Məhkəmə qərarları › İş №1(101)-1864/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1864/2022

30.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1864/2022 30.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Bayramova Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1980-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, məhkum olunmuş, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 2A ET mənzil 28-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsində nömrəsiz evdə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçildiyindən hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan «Seyid» adlı şəxslə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşınması barədə razılığı gəlib, aralarında olan razılaşmaya əsasən «Seyid» adlı şəxsin “WhatsApp" ani mesajlaşma tətbiqi vasitəsi ilə telefon danışığı zamanı bildirdiyi lakin istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 3019,50 qram narkotik vasitə heroin, külli miqdarda 1039,255 qram psixotrop maddə metamfetamin, təsiredici maddəsi sintetik narkotik vasitə metadonun ümumi çəkisi 15,360 qram təşkil edən külli miqdarda ümumi sayı 384 ədəd üzərində «Methadone 40» yazılan 39 ədəd konvalyutda həbləri əldə edib, üzərində saxlayaraq yaşadığı Bakı şəhəri, Sabunçu rayonu Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsində yerləşən nömrəsiz evə daşımış, «Seyid» adlı şəxsin tapşırığına əsasən psixotrop maddə metamfetamindən 19,255 qramını ayırıb üzərində saxlayaraq sonuncunun “WhatsApp" ani mesajlaşma tətbiqi vasitəsi ilə ona bildirəcəyi ünvana çatdırmaq məqsədi ilə daşımış, 18 iyun 2022-ci il tarixdə saat 18:10 radələrində Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsində nömrəsiz evin qarşısında piyada hərəkət edən zamanı saxlanılaraq ünvan 1 ünvanda yerləşən Azərbaycan Respublikası DİN-nin BNMİ-nin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zamanı əynində olan qara rəngli şalvarımın sağ yan cibindən bir ədəd sellofan bükümdə küllü miqdarda təmiz çəkisi 19,255 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həmin gün keçirilən əməliyyat tədbirlərinin davamı olaraq saat 22.30 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsində yerləşən nömrəsiz evdə aparılmış axtarış nəticəsində evin yataq otağında quraşdırılmış taxta konstruksiyalı dolabın alt hissəsində bir ədəd göy rəngli çantasının içərisində saxlanılan 4 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1000,0 qram, 990,0 qram, 990,0 qram, 39.5 qram olmaqla ümumi təmiz çəkisi 3019,50 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd sellofan bükümdə təmiz çəkisi 1020,0 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin və təsiredici maddəsi sintetik narkotik vasitə metadonun ümumi çəkisi 15,360 qram təşkil edən külli miqdarda ümumi sayı 384 ədəd üzərində «Methadone 40» yazılan 39 ədəd konvalyutda qəhvəyi rəngli dairəvi formalı öz aralarında xarici görüşünə və kimyəvi tərkib komponentləinə görə eyni olan həblər, hər birinin səthində narkotik vasitə heroinin izləri olan 1 ədəd qara rəngli və 1 ədəd göy rəngli elektron tərəzilər aşkar edilib götürülmüşdür Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, arvadı və bir övladından başqa heç kəsi yoxdur. O yeni tikilmiş binada 35.000 manata ikiotaqlı mənzil almışdır. Həyat yoldaşı polis əməkdaşlarından qorxurmuş. 10 ay əvvəl polis əməkdaşları gecə saat 2-də onun evini satmışlar. Çünki o narkotik vasitə satış ilə məşğul olanlara narkotik vasitə satmağa imkan vermirmiş. Onları döyürmüş. Onların əlindən malları, habelə telefonlarını alırmış. İranlı şəxsi də söymüşdür. Polis əməkdaşları onu dəfələrlə tutub, ona əməliyyatlarını pozduğunu deyərək, ondan malı harada gizlətdiyini soruşurmüşlar. Halbuki o narkotik vasitə satışına mane olurmuş. O narkotik vasitə satmamışdır. Onda tərəzi olmamışdır. Onda iki ədəd büküm olmuşdur, lakin o, 4 kiloqram miqdarda deyilmiş. Üzərində də 20 qram narkotik vasitə yox imiş. Polis əməkdaşları onu saxladıqdan sonra evinə daxil olmuşlar. O evindəki iki ədəd bükümü özü polis əməkdaşlarına evində könüllü olaraq vermişdir. Bundan sonra polis əməkdaşları onu idarəyə aparmışlar. İdarədə onun bir nəfər rəhbər vəzifəli şəxslə görüşünü təşkil etmişlər, ondan həmin şəxslə mübahisə etməməyini istəmişlər və bir sənəd təqdim edərək ona imzalatmışlar. Onlar idarədə çantaları götürmüşlər və evinə gəlmişlər. Onlar onun ailəsinə olan sevgisinin zəifliyi kimi istifadə etmişlər. Belə ki, o həmin çantalarda olan narkotik vasitənin onun olmadığı üçün onların ona təqdim etdikləri sənədləri imzalamırmış. Onlar ailə üzvlərini də videoya çəkəcəkləri ilə onu hədələmişlər. Onlar onu ailəsi ilə hədələdikləri üçün məcburiyyət qarşısında qalıb bütün sənədləri imzalamışdır. Ailə üzvlərinin videoları Youtube proqramında yayılacaqmış. O, o qədər namussuz deyilmiş, ailə üzvləri üçün hər şeyi edərmiş, 100 kiloqram narkotik vasitəni belə öz boynuna götürərmiş. Onun iranlı şəxslə narkotik vasitənin daşınmasına görə hər həftə 200 manat əldə edəcəyi barədə razılaşması olmayıb. Polis əməkdaşları onu yüklüyüblər. Evindəki bükümlərin birində metamfetamin, digərində isə kola var imiş. Kola narkotik vasitə imiş. Polis əməkdaşları onu evinin qarşısında olarkən tutmuşlar, üzərində 20 qram, evində 4 kiloqram narkotik vasitə olmamışdır. Evindəki iki ədəd bükümdə ümumilikdə, nə qədər miqdarda narkotik vasitə olduğunu bilmir, lakin 4 kiloqram ola bilməz. Evindəki iki ədəd bükümü Ramana qəsəbəsində Əli adlı oğlandan götürmüşdür, onu tanımırmış. O başqa şəxslərdən eşitmişdir ki, o narkotik vasitə satır. O da gedib malı onun əlindən almışdır. Narkotik vasitə satan şəxs barədə məlumat əldə edib bu barədə daxili işlər orqanlarına məlumat verməməyi onun səhvidir. O, Əli adlı oğlandan iki ədəd büküm götürmüşdür. Onun içərisində tərəzi yox imiş. Onu 6 nəfər polis əməkdaşı saxlamışdır. Saxlanıldıqdan sonra evinə getmişlər, evdə saxladığı iki ədəd bükümü polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra idarəyə getmişlər. Orada üzərinə narkotik vasitə yerləşdirmişlər. Bundan sonra çantaları götürmüşlər və yenidən evə getmişlər. Evə həmin çantaları yerləşdirib videoçəkiliş keçirmişlər. Qəhvəyi rəngli idman çantası imiş. Saxlanıldığı gündən bir gün əvvəl toydan gəlirmiş, eşitmişdir ki, Ramana qəsəbəsində bir nəfər şəxs narkotik vasitə satır, o da gedib onun əlindən narkotik vasitəni alıb evinə qoymuşdur. Savadsız olduğu üçün narkotik vasitəni götürdükdən sonra birbaşa daxili işlər orqanlarına təqdim etməmişdir. Narkotik vasitəni evə qoymağında məqsədi onu sonra tullamaq imiş. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 18 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatının yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs Sabunçu rayonu ərazisində tərəflərindən saxlanılmış və polis idarəsinə aparılmışdır. İdarənin xidməti otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir və onun şalvarının cibindən psixotrop maddə metamfetaminə bənzər olan maddə aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində aşkar edilən narkotik vasitəni iranlı şəxsdən əldə etdiyini və onun digər hissəsinin yaşadığı evdə olduğunu bildirmişdir. Bundan sonra vəkilin iştirakı ilə, videoçəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmişdir. Evə baxış zamanı Təqsirləndirilən şəxs özü yataq otağına daxil olub orada saxladığı narkotik vasitəni könüllü olaraq təqdim etmişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs üzərində və evində narkotik vasitənin olmaması və özünü narkotik vasitənin satışında təqsirli bilməməsinə dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan 18 iyun 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə - kimyəvi ekspertizası təyin edilərək rəyi alınmışdır. Ekspertizanın 19 iyun 2022-ci İl tarixli 6/3410 saylı rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 7" dairəvi möhür əksi “ Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən..." yazı və imzalar olan zərfdə 1 ədəd bağlamada təmiz çəkisi 19,255 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən..." yazılar olan çantada 4 ədəd bağlamada hər birinin ayrı -ayrılıqda təmiz çəkiləri 1000,0 qram, 990,0 qram, 990,0 qram və 39,5 qram olmaqla ümumi çəkisi 3019,50 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir, 1 ədəd bağlamada təmiz çəkisi 1020,0 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir, 39 ədəd üzərində “Methadone 40” yazılan konvalyutda ümumi sayı 384 ədəd qəhvəyi rəngli, dairəvi formalı həblər öz aralarında xarici görüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub , sintetik narkotik vasitə - metadondur. Ümumi saylı 384 ədəd olan həbin tərkibində metadonun təsiredici maddənin ümumi miqdarı 15,360 qramdır. Həmin çantada olan 1 ədəd qara rəngli və 1 ədəd göy rəngli elektron tərəzinin səthində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədiqatı aparmaq mümkün deyildir. Tədqiqata təqdim edilmiş heroinlər öz aralarında xarici görüşünə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş metamfetaminlər öz aralarında xarici görüşünə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”~in siyahısına (Siyahı İ) daxildir, metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Ekspertiza tədqiqatından sonra heroinin qalıq çəkisi 3019,30 qram, metamfetaminin qalıq çəkisi 1039,155 qram, metadon həblərin qalıq hissəsi 378 ədəd təşkil edir.(ekspertiza tədqiqatın dəri 88 (səksən səkkiz) manatdır. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X7 Şəxsinin 3743 saylı xx.xx.2022-ci il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyin əlamətləri aşkar olunmur. Babayev X1 xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan ambulator məhkəmə pslxiatrik ekspertizasının 25 iyul 2022-ci il tarixli 1938 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs Ələsgər oğlunda hər hansı bir xroniki psixi xəstəliyin əlamətləri müəyyən edilmir. Onda üzvi emosional-ləbil pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilmiş qeri psixotrik pozuntular o dərəcədə ifadə olunmayıb ki, o qərarda göstərilən əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məxburi müalicəyə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq və prosessual hərəkətlərdə iştirak etmək və öz prosessual hüquq və vəzifələrini icra etmək iqtidarındadır. Cinayət işində olan Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun baş təhqiqatçısı polis baş leytenantı X6 tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin saxlanılmasında və satışında şübhəli bilinən Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetaminin aşkar olunaraq götürülməsi barədə 18 iyun 2022-cu il tarixli protokola əlavə etdiyi 01 ədəd «DVD» diskdə qeydə alınmış videoyazısınına baxış keçiririlməsi haqqqında protokoldan görünür ki, diskdə olan «Təqsirləndirilən şəxs şəxsi axtarış» adlı faila daxil olduqda müəyyən olunur ki, faylda 7 dəqiqə 47 saniyədən ibarət olan video görüntü var. Həmin videoyazıya baxdıqda müəyyən olunur ki, Azərbaycan Respublikası DİN- nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun baş təhqiqatçısı polis baş leytenantı X6 Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş saxlanılan şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xidməti otağında şəxsi axtarı keçirilir və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən selofana bükülmüş bir bükümdə psixotrop maddə metamfetamin aşkar edilib götürülür. Şalvarın sol yan cibindən isə 1 ədəd «Samsung» markalı mobil telefon aparatı və **********423978 saylı Kapital banka aid olan kart aşkar olunub götürülür. Həmin psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs İrna İslam Respublikasının! vətəndaşı Seyid adlı şəxsdən satış məqsədi ilə əldə etdiyini etiraf etmişdir. Özünün narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşqul olmadığını bildirərək, ***-***-**-** və ***-***-**-** nömrələri istifadə etdiyini bildirmişdir. Üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetamindən başqada Sabunçu rayonunda yaşadığı evində narkotik vasitənin saxladığını bildirib, evinə axtarış keçirilməsindən etiraz etmədiyini bildirmişdir. Cinayət işində olan Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun baş təhqiqatçısı polis baş leytenantı X6 tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin saxlanılmasında və satışında şübhəli bilinən Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsində yerləşən nömrəsiz evindən narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin aşkar olunaraq götürülməsi barədə 18 iyun 2022-cu il tarixli protokola əlavə 01 ədəd «DVD» diskdə qeydə alınmış videoyazısınına baxış keçiririlməsi haqqında protokoldan görünür ki, diskdə olan «Təqsirləndirilən şəxs evə baxış» adlı faila daxil olduqda müəyyən olunur ki, faylda 17 dəqiqə 28 saniyədən ibarət olan video görüntü var. Həmin videoyazıya baxdıqda müəyyən olunur ki, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun baş təhqiqatçısı polis baş leytenantı X6 Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsində yerləşən nömrəsiz evinə keçirilmiş axtarış zamanı, mənzilin yataq otağının taxta konstruksiyalı dolabın alt hissəsindən 1 ( bir) ədəd göy rəngli çantanı aşkar olunmuş, həmin çantanın içindən 1 ( bir) bükümdə ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər, 4 (dörd) bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər, 384 ədəd metadon həblərinə bənzər kütlələr, 2 ( iki) ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunaraq götürülmüş maddələr narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və narkotik vasitə metadon tərkibli olan həblərdi. Həmin narkotik vasitələri və psixotrop maddələri o İran İslam Respublikasının vətəndaşı «Seyid» adlı şəxsin vasitəsi ilə əldə etmişdir, həmin narkotik vasitələri və psixotrop maddələri «Seyid» adlı şəxsin göstərişi əsasında deyiləcək ünvanlara çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini etiraf etmişdir. Özü narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşqul olmadığını bildirib, arvadı Zülfiyyənin evdə narkotik vasitələrin və psixotrop maddələrin saxlanılmasından məlumatı olmadığını bildirmişdir. Cinayət işində olan «Azerfon» və "xxxx" MMC-dən götürülmüş «CD» diskdə qeyd olunan Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon danışıqlarına baxış keçirilməsi haqqında protokoldan müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs özünə məxsus olan ***- ***-**-** və ***-***-**-** saylı nömrəsinə daxil və xaric olan smslərdən görünür ki, 01 aprel 2022-ci il tarixdən 12 iyun 2022-ci il tarixə qədər olan müddət ərzində müxtəlif nömrələrlə yazışma aparmış, həmin yazışmalarda, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşqul olmuşdur Cinayət işi materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun baş təhqiqatçısı polis baş leytenantı X6 tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin saxlanılmasında və satışında şübhəli bilinən Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetaminin aşkar olunaraq götürülməsi barədə 18 iyun 2022-cu il tarixli protokola əlavə etdiyi bir ədəd «Samsung Galaxy S9» markalı mobil telefon aparatına baxış keçirilmiş telefonun üzərində ***-***-**-** saylı sim nömrə mövcuddur. Mobil telefon aparatına keçirilən baxış zamanı «kontaktlar» bölməsində İran İslam Respublikasının vətəndaşları «Abbasəli +98 904 543 7149», «Baciii +**********38», «Cabir +**********54», «Cəfər Dayı +**********50», «Hamid Rza +989 339160088», «Xəyal teze +989 339159699», «İran +**********33», «Qehraman Emi +**********65», «Nazim Q +**********53», «Seyid +**********46», «Seyid emi +**********14» nömrələr mövcuddur. Mobil telefon aparatın «fotolar» pəncərəsinə daxil olduqda 18 iyun 2022-ci il tarixdə saat 16:13 -də və saat 16:14-də çəkilmiş 2 ədəd fotoşəkil müəyyən olunur, həmin fotoşəkildə Ağababa Babayevin telefon vasitəsi ilə təxminən 45-50 yaşlı şəxslə videogörüntülü danışığı müəyyən olunur, danışın «skrin» olunub, fotoda təzəzinin şəkili , tərəzinin üzərində narkotik vasitə heroinə bənzər olan maddənin yanında isə dəmir qaşığın tutacaq hisəsinin görüntüsü və tərəzidə «1645» rəqəmi görünür. «Qalereya» pəncərəsində daxil olduqda video görüntüdən görünür ki, həmin 45-50 yaşlı şəxsə «İranlı Müseyib» deyilir. Mobil telefon aparatında «votsap» proqramı naməlum şəraitdə silinmişdir, votsap yazışmalara baxış keçirmək mümkün olmadı. Mobil telefon aparatında əlavə olaraq narkotik vasitələrə aid olan müxtəlif video görüntülər müəyyən olunur. Cinayət işində olan tələbnamədən və Sabunçu rayon məhkəməsinin 1(008)-86/2022 saylı xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə üzərində 2 (iki) il 11 (bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işində olan Bakı şəhəri Probasiya İdarəsin 198107-21-1/3-19935-20 saylı 22 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, Sabunçu rayon məhkəməsinin 1(008)- 86/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs idarəyə qeydiyyata düşmədiyi üçün cəzasından çəkməmişdir. Təqsirləndirilən şəxs hazırki əməlini, barəsində çıxarılan Sabunçu rayon məhkəməsinin 1(008)-86/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü qanuni qüvvəsini almamış törətmişdir, ona görə də hazırki hökmlə Sabunçu rayon məhkəməsinin qeyd olunan hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə toplanılmalıdır. "Azərbaycan respublikasi cinayət məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya məhkəməsi plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Cinayət işində olan nikah şəhadətnaməsi və Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Şahid3 ilə nikahda olmaqa həmin nikahdan xx.xx.2011-ci il təvəllüdlü X4 adlı övladları var. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 18 iyun 2022-ci tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini, himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Sabunçu rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertizanının tədqiqatından sonra psixotrop maddə metamfetaminin 1039,155 qram çəkidə olan qalıq hissəsi, narkotik vasitə heroinin 3019,30 qram çəkidə olan qalıq hissəsi, metadon həblərin 378 ədəd qalıq hissəsi və 2 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 88 (səksən səkkiz) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti və evinə baxış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 10 ( on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhər Sabunçu rayon məhkəməsinin 1(008)-86/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 11 (bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə iki gün bərabər tutulmaqla, həmin müddət 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CMnin 66.5-ci maddəsinə əsasən hazırkı iş üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs oğluna qəti olaraq 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 18 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 88 (səksən səkkiz) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertizanının tədqiqatından sonra psixotrop maddə metamfetaminin 1039,155 qram çəkidə olan qalıq hissəsi, narkotik vasitə heroinin 3019,30 qram çəkidə olan qalıq hissəsi, metadon həblərin 378 ədəd qalıq hissəsi və 2 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti və evə baxış və götürmə istintaq hərəkəti keçirilərkən həmin istintaq hərəkətlərinin videoçəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar