Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1857/2022 25.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 12:50-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibi, X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı1 və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1993-cü ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, işləməyən, orta təhsilli, himayəsində bir azyaşlı uşağı olan, Bakı şəhəri, Xətai rayonu, N.Mahmudov küçəsi ev 20A-da qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi ev 29C mənzil 87-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 6 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,079, 0,112 qr, 0,146 qr, 0,032 qr, 7,232 qr, 0,450 qram, ümumi təmiz çəkisi 8,051 qram külli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış və 11 iyun 2022-ci il tarixdə saat 18:45 radələrində Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tərbiri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində Sabunçu rayonu, ünvan 1 ünvanında saxlanılıb Sabunçu RPİ-in 13-cü PB-nə gətirilərək, PB-də üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Kent" markalı siqaret qutusunun içində olmaqla 6 ədəd sellofan və siqaret kağızı bükümlərində 0,079, 0,112 qr, 0,146 qr, 0,032 qr, 7,232 qr, 0,450 qram, ümumi təmiz çəkisi 8,051 qram olan külli miqdarda ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin və 01 ədəd üzərində psixotrop maddə metamfetaminə məxsus izlər olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 18.45 radələrində Bakı şəhəri Bakıxanov qəsəbəsi S.Qocayev kücəsı 29C ünvanının qarşısında olarkən 2 nəfər mülkü geyimdə şəxslər ona yaxınlaşıb öz xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduğunu bildirərək özləri ilə polis bölməsinə getməsini tələb etmişlər. O da etiraz etməmiş və onlarla birlikdə 13-cü polis bölməsinə getmişldir. PB-də araşdırmanı aparan təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq ona dövlət hesabına 7 saylı Vəkil Bürosunun vəkili X2 təqdim edilmiş və ona üzərinə şəxsi axtarış keçiriləcəyi elan edildikdə, o könüllü olaraq müdafiəçisinin iştirakından imtina etmişdir. Daha sonra inzibati otaqların birində videoçəkilişlə üzərinə axtarış keçirilərkən, təhqiqatçı ona üzərində olan hər hansı qanunsuz əşya varsa təqdim etməyini təklif etmişdir. Həmin vaxt o, əynində olan göy rəngli cins şalvarının sağ cibindən 1 ədəd “Kent” markalı siqaret qutusunun içərisindən 1 büküm yaşıl selofana bükülmüş, 1 büküm ağ selofana bükülmüş və 4 büküm qara rəngli siqaret kağızına bükülmüş ağ kristal rəngli psixotrop maddə olan “şüşə” və 1 ədəd elektron tərəzi, həmin şalvarın sol ön cibindən isə bir ədəd “Huanvei” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Həmin maddəni xx.xx.2022-ci il tarixdə saat təxminən 03.00 radələrində “Memar Əcəmi” metrosuun yaxınlığında 105 manata şəxsi istifadəsi ücün tanımadığı şəxsdən almasını bildirmişdir. Üzərindən aşkar edərək götürülmüş həmin maddələr və 1 ədəd elektron tərəzi təhqiqatçı tərəfindən onun iştirakı ilə videocəkiliş vasitəsi ilə qablaşdırılaraq zərfə qoyulmuş, o və digər iştirakçılar tərəfindən imzalandıqdan sonra üzəri möhürlənmişdir. Ona polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi təzyiqlər olmamışdır. 13-cü PB-nə gətirilənədək üzərinə baxış və axtarış keçirilməmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitəni satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etmişdir. Əməlindən peşmandır. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun ona verilən ittihamla özünü qismən təqsirli bilməsi barədə məhkəmədə verdiyi ifadəsini özünümüdafiə xarakteri daşımaqla ağır ittihamdan yayınmaq məqsədi daşıması kimi qiymətləndirməklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinin məhkəmə baxışı zamanı tədqiq edilmiş aşağıdakı sübut növləri ilə tam təsdiq olunması qənaətinə gəlir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istinaq zanmanı müdafiəçinin iştirakı ilə 12 iyun 2022- ci il tarixdə şübhəli şəxs qismində və 13 iyun 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən üzərindən aşkar olunmuş külli miqdarda psixotrop maddəni şəxsi istifadəsi və satmaq məqsədilə üzərində daşıdığını bildirmişdir. Bundan başqa, məhkəmədə şahid qismində dindirilmiş Sabunçu rayon polis idarəsinin 13-cü Polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ifadəsində bildirmişdir ki, 11 iyun 2022-ci il tarixdə əməliyyat müvəkkili Şahid1 iştirakı ilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı ünvan 4 ünvanında həmin şəxs müəyyən edilərək tərəflərindən saxlanılmış və 13-cü PŞ-yə gətirilərək raport tərtib edilməklə təhvil verilmiş, araşdırmanın aparılması PŞ-nin sabiq təhqiqatçısı polis polkovnik leytenantı Rafiq Şərifova həvalə edilmişdir. Təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra ona dövlət hesabına müdafiəçi qismində 7 saylı Vəkil Bürosunun vəkili X2 təqdim edilmiş, vəkilin iştirakı ilə hüquq və vəzifələri izah edilmiş sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, baxış və götürmə aparılmışdır. Axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qadağan olunmuş əşya, maddə və predmetin olduğu təqdirdə təqdim etməsi təklif edilərkən, həmin şəxs əyinində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “Kent” markalı siqaret qutusunun içində 06 ədəd siqaret kağızı bükümlərində psixotrop maddə metamfetaminə bənzər maddələri, 01 ədəd elektron tərəzini, 01 ədəd “Huavei" markalı mobil telefonu təqdim etmiş və bükümlərdəki maddənin “patı” adlanan psixotrop maddə olmasını, öz istifadəsi və satmaq məqsədi ilə 105 manata Memar Əcəmi metrosunun yaxınlığında tanımadığı şəxsdən əldə edib üzərində daşımasını bildirmişdir. Daha sonra aşkar edilmiş bükümlər və tərəzi zərfə qoyularaq üzəri möhürlənmiş və o, iştirakçılarla birlikdə tərtib edilmiş protokolu imzası ilə təsdiq etmişdir. İlkin və sonrakı əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs psixotrop maddəni konkret olaraq kimə satmasını və psixotrop maddələri əldə etdiyi naməlum mənbəni müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı heç bir fiziki təzyiq olunmamış və üzəri 13-cü PŞ-yə gələnədək üzərində axtarış olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu rayon polis idarəsinin 13-cü Polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 Şahid2 verdiyi ifadə ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 12 iyun 2022-cİ il tarixli 6/3315 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş...” qözləri yazılmış 1 nömrəli zərfdəki altı ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,079 qram, 0,112 qram, 0,146 qram, 0,032 qram, 7,232 qram, 0,450 qram, ümumi təmiz çəkisi 8,051 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. 2 nömrəli zərfdəki bir ədəd elektron tərəzinin səthində psixotrop maddə metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinə əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 4784 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixosimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Sabunçu RPİ-nin 13-cü PŞ-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 iştirakları Təqsirləndirilən şəxs üzərinə 13-cü PŞ-nin təhqiqatçısı Rafiq Şərifov tərəfindən şəxsi axtarış keçirilmiş və bu zaman Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qadağan olunmuş əşya və predmetin olduğu təqdirdə təqdim etməsi təklif edilmiş, həmin vaxt həmin şəxs əyinində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “Kent” markalı siqaret qutusunun içində 06 ədəd siqaret kağızı bükümlərində psixotrop maddə metamfetaminə bənzər maddələri, 01 ədəd elektron tərəzini təqdim etmiş və “patı” adlanan narkotik maddə olmasını öz istifadəsi və satmaq məqsədi ilə 105 manata Memar Əcəmi metrosunun yaxınlığında tanımadığı şəxsdən alaraq üzərində daşımasını bildirmişdir. Daha sonra aşkar edilmiş bükümlər və tərəzi zərfə qoyularaq üzəri möhürlənmiş və o, iştirakçılarla birlikdə tərtib edilmiş protokolu imzası ilə təsdiq etmişdir. Bundan başqa cinayət işininə əlavə edilmiş 12 iyul 2022-ci il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş mobil telefona baxış zamanı müəyyən edilmişdir ki, həmin mobil telefon “Huawei” markalı sensorlu **********501381,**********01399 İMEİ kodlu, qara rəngli mobil telefondur, üzərində ***-***-**-** saylı “Azerfon” abonent nömrəsi olmuş. Mobil telefon açıldıqda “Whatsapp” ani mesajlaşma tətbiqindəki ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il saat 19:07 radədə +**********85 abonent nömrəsindən “Asif nolar 0,5 verde ayin axiri maawimi alib vererem puluvu” məzmununda yazılı mesaj, həmin nömrədən “Asif ağrıyıram, neçə gündü eləmirəm, yuxu yuxu dalınca, adamın pulu olmayanda qonaq eləmillər” məzmunlu səsli mesaj, +********** saylı abonent nömrəsindən “Eşidirsən qaqa..Binəqədi tərəfdəyəm...istiyirsən gəlim o tərəfə deyim, eee... nətər məsləhət görürsən, indidən qoy harasa “kiriti” bir yerdə, mən sənin kartına pul atandan sonra denən mənə malın harda olduğunu.” məzmunlu səsli mesaj, Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsindən isə həmin nömrəyə “ Gəl də, gəcLçıx gəl, prosta İcraya yox ha..bizim məhləyə gəlginən.” məzmunlu səsli mesajlar, həmçinin mobil telefonun şəkil fayllarının içində ox işarəsi ilə işarələnmiş binanın blokunun elektrik şitinin, müxtəlif ünvanların fotoşəkilləri aşkar edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsini onun ibtidai istintaq zamanı verdiyi ifadələri, eləcə də cinayət təqibi üzrə toplanmış digər mötəbər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri obyektiv həqiqəti əks etdirir və məhkəmə həmin ifadələri sübüt növü kimi qəbul edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi, üzərindən aşkar olunaraq götürülmüş külli miqdarda miqdarda psixotrop maddə metamfetamini satış məqsədilə deyil, yalnız öz istifadəsi üçün üzərində daşıması cinayət işi üzrə dindirilmiş şahid ifadələri və iş üzrə toplanmış digər sübutların məcmusu ilə də təkzib edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülən psixotrop maddənin külli miqdarda olması, onların ayrı-ayrı bağlamada olması və üzərindən bir ədəd elektron tərəzinin aşkar edilməsi, həmçinin istifadə etdiyi mobil telefonda aşkar edilmiş SMS yazışmaları onun psixotrop maddəni satış məqsədilə əldə edib üzərində saxlaması qənaətinə gəlməyə əsas verir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini və himayəsində bir azyaşlı uşağını olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 -cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli 11 iyun 2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmaqla Sabunçu rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış 7,931 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilməlidir. Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması barədə videoçəkilişi əks etdirən 01 ədəd DVD disk əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri, 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi üçün 180 (yüz səksən) manat pul onun vəkil işlədiyi Bakı şəhəri, 26 saylı Vəkil bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 11 iyun 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Sabunçu rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış 7,931 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması barədə videoçəkilişi əks etdirən 01 ədəd DVD disk əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilsin. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 180 (yüz səksən) manat pul onun vəkil işlədiyi Bakı şəhəri, 26 saylı Vəkil bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1857/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1857/2022
25.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver