Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-186/2021 03.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Mahmud Muradxan oğlu Ağalarovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi X12, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 02 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2 qızının, Müdafiəçi3, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi5, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi4, Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə1, Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə3 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs1, xx xxxxx 2002-ci il tarixdə Dəvəçi (Şabran) rayonunda anadan olmuş, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Şabran rayonu Ərəblər kəndində qeydiyyatda olub həmin ünvandada yaşayan Azərbaycan Respublikası vətəndaşı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs2, xx xxxxxxx 2002-ci il tarixdə Dəvəçi (Şabran) rayonunda anadan olmuş, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Şabran rayonu Şahnəzərli kəndində qeydiyyatda olub həmin ünvandada yaşayan Azərbaycan Respublikası vətəndaşı, barəsində ev dustaqlığı növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.1 və 150.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs3, xx xxxxxx 2002-ci il tarixdə Dəvəçi (Şabran) rayonunda anadan olmuş, subay, işləməyən, məhkum olunmamış, Azərbaycan Respublikası Dövlət Memarlıq və İnşaat universitetinin 1-ci kurs tələbəsi, Şabran rayonu Şahnəzərli kəndində qeydiyyatda olub yaşayan Azərbaycan Respublikası vətəndaşı, barəsində ev dustaqlığı növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 150.2.1 və 150.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 2017-ci ilin may ayının əvəllərində, saat 12:00 radələrində təhsil aldığı Şabran rayonun Şahnəzərli kənd orta məktəbinin idman zalında dərslərarası tənəffüs zamanı öz cinsi ehtirasını təmin etmək niyyəti ilə həmkəndlisi, həmin dövrdə kənd orta məktəbinin 8-ci sinif şagirdi, xx xxxx 2003-cü il təvəllüdlü, 13 (on üç) yaşlı, aşkar surətdə on dörd yaşına çatmayan şəxs Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edərək ona bir məktəbdə oxuyan digər şəxslərlə qeyri-təbii yolla cinsi əlaqədə olması barədə onda onun haqqında məlumatın olduğunu bildirərək, onunula da qeyri-təbii yolla cinsi əlaqədə olmağı ona təklif edib onun təklifini qəbul etməyəcəyi təqdirdə bu rüsvayedici məlumatları yaymaqla biabır edəcəyi ilə hədələyib, sonuncu onun təklifini qəbul etməyib etiraz etdikdə onun müqavimətini qırmaq üçün sonuncunun qolundan tutub zorla idman zalının paltardəyişmə otağına aparıb orada ona qarşı zor tətbiq edərək yumruqla sinə nahiyyəsinə zərbələr endirərək onu soyundurub onun anal dəliyinə cinsi təcavüz edib onunla qeyri təbii üsula cinsi əlaqədə olub cinsi ehtirasını təmin etməklə ona qarşı uşaqbazlıq etmişdir. Bundan başqa o, təkrarən, 2019-ci il fevral ayının 11-də saat 12:00 radələrində həmin dövrdə onunla eyni orta məktəbin 11-ci sinfində oxuyan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək təhsil aldıqları Şabran rayonunun Şahnəzərli kənd orta məktəbinin idman zalında dərslərarası tənəffüs zamanı öz cinsi ehtirasını təmin etmək niyyəti ilə xx xxxx 2003-cü il təvəllüdlü, həmin dövrdə 15 (on beş) yaşlı, kənd orta məktəbinin 10-cu sinif şagirdi Zərərçəkmiş şəxs yaxınlaşaraq bir məktəbdə oxuyan həmkəndliləri ilə qeyri-təbii yolla cinsi əlaqədə olması barədə onlarda onun haqqında məlumatın olduğunu bildirərək onlarla da qeyri-təbii yolla cinsi əlaqədə olmağı ona təklif edib onun təklifini qəbul etməyəcəyi təqdirdə bu rüsvayedici məlumatları yaymaqla onu biabır edəcəyi ilə hədələyib sonuncu təklifi qəbul etməyib etiraz etdikdə müqavimətini qırmaq üçün onun qolundan tutub zorla idman zalının paltardəyişmə otağına aparıb orada ona qarşı zor tətbiq edərək yumruq və təpiklə bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirərək ilk olaraq Təqsirləndirilən şəxs2, daha sonra Təqsirləndirilən şəxs3 növbə ilə zorla Zərərçəkmiş şəxs anal dəliyinə və oral boşluğuna cinsi təcavüz edib onunla onunla cinsi əlaqədə olub öz cinsi ehtiraslarını təmin etdikdən sonra özü də sonuncu ilə həmin qaydada zorla cinsi əlaqədə olub cinsi ehtirasını təmin etmiş, yəni aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı uşaqbazlıq etmişdir. Təqsirləndirilən şəxs2 2019-ci il fevral ayının 11-də saat 12:00 radələrində həmkəndliləri, həmin dövrdə onunla orta məktəbin 11-ci sinfində oxuyan Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək təhsil aldıqları Şabran raonunun Şahnəzərli kənd orta məktəbinin idman zalında dərslərarası tənəffüs zamanı öz cinsi ehtirasını təmin etmək niyyəti ilə həmkəndliləri, həmin dövrdə kənd orta məktəbinin 10-cu sinif şagirdi, xx xxxx 2003-cü il təvəllüdlü, 15 (on beş) yaşlı Zərərçəkmiş şəxs yaxınlaşaraq bir məktəbdə oxuyan həmkəndliləri ilə qeyri-təbii yolla cinsi əlaqədə olması barədə onlarda onun haqqında məlumatın olduğunu bildirərək onlarla da qeyri-təbii yolla cinsi əlaqədə olmağı ona təklif edib təklifi qəbul etməyəcəyi təqdirdə bu rüsvayedici məlumatları yaymaqla biabır edəcəyi ilə hədələmiş, sonuncu təklifi qəbul etməyib etiraz etdikdə müqavimətini qırmaq üçün onun qolundan tutub zorla idman zalının paltardəyişmə otağına aparmış, orada ona qarşı zor tətbiq edərək yumruq və təpiklə bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirərək ilk dəfə özü Zərərçəkmiş şəxsla qeyri təbii yolla,yəni onun oral boşluğna və və anal dəliyinə cinsi təcavüz edib onunla cinsi əlaqədə olub cinsi ehtirasını təmin etdikdən sonra Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 növbə ilə həmin qaydada zorla Zərərçəkmiş şəxsla cinsi əlaqədə olub aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı uşaqbazlıq etmişlər. Təqsirləndirilən şəxs3 2019-ci il fevral ayının 11-də, saat 12:00 radələrində, həmkəndliləri, həmin dövrdə onunla orta məktəbin 11-ci sinfində oxuyan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, təhsil aldıqları Şabran rayonunun Şahnəzərli kənd orta məktəbinin idman zalında, dərslərarası tənəffüs zamanı, öz cinsi ehtirasını təmin etmək niyyəti ilə həmkəndliləri, həmin dövrdə kənd orta məktəbinin 10-cu sinif şagirdi, xx xxxx 2003-cü il təvəllüdlü, 15 (on beş) yaşlı Zərərçəkmiş şəxs yaxınlaşaraq bir məktəbə oxuyan həmkəndliləri ilə qeyri-təbii yolla cinsi əlaqədə olması barədə onlarda onun haqqında məlumatın olduğunu bildirərək onlarla da qeyri-təbii yolla cinsi əlaqədə olmağı ona təklif edib təklifi qəbul etməyəcəyi təqdirdə bu rüsvayedici məlumatları yaymaqla onu biabır edəcəyi ilə hədələmiş, sonuncu təklifi qəbul etməyib etiraz etdikdə, müqavimətini qırmaq üçün onun qolundan tutub zorla idman zalının paltardəyişmə otağına aparıb orada ona qarşı zor tətbiq edərək yumruq və təpiklə bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirərək ilk olaraq Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs anal dəliyinə və oral boşluğuna cinsi təcavüz edib onunla qeyri təbii üsulla zorla cinsi əlaqədə olub öz cinsi ehtirasını təmin etdikdən sonra Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 növbə ilə zorla Zərərçəkmiş şəxsla həmin qaydada qeyri təbii üsullarla cinsi əlaqədə olub cinsi ehtiraslarını təmin edərək aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri edərək uşaqbazlıq etmişlər. Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, 2019-cu ildə Şabran rayonu Şahnəzərli kənd orta məktəbinin 11-ci sinfində oxumuşdur. Dərslərə davamiyyəti yaxşı, qiymətləri də orta olmuşdur. Məktəbin 10-cu sinifində təhsil almış və məhkəmədə onu zərərçəkmiş şəxs kimi təqdim olunan Zərərçəkmiş şəxs tanımış və onunla ədavətləri olmamışdır. 2019-cu ilin yanvar ayının əvəllərində 4-cü dərsin tənəffüsündə dəhlizdə Sabir və Höccətəli ilə birlikdə olduğu zaman 10-cu sinif şagirdi Ümüd sinif uşaqlarını güləşmək üçün məktəbin idman zalına dəvət etdi. Onlar birlikdə Ümüdgilin sinif uşaqları ilə məktəbin idman zalına getmişlər. Ümüdlə birlikdə oxuyan 10-cu sinif şagirdləri Mahmud, Aqil və Ramazan da onlarla birlikdə idman zalına gəlmişlər. Zalda o, Ümüdlə, sinif yoldaşı Höccətəli isə 10-cu sinifdə oxuyan Mahmudla güləşmişlər. Bu zaman Təqsirləndirilən şəxs2 paltarlarını götürüb, paltardəyişmə otağına keçərkən 10-cu sinifdə oxuyan Aqil də onunla birlikdə paltardəyişmə otağına getdi. Ramazan da onların arxasınca paltardəyişmə otağına tərəf getdi. Ümüdlə təxminən 10 dəqiqə güləşdikdən sonra onunla birlikdə dərsə qayıtmış və zaldan gedərkən Ramazanın paltardəyişmə otağının qapısı ağzında dayandığını və ətrafa baxdığını görmüşdür. Sabir və Aqil hələ də paltardəyişmə otağında idilər. Dərsə gəldikdən sonra həmin dərsin qurtarmasına az qalmış Höcətəli və Sabir də sinifə daxil oldular. xx xxxxxx 2019-cu il tarixdə saat 12:00 radələrində onunla bir sinifdə təhsil alan Sabir sinifdən çıxıb harasa getdi və təxminən 2-3 dəqiqə sonra sinfə qayıdıb, sinif yoldaşı Höccətəlini sinifdən dəhlizə çağırıb onunla birlikdə harasa çıxıb getdilər. Dərs qurtardıqdan sonra məktəbdən çıxıb yaşadığı evə getmişdir. Uşaqlarla birlikdə məktəbdən çıxıb gedərkən sinif yoldaşları Sabir və Höcətəlinin çantaları sinifdə qalmış və onların hara getmələrini bilməmişdir. 2018-ci ilin yay aylarında məktəb uşaqları ilə birlikdə Şabran qoruğuna gedərkən orada məktəbdə oxuyan Şaban adlı uşaqla söhbət edərkən Aqil də gəldi. Aqilə kənara çəkilməsini deməsinə baxmayaraq o, kənara çəkilmədiyi üçün onu vurub kənara itələmişdir. Ertəsi günü Aqilin atası Habil də onun yanına gələrək Aqili nə üçün vurmasını soruşdu. Uşaqlarla söhbət edərkən Aqilin onların yanına gəlib aralarına girdiyi üçün onu vurduğunu demişdir. Aqlin əmisi oğlu Seymur da 2017-ci ilin fevral ayında məktəbə gələrək Höcətəlini, Sabiri və onu sinifdən çıxarıb məktəbin arxa hissəsinə aparıb əmisi oğlu Zərərçəkmiş şəxs nə üçün incitmələrinin səbəbini soruşdu. Onlar Aqilə qarşı hər hansı bir hərəkət etmədiklərini demələrinə baxmayaraq Seymur onu və Sabiri vurdu. Seymur həmin vaxt Aqilin özündən də ona qarşı bir hərəkət edib-etmədiklərini onların yanında ondan soruşdu. Aqil ona qarşı heç bir hərəkət etmədiklərini dedi. O, Zərərçəkmiş şəxs qarşı hər hansı bir seksual xarkterli əxlaqsız hərəkətlər etməmişdir. Aqilin dedikləri yalandır.Onun niyə yalan danışdığını bilmir. Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilməyərək ifadələrində göstərdi ki, o, Şabran rayonu Şahnəzərli kəndində yaşayır. 2019-cu ildə Şabran rayonu Şahnəzərli kənd orta məktəbinin 11-ci sinfində oxumuşdur. Dərslərə davamiyyəti yaxşı, qiymətləri də orta səviyyədə olmuşdur. Həmin dövürdə 10-cu sinifdə təhsil alan Zərərçəkmiş şəxsla qohumu kimi münasibəti normal olmuşdur. Aqil yaşca ondan balaca olduğuna və aşağı sinifdə oxuduğuna görə onunla heç bir yaxın münasibəti olmamışdır. Təxminən 2019-cu ilin fevral ayının 27-də saat 12:00 radələrində tənəffüs zamanı sinif yoldaşı Təqsirləndirilən şəxs1la birlikdə idman zalına getmişdir. Orada idman hərəkətləri etdikdən sonra paltarlarını səliqəyə salmaq məqsədi ilə idman zalının paltardəyişmə otağına keçmiş və orada paltarlarını səliqəyə salıb, qayışını bağlayarkən, 10-cu sinif şagirdi Zərərçəkmiş şəxs paltardəyişmə otağına daxil olmuşdur. Aqilin paltardəyişmə otağına daxil olmasına baxmayaraq həmin zaman paltardəyişmə otağının qapısı açıq olduğuna görə onu görməmişdir. Elə bu zaman Aqilin sinif yoldaşı Ümüd Tayıbov paltardəyişmə otağına gələrək onu dərsə çağırdı və Aqil onlardan əvvəl paltardəyişmə otağından çıxaraq öz dərsinə getdiyinə görə Aqil və Ümidin oradan çıxıb hara getdiklərini görə bilməmişdir. Zərərçəkmiş şəxs əmisi oğlu Seymur onunla görüşməmiş və onu tənbeh etməmişdir. Zərərçəkmiş şəxs qarşı heç bir əxlaqsız hərəkətlər etməmişdir. Aqil yalan danışır.Niyə yalan danışdığının səbini bilmir. Təqsirləndirilən şəxs3 özünü ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilməyərək ifadələrində göstərdi ki, Şabran rayonu, Şahnəzərli kəndində yaşayır. 2019-cu ildə Şabran rayonu Şahnəzərli kənd orta məktəbin 11-ci sinifində oxumuş və məktəbi bitidikdən sonra Bakı şəhərində Memarlıq və İnşaat universitetində təhsil alır. Məktəbdə oxuyarkən dərslərə davamiyyəti yaxşı və qiymətləri də orta səviyyədə olmuşdur. Həmin dövrdə məktəbin 10-cu sinifində təhsil alan Zərərçəkmiş şəxs yaxışı tanımışdır. Aqil onun qohumudur, lakin buna baxmayaraq onunla dostuq və yoldaşlıq etməmişdir. O,ümumiyyətlə idman dərslərində nadir hallarda olmuş və olduğu hallarda da orada heç bir idmanla məşğul olmamışdır. İdman dərsləri axırıncı saatlar olduğu hallarda çox vaxtlar icazə alıb və evə getmişdir. Zərərçəkmiş şəxs ifadəsində onun barəsində göstərdiklərinin hamısı yalan və böhtandır. Aqilə qarşı heç bir əxlaqsız hərəkət etməmişdir. Zərərçəkmiş şəxs əmisi oğlu Şahid2 onunla görüşməyib və onu tənbeh etməyib. Bütün bunlar yalandır. Zərərçəkmiş şəxs ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tanıyır. Aralarında ədavətləri olmayıb. O, Şabran rayonu, Şahnəzərli kənd orta məktəbində təhsil alır. 2017-ci ilin may ayının əvəllərində məktəbin idman dərsində olduğu zamanı fasilə zamanı saat təxminən 12:00 radələrində 10-cu sinif şagirdi Təqsirləndirilən şəxs1 ona yaxınlaşaraq başqa şəxsin onunla cinsi əlaqədə olduqlarını öyrəndiyini və bu barədə başqalarına deyəcəyi ilə onu hədələyərək sinəsindən bir yumruq vuraraq onunla cinsi əlaqədə olmaq istədiyini dedi. O da Təqsirləndirilən şəxs1 qorxuduğu üçün onunla birlikdə idman zalının paltardəyişmə otağına keçmiş və o, şalvarını aşağı çəkdikdən sonra onun da şalvarını aşağı çəkdi və onunla cinsi əlaqədə oldu. Təqsirləndirilən şəxs1 cinsi əlaqədə olub qurtardıqdan sonra oradan sonra çıxıb dərslərinə getmişlər. Bundan başqa təxminən xx xxxxxx 2019-cu il tarixdə idman dərsində olduğu zaman saat təxminən 12:00 radələrində fasilə zamanı 11-ci sinifdə oxuyan uşaqlar Sabir, Fərid və Höcətəli idman zalına gəldilər. Həmin vaxt sinif yoldaşları Ümüd, Ramazan və Mahmud orada idi. 11-ci sinif uşaqları onun sinif yoldaşlarının bir qədər kənara çəkilmələrini tələb etdilər. Bundan sonra Sabir, Höcətəli və Fərid ona qarşı edilən hərəkətlər barədə başqa uşaqlara deyəcəkləri ilə onu hədələyərək qolundan tutub onun etirazına baxmayaraq onu məcburən idman zalının paltardəyişmə otağına apardılar. Bundan sonra Fərid onu təpiklə vurub kürəyindən tutdu, Sabir və Höcətəli isə onun qollarından tutaraq onu yumruqla vurub sakit dayanmasını tələb etdilər. Bu zaman Sabir və onun dostu olan Fərid onun idman şalvarını və tumanını zorla əynindən çıxartdılar. Bundan sonra əvvəlcə Sabir sonra onun yanında olan Höcətəli onunla cinsi əlaqədə olub daha sonra ona qarşı əxlaqsız hərəkətlər etdilər. Höcətəli ona qarşı pis hərəkətlər edib və qurtardıqdan sonra Fərid də bir neçə dəqiqə onunla cinsi əlaqədə oldu. Onlar üçü də növbə ilə onunla cinsi əlaqədə olub, nalayiq hərəktlər etdilər. Sabir, Höcətəli və Fərid ona qarşı nalayiq hərəkətlər etdikdən sonra üst-başını səliqəyə salaraq oradan çıxıb inglis dili dərsinə getmişdir. Həmin uşaqlar ondan yaşca böyük olduqlarına görə onlardan qorxmuş və buna görə də valideyinlərinə bu barədə heç nə deməmişdir. 2019-cu ilin fevral ayının axırlarında yaxın qohumu Şahid2 onu yanına çağıraraq söhbət etmiş, həmin vaxtı kənd uşaqlarının ona qarşı əxlaqsız hərəkətlər etdiyini Seymura etiraf etmişdir. Onların ona qarşı neçə dəfə belə hərəkət etdiklərini xatırlamır, lakin ittihamda göstərilən tarixlərdə ona qarşı belə hərəkətlər edilməsini təsdiq edir. O, heç kimə böhtan atmır. Təqsirləndirilən şəxslərlə barışıb. Onlara qarşı şikayət və tələbi yoxdur. Şahid Qanuni nümayəndə1 Nəsrəddin oğlu ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tanıyır. Aralarında ədavətləri olmayıb qohumdurlar. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs onun oğludur. O, Şabran rayonu Şahnəzərli kəndində ailəsi ilə birlikdə yaşayır və Şabran şəhər Tarix Diyarşünaslıq qoruğunda mühafizəçi işləyir. Aqil Şahnəzərli kənd orta məktəbində təhsil alır. xx xxxx 2019-cu il tarixdə qohumu Şahid2 onun yanına gələrək məktəb şagirdlərinin oğlu Aqilə qarşı seksual xarakterli hərəkətlər etməsini dedi. Bundan sonra Aqil ilə söhbət zamanı o, xx xxxxxx 2019-cu il tarixdə məktəbin idman dərsində olduğu zaman 11-ci sinif şagirdləri Sabir, Fərid və Höcətəli adlı şəxslərin ona qarşı seksual hərəkətlər etdiklərini bildirdi. Aqillə söhbət zamanı məlum oldu ki, 2014-cü ildən başlayaraq 2019-cu ilin fevral ayının sonunadək olan dövr ərzində bir çox məktəb şagirdləri Aqilə qarşı əxlaqsız hərəktlər etmişlər. Bundan başqa 2018-ci ilin təxminən yay vaxtı oğlu Aqil məktəb uşaqları ilə birlikdə Şabran qoruğuna ekskursiyaya gedərəkən yiuxarı sinifdə təhsil alan Təqsirləndirilən şəxs1 onu vurmuş, Aqil bu barədə barədə ona dedikdən sonra ertəsi günü məktəbə getmiş və orada Fəridi taparaq oğlunu vurmasına görə ona iradını bildirmişdir. Bundan başqa qohumu Şahid2 da sonradan ona məlumat verdi ki, bir dəfə 2017-ci ilin təxminən fevral ayında məktəb şagirdləri Höcətəli, Sabir və Fəridin oğlu Aqili incitmələri barədə eşitmiş və buna görə də məktəbə gedərək həmin uşaqları tapıb, tənbeh etmişdir. İşin mahiyyətini dərindən bilmir. Təqsirləndirilən şəxslərlə barışmışlar. Onlara qarşı şikayət və tələbi yoxdur. Şahid X13 ifadələrində göstərdi ki, Şabran rayonu Şahnəzərli kənd orta məktəbinin direktoru vəzifəsində işləyir. Məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tanıyır. Aralarında ədavətləri yoxdur. Zərərçəkmiş şəxs da məktəbin şagirdi kimi tanımış, onun valideyinləri ilə hər hansı ədavəti olmamışdır. Zərərçəkmiş şəxs dərsə davamiyyəti qaydasında olsada həmyaşıdları ilə ünsiyyət problemi olmuşdur. O, daha çox yaşca özündən kiçik uşaqlarla ünsiyyət qurur. Bu barədə onlar onun atası Qanuni nümayəndə1 bildirmişlər. Qanuni nümayəndə1 2018-ci ilin sonları və 2019-cu ilin əvvəllərində tez-tez məktəbə gələrək oğlu Aqillə maraqlanmış, oğlunun sinfinə gedərək dərsdə olub-olmamasını yoxlamışdır. Hətta 2019-cu ilin yanvar ayında Qanuni nümayəndə1 icazəsiz olaraq məktəbə daxil olmuş, Şəhla müəllimənin dərsindən şagird Ramazan Nəsirovu çölə çıxararaq məktəbin həyətində yerləşən kənd icra nümayəndəliyinin inzibati binasına apararaq orada onu qorxutmuşdur. Sonradan Habil hərəkətlərinə görə ondan və Zülfiyyə müəllimədən üzr istədiyinə görə bu barədə hüquq mühafizə orqanlarına müraciət etməmişlər. Qanuni nümayəndə1 onlara bildirdi ki, Ramazan Nəsirov onun oğlu Aqili ələ saldığı üçün ona qarşı elə hərəkət etmişdir. Zərərçəkmiş şəxs qarşı hər hansı əxlaqsız hərəkətlər edildiyini görməmiş və eşitməmişdir. Məktəbdə dərslər cədvəl üzrə keçirilmiş, hər hansı səbəbdən müəllim dərsə gəlmədikdə onu başqa müəllim əvəz etmişdir. Ona qarşı seksual xarakterli zərəkətələrin məktəbdə edilməsi inandırıcı deyil. Şahid4 ifadələrində göstərdi ki, o, Şabran rayonu Şahnəzərli kənd orta məktəbində tərbiyyə üzrə direktor müavini vəzifəsində işləyir. Məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tanıyır. Aralarında ədavətləri yoxdur. Onları tərbiyyəli şagirdlər kimi tanımışdır. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs da həmin məktbədə təhsil alır. Aqil tərbiyyəli şagird olmuş, lakin bir qədər zəif idi. O, öz həmyaşıdlarından çox, aşağı sinif şagirdləri ilə münasibət saxlayırdı. Dərslərə davamiyyəti yaxşı olsa da zəif oxuyurdu. Aqilin bəzən digər şagirdlərlə xırda mübahisəsi olurdu. Buna görə də atası tez-tez məktəbə şikayətə gəlirdi. Aqilin atası ilə dəflərlə onun barəsində söhbətlər aparıblar. Baş vermiş hadisə barəsində məktəbə polis gəlib məlumat verikdən sonra bilmişdir. Aqil bu barədə onlara şikayət eməmiş və məlumat verməmişdir. Aqilə edilən əxlaqsız hərəkətlərə görə məktəbdən 4 (dörd) nəfər şagird artıq məhkum olunub. Ancaq mən buna inana bilmirəm. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərbiyəli uşaqlardır. Şahid2 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tanıyır. Aralarında ədavətləri olmayıb. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs onun qohumudur. 2017-ci ildə Şabran rayonu Şahnəzərli kənd orta məktəbinin 11-ci sinifində təhsil alarkən əmisi oğlu Zərərçəkmiş şəxs həmin məktəbin 7-ci sinfində oxuyurdu. 2017-ci ilin təxminən fevral ayında əmisi oğlu Aqilin məktəbdə Fərid, Sabir və Höccətəli tərəfindən incidildiyini eşitmiş və məktəbə gedərək həmin uşaqları tapıb tənbeh etmişdir. Təxminən 5- 6 aydan sonra hərbi xidmətə getmiş və 2019-cu ilin yanvar ayının əvvəllərində hərbi xidmətdən qayıdıb gəldikdən sonra bəzi kənd uşaqlarının Aqillə birlikdə gəzdiklərini görüb bundan şübhələnmiş və bu səbəbdən Aqillə söhbət etmişdir. Söhbət zamanı Aqil məktəbinin müxtəlif yerlərində məktəb şagirdlərinin ona qarşı əxlaqsız hərəkətlər etdiklərini etiraf etdi. Bundan başqa Zərərçəkmiş şəxs kənd uşaqlarından Fərid, Sabir, Höccətəli, Müslüm, İbrahim, İlkin, Laçın, Ramazan, Ümid Fərzəliyev, Nihad Bədəlov, Seymur Nəsirov və təhsil aldığı orta məktəbin digər şagirdlərin məktəbdə və başqa yerlərdə ona qarşı seksual xarakterli hərəkətlər edərək onunla cinsi əlaqədə olduğunu dedi. Aqildən bunları öyrəndikdən sonra bu barədə o, Aqilin atası Habilə məlumat vermiş və bundan sonra Qanuni nümayəndə1 bu barədə Şabran rayon polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şahid X5 ifadələrində göstərdi ki, 2000-ci ildən Şabran rayonu Şahnəzərli kənd orta məktəbində fiziki təlim fənni üzrə müəllim işləyir. xx xxxx 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs yaxşı tanıyır və bir şagird kimi ona qarşı münasibəti həmişə yaxşı olmuşdur. Zərərçəkmiş şəxs daima dərsələrə gələn uşaq olmuşdur. Aqil bir qədər sakit şagird olsa da ,bir qədər avamlığı da olmuş və onun hərəkətlərində dəcəllik olmamışdır. Aqil məktəbdə 10-cu sinifdə oxuyarkən onların sinifində 4 qız və 4 oğlan olmuşdur. Aqildən başqa həmin sinifdə oğlanlardan Ümüd Tayıbov, Mahmud Hüseynov, Ramazan Nəsirov adlı şagirdlər təhsil almışdır. İdman müəllimi olduğuna görə çox vaxtı idman zalında olur, məktəb şagirdlərinin Aqilə qarşı əxlaqsız hərəkətlər etmələri və onunla cinsi əlaqədə olmaları barədə heç bir məlumatı olmamışdır. Bir dəfə yadında qalmışdır ki, idman zalına gəldiyi zaman orada 11-ci sinif şagirdləri Fərid, Sabir və Höcətəlini, 10-cu sinif şagidləri yəni Aqilgilin sinifi ilə bir yerdə olduqlarını görüb və onları idman zalından çıxardaraq 5-ci sinifə dərsini keçmişdir. Şahid X7 ifadələrində göstərdi ki, 1990-cı ildən Şabran rayonu Şahnəzərli kənd orta məktəbində fiziki təlim fənni üzrə müəllim işləyər. Ondan başqa həmin məktəbdə Sevinc müəllimə fiziki tərbiyə müəllimi işləyir. xx xxxx 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs yaxşı tanıyır və bir şagird kimi münasibəti ona qarşı həmişə yaxşı olmuşdur. Zərərçəkmiş şəxs dərs deməsə də, 2019-cu ildə 11-ci sinif şagirdləri Sabir, Höcətəli və Fəridgilin sinif rəhbəri olmuş və onlara idman dərslərini demişdir. Onların sinifində 3 oğlan və 7 qız oxumuş və dərsələ davamiyyətləri yaxşı olmuşdur. Həmin sifində oxuyan Sabir, Höcətəli və Fərid sakit nizam-intizamlı şagird olmuşlar. Həmin oğlanlar idman dərslərində həmişə iştirak etmiş və onların barəsində heç vaxt heç bir şikayət eşitməmişdir. Məktəb şagirdlərinin Zərərçəkmiş şəxs qarşı əxlaqsız hərəkətlər etməsi və ya onunla cinsi əlaqədə olmaları barədə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs3 gözlərinin zəif görməsi barədə məlumatı olmamış və o, idman dərslərində həmişə iştirak etməklə heç vaxt dərslərdən azad olmamışdır. Məhkəmədə ifadəsi elan edilib araşdırılmış şahid X10 istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Şabran rayonu Şahnəzərli kəndində həyat yoldaşı Habil, uşaqları Aqil və Pərvinlə birlikdə yaşayır. O, heç bir yerdə işləmir və evdar qadındır. Oğlu və qızı yaşadıqları kənddə yerləşən orta məktəbdə təhsil alırlar. Aqilə qarşı kənd uşaqlarının və məktəb şagirdlərinin əxlaqsız hərəkətlər etmələri barədə o və həyat yoldaşı Habil 2019-cu ilin mart ayında xəbər tutmuşlar. Bu barədə dərhal həyat yoldaşı ərizə ilə Şabran Rayon Polis Şöbəsinə müraciət etmişdir və şöbənin istintaq bölməsində cinayət işi başlanmışdır. Həyat yoldaşı Habil və oğlu Aqilin ifadələrində göstərdiklərini təsdiq edir və hadisə barədə danışmaq istəmir. İstintaq orqanı ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X14, X1, X6, X18, X15, X11, X3, X4, X2 ifadələrini ittiham aktında sübüt kimi göstərmişdir. Məhkəmədə onların ifadələri araşdırılarkən bu ifadələrdə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamda nəzərə tutulan cinayət əməllərini təsdiq və ya inkar edən hal müəyyən olunmadı. Bu səbəbdən də məhkəmə, həmin ifadələri sübutlar siyahısından xaric edilməsini və həmin ifadələrə istinad edilməməsini əsaslı sayır. Məhkəmədə elan olunub araşdırılmış xx xxxxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1la arasında keçrilmiş üzləşdirmə zamanı Şahid2 ifadəsində göstərdiklərini bir daha təsdiq edərək 2019-cu ilin yanvar ayının təxminən əvəllərində kənd orta məktəbinin həyətində adları çəkilən hər üç təqsirləndirilən şəxslərlə görüşdüyünü və əmisi oğlu Zərərçəkmiş şəxs qarşı etdikləri hərəkətlərə görə onları tənbeh etdiyini qeyd etmişdir. Məhkəmədə elan olunub araşdırılmış xx xxxxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1la təqsirləndirilən şəxslər arasında keçrilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 göstərdiklərini bir daha təsdiq edərək Şahid2 həqiqətən də onlarla görüşüb tənbeh etdiyini qeyd etmişdir. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-tibb ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 83 saylı rəyindən görünür ki, 2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarətin izi aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 cinsi qabliyyətini təsdiq edən əlamətlər müsbətdir. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-tibb ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 83 A saylı rəyindən görünür ki, 2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarətin izi aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 cinsi qabliyyətini təsdiq edən əlamətlər müsbətdir. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-tibb ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 83 B saylı rəyindən görünür ki, 2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3 bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarətin izi aşkar edilməmişdir. Təqsirləndirilən şəxs3 cinsi qabliyyətini təsdiq edən əlamətlər müsbətdir. Məhkəmədə elan olunub araşdırılmış kompleks amblator məhkəmə-psixatirik və məhkəmə-psixoloji ekspertizasının xx xxxx 2019-cu il tarixli 402 saylı rəyindən görünür ki, məhkəmə-psixatirk ekspertizası üzrə: Zərərçəkmiş şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Materiallardan və hal-hazırki psixatirik müayinənin nəticələrindən görünür ki, Zərərçəkmiş şəxs həmçinin ona qarşı törədilən əməllər dövründə hər hansı bir psixi xəstəliyin və kəmağıllığın əlamətləri qeydə alınmayıb. Zərərçəkmiş şəxs ona qarşı edilən hərəkətlərin mahiyyətini dərk etmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs araşdırma üçün əhəmiyyətli olan halları adekvat qavrayaraq və onlar barəsində obyektiv ifadə vermək iqtidarındadır. Zərərçəkmiş şəxs psixatirik yardıma ehtiyacı yoxdur. Baş vermiş hadisələrlə bağlı psixoloji problemlərin yaranma ehtimalı nəzərə alınaraq psixoloqun konsultasiyası tövsiyyə olunur. Məhkəmə-psixoloji ekspertizası üzrə: Zərərçəkmiş şəxs əqli və psixi inkişafına görə, araşdırma üçün əhəmiyyətli olan halları adekvat qavramaq və onlar haqqında obyektiv ifadə vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs az ünsiyyətçilik, acizlik, iradi zəifldik, özünə qarşı hörmət tələb edə bilməmək, səthilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərində fantaziyaya, özündən uydurmağa pataloji meyillik müşahidə olunmadı. Zərərçəkmiş şəxs əqli və inkişafı normaya uyğundur, psixi xəstəliklə əlaqədar olan və olmayan gerilik əlamətləri aşkar edilmədi. Zərərçəkmiş şəxsla aparılmış psixoloji testlərin nəticəsinə görə onun səmimi olması qənaətinə gəlmək mümkündür. Zərərçəkmiş şəxs hadisə zamanı ona qarşı edilən və etdiyi hərəkətləri adekvat olaraq qavramaqla, mahiyyətini dərk etmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs bu hadisə barədə düzgün məlumat vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs qərarın təsviri hissəsində göstərilən hadisələr zamanı psixi-emosional vəziyyətində qorxu, narahatlıq, gərginlik yarana bilərdi. Məhkəmədə elan olunub araşdırılmış ambulator-məhkəmə psixiatirik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 284 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Ekspert cinayət işi materiallarının, həmin cinayət işindəki toplanmış anamnestik məlumatların, həmçinin ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sulları aşağıdakı kimi cavablandırır: Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 ittiham edilən əməl dövrundə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində Anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan olunub araşdırılmış amblator-məhkəmə psixiatirik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 285 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Ekspert cinayət işi materiallarının, həmin cinayət işindəki toplanmış anamnestik məlumatların, həmçinin ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sulları aşağıdakı kimi cavablandırır: Təqsirləndirilən şəxs3 halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs3 ittiham edilən əməl dövrundə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs3 həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs3 törətdiyi əməl barəsində Anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs3 məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan olunub araşdırılmış amblator-məhkəmə psixiatirik ekspertizasının xx xxxx 2020-ci il tarixli 435 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Ekspert cinayət işi materiallarının, həmin cinayət işindəki toplanmış anamnestik məlumatların, həmçinin ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sulları aşağıdakı kimi cavablandırır: Təqsirləndirilən şəxs1 halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 ittiham edilən əməl dövrundə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində Anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan olunub araşdırılmış xx xxxx 2019-cu il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanılması zamanı o, istintaq zamanı verdiyi ifadəsində göstərdiyi ifadələrini təsdiq edərək ona qarşı törədilən hərəkətlərin edildiyi yeri əyani olaraq göstərmişdir. Məhkəmədə elan olunub araşdırılmış xx xxxxxx 2020-ci il tarixli, xx xxxxxx 2020-ci il tarixli üzləşdirmə protokollarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la zərərçəkmiş Zərərçəkmiş şəxs arasında keçrilmiş üzləşdirmə zamanı sonuncu adları çəkilən şəxslərin seksual xarakterli zorakı hərəkətlərinə məruz qaldığını və onunla qeyri-təbii yolla cinsi əlaqədə olduqlarını onların üzünə qarşı bildirməklə bir daha ifadələrində göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə elan olunub araşdırılmış xx xxxxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1la arasında keçrilmiş üzləşdirmə zamanı Şahid2 ifadəsində göstərdiklərini bir daha təsdiq edərək 2019-cu ilin yanvar ayının təxminən əvəllərində kənd orta məktəbinin həyətində adları çəkilən hər üç təqsirləndirilən şəxslərlə görüşdüyünü və əmisi oğlu Zərərçəkmiş şəxs qarşı etdikləri hərəkətlərə görə onları tənbeh etdiyini qeyd etmişdir. Məhkəmədə elan olunub araşdırılmış xx xxxxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1la təqsirləndirilən şəxslər arasında keçrilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 göstərdiklərini bir daha təsdiq edərək Şahid2 həqiqətən də onlarla görüşüb tənbeh etdiyini qeyd etmişdir. Məhkəmədə elan olunub araşdırılmış xx xxxx 2019-cu il tarixli əşyanın maddi sübut kimi hesab edilməsi haqqında və xx xxxx 2020-ci il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarlardan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs tədqiqat üçün götürülmüş və hadisə zamanı onun əynində olmuş bir ədəd sviter, bir ədəd cins şalvar, bir ədəd idman köynəyi və bir ədəd idman şalvarı maddi sübut kimi hesab edilmiş və saxlanılması üçün rayon polis şöbəsinin maddi sübutlar otağına təhvil verilmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs dindirilməsi, ifadələrinin yerində yoxlanılması, onunla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 üzləşdirilməsi, və digər istintaq hərəkətlərinin videogörüntüləri iş üzrə sübut növü kimi, həmin görüntüləri özündə əks etdirən 3 ədəd DVD disklər iş üzrə maddi sübut hesab edilməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, zərərçəkmiş şəxsin və şahidlərin ittihamı təsdiq edən ifadələrini, məhkəmədə elan edilib araşdırılmış ilkin təhqiqat və istintaq hərəkətlərinin protokollarını, ekspert rəylərini, habelə iş üzrə maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə edilmiş yuxarıdakı təhlil olunan sübutları cinayət əməlinin baş verməsini, bu əməlin təqsirləndirilən şəxslər tərəfindən törədilməsini sübuta yetirdiyi üçün ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. İstintaq orqanı ittiham aktında məhkəmə-bioloji ekspertizasının xx xxxx 2019-cu il tarixli 512/2019-MTBŞ saylı və komisiyon məhkəmə-tibbi ekspertizasının xx xxxx 2019-cu il tarixli 121 saylı rəylərini ittihamı təsdiq edən sübutlar kimi göstəmişdir. Məhkəmə həmin sübutlarda təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamda nəzərə tutulan cinayət əməllərini təsdiq və ya inkar edən hallar müəyyən olunmadığı üçün məhkəmə-bioloji ekspertizasının xx xxxx 2019-cu il tarixli 512/2019-MTBŞ saylı və komisiyon məhkəmətibbi ekspertizasının xx xxxx 2019-cu il tarixli 121 saylı rəylərini sübutlar siyahısından xaric edilməsini və onlara istinad edilməməsini əsaslı sayır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları cinayət əməllərinin törətmələrinin sübuta yetirildiyi qənaətinə gəlir. Məhkəmə göstərilənləri nəzərə alıb, Təqsirləndirilən şəxs1 əməllərinin Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsinin dispozisiya şərtlərinə, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməllərinin Azərbaycan Respublikası CM-nin 150.2.1 və 150.2.3-cü maddələrinin dispozisiya şərtlərinə uyğun gəlməsi qənaətinə gəlib onların əməllərinin həmin maddələr ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə, təqsirləndirilən şəxslərin təqsirli bilindikləri cinayət əməllərini qəsdən törətmələri qənaətinə gəlir. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri cinayət əməllərini qəsdən törətmələri qənaətinə gəldiyindən onların bu əməllərə görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmalarını əsaslı sayır. Çünki onların təqsirli bilindikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar və cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar müəyyən olunmadı. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi5 tərəfindən göstərilən hüquqi yardımın dəyəri 330 (üç yüz otuz) manat, Təqsirləndirilən şəxs2 fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 tərəfindən göstərilən hüquqi yardımını dəyəri 390 (üç yüz doxsan) manat, Təqsirləndirilən şəxs3 fərdi qaydada fəaliyyət göstərən vəkil X24 tərəfindən göstərilən hüquqi yardımın dəyəri 420 (dörd yüz iyirmi) manat təşkil edir. Məhkəmədə Təqsirləndirilən şəxs1 Müdafiəçi2 qızı tərəfindən 15 (on beş) saat, Təqsirləndirilən şəxs3 Müdafiəçi3 tərəfindən 15 (on beş) saat hüquqi yardım göstərilmişdir. Buna görə də Müdafiəçi2 qızına və Müdafiəçi3 90 (doxsan) manat ödənilməlidir. Məhkəmə, təqsirləndirilən şəxslərin müstəqil gəlirlərinin olmamasını nəzərə alıb onların həmin məbləğlərin ödənilməsindən azad edilmələrini və həmin məbləğlərin dövlət büdcəsindən ödənilməsini əsaslı sayır. Məhkəmə, maddi sübutları mahiyyəti üzrə həll edərkən, istintaq orqanının xx xxxx 2019-cu il tarixli və xx xxxx 2020-ci il tarixli qərarları ilə maddi sübut kimi tanınıb Şabran Rayon Polis Şöbəsinin maddi sübutlar otağına təhvil verilmiş-zərərçəkmiş Zərərçəkmiş şəxs tədqiqat üçün götürülmüş və hadisə zamanı əynində olmuş bir ədəd sviterin, bir ədəd cins şalvarın, bir ədəd idman köynəyinin və bir ədəd idman şalvarının ona qaytarılmasını, xx xxxx 2020-ci il tarixli qərarla maddi sübut kimi tanınıb iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 üzləşdirilməsi, və digər istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 3 ədəd DVD disklərin cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və təqsirləndirilən şəxslərin şəxsiyyətini nəzərə alıb Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır. Məhkəmə, təqsirləndirilən şəxslərin cəzalandırılmalı və barələrində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər Təqsirləndirilən şəxs1 barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş ev dustaqlığı qətimkan tədbirnin ləğv edilməsini, onların barəsində həbs qətimkan tədbirinin seçilməsini və onların məhkəmə iclas zalından həbs edilməsini, barələrində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış DİN-nin BƏSİİ tələbnamələrindən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Soltanov Höcətəli Rahil oğlu əvvəllər məhkum olunmamışlar. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 onlara istinad edilən cinayət əməllərini yetkinlik yaşına çatmadıqları dövrdə törətdiklərindən, lakin hökm çıxarılan vaxt yetkinlik yaşına çatdıqlarından və azadlıqdan məhrumetmə cəzasına məhkum olunduqlarından onlara təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldqları müddətin onların cəzaçəkmə müddətinə daxil edilməsini və Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın əvvəlinin onun tutulduğu xx xxxxxx 2020-ci il tarixdən, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin ediləcək cəzanın əvvəlinin onların tutulduqları xx xxxxxx 2020ci il tarixdən hesablanmalı olmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli ərizədən, onun qanuni nümayəndəsi Qanuni nümayəndə1 tərəfindən verilmiş xx xxxx 2020-ci tarixli ərizələrdən və xx xxxxxxx 2020-ci il tarixli teleqramdan və xx xxxxxxx 2020-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1 təqsirləndirilən şəxslərlə barışımışlar və onlardan heç bir şikayət və tələbləri yoxdur. Məhkəmədə təqsirləndirilən şəxslərin təqsirli bilindikləri cinayət əməllərini yetkinlik yaşına çatmadıqları dövrdə törətmələri müəyyən olundu. Məhkəmə yuxarıda göstərilən halları Azərbaycan Respublikası CM-nin 59.1.2-ci və 59.1.12-ci maddələrinə əsasən təqsirləndirilən şəxslərin cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxslərin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmədə elan edilib araşdırmış Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökümündən görünür ki, 1999-cu il 18 dekabr tarixdə anadan olmuş X8, 1999-cu il 20 noyabr tarixdə anadan olmuş X19, 2000-ci il 27 sentyabr tarixdə anadan olmuş X25, 2000-ci il 16 may tarixdə anadan olmuş X20 bu iş üzrə Zərərçəkmiş şəxs 14 yaşına çatmamış ona qarşı uşaqbazlıq etməkdə, yəni Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsində nəzərdə tutlan cinayət əməllərini törətməkdə təqsirli bilinib məhkum olunmuşlar. Araşdırılan hökmün məzmunundan görünür ki, həmin hökmələ məhkum olunmuş şəxslərin zərərçəkmiş şəxs X21 qarşı törədikləri əməllərin xarakteri və halları ilə eyni olmuşdur. Məhkəmədə elan edilib araşdırmış xx xxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, hazırkı cinayət işində Zərərçəkmiş şəxs qarşı uşaqbazlıq etdiklərinə görə başqa şəxslər barəsində hazırkı cinayət işinin materiallarından cinayət işi ayrılmışdır. Məhkəmə, təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətini müəyyən edərkən həmin halları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 85.5-ci maddəsinin azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 törətdikdəri ictimai təhlükəli əməlləri törədərkən və bu əməllər törədildikdən sonrakı şəraiti, təqsirləndirilən şəxslərin ittiham olunduqları cinayət əməllərini törətdikdən sonrakı davranışlarını, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində istintaq orqanı tərfindən ev dustaqlığı seçilməsini və bu müddət ərzində onlar tərəfindən bu qətimkan tədbirinin şərtlərinin pozulmamasını, təqsirləndirilən şəxslərin ittiham olunduqları əməlləri yetkinlik yaşına çatmadıqları dövrdə törətmələri, Təqsirləndirilən şəxs1 həmin əməli törətdikdən sonra ali məktəbə daxil olub təhsil alması, təqsirləndirilən şəxslərin təhsil aldıqları məktəbin rəhbərliyi tərəfindən və yaşayış yeri üzrə müsbət xarakterizə olunması, əvvəllər məhkum olunmamaları müəyyən olundu. Məhkəmə həmin halları təqsirləndirilən şəxslərin məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Onların məsuliyyətlərini ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, yuxarıda sadalanan halları təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 şəxsiyyətlərini və işi xarakterizə edən müstəsna hallar kimi nəzərə alıb təqsirləndirilən şəxslər barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq edib onlara cəza təyin edərkən onların təqsirli bilindikləri maddələrin sanksiyalarında nəzərdə tutulmuş cəzaların aşağı həddindən aşağı cəza təyin edilməsini əsaslı sayır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzaları fərdiləşdirərkən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 xarakterinə görə cinayət qanunu ilə xüsusi ilə ağır cinayətlər kateqoriyasına aid edilmiş əməlin törətməsini, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ağır cinayət törətdiklərini və təyin ediləcək cəzaların onların islah olunub cəmiyyətə reinteqrasiya edilməsini, habelə qanuna qarşı riskli münasibətlərinin, islah edilmələrinin səmərəliliyini nəzərə alıb onlara təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinin nisbətən az müddətdə təyin edilməklə cəzanın məqsədinə nail olmağı mümkün hesab edir. Təqsirləndirilən şəxslərin cinayət əməlini törədərkən yetkinlik yaşına çatmalarına baxmayaraq hazırda onlar yetkinlik yaşına çatdıqlarını, bu səbəbdən də onlara təyin ediləcək cəzaların onlar tərəfindən ümumi rejimli cəza çəkmə müəssisəndə çəkməli olduqlarını, bu cəzanın müddətinin onların əqli inkişaflarına neqativ təsir edə bilməsini və bu səbəbədən də təyin ediləcək cəzanın məqsədinin səmərəliliyiyni azalda bilməsi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 təhsilin davam etdirilməsi mümkün olmaması ehtimalı yüksək olaraq qalır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəzanın müddətini təyin edərkən, onların tərəfindən törədilmiş cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, onların cəzalarını yüngülləşdirən halların olmasını və cəzalarını ağırlaşdıran halların olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onların islah olunmalarına və ailə həyat şəraitlərinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və onun barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq etməklə ona 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın çəkilməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 150.2.1 və 150.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və onun barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq etməklə ona 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın çəkilməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 150.2.1 və 150.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və onun barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq etməklə ona 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 təyin edilmiş cəzanın çəkilməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 istintaq zamanı hüquqi yardım göstərilməsi ilə bağlı 330 (üç yüz otuz) manat fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi5, məhkəmədə hüquqi yardım göstərilməsi ilə bağlı 90 (doxsan) manat Müdafiəçi2 qızına ödənilməsi üçün Bakı şəhəri 2 saylı vəkil bürosunun hesabına, Təqsirləndirilən şəxs2 istintaq zamanı hüquqi yardım göstərilməsi ilə bağlı 390 (üç yüz doxsan) manat fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs3 istintaq zamanı hüquqi yardım göstərilməsi ilə bağlı 420 (dörd yüz iyirmi) manat fərdi qaydada fəaliyyət göstərən vəkil X16, məhkəmədə hüquqi yardım göstərilməsi bağlı 90 (doxsan) manat Müdafiəçi3 ödənilməsi üçün Bakı şəhəri 2 saylı vəkil bürosunun hesabına dövlət büdcəsindən ödənilsin. Təqsirləndirilən şəxslər həmin məbləğlərin ödənilməsindən azad edilsinlər. İş üzrə maddi sübut kimi tanınıb Şabran Rayon Polis Şöbəsinin maddi sübutlar otağına təhvil verilmiş-zərərçəkmiş Zərərçəkmiş şəxs tədqiqat üçün götürülmüş və hadisə zamanı əynində olmuş bir ədəd sviter, bir ədəd cins şalvar, bir ədəd idman köynəyi və bir ədəd idman şalvarı ona qaytarılsın, iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 üzləşdirilməsi, və digər istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 3 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surəti onlara təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Novruz Kərimov Hakimlər Rasim Sadıxov Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-186/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-186/2021
03.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver