Məhkəmə qərarları › İş №1(101)-1868/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1868/2024

18.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1868/2024 18.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X7, X1 və Cəbizadə Aybəniz Emin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, ədliyyə müşaviri X6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Kamandar Nəsibov və Partnyorlar Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1987-ci ildə Ermənistan Respublikasının Böyük Vedi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olan, Beyləqan rayonu, Aşıqalılar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, 21 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 23 fevral 2024-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda metadon narkotik vasitəsi əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs naməlum mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitələr”-in İİ siyahısına daxil olan təsiredici maddəsinin ümumi miqdarı 2,0 qram olan 50 ədəd narkotik vasitə metadon həbini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (bundan sonra: DİN, BMCMİ) əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 21 fevral 2024-cü il tarixdə, saat 18:28-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq ünvan 3Mİ-yə gətirilmiş və orada həmin tarixdə, saat 20:22-dən etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda olmaqla 2,0 qram təşkil edən 50 ədəd narkotik vasitə metadon həbi aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda metadon narkotik vasitəsi əldə etməsi, saxlaması və daşıması, yəni onun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı tədqiq olunan mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, onun həmin ittihamla heç bir əlaqəsi yoxdur, istifadəçisi olmamış və satışı ilə də məşğul olmamışdır. Ondan götürülməsi qeyd olunan dərmanı görməmiş, nə olduğunu bilməmişdir. O, 21 fevral 2024-cü il tarixdə səhər tezdən bir yaxın uşağının işi ilə bağlı Respublika Təhsil Nazirliyinə getmişdir. Həmin ərəfədə onun üzərində marixuana aşkar olunduğundan CM-nin 234.1-ci maddəsi ilə onun barəsində Xətai RPİ-də cinayət işi istintaq olunmuşdur. Həmin vaxt o, marixuananı istifadə etmiş, marixuananı İran vətəndaşından WhatsApp vasitəsilə almış, lakin iranlını tanımamışdır. Polis nəzarətində olmuş, istintaqa evdən gedib-gəlmişdir. O, Təhsil Nazirliyindən qayıdarkən yolda saat təqribən 4-5 (16-17) radələrində müstəntiq ona zəng vurmuş, cinayət işinin məhkəməyə veriləcəyini bildirmiş, onu yanına, yəni Xətai RPİ-yə dəvət etmişdir. Təhsil Nazirliyindən birbaşa yanında olan tanışı X3 ilə birlikdə Xətai RPİ-yə getmiş, təxminən yarım saat müstəntiq və ona dövlət tərəfindən təyin edilmiş vəkili ilə söhbət etmişdir. Xətai RPİ-dən çıxıb Rəna Ablullayeva ilə birlikdə təxminən 5 dəqiqə piyada yol getmiş, sonradan tutulduğu yerdən Rənanı yola salmış, Rəna marketə girmişdir. Özü isə tək evə qayıdarkən Rənadan ayrıldığı yerdən təqribən 20 metr aralandıqdan sonra saat 17-18 radələrində arxadan onu kimsə tutmuşdur. O, Xətai rayonu ərazisində, Zülfüqarov küçəsində, «Neptun» marketdən 100-150 metr aralıda, insanların içində tutulmuşdur. Əvvəlcə kiminsə onunla zarafat etdiyini fikirləşmiş, arxaya çevrilmək istədikdə ona «tərpənmə» deyilmiş, «banditizm» işçisi olduğunu bildirib onu maşına salmışlar. Polislər cəmi 3 nəfər olmuş, başında «kapşonka» olan biri onu tutmuş, biri onun yanında olmuş, üçüncü isə maşının sükanı arxasında olmuşdur. Ondan “mal hardadır?” deyə soruşulduqda, o, onda mal olmadığını, polis idarəsindən müstəntiqin yanından gəldiyini, 15 dəqiqə əvvəl oradan çıxdığını bildirmişdir. Polislər onun sözünə əhəmiyyət verməmiş, onu BMCMİ-nə aparmışlar. Orda onu təhdid etmiş, «boynuna almasan elə olacaq, belə olacaq, valideynlərini gətirəcəyik» kimi sözlərlə onu hədələmişlər. Onu maşına salanda ona qarşı fiziki zor tətbiq edilmiş, ayağından xəsarət almış, lakin təhdidlə həmin xəsarəti işdə aldığını ona yazdırmışlar. İttihamda göstərilən maddəni ona polislər vermiş, həmin narkotik maddəni məcburiyyət qarşısında boynuna götürmüşdür. İfadəsini də əvvəlcədən edilmiş təhdid və təzyiqlər altında vermişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, qətimkan tədbiri ilə əlaqədar Nərimanov məhkəməsinə öyrədilib çıxarılmış, orada hakim xəsarəti harada aldığını soruşduqda, öyrədildiyi kimi, xəsarəti işdə aldığını, marixuana istifadəçisi olduğunu, marixuananı metadonla birlikdə sonuncu dəfə iranlıdan 15 gün qabaq aldığını, iranlının ona dərmanı, yəni metadonu istəyən olacağı təqdirdə satmaq üçün verdiyini bildirmişdir. Hakim nrkotiki neçəyə aldığını soruşduqda o, heç qiyməti də bilməmişdir. Hakim maraqlandıqda, ona nə deyəcəyini belə bilməmişdir. Nərimanov məhkəməsində ona qarşı təzyiq olmamışdır. Bakı İstintaq Təcridxanasına aparıldıqdan sonra üzərinə baxış keçirilərkən yüklənmə ilə tutulduğunu desə də, ayağındakı xəsarəti yenə də işdə aldığını bildirmişdir. Belə ki, BMCMİ-də yaradılmış atmosfera ona həqiqəti deməyə mane olmuşdur. Danışacağı təqdirdə eşidəcəklərini və onu cəzalandıracaqlarını fikirləşmişdir. Polisin ona qarşı qanunsuzluqları barədə müdafiəçisinə bildirsə də, heç bir orqana şikayət etməmiş, bununla bağlı heç bir orqan tərəfindən heç bir araşdırma aparılmamışdır. Narkomaniya ilə bağlı o, ekspertizada analiz vermiş, ekspertlər onu dindirmiş, qollarına baxmışlar. Ekspertizada onun narkotik istifadə edib-etməməsi soruşulmuş, istifadə etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində verdiyi ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun cinayət işinin ibtidai istintaqı mərhələsində verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi müvafiq olaraq 22 və 23 fevral 2024-cü il tarixli ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq edilmiş ifadələrində ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, subaydır və fərdi qaydada avtomobil təmiri ustası kimi fəaliyyət göstərir. Təxminən son 3 ildə nəşə kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana qəbul etmişdir. Qəbul etdiyi narkotik vasitələri Bakı şəhərində adını və digər anket məlumatlarını bilmədiyi şəxslərdən alıb əldə etmişdir. Təxminən 3-4 ay əvvəl sosial şəbəkədə “Mehran” adlı İran İslam Respublikasının (bundan sonra: İİR və ya İran) vətəndaşı ilə tanış olmuş və sonrakı dövrdə narkotik vasitəni həmin şəxsdən əldə etmişdir. Belə ki, o, həmin şəxslə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə danışıb ona narkotik vasitə sifariş verirmiş, sonra həmin şəxsin verdiyi bank hesabına narkotik vasitənin pulunu göndərmişdir. “Mehran” adlı şəxs onun sifariş verdiyi narkotik vasitəni Bakı şəhərində müxtəlif ünvanlara qoyub həmin yerlərin şəkilini çəkib onun mobil telefonuna göndərmiş və o, da gedib həmin yerdən narkotik vasitəni götürmüşdür. Sonuncu dəfə “Mehran” adlı şəxslə polis əməkdaşları tərəfindən tutulmamışdan təxminən 10-15 gün əvvəl əlaqə saxlayıb özü istifadə etmək üçün narkotik vasitə qurudulmuş marixuana sifariş vermək istəyərkən, “Mehran” onda narkotik tərkibli metadon həbləri olduğunu və lazım olduğu təqdirdə ucuz qiymətə ona metadon həbi sata biləcəyini bildirmişdir. O, hərdən narkotik tərkibli metadon həbi qəbul etdiyi üçün “Mehran” adlı şəxsin təklifi ilə razılaşmış və həmin gün “Mehran” adlı şəxsə təxminən 10 qram narkotik vasitə qurudulmuş marixuana və 50 ədəd narkotik tərkibli metadon həbi sifariş vermişdir. Sifariş verdiyi narkotik vasitənin ümumilikdə qiyməti 700 manat olmuş və o, da 700 manat pulu “Mehran” adlı şəxsin göndərdiyi bank hesabına köçürmüşdür. Həmin gün axşam “Mehran” adlı şəxs onun mobil telefonuna narkotik vasitələrin qoyulduğu yerin şəkilini və «konum» (burada: olduğu yer barədə sputnik məlumatı) göndərmişdir. O, taksi avtomobili ilə göndərilən konum üzrə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinə getmiş və həmin qəsəbədə yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin arxa hissəsində gizlədilmiş yerdən narkotik vasitə qurudulmuş marixuananı və narkotik tərkibli metadon həblərini götürmüşdür. Narkotik vasitələr qara rəngli sellofan torbanın içində olmuşdur. Həmin narkotik vasitələri üzərində daşıyaraq yaşadığı ünvana gətirib öz otağında gizlədib saxlamışdır. Sonrakı müddətdə aldığı narkotik vasitə qurudulmuş marixuananı özü qəbul etmiş, narkotik tərkibli metadon həblərini isə istifadə etməmiş və özündə saxlamışdır. Son günlərdə pula ehtiyacı olduğuna görə özündə olan narkotik tərkibli metadon həblərini yaşadığı evdən götürüb işlədiyi Bakı şəhəri Xətai rayonu “NZS" qəsəbəsində yerləşən avtotəmiri sexinə aparıb orada gizlədib saxlamağı, həm özü istifadə etməsini, eləcə də tanıdığı şəxslərdən istəyən olacağı təqdirdə metadon həblərini satıb qazanc əldə etməyi fikirləşmiş və buna görə də yaşadığı ünvanda gizlətdiyi 5 listdə ümumilikdə 50 ədəd olan narkotik tərkibli metadon həblərini 21 fevral 2024-cü il tarixdə işlədiyi avtotəmiri sexinə aparıb gizlədib saxlaması üçün götürüb cibinə qoymuşdur. Elə həmin gün 21 fevral 2024-cü il tarixdə, saat 18:30 radələrində o, Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, İ.Zülfüqarov küçəsində olduğu zaman ona 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-nin BMCMİ-nin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib, üstündə narkotik tərkibli metadon həbləri olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu BMCMİ-nə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin Polis İdarəsinə getmişdir. Polis İdarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra video çəkilişdən istifadə edilməklə onun üstünə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı o, üstündə narkotik tərkibli metadon həbləri olduğunu bildirib, əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibində saxladığı 05 ədəd dərman listində olan metadon həblərini, əynindəki gödəkcəsinin sağ yan cibində olan 01 ədəd “İphone” və 01 ədəd “Nokia” markalı mobil telefonları çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Onun təqdim etdiyi 05 ədəd dərman listində olan metadon həblərinə baxış keçirilmiş və hər bir listdə 10 ədəd olmaqla ümumilikdə 50 ədəd metadon həbi aşkar edilmişdir. Sorğu zamanı o, üstündən aşkar edilmiş 50 ədəd narkotik tərkibli metadon həbini təxminən 10-15 gün əvvəl İran vətəndaşı “Mehran” adlı şəxsdən 700 manat pul müqabilində aldığını, həmin həbləri satmaq və eyni zamanda özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan sonra üstündən aşkar olunmuş 05 ədəd dərman listində olan 50 ədəd metadon adlı dərman həbləri polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, qablaşanın üzəri möhürlənmiş, qablaşmanın üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Bundan sonra şəxsi axtarış keçirilməsi və götürmə barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsində daha sonra göstərmişdir ki, üzərindən aşkar edilmiş narkotik tərkibli metadon həblərinin 700 manat dəyərini “Mehran” adlı İran vətəndaşına tam ödəmiş, sonradan narkotik vasitənin satışından əldə edəcəyi puldan Mehrana verməyəcəkdir. Həmin dərman həblərinin götürdüyü ünvana kimlər tərəfindən qoyulduğunu bilməmişdir. Onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasından ailə üzvlərinin və başqa şəxslərin məlumatı olmamış, üzərindən aşkar edilmiş narkotik vasitə metadon adlı dərman həblərindən əlavə başqa yerlərdə narkotik vasitə və psixotrop maddə gizlədib saxlamamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı heç bir fiziki və ya psixi təsir olunmamış, polis əməkdaşlarına tabesizlik göstərməmiş və polislərə qarşqı müqavimət göstərməmişdir(iş vərəqə: 57-62, 75-80). Məhkəmə baxışı zamanı ifadələri arasında müəyyən olunan ziddiyyətlərə aydınlıq gətirən Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərdi ki, həmin ifadələrini verərkən yanında vəkil olub, lakin ona vəkillə sərbəst danışmağa şərait yaradılmamışdır. Aşkar olunması qeyd olunan narkotiki satış məqsədilə üstündə gəzdirməsini polisin diqtəsi ilə etiraf etdiyini, yazdığını vəkilə izah edə bilməmişdir. O, fevral ayı ərzində Qaradağ rayonu ərazisində, o cümlədən Sahil qəsəbəsində olmamışdır. Qaradağ rayonunda heç olmamışdır. O, telefonunu birinci işi üzrə tutulmazdan 3-4 gün öncə Xətai RPİ-yə təhvil vermişdir. O, tutulanda telefonu üzərində olmamışdır. O, iranlının telefon nömrəsini “zapças dükanı” kimi qeyd etməmişdir. Polisin tapşırığından sonra belə qeyd etdiyini demişdir. Müstəntiq əlavə silah qoyacağı,başqa şeylər qoyacağı hədəsi ilə onu təhdid etdiyi üçün o, ifadələrini oxumadan imzalamışdır. Lakin işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında 23 fevral 2024-cü il tarixli qərarının məzmunundan görünür ki, həmin məhkəmədə Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri ilə bağlı təqdimata baxılarkən sonuncu izahat verib, aşkar edilib götürülmüş narkotik vasitəni özünün istifadəsi üçün alıb əldə etdiyini, amma sonradan ona satışla bağlı təklif gəldikdə razılığa gəldiyini bildirmişdir (iş vərəqə: 89-93). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid ifadəsində göstərdi ki, 21 fevral 2024-cü il tarixdə, günorta saatlarında işlədiyi Baş İdarəyə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olması, bu məqsədlə qeyd edilən maddələr əldə edib saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı şəxsən ona daxil olmuşdur. O, həmin məlumatla bağlı məruzə etmiş və sonuncunun anket məlumatları aydınlaşdırılmış, o cümlədən portaldan anket məlumatları ilə bağlı çıxarışlar edilmişdir. Bundan sonra barəsində məlumat daxil olmuş Təqsirləndirilən şəxs ətrafında əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün müvafiq qərar qəbul edilmişdir. Əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün əməliyyat qrupu yaradılmış, qrupa rəhbərlik ona həvalə olunmuş, əməliyyat müvəkkilləri Namiq Məcidov və Mahmud Yusifov qrupun üzvü kimi əmrə daxil edilmişlər. Onlar Təqsirləndirilən şəxs olduğu yeri müəyyənləşdirib elə həmin tarixdə, yəni 21 fevral 2024-cü il tarixdə, saat 18:28 radələrində Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi ərazisində tək olaraq piyada hərəkətdə olarkən ona yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər, həmçinin həmin şəxsdən özünü təqdim etməsini tələb etmişlər. Təqsirləndirilən şəxs zahiri görünüşündən oxşatmışlar. Ramil saxlanılarkən əməliyyat müvəkkilləri Mahmud Yusifov və Namiq Məcidov da onunla birgə olmuşlar. Saxlanılan şəxs özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirmiş, bundan sonra onlar Təqsirləndirilən şəxs onunla bağlı əməliyyataxtarış tədbirinin keçirilməsi barədə qərarı elan edərək üzərində üzərində qanunsuz maddə olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs isə səmimi şəkildə etiraf edib üzərində metadon adlı dərmanlar olduğunu bildirmişdir. Küçənin ortası və adamların çox olması səbəbindən tutulan kimi onun üzərinə baxış keçirməmiş. Təqsirləndirilən şəxs bundan sonra BMCMİ-nə dəvət edilmiş, onun saxlanılması barədə raportla məruzə olunmuş və araşdırma BMCMİ-nin təhqiqatçısı Fəqan Süleymanova həvalə olunmuşdur. Təqsirləndirilən şəxs müdafiəsi üçün vəkil dəvət edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, saxlanılma səbəbi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsində onlar, yəni Ramili saxlayan polis əməkdaşları, Ramil özü, vəkili və təhqiqatçı iştirak etmişlər. Şəxsi axtarış videoçəkilişlə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılarkən Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya, predmet, narkotik vasitə və ya psixotrop maddə olduğu təqdirdə, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üstündə narkotik tərkibli metadon adlı həblər olduğunu bildirib, əynindəki göy rəngli cins şalvarının sağ yan cibində olan 05 ədəd konvalyutda üzərində “Methadone 40” sözü yazılmış dərman həblərini, əynindəki gödəkcəsinin sağ yan cibində olan 01 ədəd “İphone” və 01 ədəd “Nokia” markalı mobil telefonları çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 05 ədəd üzərində “Methadone 40” sözü yazılmış konvalyutda olan həblərə baxış zamanı hər bir konvalyutda 10 ədəd olmaqla ümumilikdə 50 ədəd metadon həbi aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 50 ədəd narkotik tərkibli metadon həbini təxminən 10-15 gün əvvəl İran vətəndaşı kimi tanıdığı “Mehran” adlı şəxsdən 700 manat pul müqabilində aldığını, həmin həbləri özünün istifadə etməsi və satması məqsədi ilə üzərində saxladığını qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 05 ədəd konvalyutda olan 50 ədəd metadon adlı dərman həbi təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfə qoyulub qablaşdırılmış və qablaşmanın üzəri möhürlənmiş, qablaşmanın üzəri iştirakçılar tərəfindən imzalanmış və ekspertiza üçün götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd mobil telefon da götürülmüşdür. Yekunda keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş və protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Şahid ifadəsində daha sonra göstərdi ki, Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbiri zamanı saxlanılarkən, Baş İdarəyə dəvət edilib aparılarkən və yaxud orada olarkən ona qarşı heç bir təzyiq, zorakılıq, qanunsuz hərəkətlər edilməmiş, eləcə də Təqsirləndirilən şəxs onlara qarşı heç bir qanunsuz hərəkətə yol verməmişdir. Ramil BMCMİ-nə gətirilərkən yolboyu qoluna qandal vurulmamışdır. Təqsirləndirilən şəxs barəsində başqa cinayət təqibinin olmasını o, tutulandan sonra bilmişlər. Mehran adlı İran vətəndaşının sadəcə adını bildikləri üçün onunla bağlı heç bir əməliyyat aparılmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin baş əməliyyat müvəkkilləri X11 və X8 məhkəmədə şahid qismində dindirilmiş Şahid ilə oxşar məzmunlu ifadələr verib, sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Cinayət işinə məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid kimi dindirilmiş X4 baxılan iş üzrə Təqsirləndirilən şəxslə qeyri-rəsmi ər-arvad münasibətində olduqlarını, eyni ünvanda yaşadıqlarını qeyd edib, 2024-cü ilin fevral ayının 20 və ya 21-də Ramillə birlikdə Təhsil Nazirliyinə getmələrini, oradan qayıdıb birlikdə həkimə getmək istədiklərini, Xətai polis idarəsindən Təqsirləndirilən şəxs müstəntiq tərəfindən zəng gəldiyini, Ramilin barəsində narkotiklərlə bağlı cinayət işinin istintaqının yekunlaşması və işin məhkəməyə göndərilməsi ilə əlaqədar çağrıldığını, birlikdə polis idarəsinə getmələrini, özünün içəri daxil olmayıb maşında gözlədiyini, oradan çıxandan sonra «Neptun market» deyilən ərazidə Təqsirləndirilən şəxs Binəyə dostunu görməyə gedəcəyini bildirib ondan ayrıldığını, özünün isə «Neptun» marketə girdiyini, ondan sonra Təqsirləndirilən şəxs xəbərinin olmadığını, Axşam Ramilin gəlmədiyini görüb şəxsi təşəbbüsləri ilə Azərbaycan Respublikası DİN-nin 102 xidməti və s. vasitəsi ilə Təqsirləndirilən şəxs axtarmalarını və nəticəsədə bir gün sonra onun “banditizm”də, yəni BMCMİ-də olduğunu öyrənmələrini, Ramilin narkotik vasitələrdən və psixotrop maddələrdən və dərman vasitələrindən istifadə etməsi hallarının olduğunu, Xətai rayon Məhkəməsində onun işinə baxıldığını və Ramilə 8 ay azadlıqdan məhrum etmə cəzası təyin edildiyini təsdiq etmiş, lakin sonuncu dəfə ondan ayrıldıqdan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşında, sonuncunun özünün üzərində qanunsuz narkotik vasitə və ya qanunsuz başqa əşya olub-olmaması barədə məhkəməyə hər hansı məlumat verə bilməmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «şəxsi axtarış aparılması və götürmə» haqqında 21 fevral 2024-cü il tarixli protokoldan görünür ki, barəsində cinayət işinə baxılan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edib saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında DİN-nin BMCMİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı sonuncu 21 fevral 2024-cü il tarixdə, saat 18:28 radələrində ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq BMCMİ-yə gətirilmiş, həmin tarixdə, saat 20:22-dən etibarən onun üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 05 ədəd konvalyutda, hər birində 10 ədəd olmaqla ümumilikdə 50 ədəd metadon həbi, əynindəki gödəkcəsinin sağ yan cibindən 01 ədəd “İphone” və 01 ədəd “Nokia” markalı mobil telefonlar aşkar edilmişdir. Aşkar edilmiş metadon həbləri bir ədəd zərfə qablaşdırılmaqla Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 6 nömrəli möhürü ilə möhürlənmiş, imzalarla təsdiq edilmiş, qablaşdırılan metadon həbləri və mobil telefonlar araşdırma üçün götürülmüşdür. Tədqiq olunan həmin protokoldan daha sonra görünür ki, Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminə şübhəli maddənin özünə məxsus olduğunu, 50 ədəd narkotik tərkibli həmin metadon həblərini saxlanılmazdan təxminən 10-15 gün əvvəl İran vətəndaşı kimi tanıdığı “Mehran” adlı şəxsdən 700 manat pul müqabilində aldığını, həmin həbləri özünün istifadə etməsi və satması məqsədi ilə üzərində saxladığını bildirmişdir. Ən nəhayət, tədqiq olunan protokoldan görünür ki, şəxsi axtarış və götürmə prosesi «Sony» markalı video kameradan istifadə olunmaqla videolentə alınmış və videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı disk «şəxsi axtarış aparılması və götürmə» barədə 21 fevral 2024-cü il tarixli protokola əlavə edilmişdir. Şəxsi axtarış və götürmə prosesi 21 fevral 2024-cü il tarixdə, saat 20:36-da başa çatmışdır (iş vərəqə: 27- 30). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd DVD formatlı diskə yüklənmiş həmin videogörüntülərin nümayişi ilə müəyyən edildi ki, tədqiq olunan videogörüntülər «şəxsi axtarış aparılması və götürmə» haqqında 21 fevral 2024-cü il tarixli protokolun məzmununda göstərilənləri özündə ehtiva edir, tədqiq olunan sübutlar arasında uyğunsuzluqlar və ya ziddiyyətlər müəyyən edilməmişdir (iş materialları). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəməkimyəvi ekspertizasının 22 fevral 2024-cü il tarixli, 3-16- 16/2-6/1040 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 6 nömrəli“ dairəvi möhür əksi olan, Təqsirləndirilən şəxs aşkar olunmuş 05 ədəd konvalyutda üzərində “Methadone 40” sözləri qeyd olunmuş dərman həbləri, Təqsirləndirilən şəxs “imza” və digər ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki 05 ədəd konvalyutda hər birində 10 ədəd olmaqla ümumilikdə 50 ədəd açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadondur, həmin həblərin tərkiblərində metadonun təsiredici maddəsinin ümumi miqdarı 2,0 qram təşkil edir (üzərində qeyd edilmiş göstəriciyə əsasən 01 ədəd həbdə 0,04 qram metadon olmaqla). Həmin 05 ədəd konvalyutda hər birində 10 ədəd olmaqla ümumilikdə 50 ədəd olan metadon həbləri öz aralarında xarici əlamətlərinə və təsiredici maddəsinin miqdarına görə eynidirlər. Rəydə qeyd olunanlara görə metadon 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in İİ siyahısına daxildir. Ən nəhayət, tədqiq olunan rəydən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 50 ədəd metadon həblərinin 3 ədədi tədqiqata sərf edilmiş, 47 ədəd metadon həbi qalıq qalmışdır(iş vərəqə: 42-47). İbtidai istintaq orqanının müvafiq qərarları ilə Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 2,0 qram olmaqla 50 ədəd metadon həbləri, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi və götürmə prosesinin videogörüntülərinin yükləndiyi 1 ədəd DVD formatlı disk iş üzrə maddi sübüt kimi tanınmış, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 47 ədəd qalmış narkotik vasitə metadon həbləri saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, 01 ədəd DVD formatlı disk isə maddi sübut kimi cinayət işinin materiallarına əlavə edilmişdir(iş vərəqə: 30, 94-96, 153-163). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə metadon həblərinin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə verilmiş əməliyyat tapşırığına əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqandan əldə olunan cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar edilən metadon həblərini onun satış məqsədi ilə əldə edib üzərində gəzdirməsi müəyyən edilmiş, həmçinin onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əlavə əməliyyat məlumatı da əldə edilmişdir. Lakin Təqsirləndirilən şəxs aşkar edilmiş metadon həblərini aldığı şəxsin müəyyən edilməsi, həmçinin, digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi metadon həblərini nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi, əvvəllər narkotik vasitə və ya psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirib-keçirməməsinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır(iş vərəqə: 128). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 06 aprel 2024-cü il tarixli, 2239 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan, güclü təsir edən dərman preparatı olan preqabalinin birgə qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu, yəni narkomaniya xəstəliyi aşkar olunur və onun narkomaniyadan məcburi müalicəyə ehdiyacının olması müəyyən edilmişdir. Rəydən, həmçinin görünür ki, ekspertlər Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məsləhət görmüşlər (iş vərəqə: 148-149). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 21 fevral 2024-cü il tarixli qərar məhkəmə nəzarəti qaydasında yoxlanılmış və həmin qərar qanunauyğun hesab edilmişdir(iş vərəqə: 107-108). Daha sonra işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-psixiatrik ekspertizasının 24 aprel 2023-cü il tarixli, 1120 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırda da öz əməlinin xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur(iş vərəqə: 137-138). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, ibtidai istintaq orqanının 18 may 2024cü il tarixli qərarına əsasən cinayət işinin materiallarından Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş külli miqdarda metadon narkotik vasitəsinein mənbəyini müəyyənləşdirmək məqsədilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətləri ilə baxılan cinayət işindən ayrıca icraata material ayrılmışdır (iş vərəqə: 166-167). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixlə 8 №-li qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən metadon narkotik vasitəsinin xeyli miqdar olmaqla aşağı həddi 0,02 qram, külli miqdar olmaqla aşağı həddi 1,6 qram, xüsusilə külli miqdar olmaqla aşağı həddi 160 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş ümumi çəkisi 2,0 qram təşkil edən 50 ədəd metadon narkotik vasitəsin miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş külli miqdar hədlərində olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixlə 8 №-li qərarında məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CMnin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilibtörədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli həmin qərarının doqquzuncu bəndində qeyd olunur ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və psixotrop maddələri təkcə satma deyidl, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yartdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Qeyd olunan Plenum Qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək üzərində saxlaması, daşıması, onun məhkəməyədək icraat mərhələsində üzərində şəxsi axtarış aparılarkən, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində səmimi etirafı, barəsində qətimkan tədbirinə dair məsələyə baxılarkən məhkəmə qarşısında ondan aşkar edilib götürülmüş narkotik vasitəni satmaq niyyəti ilə əldə etməsini etiraf etməsi, barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat orqanının məlumatları təqsirləndirilən şəxsin əldə etdiyi narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına, daşımasına və satmasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda metadon narkotik vasitəsini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır və Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində əməlini səmimi etiraf etmiş, özünü təqsirli bilmiş və təqsirsizliyi ilə bağlı heç bir dəlil gətirməmiş, o cümlədən barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məsələyə baxılarkən məhkəməyə heç bir şikayət etməmiş, əksinə əməlini səmimi etiraf edərək ona qarşı qanun pozuntusuna yol verilməsi ilə bağlı hər hansı məlumat verməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadələrində saxlanılarkən üzərində heç bir növdən olan narkotik vasitə olmaması, onu saxlayan polis əməkdaşları tərəfindən üzərinə ittihamda göstərilən metadon narkotik vasitəsinin qoyulması və müxtəlif hədələrlə, fiziki zor tətbiq olunub ayağından xəsarətləndirilməklə boynuna götürməyə məcbur edilməsi və buna görə etirafedici ifadələr verməsi barədə göstərdiklərini onun özünün müdafiəsi üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq olunur və sübutlar toplanılarkən qanun pozuntularına yol verilməsi müəyyən edilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs qarşı fiziki zor tətbiq olunub-olunmaması ilə bağlı məhkəmə araşdırması aparılmış, məhkəmə sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasından alınmış xx.xx.2024-cü il tarixli rəsmi məlumatlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə İstintaq Təcridxanasına daxil olmuş, ilkin tibbi müayinədən keçirilməklə adına tibbi kitabça açılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə BİT-ə gətirilərkən onun bədənində yeni xəsarətlər aşkar edilməmiş, hər iki saidin ön səthində və sol baldırın orta 1/3-nin arxa səthində çapıq toxuma müşahidə edilmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında Təqsirləndirilən şəxs adına açılmış xx.xx.2024-cü il tarixli tibbi kitabçanın 12-ci bəndindən görünür ki, Təqsirləndirilən şəxs BİT-ə daxil olarkən xəsarət almadığını bildirmişdır (iş materialları). Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş əməliyyat-sorğu arayışı, müvafiq məhkəmə hökmü ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin hökm üzrə 10 yanvar 2024-cü il tarixdən 12 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlanıldığı 02 (iki) gün hazırkı hökmlə ona qəti olaraq təyin edilmiş 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılsın və cəza çəkməsi üçün üzərində qəti olaraq 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır (iş vərəqə: 138, 140-147). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə cinayət hadisəsini Xətai Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli hökmündən əvvəl - 21 fevral 2024-cü il tarixdə törətmiş, lakin baxılan iş üzrə barəsində Xətai Rayon Məhkəməsinin həmin hökmündən əvvəl həbs qətimkan tədbiri seçildiyinldən və baxılan iş üzrə fasiləsiz olaraq həbsdə saxlanıldığından Xətai Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli hökmü üzrə ona təyin olunan azadlıqdan məhrum etmə cəzası çəkilməmiş qalmışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən yüngülləşdirən və Həmin Məcəllənin 61-ci maddəsinə əsasən ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, cinayətlərin məcmusuna görə cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Yəni Azərbaycan Respublikası CM-nin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə bu hissədə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yeni hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş və çəkilməmiş 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmalı və ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli hökmü üzrə 10 yanvar 2024cü il tarixdən 12 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlanıldığı 02 (iki) gün hazırkı hökmlə ona qəti olaraq təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılmalı və cəza çəkməsi üçün Təqsirləndirilən şəxs üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunması məsələsini müzakirə edib belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs barəsində məhkəmə-narkoloji ekspertizanın rəyi nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-cü maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəza çəkmə müəssisələri ümumi rejimli cəzaçəkmə müəssisələri müəyyən olunur. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun baxılan iş üzrə şübhəli şəxs qismində tutulduğu 21 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 21 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 23 fevral 2024-cü il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 21 fevral 2024-cü il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 21 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulub fasiləsiz olaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutlar - Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 47 (qırx yeddi) ədəd narkortik vasitə hesab olunan metadon həbləri məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 89 (səksən doqquz) manat ekspertiza xərci mövcuddur ki, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökmlə təyin olunan 5 (beş) il 6 (altı) müddətə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş və çəkilməmiş 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli hökmü üzrə 10 yanvar 2024-cü il tarixdən 12 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlanıldığı 02 (iki) gün hazırkı hökmlə ona qəti olaraq təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılsın və cəza çəkməsi üçün Təqsirləndirilən şəxs üzərində qəti olaraq 05 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 21 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin, o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübutlara dair məsələ aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 47 (qırx yeddi) ədəd narkortik vasitə hesab olunan metadon həbləri məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar