Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1856/2025 20.02.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), X9 və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs1 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 5 iyul 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi qaydada əməklə məşğul olmuş, Bakı şəhəri ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (Fin:xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2 və 126.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 20 fevral 2026-cı il tarixdə, saat 12:45-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs 12 aprel 2025-ci il tarixdə, saat 21 radələrində Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsi ev 15, mənzil 3 ünvanında qardaşı Şahid4 və qonşusu Şahid3 ilə birlikdə yemək yeyib bir qədər spirtli içki qəbul etdikdən sonra evin həyətində qardaşı Şahid4lə Şahid3 mübahisə etdiklərini görüb onları sakitləşdirərkən Şahid4 onu təhqir edərək üzünə sillə ilə vurmasından hiddətlənərək yaşadığı mənzildən müəyyən edilməmiş bıçağı götürüb Şahid4 üzərinə gedərkən sonuncunun yetkinlik yaşına çatmayan övladı xx xxxxxxxx 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs1 onun qarşısına keçib onları ayırmaqla qanunsuz hərəkətlərinin qarşısını almağa çalışarkən bıçağı Zərərçəkmiş şəxs1 yönəldərək məhz ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar sonuncuya ailə üzvlərinin gözü qarşısında onlara xüsusi əzab verdiyini dərk etməklə həmin bıçaqla bir dəfə Zərərçəkmiş şəxs1 zərbə vuraraq qarının ön divarının bir ədəd daxilə nüfuz edən deşilmişkəsilmiş yarasından ibarət həyat üçün təhlükəli olan xəsarət yetirməklə, habelə daha sonra kriminal davranışlarını davam etdirib onu sakitləşdirməklə ictimai borcunu yerinə yetirən digər qardaşı oğlu Zərərçəkmiş şəxs2 da ailə üzvlərinin gözləri qarşısında onlara xüsusi əzab verdiyini dərk etməklə müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək bıçaqla bir dəfə vurub sonuncuya daxili qanaxma ilə müşayiət olunan qarının ön divarının bir ədəd daxilə nüfuz edərək köndələn çənbər bağırsağı zədələyən deşilmişkəsilmiş yarası kimi həyat üçün təhlükəli olan xəsarətlər yetirməklə xüsusi amansızlıqla iki şəxsin Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Tərəflərin bildirdiyi və təqdim etdiyi işin halları və dəlilləri:
2. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2 və 126.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, qardaşı Elmanla qonşu Elçin mübahisə edərkən aşağı düşüb sonuncuları ayırmaqdan başqa hər hansı hərəkət etməmişdir. Belə ki, o, qardaşı Elman və qonşu Elçinlə birlikdə təxminən bir litr spirtli içki olan araq içib yemək yedikdən sonra ikinci mərtəbədə yerləşən yaşadığı evin otaqlarından birinə istirahət üçün qalxmış, lakin mübahisə səslərini eşidib aşağı düşərək onları ayırmağa çalışmışdır. Qardaşı təhqiramiz ifadə işlətdikdə ona etiraz etmişdir. Qardaşının övladları olan Fərid və Elnurun özlərini necə vurmalarını, eləcə də onların özlərinə xəsarət yetirmə səbəbini bilməmiş, belə halların əvvəllər baş verməsini görməmişdir. Qardaşı Elman Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsindəki həyət evində, özü isə qardaşından təxminən üç metr məsafədə yerləşən bina evində yaşamışdır. Qardaşı Elmanın övladları Fərid və Elnurun əvvəllər özlərinə xəsarət yetirməsi və ya onların özlərini öldürmək istəməsi kimi hallar baş verməmiş, eləcə də sonuncuların hər hansı psixi xəstəlikləri olmamışdır. Qardaşı Elmanın qonşu Elçinin ünvanına təhqiramiz ifadələr işlətməsinə görə qardaşına etiraz etmiş, belə etdikdə oradan kənarlaşdırılmışdır. İbtidai istintaq zamanı verdiyi sonrakı ifadəsi məhkəmədə verdiyi hazırkı ifadəsi ilə eyni məzmunda olmuş, lakin ibtidai istintaq zamanı ilkin ifadələrini təzyiq altında olduğundan fərqli formada vermiş, həmin ifadələr həqiqəti əks etdirmir. Belə ki, polis əməkdaşları əllərini çarpayıya bağlayıb belinin və ayaqlarının üzərinə çıxmış, əməliyyat olunduğundan ağrılara dözməyib ifadəsini dəyişmişdir. Qardaşı Elmanla mübahisə edərkən qardaşının övladlarının orada olduğunu görməmişdir. İbtidai istintaq zamanı dindirilərkən müdafiəçisi iştirak etməmişdir. O, qardaşı övladları Fərid və Elnura xəsarət yetirməmişdir. Hadisədən sonra işləmək üçün Rusiyaya getmək məqsədi ilə aeroporta gedərkən Fərid və Elnur xəstəxanada deyil, evdə olmuşdur.
3. Verilən sullara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, o, qardaşı Elmanla qonşu Elçinin mübahisələrinin səsini eşitməmiş, ilkin olaraq onları mübahisə edərkən görməmişdir. O, qardaşı Şahid4lə əlbəyaxa olmamış, lakin qardaşı ona sillə vurmuşdur. İbtidai istintaq zamanı ifadəsində qeyd olunmuş ölçüdə deyil, ümumilikdə qardaşı və qonşu Elçinlə birlikdə təxminən bir litr spirtli içki araq içmişlər. İbtidai istintaq zamanı verdiyi sonuncu ifadəsi doğrudur, bütün ifadələrinin sonunda əlyazma ilə yazılmış həmin ifadələrin doğru olması və imzası ilə təsdiq etməsinə dair sözlər onun tərəfindən icra edilmişdir. Sonda Təqsirləndirilən şəxs hər hansı cinayət əməli törətmədiyini, qardaşı övladlarına hər hansı bıçaqla hər hansı zərbə vurmadığını, qardaşı arvadı Gülnar Mustafayeva ilkin olaraq ibtidai istintaq zamanı onun hazırkı cinayət əməllərini törətməsinə dair ifadə verməsinə baxmayaraq, ona əleyhinə hər hansı ifadə vermədiyini bildirdiyini, ümumiyyətlə işləmək məqsədi ilə aeroporta gedərək ölkəni tərk etmək istəyərkən onun axtarışda olmasına dair məlumatının olmadığını, hər hansı polis tərəfindən istintaqa dəvət edilmədiyini və heç bir təqsirinin olmadığını bildirərək məhkəmədən ona bəraət verilməsini xahiş etdi.
4. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisi X5 iştirakı ilə 23 aprel 2025-ci il tarixdə şübhəli və 25 aprel 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr məhkəmədə elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrdə özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə məhkumluğu olmuşdur. Evlidir, fiziki, xroniki və ya psixi-ruhi xəstəliklərdən əziyyət çəkmir. Şahid4 onun doğma qardaşı, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 isə onun qardaşı Elmanın oğlanlarıdır. Onların hər biri ilə aralarında normal münasibətlər vardır, heç biri ilə ədavəti və ya düşmənçiliyi olmamışdır. Onlar ailə olaraq qonşu evlərdə yaşamışlar. Elçin adlı şəxs isə onların qonşusudur və onunla yaxın münasibətləri var, aralarında heç vaxt ədavət və ya düşmənçilik olmamışdır. 12 aprel 2025-ci il tarixdə, saat 19-20 radələrində o, qardaşı Şahid4, sonuncunun oğlu Zərərçəkmiş şəxs2 və qonşuları Elçin adlı şəxslə birlikdə yaşadıqları evdə şam etmişdir. Bu zaman qonşu Elçin evdən çıxıb üç ədəd 750 ml-lik araq və bir ədəd 2 litrlik pivə almış, onlar da birlikdə içərək sərxoş olmuşlar. Daha sonra Elçinlə Elman arasında mübahisə yaranmışdır. Əvvəl Elçin həyətə çıxmış, o isə ikinci mərtəbəyə yatmağa getmişdir. X24 evin həyətindən bayıra çıxaraq, sözlü mübahisəni davam etdirmişlər. Elmanın Elçini təhqir etdiyini eşitdikdə o, səs-küylə aşağı düşmüş və Elmangilin yanına gedərək onları ayırmağa çalışmışdır. Həmin vaxt ətrafdakı qonşular Elçini oradan aparmışdır. O, Elmanla evin həyətinin giriş qapısı qarşısında, yəni küçədə durmuşlar, lakin Elman qəflətən onun sifət nahiyəsinə bir neçə dəfə sillə vuraraq “Öz işinlə məşğul ol" demiş, bundan sonra o və Elman əlbəyaxa olmuşlar, mübahisə zamanı Elman və o bir-birilərinə sillələr vurmuşlar. Sonra o, əsəblərini cilovlaya bilməyərək yaşadığı evə qalxmış, evdən bıçaq götürərək qardaşı Elmana istiqamətləyərək yerimişdir. Lakin Elmanın oğulları Elnur və Fərid, həmçinin qonşular onların arasına girərək ayırmağa çalışmışlar. O, çox əsəbi olduğundan ilk dəfə bıçaqla Elnurun qarın nahiyəsindən vurmuşdur. Elnur götürülüb anasının evinə aparıldıqdan sonra Fərid ona mane olmağa çalışdığından Fəridi də bir dəfə qarın nahiyəsindən bıçaqla vurmuşdur. Daha sonra o, etdiyi əməlləri dərk etdiyi üçün əlinə aldığı bıçağı xatırlamadığı yerdə atmış və bundan sonra qonşular onu kənara aparmışdır. Hadisə zamanı özü heç bir xəsarət almamışdır. İstifadə etdiyi bıçağı evdən götürmüş, bıçaq mətbəx bıçağı olmuşdur. Hadisə zamanı qardaşı oğlu Emilin əlinə xəsarət yetirdiyini xatırlamır. Onların mübahisəsi təxminən 20-25 dəqiqə davam etmişdir (Cild 1, iş vərəqi (bundan sonra mətndə-i.v.) 82- 83; 105-106;).
5. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəməyədək icraatın sonrakı mərhələsində məhkəmə icraatı zamanı da onun hüquqlarını müqavilə əsasında müdafiə etmiş müdafiəçisi Müdafiəçi iştirakı ilə 3 oktyabr 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadəsində məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə versə də müəyyən ziddiyyətlərin olması müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, o, 12 aprel 2025-ci il tarixdə, saat 19 radələrində onunla eyni küçədə üzbəüz yaşayan qardaşı Şahid4 evinə getmişdir. Evə daxil olarkən qardaşı Şahid4 və qonşuluqda yaşayan Şahid3 süfrədə əyləşərək yemək yeyirdilər. Həmin zaman süfrədə spirtli içki də var idi. Lakin onların ondan əvvəl spirtli içki içib-içməmələrini dəqiq xatırlamır. Bundan sonra onlar birlikdə 3 ədəd 0,750 litrlik araq içmiş, araq bitdikdən sonra o, evinə getmişdir. Evdə uzanıb dincələn zaman qardaşıgilin həyətindən səs-küy gəldiyini eşitmiş, həyətə düşdükdə qardaşı Elmanın qonşuluqda yaşayan Şahid3 ağır ifadələrlə təhqir etdiyini görmüşdür. O, onları ayırmağa çalışmış, qardaşını sakitləşdirməyə çalışaraq “Ayıbdır, camaat eşidir, söyüş söymə” demişdir. Bundan sonra Elman ona da əl atmış və onu da təhqir etmiş, Elçin isə çıxıb getmişdir. Onunla qardaşı arasında mübahisə isə davam etmişdir. Onunla qardaşı arasındakı mübahisəni xatırlamadığı qonşulardan bir neçəsi ayırmağa çalışmışdır. O, aranın sakitləşməsi üçün qarşı küçəyə keçmiş, daha sonra eşitmişdir ki, qardaşı uşaqları hər ikisi özlərinə bıçaqla xəsarət yetirmişlər. Müstəntiqinin dindirilmiş Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Qanuni nümayəndə və X7 və Zərərçəkmiş şəxs2 özlərinə xəsarət yetirmələri zamanı onunla qardaşı Şahid4 arasında mübahisənin davam etməsini, məhz onların mübahisələrinə son qoyulması üçün Elnur və Zərərçəkmiş şəxs2 özlərinə xəsarət yetirmələrini bildirmələrini, lakin onun isə ifadəsində Elnur və Fərid özlərinə xəsarət yetirən zaman artıq orada olmamasını bildirməsini qeyd etməsi ilə yaranmış ziddiyyətlə bağlı sualına cavabda Təqsirləndirilən şəxs içkili olduğuna görə hadisələrin necə cərəyan etməsini dəqiq xatırlamadığını göstərmişdir. Bundan başqa müstəntiqin əgər qardaşı oğlanlarını bıçaqla vurmamamışdırsa nə üçün istintaqa ifadə vermək üçün Qaradağ Rayon Polis İdarəsinə gəlməməsi və əksinə ölkə hüdudlarını tərk etmək istəyən zaman tutulması barədə sualına cavab olaraq Təqsirləndirilən şəxs onu Qaradağ Rayon Polis İdarəsinə dəvət etsələr də törətmədiyi iş üçün polisə getməyəcəyini bildirdiyini göstərmişdir (Cild 1, i.v. 260- 261;).
6. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
7. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.
8. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək göstərdi ki, atası Elman, əmisi Telman və qonşu Elçin onların evinin həyətində olmuş, Elçin içki alıb içməyi təklif edərək araq və pivə alıb gətirmiş, onlar da içməyə başlamış, onun özü isə ancaq pivə içmişdir. Bir müddət keçdikdən sonra əmisi Təqsirləndirilən şəxs evin ikinci mərtəbəsinə dincəlmək üçün çıxmış, əmisi Telmanla 26 aprel 2025-ci il tarixdə Rusiya Federasiyasına qardaşının yanına işləmək üçün getməyi planlaşdırmış, əmisi ilə yuxarı mərtəbədə söhbət etmişlər. O, səs-küy eşidib evə daxil olarkən atası Elmanla qonşu Elçinin mübahisə etdiyini görmüşdür. Elçini evdən çıxararaq hamının içkili olduğunu, çıxıb getməsini bildirmiş, atası təhqiramiz ifadələr işlətməyə başladığından Elçin çöldən onun dediklərini eşidib geri qayıdıb atasına söz demək istəmiş, bu zaman əmisi ikinci mərtəbədən aşağı gəlib atasına söyüş söyməməsini təklif etmişdir. Bundan sonra atası əmisinə sillə vurmuş və aralarında münaqişə (tutaşma) yaranmışdır. Atası və əmisi çox içdiklərindən özlərində olmamışdır. Əmisi onların yanına aranı sakitləşdirmək üçün gəlmişdir. O, əmisini ikinci mərtəbəyə aparmış, lakin onları yenə də sakitləşdirmək mümkün olmamışdır. O, ikinci mərtəbəyə çıxıb üzərinə bıçaq qoyub aşağı gəlmiş, ara sakitləşməsə özünə bıçaqla zərbə yetirməyi düşünmüşdür. Beləliklə, ara sakitləşmədiyindən özünə bıçaqla zərbə yetirərək “bunu istəyirdiniz” demiş, bir dəqiqə sonra huşunu itirmiş və xəstəxanaya aparılmışdır. Xəstəxanada olarkən cərrah polis olmadığını, onu kiminsə vurub-vurmadığını və ya özü-özünə vurub-vurmamasını soruşmuş, o da həmin vəziyyətdə özünə zərbə vurduğunu bildirmişdir. Əməliyyat olunduqdan sonra müstəntiq və əməliyyat müvəkkili olan polis əməkdaşı yanına gəlib beş nəfərin adını çəkərək ona kim tərəfindən xəsarət yetirildiyini soruşmuşdur. O da polis əməkdaşlarına onu kiminsə vurmadığını, özü-özünə xəsarət yetirdiyini bildirmiş, lakin onlar məhləsindəki bütün şəxsləri tutacaqlarını deyərək onu kimin vurduğunu təkidlə soruşmuşlar. Daha sonra ona “Necə oğlansan anan polis bölməsindədir, qardaşın bu vəziyyətdədir” kimi ifadələr işlətmişdir. Polis əməkdaşları 17 yaşlı qardaşına təzyiq göstərmiş, ona sillə vurmuşdur. Bununla bağlı “102” polis zəng xidmətinə şikayət etmiş, nəticədə Qaradağ Rayon Polis İdarəsinin müstəntiqi Sənan Quliyev dəyişdirilmişdir. Daha sonra Qaradağ Rayon Polis İdarəsinə dəvət edilib izahatı alınarkən yenə də özü-özünə xəsarət yetirdiyini, yalan danışmadığını bildirmiş, lakin polis əməkdaşları ona yalan danışdığına görə əmisi Təqsirləndirilən şəxs daha ağır ittiham verəcəklərini, anası və qardaşını isə yalan danışdıqlarına görə həbs olunacağını bildirmişlər. Qeyd olunanlara görə məcbur olub ifadəsini imzalamışdır. İlk dəfə hadisədən 2-3 gün sonra Qaradağ Rayon Polis İdarəsinə getmiş, ikinci dəfə həmin idarəyə gedərkən verdiyi ifadələr qeyd edilməmiş, yanlış ifadələr yazılmışdır. O, əmisi Telmanla ata-bala münasibətində olmuş, əmisinin onu bıçaqla vurması mümkün deyildir. O, ümumilikdə Qaradağ Rayon Polis İdarəsinə 3 dəfə dəvət olunmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadələr həqiqəti əks etdirmədiyindən həmin ifadələri təsdiq etmir. Məhkəmə-tibbi ekspertiza zamanı özünə xəsarət yetirdiyini bildirmiş, müstəntiq əmisinin işgəncə gördüyü videosunu ona göstərdiyindən dözməyib etirafedici məzmunda ifadə vermişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs2 əmisi Təqsirləndirilən şəxs hər hansı cinayət əməli törətmədiyini, sonuncu ona qarşı hər hansı cinayət əməli törətmədiyinən barışmağa ehtiyac duymadığını, ümumiyyətlə əmisindən hər hansı şikayət və tələbi olmadığını bildirərək məhkəmədən təqsirləndirilən şəxs barəsində bəraətverici hökm çıxarılmasını xahiş etdi.
9. Zərərçəkmiş şəxs2 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı 23 aprel 2025-ci il tarixdə, saat 16:00-dan saat 16:45-dək verdiyi ifadəsi arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadə elan edilərək tədqiq edilmiş və Zərərçəkmiş şəxs2 həmin ifadəsində göstərmişdir ki, atası Şahid4, əmisi Təqsirləndirilən şəxs və qonşuluqda yaşayan Elçin ilə birlikdə yemək yemiş, bu zaman qonşu Elçin atasına demişdir ki, “gedim araq alım”. Onlar üç butulka araq içib sərxoş olmuşdur. Sonra qonşuları Elçin atası Elmanla mübahisə etməyə başlamışdır. Qonşusu Elçin həyətə çıxmış, əmisi Telman ilkin olaraq ikinci mərtəbəyə yatmağa getmişdir. Həmin vaxt atası Elmanla qonşusu Elçin evin həyətindən bayıra çıxaraq mübahisə etməyə başlamış, bu zaman atası qonşu Elçini təhqir etmişdir. Səs-küyə əmisi Telman aşağı düşmüş və onların yanına gedərək sonuncuları ayırmağa çalışmışdır. Ətrafdakı qonşular Elçini oradan aparmışdır. Evin həyətinin giriş qapısının qarşısında, yəni küçədə atası Elman və əmisi Telman qalmışdır. Həmin vaxt atasının öz qardaşına sillə vuraraq “öz işinlə məşğul ol” dediyini, bununla da iki qardaşın əlbəyaxa olduğunu, yəni bir-birləri ilə dava-dalaş etməyə, yumruq və sillə zərbələri ilə bir-birini vurmağa başladıqlarını görmüşdür. Bu zaman əmisi ikinci mərtəbəyə qalxıb bıçaq götürmüş, o da əmisinin arxası ilə ikinci mərtəbəyə qalxıb Telmanın əlindəki bıçağı qırıb almışdır. Sonra əlini sarımaq üçün evə girmiş, əlini sarıyıb aşağı evin həyətinin qarşısına, küçəyə çıxmış və orada yenidən atası ilə əmisinin mübahisə etdiyini və qonşuların onları ayırmağa çalışdığını görmüşdür. O, araya girib atası ilə əmisini ayırmağa çalışdığı zaman əmisi Telman əlindəki bıçaqla onun sağ qarın nahiyəsindən vurmuşdur. O, əmisi tərəfindən bıçaqlanmasını hiss etmiş, əmisi və atasına “Siz bunu istəyirdiz” deyərək yerə yıxılmış, sonradan ayılanda təcili yardım maşını içərisində olduğunu görmüşdür. Təxminən 10-15 nəfər qonşu küçədə onun əmisi tərəfindən bıçaqlanmasını görmüş, hətta onu aralamağa belə çalışmışlar (Cild 1, i.v. 45-47;).
10. Bundan başqa, Zərərçəkmiş şəxs2 məhkəməyədək icraatın sonrakı mərhələsində 21 iyul 2025-ci il tarixdə zərərçəkmiş şəxs qismində verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş və Zərərçəkmiş şəxs2 həmin ifadəsində məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə versə də müəyyən ziddiyyətlərin olması müəyyən edilmişdir. Belə ki, Zərərçəkmiş şəxs2 həmin ifadəsində göstərmişdir ki, 12 aprel 2025-ci il tarixdə, saat 19-20 radələrində yaşadığı evdə atası Elman, əmisi Telman və qoşu Elçin birlikdə spirtli içki qəbul edirdilər. O da onlarla birlikdə əyləşmiş, araq içməsə də 2-3 stəkan pivə içmişdir. Atasıgil 3 butulka 0,750 litrlik araq içmişdilər Əmisi həm atasıgillə araq, həm də onunla pivə içmişdir. Daha sonra əmisi evinə getmiş, bir qədər sonra atası da qonşu Elçini yola salmağa çıxmışdır. Lakin sonradan atası ilə Elçinin mübahisə etməsi səsini eşitmişdir. Bu zaman əmisi Telman yaşadığı bina evindən atasına sakitləşməsini bildirmiş, sonra isə aşağı düşmüşdür. Atası əmisi Telmanın da ünvanına nalayiq ifadələr səsləndirərək onu itələmişdir. Daha sonra əmisi qəzəblənib evinə qalxmış və evdən bıçaq götürüb özünü vurmaq istəmişdir. O, əmisinə mane olmuş, qardaşı Elnur və əmisi oğlanları Nihad və Murad da orada olmuş və əmisi arvadı Elnarə Mustafayevə evdə olmuşdur. Əmisinin əlindən bıçağı aldıqdan sonra əmisi yenidən aşağıya düşmüşdür. Atasını sakitləşdirmək istəsə də alınmamışdır. Bundan sonra onları ayırmaq məqsədi ilə özünü bıçaqla vuraraq xəsrət yetirmişdir. O, sağ əlindəki bıçaq ilə sağ qarın boşluğuna bıçağı vurmuşdur. Bir-iki dəqiqə ayaq üstə qaldıqdan sonra huşu getmişdir. O, qardaşı Zərərçəkmiş şəxs1 özünü vurması barədə ayılan zaman eşitmişdir. Hadisə vaxtı o özünə xəsarət yetirən zamanı “bunu istəyirdiz” deyə atasıgilə səslənmişdir. Müstəntiqin əvvəlki ifadəsində əmisi Telmanın onu bıçaqla vurduğunu, hazırda isə özü-özünə bıçaqla xəsarət yetirməsini bildirməsini, eləcə də anası Qanuni nümayəndə və qardaşı Şahid2 ilkin ifadələrində onun əmisi Təqsirləndirilən şəxs tərəfindən bıçaqla vurulmasını bildirmələri bağlı ziddiyyətlə bağlı sualına cavab olaraq Zərərçəkmiş şəxs2 ilkin ifadə verərkən ağrıları çox olduğu üçün nə ifadə verdiyini tam xatırlamadığını, müstəntiqin onu düzgün başa düşmədiyini, anası Qanuni nümayəndə və qardaşı Şahid2 isə qorxaraq yalan ifadə verdiklərini, hadisənin hazırkı ifadəsində qeyd etdiyi kimi baş verdiyini göstərmişdir. Bundan başqa, müstəntiqin əmisi Təqsirləndirilən şəxs qismində cəlb olunduqdan sonra ifadəsində törətdiyi əməli etiraf edərək özünü təqsirli bildiyi halda onun hadisə barədə fərqli ifadə verməsi ilə bağlı ziddiyyət barədə sualına Zərərçəkmiş şəxs2 əmisinin nə dediyini bilmədiyini, hadisənin necə baş verdiyini bildirdiyini göstərmişdir (Cild 1, i.v. 166- 167;).
11. Məhkəmədə yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində göstərdi ki, atası Elman, qardaşı Fərid, əmisi Telman və qonşu Elçin onların evində yemək yeyərkən o, evin digər otağında telefonla məşğul olmuşdur. Atası ilə qonşu Elçin arasında mübahisə səslərini eşidib otaqdan çıxmış, əmisi Telman spirtli içki içmiş və yatmaq üçün yuxarı mərtəbəyə qalxmışdır. Atası ilə qonşu Elçin evdən çölə çıxıb mübahisə etməyə və təhqiramiz ifadələr işlətməyə başlamış, bu zaman əmisi yuxarı mərtəbədən enib aranı sakitləşdirməyə çalışmışdır. Atası əmisinə sillə vurduğundan onlar əlbəyaxa dava etməyə başlamış, dava zamanı xalası onların arasında olmuşdur. O, qardaşı Fəridin “bunu istəyirdiniz” dediyini eşidib onun yanına getmiş, köynəyini açıb baxdıqda özünə xəsarət yetirdiyini görmüş, həmin vaxt atası, xalası və əmisi yerə yıxılmışdır. Bu zaman xalası su gətirməsini bildirmiş, o da əvvəlcədən özündə saxladığı bıçağı bostandan götürüb özünə xəsarət yetirmiş, məqsədi isə aranı sakitləşdirmək olmuşdur. Bıçaqla özünü vurduqdan sonra huşunu itirmiş, yadında qalan sadəcə əmisi oğlanlarının onu evə aparmaları olmuşdur. O, qardaşı Fəridin “bunu istəyirdiniz” ifadəsini eşidib həmin istiqamətə dönəndə Fəridin özü-özünü vurduğunu görmüşdür. Fəridin əlində bıçaq olmuşdur. Fərid özünə xəsarət yetirdikdən sonra ara sakitləşməmiş, bu səbəbdən o da özünə bıçaqla xəsarət yetirmişdir. Fəridlə ayrı-ayrı bıçaqlar vasitəsilə özlərinə xəsarət yetirmişlər. İbtidai istintaq zamanı verdiyi ifadəsi tam olaraq düzgün qeyd olunmamışdır. Polis idarəsində anası ilə təhqir olunaraq tərtib edilmiş ifadələri imzalamağa məcbur edilmişlər. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir, əmisi ikinci mərtəbəyə bıçaq götürmək üçün çıxmamışdır. Qardaşı Fərid əsəbiləşib şüşə qrafini divara vurmuş və bu zaman əlindən xəsarət almışdır. Əgər əmisi Təqsirləndirilən şəxs həmin əməlləri etsəydi ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunmağa razı olardı, lakin əmisi heç nə etməmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs1 əmisi Təqsirləndirilən şəxs hər hansı cinayət əməli törətmədiyini, sonuncunun ona qarşı törətmədiyi cinayət əməlinə görə barışmağa ehtiyac duymadığını, eləcə də əmisinə qarşı hər hansı şikayət və ya tələbinin olmadığını bildirərək məhkəmədən təqsirləndirilən şəxs barəsində bəraətverici hökm çıxarılmasını xahiş etdi.
12. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı 23 aprel 2025-ci il tarixdə, saat 17:00-dan saat 17:45dək qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə verdiyi ifadəsi arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadə elan edilərək tədqiq edilmiş və Zərərçəkmiş şəxs1 həmin ifadəsində göstərmişdir ki, 12 aprel 2025-ci ildə, təxminən saat 19-20 radələrində evdə Şahid4, Təqsirləndirilən şəxs, qonşuluqda yaşayan Elçin və Fərid yemək yeyərkən qonşu Elçin Elmana “gedim araq alım içək” demiş və onlar 3 ədəd 750 ml-lik araq və 1 ədəd 2 litrlik pivə içib piyan olmuşlar. Sonra qonşu Elçin atası Elmanla mübahisə etməyə başlamış, Elçin həyətə çıxmış, əmisi Telman əvvəlcə yuxarı, ikinci mərtəbəyə yatmağa getmişdir. Bu zaman atası Elmanla qonşu Elçin evdən və evin həyətindən çölə çıxıb mübahisə etməyə başlamışlar. Bu zaman atası Elman qonşu Elçini təhqir etmiş, səsküyə əmisi Telman aşağı düşüb onların yanına gedərək ayırmağa çalışmışdır. Ətrafdakı qonşular Elçini oradan aparmış, evin həyətinin giriş qapısının qarşısında, küçədə atası Elman və əmisi Telman qalmış, həmin vaxt atası Elmanın qardaşına şillə vurub “işinlə məşğul ol” dediyini və onların əlbəyaxa olduqlarını, yəni bir-biriləri ilə dava-dalaş edib yumruq və sillə zərbələri ilə bir-birini vurmağa başladıqlarını görmüşdür. Bu zaman əmisi Telman ikinci mərtəbəyə qalxıb evdən bıçaq götürmüş, Fərid və o, əmisi Telmanın arxasınca ikinci mərtəbəyə qalxmış, Fərid əmisinin əlindəki bıçağı qırıb almış, daha sonra əlini sarımaq üçün evə getmiş, özü isə əmisinin arxasınca aşağı düşmüş, əmisi aşağı düşərkən əlində bıçaq olmuş, həmin bıçağı haradan götürdüyünü bilməmişdir. Əlindəki bıçaqla küçədə dayanan atası Elmanın üzərinə hücum etmiş və həmin vaxt əmisioğlu Murad, Nihat, qardaşı Emil və təxminən 5-6 qonşu əmisinin atasının üzərinə getməyə qoymamışlar. Lakin o, qardaşını yıxılan zaman görmüş və sonradan əmisi tərəfindən bıçaqlandığını bilmişdir. O həmin vaxt ağlamağa başlamış və həyətdə olan saxlanc yerində gizlətdiyi bıçaqla gedib özünü evin həyətində vurmuşdur. Atası ilə əmisi küçədə dava etmiş, təxminən öz qohumlarından başqa ümumi olaraq 10-15 nəfər qonşu yığışmış, lakin cəmi 5-6 nəfər aralamağa çalışmışdır. Orada olan qonşular atası ilə əmisinin necə dava etməsini və əmisinin qardaşını necə bıçaqlamasını görmüşdür (Cild 1, i.v. 58-60;).
13. Eyni zamanda, yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs1 məhkəməyədək icraatın sonrakı mərhələsində 21 iyul 2025-ci il tarixdə zərərçəkmiş şəxs qismində verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş və Zərərçəkmiş şəxs1 həmin ifadəsində məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə versə də müəyyən ziddiyyətlərin olması müəyyən edilmişdir. Belə ki, Zərərçəkmiş şəxs1 həmin ifadəsində göstərmişdir ki, 12 aprel 2025-ci il tarixdə, saat 19-20 radələrində yaşadığı evdə uzanmışdır. Qonşu otaqda atası Elman, əmisi Telman və qonşu Elçin birlikdə spirtli içki qəbul edirdilər. O isə telefonla oynayırdı. Atasıgil 3 butulka 0,750 litrlik araq içmişdilər. Sonra əmisi öz evinə getmişdir. Bir qədər sonra atası qonşu Elçini yola salmağa çıxmış, lakin sonradan atası ilə Elçinin mübahisə etməsi səsini eşitmişdir. Bu zaman əmisi Telman yaşadığı bina evindən atasına sakitləşməsini bildirmiş, daha sonra aşağıya düşmüşdür. Atası əmisi Telmanın da ünvanına nalayiq ifadələr səsləndirmiş, əmisi isə qəzəblənib evinə qalxmış və evdən bıçaq götürüb özünü vurmaq istəmişdir. Böyük qardaşı Fərid əmisinə mane olmuşdur. O, Fərid və əmisi oğlanları Nihad və Murad da orada olmuşlar. Əmisinin əlindən bıçağı Fərid aldıqdan sonra əmisi yenidən aşağıya düşərək atasını sakitləşdirmək istəmiş, lakin alınmamışdır. Bundan sonra o, qardaşı Fəridin özünü bıçaqla vuraraq xəsarət yetirməsini görmüşdür. Qardaşı Fərid sağ əlindəki bıçaqla sağ qarın boşluğuna bıçaq vurmuşdur. O isə dərhal qaçaraq evin bağı kimi istifadə etdiyi yerdə gizlətdiyi bıçağı götürüb bağın həyətində həmin bıçaqla özünün sağ əli ilə qarın boşluğunun sağ tərəfinə soxmuşdur. O özünə bıçağı soxan zaman bağda tək olmuş, heç kəs görməmişdir. O, daha sonra həmin bıçağı atmış və hadisədən sonra da bir daha həmin bıçağı görməmişdir. Qardaşı Fərid və o özlərinə bıçaqla vuran zaman heç bir ifadə işlətməmişlər. Daha sonra o, bağdan evin qarşısına gedərək yerə yıxılmış, gözünü açdıqda artıq xəstəxanada olmuşdur. Müstəntiqin əmisi oğlu Nihadın ifadəsində qardaşı Zərərçəkmiş şəxs2 özünə xəsarət yetirməmişdən öncə qışqıraraq “bunu istəyirsiz ayrılında” dediyini bildirdiyini, onun isə hazırkı ifadəsində Fəridin özünə bıçaqla xəsrət yetirən zamanı gördüyünü və qardaşının heç bir ifadə işlətmədiyini deməsi ilə bağlı ziddiyyətlə bağlı sualına cavabında Zərərçəkmiş şəxs1 qardaşı Fəridin elə bir ifadə işlətdiyini, lakin ifadə verən zaman həmin halı unutduğunu göstərmişdir. Müstəntiqin ilkin ifadəsində əmisi Telmanın qardaşı Fəridi bıçaqla vurduğunu, özünün isə özünə xəsarət yetirdiyini bildirməsini, hazırda isə həm qardaşı Fəridin, həm də özünün özlərinə bıçaqla xəsarət yetirmələrini bildirməsini, eləcə də anası Qanuni nümayəndə və qardaşı Şahid2 ilkin ifadələrində onun və qardaşının əmisi Təqsirləndirilən şəxs tərəfindən bıçaqla vurulmasını bildirmələri bağlı ziddiyyətlə bağlı sualına cavab olaraq Zərərçəkmiş şəxs1 anası Qanuni nümayəndə və qardaşı Şahid2 qorxaraq yalan ifadə verdiklərini, hadisənin hazırkı ifadəsində qeyd etdiyi kimi baş verdiyini göstərmişdir. Bundan başqa, müstəntiqin əmisi Təqsirləndirilən şəxs qismində cəlb olunduqdan sonra ifadəsində törətdiyi əməli etiraf edərək özünü təqsirli bildiyi halda onun hadisə barədə fərqli ifadə verməsi ilə bağlı ziddiyyət barədə sualına Zərərçəkmiş şəxs1 əmisinin nə dediyini bilmədiyini, hadisənin necə baş verdiyini bildirdiyini göstərmişdir (Cild 1, i.v. 162-163;).
14. Məhkəmədə şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadə verərək göstərdi ki, əri Elman, qaynı Telman və qonşu Elçin onların evində yemək yemiş, bu zaman Elmanla qonşu Elçin arasında mübahisə yaranmış, Telman da yuxarı mərtəbədən enib aranı sakitləşdirməyə çalışmışdır. Əri Elmanın nevroz xəstəliyi olduğundan əsəblərini cilovlaya bilmir. Qaynı arvadı ilə birlikdə Elmanla Telmanı ayırmağa çalışmış, mübahisə və münaqişənin davam etdiyi zaman Fərid onlardan kənar yerdə yerə uzanmış, daha sonra kimsə Elnurun da bostanda yerə yıxıldığını bildirmişdir. O, ibtidai istintaq zamanı ilkin ifadəsini, həmçinin videoçəkilişlə verdiyi ifadəsini təzyiq altında vermişdir. X20 ayırmaq istəmiş, hətta atası Elmanı qucağına alıb evə aparmış, lakin Elman sakitləşməmiş, yenidən münaqişəyə davam etmişdir. Fəridin özünü vurmasını görməmiş, lakin oğlu Emil şahidi olmuşdur. Elnur özünü vuranda ondan niyə belə etdiyini soruşduqda hirsindən etdiyini bildirmişdir. Fərid və Elnur əvvəllər özlərinə xəsarət yetirməmiş, ilk dəfə özüözlərinə xəsarət yetirmişlər. Şahid4 əvvəllər spirtli içki qəbul etdikdə hazırkı hadisədəki kimi dava-dalaş etməmişdir. İbtidai istintaq zamanı 13 aprel 2025-ci il tarixdə verdiyi ifadəsini təsdiq etmir, həmin ifadələri təzyiq altında verdiyindən həqiqəti əks etdirmir. İbtidai istintaq zamanı 21 iyul 2025-ci il tarixdə verdiyi ifadəsini isə təsdiq edir. Belə ki, 13 aprel 2025-ci il tarixdə ifadə verərkən oğlu Şahid2 polis əməkdaşları tərəfindən başqa otaqda təzyiq edildiyindən həmin ifadəni vermişdir.
15. Şahid Qanuni nümayəndə məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı 13 aprel 2025-ci il tarixdə əlyazma ilə verdiyi izahatı və həmin tarixli ifadəsi (videoçəkilişlə qeydə alınmış) arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadə elan edilərək tədqiq edilmiş və Qanuni nümayəndə həmin ifadəsində göstərmişdir ki, 12 aprel 2025-ci ildə təxminən saat 19-20 radələrində evdə toyuq şorbası bişirmiş, əri Şahid4 qaynı Təqsirləndirilən şəxs ilə birlikdə qonşuluqda yaşayan Elçin və oğlu Fəridlə oturub yemək yemişlər. Bu zaman qonşu Elçin Elmana demişdir ki, “gedim araq alım içək” və onlar 3 butulka araq içib piyan olmuş, daha sonra qonşu Elçin yoldaşı Elmanla mübahisə etməyə başlamışdır. Qonşu Elçin həyətə çıxmış, qaynı Telman ilk əvvəl yuxarı, yəni ikinci mərtəbəyə yatmağa getmiş, həmin zaman əri Elmanla qonşu Elçin çölə çıxaraq mübahisə etməyə başlamışlar. Bu zaman əri qonşu Elçini təhqir etmiş, səs-küyə qaynı Telman aşağı düşmüş və onların yanına gedərək sonuncuları ayırmağa çalışmışdır. Elçin çıxıb evin həyətindən getdikdən sonra evin həyətində əri Elmanla qaynı Telman ikisi qalmışdır. O həmin vaxt ərinin qardaşına sillə vuraraq “İşin ilə məşğul ol” dediyini, bununla da iki qardaşın əlbəyaxa olduğunu, yəni bir-biri ilə dava-dalaş etməyə, yumruq və sillə zərbələri ilə bir-birini vurmağa başladıqlarını görmüşdür. Bu zaman qaynı Telman evdən bıçaq götürərək gəlmiş, oğlanlarından birinci Elnura bıçaq zərbəsi ilə qarın nahiyəsindən vurmuşdur. O, oğlu Elnurun yerə yıxıldığını görüb sonuncuya yaxınlaşmış və həyətlərində olan qonşuların köməyi ilə içəri aparmışdır. Bayıra çıxdıqdan sonra isə oğlu Fəridi də qaynı Telmanın bıçaqladığını görmüşdür. Daha sonra uşaqlarını qonşu Ruslanın avtomobili ilə Lökbatan qəsəbəsində yerləşən təcili və təxirəsalınmaz tibbi yardım stansiyasına, oradan isə təcili və təxirəsalınmaz tibbi yardım avtomobili ilə 1 saylı X21 aparmışlar. Oğulları Elnur və Fərid qaynı Təqsirləndirilən şəxs tərəfindən bıçaqlanması nəticəsində xəsarət almışlar, təxminən 10-15 nəfər qonşuluqda yaşayan cavan uşaqlar onların həyətinə səs-küyə gəlmiş və baş verənlərin şahidi olmuşlar (Cild 1, i.v. 5-6, 21-23;). Qeyd edilən protokola əlavə edilmiş bir ədəd diskdəki videoçəkilişə tərəflərin iştirakı ilə məhkəmə iclasında baxılarkən protokolda qeyd edilənlərlə eynilik təşkil etməsi müəyyən edilmiş, Qanuni nümayəndə ifadə verərkən hər hansı təzyiqə və təsirə məruz qalması müəyyən edilməmiş, əksinə müstəntiqin suallarına ətraflı və sərbəst cavablar verməsi müəyyən edilmişdir.
16. Bundan başqa, Qanuni nümayəndə məhkəməyədək icraatın sonrakı mərhələsində 21 iyul 2025-ci il tarixdə şahid qismində verdiyi ifadəsi də elan edilərək tədqiq edilmiş və Qanuni nümayəndə həmin ifadəsində məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə versə də müəyyən ziddiyyətlərin olması müəyyən edilmişdir. Belə ki, Qanuni nümayəndə həmin ifadəsində göstərmişdir ki, 12 aprel 2025-ci il tarixdə, saat 18- 19 radələrində əri Elman, qaynı Telman və qonşuluqda yaşayan Elçin adlı şəxs evlərində birlikdə spirtli içki qəbul edirdilər. Onlar təxminən 3 ədəd 0,750 litrlik araq qəbul etdilər. O isə onlara yemək gətirərək qulluq etmişdir. Onlar yeyib-içdikdən sonra Telman öz evinə getmiş, Elman isə Elçini yola salmağa çıxmış, X24 mübahisə etməyə başlamışdır. X28 ünvanına nalayiq ifadələr işlədiyinə görə qaynı Telman yaşadığı bina evindən həyətə düşərək qonum-qonşudan ayıb olmasını deyərək Elmanı sakitləşdirmək istəmişdir. Lakin Elman içkili olduğundan Telmanın da ünvanına nalayiq ifadələr işlədərək ona tərəf yürümüşdür. Təxminən saat 21 radələrində Telmanla Elmanı ailəlikcə sakitləşdirərək ayırmağa çalışmışlar. Həmin hal bir neçə dəfə təkrarlandı. O, Elmanla Telmanı ayıran zaman kimsə Fəridin yerə yıxıldığını demiş, o tez Fəridə tərəf qaçmışdır. Bu zaman digər oğlu Zərərçəkmiş şəxs1 də içəri tərəfdə yıxıldığını görmüşdür. O, övladlarının hansı şəraitdə xəsarət almalarını bilmir. Sonradan isə övladları özləri özlərinə xəsarət yetirmələrini bildirmişlər. Onlar əvvəlcə hər iki oğlunu qaynı oğlu Murad və bir neçə şəxsin köməyi ilə evin içərisinə aparmış, sonradan xəsarətlərinin ciddi olduğunu görüb bu barədə təcili və təxirəsalınmaz tibbi yardım stansiyasına müraciət etmiş və gec olacağını düşünərək qonşuluqda yaşayan xatırlamadığı bir nəfərin avtomobili ilə oğlu Elnur və Fəridi xəstəxanaya aparmışdır. Müstəntiqin onun və övladı Şahid2 ilkin ifadələrində Elnur və Fəridin qaynı Telman tərəfindən bıçaqla vurulduğunu bildirməsinə baxmayaraq hazırkı ifadəsi ilə bağlı ziddiyyətlə bağlı sualına cavab olaraq Qanuni nümayəndə ilkin ifadə verərkən qorxduğundan həmin formada ifadə verdiyini, hadisənin hazırkı ifadəsində qeyd etdiyi kimi baş verdiyini göstərmişdir. Bundan başqa, müstəntiqin qaynı Təqsirləndirilən şəxs qismində cəlb olunduqdan sonra ifadəsində törətdiyi əməli etiraf edərək özünü təqsirli bildiyi halda onun hadisə barədə fərqli ifadə verməsi ilə bağlı yaranmış ziddiyyət barədə sualına Qanuni nümayəndə qaynının nə dediyini bilmədiyini, hadisənin necə baş verdiyini bildirdiyini göstərmişdir (Cild 1, i.v. 158-159;).
17. Məhkəmədə yetkinlik yaşına çatmayan şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərdi ki, atası Elman, əmisi Telman və qonşu Elçin onların evində yemək yemiş, o da əmisi oğlu Nihatla marketə getmiş, gələndə atası ilə qonşu Elçin arasında mübahisə olduğunu bilmişdir. Əmisi Telman yuxarı mərtəbədən enib aranı sakitləşdirməyə çalışanda atası ilə aralarında münaqişə yaranmışdır. O, xalası ilə birlikdə əmisi ilə atasını aralamaq istəyəndə Fəridin özünü bıçaqla vurduğunu görmüşdür. Elnur da evdə özünə bıçaqla xəsarət yetmiş, lakin onun şahidi olmamışdır. Fəridin özünü bıçaqladığı bıçağı haradan götürdüyünü bilmir. Fərid üzərində bıçaq gəzdirməmişdir. Elnurun özünə xəsarət yetirmə səbəbini bilmir. Elnur evdə özünə bıçaqla xəsarət yetirdikdən sonra evdən çölə çıxmış, onun evdən çölə çıxmağa gücü olmuşdur. Əməliyyat müvəkkili olan polis əməkdaşı tərəfindən döyülərək təzyiqə məruz qaldığından ibtidai istintaq dövründə hazırda məhkmə iclasında verdiyi ifadədən fərqli məzmunda ifadə vermişdir. Həmin təzyiq nəticəsində xəsarəti olmamışdır. Polis əməkdaşı qolunu burub onu yerə yıxıb başına və gözünə vurmuşdur. İbtidai istintaq zamanı ifadə verərkən əvvəlcə anası yanında olsa da sonradan oradan kənarlaşdırılmışdır. İbtidai istintaq zamanı verdiyi ilkin ifadəsi həqiqəti əks etdirmədiyindən təsdiq etmir. İbtidai istintaq zamanı 21 iyul 2025-ci il tarixdə verdiyi ifadəsini isə təsdiq edir.
18. Şahid2 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı 13 aprel 2025-ci il tarixdə əlyazma ilə verdiyi izahatı və həmin tarixli ifadəsi (videoçəkilişlə qeydə alınmış) arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadə elan edilərək tədqiq edilmiş və Zərərçəkmiş şəxs1 şahid Qanuni nümayəndə həmin tarixli izahat və ifadələri ilə eyni məzmunlu izahat və ifadə verməsi müəyyən edilmişdir (Cild 1, i.v. 7-8; 28- 30;). Qeyd edilən protokola əlavə edilmiş bir ədəd diskdəki videoçəkilişə tərəflərin iştirakı ilə məhkəmə iclasında baxılarkən protokolda qeyd edilənlərlə eynilik təşkil etməsi müəyyən edilmiş, Şahid2 ifadə verərkən qanuni nümayəndəsi olan anası Qanuni nümayəndə də həmin zaman iştirak etməsi, onların hər hansı təzyiqə və təsirə məruz qalması müəyyən edilməmiş, əksinə müstəntiqin suallarına Şahid2 ətraflı və sərbəst cavablar verməsi müəyyən edilmişdir.
19. Bundan başqa, yetkinlik yaşına çatmayan Şahid2 məhkəməyədək icraatın sonrakı mərhələsində 21 iyul 2025-ci il tarixdə şahid qismində verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş və Zərərçəkmiş şəxs1 həmin ifadəsində məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə versə də müəyyən ziddiyyətlərin olması müəyyən edilmişdir. Belə ki, Zərərçəkmiş şəxs1 həmin ifadəsində göstərmişdir ki, 12 aprel 2025-ci il tarixdə, saat 18-19 radələrində qardaşı Zərərçəkmiş şəxs1lə otaqların birində telefona baxmışdır. Atası Şahid4, əmisi Təqsirləndirilən şəxs və qonşuluqda yaşayan Elçin adlı şəxs evdə birlikdə yemək yemişlər. Onlar 3 ədəd butulkada 0,750 litrlik araq qəbul etmişlər. Sonradan 2 litrlik pivə də içilmişdir. Bir qədər sonra əmisi Telman yatmağa getdiyini söyləyərək evdən çıxmış, o isə tək çölə çıxıb bir qədər gəzmişdir. Sonradan atası ilə qonşu Elçinin mübahisə etməsini eşitmişdir. Əmisi səs-küy eşidib aşağı düşmüş, bir qədər sonra əmisi Telman və atası mübahisə etməyə başlamışdır. O, onları ayırmağa çalışmışdır. O, atası ilə əmisi Telmanı ayıran zaman arxadan qardaşı Fəridin “bunu istəyirdiz” dediyini eşitmişdir. Bundan sonra kiçik qardaşının hansı formada xəsarət almasını bilməmiş və görməmiş, lakin qardaşları Elnur və Fəridin özlərinə bıçaqla xəsarət yetirdiklərini eşitmişdir. Sonradan anası hər iki qardaşını qonşuluqda yaşayan adını bilmədiyi bir şəxsin avtomobili ilə xəsatəxanaya aparmışdır. Müstəntiqin onun və anası Qanuni nümayəndə ilkin ifadələrində Elnur və Fəridin əmisi Telman tərəfindən bıçaqla vurulduğunu bildirməsini, hazırkı ifadəsi ilə isə bağlı ziddiyyətlə bağlı sualına cavab olaraq Zərərçəkmiş şəxs1 ilkin ifadə verərkən anası və o qorxduğundan həmin formada ifadə verdiklərini, hadisənin hazırkı ifadəsində qeyd etdiyi kimi baş verdiyini göstərmişdir. Bundan başqa, müstəntiqin əmisi Təqsirləndirilən şəxs qismində cəlb olunduqdan sonra ifadəsində törətdiyi əməli etiraf edərək özünü təqsirli bildiyi halda onun hadisə barədə fərqli ifadə verməsi ilə bağlı yaranmış ziddiyyət barədə sualına Zərərçəkmiş şəxs1 əmisinin nə dediyini bilmədiyini, hadisənin necə baş verdiyini bildirdiyini göstərmişdir. Bundan əlavə, müstəntiqin əmisi oğlu Nihad Mustafayevin ifadəsində Şahid4lə Elçinin mübahisə etməsi zamanı onunla birlikdə olduğunu və sonradan hadisə yerinə gəldiklərini bildirdiyini, onun isə hazırda qardaşı Zərərçəkmiş şəxs2 özünə xəsarət yetirdiyini gördüyünü və ümumiyyətlə Nihadla olmadığını bildirməsinə dair ziddiyyətlə bağlı sualına cavab olaraq Zərərçəkmiş şəxs1 bir qədər həyəcanlı olduğundan hazırda ifadə verən zamanı xatırlamadığını, lakin Nihadın ifadəsində həmin halı düz qeyd etdiyini göstərmişdir(Cild 1, i.v. 175-176;).
20. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 məhkəməyədək icraat zamanı 13 aprel 2025-ci il tarixdə verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 12 aprel 2025-ci il tarixdə, saat 23:30 radələrində qapısı döyülmüş, qonşuluqda yaşayan şəxslərdən birinin ona uşağın xəstələndiyini və xəstəxanaya aparmaq lazım olduğunu dediyini bildirmişdir. O, avtomobil vasitəsilə iki nəfər şəxsi anası ilə birlikdə xəstəxanaya aparmış, ilkin olaraq poliklinikaya getmiş, orada heç kəs olmadığından Lökbatan qəsəbəsində yerləşən təcili və təxirəsalınmaz tibbi yardım stansiyasına getmiş, oradan isə hər iki şəxs təcili və təxirəsalınmaz tibbi yardım avtomobili ilə 1 saylı X21 aparılmışdır. O həmin ünvana yeni köçdüyündən heç kəsi tanımamış, hadisə zamanı həyətdə 10-15 nəfər şəxs olsa da, həmin şəxsləri də tanımamış, həmin cavan şəxslərin hadisənin şahidi olmasını ehtimal etmişdir. O, hazırkı dövrədək avtombilində xəstəxanaya apardığı şəxslərin kim olduğunu bilmir, hadisəni görməmiş, hansı səbəbdən və nə baş verdiyini də bilməmişdir. Sadəcə avtomobilə həmin şəxsləri əyləşdirəndə onların yaralandığını bilmiş, lakin bu barədə heç nə soruşmamışdır. O, qonşuluqda olsa da, hadisə baş verəndə hər hansı səs-küy eşitməmiş, hadisədən sonra, yəni uşaqları xəstəxanaya apardıqdan sonra həmin uşaqların bir-birini yaraladıqlarını eşitmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi doğrudur, ona qarşı hər hansı təzyiq göstərilməmişdir. Avtomobilinin arxa oturacağında iki uşaq və anası əyləşmiş, həmin iki nəfər şəxs Fərid və Elnur Mustafyev olmuş, sonuncular avtomobilində olarkən onların üzərində qan görməmişdir.
21. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı 17 sentyabr 2025-ci il tarixdə verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 12 aprel 2025-ci ildə işdən evə qayıtmış və evdə dincəlmişdir. Qonşusu Elman birlikdə yemək yemək üçün onu evinə çağırmış, o da dəvəti qəbul edib getmişdir. Həmin vaxt süfrə açılmış və masa arxasında yalnız Elman əyləşmişdir. Elman araq alaraq içməyi təklif etmişdir. O da cibindən pul çıxarıb Elmanın oğlanlarından birinə araq alması üçün vermiş, hətta Elmanın oğlu Fəriddən də soruşmuşdur ki, nə içirsən, sənə bir şey alsınlar. Fərid pivə istədiyini bildirdikdə onun üçün də pivə aldırmışdır. Süfrəyə araq gətiriləndə Telman yoldaşı Elnarə ilə birlikdə qardaşı Elmanın evinə gəlmiş və Telman da onlarla birlikdə oturmuşdur. Onlar birlikdə spirtli içki qəbul etmişlər. O, 2 butulka araq aldırmış və içmişlər. Sonra Elman sərxoş olduğundan mənasız yerə mübahisə yaratmağa başlamışdır. O, Elmanın sərxoş olduğunu görüb süfrədən qalxaraq “çox sağ ol” deyib evdən çıxmışdır. Bu zaman Telman onun arxasınca çıxmış və ona üzrxahlıq etmiş və “Bağışla, qardaşım sərxoş idi, sənlə söyüşlə danışdı, mən üzr istəyirəm” demişdir. Evə qayıtdığı zaman Telman qardaşını sakitləşdirərək evinə qonaq gələn adamla belə danışmasına dair irad bildirmişdir. O, təxminən 21 radələrində evə qalxmış, yorğunluq və spirtli içkinin təsirindən yatmış və səhər qalxıb işə getmişdir. İşdən qayıdanda həyətdə qonşulardan biri ona bildirmişdir ki, “dünənki hadisədən xəbərin var? Telman qardaşı Elmanın oğlanlarını bıçaqlayıbmış”. O, hadisədən artıq uzun müddət keçdiyi üçün həmin məlumatı ona konkret olaraq hansı qonşunun verdiyini xatırlamamışdır. Hadisənin tam şahidi olmasa da, eşitdiyi qədəri ilə Fərid və Elnuru Telman vurmuşdur.
22. Verilən suallara cavab olaraq Şahid3 ifadəsinə əlavə edərək göstərdi ki, o, Elmangillə blok qonşusudur. Hadisə günü üç nəfərə iki şüşə spirtli içki içmişlər. Elmangildə yeyib içdikdən sonra Elmanla arasında anlaşılmazlıq olmuş, bunun içkili olmaları ilə əlaqəli olduğunu düşünmüş, Telman ondan gəlib Elmanın etdiyinə görə üzrxahlıq etdikdən sonra isə evə getmişdir. Elmanla Telmanın arasında nə baş verdiyi barədə hər hansı məlumatı olmamışdır. O həmin gündən 1 həftə sonra Telmanın həbs edildiyini, Fərid və Elnurun xəsarət aldığını eşitmiş, bir həftə ərzində isə Elmangilə getməmişdir. Hadisə vaxtı hər hansı səs-küy eşitməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi doğrudur, ona qarşı hər hansı təzyiq göstərilməmişdir. Elmanla tez-tez birlikdə yeyib içməmişdir. O, Telmanın Elnur və Fəridi vurduğunu eşitsə də, buna inanmamışdır. Elman söyüş söyməsinə baxmayaraq ona “çox sağ ol” deyib getmişdir. Elmangillə küsülü deyildir. Həmin gündən sonra Elman və Telmanı görməmiş, sonuncular onu yeyib-içməyə dəvət etməmişdir. Telmanın Fərid və Elnura xəsarət yetirməsini hansı qonşudan eşitdiyini dəqiq xatırlamır.
23. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı 24 aprel 2025-ci il tarixdə verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 12 aprel 2025-ci ildə təxminən saat 19-20 radələrində yaşadığı evdə qardaşı Təqsirləndirilən şəxs ilə birlikdə qonşuluqda yaşayan Elçin və oğlu Fəridlə oturub yemək yemiş, bu zaman qonşu Elçin ona demişdir ki, araq alsın içsinlər, o da razılaşmışdır. Onlar birlikdə 3 butulka araq içib piyan olmuşlar və sonra qonşu Elçinlə mübahisə etməyə başlamışdır, qonşu Elçin həyətə çıxmış, qardaşı Telman ilk əvvəl yuxarı, yəni ikinci mərtəbəyə yatmağa getmiş, həmin vaxt o, Elçinlə çölə çıxaraq mübahisə etməyə başlamış, mübahisə zamanı Elçini təhqir etmiş, səs-küyə qardaşı Telman aşağı düşüb onların yanına gələrək ayırmağa çalışmışdır. Elçin çıxıb getdikdən sonra, küçədə qardaşını vurmuşdur. Bıçaqlanma barədə məlumatı olmamışdır. Qonşular hadisənin şahidi olmuşdur, hadisə küçədə baş vermişdir. O, içkili olduğundan məlumatı olmamışdır.
24. Verilən suallara cavab olaraq Şahid4 ifadəsinə əlavə edərək göstərdi ki, Telmanla mübahisə zamanı sonuncuya bir dəfə sillə vurmuş, bundan sonra uşaqlar özlərinə xəsarət yetirmişdir. Belə ki, Elçinlə evdə yeyib içərkən əvvəlcə onunla Elçin arasında mübahisə yaranmış, Elçini hər hansı xüsusi səbəb olmadan sadəcə içkili olması ilə əlaqədar təhqir etmiş, həmin vaxt Telman orada olmamış, sonuncu sonradan gəlib onları ayırmağa çalışmışdır. O, Telmana məsələyə qarışmamasını bildirərək ona sillə vurmuş, bundan əvvəl Elçini Telman evə aparmışdır. O, uşaqların özlərinə xəsarət yetirdiyini görməmiş, lakin onların özlərini vurmasını Telmandan aralandıqdan sonra bilmişdir. Onlar hadisə günü üç şüşə araq içmişdir. Fərid və Elnuru xəstəxanaya qonşu Ruslan aparmış, o isə özündə olmadığından xəstəxanaya getməmişdir. İbtidai istintaq zamanı ifadəsində də uşaqların özlərinə xəsarət yetirdiyini bildirmişdir. O, hər dəfə içdikdə özünü itirmir, hadisə vaxtı piyan olduğundan Elçini niyə təhqir etməsini xatırlamır. İbtidai istintaq zamanı verdiyi ifadəsini özü imzalamaqla həmin imzalar özünə məxsusdur. Fərid və Elnurun özlərinə xəsarət yetirmələrini şəxsən görməmiş, lakin eşitdiyinə görə onlar özü-özlərinə xəsarət yetirmişdir. Telmanla aralandıqlarından aralarındakı mübahisə dayanmışdır. Telmanla arasındakı münaqişə ciddi olmamış, Telmana yalnız bir sillə vurmuş, sonuncunun onu vurmasını xatırlamır. Telman uşaqlarına xəsarət yetirməmişdir. Elçin hadisənin şahidi olmamışdır. Telmanla arasında münaqişə zamanı Fərid və Elnur da onları ayırmağa çalışmış, lakin onlar buna nail ola bilmədiklərindən özlərinə xəsarət yetirmişlər. Elnur və Fəridin əllərində bıçaq olub-olmadığını bilməmişdir. Hadisə zamanı Elnurla Fəridin ona və Telmana ayrılmayacaqları halda özlərinə xəsarət yetirəcəkləri barədə xəbədarlıq edibetmədiklərini özündə olmadığından bilməmişdir.
25. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində məhkəmədə dindirilmiş X3 məhkəməyək icraat zamanı 1 oktyabr 2025-ci il tarixdə verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 2003-cü ildə Təqsirləndirilən şəxslə ailə qurmuş, iki oğlu vardır, əri Telman fəhləliklə məşğul olmuşdur. O, baş vermiş münaqişənin şahidi olmuşdur. X8 qonşuluqda yaşayırlar. Aşağı mərtəbəyə düşəndə Telmangilin yeyibiçdiklərini görmüş, daha sonra əri Telman yuxarı mərtəbəyə çıxmışdır. Bundan sonra o, səs-küy eşidərək qaynı Elmanla qonşu Elçinin münaqişə etdiklərini görmüşdür. Bu zaman Telman pəncərədən Elçinə oranı tərk etməyi və sakitləşmələrini bildirmişdir. Lakin ara sakitləşmədiyindən əri aşağı gəlmiş və Elçinlə Elmanı ayırmağa, aranı sakitləşdirməyə çalışmışdır. Bu zaman Elman əri Telmana sillə vurub söyüş söyərək qarışmamağını bildirmişdir. Beləliklə, Elman və Telman arasında mübahisə başlamışdır. Elmanın arvadı və uşaqlarla birlikdə Elmanla Telmanın arasında onları ayırmağa çalışmış, bu zaman kiminsə ayağı ilişmiş, onların üçü də yerə yıxılmışdır. Həmin vaxt Fəridin “bunu istəyirdiniz?” dediyi səsini eşitmişdir. Onu oğlu yerdən qaldırmış, Fəridin yanına gedib paltarını qaldıranda bıçağın ona daxil olduğunu görmüşdür. Daha sonra Elnura su gətirməsini bildirmiş, Elnur getmiş və yerə yıxılmışdır. O, Elnurun yanına gedib özünü niyə vurduğunu soruşmuşdur. Bundan sonra Elnur da Fəridin yanına gələrək oturmuşdur. X13 evin içərisinə aparmış, daha sonra təcili tibbi yardıma zəng etmişlər. Əri Telman oraya davanı ayırmağa gəlmiş, mübahisə və ya münaqişə etməyə gəlməmişdir. Övladı əsgərlikdən gəldiyindən Telman onu görməyə gəlmişdir. Telman fəhlə işlədiyindən yenidən Rusiyaya qayıtmağı planlaşdırmışdır. Uşaqlar xəsarət alandan sonra təcili tibbi yardıma zəng etmiş, lakin təcili tibbi yardım gələnədək orada olan hər kəs qonşu Ruslana müraciət etdiyindən Fərid və Elnuru qonşu Ruslan xəstəxanaya aparmışdır. Əri Təqsirləndirilən şəxs içki içməyə meyilli şəxs deyildir, həmçinin içəndə dava salan və ya mübahisə edən biri olmamışdır. Telman xəstəxanaya uşaqların yanına getmişdir. Polis idarəsinə əvvəlcə özləri getmiş, lakin əri Telman daş boşaltmaq üçün rayona getdiyindən polis idarəsinə getməmişdir. Telman rayondan gəldikdən sonra xəstəxanaya uşaqların yanına getmişdir. Telman özü onun barəsində cinayət işinin olduğundan xəbəri olmamış, nəsə etmədiyini bildirmişdir. Polis idarəsində ondan uşaqları ilə bağlı izahat alınmış, həmin vaxt Telman rayonda olmuş, polis əməkdaşları da onun rayonda olduğunu bilmişdir. Polis əməkdaşları onun da polis idarəsinə gəlməli olduğunu bildirmiş, lakin cinayət işinin onun barəsində aparıldığını bilmədiklərindən Telman polis idarəsinə getməmişdir. Fərid və Elnur əvvəllər hansısa dava və münaqişəni sakitləşdirmək üçün özlərinə xəsarət yetirməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi doğrudur. Təqsirləndirilən şəxs Rusiyanın Dağıstan ərazisində fəhləliklə məşğul olaraq ailəsinə maddi dəstək olmuşdur.
26. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
27. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, 12 aprel 2025-ci il tarixdə Qaradağ rayonu Qızıldaş qəsəbəsi ev 15, mənzil 3 ünvanında Təqsirləndirilən şəxs aralarında yaranmış ailədaxili münaqişə zəminində qardaşı oğlu Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bıçaqlamaqla onlara qarının ön divarının daxilə nüfuz edən kesilmiş-deşilmiş yarası kimi xəsarət yetirməsi faktına görə 13 aprel 2025-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin (bundan sonra mətndə - Qaradağ RPİ-nin İŞ) müstəntiqi polis kapitanı X14 tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v.1;).
28. Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinin məsul növbətçisi polis mayoru İbrahim Dadaşov tərəfindən tərtib edilmiş 13 aprel 2025-ci il tarixli raportdan görünür ki, həmin tarixdə, saat 01:53-də X17 Qaradağ rayonu Qızıldaş qəsəbəsi ev 15, mənzil 13-də yaşayan xx.xx.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs1 və onunla eyni ünvanda yaşayan qardaşı Zərərçəkmiş şəxs2 “qarının beldən aşağı hissəsinin çanağın kəsilmiş-cırılmış yarası” diaqnozu ilə xəstənaya müraciət etmələri barədə məlumat daxil olmuşdur. Həkimin deməsinə görə hər ikisi ayrılıqda özləri özlərinə xəsarət yetirmişdir (Cild 1, i.v. 4;).
29. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 13 aprel 2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, hadisənin baş verdiyi yer ünvan 2 ünvana iki nəfər hal şahidi və həmin ünvanda yaşayan Qanuni nümayəndə iştirakı ilə həmin tarixdə, saat 5:30-dan 5:45-dək baxış keçirilmişdir. Həyət təxmini 2-2.5 metr hündürlüyündə ağ rəngli mişar daşları ilə hasarlanmışdır. Həyətə giriş göy rəngli dəmir qapıdandır. Tikiliyə bitişik mişar daşları ilə tikilmiş başqa yaşayış evləri vardır. Həyətə daxil olduqda girişlə üzbəüz yaşayış evidir. Girişdən sol tərəfdə bir otaqlı və ayrı qapısı olan kərpic daşı ilə hörülən tikili yerləşir. Həyətdə təxminən 3 metr hündürlükdə quraşdırılmış dəmirlərin üzərində üzüm sarmaşıqları vardır. Girişdən sol tərəfdə bir qədər boş ərazidir. Eyni zamanda həmin ərazinin qarşısında paltar asmaq üçün nəzərdə tutulan asılqanlar mövcuddur. Qeyd olunan binanın mənzillərində yaşayış olması görünür. Hadisə yerinə baxış zamanı hadisə yeri həmin ünvanda yaşayan Qanuni nümayəndə tərəfindən göstərilmişdir. Qanuni nümayəndə qeyd etməsinə görə baş vermiş hadisə məhz baxış keçirilən yaşayış evinin həyətində baş vermişdir. Protokolda baxış istintaq hərəkətinin tutqun havada, təbii və süni işıqlandırma şəraitində aparılması qeyd olunmuşdur. Baxış zamanı “Samsung” markalı mobil telefonla fotoşəkillər çəkilməklə protokola əlavə edilmişdir (Cild 1, i.v. 11-14;).
30. “Şübhəli şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” 14 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulması üçün barəsində axtarış elan edilmişdir (Cild 1, i.v. 35;).
31. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 23 aprel 2025-ci il tarixli qərarlardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, o cümlədən sonuncu qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində tanınmaqla onlara hüquq və vəzifələri ətraflı olaraq izah edilmişdir (Cild 1, i.v. 36; 48;).
32. “Zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin təyin edilməsi haqqında” 23 aprel 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Qanuni nümayəndə Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi qismində təyin edilməklə hüquq və vəzifələri ətraflı olaraq izah edilmişdir (Cild 1, i.v. 50;).
33. “Tutma” 23 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində həmin tarixdə, saat 18:30-da Bakı şəhəri Xəzər rayonu Heydər Əliyev adına Hava Limanında saxlanılaraq Qaradağ RPİ-nin müvəqqəti saxlama yerinə təhvil verilmişdir (Cild 1, i.v.65-66;).
34. “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 25 aprel 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 126.2.1 və 126.2.2-ci maddələrinə tövsif edilməklə cinayət işi üzrə istintaq davam etdirilmişdir (Cild 1, i.v. 92;).
35. “Təqsirləndirilən şəxs qismində cəlb etmək barədə” 25 aprel 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham müdafiəçisinin iştirakı ilə elan edilməklə hüquq və vəzifələri ətraflı şəkildə izah edilmişdir (Cild 1, i.v. 94-95;).
36. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 aprel 2025-ci il tarixli, 4(002)- 111/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 23 aprel 2025-ci il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə iclasında təqsirləndirilən şəxs ittiham olunduğu əməlin onun tərəfindən törədildiyini, lakin həmin əməldən səmimi peşman olduğunu nəzərə alıb barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir. Eyni zamanda, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 9 avqust 2025 və 11 oktyabr 2025-ci il tarixli qərarları ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 2 noyabr 2025-ci il tarixədək uzadılmışdır (Cild 1, i.v. 113- 116; 215-217; 290;).
37. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 6 may 2025-ci il tarixli cavabından və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 yanvar 2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 160 (bir yüz altmış) saat ictimai işlər cəzasına məhkum edilmiş, habelə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 fevral 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində qəti olaraq 500 (beş yüz) manat cərimə saxlanılmış, 5 avqust 2016-cı il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinin 20 may 2016-cı il tarixli “Amnistiya haqqında” qərarın 1.8-ci bəndinə əsasən təyin olunmuş cəzadan azad edilmişdir (Cild 1, i.v. 120-121; 178-194;).
38. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 5 iyul 2025-ci il tarixli qərardan görünür ki, Qaradağ RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi polis kapitanı X12 tərəfindən ********* nömrəli cinayət işi icraata qəbul edilməklə istintaqı davam etdirilmişdir (Cild 1, i.v.123;).
39. “Canlı şəxsin məhkəmə-tibbi ekspertizasının” 15 may 2025-ci il tarixli, 237 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət - daxili qanaxma ilə müşayiət olunan qarının ön divarının bir ədəd daxilə nüfuz edərək köndələn çənbər bağırsağı zədələyən deşilmiş-kəsilmiş yarası deşici - kəsici alət (əşya) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 12 aprel 2025-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətin xarakteri, lokalizasiyasını və ağırlığını nəzərə alıb demək olar ki, həmin xəsarət əl çatan nahiyədə olsa belə şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, müayinə zamanı Zərərçəkmiş şəxs2 deməsinə görə 12 aprel 2025-ci il tarixdə, saat 21-22 radələrində yaşadığı evin yaxınlığında küçədə əmisi Telman onu əlində olan bıçaqla vurmuşdur. Tibbi yardım üçün X21 müraciət etmişdir. Şikayəti qarın nahiyəsində olan ağrılardandır (Cild 1, i.v. 129- 131;).
40. “Canlı şəxsin məhkəmə-tibbi ekspertizasının” 15 may 2025-ci il tarixli, 238 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət - qarının ön divarının bir ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası deşicikəsici alət (əşya) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 12 aprel 2025-ci il tarixdə törənə bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətin xarakteri, lokalizasiyasını və ağırlığını nəzərə alıb demək olar ki, həmin xəsarət əl çatan nahiyədə olsa belə şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. Müayinə zamanı Zərərçəkmiş şəxs1 deməsinə görə 12 aprel 2025-ci il tarixdə, saat 21-22 radələrində yaşadığı evin yaxınlığında küçədə atası və qardaşının əmisi ilə mübahisə etmələrini görmüş və əsəbiləşərək bıçaqla özünə xəsarət yetirmişdir. Tibbi yardım üçün X21 müraciət etmişdir. Şikayəti qarın nahiyəsində olan ağrılardandır (Cild 1, i.v. 132-134;).
41. “Canlı şəxsin məhkəmə-tibbi ekspertizasının” 1 may 2025-ci il tarixli, 242 saylı rəyindən görünür ki, Şahid4 məhkəmə tibbi ekspertizası zamanı onun bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. Müayinə zamanı Şahid4 deməsinə görə 12 aprel 2025ci il tarixdə, saat 20-21 radələrində Qızıldaş qəsəbəsində sərxoş vəziyyətdə olarkən qardaşı və qardaşı uşaqları ilə mübahisə olmuş və həmin hadisə zamanı xəsarət almamışdır. Tibbi yardıma müraciət etməmişdir (Cild 1, i.v. 135-137;)
42. Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə özü tərəfindən əlyazma ilə yazılaraq Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi polis kapitanı Murad Məmmədliyə ünvanlanmış 19 iyul 2025-ci il tarixli ərizəsində göstərmişdir ki, 12 aprel 2025-ci il tarixdə yaranmış ailədaxili münaqişə zəminində qardaşı uşaqları Fərid və Zərərçəkmiş şəxs1 bıçaqla vuraraq xəsarət yetirməsini etiraf edərək səmimi peşman olduğunu bildirmiş, ailə üzvlərinin və qonşularının onu həbs olunmuş halda görməsindən utandığı üçün ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinin keçirilməməsini xahiş etmişdir (Cild 1, i.v.150;).
43. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X26 tərəfindən verilmiş 21 iyul 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə qeyd olunan xəstəxanada müalicədə olmamışdır (Cild 1, i.v. 172;).
44. Qaradağ RPİ-nin 38-ci Polis Bölməsindən müstəntiqin əməliyyat tapşırığına verilmiş cavab məktubundan görünür ki, Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsi ev 15, mənzil 3 ünvanının yerləşdiyi küçəyə gedilərək vətəndaşlarla profilaktiki söhbətlər aparılsa da, hadisənin şahidi olan şəxslər müəyyən edilməmiş, yalnız Şahid3 şəxsiyyəti müəyyən edilərək istintaqa təqdim edilmiş, hadisə zamanı ictimai qaydanın pozulması halı müəyyən edilməmiş və Təqsirləndirilən şəxs tərəfindən törədilən hadisə zamanı istifadə edilən bıçaq (və ya bıçaqlar) aşkar edilməmişdir (Cild 1, i.v. 218;).
45. Şahid3 tərəfindən Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi polis kapitanı Murad Məmmədliyə ünvanlanmış 17 sentyabr 2025-ci il tarixli ərizədən görünür ki, Şahid3 ********* nömrəli cinayət işi üzrə şahid qimində ifadə verdiyini, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslərin onun qonşusu olduqları və hadisədən sonra onu əsassız olaraq səbəbkar kimi bildikləri üçün Mustafayevlər ailəsinin heç bir üzvü ilə üzləşmək istəmədiyini bildirərək ərizəsinin nəzərə alınmasını xahiş etmişdir (Cild 1, i.v.222;).
46. “Ambulator komisyon məhkəmə-psixiatrik ekspertizası”nın 15 iyul 2025-ci il tarixli 2270 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (Cild 1, i.v. 225- 227;).
47. “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 3 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin böyük prokuroru İ dərəcəli hüquqşünas X15 tərəfindən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalmasını bildirməsi barədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsindən daxil olmuş məlumat əsasında toplanmış 1033-C-25 saylı material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən rədd olunmuşdur. Həmin qərarda göstərilmişdir ki, araşdırma nəticəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalması müəyyən edilməmişdir (Cild 1, i.v. 235-236;).
48. “Sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” 3 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.2-ci maddələrindən həmin Məcəllənin 126.2.1, 126.2.2 və 126.2.3-cü maddələrinə tövsif edilməsi, Təqsirləndirilən şəxs 25 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.2-ci maddələri ilə elan edilmiş ittihamın dəyişdirilərək ona həmin məcəllənin 126.2.1, 126.2.2 və 126.2.3-cü maddələri ilə yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs qardaşı oğlanları Elnur və Zərərçəkmiş şəxs2lərə xəsarət yetirməməsi, Qanuni nümayəndə, Şahid2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 istintaqın sonrakı gedişatında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 xəsarət yetirməməsi, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 özü-özlərinə xəsarət yetirmələri ilə bağlı göstərilən xüsusatların yaxın qohumunu müdafiə və cinayət məsuliyyətindən yayındırmağa çalışmağa cəhdi kimi qiymətləndirilməklə həmin xüsusatların rədd edilməsi qərara alınmışdır (Cild 1, i.v.237-250;).
49. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 23 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2 və 126.2.3-cü maddələri ilə yenidən ittiham elan edilməklə hüquq və vəzifələri ətraflı izah edilmişdir (Cild 1, i.v. 252-253;).
50. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2 və 126.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq M.E.Məmmədli tərəfindən 8 oktyabr 2025-ci il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 11 oktyabr 2025-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.276-283;).
51. Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 oktyabr 2025-ci il tarixli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2 və 126.2.3-ci maddələri ilə məhkəməyə verilmiş və iş məhkəmə baxışına təyin edilmişdir (Cild 2;).
52. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş 3406/2025 nömrəli tibb kitabçasından görünür ki, Təqsirləndirilən şəxs 26 aprel 2025-ci il tarixdə həmin təcridxananın tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Həmin kitabçanın 12-ci bəndində göstərilmişdir ki, Təqsirləndirilən şəxs həbs olunmazdan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatı inkar etmişdir. Həmin kitabçanın 13-cü bəndində göstərilmişdir ki, qarnın ön divarında, sol çanaq .... sol saidin .... köhnə çapıq toxumaları aşkar edilmişdir (Cild 2;).
53. “Azemis” elektron məhkəmə sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı X3 ilə birgə övladları 2005-ci il təvəllüdlü Murad və 2007-ci il təvəllüdlü Nihad Mustafayevdən ibarətdir (Cild 2;).
54. Bakı şəhəri Qaradağ rayonu Qızıldaş bələdiyyəsi və “Bakı Baş Səhiyyə Mərkəzi” X26n 41 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 10 fevral 2026-cı il tarixli sənədlərdən görünür ki, xx xxxxxx 1968-ci il təvəllüdlü Şahid4 6 fevral 2026-cı il tarixdə evində vəfat etmişdir (Cild 2;). Əməlin tövsifi və digər hüquqi məsələlər:
55. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
56. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
57. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir.
58. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində seçdiyi müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır.
59. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
61. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
62. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
63. CM-in 126.1-ci maddəsində qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmaya görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin maddənin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
64. CM-in 126.2.1, 126.2.2 və 126.2.3-cü maddələrinə əsasən həmin Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş əməllər iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə (CM-in 126.2.1), zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə (CM-in 126.2.2), xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə (CM-in 126.2.3) altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
65. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini rəhbər tuturaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının müddəalarını da nəzərə alır.
66. Belə ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər.
67. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.
68. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
69. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
70. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin tövsifi ilə əlaqədar qeyd edir ki, CM-in 126.1-ci maddəsinin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur. Həyat üçün təhlükəli olan zərər və həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə ağır hesab edilən zərər. Bu zaman həyat üçün təhlükəli zərər dedikdə, yetirilən anda zərərçəkmiş şəxsin həyatı üçün təhlükə törədən və ya adi gedişində ölümlə nəticələnən zərər başa düşülür. Sağlamlığa zərər vurmanın həyat üçün təhlükəli olmasını qiymətləndirdikdə tibbi yardım nəticəsində ölüm halının qarşısının alınması nəzərə alınmamalıdır. Həyat üçün təhlükəli olmayan, lakin nəticələrinə görə ağır hesab edilən zərərin aşağıdakı növləri göstərilmişdir: görmənin itirilməsi, eşitmənin itirilməsi, nitq qabiliyyətinin itirilməsi, hər hansı bir orqanın və ya bu orqanın funksiyasının itirilməsi, psixi pozuntu və ya sağlamlığın başqa cür pozulması, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətli itirilməsi, təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi, hamiləliyin pozulması, şəxsin narkomaniyadan və ya toksikomanlıqla xəstələnməsi və sifətin silinməz dərəcədə eybəcərləşdirilməsi. Şərh edilən cinayət maddi tərkibli olmaqla CM-in 126.1-ci maddəsinin dispozisiyasında göstərilmiş nəticələrdən hər hansı biri mövcud olduğu andan başa çatmış hesab ediləcəkdir. Hər bir halda zərərçəkmişə dəymiş zərərlə təqsirkarın qanunazidd əməli arasında səbəbli əlaqə olmalıdır. Bu cinayət subyektiv cəhətdən həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Təqsirkar başqa şəxsin sağlamlığı üçün təhlükəli olan əməl törətdiyini dərk edir, bunun həmin şəxsin sağlamlığına ağır zərər vuracağını qabaqcadan görür, belə zərərin vurulmasını arzu edir (birbaşa qəsd) və ya onun vurulmasına şüurlu surətdə yol verir (dolayı qəsd). Cinayətin törədilməsinin motiv və məqsədi müxtəlif ola bilər, lakin bu, əməlin tövsifi üçün heç bir əhəmiyyət kəsb etmir (ağırlaşdırıcı tərkib əlamətlərindən başqa). Bu cinayətlər üzrə qəsd çox vaxt qeyri-müəyyən olur. Ona görə də təqsirkarın əməli faktiki baş vermiş nəticələrə görə tövsif edilməlidir. CM-in 126.2-ci maddəsi qəsdən sağlamlığa ağır zərərvurmanın ağırlaşdırıcı tərkib əlamətləri qismində CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin aşağıdakı hallarda törədilməsini nəzərdə tutmuşdur: a) iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə; b) zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə; c) xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı tğörədildikdə; ç) ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə; d) zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə məqsədi ilə törədildikdə. İctimai borcun yerinə yetirilməsi dedikdə, həm vətəndaşlar tərəfindən onlara xüsusi olaraq həvalə edilmiş ictimai vəzifələrin yerinə yetirilməsi, həm də cəmiyyətin, yaxud ayrı-ayrı şəxslərin mənafeyi üçün (hüquq pozuntularının qarşısını alma, törədilmiş, yaxud hazırlanan cinayət haqqında hakimiyyət orqanına xəbər vermə və ya zərərəçəkmiş şəxsin cinayət törətmiş şəxsi ifşa edən ifadə verməsi və s.) digər hərəkətlərin edilməsi başa düşülür. Deməli, ictimai borcu yerinə yetirən şəxs qismində həm vəzifəli (onlara xüsusi olaraq həvalə edildikdə), həm də vəzifəli olmayan şəxslər çıxış edə bilər. Xüsusi amansızılıqla adam öldürmə (CM-nin 126.2.3) əməlinin tövsifi zamanı nəzərə almaq lazımdır ki, burada söhbət hər hansı başqa amansızlıq deyil, xüsusi amansızlıqdan, yəni təqsirkarın müstəsna dərəcədə rəhmsizliyindən, qəddarlığından gedir. Nəzərə almaq lazımdır ki, qanun xüsusi amansızlıq anlayışı həm sağlamlığa qəsdər ağır zərərvurmanın üsulu ilə, həm də təqsirkarın xüsusi amansızlıq göstərməsini sübut edən digər hallarla əlaqənləndirir. Xüsusi amansızlıq təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi halda sağlamlığına ağır zərər vurmasında da ifadə oluna bilər. Yaxın adamlar zətrərçəkmiş şəxi özlərinə əziz sayan, onu dəyərli insan kimi özünün yaxını hesab edən şəxslərdir. Bu cür xüsusi amansızlıq ərin öz arvadının, yaxud uşaqların öz valideynlərinin gözü qarşısında sağlamlığına ağır zərər vurulmasında və s. ifadə oluna bilər. Bu halda təqsirkar seçdiyi üsulla zərərçəkmiş şəxsin yaxın adamlarına xüsusi əzab verdiyini dərk etməlidir.
71. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qardaşı Şahid4 və Şahid3 ilə birlikdə yemək yeyib bir qədər spirtli içki qəbul etdikdən sonra evin həyətində qardaşı Şahid4lə Şahid3 mübahisə etdiklərini görüb onları sakitləşdirərkən Şahid4 onu təhqir edərək üzünə sillə ilə vurmasından hiddətlənərək yaşadığı mənzildən bıçaq götürüb Şahid4 üzərinə gedərkən, sonuncunun yetkinlik yaşına çatmayan oğlu Zərərçəkmiş şəxs1 onun qarşısına keçib onları ayırmaqla qanunsuz hərəkətlərinin qarşısını almağa çalışarkən bıçağı Zərərçəkmiş şəxs1 yönəldərək məhz ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar sonuncuya ailə üzvlərinin gözü qarşısında onlara xüsusi əzab verdiyini dərk etməklə həmin bıçaqla bir dəfə Zərərçəkmiş şəxs1 zərbə vuraraq qarının ön divarının bir ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarasından ibarət həyat üçün təhlükəli olan xəsarət yetirməklə, habelə daha sonradan kriminal davranışlarını dayandırmadan davam etdirib onu sakitləşdirməklə ictimai borcunu yerinə yetirən digər qardaşı oğlu Zərərçəkmiş şəxs2 də ailə üzvlərinin gözləri qarşısında onlara xüsusi əzab verdiyini dərk etməklə müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək bıçaqla bir dəfə vurub sonuncuya daxili qanaxma ilə müşayiət olunan qarının ön divarının bir ədəd daxilə nüfuz edərək köndələn çənbər bağırsağı zədələyən deşilmişkəsilmiş yarası kimi həyat üçün təhlükəli olan xəsarətlər yetirməsi ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq qəsdən xüsusi amansızlıqla iki şəxsin sağlamlığına ağır zərərvurma kimi qiymətləndirilmişdir.
72. Müdafiə tərəfi məhkəmə istintaqı zamanı təkidlə təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 hər hansı xəsarət yetirilməməsi, ümumiyyətlə sonuncuları mübahisə zamanı görməməsi, hadisə zamanı qardaşı Şahid4 və qonşusu Şahid3 ayırmaqdan başqa hər hansı hərəkət etməməsi, Zərərçəkmiş şəxs2lə Zərərçəkmiş şəxs1 özü-özlərinə xəsarət yetirmələri, qardaşı Şahid4lə əlbəyaxa olmaması, ibtidai istintaqın ilkin mərhələsində fiziki təzyiqlərə məruz qaldığından ondan həqiqəti əks etdirməyən ifadələr alınmasını göstərmişdir. Halbuki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qardaşı Şahid4 qonşusu Şahid3 xoşagəlməz ifadələr işlətməklə münaqişə yaratmasının qarşısını almaq məqsədilə əvvəlcə aranı sakitləşdirməyə cəhd etmiş, lakin sonradan qardaşının ona qarşı nalayiq rəftarından hiddətlənərək evdən bıçaq götürüb Şahid4 üzərinə gedərkən ailə üzvlərinin gözləri qarşısında onlara xüsusi əzab verdiyini dərk etməklə müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək gərginliyi azaltmaqla əlbəyaxa davanın qarşısını alaraq öz ictimai borcunu yerinə yetirməyə çalışan Şahid4lə Təqsirləndirilən şəxs arasında girmiş qardaşlardan əvvəlcə Zərərçəkmiş şəxs1 zərbə vuraraq qarının ön divarının bir ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarasından ibarət, həyat üçün təhlükəli olan xəsarət yetirmiş, habelə cinayətkar əməl törətdiyini dərk etməsinə baxmayaraq öz hüquqazidd əməlini davam etdirərək növbəti dəfə Zərərçəkmiş şəxs2 bıçaqla bir dəfə vurub sonuncuya daxili qanaxma ilə müşayiət olunan qarının ön divarının bir ədəd daxilə nüfuz edərək köndələn çənbər bağırsağı zədələyən deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hər hansı xəsarət yetirməməsi, ümumiyyətlə zərərçəkmiş şəxslərin aldığı xəsarətlərin onların özləri tərəfindən özlərinə yetirilməsi və ifadəsində göstərdiyi digər ziddiyyətli xüsusatlar işin faktiki halları ilə öz təsdiqini tapmadığından inkar edilir, məhkəmə, onun məhkəmədə verdiyi həmin ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun həmin ifadəsi özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün işin faktiki halları ilə təkzib olunan ifadələrindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, həmin hallar Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi, habelə məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələri, barəsində qətimkan tədbiri seçilərkən qapalı məhkəmə iclasında bildirdiyi hallar, ekspertiza rəyləri və digər mötəbər sübutlarla da tam şəkildə öz təsdiqini tapır.
73. Məhkəmə, Zərərçəkmiş şəxs1 həm məhkəməyədək icraat zamanı, həm də məhkəmə baxışı üzrə məhkəmə iclasları zamanı verdiyi ifadələrinə, həmçinin Zərərçəkmiş şəxs2, şahidlər Qanuni nümayəndə və Şahid2 həm məhkəməyədək icraatın sonrakı mərhələsində, həm də məhkəmə baxışı üzrə məhkəmə iclaslarında verdikləri ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onların həmin ifadələri qohumluq münasibətində olduqları Təqsirləndirilən şəxs məhz ağır cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmaq və cəzalanmaqdan yayındırmaq, habelə məsuliyyətini yüngülləşdirməyə cəhd etmələri kimi qiymətləndirilməlidir. Belə ki, zərərçəkmiş şəxslər Təqsirləndirilən şəxs tərəfindən onlara heç bir bıçaq xəsarəti yetirilmədiyini, bədənlərində yaranmış bıçaq xəsarətlərinin ailədaxili münaqişənin qarşısının alınması məqsədilə özləri tərəfindən yetirildiyini, o cümlədən ibtidai istintaq zamanı təzyiqlərə məruz qalmaları ilə əlaqədar məhkəməyədək icraatın ilkin mərəhələsində fərqli məzmunda ifadə vermələrini bildirmişlər. Halbuki, iş materiallarına əsasən hadisədən dərhal sonra zərərçəkmiş şəxslər qonşularının köməyi vasitəsi ilə xəstəxanaya çatdırılaraq orada sonunculara “Qarının beldən aşağı hissəsinin çanağın kəsilmiş-cırılmış yarası” diaqnozu qoyulduqdan sonra qısa müddət ərzində barəsində aparılmış məhkəmə-tibbi ekspertizası nəticəsində onlara deşici-kəsici əşya ilə xəsarət yetirilməsi, xarakter, lokalizasiya və ağırlığına görə xəsarətlərin əl çatan nahiyədə olmasına baxmayaraq şəxsin özü tərəfindən yetirilməsi ehtimalı inandırıcı hesab olunmamışdır (az inandırıcı hesab olunmuşdur). Eyni zamanda, zərərçəkmiş şəxslər xəsatəxanaya axşam (gecə) vaxtı daxil olarkən xəsarətlərin guya özləri tərəfindən yetirilməsini bildirməsinə baxmayaraq sonuncuların anası, həmçinin yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi Qanuni nümayəndə və Şahid2 baş vermiş hadisənin birbaşa şahidləri kimi hadisədən sonrakı gün, yəni 13 aprel 2025-ci il tarixdə həm öz əlyazmaları ilə, həm də videoçəkiliş vasitəsilə qeydə alınmaqla iş materiallarına əlavə edilmiş izahat və ifadələrində zərərçəkmiş şəxslərin məhz Təqsirləndirilən şəxs tərəfindən bıçaqlanmalarını hər hansı təzyiq altında olmadan tam, ətraflı və sərbəst formada göstərmişlər. Həmçinin şahid Qanuni nümayəndə ifadəsində zərərçəkmiş şəxslərin xəstəxanaya ilkin daxil olarkən aldıqları xəsarətin guya özləri tərəfindən yetirilməsinə dair göstərdikləri xüsusatı inkar edərək ailədaxili münasibətlərin pozulmasının, eləcə də məsələnin böyüməsinin qarşısını almaq məqsədilə yalan məlumat vermələrini bildirərək peşman olduğunu, o cümlədən qaynı Təqsirləndirilən şəxslə barışdıqlarını təkidlə vurğulamışdır. Bundan başqa, Zərərçəkmiş şəxs1 məhkəməyədək icraatın əvvəlindən qardaşı Zərərçəkmiş şəxs2 əmisi Təqsirləndirilən şəxs tərəfindən bıçaqlanmasından sonra özü-özünü bıçaqlamasını göstərməsinə baxmayaraq qeyd olunan xüsusat həmin dövrdə dindirilmiş şahidlər Qanuni nümayəndə və Şahid2, o cümlədən Zərərçəkmiş şəxs2 və sonuncuların ifadələrindən xəbərsiz Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələri ilə, o cümlədən Təqsirləndirilən şəxs ailədaxili münaqişə zəminində qardaşı uşaqları Fərid və Zərərçəkmiş şəxs1 bıçaqla vuraraq xəsarət yetirməsini etiraf edərək səmimi peşman olduğunu bildirməklə ailə üzvlərinin və qonşularının onu həbs olunmuş halda görməsindən utandığı üçün ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinin keçirilməməsini xahiş etməsinə dair özü tərəfindən sərbəst şəkildə əlyazma ilə yazılmış ərizəsi ilə tamamilə inkar edilmişdir. Məhkəmə xüsusilə vurğulamağı zəruri hesab edir ki, Təqsirləndirilən şəxs qardaşı oğulları olan zərərçəkmiş şəxsləri aldıqları xəsarətlərlə bağlı xəstəxanada, sonradan isə evlərində baş çəkmək təşəbbüsü göstərməyərək istintaq orqanının çağırışlarına məhəl qoymayaraq törətdiyi cinayət əməlinin hüquqi nəticələrindən boyun qaçıraraq ölkə hüdudlarından kənara qaçmağa cəhd göstərərkən saxlanılmış, həm şübhəli, həm təqsirləndirilən şəxs qismində dindirilərkən, həm də barəsində qətimkan tədbiri məsələsi həll edilərkən məhkəməyə törətdiyi cinayət əməlini etiraf edərək peşman olduğunu göstərmişdir. Həmçinin Zərərçəkmiş şəxs2 barəsində məhkəmə-tibbi ekspertizası keçirilərkən xəsarətlərin məhz əmisi Telman Mustayev tərəfindən yetirilməsini qeyd etmişdir.
74. Məhkəmə nəzərə almağı xüsusilə zəruri hesab edir ki, Qanuni nümayəndə hadisə törədildikdən sonra qonşusu Şahid5lə (hətta ona da hər hansı məlumat verməmiş) birlikdə oğlanlarını xəstəxanaya aparmış, orada hadisənin böyüməməsi üçün xəsarətlərin məhz qaynı Təqsirləndirilən şəxs tərəfindən törədilməsini gizlətmiş, lakin növbəti gün dindirilərkən həmin faktı ailəsini qorumaq üçün söyləmədiyini, peşman olduğunu, bağışlanmağını xahiş edərək Təqsirləndirilən şəxslə barışdığını bildirmişdir. Lakin hadisədən təxminən üç ay sonra övladları ilə birlikdə - təqsirləndirilən şəxsin ailə üzvləri dindirildikdən sonra sonuncuların ifadələrində göstərdiyi məzmunda həqiqətə uyğun olmayan, iş materialları ilə tamamilə təkzib olunan ifadələr vermişdir. Qohumluq əlaqələrində olan şəxslərin ilkin ifadələrini kifayət qədər uzun müddət sonra təqsirləndirilən şəxsin xeyrinə dəyişdirməklə hamısının eyni və ya qısa müddət ara ilə (iki gün) eyni məzmunlu ifadələr verməsi öz növbəsində məhkəmə tərəfindən ağlabatan hesab olunmamaqla yanaşı, əvvəlcədən razılaşdırılmış ailədaxili və qohumluq münasibətlərinin (ailənin bütövlüyünün) qorunması məqsədilə formalaşdırılmış müdafiə taktikası kimi qəbul edilir. Beləliklə, Təqsirləndirilən şəxs, zərərəçkmiş şəxslərin və təqsirləndirilən şəxsin qohumlarının öz ifadələrində göstərdikləri xüsusatlar işin faktiki halları ilə öz təsdiqini tapmadığından inkar edilir, məhkəmə, onların həm məhkəməyədək, həm də məhkəmədə verdikləri işin faktiki halları ilə tam inkar edilən həmin ifadələrinə tənqidi yanaşır və hesab edir ki, həmin ifadələr təqsirləndirilən şəxsi müdafiə xarakteri daşımaqla onun ağır cinayət əməlləri törətdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və işin faktiki halları ilə təkzib olunan ifadələrindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur.
75. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbərliyi şübhə doğurmayan çoxsaylı sübutlarla onun qeyd edilən cinayət əməlini, yəni ona istinad edilən cinayət əməlini törətməsi mübahisəsiz olaraq tam sübuta yetirilir.
76. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.
77. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin Rusiyaya qarşı” iş üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin “Saidinin Fransaya qarşı” iş üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, sübutların mümkünlüyü daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma və məhkəmə istintaqı mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər.
78. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X1rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər.
79. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs hökmün 4-5, 33, 36 və 42-ci bəndlərində qeyd edildiyi kimi şübhəli şəxs qismində saxlanılarkən, şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə dindirilərkən, habelə ilk dəfə barəsində məhkəmə nəzarəti qaydasında qətimkan tədbiri seçilməsi məsələsinə qapalı məhkəmə iclasında müdafiəçisinin iştirakı ilə baxılarkən (barəsində qətimkan tədbiri məsələsi həll edilərkən ittiham olunduğu əməlin onun tərəfindən törədildiyini, lakin həmin əməldən səmimi peşman olduğunu nəzərə alıb barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir), eləcə də istintaq təcridxanasına daxil olarkən hər hansı fiziki, psixi və sair təzyiqə, pis rəftara və zorakılığa məruz qalmasına dair hər hansı məlumat verməmiş, həmçinin hökmün 4-5, 33, 36, 42, 47 və 52-ci bəndlərində qeyd edilən mötəbərliyi şübhə altına alına bilinməyən məhkəmədə tədqiq edilmiş sübutlarla da, Təqsirləndirilən şəxs saxlanılarkən, dindirmə və digər istintaq hərəkətləri keçirilərkən, hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs yalnız törətdiyi cinayət əməlinin onun tərəfindən törədilməsi məsələsi qohumları ilə birgə qurulmuş müdafiə taktikası əsasında inkar edildikdən sonra, yalnız barəsində cinayət işi başlanıldıqdan üç ay sonra mübahisələndirilmişdir. Başqa sözlə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs sonradan məhkəməyədək icraat zamanı və məhkəmədə verdiyi və işin faktiki halları ilə tam inkar edilən ifadələri ağır cinayət əməllərinə görə məsuliyyətə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq, habelə törədilmiş cinayət əməllərini pərdələmək məqsədi daşıyır.
80. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.
81. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarındakı müddəaları nəzərə alaraq belə qənaətə gəlir gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 126.2.1, 126.2.2 və 126.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs CM-in 126.2.1, 126.2.2 və 126.2.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
82. Məhkəmə nəzərə alır ki, CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
83. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
84. Məhkəmə CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs hər hansı şikayət və tələblərinin olmamaqla onlarla barışıq əldə etməsini, CM-in 59.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə qohumluq münasibətində (doğma qardaşı övladları-əmi) olmalarını, zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsə hər hansı cəza təyin etməməsinə dair təkidlə və israrla xahiş etmələrini, 47 yaşında olmaqla ailəsində yeganə qazanc gətirən şəxs olmasını və hadisədən sonra qardaşı Şahid4 vəfat etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
85. Təqsirləndirilən şəxs əməlində CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi.
86. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
87. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.
88. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yalnız təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzanın ən aşağı həddə təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-in 62 və 70-ci maddələrinin tətbiq edilməsi üçün hər hansı əsas yoxdur.
89. Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 126.2.1, 126.2.2 və 126.2.3-cü maddələrinin sanksiyasında altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
90. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.
91. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
92. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
93. CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.
94. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 aprel 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 23 aprel 2025-ci il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 9 avqust 2025 və 11 oktyabr 2025-ci il tarixli qərarları ilə Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti 2 noyabr 2025-ci il tarixədək uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.
95. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 23 aprel 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir.
96. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.
97. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutun olmaması nəzərə alınmalıdır.
98. İş üzrə mülki iddianın, məhkəmə xərclərinin və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınmalıdır.
99. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
100. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X4 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
101. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2 və 126.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 23 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutun, mülki iddianın, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın, habelə məhkəmə məsrəfinin olmaması nəzərə alınsın. Hökmdən onun elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.