Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1855/2022 02.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 əri və Zərərçəkmiş şəxs2 atası olan hüquqi varis X5, sonuncunun nümayəndəsi olan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Nümayəndə müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Kredo» vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1968-ci il mayın 01-də Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ortatexniki təhsilli, evli, əvvəllər məhkum olunmamış, «BMH» məhdud məsuliyyətli cəmiyyətində sürücü işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilmiş X6 Azərbaycan Respublikasının CM-nin 263.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, X11 avtomobili idarə edərkən yol hərəkəti və istismarı qaydalarını pozaraq ehtiyyatsızlıqdan iki nəfər şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, istintaqla müəyyən edilmişdir ki, X11 2022-ci il avqustun 07-də saat 07 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 24-cü kilometrliyində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riyaət etməmiş, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə əməl etməyərək idarə etdiyi «Daewoo BS090» markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı avtobusu Qazax rayonu istiqamətində hərəkət etdirərkən qarşıda eyni istiqamətdə yolun sağ hissəsində Zərərçəkmiş şəxs2 idarə etdiyi «Hyundai Elantra» markalı **-ZB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin arxa hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan iki şəxsin, yəni «Hyundai Elantra» markalı avtomaşının sərnişini Zərərçəkmiş şəxs1 aldığı travmatik və hemorragik şok, daxili qanaxma, döş qəfəsinin soldan Vİ-Vİİ-Vİİİ-İX qabırğaların qapalı, yerinidəyişən sınıqları, sol diz oynağının ön səthinin və sağ baldır nahiyəsinin sıyrıqları kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlərdən hadisə yerində, Zərərçəkmiş şəxs2 aldığı baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma, baş-beyin toxumasının ödemi kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlərdən 2022-ci il avqustun 12-də saat 13:30-da Bakı şəhərindəki X16 ölmələrinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən X11 Azərbaycan Respublikasının CMnin 263.3.-cü maddəsi ilə ona elan olunan ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərdi ki, X8 məxsus «Daewoo BS090» markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı avtobusu idarə etməklə altı ildən çoxdur «BMH» məhdud məsuliyyətli cəmiyyətində sürücü işləmişdir. 2022-ci il avqustun 07-də Bakı şəhəri Qaradağ rayonunun Lökbatan qəsəbəsindən sərnişin götürərək xətt üzrə Bakı-Qazax-Gürcüstan avtomobil yoluna daxil olmuş və Qazax şəhəri istiqamətində hərəkətə başlamışdır. Avtobusu yolun sağdan birinci hərəkət zolağı ilə 65-70 km/saat sürətlə idarə edərkən Bakı-Qazax yolu ilə xeyli getdikdən sonra dayanıb qaz emalı zavodunun yanında iki nəfər sərnişin düşürərək yoluna davam etmiş, eyni zolaq ilə həmin sürətlə hərəkət edəndə xeyli qarşıda onun hərəkət zolağındakı «Hyundai Elantra» markalı minik avtomobilinin hərəkət etdiyini düşünüb öz zolağında hərəkətinə davam etmiş, göstərilən avtomaşına çatdıqda nəqliyyat vasitəsinin dayandığını görsə də ara məsafəsi çox az olduğundan sürdüyü avtobusun qabaq sağ hissəsi ilə «Hyundai Elantra» markalı avtomobilin arxa hissəsindən vurmuşdur. Zərbənin təsirindən həmin avtomaşın yolun sağına doğru hərəkət etməklə səkiyə dəyərək qalxıb enmiş, o isə avtobusu dərhal yolun sağ kənarında saxlamaqla düşüb avtomobilə doğru qaçmış, oraya çatanda sürücünün xəsarət alaraq sükan arxasında qaldığını görmüşdür. Dərhal təcili tibbi yardıma və polisə məlumat vermiş, hadisə yerinə gələn həkimlər salonda olan qadının öldüyünü bildirib sürücünü xəstəxanaya aparmışlar. Avtoqəza zamanı onunla avtobusdakı sərnişinlər heç bir bədən xəsarəti almamışlar. Hadisədən dərin məyusluq keçirir. Çalışsa da zərər çəkmiş şəxslərin hüquqi varisi ilə barışıq əldə edə bilməmişdir. İş üzrə zərər çəkmiş şəxslərin hüquqi varisi qismində dindirilən X12 ifadəsində göstərdi ki, 2022-ci il avqustun 07-də övladı Zərərçəkmiş şəxs2 və arvadı Zərərçəkmiş şəxs1 ilə birlikdə Elvinə məxsus «Hyundai Elantra» markalı **-ZB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Masallı rayonuna getməkdən ötrü Bakı şəhəri Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisindən Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yoluna daxil olub Qazax rayonu istiqamətində hərəkətə başlamışlar. Göstərilən zaman o, qabaq oturacaqda oturmuş, ürəyində problem olduğundan özünü pis hiss etdikdə Elvin avtomaşını saxlayaraq ona su vermək istəmiş, o, özündə olmadığı üçün hadisənin necə baş verdiyini xatırlamamışdır. Yolun sağ hərəkətsiz kənarında dayanan vaxt avtomaşının arxadan eyni istiqamətdə hərəkətdə olan «Daewoo» markalı sərnişin avtobusu tərəfindən vurulduğunu sonradan öyrənmişdir. Avtoqəza nəticəsində Sevinc yerindəcə, Elvin 2022-ci il avqustun 08-də Bakı şəhərindəki X16 ölmüşlər. Bununla əlaqədar o, hələ də güclü stress altında olmaqla təqsirləndirilən şəxsi bağışlamır. İş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, 2022-ci il avqustun 07-də saat 07 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 24-cü kilometrliyində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus «Daewoo BS090» markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı avtobusla əlaqədar 7.450 manat məbləğində maddi ziyan dəymişdir, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, «Hyundai Elantra» markalı **-ZB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili mərhum qardaşı Zərərçəkmiş şəxs2 adına qeydiyyatda olsa da sonuncu ilə yanaşı o da idarə etmişdir. Hadisə nəticəsində avtomaşınla bağlı ailəsinə 25.445 manat məbləğində maddi zərər dəymişdir. İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-Nəqliyyat Hadisələrinə dair İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin tərtib etdiyi 2022-ci il 07 avqust tarixli protokoldan görünür ki, Bakı-Qazax- Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 24-cü kilometrliyindəki hadisə yerinə baxış vaxtı yolun sağdan birinci zolağında toqquşma yerindən sonra yolun soluna doğru 11 metr uzunluğunda şin izinin olması, «Daewoo BS090» markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı avtobusun yolun sağ hissəsində, «Hyundai Elantra» markalı **-ZB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun sağ kənarındakı yaşıllıq səkidə ağaclara dəyib dayanması müəyyənləşdirilmiş, hadisə yerinin sxemi və fotocədvəl protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 5-13). İş materiallarında olan 2022-ci il 07 avqust tarixli 2/22174 №-li və eyni tarixli 3960 №li Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktlarından görünür ki, X11 ayıq vəziyyətdədir (1ci cild, iş vərəqi 15-16). İş materiallarında olan 2021-ci il 29 mart tarixli AE seriyalı 095683 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətindən görünür ki, «Daewoo BS090» markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı avtobusun sahibi Şahid2dur (1-ci cild, iş vərəqi 20). İş materiallarında olan 2019-cu il 15 fevral tarixli Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən və «BMH» məhdud məsuliyyətli cəmiyyətinin respublika və şəhərdaxili sərnişin avtonəqliyyatı üçün 73 nömrəli yol vərəqəsinin kserosurətindən görünür ki, 2022-ci il avqustun 01-dən 2022-ci il oktyabrın 01-dək «Daewoo BS090» markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı avtobus sürücü X9 təhkim olunmuşdur (1-ci cild, iş vərəqi 21-22). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-Nəqliyyat Hadisələrinə dair İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin 2022-ci il 12 avqust tarixli qərarından görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikasının CM-nin 263.2.-ci maddəsindən həmin Məcəllənin 263.3.-cü maddəsinə tövsif olunmuşdur (1-ci cild, iş vərəqi 43). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2022-ci il avqustun 13-də tərtib etdiyi tələbnamədən görünür ki, X11 əvvəllər məhkum olunmamışdır (1-ci cild, iş vərəqi 48). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X19 İdarəsinin 2022-ci il 11 avqust tarixli 016-103308-1222 №-li məktubunun kserosurətindən görünür ki, Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasında etibarlılıq müddəti 2026-cı il oktyabrın 11-dək olmaqla «BCD» kateqoriyalı sürücülük vəsiqəsi verilən X1 hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat aşkarlanmamışdır (1-ci cild, iş vərəqi 49). İş materiallarındakı Bakı şəhəri Qaradağ Rayon MKTB-inin 126 №-li MKİS-inin tərtib etdiyi 2022-ci il 16 avqust tarixli 215 №-li və eyni tarixli 216 №-li arayışlardan, «BMH» məhdud məsuliyyətli cəmiyyətinin tərtib etdiyi xasiyyətnamədən görünür ki, ailəsi 1985-ci il, 1988-ci il, 1989-cu il və 1990-cı il təvəllüdlü övladlarından ibarət X11 «BMH» məhdud məsuliyyətli cəmiyyətində sürücü işləməklə özünü yaxşı mütəxəssis kimi göstərmiş, vicdanlı və keyfiyyətli işinə görə mükafatlandırılmış, iş yoldaşları arasında hörmət qazanmışdır, insanlarla asan və tez ünsiyyət qurmağı bacarır (1-ci cild, iş vərəqi 55-57). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X13» publik hüquqi şəxsinin məhkəmə-tibbi ekspertizasına dair 2022ci il 23 avqust tarixli 66 nömrəli ekspert rəyindən görünür ki, 1965-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 meyitində aşkar edilmiş xəsarətlər – travmatik və hemorragik şok, daxili qanaxma, döş qəfəsinin soldan Vİ-Vİİ-Vİİİ-İX qabırğaların qapalı, yerinidəyişən sınıqları, qaraciyərin travmatik cırılması, döş qəfəsi və sol bazu nahiyələrinin qançırları, sol diz oynağının ön səthinin və sağ baldır nahiyəsinin sıyrıqları həyati olub ölümündən az əvvəl bərk küt əşyanın təsirindən törənməklə müddəti 2022-ci il avqustun 07-nə uyğundur, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, ümumilikdə canlı şəxslərdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir və mərhumun ölümü ilə birbaşa əlaqəlidir, Zərərçəkmiş şəxs1 ölümünə səbəb qaraciyərin cırılması ilə müşayiət olunan döş qəfəsinin soldan Vİ-Vİİ-Vİİİ-İX qabırğaların qapalı, yerinidəyişən sınıqları nəticəsində kəskin daxili qanaxma fonunda inkişaf edən travmatik və hemorragik şok olmuşdur, sonuncunun meyitindən götürülən qanda etil spirti və narkotik maddələr aşkar edilməmişdir (1-ci cild, iş vərəqi 59-62). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin 2022-ci il 07 avqust tarixli **********334900 nömrəli məktubundan görünür ki, vergi ödəyicilərinin reyestrində X6 hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçotda olması barədə məlumat mövcuddur (1-ci cild, iş vərəqi 65). İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X15 Xidmətinin 2022-ci il 25 avqust tarixli ********** nömrəli məktubundan görünür ki, X11 ilə «BMH» məhdud məsuliyyətli cəmiyyəti arasında əmək müqaviləsi bağlanmışdır (1-ci cild, iş vərəqi 68-69). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X13» publik hüquqi şəxsinin məhkəmə-tibbi ekspertizasına dair 2022ci il 12 avqust tarixli 68 nömrəli ekspert rəyindən görünür ki, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 meyitində aşkar edilmiş xəsarətlər – baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma, baş-beyin toxumasının ödemi həyati olub ölümündən az əvvəl bərk küt əşyanın təsirindən törənməklə müddəti 2022-ci il avqustun 07-nə uyğundur, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, ümumilikdə canlı şəxslərdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir və mərhumun ölümü ilə birbaşa əlaqəlidir, sonuncunun ölümünə səbəb baş-beyin toxumasının ağır dərəcəli əzilməsi və baş-beyin toxumasının subdural hematoması fonunda inkişaf edən baş-beyin toxumasının ödemi olmuşdur, Zərərçəkmiş şəxs2 meyitindən götürülən qanda etil spirti və narkotik maddələr aşkar edilməmişdir (1-ci cild, iş vərəqi 71-76). İş materiallarında olan tarixsiz ərizədən və «Abşeron Avtoservis»in 2022-ci il 15 avqust tarixli zərər aktından görünür ki, hadisə nəticəsində «Daewoo BS090» markalı **- XZ-*** dövlət qeydiyyat nişanlı avtobusa 7.450 manat maddi ziyan dəyməklə avtobusun sahibi Mönsüm Şahbaz oğlu X2 qarşı heç bir şikayəti və tələbi olmadığını göstərmişdir (1ci cild, iş vərəqi 78 və 80). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X13» publik hüquqi şəxsinin maddi sübutların ekspertizasına dair 2022-ci il 22 avqust tarixli 2890/K №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 götürülən sidik nümunəsində barbitur turşusu törəmələri, alkoloidlər (o cümlədən tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilallar və kannabinoid (çətənə bitkisindən alman və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir (1-ci cild, iş vərəqi 83-85). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 08 sentyabr tarixli 8/2265 №-li rəyindən görünür ki, «Daewoo BS090» markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü X6 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olub sonuncunun bu maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur, ekspertiza tədqiqatının dəyəri 128 manatdır (1-ci cild, iş vərəqi 87-89). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-Nəqliyyat Hadisələrinə dair İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin 2022-ci il 12 sentyabr tarixli qərarından görünür ki, «Daewoo BS090» markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı avtobus və «Hyundai Elantra» markalı **-ZB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili maddi sübut kimi tanınıb saxlanılmaq üçün sahiblərinə qaytarılmışdır (1-ci cild, iş vərəqi 90). İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 2022-ci il 13 sentyabr tarixli 072-7765-1222 №-li məktubunun kserosurətindən görünür ki, 2022-ci il avqustun 07-də saat 07 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 24-cü kilometrliyində X6 idarə etdiyi «Daewoo BS090» markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı avtobusla Zərərçəkmiş şəxs2 idarə etdiyi «Hyundai Elantra» markalı **-ZB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin toqquşması nəticəsində sonuncunun xəsarət alması, sərnişin Zərərçəkmiş şəxs1 isə aldığı xəsarətlərdən hadisə yerində ölməsi ilə bağlı hadisənin şahidlərinin müəyyənləşdirilməsi istiqamətində keçirilən tədbirlər müsbət nəticə verməmişdir (1-ci cild, iş vərəqi 91). İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon MKTB-inin 2022-ci il 20 sentyabr tarixli 474 №-li məktubundan görünür ki, 2022-ci il avqustun 07-də saat 07 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 24cü kilometrliyində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xidməti ərazidəki yaşıllaşdırma sahəsinə heç bir maddi ziyan dəyməmişdir, hadisə ilə əlaqədar heç bir şikayət və tələb yoxdur (1-ci cild, iş vərəqi 110). İş materiallarında olan 2015-ci il 12 mart tarixli AC seriyalı 501789 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və 2019-cu il 18 iyun tarixli ƏN-İV seriyalı 835256 №-li nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin kserosurətlərindən görünür ki, «Hyundai Elantra» markalı **-ZB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sahibi Zərərçəkmiş şəxs2 həmin avtomobili idarə etməyi 2029-cu il mayın 05-dək Şahid1 etibar etmişdir (1-ci cild, iş vərəqi 114-115). İş materiallarında olan «X17 Department»in 2022-ci il 05 sentyabr tarixli qüsur aktının kserosurətindən görünür ki, «Hyundai Elantra» markalı **-ZB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində aşkar edilmiş nasazlıqların aradan qaldırılması üçün görüləcək işlər 25.445 manat təşkil edir (1-ci cild, iş vərəqi 116). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 2022-ci il 22 sentyabr tarixli 003-16955-1222 №-li məktubunun kserosurətindən görünür ki, TŞK-da videomüşahidə kameralarının 2022-ci il 07 avqust tarixli arxiv görüntülərinin saxlanılma müddəti bitmişdir (1-ci cild, iş vərəqi 120). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-Nəqliyyat Hadisələrinə dair İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin 2022-ci il 23 sentyabr tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi, habelə 2022-ci il 26 sentyabr tarixli təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə X11 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının CM-nin 263.3.-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmuş, maddi sübut kimi tanınan «Daewoo BS090» markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı avtobus və «Hyundai Elantra» markalı **-ZB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin saxlanılmaq üçün sahiblərinə qaytarılması nəzərə alınmışdır (1-ci cild, iş vərəqi 121-126 və 136-138). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-Nəqliyyat Hadisələrinə dair İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin 2022-ci il 26 sentyabr tarixli qərarından və eyni tarixli iltizamdan görünür ki, təqsirləndirilən şəxs X11 barəsində başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 146-149). Məhkəməyə təqdim olunan 2022-ci il 14 noyabr tarixli mülki iddia ərizəsindən və 2022-ci il 19 noyabr tarixli qəbzdən görünür ki, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hüquqi varisi X12 maddi ziyan kimi 25.445 manat, mənəvi ziyana görə 200.000 manat və 516 manat dövlət rüsumu nəzərə alınmaqla 225.961 manat məbləğində pulun onun xeyrinə X4 tutulmasını xahiş etmişdir. Məhkəməyə təqdim olunan Bakı şəhəri MKTD-inin Qaradağ Rayon MKTB-nin 126 saylı MKİS-inin tərtib etdiyi 2022-ci il 01 dekabr tarixli 719 saylı arayışdan görünür ki, X11 ünvan 1 ünvanında qeydiyyatda olmaqla övladı X7 və nəvəsi X10 ilə birlikdə yaşayır. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, X6 Azərbaycan Respublikasının CM-nin 263.3.-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, əməlində cinayət tərkibinin olması, bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən X6 əməli Azərbaycan Respublikasının CM-nin 263.3.-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Beləliklə, təqsirləndirilən şəxs X6 ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış, özünün tam etirafedici, zərər çəkmiş şəxslərin hüquqi varisinin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxs X9 cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs X6 törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında, X6 ilk məhkumluğunu, iş yerində, hadisədən dərin məyusluq keçirməsini işdə cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə hesab edir ki, X6 əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs X6 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2013-cü il 15 noyabr tarixli 5 nömrəli qərarının 21-ci bəndinə görə, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.1.-56.1.2.-ci maddələrində ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində, beş ildən artıq müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, təqsirləndirilən şəxs X11 ehtiyatsızlıqdan cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmaqla ona məhkəmə tərəfindən təyin edilə biləcək 05 ildən artıq müddətə azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CM-nin 45.1.-ci maddəsində göstərilir ki, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmçinin «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2013-cü il 15 noyabr tarixli 5 nömrəli qərarının 22-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Habelə Azərbaycan Respublikasının CM-nin 263-cü, 263-1.-ci, 264-cü və 351-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması və ya yetkinlik yaşına çatmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. Məhkəmə qeyd edilən halları nəzərə alaraq təqsirləndirilən şəxs X11 barəsində Azərbaycan Respublikasının CM-nin 263.3.-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzası təyin olunmaqla yanaşı onun nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmasını məqsədəuyğun sayır. Məhkəmə hesab edir ki, iş üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hüquqi varisi X5 mülki iddiası qismən təmin edilməklə təqsirləndirilən şəxs X4 alınıb X5 xeyrinə mənəvi ziyana görə 2.000 manat və mülki iddianın bu hissəsinə düşən dövlət rüsumuna görə 40 manat, ümumilikdə 2.040 manat tutulmalı, mülki iddiası qalan hissədə baxılmamış saxlanılmalı, ona mülki iddiasının qalan hissəsində Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 180-ci maddəsində nəzərdə tutulan mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. «Dövlət rüsumu haqqında» 2001-ci il 4 dekabr tarixli Azərbaycan Respublikası Qanununun 5.1.2.-ci maddəsinə əsasən, ərizə baxılmamış saxlanıldıqda ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Məhkəmə eyni vaxtda hesab edir ki, iş üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hüquqi varisi X5 iddia ərizəsinə görə ödədiy qalan 476 manat dövlət rüsumu dövlət büdcəsindən tamamilə qaytarılmalıdır. İş üzrə üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X6 Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs X11 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri dəyişdirilərək həbs qismində qətimkan tədbiri seçilməklə hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli və o, məhkəmə iclası zalında həbsə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 128 manat X4 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs X6 məhkəmə istintaqında hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Kredo» vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 40 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da təqsirləndirilən şəxs X9 göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Kredo» vəkil bürosunun nəfinə (VÖEN: **********) 240 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli X6 tutulduğu gündən, yəni 2022-ci il dekabrın 02-dən hesablanmalıdır. Azərbaycan Respublikasının CM-nin 45.2.-ci maddəsi əsasında, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəza növü azadlıqdan məhrumetmə cəzasına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 157.2.-ci maddəsinə görə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə cəza müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2013-cü il 15 noyabr tarixli 5 nömrəli qərarının 23-cü bəndində göstərilir ki, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının CİM-nin 157.2ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkum şərti olaraq vaxtından əvvəl əsas cəzadan azad edilərsə və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz edilərsə, hökmün surətini və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi onun yaşadığı yerin icra məmuruna göndərir (Azərbaycan Respublikasının CİM-nin 154.3-cü maddəsi). İcra məmuru tərəfindən göstərilən sənədlər icra olunması üçün qəbul edildiyi vaxtdan şəxsə təyin olunmuş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəza üçün müəyyən edilmiş müddətin axımı başlayır. Belə olan halda X9 əlavə cəza qismində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə və o, əsas cəzanı çəkib qurtardıqdan sonrakı müddətə təyin edilməli, müddətin axımı hökmün surəti onun yaşadığı yerin icra məmuruna göndəriləndən sonra icra məmuru tərəfindən göstərilən sənəd icra olunması üçün qəbul edildiyi vaxtdan başlanılmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 354-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: X11 Azərbaycan Respublikasının CM-nin 263.3.-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. X11 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri dəyişdirilərək həbs qismində qətimkan tədbiri seçilsin və o, məhkəmə iclası zalında həbsə alınsın. X11 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X9 əsas cəza kimi təyin edilən azadlıqdan məhrumetmə cəzasını çəkməsinin başlanğıcı 2022-ci il dekabrın 02-dən; əlavə cəza qismində nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrumetmə cəzası isə o, əsas cəzanı çəkib qurtardıqdan sonrakı müddətə təyin edilsin və müddətin axımı hökmün surəti onun yaşadığı yerin icra məmuru tərəfindən göstərilən sənədin icra olunması üçün qəbul edildiyi vaxtdan başlanılsın. Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hüquqi varisi X5 mülki iddiası qismən təmin edilməklə X4 alınıb X5 xeyrinə mənəvi ziyana görə 2.000 manat və mülki iddianın bu hissəsinə düşən dövlət rüsumuna görə 40 manat, ümumilikdə 2.040 manat tutulsun, mülki iddiası qalan hissədə baxılmamış saxlanılsın, ona mülki iddiasının qalan hissəsində mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilsin. Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hüquqi varisi X5 iddia ərizəsinə görə ödədiyi qalan 476 manat dövlət rüsumu dövlət büdcəsindən tamamilə qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 128 manat X4 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. X9 göstərilən hüquqi yardımla əlaqədar Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Kredo» vəkil bürosunun nəfinə (VÖEN: **********) 240 manat köçürülsün. X11 barəsində xüsusi müsadirə tətbiq edilməsin. X11 barəsində seçilən həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan (X9 isə hökmün surətinin verildiyi) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-1855/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1855/2022
02.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver