Məhkəmə qərarları › İş №1(101)-1866/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1866/2024

16.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1866/2024 16.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X10 və X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, tərcüməçi - X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi İmamverdi oğlunun iştirakları ilə, xx xxxxxxx 1988-ci il tarixdə Tər-tər rayonunda anadan olan, Azəbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu olan, orta təhsilli, işləməyən, Tər-Tər rayonu, X14 küçəsi, ev 49 ünvanında qetdiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib quldurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə 26 yanvar 2024-cü il tarixdə saat 16:40 radələrində piyada hərəkətdə olan Zərərçəkmiş şəxs ünvan 3 binanın qarşısına kimi təqib etməklə sonuncunun həmin binanın blokuna daxil olub ikinci mərtəbəyə qalxmasından istifadə edərək orada hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib sonuncunun boynundakı, üzərində 1870 manat dəyərində 22 qram çəkidə 585 əyarlı xaç şəkilli SSRİ istehsalı kulon olan 935 manat dəyərində 11 qram çəkidə 585 əyarlı SSRİ istehsalı boyunbağını dartıb ələ keçirərək sonuncunu itələyib, pilləkanlardan yıxaraq ona sol diz oynağı nahiyəsinin həmin oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan qançırşişkinliyi, sol bazunun, sol dirsək oynağı nahiyəsinin və sol saidin, sol əlin qançırları, sol saidin sıyrıqları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirərək Zərərçəkmiş şəxs ümumilikdə 2805 manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ona edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Tərtər rayonunda yaşayır. İstifadəsində 2015-ci il istehsalı “Chevrolet Cruze” avtomobili olmuşdur. Həmin avtomobillə “0066 taksi” şirkətində sürücü kimi işləmişdir. Gündəlik 30-35 manat məbləğində qazancı olmuşdur. Bakıya gəldiyi gün üzərində kifayət qədər pul məbləği olmuşdur. Zərərçəkmiş şəxs heç vaxt görməmiş, ona qarşı da heç bir quldurluq və ya soyğunçuluq hərəkəti törətməmişdir. Ümumiyyətlə quldurluq cinayəti törətməyə ehtiyacı olmamışdır. Belə ki, onun Tərtər rayonunda yerləşən evi, avtomobili, iş yeri vardır. Avtomobilinin işıqları sındığı üçün bir günlük Bakı şəhərinə gəlib, oradan da rayonuna qayıtmışdır. Bu müddət ərzində zərərçəkmiş şəxsi görməmişdir. Bakıya gəlməmişdən 2-3 gün əvvəl avtomobildə dayanıqlı vəziyyətdə olduğu zaman avtomobili vurulmuş və avtomobilin işıqları qırılmışdır. Bakıya işıq almaq üçün gəlmişdir. Bakıya gəldiyi günü dəqiq xatrılamasa da, yanvar ayının sonlarında gəlmişdir. Bakıya gəldikdən sonra 3-cü mikrorayon bazarının yanındakı gündəlik kirayə verilən bir evdə gecəsi üç manata qalmışdır. Bakıda qalmaq üçün başqa yer tanımamışdır. 2004-cü ildə həmin ünvanda yerləşən bazarda təndir sexində işləmiş, yaxınlıqdakı binada da kirayədə yaşamışdır. Avtomobil işıqlarını 8-ci mikrorayondan almışdır. Ərazisini yaxşı tanıdığı üçün 3-cü mikrorayona getmişdir. Həmin əraziləri, Bakı Metropoliteninin “Memar Əcəmi”, “20 yanvar” metrostansiyalarının yaxınlığını gəzmişdir. Tərtərə gedən avtomobillər səhər 09:30 və 11:30-da çıxır. Həmin avtomobillərin hərəkətə düşəcəyi vaxtı gözləmişdir. Qonşusu Tahir adlı şəxsin idarə etdiyi avtomobillə Tərtərə qayıtmışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özlərinin ifadələrindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni hadisə yerinə baxış protokolları, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, məhkəmə ekspertizasının rəyləri, tanınmaya təqdim etmə, ifadənin yerində yoxlanılması protokolları, maddi sübutlar və digər sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 26 yanvar 2024-cü ildə qızı ilə müxtəlif mağazaları gəzmişdir. Mağazalardan qayıtdıqda 3-cü mikrorayonda “Sonti” mağazasının yanındakı yolda qızından ayrılmışdır. Qızı öz evinə, o isə öz evinə tərəf getməyə başlamışdır. Hər iki əlində sellofan torbalar olmuşdur. Torbaların birində çörək, digərində isə pal-paltar olmuşdur. Yavaş-yavaş yolla getmiş, hərdən ayaq saxlayıb yoldakı skamyada əyləşib dincini aldıqdan sonra yoluna davam etmişdir. Yəqin təqsirləndirilən onun ağır yerişli, axsaq bir xəstə, ahıl olduğunu görmüşdür. Yaşadığı binanın blokuna daxil olmuşdur. Təqsirləndirilən şəxs arxasında binaya girməsini hiss etməmişdir. Pilləkənləri qalxmağa başlayanda 2-ci mərtəbənin 6-cı pilləkənlərin üstündə olarkən arxadan bir nəfərin başı onun üzünə yaxınlaşmışdır. O, diksinmişdir. Həmin şəxs ona baxaraq bir manat istəmişdir. Həmin şəxs Təqsirləndirilən şəxs olmuşdur. O, əsəbləşərək sonuncuya “öz yolunla get” demişdir. Elə bu anda bir saniyə içində Sadiq onun boynundakı xaç asılmış qızıl boyunbağını qopararaq onu itələyib qaçmışdır. O, arxası üstə pilləkənlərdən yuvarlanmışdır. Həmin şəxsin arxası ilə qışqırmış və qonşuları köməyə çağırmışdır. Qonşular ona kömək edib evə aparmışlar. Özünə gəlməsi üçün su vermişlər. Qızına zəng edərək hadisə barədə xəbər vermişdir. Sonuncu isə polisə zəng etmişdir. Dərhal sonra polislər onun yaşadığı evə gəlmişdir. Hadisə nəticəsində qolları qapqara olmuşdur. Qızı təcili yardıma zəng vurmuşdur. Təqsirləndirilən şəxsin qohumları da onun evinə zəng etmişlər. Nömrəsini həmin şəxslərə kimin verməsini bilməmişdir. Hadisə 26 yanvar 2024cü il tarixdə, saat 17:00 radələrində baş vermişdir. Həmin vaxt hava qaralmamışdır. Buna görə də, binanın işıqlarının yanmasına ehtiyac olmamışdır. Ona qarşı quldurluq edən şəxsin Təqsirləndirilən şəxs olduğundan 100 faiz əmindir. O, həmçinin Təqsirləndirilən şəxs sualına cavab olaraq ona qarşı quldurluq edən şəxsin məhz sonuncu olduğunu təsdiq etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, anası öz evində tək yaşayır. 26 yanvar 2024-cü il tarixdə saat 16 radələrində anası ilə birlikdə 3-cü mikrorayonda yerləşən bankomatdan anasına məxsus təqaüdü çıxarmışlar. Bundan sonra anası yaşadığı evə getmişdir. Anasını 50-100 metr ötürmüşdür. Anasına evə qədər ötürməsini təklif etsə də, sonuncu dincələ-dincələ gedəcəyini bildirərək onunla razılaşmamışdır. Anası ilə birlikdə olduğu müddət ərzində kiminsə onları təqib etməsini görməmişdir. O isə təkbaşına öz evinə getmişdir. Anasını ötürdüyü məsafədən sonuncunun evin arasında 400-500 metr məsafə olmuşdur. Evə çatdıqdan sonra anası ona zəng edərək quldurluq hadisəsinin baş verməsi barədə məlumat vermişdir. Anasına sağ qaldığını bildirərək təsəlli etmişdir. Anası qışqırdığı üçün taksiyə əyləşərək anasının yanında getmiş, yolda olarkən oğluna, bacısına və təcili yardıma zəng vurmuşdur. Daha sonra polis bölməsinə çağrılmışlar. Bölmədə olarkən təqsirləndirilən şəxs tanınmaya təqdim edilmiş, anası Təqsirləndirilən şəxs görən kimi tanımışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, əvvəllər Bərdə-Bakı arası taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. Cəmi 1 dəfə görmüşdür. Təqsirləndirilən şəxs Bakı avtovağzalında müştəri kimi ona yaxınlaşaraq Tərtər rayonuna getmək istədiyini bildirmişdir. Adını sonradan Sadiq kimi bildiyi şəxs ondan Tərtərə neçə manata aparacağını soruşmuşdur. O, Tərtərə getmədiyini, lakin Bərdədə yolda düşürə biləcəyini, əvəzində 20 manat alacağını demişdir. Sadiq ona “Tərtər priyezdində” düşəcəyini və buna görə 15 manat ödəyəcəyi ilə razılaşmışlar. Bərdə rayonunda “Tərtər priyezdi” deyilən yerdə Sadiq pulu verdikdən sonra avtomobildən düşüb getmişdir. Məhkəmədə danşdıqlarını eynilə müstəntiqə də danışmışdır. İbtidai istintaq zamanı müstəntiqə Sadiqin əlində sepin olmasını, həmin sepi fırlatmasını deməmişdir. Müstəntiq onun verdiyi ifadəni oxusa da, seplə bağlı nə isə deməmişdir. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etmir. Şahid1 məhkəmə baxışında elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, özünə məxsus Mersedes E klass markalı **-GZ- *** qeydiyyatda nişanlı avotmobili ilə Bərdə-Bakı arası taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. xx.xx.2024-cü il tarixdə qeydə alınmış videogörüntülər ona təqdim olunmuş, həmin görüntüdə olan iki nəfər şəxsdən biri həqiqətən odur. Qeyd etdiyi kimi taksi sürücüsüdür və həmin yerdə kənardan keçən insanları səsləyərək müştəri axtarır. Həmin şəxs ona müştəri kimi yaxınlaşmış, əvvəllər həmin şəxsi görməmiş, tanımamışdır. Söhbət əsnasında əslən Tərtər rayonundan olmasını, adının Sadiq olmasını və rayona getmək istəməsini bildirmişdir. Sadiq ondan neçə manata apara biləcəyini soruşmuş, o, əvvəlcə 20 manata apara biləcəyini desə də, ancaq sonra 15 manata razılaşmışlar. Qeyd etdiyi kimi digər sərnişinlər də gələndən sonra birlikdə onun avtomaşını ilə getmişlər. Bərdə rayonunda “Tərtər priyezdi” deyilən yerdə adının Sadiq olduğunu bildiyi şəxs pulunu verib avtomaşından enib getmiş və daha sonra onu görməmişdir. Adının Sadiq olduğunu deyən həmin şəxslə qeyd etdiyi kimi bir neçə dəqiqə qarşı- qarşıya dayanaraq söhbət etmişlər. Xatırlayır ki, həmin şəxs onunla söhbət edərkən əlində sep vardır və həmin sepi fırladırdı. Xatırlayır ki, Sadiq həmin sepi bir neçə dəfə barmaqlarında fırlatdıqdan sonra cibinə qoymuşdur. Yəni sepin konkret əlamətlərini xatırlamır, ancaq rəngi qızılı olmuşdur. Yəni qızıl boyunbağıya oxşamışdır. Ancaq nə sep olmuş və nə üçün əlində fırlatmış bilmir. Sadiq adlı şəxs onunla söhbət edən zaman həyəcanlı olmuş, çox tələsmiş və sanki nədənsə qaçması hiss olunmuşdur. Qeyd etdiyi kimi o, Sadiqlə ancaq rayona getməklə bağlı söhbət etmişdir. Sadiqin ondan əvvəl hansı hadisəni törətməsi, kimə qarşı törətməsi barədə heç bir məlumatı olmamış və Sadiq ona ümumiyyətlə bu barədə heç nə danışmamışdır. Yəni Sadiq kimi tanıdığı şəxsin törətmiş olduğu bu əməldən onun xəbəri olmamış və yol gedərkən də onunla aralarında hər hansı mövzuda söhbət olmamışdır. 26 yanvar 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 17:29 radələrində DİN-in 102 xidmətindən ********** “181 quldurluq” saylı məlumat daxil olaraq göstərilmişdir ki, Şahid2 Tofiq qızı anası, 1946-ci il təvəllüdlü Zərərçəkmiş şəxs yaşadığı binanın blokuna daxil olan zaman naməlum kişinin anasına yaxınlaşaraq boğazında olan 1500-2000 manat dəyərində qızıl boyunbağını dartıb qoparması, anasını yıxması, qolundan xəsarət alması barədə məlumat verdi. (Cild 1 i.v. 3) 26 yanvar 2024-cü il tarixli Şahid2 Tofiq qızı tərəfindən yazılmış ərizədən görünür ki, həmin tarixdə saat 16:40 radələrində anası Zərərçəkmiş şəxs yaşadığı binanın qarşısında bir nəfər naməlum şəxs ona yaxınlaşaraq blokun içərisində onun boğazındakı qızıl boyunbağını zor tətbiq edərək çıxarmış, hadisə nəticəsində anası bədəninin müxtəlif nahiyələrindən xəsarətlər almışdır. (Cild 1 i.v. 7) 01 fevral 2024-cü il tarixli aktdan görünür ki, 26 yanvar 2024-cü il tarixdə Zərərçəkmiş şəxs qarşı quldurluq törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanının qarşısında özünə məxsus **-TK-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı avtomobilinə əyləşən zaman saxlanılmış, onu yaxalamağa çalışan zaman qaçmağa cəhd göstərərək müvazinətini saxlaya bilməyib yıxılmış, müxtəlif bədən xəsarətləri almışdır. Vətəndaş aldığı xəsarətlərlə bağlı şikayət və tələbinin olmadığını bildirmişdir. (Cild 1 i.v. 41) 01 fevral 2024-cü il tarixli tutma protokolundan görünür ki, həmin gün saat 17:00-da Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Süleyman Qəşəmli tərəfindən şübhəli şəxs qisində tutulmuşdur. (Cild 1 i.v. 57) 03 ferval 2024-cü il tarixli Nəsimi rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1 İ.v. 109-113) Məhkəmə-tibbi ekspertizasının 16 fevral 2024-cü il tarixli, 150 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər sol üst göz qapağının, sağ göz qapaqları və gözaltı nahiyənin, sol kürəküstü nahiyənin, sağ saidin qançırları, sağ yanaq nahiyəsinin sağ qulaq seyvanının və sağ saidin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər, 01 fevral 2024-cü il tarixdə əmələ gələ bilərdilər, həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur, həmin xəsarətlər müxtəlif şəraitlərdə, o cümlədən yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmlə gələ bilərdilər. (Cild 1 İ.v. 156-157) Məhkəmə-tibbi ekspertizasının 21 fevral 2024-cü il tarixli 160 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - sol diz oynağı nahiyəsinin həmin oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinliyi, sol bazunun, sol dirsək oynağı nahiyəsinin və sol saidin, sol əlin qançırları, sol saidin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 7-12 gün gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qəsa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni Zərərçəkmiş şəxs kənar təsir nəticəsində sürətlənmiş yıxılması zamanı əmələ gələ bilmələri istisna edilmir və şəxsin özü-özünə yetirməsi nəticəsində əmələ gəlmələri az inandırıcıdır. (Cild 1 İ.v. 159- 160) Ambulator məhkəmə-psixiatrik ekspertizasının 19 fevral 2024-cü il tarixli, 439 nömrəli rəyindən görünür ki, X6 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar olunmayıb. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1 İ.v. 162-163) Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 mart 2024-cü il tarixli, 9/1384 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən SSRİ istehsalı, təxminən 30 il əvvəl Moskva şəhərindən alınmış, 11 qram çəkidə 585 əyyarlı boyunbağının 2024-cü ilin fevral ayına olan orta bazar qiyməti 935 manat, SSRİ istehsalı, təxminən 30 il əvvəl Moskva şəhərindən alınmış, 22 qram çəkidə 585 əyyarlı xaç şəkilli klonun 2024-cü ilin fevral ayına olan orta bazar qiyməti 1870 manat müəyyən edilir. (Cild 1 İ.v. 166) 26 yanvar 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanda yerləşən binanın blokudur. (Cild 1 i.v. 4-6) 01 fevral 2024-cü il tarixli zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması barədə protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hadisənin harada və hansı qaydada baş verməsini hadisə yerində əyani göstərməklə ifadəsini hadisə yerində təsdiq etmişdir. (Cild 1 i.v. 36-37) 01 fevral 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət işi üzrə Nəsimi RPl-nin 19-cu Polis şöbəsi tərəfindən istintaqa təqdim olunmuş bir ədəd CD diskinə baxış keçirilən zaman diskin içərisində dörd ədəd videogörüntü olması müəyyən edilmişdir. Birinci videogörüntü açıldığında bir nəfər qara rəngli gödəkçə və şalvarda olan 35-40 yaşlarında kişi cinsindən olan şəxsin yolun sol tərəfindən sağ tərəfə istiqamətdə asta yerişlə, arada başını gah sağa, gah sola çevirib baxmaqla, əlləri ciblərində hərəkət etdiyini müşahidə olunmuşdur. Baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs həmin şəxsin onun özü olduğunu, xx.xx.2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri Nəsimi rayonu A.Mustafayev küçəsində yaşayış binasının qarşısı gəzə-gəzə getdiyini bildirsə də, lakin nə məqsədlə həmin küçədə olması və konkret hara getməsi barədə məlumat verməmişdir. Daha sonra diskdə olan sıralama ilə ikinci videogörüntü açılaraq baxılmış, həmin videoda birinci videogörüntüdə müşahidə olunan qara geyimli şəxsin sərnişin avtobusu ilə iki ədəd ağ rəngli avtomaşın arasından çıxıb çəlpinə qaçaraq avtomaşın yolunu keçməsi və hərəkətdə olan ağ rəngli başqa bir avtomaşının arxa hissəsinə çırpılaraq əvvəlcə dayanması, sonra qaçaraq hərəkətini davam etdirməsi müşahidə olunmuşdur. Baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs yolu qaçaraq keçən şəxsin də onun özü olduğunu, Bakı şəhəri Nəsimi rayonu A.Mustafayev küçəsinin yaxınlığında yolu qaçaraq qarşı tərəfə keçdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yolu qaçaraq keçməsini yolun geniş olması və avtomaşınların çox olması ilə əlaqələndirmişdir. Bundan sonra sıra ardıcıllığı ilə diskdə olan üçüncü videogörüntü açılmış və bir nəfər qara geyimli kişi cinsindən olan şəxsin başqa bir kişi cinsindən olan tünd geyimli şəxslə söhbət etdiyi və daha sonra avtomaşınlara tərəf getmələri, eləcədə dördüncü və sonuncu videogörüntü açıldıqda isə həmin şəxslərin qarşıqarşıya dayanıb söhbət etdikləri müşahidə olunmuşdur. Baxış zamanı iştirak edən şübhəli şəxs Təqsirləndirilən şəxs üçüncü və dördüncü videogörüntülərdə olan qara geyimli şəxsin də onun özü olduğunu bildirməklə həmin görüntülərin Bakı, şəhəri Binəqədi rayonu ərazisində yerləşən avtovağzalda taksi duracağında qeydə alındığını, qarşı-qarşıya dayanaraq söhbət etdiyi şəxsin Bakı-Bərdə arası taksi fəaliyyəti ilə məşğul olan şəxs olduğunu, yaşadığı Tərtər rayonuna getmək üçün həmin taksi sürücüsü ilə qiymətdə razılığa gəlmək istiqamətində söhbət etdiyini, daha sonra isə 15 manat müqabilində həmin sürücünün idarə etdiyi avtomaşınla Tərtər rayonuna getdiyini bildirmişdir. (Cild 1 i.v. 67-68) 01 fevral 2024-cü il tarixli şəxsin tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona təqdim olunmuş şəxslərin arasından Təqsirləndirilən şəxs göstərib hadisə günü üzərinə hücum çəkən və boynundakı qızıl boyunbağını götürən şəxsin məhz Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. (Cild 1 i.v. 72-73) 19 mart 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Telefon danışıqlarına dair məlumatlara baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi 26 yanvar 2024-cü il tarixdə saat 14:23-dən saat 15:10-a kimi «Baki sheh. Nesimi ray Ali Mustafayev kush 3mkrn NESİMİBAKU» anten dairəsində olmuş, saat 15:10-dan saat 17:50-yə kimi olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsinə zəng və SMS gəlmədiyindən həmin müddətdə mobil telefon nömrəsinin hansı anten dairəsində olması müəyyən olunmur, lakin saat 17:50-də qeyd olunan mobil telefon nömrəsi «Baki sheh Yasamal ray X17 YASAMALBAKU» anten dairəsində qeydə alınmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi 26 yanvar 2024-cü il tarixdə saat 15:30-dan saat 17:51-ə kimi olan müddət ərzində «Baki sheh. Nesimi ray Ali Mustafayev kush 101A NESİMİBAKU» anten dairəsində olmuşdur. (Cild 1 i.v. 150) DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə AR Məhkəməsinin 02 avqust 2005-ci il tarixli hökmü ilə 03 il müddətə sınaq müddəti müəyyən edilməklə 04 il müddətinə azadlıqdan məhum etmə cəzasına məhkum edilmişdir. Ağır Cinayətlərə dair İşlər Üzrə AR Məhkəməsinin 13 avqust 2007-ci il tarixli hökmü ilə CM-nin 221.2, 180.2.2, 180.2.4-ci maddələri ilə 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin cəza Ağır Cinayətlərə dair İşlər üzrə AR Məhkəməsinin 02 avqust 2005-ci il tarixli hökmü ilə ilə birləşdirilərək qəti olaraq 06 il 06 ay müddətinə azadlıqdan məhum etmə cəzasın aməhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2013-cü il tarixli hökmü ilə 09 il müddətinə azadlıqdan məhum etmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin qərarı ilə onun əməli CM-nin 180.3.3-cü maddəsindən həmin Məcəllənin 180.2.1, 180.2.2, 180.2.4, 29, 182-ci maddələrinə tövsif edilərək üzərində qəti olaraq 07 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2018-ci il tarixli qərarı ilə 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 07 mart 2019-cu tarixdə cəzasının sonu ilə azad edilmişdir. Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 05 ay 29 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2023-cü il tarixdə isə cəza müddəti başa çatmışdır. (Cild 1 i.v 142-143) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988- ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, onlara sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın qanuni və əsaslı olması məhkəmə istintaqında tam şəkildə öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə baxışı zamanı vermiş olduğu ifadələrində ittiham olunduğu cinayət əməlinə ümumiyyətlə aidiyyətinin olmadığını, Zərərçəkmiş şəxs qarşı quldurluq etmədiyini bildirdiyindən məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs ittiham olunduğu quldurluq cinayətini törədilməsinə aidiyyətinin olub-olmamasını araşdırmaqdır. Həm məhkəmə baxışı zamanı, həm də ibtidai istintaq zamanı zərçəkmiş şəxs Zərərçəkmiş şəxs vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs ona qarşı quldurluq cinayəti törədərkən gördüyünü, Sadiqin ona yaxınlaşaraq pul istədiyini, pulunun olmadığını bildirdikdən sonra sonuncunun ona doğru hücum çəkərək boynundakı qızıl boyunbağıya əl ataraq onu itələyib yıxdığını bildirmişdir. Zərərçəkmiş şəxsin həmin ifadələri şahid ifadələri, tanınmaya təqdim etmə protokolları, hadisə yerinə baxış və ifadəninin yerində yoxlanılması protokolları, müşahidə kameralarının görüntüləri ilə dəstəklənmişdir. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs ifadəsi yuxarıda sadalanan sübutlarla dəstəkləndiyindən inandırıcıdır. Belə ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yaxınlaşmazdan əvvəl onu güdüyünü, sonuncunun öz cinayətkar niyyətini tamamlamaq üçün əvvəlcə ona yaxınlaşaraq pul istədiyini, pul verməkdən imtina etdikdən sonra təqsirləndirilən şəxsin onun boynundakı boyunbağını ələ keçirmə məqsədi ilə hücuma ona hücum etdiyini bir-biri ilə əlaqəli, zəncir kimi bağlı, detallı ayrıntılarla anlatmış, ona zor tətbiq edərək boyunbağısını dartıb qaçan şəxsin Təqsirləndirilən şəxs olmasını, həm ibitidai istintaq zamanı ifadəsində, tanınmaya təqdim etmə zamanı, eləcə də, məhkəmə baxışı zamanı əminliklə bildirmişdir. Məhkəmədə tədqiq edilmiş Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsindən istintaqa daxil olmuş özündə 10 ədəd görüntünü əks etdirən 02 ədəd diskə baxılarkən də müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs izləmiş, daha sonra hadisəni törətdikdən sonra avtomobillərin hərəkətinin intensiv olduğu dairəvi yolu qaçaraq keçmişdir. Həmçinin Şahid1 ibtidai istintaq zamanı ifadəsindən də aydın olur ki, Təqsirləndirilən şəxs Tərtər rayonuna aparmaq üçün danışarkən əlində qızıla oxşar sepi oynatmasını görmüşdür. Bütün bu sübutlar Təqsirləndirilən şəxs həmin cinayəti törətməsi təsdiq edir. Məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə baxışı zamanı vermiş olduğu ifadələrində həmin cinayət əməlinə aidiyyətinin olmadığını bildirməsini onun məhkəmə baxışı zamanı qeyri-səmimi, cinayət işinin həqiqi hallarına uyğun olmayan kimi qəbul edib cinayət məsuliyyətindən yaxa qurtarmağa cəhd kimi qiymətləndirir. Cinayət hüququ nəzəriyyəsinə görə quldurluq cinayətinin obyekti həm mülkiyyət münasibətləri, həm də insan sağlamlığıdır. Quldurluq cinayəti obyektiv cəhətdən özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqında ifadə olunur. Basqın dedikdə, təqsirkarın zərərçəkmiş şəxsə qarşı yönəltdiyi və zor tətbiq edilməsi və ya zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qəflətən törədilən fəal hərəkətlər başa düşülür. Belə basqın o halda quldurluq cinayətinin tərkibini yaradır ki, hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və yaxud belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olsun və vahid məqsədə - özgə əmlakını ələ keçirməyə yönəlsin. Toplanmış subutlardan aydın olur ki, zərərçəkmiş Zərərçəkmiş şəxs 78 yaşında olmuş, fiziki cəhətdən zəif, gücsüz olmuş, Təqsirləndirilən şəxs ona qarşı zor tətbiq etməklə həyatı və sağlamlığı üçün təhlükə yaratmışdır. Ona görə də, onun əməli quldurluq kimi düzgün tövsif edilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin o, cinayət əməlini təqsirli olaraq törətmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən əməlində onun cəzasını yüngülləşdirən hal müəyyən etməmişdir. Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran cinayətlərin residividir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsinin sanksiyasında dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ağır cəzanın yuxarı həddinin yarısından az olmayaraq cəza təyin etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxslərin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddət ona təyin ediləcək cəza zamanı nəzərə alınmalı və Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 01 fevral 2024-cü tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Nəsimi RPl-nin 19-cu Polis şöbəsi tərəfindən istintaqa təqdim olunmuş 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasına sərf edilmiş 50 (əlli) manat məbləğində ekspertiza xərcin Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs və X4 hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müvafiq olaraq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi İmamverdi oğlu müdafiəçi təyin edilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi İmamverdi oğlu vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki idda yoxdur, xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 01 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra 03 (üç) ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında salanılsın. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasına sərf edilmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi İmamverdi oğlu üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamran Muxtarov Hakimlər: Elnur Nuriyev Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar