Məhkəmə qərarları › İş №1(101)-1857/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1857/2021

29.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1857/2021 29.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin Bakı Ağır Cinayətlər məhkəməsi üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1988-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, hazırda ƏN-nin PX-nin Bakı İstintaq Təcridxanasmda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə, istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdar təşkil edən 30,464 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi RPİnin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 17 iyul 2021-ci il tarixdə saat 11:10-da ünvan 3 ünvanın qarşısında saxlanılaraq Nəsimi RPİ-nin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman həmin psixotrop maddə metamfetamin 01 ədəd şəffaf selofana bükülmüş halda əynindəki mavi rəngli cins şalvarın sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o narkotik vasitə istifadəçisidir amma heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış. 17 iyul 2021-ci il tarixdə təxminən saat 11 radələrində yaşadığı ünvan 5 ünvanın qarşısında olarkən mülki geyimdə 3 nəfər şəxs mənə yaxınlaşdı, həmin şəxslər özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını deyib onu döyərək Nəsimi rayon Polis İdarəsinə apardılar. Orada ona edilən təzyiqlərə görə onların dediyi məzmunda ifadə verərək, üzərinə yerləşdirdikləri narkotik vasitələrin ona məxsus olduğunu bildirdi. Faktiki olaraq, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə yox idi. Ona polis əməkdaşları tərəfindən edilən təzyiqlərə görə Baş Prokurorluğa və Ombudsmana şikayət etmişdir. Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış polis böməsində videoçəkilişdən istifadə olunmaqla keçirildi. Saxlanılmazdan 1 gün əvvəl narkotik vasitə istifadə etmişdi. Narkotik vasitəni hər dəfə təqribən 0,5 qramdan az olmaqla 20-30 manata alırdı, narkotik vasitədən istifadə etməsindən peşmandır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o halhazırda Nizami rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsində əməliyyat müvəkkili işləyir. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən isə o Nəsimi rayon Polis İdarəsində əməliyyat müvəkkili işləyirdi. 17 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdu. Əməliyyat məlumatının yoxlanması ilə əlaqədar təşkil edilmiş əməliyyat qrupunda o da daxil olmaqla 3 nəfər iştirak edirdilər. Onlar ünvan 5 ünvanının qarşısında Təqsirləndirilən şəxsı aşkar etdilər. Bu zaman ondan özünü təqdim etməsini xahiş edəndə o özünü guya Təqsirləndirilən şəxs qardaşı kimi təqdim etmişdi. Bundan sonra onu polis idarəsinin xidməti otaqlarından birinə gətirdilər. Orada videoçəkilişdən istifadə olunmaqla, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış keçirilməsi zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edildi. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitələri əvvəllər idmanla məşğul olanda travma aldığını və bu səbəbdən onda yaranan kəskin ağrılarla əlaqədar istifadə etmək üçün nəzərdə tutduğunu və heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirdi. Şəxsi axtarış keçirilməsi zamanı videoçəkilişdən istifadə olunmuşdu. Təqsirləndirilən şəxs üzərində aşkar edilən narkotik vasitəni hal-hazırda adını xatırlamadığı şəxsdən aldığını bildirmişdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin olmamasına və onun satışı ilə məşqul olmamasına dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübütlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan 17 iyul 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyul 2021-ci il tarixli, 6/2961 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN Zərflər üçün №186 möhür əksi, «Vət.Təqsirləndirilən şəxs ...» və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 30,464 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»-in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin təmiz çəkisi 30,464 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 30,414 qram. Cinayət işində olan 17 iyul 2021-ci il tarixli “şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilən zaman əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükülülünün içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddələr aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs həmin bükülüdə narkotikin olduğunu və ona məxsus olmasını bildirmişdir, keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd “DVD” disk protokola əlavə edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi Ambulator Məcburi-Tibbi yoxlamanın 06 sentyabr 2021-ci il tarixli, 3292 nömrəli ambulator məcburi-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxsnа cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət tюrətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yцngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 17 iyul 2021-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməsindən peşman olmasını cəzanı yüngülləşdirən hall kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Nəsimi RPİ-də saxlanılan ümumi təmiz çəkisi ekspertiza tədqiqatından sonrakı qalıq 30,414 qram metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətlərini özündə əks etdirən 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 17 iyul 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan Nəsimi RPİ-də saxlanılan ümumi təmiz çəkisi ekspertiza tədqiqatından sonrakı qalıq 30,414 qram metamfetamin məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətlərini özündə əks etdirən 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar