zərərçəkmiş şəxs: “nə deyirsən” Təqsirləndirilən şəxs: “mutişiklik edirsəndə arada” Zərərçəkmiş şəxs: “mutka sənsən ki, ortada camaatın heyvanını satıb onun bunun heyvanına calayırsan bunu onun heyvanına calayırsan” Təqsirləndirilən şəxs: “onun sənə nə dəxlisi var mən 5 dənə q***ə calayanda 200 dənə heyvanın pulunu çıxardıram” Zərərçəkmiş şəxs: “nağarırsan ki, paparozalıq edirsəndə” Təqsirləndirilən şəxs: “ xoşun gəlmir” Zərərçəkmiş şəxs: “xeyr” Təqsirləndirilən şəxs: “gəl sənə deyirəm ki, anavın heyvanını verim, mutişiklik eləmə” Zərərçəkmiş şəxs: “xiyarın biri, xiyar kim mutişiklik edir” Təqsirləndirilən şəxs: “mutişik sənsəndə” İkinci fayla daxil olan zaman 01 dəqiqə 35 saniyə davam edən səs yazısı olduğu müəyyən edildi. Baxış zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında aşağıdakı dialoqlar müəyyən edildi: Təqsirləndirilən şəxs: “arxaya çönəndə dedim ki, ay da dedim öldüm, yandım” Zərərçəkmiş şəxs: “niyə” Təqsirləndirilən şəxs: “uşaqlarla qumar oynayırdıq 50 manatdan” Zərərçəkmiş şəxs: “50 manatdan oynayırsız, yaman dadanmısız qumara, ancaq belə p*x-p*x işlər, ya paparozalıq, ya qumar, harda cındır-cındır işlər var olarnan məşğulsan” Təqsirləndirilən şəxs: “cındır-cındır niyəki hamısı gəlir yanıma oynayıramda” Zərərçəkmiş şəxs: “ bəs niyə qorxdun” Təqsirləndirilən şəxs: “arxaya çönəndə elə bildim ki, post-patruldu” Üçüncü falya daxil olan zaman 01 dəqiqə 03 saniyə davam edən səs yazısı olduğu müəyyən edildi. Baxış zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında aşağıdakı dialoqlar müəyyən edildi: Zərərçəkmiş şəxs: “sən bekarsan mən sənin kimi bekar deyiləm, başa düşdün, burda avtoritet, avtoritet danışma” Təqsirləndirilən şəxs: “ maman yox, sən gəl” Zərərçəkmiş şəxs: “niyə” Təqsirləndirilən şəxs: “ səni var e, səni var e, sənə keçən oğlanın, burda camaat var, səni keçən oğlanın bir başa hər şeyini s***m” Zərərçəkmiş şəxs: “nəyi keçən oğlanın, özüvü camaata göstərirsən” Təqsirləndirilən şəxs: “mən özümü heç kimə göstərmirəm, burda yad adam yoxdu, imennoy sən mutkanı var ha, varını yoxunu s***m səni cırıq-cırıq edəcəm” Zərərçəkmiş şəxs: “eləməyənində mən ağzına i****m, gəl elə dur gəl elə, sənin s****i kəsib g****ə soxacam” Cinayət işinin 1-cild 177-ci vərəqəsində olan AZ-İV seriyalı, № 449083 saylı doğum haqqında akt qeydindən görünür ki, X13 xx.xx.2018-ci il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası isə X9r. Cinayət işinin 1-cild 181-ci vərəqəsində olan AZ-İV seriyalı, № 449082 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2016-ci il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası isə X9r. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli Qərarının 6-cı bəndinin 1-ci hissəsində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, qəsdən adam öldürmə o vaxt CMnin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Beləliklə məhkəmə iclasında təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2018-ci il tarixdən hal- hazıradək qeyri-rəsmi nikahda olduğu X.E.Əlili və evlilikdən iki azyaşlı övladının olduğu halda 10 il əvvəl ayrılmış qeyri-rəsmi nikahda olduğu Zərərçəkmiş şəxs güya qısqanclıq zəmnində öldürmək qərarına gəlmiş, lakin özündən aslı olmayan səbəbdən həmin əməli başa çatdıra bilməmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadəsində “özümün haqlı səbəblərim olduğu üçün zərərçəkmiş şəxsi öldürmək niyyətində olmuşam” şəklində gətirdiyi əsaslandırma məhkəmə tərəfindən sonuncunun əvvəlki qohumluq münasibətlərinin olmasına baxmayaraq (yəni əvvəllər faktiki ailə münasibətlərində olan zərərçəkmiş şəxs) heç bir cüzi səbəb belə olmadan, yaxud hər hansı bəhanə ilə zərərçəkmiş şəxsi öldürmək niyyətində olması qənaətinə gətirib çıxarır və bu səbəbdən də onun əməli zərərçəkmiş şəxsi xuliqanlıq niyyəti ilə qəsdən həyatdan məhrum etmə kimi qiymətləndirilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan səs yazlarında olan ifadələr, yəni əvvəlkinin Bərdə rayonu ərazisində qumar oyunları təşkil etməsi və fahişəliyə cəlb etmə ilə məşğul olması hazırki törədilmiş cinayət əməli üzrə onların aralarında şəxsi münasibətlərinin yaranması halı kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında və məhkəməyədək istintaq dövründə verdikləri ifadələri, hadisə yerinə baxış protokolları və foto şəkillər, məhkəmə-tibbi, əlavə məhkəmə-tibbi, məhkəmə-tibbi bioloji, məhkəmə ballistik, trasoloji və atəş izlərinin tədbiqi, kompleks komisyon, məhkəmə-psixiatrik və psixoloji ekspertizalarının rəyləri, sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan və digər iş materialları ilə onun xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etməsi, qanunsuz olaraq odlu silah hazırlamısı, habelə həmin odlu silahı saxlaması, daşıması və gəzdirməsi cinayətlərini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2, 228.1 və 229.1ci maddələri ilə tövsif edilməli və o, həmin maddələrinin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli, 2 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin dispozisiyasında sadalanan hərəkətlərin qanunsuz olaraq edilməsini nəzərdə tutur. Qanunsuzluq həmin hərəkətlərin «Xidməti və mülki silah haqqında» Qanunun və «Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında» Avropa Konvensiyasının tələblərinin pozulması ilə yanaşı, «Xidməti və mülki silahın dövlət kadastrının aparılması Qaydası»nın,«Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq xidməti və mülki silah əldə etməsi, saxlanılması və təyinatı üzrə istifadə etmə Qaydaları»nın, «Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları»nın, «Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın satış Qaydaları»nın, «Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları»nın, «Silahın mühafizəsi ilə bağlı tələbləri»nin, «Mülki silahın kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi Qaydaları»nın, «Silahın geri alınması Qaydaları»nın və digər normativ aktların tələblərini pozmaqla törədilməsində ifadə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinə əsasən xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə - on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə - iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 229.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları hazırlama, habelə odlu silahı təmir etmə - üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ailəli olmaqla himayəsində 2 az yaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını və yenidən cinayət törətməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2, 228.1 və 229.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2, 228.1 və 229.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzlar qismən toplanılmaqla qəti cəza təyin edilməli və həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı xx.xx.2024-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, maddi sübutlar kimi tanınmış, Zərərçəkmiş şəxs məxsus 01 ədəd qara rəngli idman şalvarı, 01 ədəd qara rəngli gödəkcə, 01 ədəd köynək sonuncuya qaytarılmalı, 03 ədəd flakon qabda qan nümunələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut Səbail rayon prokurorluğunun maddi sübutların saxlanılma otağında saxlanılan “H 66118” nömrəli tək lüləli “İJ-18-E” markalı kustar üsulla lüləsi kəsilmiş ov tüfəngi və həmin silahın lüləsinə baxış keçirilən zaman aşkar edilmiş 01 ədəd giliz hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2, 228.1 və 229.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2, 228.1 və 229.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 29, 120.2.2 maddəsi ilə 14 (on dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 228.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 229.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 15 (on beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 17 yanvar 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus 01 ədəd qara rəngli idman şalvarı, 01 ədəd qara rəngli gödəkcə və 01 ədəd köynək sonuncuya qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd flakon qabda qan nümunələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Səbail rayon prokurorluğunun maddi sübutların saxlanılma otağında saxlanılan “H 66118” nömrəli tək lüləli “İJ-18-E” markalı kustar üsulla lüləsi kəsilmiş ov tüfəngi və 01 ədəd giliz hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar