Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1869/2024 01.08.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X1 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçilər – Təqsirləndirilən şəxs1 müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 müdafiəçiləri Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Hökumalı oğlu, “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx xxxxxx 2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ında yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 126.2.4, 181.3.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, 07 avqust 2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair 1(101)-1869/2024 saylı cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən etdi: 06 iyun 2024-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 126.2.4, 181.3.3 və 221.3-cü maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5 və 221.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair 1(101)- 1869/2024 saylı cinayət işi daxil olmuşdur. Həmin cinayət işi 24 oktyabr 2023-cü il tarixdə Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis kapitanı X3 tərəfindən başlanaraq icraata qəbul olunmuş və 19 may 2024-cü il tarixdə ittiham aktının tərtib edilməsi ilə yekunlaşdırılmışdır. İş üzrə ittiham aktı 24 may 2024-cü il tarixdə təsdiq edilərək cinayət işi 24 may 2024-cü il tarixli məktubla baxılması üçün məhkəməyə göndərilmişdir. Cinayət işinin materialları öyrənilərkən və işə hazırlıq iclasında baxılarkən ibtidai istintaq zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulub-pozulmaması barədə məsələlər (maddə 299.3.2) araşdırılmış və dövlət ittihamçısı yazılı vəsatətlə çıxış edərək Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 126.2.4, 181.3.3 və 221.3-cü maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5 və 221.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxılmasına xitam verilməsi və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Dövlət ittihamçısı vəsatətini onunla əsaslandırmışdır ki, ittihama görə Təqsirləndirilən şəxs1 23 oktyabr 2023-cü il tarixdə, saat 04 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən ictimai yer hesab olunan “Rio” adlanan əyləncə mərkəzində spirtli içki qəbul edərək sərxoş vəziyyətdə istirahət etdiyi tanıdığı Təqsirləndirilən şəxs2 ilə razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək tamah niyyəti ilə bir qrup şəxs halında aralarında olan ümumi cinayətkar niyyətə uyğun cinayətin törədilmə üsulunu qabaqcadan müəyyənləşdirməklə, yəni həmin vaxt yan masada istirahət edən müştərilər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və digər masada əyləşən klubun icarədarı Zərərçəkmiş şəxs2 masası üzərində olan əl çantaları və pul kisəsini Oqtay Məmmədov ilə silah qismində istifadə olunan bıçaqdan istifadə etməklə xuliqanlıq və quldurluq hərəkətləri etməklə götürüb oradan qaçmalarından ibarət razılaşmalarına uyğun davranaraq sonuncu ilə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, qərəzli hərəkətlərlə ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinatsızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş ümumdavranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirib ucadan nalayiq sözlər səsləndirərək zərərçəkmiş şəxslərə silah qismində istifadə olunan əşyadan istifadə edilməklə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq edərək özgənin əmlakını ələ keçirmə məqsədilə hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edib quldurluq etməklə müştəri Zərərçəkmiş şəxs4 məxsus dəyəri 10 manat olan 1 ədəd süni dəri materialdan hazırlanmış, üzərində “nu voyage merevilles” yazıları olan, zəncirbəndlə açılıb-bağlanan, qara rəngli qadın çantasını, müştəri Zərərçəkmiş şəxs1 məxsus dəyəri 10 manat olan qara rəngli istifadədə olmuş üzərində markalanma göstəricisi olmayan, zəncirbəndlə açılıb-bağlanan qadın çantası və çantanın daxilində 1 ədəd dəyəri 7 manat olan üzərində “X6 Sea Buckthorn” yazıları olan istifadədə olmamış əl kremi, 1 ədəd dəyəri 5 manat olan üzərində “X6 Rose Hip” yazıları olan istifadədə olmuş əl kremi, 1 ədəd dəyəri 3 manat olan üzərində “X8” yazıları olan istifadədə olmuş üz kremi, 1 ədəd dəyəri 7 manat olan üzərində “Faberlic Uviolet” yazıları olan istifadədə olmuş ətir, 1 ədəd dəyəri 7 manat olan üzərində “Faberlic Alatau” yazıları olan istifadədə olmuş ətir, 1 ədəd dəyəri 3 manat olan qırmızı rəngli, üzərində “A058” kodu olan istifadədə olmuş qol saatını və icarədar Zərərçəkmiş şəxs2 məxsus dəyəri 10 manat olan orijinal olmayan “Gucci” markalı pul kisəsi və pul kisəsinin içərisində 134 manat nağd pul vəsaitini masaların üzərindən götürüb ələ keçirməklə “Gucci” markalı pul kisəsini Təqsirləndirilən şəxs2 təqdim edib digər 2 əl çantasını özündə saxladıqdan sonra sonuncu klubun salon hissəsindən qaçmasını tələb etmiş, özü isə qeyd olunan müştərilər və icarədarın onu saxlayaraq qaçmasına mane olmalarını görərək niyyətini başa çatdırmaq üçün qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə razılaşdığı ümumi cinayətkar niyyətdən kənara çıxmaqla üzərində olan silah qismində istifadə etdiyi bıçaqla cinayətin qarşısını almağa çalışmaqdan ibarət ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs3 heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə qəsdən iki dəfə zərbə vuraraq ona döş qəfəsinin ön səthinin sol yarısının döş boşluğuna nüfuz etməyən yumşaq toxumaları zədələyən cərrahi tikişli deşilmiş-kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya və qarının ön divarının sol yarısının qarın boşluğuna nüfuz edən, nazik bağırsağı zədələyən, daxili qanaxmaya səbəb olmuş deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər, Zərərçəkmiş şəxs1 qəsdən bir dəfə zərbə vuraraq ona sağ bazunun orta aşağı 1/3-nin iç səthinin kənarlarında cərrahi tikiş izləri seçilən çapıq toxuması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəyə aid olan xəsarətlər ilə müşayiət edilən silah qismində istifadə olunan əşyadan istifadə edilməklə həyat və sağlamlıqları üçün təhlükəli zorakılıqla, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 isə belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək qeyd olunan əşyalardan icarədar Zərərçəkmiş şəxs2 məxsus dəyəri 10 manat olan orijinal olmayan “Gucci” markalı pul kisəsi və pul kisəsinin içərisində 134 manat nağd pul vəsaitini ələ keçirib qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə oradan uzaqlaşmağa nail olub, xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs3 ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuş, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə və sonuncu ilə ümumi niyyətdən kənara çıxmaqla Zərərçəkmiş şəxs3 sağlamlığına ağır zərər vurmaqla törədilməklə özgənin əmlakını ələ keçirmə məqsədilə hücuma məruz qalmış zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq etmiş və bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Yuxarıda təsvir edilən hərəkətlərinə görə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 CM-nin 126.2.2, 126.2.4, 181.3.3 və 221.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 isə CM-nin 181.2.1, 181.2.5 və 221.3-cü maddələri ilə ittiham elan edilmişdir. Zərərçəkmişlərin ifadələrinə əsasən hadisənin qısa təsviri belədir ki, Zərərçəkmiş şəxs1 doğum gününü rəfiqələri ilə birgə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən “Rio” adlı klubda qeyd etmişlər. Bir müddətdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştəri qismində kluba daxil olmuşlar. Həmin şəxslər klubda masalardan birində əyləşərək spirtli içki sifariş verərək spirtli içki qəbul etməyə başlamışlar. Həmin tarixdə saat 04 radələrində Aynurə klubu bağlamaq istədiyini dedikdə Mehdi mahnı sifariş verərək oynamaq istədiyini demişdir. Bu zaman Mehdi anidən onların əyləşdiyi masaya yaxınlaşaraq onun və tanışı Güllünün çantasını, eləcə də eyni anda Aynurənin pul kisəsini götürüb özünü “mən insan alverinin əməkdaşıyam” deyərək hədəqorxu formasında basqın etməklə çatnalarını götürüb Oqtay ilə klubdan küçəyə tərəf qaçmağa başlamışlar. Mehdi Aynurəyə məxsus olan pul kisəsini Oqtaya verərək “ona Oqtay qaç mən də gəlirəm” deyib işarə etmişdir. Rəfiqələri ilə birfə Mehdidən çantalarını almaq istəyərkən Mehdi Oqtaya “o birisi silahı çıxart” deyə işarə etdikdə sonuncu kənarda dayanmışdır. Həmin vaxtı Mehdi əlində olan bıçağı havada oynadaraq onlara hədə-qorxu gələrək bıçaqla zərbə endirməklə onun qol nahiyəsindsən, Aygünün sinə və qarın nahiyəsindən iki dəfə bıçaq zərbəsi endirmişdir. İbtidai istintaqın ilkin mərhələsində Təqsirləndirilən şəxs1 zərərçəkmişlərin ifadələrinə qismən uyğun ifadə verib həqiqətən də zərərçəkmişlərə məxsus çantanı ələ keçirmək istədiyini, həmin bıçaqla onlara xəsarət yetirdiyini etiraf etmiş, lakin pul kisəsi aparmadığını, hadisəni əvvəlcədən Oqtayla planlaşdırmadıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs2 da eyni məzmunlu ifadələr vermişdir. İstintaqın sonrakı mərhələsində isə Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, tanışı Cəsur adlı şəxsə məxsus 25 manat pulu hadisənin baş verdiyi kafe sahibindən istəyərkən baş vermiş mübahisə zamanı kafedə olan qadınlarla dalaşmış, həmin vaxt onlar ona qarşı bıçaqla xəsarət yetirmək istəyərkən bıçağı onların əlindən almışdır. Lakin təqsirləndirilən şəxslərə irəli sürülmüş ittihamda baş vermiş hadisənin “xuliqanlıq və quldurluq hərəkətləri”, eləcə də zərərçəkmişə yetirilmiş sağlamlığa ağır xəsarətin xuliqanlıq niyyəti ilə yetirilməsi kimi qeyd edilməklə ziddiyyət yaranmışdır. Ona görə ki, hər iki cinayət əməlinin obyekti, obyektiv və subyektiv cəhəti fərqli olduğundan təqsirləndirilən şəxslər tərəfindən törədilən cinayət əməlinin xuliqanlıq və ya quldurluq cinayət əməli olması, eləcə də zərərçəkmiş Zərərçəkmiş şəxs3 yetirilmiş sağlamlığa ağır zərər vuran xəsarətin subyektiv cəhəti “xuliqanlıq niyyəti” kimi təsvir edilməsi anlaşılan deyil. Həmçinin ittihamda təsvir edilən “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, qərəzli hərəkətlərlə ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinatsızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş ümumdavranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirib ucadan nəlayiq sözlər səsləndirərək” kimi xüsusatların nədə ifadə olunması iş materialları ilə uyğunluq təşkil etməmişdir. Bundan başqa təqsirləndirilən şəxslərə irəli sürülmüş ittiham “Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək tamah niyyəti ilə bir qrup şəxs halında aralarında olan ümumi cinayətkar niyyətə uyğun cinayətin törədilmə üsulunu qabaqcadan müəyyənləşdirməklə, yəni həmin vaxt yan masada istirahət edən müştərilərə məxsus (4 nəfər zərərçəkmiş) əmlakı Oqtay Məmmədov ilə silah qismində istifadə olunan bıçaqdan istifadə etməklə xuliqanlıq və quldurluq hərəkətləri etməklə götürüb oradan qaçmalarından ibarət razılaşmalarına uyğun davranaraq sonuncu ilə bir qrup şəxs halında zərərçəkmiş şəxslərə silah qismində istifadə olunan əşyadan istifadə edilməklə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq edərək özgənin əmlakını ələ keçirmə məqsədilə hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edib quldurluq etməklə” kimi təsvir edilsə də, ittihamda yetirilmiş xəsarətlərə münasibətdə isə “Təqsirləndirilən şəxs2 ilə razılaşdığı ümumi cinayətkar niyyətdən kənara çıxmaqla” kimi, əmlakların ələ keçirilməsinə və əldə saxlanılmasına münasibətdə “qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə oradan uzaqlaşmağa nail olub” kimi təsvir edilməklə qeyri-dəqiq müəyyən edilmişdir. Yəni, istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamda hər iki təqsirləndirilən şəxsin silah qismində əşya (verilmiş ittihamda bıçaq) tətbiq etməklə quldurluq və xuliqanlıq cinayət əməlləri törətmələri təsvir edilsə də, lakin zərərçəkmişlərə yetirilmiş xəsarətlərin Təqsirləndirilən şəxs2 niyyəti ilə əhatə olunmadığı qənaətinə gəlinməklə qeyri-müəyyənlik yaradılmışdır. Məhkəmə, dövlət ittihamçısının bu vəsatəti ilə bağlı müzakirə apararaq və proses iştirakçılarının həmin vəsatətə münasibətini aydınlaşdıraraq belə qərara gəlir ki, vəsatət əsaslı olduğundan təmin olunmalı, cinayət işi üzrə məhkəməyədək icraat zamanı mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyindən, cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, həmin cinayət işi üzrə ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxslərə ona görə ittiham elan edilmişdir ki, Təqsirləndirilən şəxs1 xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuş, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla törədilməklə özgənin əmlakını ələ keçirmə məqsədilə hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq etmiş və bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, 23 oktyabr 2023-cü il tarixdə, saat 04 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən ictimai yer hesab olunan “Rio” adlanan əyləncə mərkəzində spirtli içki qəbul edərək sərxoş vəziyyətdə istirahət etdiyi tanıdığı Təqsirləndirilən şəxs2 ilə razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək tamah niyyəti ilə bir qrup şəxs halında aralarında olan ümumi cinayətkar niyyətə uyğun cinayətin törədilmə üsulunu qabaqcadan müəyyənləşdirməklə, yəni həmin vaxt yan masada istirahət edən müştərilər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və digər masada əyləşən klubun icarədarı Zərərçəkmiş şəxs2 masası üzərində olan əl çantaları və pul kisəsini Oqtay Məmmədov ilə silah qismində istifadə olunan bıçaqdan istifadə etməklə xuliqanlıq və quldurluq hərəkətləri etməklə götürüb oradan qaçmalarından ibarət razılaşmalarına uyğun davranaraq sonuncu ilə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, qərəzli hərəkətlərlə ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinatsızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş ümumdavranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirib ucadan nalayiq sözlər səsləndirərək zərərçəkmiş şəxslərə silah qismində istifadə olunan əşyadan istifadə edilməklə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq edərək özgənin əmlakını ələ keçirmə məqsədilə hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edib quldurluq etməklə müştəri Zərərçəkmiş şəxs4 məxsus dəyəri 10 manat olan 1 ədəd süni dəri materialdan hazırlanmış, üzərində “nu voyage merevilles” yazıları olan, zəncirbəndlə açılıb-bağlanan, qara rəngli qadın çantasını, müştəri Zərərçəkmiş şəxs1 məxsus dəyəri 10 manat olan qara rəngli istifadədə olmuş üzərində markalanma göstəricisi olmayan, zəncirbəndlə açılıb-bağlanan qadın çantası və çantanın daxilində 1 ədəd dəyəri 7 manat olan üzərində “X6 Sea Buckthorn” yazıları olan istifadədə olmamış əl kremi, 1 ədəd dəyəri 5 manat olan üzərində “X6 Rose Hip” yazıları olan istifadədə olmuş əl kremi, 1 ədəd dəyəri 3 manat olan üzərində “X8” yazıları olan istifadədə olmuş üz kremi, 1 ədəd dəyəri 7 manat olan üzərində “Faberlic Uviolet” yazıları olan istifadədə olmuş ətir, 1 ədəd dəyəri 7 manat olan üzərində “Faberlic Alatau” yazıları olan istifadədə olmuş ətir, 1 ədəd dəyəri 3 manat olan qırmızı rəngli, üzərində “A058” kodu olan istifadədə olmuş qol saatını və icarədar Zərərçəkmiş şəxs2 məxsus dəyəri 10 manat olan orijinal olmayan “Gucci” markalı pul kisəsi və pul kisəsinin içərisində 134 manat nağd pul vəsaitini masaların üzərindən götürüb ələ keçirməklə “Gucci” markalı pul kisəsini Təqsirləndirilən şəxs2 təqdim edib digər 2 əl çantasını özündə saxladıqdan sonra sonuncu klubun salon hissəsindən qaçmasını tələb etmiş, özü isə qeyd olunan müştərilər və icarədarın onu saxlayaraq qaçmasına mane olmalarını görərək niyyətini başa çatdırmaq üçün qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə razılaşdığı ümumi cinayətkar niyyətdən kənara çıxmaqla üzərində olan silah qismində istifadə etdiyi bıçaqla cinayətin qarşısını almağa çalışmaqdan ibarət ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs3 heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə qəsdən iki dəfə zərbə vuraraq ona döş qəfəsinin ön səthinin sol yarısının döş boşluğuna nüfuz etməyən yumşaq toxumaları zədələyən cərrahi tikişli deşilmiş-kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya və qarının ön divarının sol yarısının qarın boşluğuna nüfuz edən, nazik bağırsağı zədələyən, daxili qanaxmaya səbəb olmuş deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər, Zərərçəkmiş şəxs1 qəsdən bir dəfə zərbə vuraraq ona sağ bazunun orta aşağı 1/3-nin iç səthinin kənarlarında cərrahi tikiş izləri seçilən çapıq toxuması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəyə aid olan xəsarətlər ilə müşayiət edilən silah qismində istifadə olunan əşyadan istifadə edilməklə həyat və sağlamlıqları üçün təhlükəli zorakılıqla, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 isə belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək qeyd olunan əşyalardan icarədar Zərərçəkmiş şəxs2 məxsus dəyəri 10 manat olan orijinal olmayan “Gucci” markalı pul kisəsi və pul kisəsinin içərisində 134 manat nağd pul vəsaitini ələ keçirib qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə oradan uzaqlaşmağa nail olub, xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs3 ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuş, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə və sonuncu ilə ümumi niyyətdən kənara çıxmaqla Zərərçəkmiş şəxs3 sağlamlığına ağır zərər vurmaqla törədilməklə özgənin əmlakını ələ keçirmə məqsədilə hücuma məruz qalmış zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq etmiş və bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə özgənin əmlakını ələ keçirmə məqsədilə hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq etmiş və bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, 23 oktyabr 2023-cü il tarixdə, saat 04 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən ictimai yer hesab olunan “Rio” adlanan əyləncə mərkəzində spirtli içki qəbul edərək sərxoş vəziyyətdə istirahət etdiyi tanıdığı Təqsirləndirilən şəxs1 ilə razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək tamah niyyəti ilə bir qrup şəxs halında aralarında olan ümumi cinayətkar niyyətə uyğun cinayətin törədilmə üsulunu qabaqcadan müəyyənləşdirməklə, yəni həmin vaxt yan masada istirahət edən müştərilər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və digər masada əyləşən klubun icarədarı Zərərçəkmiş şəxs2 masası üzərində olan əl çantaları və pul kisəsini Təqsirləndirilən şəxs1 ilə silah qismində istifadə olunan bıçaqdan istifadə etməklə xuliqanlıq və quldurluq hərəkətləri etməklə götürüb oradan qaçmalarından ibarət razılaşmalarına uyğun davranaraq sonuncu ilə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, qərəzli hərəkətlərlə ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinatsızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş ümumdavranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirib ucadan nəlayiq sözlər səsləndirərək zərərçəkmiş şəxslərə silah qismində istifadə olunan əşyadan istifadə edilməklə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq edərək özgənin əmlakını ələ keçirmə məqsədilə hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edib quldurluq etməklə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 müştəri Zərərçəkmiş şəxs4 məxsus dəyəri 10 manat olan 1 ədəd süni dəri materialdan hazırlanmış, üzərində “nu voyage merevilles” yazıları olan, zəncirbəndlə açılıb-bağlanan, qara rəngli qadın çantasını, müştəri Zərərçəkmiş şəxs1 məxsus dəyəri 10 manat olan qara rəngli istifadədə olmuş üzərində markalanma göstəricisi olmayan, zəncirbəndlə açılıbbağlanan qadın çantası və çantanın daxilində 1 ədəd dəyəri 7 manat olan üzərində “X6 Sea Buckthorn” yazıları olan istifadədə olmamış əl kremi, 1 ədəd dəyəri 5 manat olan üzərində “X6 Rose Hip” yazıları olan istifadədə olmuş əl kremi, 1 ədəd dəyəri 3 manat olan üzərində “X8” yazıları olan istifadədə olmuş üz kremi, 1 ədəd dəyəri 7 manat olan üzərində “Faberlic Uviolet” yazıları olan istifadədə olmuş ətir, 1 ədəd dəyəri 7 manat olan üzərində “Faberlic Alatau” yazıları olan istifadədə olmuş ətir, 1 ədəd dəyəri 3 manat olan qırmızı rəngli, üzərində “A058” kodu olan istifadədə olmuş qol saatını və icarədar Zərərçəkmiş şəxs2 məxsus dəyəri 10 manat olan orijinal olmayan “Gucci” markalı pul kisəsi və pul kisəsinin içərisində 134 manat nağd pul vəsaitini masaların üzərindən götürüb ələ keçirməklə “Gucci” markalı pul kisəsini ona təqdim edib digər 2 əl çantasını isə özündə saxladıqdan sonra klubun salon hissəsindən qaçmasını tələb etmiş, Təqsirləndirilən şəxs1 isə qeyd olunan müştərilər və icarədarın onu saxlayaraq qaçmasına mane olmalarını görərək niyyətini başa çatdırmaq üçün razılaşdığı ümumi cinayətkar niyyətdən kənara çıxmaqla üzərində olan silah qismində istifadə etdiyi bıçaqla cinayətin qarşısını almağa çalışmaqdan ibarət ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs3 heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə qəsdən iki dəfə zərbə vuraraq ona döş qəfəsinin ön səthinin sol yarısının döş boşluğuna nüfuz etməyən yumşaq toxumaları zədələyən cərrahi tikişli deşilmiş-kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya və qarının ön divarının sol yarısının qarın boşluğuna nüfuz edən, nazik bağırsağı zədələyən, daxili qanaxmaya səbəb olmuş deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirmiş, daha sonra Zərərçəkmiş şəxs1 qəsdən bir dəfə zərbə vuraraq ona sağ bazunun orta aşağı 1/3-nin iç səthinin kənarlarında cərrahi tikiş izləri seçilən çapıq toxuması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəyə aid olan xəsarətlər ilə müşayiət edilən silah qismində istifadə olunan əşyadan istifadə edilməklə həyat və sağlamlıqları üçün təhlükəli zorakılıqla, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 isə belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək qeyd olunan əşyalardan icarədar Zərərçəkmiş şəxs2 məxsus dəyəri 10 manat olan orijinal olmayan “Gucci” markalı pul kisəsi və pul kisəsinin içərisində 134 manat nağd pul vəsaitini ələ keçirib qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə birlikdə oradan uzaqlaşmağa nail olub, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə özgənin əmlakını ələ keçirmə məqsədilə hücuma məruz qalmış zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq etmiş və bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamdan göründüyü kimi Təqsirləndirilən şəxs1 təqsirləndirilir onda ki, xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuş, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla törədilməklə özgənin əmlakını ələ keçirmə məqsədilə hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq etmiş və bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Digər Təqsirləndirilən şəxs2 təqsirləndirilir onda ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə özgənin əmlakını ələ keçirmə məqsədilə hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq etmiş və bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Lakin eyni ittihamda zərərçəkmişlərə yetirilmiş xəsarətlərin Təqsirləndirilən şəxs2 niyyəti ilə əhatə olunmadığı qənaətinə gəlinmiş, bununla da irəli sürülmüş ittihamlarda ziddiyyətlər yaranmışdır. Bundan başqa təqsirləndirilən şəxslərə irəli sürülmüş ittiham “Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək tamah niyyəti ilə bir qrup şəxs halında aralarında olan ümumi cinayətkar niyyətə uyğun cinayətin törədilmə üsulunu qabaqcadan müəyyənləşdirməklə, yəni həmin vaxt yan masada istirahət edən müştərilərə məxsus əmlakı Oqtay Məmmədov ilə silah qismində istifadə olunan bıçaqdan istifadə etməklə xuliqanlıq və quldurluq hərəkətləri etməklə götürüb oradan qaçmalarından ibarət razılaşmalarına uyğun davranaraq sonuncu ilə bir qrup şəxs halında zərərçəkmiş şəxslərə silah qismində istifadə olunan əşyadan istifadə edilməklə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq edərək özgənin əmlakını ələ keçirmə məqsədilə hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edib quldurluq etməklə” kimi təsvir edilsə də, ittihamda yetirilmiş xəsarətlərə münasibətdə isə “Təqsirləndirilən şəxs2 ilə razılaşdığı ümumi cinayətkar niyyətdən kənara çıxmaqla” kimi, əmlakların ələ keçirilməsinə və əldə saxlanılmasına münasibətdə “qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə oradan uzaqlaşmağa nail olub” kimi təsvir edilməklə qeyri-dəqiq müəyyən edilmişdir. İstintaq orqanı tərəfindən irəli sürülmüş ittihamda hər iki təqsirləndirilən şəxsin silah qismində əşya tətbiq etməklə quldurluq və xuliqanlıq cinayət əməlləri törətmələri təsvir edilsə də, lakin zərərçəkmişlərə yetirilmiş xəsarətlərin Təqsirləndirilən şəxs2 niyyəti ilə əhatə olunmadığı qənaətinə gəlinməklə qeyri-müəyyənlik yaradılmışdır. Bundan başqa ittihamda təsvir edilən “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, qərəzli hərəkətlərlə ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinatsızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş ümumdavranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirib ucadan nəlayiq sözlər səsləndirərək” kimi xüsusatların nədə ifadə olunması iş materialları ilə uyğunluq təşkil etməmişdir. Həmçinin, təqsirləndirilən şəxslərə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamda baş vermiş hadisənin “xuliqanlıq və quldurluq hərəkətləri”, eləcə də zərərçəkmişə yetirilmiş sağlamlığa ağır xəsarətin xuliqanlıq niyyəti ilə yetirilməsi kimi qeyd edilməklə ziddiyyət yaranmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 91.5.1-ci maddəsinə əsasən, “nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın “faktiki tərəfi” və “hüquqi tövsifi”)” təqsirləndirilən şəxsin hüququdur. Cinayət qanunun müvafiq maddəsi üzrə ittihamın nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə müdafiə hüququnun pozulmasına səbəb olur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi, cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “a” yarımbəndinə əsasən, “cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı, ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir”. İttihamın mahiyyətinin aydın olması və ümumilikdə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən qeyd edilən hüquqlar bilavasitə mütləq hüquqlar olub, onların təmin edilməsi ittiham olunan şəxsin bu hüquqdan istifadə etmək istəyindən və məhkəmə baxışı nəticələrinin onu qane etməsindən asılı deyildir. Qeyd edilənlər konkret işin tələbi olmayıb, bütün cinayət işlərində nəzərə alınmalı olan və yanaşma tərzinin ümumi təcrübə yaratdığı prinsipial tələbdir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ozerov Rusiyaya qarşı” iş üzrə 18 may 2010-cu il , “Pfayfer və Plankl Avstriyaya qarşı” iş üzrə 25 fevral 1992-ci il, “Bulut Avstriyaya qarşı” iş üzrə 22 fevral 1996-cı il, “Kolozza İtaliyaya qarşı” iş üzrə 12 fevral 1985-ci il tarixli qərarları). Konvensiyanın 6-cı maddəsinin 3(a) yarımbəndi təqsirləndirilən şəxsin "ittiham" barədə məlumatlandırılmasına xüsusi diqqətin yetirilməsinə ehtiyac olduğuna işarə edir. Cinayətin təfərrüatları cinayət prosesində əhəmiyyətli rol oynayır, belə ki, bu təfərrüatlar təqdim edildiyi andan şübhəli şəxsə ona qarşı irəli sürülən ittihamın faktiki və hüquqi əsasları barədə yazılı rəsmi bildiriş verilir (Kamasinski Avstriyaya qarşı, § 79; Pelissye və Sassi Fransaya qarşı [BP], §51). Konvensiyanın 6-cı maddəsinin 3(a) yarımbəndi təqsirləndirilən şəxsə yalnız ittihamın "əsasları", yəni törətməkdə şübhəli bilindiyi və ittihamın əsaslandığı hərəkətlər haqqında deyil, həm də ittihamın "xarakteri", yəni bu hərəkətlərin hüquqi xarakteristikası haqqında məlumat təmin edir (Mattoçia İtaliyaya qarşı, § 59; Penev Bolqarıstana qarşı, §§ 33 və 42, 7 yanvar 2010-cu il). Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin (a) yarımbəndi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə zəmanət verilən daha ümumi ədalətli məhkəmə araşdırması hüququ nəzərə alınmaqla qiymətləndirilməlidir. Cinayət işlərində təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamlar barədə və müvafiq olaraq məhkəmənin məsələ ilə bağlı qəbul edə biləcəyi hüququ xarakteristika haqqında tam və ətraflı məlumatın verilməsi cinayət mühakimə icraatının ədalətli olmasının təmin edilməsi üçün başlıca ilkin şərtdir (Pelissye və Sassi Fransaya qarşı [BP], § 52; Seydoviç İtaliyaya qarşı [BP], § 90). Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin (a) və (b) yarımbəndləri arasında bağlılıq bundan ibarətdir ki, ittihamın xarakteri və səbəbi haqqında məlumatlandırılmaq hüququ təqsirləndirilən şəxsin müdafiəsini hazırlamaq hüququ kontekstində qiymətləndirilməlidir (Pelissye və Sassi Fransaya qarşı, § 54; Dallos Macarıstana qarşı, § 47). Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra, Konstitusiya) 26-cı maddəsinin İ və İİ hissələrinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İstər daxili qanunvericilikdə, istərsə də beynəlxalq müqavilələrdə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının qorunması önəmli yer tutur. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 mart 2000-ci il tarixli 1 saylı Qərarının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “məhkəmələr istintaq-məhkəmə araşdırmalarının hansı mərhələsində yol verilməsindən asılı olmayaraq müttəhimlərin müdafiə hüquqlarının hər hansı şəkildə pozulması hallarına münasibət bildirməli, onların müdafiə hüquqlarının bərpası üçün qanunla müəyyən edilən tədbirləri görməlidirlər.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Hazırki cinayət işi üzrə ibtidai araşdırma zamanı yol verilmiş konkret kobud prosessual pozuntulara gəldikdə məhkəmə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə bağlı yol verilən nöqsanları qeyd edərək bildirir ki, həm milli qanunvericiliyin, həm də beynəlxalq qanunvericiliyin üzərində israrla dayandığı, heç bir halda məhdudiyyətin müəyyən edilmədiyi ən təməl hüquqlardan biri cinayət təqibi zamanı təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi, yəni onun müdafiə hüququnun pozulmamasıdır. Həm milli qanunvericiliyin, həm də beynəlxalq qanunvericiliyin tələbləri baxımından müdafiə hüququ mütləq hüquq kimi bir bütöv mexanizmi xatırlatsa da, adətən bu hüquq özünü iki formada ehtiva edir. Birinci halda, şəxsin ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında, daha dəqiq desək ona qarşı irəli sürülmüş ittihamın mahiyyəti haqqında ətraflı məlumatlandırılmaq, öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və şəraitə malik olmaq imkanı kimi, ikinci halda isə şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi halda belə müdafiədən pulsuz istifadə etmək hüququ kimi. Hər iki halda qeyd edilən tələblərə əməl edilməsi cinayət təqibi zamanı vacib hüquqi əhəmiyyət kəsb etdiyindən, bunlardan hər hansı birinin pozulması dolayısı ilə şəxsin təməl hüququ olan müdafiə hüququnun pozulmasını ehtiva edir ki, bu da hazırkı halda Cinayət Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsində öz əksini tapan təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması kimi qəbul edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 300.1-ci və 300.1.5-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 300.1-ci və 300.1.5-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində çıxarılır. 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. 307.2-ci maddəsinə əsasən məhkəmənin xüsusi qərarında onun hansı cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə və kim tərəfindən çıxarıldığı qeyd edilməli, işin mahiyyəti, dəqiq olaraq bu Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntulardan hansı pozuntu və kimin tərəfindən yol verildiyi ətraflı göstərilməlidir. Ona görə də məhkəmə tərkibi belə nəticəyə gəlir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud pozuntularına yol vermiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis kapitanı X3 barəsində xüsusi qərar çıxarılmalı və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1-ci, 300.1.5-ci, 300.4.1-ci, 303.1-ci, 303.3.1-ci, 303.3.2-ci, 303.4-cü, 306.2, 307.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Dövlət ittihamçısının vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 126.2.4, 181.3.3 və 221.3-cü maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5 və 221.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud pozuntulara yol verildiyindən cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin tələblərinin kobud surətdə pozulmasına yol vermiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis kapitanı X3 barəsində xüsusi qərar çıxarılsın. Bu qərarın surəti qanunla nəzərdə tutulmuş müddətdə iş üzrə cinayət prosesinin iştirakçılarına verilsin (poçtla göndərilsin). Sədrlik edən hakim: Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(101)-1869/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1869/2024
01.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver