Məhkəmə qərarları › İş №1(101)-1865/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1865/2024

02.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1865/2024 02.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, evli, himayəsində 2 azyaşlı, 1 yetkinlik yaşına çatmayan uşağı olan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 6 nömrəli məhkəmə iclas zalında saat 10:30-da açıq məhkəmədə baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,179 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04 oktyabr 2023cü il tarixdə, saat 17:30-da ünvan 3 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş, həmin polis idarəsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,179 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,493 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 17 yanvar 2024-cü il tarixdə, saat 18:00-da ünvan 5 ünvanın qarşısında saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə aparılmış, həmin polis bölməsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 2,493 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, hadisənin üzərindən uzun müddət keçdiyindən dəqiq tarixi xatırlamır, ittiham olunduğu hər iki epizod üzrə polis əməkdaşları onu yaşadığı ünvan olan Bakı şəhəri, Nəsimi rayonu, Ə.Topçubaşov küçəsində, məhəllələrində saxlamışlar. Birinci dəfə saxlanılarkən Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları ona yaxınlaşaraq orada nə etdiyini soruşmuş, o da cavabında “siqaret çəkdiyini” demişdir. Polis əməkdaşları ona avtomobilə əyləşməyi təklif etmiş, o da razılaşaraq polis əməkdaşları ilə Nəsimi Rayon Polis İdarəsinə getmişdir. Polis əməkdaşları xırda bükümdə narkotik tərkibli maddəni ona göstərərək həmin narkotik tərkibli maddənin üzərindən çıxdığını bildirməsini istəmiş, o da cavabında polis əməkdaşlarına “eybi yoxdur, olsun” demişdir. Polis əməkdaşları onu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb edərək müvəqqəti saxlama yerinə göndərmiş, orada 3 gün saxlanıldıqdan sonra buraxılmışdır. İkinci dəfə saxlanıldıqda da Bakı şəhəri, Nəsimi rayonu, Ə.Topçubaşov küçəsi ünvanında yerləşən yaşadığı məhəllədə dayanmış, polis əməkdaşları ona yaxınlaşaraq “sənin adın çox hallanır” demiş, o da polis əməkdaşlarına “mənim adım hallanmayan yer yoxdu”, “Azərbaycanın hər yerində mənim adım hallanır” məzmununda cavab vermişdir. Polis əməkdaşları ona avtomobilə əyləşməyi təklif etmiş, o da polis əməkdaşlarına “evə gedib gəlikdən sonra gedə biləcəyini” bildirsə də, polis əməkdaşları razılaşmadığından o, polis əməkdaşları ilə razılaşaraq Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə getmiş, həmin polis bölməsində onu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məsuliyyətə cəlb etmişlər. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs onu saxlayan polis əməkdaşlarını əvvəldən tanıdığını, polis əməkdaşlarının yaşadığı məhəlləyə ona görə gəlmədiklərini, tez-tez məhəlləyə gəlib fırlandıqlarını, üzərində narkotik tərkibli maddə olmadığını, hər iki hadisə zamanı polis əməkdaşlarının ona narkotik tərkibli maddə verib üzərindən çıxdığını bildirməsini tələb etdiklərini, polis əməkdaşlarının onu adının “bəddam” olduğu və onunla şəxsi qərəzləri olduğu üçün saxladıqlarını, ibtidai istintaqda bütün prosessual sənədləri imzaladığını, ifadəsi alınarkən yanında müstəntiqdən başqa heç kəsin olmadığını, ibtidai istintaqda dövlət büdcəsinin vəsaiti hesabına vəkilin təqdim olunduğunu, həmin vəkillərin adını xatırlamadığını, cinayət işinin materiallarında olan imzaların və qeyd edilən ifadələrin ona məxsus olduğunu, polis əməkdaşlarının onu yatdığı zaman saat 10-11 radələrində saxlayıb apardıqlarını, saxlanıldığı deyilən Ə.Topçubaşov küçəsi 134 ünvanı ilə yatdığı yer arasında məsafənin çox olmadığını, saxlanılan vaxt üzərində mobil telefon olmadığını, anası ilə birgə yaşasa da, həmin vaxt evdə tək olduğunu, polis əməkdaşlarının narkotik tərkibli maddəni onun cibinə qoyduqlarını bildirdi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, o, narkotik maddələrin istifadəsi asıllılığından əziyət çəkir. xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində ünvan 8 ünvanın qarşısında ətrafda gəzişən zaman, mülki geyimdə olan 2 nəfər şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş, onun narkotik vasitələrin saxlanmasında, istifadəsində şübhəli olduğunu bildirərək özlərini təqdim edib Nəsimi Rayon Polis İdarəsinə gətirmişlər. Həmin polis idarəsində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli idman şalvarının cibindən 01 ədəd polietilen selofana bükülmüş büküm, 01 ədəd Prima markalı siqaret qutusu, 01 ədəd alışqan və 01 ədəd kilid açarı çıxararaq masanın üzərinə qoymuş, həmin 01 ədəd polietilen selofana bükülmüş bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə, günorta saatlarında "Nizami" metrostansiyası yaxınlığında adını bilmədiyi, tanımadığı şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar edilən 01 ədəd büküm narkotik vasitə heroinə bənzər kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Bundan başqa, xx.xx.2024-cü il tarixdə, saat 18:00 radələrində ünvan 9 ünvanın qarşısında olan zaman ona 2 nəfər mülki geyimli şəxs yaxınlaşmış, özlərini polis əməkdaşı olaraq təqdim etdikdən sonra, onun hərəkətlərinin şübhəli olduğunu bildirərək, onu Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə dəvət etmiş, həmin polis bölməsində videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilən zaman o, bir ədəd şəffaf selofana bükülmüş içərisində narkotik vasitə olan bükümü çıxarıb masanın üzərinə qoymuş, içərisində narkotik vasitə «heroin» olduğunu, narkotik vasitə istifadə etdiyini, həmin narkotik vasitəni 120 manata “Baba” adlı İran İslam Respublikasının vətəndaşından şəxsi istifadəsi üçün aldığını bildirmiş, aşkar olunmuş narkotik vasitə qablaşdırılaraq ekspertizaya göndərilməsi üçün götürülmüş, şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, hazırda Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, hadisə vaxtı o, Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. 04 oktyabr 2023-cü il tarixdə “Kənan” adlı şəxsin narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həmin tarixdə, saat 17:30 radələrində Təqsirləndirilən şəxs ünvan 8 ünvanın yaxınlığında saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinə dəvət edilmiş, həmin polis idarəsində videoçəkiliş vasitəsilə sonuncunun üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı 01 ədəd bükümdə narkotik vasitə heroin aşkar olunaraq götürülüb qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid2 əməliyyat qrupunda ondan başqa Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid1 olduğunu, saxlanılan vaxt Təqsirləndirilən şəxs tək olduğunu, onlara qarşı hər hansı müqavimət göstərmədiyini, könüllü şəkildə onlarla Nəsimi Rayon Polis İdarəsinə gəldiyini, ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, hazırda Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, hadisə vaxtı o, Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. 04 oktyabr 2023-cü il tarixdə “Kənan” adlı şəxsin narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, həmin tarixdə, saat 17:30 radələrində Təqsirləndirilən şəxs ünvan 8 ünvanın yaxınlığında saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinə dəvət edilmiş, həmin polis idarəsində videoçəkiliş vasitəsilə sonuncunun üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı 01 ədəd bükümdə narkotik vasitə heroin aşkar olunaraq götürülüb qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid1 əməliyyat qrupunda ondan başqa Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid2 olduğunu, saxlanılan vaxt Təqsirləndirilən şəxs tək olduğunu, onlara qarşı hər hansı müqavimət göstərmədiyini, könüllü şəkildə onlarla Nəsimi Rayon Polis İdarəsinə gəldiyini bildirməklə ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Əlimusa oğlu ifadəsində göstərdi ki, o, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. 17 yanvar 2024-cü il tarixdə Kənan adlı şəxsin narkotik tərkibli maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin tarixdə, saat 18:00 radələrində ünvan 11 ünvanının yaxınlığında özlərini təqdim edərək Təqsirləndirilən şəxs saxlayıb, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə gətirmişlər. Həmin polis bölməsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və baxış keçirilən zaman 01 ədəd bükümdə şəffaf sellofana bükülmüş narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülməklə qablaşdırılıb ekspertizaya göndərilmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid4 saxlanılan vaxt Təqsirləndirilən şəxs tək olduğunu, onlara qarşı hər hansı müqavimət göstərmədiyini, sonuncunun könüllü şəkildə onlarla Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə gəldiyini, sonuncuya heç bir psixi və fiziki təsir olunmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin kiçik inspektoru vəzifəsində xidmət etməklə Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. 17 yanvar 2024-cü il tarixdə “Kənan” adlı şəxsin narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat müvəkkili Şahid4 ilə birlikdə həmin tarixdə, saat 18:00 radələrində ünvan 11 ünvanının yaxınlığında “Kənan” adlı şəxsə özlərini təqdim edərək onu saxlamış və Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə dəvət etmişlər. Həmin polis bölməsində videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və baxış keçirilən zaman şalvarının sağ cibindən 01 ədəd bükümdə şəffaf sellofana bükülmüş narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülüb qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid3 saxlanılan vaxt Təqsirləndirilən şəxs tək olduğunu, onlara qarşı hər hansı müqavimət göstərmədiyini, könüllü şəkildə onlarla Nəsimi Rayon Polis İdarəsinə gəldiyini, sonuncunun üzərindən 01 ədəd şəffaf sellofana bükülmüş heroin aşkar edildiyini, ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini bildirdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən “Kənan” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə etməsi və özündə saxlamaqla daşıması barədə məlumat daxil olmuşdur. (Cild 1, iş vərəqə 3) xx.xx.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar və “Əməliyyat qrupunun təşkil edilməsi barədə” protokoldan görünür ki, “Kənan” adlı şəxsin ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə, yaxalanması üçün əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 4; 7) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Ə.Topçubaşov küçəsi 134 ünvanında saxlanılaraq, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 8) xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından, şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 19-21; 23-24) xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və həmin tarixli protokoldan görünür ki, müvafiq qərara əsasən, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin inzibati binasında videoçəkilişdən istifadə etməklə həmin tarixdə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli parça şalvarının cibindən 01 ədəd şəffaf bükümü təqdim etmiş, həmin büküm açıldıqda, içərisindən kəskin spesifik iyə məxsus qəhvəyi rəngli tozşəkilli narkotik vasitə heroinə oxşar kütlə aşkarlanmışdır. Təqsirləndirilən şəxs həmin kütlənin heroin olduğunu, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu “Sovetski” adlanan ərazidə Baba adlı şəxsdən 120 manata şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmiş, bundan sonra həmin kütlə 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 189 nömrəli möhürü ilə möhürlənmişdir. (Cild 1, iş vərəqə 39-40; 43-45) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 6/307 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №189” dairəvi möhür əksi və “Şübhəli Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazı əlavəsi qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 2,493 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi 2,493 qram olmuş, 0,1 qram tədqiqata sərf edildikdən sonra 2,393 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqə 50-53) xx.xx.2024-cü il tarixli “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilmişdir. (Cild 1, iş vərəqə 66-67) xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqə 69-70) xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” və “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və saxlanıldığı müvəqqəti saxlama yerindən azad edilməsi barədə” qərarlardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı müstəntiqin müvafiq vəsatətindən imtina edilərək o, müvəqqəti saxlama yerindən azad olunmaqla, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 92- 95) xx.xx.2024-cü il tarixli “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, cinayət işləri bir icraatda birləşdirilib eyni nömrə altında istintaqının davam etdirilməsi qərara alınmışdır. (Cild 1, iş vərəqə 103-104) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi və istifadəsi barədə məlumat daxil olmuşdur. (Cild 1, iş vərəqə 110) xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar və “Əməliyyat qrupunun təşkil edilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 111; 114) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 17:30 radələrində ünvan 8 ünvanın yaxınlığında saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 115) xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 126-129) xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və həmin tarixli protokoldan görünür ki, müvafiq qərara əsasən, Nəsimi Rayon Polis İdarəsinin inzibati binasında videoçəkilişdən istifadə etməklə həmin tarixdə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının cibindən 01 ədəd polietilen selofana bükülmüş 01 ədəd bükümü təqdim etmiş, həmin büküm açıldıqda, içərisindən kəskin spesifik iyə məxsus qəhvəyi rəngli tozşəkilli narkotik vasitə heroinə oxşar kütlə aşkarlanmışdır. Təqsirləndirilən şəxs həmin kütlənin heroin olduğunu, xx.xx.2023-cü il tarixdə günorta saatlarında “Nizami” metrostansiyası yaxınlığında adını bilmədiyi, tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmiş, bundan sonra həmin kütlə 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 186 nömrəli möhürü ilə möhürlənmişdir. (Cild 1, iş vərəqə 147-150) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/5197 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respulkası DİN Zərflər üçün №186” dairəvi möhür əksi və “...xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd polietilen selofana bükülmüş büküm; Saxlanılan şəxs: Təqsirləndirilən şəxs-imza, iştirakçılar: dörd-imza, Tərtib etdi: S.Salahzadə - imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,179 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi 0,179 qram olmuş, 0,05 qram tədqiqata sərf edildikdən sonra 0,129 qram qalıq qalmışdır.) (Cild 1, iş vərəqə 158-161) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqə 174-175) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” və “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və saxlanıldığı müvəqqəti saxlama yerindən azad edilməsi barədə” qərarlardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı müstəntiqin müvafiq vəsatətindən imtina edilərək o, müvəqqəti saxlama yerindən azad olunmaqla, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 191-193) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər 5 dəfə məhkum olunmuş, sonuncu dəfə isə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.5-ci bəndi tətbiq edilməklə cəzadan azad edilmişdir. Hazırda məhkumluğu yoxdur. (Cild 1, iş vərəqə 207- 209) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X4 xx.xx.2024-cü il tarixli, 5057 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada xx.xx.2009-xx.xx.2010-cu il tarixdə məcburi müalicədə olmuşdur. (Cild 1, iş vərəqə 227) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 xx.xx.2024-cü il tarixli, 1/1790 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X2 müraciət etməmişdir. (Cild 1, iş vərəqə 228) Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X4 Ambulator məcburi narkoloji tibbi yoxlama üzrə xx.xx.2024-cü il tarixli, 1343 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodlərin və psixostimulyatorların qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 239-240) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 xx.xx.2024-cü il tarixli, 1307 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs şizofreniya paranoid forma, remissiya vəziyyəti formasında xroniki psixi xəstəlik müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktikini xarakterini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Həmin dövrdə onda müəyyən edilmiş psixi xəstəlik remissiya vəziyyətində olmuşdur. Hazırki müayinə zamanı həmçinin məhsuldar psixosimptomatika aşkar edilmir, verilən suallara adekvat cavablar verir. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs müəyyən edilən xroniki psixi xəstəliklə əlaqədar o, ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqə 245-247) xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında” qərardan görünür ki, 0,179 qram narkotik vasitə olan heroin və 2,493 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınmaqla, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,129 qram və 2,393 qram çəkidə narkotik vasitə heroin saxlanılması üçün Nəsimi Rayon Polis İdarəsinə təhvil verilmiş, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixdə aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətlərini özündə əks etdirən 02 ədəd DVD disk maddi sübut kimi tanınmaqla, cinayət işinin materiallarında saxlanılmış, şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları və digər sənədlər sübut növü kimi tanınmışdır. (Cild 1, iş vərəqə 249-262) “AZEMİS” elektron məhkəmə informasiya sistemindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il, xx.xx.2011-ci il və xx.xx.2023-cü il təvəllüdlü olmaqla, 2 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşağı vardır. Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirməsinin səbəblərini araşdırmışdır. Belə ki, təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində saxlanıldığı tarixlə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli məzmunda ifadə verməsə də, sonradan məhkəmə istintaqının gedişində hər iki epizod üzrə müvafiq olaraq Bakı şəhəri, A.Qurbanov küçəsi 43 saylı və Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi 134 saylı ünvanların yaxınlığında yox, ünvan 14rləşən yaşadığı evdə yatdığı zaman polis əməkdaşları tərəfindən saxlanıldığını, üzərində heç bir narkotik tərkibli maddənin olmadığını bildirərək məhkəməyədək icraat zamanı verdiyi ifadəsini mübahisələndirmiş, eləcə də təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində hər iki dəfə üzərindən narkotik vasitə aşkarlanmadığını desə də, sonradan məhkəmə prosesinin gedişində verilmiş suallar zamanı ilk dəfə saxlanılan vaxt üzərindən aşkar olunan narkotik tərkibli maddənin özünə məxsus olduğunu bildirmişdir. Həmin xüsusatlarla bağlı şahidlər Şahid1 və Şahid2 verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs 04 oktyabr 2023-cü il tarixdə, saat 17:30 radələrində ünvan 3 ünvanın qarşısında saxladıqlarını bildirmişlər. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs 04 oktyabr 2023-cü il tarixdə saat 17:30 radələrində ünvan 8 ünvanın yaxınlığında saxlanılmışdır. Bunun əksini təsdiq edən hər hansı sübut yoxdur. Həmin tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, eləcə də məhkəmə baxışı zamanı müvafiq videoçəkilişə cinayət prosesinin tərəflərinin iştirakı ilə baxışdan da müəyyən olunur ki, qeyd olunan tarixdə şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının cibindən 01 ədəd polietilen sellofana bükülmüş 01 ədəd bükümü könüllü olaraq təqdim etmiş, aşkarlanmış həmin büküm zərfə qoyulub 186 nömrəli möhürlə möhürləndikdən sonra məhkəmə-kimyəvi ekspertizası təyin edilərək icra olunması üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/5197 nömrəli ekspert rəyindən görünür ki, həmin zərf açıldıqda içərisində bir ədəd şəffaf rəngli polietilen bükümdə təmiz çəkisi 0,179 qram olan narkotik vasitə-heroin olması müəyyən edilmişdir. Bundan başqa şahidlər Şahid3 və Şahid4 Əlimusa oğlu verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs 17 yanvar 2024-cü il tarixdə, saat 18:00 radələrində ünvan 9 ünvanın qarşısında saxladıqlarını bildirmişlər. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs 17 yanvar 2024-cü il tarixdə saat 18:00 radələrində ünvan 15 ünvanın yaxınlığında saxlanılmışdır. Bunun əksini təsdiq edən hər hansı sübut yoxdur. Həmin tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, eləcə də məhkəmə baxışı zamanı müvafiq videoçəkilişə cinayət prosesinin tərəflərinin iştirakı ilə baxışdan da müəyyən olunur ki, qeyd olunan tarixdə şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli parça şalvarının cibindən 01 ədəd şəffaf sellofana bükülmüş 01 ədəd bükümü könüllü olaraq təqdim etmiş, aşkarlananlar zərfə qoyulub 189 nömrəli möhürlə möhürləndikdən sonra məhkəmə-kimyəvi ekspertizası təyin edilərək icra olunması üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/307 nömrəli ekspert rəyindən görünür ki, həmin zərf açıldıqda içərisində bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 2,493 qram olan narkotik vasitə-heroin olması müəyyən edilmişdir. Bununla da, məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları digər sübutlarla müqayisəli surətdə araşdıraraq qiymət vermişdir ki, onun həmin ifadəsi qismən cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadədir. Təqsirləndirilən şəxs məhkəmə baxışında verdiyi ifadələri belə bir-birilə ziddiyət təşkil etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi həmin xüsusatlar öz təsdiqini tapmamış, digər sübutlarla tam şəkildə təkzib edilmişdir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi hallar hər hansı dəlillərə söykənməmiş, həmin halları təsdiq edən sübut olmamışdır. Bununla bağlı əsaslı şübhələr yoxdur. Bu səbəbdən, məhkəmə həmin xüsusatlarla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirərək onun göstərdiyi xüsusatları rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Odur ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təsvir olunanlara zidd olaraq dəlil kimi göstərdiyi hallar mötəbər sübutlarla təkzib olunduğundan, məhkəmə təqsirləndirilən şəxsin həmin hissələrdə verdiyi ifadəsini şübhə altına alır və ifadəsində göstərdiyi həmin xüsusatları həqiqətə uyğun olmayan, hər hansı dəlilə söykənməyən, özünümüdafiə xarakterli hesab edir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittihamda təsvir olunanlara zidd olaraq məhkəmə istintaqında başqa məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Bu səbəbdən, məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışında təqsirləndirilən şəxsə bilavasitə dinlənilməsi ilə məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaradaraq, sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi 15 may 2024-cü il tarixli ifadəsini əsas götürür. Məhkəmə baxışı zamanı təqsirsizik prezumpsiyası rəhbər tutulmuş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə onları təqsirləndirilən şəxsin 15 may 2024-cü il tarixli ifadəsini, şahid ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və ona əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə heroini əldə edib saxlamaqla daşıdığına, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə heroini külli miqdarda əldə edib saxlamaqla daşıdığına görə ittiham irəli sürülmüşdür. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 234.1-1-ci maddəsinə əsasən isə həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə müvafiq cinayətin tərkibi yaranır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda, 21.3-cü maddəsinə əsasən isə, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarına əsasən, narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. Cinayətin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması təqsirkarın həmin cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və ya daşıması, həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə tövsif olunması həmin cinayətin predmetini külli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və ya daşıması müəyyən edildikdə mümkündür. Cinayət işinin materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə narkotik vasitə olan heroinin təmiz çəkisi 0,179 qram, xx.xx.2024-cü il tarixdə isə üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə narkotik vasitə olan heroinin təmiz çəkisi 2,493 qram təşkil edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Siyahıların 1-ci Siyahısının 83-cü bəndinə əsasən- təmiz halda narkotik vasitə olan heroinin çəkisi 0,15 qramdan artıq olduqda şəxsi istehlak miqdarından artıq, 2 (iki) qramdan artıq olduqda isə külli miqdar təşkil edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs üzərindən müxtəlif vaxtlarda aşkarlanmış narkotik vasitə olan heroinin miqdarı (təmiz halda qramlarla) istifadəsinin təmiz çəkisi üçün nəzərdə tutulmuş aşağı həddindən çoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Beləliklə, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyi narkotik vasitə olan heroinin təmiz çəkisinin şəxsi istehlak miqdarından artıq, xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyi narkotik vasitə olan heroinin təmiz çəkisinin külli miqdarda olmasına, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici, məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadələrinə əsasən, habelə şahidlərin ifadələrini, cinayət işinin materiallarında olan, cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməllərini törətməsi və əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır və ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə təqsirli bilinməklə həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə, həmin əməli törətmiş şəxs bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə, həmin Məcəllənin 234.1-1-ci maddəsinə görə isə, həmin əməli törətmiş şəxs üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Məhkəmə bir halı qeyd edir ki, xx.xx.2024-cü il tarixli, 1307 nömrəli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür, lakin ona məcburi müalicə təyin etməyə zərurət yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 22.1-ci maddəsinə əsasən anlaqlı vəziyyətdə olan, lakin cinayət törətdiyi zaman psixikanın pozulması nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməyən və ya həmin əməli idarə edə bilməyən cinayət məsuliyyət məsuliyyətinə cəlb edilir. Anlaqlılığı istisna etməyən psixi pozuntu məhkəmə tərəfindən cəza təyin edilərkən nəzərə alınır və bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsas ola bilər. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinə əsasən cinayətin anlaqlılı istisna etməyən psixi pozuntusu olan Təqsirləndirilən şəxs tərəfindən törədilməsi cəzasını yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 yetkinlik yaşına çatmayan uşağının olmasını, məhkumluğunun olmamasını cəzasını yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, irəli sürülmüş ittihamın az ağır və ağır cinayətlər təsnifatına aid olduğunu, ictimai təhlükəliliyini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Cinayət Məcəlləsinin 17.3-cü maddəsinə əsasən, şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmalı, yəni onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən, cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməli az ağır, həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilən cinayət əməli isə ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 04 oktyabr 2023-cü il tarixdən 06 oktyabr 2023-cü il tarixədək tutulduğu 03 (üç) gün müddət və 17 yanvar 2024-cü il tarixdən 19 yanvar 2024-cü il tarixədək tutulduğu 03 (üç) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, bir günə bir gün hesabı ilə cəmi 06 (altı) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmalı və təyin edilmiş cəzadan çıxılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-kimyəvi ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 202 (iki yüz iki) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra 01 ədəd bükümdə qalıq çəkisi 0,129 qram və 01 ədəd bükümdə qalıq çəkisi 2,393 qram olan narkotik vasitə heroin məhv edilməli, xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokollara əlavə olunmuş 02 (iki) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, cinayət işində olan Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X4 xx.xx.2024-cü il tarixli, 1343 nömrəli ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 04 oktyabr 2023-cü il tarixdən 06 oktyabr 2023-cü il tarixədək tutulduğu 03 (üç) gün müddət bir günə bir gün hesabı ilə cəmi 03 (üç) gün, 17 yanvar 2024-cü il tarixdən 19 yanvar 2024-cü il tarixədək tutulduğu 03 (üç) gün müddət bir günə bir gün hesabı ilə cəmi 03 (üç) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulsun və təyin edilmiş cəzadan 06 (altı) gün çıxılaraq üzərində 04 (dörd) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 02 sentyabr 2024-cü il tarixdən hesablansın. İbtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilsin. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 (bir) ədəd bükümdə 0,129 qram narkotik vasitə heroin və 01 (bir) ədəd bükümdə 2,393 qram narkotik vasitə heroin məhv edilsin, 02 (iki) ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 202 (iki yüz iki) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar