Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1862/2024 28.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X4 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1990-cı il tarixdə Masallı rayonu, Ərkivan qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatında olan, ünvan 1 ünvanda kirayədə yaşamış, barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2 fevral 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda və xüsusilə külli miqdarda psixotrop maddə və narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, xüsusilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib satmaq məqsədi ilə “Mehdi” adı ilə tanıdığı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qazanc əldə etmək müqabilində “Mehdi” adlı şəxsə məxsus külli və xüsusilə külli miqdarda narkotik vasitə və psixotrop maddənin satışını həyata keçirməyi barədə razılığa gəlib külli miqdarda, üzərində “Methadone 40" markalanma göstəricisi olan 5 ədəd konvalyutda ümumilikdə 50 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş, təsiredici maddəsinin ümumi miqdarı 2 qram olan narkotik vasitə metadon həblərini, xüsusilə külli miqdarda, təmiz çəkisi 2538 qram narkotik vasitə heroini, xüsusilə külli miqdarda, təmiz çəkisi 1517 qram psixotrop maddə metamfetamini, külli miqdarda təmiz çəkisi 7005 qram narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda, üzərində “Methadone 40” markalanma göstəricisi olan 30 ədəd konvalyutda ümumilikdə 300 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş, təsiredici maddəsinin ümumi miqdarı 12 qram olan narkotik vasitə metadon həblərini götürüb qanunsuz olaraq əldə edib, istifadəsində olan “Toyota” markalı “Prius” modelli **-XJ-*** dövlət qeydiyyat nömrəli avtomobilin arxa baqajında saxlayaraq daşımış, onun narkotik vasitələrin və psixotrop maddələrinə qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində 31 yanvar 2024-cü il tarixdə saat 17:30 radələrində ünvan 3 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə ünvan 4 ünvanında yerləşən Nizami rayon Polis İdarəsinə gətirilmiş, həmin idarədə üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçənin iç sol cibindən külli miqdarda, üzərində “Methadone 40” markalanma göstəricisi olan 5 ədəd konvalyutda ümumilikdə 50 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş, təsiredici maddəsinin ümumi miqdarı 2 qram olan qəhvəyi rəngli dairəvi formalı narkotik vasitə metadon tərkibli həblər aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həmin tarixdə saat 21:00-da onun iştirakı ilə ünvan 6 ünvanında yerləşən Nizami rayon Polis İdarəsinin inzibati binasında qarşısında saxlanılmış “Toyota” markalı “Prius” modelli **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin arxa yük baqajından bir ədəd sellofan bağlamadan xüsusilə külli miqdarda, təmiz çəkisi 2538 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd sellofan bağlamada xüsusilə külli miqdarda təmiz çəkisi 1517 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, külli miqdarda təmiz çəkisi 7005 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisində kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd sellofan bağlamada, külli miqdarda üzərində “Methadone 40” markalanma göstəricisi olan 30 ədəd konvalyutda ümumilikdə 300 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş, təsiredici maddəsinin ümumi miqdarı 12 qram olan qəhvəyi rəngli dairəvi formalı narkotik vasitə metadon tərkibli həblər aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur, narkotik vasitə istifadəçisidir, 31 yanvar 2024-cü il tarixində işə getmək üçün icarəyə götürdüyü avtomobilə yaxınlaşan zaman polis əməkdaşları tərəfindən saxlanılmış, mobil telefonu və avtomobilinin açarları əlindən alınmış, avtomobilinə baxış keçirilmişdir. Avtomobildən heç nə aşkar edilməmişdir. Lakin polis əməkdaşları onu arxa oturacaqda əyləşdirmiş, əməliyyat qrupunun rəhbəri yanına əyləşərək avtomobildən narkotik vasitənin aşkar ediləcəyini, həmin narkotik vasitənin ona aid olduğunu etiraf etməyəcəyi təqdirdə qeyd olunan narkotik vasitəni yaşadığı evə qoyacaqlarını, ailə üzvlərini Polis Bölməsinə gətirəcəklərini bldirmişlər. Eldar adlı polis əməkdaşı ona İranlı şəxslərlə bağlı əməliyyat tədbirləri həyata keçirdiklərini, birazdan narkotik vasitə gətirəcəklərini, həmin narkotik vasitəni avtomobilinə qoymalı olduğunu bildirmişdir. Polis əməkdaşı Eldar ona İranlı şəxsə səs atıb dərmanları olduğu yerə qoyduğunu, qalan dərmanları da hara desə ora yerləşdirəciyini bildirməsini tələb etmişdir. O da deyilən kimi etmişdir. Ona “narkotik vasitələr gətirildikdən sonra sənin avtomobilinə yerləşdirəcəyik, əgər artıq əskik hərəkət etsən polis əməkdaşları sənin evinə girəcəklər” ifadəsi səsləndirilmişdir. Təxminən 1 saat sonra hadisə yerinə bir avtomobil yaxınlaşmış, həmin avtomobildən öz avtomobilinə nəsə ağır yükün atıldığını hiss etmişdir. Bundan sonra o, Polis İdarəsinə aparılmış, polis əməkdaşları vəkilin iştirakı ilə üzərinə baxış keçirmiş, baxış zamanı cibinə qoyulan narkotik vasitəni təqdim etməsi bildirilmişdir. Vəkilə onunla danışmaq istədiyini bildirsə də həmin vəkillə danışmağa imkan verilməmişdir. Təxminən 1 saat sonra avtomobilinə də baxış keçirilmişdir. Avtomobilin yük hissəsinə qoyulan narkotik vasitəni çəkilişlə təqdim edilməsi tələb edilmişdir. Polis əməkdaşları ona məhkəmə qərarı ilə qanuni şəkildə sərbəst buraxılacağını bildirmişlər. Buna etiraz edərək məhkəmədə narkotik vasitələrin ona məxsus olmadığı barədə hakimə məlumat verəcəyini qeyd etmişdir. Polis İdarəsində İranlı şəxsin tutulması istiqamətində əməliyyat tədbiri həyata keçirdiklərini, məhkəmədə ancaq dərmanların özünə məxsus olduğunu bildirməsi deyilmişdir. Barəsində həbs qətimkan tədbiri seçilərkən dərmanların ona aid olduğunu bildirsə də, qalan narkotik vasitənin ona məxsus olmaması barədə məlumat vermişdir. ***- **-** mobil telefon nömrəsindən istifadə edir. Cinayət işi materiallarında olan yazışmalar onun narkotik vasitə istifadəçisi olması ilə əlaqədardır. 400 ədəd dərmanı öz istifadəsi üçün əldə etmişdir. Belə ki, gün ərzində 3-4 metodon həbi qəbul edir. Həmin dərmanların qiymət 10 manat olsa da, istifadəçisi olduğu üçün ona 5 manata satılmışdır. Verilmiş suallara cavab verərkən Təqsirləndirilən şəxs 400 ədəd dərmanı avtomobildə saxlamasının səbəbini gündə 10 ədəd psixotrop maddə istifadə etməsi ilə əlaqələndirmişdir. İbtidai istintaq dövründə ittiham aktında qeyd olunanların yalan olduğunu və polis əməkdaşları tərəfindən ona təzyiq göstərildiyini bildirmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki, Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu il tarixdən narkotik vasitə qurudulmuş marixuananı siqaretə doldurulması, 2020-ci il tarixdən isə narkotik vasitə heroini falqada yandırılması üsulu ilə qəbul etməyə başlamışdır. 2020-ci ilin axırlarından metadon həblərini su ilə udaraq qəbul etməyə başlamışdır. 2021-ci ilin yanvar ayının axırları Masallı rayonu, Ərkivan qəsəbəsində üzərində narkotik vasitə heroini saxladığı üçün Masallı rayon Polis Şöbəsinin polis əməkdaşları tərəfindən tutulmuş və Masallı Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Həmin ərəfədə o, yenə narkotik vasitə qəbul edirmiş. 2021-ci il tarixdə atası Elxan Məmmədov onu ev şəraitində müalicə etdirmişdir. Onun ağrıları olduğu üçün yenə narkotik vasitə qəbul etməyə başlamışdır. 2022-ci il tarixdə atası Elxan Məmmədov onu yenə narkotik vasitə qəbul etdiyini bilmiş və onu evdən qovmuşdur. O, Ərkivan qəsəbəsində yaşayan nənəsi Ələviyə Məmmədovanın yaşadığı evdə qalmışdır. 2023-cü ilin iyul ayında “İnstagram” sosiaı şəbəkəsində “Mehdi” adlı şəxslə tanış olmuş və onunla mesajla yazışmışdır. Mehdi ilə yazışan zaman ona məlum olmuşdur ki, X12 Respublikasının vətəndaşıdır, Tehran şəhərində yaşayır. Mehdi ona təklif etmişdir ki, onda ucuz qiymətə satılıq narkotik vasitə heroin, psixotrop maddə və metadon vardır. Bundan sonra o, Mehdi adlı şəxsə istifadəsi üçün metadon lazım olduğunu demişdir. Bundan sonra Mehdi ona İran İslam Respublikasının mobil telefon nömrəsini vermiş və o, Mehdi ilə “WhatsApp” proqramı vasitəsilə əlaqə saxlamağa başlamışdır. Mehdi ona ayrı-ayrı kart hesabları göndərmiş və o, həmin kart hesablarına 300-500 manat göndərmişdir. Mehdi ona “WhatsApp” proqramı vasitəsi ilə koordinatları göndərib həmin yerdən narkotik vasitəni götürməyini demişdir. 2023-cü ilin oktyabr ayından o, tək Bakı şəhərinə köçüb gəlmiş və fəhlə işləməyə başlamışdır. Həmin vaxt o, Bakı şəhəri, Nərimanov rayonu, “Keşlə” bazarına yaxın yerdə bacısı Şəbnəmin evində müvəqqəti olaraq yaşamışdır. 2023-cü ilin noyabr ayında Mehdi ona pulsuz metadon verməyi,əvəzində narkotik vasitə, psixotrop maddə və metadonlar onun dediyi koordinatlara aparıb qoymağı təklif etmişdir. O, Mehdinin şərtini qəbul etmişdir. Bundan sonra Mehdi ona pulsuz listlərdə metadonu koordinatlara qoydurmuş, o da gedib metadonları götürüb qəbul etmiş və narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və listlərdəki metadonu Mehdinin dediyi koordinatlara aparıb qoymuşdur. 2023-cü ilin noyabr ayından Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 129 nömrəli evi 430 manata kirayə tutub yaşamağa başlamışdır. Həmin evin kirayə pulunun 200 manatını Mehdi göndərmiş, o da 230 manat düzəldib kirayə pulunu vermişdir. 20-21 yanvar 2024-cü ildə o, “WhatsApp” proqramı vasitəsilə əlaqə saxlayıb Mehdidən özünün istifadəsi üçün metadon istəmişdir. Həmin günü Mehdi ona “WhatsApp” proqramı vasitəsi ilə koordinat göndərmiş və 40 list “Metadon-40" metadon həbləri göndərdiyini demişdir. Mehdi ona “həmin metadonu götür həm özün istifadə et, həm onun dediyi koordinatlara aparıb qoyarsan” demişdir. O, Mehdiyə razılıq vermişdir. O, koordinata baxmış və görmüşdür ki, həmin koordinat Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Beynəlxalq Avtovağzal”ın yaxınlığıdır. O, qeyd olunan yerə saat 20-21 radələrində tək gedib sellofanda olan 40 list metadonu götürmüş və metadon barədə heç kimə bir söz deməmişdir. Həmin listdə olan metadondan gün ərzində 3-4 ədədini su ilə udaraq qəbul etməyə başlamışdır. Bundan sonra Mehdi ona göndərdiyi 40 listin 30 listini Yeni Günəşli qəsəbəsində bir yerə qoyub koordinatını ona göndərməyini, hələlik 10 listini özünün istifadə etməyini, ona yenə göndərəcəyini demişdir. 23 yanvar 2024-cü il tarixdə saat 22-23 radələrində o, 30 list metadonu kirayə yaşadığı evin yaxınlığında saxladığı avtomobilin təkərinin yanına qoyub şəkilini çəkmiş və koordinatı ilə birlikdə Mehdiyə “WhatsApp” proqramı vasitəsi ilə göndərmişdir. Səhəri günü o, avtomobilin təkərinin yanına qoyduğu 30 list metadonun yerində olmadığını görmüşdür. O, Mehdidən bu barədə soruşmuş və Mehdi demişdir ki, metadonu başqa şəxs götürüb dediyi koordinata qoyubdur. O, Mehdinin göndərdiyi metadon listdən 30 listini Mehdi üçün qoymuş, qalan 10 listi gün ərzində istifadə etməyə başlamışdır. O, qalan matadon listlərini əynində olan qara rəngli gödəkçənin iç sol cibinə qoymuşdur. 2024-cü ilin yanvar ayının ortalarında qərara gəlmişdir ki, “Toyota markalı Prius modelli” avtomobili günlük 30 manat olmaq şərti ilə götürsün və taksi fəaliyyəti ilə məşğul olsun. 25 yanvar 2024-cü il tarixdə o, “Toyota markalı Prius modelli” AZ **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi ilə danışmış və günlük 30 manata razılaşmışdır. Həmin avtomobilin sahibi ona “online” qaydada avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Bundan sonra o, taksi şirkətləri olan “Uber” və "Uklon” şirkətlərindən qeydiyyatdan keçib taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. 29 yanvar 2024-cü il tarixdə Mehdi ona “WhatsApp” proqramı vasitəsi ilə zəng vurub koordinat göndərəcəyini, orada olan heroin, metamfetamin, metadon və qurudulmuş marixuananı götürüb onun dediyi koordinata aparıb qoymağını demişdir. O, Mehdiyə razılıq vermiş və Mehdi ona “WhatsApp” proqramı vasitəsi ilə koordinat göndərmişdir. O, koordinata baxıb həmin koordinatın Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində meşəlik ərazi olduğunu görmüşdür. O, qeyd olunan koordinata həmin günü saat 21 -22 radələrində idarə etdiyi “Toyota Prius” modelli Az **- XJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə getmiş və meşəlik ərazidə ağacların dibinə 04 ədəd qara rəngli üzəri yapışqanlı lentlə bağlanmış sellofon bağlamanı görüb götürmüş və həmin qara rəngli sellofan bağlamaları kənarda saxladığı “Toyota Prius” modelli avtomobilin yanına gətirmişdir. Həmin bağlamaların biri digərlərindən böyük olmuş, digər üç bağlama isə nisbətən kiçik olmuşdur. O, nisbətən kiçik olan 3 ədəd bağlamanı avtomobilin arxa baqaj hissəsində ehtiyat təkəri və açarların qoyulduğu yerə qoymuş və üzərində olan örtüklə üstünü bağlamış, nisbətən böyük bağlamanı isə arxa baqaja qoymuşdur. O, Mehdinin həmin bağlamalarda heroin, metamfetamin, metadon və marixuana göndərdiyini bilmişdir. O, Mehdinin göndərdiyi “mallar" barədə heç kimə bir söz deməmişdir. 31 yanvar 2024-cü il tarixdə saat 15-16 radələrində Mehdi ona “WhatsApp” proqramı vasitəsilə zəng vurub demişdir ki, metronun “Qara Qarayev” stansiyasının yaxınlığında bir yer seç, “malları” ora qoy və şəkilini və koordinatları göndər. O, Mehdiyə razılıq vermiş və idarə etdiyi avtomobillə metronun “Qara Qarayev” stansiyasının yaxınlığına gəlib “malları” qoymağa yer axtarmağa başlamışdır. Həmin günü saat 17:30 radələrində o, idarə etdiyi avtomobili metronun “Qara Qarayev” stansiyasının yaxınlığında Nizami rayonu, Şirin Mirzəyev küçəsində saxlamış və avtomobildə sol qabaq oturacaqda əyləşib şüşəni aşağı endirib siqaret çəkə-çəkə ətrafa baxmışdır. Həmin vaxtı onun əynində olan qara rəngli gödəkçənin sol iç cibində 5 list ümumilikdə 50 ədəd metadon olmuş, həmin vaxta kimi Mehdinin ona verdiyi 10 listin 5 listini istifadə etmişdir. Bu zaman iki nəfər mülki geyimdə şəxs ona yaxınlaşmış və özlərini Bakı şəhəri, Nizami rayon Polis İdarəsinin Narkotiklə Mübraizə Bölməsinin polis işçiləri kimi təqdim etmiş və ondan anket məlumatlarını soruşmuşlar. O da polis işçilərinə Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Polis işçiləri narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsində şübhəli bilindiyi üçün onu Nizami rayon Polis İdarəsinin inzibati binasına dəvət etmişlər. O, razılıq vermiş, avtomobildən yerə düşmüş, polis işçilərindən biri “Toyota Prius” modelli avtomobilin sükanın arxasına keçmiş, onu avtomobilin arxa oturacağında əyləşdirmiş, onun yanında arxa oturacaqda başqa polis işçisi əyləşmiş və onlar Nizami Rayon Polis İdarəsinin inzibati binasının həyətinə getmişlər. “Toyota Prius” modelli avtomobil Polis İdarəsinin inzibati binasının həyətində qalmış və polislər onu Polis İdarəsinə aparmışlar. Polis İdarəsinin xidməti otaqlarının birində ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş, ona vəkil siyahısı təqdim edilmişdir. O, polis əməkdaşlarına hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına vəkilin dəvət edilməsini demişdir. Bundan sonra Polis İdarəsinə vəkil gəlmiş və ona vəkil tərəfindən hüquq və vəzifələri izah edilmişdir. Polis əməkdaşları tərəfindən ona videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağı izah edilmişdir. O, üzərində şəxsi axtarış aparılan zaman vəkilin iştirakı ilə aparılmasını bildirmişdir. Vəkilin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarışın aparılmasına başlanmış, videoçəkiliş zamanı polis əməkdaşları özlərini təqdim etdikdən sonra o da özünü təqdim etmişdir. Videoçəkiliş zamanı ona hüquq və vəzifələri yenidən izah olunmuşdur. Polis əməkdaşları şəxsi axtarış aparmamışdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmamasını, olduğu təqdirdə təqdim etməyini təklif etmişlər. O, əynindəki qara rəngli gödəkçənin sol iç cibindən 05 list ümumilikdə 50 ədəd listin üzərində “Metadon-40” sözləri yazılmış matadon həblərini çıxarıb xidməti otaqda olan masanın üzərinə qoyub, 05 listdə olan həblərin metadon olduğunu, 10 gün bundan qabaq X7 vətəndaşı Mehdi adlı şəxsin “WhatsApp” proqramı vasitəsi ilə koordinat göndərdiyini və onun da gedib götürüb istifadə etdiyini bildirmişdir. Sorğu zamanı o bildirmişdir ki, idarə etdiyi avtomobilin arxa baqaj hissəsində Mehdiyə aid narkotik vasitə, psixotrop maddə və metadon həbləri vardır. Bundan sonra 05 list ümumilikdə 50 ədəd metadon həbləri polis əməkdaşları tərəfindən onun və vəkilin yanında zərfə qoyularaq qablaşdırılmış, protokol tərtib olunmuş, zərf möhürlənmiş, zərfin üzəri və tərtib olunmuş protokol o və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra onun razılığı əsasında vəkil və iştirakçılarla birlikdə Nizami rayon Polis İdarəsinin inzibati binasının həyətində idarə etdiyi “Toyota Prius” modelli avtomobilin yanına getmişlər. Polis əməkdaşları tərəfindən ona videoçəkilişlə avtomobilə baxış keçiriləcəyi izah olunmuşdur. O, avtomobilə baxışın vəkilin iştirakı ilə aparılmasını bildirmiş, daha sonra vəkilin iştirakı ilə videoçəkilişlə avtomobilə baxış keçirilməsinə başlanmışdır.Videoçəkiliş zamanı polis əməkdaşları özlərini təqdim etdikdən sonra o da özünü təqdim etmişdir. Videoçəkiliş zamanı ona hüquq və vəzifələri yenidən izah olunmuşdur. Polis əməkdaşları avtomobilə baxış keçirilməzdən əvvəl avtomobildə qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmamasını, olduğu təqdirdə təqdim etməyini təklif etmişlər. O, avtomobilin arxa baqaj hissəsini açıb bir ədəd böyük qara rəngli üzəri yapışqanlı lentlə bağlanmış sellofan bağlamanı, sonra orada olan örtüyü götürüb ehtiyat təkəri və açarlar olan yerdən isə üç ədəd nisbətən kiçik qara rəngli, üzəri yapışqanlı lentlə bağlanmış sellofan bağlamaları təqdim etmişdir. Bundan sonra onun, vəkilin iştirakı ilə nisbətən böyük bağlama açılmış və bağlamanın içindən yaşıl rəngli bitki tərkibli kütlə aşkar olunmuş, digər üç ədəd bağlamanın içindən, birinci bağlamada qəhvəyi rəngli narkotik vasitə heroin, ikinci bağlamadan ağ rəngli psixotrop maddə metamfetamin və üçüncü bağlamadan isə 30 list ümumilikdə 300 ədəd üzərində “Metadon-40" sözləri yazılmış metadon həbləri aşkar olunmuşdur. Bundan sonra içərisində qəhvəyi rəngli narkotik vasitə heroin, içərisində ağ rəngli psixotrop maddə metamfetamin və içərisində 30 list ümumilikdə 300 ədəd üzərində ”Metadon-40’' sözləri yazılmış metadon həbləri polis əməkdaşları tərəfindən onun və vəkilin yanında qablaşdırılmış, möhürlənmiş, üzərləri və tərtib olunmuş protokol o, vəkil və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq bildirmişdir ki, o, Mehdi adlı şəxsin anket məlumatlarını bilmir, Mehdi adlı şəxsin narkotik vasitə və psixotrop maddəni haradan və necə alıb göndərdiyi barədə heç bir məlumatı yoxdur. X12 Respublikasında olduğunu demişdir.Onun Bakı şəhərində adamları olmuş, o adamları vasitəsi ilə narkotik vasitə və psixotrop maddələri ünvalara qoydurmuş, o da həmin ünvanda “mal” götürüb Mehdinin dediyi yerə çatdırmışdır. 077-322- 20-00 saylı nömrə “İPhone 7” markalı mobil telefonunun üzərindədir, həmin mobil telefonu üzərində şəxsi axtarış keçirilən zaman təqdim etmişdir. Həmin mobil telefonda üç ədəd “WhatsApp” proqramı var. Həmin nömrələr ***-***-**-** saylı nömrə, +**********97 nömrə və +1(204) ***-**** nömrəsi ilə qeydiyyatdan keçmişdir. O, Mehdinin istifadəsində olan +**********71 saylı nömrə ilə əlaqə saxlamışdır. O, Mehdi ilə 2022-ci ilin axırları sosial şəbəkədə “İnstagram'’ səhifəsində tanış olmuşdur. Bundan sonra o, gözü ilə əlaqədar İran İslam Respublikasının paytaxtı Tehran şəhərinə getmiş və Mehdi ilə görüşmüşdür. Mehdi onu Tehran şəhərində olan xəstəxanaların birinə aparıb göstərmişdir. O, Masallı rayonuna qayıdıb gəlmiş və Mehdi ilə “WhatsApp” proqramı vasitəsilə yazışmış və onunla əlaqə saxlamışdır. 2023-cü ilin oktyabr ayından Mehdi ona təklif etmişdir ki, ucuz qiymətə satılıq narkotik vasitə və psixotrop maddə var, həmin narkotik vasitənin satılmasında köməklik etsin, ona pulsuz metadon verəcək. O da razılıq vermiş, Mehdi ona pulsuz metadon göndərmiş, o da Mehdinin mallarını özü seçdiyi yerə qoyub, şəkilini çəkib və koordinatını göndərmişdir. O, Mehdinin vasitəsilə Röyal və Emin adlı şəxsi tanımışdır. Mehdi “malı” İran İslam Respublikasından Yardımlı rayonuna göndərmişdir, kimin vasitəsilə göndərdiyini bilmir. Röyal “malı” Bakı şəhərinə gətirmişdir, Röyal Bakı şəhəri, Nizami rayonu, metronun “Qara Qarayev" stansiyasının yaxınlığında yaşayır. Emin də “malları” Bakı şəhərində müxtəlif yerlərə qoyur. Emin Bakı şəhəri, Yasamal rayonu, ATS inzibati binasının yaxınlığında yaşayır. Röyal və Eminin mobil telefon nömrəsini bilmir. 11-12 yanvar 2024-cü il tarixdə o, Mehdidən istifadə etmək üçün narkotik vasitə heroin istəmişdir. Bundan sonra Emin adlı şəxs ona yaşadığı Yeni Günəşli qəsəbəsində olan evin yaxınlığına ağ rəngli “VAZ 2107” markal avtomobillə gəlmiş və ona 30 qram narkotik vasitə heroin vermişdir. O, gün ərzində 2 qram istifadə etmişdir. Emin gəldiyi avtomobili orta yaşlı kişi idarə etmişdir. Həmin avomobilin dövlət qeydiyyat nömrəsinə fikir verməmişdir. Mehdi əsas “malı” Eminin qohumuna göndərmişdir. Eminin qohumu anbardardır. O, Eminin qohumunu görməmiş, ona bu barədə Mehdi demişdir. O, Mehdiyə etdiyi xidmətə görə hissə-hissə 200-250 manat olmaqla ümumilikdə 4100 manat “M10” vasitəsi ilə hesabına göndərmiş, həmin puldan 1500 manatını kirayə qaldığı evə görə vermişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4- 1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək əlavə ifadəsində göstərmişdir ki, o, 31 yanvar 2024-cü il tarixdə saat 14-15 radələrində ünvan 1-də kirayə yaşadığı evdən çıxıb həyətdə saxladığı Toyota markalı Prius modelli avtomobilə yaxınlaşmış, bu zaman üç avtomobildən düşən on nəfər ona yaxınlaşmış, həmin şəxslərdən biri Nizami Rayon Polis İdarəsinin polis işçisi olduğunu bildiyi Eldar adlı şəxs onun əlindən mobil telefonunu və avtomobilin açarını almış, onu arxa oturacağa əyləşdirmiş, ona demişdir ki, onun avtomobilinə narkotik vasitə qoyacaqlar, sən narahat olma həmin "mallar” İran İslam Respublikasının vətəndaşı "Mehdi” adlı şəxsdir, tədbir keçiriləcək, sənə heç bir problem yaranmayacaq. O, həmin şəxslərin təklifi ilə razılaşmamış, həmin şəxslər ona demişlər ki, razı olmasan, ailəni bu söhbətə qatıb, evindən narkotik vasitə çıxarıb ailənlə birlikdə hamınızı tutacaqlar. O, həmin şəxsin sözlərindən qorxmuş və məcburən razılaşmış, Eldar Toyota markalı Prius modelli avtomobillə Yeni Günəşli qəsəbəsindən üzü metronun “Qara Qarayev” stansiyası istiqamətində hərəkət edirmiş, metronun “Qara Qarayev" stansiyasının yaxınlığında “Toyota” markalı “Prius” modelli avtomobilin arxa baqajına nəsə qoymuşlar, onu Nizami Rayon Polis İdarəsinə gətirmişlər və demişlər ki, sən "Qarayev" ərazisində dayanarkən avtomobilinlə birlikdə səni şübhəli bilib sənə yaxınlaşmış, bu cür izahat verərsən. O. da razılaşmış və onun üzərində şəxs axtarış keçirilən zaman öncədən Eldar ona 5 konvalyut vermiş və demişdir ki, videoçəkiliş zamanı özün təqdim edərsən, O, da təhqiqatçının yanında 5 konvalyutu təqdim etmiş, sorğu zamanı Eldarın dediyi kimi “Toyota” markalı avtomobilin arxa baqajında narkotik vasitə olduğunu demişdir. Videoçəkilişlə avtomobilə baxış zamanı arxa baqajdan bir ədəd böyük həcimli bağlama, ehtiyat təkərin yerindən isə üç ədəd bağlama aşkar olunmuş, böyük həcimli bağlamadan qurudulmuş marixuna, birinci bağlamadan heroin, ikinci bağlamada metamfetamin, üçüncü bağlamadan metadon həbləri olduğunu demişlər. Həmin vaxtı onun üzərində və avtomobilində heç bir şey olmamışdır (cild 1, iş vərəqə 75-79, 98-99, 263). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olması ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında ondan və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs Şirin Mirzəyev küçəsində idarə etdiyi avtomobilin yanında saxlanılmış və Polis İdarəsinə dəvət edilmişdir. Polis İdarəsində Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan dərman preparatları aşkar olunmuş, idarə etdiyi avtomobilə baxış keçirilərkən avtomobilin yük hissəsindən narkotik vasitələr olan bükümlər aşkar edilmiş, təqsirləndirilən şəxs narkotik vasitəni İran vətəndaşından əldə etdiyini bildirmişdir. Avtomobili ilə Polis İdarəsinə gətirildikdən sonra açarlar təqsirləndirilən şəxsin özünə təhvil verilmişdir. Avtomobilə baxış keçirilərkən təqsirləndirilən şəxs və onun müdafiəçisi də iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı əsasında Şirin Mirzəyev küçəsində saxlanılaraq Polis İdarəsinə dəvət edilmiş və üzərindən narkotik tərkibli dərman aşkar edilmişdir. Təqsirləndirilən şəxsin idarə etdiyi avtomobilə baxış keçirilərkən avtomobilindən narkotik vasitələr olan, “marixuana”, “metamfetamin”, “kokos” aşkar edilmişdir. Avtomobili ilə Polis İdarəsinə gətirildikdən sonra avtomobilin açarları təqsirləndirilən şəxsə təhvil verilmiş, təqsirləndirilən şəxsin avtomobilinə baxış saxlanılarkən deyil, üzərinə şəxsi axtarış keçirildikdən sonra həyata keçirilmişdir. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra başqa şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər həyata keçirilməmiş, ona qarşı psixoloji və fiziki təzyiq olunmamış, narkotik vasitə onlar tərəfindən Təqsirləndirilən şəxs avtomobilinə qoyulmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, 30 yanvar 2024-cü il tarixdə nəvəsinin doğum günü ilə əlaqədar olaraq Bakıya gəlmişdir. Oğlu Orxan onun telefon zənglərinə cavab vermədiyinə görə gəlini ilə əlaqə saxlamış sonuncu Orxanın harada olduğundan xəbəri olmamasını bildirmişdir. 1 fevral tarixində gəlininə “102” xidmətinə Orxan barədə məlumat verməsini tapşırmış, həmin gün Nizami rayon Polis İdarəsindən polis əməkdaşı zəng edərək Orxanın yüngülvari xəta etdiyini söyləmişdir. 4-5 gün sonra şəhərə gələrək müstəntiqlə görüşmüş, müstəntiq ona Orxanın yüngülvari narkotik vasitə istifadə etdiyi barədə məlumat vermişdir. Orxan maddi sıxıntılarla əlaqədar taksi fəaliyyəti ilə məşğul olmuşdur. Orxanın tutulması barədə ailə üzvlərinə iki gün məlumat verilməmişdir. Məhkəmədə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs xatırlamadığı tarixdə avtomobil icarəyə vermişdir. İcarə üçün Orxanla müqavilə bağlamasa da bu barədə mesajları və qeydiyyat dəftəri də olmuşdur. Avtomobili Orxana günlük 30 manata icarəyə vermişdir. X6 özü təhvil almışdır. Avtomobili 3-4 gün yoxa çıxmış, Orxan onun zənglərinə cavab verməmişdir. Məhkəmədə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, Şahid5 “WhatsApp” proqramı vasitəsilə ona avtomobilin icarəyə verilməsilə əlaqədar sənədləri göndərmişdir. Başqa heç nədən məlumatı yoxdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 31 yanvar 2024-cü il tarixli “şəxsi axtarış və götürmə” haqqında protokoldan və ona əlavə edilmiş həmin istintaq hərəkətinin videogörüntüsünü özündə əks etdirən 1 ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən sonuncu əynində olan qara rəngli gödəkcənin iç sol cibindən üzərində “Methadone 40” yazısı olan 5 ədəd konvalyutda ümumilikdə 50 ədəd dərman həblərini, göy rəngli şalvarının sağ yan cibindən avtomobil açarı, 1 ədəd “İphone” markalı mobil telefonu çıxararaq masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan dərman həblərinin metadon olduğunu, həmin dərman həblərini təxminən 10 gün qabaq İran vətəndaşı Mehdi adlı şəxsdən “zakladka” yolu ilə əldə edərək üzərində saxladığını, idarəyə gətirilmiş avtomobilində də narkotik maddələr saxladığını bildirmişdir (cild 1, iş vərəqə 31-32). 31 yanvar 2024-cü il tarixli “nəqliyyat vasitəsinə baxış və götürmə aparılması barədə” protokoldan və və ona əlavə edilmiş həmin istintaq hərəkətinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota markalı Prius modelli”, “AZ **-XJ-***” dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin yük yerindən 01 ədəd yapışqan lentlə sarılmış, iri həcmli qara polietilen bağlama,avtomobilin yük yerinin saxlanc hissəsindən 03 ədəd yapışqan lentlə sarılmış qara polietilen bükümlər aşkar edilmiş, həmin yapışqan lentlə sarılmış, birinci iri həcmli qara polietilen bağlamanın içərisində baxış keçirildikdə spesifik qoxuya malik yaşıl ot kütləsi, digər 03 ədəd yapışqan lentlə sarılmış qara polietilen bükümlərin birincisinə baxış keçirildikdə, toz şəklində qəhvəyi rəngli maddə, bükümlərin ikincisinə baxış keçirildikdə ağ rəngli, kristal halında maddə, bükümlərin üçüncüsünə baxış keçirildikdə 30 ədəd konvalutda, hər birində 10 ədəd olmaqla, arxasında “metadon-40” sözləri yazılmış, ümumilikdə 300 ədəd dərman həbləri aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs iri həcmli ot kütləsinin narkotik vasitə hesab edilən qurudulmuş marixuana olduğunu, qara bağlamadakı maddələrin birinin narkotik vasitə heroin olduğunu, digərinin metamfetamin olduğunu, üçüncü bağlamada isə dərman həblərinin “Metadon” olduğunu və onları 2 gün qabaq İran İslam Respublikasının vətəndaşı Mehdi adlı şəxsdən “zakladka” yolu ilə əldə edərək avtomobilində saxladığını bildirmişdir (cild 1, iş vərəqə 34-35). 01 fevral 2024-cü il tarixli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “...Təqsirləndirilən şəxs ...” yazıları və imzalar olan ağ rəngli sintetik torbadakı 01 (bir) ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi - 7005 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatından sonra marixuananın qalıq çəkisi 7004,8 qram təşkil etmişdir (cild 1, iş vərəqə 41-44). 01 fevral 2024-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №162”-li dairəvi möhür əksi, "(imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki üzərində “Methadone 40” markalanma göstəricisi olan 5 ədəd konvalyutda ümumilikdə 50 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli həblərdir və 50 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 2 qram təşkil edir (üzərində qeyd olunmuş göstəiciyə əsasən bir həbdə 0.04 qram metadon olmaqla). Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 162”-li dairəvi möhür əksi, “(imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan yaşlı rəngli polietilen bağlamadaki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2538 qram (2 kq 538 qram) qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1517 qram (1 kq 517 qram) ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, üzərində “Methadone 40” markalanma göstəricisi olan 30 ədəd konvalyutda ümumilikdə 300 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəci formalı həblər metadon tərkibli həblərdir və 300 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 12 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0.04 qram metadon olmaqla). Təqsirləndirilən şəxs üzərindən və nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş ümumilikdə 350 ədəd həbdən ibarət metadon təsiredici maddəsinin ümumi miqdarı 14 qramdır və həmin həblər xarici əlamətlərinə və tərkibindəki təsiredici maddəsinin miqdarına görə eynidirlər. Ekspertiza tədqiqatından sonra üzərindən götürülmüş metadon həblərinin qalıq miqdarı 45 ədəd, nəqliyyat vasitəsindən götürülmüş heroinin qalıq çəkisi 2537,8 qram, metamfetaminin qalıq çəkisi 1516,8 qram, metadon həblərinin qalıq miqdarı 295 ədəd təşkil etmişdir (cild 1, iş vərəqə 45-50). 23 may 2024-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Şahid1 ilkin ifadələrindəki xüsusatları üzləşdirmə zamanı bir-birlərinin üzünə qarşı təsdiq etmişlər ( cild 1, iş vərəqi 230-233). 23 may 2024-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Şahid2 ilkin ifadələrindəki xüsusatları üzləşdirmə zamanı bir-birlərinin üzünə qarşı təsdiq etmişlər (cild 1, iş vərəqi 234-237). 17 fevral 2024-cü il tarixli məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyət müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 201-203). 29 fevral 2024-cü il tarixli məhkəmə-kompüter texniki ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “ios 15.8” əməliyyat sistemi ilə təhciz olunmuş “iPhone 7" markalı “A1660” modelli “**********55472” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş “iPhone 7” markalı “A1660” modelli mobil smartfonun yaddaşında (kontaktlar, zənglər, “SMS” mesajlar, foto, audio, video, fayllar, “WhatsApp”. “WhatsApp Business” proqram təminatları vasitəsi ilə aparılmış məlumat mübadilələri və sair fayllar) mövcud olan və yaddaşından pozulmuş məlumatlar müəyyən olunmuş və müvafiq məlumatları özündə əks etdirən DVD-R disk cinayət işi materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 220-223). 16 may 2024-cü il tarixli məhkəmə komputer-texniki ekspertizasının 29 fevral 2024-cü il tarixli rəyinə əlavə edilmiş 01 ədəd DVD diskə baxış keçirərkən Təqsirləndirilən şəxs istifadəsində olmuş “İPhone 7” markalı mobil telefonunda olan WhatsApp proqramı vasitəsi ilə 27 yanvar 2024-cü ildə saat 22:22-də göndərilmiş “Elli, alınmırsa mən “draznit" olmuyumda qaqa, görüşməyəcəksənsə mənə bir kəlmə de, bilim”, 30 yanvar 2024-cü ildə saat 23:12-də göndərilmiş “ Qaqa gör nə deyirəm, başına dönüm, 50 paçka dərman. 80 dənə tiryekdir, sənin məndə əmanətin mənim qardaşım, 50 verdin mənə, 1850 manat bir pulun qalıb səndə, 1000 dənə dərman vermişəm qardaş, 1500 o, 1850+1500 3350, Mehdi başına dönüm 3350 manatı vurdur mənə əmanətini də hara deyirsən aparım verim, qardaş. Belə iş olmur, mən aparıb ver bir ucdan ver, nəbilim qaqa, mənim atdığımın pulunu mən hələ əlimə almamışam, başa düşün qardaşım allah sənin işini avand eləsin qaqa, mən səndən artıq pul istəmirəm, gördüyüm işin pulunu vurdur mənə, əmanətinidə aparım verim, 5 gündü sənin adamın deyir əmanət qoyuram, əmanət qoyuram, adamla nə bilim e, yaraşmayan oyun oynayır, başa düşün brat, yaraşmır bizə, indi uşaqları aparıb qoyuram anasıgildə, səninlə əlaqəyə çıxacam”, 30 yanvar 2024-cü ildə saat 23:20-də göndərilmiş “ Belə şey olunmurda Mehdi, belə şey olunmur qaqa, belə yoldaşçılıq olmur, sən öl, özüm ölüm, mənim bugünkü günə evdə yeməyə çörəyim yoxdur, sənə evin pulunu dedim qaqa, atın dalıyca mənlə elə danışdın ki, pul dedim, özüm utandım sənə dediyim pul görə, hansı ki qaqa, mən sənə demirəm mənə əlavə pul ver, dedim mənim öz pulumdan ver mənə, allaha and olsun düzə çörək yoxdur, allah haqqı düzə çörək yoxdur, aparım uşaqları qoyum qaqa, zəng edərəm sənə, səbrli ol”, 30 yanvar 2024-cü ildə saat 23:59-də göndərilmiş “ qaqa, 40 dənə tiryek qoydum, birdə 400 dənə mete, çıxım bir yaxşı yer tapım qoyum, sənə xəbər edirəm, birdə gör nə deyirəm, heç olmasa bu günləri 100- 150 manat vurdıır, sən öl evdə heç zad yoxdur, səhər indi nə vurdurarıq onu danışarıq, bu gün heç olmasa 100-150 manat vurdur”, 31 yanvar 2024-cü ildə saat 00:26-da göndərilmiş “ qaqa, qabaq sol təkərin üstündə, əlini salsın krelin altına, qabaq sol təkərin üstünə qoymuşam, götürsün” məzmunda audio fayllar və sair narkotik vasitə, o cümlədən psixotrop maddənin satış ilə bağlı mesaj və videogörüntülər müəyyən edilmişdir(cild 1, iş vərəqə 224-227). 6 aprel 2024-cü il tarixli “Cinayət işi materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında” protokoldan və SMS mətnlərinə dair məlumatları özündə əks etdirən "xxxx" MMC-dən 27 mart 2024-cü il tarixli müşayiət məktubu əsasında göndərilmiş 01 ədəd diskə keçirilmiş baxışdan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********00 nömrəsi vasitəsilə aparılan danışıqlardan görünür ki, +**********00 nömrə istifadəçisinə “Teti senol.ozum olum problem yaranib evde ya karti at cıtim yada gozde biraz sakitliy olsun goturub verrem qismete verer sene patida verrem cekersiz”, +**********76 nömrə istifadəçisinə “ Qaqa sen 200kart atram at ona yerin deyim gotir qayıda bilmirem atmiwam sizin mehleye yerin deyim gotur”. +**********46 nömrə istifadəçisinə “bloka gir birimci mertebede pemecerede rozvibqapaqin altinda” və sair narkotik vasitə və psixotrop maddənin satışı ilə bağlı mesajlar göndərməsi müəyyən edilmişdir. (cild 1, iş vərəqə 197- 199). 5 fevral 2024-cü il tarixli Masallı Rayon İcra Hakimiyyətinin Başçısının Ərkivan Qəsəbə İnzibati Ərazi X3 daxil olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur ( cild 1, iş vərəqi 123). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2 fevral 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 24 gün azadığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqə 145-146). 25 noyabr 2024-cü il tarixli Masallı rayon İcra və Probasiya Şöbəsinin 2-2815/24-62-16 nömrəli məktubundan görünür ki, “8 noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi” haqqında Milli Məclisin xx.xx.2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs cəzasına amnistiya tətbiq edilmiş (müddəti 1 il azaldılmış) və cəza müddəti başa çatdığı üçün məhkum xx.xx.2022-ci il tarixdə Masallı rayon İcra və Probasiya Şöbəsinin probasiya qeydiyyatından çıxarılmışdır. 23 may 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs üzərindən və yaşayış yerindən aşkar olunan narkotik vasitələr və psixotrop maddələr iş üzrə maddi sübut qismində tanınmış, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 45 ədəd təşkil edən metadon tərkibli həblər, bir ədəd “İphone 7” markalı mobil telefon, idarə etdiyi “Toyota Prius” modelli AZ **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1516,8 qram təşkil edən psixotrop maddə metamfetamin, qalıq çəkisi 295 ədəd təşkil edən üzərlərində “F/M40” yazısı həkk olunmuş metadon tərkibli həblər, qalıq çəkisi 2537,8 qram təşkil edən heroin və qalıq çəkisi 7004,8 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanılma anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə, avtomobilinə baxış və götürmə istintaq hərəkətinin keçirilməsinin görüntülərini özündə əks etdirən 02 ədəd DVD diskin, Təqsirləndirilən şəxs istifadəsində olmuş “İPhone 7” markalı mobil telefonun “WhatsApp” proqramı vasitəsi ilə göndərilmiş mesaj, audio və videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD diskin, Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********00 nömrəsi vasitəslə aparılan danışıqları özündə əks etdirən 01 ədəd CD diskin isə cinayət işi materiallarında saxlanılması müəyyən edilmişdir. (cild 1, iş vərəqə 238-254). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” 12 iyul 1988-ci il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə CM-nin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma ” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 №-li qərarının 9cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 16-cı bəndinin 3-cü abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1-1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edibetməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın 2-ci Siyahısının 118-ci bəndinə əsasən - təmiz halda 400 (dörd yüz) qram və daha artıq çəkidə psixotrop maddə metamfetamin, həmin Siyahıların 1-ci siyahısının 83-cü bəndinə əsasən təmiz halda 800 (səkkiz yüz) qram və daha artıq çəkidə narkotik vasitə heroin xüsusilə külli miqdar, 111-ci bəndinə əsasən təmiz halda 1,6 qram və daha artıq çəkidə( 160 qrama qədər) narkotik vasitə metadon külli miqdar və 109.1-ci bəndə əsasən qurudulmuş halda 500 (beş yüz) qram və daha artıq çəkidə(50000 qrama qədər) narkotik vasitə marixuana külli miqdar təşkil edir. Məhkəmə, təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmaması, yalnız 400 ədəd metadon həblərinin ona məxsus olması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, cinayət işi materiallarından görünür ki, təqsirləndiriliən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə bir-birilə ziddiyyət təşkil edən ifadələr vermiş, ibtidai istintaq dövrünün əvvəllərində üzərindən və avtomobilindən aşkar edilən narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olmasını mübahisələndirməsə də məhkəməyədək icraatın sonrakı mərhələsində, həm də məhkəmə iclasında həmin ifadələri qismən təkzib etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin 400 ədəd həbin ona məxsus olmasına baxmayaraq avtomobilindən aşkar edilmiş digər narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olmaması barədə məhkəmə iclasında verdiyi ifadəni qəbul etmir, ona görə ki, təqsirləndirilən şəxsin barəsində keçirilmiş şəxsi axtarış istintaq hərəkəti zamanı götürülmüş istifadəsində olan mobil telefonundan pozulmuş, lakin məhkəmə komputertexniki eskpertizası vasitəsilə bərpa edilmiş məlumatları özündə əks etdirən DVD diskə baxış keçirilərkən həqiqətən Mehdi adlı şəxslə müxtəlif ölçüdə və növdə narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi məzmununda danışıqların aparılması müəyyən edilmişdir. Müdafiə tərəfinin Təqsirləndirilən şəxs tutulduqdan sonra onun nömrəsindən əməliyyat tədbirinin keçirilməsi ilə əlaqədar İran vətəndaşının nömrəsinə sms göndərilməsi barədə dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin istifadəsində olan yazışmaların bərpa edilməsinə dair diskə baxış keçirilərkən aydın olur ki, həmin danışıqlar nəinki tutulduğu gün, həm də tutulmadan bir gün əvvəl aparılmışdır. Bundan başqa həmin məlumatlar təqsirləndirilən şəxs tutulduqdan, barəsində həbs qətimkan tədbiri seçildikdən, şübhəli və təqsirləndirilən şəxs qismində dindirildikdən sonra təyin edilmiş məhkəmə komputer-texniki eskpertizasının rəyi ilə istintaq orqanına məlum olmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs narkotik vasitələri Mehdi adlı şəxsdən alması barədə verdiyi ifadələri həmin hissədə yoxlanılarkən istintaqın sonrakı mərhələsində öz təsdiqini tapmışdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, həm üzərindən, həm avtomobilindən aşkar edilən narkotik vasitələr və psixotrop maddələrin ona məxsus olması işin mübahisələndirilməyən hallarını təşkil edir. Məhkəmə Təqsirləndirilən şəxs həm üzərindən, həm də idarə etdiyi avtomobildən narkotik vasitələrin və psixotrop maddələrin aşkar edilməsini, aşkar edilmiş maddələrin miqdarını, növ müxtəlifliyini, həm də Təqsirləndirilən şəxs yaşadığı evə görə kirayə pulunun Mehdi adlı şəxs tərəfindən ödənilməsi, təqsirləndirilən şəxsin sonuncunun tapşırığı ilə ayrı-ayrı ünvanlara pul müqabilində narkotik vasitə yerləşdirməsi, lakin gördüyü işlər müqabilində pulunun ödənilməməsi kimi halları özündə əks etdiən “WhatsApp” vasitəsilə aparılan danışıqları əsas götürərək təqsirləndirilən şəxsin həmin narkotik vasitə və psixotrop maddələri satış məqsədilə əldə edilməsi qənaətinə gəlir. Belə nəticəyə gələrkən həm də o halı əsas götürür ki, təqsirləndirilən şəxsin istifadəsində olan +**********00 telefon nömrəsi vasitəsilə aparılan danışıqlarını özündə əks etdirən CD diskə baxış keçirilərkən onun əvvəllər də ayrı-ayrı şəxslərə narkotik vasitə satmasını təsdiq edən məlumatlar aşkar edilmişdir. Lakin məhkəmə təqsirləndirilən şəxsin həm üzərindən, həm idarə etdiyi nəqliyyat vasitəsindən narkotik vasitələrin və psixotrop maddələrin bir-biri ilə kəskin fərqlənən zaman kəsiyində deyil, 31 yanvar 2024-cü il tarixdə barəsində həyata keçirilən şəxsi axtarış istintaq hərəkətinin davamı olaraq özünün ifadəsinə və razılığına əsasən idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilərkən aşkar olunmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlləri hazırki vəziyyətdə təkrarən satış məqsədilə narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi kimi tövsif edilə bilməz. Məhkəmə belə qənaətə gələrkən həm də o halı əsas götürür ki, Cinayət Məcəlləsinin 234-cü maddəsində nəzərdə tutulan cinayətlər formal tərkibli olmaqla uzanan cinayətlərə aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 74 və 139-cu maddələrinə əsasən Cinayət Məcəlləsinin 234-cü maddəsində sadalanan müvafiq hərəkətlərin qarşısının alınma tarixi cinayətin törədildiyi vaxt kimi qiymətləndirildiyindən təqsirləndirilən şəxsin əməllərinin Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə tövsif edilməsi üçün onun tutulma tarixi və üzərindən qanunla qadağan olunmuş narkotik vasitələrin və psixotrop maddələrin və ya güclü təsir edən dərman vasitələrinin aşkar edilməsi faktı kifayət edir. Hazırki iş üzrə təqsirləndirilən şəxs tərəfindən yuxarıda göstərilən maddələrin və vasitələrin satış məqsədilə əldə etməsi, saxlaması və daşıması əməllərinin eyni əməliyyat məlumatı əsasında həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində ifşa olunması həmin şəxsin hərəkətlərinin həmçinin təkrarlıq əlaməti ilə tövsif edilməsini istisna edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Həmin əməl onun tərəfindən qəsdən törədilmişdir. Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən həmin Məcəllənin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayətlər təsnifatına görə xüsusilə ağır cinayətlər kateqoriyasına daxildir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs himayəsində 27 iyul 2022-ci il təvəllüdlü azyaşlı övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirici hal kimi nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olması kimi cəzanı yüngülləşdirən halın mövcudluğunu, barəsində cəzasını ağırlaşdıran halın olmamasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olunması məqsədə müvafiqdir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 31 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 22), Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2 fevral 2024-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 31 yanvar 2024-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 96-97). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 31 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. 23 fevral 2024-cü il tarixli ambulator məcburi narkoloji tibbi yoxlamaya dair 1236 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 204-205). Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Nizami rayon Polis İdarəsinin növbətçi hissəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 45 ədəd təşkil edən metadon tərkibli həblər, idarə etdiyi “Toyota Prius” modelli AZ **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1516,8 qram təşkil edən psixotrop maddə metamfetamin, qalıq çəkisi 295 ədəd təşkil edən üzərlərində “F/M40” yazısı həkk olunmuş metadon tərkibli həblər, qalıq çəkisi 2537,8 qram təşkil edən heroin və qalıq çəkisi 7004,8 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs barəsində keçirilmiş şəxsi axtarış və götürmə, idarə etdiyi avtomobilinə baxış və götürmə istintaq hərəkətinin video görüntülərini özündə əks etdirən 02 ədəd DVD disk, Təqsirləndirilən şəxs istifadəsində olmuş “İphone 7” markalı mobil telefonun “WhatsApp” proqramı vasitəsi ilə göndərilmiş mesaj, audio və videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk, Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********00 nömrəsi vasitəslə aparılan danışıqları özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, təqsirləndirilən şəxsin üzərindən aşkar edilən bir ədəd “İphone 7” markalı mobil telefon aiə üzvlərinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 114 (yüz on dörd) manat məbləğində məhkəmə-kimyəvi ekspertiza xərci (cild 1, iş vərəqə 46), 78 (yetmiş səkkiz) manat məbləğində məhkəmə-bioloji ekspertiza xərci (cild 1, iş vərəqə 42), 80 (səksən) manat məbləğində məhkəmə kompüter-texniki ekspertiza xərci (cild 1, iş vərəqə 221) tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq dövründə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ibtidai istintaq zamanı müvafiq olaraq Azərbaycan Respublikasının Vəkillər Kollegiyası 6 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən, belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla ibtidai istintaq dövründə göstərilmiş 10 (on) iş saatı həcmində hüquqi yardımla bağlı X1 vəkil işlədiyi 6 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 60 (altmış) manat məbləğində pul köçürülməlidir (cild 1, iş vərəqə 295-296). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 31 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 45 ədəd təşkil edən metadon tərkibli həblər, idarə etdiyi “Toyota Prius” modelli AZ **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1516,8 qram təşkil edən psixotrop maddə metamfetamin, qalıq çəkisi 295 ədəd təşkil edən üzərlərində “F/M40” yazısı həkk olunmuş metadon tərkibli həblər, qalıq çəkisi 2537,8 qram təşkil edən heroin və qalıq çəkisi 7004,8 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana məhv edilsin; - Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış və götürmə, avtomobilinə baxış və götürmə istintaq hərəkətinin keçirilməsinin video görüntülərini özündə əks etdirən 02 ədəd DVD disk, Təqsirləndirilən şəxs istifadəsində olmuş “İphone 7” markalı mobil telefonun “WhatsApp” proqramı vasitəsi ilə göndərilmiş mesaj, audio və videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk, Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********00 nömrəsi vasitəsilə aparılan danışıqları özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın; - Təqsirləndirilən şəxs üzərindən aşkar edilən bir ədəd “İphone 7” markalı mobil telefon onun ailə üzvlərinə qaytarılsın. Təqsirləndirilən şəxs 272 (iki yüz yetmiş iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. İbtidai istintaq mərhələsində 10 iş saatı həcmində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 6 saylı Vəkil Bürosunun hesabına vəkil X5 üçün 60 ( altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-1862/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1862/2024
28.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver