Məhkəmə qərarları › İş №1(101)-1857/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1857/2024

24.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1857/2024 24.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X1 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Tərcüməçi – X2, Zərərçəkmiş şəxsin nümayəndəsi – “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə, Müdafiəçi – Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, natamam orta təhsilli, subay, himayəsində azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2də kirayə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissəsində – CM) 182.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs külli miqdarda əmlak əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstərmə, habelə əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2023-cü ilin sentyabr ayının əvvəllərindən etibarən sonrakı müddət ərzində müxtəlif tarixlərdə və vaxtlarda Bakı şəhəri ərazisində hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin külli miqdarda əmlakını əldə etmək məqsədi ilə öz istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri vasitəsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsində işləyən Zərərçəkmiş şəxs sonuncunun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə SMS mətnləri, habelə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi proqramı üzərindən səsli mesajlar göndərərək onun və yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstərmə, habelə əmlakını tələf etmə barədə hədə-qorxu gəlməklə külli miqdarda 100.000 manat məbləğində pul tələb edib həmin məbləğdə pulu verməyəcəyi halda Zərərçəkmiş şəxs ona və yaxın qohumlarına fiziki xəsarət yetirməklə, öldürməklə, eləcə də yaşadıqları ünvanı əl qumbarası ilə partlatmaqla bir neçə dəfə hədələmiş, bu şəkildə Təqsirləndirilən şəxs qorxu hissi yaradaraq Zərərçəkmiş şəxs öz təsiri altına salıb onun 10.000 manat pul vermək barədə məcburi razılığa gəlməsinə və ona “Whatsapp” ani mesajlaşma mübadilə sistemi proqramı üzərindən fotoşəklini göndərmiş olduğu, tanıdığı Şahid6 adına olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid 4169 7385 4858 5979 nömrəli plastik bank kartı hesabına Zərərçəkmiş şəxs tərəfindən ödəmə terminalı vasitəsi ilə 25 noyabr 2023-cü il tarixdə saat 16:25-də 1.000 manat məbləğində pul vəsaiti ödənilməsinə nail olduqdan sonra öz cinayətkar məqsədini və niyyətini tanışı Şahid6 gizli saxlamaqla və aldadaraq guya hansısa tanıdığı digər şəxs tərəfindən özünə maddi yardım göndərildiyini ona bildirməklə həmin 1.000 manat məbləğində pul vəsaitinin bankomat aparatından nağdlaşdırılıb özünə çatdırması, eləcə də həmin pulla özü üçün bəzi ərzaq məhsulları alması barədə Şahid6 xahiş etmiş, Şahid6 Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətdən xəbərsiz və məlumatsız halda onun bu xahişini yerinə yetirərək özünün plastik kartının nasaz olması səbəbindən bankomat aparatında nağdlaşdırma əməliyyatı yerinə yetirməsi mümkün olmadığı üçün kart hesabına mədaxil edilmiş qeyd edilən 1.000 manat məbləğində pul vəsaitini 25 noyabr 2023-cü il tarixdə saat 17:33-də tanışı Şahid7 adına olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid 4169 73** ****9115 nömrəli plastik bank kartı hesabına internet üzərindən “birbank” vasitəsi ilə onlayn qaydada köçürdükdən sonra Şahid7 iştirakı və razılığı əsasında sonuncuya məxsus plastik bank kartı vasitəsi ilə həmin gün saat 18 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən bankomat aparatından nağdlaşdırıb götürdüyü 1.000 manat məbləğində pul vəsaitinə xahişi əsasında Təqsirləndirilən şəxs üçün aldığı bir sıra ərzaq məhsullarını və qalan pul məbləğini onun kirayədə yaşadığı ünvan 2 ünvanında Təqsirləndirilən şəxs bilavasitə təqdim edib vermiş, Təqsirləndirilən şəxs bu şəkildə ələ keçirdiyi həmin puldan əlavə qalan 9.000 manat məbləğində pulu Zərərçəkmiş şəxs hədəqorxu ilə tələb etməyə davam etdiyinə görə Təqsirləndirilən şəxs bu qanunsuz hərəkətləri barədə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət ərizəsi ilə müraciəti üzrə daxil olmuş məlumat əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 27 noyabr 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs hədə-qorxu ilə tələb etdiyi, seriya və nömrələri əvvəldən protokolda qeyd edilməklə əməliyyat-axtarış tədbirində istifadə olunan 90 ədəd 100 manatlıq əskinaslardan ibarət qalan 9.000 manat məbləğində pul vəsaitini 27 noyabr 2023-cü il tarixdə saat 17:10-da ünvan 3 ünvanın yaxınlığında əməliyyat qrupunun üzvü olmaqla əməliyyat-axtarış tədbirində şərti olaraq Zərərçəkmiş şəxs sürücüsü qismində iştirak edən, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Xüsusilə ağır cinayətlərlə mübarizə idarəsinin rəis müavini, polis polkovnik-leytenantı Şahid5 əldə etdikdən dərhal sonra saxlanılaraq DİN-in ünvan 4 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət edilib gətirilməklə orada həmin gün saat 19:30dan etibarən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən onun hədə-qorxu ilə tələb etmə yolu ilə Zərərçəkmiş şəxs ələ keçirdiyini zənn etdiyi, seriya və nömrələri əvvəldən protokolda qeyd edilməklə əməliyyat-axtarış tədbirində istifadə olunmuş 90 ədəd 100 manatlıq əskinaslardan ibarət 9.000 manat məbləğində həmin pul vəsaiti Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 182.3.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, Zərərçəkmiş şəxs 1990-cı ildən tanıyır, 46 saylı məktəbdə oxumuşlar, ailələrini tanıyır. 2014-cü ildə o, sonunculardan pulunu verib maşın almışdır. 3 ay keçəndən sonra maşın əzilmiş, avtomobilin altı sıradan çıxmışdır. O, Eldarın yanına gəlmiş və yaranmış problemin necə həll olunacağını demişdir. Eldar bu avtomobilinin ehtiyat hissələrini tapıb yığmağına bir az vaxt lazım olduğunu demişdir. Eldar avtomobili verməyi, ödədiyi 1600 manatı qaytaracağını və üç aya verdiyi pulu da qaytaracağını bildirmişdir. O, da razılaşmışdır. 2000 manat da üstündə ona söz vermişdir. O, çıxıb getmiş və 2017-ci ilə kimi ona həmin pulu qaytarmamışdır. Sonra 2017-ci ildə ona zəng edib müflis olduğunu demişdir. Eldar Ukraniyadan karxana aldığını, danışdığı adama pulun yarısını verdiyini, yarısını da bir il ərzində bağlayacağını bildirmişdir. Bir il ərzində bağlayandan sonra karxananı onun adına sənədləşdirəcəyini bildirmişdir. Bir il bağlamadığına görə həmin adam karxananı onun adına sənədləşdirmir. Pulu da kassadan götürüb, ona görə də 2017-ci ildən Eldarla danışmır. 2017-ci ildə o, Eldara kömək etmiş, karxananı qardaşına qaytarmışlar. Onda da ona pul verməmişdir. Sonra o, Eldar ilə yanacaq doldurma məntəqəsində görüşmüşdür. O, Eldarı başqa avtomobil sürdüyünə görə heç tanımamışdır. Əvvəllər başqa avtomobil sürürdü, amma o, sonuncu ilə yanacaq doldurma məntəqəsində görüşəndə başqa avtomobil sürmüşdür. Ona 1 adam avtomobildən əl etmiş, amma o, tanımamışdır. Sonra bir oğlan gəlib ona Eldarın onu çıxışda gözlədiyini bildirmişdir. Yanacaq doldurma məntəqəsindən çıxanda Eldarı görmüş və ona Rahat marketin yanında saxlayacağını, onunla söhbəti olduğunu demişdir. O da Eldarla razılaşmışdır. Eldar da ev tikib satdığını bilirdi. Rahat marketin yanında Eldarla görüşəndə sonuncu ona müflis olduğunu demişdir. O Eldara gəlib evinə baxacağını demiş, tikdiyi həyətə gəlib baxmışdır. Eldar ona qardaşı ilə 2017-ci ildən əlaqəsi olmadığını demişdir. O, doğrudan da əlaqələrinin olmadığını görmüşdür. O, Eldara kömək edəcəyini demişdir. O, it səsi gəldiyini eşitmişdir. O, özü heyvan sevəndir, itə baxdıqda pis vəziyyətdə olduğunu görmüşdür. Onun itə yazığı gəlmişdir. Eldara kömək edəcəyini bildirmişdir. Eldar isə ona ayda 1500 manat pul verəcəyini, buranın işlərini qurtarmaq lazım olduğunu demişdir. Gündə evə üç dəfə getmiş, 20-30 manat benzinə pul vermiş, 20-30 manat itin yeməyinə vermişdir, hətta orda işçilər olmuşdur. O, suallara cavab olaraq bildirmişdir ki, bir il üç ay o, ora gündə üç dəfə gedib-gəlmiş, 47-50 min hələ 1 ilin maaş pulu edir, materialı da sayanda gəlib 70-80 min edirdi. Materialı o, almış, Eldarın maddi durumu pis olmuş, ustalara naharı o, aparıb vermiş, itləri yemləmişdir. Eldar dostu olduğu üçün və ona müflis olduğunu bildirdiyinə görə getmişdir. Qardaşının kassasından pul götürüb ona görə qardaşına deməmişdir. O, bildiyinə görə 650.000 manat kassadan pul götürmüşdür. Eldarın qardaşından borca pul almamış, ona görə də özünü qismən təqsirli bilir. Eldarın ona borcu 50. 000 manat idi, 50.000 manat da karxananı qaytaranda ona borclu olmuşdur. Eldarın qardaşının pulu olduğuna görə sonuncuya zəng etmiş, pulunu istəmişdir. O, söyüşləri əsəbləşib söymüşdür. Eldar ona kömək etməsini, indiki vaxtda evə 600.000 manat pul verdiklərini, amma tək torpağın 500- 600.000 manat qiyməti olduğunu, buranı satdıqdan sona onun pulunu verəcəyini bildirmişdir. Ona villanı satıb pulunu verəcəyini, əlində olan pulun materiala getdiyini bildirmişdir. O, Eldarın evində işləyəndə şəkil çəkib instaqrama qoymuşdur. O, Eldara tablo düzəltmiş, tablonun 12.000 manat qiyməti var. O, materialın pulunu da saysa 150.000 manat edəcək. Onun Şahid1 ailə üzvləri ilə səmimi münasibəti olmuşdur. O, Şahid1 ailə üzvlərini təhdid etməmişdir. Şahid1 ona 50.000 manat borcunun olması ilə bağlı sənədləri yoxdur. Şahid1 tələb etdiyi pul məhz bu məsələlər ilə bağlıdır. O, Şahid1 borcu istəyəndə sonuncu ona qardaşı Zərərçəkmiş şəxs bağ evindən əldə etdiyi pulları ondan almasını və qardaşı oğlunun İngiltərədə oxumasını bildirmişdir. Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, özü əslən Bakı şəhərindəndir, hazırda Bakı şəhəri Mərdəkan qəsəbəsində tək kirayədə yaşayır. Ailəsi yoxdur, əvvəllər qeyri-rəsmi olaraq Elbinel Eyvaz qızı ilə molla kəbini əsasında 2014-cü ildən evli olmuş, bu qeyri-rəsmi nikahdan övladı X3 doğulmuşdur. 2018-ci ildə arvadı ilə ayrılmış, qızı onunla qalmışdır. Bakı şəhəri Yasamal rayonunda yerləşən köhnə Sovetski ərazisindəki 150 nömrəli orta məktəbin 3-cü sinfinə qədər rus bölməsində oxumuş, sonradan təhsilini davam etdirə bilməmişdir. Rus bölməsində iki sinif oxusa da özü bir azərbaycanlı olaraq azərbaycan dilini mükəmməl bilir, bu dildə yazmağı və oxumağı bacarır. Özü heç yerdə işləmir, qaldığı ev də kirayədir, maddi dolanışığı da uzun illərdir ki çox çətindir, ehtiyac içində yaşayır. Zərərçəkmiş şəxs çoxdan tanıyır, onu uzaqdan tanısa da lakin Eminlə təxminən 2015-ci ildə o bankda filial müdiri işləyəndə bir dəfə iş yerinə yanına gedib tanış olmuşdur. O vaxtlar idarəçiliyində bir “Daeevo” markalı avtomobillə bağlı Eminin işlədiyi Nikoil banka müraciət etmişdir. Emin də onu çox yaxşı qarşılamış, hətta cibinə xərclik pul da qoymuşdur. Eminin qardaşı Şahid1 da tanıyır, əvvəllər 2022-ci ildə Eldarın Bakı şəhəri Şüvəlan qəsəbəsində yerləşən bağ evində bir müddət də işləmişdir. Belə ki, Eldar ona demişdir ki, bağ evində müəyyən işlərinə kömək etsin. 2022-ci ilin iyul-sentyabr aylarında özü Eldarın bağ evində onun tapşırığı ilə saxladığı itlərinə baxmış, onları vaxt-vaxtında yemləmişdir. Həmçinin, Eldar özü bir müddət Almaniyada olduğu vaxtlarda ona tapşırmışdır ki, öz pulu hesabına onun bağ evi üçün inşaat materialı alsın, evin tikintisinə və ustaların yeməyinə də hələlik pul xərcləsin, sonra onun çəkdiyi xərcləri ödəyəcəkdir. Bu minvalla Eldarın ona ümumilikdə təxminən 40-50 min manat pul borcu yaranmışdır. Sonradan Eldar ona olan borcunu ödəməkdən yayınmışdır. Özü sonradan fikirləşmişdir ki, həmin pulu onun qardaşı Zərərçəkmiş şəxs istəsin. Özünün əsəb xəstəliyi olduğu üçün etiraf edir ki, Emindən 100.000 manat pulu hədə-qorxu gələrək tələb etmiş, aqressiv şəkildə ona bununla bağlı müxtəlif SMS mətnləri göndərmişdir. Emindən həmin pulu tələb etməyi 2023-cü ilin sentyabr, oktyabr, noyabr ayları ərzində baş vermişdir. Zərərçəkmiş şəxs ona pul vermək istəməmiş, lakin özü bir neçə dəfə tələb edəndən sonra Emin ona 10 min manat verməyə razılaşmışdır. Həmin pulun bir hissəsi olaraq 1000 manat pulu almaq üçün özü Eminə plastik bank kartı nömrəsi göndərmişdir. Həmin bank kartı Kapital banka aid Umiko kartı olmuş, Mərdəkan qəsəbəsinə öz qaldığı məhləyə gəlib gədən Şahid6 adlı cavan oğlanın kartı olmuşdur. Həmin oğlanla sadəcə məhlədə tanış olmuş, əslən Bərdə rayon sakinidir. Özü sadəcə ondan xahiş etmişdir ki, öz kartının fotoşəklini ona göndərsin ki, həmin karta Emin pulu köçürsün. Məmmədağaya sadəcə demişdir ki, özünə bir nəfər pul borcludur, pul göndərməlidir, icazə versə onun kart hesabına köçürsün, sonra özü ondan götürər. X4 özünün arasında olan söhbətlər, yaxud pul tələb etməyi barədə heç nə deməmişdir. Məmmədağa həmin ərəfədə Mərdəkanda olmuş, özünün xahişi əsasında təxminən bir saat ərzində həmin 1000 manat pulu hansısa bankomatdan nağdlaşdırıb çıxartmış və gətirib Mərdəkanda əlbəəl özünə təhvil verib getmişdir. Həmin 1000 manat pulu Emin səhv etmirsə 25 noyabr 2023-cü il tarixdə köçürmüşdür. Özü həmin pulun bir hissəsini öz ehtiyacına xərcləmişdir. Emindən qalan 9000 manat pulu istəyəndə Emin ona demişdir ki, özü şəhərdən kənardadır, həmin qalıq pulu özünün sürücüsü ilə göndərəcəkdir. Özü 27 noyabr 2023-cü il tarixdə Eminə Whatsap proqramı ilə öz olduğu ünvan yerini, koordinatını göndərmişdir. Həmin gün saat təxminən 17 radələrində Eminin sürücüsü kimi bildiyi tanımadığı şəxs Mərdəkan qəsəbəsi 28 may küçəsi yaxınlığında özünə gətirib 9000 manat pulu sayaraq təqdim edib vermiş, özü də pulu təhvil götürmüşdür. Həmin vaxt kənardan özlərini polis əməkdaşı kimi təqdim edən şəxslər yaxınlaşıb onu saxlamışlar. Özü də pulu aldığını etiraf etmişdir. Sonra özünü Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişlər, orada şübhəli şəxs qismində tutulmuş, ona hüquqlarının müdafiəsi üçün vəkil də təqdim olunmuşdur. Üzərində şəxsi axtarış keçirilmiş, özünə təklif olunmuşdur ki, üzərindəki əşyaları, pulu təqdim etsin. Özü Eminin göndərdiyi kimi bildiyi həmin 90 ədəd hər biri 100 manatlıq əskinaslardan ibarət 9000 manat pulu və özünə məxsus Xiaomi markalı mobil telefonunu çıxarıb təqdim etmişdir. Həmin vaxt pula baxış keçirilmiş, özünə məlum olmuşdur ki, həmin pul əskinasları seriya və nömrələri əvvəldən polis orqanında qeydə alınmış pullardır. Özü həmin pulu Emindən hədə-qorxu gəlib istədiyini də etiraf etmişdir. Sonra həmin pullar və özünün Xiaomi markalı mobil telefonu polis əməkdaşları tərəfindən götürülmüşdür. Zərərçəkmiş şəxs qarşı törətdiyi bu əməldən peşmandır, bu hadisəni əsəbi olduğu üçün törətmiş, səhhətində də problemləri, həmçinin maddi çətinlikləri də vardır. Təqsirləndirilən şəxs həmin ifadələrində əlavə olaraq göstərmişdir ki, özü Zərərçəkmiş şəxs həmişə yaxşı bir insan kimi tanımış, onunla özünün heç bir iş birliyi, işgüzar fəaliyyəti, ədavət və düşmənçiliyi olmamışdır. Əsəbləri yerində olmadığı üçün özü Eminə hədə-qorxu gəlmiş, ona hədə məzmunlu SMS-lər də göndərmiş, başına oyun aça, öldürə biləcəyini demiş, hətta bərk əsəbiləşdiyi üçün bir dəfə də bildirmişdir ki, evinə limonka, yəni qumbara da atacaqdır. Gərək belə hərəkət etməzdi. Qardaşı Şahid1 ona olan pul borcuna Zərərçəkmiş şəxs heç bir aidiyyəti olmamışdır. Özü sadəcə düşünmüşdür ki, Emin bir ağsaqqal kimi Eldara təsir edə bilər ki onun borcunu qaytarsın. Belə ki, 2022-ci ildə özü Eldarın Bakı şəhəri Şüvəlan qəsəbəsində yerləşən bağ evində bir müddət işləmişdir. Eldar ona demişdir ki, bağ evində müəyyən işlərinə kömək etsin. Özü isə 2022-ci ilin iyul-sentyabr aylarında Eldarın bağ evində onun tapşırığı ilə saxladığı itlərinə baxmış, onları vaxt-vaxtında yemləmişdir. Eldar özü bir müddət Almaniyada olduğu vaxtlarda tapşırmışdır ki, o öz pulu hesabına onun bağ evi üçün inşaat materialı alsın, evin tikintisinə və ustaların yeməyinə də pul xərcləsin, sonra çəkdiyi xərcləri ödəyəcəkdir. Bu minvalla Eldarın ona ümumilikdə təxminən 40-50 min manat pul borcu yaranmışdır. Lakin dəqiq məbləği bilmir. Eldarla özü arasında pul borc məsələsi barədə heç bir sənəd, yaxud rəsmiləşmə olmamışdır. Eldar onun pulunu qaytarmadığı üçün özü hətta bir dəfə əsəbindən 2023-cü ilin sentyabr ayında ölmək istəmiş və özünü Bakı şəhər dənizkənarı bulvarında Xəzər dənizinə də atmış, lakin xilas edildiyi üçün sağ qalmışdır. Eldarın təxminən 2016-cı ildə Ukraynada öz adına almaq istədiyi məmmər zavodunun Eldarın adına rəsmiləşdirilməsinə özü orada yaşayan şəxsi tanışları vasitəsi ilə köməklik göstərmiş, Eldar da zavodu rahat şəkildə öz adına keçirmişdir. Bu yaxşılığına görə Eldar da ona söz vermişdir ki, ona 50 min manat pul verəcəkdir, lakin həmin pulu da verməmişdir. Ona görə özü həmin 50 min manatı da hesablamaqla Emindən 100 min manat pul tələb etmişdir. Özünün istifadə etdiyi mobil nömrələr ***-***-**-**, ***-***- **-**, ***-***-**-**, ***-***-**-** nömrələr olmuşdur, həmin nömrələrlə danışıqlar aparmışdır. Məhkəmə baxışı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, təxminən 10 il bundan qabaq o, bank müdiri kimi çalışmış və bir gün Təqsirləndirilən şəxs vətəndaş kimi müraciət etmiş, qəbula yazılmışdır. O, Təqsirləndirilən şəxs qəbul etmiş, tanış olmuş, dinləyib yola salmışlar. Həmin zaman Təqsirləndirilən şəxs onlar aid bir işi olmamışdır. Sonra növbəti dəfə bir də gəlmiş, çıxanda da kömək istəmişdir. Həmin vaxt dəqiq yadında deyil, deyəsən, 50 manat kömək etmişdir. Bundan sonra bir müddət zaman keçmiş, bir dəfə də əlində bir jurnal gətirərək, jurnalı ona gətirdiyini bildirmişdir. O, kasıb adam olduğunu fikirləşib bir dəfə də kömək etmişdir. Bundan sonra uzun zaman yox olmuşdur. Sonra bir-iki il keçəndən sonra yenə gəlmişdir. O, Təqsirləndirilən şəxs yanında vətəndaş olduğu üçün qəbul edə bilməmiş, sonuncu çıxıb getmişdir. Üstündən 7-8 il keçəndən sonra bir də ortalığa çıxmışdır. Ona pulunun qaytarılması üçün mesaj yazmışdır. O da kim olduğunu başa düşməmişdir. Zəng edib kim olduğunu soruşmuş, Təqsirləndirilən şəxs özünü təqdim etmişdir. O, nə borc, nə pul olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs qardaşının bağında iş gördüyünü, ordan ona 40.000 manat borcları olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs nə iş gördüyünü, əgər borcları varsa ödəyəcəyini bildirmişdir. Şəxs mövzudan yayınmağa başlamış, telefonda hayküy salmışdır. Təqsirləndirilən şəxs üstündən 1-2 gün keçəndən sonra ona 40.000 yox, 100.000 manat borclarının olduğunu yazmışdır. O, əgər borcları varsa əsaslandırmasını, onun həmin borcu bağlayacağını bildirmişdir. Vətəndaş yenə mövzudan yayınmağa başlamış və telefonda ona hədə qorxu gəlməyə başlamış, sonra söyüş söyməyə başlamışdır. O da sonuncunun barəsində şikayət etmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, həmin vaxt o, Nikoyl bankda müdir işləmişdir. Təqsirləndirilən şəxs onun yanına 10 il bundan qabaq, təxminən 2014-2015-ci illərdə gəlmişdir. Banka yaxınlaşıb müraciət etmiş, onun qəbuluna yazılmışdır. Həmin vaxt bankla bağlı sonuncunun sualları olmuş, amma onların şəxslə bir bank işləri olmamışdır. Ona vəziyyətinin ağır olmasını demiş və o, Təqsirləndirilən şəxs 50 manat pul vermiş, növbəti dəfə jurnalla gəlmiş, onun üçün gətirdiyini bildirmişdir. Belə hallar olur ki, ehtiyacı olan adamlara kömək etmişlər. O, Təqsirləndirilən şəxsla münasibətdə olan adam deyil, ona videoroliklar göndərmişdir. İkinci dəfə gələndə telefon nömrəsini istəmiş, o da vermişdir. Gələndə hədiyyə gətirəcəyini bildirmiş, sonra jurnalı götürüb gəlmişdir. Nömrə onun şəxsi nömrəsi deyildi, onun telefonunda iki nömrə olmuşdur. Həmin yazışmalara keçən ilin avqust-sentyabr aylarında başlamışdır. Təqsirləndirilən şəxs yazırdı, üstündən 2-3 gün keçəndən sonra bir də yazırdı, sonra bir həftədən sonra yenə yazırdı. Söyüşlər də həmin ərəfədən başlanmışdır. O, birinci Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmiş, müraciəti xx.xx.2023-cü il tarixdə olmuşdur. Təqsirləndirilən şəxs üç ay ərzində ona yazmışdır. Onun qardaşının Təqsirləndirilən şəxs borcu olmasını araşdırmaq zaman tələb etmiş, ona görə dərhal şikayət etməmişdir. Sonra qardaşı ilə araşdıranda Təqsirləndirilən şəxs bağda itə baxdığını, qardaşının da sonuncuya pul verdiyini bilmişdir. Həmin vaxt o, bank müdiri işləyəndə qardaşı servis müdiri olmuşdur. Təqsirləndirilən şəxs da onun qardaşı olduğunu öyrənmiş və onunla söhbəti uzada bilməyəcəyini başa düşmüş, qardaşının yanına gedib-gəlməyə başlamış, sonra qardaşı ilə münasibət yaratmışdır. Qardaşı işi ilə bağlı uzun müddət xaricdə olmuş, Təqsirləndirilən şəxs da bağda itə baxmışdır. Qardaşının bağı Şüvəlanda olmuş, Təqsirləndirilən şəxs da Mərdəkanda yaşamışdır. Bağda tikinti getdiyi üçün daimi mühafizə olmamış, ona görə Təqsirləndirilən şəxs gəlib arada itə yemək verməsini bildirmişdir. Tikinti gedən vaxt və sonra o, qardaşının bağına getməmiş, qardaşı oranı tikib satmışdır. Həmin ərəfədə Təqsirləndirilən şəxs ora getməsi, itə baxması, mühafizə etməsi barədə xəbəri olmamışdır. Qardaşına 40.000 manat borcun olması barədə soruşanda, ümumiyyətlə borcu olmadığını demişdir. Təqsirləndirilən şəxs usta deyil, gördüyü iş yoxdur, xahiş edildiyi üçün itə baxmış, ona görə də 100-200 manat bunun müqabilində vermişdir. Təqsirləndirilən şəxsla yazışmalarda şəxsin doğrudan da pul istədiyini yoxlamaq üçün sonuncuya 10.000 manat pul verməyi, 1000 manat kartına göndərib 9000 manatı da sonra göndərməyi bildirmiş, Təqsirləndirilən şəxs razılaşmış və o, sonuncuya 1000 manat pulu kartına göndərmişdir. Daha sonra 9000 manatı da ondan istəmişdir. 9000 manatın istəməsi bir iki günün söhbətidir. Təqsirləndirilən şəxs 10.000 manatla razılaşmışdır. Təqsirləndirilən şəxs ona hər dəfə ayrı-ayrı nömrələrdən zəng etmiş, nömrənin birini məhdudlaşdırmış, başqa nömrədən yığmışdır. Qardaşının burda olmadığı zamanda, işlə bağlı Almaniyada olanda, sonuncu bağda itə baxmışdır. Onun oğlu barədə hədə-qorxu gəlmiş, pulu qaytarmağını, oğlunun İngiltərədə oxuduğunu bildiyini, xalası oğlu da orda oxuduğunu bildirmişdir. Hədə qorxu deyəndə, yəni pulu verilməsə oğlunun İngiltərədə oxuması ilə hədələmiş, evlərini partlatacağını demiş, söyüş söymüşdür. Bu barədə sms yazmışdır. O, dərhal şikayət etməmiş, Təqsirləndirilən şəxs başa salmaq istəmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2015-ci ildə o, avtomobil təmirində işləmişdir. Təqsirləndirilən şəxs əzilmiş avtomobilini satmaq məqsədilə onun iş yerinə gəlmişdir. Həmin vaxtdan onlar Təqsirləndirilən şəxs ilə dostluq münasibətində olmuşlar. O, Şüvəlan qəsəbəsində yerləşən bağ evində 2 dənə it saxlamışdır. 2021-2022-ci illərdə o, xaricə getməli olmuşdur. Bu vəsilə ilə Təqsirləndirilən şəxs bağ evindəki itlərinə baxmağı ona təklif etmiş və o, bu təklifi qəbul etmişdir. Fasilələrlə Təqsirləndirilən şəxs itlərinə nəzarət etmişdir. O, itlərə nəzarət etdiyi üçün Təqsirləndirilən şəxs pul vermiş və soyuducu, televizor hədiyyə etmişdir. O, Şüvəlandakı bağ evini satmaq qərarına gəlmişdir. Təqsirləndirilən şəxs ondan bağ evindən əldə edəcəyi puldan istəmişdir. O, pulun 3-4 min manat olacağını düşünərək qəbul etmişdir. Ancaq Təqsirləndirilən şəxs itlərinə baxdığı və bağ evinə nəzarət etdiyi üçün ondan 40.000 manat istəmişdir. O, Təqsirləndirilən şəxs bu fikri ilə razılaşmamışdır. Təqsirləndirilən şəxs ondan 100.000 manat alacağını bildirmişdir. O, bağ evini satdıqdan sonra xarici ölkəyə getmişdir. Təqsirləndirilən şəxs həmin vaxt qardaşı Zərərçəkmiş şəxs təhdid edərək pul tələb etmişdir. Təqsirləndirilən şəxs onun satdığı bağ evinin bağbanı ilə əlaqə saxlayaraq onun sonuncuya 40.000 manat borcu olduğunu bildirmişdir. Həmin evi alan şəxs pulun bir qismini ona verməmişdir. Təqsirləndirilən şəxs bağbana bu qalan pulun 40.000 manatını əldə edib öz aralarında bölməyi təklif etmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs 2015-ci ildən bəri tanıyır. Təqsirləndirilən şəxs 2015-ci ildə əzilmiş avtomobilini satmış və qarşılığında dərhal pulunu əldə etmişdir. Təqsirləndirilən şəxs çox kasıb olduğunu bildirərək ondan pul istəmişdir. Onların Təqsirləndirilən şəxsla aralarında yaranan səmimi münasibətə görə o, bəzən sonuncuya 5-10 manat pul vermişdir. Təqsirləndirilən şəxs ona tez-tez zəng etmiş, aralarında yaranan səmimi dostluq münasibəti uzun müddət davam etmişdir. Təqsirləndirilən şəxs ona heç bir yerdə işləmədiyini bldirmiş, ona işlərində yardım etməmişdir. 2017-ci ildən sonra o, Təqsirləndirilən şəxs 3 il görməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə onunla tanış olmazdan qabaq əlaqələri olmuşdur. Zərərçəkmiş şəxs 2015-ci ildə ona zəng edərək Təqsirləndirilən şəxs onun iş yerinə gələcəyini bildirmiş və lazimi kömək göstərməyini xahiş etmişdir. O, Təqsirləndirilən şəxs uzun müddətdən sonra təxminən 2022-ci ildə görmüş və bundan sonra yenə onların aralarında səmimi münasibətlər yaranmağa başlamışdır. Təqsirləndirilən şəxs onun Şüvəlandakı bağ evinin təmirinə köməklik göstərə bilər, amma o, bunun qarşılığında sonuncuya artıqlaması ilə pul vermişdir. O, Şüvəlandakı bağ evinin satılacağını müştəri tapmaq məqsədilə Təqsirləndirilən şəxs demişdir. Təqsirləndirilən şəxsla aralarında olan səmimi münasibətə görə sonuncunun ondan pul tələb etməsinə razılıq vermiş, lakin o, sonuncunun 40.000 manat istəyəcəyini bilməmişdir. Zərərçəkmiş şəxs, yəni qardaşı ilə aralarında ailə məsələlərinə görə soyuq münasibətləri olmuşdur. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs, yəni qardaşı ilə ailə məsələlərinə görə problemlərinin olduğunu demiş, məsələnin məzmununu açıq şəkildə ifadə etməmişdir. Onun qardaşı Zərərçəkmiş şəxsla maliyyə məsələləri ilə bağlı problemləri olmamışdır. O, Təqsirləndirilən şəxs yaşadığı evə dəvət etməmiş, əməliyyat olduğu üçün sonuncu özü yaşadığı evə gəlmişdir. Onun Təqsirləndirilən şəxsla arasında səmimi münasibət olduğundan Zərərçəkmiş şəxs oğlunun xaricdə təhsil alması ilə bağlı məlumat vermişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 27 noyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs sonuncunun sağlamlığına zərər yetirməsi hədə-qorxusu ilə pul tələb etməsi barədə Baş İdarəyə şikayət vermişdir. Onlar onun rəhbərliyi ilə dərhal əməliyyat qrupu yaradaraq Təqsirləndirilən şəxs şəxsiyyətini müəyyənləşdirmişlər. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hədə-qorxu yolu ilə 10.000 manat tələb etmişdir. Zərərçəkmiş şəxs pulun 1000 manatını Təqsirləndirilən şəxs kart vasitəsilə atmışdır. Zərərçəkmiş şəxs qorxduğu üçün əməliyyatçılardan biri sürücü kimi əməliyyat qrupu tərəfindən təşkil olunan 9.000 manatı təqsirləndirilən şəxsə vermək üçün sonuncu ilə getmişdir. Əməliyyat qrupu Təqsirləndirilən şəxs Mərdəkan qəsəbəsi yaşadığı evin yaxınlığında saxlamışdır. Təqsirləndirilən şəxs idarəyə aparılmış və sonuncuya hüquqlarının izah olunması üçün vəkil təyin olunmuşdur. Təqsirləndirilən şəxs videoçəkilişin aparılmasına qəti şəkildə etiraz etmiş və 2 hal şahidinin dəvət olunmasını tələb etmişdir. Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış nəticəsində sonuncunun üzərindən 9.000 manat pul aşkarlanmışdır. Təqsirləndirilən şəxs üzərində aşkar olunanan 9.000 manat pul qablaşdırılmışdır. O, suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs vermək üçün 9.000 manat əməliyyat qrupu tərəfindən təşkil olunmuşdur. Təqsirləndirilən şəxs özü Zərərçəkmiş şəxs 100.000 manat pul istədiyini daha sonra 10.000 manata razılaşdıqlarını etiraf etmişdir. O, Təqsirləndirilən şəxs həmin pulu Zərərçəkmiş şəxs hansı səbəbə istədiyini xatırlamır. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs tərəfindən saxlanılan zaman onlara qarşı heç bir müqavimət göstərilməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 27 noyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs s Təqsirləndirilən şəxs sonuncunun sağlamlığına zərər yetirməsi hədə-qorxusu ilə pul tələb etməsi barədə Baş İdarəyə ərizə ilə müraciət edərək şikayət vermişdir. Onlar polis əməkdaşı Şahid2 rəhbərliyi ilə dərhal əməliyyat qrupu yaradaraq Təqsirləndirilən şəxs şəxsiyyətini müəyyənləşdirmişlər. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hədə-qorxu yolu ilə ilk öncə 100.000 manat tələb etmişdir. Təqsirləndirilən şəxs daha sonra aralarındakı razılığa əsasən 10.000 manat pul tələb etmişdir. Zərərçəkmiş şəxs pulun 1000 manatını Təqsirləndirilən şəxs kapital bank kartı vasitəsilə atmışdır. Zərərçəkmiş şəxs qorxduğu üçün əməliyyatçılardan biri sürücü kimi əməliyyat qrupu tərəfindən təşkil olunan 9.000 manatı təqsirləndirilən şəxsə vermək üçün sonuncu ilə getmişdir. Əməliyyat qrupu Təqsirləndirilən şəxs Mərdəkan qəsəbəsi yaşadığı evin yaxınlığında saxlamışdır. Təqsirləndirilən şəxs İdarəyə aparılmış və sonuncuya hüquqlarının izah olunması üçün vəkil təyin olunmuşdur. Təqsirləndirilən şəxs videoçəkilişin aparılmasına qəti şəkildə etiraz etmiş və 2 hal şahidinin dəvət olunmasını tələb etmişdir. Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış nəticəsində sonuncunun üzərindən 9.000 manat pul aşkarlanmışdır. Təqsirləndirilən şəxs üzərində aşkar olunanan 9.000 manat pul qablaşdırılmışdır. O, suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış nəticəsində sonuncunun üzərindən 9.000 manat pul aşkarlanmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 27 noyabr 2023-cü il tarixində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs sonuncunun sağlamlığına zərər yetirməsi hədə-qorxusu ilə pul tələb etməsi barədə Baş İdarəyə şikayət vermişdir. Onlar polis əməkdaşı Şahid2 rəhbərliyi ilə dərhal əməliyyat qrupu yaradaraq Təqsirləndirilən şəxs şəxsiyyətini müəyyənləşdirmişlər. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hədə-qorxu yolu ilə ilk öncə 100.000 manat tələb etmişdir. Təqsirləndirilən şəxs daha sonra aralarındakı razılığa əsasən 10.000 tələb etmişdir. Zərərçəkmiş şəxs pulun 1000 manatını Təqsirləndirilən şəxs kart vasitəsilə atmışdır. Zərərçəkmiş şəxs qorxduğu üçün əməliyyatçılardan biri sürücü kimi əməliyyat qrupu tərəfindən təşkil olunan 9.000 manatı təqsirləndirilən şəxsə vermək üçün sonuncu ilə getmişdir. Əməliyyat qrupu Təqsirləndirilən şəxs Mərdəkan qəsəbəsi yaşadığı evin yaxınlığında saxlamışdır. Təqsirləndirilən şəxs İdarəyə aparılmış və sonuncuya hüquqlarının izah olunması üçün vəkil təyin olunmuşdur. Təqsirləndirilən şəxs videoçəkilişin aparılmasına qəti şəkildə etiraz etmiş və 2 hal şahidinin dəvət olunmasını tələb etmişdir. Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış nəticəsində sonuncunun üzərindən 9.000 manat pul aşkarlanmışdır. Təqsirləndirilən şəxs üzərində aşkar olunanan 9.000 manat pul qablaşdırılmışdır. O, suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs özü Zərərçəkmiş şəxs 100.000 manat pul istədiyini daha sonra 10.000 manata razılaşdıqlarını etiraf etmişdir. Təqsirləndirilən şəxs videoçəkiliş aparılmasına etiraz etdiyi üçün təhqiqatçı prosesual qaydaları nəzərə alaraq videoçəkiliş aparmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç yerdə işləmir, yaşadığı Mərdəkan qəsəbəsində yerləşən, dostunun işlətdiyi lombardda sonuncuya köməklik göstərir. Bu yolla ailə üzvlərinin dolanışığına maddi köməklik edir. Təqsirləndirilən şəxs təxminən 2 il olar ki tanıyır. Lakin sonuncu ilə elə də yaxın şəxsi münasibəti olmamışdır. Təqsirləndirilən şəxsla tanışlığı işlədiyi lombarda gəlib getməsi səbəbindən yaranmışdır. Təqsirləndirilən şəxs həmin lombarda əvvəllər müştəri kimi arabir gəlib getmiş, bəzən gəlib oturmuş, özünün rəssamlığından, portret hazırlamağından danışmışdır. Təqsirləndirilən şəxsla tanışlığı belə olmuşdur. Sadəcə sonuncunun yaşlı bir yaradıcı şəxs olmasına görə hörmətlə yanaşmışdır. Aralarındakı tanışlığa görə bəzən Təqsirləndirilən şəxs ondan özü üçün su, yaxud siqaret, digər ərzaq almasını da xahiş etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs bir neçə dəfə ondan özünün bank kartı olmamasını, bank kartlarından anlayışı olmadığından dostları tərəfindən sonuncuya maddi yardım kimi ödənilməli olan pulu onun kartına köçürülməsini, sonra həmin pulu bankomatdan nağdlaşdırıb sonuncunun özünə çatdırmasını xahiş etmişdir. O da Təqsirləndirilən şəxs etiraz etməmişdir. Bir dəfə kart hesabına 1000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. O da həmin pulu Təqsirləndirilən şəxs çatdırmışdır. O, suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxsla lombardda tanış olmuşlar. 1000 manat pul vəsaitinin kim tərəfindən və nə məqsədlə köçürüldüyünü bilməmişdir. Onun plastik kartı qırıldığından hesabına köçən pulları dostunun plastik kartı ilə çıxartmışdır. Pulları çıxardıb Təqsirləndirilən şəxs aparıb vermişdir. Kartına köçən pulları mobil tətbiq vasitəsi ilə dostunun kartına göndərdikdən sonra onun kartı ilə pulları çıxartmışlar. Kartdan çıxartdığı pullardan bəzən yol üstü təqsirləndirilən şəxs üçün bazarlıq etmiş, qalan pul vəsaitini isə özünə vermişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, icarəyə götürdüyü “Toyota Prius” markalı avtomobillə taksi sürücüsü kimi fəaliyyət göstərir, bu yolla ailə üzvlərinin dolanışığına maddi köməklik göstərir. Təqsirləndirilən şəxs şəxsən tanımır, aralarında heç bir ünsiyyət, pul alış-verişi olmamışdır. Şahid6 çoxdan tanıyır, təxminən 5-6 il olar ki sonuncu ilə şəxsi münasibəti var. Şahid6 ilə bir tanış kimi aralarında pul alış-veriş məsələləri bir neçə dəfə olmuşdur. Taksi sürücülüyü ilə məşğul olmağı ilə əlaqədar Şahid6 dəfələrlə onun taksi avtomobilindən sərnişin kimi istifadə etmiş, yol haqqı pulunu ödəmişdir. Bəzən də Şahid6 özünün bank kart hesabına müəyyən məbləğdə köçürmüş pul vəsaitlərini onun plastik kartı vasitəsi ilə çıxartmışdır. Bəzən də özü həmin pul vəsaitlərini çıxardıb Şahid6 vermişdir. O, suallara cavab olaraq bildirmişdir ki, Şahid6 özünün kart hesabına köçürülən pulları onun plastik kartı ilə çıxartmışdır. Şahid6 plastik kartı qırıldığından sonuncunun kart hesabına köçürülən pulları mobil tətbiq vasitəsi ilə onun kartına göndərmişdir. Daha sonra isə onun plastik kartı vasitəsi ilə gedib çıxartmışdır. Bundan başqa qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə ağır cinayətlərlə mübarizə idarəsinin rəis müavini vəzifəsində işləyir. Təqsirləndirilən şəxs 27 noyabr 2023-cü il tarixdə Bakı şəhəri Mərdəkan qəsəbəsi ərazisində saxlanılması ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirində, onun üzərində şəxsi axtarış və götürmə aparılması prosesində özü əməliyyat qrupunun üzvü olaraq iştirak etmişdir. Belə ki, Bakı şəhər sakini Zərərçəkmiş şəxs 27 noyabr 2023-cü il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət ərizəsi ilə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs onun və ailə üzvlərinin həyat və sağlamlığı üçün təhlükə törədəcəyi, əmlakını məhv edəcəyi ilə ona hədə-qorxu gəlir və bu yolla ondan 100.000 manat pul tələb edir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs barəsində bu müraciətindən sonra həmin şəxsin şəxsiyyəti müəyyənləşdirilərək məlum olmuşdur ki, həmin şəxs 1972-ci ildə Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum olunmuş, ünvan 1-də qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ə.Məmmədxanlı küçəsindəki nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxsdur. Baş İdarənin baş əməliyyat müvəkkili Şahid2 bu barədə rəhbərliyinə raportla məruzə edəndən sonra Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmış, əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik Şahid2 həvalə edilmişdir. O, özü, həmçinin Baş İdarənin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid4 və Baş İdarənin əməliyyat müvəkkili Şahid3 əməliyyat qrupuna üzv daxil edilmişlər. Hədə-qorxu ilə pul tələbinə məruz qalan Zərərçəkmiş şəxs bildirmişdir ki, yüz min manat pul tələbindən sonra özü Təqsirləndirilən şəxs on min manat verəcəyi barədə onunla məcburi razılığa gəldikdən sonra Təqsirləndirilən şəxs “Whatsapp” proqramı ilə onun mobil telefonuna fotoşəklini göndərdiyi "xxxx" ASC-yə aid kart hesabına 1.000 manat məbləğində pul köçürmüş, Təqsirləndirilən şəxs hazırda ondan qalan 9.000 manat məbləğində pulu hədə-qorxu ilə tələb etməkdə davam edir. Zərərçəkmiş şəxs keçiriləcək əməliyyat-axtarış tədbirində polis əməkdaşlarına kömək etməyə hazır olduğunu da bildirmişdir. Ona görə də əməliyyat-axtarış tədbirində istifadə olunması üçün DİN-in əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul vəsaitindən 90 ədəd hər biri 100 manatlıq əskinaslardan ibarət cəmi 9.000 manat pul əməliyyat qrupunun rəhbəri Şahid2 tərəfindən tərtib edilmiş protokol əsasında Zərərçəkmiş şəxs iştirakı ilə ona təqdim edilib verilmiş, həmin pul əskinaslarının seriya və nömrələri də protokolda yazılıb qeyd olunmuşdur. Belə ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla üzbəüz görüşməkdən qorxmuş və çəkinmişdir. Bildirdiyinə görə Təqsirləndirilən şəxs ona gəldiyi hədə-qorxular olduqca aqressiv olmuş, Əhməd onu öldürməklə, hətta evinə əl qumbarası atıb patlatmaqla da hədələmişdir. Ona görə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla üzbəüz görüşmək istəməmiş, özü bu barədə onlara bildirməklə yanaşı əməliyyat qrupu olaraq özləri də Zərərçəkmiş şəxs təhlükəsizliyinin təmin olunmasına çalışmışlar. Əməliyyat tədbirinin planına uyğun olaraq Təqsirləndirilən şəxs cinayət başında saxlanılması üçün onun hədə-qorxu ilə tələb etdiyi, seriya və nömrələri müvafiq protokolda əvvəldən qeyd edilmiş qalan 9.000 manat məbləğində pulu Təqsirləndirilən şəxs o, təqdim edəcəkdi, belə ki həmin pulu Təqsirləndirilən şəxs verərkən o, özünü guya Zərərçəkmiş şəxs sürücüsü kimi təqdim etməli idi. Bu səbəbdən də Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs mobil telefonla bildirmişdir ki, guya həmin 9.000 manat məbləğində qalan pulu ona öz sürücüsü ilə göndərir. Məhz bundan sonra Təqsirləndirilən şəxs görüşüb pulu götürmək üçün Zərərçəkmiş şəxs Whatsap proqramı ilə öz koordinatını, yerləşdiyi ünvan məlumatını göndərmişdir. Həmin ünvan ünvan 5at qrupu olaraq keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs tələb etdiyi, seriya və nömrələri əvvəldən protokolda qeyd edilməklə əməliyyat-axtarış tədbirində istifadə olunan 90 ədəd 100 manatlıq əskinaslardan ibarət qalan 9.000 manat məbləğində pul vəsaitini 27 noyabr 2023-cü il tarixdə, saat 17:10da ünvan 3 ünvanın yaxınlığında şəxsən onun özündən əldə etdikdən dərhal sonra həmin yerdə özləri tərəfindən saxlanılmışdır. Özlərini ona təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduğunu bildirməklə xidməti vəsiqələri göstərmişlər, təkliflərinə əsasən saxladıqları həmin şəxs də öz anket məlumatlarını söyləyib Təqsirləndirilən şəxs olduğunu təsdiqləmişdir. Təqsirləndirilən şəxs barəsində əməliyyataxtarış tədbirinin keçirilməsi haqqında qərarla da tanış etmişlər və onu özləri ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət edib gətirmişlər. Baş İdarəyə gələndən sonra Təqsirləndirilən şəxs Baş İdarənin Təhqiqat şöbəsinin baş təhqiqatçısı Babək Haqverdiyev tərəfindən şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil, həmçinin rus dili üzrə tərcüməçi də dəvət olunaraq ona təqdim edilmişdir. Daha sonra Baş İdarəyə dəvət edilmiş iki nəfərdən ibarət hal şahidlərinin iştirakı ilə, həmçinin müdafiəçinin və tərcüməçinin, eləcə də şikayətçi Zərərçəkmiş şəxs iştirakları ilə həmin gün şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə prosesi aparılmağa başlanmışdır. Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə prosesinin videoçəkilişlə aparılmasına qəti etiraz edərək hal şahidlərinin iştirakı ilə keçirilməsini xahiş etmişdir. Ona görə də bu barədə onun ərizəsi baş təhqiqatçı Babək Haqverdiyev tərəfindən nəzərə alınmışdır. Rus dili üzrə tərcüməçi ilə təmin edilməsinə baxmayaraq Təqsirləndirilən şəxs doğma azərbaycan dilində səlist danışmış və başa düşmüşdür. Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla da tanış edilmiş, həmin proses zamanı baş təhqiqatçı Babək Haqverdiyev tərəfindən Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, əgər üzərində hədə-qorxu ilə tələb etmə yolu ilə əldə etdiyi pul vəsaiti, eləcə də qanunla qadağan edilmiş digər əşya, predmet varsa özü təqdim etsin. Təqsirləndirilən şəxs da özünün Zərərçəkmiş şəxs hədə-qorxu gəlmə yolu ilə 100.000 manat pul tələb etdiyini etiraf edərək bu üsulla Zərərçəkmiş şəxs sürücüsü kimi zənn etdiyi şəxsdən 27 noyabr 2023-cü il tarixdə ünvan 3 ünvanın yaxınlığında əldə etdiyi həmin 9.000 manat pul vəsaitinin öz üzərində olduğunu bildirmiş, sonra isə əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən həmin pul vəsaitini, gödəkçəsinin sol yan cibindən özünə məxsus olduğunu bildirdiyi bir ədəd “Xiaomi” markalı mobil telefon aparatını çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində özləri tərəfindən də şəxsi axtarış aparılmış, başqa qanunsuz heç nə aşkar olunmamışdır. Onun mobil telefonu iş üzrə əhəmiyyət kəsb etdiyi üçün baş təhqiqatçı Babək Haqverdiyev tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin 9.000 manat pul vəsaiti sayılmış, seriya və nömrələri yoxlanılmış, həmin pulun seriya və nömrələri əvvəldən protokolda qeyd edilmiş, əməliyyat-axtarış tədbirində istifadə olunan 90 ədəd 100 manatlıq əskinaslardan ibarət olduğu müəyyən edilmiş və həmin pul əskinasları da iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüş, şəxsi axtarış və götürmə prosesinə dair baş təhqiqatçı tərəfindən protokol yazılıb tərtib olunaraq ucadan oxunmuş, özü və digər iştirakçılar da protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saxlanılarkən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılarkən, həmin idarədə olarkən və orada üzərində şəxsi axtarış keçirilərkən ona qarşı heç bir təzyiq, təsir və ya zorakılıq göstərilməsi halları olmamış, heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Bundan başqa qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid8 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 19-20 radələrində öz şəxsi işləri ilə əlaqədar Bakı şəhərində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasının yanından keçib gedərkən ona tərəf bir nəfər mülki geyimli şəxs yaxınlaşıb özünün həmin idarənin polis əməkdaşı olduğunu bildirməklə demişdir ki, həmin idarəyə hədə-qorxu ilə tələb etmə cinayəti törətməkdə şübhəli bilinən bir nəfər şəxs gətirilmiş, həmin şəxsin üzərində şəxsi axtarış prosesi keçirilməlidir. Polis əməkdaşı ona təklif etmişdir ki, həmin prosesdə hal şahidi kimi iştirak etsin. Özü də etiraz etməmiş, könüllü olaraq razılıq vermiş və birlikdə həmin İdarənin binasına daxil olmuşlar. Polis əməkdaşları oraya ondan başqa tanımadığı bir nəfər oğlanı da hal şahidi kimi dəvət etmişlər. Orada inzibati binanın otaqlarından birinə keçmişlər, polis əməkdaşlarının deməsinə görə bildiyi bir nəfər Təqsirləndirilən şəxs kimi təqdim olunan tutulmuş kişi, həmçinin onun vəkili və tərcüməçisi kimi təqdim edilən kişilər də orada olmuşdur. Otaqda Təqsirləndirilən şəxs barəsində şikayətçi olduğu bildirilən Zərərçəkmiş şəxs kimi təqdim olunan tanımadığı bir nəfər də olmuşdur. Polis əməkdaşları ona və digər hal şahidinə hüquq və vəzifələrini izah etmişlər. Özü Təqsirləndirilən şəxs adlı həmin orta yaşlı kişini əvvəllər heç vaxt görməmiş, onunla heç bir tanışlığı və ya şəxsi münasibəti olmamış, ilk dəfə gördüyü şəxs olmuşdur. Polis əməkdaşları həmin xidməti otaqda Təqsirləndirilən şəxs üzərində onun vəkilinin, tərcüməçinin, ondan şikayət etmiş şəxsin və hal şahidlərinin iştirakı ilə şəxsi axtarış keçirməyə başlamışlar. Rus dili üzrə tərcüməçi iştirak etməsinə baxmayaraq Təqsirləndirilən şəxs adlı həmin şəxs azərbaycan dilində səlist danışmış və başa düşmüşdür. Polis əməkdaşları Təqsirləndirilən şəxs şəxsi axtarış barədə özlərində olan qərarla tanış etmişlər və ona təklif olunmuşdur ki, əgər üzərində hədə-qorxu ilə tələb etmə yolu ilə əldə etdiyi pul vəsaiti, eləcə də qanunla qadağan edilmiş digər əşya, predmet varsa özü təqdim etsin. Təqsirləndirilən şəxs da özünün həqiqətən də şikayətçi olan Zərərçəkmiş şəxs hədə-qorxu gəlmə yolu ilə 100.000 manat pul tələb etdiyini etiraf edib bu yolla Zərərçəkmiş şəxs sürücüsü kimi zənn etdiyi şəxsdən elə həmin gün Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində əldə etdiyi 9.000 manat pul vəsaitinin öz üzərində olduğunu səmimi şəkildə bildirmiş, sonra isə əynində olan qara gödəkçəsinin sağ yan cibindən həmin pul vəsaitini, eləcə də gödəkçəsinin digər yan cibindən özünə məxsus olduğunu bildirdiyi bir ədəd “Xiaomi” markalı mobil telefon aparatını çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları özləri də şəxsi axtarış aparmış, başqa qanunsuz heç nə aşkar olunmamışdır. Onun mobil telefonu polis əməkdaşı tərəfindən götürülmüş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin 9.000 manat pul vəsaiti polis əməkdaşı tərəfindən sayılmış, pulların seriya və nömrələri yoxlanılmış, orada özlərinə məlum olmuşdur ki, həmin pulların seriya və nömrələri əvvəlcədən polis əməkdaşları tərəfindən yazılmış olan protokolda qeyd edilmiş seriya və nömrələrlə eynidir. Polis əməkdaşlarının bildirməsinə görə özlərinə aydın olmuşdur ki, həmin 90 ədəd 100 manatlıq əskinaslar Təqsirləndirilən şəxs adlı şəxsin cinayət başında yaxalanması üçün keçirilmiş əməliyyat-axtarış tədbirində istifadə olunan pullardır. Polis əməkdaşı həmin pul əskinaslarını da iş üzrə əhəmiyyət kəsb etdiyini bildirməklə götürmüşdür. Sonda isə şəxsi axtarış prosesinin başa çatdığı bildirilmiş, həmin prosesə dair polis əməkdaşı tərəfindən protokol yazılıb bütün iştirakçılara ucadan oxunmuş, özü və digər iştirakçılar da protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Bundan sonra özü İdarənin binasını tərk edib öz işlərinin dalınca getmişdir. Özü nə Təqsirləndirilən şəxs, nə də ondan şikayətçi olduğu bildirilən Zərərçəkmiş şəxs adlı şəxsləri əvvəllər tanımamış, ilk dəfə görmüş, həmin şəxslərlə özünün heç bir şəxsi münasibəti, yaxud ədavət və düşmənçiliyi olmamış, hazırda da yoxdur. İdarədə olduğu zaman orada Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq, zorakılıq edilməmiş, özü belə halları müşahidə etməmişdir. Bundan başqa qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid9 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsindən görünür ki, digər Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadələri təkrarlayaraq, ibtidai istintaq zamanı eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 182.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (İ cild, i.v. 1) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs BMCMİ-yə ərizə ilə müraciət edərək “Əhməd” adlı şəxsin onun və ailə üzvlərinin həyat və sağlamlığı üçün təhlükə törədəcəyi, eləcə də əmlakını məhv edəcəyi ilə hədə-qorxu gələrək 100.000 manat pul tələb etdiyi, qeyd olunanlarla bağlı keçirilmiş əməliyyat tədbirləri ilə “Əhməd” adlı şəxsin şəxsiyyəti müəyyən edilərək onun Təqsirləndirilən şəxs olması bildirilmişdir. (l cild i.v. 10) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı hədə-qorxu ilə tələb etmə cinayətinin törədilməsi barədə BMCMİ-yə daxil olmuş müraciət əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyataxtarış tədbirlərinin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (İ cild i.v. 11-12) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 18:50-də CM-in 182.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 17:10-da tutuluş hesab edilmişdir. (İ cild,i.v. 53) xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində Zərərçəkmiş şəxs hədə-qorxu ilə tələb etdiyi pul vəsaitlərini, o cümlədən qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bildirdiklərini təsdiq edərək onun və ailə üzvlərinin həyat və sağlamlığı üçün təhlükə törədəcəyi, eləcə də əmlakını məhv edəcəyi ilə hədə-qorxu gələrək ondan tələb etdiyi 10.000 manat pulun 9.000 manatını xx.xx.2023-cü il tarixdə saat 17:00-da ünvan 3 ünvanının yaxınlığında aldığını və həmin 9.000 manat pulun üzərində olduğunu bildirib, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 9.000 manat pulu, əynində olan gödəkçənin sol yan cibindən “Xiaomi” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi pul əskinasları barədə sual olunmuş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan Zərərçəkmiş şəxs tələb etdiyi 9.000 manat pul vəsaitlərinin bu gün polis əməkdaşları saxlamamışdan əvvəl verildiyini bildirmişdir. Şübhəli şəxsin təqdim etdiyi pul vəsaitləri sayılmış və 90 ədəd 100 manatlı əskinas olmaqla ümumilikdə 9.000 manat təşkil etdiyi məlum olmuşdur. Təqdim olunan pul əskinasları eyniləşmə keçirilməsi üçün əvvəlcədən kserosurəti çıxarılmış pul əskinaslarının seriya nömrələri yoxlanmışdır. Həmin pul vəsaitlərinin C90757240, C60367047, C03274910, C07929070, C15444299, C34697269, C17592758, C78085335, D14988766 C24972421, C50271618, C30010887, A72061530, A45463877, A52608070, C60744716, C67464314, A29283888, A75695683, A42667879, A34954631, A62824560, B01671366, C02863159, C22072876, C39941515, C86136477, C77278187, C61522187, A34273334, A59928357, C90651073, A29323223, A79002598, A83669290, C06761252, A93259829, C81403545, C09208945, C02780991, C69166108, C65229884, A32400014 A19015071, C55627767, C14900510, CC97860985, B02909185, A9799242, C22721821, A81097885, A22514098, A13685026, C72007586, C32964949, C40200169, A10659913, C57341255, C67814475, C30545469, D10903187, D10903185, A84260470, C29141045, C39370246, D14079783, C67588803, C09455515, A66479620, C48661182, A07278693, A39900597, D15141522, A86893808, C30508671, C54614262, C88472324, C98376010, A75300527, A55340232, C27384041, A20752916, C53561220, C28677423, C08043906, C91434199, C25894166, C83696329, C47926570, C19086242 seriya və nömrəli olması müəyyən edilmiş, məlum olmuşdur ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi ümumilikdə 9.000 manat məbləğində pul əskinaslarının hər birinin seriya nömrələri həqiqətən də kserosurətləri çıxarılmış, əməliyyat xərcləri üçün götürürlmüş pul əskinaslarıdır. Sorğu zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ona borclu olduğu pulun verilmədiyini və buna görə həmin pul vəsaitini onun və ailə üzvlərinin həyat və sağlamlığı üçün təhlükə törədəcəyi, eləcə də əmlakını məhv edəcəyi ilə hədə-qorxu gələrək tələb etdiyini bildirmişdir. (İ cild, i.v. 62-65) xx.xx.2023-cü il tarixli könüllü təqdim olunan mobil telefon aparatının yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında protokoldan, ona əlavə edilmiş diskdən və fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs könüllü olaraq baxış üçün təqdim etdiyi +994- 50-216-42-49 mobil nömrəli ona məxsus 01 ədəd “İphone” markalı mobil telefon aparatının yaddaşındakı məlumatlara baxış zamanı həmin mobil telefon aparatının yaddaşında həm məlumatlar bölməsində, həm də “Whatsapp” ani mesajlaşma mübadilə sistemi bölməsində 04 sentyabr 2023-cü il tarixdə saat 18:23-dən etibarən sonrakı müddət ərzində müxtəlif tarixlərdə və vaxtlarda Təqsirləndirilən şəxs istifadəsində olmuş +994-55- 215-47-44 və +994-55-704-70-71 mobil nömrələrdən daxil olan, rus və azərbaycan dilərində hədə-qorxu ilə 100.000 manat məbləğində pul tələbinə dair nalayiq sözlərlə və söyüşlərlə müşayiət olunan məzmunlarda göndərilmiş SMS mətnlərinin, səsli mesajların, onlara cavab olaraq Zərərçəkmiş şəxs tərəfindən göndərilmiş SMS mətnlərinin və səsli mesajların, həmin SMS mətnləri və səsli mesailar üzərindən tərəflər arasındakı qarşılıqlı dialoqun sonrakı mərhələsində 25 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs hədə-qorxu ilə 10.000 manat məbləğində pul tələbinin irəli sürüldüyünə, sonuncunun məcburi razılaşdıqdan sonra tələb edilən həmin 10.000 manat pulun bir hissəsi olaraq 1.000 manat məbləğində pulu ödəməsinə və qalıq 9.000 manat pulu da ödəyəcəyinə dair məlumat verməsinə, 1.000 manat məbləğində pulun Təqsirləndirilən şəxs tərəfindən qəbul edilməsinə, həmçinin 27 noyabr 2023-cü il tarixdə saat 16:19-da Təqsirləndirilən şəxs tərəfindən özünün Bakı şəhəri, Xəzər rayonu, 28 may küçəsində olduğu koordinat üzrə ünvan yeri barədə göndərilmiş məlumatların mövcud olduğuna dair faktların qeydə alındığı müəyyən edilmişdir. (İ cild, i.v. 120-131) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 182.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild, i.v. 132-134) xx.xx.2023-cü il tarixli mobil telefon aparatının yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və iş materiallarına əlavə edilmiş ona məxsus 01 ədəd “Xiaomi” markalı (yaxud “POCO C40, MİUİ) mobil telefon aparatının yaddaşında olan məlumatlara baxış keçirilmişdir. Cinayət işinin materialları tədqiq edilməklə keçirilən baxış zamanı həmin mobil telefon aparatının yaddaşında “Whatsapp” ani mesajlaşma mübadilə sistemi bölməsində Zərərçəkmiş şəxs istifadəsində olmuş +994-50-216-42-49 mobil nömrənin “Emin” adı altında qeydə alındığı müəyyən edilmişdir. Həmçinin, baxış zamanı qeyd edilən mobil telefon aparatının yaddaşında “Whatsapp” ani mesajlaşma mübadilə sistemi bölməsində “Emin” adı altında qeydə alınmış +994-50-216-42-49 mobil nömrənin istifadəçisinə, yəni iş üzrə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən 24 noyabr 2023-cü il tarixdə saat 14:05-dən etibarən müxtəlif vaxtlarda rus və azərbaycan dillərində hədə-qorxu ilə 100.000 manat məbləğində pul tələbi irəli sürüldüyünə, Zərərçəkmiş şəxs özü və yaxın qohumları barəsində fiziki xəsarət yetirməklə, öldürməklə, eləcə də yaşadıqları ünvanın əl qumbarası ilə partladılacağı məzmununda nalayiq sözlərlə və söyüşlərlə müşayiət olunan səsli mesajların, SMS mətnlərinin göndərildiyinə, onların Zərərçəkmiş şəxs tərəfindən rus və azərbaycan dillərində SMS mətnləri ilə cavablandırıldığına, qeyd olunan SMS mətnləri və səsli mesajlar üzərindən tərəflər arasındakı qarşılıqlı dialoqun sonrakı mərhələsində Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs hədə-qorxu ilə irəli sürülmüş 10.000 manat məbləğində pul tələbindən və Zərərçəkmiş şəxs ödənişə razılaşmasından sonra ilkin olaraq 1.000 manat məbləğində pulun sonuncu tərəfindən ödənilməsinə nail olmaq üçün Şahid6 adlı şəxsin adına "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid 4169 7385 4858 5979 nömrəli plastik bank kartının fotoşəklinin 25 noyabr 2023-cü il tarixdə saat 16:19-da Zərərçəkmiş şəxs göndərildiyinə, həmçinin Zərərçəkmiş şəxs tərəfindən ödəmə terminalı vasitəsi ilə 25 noyabr 2023-cü il tarixdə saat 16:25-də 1.000 manat məbləğində pul vəsaitinin həmin kart hesabına ödənilməsinə dair ödəniş qəbzinin fotoşəklinin həmin tarixdə saat 16:27-də Təqsirləndirilən şəxs göndərildiyinə, eləcə də qalıq 9.000 manat məbləğində pul vəsaitini əldə etməsi üçün Təqsirləndirilən şəxs tərəfindən özünün Bakı şəhəri, Xəzər rayonu, 28 may küçəsində olduğu koordinat üzrə ünvan yeri barədə SMS-in 27 noyabr 2023-cü il tarixdə saat 16:19-da Zərərçəkmiş şəxs göndərildiyinə dair faktların qeydə alındığı müəyyən edilmişdir. (İ cild, i.v. 156-161) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)- 1635/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Həmin Məhkəmənin xx.xx.2023-cü il tarixli, 4(005)-1635/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti, 03 ay, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. (İ cild i.v. 174-179, İİ cild i.v. 61-65) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(005)- 2000/2023 saylı qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 tərəfindən qəbul edilmiş 27 noyabr 2023-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir. (İ cild i.v. 191) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2001-ci il tarixli, A-0436/2001 nömrəli qərarından, Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 229/2005 nömrəli qərarından, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2004-cü il tarixli, A-0816/04 nömrəli hökmündən, Səbail Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli, 1-118/03 nömrəli və xx.xx.2008-ci il tarixli, 1-25/08 nömrəli hökmlərindən görünür ki, xx.xx.2001-ci il tarixli Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin qərarı ilə CM-in 180.2.3-cü maddəsilə təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı psixatriya xəstəxanasında psixatriya stasionarında intensiv müşahidə altında tibbi xarakterli məcburi müalicəyə göndərilmişdir. Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə CM-in 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2003-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin amnıstiya qərarının 1.1-ci maddəsinə əsasən cəzadan azad olunmuşdur. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə CM-in 180.2.2, 180.2.3 maddələri ilə təqsirli bilinərək, CM-in 66.3, 66.5-ci maddələrinə əsasən 01 il 11 ay 7 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2005-ci ildə Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur. Təqsirləndirilən şəxs sonuncu dəfə Səbail Rayon Məhkəməsinin xx.xx.2008ci il tarixli hökmü ilə CM-in 177.2.2, 231.1-ci maddələri ilə təqsirli bilinərək, CM-in 66.3-cü maddəsinə əsasən 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2011-ci il tarixdə Xətai Rayon Məhkəməsinin qərarı ilə 06 ay 17 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Onun həmin məhkumluqları CM-in 83-cü maddəsinin tələblərinə əsasən ödənilmişdir. (İ cild, i.v. 200-203, İİ cild, i.v. 42-45, 74-78, 80-84, 129-131) xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, “Bakcell MMC-dən əldə edilmiş 01 ədəd CD diskdə olan məlumatlara baxış zamanı ***-***-**-** mobil nömrənin "xxxx" MMC-də Nigar Əliyevanın adına (şəxsiyyət vəsiqəsi 03014322, qeydiyyat ünvanı: 1031,8, Bakı şəh. Lökbatan qəs. massiv 2, ev.80) və Əmrah Əkbərovun adına (şəxsiyyət vəsiqəsi 16478943, qeydiyyat ünvanı: 1031,8, ünvan 9ilmişdir. Cinayət işinin materialları tədqiq edilməklə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrə ilə iş üzrə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdən saat 05:29-dan xx.xx.2023-cü il tarixə saat 14:46-dək ötən müddət ərzində müxtəlif tarixlərdə və vaxtlarda telefon əlaqəsinə dair məlumatların qeydə alındığı müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrədən iş üzrə Zərərçəkmiş şəxs Falq oğlunun istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə saat 05:29-da “Var yoxunu alacam elinizden, senin yiyenin de agzina .... emin. Eldarin da var yoxunu .... .... .... məzmunlu, xx.xx.2023-cü il tarixdə saat 00:41-də “Emin senin de Elcinin de arvadi ...., ikinizin de başina .... .... ....” məzmunlu, xx.xx.2023-cü il tarixdə saat 00:42-də “Arvadlarinizi ..... goyun agziniza .... ....” məzmunlu, xx.xx.2023-cü il tarixdə saat 00:43-də “Gelecem .... arvadina gardasinin yaman gözü düsüb mene danişirdi..eraz gizidi deyesen..” məzmunlu, xx.xx.2023-cü il tarixdə saat 00:46-da və saat 00:47-də “Hayif o eraz gizindan senin kimi .... ..... ere getdi..senin ozunu .... lazimdir ay yeke ....” məzmunlu, xx.xx.2023-cü il tarixdə saat 00:49-da və saat 00:50-də “Mama necedi ay .... Elcin .... deki, nara mene yaman yazir, elcin deyesen yaxsi .... bilmir..mene yazmasin, men .... .... töbeliyem ay ....” məzmunlu, xx.xx.2023-cü il tarixdə saat 11:31 - 11:35 aralığında “Emin senin .... arvadini .... men, senin .... anani .... men, senin ölenlerinin görunu .... men, sizlere kecenin varini yoxunu .... men.. darixma …. emin seni başina …. …. …. balasi menin pulumu gönder …. gizini.. məzmunlu, xx.xx.2023-cü il tarixdə saat 16:23 - 17:31 aralığında “…. pulunu …. …., seni lişni (artıq) men …. otur vaxtini gözle ...., …. sözünüde sen …. Men yedirdim sen de bax ..... ti di (sənsən), ...... ..... ...., Senin gardaşin mene yüz min azn. pul vermelidir.. bir menali şekilde .. Siz iki ..... menim hec .... .... deyilsiz, size kecmiyecem, Var, butun problemlar sene göre başlayib, gardaşin .... mene her şeyi danişib.. Ala mandili, senin ona atdigin pul menimdir. Yüz min size ...., eyer istemirsense neyin var alim elindən, onda 50 mene, 50 min de bir hesab var ora köcür və gedin ikinizde menasiz heyatinizi yaşayin. Ну смотри сам, жадность фраера погубила. Какой на хрен навариться, это мои кровные деньги, короче иди отсюда не беси меня.. Пошел на .... барыга (Özün bilərsən, acıgözlük frayeri məhv elədi. Nə cəhənnəm atış gəlmək, o mənim əziyyətlə qazandığım puldu. Rədd ol bariqa) məzmunlu, xx.xx.2023cü il tarixdə saat 20:54 – 23:20 aralığında “..... гони мои бабки..,(pullarımı qaytar) Или пошли своих торпед, и посмотри как я их .... (öz adamlarını göndər, bax gör onların üstünə .....) .. yüz min. ellisi bir hesaba, digeri negd mene” məzmunlu, xx.xx.2023-cü il tarixdə saat 13:50-də “Pulu gönder .... olma..” məzmunlu, xx.xx.2023-cü il tarixdə saat 11:46-da “On mini gönder” məzmunlu, 25 11.2023-cü il tarixdə saat 13:19-da “Adam deyim verin ona” məzmunlu, xx.xx.2023-cü tarixdə saat 14:46-da “.... var yoxunu gönder pulu da .... ....” məzmunlu SMS mətnlərinin göndərilməsi faktlarının qeydə alındığı müəyyən edilmişdir. Eləcə də, baxış zamanı iş üzrə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**- ** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə xx.xx.2023-cü il tarixdə saat 15:48 – 17:32 aralığında “Hindi oxudum yazivi sən lap ..... eləmisən man sana görə zibilə duşmək istəmirəm. Gəl biraz pul verim sənə .... burdan bir də sənin səsvi eşidmiyim mən sən ..... ğörə əlmi gana bulamiyim. Man bilmiram kim kimə nə verməlidi mənə o məsələnin hec bir aydyati yoxdu. Mənim gardaşimla olan problemin sənə nə aydiyati var. Mən həyatim boyu hec kimə hecnə atmamişam o ki galsun gardaşima atim. Boş söhbətdi. Summa ne realnaya, Это ты задумайся на пустом месте сделал себе тему и мог бы halalignan навариться, но если так не хочешь то тогда бог тебе в помощь. Твоих не каких кровных денег нет и быть не может и я тебе деньги даю чтоб ты исчез из моей жизни, но если ты по хорошему не понимаешь то я отдам эти деньги другим людям и тогда ты поймешь что означает жадность. Ок” (Məbləğ qeyri-realdı.Sən özün durduğu yerdə öz başıva iş acmisan ama halallıqnan bu işi həll etmək olardi, ama eger sen istəmirsənsə Allah komeyin olsun. Sənin əziyyətlə qazandığın pullar yoxdu ve ola da bilməz və mən sənə pullari sen mənim heyatımdan yox olmağın üçün verirəm, egər sən yaxşı başa düşmürsənsə mən bu pulları başqa insanlara verərəm və sən anlayarsan xəsislik nə deməkdir) məzmunlu, xx.xx.2023-cü il tarixdə saat 21:11-də “10000” məzmunlu SMS mətnlərinin göndərilməsi faktlarının qeydə alındığı müəyyən edilmişdir. Bundan başqa, baxış zamanı ***-***-**-** mobil nömrənin "xxxx" MMC-də Təqsirləndirilən şəxs öz adına qeydiyyatdan keçdiyi müəyyən edilmişdir. Cinayət işinin materialları tədqiq edilməklə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrə ilə iş üzrə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**- ** saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdən saat 18:23-dən xx.xx.2023-cü il tarixə saat 21:15-dək ötən müddət ərzində müxtəlif tarixlərdə və vaxtlarda telefon əlaqəsinə dair məlumatların qeydə alındığı müəyyən edilmişdir. Həmçinin, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrədən iş üzrə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə saat 18:23-də “Pulum catmasa senide geberdecem. Emindir? məzmunlu, xx.xx.2023-cü il tarixdə saat 18:24-də “Pulumu gönder gardasindan özün bilersen.40 min” məzmunlu, xx.xx.2023-cü il tarixdə saat 15:47-də “Xalam oglu İngilterede oglunu taniyir.” məzmunlu, xx.xx.2023-cü il tarixdə saat 20:37 - 21:15 aralığında “Sizler mene 40 min yox, 100 min. manat borclusu ve o pulu doguzduracam size. Var yoxunu .... neyin var alacam elinizden, hec nede ede bilmeyeksen oturun baxin, sizler insan dili anlamadiz.. Böyuk .... etdiniz, bedelini ödeyeceksiniz, yaxin vaxtlarda, Başimi goymuşam bu söhbete. sizlerin min evez edicisi var, sen nollsan noli” məzmunlu SMS mətnlərinin göndərilməsi faktlarının qeydə alındığı müəyyən edilmişdir. Həmçinin, baxış zamanı iş üzrə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə xx.xx.2023-cü il tarixdə saat 18:23 - 18:25 aralığında “Kimsan ?, Bali, Kimdi ?” məzmunlu, xx.xx.2023-cü il tarixdə saat 15:48 - 15:49 aralığında “Nəyə görə borc yaranib ?, Nə məsələdi ?” məzmunlu, xx.xx.2023-cü il tarixdə saat 19:00da “Hindi oxudum yazivi sən lap ...... eləmisən man sana görə zibilə duş” məzmunlu SMS mətnlərinin göndərilməsi faktlarının qeydə alındığı müəyyən edilmişdir. (İ cild, i.v. 233-234, 259-261) xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şahid1 ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. (İİ cild, i.v. 20-23) "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 2024/111/9900 nömrəli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 4169 73** **** 5979 nömrəli plastik kart Şahid6 istifadəsindədir. Həmçinin qeyd edilən 4169 73** **** 5979 nömrəli kart hesabına ödəmə terminalı vasitəsi ilə 25 noyabr 2023-cü il tarixdə saat 16:26:42-də 1.000 manat məbləğində pul vəsaiti mədaxil edilmiş, sonradan həmin 1.000 manat məbləğində pul vəsaiti 25 noyabr 2023-cü il tarixdə saat 17:33:34-də “birbank” vasitəsi ilə onlayn qaydada Şahid7 adına olan "xxxx" ASC-yə aid 4169 73** ****9115 nömrəli plastik kart hesabına köçürülmüşdür. (İİ cild, i.v. 85-118) xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" Telekom MMC-dən əldə edilmiş 01 ədəd CD diskdə olan məlumatlara keçirilən baxış zamanı hazırki cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid6 istintaqa verdiyi ifadəsində öz istifadəsində olduğunu bildirdiyi ***-***-**-** mobil nömrə "xxxx" Telekom MMC-də elə onun öz adına qeydiyyata alınmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrə ilə iş üzrə Şahid6 istifadəsində olmuş ***-***-**-** mobil nömrə arasında xx.xx.2022-ci il tarixdən saat 00:15-dən etibarən ötən müddət ərzində müxtəlif tarixlərdə və vaxtlarda, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə saat 16:16-da 28 saniyə, saat 17:14-də 59 saniyə və saat 17:58də 67 saniyə danışıqlar aparıldığına dair məlumatların qeydə alındığı müəyyən edilmişdir. (İİ cild, i.v. 125-126) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 komisyon ambulator məhkəmə-psixiatrik ekspertizasının 619 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hadisəni törədərkən üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən üzvi şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, hadisəni törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs hadisəni törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda üzvi şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. (İİ cild, i.v. 136-139) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 182.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. (İİ cild, i.v. 154-156) xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə şəxsi axtarış və götürmə aparılması haqqında 27 noyabr 2023-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ona məxsus 01 ədəd “Xiaomi” markalı (yaxud “POCO C40, MİUİ) mobil telefon aparatı, həmçinin seriya və nömrələri əvvəldən protokolda qeyd edilməklə əməliyyat-axtarış tədbirində istifadə olunmuş 90 ədəd 100 manatlıq əskinaslardan ibarət 9.000 manat məbləğində həmin pul vəsaiti iş üzrə maddi sübut kimi tanınmış və 01 ədəd “Xiaomi” markalı (yaxud “POCO C40, MİUİ) mobil telefon aparatı saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 90 ədəd 100 manatlıq əskinaslardan ibarət 9.000 manat məbləğində pul vəsaiti Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul fonduna geri qaytarılmışdır. (İİ cild i.v. 191-215) Azemis elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü X3 adlı azyaşlı uşağı vardır. Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi ifadələrini, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 182.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CMin 182.3.2-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifata görə xüsusilə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi, Şahid1 ona 50. 000 manat borcunun olması, 50.000 manat da karxananı qaytaranda ona borclu olmasının və s. ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar, o cümlədən şəxsi axtarış və götürmə aparılması haqqında protokol, xx.xx.2023-cü il tarixli, xx.xx.2023cü il tarixli mobil telefon aparatının yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında protokollar, xx.xx.2024-cü il tarixli protokol, ona əlavə olunmuş disk, şahidlərin ifadələri, zərərçəkmiş şəxsin ifadəsi və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etirafedici ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Digər tərəfdən, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus mobil telefon aparatlarının yaddaşında olan məlumatlar və "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış zamanı müəyyən edilmiş mətn yazıları və digər təkzibedilməz sübutlar onun külli miqdarda əmlak əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstərmə, habelə əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etməsini təsdiq edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı xx.xx.1998-ci il tarixli qərarının: 1-2-ci bəndinə əsasən hədə-qorxu ilə tələb etmə cinayətinin predmeti qismində hədə-qorxu ilə tələb edilməsinə görə Cinayət Məcəlləsinin digər maddələri ilə cinayət məsuliyyəti müəyyən edilmiş xüsusi predmetlər istisna olmaqla (məsələn, Cinayət Məcəlləsinin 227-ci maddəsində talanmasına və hədə-qorxu ilə tələb edilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuş radioaktiv maddələr) istənilən daşınar və daşınmaz özgə əmlakı, o cümlədən nağd və nağdsız pul vəsaitləri, qiymətli kağızlar, əmlaka olan hüquqlar (yəni bu və ya digər əmlaka münasibətdə sənədlərlə təsdiq olunmuş mülkiyyət və yaxud sahiblik hüququnun həyata keçirilməsi imkanı), o cümlədən tələb etmək hüququ və müstəsna (məsələn, müəlliflik, patent hüququ kimi) hüquqlar çıxış edirlər... 1-3-cü bəndinə əsasən hədə-qorxu ilə tələb etmə cinayətindən zərərçəkmiş şəxs qismində fiziki və yaxud maddi və yaxud mənəvi zərərə məruz qalmış yalnız əmlakın mülkiyyətçisi, əmlaka olan hüququn daşıyıcısı deyil, ona faktiki sahiblik edən (məsələn, əmlakı mühafizə edən, bu və ya digər əsaslarla əmlaka çatımlığı olan), hüquqverən sənədləri saxlayan şəxslər də çıxış edirlər. 3-cü bəndinə əsasən CM-in 182.1-ci maddəsində nəzərdə tutulmuş “zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə tələb etmə” əlaməti istənilən xarakterli zorun tətbiq edilməsi hədəsini, o cümlədən sağlamlığa ağır zərər vurmaqla və ya öldürməklə hədələməni ehtiva edir və bu səbəbdən əməlin cinayətlərin ideal məcmusu kimi həm də CM-in 134-cü maddəsi ilə tövsif edilməsi üçün əsas yaranmır. Cinayət məsuliyyətinin yaranması üçün hədənin zərərçəkmiş şəxs tərəfindən real hədə kimi qəbul edilməsi, yəni onun hədənin tətbiq ediləciyindən ehtiyatlanması üçün əsaslarının olması tələb olunur. Bu zaman təqsirkarın hədənin edilməsindən dərhal sonra və yaxud gələcəkdə zor tətbiq etmək niyyətini ifadə etməsi hədənin real olub-olmaması baxımından qiymətləndirilməsi üçün əhəmiyyət kəsb etmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. CM-in 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 182.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasını, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halı nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 18:50-də şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 17:10-da tutuluş hesab edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-1635/2023 saylı qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmış, həmin Məhkəmənin xx.xx.2023-cü il tarixli, 4(005)-1635/2023 saylı qərarı ilə həbsdə saxlanılma müddəti, 03 ay, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Xiaomi” markalı (yaxud “POCO C40, MİUİ) mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra özünə (özünün razılığı ilə yaxın qohumlarına) qaytarılmalı, 90 ədəd 100 manatlıq əskinaslardan ibarət 9.000 manat məbləğində pul vəsaitinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul fonduna geri qaytarılması nəzərə alınmalıdır. Müdafiəçi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 80 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 80 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 80 saat hüquqi yardıma görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 480 manat məbləğində pul köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur və ekspertiza xərci müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Xiaomi” markalı (yaxud “POCO C40, MİUİ) mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra özünə (özünün razılığı ilə yaxın qohumlarına) qaytarılsın. 90 ədəd 100 manatlıq əskinaslardan ibarət 9.000 manat məbləğində pul vəsaitinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul fonduna geri qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 80 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 480 (dörd yüz səksən) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia və ekspertiza xərci yoxdur. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar