Məhkəmə qərarları › İş №1(101)-186/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-186/2025

17.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-186/2025 17.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X1 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər – Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Müdafiəçi – Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2002-ci il tarixdə Yevlax rayonu anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, təhsilsiz, subay, himayəsində azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olan, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-316/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə CM-in 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3, 68.1.1-1-ci maddələrinə əsasən 01 il 03 ay 04 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, X14, ev 5 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə – CM) 126.2.2, 126.2.3 və 128-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmuş, həmçinin sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 01 avqust 2023-cü il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Yasamal rayonu, X14 5 saylı ünvanda yerləşən kirayə yaşadığı evdə olarkən həmin yerə gəlmiş həyat yoldaşının qohumları X3, X4 və Zərərçəkmiş şəxs1 onu başqa kişilərlə ünsiyyət qurub həbsdə olan həyat yoldaşı X6 xəyanət etməkdə ittiham etmələri səbəbindən həmin şəxslərlə mübahisə etmiş, mübahisə zamanı Durdanə Abdullayevanın onun ünvanına nalayiq ifadələr işlədib bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməklə saçından tutub yerə yıxaraq ona sağ saidin və hər iki diz oynağının sıyrıqları kimi dərəcəsi təyin olunmayan xəsarətlər yetirməsinə görə ondan qisas almaq məqəsdi ilə yaşadığı evdən götürdüyü bir ədəd zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə fərdi yaşayış evinin həyətində Zərərçəkmiş şəxs2 qəsdən sol bazu nahiyəsindən bir dəfə vurub ona sol bazunun deşilmiş-kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli xəsarət yetirmiş, Zərərçəkmiş şəxs1 da əlində olan həmin bıçaqla vuraraq qəsdən Zərərçəkmiş şəxs1 qarının ön divarının qarın boşluğuna nüfuz edən mədəni və böyük piyliyi zədələyən 1(bir) ədəd deşilmiş-kəsilmiş yara kimi insan həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətləri yetirərək Zərərçəkmiş şəxs1 sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 126.2.2, 126.2.3 və 128-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə yaşadığı evdə oturmuşdur. Abdullayeva Turanə yaxın rəfiqəsinə zəng edərək başqa bir oğlanla gəzdiyini söyləmişdir. Yaxın rəfiqəsi də sonuncunun dediklərini gəlib ona demişdir. O da T.Abdullayeva zəng edərək eşitdiyi sözlərin nə üçün ona yox, rəfiqəsinə dediyini demişdir. T.Abdullayeva telefon danışıq zamanı onu təhqir etməyə başlamışdır. Həmin danışıqlar onun telefonunda qeydə alınmış və həmin telefon hal-hazırda onun qardaşındadır. Zərərçəkmiş şəxslər həyat yoldaşının bibiləridir. xx.xx.2023-cü il tarixdə, təxminən 18:00 radələrində 3 nəfər şəxs T.Abdullayev, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yaşadığı evə gəlib üzərinə hücum etmişlər. Qab-qaşıqları atmışlar, boşqablarını sındırmışlar. Hadisə ilə bağlı şahidləri də var. Zərərçəkmiş şəxslər üzərinə hücum edən zaman mətbəxdə istifadə etdiyi bıçaqla zərər çəkmiş şəxsləri qorxutmaq istəmiş, amma özü də bilmədən zərərçəkmiş şəxslərə xəsarət yetirmişdir. Bıçaq əlinə götürməzdən qabaq yerdə olmuşdur. Zərərçəkmiş şəxslər xəsarət alsalar da ondan əl çəkməmişlər. O, suallara cavab olaraq bildirmişdir ki, yaşadığı evin qapısını T.Abdullayev, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 açıb içəri daxil olmuşlar. Dəhlizdə uşağı və qaynanası ilə birlikdə yemək yemişlər. Yaşadığı evə daxil olan kimi dəhlizdir və mətbəx də dəhlizdə yerləşir. Yaşadığı ev iç-içə otaqlardan ibarətdir. T.Abdullayev, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 evə daxil olanda ailə üzvləri ilə yerdə oturub yemək yemişlər. 1-ci T.Abdullayeva üzərinə hücum etmiş, digərləri isə sonra üzərinə hücum edib saçını yolmağa başlamışlar. Yaşadığı evə daxil olan şəxslər T.Abdullayev, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 üstünə qab-qaşıq atanda, o da sonuncuları qorxutmaq üçün yerdə olan mətbəx bıçağını götürmüşdür. Bıçaq qab-qaşıqları atanda yerə düşmüşdür. Qorxutmaq üçün bıçaq götürsə də evinə daxil olan şəxslər T.Abdullayev, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yenə də üzərinə hücum etmişlər. Birinci kimə xəsarət yetirdiyini bilmir. Amma zərərçəkmiş şəxslərin birinin qol nahiyəsinə, o birinin isə qarın nahiyəsinə xəsarət yetirmişdir. Hadisə zamanı Zərərçəkmiş şəxs2 qoluna, Zərərçəkmiş şəxs1 isə qarın nahiyəsinə xəsarət yetirmişdir. X.Zərərçəkmiş şəxs2Abdullayeva ilə o, dalaşan zaman köməyə gəlməmiş, əksinə sonuncu da onu döymüşdür. Bədənində bunlarla bağlı xəsarətlər də olmuşdur. Yoldaşı tutulduqdan sonra onu öz bibilərinə tapşırmışdır. O da sonuncularda səhv tutduğu üçün ayrılıb qaynanası ilə yaşamışdır. İbtidai istintaq zamanı verdiyi ifadə də müstəntiq bəzi dediklərini qeyd etməmişdir. Oxumağı bacarmır, BİT-də saxlanılan təqsirləndirilən şəxslərdən biri ittiham aktını oxuyanda müstəntiqin bəzi dediklərini qeyd etmədiyini bilmişdir. Müstəntiqə ibtidai istintaq zamanı verdiyi ifadə də zərərçəkmiş şəxslərə özünü müdafiə etdiyi zaman xəsarət yetirməyini qeyd etməmişdir. Yaşadığı evə daxil olan şəxslərin üçü də üzərinə hücum etmiş, onu vurmuşlar, 1-ci T.Abdullayeva üzərinə hücum edib saçını yolmağa başlamışdır. T.Abdullayevanın saçını yolması ona ağrı vermişdir. Yaşadığı evə daxil olanların üçü də birdən üzərinə hücum etdikləri üçün bıçağı qorxutmaq üçün yerdən götürmüşdür. Yaşadığı evə daxil olan şəxslər üzərinə hücum etdikləri üçün yerdən bıçağı götürmüş, amma ondan əl çəkmədikləri və yerdə onu sürüdükləri üçün zərər çəkmişlərə xəsarət yetirmişdir. Zərərçəkmiş şəxslərə xəsarət yetirmək məqsədi olmamış, sadəcə özünü müdafiə etmək istəmişdir. Hadisə vaxtı evdə başqa kişi olmamışdır. Zərərçəkmiş şəxslərin hər ikisinə də xəsarəti o, yetirmişdir. O, dalaşan zaman özünü itirmiş, Dürdanəyə bıçaq vurmuşdur. Onlar çox olduğuna görə əlində bıçaqla özünü itirmiş, özünü müdafiə etmişdir. O, orda ev yiyəsinin oğlunu görməmiş, amma kişinin onların üstlərinə su atdığını görmüşdür. Xalidəni bıçaqla o, vurmuş, ev yiyəsinin oğlu orda olmamışdır. Sözsöhbət olduğuna görə o, Xalidəni vurmuşdur. Xalidə ilə Dürdanə onun üstünə hücum etmişlər, Dürdanin qolundan bıçaqla vurmuşdur, sonra Xalidəni vurmuşdur. Dürdanə ilə Xalidə onun atasını söymüşlər, onun atası da təzə rəhmətə getmişdir, o da söymüşdür, bundan sonra üstünə hücum etmişlər. Dürdanə ona yaxınlaşıb vedrə atanda o, sonuncunu bıçaqla vurmuşdur. Kütləvi şəkildə onun üstünə gələndə o, özünü itirmiş, özündə deyildi. Xalidə üstünə gələndə, saçından tutmuş, yerə yıxılmışdır. Ünvansız bıçaq atanda Xalidəyə dəymişdir. Həmin vaxt kənar şəxslərdən heç kim olmamış, bir kişi olmuş, həmin kişinin də gözü kor olmuşdur. Uşağına görə etdiyi əməldən peşmandır. Məhkəmədən himayəsində 1 körpə uşağının olmasının nəzərə alınmaqla ən yüngül cəza verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 5 ildirki X9 ilə qeyr-rəsmi nakahda yaşayır və bu nikahdan bir azyaşlı övladı vardır. Hal-hazırda əri Məmu məhkumluq həyatı yaşayır. Sonuncu Yasamal rayonu, V.Əliyev küçəsi 5 ünvanında qayınanası Marina ilə birlikdə kirayə yaşayır. Buna baxmayaraq ərinin bibiləri Xalidə, Durdanə və Turanə onu narahat edirlər və onun əxlaqsızlıqla məşğul olmagını bildirirlər. 01 avqust 2023-cü il tarixdə saat təxminən 19 radələrində Xalidə, Turanə və Dürdanə kirayə yaşadığı ünvan 4 ünvanına gələrək onun üstünə hücum edərək nalayiq sözlərlə təhqir etmişlər və döyməyə başlamışlar. Bu zaman o, otaqda olan bıçaqı götürərək sonuncuların üzərinə getmiş və əlində olan bıçaqla Xalidənin qarnından bir bıçaq zərbəsi yetirmiş, həmin bıçaqla Durdanənin sol qolundan bir bıçaq zərbəsi yetirmiş, Turanə isə əlində bıçaq görərək ondan aralanmışdır. O, sonunculara bıçaq zərbəsi yetirdikdən sonra Turanə əlində bıçağı görmüş və ondan aralanmışdır. Sonradan yaşadığı ünvanda olan qonşular onları aralamış və Turanə, Xalidə, Durdanə yaşadığı evin həyətindən çıxmışlar. O, Yasamal rayonunda yaşayan xalası Şəkərnazın evinə getmişdir. Məhkəmə baxışı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərdi ki, Təqsirləndirilən şəxs onlara zəng etmiş və başqa bir oğlanla münasibətdə olduğunu demişdir. Onlar da Təqsirləndirilən şəxs etdiyi əməlin ayıb olduğunu demişlər. Təqsirləndirilən şəxs onlara etdiyi əməldən qaynatası Nadirin xəbəri olduğunu və sonuncunun bu əməli qəbul etdiyini demişdir. Nadir onun böyük qardaşıdır. Onlar da Xalidə, Turanə və o, Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Hadisə yerində adam çox olmuşdur. Hadisə yerinə gəldikdə ilk öncə Təqsirləndirilən şəxs yaşadığı evə daxil olmuşlar. Xalidə, Turanə və o, Təqsirləndirilən şəxs qardaşlarına qarşı niyə belə etdiyini demişlər. Bundan sonra da Təqsirləndirilən şəxs ilə aralarında dava-dalaş başlamış, Təqsirləndirilən şəxs ilə bir-birilərinə hücum etmişlər. İlk öncə Təqsirləndirilən şəxs ona hücum etmişdir, sonra onları ayırmışlar. Daha sonra isə xəstəxanaya getmişlər. O, suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qardaşının gəlinidir. Qardaşının adı Nadir, Nadirin oğlunun adı isə Məmodur. Təqsirləndirilən şəxs özü onlara zəng edərək başqa bir şəxslə münasibəti olduğunu söyləmişdir. Təqsirləndirilən şəxs hadisə baş verən ünvanda qaynanası ilə qalırdı. Hadisə baş verən ərəfədə Təqsirləndirilən şəxs qaynatası Nadir cəzaçəkmə müəssisəsində olmuşdur. Məsələni müzakirə etmək üçün Xalidə, Turanə və o, birlikdə getmişlər. Onu kim vurduğunu görməmişdir. Xalidəni 1 nəfər oğlan vurmuş və qaçıb getmişdir. Həmin oğlanı sonradan tapa bilməmişlər, ilk dəfə idi onu görmüşlər. Təqsirləndirilən şəxs ilə bir-birilərinə qarşı hücum etmişlər, əlbəyaxa olmuşlar, saçlarından tutmuşlar. Hadisə vaxtı bıçaqla sol qoluna xəsarət yetirilmişdir. Sol qoluna bıçaqla 1 dəfə xəsarət yetirilmişdir. Xalidəyə isə 1 nəfər oğlan xəsarət yetirmişdir. Hadisə yerinə Xalidə, Turanə və o, getmişlər. Hadisə yerinə gederkən üzərilərində heç bir küt əşya, taxta götürməmişlər. Təqsirləndirilən şəxs yaşadığı evə sonuncunun etdiyi əməlləri müzakirə etməyə görə getmişlər. Təqsirləndirilən şəxs yanına sonuncunu döymək məqsədi ilə getməmişlər. Hadisə vaxtı Təqsirləndirilən şəxs əlində bıçaq olmamışdır. Təqsirləndirilən şəxs ilə telefonla danışıq vaxtı başqa şəxslə danışdığını demişdir. Onlar da Təqsirləndirilən şəxs qardaşlarının adını çəkməməsi üçün, bu sözləri şəxsən üzünə deməkləri üçün üçü də hadisə olan yerə getmişlər. Təqsirləndirilən şəxs vurmaq, saçından tutub çölə çıxartmaq kimi hallar olmamışdır. Təqsirləndirilən şəxs ilə bir-birilərinə hadisə vaxtı hücum etmişlər, saç-saça dava etmişlər. Ona bıçaqla xəsarəti Təqsirləndirilən şəxs yetirib. Təqsirləndirilən şəxs ilə barışmışdır, heç bir şikayət, tələbi yoxdur. O, məhkəmədən təqsirləndirilən şəxsə aşağı cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərdi ki, Təqsirləndirilən şəxs onun böyük qardaşının gəlinidir. Təqsirləndirilən şəxs onun yanında qalırdı, sonra gedib qaynanası ilə qaldı, xoşagəlməz hərəkətlər edirdi. Onlar da Təqsirləndirilən şəxs tutduğu işi etməməsini demişlər. Təqsirləndirilən şəxs bildirmişdir ki, özü bilər. Onların xoşlarına gəlməmişdir. Təqsirləndirilən şəxs da bacısı Turanə ilə telefonda danışarkən gəlməyən kişi qızı deyil, yəni onun yaşadığı ünvana gəlməyən kişi qızı deyil demişdir. Turana də yanına gəlib Təqsirləndirilən şəxs yanına gedib qaynanasının yanında sonuncu ilə danışmağı, əgər yoldaşının, qaynanasının adını çəkibsə, onların qardaşlarının adını daha çəkməsin deməyi təklif etmişdir. Təqsirləndirilən şəxs «mən tutduğum işdən qaynanamla yoldaşım bilirlər, mənimlə barışıblar» demişdir. Onlar Təqsirləndirilən şəxs qaldığı ünvana getmişlər, qaynanasına söyləmişlər. Onlar ora dava etmək məqsədi ilə getməmişdilər. Təqsirləndirilən şəxs orda ona bıçaq atmamış, ona başqa adam bıçaq atmış, ona bıçağı atan evin yiyəsi olmuşdur. Təqsirləndirilən şəxs başqa adamın yerinə yatır. Onlar müstəntiqə də demişlər ki, Təqsirləndirilən şəxs şikayətçi deyillər, ona bıçaq atan ev yiyəsinin oğlu olmuşdur. Ona batırılan bıçaq olmamış, biz olmuşdur. Dürdanənin qolunu Təqsirləndirilən şəxs yaralamışdır. Dürdanə Təqsirləndirilən şəxs başından vedrə ilə vuranda, Təqsirləndirilən şəxs sonuncuya bıçaqla xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs şikayəti yoxdur. O, suallara cavab olaraq bildirmişdir ki, hadisə zamanı evdə olanlar elə bilmişlər ki, onlar dava etməyə gəlmişlər, Təqsirləndirilən şəxs onları vurmağa, üstlərinə bıçaqla gəlməsini öyrətmişlər. Təqsirləndirilən şəxs əlində balaca bir bıçaq olmuş, həmin bıçaqla ona belə xəsarət yetirmək olmaz. Təqsirləndirilən şəxs yerə yıxıldığı vaxtı o, xəsarət almamışdır. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, o, ifadə verəndə Təqsirləndirilən şəxs onu vurmasını deməmiş, müstəntiq həmin sözləri özü yazmışdır. O, ifadəni oxumadan qol çəkmişdir. Onu vuran ev yiyəsinin oğlu olmuşdur. Onlar gedəndə Təqsirləndirilən şəxs əlində bıçaqla qabaqlarına çıxmış, Dürdanə Təqsirləndirilən şəxs əlində bıçağı görəndə əlinə müdafiə olunması üçün vedrəni götürmüşdür. Sonra Təqsirləndirilən şəxs həyətə çıxanda onlar arxasınca həyətə çıxmışlar. X11 ilə dalaşmışdır. Dürdanə Təqsirləndirilən şəxs vedrə atanda Dürdanəni bıçaqla vurmuşdur. Dürdanə Təqsirləndirilən şəxs atasını söymüş, Təqsirləndirilən şəxs da onun atasını söyəndə o, Təqsirləndirilən şəxs arxasınca düşmüş, saçından tutanda Təqsirləndirilən şəxs yerə yıxılmışdır. O, Təqsirləndirilən şəxs saçını tutub buraxandan 10 dəqiqə sonra, kənarda dayandığı zaman ona xəsarət yetirilmişdir. Təqsirləndirilən şəxs bıçağı atanda Dürdanəyə dəymişdir. O, Təqsirləndirilən şəxs saçından tutanda Dürdanə, Turanə orda onun yanında olmuşlar. Təqsirləndirilən şəxs Dürdanəni vurmasını görmüşdür. Təqsirləndirilən şəxs ilə barışmış, heç bir şikayət, tələbi yoxdur. Məhkəmədən təqsirləndirilən şəxsin himayəsində 1 körpə uşağının olması nəzərə alınmaqla sonuncuya yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Vəliyeva (Abdullayeva)Turanə Rasim qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs rəfiqələri Səbail rayonu, Nizami küçəsində ona Təqsirləndirilən şəxs xəbərinin olub-olmadığını soruşmuşlar. O da sonunculara Təqsirləndirilən şəxs xəbərinin olmadığını demişdir. Təqsirləndirilən şəxs rəfiqələri Təqsirləndirilən şəxs qaynanasının qohumu ilə danışdığını demişlər. O, eşitdiklərini Təqsirləndirilən şəxs özünə demişdir və belə bir şeyin düz olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs ona “Dürdanə yaxşı qız olsa idi, mənim sevgilimə getməzdi” demişdir. O, Təqsirləndirilən şəxs həmin oğlanın onu sevmədiyini, Dürdanəni sevdiyini demişdir. Təqsirləndirilən şəxs ona etdiyi hərəkətlərdən qaynanasının, qaynatasının və ərinin də xəbəri olduğunu demişdir. Təqsirləndirilən şəxs telefonla danışıq zamanı onu söymüş, o da sonuncunu söymüşdür. Təqsirləndirilən şəxs onu söydükdən sonra ona məkan atmış və ona “gəlin bura” demişdir. Onlar da Təqsirləndirilən şəxs yaşadığı evə sonuncunun qardaşlarının adını hallandırmaması üçün getmişlər. Təqsirləndirilən şəxs onlara yaxşı etdiyini demiş və əlinə bıçaq götürmüşdür. Təqsirləndirilən şəxs əlinə bıçaq götürdüyünü görəndə, o da əlinə boşqab götürmüşdür. O, əlinə boşqab götürəndən sonra Təqsirləndirilən şəxs ilə Dürdanə əlbəyaxa olmuşlar. Təqsirləndirilən şəxs bıçaq atmış və həmin bıçaq Dürdanənin qoluna xəsarət yetirmişdir. Dürdanə Təqsirləndirilən şəxs üzərinə hücum edəndə o, Təqsirləndirilən şəxs əlindən bıçağı almışdır. Xalidə də həmin vaxtı onlardan 2-3 metr aralıda ayaqüstə dayanmışdır. 1 nəfər oğlan Xalidəyə bıçaqla xəsarət yetirib qaçmışdır. Həmin oğlanı Təqsirləndirilən şəxs yaxşı tanıyır. O da qışqıraraq qaçan şəxsin Xalidəyə xəsarət yetirdiyini demişdir. Xalidə ona qaçan şəxsin xəsarət yetiridiyini demişdir. Təqsirləndirilən şəxs onlarla heç bir qərəzi yoxdur. Təqsirləndirilən şəxs körpə uşağı var. O, suallara cavab olaraq bildirmişdir ki, məhkəmədə danışdığı kimi müstəntiqin də yanında danışmışdır. O, oxumağı bacarmır. Ona sənədləri oxumadan imza çəkdirmişlər. Zərərçəkmiş şəxs Dürdanəyə bıçaqla xəsarəti Təqsirləndirilən şəxs yetirib, Xalidəyə dəyən bıçağın Təqsirləndirilən şəxs aidiyyatı yoxdur. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, bıçaq Təqsirləndirilən şəxsdır, amma Xalidəyə xəsarəti 1 nəfər oğlan yetirmişdir. Bunların hamısını ayrı-ayrı polis bölmələrində də demişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə baş verən ev və onun qaldığı ev ata mülküdür. Hadisə baş verən evlərin həyəti ümumidir. 3 nəfər qadının əllərində taxta ilə qışqıra-qışqıra həyətə daxil olduqlarını görmüşdür. O da tez öz evinə girmişdir. Təqsirləndirilən şəxs həmin həyətdə qonaq kimi qalırdı. Daha sonra gələn 3 nəfər xanım qışqıra-qışqıra çölə çıxdıqlarını görmüşdür. O da şər-xatadan uzaq durmağı üçün evə girmişdir. Gələn 3 nəfər şəxs Təqsirləndirilən şəxs öldürdürürdülər, yəni döydürdülər. 3 nəfər şəxsin Təqsirləndirilən şəxsnın əlindən tutduqlarını və sürüdüklərini görmüşdür. O, suallara cavab olaraq bildirmişdir ki, ilk öncə həyətə 3 nəfər qadının daxil olduğunu görmüşdür. Hadisə baş verən ev rəhmətə getmiş qardaşının evidir. Qardaşının evində Təqsirləndirilən şəxs qohumu qalırdı. Təqsirləndirilən şəxs qardaşının evində qalan şəxsin yanında sadəcə qonaq olmuşdur. Kiminsə kiməsə bıçaqla xəsarət yetirməsini görməmişdir. Yerə qan töküldüyünü görməmişdir. 3 nəfər şəxsin əllərində taxta ilə evə hücum etdiklərini, qapını qırdıqlarını və əllərində taxta ilə təhdidlər etdiklərinin şahidi olmuşdur. Taxta həyətə daxil olan 3 nəfərdən 1 nəfər şəxsin əlində olmuşdur. 3 nəfər şəxsin rəhmətə gedən qardaşının evinə necə daxil olduqlarını görmüş, amma bıçaqlamaq hadisələrini görməmişdir. Polisə baş verən hadisə ilə bağlı məlumat verməmiş, amma 10 dəqiqədən sonra polis əməkdaşları özləri gəlmişlər. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, o, hadisə baş verən vaxt heç kimə yaxınlaşmamış və heç kimin həyətdən çıxmasını istəməmişdir. Təqsirləndirilən şəxs bıçaqla kiməsə xəsarət yetirməsinin şahidi olmamışdır. O, elan olunan ifadədə qeyd olunan fikirləri bildirməmişdir. O, 3 nəfər şəxsin həyətə daxil olmaqlarını və evdən çıxmaqlarının, evdən çıxanda Təqsirləndirilən şəxs saçından tutub sürüdüklərini görmüşdür. 3 nəfər şəxs Təqsirləndirilən şəxs sürüyərkən altda qalan Təqsirləndirilən şəxs nə etdiyini görməmişdir. Bundan başqa qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 01 avqust 2023-cü il tarixdə saat 19 radələrində yaşadığı ünvana işdən gələn zaman, yaşadığı həyətə daxil olmuş və orada dörd qadının sözlə mübahisə etmələrinin şahidi olmuşdur. O, sonunculara fikir verməyərək yaşadığı evə keçmişdir. Sonradan həmin qadınlar bir-biri ilə dalaşmaqa başlamışlar və o, sonunculara yaxınlaşaraq həyətdə çıxmaqlarını tələb etmişdir. Bu zaman həmin şəxslər mübahisə etməyi davam edirmişlər. Orada olan və kirayə yaşayan Məleykə yaşadığı otağa girərək əlində bıçaqla çıxmış və bıçaqla tanımadığı qadınların üstünə getmişdir. Sonradan Məleykə əlində olan bıçaqla qadınların birini qolundan vurmuşdur. Mübahisə zamanı Məleykədən başqa heç kimin əlində bıçaq görməmiş və orada ondan və kirayə evləri verən əmisi Sabirdən başqa heç kim olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-in 126.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (İ cild, i.v. 1) xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə ünvan 5 ünvanında baş vermişdir. (İ cild, i.v. 3-9) Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci il təvəllüdlü X10 olmaqla bir nəfər azyaşlı uşağı var. (İ cild i.v. 28) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 13:30-da CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 13:30-dan tutulmuş hesab edilmişdir. (İ cild,i.v. 37) xx.xx.2023-cü il tarixli üzləşmə protokollarından görünür ki, X4 və Zərərçəkmiş şəxs2 ifadələrində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişlər. (İ cild i.v. 64-67) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild, i.v. 68-69) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(004)-558/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmış, həmin Məhkəmənin xx.xx.2023-ci il tarixli, 4(004)-935/2023 saylı qərarı ilə həbsdə saxlama müddəti 02 ay, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. (İ cild i.v. 90, 195- 198) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X13 895 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Bakırova Məleykə Roman qızının bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ saidin və hər iki diz oynağının sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. (İ cild, i.v. 105-107) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X13 929 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 almış olduğu xəsarət – qarının ön divarının qarın boşluğuna nüfuz edib mədəni və böyük piyliyi zədələyən 1(bir) ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin təsirindən törənmişdir, bıçaqla yetirilə bilərdi, törənmə müddəti onun xəstəxanaya daxil olduğu vaxtdan az əvvəl olmaqla, qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. (İ cild, i.v. 111-114) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X13 898 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlər – sol bazunun deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin, sol saidin səthi kəsilmiş yarası isə iti kənarlı alətin (əşyanın) təsirindən törənmişlər, belə ki, bir bıçağın tiyəsinin təsirindən törənə bilərdilər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. (İ cild, i.v. 115-117) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən, eləcə də Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-316/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin hökmü ilə CMin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3, 68.1.1-1-ci maddələrinə əsasən 01 il 03 ay 04 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (İ cild i.v. 144-154) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X13 481-2023/MTKŞ saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçağın üzərində sonradan əlavə və dəyişiklik edilməmişdir. Zərərçəkmiş şəxs2 aşkar edilmiş xəsarətlərin (sol bazunun orta 1/3-nin bayır səthində deşilmiş-kəsilmiş yarası və sol saidin səthi kəsilmiş yarası) və Zərərçəkmiş şəxs1 aşkar edilmiş xəsarətin (qarının ön divarının qarın boşluğuna nüfuz edib mədəni və böyük piyliyi zədələyən deşilmiş-kəsilmiş yarası) ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi istisna etmək olmaz. Bu məsələni daha dəqiq həll etmək üçün hadisə zamanı hər iki şəxsin əynində olan paltarların kriminalistik tədqiqatın keçirilməsi məqsədəuyğundur. (İ cild, i.v. 156-160) xx.xx.2023-cü il tarixli üzləşmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. (İ cild i.v. 183-184) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 ambulator məhkəmə psixiatrik ekspertizasının 2950 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli-cinayət əməlini törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hal-hazırda da hər hansı psixi xəstəlik xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. (İ cild, i.v. 203-205) xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-in 126.1-ci maddəsindən həmin Məcəllənin 126.2.2, 126.2.3, 128-ci maddələrinə tövsif edilmiş, iş üzrə bir ədəd bıçaq maddi sübut kimi tanınmış və saxlanılması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilmişdir. (İ cild i.v. 207-214) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 126.2.2, 126.2.3 və 128-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. (İ cild, i.v. 219-221) Məhkəmənin xx.xx.2025-ci il tarixli, 1(101)-186/2025 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə CM-in 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs xüsusi amansızlıqla zərərçəkmiş şəxsin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya görə CM-in 126.2.2, 126.2.3 və 128-ci maddələri ilə ittiham elan edilmişdir. Lakin Təqsirləndirilən şəxs xüsusi amansızlıqla zərərçəkmiş şəxsin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurması barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 126.2.2, 126.2.3-cü maddələri ilə deyil, həmin Məcəllənin 126.1-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə tövsif olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi amansızlıqla zərərçəkmiş şəxsin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulması cinayətini törətməsinə dair ona verilmiş ittiham ibtidai istintaqın təqdim etdiyi və məhkəmədə tədqiq edilmiş sübutlarla təsdiq edilmir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2 və 126.2.3-cü maddələri ilə ona görə ittiham elan edilmişdir ki, o, Zərərçəkmiş şəxs1 bacısı Zərərçəkmiş şəxs2 bıçaqla xəsarət yetirməsini gördükdə dərhal müdaxilə edib sonuncuya əlavə xəsarətlər yetirməsinin qarşısını almaqla ictimai borcunu yerinə yetirərkən Zərərçəkmiş şəxs1 da əlində olan həmin bıçaqla onun yaxın adamı hesab edilən bacıları Turanə və Zərərçəkmiş şəxs2ların gözü qarşısında vuraraq həmin hərəkətləri ilə sonunculara əzab verdiyini dərk etməklə, yəni xüsusi amansızlıqla qəsdən sağlamlığına ağır xəsarət yetirmişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 7-ci bəndində göstərilmişdir ki, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar təqsirkarın zərərçəkmiş şəxsi və ya yaxın qohumlarını qəsdən öldürməsi CM-in 120.2.3-cü maddəsi ilə o vaxt məsuliyyətə səbəb olur ki, təqsirkar zərərçəkmiş şəxsi məhz xidməti vəzifəsini və ictimai borcunu yerinə yetirməsi ilə, yaxud belə fəaliyyətə görə qisas almaq niyyəti ilə öldürmüş olsun. Şəxsin xidməti vəzifəsini həyata keçirməsi dedikdə onun dövlət, bələdiyyə, mülkiyyət formasından asılı olmayaraq qanunla müəyyən edilmiş qaydada qeydiyyatdan keçmiş digər müəssisə və təşkilatlarla, habelə fəaliyyəti qanunvericiliyə zidd olmayan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanmış əmək müqaviləsindən (kontrakdan) irəli gələn xidməti vəzifələrin dairəsi başa düşülür. İctimai borcunu yerinə yetirmək dedikdə isə vətəndaşların həm onların üzərinə xüsusi olaraq qoyulmuş ictimai vəzifələrin, həm də cəmiyyətin xeyrinə digər ictimai faydalı fəaliyyətin (məsələn hüquq pozuntusunun qarşısıının alınması, törədilən və ya törədilməsi nəzərdə tutulmuş cinayət haqqında hakimiyyət orqanına məlumat vermə, şahid və ya zərərçəkmişin cinayətkarı ifşa edən ifadə verməsi və s.) həyata keçirilməsi başa düşülür. Həmin Plenum qərarının 8-ci bəndində göstərilmişdir ki, xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Qeyd edilən qərarın həmin müddəalarına və CM-in 126.2.3-cü maddəsinin mənasına görə qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin zərərçəkmiş şəxsin yaxın adamlarının yanında törədilməsi özü-özlüyündə cinayətin xüsusi amansızlıqla törədilməsinə dəlalət etmir. Vacibdir ki, təqsirkar şəxs qohumluq münasibətindən məlumatlı olsun, eyni zamanda onun niyyəti seçdiyi üsulla zərərçəkmiş şəxsin (həmçinin özünə) yaxınlarına xüsusi iztirab yetirməklə cinayəti törətmək olsun (xüsusi iztirab yetirməyi arzu etsin) və yaxud bunu arzu etməsə də, seçdiyi üsulun zərərçəkmiş şəxsin (həmçinin özünə) yaxınlarına xüsusi iztirab yetirdiyini dərk etsin və şüurlu surətdə buna yol versin, yəni xüsusi amansızlığı səciyyələndirən bu kimi hallara (zərərçəkmişin, onun yaxınlarının xüsusi əzab çəkməsinə) münasibətdə onun birbaşa və ya dolayı qəsdlə hərəkət etməsi müəyyən olunsun. Əməlin 126.2.2-ci maddəsi ilə tövsif edilməsi üçün təqsirkarın zərərçəkmiş şəxsi və ya onun yaxın qohumlarını həmin şəxsin xidməti vəzifələrini və ya ictimai borcunu yerinə yetirməsilə əlaqədar qəsdən sağlamlığına ağır zərər vurduğunu dərk etməsi zəruridir. Başqa sözlə şəxs ictimai borcu yerinə yetirilməsi ilə əlaqadar qəsdən ağır zərər vurulmuş olsun və təqsirkar bu halı dərk etmiş olsun. Məhkəmədə dindirilmiş təqsirləndirilən şəxsin verdiyi ifadələrdən görünür ki, xx.xx.2023-cü il tarixdə, təxminən 18:00 radələrində 3 nəfər şəxs T.Abdullayev, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yaşadığı evə gəlib üzərinə hücum etmişlər. Zərərçəkmiş şəxslər üzərinə hücum edən zaman mətbəxdə istifadə etdiyi bıçaqla zərərçəkmiş şəxsləri qortxutmaq istəmiş, amma özü də bilmədən zərərçəkmiş şəxslərə xəsarət yetirmişdir. Zərərçəkmiş şəxslər xəsarət alsalar da ondan əl çəkməmişlər. 1-ci T.Abdullayeva üzərinə hücum etmişdir. Digərləri isə sonra üzərinə hücum edib saçını yolmağa başlamışlar. X.Zərərçəkmiş şəxs2Abdullayeva ilə o, dalaşan zaman köməyə gəlməmiş, əksinə sonuncu da onu döymüşdür. Bədənində bunlarla bağlı xəsarətlər də olmuşdur. Yaşadığı evə daxil olan şəxslər üzərinə hücum etdikləri üçün yerdən bıçağı götürmüş, amma ondan əl çəkmədikləri və yerdə onu sürüdükləri üçün zərər çəkmiş şəxslərə xəsarət yetirmişdir. Məhkəmədə dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 verdiyi ifadələrdən görünür ki, onlar Təqsirləndirilən şəxs qaldığı ünvana getmişlər. Dürdanənin qolunu Təqsirləndirilən şəxs yaralamışdır. Dürdanə Təqsirləndirilən şəxs başından vedrə ilə vuranda, Təqsirləndirilən şəxs sonuncuya bıçaq atıb xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs həyətə çıxanda onlar arxasınca həyətə çıxmışlar. Dürdanə Təqsirləndirilən şəxs atasını söymüş, Təqsirləndirilən şəxs da onun atasını söyəndə o, Təqsirləndirilən şəxs arxasınca düşmüş, saçından tutanda Təqsirləndirilən şəxs yerə yıxılmışdır. O, Təqsirləndirilən şəxs saçından tutanda Dürdanə, Turanə orda onun yanında olmuşlar. Məhkəmədə dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 verdiyi ifadələrdən görünür ki, hadisə yerinə gəldikdə ilk öncə Təqsirləndirilən şəxs yaşadığı evə daxil olmuşlar. Xalidə, Turanə və o, Təqsirləndirilən şəxs qardaşlarına qarşı niyə belə etdiyini demişlər. Bundan sonra da Təqsirləndirilən şəxs ilə aralarında dava-dalaş başlamış, Təqsirləndirilən şəxs ilə bir-birilərinə hücum etmişlər. İlk öncə Təqsirləndirilən şəxs ona hücum etmişdir, sonra onları ayırmışlar. Daha sonra isə xəstəxanaya getmişlər. Təqsirləndirilən şəxs ilə bir-birilərinə qarşı hücum etmişlər, əlbəyaxa olmuşlar, saçlarından tutmuşlar. Məhkəmədə dindirilmiş Şahid1 (Abdullayeva) verdiyi ifadələrdən görünür ki, onlar (Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və o) da Təqsirləndirilən şəxs yaşadığı evə sonuncunun qardaşlarının adını hallandırmaması üçün getmişlər. Təqsirləndirilən şəxs onlara yaxşı etdiyini demiş və əlinə bıçaq götürmüşdür. Təqsirləndirilən şəxs əlinə bıçaq götürdüyünü görəndə, o da əlinə boşqab götürmüşdür. O, əlinə boşqab götürəndən sonra Təqsirləndirilən şəxs ilə Dürdanə əlbəyaxa olmuşlar. Təqsirləndirilən şəxs bıçaq atmış və həmin bıçaq Dürdanənin qoluna xəsarət yetirmişdir. Dürdanə Təqsirləndirilən şəxs üzərinə hücum edəndə o, Təqsirləndirilən şəxs əlindən bıçağı almışdır. Xalidə də həmin vaxtı onlardan 2-3 metr aralıda ayaqüstə dayanmışdır. Məhkəmədə dindirilmiş Şahid2 verdiyi ifadələrdən görünür ki, 3 nəfər şəxsin əllərində taxta ilə evə hücum etdiklərini, qapını qırdıqlarını və əllərində taxta ilə təhdidlər etdiklərinin şahidi olmuşdur. O da tez öz evinə girmişdir. Daha sonra gələn 3 nəfər xanım qışqıra-qışqıra çölə çıxdıqlarını görmüşdür. Gələn 3 nəfər şəxs Təqsirləndirilən şəxs öldürdürürdülər, yəni döydürdülər. 3 nəfər şəxsin Təqsirləndirilən şəxsnın əlindən tutduqlarını və sürüdüklərini görmüşdür. O, 3 nəfər şəxsin həyətə daxil olmaqlarını və evdən çıxmaqlarının, evdən çıxanda Təqsirləndirilən şəxs saçından tutub sürüdüklərini görmüşdür. Eyni zamanda məhkəmədək icraat zamanı təqsirləndirilən şəxsin verdiyi ifadələrində də onların (Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, T.Abdullayeva (Vəliyeva) )üstünə hücüm etdikləri, nalayiq sozlərlə təhqir edib döymələri, bundan sonra bıçaqla Dürdanə və Xalidəyə zərbə yetirdiyini, Turanənin bıçağı əlindən götürüb aralandığını bildirmişdir. Zərərçəkmiş şəxs1 da ifadələrində Məleykənin Alişan adlı oğlanla gəzdiyini bildirmiş və Məleykə bu zaman onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Məleykə evin həyətinə çıxmış və o, bacıları ilə birlikdə sonuncunun arxasınca çıxmışdır. Evin həyətində olan zaman Durdanə Məleykənin əlindən bıçağı almaq istəyən zaman Məleykə əlində olan bıçaqla Durdanənin sol qolundan bir zərbə yetirmişdir. Bu zaman Məleykə Durdanəni təhqir etmiş və o, Məleykənin üstünə getmişdir. O, Məleykənin üstünə gedən zaman Məleykə yerə yıxılmış və Durdanə sonuncunun üstünə gedən zaman Məleykənin üzərinə yıxılmışdır. Həmin vaxt orada olan qonşular onları aralamağa başlamış və bu zaman onun qarın nahiyəsindən xəsarət aldığını ağrı olduğundan hiss eləmiş və əli qan olduğunu görmüşdür. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cinayətin bilavasitə törədilməsi zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 onun Turanə və Zərərçəkmiş şəxs2ların yanında bıçaqla xəsarət yetirməsi sonunculara iztirab vermək kimi niyyəti ilə deyil, şəxsi münasibətlər zəminində baş vermiş qarşılıqlı münaqişə zamanı Zərərçəkmiş şəxs1 qəsdən sağlamlığına ağır zərər vurma niyyəti ilə tam əhatə olunmuş, onun həmin anda niyyətinin sadəcə Zərərçəkmiş şəxs1 qəsdən sağlamlığına ağır zərər vurmaq olması yuxarıda göstərilən xüsusatlarla tam olaraq öz təsdiqini tapmışdır. Belə olan halda Təqsirləndirilən şəxs Turanə və Zərərçəkmiş şəxs2ların yanında zərərçəkmiş Zərərçəkmiş şəxs1 qəsdən sağlamlığına ağır zərər vurmasının məhz zərərçəkmiş şəxsin yaxınlarına xüsusi iztirab vermək, yaxud zərərçəkmiş şəxsin yaxınlarına xüsusi iztirab yetirdiyini dərk edərək ona ağır xəsarət yetirmək kimi qiymətləndirilməsi və bununla da Təqsirləndirilən şəxs istər birbaşa, istərsə də dolayı qəsdlə cinayəti məhz xüsusi amansızlıqla törətməsi istisna olunur. Bu isə onu deməyə əsas verir ki, Bəkirova X2 Xalidə Rasim qızı ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun qəsdən sağlamlığına ağır zərər vurması ilə bağlı öz əməlinin mümkün ictimai təhlükəli nəticəsini qabaqcadan görmüş, bunu arzu etməklə, həmin ictimai təhlükəli nəticəyə münasibətdə onun birbaşa qəsdi mövcud olmuşdur ki, qeyd olunan əməl cinayət olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə əhatə olunur. Məhkəmə qeyd edir ki, məhkəmədə dindirilmiş təqsirləndirilən və zərərçəkmiş şəxsin verdikləri ifadələrdə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi xüsusi amansızlıqla zərərçəkmiş şəxsin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar vurmasına dəlalət edən məqamlar yoxdur. İttiham tərəfinin məhkəməyə təqdim etdiyi, ittiham aktında istinad olunan, məhkəmə iclasında tədqiq edilmiş sübutların heç biri də ayrı-ayrılıqda və ya məcmu halında Təqsirləndirilən şəxs CM-in 126.2.2, 126.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməsi qənaətinə gəlməyə əsas vermir. Cinayət işinin materiallarından da görünür ki, hazırkı cinayət işi ibtidai istintaq orqanı tərəfindən CM-in 126.1-ci maddəsi ilə başlanılmış, xx.xx.2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Lakin ibtidai istintaqın yekun mərhələsində - xx.xx.2024-cü il tarixli qərarla yetərli hesab olunacaq mötəbər sübutlar əldə olunmadan Təqsirləndirilən şəxs əməli CMin 126.2.2, 126.2.3 və 128-ci maddələrinə tövsif edilsə də bu kifayət qədər əsaslandırılmamışdır. Həmin ittiham elan edildikdən sonra ibtidai istintaq orqanı tərəfindən sonrakı müddət ərzində toplanmış sübutlar əsasən ekspert rəylərindən ibarətdir ki, bu rəylərində heç biri Təqsirləndirilən şəxs ağır xəsarəti məhz xüsusi amansızlıqla zərərçəkmiş şəxsin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar yetirməsinin təsdiqinə yönəlməmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X13 895 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Bakırova Məleykə Roman qızının bədəni üzərində dərəcələri təyin edilməyən xəsarətlərin müəyyən olunması da ittihamın gəldiyi nəticəni təkzib edir. Beləliklə, məhkəmə bütün yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurma ilə bağlı törətdiyi cinayət əməli “xüsusi amansızlıqla zərərçəkmiş şəxsin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar” deyil, şəxsi münasibətlər zəminində törənmişdir. Ona görə də məhkəmə, işin göstərilən hallarını nəzərə alaraq Təqsirləndirilən şəxs əməlinin CM-in 126.2.2, 126.2.3-cü maddələrindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli CM-in 126.2.2, 126.2.3-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməli və ona 126.1-ci maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini CM-in 126.2.2, 126.2.3-cü maddələrindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs CM-in 126.1 və 128.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri qəsdən törətmişdir, həmin əməllər başa çatmış cinayətdir, CM-in 126.1ci maddəsində nəzərdə tutulan əməl ağır, CM-in 128.1-ci maddəsində nəzərdə tutulan əməl isə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən CM-in 126.1 və 128.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun CM-in 126.1-ci maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, CM-in 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-in 59.1.4, 59.1.12, 59.2-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona qarşı heç bir şikayət və tələbin olmamasını, gənc olmasını, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-in 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CM-in 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları, CM-in 60-cı maddəsinin tələblərini nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən, eləcə də Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-316/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin hökmü ilə CM-in 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3, 68.1.1-1-ci maddələrinə əsasən 01 il 03 ay 04 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Yevlax rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs cəzasını heç çəkməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs hökmlə təyin edilmiş 01 il 03 ay 04 gün azadlığın məhdudlaşdırılması cəzasının 01 il 03 ay 04 günü çəkilməmişdir. CM-in 18.4.4cü maddəsində qeyd edilmişdir ki, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə residiv nəzərə alınmır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş, lakin cinayətin residivini yaratmır. CM-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. CM-in 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bərabər tutulur. CM-in 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 03 ay 04 gün müddəti, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla hesablandıqda 07 ay 17 gün edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, CM-in 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 03 ay 04 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 03 ay 04 gün müddəti, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla hesablanaraq 07 ay 17 gün müddət CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirməklə ona qəti cəza təyin edilməlidir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 13:30-da CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(004)-558/2023 saylı qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin Məhkəmənin xx.xx.2023-ci il tarixli, 4(004)-935/2023 saylı qərarı ilə həbsdə saxlama müddəti 02 ay, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Yasamal RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Müdafiəçi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 125 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 125 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 125 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 750 manat məbləğində pul köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur və ekspertiza xərci müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 03 (üç) ay 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 03 (üç) ay 04 (dörd) gün hissəsi, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla 07 (yeddi) ay 17 (on yeddi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirməklə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 125 (yüz iyirmi beş) saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 750 (yeddi yüz əlli) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur və ekspertiza xərci müəyyən edilməmişdir. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar