Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1859/2025 26.01.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Kamranov Hafiz Eldar oğlu (sədrlik edən), Pənahov Babək Əkbər oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, ev 23-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Verilmiş ittihama görə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi çətənə bitkisinin toxumlarından istifadə etməklə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsində yerləşən 7 saylı fərdi həyət evində qanunsuz olaraq külli miqdarda, yəni, yaş vəziyyətdə ümumi çəkisi 16790,0 qram olan 81 ədəd tərkibində narkotik maddələr olan narkotik təbiətli çətənə (kannabis) bitkilərini əkib aqrotexniki qaydada qulluq göstərərək yetişdirməklə kultivasiya etmiş, onun qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə daxil olmuş məlumat əsasında Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 09 iyun 2025-ci il tarixdə saat 20.30 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsində yerləşən 7 saylı fərdi həyət evinin həyətyanı sahəsinə baxış keçirilən zaman orada qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi ümumi çəkisi 16790,0 qram olan 81 ədəd əkilib-becərilməsi qadağan olunmuş aqrotexniki qaydada qulluq göstərilmiş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddət marixuanadan istifadə etmişdir. Həyat yoldaşı xərçəng, özü isə astma xəstəsidir. xx.xx.2025-ci il tarixdə saat 20:30 radələrində yaşadığı həyətdə olduğu zaman üç nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmiş və həyətinə videoçəkiliş ilə baxış keçirmişlər. Baxış zamanı həyətdə 12 kv.m sahədə əkdiyi 81 ədəd çətənə kolları aşkar edilmişdir. Aşkar edilmiş çətənə kolları onun və polis əməkdaşlarının iştirakları ilə qablaşdırılmışdır. Ailə üzvlərinin evdə narkotik vasitələrin yetişdirilməsindən xəbəri olmamışdır. Həmin çətənə bitkilərini öz istifadəsi üçün əkmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi təzyiq göstərilməmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Polis Bölməsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, üzərində saxlaması, daşıması və kultivasiyası ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Bu barədə Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinin rəhbərliyinə raportla məruzə edilmiş, bununla əlaqədar 14-cü Polis Şöbəsində əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs ünvan 2 saylı fərdi həyət evində olduğu müəyyən edilmiş, onun evinə polis əməkdaşlarının və aqronimun iştirakları ilə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən 81 ədəd çətənə bitkisi aşkar edilmişdir. Bundan sonra 81 ədəd çətənə bitkisi onlar tərəfindən qablaşdırılaraq möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs aşkar etdikləri çətənə bitkiləri ilə birlikdə Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinə apararaq təhqiqataçıya təhvil vermişlər. X9 Muradovun həyətindən aşkar edilərək qablaşdırılmış çətənə bitkilərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs qarşı fiziki və psixi təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində çağırılmış Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 09 iyun 2025-ci il tarixdə qərəzsiz mənbədən daxil olmuş məlumatdan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, üzərində saxlanılması, daşınması və kultivasiyası ilə məşğul olması aşkar olunmuşdur. Bu barədə Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinin rəhbərliyinə raportla məruzə edilmiş, bununla əlaqədar 14-cü Polis Şöbəsində əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs ünvan 2 saylı fərdi həyət evində olduğu müəyyən edilmiş və mənzilinə vəkilin iştirakı olmadan baxış keçirilməsinə dair Təqsirləndirilən şəxs razılıq ərizəsi verdikdən sonra saat 20:30-da onun və Sabunçu RPİ 14-cü PŞ-nin əməliyyat müvəkkilləri Şahid3, Şahid1 və aqronom X4 iştirakları ilə həmin şəxsin yaşadığı fərdi həyət evinə videoçəkilişdən istifadə etməklə baxış keçirmişlər. Onlar Təqsirləndirilən şəxs üzərində və yaşadığı fərdi həyət evində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet, həmçinin maddələrin olması barədə onlarda məlumat olduğunu bildirərək ondan üzərində və yaşadığı fərdi həyət evində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet, həmçinin maddələrin olduğu halda təqdim etməsini təklif etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində taxta və şiferlərlə örtülmüş 12 kv metr ərazidə narkotik vasitə çətənə bitkiləri aşkar edilmişdir. Baxışda iştirak edən aqronom Ramis Bayramov bildirmişdir ki, həmin bitkilər qanunla əkilməsi və becərilməsi qadağan olunan narkotik tərkibli çətənə bitkisidir və həmin bitkilərə xüsusi aqrotexniki qaydada qulluq olunmuşdur. Təqsirləndirilən şəxs həmin bitkiləri özü istifadə etmək üçün əkdiyini və həmin narkotik vasitə olan çətənə bitkisinin toxumlarını tapdığını bildirmişdir. Bundan sonra yerdən hündürlüyü, təxminən 100-150 sm olan 81 ədəd çətənə bitkisi onlar tərəfindən qablaşdırılaraq möhürlənmiş və tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin dövriyyəsi qadağan olunmuş heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs məxsus olan “Redmi” markalı mobil telefon onlar tərəfindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs aşkar etdikləri çətənə bitkiləri ilə birlikdə Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinə aparılmış və bu barədə raport tərtib edilmişdir Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş: “Baxış və götürülmə aparılması haqqında” 09 iyun 2025-ci il tarixli protokoldan görünür ki, baxış və götürmə aparılmasından əvvəl barəsində baxış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində, yaşadığı evdə olması ehtimal edilən narkotik vasitələri, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həyətində 12 kv.m sahədə əkdiyi 81 ədəd narkotikə bənzər bitki çətənə kollarını təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 81 ədəd narkotikə bənzər bitkisinin çətənə kolları olduğunu bildirmişdir. Aşkar olunmuş 81 ədəd narkotikə bənzər bitki çətənə kolları cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 03 ədəd ağ kisədə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 100 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs məxsus "Redmi" markalı mobil telefon möhürlənərək götürülmüşdür. Baxış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (cild 1, i/v 12- 14). Maştağa kənd təsərrüfatı məhsulları müəssisəsinin 09 iyun 2025-ci il tarixli aqronomiki rəyindən görünür ki, 09 iyun 2025-ci il tarixdə saat 20:00 radələrində Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis şöbəsinin əməkdaşlarının dəvəti ilə Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs məxsus yaşayış evinin həyətyanı sahəsinə aqronomiki baxış keçirilmişdir. Həyətyanı sahədə birmərtəbəli yaşayış evinin yanında təxminən 12 kv metr ərazisi olan yerdə hündürlüyü 100-150 sm olan 81 ədəd əkilməsi və becərilməsi qadağan olunan narkotik tərkibli çətənə kolları aşkar olunmuşdur. Həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmuş, suvarılmış və alaq olunmuşdur. Çətənə kolları polis əməkdaşları tərəfindən çıxarılmış, möhürlənmiş və götürülmüşdür (cild 1, i/v 17). “Şübhəli şəxsin tutulması haqqında” 09 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 iyun 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i/v 28). “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 09 iyun 2025-ci il tarixli protokola əlavə edilmiş 01 ədəd DVD diskə baxış keçirilən zaman müəyyən olunur ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi həyət evinin həyətyanı sahəsində əkib aqrotexniki qaydada qulluq göstərərək yetişdirməklə kultivasiya etdiyi külli miqdarda, yəni, yaş vəziyyətdə ümumi çəkisi 16790,0 qram olan 81 ədəd tərkibində narkotik maddələr olan narkotik tərkibli çətənə (kannabis) bitkilərini təqdim etmişdir (cild 1, i/v 38-40). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyun 2025-ci il tarixli, 7/852 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üç ədəd torbalarda ümumi sayı 81 (səksən bir) ədəd yaş vəziyyətdə ümumi çəkisi 16790,0 (16 kq 790 qram) bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Aqronomun rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 72,0 manat təşkil edir (cild 1, i/v 45-48). “Mobil telefona baxış keçirilməsi barədə” 11 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefona baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir (cild 1, i/v 77). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-281/2025 nömrəli, 11 iyun 2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 09 iyun 2025-ci il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 87-92). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, i/v 114). "xxxx" MMC-dən və "xxxx" MMC-dən daxil olmuş CD disklərə baxış keçirilməsi haqqında 24 iyul 2025-ci il tarixli və 21 avqust 2025-ci il protokollardan görünür ki, Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrə daxil olan və həmin abonentdən çıxan zənglərdən çıxarışların, çıxarışda əks olunan nömrələrin abonentlərinin anket məlumatlarının, daxil olan və göndərilən SMS mesaj mətnlərinin, həmçinin ötürücü antenalar cədvəli barədə məlumatların əks olunduğu materiallarda iş üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir (cild 1, i/v 115- 120). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsin 01 oktyabr 2025-ci il tarixli, 6105 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, i/v 128-129). “Sübutların qiymətləndirilməsi haqqında” 02 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, şübhəli şəxsin mənzilinə baxış keçirilməsi zamanı, eləcə də təqdim olunan əşyaya baxış keçirilməsi və götürülməsi zaman qeydə alınmış videogörüntülərin olduğu 02 ədəd CD diski və ekspertiza tədqiqatından sonra qalıq qalmış yaş vəziyyətdə ümumi çəkisi 16 kq 785,95 qram olan çətənə bitkisi iş üzrə sübut növü kimi tanınmışdır (cild 01, i/v 132- 137). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin, yəni qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə cinayətinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.6-cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi və ya yetişdirilməsi başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 21-ci bəndində izah edilmişdir ki, əkmə dedikdə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən tərkibində narkotik maddələr olan bitkilərə daxil olan çətənə növlü bitkilərin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla aşağı həddi 3-15 ədəd (6-30 hissə) ədədi, külli miqdar daxil olmaqla aşağı həddi 16-800 ədəd (31-1550 hissə), xüsusilə külli miqdar daxil olmaqla, aşağı hədləri 801 ədəd (1551 hissə) müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) - külli miqdarda törədilkdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsi mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilir, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1 və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən səmimi peşmançılıq çəkməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş narkotik vasitənin çəkisini (miqdarını), cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində müəssisələrində çəkilməsi müəyyən olunur. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 09 iyun 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 iyun 2025-ci il tarixli qərarı ilə barəsində həbsetmənin əvvəli 09 iyun 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə icraatı zamanı dəyişdirilməmişdr. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs kimi tutulduğu 09 iyun 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən salxanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs üzərindən götürülərək Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 16785,95 qram çətənə bitkisi məhv edilməli, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 72,0 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 08 iş saatına görə 88 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 04 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu andan, yəni 09 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut – Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 16785,95 qram çətənə bitkisi məhv edilsin. Cinayət işi üzrə maddi sübut- 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 72,0 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 08 iş saatına görə 88 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 04 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hafiz Kamranov Hakimlər Babək Pənahov Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(101)-1859/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1859/2025
26.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver