Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-186/2020 09.01.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Qəribov Fikrət Atlıxan oğlu (sədrlik edən), Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: x11, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhər 02 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1978-cı ildə Qəbələ rayonunun Bunud kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, ali təhsilli, məhkum olunmayan,Qəbələ rayonunun Bunud kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Yeniyol küçəsi 131-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Dövlət Təhlükəsizlik Xidmətinin Müvəqqəti saxlama yeri və İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 218.2, 28,214.2.1, 28,214.2.3 və 28, 214.2.6-cı maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış cinayətkar birliyin (təşkilatın) tərkibinə daxil olaraq, qəsdən həmin cinayətkar birliyin (təşkilatın) məqsədlərinin yerinə yetirilməsi ilə əlaqədar odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması təhlükəsi yaradan hərəkətlərin törədilməsi üçün digər şəxslərlə sövdələşmiş, bunun üçün vasitə və alət axtarmış, həmin cinayəti törətməyə qəsdən başqa cür şərait yaratmağa yönəlmiş hərəkətlər etmiş, lakin Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən saxlanıldığı üçün öz iradəsindən asılı olmayaraq cinayəti başa çatdıra bilməmiş, terrorçuluğa hazırlıq əməlləri törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış, x2 2170(2014) saylı qətnaməsi ilə terrorçu təşkilat kimi tanınan “İŞİD” adlı cinayətkar birliyin (təşkilatın) tərkibinə 2016-cı ilin yay aylarında “Musa əl Azəri” dini ləqəbi ilə daxil olaraq həmin cinayətkar birliyin (təşkilatın) rəhbəri Abu Bakr əl-Bağdadiyə sədaqət andı içmiş, Şahid1 və digər Azərbaycan Respublikası vətəndaşlarının həmin cinayətkar birliyə (təşkilata) qoşulması istiqamətində fəaliyyət göstərməklə, cinayətkar birlik (təşkilat) tərəfindən verilmiş tapşırığa uyğun olaraq 27 iyul 2017-ci il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərinə gedib, Aksaray bölgəsində mənzil kirayələyib orada yaşadığı müddət ərzində cinayətkar birliyin (təşkilatın) şəxsiyyətləri istintaqa məlum olmayan üzvləri ilə birlikdə həmin cinayətkar birliyin (təşkilatın) logistika və miqrasiya qurumunun fəaliyyətinin təşkilində iştirak etməklə, cinayətkar birliyin üzvü Abu Ahmad al- Magribi dini ləqəbli Mərakeş vətəndaşı x18 Respublikası ərazisindən “İŞİD”-in nəzarəti altında olan Suriya Ərəb Respublikası ərazisinə qanunsuz keçirilməsi məqsədi ilə onu kirayədə yaşadığı mənzildə bir müddət saxlamaqla cinayətkar birliyin (təşkilatın) fəaliyyətində iştirak etmişdir. Təqsirləndirilən şəxs 29 dekabr 2017-ci il tarixdə Azərbaycan Respublikasına qayıtdıqdan sonra “İŞİD” adlı cinayətkar birlikdə (təşkilatda) fəaliyyətini davam etdirərək 2018-ci ilin oktyabr ayının ortalarında cinayətkar birliyin (təşkilatın) şəxsiyyəti istintaqa məlum olmayan “Usta” ləqəbli üzvündən Azərbaycan Respublikası hüdudlarından kənarda Suriya Ərəb Respublikası və digər dövlətlərdə həmin cinayətkar birliyə (təşkilata) qarşı hərbi əməliyyatlarda iştirak edən xarici dövlətlərin Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən diplomatik nümayəndələrinə qarşı sui-qəsd həyata keçirmək barədə tapşırıq almış, onunla cinayətkar birliyin (təşkilatın) məqsədlərinin yerinə yetirilməsi ilə əlaqədar ölkə ərazisində terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə insanların həlak olması, onların sağlamlığına zərər vurulması təhlükəsi yaradan hərəkətlərin törədilməsi barədə razılaşmış, bu məqsədlə 2018-ci ilin oktyabr-dekabr ayları ərzində Azərbaycan Respublikası vətəndaşı Şahid1 ilə əlaqəyə girmiş, “Teleqram” mobil tətbiq proqramı vasitəsi ilə apardığı yazışmalarında sonuncunu gizli əlaqə üsulları barədə təlimatlandıraraq xarici dövlətin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəsinə qarşı sui-qəsd həyata keçirməkdə zəruri olan alət və vasitələrin, eləcə də odlu silah və silah qismində istifadə olunan predmetlərin əldə edilməsi məqsədilə cinayətkar birliyin (təşkilatın) nümayəndələri tərəfindən göndəriləcək pulun qəbul olunması üçün bank kart hesabının açılması, silah və silah qismində istifadə ediləcək predmetlərin bilavasitə əldə edilməsi və müvəqqəti icarəyə avtomobil götürülməsini tapşırmış, özü isə 2018-ci ilin oktyabr-noyabr ayları ərzində xarici dövlətin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliyinin Bakı şəhəri, Nəsimi rayonu ərazisindəki inzibati binasının yerləşdiyi ünvanına gələrək, həmin ərazini, oraya giriş-çıxış imkanlarını perimetr boyu vizual öyrənmiş, habelə internet vasitəsi ilə həmin xarici dövlətin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəsinin regionlara səfərləri, eləcə də növbəti mümkün səfəri barədə konkret məlumatlar toplamış, göstərilən əməllərin törədilməsinə qəsdən başqa cür şərait yaradan hərəkətlər etməklə terrorçuluğa hazırlıq etmiş, lakin 18 yanvar 2019-cu il tarixdə Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən saxlanıldığı üçün öz iradəsindən asılı olmayan səbəblərə görə həmin cinayəti başa çatdıra bilməmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 218.2, 28,214.2.1, 28,214.2.3 və 28,214.2.6-cı maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərdi ki, xatırlamadığı tarixdə hərbi xidmətdən tərxis olunduqdan sonra Bakıda fəhlə, satıcı kimi müxtəlif işlərdə işləyib ailəsini dolandırmış, hətta Türkiyə Respublikasında alverlə, karqo işi ilə məşğul olmuş, bundan başqa orada Aksaray bölgəsində kirayə mənzil götürüb yaşamış, kirayədə yaşadığı mənzildə başqa şəxsləri qısa müddət olmaqla bir gecəsi 18-20 lirəyə yanında kirayədə saxlamışdır. Həmin şəxslərin içərisində Mərakeş vətəndaşı olmamışdır. Namaz qılır və onun fikrincə cihad ən böyük zirvədir. «İŞİD» təşkilatının rəhbəri Abu Bakr əl-Bağdadini bəyənir, lakin onu görməyib, ona sədaqət andı içməyib, ümumiyyətlə həmin təşkilata qoşulmamış, üzvü olmamış, əmr almamışdır. «İŞİD» təşkilatından ancaq dinə aid olan məsələləri öyrənmiş, bu minvalla müsəlman olmuşdur. «İŞİD» təşkilatında heç kimə beyət etməmişdir. Müsəlman olduqdan sonra çox dəyişmiş, hərbidən uzaqlaşmışdır. Bununla belə Qarabağda döyüş başlasaydı tanıdığı namaz əhli ilə döyüşlərdə iştirak etməyə hazırdır. «İŞİD» təşkilatı ilə danışdığı ərəfədə bir nəfər ona «istəyirsən gəl Suriyada «İŞİD» təşkilatına qoşul» deyə təklif etmiş, lakin bu təklifi qəbul etməmiş, ümumiyyətlə Suriya ilə əlaqəsi olmamışdır. Poçtda işlədiyi vaxt Şahid2 evinə telefon çəkməyə getmiş, tanış olmuşlar. Firdovsi taxta ustasıdır, stol-stul düzəldir, aralarında işlə bağlı münasibət olmamışdır. Bir dəfə yas məclisində Firdovsi ilə söhbət əsnasında Türkiyə Respublikasından deportasiya olunduğu barədə danışmış, Firdovsi camaatın onun Suriyada olması barədə danışdıqlarını demiş, belə bir hal olmadığını deyib, hətta hər namaz qılan o dəqiqə Suriyaya getmir ki, deyə iradını bildirmişdir. Şahid1 ilə Firdovsinin vasitəsilə tanış olmuşdur. Belə ki, Firdovsi ona, «ailəsində problemləri olan bir qardaş var ona kömək et» demişdir. Bundan sonra Cavidi cəmi bir-iki dəfə görmüş, onunla telefon əlaqəsi saxlamış, «watsapp», «teleqram» proqramları vasitəsilə yazışmışdır. Cavidi elə də yaxından tanımamış, deməsindən Sumqayıtda yaşamasını bilmişdir. «Teleqram» məxfiçiliyə riayət etmək üçün gizli danışıq, yazışma proqramıdır. Adının bilinməməsi üçün həmin proqramda adını «Adil» kimi qeyd etmişdir. Cavidlə həmin proqram vasitəsilə Allahdan, namaz qılmaqdan, dini məsələlərdən danışmış, başqa niyyəti olmamışdır. Həm də, Cavid onunla Suriyaya getmək istədiyi barədə danışdığına görə gizli «teleqram» proqramından istifadə etmiş, istər-istəməz qorxurmuş ki, birdən ikisindən birini tutarlar yazışmaları bilinər. Cavid özü də ona demişdir ki, onu Firdovsinin vasitəsilə tanımış, telefon nömrəsini də Cavidə Firdovsi vermişdir. Cavidlə ilk dəfə «20 Yanvar» metrosunun yaxınlığında yerləşən çayxanada görüşmüş, söhbət etmişlər. Cavid namaz qıldığını və bu səbəbdən ailəsi ilə problemləri olmasını, atasının onun saqqal saxlamasına qarşı çıxdığını, valideynlərinin ona xərclik vermədiklərini, onu incitdiklərini, namaz qılmağa qoymadıqlarını, onlarla dalaşdığını, birgə yaşamaq istəmədiyini, evdən çıxdığını, cihada qoşulmaq üçün Suriyaya getmək istədiyini demiş, hətta bu işdə ondan pul, kömək də istəmişdir. Cavidə məsləhət vermişdir ki, Allah valideynə qarşı çıxmağı qadağan edib, belə etməklə günah edir, valideynləri ilə barışıb danışsın, əgər onlar yenə də namaz qılmağına icazə verməsələr gedib başqa yerdə, ölkədə, məsələn Rusiyada işləyib özünü saxlasın, hətta ona özü ilə fəhlə kimi işləməyi də təklif etmiş, lakin Cavid razı olmamış, sədəqə ilə dolanmaq istədiyini demiş, ona «yekə oğlansan müsəlmanlar sədəqəyə göz tikdisə daha bu nə oldu?» deyə iradını bildirmişdir. Cavidin israrla onu Suriyaya getməsinə kömək istəməsinə «ora Qəbələ deyil ki, bunu edə bilim, Suriyadır» bunu bacarmadığını, onda televizordan eşitdiyi məlumatlara görə Türkiyədən də Suriyaya getməyin çətinləşdiyini, hətta mümkünsüz hala gəldiyini bildirmişdir. Cavidə onu Suriyaya göndərəcəyinə dair vəd verməmişdir. Cavid onunla fəhlə kimi işləməyə gəlməsə də, onu subay zənn etdiyini onunla bir evdə yaşamaq istədiyini demiş, lakin ona ailəli, üç uşaq atası olduğunu, birlikdə qala bilməyəcəklərini, ən yaxşısı valideynləri ilə barışıb onlarla birgə qalmağı demişdir. Bundan başqa Cavidlə Xocahəsən qəsəbəsində də görüşmüş, aralarında dini mövzularda söhbətlər olmuş, videoçarxlara baxmışlar. Müharibə, «İŞİD» təşkilatının üzvlərinin Türkiyədə Rus səfirini öldürmələri barədə də söhbətləri olmuş, hətta «youtubda» bu barədə video olduğunu, istəsə baxmağını desə də, ona Rusiyanın Azərbaycandakı səfirinin hara gedəcəyi, hansı vaxtda harada olacağı, onu öldürməsi barədə deməmiş, özünün də belə bir fikri olmamışdır. Anladığı qədər Cavid onu tutdurmaq üçün aralarında olan rus səfirləri barədə söhbəti ona qarşı istifadə edir. Cavid Rusiyanın Azərbaycandakı səfirini yolda hücum edərək öldürmək istədiyi, amma hansı yolda hücum edəcəyini hələ planlaşdırmadığı barədə özü demiş, o da Cavidə demişdir ki, «belə şey etmə, sən rus səfirini öldürsən müsəlmanları türməyə salacaqlar». Lakin bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməmişdir, çünki, müsəlman qardaşını satmaq onun dininə uyğun deyil. Cavid Rusiyanın Azərbaycandakı səfirini öldürməkdə o qədər israrlı olmuşdur ki, axırı ona «get nə istəyirsən et» deyə bildirmişdir. Cavid ona əvvəlcə kirayə avtomobil götürməyi, sonra almağı təklif edərək ondan sonuncu məqsədi və Rusiyaya getməsi üçün pul istəmiş, o isə Cavidə Rusiyada özünə iş tapıb işləyənə kimi borc pul vermək üçün ona pul kartı vermiş, başqa, yəni avtomobil, yaxud silah almaq məqsədilə kart verməmişdir. Kimisə izləmək barədə heç kimdən əmr almamış, Rusiyanın Azərbaycandakı səfirini izləməmişdir. Hətta Cavidə irad tutmuşdur ki, onunla rus səfirini öldürmək istədiyi barədə söhbət edir, ona görə tutulacaq, üç uşağı var tutulmaq istəmir. Sonradan Cavidin hərəkətlərindən onun namaz əhli olmadığını da başa düşmüşdür. Cavidlə ilk vaxtlar danışanda onun namaz qıldığını deyəndə ona inansa da, sonradan bu mövzuda bir neçə sual verməklə, hətta bir dəfə namaz vaxtı olduğunu deyib namaz qılıb-qılmayacağı ilə maraqlananda Cavidin özünü itirərək bəhanə gətirib çıxıb getməsindən onun namaz qılmadığını bilmişdir. Qurani-Kərim namaz qılmayanı öldürməyə icazə vermir. Dini ləqəbi «Musa əl Azəri» olmuş, Cavid ləqəbi olmadığını deyəndə ona özünə ləqəb seçməyi təklif etsə də, özü ona heç bir ləqəb verməmişdir. Cavidin hərəkətlərindən onu tutduracağından qorxduğu və tutulacağını bildiyi üçün sonuncunu öldürmək qərarına gəlmiş, şübhəyə salmamaq üçün öldürəcəyi bıçağı onun özünə aldırmaq istəmişdir, əks halda həmin bıçaqla mühafizəçisi olan səfiri öldürmək ağılabatan deyil. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsini dinləyib, şahidləri dindirərək, iş üzrə digər sübutları araşdıraraq hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 218.2, 28,214.2.1, 28,214.2.3 və 28,214.2.6-cı maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o 2018-ci ildə internet vasitəsi ilə Firdovsi ilə tanış olmuş və mütəmadi onunla əlaqə saxlamışdır. Sonra o Firdovsiyə istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsini vermişdir. O, Firdovsiyə bildirmişdir ki, Suriyaya getmək istəyir. Sonra Firdovsi onu Təqsirləndirilən şəxslə tanış etmişdir. Firdovsi ona Suriyada müsəlmanlara qarşı edilən zülmə son qoymaq məqsədi ilə cihada qoşulmağın vacib olduğunu bildirmiş, bu məqsədlə də Musaxanın telefon nömrəsini vermişdir. O, Musaxanla əlaqə saxlayıb nömrəsini Firdovsinin verdiyini bildirmişdir. Musaxan onunla çox səmimi danışmış və zəngini gözlədiyini demişdir. Birinci dəfə o, Musaxanla vatsapla danışmışdır. Sonradan Musaxan, danışıqları teleqram proqramı vasitəsi ilə aparmağı tapşırmış və gizli çat açmışdır. Teleqramda Musaxanın adı “Adil” kimi qeyd olunmuşdur. Musaxanla danışan zaman Musaxan, cihadın vacib əməl olduğunu bildirmiş və mütəmadi olaraq cihad barədə söhbətlər aparmışdır. Onlar “vatsap” proqramı vasitəsi ilə əlaqə saxlayırmışlar. Danışıq zamanı Musaxan “Teleqram” proqramından istifadə edib-etmədiyini soruşmuşdur. O, həmin proqramdan məlumatsız olduğunu demişdir. Musaxan ona həmin proqramı telefonuna yükləməyi və oradan əlaqə saxlamağı tapşırmışdır. Musaxan demişdir ki, Suriyadakı “İŞİD”də olan əmiri ona bildirib ki, Azərbaycanda “Teleqram” proqramını izləmək mümkün deyil. O həmin proqramı telefonuna yükləmiş, Musaxan teleqramda adının “Adil” odluğunu bildirmişdir. Musaxan ona cihad barədə danışmağa başlamış, cihadda iştirak edən şəxslərin yüksək maaş aldığını, onlara ev, maşın veriləcəyini, cihadda şəhid olan şəxsin birbaşa cənnətə gedəcəyini deyərək onu savaşa ruhlandırırmış, birinci dəfə o Musaxanla metronun «20 Yanvar» stansiyası yaxınlığında Respublika xəstəxanasının giriş qapısının yanında görüşmüş və yaxınlıqdakı çayxanada əyləşmişlər. Musaxan ona bəzi şifrəli sözləri başa salmış, məsələn “palçıq qatma” dedikdə əvvəlcədən hazırlanan hər hansı bir partlayıcı əşyanı aparıb dövlət orqanına qoymaq, “Elektrik işləri” dedikdə fiziki cəhətdən güclü olmağını və mütəmadi olaraq dayanmadan məşq etməyini, cihad zamanı fiziki gücün çox lazım olduğunu bildirmişdir. “Psixologiya” dedikdə konkret onun Suriyadakı Əmiri tərəfindən verilmiş tapşırığa hazır olmağı başa salmışdır. Musaxan kompyuteri hansı səviyyədə bilməyini soruşmuş, oda kompyuteri normal səviyyədə bildiyini qeyd etmişdir. O, Musaxandan əmirinin kim olduğunu soruşduqda Musaxan onun adını verməmiş, “İŞİD”də “Usta” ləqəbli şəxsə beyət etdiyini bildirmiş, onun da həmin şəxsə beyət etməli olduğunu və həmin əmirin Azərbaycana dair verilmiş tapşırıqlarının icrası ilə məşğul olmalı olduqlarını bildirmişdir. Bir neçə gündən sonra Musaxan, onu Xocahəsənə dəvət etmişdir. Onlar kafedə görüşmüşlər. Görüş zamanı Musaxan, ondan səfirliklər barədə nə bildiyini soruşmuşdur. O, səfirliklər barədə geniş məlumata malik olmadığını bildirəndə Musaxan ona demişdir ki, ABŞ və Rusiyanın Azərbaycandakı səfirliklərində onların düşmənləri var və o, əmirindən həmin səfirliklərə istənilən yolla zərər vurmaq, səfirlərin isə qətlə yetirilməsi barədə tapşırıq alıb. Musaxan ondan bu barədə fikir öyrənməyə çalışmış, daha çox düşmənlərinin hansı dövlətin olduğunu soruşmuşdur. O, bununla bağlı heç bir fikir bildirməmişdir bundan sonra Musaxan Rusiya səfirliyinin üzərində dayanmış və “İşid”dəki əmirinin Rusiyanın Azərbaycandakı səfiri Boçarnikovu öldürməyi tapşırdığını bildirmişdir. Musaxan Rusiya səfirini “Boçka” ləqəbilə çağırdıqlarını bildirmişdir. Musaxan Rusiya səfirliyinin Bakıxanov küçəsində “həyat recensi”nin yaxınlığındakı körpüdən sonra yerləşdiyini demiş və bildirmişdir ki, səfir yaxın günlərdə Gəncəyə səfər etmişdir, yenə də regionlara səfəri nəzərdə tutulur. Musaxan “İşid”dəki əmirinin tapşırığı ilə internet vasitəsi ilə Rusiya səfirinin regionlara səfərlərini izlədiyini, bu barədə məlumat topladığını bildirmişdir. İnternet məlumatlarından Musaxan, Rusiya səfirinin oktyabr-noyabr aylarında Gəncə, Mingəçevir şəhərlərinə səfərlər etdiyi barədə məlumatlar toplamışdır. Musaxan demişdir ki, tezliklə Rusiyaya məxsus avtomobil zavodlarından birinin açılışı olmalıdır və bununla bağlı səfirin regiona səfəri nəzərdə tutulur. Musaxan ona internetdən “Youtube”a daxil olmaqla Türkiyədə Rusiya səfirinin qətlə yetirilməsi ilə bağlı kadrları tapmağı, onu hansı yolla qətlə yetirdikləri barədə məlumat toplamağı tapşırmışdır. O bununla bağlı internetdə araşdırma aparmış, qətlin video görüntülərinə baxmış, Musaxana həmin qətlin detalları barədə məlumat vermişdir. Bir neçə dəfə Rusiya səfirliyi ətrafında araşdırmalar aparmış, avtomobillə bir neçə dəfə səfirlik ətrafında fırlanmışdır. Musaxan Rusiya səfirliyinin çox dəqiq qorunduğunu həmin ərazidə onların səfirə hücum edə bilməyəcəklərini bildirmiş və qeyd etmişdir ki, səfirə suiqəsdi yalnız Azərbaycanın bölgələrinə səfərləri zamanı etmək olar. Musaxan səfirin 2019cu ilin əvvəllərində Gəncə şəhəri istiqamətində olan rayonlara səfərinin baş tutacağını bildirmiş, lakin bu məlumatı Musaxanın haradan əldə etdiyini bilmir. Musaxan cox hazırlıqlı, internet resurslarından istifadə etməyi bacaran şəxsdir. O, Musaxanla əlaqə saxladığı zaman o, “İşid”dəki əmirinə Bakıdakı Rusiya səfirini öldürməyi vəd etdiyini və bu istiqamətdə hazırlıqlara başladığını, münasib vaxt olan kimi bu vədini həyata keçirəcəyini bildirmişdir. Musaxan ona Rusiyanın Bakıdakı səfirinin həyatına sui-qəsdin həyata keçirilməsi ərəfəsində videoçarx hazırlayacaqlarını, həmin videoçarxda onun maskalı olacağını, bu sui-qəsdin Suriyadakı cihadla əlaqədar törədəcəkləri barədə məlumatlar verəcəklərini, daha sonra isə sui-qəsdi video çəkərək dünya ictimaiyyətinə göstərəcəklərini, bu sui-qəsdi “İşid”in tapşırığı ilə etdiklərini videoçarxda bəyan edəcəklərini demişdir. Onlar Rusiyanın Azərbaycandakı səfiri Boçarnikovu Azərbaycanın bölgələrinə səfəri zamanı öldürməli imişlər. Musaxan bu istiqamətdə yaxşı məlumatlı olduğunu, səfirin bölgələrə səfəri zamanı yaxşı müdafiə olunmadığını bildirmiş və demişdir ki, Boçarnikov bölgələrə səfər etdikləri zaman onlar avtomobili qəza bəhanəsi ilə və ya hər hansı digər üsulla yolda dayandırıb silahlı basqın etməli imişlər. Musaxan ona bank kartının şəklini ataraq həmin kartdan əldə etməli olduğunu, bu kart vasitəsi ilə “İşid”in pul göndərəcəyini, bu pulu “İşid”in məqsədləri üçün sərf edəcəyini, həmin pulla avtomobil kirayə götürməli və silah alacaqmışlar. O məsələnin ciddi olduğunu, Rusiyanın Azərbaycandakı səfirinə sui qəsd etməyəcəyini, bunun düzgün olmadığını bildirmiş, Musaxan bununla bağlı çox əsəbləşmiş, ona hədə-qorxu gələrək bununla bağlı kimə desə ona və ailəsinə çox təhlükə yarada biləcəyini bildirmişdir. Musaxan fikrindən daşınmadığını, Əmirinin göstərişlərinə sadiq olduğunu, münasib vaxtın yarandığı təqdirdə ona verdiyi vədi yerinə yetirəcəyini, yəni Suriyadaki əmirinin tapşırığı ilə Rusiyanın Azərbaycandakı səfiri Boçarnikovu qətlə yetirəcəyini, bu istiqamətdə hazırlıqlarını davam etdirəcəyini bildirmişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq bir daha göstərmişdir ki, Musaxan ona hansı təşkilatın üzvü olduğunu deməmiş, sadəcə demişdir “İşid”in əmirinin dediyini yerinə yetirir. Musaxan ona deməmişdir kimə and icir, sadəcə onlar beyət edəcəkmişlər. Səfirin həyatına sui-qəsd həyata keçiriləndə, sui-qəsdin Suriyadakı cihadla əlaqədar törədəcəkləri barədə məlumatlar verəcəyi, sonra isə sui-qəsdi video çəkərək dünya ictimaiyyətinə göstərəcəklərini, sui-qəsdi “İşid”in tapşırığı ilə etdiklərini videoçarxda bəyan edəcəklərini demişdir. Musaxan ona demişdir ki, Türkiyədə bir qardaş Səfiri silahla vurmuşdur və ona təklif etmişdir ki, həmin videoya baxsın. Ona Abucabir ləqəbi qoymuşdur. Musaxanla teleqram çatı ilə əlaqəyə girirmiş, teleqramda Musaxanın adı “Adil” kimi qeyd olunmuşdur. Sadəcə həmin proqramda gizli çat yaradır, orada danışır və həmin çatda vaxt qoyur, məsələn bir dəqiqəyə həmin yazılar silinəcəkdir. Tanışlıqlarından bir müddət keçəndən sonra onlar çatla danışmışlar. Musaxanın məqsədi Azərbaycanda cihad etmək olmuşdur. Səfirliklərdən onların düşmənlərinin Rusiya, Amerikanı deyirmiş. Səfirlərə sui qəsd törətməliymişlər, onun vəzifəsi maşın sürmək imiş, hətta Musaxan ondan soruşmuşdur ki, sürücülük vəsiqəsi var. Əlbəttə sürüçülük vəsiqəsi var və heç bir qayda pozuntusu yoxdur. Plan belə imiş, yolda gedəndə çaşqınlıq yaradıb və yola benzin tökərək və s. hallar. O, kirayə ev tutmalı imiş, həmin videoçarx onun üzü bağlı çəkiləcəkmiş ki, onlar cihadı edirlər, lazım gələrsə bundan betərlərini də edərlər. Firdovsi dövlətə, prezidentə çıxan padikal videolar paylaşan biridir. Firdovsinin “İşid”in üzvü olub olmamasından xəbəri yoxdur. Musaxanla görüşəndə o heç Rusiyanın səfirini tanımırmış, bəzi parollar var imiş “palçıq qatma” dedikdə əvvəlcədən hazırlanan hər hansı bir partlayıcı əşyanı aparıb dövlət orqanına qoymaq, “Elektrik işləri” dedikdə fiziki cəhətdən güclü olmağı demək, “Psixologiya” dedikdə konkret onun Suriyadakı Əmiri tərəfindən verilmiş tapşırığa hazır olmağı başa salırmış, adına kart alınmalı imiş, bu kart vasitəsi ilə “İşid”in pul göndərəcəyini, bu pulu “İşid”in məqsədləri üçün sərf edəcəyini, həmin pulla avtomobil kirayə götürməli, bıçaq və silah alacaqmışlar. O kirayə ev tutmalı, həmin evdə videoçarx çəkilməli imişlər. Musaxan ona suallar verirmiş, əmin olandan sonra savadına, ona demişdir ki, bu işləri görəcəklər. O Musaxanla təxminən beş dəfə görüşmüşdür. Birinci görüşü Musaxan təklif etmiş, sonrakı görüşlər qarşılıqlı olmuşdur. Tanışlıqları təxminən beş ay sürmüşdür. O bilirmiş ki, səfirə olan təxribatda, orada oda ölə bilər. Musaxan onu əmiri ilə tanış etməmişdir. O səfirə qarşı hər hansı bir sui-qəsdə hazırlıq etməmiş və bunun üçün Musaxanın tapşırıqlarını da yerinə yetirməmişdir. 2018-ci ilin dekabr ayının sonlarına yaxın Musaxanın tutulması bilmişdir. İstintaqda verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs uzun müddətdir bir yerli kimi tanıyır. Musaxan qonşu kənddə yaşayırmış və poçtda işləyirmiş. Bir dəfə də gəlib onların evinə internet çəkib. Sonra anası rəhmətə gedəndə gəlmişdir. Musaxanı bir dindar müsəlman kimi tanımış, ancaq onunla oturub dini çəhətdən heç nəyi müzakirə etməmişdir. Sonralar eşitmişdir ki, Musaxan dolanışığı yaxşı olmadığından Rusiyaya işləməyə gedib. Sonralar eşitmişdir ki, Musaxan Türkiyəyə gedib. 2017-ci ilin axırları onun anası rəhmətə gedəndən sonra Musaxan onlara gəlib baş sağlığı verəndə, ondan eşitmişdir ki, Musaxan Bakıda meyvə tərəvəzin alqı satqısı ilə məşğuldur. Cavidi sosial şəbəkədən tanımışdır. Cavid ona sosial şəbəkədə dostluq atmış, bir neçə vaxt onunla yazışmışdır. Çavid ailəsi ilə yola getmədiyinə görə, ailəsi ilə mübahisəsi olub evdən çıxmış, ona bir iş yeri tapmağı, orada həm qalmaq, işləmək olmasını xahiş etmişdir. Deyirmiş Suriyaya getmək üçün ona yol göstərsin. O da ona demişdir ki, “mən sənə Suriyaya getmək üçün yol göstərə bilməyəcəm.” Bir neçə dəfə dedikdən sonra o Cavidi Musaxanla tanış etmişdir ki, Musaxan da namaz qılır, din adamıdır. O Musaxanın nömrəsini vermişdir Cavidə, demişdir onunla əlaqə saxla o sənə iş tapar. Musaxan Qəbələyə qələndə onlar görüşmüşlər. O da namaz qılır, müsəlman kimi namaz qılır, peyğəmbəri qıldığı namazı qılır. O Musaxanı səmimi dindar bir oğlan kimi tanımışdır. Musaxanla Cavidi tanış etməkdə, Cavidin istədiklərini yerinə yetirmək imiş. Musaxanın hərbiçi olduğunu bilmiş, lakin hərbidə işləyəndə onu tanımamışdır. Bildiyinə görə, Musaxan hərbidən tərxis edildikdən sonra ibadətlə məşğul olmuş, Rusiyaya, Türkiyəyə işləmək üçün getmişdir. O Qəbələdə yaşayan adamdır, ehtimal etmişdir ki, Musaxan Türkiyədə olub bilər Suriyaya necə getmək olar, ona görə də Cavidlə Musaxanı tanış etmişdir. x9 ev kiralayıb insanları Suriyaya yola salmaqla məşğul olur, ancaq sonrada bu işi baş tutmadığı üçün Musaxan qayıdıb Bakıya gəlmişdir. Mərakeşdən olan xarici vətəndaşın Musaxanın evində qalmasından onun xəbəri olmayıb. Onun maraq dairəsi geniş olduğundan, səhifəsində hər sahədən paylaşırmış, o xəbər saytlarını çox izləyir, olub o həmin xəbər saytlarında videolar götürüb öz səhifəsində paylaşmışdır. Cavid ondan üç şey istəmişdir, işə düzəlmək, işlədiyi yerdə qalmaq və işlədiyi adamın namaz qılan olması. O da ona görə Cavidi Musaxanla tanlş etmişdir. O Cavidlə üzbə-üz görüşməmişdir. Cavidlə Musaxan tanış olandan sonra onların nə danışdıqlarını bilməmiş. O axır 6-7 ildə Bakıya 2 və ya 3 dəfə gəlmişdir. O taxta sexi işlədir, əvvəllər Bakıya tez-tez gəlirmiş, ancaq bu son 6-7 ildə qeyd etdiyi kimi cəmi 2-3 dəfə gəlmişdir. Musaxanın vəhhabi təriqətinin banisi Məhəmməd ibni Abdul Əl-vəhhabı qəbul edib onun ədəbiyyatlarını oxuduğunu deməmişdir, Musaxanın uzun saqqalı olmasını görməmişdir. Cavid ondan yol soruşmuşdur Suriyaya cihada getmək üçün, o da Musaxanın nömrəsini vermişdir ki, o bilmir Suriyaya necə getmək olar, Musaxandan soruş o bilər necə getmək olar. İstintaqda verdiyi ifadəsini təsdiq edir. Məhkəməyədək icraat zamanı əldə edilmiş Təqsirləndirilən şəxs İAMAS sərhədkeçmə məlumatlarından görünür ki, o, 27 iyul 2017-ci il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, 30 noyabr 2017-ci il tarixdə isə Azərbaycan Respublikasına qayıtmışdır. Bundan sonra o, 08-29 dekabr 2017-ci il tarixlərdə Türkiyə Respublikasının İstanbul şəhərində olmuşdur. (İ Cild, iş vərəqə 12) Məhkəməyədək icraat zamanı 27 fevral 2019-cu il tarixdə “xxxxxxx” MMC-dən daxil olmuş diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil telefonun anten dairələri 19.10.2018-ci il tarixdə Həsən Əliyev 1008, 17.09.2018-ci il, 27.11.2018-ci il tarixdə ünvan 2 ünvanda olduğunu göstərmişdir. (İ Cild, iş vərəqə 234-237) Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 29 dekabr 2017-ci il tarixdən 28 dekabr 2018-ci il tarixədək Türkiyə Respublikasının İstanbul şəhərində olduğu müddət ərzində əlaqədə olduğu “İŞİD” üzvlərinin müəyyən edilməsi istiqamətində 22 aprel 2019cu il tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuşdur. DTX V baş idarəsi tərəfindən daxil olmuş 30 aprel 2019-cu il tarixli 5/2396 nömrəli məktubun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs Türkiyə Respublikası ərazisində olduğu müddət ərzində cinayətkar birliyin (təşkilatın) şəxsiyyətləri istintaqa məlum olmayan üzvləri ilə birlikdə həmin cinayətkar birliyin (təşkilatın) logistika və miqrasiya qurumunun fəaliyyətinin təşkilində iştirak etməklə, cinayətkar birliyin üzvü Abu Ahmad al-Magribi dini ləqəbli Mərakeş vətəndaşı x18 Respublikası ərazisindən “İŞİD”-in nəzarəti altında olan Suriya Ərəb Respublikası ərazisinə qanunsuz keçirilməsi məqsədi ilə onu kirayədə yaşadığı mənzildə bir müddət saxlamaqla cinayətkar birliyin (təşkilatın) fəaliyyətində iştirak etmişdir. (İ Cild, iş vərəqə 35, 46) Məhkəməyədək icraat zamanı 08 oktyabr 2019-cu il tarixdə mingechevir-ih.gov.az, astara-ih.gov.az, sheki-ih.gov.az, ganja-ih.gov.az, senaye.gov.az, naxcivantv.az, alpaninfo. com, lent.az saytlarına baxış keçirilmişdir. Alpaninfo.com xəbər portalında 10 oktyabr 2018-ci il tarixdə “maşınqayırma sənayesinin inkişafında yeni mərhələ” başlıqlı xəbərin paylaşıldığı və xəbərdə "xxxxxxx" ASC və Qorki avtomobil zavodu arasında "QAZ" kommersiya avtomobillərinin Azərbaycanda yığılmasının inkişaf etdirilməsi sahəsində əməkdaşlıq haqqında Memorandum" da imzalanması və bu sənədə görə, 2019-cu ilin sonunadək Hacıqabulda QAZ markalı avtomobillərin yığılmasının təmin olunacağı barədə məlumat verildiyi müəyyən edilmişdir. Məhkəməyədək icraat zamanı daha sonra Azərbaycan Respublikası Gəncə Şəhər İcra Hakimiyyotinin rəsmi saytı olan ganja-ih.gov.az saytında 31 oktyabr 2018-ci il tarixdə “Rusiyanın Azərbaycandakı səfiri x8b” başlıqlı xəbərin paylaşıldığı və xəbərdə həmin tarixdə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri x12 səfər etməsi və İcra Hakimiyyəti başçısı Niyazi Bayramov ilə görüşdükdən sonra bir sıra səneyə müəssisələri və mədəniyyət ocaqlarında olması barədə məlumat verildiyi müəyyən edilmişdir. Məhkəməyədək icraat zamanı bundan başqa Azərbaycan Respublikası Mingəçevir Şəhər İcra Hakimiyyətinin mingechevir-ih.gov.az saytında 01 noyabr 2018-ci il tarixdə “Rusiya Federasiyasının Fövqəladə və Səlahiyyətli səfiri x1muşdur.” başlıqlı xəbərin paylaşıldığı və xəbərdə həmin tarixdə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri x4 səfər etməsi İcra Hakimiyyəti başçısının müavinləri - Əli Qəniyev və Məhluqə Cavadova ilə görüşdükdən sonra x16 və Mingəçevir Tarix muzeyində olması barədə məlumat verildiyi müəyyən edilmişdir. Məhkəməyədək icraat zamanı Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin rəsmi saytı olan naxcivantv.az saytında 07 noyabr 2018-ci il tarixdə “Rusiya Federasiyasının səfiri Naxçıvana səfər edib” başlıqlı xəbərin paylaşıldığı və xəbərdə həmin tarixdə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Mixail Boçarnikovun 3 günlük Naxçıvana səfər etməsi və tarixi abidələrdə və muzeylərdə olması barədə məlumat verildiyi aşkar edilmişdir. Məhkəməyədək icraat zamanı həmçinin Azərbaycan Respublikası Astara Rayon İcra Hakimiyyətinin rəsmi saytı olan astara-ih.gov.az saytında 27 noyabr 2018-ci il tarixdə “Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri Astaraya səfər ediblər” başlıqlı xəbərin paylaşıldığı və xəbərdə həmin tarixdə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri x10 səfər etməsi İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevlə görüşməsi və Park-bulvar kompleksi ilə tanışlıqdan sonra rayonun Çayoba kəndində yerləşən Astaraçay MMC-də olması barədə məlumat verildiyi aşkar edilmişdir . Məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə məxsus senaye.gov.az saytında 09 fevral 2019-cu il tarixdə “x7 avtomobil istehsalı zavodunun təməli qoyulub” başlıqlı xəbərin paylaşıldığı və xəbərdə həmin tarixdə x7 "xxxxxxx" ASC-nin Rusiya Federasiyasının "Qaz Qrup" şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməlinin qoyulması və həmin tədbirdə İqtisadiyyat naziri Şahin Mustafayevin, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun, x5 İnkişaf naziri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyətinin və Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Mixail Boçarnikovun iştirak etməsi barədə məlumat verildiyi aşkar edilmişdir. Məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası Şəki Şəhər İcra Hakimiyyətinin rəsmi saytı olan sheki-ih.gov.az saytında 2 may 2019-cu il tarixdə “Rusiya Federasiyasının Azərbaycandakı səfiri Şəki şəhərinə səfər edib” başlıqlı xəbərin paylaşıldığı və xəbərdə həmin tarixdə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri x14 səfər etməsi İcra Hakimiyyətinin başçısı Elxan Usubovla görüşməsi və Şəkinin tarixi məkanlarında olması barədə məlumat verildiyi aşkar edilmişdir. (İİ Cild, iş vərəqə 192-210) Məhkəməyədək icraat zamanı 14 oktyabr 2019-cu il tarixli ifadənin yerində yoxlanılması protokoluna əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, 2018-ci ilin oktaybrnoyabr aylarında Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri Mixail Boçarnikova qarşı sui-qəsd planlamışdır. Bundan sonra Parlament prospekti ilə hərəkət edərək Hüseyn Cavid prospektinə, oradan isə İzmir küçəsinə keçid oldu. İzmir küçəsində sağa doğru Bakıxanov prospekti istiqamətndə hərəkət davam etdirildi. İfadəsinə davam edən Təqsirləndirilən şəxs bildirdi ki, o, təxminən 5 il olar ki, “İŞİD”in üzvüdür. Həmin təşkilatın rəhbəri Abu Bakr əl-Bağdadiyə sədaqət andı içmişdir. Onunla birgə “İŞİD”ə qoşulmuş Firdovsi də müxtəlif şəxsləri “İŞİD”ə cəlb etməklə məşğul olmuşdur. 2018-ci ilin oktyabr-noyabr aylarında Firdovsi onu Cavid adlı oğlanla tanış etmişdir. Onlar “Teleqram” proqramı vasitəsi ilə əlaqə saxlamış, Musaxan bu proqramın Azərbaycanda izlənmədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təkidi ilə onlar metronun «20 Yanvar» stansiyası yaxınlığında görüşmüş, sonuncu Cavidin riyazi biliyini yoxlamışdır. Daha sonra o, Cavidə Suriyadan Azərbaycana ediləcək pul köçürmələrini həyata keçirmək məqsədi ilə kompüter mütəxəssisi tapmağı tapşırmışdır. Bir neçə gündən sonra o, Cavidi Xocahəsənə dəvət etmiş, səfirliklər barədə soruşmuş, sonuncu bu barədə geniş məlumata malik olmadığını qeyd etmişdir. O, ABŞ və Rusiyanın Azərbaycandakı səfirliklərdə çalışanlara istənilən yolla zərər vurmağın vacibliyini bildirmişdir. Səfirə qarşı qətl törədməkdə məqsəd Rusiyanın Suriyada “İŞİD”ə qarşı mübarizəsinə son qoymaq idi. Bu tapşırığı o, şəxsiyyəti istintaqa məlum olmayan “İŞİD”dəki əmirindən almışdır. Bundan başqa Təqsirləndirilən şəxs bir necə dəfə Rusiya səfirliyi ətrafında müşahidələr apardığını, əsasən səfirliyi ön tərəfdən müşahidə etmiş, eləcə də bununla yanaşı bütün ərazini yəni keçmiş Voladar fabriki ətrafından, “Semaşko” xəstəxanası olmaqla bütün ərazini öyrənmişdir. Həmin ərazidə polislərin və digər şəxslərin mütəmadi hərəkətdə olmasına belə nəzər salmışdır. Bakıxanov küçəsi gün ərzində mütəmadi avtomobillərin hərəkəti ilə dolu olduğunu, lakin axşam saat 11 radələrindən sonra həmin küçədəki hərəkətin intensivliyinin azaldığını müşahidə etmişdir. Onun sözlərinə görə o, əmirinə səfirliyin kifayət qədər yaxşı qorunduğunu bildirmiş, sonuncu isə səfirin yaxın günlərdə Gəncəyə səfər edəcəyini qeyd etmişdir. Əmirin tapşırığı ilə o, internet vasitəsilə Rusiya səfirinin regionlara səfərlərini izləmiş və bu barədə məlumatlar toplamışdır. İnternetdə olan məlumatlardan o, müəyyən etmişdir ki, Rusiya səfiri 2018-ci ilin oktyabr ayında Gəncəyə, noyabr ayında isə Mingəçevir, Naxçıvan və Astara şəhərlərinə səfərlər etmişdir. O, internet vasitəsilə səfirin olduğu regionlarda çəkilmiş şəkillərə baxmış və belə qərara gəlmişdir ki, həmin səfərlər vaxtı səfir çox zəif mühafizə olunur. Belə ki, o öz xidməti avtomobili ilə səfər edir və onu uzaqbaşı bir avtomobil mühafizə edə bilər. O, internetdən həmçinin 2019-ci ildə Hacıqabulda «VAZ» avtomobillərinin hissələrini istehsal edən zavodun açılışının olacağını öyrəndikdən sonra bu barədə əmirinə bildirmiş, sonuncu bu səfəri nəzarətdə saxlamağı tapşırmışdır. Əmir ona maşın almağı, yolda səfirə hücum təşkil etməyi, həmin səfər vaxtı onu öldürməyi tapşırmışdır. 2018-ci ilin dekabr ayının əvvəllərində o, Cavidlə yenidən Xocahəsəndə görüşmüş, sonuncuya bank kartı açmağı və bıçaq almağı tapşırmışdır. Həmçinin Cavidə bildirmişdir ki, internetdə kirayə avtomobillər ilə maraqlanmış, bunun üçün 150-200 ABŞ dolları məbləğində pul xərcləyəcəyini qeyd etmişdir. Daha sonra o, Cavidə “Abu Cabir” ləqəbini vermişdir. Daha sonra Təqsirləndirilən şəxs ünvan 3 Ağadadaş Qurbanov, Nəcəfbəy Vəzirov, Mərdanov qardaşları 102 ünvanlarında, eləcə də Sevil Qazıyeva adına parkda Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyini mütəmadi olaraq günün müxtəlif saatlarında müşahidə etdiyini bildirmişdir. (İİ Cild, iş vərəqə 219-229) Məhkəməyədək icraat zamanı 16 oktyabr 2019-cu il tarixli üzləşdirmə istintaq hərəkəti zamanı Şahid1 istintaqa əvvəllər verdiyi ifadələrini bir daha Təqsirləndirilən şəxs üzünə deyərək bildirmişdir ki, onu Musaxanla Firdovsi adlı şəxs tanış etmiş, belə ki, sonuncu Suriyada müsəlmanlara qarşı edilən zülmə son qoymaq məqsədi ilə cihada qoşulmağın vacib olduğunu ona bildirmiş, bu məqsədlə ona Musaxan adlı şəxsin telefon nömrəsini vermişdir. Musaxan adlı şəxsin istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi olmuşdur. O, Musaxanla əlaqə saxlayıb nömrəsini Firdovsinin verdiyini bildirmiş, Musaxan onunla çox səmimi danışmış və zəngini gözlədiyini demişdir. Musaxan bildirmişdir ki, Firdovsi onunla bağlı əlaqə saxlayıb. Birinci dəfə O, Musaxanla vatsapla danışmışdır. Sonradan Musaxan, danışıqları teleqram proqramı vasitəsi ilə aparmağı tapşırmışdır və gizli çat açmışdır. Teleqramda Musaxanın adı “Adil” kimi qeyd olunmuşdur. Musaxanla danışan zaman Musaxan, cihadın vacib əməl olduğunu bildirmişdir. Həmçinin Musaxan onunla mütəmadi olaraq cihad barədə söhbətlər aparmağa başlamışdır. Onlar “vatsap” proqramı vasitəsi ilə əlaqə saxlamışlar. Danışıq zamanı Musaxan “Teleqram” proqramından istifadə edib-etmədiyini soruşmuşdur. O, həmin proqramdan məlumatsız olduğunu Musaxana bildirmişdir. Musaxan ona həmin proqramı telefonuna yükləməyi və oradan əlaqə saxlamağı tapşırmışdır. Musaxan ona demişdir ki, Suriyadakı “İŞİD”də olan əmiri ona bildirib ki, Azərbaycanda “Teleqram” proqramını izləmək mümkün deyildir. O, həmin proqramı telefonuna yükləmiş, Musaxan teleqramda adının “Adil” odluğunu bildirmişdir. Musaxan ona cihad barədə təbliğat aparmağa başlamışdır, cihadda iştirak edən şəxslərin yüksək maaş aldığını, onlara ev, maşın veriləcəyini, cihadda şəhid olan şəxsin birbaşa cənnətə gedəcəyini deyərək onu savaşa ruhlandırmışdır. Musaxanın təkidilə onlar metronun «20 Yanvar» stansiyası yaxınlığında görüşmüşlər və Musaxan Respublika xəstəxanasının giriş qapısının ağzına görüş təyin etmişdir. Onlar yaxınlıqdakı çayxanada əyləşmişlər. Musaxan ona bəzi şifrəli sözləri başa salmış, məsələn “palçıq qatma” dedikdə əvvəlcədən hazırladıqları hər hansı bir partlayıcı əşyanı aparıb dövlət orqanına qoymaq, “Elektrik işləri” dedikdə fiziki cəhətdən güclü olmaq kimi ifadələrin başa düşüləcəyini ona bildirmişdir. Musaxan ona mütəmadi olaraq dayanmadan məşq etməli olduğunu, cihad zamanı fiziki gücün çox lazım olduğunu bildirmişdir. “Psixologiya” dedikdə konkret onun Suriyadakı Əmiri tərəfindən verilmiş tapşırığa hazır olmağı başa düşməlidir. Təqsirləndirilən şəxs onun kompyuteri hansı səviyyədə bilməyi barədə maraqlanmış, Şahid1 isə kompyuteri normal səviyyədə bildiyini qeyd etmişdir. O, Musaxandan əmirinin kim olduğunu soruşduqda Musaxan onun adını verməmiş, “İŞİD”də “Usta” ləqəbli şəxsə beyət etdiyini bildirmişdir. Onun da həmin şəxsə beyət etməli olduğunu və həmin əmirin Azərbaycana dair verilmiş tapşırıqlarının icrası ilə məşğul olmalı olduqlarını bildirmişdir. Bir neçə gündən sonra Musaxan, onu Xocahəsənə dəvət etmişdir. Onlar kafedə görüşmüşlər. Görüş zamanı Musaxan, ondan səfirliklər barədə nə bildiyini soruşmuşdur. O, səfirliklər barədə geniş məlumata malik olmadığını bildirəndə Musaxan, ona bildirmişdir ki, ABŞ və Rusiyanın Azərbaycandakı səfirliklərində onların düşmənləri vardır və o, əmirindən həmin səfirliklərə istənilən yolla zərər vurmaq, səfirlərin isə qətlə yetirilməsi barədə tapşırıq almışdır. Bundan əlavə onun bu barədə fikrini öyrənməyə çalışmış, daha çox düşmənlərimiz hansı dövlətin olduğunu soruşmuşdur. O, bununla bağlı heç bir fikir bildirməmiş, bundan sonra Musaxan Rusiya səfirliyinin üzərində dayanmış və “İşid”dəki əmirinin Rusiyanın Azərbaycandakı səfiri Boçarnikovu öldürməyi tapşırdığını bildirmişdir. Musaxan Rusiya səfirini “Boçka” ləqəbilə çağırdıqlarını bildirmişdir. Musaxan Rusiya səfirliyinin Bakıxanov küçəsində “həyat recensi”nin yaxınlığındakı körpüdən sonra yerləşdiyini qeyd etmiş və bildirmişdir ki, səfir yaxın günlərdə Gəncəyə səfər etmişdir, yenə də regionlara səfəri nəzərdə tutulur. Musaxan “İşid”dəki əmirinin tapşırığı ilə internet vasitəsi ilə Rusiya səfirinin regionlara səfərlərini izlədiyini, bu barədə məlumat topladığını bildirmişdir. İnternet məlumatlarından Musaxan, Rusiya səfirinin oktyabr-noyabr aylarında Gəncə, Mingəçevir şəhərlərinə səfərlər etdiyi barədə məlumatlar toplamışdır. Həmçinin, Musaxan qeyd etmişdir ki, tezliklə Rusiyaya məxsus avtomobil zavodlarından birinin açılışı olmalıdır və bununla bağlı səfirin regiona səfəri nəzərdə tutulur. Musaxan ona internetdən “Youtube”a daxil olmaqla Türkiyədə Rusiya səfirinin qətlə yetirilməsi ilə bağlı kadrları tapmağı, onu hansı yolla qətlə yetirdikləri barədə məlumat toplamağı tapşırmışdır. O, bununla bağlı internetdə araşdırma aparmış, qətlin videogörüntülərinə baxmış, Musaxana həmin qətlin detalları barədə məlumat vermişdir. Bir neçə dəfə Rusiya səfirliyi ətrafında araşdırmalar aparmış, avtomobillə bir neçə dəfə səfirlik ətrafında fırlanmışdır. Musaxan Rusiya səfirliyinin çox dəqiq qorunduğunu həmin ərazidə onların səfirə hücum edə bilməyəcəklərini bildirmiş və qeyd etmişdir ki, səfirə sui-qəsdi yalnız onun Azərbaycanın bölgələrinə səfərləri zamanı etmək olar. Musaxan səfirin 2019-cu ilin əvvəllərində Gəncə şəhəri istiqamətində olan rayonlara səfərinin baş tutacağını bildirmişdir, lakin bu məlumatı Musaxanın haradan əldə etdiyini bilmir. Musaxan cox hazırlıqlı, internet resurslarından istifadə etməyi bacaran şəxs olmuşdur. O, Musaxanla əlaqə saxladığı zaman o, “İşid”dəki əmirinə Bakıdakı Rusiya səfirini öldürməyi vəd etdiyini və bu istiqamətdə hazırlıqlara başladığını, münasib vaxt olan kimi bu vədini həyata keçirəcəyini bildirmişdir. Həmçinin Musaxan ona Rusiyanın Bakıdakı səfirinin həyatına sui-qəsdi həyata keçirilməsi ərəfəsində videoçarx hazırlayacaqlarını, həmin videoçarxda onun maskalı olacağını, bu sui-qəsdin Suriyadakı cihadla əlaqədar törədəcəkləri barədə məlumatlar verəcəklərini, daha sonra isə sui-qəsdi video çəkərək dünya ictimaiyyətinə göstərəcəklərini, bu sui-qəsdi “İşid”in tapşırığı ilə etdiklərini videoçarxda bəyan edəcəklərini qeyd etmişdir. Onlar Rusiyanın Azərbaycandakı səfiri Boçarnikovu Azərbaycanın bölgələrinə səfəri zamanı öldürməli idilər. Belə ki, Musaxan bu istiqamətdə yaxşı məlumatlı olduğunu, səfirin bölgələrə səfəri zamanı yaxşı müdafiə olunmadığını bildirmiş və qeyd etmişdir ki, Boçarnikov bölgələrə səfər etdiyi zaman onlar avtomobilini qəza bəhanəsi ilə və ya hər hansı digər üsulla yolda dayandırmalı, bundan sonra ona silahlı basqın etməlidirlər. Həmçinin Musaxan ona ov bıçağı almalı olduğunu qeyd etmiş və bildirmişdir ki, bu yaxın məsafədən hücum etmək və özünü müdafiə etmək üçün lazımdır. Bundan başqa, Musaxan ona bank kartının şəklini ataraq həmin kartdan əldə etməli olduğunu, bu kart vasitəsi ilə ona “İşid”in pul göndərəcəyini, bu pulu “İşid”in məqsədləri üçün sərf edəcəyini, həmin pulla avtomobil kirayə götürməli və silah almalı olduğunu bildirmişdir. Məsələnin ciddiliyinin fərqinə vardıqda o, Rusiyanın Azərbaycandakı səfirinə sui qəsd etməyəcəyini, bunun düzgün olmadığını bildirmiş, Musaxan bununla bağlı çox əsəbləşmiş, ona hədəqorxu gələrək bununla bağlı hər hansı orqana və ya şəxsə məlumat versə ona və ailəsinə çox təhlükə yarada biləcəyini bildirmişdir. Həmçinin Musaxan, fikrindən daşınmadığını, Əmirinin göstərişlərinə sadiq olduğunu, münasib vaxtın yarandığı təqdirdə ona verdiyi vədi yerinə yetirəcəyini, yəni Suriyadaki əmirinin tapşırığı ilə Rusiyanın Azərbaycandakı səfiri Boçarnikovu qətlə yetirəcəyini, bu istiqamətdə hazırlıqlarını davam etdirəcəyini bildirmişdir. O, Musaxanın belə bir iş görməsinə inanmamış, sonuncu onu əmiri ilə tanış etməmişdir. Şahid1 səfirə qarşı hər hansı bir sui-qəsdə hazırlıq etmədiyini, bunun üçün Musaxanın tapşırıqlarını da yerinə yetirmədəyini bildirmişdir. 2018-ci ilin dekabr ayının sonlarına yaxın Musaxanın tutulması barədə xəbər almışdır. Məhkəməyədək icraat zamanı üzləşdirmə zamanı Təqsirləndirilən şəxs Şahid1 dediklərinin hamısının həqiqət olduğunu bildirərək, əvvəllər istintaqa verdiyi ifadəsində müəyyən məqamda yalan danışdığını bildirmişdir. Belə ki, o, Şahid1 youtube video kanalında rus səfirinin qətlinə baxmağı tövsiyyə etməmişdir. Lakin üzləşdirmə zamanı Təqsirləndirilən şəxs etiraf edərək bildirmişdir ki, o, bu barədə Cavidə demiş, sonuncuya youtube video kanalında rus səfirinin qətlinə baxmağı tövsiyyə etmişdir. (İİ Cild, iş vərəqə 227-232) Məhkəməyədək icraat zamanı 19 oktyabr 2019-cu il tarixli baxış protokolunun məzmunundan görünür ki, Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 04-20 dekabr 2018-ci il tarixlərdə əlaqə saxlamışdır. (İİ Cild, iş vərəqə 239- 240) Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs cinayətin törədildiyi anda və ondan sonrakı, həmçinin hazırkı dövrdə psixi vəziyyətini müəyyən etmək üçün psixiatriya sahəsində xüsusi biliyə ehtiyac olduğunu nəzərə alıb 21 yanvar 2019-cu il tarixdə barəsində ambulator məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş 01 fevral 2019-cu il tarixli 175 nömrəli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində ekspertlər qarşısında qoyulmuş suallara cavab vermək mümkün olmadığından onun stasionar məhkəmə psixiatrik ekspertizasına göndərilməsi zərurəti yaramışdır. Bakı şəhəri Səbail rayon məhkəməsinin 19 fevral 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə yerləşdirilmiş, 05 mart 2019cu il tarixdə barəsində stasionar məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş 18 mart 2019-cu il tarixli 41 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs müxtəlif məqsədyönlü, özünü qoruyucu simulyativ ifadələr işlətməsi ona ittiham olunan cinayət əməlini törətdiyi zaman öz əməlinin xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddəllərinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. (İ Cild, iş vərəqə 118- 119, 169-170, 201-203, 240-241, 251-252) Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarının 13cü bəndinə əsaslanaraq, onun şəxsiyyətini, törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2ci maddəsinə əsasən əvvəllər məhkum olunmamasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.4-cü maddəsinə əsasən himayəsində 3 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42.0.12-ci maddəsində nəzərdə tutulmuş «müəyyən müddətə azadlıqdan məhrum etmə» cəza növü tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 218.2, 28,214.2.1, 28,214.2.3 və 28,214.2.6-cı maddələrinin sanksiyası hədlərində cəza təyin edilməsini mümkün hesab edir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs 18 yanvar 2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 218.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş, barəsində «həbs» qətimkan tədbiri seçilməsinə dair vəsatət və təqdimat verilmiş və Səbail rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmişdir. Onun cəzaçəkmə müddətinin əvvəli 18 yanvar 2018-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən həmin Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini araşdıraraq hesab edir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Cinayət işi üzrə üzərinə həbs qoyulan və ya müsadirəyə məruz qala biləcək qeyri əmlak müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Bakı şəhəri, 12 saylı vəkil bürosunun vəkilləri – x3 1500 manat, x13 1080 manat Bakı şəhəri, 12 saylı vəkil bürosunun «xxxxxxxxxx» QSC Səbail rayon filialında olan AZ10NABZ******************** hesablaşma hesabına (kod 504960, VÖEN **********) ödənilməlidir. (İİ Cild, iş vərəqə 282-283) Həmçinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Bakı şəhəri, 2 saylı vəkil bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat Bakı şəhəri, 2 saylı vəkil bürosuna ödənilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 218.2, 28,214.2.1, 28,214.2.3 və 28,214.2.6-cı maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 218.2-ci maddəsi ilə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,214.2.1, 28,214.2.3 və 28,214.2.6-cı maddələri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.2-ci maddəsinə əsasən 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 14 (on dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Onun cəzaçəkmə müddətinin əvvəli 18 yanvar 2018-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Bakı şəhəri, 12 saylı vəkil bürosunun vəkilləri – x3 1500 manat, x13 1080 manat Bakı şəhəri, 12 saylı vəkil bürosunun «xxxxxxxxxx» QSC Səbail rayon filialında olan AZ10NABZ******************** hesablaşma hesabına (kod 504960, VÖEN **********) ödənilsin. Həmçinin Bakı şəhəri, 2 saylı vəkil bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat Bakı şəhəri, 2 saylı vəkil bürosuna ödənilsin. Hökm elan edildiyi (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Qəribov Hakimlər: Telman Hüseynov Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-186/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-186/2020
09.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver