Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1856/2024 23.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X5-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1, X3, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru X4, Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 28 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxxxx 2001-ci il ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki ünvan 2 ünvanında i yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi; Təqsirləndirilən şəxs satış məqsədi qanunsuz olaraq külli miqdarda narkotik vasitə kokaini və xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etmə, saxlama, daşıma və satma barədə başqa şəxslərlə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, bu məqsədlə o, digər şəxslərin Bakı şəhəri, Xətai rayonu ərazisində gizlətdikləri külli miqdarda, yəni 1,690 qram çəkidə narkotik vasitə kokaini və xeyli miqdarda, yəni 11,07 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla ünvan 4 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 03 mart 2024-cü il tarixdə saat 22:30-da yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Baş İdarəyə gətirilmiş və orada 04 mart 2024cü il tarixdə saat 00:23-dən etibarən üzərində şəxsi axtarış keçirilən zaman əynindəki gödəkçəsinin cibindən üç ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,374 qram, 0,983 qram və 0,333 qram olmaqla, ümumilikdə külli miqdarda, yəni1,690 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə kokain və gödəkçəsinin iç cibindən 07 ədəd bükümdə ayrıayrılıqda çəkiləri 1,74 qram, 1,30 qram, 1,31 qram, 1,82 qram, 1,33 qram, 1,63 qram və 1,94 qram olmaqla, ümumilikdə xeyli miqdarda 11,07 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ifadələrində göstərdi ki, o 3 mart 2024-cü il tarixində saat 9-10 radələrində saxlanılmış, saxlanılmamışdan 3 gün əvvəl Sərxanla birlikdə narkotik vasitə almışdır. O, iş yerində oturmuşdu və birdən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları gəlib onu tutdular, sonra maşında ondan Sərxanı tanımağı barədə soruşub onu döydülər. Sonra onu idarəyə aparıb orada döydülər və video çəkiliş aparmaq istədilər, lakin əvvəlcə videoya çəkə bilmədilər. Çəkiliş zamanı da üzərində gödəkçə olmuşdur. Həmin gödəkçə iş yoldaşı Asimə məxsus idi. O, gecə növbəsində işlədiyinə görə hava soyuq olduğundan Asimdən gödəkçəni iş yerində qoymasını xahiş etmişdir. O, saxlanılarkən gödəkçə onun əynində olmamışdır. İdarədə ona çox təzyiq etmişlər. Sonra onu istintaq təcridxanasına göndərmişlər. O, müstəntiqə ifadə verərkən əvvəlki ifadəsini dəyişmişdir. O, narkotik vasitə satmamışdır. Onu üç dəfə döymüşlər. Ona vəkillərin siyahısı təqdim olunmayıb. Onu döydüklərinə görə narkotik vasitəni üzərinə götürmüşdür. Narkotik vasitənin pulunun yarısını Sərxan, yarısını o ödəyirdi. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir, onu məcbur ediblər. Onun üzərində narkotik vasitə olmayıb. Sərxanla birlikdə iki qram marixuana almışlar. Saxlanılarkən üzərində marixuana da olmayıb. Narkotik vasitələrdən ilk dəfə hərbi xidmət zamanı istifadə etmişdir. Müharibədə iştirak etməmişdir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək 05 mart 2024-cü il tarixli ifadələrində göstərmişdir ki, uzun müddətdir ki, həm narkotik vasitələrdən istifadə edir, həm ayrı-ayrı şəxslərə narkotik vasitələrin əldə edilməsində vasitəçilik edir, həm də narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmuşdur. Belə ki, üzərindən aşkar edilmiş 03 ədəd sellofan bükümdə olan narkotik vasitə kokaini və 07 ədəd sellofon bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı tutulmamışdan təxminən 5 gün əvvəl “Renat" adı ilə tanıdığı şəxsin vasitəsi ilə əldə etmişdir. Belə ki, həmin şəxslə təxminən 1 il bundan əvvəl “Vhatsapp” mobil tətbiqində tanış olmuşdur. Həmin şəxslə bu günə kimi görüşməmişdir. Lakin, narkotik vasitə lazım olan zaman həmin şəxslə əlaqə saxlamışdır. Dəfələrlə Renat adlı şəxsdən narkotik vasitə əldə etmişdir. Narkotik vasitəni əldə etmək üçün Renat adlı şəxsin hesabına “M10” proqramı vasitəsi ilə ödəniş etmişdir. Ödəniş etdikdən sonra həmin şəxs ona narkotik vasitə götürəcəyi yerin ünvanını demişdir. Sonuncu dəfə tutulmamışdan təxminən 5 gün bundan əvvəl Renat adlı şəxslə əlaqə saxlayaraq narkotik vasitələr olan qurudulmuş marixuana və kokain istədiyini bildirmişdir. Bunun üçün onun hesabına “M10” proqramı vasitəsi ilə 800 manat ödəniş etmişdir. Ödəniş etdikdən sonra həmin şəxs ona narkotik vasitələri yerləşdirdiyi yerin ünvanını demişdir. Həmin ünvan Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov metrosunun yaxınlığında olmuşdur. Deyilən ünvana gedib narkotik vasitələr olan bağlamanı götürmüşdür. Əldə etdiyi narkotik vasitə qurudulmuş marixuanadan bir qədərini istifadə etmişdir. Qalan narkotik vasitələri alıcı çıxacağı təqdirdə satmaq məqsədi ilə üzərində saxlamışdır. 03 mart 2024-cü il tarixdə saat 22:30-da ünvan 6 ünvanının yaxınlığında olduğu zaman ona bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişdirlər. Polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etmiş, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişdirlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində narkotik vasitə vardır. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində edilməklə şəxsi axtarış keçirilmişdir. Ona üzərində narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra üzərində narkotik vasitə olduğunu bildirib, əynində olan qara rəngli gödəkçənin sol iç cibindən “qurudulmuş marixuana” adı ilə tanıdığı 07 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuananı, həmin gödəkçənin sol qolunda olan cibdən 03 ədəd sellofan bükümdə olan narkotik vasitə kokaini, həmin gödəkçənin sağ yan cibindən 2 manat pulunu, sol qolunda olan 01 ədəd qol saatını, əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd ev açarını və 01 ədəd “İphone” markalı mobi telefonunu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən üstündən digər əşya və predmetlər aşkar olunmamışdır. Bundan sonra təqdim etdiyi əşya və predmetlərə ardıcıllıqla baxış keçirilməyə başlanmışdır. Əvvəlcə təqdim etdiyi 07 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya baxış keçirilmişdir. Baxış zamanı həmin kütlələrin 03 ədədi açıldıqda onların hər birinin içərisində yaşıl rəngli, ot şəkilli, xüsusi spesifik iyə malik olan qurudulmuş marixuana olması aşkar edilmişdir. Daha sonra həmin 07 ədəd şəffaf sellofan paketdə narkotik vasitə qurudulmuş marixuana 01 ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənmişdir. Daha sonra təqdim etdiyi 03 ədəd sellofan bükümdə olan narkotik vasitə kokainə baxış keçirilmişdir. Baxış zamanı həmin sellofan bükümlərin 01 ədədi açıldıqda içərisində ağ rəngli, bərkimiş, lakin əl vurulduqda toz formalı olan, xüsusi spesifik iyə malik olmayan narkotik vasitə kokain olması aşkar edilmişdir. Bundan sonra təqdim etdiyi həmin 03 ədəd sellofan bükümdə narkotik vasitə 4 kokain 01 ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənmiş və ayrı-ayrılıqda olan hər iki zərf iştirakçılar və onun tərəfindən imzalanmışdır. Daha sonra ona məxsus olan “İphone” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən polis əməkdaşı tərəfindən götürülmüşdür. Şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş 2 manat pulu hər hansı bir qanunazidd yolla əldə etmədiyini bildirmişdir. Daha sonra üzərindən aşkar olunmuş 2 manat pul, 01 ədəd ev açarı və 01 ədəd qol saatı iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Şifahi sorğu zamanı özünə məxsus olan “İphone” markalı mobil telefonunun içərisində ***-***-**-** saylı mobil nömrəmin olmasını bildirmişdir. Həmçinin şifahi sorğu zamanı üstündən aşkar edilmiş qurudulmuş marixuana və kokaini təxminən 5 gün əvvəl “zaklatka”dan Bakı şəhəri, Xətai rayonu, H.Aslanov metrostansiyasının yaxınlığından əldə etdiyini, qurudulmuş marixuana və kokaini “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə əlaqə saxladığı, anket məlumatlarını bilmədiyi “Renat” adı ilə tanıdığı şəxsdən əldə etdiyini, bunun müqabilində həmin şəxsə “M 10” mobil tətbiqi vasitəsilə təxminən 800 manat pul göndərdiyini, pulu ona ödədikdən sonra həmin şəxsin Bakı şəhəri, Xətai rayonu, H.Aslanov metrostansiyasının yaxınlığında yerləşdirdiyi yerdən bu qurudulmuş marixuana və kokaini əldə etdiyini, adlarını “qurudulmuş marixuana” və “kokain" olaraq bildiyini, həmin maddələri şəxsi istifadə etmək və satış məqsədi ilə əldə edib üzərində gəzdirdiyini, bundan öncə bir neçə dəfə narkotik vasitə və ya psixotrop maddələri satdığını bildirmişdir. Həmçinin özünün də narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq üzərindən aşkar edilmiş narkotik vasitələri şəxsi istifadəsi və satış məqsədi ilə üzərində saxladığını, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olduğunu, həmçinin, ayrı-ayrı şəxslərə narkotik vasitə və psixotrop maddələrin əldə edilməsi üçün vasitəçilik etdiyini, narkotik vasitə və ya psixotrop maddə əldə etmək istəyən şəxslər olduqda həmin şəxsləri “Renat” adlı tanışına yönləndirdiyini, narkotik vasitə və ya psixotrop maddələrin əldə edilməsi üçün vasitəçilik edən zaman gəlir əldə etdiyini, Renat adlı şəxlə bu günə kimi həmin şəxslə görüşmədiyini, onunla yalnız “Vhatsapp” proqramı vasitəsi ilə əlaqə saxladığını, onunla olan mesajlarını tutulacağından qorxduğu üçün mütəmadi olaraq sildiyini və bundan başqa onun anket məlumatlarını bilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 21 may 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan olunan zaman o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ona Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən fiziki və psixi təzyiqə davranışa məruz qalıb özünə məxsus olmayan nakotik vasitələrin ona məxsus özünə məxsus olmasını etiraf etdiyini göstərmişdir. Şahid ifadələrində göstərdi ki, 03 mart 2024-cü il tarixində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdu. Məlumatı yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradıldı. Əməliyyat zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, C,Xəndan küşəsində olmasını müəyyən edib, həmin yerə getmişlər. Orada Azərə yaxınlaşıb özlərini təqdim etmiş və ona satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla onu tanış etdikdən sonra onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O da etiraz etmədən Baş İdarəyə gəlmişdir. İdarədə video çəkiliş vasitəsi ilə Azərin üzərinə şəxsi axtarış keçirildi. Təqsirləndirilən şəxs üzərindən yeddi büküm qurudulmuş marixuana və üç büküm kokain aşkar olundu. Əməliyyat məlumatı narkotik vasitələrin satışı ilə bağlı idi. Təqsirləndirilən şəxs saxlanılan zaman ona psixi və fiziki təsir göstərilməyib. Onun bu bardə dedikləri özünün müdafiəsi üçün gətirdiyi ifadələrdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. İfadələrinə başqa əlavələri yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Mübarizə İdarəsinin əməkdaşı olduğunu bildirib ifadələrində ibtidai istintaq zamanı göstərmişdir ki, 03 mart 2024-cü il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirilmişdir. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı əməliyyat qrupu yaradılmış və əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. 03 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu ərazisində olması ilə əlaqədar məlumat daxil olmuş və onlar əməliyyat qrupunun digər üzvləri ilə birlikdə onun olması ehtimal olunan əraziyə, yəni Bakı şəhəri, Binəqədi rayonuna getmişlər. 03 mart 2024-cü il 5 tarixdə saat 22:30-da ünvan 6 ünvanının yaxınlığında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan bir nəfər şəxsin olduğunu müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib, polis əməkdaşları olduqlarını bildirib, ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bu zaman həmin şəxsə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu barəsində qəbul edilmiş qərarla tanış etdmiş və onu Azərbaycan Respublikası DİN-in BMCMİ-nin inzibati binasına dəvət etmişlər. O da etiraz etmədən onlarla Azərbaycan Respublikası DİN-in BMCMİ-nin inzibati binasına gəlmişdir. Azərbaycan Respublikası DİN-in BMCMİ-nin inzibati binasının xidməti otaqlarının birində Baş İdarənin təhqiqatçısı Fəan Süleymanov tərəfindən həmin şəxs müdafiəçi ilə təmin olunaraq, hüquq və vəzifələri izah edilmiş və bundan sonra videoçəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçiriləcəyi izah edilmişdir. Bundan sonra 03 mart 2024-cü il tarixdə saat 00 radələrdə BMCMİ-nin inzibati binasında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmasına başlanmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edilərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirib, əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən “qurudulmuş marixuana” adı ilə tanıdığı 07 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütləni, həmin gödəkçənin sol qolunda olan cibdən 03 ədəd sellofan bükümdə olan narkotik vasitə kokainə oxşar maddəni, həmin gödəkçənin sağ yan cibindən 2 manat pulunu, sol qolunda olan 01 ədəd qol saatını, əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd ev açarını və 01 ədəd “İphone” markalı mobil telefonunu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üstündən digər əşya və predmetlər aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əşya və predmetlərə ardıcıllıqla baxış keçirilməyə başlanmışdır. İlk olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi 07 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütləyə baxış keçirilmişdir. Baxış zamanı həmin kütlələrin 03 ədədi açıldıqda onların hər birinin içərisində yaşıl rəngli, ot şəkilli, xüsusi spesifik iyə malik olan qurudulmuş marixuanaya oxşar kütlə olması aşkar edildi. Daha sonra həmin 07 ədəd şəffaf sellofan paketdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd sellofan bükümdə olan narkotik vasitə kokainə oxşar maddəyə baxış keçirilmişdir. Baxış zamanı həmin sellofan bükümlərin 01 ədədi açıldıqda içərisində ağ rəngli, bərkimiş, lakin əl vurulduqda toz formalı olan, xüsusi spesifik iyə malik olmayan narkotik vasitə kokainə oxşar maddə olması aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi həmin 03 ədəd sellofan bükümdə narkotik vasitə kokainə oxşar maddə 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənmiş və ayrı-ayrılıqda olan hər iki zərf iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs məxsus olan “İphone” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 manat pulu hər hansı bir qanunazidd yolla əldə etmədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 manat pul, 01 ədəd ev açarı və 01 ədəd qol saatı iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə və maddələri təxminən 5 gün əvvəl “zaklatka” adlandırdığı proses nəticəsində Bakı şəhəri, Xətai rayonu, H.Aslanov metrostansiyasının yaxınlığından əldə etdiyini, bu narkotik vasitəyə oxşar kütlə və maddələri “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə əlaqə saxladığı, anket məlumatlarım bilmədiyi “Renat” adı ilə tanıdığı şəxsdən əldə etdiyini, bunun müqabilində həmin şəxsə “M10” mobil tətbiqi vasitəsilə təxminən 800 manat pul göndərməsini, pulu ona ödədikdən sonra həmin şəxsin Bakı şəhəri, Xətai rayonu, H.Aslanov metrostansiyasının yaxınlığında yerləşdirdiyi yerdən bu narkotik-vasitəyə oxşar kütlə və maddələri əldə etdiyini, həmin kütlə və maddələrin narkotik vasitələr olmasını, adlarını “qurudulmuş marixuana” və “kokain” olaraq bildiyini, həmin maddələri şəxsi istifadə etmək və satış məqsədi ilə əldə edib üzərində gəzdirdiyini, bundan öncə kimlərəsə narkotik vasitə və ya psixotrop maddələrdən satdığını bildirmişdir. Təqsirləndirilən şəxs özünün də narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etdiyini bildirmişdir. Məhkəmədə elan olunub araşdırılıb cinayət işinin materiallarına əlavə olunmuş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 04 mart 2024-cü il tarixli məhkəmə-bioloji ekspertizasının 3-16-16/2-7/360 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 07 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə” yazılar və imzalar olan kağız paketdə 7 (yeddi) ədəd ağız hissələri bağlanan şəffaf polietilen paketlərdə ayrı-ayrılıqda təmiz çəkiləri-1,74 qram; 1,30 qram 1,31 qram; 1,82 qram; 1,33 qram; 1,63 qram; 1,94 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə-qurudulmuş marixuanalardır. Həmin marixuanaların ümumi çəkisi-11,07 qramdır. Təqdim olunmuş 7(yeddi) ədəd paketlərdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: Marixuanaların ümumi çəkisi-11,07qram (1-7№-li ob.), tədqiqata istifadə olundu cəmi -0,14qram(hər obyektdən 0,02qram), qalıq -10,93qram Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 04 mart 2024-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının 3-16-16/2-6/1297 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №6”-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üstündən aşkar olumuş narkotok vasitə kokainə oxşar maddə.... Təqsirləndirilən şəxs(imza) ” yazısı və imzalar olan paketidəki 3(üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,374 qram, 0,983 qram, 0,333 qram ümumi təmiz çəkisi 1,690 qram ağ rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-kokaindir. Qeyd: kokainin ümumi təmiz çəkisi: 1,690 qr, sərf edildi: ümumi 0,09qr, qalıq: 1,600qr. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 05 mart 2024-cü il tarixli, 1488 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür.” Həmin rəydə deməsinə görə, narkotik vasitə marixuanadan istifadə etdiyini bildirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “ Məhkəmə Tibbi Ekspertiza və X7” X9 daxil olmuş 18 mart 2024-cü 948/K nömrəli rəyində göstərilmişdir ki, “Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannaboind” aşkar edildi. Barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aod olan metamfetamin və amfetamin, fenotiazin,1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi.” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X7” X9 daxil olmuş 05 aprel 2024-cü il tarixli, 147/MEŞ nömrəli rəyində göstərilmişdir ki, “Təqsirləndirilən şəxs bədən səthində hər hansi bir xəsarət və ya xəsarət izi aşkar edilmədi.” 04 mart 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində 04 mart 2024cü il tarixdə saat 00:23-də şəxsi axtarış və götürmə prosesi aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edilərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirib, əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən “qurudulmuş marixuana” adı ilə tanıdığı 07 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütləni, həmin gödəkçənin sol qolunda olan cibdən 03 ədəd sellofan bükümdə olan narkotik vasitə kokainə oxşar maddəni, həmin gödəkçənin sağ yan cibindən 2 manat pulunu, sol qolunda olan 01 ədəd qol saatını, əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd ev açarını və 01 ədəd “İphone” markalı mobil telefonunu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üstündən digər əşya və predmetlər aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əşya və predmetlərə ardıcıllıqla baxış keçirilməyə başlanmışdır. İlk olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi 07 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütləyə baxış keçirilmişdir. Baxış zamanı həmin kütlələrin 03 ədədi açıldıqda onların hər birinin içərisində yaşıl rəngli, ot şəkilli, xüsusi spesifik iyə malik olan qurudulmuş marixuanaya oxşar kütlə olması aşkar edildi. Daha sonra həmin 07 ədəd şəffaf sellofan paketdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd sellofan bükümdə olan narkotik vasitə kokainə oxşar maddəyə baxış keçirilmişdir. Baxış zamanı həmin sellofan bükümlərin 01 ədədi açıldıqda içərisində ağ rəngli, bərkimiş, lakin əl vurulduqda toz formalı olan, xüsusi spesifik iyə malik olmayan narkotik vasitə kokainə oxşar maddə olması aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi həmin 03 ədəd sellofan bükümdə narkotik vasitə kokainə oxşar maddə 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənmiş və ayrı-ayrılıqda olan hər iki zərf iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs məxsus olan “İphone” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 manat pulu hər hansı bir qanunazidd yolla əldə etmədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 manat pul, 01 ədəd ev açarı və 01 ədəd qol saatı iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə və maddələri təxminən 5 gün əvvəl “zaklatka” adlandırdığı proses nəticəsində Bakı şəhəri, Xətai rayonu, H.Aslanov metrostansiyasının yaxınlığından əldə etdiyini, bu narkotik vasitəyə oxşar kütlə və maddələri “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə əlaqə saxladığı, anket məlumatlarım bilmədiyi “Renat” adı ilə tanıdığı şəxsdən əldə etdiyini, bunun müqabilində həmin şəxsə “M10” mobil tətbiqi vasitəsilə təxminən 800 manat pul göndərməsini, pulu ona ödədikdən sonra həmin şəxsin Bakı şəhəri, Xətai rayonu, H.Aslanov metrostansiyasının yaxınlığında yerləşdirdiyi yerdən bu narkotik-vasitəyə oxşar kütlə və maddələri əldə etdiyini, həmin kütlə və maddələrin narkotik vasitələr olmasını, adlarını “qurudulmuş marixuana” və “kokain” olaraq bildiyini, həmin maddələri şəxsi istifadə etmək və satış məqsədi ilə əldə edib üzərində gəzdirdiyini,bundan öncə kimlərəsə narkotik vasitə və ya psixotrop maddələrdən satdığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs özünün də narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etdiyini bildirmişdir. Şəxsi axtarış 04 mart 2024-cü il tarixdə saat 00:43-də başa çatmışdır. Şəxsi axtarış və götürmə videoçəkiliş ilə həyata keçirilmiş və videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Həmin 01 ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkiləri 10,93 qram olan narkotik vasitə qurudulmuş marixuana və 1,600 qram olan narkotik vasitə kokain maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs götürülmüş “İphone” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı həmin telefonun “Vatsapp” ani mesajlaşma tətbiqində “Renatzzz” adı altında qeydə alınmış +**********01 mobil nömrə istifadəçisi ilə 03 mart 2024-cü il tarixində SMS mətnlərinin qeydə alınması müəyyən edilmişdir. Belə ki, “Renatzzz” adı altında qeydə alınmış +**********01 mobil nömrə istifadəçisi ilə SMS mətnlərinin hər birinə ayrı-ayrılıqda baxış keçirilmişdir. Həmin mesajlar aşağıdakı kimidir: >Axsamin xeir qaqa necesen? (Yazı Təqsirləndirilən şəxs) >Hervaxtin xeyr brat sagol sen necesen . (Yazı Renatzzzdan) >Sukur allaha yaxsiyam cox sagol qaqa. (Yazı Təqsirləndirilən şəxs) >Qaqa hazir adress var ot? ( Yazı Təqsirləndirilən şəxs) >Yoxdusa belə atsalar gec alınar texmini? (Yazı Təqsirləndirilən şəxs) >Sabah olacaq insAllah ot qutarib (Yazı Renatzzzdan) >Hecne qaqa coox sagol gecen xeire Bagisda narayat eledim (Yazı Təqsirləndirilən şəxs) “Whatsapp” ani mesajlaşma tətbiqində “Renatzz” adı altında qeydə alınmış şəxs barədə verilmiş suala cavab olaraq Təqsirləndirilən şəxs 21 may 2024-cü il tarixdə vermiş olduğu ifadəsində bildirmişdir ki, həmin şəxs, istintaqa vermiş olduğu ifadəsində göstərdiyi “Renat” adlı şəxsdir, narkotik vasitə qurudulmuş marixuana istifadə etdiyinə görə “Renat” adlı şəxsdən narkotik vasitə marixuana istəyirmiş, “Ot” dedikdə narkotik vasitə qurudulmuş mariuxananı nəzərdə tuturmuşdur. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs götürülmüş “İphone” markalı mobil telefonun maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** mobil nömrələrinə 01 yanvar 2023-cü il tarixdən 05 mart 2024-cü il tarixədək daxil olan və çıxan zənglərdən çıxarışlara dair məlumatlara telefon danışıqlarına dair məlumatlara baxış keçirilərək aşağıdakı məzmunda SMS yazışmaları olmuşdur: xx/xx/2024, 21:48:02, **********66, **********33, “Brat qadanalim deyersen ayri ayri qoysunda 2 ni biryerde yox”; Aşkar olunmuş SMS yazışması ilə bağlı verilmiş suala cavab olaraq Təqsirləndirilən şəxs 21 may 2024-cü il tarixdə vermiş olduğu ifadəsində həmin şəxsin Sərxan adlı dostu olduğunu, Sərxan ilə birlikdə narkotik vasitə qurudulmuş marixuana istifadə etmək üçün Sərxanın ona yuxarıda qeyd edilən məzmunda mesaj ünvanladığını, Sərxanla birlikdə arasıra narkotik vasitə istifadə etdiyinə görə onunla yenidən narkotik vasitə qurudulmuş marixuana istifadə etmək üçün Renat adlı tanışından narkotik vasitə qurudulmuş marixuana əldə edəcəyini, SMS yazışmasının olduğu günü Renat adlı şəxsə müraciət edərək narkotik vasitə lazım olduğunu bildirdiyini, Renat isə ona narkotik vasitəni qoyduğu ünvanı bildirdiyini, bundan sonra o Sərxan adlı tanışına narkotik vasitənin olduğu yeri bildirdiyini, Sərxanın isə həmin yerə gedərək narkotik vasitəni götürdüyünü, sonra Sərxan onun yanına gələrək götürdüyü narkotik vasitə qurudulmuş marixuananı istifadə etdiklərini, əldə etdikləri narkotik vasitənin Sərxan adlı dostu ilə birlikdə ödədiyini bildirmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalardan İdarəsindən daxil olmuş 15 may 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən işgəncələrə və digər qanunsuzluğa yol verilmədiyi müəyyən olunduğu üçün material üzrə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri araşdırmış, müdafiə tərəfi ittihamı mübahisələndirdiyi hissələrdəki mövqeyini ona qarşı ibtidai istintaq zamanı fiziki zorakılıq edilməsi ilə əlaqələndirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ifadələrində narkotik vasitə istifadəçisi olduğunu, lakin ittihamda göstərilən narkotik vasitənin ona aid olmadığını, narkotik vasitənin satışı ilə məşğul olmadığını, polis əməkdaşlarının ona zor tətbiq etməsi səbəbindən narkotik vasitəni boynuna götürdüyünü göstərdi. Məhkəmədə Təqsirləndirilən şəxs bu ifadələri onun Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi qismən etirafedici ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, həmin protokola əlavə edilmiş 01 ədəd DVD disk, şahid ifadələri, 04 mart 2024-cü il tarixli məhkəmə-bioloji ekspertizasının 3-16-16/2-7/360 nömrəli rəyi, 04 mart 2024-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının 3-16-16/2-6/1297 nömrəli rəyi, ambulator məcburinarkoloji tibbi yoxlamanın 05 mart 2024-cü il tarixli, 1488 nömrəli rəyi, “Məhkəmə Tibbi Ekspertiza və X7” X9 daxil olmuş 18 mart 2024-cü 948/K nömrəli rəyi, “ Məhkəmə Tibbi Ekspertiza və X7” X9 daxil olmuş 05 aprel 2024-cü il tarixli, 147/MEŞ nömrəli rəyi, “İphone” markalı mobil telefona baxış protokolu və ona əlavə edilmiş fotoşəkillər, "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarına dair məlumatları özündə əks etdirən diskə baxış keçirilməsi protokolu və 01 ədəd CD disk, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalardan İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı və işin digər faktiki halları ilə müqayisəli təhlil olunduqda onun bu ifadələri öz müdafiəsinə yönəlmiş və işin faktiki halları ilə uzlaşmıyan ifadələr kimi qiymətləndirir. Bu səbəbdən məhkəmə, onun ibtidai istintaq zamanı 05 mart 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadəsini həqiqətə və işin faktiki hallarına uyğun hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona fiziki təsir göstərilməsi ilə bağlı olan ifadələri araşdırılarkən öz təsdiqini tapmadı. Məhkəmənin bu mövqeyi Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalardan İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı baxımından da əsaslıdır. Belə ki, həmin qərara əsasən, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən işgəncələrə və digər qanunsuzluğa yol verilmədiyi müəyyən olunduğu üçün material üzrə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilmişdir. Belə ki, məhkəmə bu hallarla bağlı qeyd edir ki, təqsirləndirilən şəxs sərbəst ifadə vermək hüquna malikdir. O, bilə-bilə yalan xəbərçilik etməkdən başqa özünün müdafiəsi üçün göstərdiyi hallara görə məsuliyyət daşımır. O, xəbərçilik etdikdə isə bunu təsdiq edən sübutları da təqdim etməlidir. Əks halda özündə dəqiq faktı nəzərdə tutmayan məlumatın əsassız olaraq yoxlanılması hüquq müstəvisinə çıxarılardı. Bu da hüququ müəyyənlikdən “in abstrakto”-ya, yəni mücərəddiyə, qeyri-müəyyənliyə çevirərdi. Buna isə qanunla yol verilmir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni satış məqsədiylə əldə etmə, saxlama, daşımada təqsirli bilinməlidir. Bundan başqa istintaq orqanı Təqsirləndirilən şəxs elan olunmuş ittihamda həmin əməllərin onun tərəfindən tamah niyyəti ilə törədildiyini göstərmişdir. Məhkəmə qeyd edir ki, satış məqsədi dedikdə maddi və qeyri-maddi mənfəət əldə edilməsini ehtiva edir. Buradan da göründüyü kimi satış məqsədi tamah niyyətini də əhatə edir. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan «tamah niyyəti ilə» sözlərinin xaric edilməsini əsaslı sayır və ittihamdan xaric edir. Məhkəmə, yuxarıda təsvir olunan sübutlar əsasında Təqsirləndirilən şəxs sübuta yetirilən ictimai təhlükəli əməllərini qəsdən törətməsi qənaətinə gəlib onun təqsirli bilib və onun əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirildiyi cinayət əməllərini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əməllərə görə görə həmin maddələrdə nəzərdə tutulan qaydada cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməllərin cinayət olmasını aradan qaldıran hal, cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 186 ( yüz səksən altı ) manat xərclənməsi müəyyən olundu. Məhkəmə bu məbləğin dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, ekspertizasının keçirilməsinə sərf edilmiş 186 ( yüz səksən altı ) manat vəsaitin Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılmasını əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün DİN BMCMİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi 10,93 qram narkotik vasitə qurudulmuş marixuana və 1,600 qram narkotik vasitə kokainin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilməsini, şəxsi axtarış və götürmə aparılması əks olunan 01 ədəd rəqəmsal video disk (DVD-R) və "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılmasını və Təqsirləndirilən şəxs məxsus 01 ədəd “İphone” markalı mobil telefonun onun iradəsinə uyğun olaraq yaxın qohumlarına qaytarılmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış psixotrop maddənin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, hazırkı iş üzrə 03 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, 05 mart 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilib, həmin tarixdə də barəsində həbs qətimkan tədbiri seçilib hazırkı vaxta qədar həbsdə saxlanılır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən həmin halı nəzərə alır. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi ibtidai istintaq zamanı təqsirli bilindiyi əməlin törədilməsi halları barəsində etirafedici ifadələr verməsi və əvvəllər məhkum olunmaması müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli olduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib, araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 05 mart 2024-cü il tarixli, 1488 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür.” Həmin rəydə deməsinə görə, narkotik vasitə marixuanadan istifadə etdiyini bildirmişdir. Məhkəmə, ekspertiza rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsini və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 03 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına məhkəmə kimyəvi ekspertizasının keçirilməsinə sərf olunmuş 186 (yüz səksən altı) manat vəsait Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Məhkəmə ekspertizasının keçirilməsinə sərf edilmiş vəsait Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün DİN BMCMİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10,93 qram narkotik vasitə olan qurudulmuş marixuana və 1,600 qram narkotik vasitə kokain sərbəst dövriyyəsi qadğan olunmuş əşyalar kimi məhv edilsin, 01 ədəd “İphone” markalı mobil telefon təqsirləndirilən şəxsin iradəsinə uyğun olaraq yaxın qohumlarına qaytarılsın, şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 (bir) ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-1856/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1856/2024
23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver