Məhkəmə qərarları › İş №1(101)-1869/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1869/2022

03.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1869/2022 03.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X8 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Bakı şəhəri, Yasamal rayonu, C.Qaryağdıoğlu küçəsi ev 47-də qeydiyyatda olmaqla ünvan 7-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və naməlum vaxtda şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 1,253 qram narkotik vasitə heroin əldə edib üzərində daşımaqla saxlamış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinə daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı 5 may 2022-ci il tarixdə saat 14:50-də ünvan 1 ünvanın qarşısında saxlanılıb ünvan 2şən Xətai RPİ-yə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan mavi rəngli cins şalvarının sol cibindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 1,253 qram tünd qəhvəyi rəngli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və naməlum vaxtda külli miqdarda 1 ədəd bağlamada qablaşdırılmış ümumi təmiz çəkisi 15702,52 qram (15 kq 702,52 qram) narkotik vasitə qurudulmuş marixuana əldə edib həmin narkotik vasitə qurudulmuş marixuananı hissələrə ayırıb 2,52 qramını 1 ədəd bükümdə olmaqla üstündə, qalan 15700 qram hissəsini 1 ədəd bağlamada olmaqla müvəqqəti məskunlaşdığı Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsində yerləşən qəbiristanlıq ərazisində qəbirlərin birinin arxasında gizlədərək qanunsuz saxlamış, onun qanunsuz hərəkətləri barədə Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinə daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı o, 17 iyun 2022-ci il tarixdə saat 18:30-da Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsində saxlanılıb Bakı şəhəri, Xətai rayonu, Şahid1 küçəsi 69 saylı ünvanda yerləşən Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan boz rəngli cins şalvarının sol cibindən 1 ədəd bükümdə təmiz çəkisi 2,52 qram bitki mənşəli kütlələr təkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, keçirilmiş əməliyyat- axtarış tərbirinin davamı olaraq Təqsirləndirilən şəxs göstərməsinə əsasən müvəqqəti məskunlaşdığı Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsində yerləşən qəbiristanlıq ərazisinə keçirilən baxış zamanı polis əməkdaşlarının təklifinə əsasən sonuncunun qəbirlərdən birinin arxasından çıxarıb təqdim etdiyi külli miqdarda təmiz çəkisi 15700 qram bitki mənşəli kütlələr təkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddət nakotik vasitə olan heroini çəkmək və ya inyeksiya yolu ilə, arabir isə narkotik vasitə qurulmuş marixuananı çəkmək yolu ilə qəbul etmişdir. Həmin narkotik vasitələri müxtəlif yerlərdən tanımadığı şəxslərdən almışdır. Narkotik vasitələrdən istifadə nəticəsində narkomaniya xəstəliyinə tutulmuş, uzun müddət bu xəstəlikdən əziyyət çəkmişdir. Belə ki, narkotik vasitələri vaxtlı-vaxtında qəbul etmədiyi tədqirdə bədənində möhkəm ağrılar olmuş, yuxusuzluqdan, baş gicəllənmə və baş ağrılarından əziyyət çəkmişdir. 5 may 2022-ci il tarixdə səhər saatlarında narkotik vasitə əldə etməkdən ötrü “Kubinka” deyilən əraziyə yollanmış, belə ki, həmin yerdə narkotik vasitə istifadəçilərinin sayı çoxluq təşkil etdiyindən, hər hansı tanımadığı şəxslərin birindən narkotik vasitə əldə edə biləcəyini güman edib həmin əraziyə gəlmişdir. Çatdıqda bir qədər gəzib, tanımadığı, lakin bədən quruluşundan narkotik vasitə istifadəçinə oxşatdığı təxminən 40-45 yaşlarında, qaraşın, qara saçlı, uzunsov sifətli, arıq bədən quruluşlu, boyu təxminən 165-170 sm olan bir nəfər şəxsə yaxınlaşaraq narkotik vasitə heroini haradan və kimdən əldə edə biləcəyi ilə maraqlanmışdır. Həmin şəxs isə üzərində nə qədər pul olduğunu, habelə neçə qram çəkidə narkotik vasitə istədiyini soruşduqda, o öz istifadəsi üçün bir “çet” (bir büküm) narkotik vasitə heorin istədiyini və bunun üçün üzərində 20 manat pul olduğunu demişdir. Həmin tanımadığı şəxs ondan bir neçə dəqiqə gözləməyini xahiş edib, qısa müddət ərzində istədiyimi gətirəcəyini deyib kənarlaşmışdır. Bir neçə dəqiqədən sonra geriyə qayıtdıqda həmin şəxs 1 ədəd sellofan bükümü ona verib bükümün içərisində 1 qramdan bir qədər artıq narkotik vasitə heroin olduğunu demişdir. O, bükümü açıb içərisində, həqiqətən də, narkotik vasitə heroin olduğuna əmin olduqdan sonra razılaşdıqları kimi tanımadığı şəxsə 20 manat pul verməklə içrəsində narkotik vasitə heroin olan həmin 1 ədəd bükümü ondan almış, aldığı heroini isə əynində olan şalvarın cibinə qoyaraq bədənində ağrılar başladığı zaman istifadə etmək üçün saxlamışdır. Bundan sonra cəld bir şəkildə oradan uzaqlaşıb yaşadığı ev istiqamətində gəlmişdir. Həmin gün saat 14 radələrində yaşadığı evin yaxınlığına, yəni Xətai rayonu, N.Şükürov küçəsinə çatdıqda 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək, Xətai RPİ-nin X2 əməkdaşları olduqlarını bildirmiş və daha sonra qanunsuz olaraq narkotik vasitə əldə edib, saxlamaqda şübhəli olduğumu izah edib onlarla birlikdə Xətai PRİ-yə getməyini demişlər. O, polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə Xətai rayon Polis İdarəsinə gəlmişdir. İdarədə ona müdafiəçi təqdim edilmiş, hüquq və vəzifələri izah edilmiş, ardınca videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılacağı barədə xəbərdar edilmişdir. Bundan sonra isə şəxsi axtarışa başlanılmışdır. Polis əməkdaşları şəxsi axtarışı aparmazdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmaması barədə sorğu etmiş, artıq polis əməkdaşlarının onun qanunsuz əməllərini, yəni narkotik vasitə istifadə etməsi barədə məlumatlı olduqlarını bilib əynindəki şalvarın sol yan cibində sağladığı 1 ədəd sellofana bükülmüş vəziyyətə olan narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmişdir. Eyni zamanda polis əməkdaşları ondan təqdim etdiyi bükümün içərisində nə olduğunu soruşduqda, həmin 1 bükümdəki maddənin narkotik vasitə heroin olduğunu bildirib, həmin heroini saxlanmamışdan bir neçə saat əvvəl “Kubinka” deyilən ərazidə tanımadığı şəxsdən 20 manat müqabilində alıb öz istifadəsi üçün saxladığını bildirmişdir. Polis əməkdaşları təqdim etdiyi 1 ədəd bükümə baxış keçirib çəkisini müəyyən etdikdən sonra qablaşdırıb möhürləyərək götürmüş, ardınca şəxsi axtarış aparılmış, lakin üzərindən başqa qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Daha sonra aşkar edilənlərlə bağlı hamının iştirakı ilə protokol yazılmış, protokol ucadan oxunduqdan sonra o, müdafiəçisi və baxışda iştirak edən digər iştirakçılar tərəfindən imzalanmışdır. Törədiyi bu cinayətə görə AR CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bundan sonrakı günlərdə mütəmadi olaraq yaşadığı evdə olub narkotik vasitələrdən uzaq olmağa çalışmışdır. Təxminən 2022-ci ilin iyun ayının ortalarında Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsi, N.Şükürov küçəsində yerləşən “Keşlə” qəbiristanlığı adlanan yerdə olarkən axşam saatlarında tanımadığı və qaranlıq olduğu üçün xarici görünüşünə diqqət etmədiyi bir nəfər şəxsin əlində saxladığı qara rəngli iri sellofan bağlama ilə qəbiristanlığa daxil olduğunu görmüşdür. Bu hal onda maraq oyatdığı üçün kənarda dayanıb həmin şəxsin hərəkətlərini izləməyə başlamışdır. Həmin tanımadığı şəxs ərtafa boylana-boylana qəbiristanlığın içi ilə hərəkət edib əlindəki bağlamanı qəbirlərdən birinin arxasında gizlətmiş, ardınca cəld şəkildə qəbiristanlığı tərk edərək uzaqlaşmışdır. Həmin tanımadığı şəxsin şübhəli davranışı diqqətini cəlb etdiyi üçün həmin bağlamada nə olması onda maraq oyatmışdır. Bundan sonra tək halda tanımadığı şəxsin bağlamanı gizlətdiyi yerə yaxınlaşıb bağlamanı açaraq içərisinə nəzər yetirmişdir. Bu zaman bağlamanın içərisində təxminən 16 kq-a yaxın narkotik vasitə qurudulmuş marixuana olmasını aşkar etmişdir. 17 iyun 2022-ci il tarixdə UPD qəsəbəsinə gəlib, işlərini tamamlayıb həmin qəbiristanlıqda aşkar etdiyi narkotik vasitə dolu sellofanı ilə bağlı polis əməkdaşlarına məlumat vermək qərarına gəlmişdir. Bununla əlaqədar qəbiristanlıqda olan sellofanı götürmüş və Qafqaz küçəsi ilə qəbiristanlıq istiqamətdə hərəkətdə olarkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək Xətai RPİ-nin NMB-nin əməkdaşları olduqlarını bildirdilə və daha sonra qanunsuz olaraq narkotik vasitə əldə edib, saxlamaqda şübhəli olduğunu izah edib onlarla birlikdə Xətai PRİ-nin 37-ci PŞ-nə getməyini bildirmişlər. O həmin vaxt polis əməkdaşlarına əlində olan narkotik vasitəni qəbiristanlığdan tapdığını, onlara təqdim etmək üçün gətirdiyini bildirsə də, onlar dediklərinə məhəl qoymayıb onu narkotik vasitə ilə birlikdə xidməti avtomobillə Xətai rayon Polis İdarəsinin 37-ci PŞ-nə gətirmişlər. Polis şöbəsində tutularkən dediklərini yenidən təkrarlasa da, yenə onu dinləməmiş və həmin iri sellofandan bir büküm ayırıb üzərinə qoymaqla videoçəkiliş etmişlər. O, etirazlarının heç bir nəticə vermədiyini görüb, məcbur polis əməkdaşlarının dediklərini etməyə başlamışdır. Bundan sonra Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsində yerləşən qəbiristanlığa gəlib orada iri sellofan bükümə baxış keçirilmişdir. Həmin bağlamanın tərəzi vasitəsi ilə çəkisini müəyyən edildikdən sonra götürülmüşdür. İkinci tutulmasında yolda olakən polis əməkdaşları özləri ona yaxınlaşmışlar. Onu ikinci dəfə tutan polis əməkdaşları ilk tutulmasında da iştirak etmişlər. Polis əməkdaşları artıq onu tanıdıqları üçün yaxınlaşmışlar. Qəbiristanlıq yaşadığı evin yaxınlığında yerləşmişdir. Narkotik vasitə qəbiristanlığa qoyulan zaman o, qəbiristanlığın içərisində olmuşdur. Qəbiristanlıqda olan narkotik vasitəni polis əməkdaşlarına könüllü təqdim etmək üçün götürmüşdür. Heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Narkotik vasitəni həmişə şəxsi istifadəsi üçün almışdır. Mobil telefonu olmamış, istifadə etməmişdir. Şəxsi axtarış və baxış zamanı videoçəkilişdən istifadə edilmişdir. Qəbiristanlıqda məskunlaşmamışdır. Tutulanadək ailəsi ilə birlikdə ünvan 7-də yaşamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. İbtidai istintaq zamanı yazılan ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsinin 16 kq-a yaxın narkotik vasitə qurudulmuş marixuananı polis əməkdaşlarına məlumat vermək qərarına gəlməklə bağlı hissəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin həmin hissəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, 2022-ci ilin iyun ayının əvvəllərində yaranmış ailədaxili problemlər səbəbindən yaşadığı evdən çıxmış, bundan sonra qalmağa yeri olmadığı üçün müvəqqəti olaraq Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsi, N.Şükürov küçəsində yerləşən “Keşlə” qəbiristanlığı adlanan yerdə məskunlaşıb, orada yaşamağa başlamış, təxminən 2022-ci ilin iyun ayının ortalarında axşam saatlarında qəbiristanlıqda olan zaman tanımadığı və qaranlıq olduğu üçün xarici görünüşünə diqqət etmədiyi bir nəfər şəxsin əlində saxladığı qara rəngli iri sellofan bağlama ilə qəbiristanlığa daxil olduğunu görmüş, bu hal onda maraq oyatdığı üçün kənarda dayanıb həmin şəxsin hərəkətlərini izləməyə başlamış, həmin tanımadığı şəxs ərtafa boylana-boylana qəbiristanlığın içi ilə hərəkət edib, əlindəki bağlamanı qəbirlərdən birinin arxasında gizlətmiş, ardınca cəld şəkildə qəbiristanlığı tərk edərək uzaqlaşmış, həmin tanımadığı şəxsin şübhəli davranışı diqqətini cəlb etdiyi üçün həmin bağlamada nə olması onda maraq oyatmış, bundan sonra tək halda tanımadığı şəxsin bağlamanı gizlətdiyi yerə yaxınlaşıb bağlamanı açaraq içərisinə nəzər yetirmiş, bu zaman bağlamanın içərisində təxminən 16 kq-a yaxın narkotik vasitə qurudulmuş marixuana olmasını aşkar etmiş, belə olan halda bağlamadakı narkotik vasitə qurudulmuş marixuanadan hissə-hissə özü istifadə etmək qərarına gəlib həmin bağlamanı olduğu yerdən götürərək, yerini dəyişib, bağlamanı digər bir qəbrin arxasında gizlədərək saxlamış, bundan sonrakı vaxlarda hissə-hissə həmin narkotik vasitə qurudulmuş marixuanadan götürüb çəkmək yolu ilə istifadə etmiş, həmişə olduğu kimi 17 iyun 2022-ci il tarixdə günorta saatlarında qəbiristanlıqda gizlətdiyi narkotik vasitə qurulmuş marixuanadan az bir hissə götürüb, sellofan kəsiyinə qoymaqla gələcəkdə istifadə etməkdən ötrü əynindəki şalvarın cibinə yerləşdirmiş, daha sonra müəyyən işləri ilə əlaqədar qəbiristanlığı tərk edib, UPD qəsəbəsinə gəlmiş, işlərini tamamlayıb, Qafqaz küçəsi ilə qəbiristanlıq istiqamətdə hərəkətdə olarkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək Xətai RPİ-nin NMB-nin əməkdaşları olduqlarını bildirmiş, daha sonra qanunsuz olaraq narkotik vasitə əldə edib, saxlamaqda şübhəli olduğunu izah edib, onlarla birlikdə Xətai PRİ-nin 37-ci PŞ-nə getməsini bildirmiş, o polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə Xətai rayon Polis İdarəsinin 37-ci PŞ-nə gəlmiş, PŞ-nə gəldikdən sonra ona müdafiəçi təqdim edilmiş, hüquq və vəzifələri izah edilmiş, ardınca videoçəkilişdən istifadə edilməklə şəxsi axtarışı aparalıcağı barədə xəbərdar edilmiş, bundan sonra şəxsi axtarışına başlanmış, şəxi axtarış zamanı polis əməkdaşları üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmaması barədə sorğu edib, müsbət halda həmin əşyaları təqdim etməsini təklif etmiş, bu zaman o, əynindəki boz rəngli cins şalvarın sol yan cibində saxladığı 1 ədəd sellofana bükülmüş vəziyyətə olan narkotik vasitə qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim edib, həmin narkotik vasitəni necə və hansı şəraitdə əldə etməsi ilə bağlı ifadəsində qeyd etdikləri barədə onları məlumatlandırmış, eyni zamanda narkotik vasitənin qalan hissəsinin qəbiristanlıqda olduğunu deyib həmin narkotik vasitəni də onlara təqdim edə biləcəyini demiş, bundan sonra polis əməkdaşları təqdim etdiyi 1 ədəd bükümə baxış keçirib, çəkisini müəyyən etdikdən sonra qablaşdırıb, möhürləyərək götürmüş, ardınca şəxsi axtarışı aparılmış, lakin üstündən başqa qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmiş, aşkar edilənlərlə bağlı müvafiq protokol tərtib edildikdən sonra narkotik vasitənin qalan hissəsinin götürülməsindən ötrü müdafiəçi və polis əməkdaşları ilə birgə şöbədən çıxaraq, müvəqqəti məskunlaşdığı Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsində yerləşən qəbiristanlığa gəlmiş, qeyd edilən ünvana gəldikdə o, qəbirlərdən birinin arxasında gizlədərək saxladığı qara rəngli sellofan bağlamada olan narkotik vasitə qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmiş, polis əməkdaşları onlara təqdim etdiyi bağlamanın içərisinə baxış keçirmiş, həmin bağlamanın tərəzi vasitəsi ilə çəkisini müəyyən etdikdən sonra götürmüş, bundan sonra keçirilən baxışla əlaqədar hamının iştirakı ilə protokol tərtib olunmuş, ucadan oxunmuş, şikayət, ərizə və təkliflər daxil olmadığından doğruluğunu təsdiq etmək üçün o və digər iştirakçılar tərəfindən protokola imza edilmişdir (cild 1, iş vərəqə 132-134 və 142-144). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə törətdiyi cinayət əməlini qismən etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bağlı ifadəsi, məhkəmə istintaqı zamanı isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bağlı ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun həmin ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə tam təqsirli olması aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 17 iyun 2022-ci il tarixdə xx.xx.1973-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 7 ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələr əldə etməsi, daşıması, saxlaması və onların satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. İlk əvvəl həmin məlumat yoxlanması üçün raport tərtib edilməklə idarə rəhbərliyinə məruzə edilmiş, rəhbərlik tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə alındıqdan sonra əməliyyat-axtarış təbirinin keçirilməsinə dair qərar qəbul olunmuş, həmin qərar əsasında o, həmçinin bölmənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Bundan sonra həmin gün saat 18 radələrində əməliyyat qrupunun üzvü olan Şahid4la birlikdə Təqsirləndirilən şəxs olması ehtimal edilən Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsinə gəlmiş, qeyd edilən ünvan ətrafında əməliyyat mövqeyi tutub, bir neçə vaxt ərzində müşahidə apardıqdan sonra xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar şəxsin həmin ünvana gəldiyini görüb dərhal həmin şəxsə yaxınlaşmış, həmin şəxsə xidməti vəsiqələrini təqdim etməklə Xətai RPİ-nin NMB-nin əməkdaşları olduqlarını bildirib, ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələr əldə etməsi, qəbulu və onların satışı ilə məşğul olması barədə barədə məlumat daxil olduğunu izah edib, onu qəbul edilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış etmiş, bundan sonra onu yaxınlıqdakı Bakı şəhəri, Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişlər. Polis şöbəsində Bakı şəhəri, 13 saylı Vəkil Bürosundan vəkil dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim edilmiş, ona hüquq və vəzifələri izah edilərək, dəvət olunmuş müdafiəçinin iştirakı ilə vidoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılacağı izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılmış, şəxsi axtarış aparılan zaman ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 1 ədəd sellofan kəsiyinə bükülünü təqdim edərək, bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş, sorğu zamanı Təqsirləndirilən şəxs təxminən 10 gün əvvəl Xətai rayonu, N.Şükürov küçəsində yerləşən qəbiristanlıqda olduğu zaman tanımadığı şəxsin əlində saxladığı bağlamanı qəbiristanlıq ərazisinə gətirərək gizlətdiyini, həmin şəxs qəbiristanlığı tərk etdikdən sonra həmin bağlamanı açdığını, bu zaman bağlamanın içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını aşkar etdiyini, bundan sonra həmin bağlamanı olduğu yerdən götürüb, qəbirlərdən birinin arasında gizlədərək saxladığını və bundan sonra bağlamadakı marixuanadan hissə-hissə istifadə etdiyini deyib, üstündən aşkar olunmuş marixuananın da həmin bağlamadan götürdüyü qurudulmuş marixuanaya aid olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükümə baxış keçirdikdə bükümün içərisində yaşıl rəngli, çətənə bitkisə aid spesifik qoxuya malik, narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsinin olması müəyyən edilmiş, ardınca Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, əynindəki şalvarın sol yan cibindən 1 ədəd siqaret qutusu, ümumilikdə 101 manat pul manat aşkar olunmuş, lakin üzərindən qanunla qadağan edilmiş digər hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş nakrotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzi vasitəsi ilə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 2,63 qram olduğu müəyyən edilmiş, iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün 1 ədəd siqaret qutusu və ümumilikdə 101 manat pul Təqsirləndirilən şəxs özünə qaytarılmış, şəxsi axtarış bitdikdən sonra Təqsirləndirilən şəxs qəbiristanlıq ərazisində gizlətdiyi narkotik vaistə qurudulmuş marixuananı könüllü olaraq təqdim edə biləcəyini bildirdiyindən, onlar hamısı birgə şöbədən çıxaraq müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə Bakı şəhəri, Xətai rayonu,N.Şükürov küçəsində yerləşən qəbiristanlığa gəlmiş, videoçəkilişdən istifadə edilməklə həmin ünvana baxış keçirilən zamanı Təqsirləndirilən şəxs qəbirlərdən birinin axrasında gizlətdiyi 1 ədəd üzəri skoçlanmış qara rəngli rəngli iri sellofan bağlamanı təqdim edib, təqdim etdiyi bağlamada narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin sellofan bağlamaya baxış zamanı bağlamada yaşıl rəngli, çətənə bitkisə aid spesifik qoxuya malik, narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki mənşəli kütlənin olması aşkar olunmuş, qeyd olunan qara rəngli sellofan bağlama içərisində olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə ilə birlikdə əl tərəzisi vasitəsi ilə çəkildikdə çəkisinin 15,68 kq olduğu müəyyən edilmiş, daha sonra aşkar olunmuş içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan 1 ədəd sellofan bağlama tərəflərindən götürülmüş, baxış bitdikdən sonra aşkar edilənlərlə bağlı protokol tərtib olunmuş, həmin protokol oxunduqdan sonra iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs qəbiristanlıqda külli miqdarda narkotik vasitə olduğunu etiraf etmişdir. Qəbiristanlıqdan aşkar olunan narkotik vasitə 1 ədəd iri sellofanda olmuş, kiçik ölçülü bükümlərə ayrılmamışdır. İri sellofanın içərisində elektron tərəzi olmamışdır. Şəxsi axtarış və baxış videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitə satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs şəxsi axtarışdan əvvəl üzərində olan narkotik vasitəni təqdim etməmişdir. Təqsirləndirilən şəxs özü onlara yaxınlaşmamışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 5 may 2022-ci il tarixdə bölməyə xx xxx 1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələr əldə etməsi, daşıması, saxlaması və onların satışı ilə məşğul olması barədə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuş, daxil olmuş həmin məlumat yoxlanması üçün idarə rəhbərliyinə raportla məruzə edilmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə alındıqdan sonra əməliyyat-axtarış təbirinin keçirilməsinə dair qərar qəbul olunmuş, çıxarılmış qərar əsasında o, həmçinin bölmənin digər əməkdaşından ibarət əməliyyat qrupu təşkil edilmiş, bundan sonra həmin gün saat 14 radələrində əməliyyat qrupunun üzvü ilə birlikdə Təqsirləndirilən şəxs olması ehtimal edilən Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsinə gəlmiş, qeyd edilən ünvan ətrafında əməliyyat mövqeyi tutub, müşahidə aparmağa başlamış, həmin gün saat 14:50-da xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar şəxsin həmin ünvana gəldiyini görüb dərhal həmin şəxsə yaxınlaşmış, xidməti vəsiqələrini təqdim etməklə Xətai RPİ-nin NMB-nin əməkdaşları olduqlarını bildirib, ondan özünü təqdim etməsini xahiş etmiş, həmin şəxs özünü xx xxx 1973-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 7 ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmiş, onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu izah edib, onu qəbul edilmiş əməliyyataxtarış tədbirinin keçirilməsi barədə qərarla tanış etmiş, bundan sonra onu Xətai RPİ-yə dəvət etmişlər. İdarəyə gəldikdən sonra Bakı şəhəri, 13 saylı Vəkil Bürosundan vəkil dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim edilmiş, ona hüquq və vəzifələri izah edilərək, dəvət olunmuş müdafiəçinin iştirakı ilə vidoçəkilişdən istifadə edilməklə şəxsi axtarışı aparılacağı izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılmış, şəxsi axtarış aparılan zaman ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuş, əks təqdirdə şəxsi axtarışı aparılacağı barədə izah edilmiş, bu zaman Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sol yan cibindən 1 ədəd bükümü təqdim edərək həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin heroini tanımadığı şəxsdən özünün istifadəsi üçün 20 manat pul müqabilində aldığını bildirmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükümə baxış keçirildikdə bükümün içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd büküm elektron tərəzi vasitəsi ilə çəkilmiş, qablaşdırılıb möhürlənərək götürülmüş, daha sonra aşkar edilənlərlə bağlı hamının iştirakı ilə protokol tərtib olunmuş, həmin protokol oxunduqdan sonra iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır (cild 1, iş vərəqə 75-77). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ifadəsinin məzmunundan görünür ki, o, Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 78-80). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələr əldə etməsi, daşıması, saxlaması və onların satışı ilə məşğul olması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xətai rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinə daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs 5 may 2022-ci il tarixdə saat 14:50-də ünvan 1 ünvanın yaxınlığında saxlanılıb ünvan 2şən Bakı şəhəri, Xətai rayon Polis İdarəsinə gətirilərək videoçəkilişdən istifadə edilməkdə üzərində şəxsi axtarış aparılan zaman əynində olan mavi rəngli cins şalvarın sol yan cibindən 1 ədəd sellofan bükümdə qablaşdırma ilə birlikdə çəkisi 1,31 qram olan tünd qəhvəyi rəngli, spesifik iyli, narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 29- 30). Cinayət işinin materiallarında olan “videogörüntüyə baxış keçirilməsi barədə” protokoldan görünür ki, iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi, habelə ittihamın düzgün həlli üçün toplanmış təhqiqat sübutlarının həqiqiliyinə və mötəbərliliyinə qiymət verilməsi məqsədi ilə Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı qeydə alınmış videogörüntüləri əks etdirən 1 ədəd “CD-R” formalı diskə Bakı şəhəri Xətai RPİ-nin inzibati binasında xidməti iş otağında baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarın sol yan cibindən 1 ədəd sellofan bükümdə qablaşdırma ilə birilikdə çəkisi 1,31 qram olan tünd qəhvəyi rəngli, spesifik iyli, narkotik vasitə heroinə bənzər maddənin aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs videgörüntüdə əks olunan, yəni şəxsi axtarışı aparılarkən əynindəki şalvarın sol cibindən 1 ədəd bükümdə narkotik vasitə heroinii polis əməkdaşlarına təqdim edən şəxsin özü olduğunu, həmin narkotik vaistə heroinin özünə məxsus olduğunu bildirib, videogörüntülərdə əks olunan xüsusatların həqiqiliyini təsdiq etmişdir (cild 1, iş vərəqə 50-51). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələr əldə etməsi, daşıması, saxlaması və onların satışı ilə məşğul olması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinə daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs 17 iyun 2022-ci il tarixdə saat 18:30-da Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsində saxlanılıb Bakı şəhəri, Xətai rayonu, Şahid1 küçəsi 69 saylı ünvanda yerləşən Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə gətirilərək videoçəkilişdən istifadə edilməkdə üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 1 ədəd sellofan bükümdə qablaşdırma ilə birlikdə çəkisi 2,63 qram olan tünd yaşıl rəngli, çətənə bitkisinə aid spesifik iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki mənşəli kütlə aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 115-116). Cinayət işinin materiallarında olan “hadisə yerinə baxış haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs göstərməsi əsasında Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsində yerləşən qəbiristanlıq ərazisinə keçirilən baxış zamanı polis əməkdaşlarının təklifinə əsasən sonuncunun qəbiristanlıqdakı qəbirlərdən birinin araxasından çıxarıb təqdim etdiyi 1 ədəd bağlamada qablaşdırma ilə birlikdə çəkisi 15,68 kq yaşıl rəngli, çətənə bitkisinə aid spesifik iyli narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki mənşəli kütlə aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 117-118). Cinayət işinin materiallarında olan “videogörüntüyə baxış keçirilməsi barədə” protokoldan görünür ki, iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi, habelə ittihamın düzgün həlli üçün toplanmış təhqiqat sübutlarının həqiqiliyinə və mötəbərliliyinə qiymət verilməsi məqsədi ilə Təqsirləndirilən şəxs şəxsi axtarışı, habelə Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsində yerləşən qəbiristanlıq ərazisinə keçirilən baxış zamanı qeydə alınmış videogörüntüləri əks etdirən 2 ədəd “CD-R” formalı diskə Bakı şəhəri Xətai RPİ-nin inzibati binasında xidməti iş otağında baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd sellofan bükümdə qablaşdırma ilə birilikdə çəkisi 2,63 qram olan tünd yaşıl rəngli, çətənə bitkisinə aid spesifik iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki mənşəli kütlənin aşkar edilməsi, Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsində yerləşən qəbiristanlıq ərazisinə keçirilən baxış zamanı polis əməkdaşlarının təklifinə əsasən qəbiristanlıqdakı qəbirlərdən birinin arxasında olan 1 ədəd bağlamada qablaşdırma ilə birlikdə çəkisi 15,68 kq yaşıl rəngli, çətənə bitkisinə aid spesifik iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki mənşəli kütləni təqdim etməsi müəyyən edilmişdir. Baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs videgörüntüdə əks olunan, yəni şəxsi axtarışı aparılarkən əynindəki boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd bükümdə, habelə Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsində yerləşən qəbiristanlıq ərazisindən 1 ədəd sellofan bağlamada olan narkotik vasitə qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim edən şəxsin özü olduğunu, həmin narkotik vasitələrin özünə məxsusluğunu bildirib, videogörüntüdə əks olunan xüsusatların həqiqiliyini təsdiq etmişdir (cild 1, iş vərəqə 145- 146). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-Kimyəvi Ekspertizasının 6 may 2022-ci il tarixli 6/2597 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 1,253 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (Qeyd: heroinin ümumi təmiz çəkisi 1,253 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 1,153 qram, cild 1, iş vərəqə 38-40). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-Kimyəvi Ekspertizasının 18 iyun 2022-ci il tarixli 7/648 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş kağız paketdəki 1 ədəd şəffaf siqaret sellofan bükülüdə təmiz çəkisi 2,52 qram və 1 ədəd qara rəngli polietilen bağlamadakı təmiz çəkisi 15700 qram bitki mənşəli kütlələr təkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Təqdim olunmuş marixuanalar tərkiblərinə görə eynidir (Qeyd: marixuananın ümumi təmiz çəkisi 15702,52 qram, tədqiqata sərf edildi 0,25 qram, qalıq 15702,27 qram, cild 1, iş vərəqə 125-127). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 23 avqust 2022-ci il tarixli 4669 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 195-196). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq çəkiləri 1,153 qram olan narkotik vasitə heroin və 15702,27 qram olan narkotik vasitə marixuana maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, “şəxsi axtarış və götürmə” və “hadisə yerinə baxış keçirilməsi” istintaq hərəkətlərini özündə əks etdirən 3 ədəd “CD-R” disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 197-211). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon məhkəməsinin 22 dekabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 4 iyul 2013cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 7 may 2013-cü il tarixli Amnistiya qərarının 2.5-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir (cild 1, iş vərəqə 182-184). Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə əsasən “az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin tələbinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət törətməyə görə məhkum olunmuş və vaxtından əvvəl cəza çəkməkdən azad edildikdən 2 il keçdikdən sonra hazırkı cinayəti törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3 və 83.4-cü maddələrinin tələblərinə əsasən məhkumluğu ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 5 may 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 18). Cinayət işinin materiallarında olan 7 may 2022-ci il tarixli qərardan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai RPİ-nin MSY-dən azad edilmiş və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 69- 70). Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 iyun 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 105). Cinayət işinin materiallarında olan Bakı şəhəri Xətai rayon məhkəməsinin 18 iyun 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 17 iyun 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 153-157). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 5 may 2022-ci il tarixdən 7 may 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı 2 (iki) gün müddət hökmlə təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3 və 15.4-cü maddələrinin tələblərinə əsasən “az ağır” və “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 17 iyun 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 192 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq çəkiləri 1,153 qram olan narkotik vasitə heroin və 15702,27 qram olan narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -“şəxsi axtarış və götürmə” və “hadisə yerinə baxış keçirilməsi” istintaq hərəkətlərini özündə əks etdirən 3 ədəd “CD-R” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 5 may 2022-ci il tarixdən 7 may 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı 2 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 9 (doqquz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 17 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 192 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq çəkiləri 1,153 qram olan narkotik vasitə heroin və 15702,27 qram olan narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. -“şəxsi axtarış və götürmə” və “hadisə yerinə baxış keçirilməsi” istintaq hərəkətlərini özündə əks etdirən 3 ədəd “CD-R” disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar