Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1859/2022 06.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Sadıxov Rasim Əkrəm oğlunun sədrliyi ilə, hakimlər Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokurormetodisti Dövlət ittihamçısı, müdafiəçi: «KREDO» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1988-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Kəpəz rayonu, Sədi küçəsi ev 12-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixtrop maddə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 11 iyun 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhərindən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan 280 manat pul müqabilində qanunsuz olaraq qara rəngli sellofonda 01 ədəd bükümdə təmiz çəkisi 18,420 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr-in siyahısına (Siyahı İ) daxil edilən küllü miqdarda narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 9,189 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri-in siyahısına (Siyahı İ) daxil edilən küllü miqdarda psixotrop maddə metamfetamini əldə edib əynindəki qara rəngli gödəkçəsinin sağ cibində Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsinə daşıyaraq üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə-Aqro istixanasının yaxınlığında ƏÇPA-nın 11-ci PB-nin əməkdaşları tərəfindən özünü şübhəli aparması səbəbindən saxlanılaraq Bakı şəhər, Xəzər RPİ-nin 3-cü PŞ-nin inzibati binasına gətirilmiş, inzibati binada video çəkilişdən istifadə edilməklə üzərinə aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkçəsinin sağ cibindən 01 ədəd bükümdə təmiz çəkisi 18,420 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış küllü miqdarda narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 9,189 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış küllü miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Gəncə şəhərində yaşamış, orada yaşadığı müddətdə narkotik vasitələrdən istifadə etmişdir. Lakin Gəncədə narkotik vasitələrin qiyməti baha olduğu üçün Bakı şəhərinə gələrək Vorovski qəsəbəsində xalasıgildə yaşamağa başlamışdır. 20 Yanvar metrostansiyasının yanında Şəhriyar adlı bir şəxslə tanış olmuşdur. Tanışlığı belə baş vermişdir ki, o, kənardan Şəhriyarla bir neçə nəfər arasında olan narkotiklərə dair söhbətlərini eşitmişdir. Bundan sonra özü Şəhriyara yaxınlaşmış, narkotikə ehtiyacının olmasını ona bildirmişdir. Sonuncu da ona kömək etməyə razılaşmışdır. xx.xx.2022-ci il tarixdə Şəhriyarla görüşən zaman sonuncu kiməsə zəng edib narkotik əldə edilməsi barədə razılığa gəlmiş, Şəhriyardan heroin istəmişdir. Bundan sonra ikisi də taksiyə minərək Binə qəsəbəsi istiqamətində getmişlər. Orada Şəhriyar bir daha əvvəl zəng etdiyi şəxsə zəng edərək narkotiki gətirməsini demişdir. Bundan sonra görmüşdür ki, qabaqda bir maşın dayanmış, maşından bir nəfər çıxaraq yol kənarındakı daşın altına nə isə qoyub getmişdir. Şəhriyar isə ona özünün gedib daşın altından malı götürməsini bildirmiş, özü isə gəldikləri taksiyə minib getmişdir. Piyada həmin daşın yanına çataraq altından bir sellofana bükülmüş bir büküm kakos və bir büküm patı aşkar etmişdir. O, torbanı götürüb oradan aralanmaq istədikdə polis əməkdaşları tərəfindən yaxalanmışdır. Qeyd etmək istəyr ki, Şəhriyardan patı, yəni metamfetamin istəməmiş, yalnız heroin istəmiş və heroinə görə 280 manat pul da ödəmişdir. Etdiyi əməldən peşmandır. Həmin vasitələri şəxsi istifadəsi üçün əldə etmiş, satmaq niyyəti olmamışdır. Onu saxlayan polis əməkdaşlarından heç bir şikayəti və narazılığı yoxdur. Məhkəmədən xahiş edir ki, onun ailəli və himayəsində iki azyaşlı uşağın olmasını nəzərə alsın. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 Alayının 11-ci PB-nin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, son 5 il müddətində o, Bakı şəhəri Xəzər RPİ-nə ezam olunmaqla burada xidmət edir. Vəzifəsi PPX-ni öz növbəsində keçməklə ictimai asayişi qorumaqdır. O, RPİ-nin X4 əməkdaşı deyildir. Həmkarı Şahid2 ilə xidmət aparan zaman 11 iyun 2022-ci il tarixdə saat 20:30 radələrində Binə qəsəbəsində yerləşən Binə-Aqro istixanasının yaxınlığında xidməti maşınla xidmətdə olduqları zaman bir tərəfi neft buruqları, digər tərəfi isə boş sahə olan yolda gördükləri Təqsirləndirilən şəxs özünü davranışı ilə şübhəli aparmasını görərək ona yaxınlaşıb özlərini təqdim edib özünü təqdim etməsini bildirmişlər. Təqsirləndirilən şəxs özünü təqdim edərək üzərində narkotik vasitə olmasını bildirmiş, hətta yayınmağa çalışmış, lakin onlar onu saxlayaraq Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirmişlər. Polis Şöbəsində onu təhqiqatçıya təqdim etmişlər və sonuncu müdafiəçi dəvət etməklə Təqsirləndirilən şəxs hüquqlarını izah etmiş və videoçəkiliş aparılmaqla üzərinə baxış keçirmişdir. Həmin baxışda o və həmkarı Şahid2 iştirak etmişlər. Təhqiqatçı Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində qeyri qanuni əşya varsa çıxarıb təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ cibindən bir ədəd qara sellofona bükülmüş bükülünü təqdim edərək həmin bükülünün içərisində narkotik maddələr «kakos» və «şüşə» olduğunu demişdir. Artıq bu hadisədən çox vaxt keçdiyi üçün Təqsirləndirilən şəxs həmin maddələri kimdən, nə məqsədlə əldə etməsi barədə dediklərini xatırlamır, lakin baxışla bağlı tərtib olunmuş protokolun məzmununu və müstəntiqə verdiyi ifadəsini təsdiq edir. Qeyd etmək istəyir ki, üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs tərəfindən heç bir narazılıq olmamış, tərtib olunmuş protokolu o, könüllü və sərbəst olaraq imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 Alayının 11-ci PB-nin əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 11 iyun 2022-ci il tarixdə saat 20:30 radələrində avtopatrul nəzdində Binə qəsəbəsində yerləşən Binə-Aqro istixanasının yaxınlığında həmkarı Şahid1lə xidmətdə olduqları zaman saxlamışlar. Belə ki, Təqsirləndirilən şəxs artıq qaranlıq düşdüyü bir vaxtda ətrafda heç bir yaşayış olmayan bir tərəfi neft buruqları, digər tərəfi isə boş sahə olan yolda tək dayanması onlarda şübhə doğurmuş, bu səbəbdən onlar ona yaxınlaşıb özlərini təqdim edib özünü təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs özünü təqdim edərək üzərində narkotik vasitə olmasını bildirmiş, hətta yayınmağa çalışmış, lakin onlar onu saxlayaraq Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirmişlər. Polis Şöbəsində onu təhqiqatçıya təqdim etmişlər və sonuncu müdafiəçi dəvət etməklə Təqsirləndirilən şəxs hüquqlarını izah etmiş və videoçəkiliş aparılmaqla üzərinə baxış keçirmişdir. Həmin baxışda o və həmkarı Şahid2 iştirak etmişlər. Təhqiqatçı Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində qeyri qanuni əşya varsa çıxarıb təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ cibindən bir ədəd qara sellofona bükülmüş bükülünü təqdim edərək həmin bükülünün içərisində narkotik maddələr «kakos» və «şüşə» olduğunu demişdir. Artıq bu hadisədən çox vaxt keçdiyi üçün Təqsirləndirilən şəxs həmin maddələri kimdən, nə məqsədlə əldə etməsi barədə dediklərini xatırlamır, lakin baxışla bağlı tərtib olunmuş protokolun məzmununu və müstəntiqə verdiyi ifadəsini təsdiq edir. Qeyd etmək istəyir ki, üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs tərəfindən heç bir narazılıq olmamış, tərtib olunmuş protokolu o, könüllü və sərbəst olaraq imzalamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsirli olması özünün və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış ƏÇPA 11-ci PB-nin polis nəfərləri Şahid2 və Şahid1 Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-nin rəisinə ünvanladıqlarıxx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə-Aqro istixanasının yaxınlığında xidmət aparan zaman bir nəfərin tək, boş torpaq sahəsində olduğunu görüb, həmin şəxsə yaxınlaşmışlar, həmin şəxs sorğu zamanı özünü şübhəli aparması, üzərində narkotik vasitə olduğunu bildirmiş, bu səbəbindən saxlanılaraq 3-cü PŞ-nə gətirilmişdir. Eyni tarixli «baxış və götürmə aparılması haqqında» 11 iyun 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, vedoçəkiliş aparılmaqla şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ cibindən bir ədəd qara sellofona bükülərək üzərində 20 K və 10 P yazı olan yapışqan lentlə bağlanmış bükümü təqdim edib, həmin bükülünün içərisində narkotik maddələr kakos və şüşə olduğunu, həmin maddələri Bakı şəhərində adını anket məlumatlarını bilmədiyi şəxsdən 280 manata şəxsi istifadəsi üçün aldığım bildirmişdir. Axtarış xpamanı Təqsirləndirilən şəxs üzərindən 3 ədəd 1 manatlıq əskinaz, 1 ədəd «Leo Bank»-a aid plastik bank kartı, 1 ədəd «Samsung» markalı və 1 ədəd Kgtgl markalı mobil telefon aşkar edilmişdir Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə bənzər maddə olan bir ədəd bükülü və içərisində psixotrop maddəyə bənzər maddə olan bir ədəd bükülü qablaşdırılaraq möhürlənib götürülmüşdür. Protokol iştirakçıları ucadan oxundu, şikayət, təklif və qeydlər daxil olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2022ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi 12 iyun 2022-ci il tarixli, 6/3311 saylı rəyindən müəyyn olulur ki, tədqiqata təqdim edilmiş üzərində “...(imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 18,420 qram olan qəhvəyi rəngli maddə maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 9,189 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbacan Respublikasının qanunu ilə təstiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in (Siyahı İ) daxildir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr“-in (Siyahı İ) daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3748 saylı rəyindən müəyyən olunuri ki, Təqsirləndirilən şəxs Opioidlərin və Kannabionoidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış “mobil telefona baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd «Samsung J3» markalı baxış zamanı mobil telefonun ilkin olaraq ismarıc qutusuna baxış keçirilmiş, iş üçün əhəmiyyətli hər hansı ismarıc aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış “mobil telefona baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd «KGTGL» markalı mobil telefon baxış zamanı müəyyən edilmişdir ki, «KGTGL» markalı olmaqla üzərində hər-hansı GSM nömrə aşkar olunmamış, iş üçün əhəmiyyətli hər hansı ismarıc aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış “əməlin tövsif edilməsi və maddi sübut kimi tanınması haqqında” xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-1-ci maddəsinə tövsif edilmiş, ekspertizanın tədqiqatından sonra qalıq qalmış 9,139 qr., psixotrop maddə metamfetamin və 18,370 qram narkotik vasitə heroin heroin saxlanılması üçün Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutlarıf saxlama kamerasına təhvil verilmiş, şəxsi axtarış və götürmə video görüntülər əks olunmun 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-nin 2201-1222 saylı, xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə heroin və psixotrop maddə metamfetamini əldə etdiyi şəxsi, həmçinin onun narkotik vasitələrin satışı ilə məşğul olmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, hal hazırkı cinayət işindən ********* saylı cinayət işi ayrılmışdır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o, əvvəllər məhkum olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, o ailəlidir və himayəsində 2013-cü il təvəllüdlü uşağı vardır. Eyni zamanda məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabionoidlərin qəbulu nəticəsində asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacları vardır. Belə olan halda onlara tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli törətməsi qismən olaraq özünün və şahidlərin ifadələri, istintaq protokolları, məhkəmə ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlini isə düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxslərin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqələri və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxslərin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxlərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olması cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 11 iyun 2022-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan İş üzrə maddi sübutlar – Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş - ekspertiza tədqiqatından sonra qalığı qalmış 9,139 qr psixotrop maddə metamfetamin və 18,370 qram narkotik vasitə heroin məhv edilməli və cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır, iş üçün əhəmiyyət kəsb etməyən və Təqsirləndirilən şəxs məxsus «Самсунэ Ж3» markalı və «KGTGL» markalı mobil telefonlar ailə üzvlərinə qaytarılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 81 (səksən bir) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X5 (i/v 142), məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «KREDO» Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X5 üçün Bakı şəhəri 8 saylı Vəkil Bürosunun nəfinə 150 (yüz əlli) manat, müdafəçi Müdafiəçi üçün isə 240 AZN (iki yüz qırx manat) pul «KREDO» Vəkil Bürosunun nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 11 iyun 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş - ekspertizanın tədqiqatından sonra qalıq olan 9,139 qr psixotrop maddə metamfetamin və 18,370 qram narkotik vasitə heroin məhv edilsin, şəxsi axtarış və götürmə video görüntülər əks olunmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məxsus «Самсунэ Ж3» markalı və «KGTGL» markalı mobil telefonlar ailə üzvlərinə qaytarılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci olan 81 (səksən bir) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. İbtidai istintaq zamanı göstərdiyi hüquqi yardımla bağlı müdafiəçi X5 üçün 150 (yüz əlli) manat pul Bakı şəhəri 8 saylı Vəkil Bürosunun, məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı isə Müdafiəçi üçün 240 AZN (iki yüz qırx manat) pul «KREDO» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1859/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1859/2022
06.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver