Məhkəmə qərarları › İş №1(101)-1858/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1858/2024

01.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1858/2024 01.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, tərcüməçi X7 iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1980-ci ildə Abşeron rayonu, Xırdalan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı və bir yetkinlik yaşına çatmayan uşaqları olan, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş, Abşeron rayonu, Xırdalan şəhəri, M.Əzizbəyov küçəsi, ev 7 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2, 29, 234.4.2 və 29, 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə və xeyli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımış, həmçinin, təkrarən satış məqsədi ilə külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etməyə cəhd etmişdir. Belə ki, Səmədov X8 rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli qərarı ilə həmin Məcəllənin 178.1-ci maddəsi ilə ona təyin olunmuş 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasından azad edilməklə üzərində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə qəti olaraq 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmaqla xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azadlığa buraxılmasına baxmayaraq, məhkumluğu ödənilmədən və ya qanunla nəzərdə tutulmuş qaydada götürülmədən istintaqa məlum olmayan vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan 0,566 qram çəkidə narkotik vasitə heroin və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan 0,247 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 1 ünvanın yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində 20 fevral 2024-cü il tarixdə, saat 18:35-də yuxarıda qeyd olunan ünvanda saxlanılaraq ünvan 2 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilməklə orada həmin tarixdə saat 20:40-dan etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,250 qram və 0,316 qram olan ümumilikdə xeyli miqdarda 0,566 qram çəkidə qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,247 qram olan ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən, satış məqsədilə külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamin əldə etmək məqsədilə sosial şəbəkə vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Baba” ləqəbli şəxslə “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsilə əlaqə saxlayıb hər birindən 05 (beş) qram olmaqla sifariş edərək əvəzində mobil telefonuna yüklədiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “M10” elektron pul kisəsi mobil tətbiqi vasitəsilə sonuncunun eyni adlı pul kisəsində olan hesabına 20 fevral 2024-cü il tarixdə saat 15:42də 700 manat, həmin gün saat 16:35-də 110 manat olmaqla ümumilikdə 810 manat məbləğində pul köçürdükdən sonra “Baba” ləqəbli şəxs şəxsiyyəti istintaqa məlum olmayan şəxslər vasitəsilə onun sifarişi əsasında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni yaşayış sahəsi ərazisindəki küçədə, nömrəsiz fərdi evin yaxınlığında “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan 4,745 qram çəkidə narkotik vasitə heroin və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan 4,348 qram çəkidə psixotrop maddə metamfetamin yerləşdirib ərazinin koordinatlarını və bükümlərin olduğu yerin fotoşəkillərini 20 fevral 2024-cü il tarixdə saat 18:33-də “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsilə ona göndərsə də, həmin gün saat 18:35-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanın yaxınlığında saxlanıldığı üçün öz iradəsindən asılı olmayan səbəbdən bilavasitə cinayətin törədilməsinə yönəldilmiş qəsdən edilən əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni satış məqsədi əldə etməyə cəhd etmiş, 20 fevral 2024-cü il tarixdə saat 22:22-dən etibarən “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsilə mobil telefonuna göndərilmiş koordinatlar əsasında özünün iştirakı ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni yaşayış sahəsində yerləşən küçəyə baxış keçirilən zaman həmin küçədə yerləşən nömrəsiz fərdi evin hasarının kənarında olan daşın altından 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 4,745 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 4,348 qram olan ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Onun 44 yaşı var, 4,13 və 16 yaşlarında olan 3 uşağı var, özü maşın təmir sexində maşın ustası işləyir, heroin və metamfetamindən istifadə edən olmuş, həmin maddələri Bakı şəhərində tanımadığı şəxslərdən, bəzi hallarda isə İİR-sı vətəndaşları vasitəsilə əldə etmişdir. heç bir xəstəliyi, eləcə də psixi xəstəliyi yoxdur. Ustalıqla məşğul olur. Təxminən 3-4 ay olar ki, “patı” kimi tanıdığı psixotrop maddə metamfetamindən istifadə edib. 20 fevral 2024-cü il tarixdə saat 15-də iş yerinin yanındakı mağazadan siqaret alıb çıxan zaman onu polis əməkdaşları saxlamış, özlərini BMCMİ-nin əməkdaşları kimi təqdim edərək onun narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasından şübhələndiklərini bildirmişlər. Saxlanıldığı zaman şəxsi istifadəsi üçün əldə etdiyi 2 bükümdə olan 0,566 qram heroin və bir bükümdə olan 0,247 qram metamfetamin üzərində olmuşdur. Onu da üzərinə baxış zamanı polis əməkdaşlarına təqdim etmişdir. Onun saat 15-də saxlanılmasını mağaza işçiləri və iş yoldaşları təsdiq edə bilər. Ona verilmiş ittihama əsasən isə o, həmin gün saat 18:35 radələrində yaşadığı ünvan 3 ünvanın yaxınlığında piyada olduğu zaman saxlanılmışdır. Bu həqiqətə uyğun deyildir. Həmçinin o, polis əməkdaşlarına Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Yeni yaşayış sahəsi ərazisindəki küçədə nömrəsiz fərdi evin yaxınlığında 4,745 qram heroin və 4,348 qram metamfetaminin yerləşdiyi ərazinin koordinatlarını və bükümlərin olduğu yeri polis əməkdaşlarına bildirməmişdir. Belə hal olmamışdır. Bu maddələri polislər özləri həmin ünvana yerləşdirmiş, onu həmin ünvana aparmaqla guya iranlı Baba ləqəbli şəxsin həmin əşyaları qoydurduğu yeri göstərməsi həqiqətə uyğun deyildir. Onun telefonunda olan yazışmalar xx.xx.2024-cü ilin saat 15-dən sonrakı vaxta təsadüf edir. Həmin yazıları polis əməkdaşları özləri onun telefonu vasitəsilə yazmışlar. Polis əməkdaşları o saxlanıldıqdan sonra onun telefonu vasitəsilə həmin tarixdə «M10 » elektron pul kisəsi vasitəsilə onun hesabından 700 manat bir, 110 manat bir, başqa karta köçürməklə guya onun əldə etdiyi narkotik və psixotrop maddəyə görə pul göndərməsi görüntüsünü yaratmışlar. Ona məxsus mobil telefonda 2 telefon nömrəsi var. Həmin nömrələr aşağıdakı kimidir: 070 728-30-30 və 070 204-53-33. Qeyd etmək istəyir ki, polis əməkdaşları onu dərhal polis idarəsnə aparmamış, onu öz maşınları ilə təxminən 2 saat ərzində Xırdalan qəbirstanlığının yanında Sumqayıt yolundakı yanacaq doldurma məntəqəsinə gətirərək orada saxlamışlar. Məqsədləri isə etmədiyi əməli üzərinə götüzdürməkləri olmuşdur. O tutulan zaman üzərində yalnız şəxsi istifadəsi üçün aldığı 2 büküm heroin və bir büküm metamfetamin olmuş, başqa heç bir şey olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanıyır. Belə ki, xx.xx.2024-cü il tarixdə ona əməliyyat məlumatı daxil olmuşdur ki, «Cavid » adlı şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin satış məqsədi ilə onların əldə edilməsi və daşıması ilə məşğuldur. Aldığı məlumatla bağlı müəyyən etmişlər ki, Cavid adlı şəxs Xırdalan şəhəri, M.Əzizbəyov küçəsi, ev 7-də yaşayan Təqsirləndirilən şəxsdur. Məlumatla əlaqədar rəhbərliyə raport təqdim etmiş, elə həmin tarixdə tədbirin keçirilməsinə dair qərar qəbul etmiş, idarə rəisinin əmri ilə başda o olmaqla həmkarları X3 və X5 ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs ifşa edilməsi və saxlanılması məqsədilə əməliyyat qrupu sonuncunun yaşadığı ünvana çıxmış və həmin ərazini müşahidəyə almışlar. 20 fevral 2024-cü il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs yaşadığı Xırdalan şəhəri, M.Əzizbəyov küçəsi ilə hərəkət etdiyini gördükdə ona yaxınlaşıb özlərini təqdim etmiş, Təqsirləndirilən şəxs da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmiş və DİN-in BMCMİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə BMCMİ-yə gəlmiş, orada onu raportla növbətçi hissəyə təqdim etmişlər, oradan da onu idarənin baş təhqiqatçısı polis mayoru Orxan Məmmədova təqdim etmişlər. Orxan Məmmədov müdafiəçi dəvət etmiş və Təqsirləndirilən şəxs doğma dilini yaxşı bilmədiyi üçün tərcüməçi də dəvət etmiş, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması ilə əlaqədar müvafiq sənədləşmə apardıqdan sonra onun üzərinə videoçəkiliş aparılmaqla onun, həmkarları Hüseyn Xudaverdiyev və Murad Sədizadənin, həmçinin müdafiəçi və tərcüməçinin iştirakı ilə üzərinə baxış keçirmişlər. Təhqiqatçı əvvəlcə Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının cibindən 03 ədəd sellofan bükümü, əynində olan gödəkcəsinin cibindən isə 01 ədəd mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərə baxış zamanı bükümlərin birinin içərisində psixotrop maddə metamfetaminə oxşar maddə, digər iki bükümdə isə narkotik vasitə heroinə oxşar kütlə olmuşdur. Həmin bükümlər bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd mobil telefon da götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə olan maddənin psixotrop maddə metamfetamin, 02 ədəd bükümdə olan maddələrin isə narkotik vasitə heroin olduğunu, həmin maddələri 3 gün əvvəl “Baba” kimi tanıdığı İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, satış və şəxsi istifadəsi üçün üstündə saxlayıb gəzdirdiyini, həmçinin “Baba” adlı şəxsin onun üçün Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində əlavə olaraq narkotik vasitə və psixotrop maddələr yerləşdirərək yerinin nişanını və şəkillərini onun telefonuna göndərdiyini demişdir. Təqsirləndirilən şəxs həmin maddələri telefonunda olan nişandakı ünvana gedərək təqdim edə biləcəyini də bildirmişdir. Bundan sonra baxışa dair protokol tərtib olunmuş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs bildirdiyi ünvana baxış keçirmək üçün Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni yaşayış sahəsində nömrəsiz fərdi evlərin yaxınlığında yerləşən ünvana getmişlər. Orada Təqsirləndirilən şəxs həmin ünvanda yerləşən daşı göstərərək narkotik vasitə və psixotrop maddələrin həmin daşın altında gizlədildiyini bildirmişdir. Həmin daş Baş İdarənin əməliyyat müvəkkili Hüseyn Xudaverdiyev tərəfindən qaldırılmış və altında bir ədəd büküm olması müşahidə edilmişdir. Həmin büküm açıldıqda içərisində iki ədəd büküm olması müəyyən edilmişdir. Bükümlərin hər biri ayrı-ayrılıqda açılaraq içərisinə baxış keçirilmişdir. Baxış zamanı bükümlərdən birinin içərisində narkotik vasitə heroinə oxşar maddə, digərinin içərisində isə psixotrop maddə metamfetaminə oxşar kütlə olması müşahidə edilmişdir. Hər iki büküm bir ədəd kağız zərfdə qablaşdırılaraq üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs həmin maddələri şəxsi istifadəsi və satış məqsədi ilə əldə etməkdən ötrü “Baba” kimi tanıdığı İran İslam Respublikasının vətəndaşına 810 manat pul ödədiyini, sonuncu isə həmin pulun müqabilində qeyd olunan maddələri həmin ünvanda yerləşdirərək mobil telefonunda ona “Whatsapp” mobil tətbiqi vasitəsi ilə ona yerin nişanını çəkib göndərmişdir. Təqsirləndirilən şəxs qarşı onlar tərəfindən heç bir fiziki və ya psixoloji təzyiq olunmamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli raportdan müəyyən olunur ki, “Cavid” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğl olması, satış məqsədilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, 20 fevral 2024-cü il tarixdə, saat 18:35-da keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Səmədov X8 rayonu, Xırdalan şəhəri, M.Əzizbəyov küçəsi 7 saylı ünvanın yaxınlığında olduğu zaman saxlanılaraq Baş İdarəyə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şəxsi axtarış və götürmə aparılması haqqında» xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, videoçəkiliş aparılmaqla, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, BMCMİ-nin inzibati binasına gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 03 ədəd sellofan büküm və əynində olan göy rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon təqdim etmiş, 03 ədəd bükümə baxış zamanı 02 ədəd bükümün içərisində narkotik vasitə heroinə oxşar maddə və 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlə olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələri 3 gün əvvəl “Baba” kimi tanıdığı İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, satış və şəxsi istifadəsi üçün üstündə saxlayıb gəzdirdiyini, həmçinin “Baba” adlı şəxsin onun üçün Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində əlavə olaraq narkotik vasitə və psixotrop maddələr yerləşdirərək yerinin nişanını və şəkillərini onun telefonuna göndərdiyini demiş, həmin maddələri telefonunda olan nişanındakı ünvana gedərək təqdim edə biləcəyini demişdir. Məhkəmədə elan edilib araşdırılmış «şəxsi axtarış və götürmə aparılması haqqında» xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, videoçəkiliş aparılmaqla, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs iranlı “Baba” adlı şəxsdən narkotik vasitə və psixotrop maddələr aldığını, “Baba” adlı şəxsin həmin maddələri yerləşdirdiyi yerin konumunu və fotoşəkillərini onun mobil telefonuna göndərdiyini və qeyd olunan konuma gedərək həmin maddələri təqdim edə biləcəyini bildirmişdir. Həmin konum üzrə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni yaşayış massivində yerləşən küçədə olan nömrəsiz fərdi evin yaxınlığına baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs qeyd olunan ünvanda yerləşən nömrəsiz fərdi evin hasarının yanındakı daşı göstərərək narkotik vasitə və psixotrop maddələrin həmin daşın altında olduğunu bildirmişdir. Həmin daş qaldırılmış və altında 01 ədəd sellofan büküm olması müəyyən edilmişdir. 01 ədəd sellofan bükümə baxış zamanı içərisində daha 02 ədəd büküm olması müşahidə olunmuş, həmin bükümlərə baxış keçirilərkən bükümlərdən birinin içərisində narkotik vasitə heroinə bənzər maddə, digərinin içərisində isə psixotrop maddə metamfetaminə oxşar kütlə olması müşahidə edilmişdir. Hər iki büküm bir ədəd zərfin içərisində qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 20 fevral 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış fiziki-kimyəvi ekspertizasının 21 fevral 2024-cü il tarixli, 3-16-16/2-6/1022 nömrəli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksləri olan iki ədəd zərfdə: -üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi maddələr...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 2 (iki) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,250 qram, 0,316 qram, ümumi təmiz çəkisi 0,566 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,247 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. -üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi maddələr...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 4,745 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 1 (bir) ədöəd sellofan bükümdə təmiz çəkisi 4,348 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Təqdim olunmuş 3 (üç) ədəd sellofan bükümdə olan heroin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Təqdim olunmuş 2 (iki) ədəd sellofan bükümdə olan metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 22 aprel 2024-cü il tarixli, 2593 nömrəli rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs narkoloji-tibbi yoxlama zamanı 2020-ci ildən narkotik vasitə heroin və psixotrop maddə metamfetamini yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə etdiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış «telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, "xxxx" MMC-dən daxil olmuş CD diskdə olan Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri ilə aparılan danışıqlara dair məlumatlara baxış keçirilən zaman ***-***-**-** mobil telefon nömrəsi Təqsirləndirilən şəxs istifadəsində olması və həmin mobil telefon nömrəsinə ***-***-**-** mobil telefon nömrəsindən xx.xx.2023-ci il tarixdə saat 18:42:38-də aşağıdakı məzmunda SMS göndərilmişdir: - Uc dene dobru nesedi ata yari ver mene bunu ozun eridersen. Bundan başqa ***-***-**-** mobil telefon nömrəsinə ***-***-**-** mobil telefon nömrəsindən xx.xx.2023-cü il tarixdə saat 15:16:36-da aşağıdakı məzmunda SMS göndərilmişdir: - Salam cavid necesen cavid niye zengime cvb vermirsen pisdiyim deyib sene menim p lazimdi ona gore yigiran. Bundan başqa ***-***-**-** mobil telefon nömrəsinə ***-***-**-** mobil telefon nömrəsindən xx.xx.2023-cü il tarixdə saat 17:24:32-də aşağıdakı məzmunda SMS göndərilmişdir: - Gagaş acda gelmey istiyirem,tema lazimdi. Bundan başqa ***-***-**-** mobil telefon nömrəsinə ***-***-**-** mobil telefon nömrəsindən xx.xx.2023-cü il tarixdə saat 01:03:31-də aşağıdakı məzmunda SMS göndərilmişdir: -Salam cavid necesen qadasi zeynebdi whasapda yaziram cvb vermirsen caki qurban sene kola alindirmaq olar basva donum goturerdim tapa bilmiremecbur olub sene deyirem ata zeynebdi nolar caki el catan yer varsa hel elede dostun ucun. Bundan başqa ***-***-**-** mobil telefon nömrəsinə ***-***-**-** mobil telefon nömrəsindən xx.xx.2023-cü il tarixdə saat 03:03:06-da aşağıdakı məzmunda SMS göndərilmişdir: -Saat 9-10 arasi 20 - k. 20-das oture bilerseo ? Ya yox ? Bundan başqa ***-***-**-** mobil telefon nömrəsinə ***-***-**-** mobil telefon nömrəsindən xx.xx.2023-cü il tarixdə saat 12:26:09-da aşağıdakı məzmunda SMS göndərilmişdir: -Adaw ygda atam ya derman yada tema birin tez ver fso men xrdalandayam. Bundan başqa ***-***-**-** mobil telefon nömrəsinə ***-***-**-** mobil telefon nömrəsindən xx.xx.2023-cü il tarixdə saat 18:15:42-də aşağıdakı məzmunda SMS göndərilmişdir: -X13 Acda bu telide bu ne hereketdiye Gah meni lomkada qoyursan gah pati lazimdi acmirsan teli. Bundan başqa ***-***-**-** mobil telefon nömrəsinə ***-***-**-** mobil telefon nömrəsindən xx.xx.2023-cü il tarixdə saat 12:41:45-də aşağıdakı məzmunda SMS göndərilmişdir: -Qaqa 50 manat atim varsa birazda p ver. Bundan başqa ***-***-**-** mobil telefon nömrəsinə ***-***-**-** mobil telefon nömrəsindən xx.xx.2023-cü il tarixdə saat 12:33:13-də aşağıdakı məzmunda SMS göndərilmişdir: - emi ogli salam ata yari lazimdi didiyinen alinar yaxwisinan abi bidene cvb verde qardsimsan axsamnan olem pul hazirdi. Bundan başqa ***-***-**-** mobil telefon nömrəsinə ***-***-**-** mobil telefon nömrəsindən xx.xx.2024-cü il tarixdə saat 22:25:00-da və xx.xx.2024-cü il tarixdə saat 02:31:31-də aşağıdakı məzmunda SMS-lər göndərilmişdir: -Salam Cavid mənəm Şirvan gəlib sənə deyə bilərəm 10dene lazımdır pulu nəğd olacaq. Cavid mənə hedən yoxdan bir şey deda bir zehmet; -Saat yarım oldu . 7/3 edərsən yadından çıxmasın 7k/3p olsun. Bundan başqa ***-***-**-** mobil telefon nömrəsinə ***-***-**-** mobil telefon nömrəsindən xx.xx.2024-cü il tarixdə saat 23:06:42-də aşağıdakı məzmunda SMS göndərilmişdir: - Cavid salam qaqaw 50manatim var neyniye bilersen qardawuncun?vezyet pisdi lomkadayam. Bundan başqa ***-***-**-** mobil telefon nömrəsindən ***-***-**-** mobil telefon nömrəsinə xx.xx.2023-cü il tarixdə saat 13:55:49-da aşağıdakı məzmunda SMS göndərilmişdir: -Kişi bu yaxşı hərəkət deil mən sahad 7 olaçam sənin tükanuvun qabaqında ya mənim 50m yadaki mənim temamı 7 didə tükanın qabaqında. Bundan başqa ***-***-**-** mobil telefon nömrəsindən ***-***-**-** mobil telefon nömrəsinə xx.xx.2023-cü il tarixdə saat 13:57:20-də aşağıdakı məzmunda SMS göndərilmişdir: -Mən temanı kartla verməmişdim ki indidə kart atım əlbəəl verdim. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə aparılan danışıqlara dair məlumatlara baxış keçirilən zaman müəyyən edildi ki, həmin telefon nömrəsinə ***-***-**-** mobil telefon nömrəsindən xx.xx.2023-cü il tarixdə saat 02:48:29-da aşadğıdakı məzmunda SMS göndərilmişdir: -1 dene cola 05 patı pulun verecem. Bundan başqa ***-***-**-** mobil telefon nömrəsinə ***-***-**-** mobil telefon nömrəsindən xx.xx.2023-cü il tarixdə saat 15:44:37-də aşağıdakı məzmunda SMS göndərilmişdir: -25 Azn , Yari-das,hara Gelim? Bundan başqa ***-***-**-** mobil telefon nömrəsinə ***-***-**-** mobil telefon nömrəsindən xx.xx.2023-cü il tarixdə saat 01:07:53-də aşağıdakı məzmunda SMS göndərilmişdir: -Cavid Qurban sene Ne olar Mene 30 manat borc ata bilersen lap mende meti var birazdan Gorushek onu verek kimese Pulunu verim sene,ama ne olar qardasim kart atib deyir ne olar imkan olsa mene 30,40 manat atarsanda.. Muharibedi axi ordada, inanirsan deli olmusamda. Bundan başqa ***-***-**-** mobil telefon nömrəsinə ***-***-**-** mobil telefon nömrəsindən xx.xx.2024-cü il tarixdə saat 18:39:39-da aşağıdakı məzmunda SMS göndərilmişdir: -Adaw kartivi at.daw isteyirem. Bundan başqa ***-***-**-** mobil telefon nömrəsinə ***-***-**-** mobil telefon nömrəsindən xx.xx.2024-cü il tarixdə saat 13:32:37-də aşağıdakı məzmunda SMS göndərilmişdir: -Brat gorsen dunen birce kelme dedun yari 40adi ikinci sobeti elemedim cibmdede 25 manatm var idi lap birinci mawna minende mamednen hec demedim mene kola ver zad allah komein olsun ozun verdun . Getdm pulu duzeldm 40 manat sene yigdmki bele bele temiz yari ver hecolmasa dedun yaxwi and ola allAha temiz yarini men qAqaw bir sutka bomba kmi vezietdende cixiram zorda kayfm olur. Məhkəmədə elan edilib araşdırılmış “mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Samsung Galaxy A72” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı “WA Business” proqram təminatının “Söhbətlər” bölməsində İran İslam Respublikası mobil operatoruna məxsus +98-937-238-5611 mobil nömrəsinin istifadəçisi (Fotoşəkil 1) ilə Təqsirləndirilən şəxs arasında narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə dair yazışmalar müəyyən edilmişdir. Belə ki, həmin nömrənin istifadəçisi 19 fevral 2024-cü il tarixdə saat 15:17-də Təqsirləndirilən şəxs səsli icmarıc göndərərək bildirmişdir ki, “Qaqa, dörd yüz iyirmi manat, dörd yüz iyirmi manat” Təqsirləndirilən şəxs cavab olaraq səsli ismarıc göndərib bildirmişdir ki, “Sən Allah, mənə bax. Neçədən hesabladın onu? Onu mənə de. Sən lap, ən bahalısı sənsən deyəsən”. Bundan sonra həmin mobil nömrənin istifadəçisi səsli ismarıc göndərərək bildirmişdir ki, “Hə, Allaha and olsun, yuxarı verirlər, yetmişə verirlər özü də, iyirmi səkkizdən”. Təqsirləndirilən şəxs cavab olaraq səsli ismarıc göndərməklə bildirmişdir ki, “Mənə bax, neçəyə hesabladın onu sən? Onu mənə de. Yox, elədirsə, mən başqa yerdən götürüm, iyirmi beşə verirlər də”. Cavab olaraq həmin şəxs səsli ismarıclar göndərərək bildirmişdir ki, “Deyirəm ki, iyirmi səkkiz”, “İki manat, üç manat qabağa düşəcəksən sən. Görürsən ki, bahalaşıbdır da”. Təqsirləndirilən şəxs cavab olaraq səsli ismarıcla bildirmişdir ki, “Gör nə deyirəm. Bax deyirsən sonra ki, mənimlə alver eləmirsən. İyirmi səkkiz. Gəl gedək, mən bu dəqiqə sənin yanında danışım, iyirmi altı ilə, iyirmi beş ilə atırlar. Yekə oğlansız bir belə qoymuyun da”. Həmin şəxs səsli ismarıcla cavab vermişdir ki, “İyirmi manat o yan, bu yandır da. İyirmi altıdan üç yüz doxsan manat eləyir. Məndə dörd yüz iyirmi manat eləyir iyirmi səkkizdən. Sən dörd yüz vurarsan. On manat qabaqdır belə” (Fotoşəkil 2). Bundan sonra həmin şəxs “m10” tətbiqinə məxsus hesabın nömrəsini özündə əks etdirən videoçəkiliş göndərmiş, Təqsirləndirilən şəxs cavab olaraq həmin hesaba 400 (dörd yüz) manat pul göndərilməsini təsdiq edən qəbzin fotoşəklini göndərmişdir (Fotoşəkil 3). Həmin tarixdə saat 22:37-də həmin şəxs Təqsirləndirilən şəxs konum və fotoşəkillər göndərmiş (Fotoşəkil 4.1, 4.2), cavab olaraq Təqsirləndirilən şəxs 20 fevral 2024-cü il tarixdə saat 02:07-də “Sən deyəsən məzələnirsən mənimlə, sən öl sən “uje” məzələnirsən” məzmunlu səsli ismarıc və üzərində psixotrop maddə metamfetaminə oxşar kütlənin olduğu elektron tərəzinin fotoşəklini göndərmişdir (Fotoşəkil 5). Bundan sonra 20 fevral 2024-cü il tarixdə saat 14:26-da Təqsirləndirilən şəxs səsli ismarıc göndərərək bildirmişdir ki, “Mənə bax, iyirmi beş dənə, iyirmi beş. Dayan, iyirmi beş dənə “torpaq”, iyirmi dənə “torpaq”, on dənə “daş” hesabla, gör, nə qədər edir iyirmi “torpaq”, on “daş”?”. Həmin şəxs cavab olaraq səsli ismarıc göndərməklə bildirmişdir ki, “Qaqa, doqquz yüz manat eləyir, doqquz yüz manat. Otuz dənə mal otuzdan doqquz yüz manat eləyir” (Fotoşəkil 6). Daha sonra həmin şəxs “m10” tətbiqinə məxsus hesabın nömrəsini özündə əks etdirən videoçəkilişi təkrarən göndərmiş və səsli ismarıcında bildirmişdir ki, “Biraz tez pulun vur, bunun pulun ödəyim, qadan alım tez elə birazca” (Fotoşəkil 7). Bundan sonra həmin tarixdə saat 15:42-də və 16:35-də Təqsirləndirilən şəxs həmin “m10” tətbiqinə məxsus hesaba 700 (yeddi yüz) manat və 110 (yüz on) manat pul göndərilməsini təsdiq edən qəbzlərin fotoşəkilini göndərmişdir (Fotoşəkil 8.1, 8.2). Bundan sonra Təqsirləndirilən şəxs səsli ismarıc göndərərək bildirmişdir ki, “Yüz on atdım. Doxsan manat da axşam ataram, yoxdur hələlik. Yüz on düzəldə bildim. Yeddi yüz, səkkiz yüz on manat atdım” (Fotoşəkil 8.2). Daha sonra həmin şəxs konum, fotoşəkil və “Dawin altinda” məzmunlu yazılı ismarıc göndərmişdir (Fotoşəkil 9.1, 9.2). Bundan başqa “Whatsapp” proqram təminatının “Söhbətlər” bölməsində ***-***-**-** mobil nömrəsinin istifadəçisi ilə Təqsirləndirilən şəxs arasında yazışmalar müəyyən edildi. Belə ki, 20 fevral 2024-cü il tarixdə saat 18:26-da həmin mobil nömrənin istifadəçisi yazılı ismarıclar göndərərək bildirmişdir ki, “Salam gardasim”, “Necesen”. Təqsirləndirilən şəxs cavab olaraq “Salam yigacam” məzmunlu yazılı ismarıc göndərmiş, həmin şəxs cavab olaraq yazılı ismarıclar göndərərək bildirmişdir ki, “Bidene das butoy lazım idi”, “70m pul var”, “Cixib getmesin buda”, “Seher deyem cixim gelim men brat”, “Menim yolum yarim saat cekecek gelim gardasim bidene he, yox de” (Fotoşəkil 10). Bundan başqa “Whatsapp” proqram təminatının “Söhbətlər” bölməsində Təqsirləndirilən şəxs ilə ***-***-**-** mobil nömrəsinin istifadəçisi arasında yazışmalar müəyyən edildi. Belə ki, həmin nömrənin istifadəçisi 18 fevral 2024-cü il tarixdə saat 18:12-də yazılı ismarıclar göndərərək bildirmişdir ki, “Qaqa”, “Sen deyenle raziyam”, “Gel getir 80 manat verecem. Yari duz yari kola. Konum atim?”, “Ay qa”. Təqsirləndirilən şəxs cavab olaraq səsli ismarıc göndərərək bildirmişdir ki, “Hə, problem deyil, problem deyil. Sən konumu at. “Prosta” Xırdalanın içindədirsə, mən gələcəyəm. Xırdalandan qıraqdadırsa, gələ bilməyəcəyəm” (Fotoşəkil 11). Məhkəmədə elan edilib araşdırılmış «Respublika Psixatriya Xəstəxanası” Publik hüquqi Şəxsin 3374 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan və hökmün surətindən müəyyən olunur ki, Səmədov X8 rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 320.1, 66.3-cü maddələri ilə 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, bundan başqa Abşeron rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 178.2.2, 178.2.4, 320.1, 66.3, 66.5-ci maddələri ilə 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Abşeron rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmündən CM-nin 178.2.4-cü maddəsi xaric edilmiş, Bakı Apellyasiya Məhkəmsinin xx.xx.2018-ci il tarixli qərarı ilə həmin hökmlə CM-nin 178.2.2, 178.2.4, 320.1, 66, 66.5-ci maddələri ilə təyin edilmiş cəza 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə cəza çəkməkdən azad edilmiş, Abşeron rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1, 234.1 və 66.2-ci maddələri ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Abşeron rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilərək Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü maddəsinə əsasən cəzası 06 ay azaldılaraq üzərində qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Nizami rayon məhkəməsinin 16 iyun 2022-ci il tarixli qərarı ilə ona təyin olunmuş cəza 01 il 06 ay müddətinə endirilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azadlığa buraxılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunduğundan Təqsirləndirilən şəxs əməlində residiv olmaqla məhkumluğu ödənilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2, 29, 234.4.2 və 29, 234.4.3-cü maddələrində nəzərdə tutduğu əməli 20 fevral 2024-cü il tarixdə, yəni məhkumluğu bitməyən dövrdə törətmişdir. Belə olan halda Təqsirləndirilən şəxs məhkumlluğu ödənilməmiş, yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmədə elan edilib araşdırılmış “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, ********* saylı cinayət işinin materiallarından «Baba» adlı şəxs və qeyrilərinin şəxsiyyətinin müəyyən edilməsi üçün ayrıca icrrat materialı ayrılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş təqsirləndirilən şəxsi səciyyələndirən sənədlərdən müəyyən olunur ki, onun himayəsində 2007, 2010 və 2019-cu il təvvəlüdlü uşaqları var, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Belələiklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2, 29, 234.4.2 və 29, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi qismən özünün və şahid ifadələri, üzərinə baxış və götürmə aparılması barədə protokollarla və bu protokollara əlavə edilmiş həmin istintaq hərəktlərinin videogörüntülərini özündə əks etdirən CD diskə baxış protokolları, telefon danışıqlarına baxış protokolları və SMS yazışmaları, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməllərini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.2, 29, 234.4.2 və 29, 234.4.3-cü maddələri ilə tövsif etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi istifadəsi üçün 2 bükümdə olan 0,566 qram heroin və bir bükümdə olan 0,247 qram metamfetamin olması, polis əməkdaşlarına Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Yeni yaşayış sahəsi ərazisindəki küçədə nömrəsiz fərdi evin yaxınlığında psixotrop maddə metamfetaminin yerləşdiyi ərazinin koordinatlarını polis əməkdaşlarına bildirməməsinə dair ifalələri qismən özünün ifadələri,üzərinə və əraziyə “şəxsi axtarış və götürmə aparılması haqqında” protokollar, həmin protokollara əlavə edilmiş 02 ədəd CD disk, “mobil telefona baxış keçirilməsi barədə” protokol, “telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” protokol, “şəxsi axtarış və götürmə hərəkətlərinin qeydə alındığı CD disk daşıyıcısında olan videogörüntülərə baxış keçirilməsi haqqında” protokol, “baxış və götürmə hərəkətlərinin qeydə alındığı CD disk daşıyıcısında olan videogörüntülərə baxış keçirilməsi haqqında” protokol, məhkəmə fiziki-kimyəvi, məhkəmə-narkoloji ekspertizasının və cinayət işinin digər materialları ilə təkzib olunur. Məhkəmə nəzərə alır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “14” iyun 2024-cü il tarixli 08 №-li qərarının 4-cü bəndinə əsasən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir.” Həmin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarının 6-cı bəndinə əsasən “Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə 6 müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir.” Qeyd olunan Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Yuxarıda qeyd edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarının 27-ci bəndinə əsasən “Məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CMin 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər.” Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs himayəsində 2007, 2020 və 2019-cu il təvəllüdlü uşaqlarının olmasını və müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə uyğun olaraq, onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 20 fevral 2024-cü il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir Azərbaycan Respublikası CM-nin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinə əsasən cinayətə cəhdə görə cəzanın müddəti və ya həcmi CM-nin müvafiq Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda DİN-in BMCMİ-nin Maddi sübutları saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış qalıq çəkisi 5,161 qram qalmış narkotik vasitə heroin, 4,495 qram qalmış psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung Galaxy A72” markalı mobil telefon bu cinayət işindən ayrılmış digər cinayət işində saxlanılmalıdır. Cinayət işinin materiallarına əlavə edilimiş CD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 20 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi1 xx.xx.2024-cü il tarxədək olan məhkəmə iclaslarında müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi1 üçün isə 174 AZN (yüz yetmiş dörd manat) pul Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2, 29, 234.4.2 və 29, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə Azərbaycan Respublikası CM-nin 234.2-cü maddəsi ilə 04 (dörd) il müddətinə, Azərbaycan Respublikası CM-nin 29, 234.4.2 və 29, 234.4.3-cü maddələri ilə 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla qəti olaraq Təqsirləndirilən şəxs 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 20 fevral 2024-cü il il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış qalıq 5,161 qram qalmış narkotik vasitə heroin, 4,495 qram qalmış psixotrop maddə metamfetamin məhv edilsin, CD disklər cinayət işinin materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung Galaxy A72” markalı mobil telefon bu cinayət işindən ayrılmış digər cinayət işində saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi1 üçün 174 AZN (yüz yetmiş dörd manat) pul Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar