Məhkəmə qərarları › İş №1(101)-187/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-187/2020

23.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-187/2020 23.01.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə X20 Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının «Verdiktum» vəkil bürosunun vəkilləri X27-zadənin, X18, X8 və X13, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi4, Quba Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə 1999-cu il dekabrın 18-də Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilməmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olmuş, Şabran rayonunun Şahnəzərli kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazir-liyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs1 1999-cu il noyabrın 20-də Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay əvvəllər məhkum edilməmiş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olmuş, Şabran rayonunun Şahnəzərli kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazir-liyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs4 2000-ci il sentyabrın 27-də Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam ali təhsilli, subay, əvvəllər məhkum edilməmiş, Azərbaycan Memarlıq və İnşaat Universitetinin 2-ci kurs tələbəsi olmuş, Şabran rayonunun Şahnəzərli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nərimanov rayonu, X32 küçəsi, ev 108, mənzil 27 ünvanında kirayədə yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazir-liyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs2 və 2000-ci il mayın 16-da Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam ali təhsilli, subay, əvvəllər məhkum edilməmiş, Azərbaycan Dövlət Dənizçilik Akademiyasının 2-ci kurs tələbəsi olmuş, Şabran rayonunun Şahnəzərli kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında kirayədə yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazir-liyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 2014-cü il iyul ayının ortalarında saat 19 radələrində Şabran rayonunun Şahnəzərli kəndində oxuduğu məktəbin həyətində futbol oynayan 2003-cü il 30 iyul təvəllüdlü 5-ci sinif şagirdi Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edib özündən yaşca balaca olan Mahir adlı oğlanla etdiyi münaqişənin guya şahidi olması və bu barədə uşağın valideynlərinə məlumat verəcəyi ilə hədələyərək qeyri-təbii yolla cinsi əlaqədə olmaq istəyini bildirmiş, sonuncu təklifini qəbul etməməklə etiraz etsə də müqavimətini qırmaq üçün zor tətbiq edib sinə və qarın nahiyələrinə yumruqla zərbələr endirərək qolundan tutmaqla məktəbin həyətindəki ayaqyoluna aparmış, orada özünün və oğlanın əynindəki şalvarı və tumanı çıxarıb ereksiya vəziyyətində olan cinsiyyət üzvünü Zərərçəkmiş şəxs arxa keçəcəyinə zorla yeridərək öz cinsi ehtirasını təmin etməklə aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı uşaqbazlıq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs4 2014-cü il noyabr ayının ortalarında saat 12 radələrində təhsil aldığı Şabran rayonunun Şahnəzərli kənd orta məktəbində dərslərarası tənəffüs zamanı 2003-cü il 30 iyul təvəllüdlü 6-cı sinif şagirdi Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edib barəsində onda olan rüsvayedici məlumatları yaymaqla hədələyərək qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif etmiş, sonuncu razı olmasa da müqavimətini qırmaq üçün zor tətbiq etməklə hədələyib oğlanı məktəbin həyətindəki ayaqyoluna aparmış, orada özünün əynindəki şalvarı və tumanı çıxarıb ereksiya vəziyyətində olan cinsiyyət üzvünü Zərərçəkmiş şəxs ağız boşluğuna zorla yeritməklə öz cinsi ehtirasını təmin etmiş, bununla da aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan savayı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 təkrarən, 2015-ci il iyun ayının axırlarında saat 18 radələrində oxuduqları Şabran rayonunun Şahnəzərli kənd orta məktəbindəki sinif yoldaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 2003-cü il 30 iyul təvəllüdlü 6-cı sinif şagirdi Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olmaq qərarına gəldikdə cinayətkar niyyətlərini həyata keçirmək üçün aralarında rolların bölgüsünü apardıqdan sonra ilk öncə Təqsirləndirilən şəxs1 uydurma bəhanə ilə sonuncunu evdən küçəyə çağırmış, köməksiz vəziyyətindən istifadə etməklə zor tətbiq edib döyəcəyi ilə hədələyərək kənd sakini X14 məxsus evin həyətyanı sahəsinə aparmışdır, əvvəlcə Təqsirləndirilən şəxs1, ardınca Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 oradakı ayaqyolunda Zərərçəkmiş şəxs əynindəki şalvarı və tumanı çıxarmaqla hər biri ereksiya vəziyyətində olan cinsiyyət üzvünü Zərərçəkmiş şəxs arxa keçəcəyinə zorla yeridib öz cinsi ehtiraslarını təmin edərək aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı uşaqbazlıq etmişlər. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının CM-nin 150.3.3.-cü maddəsi ilə elan olunan ittiham üzrə özünü təqsirli bilməyib ilkin ifadələrindən imtina etdiyini bildirərək ifadəsində göstərdi ki, 2001-ci ildə Qanuni nümayəndə anası Könül Hakim qızı Şükürovaya sataşması, ailəsini təhqir və biabır etməsi nəticəsində ata-anası boşanmaqla yaşadıqları Şabran rayonunun Şahnəzərli kəndindən getmişlər, valideyn qayğısından kənar, babası Şahid6 himayəsində böyüdüyünə görə qisas almaq istədiyindən Habilin azyaşlı övladı Zərərçəkmiş şəxsla cinsi əlaqədə olması barədə şayə yaymış, yalanını möhkəmləndirmək üçün Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 adlarını istintaqın gedişində bildirmiş, Aqilə qarşı heç bir seksual xarakterli hərəkət etməsə də sonuncu ilə barışıq əldə etmişdir. Həbs olunmamışdan əvvəl Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olmuşdur və hərbi xidmətə davam etməyi arzu edir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının CM-nin 150.3.3.-cü maddəsi ilə elan olunan ittiham üzrə özünü təqsirli bilməyib göstərdi ki, 2017-ci ildə Şabran rayonundakı Şahnəzərli kənd orta məktəbini bitirərək 2018-ci il yanvar ayında hərbi xidmətə getmişdir. Orta məktəbdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, X19, X22, Elşad, Məhəmməd, Orxan, Əmirqulu adlı şəxslər ilə bir sinifdə oxumuş, həmkəndlisi kimi tanıdığı Zərərçəkmiş şəxsla heç bir münasibəti və ədavəti olmamış, heç vaxt sonuncuya qarşı əxlaqsız hərəkətlər etməmiş, həmin oğlanla qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır. Aqilin onun əleyhinə vermiş olduğu ifadələri yalan və böhtan hesab etsə də oğlanla ilə barışıq əldə etmişdir. Həbsə alınmamışdan əvvəl Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olmuşdur və hərbi xidməti davam etdirmək istəyir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının CM-nin 150.3.3.-cü maddəsi ilə elan olunan ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, 2017-ci ildə Şabran rayonundakı Şahnəzərli kənd orta məktəbinin 11-ci sinifini bitirərək Azərbaycan Memarlıq və İnşaat Universitetinə daxil olmuşdur. 9-cu sinifdə oxuyarkən 6-cı sinifdə təhsil alan Zərərçəkmiş şəxsla hər hansı qərəzli münasibəti olmamışdır, dəfələrlə məktəbin idman meydançasında bir yerdə futbol oynamışlar. 2015-ci il yay aylarında günorta saatlarında sinif yoldaşı Təqsirləndirilən şəxs3lə hazırlıqda olurmuş, təklikdə və qeyriləri ilə birlikdə Aqilə qarşı əxlaqsız hərəkətlər etməmiş və oğlanla qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır. Buna baxmayaraq sonuncu ilə barışıq əldə etmişdir. Həbs olunduğu zaman 2-ci kurs tələbəsi olmuşdur və təhsilinə davam etmək arzusundadır. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikasının CM-nin 150.3.3.-cü maddəsi ilə elan olunan ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, 2017-ci ildə Şabran rayonundakı Şahnəzərli kənd orta məktəbini bitirərək Azərbaycan Dövlət Dənizçilik Akademiyasına daxil olmuşdur. Həmkəndlisi kimi tanıdığı Zərərçəkmiş şəxsla heç bir düşmənçiliyi olmamışdır, bir neçə dəfə məktəbin idman meydançasında bərabər futbol oynamışlar. 2015-ci ilin yayında günorta saatlarında sinif yoldaşı Təqsirləndirilən şəxs2la hazırlığa gedirmiş, təklikdə və digərləri ilə birlikdə Aqilə qarşı əxlaqsız hərəkətlər etməmiş və oğlanla qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır. Aqilin onun əleyhinə vermiş olduğu ifadələr yalan və böhtan olsa da sonuncu ilə barışıq əldə etmişdir. Həbs edildiyi vaxt 2-ci kurs tələbəsi olmuşdur və təhsilini davam etdirmək istəyi vardır. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən yetkinlik yaşına çatmayan 2003-cü il 30 iyul təvəllüdlü Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2014-cü il iyul ayının ortalarında evə qayıdarkən 10-cu sinif şagirdi Təqsirləndirilən şəxs1 onunla işi olduğunu bildirib məktəbin kənarına çağırmış, yaşca ondan kiçik olan həmkəndlisi Mahirlə mübahisə etməsini oğlanın atasına deyəcəyini bildirərək hədə-qorxu gəlməklə cinsi əlaqədə olmağı təklif etmiş, etiraz etdikdə ona bir neçə yumruq zərbəsi endirmiş, yenidən döyəcəyi ilə hədələdiyi üçün qorxub Müslümlə məktəbin həyətindəki ayaqyoluna keçəndə sonuncu özünün və onun şalvarlarını aşağı çəkərək cinsiyyət orqanını onun ağzına və arxa keçəcəyinə sürtüşdürməyə başlamış, sonradan cinsiyyət üzvünü onun arxa keçəcək dəliyindən çıxarmaqla içərisindəki mayeni yerə boşaldıb qurtardığını deyərək bu barədə heç kimə danışmamağı tapşırmış, əks təqdirdə onu döyəcəyi ilə hədələmişdir. 2014-cü il noyabr ayının ortalarında məktəbdə olduğu zaman 10-cu sinifdə oxuyan Təqsirləndirilən şəxs4 ona yaxınlaşmaqla Müslümün onunla cinsi əlaqədə olmasını bildiyindən başqalarına danışacağı ilə hədələyib cinsi əlaqədə olmaq istəmiş, qorxaraq Bahadurla məktəbin həyətindəki ayaqyoluna getdikdə sonuncu cinsiyyət üzvünü onun ağız boşluğuna soxaraq sürtüşdürməklə qurtarmışdır. 2015-ci il iyun ayının axırlarında saat 18 radələrində Müslümün onu çağırdığını eşidib küçəyə çıxanda sonuncu hədə-qorxu gələrək qolundan tutmaqla özü ilə qonşuluqda yerləşən X11 həyətinə aparmış, orada Müslümün sinif yoldaşları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Bahadurun olduğunu görmüş, Müslüm ilk öncə həyətdəki ayaqyolunda cinsiyyət orqanını onun arxa dəliyinə soxmuş, bir neçə dəqiqə ərzində cinsi əlaqədə olub bayıra çıxdıqdan sonra növbə ilə Elnur, Tərlan və Bahadur ayaqyoluna girərək zorla onunla cinsi əlaqə olmuşlar, qorxusundan baş verenlər barədə heç kimə bir söz deməmişdir. 2019-cu il fevral ayının axırlarında qohumu Şahid2 onu yanına çağırmış, söhbət əsnasında o, kənd uşaqlarının ona qarşı seksual xarakterli hərəkətlər etmələrini etiraf etmiş, Seymur bu haqda atası Qanuni nümayəndə bildirdiyi üçün valideyni Şabran Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxslərlə barışmışdır və sonunculara azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilən Qanuni nümayəndə ifadəsində göstərdi ki, 2019-cu il martın 01-də qohumu Şahid2 onun yanına gəlməklə məktəb şagirdlərinin övladı Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər etməsi barədə ona demiş, bundan sonra o, Şabran Rayon Polis Şöbəsinə şikayət ərizəsi yazmışdır. Bütün bunlardan məlumatsız olsa da oğlu məktəbdən evə qayıdarkən paltarının mütəmadi səliqəsiz olmasına, uşaqlarla mübahisə etdiyini bildirməsinə görə hərəkətlərindən şübhələnib məktəb rəhbərliyinə dəfələrlə müraciət edərək övladının incidildiyini bildirmiş, tez-tez sinifə getməklə Aqilin dərsdə olub-olmadığını yoxlamışdır. Həmkəndliləri olan təqsirləndirilən şəxslərlə barışmışdır, sonunculara azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, 2017-ci il fevral ayında Şabran rayonundakı Şahnəzərli kənd orta məktəbinin 7-ci sinif şagirdi olan əmisi oğlu Zərərçəkmiş şəxs məktəbdəki uşaqlar tərəfindən incidildiyini eşitmiş, 2019-cu il yanvar ayının əvvəllərində hərbi xidmətdən qayıtdıqdan sonra Aqillə söhbət etdiyi vaxt sonuncu müxtəlif yerlərdə şagirdlərin ona qarşı əxlaqsız hərəkətlər etdiklərini etiraf etmiş, bunları öyrəndikdə Aqilin atası Qanuni nümayəndə xəbər vermiş, sonuncu da hadisə haqqında Şabran Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. İş üzrə şahid qismində dindirilən X12 ifadəsində göstərdi ki, Şabran rayonundakı Şahnəzərli kənd orta məktəbinin direktoru vəzifəsində işləyir. Zərərçəkmiş şəxs kənd sakini və məktəbin şagirdi kimi tanımış, oğlanın valideynləri ilə hər hansı ədavəti olmamışdır. Aqilin dərsə davamiyyəti qaydasında olsa da həmyaşıdları ilə deyil, daha çox özündən yaşca kiçik uşaqlarla ünsiyyət qurduğunu müşahidə etmiş və bu barədə Aqilin atası Qanuni nümayəndə bildirmiş, sonuncu tez-tez məktəbə gələrək oğlu ilə maraqlanmışdır. Aqilə qarşı hər hansı əxlaqsız hərəkətlər edildiyini görməmiş və eşitməmişdir. İş üzrə şahid qismində dindirilən Şahid5 Şabran rayonundakı Şahnəzərli kənd orta məktəbinin dərs hissə müdiri vəzifəsində işlədiyini bildirməklə şahid X6 ifadəsinə uyğun ifadə verdi. İş üzrə şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, Şabran şəhəri, X28 küçəsi, ev 13, mənzil 7 ünvanında ailəsi ilə birgə yaşayır. Bir müddət müqavilə əsasında Şahnəzərli kənd orta məktəbində işləyərkən 2003-cü il 30 iyul təvəllüdlü Zərərçəkmiş şəxs sakit biri kimi tanımış, oğlanın barəsində başqa məlumatı olmamışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 2015-ci il iyun ayının axırına qədər həftədə iki dəfə onun yanına hazırlığa gəlmişlər. İş üzrə şahid qismində dindirilən Şahid6 ifadəsində göstərdi ki, Şabran rayonunun Şahnəzərli kəndində ailəsi ilə bərabər yaşayır və heç bir yerdə işləmir, pensiyaçıdır. X5 Hüseynov onun əmisi oğludur və təxminən 2001-ci ildə Habil onun övladı X2 arvadı Könül Hakim qızı Şükürovaya sataşdığı üçün oğlu sonuncudan ayrılmış və hazırda Rusiya Federasiyasının dəqiq bilmədiyi şəhərində yaşayır. Həmin vaxtdan nəvəsi Təqsirləndirilən şəxs1 həyat yoldaşı ilə birlikdə tərbiyə etmişdir. Nəvəsi böyüdükdən sonra bu söhbətləri eşitmiş, Habilə qarşı münasibəti pisləşmiş, Müslüm Zərərçəkmiş şəxs qarşı heç bir əxlaqsız hərəkət etməsə də Habilin keçmiş hərəkətlərinə görə sonunculardan qisas almaqdan ötrü oğlanla cinsi əlaqədə olması barədə şayə yaydığını ona danışmışdır. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı, 2019-cu il aprelin 05-də şahid qismində ifadə verərkən, eləcə də 2019-cu il aprelin 08-də təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsində Azərbaycan Respublikasının CM-nin 150.3.3.-cü maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək törətdiyi cinayəti təfsilatı ilə izah etmiş, bir ədəd DVD diski müvafiq protokola əlavə edilmişdir (1-ci cildin 111-116-cı və 138-142-ci vərəqləri). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs1 istintaq vaxtı, 2019-cu il iyunun 06-da təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsində Azərbaycan Respublikasının CM-nin 150.3.3.-cü maddəsində nəzərdə tutulan ittiham üzrə özünü qismən təqsirli bilib 2014-cü il iyul ayının ortalarında və 2015-ci il iyun ayının axırlarında müvafiq olaraq Şabran rayonundakı Şahnəzərli kənd orta məktəbinin və X11 həyətindəki ayaqyollarında Zərərçəkmiş şəxs ilə zorla cinsi əlaqədə olduğunu, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 onunla birlikdə olmadıqlarını, əvvəllər yanlış ifadələr verdiyini göstərmişdir (2-ci cildin 138-139-cu vərəqləri). İş materiallarında olan Şabran Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin 2019-cu il 14 oktyabr tarixli qərarından görünür ki, ********* saylı cinayət işinin materiallarından Höcətəli Rahil oğlu Soltanov, X24, X25 və digərləri barəsində Azərbaycan Respublikasının CM-nin 150.3.3.-cü maddəsi ilə başqa cinayət işi ayrıca icraata ayrılmışdır (1-ci cildin 1-3cü vərəqləri). İş materiallarında olan şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, Zərərçəkmiş şəxs 2003-cü il iyulun 30-da Dəvəçi şəhərində anadan olmuşdur, yəni Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ittiham olunduqları hadisələr zamanı on dörd yaşına çatmamışdır (1-ci cildin 18-ci vərəqi). İş materiallarındakı Şabran Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin tərtib etdiyi 2019-cu il 02 mart tarixli baxış protokolundan görünür ki, Şabran rayonunun Şahnəzərli kənd sakini yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs təhsil aldığı Ə.Quliyev adına tam orta məktəbin kəndin mərkəz hissəsinə yaxın yerdə yerləşməsi, məktəbin binasından 15 metr aralıda mişar daşından dördkünc formada inşa edilən ayaqyolunun qapısının məktəb tərəfə açılması, tualetin arxa hissəsində idman meydançasının olması müşahidə edilmiş; Zərərçəkmiş şəxs həmin tikilini göstərərək orada məktəb şagirdlərinin ona qarşı əxlaqsız hərəkətlər etdiklərini bildirmiş; fotocədvəllərin təsdiq olunan kserosurətləri protokola əlavə edilmişdir (1-ci cildin 23-31-ci vərəqləri). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X29-Təcrübi və Tədris Birliyinin Bakı şəhər şöbəsində aparılan canlı şəxsin ekspertizasına dair 2019-cu il 12 mart tarixli 121 nömrəli rəyindən görünür ki, 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmiş, arxa keçəcək dəliyi nahiyəsindəki morfoloji dəyişiklik və əlamətlər – şüavari büküşlərin hamarlaşması, arxa keçəcəyin büzücü əzələsinin (sfinktorun) boşalması və düz bağırsağın selikli qişasının 1,5-2,0 sm qədər açılması onunla dəfələrlə qeyri-təbii yolla cinsi əlaqədə olunmasına dəlalət edir; axırıncı cinsi əlaqənin güman olunan tarixindən (xx.xx.2019-cu il) məhkəmə-tibbi ekspertizasının keçirilməsinədək 15 gün vaxt keçdiyindən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs düz bağırsaq möhtəviyyatından spermatozoidlərin təyini üçün tampon və yaxmalar götürülməmişdir (1-ci cildin 46-47-ci vərəqləri). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X3 2019-cu il 07 mart tarixli 402 saylı kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının rəyindən görünür ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs hazırda və törədilən əməllər dövründə hər hansı bir psixi xəstəliyin və kəmağıllığın əlamətləri aşkar olunmamış, sonuncu ona qarşı edilən hərəkətlərin mahiyyətini dərk etmək, araşdırma üçün əhəmiyyəti olan halları adekvat qavramaq və onlar barəsində obyektiv ifadə vermək iqtidarında olmuşdur; psixiatrik yardıma ehtiyacı yoxdur; baş verən hadisələrlə bağlı psixoloji problemlərin yaranma ehtimalı nəzərə alınaraq psixoloqun konsultasiyası tövsiyə olunur; əqli və psixi inkişafına görə o, araşdırma üçün əhəmiyyətli olan halları adekvat qavramaq və onlar haqqında obyektiv ifadə vermək qabiliyyətinə, az ünsiyyətçilik, acizlik, iradi zəiflik, özünə qarşı hörmət tələb edə bilməmək, səthilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir; onun fərdi-psixi xüsusiyyətlərində fantaziyaya, özündən uydurmağa patoloji meyillilik müşahidə olunmamışdır; əqli və inkişafı normaya uyğundur, psixi xəstəliklə əlaqədar olan və olmayan gerilik əlamətləri aşkar edilməmişdir; psixoloji testlərin nəticəsinə görə səmimi olması qənaətinə gəlmək mümkündür; hadisə zamanı ona qarşı edilən və etdiyi hərəkətləri adekvat qavramaqla mahiyyətini dərk etmək və hadisə barədə düzgün məlumat vermək qabiliyyətinə malik olmuşdur; hadisələr dövründə onda psixi-emosional vəziyyətində qorxu, narahatlıq, gərginlik yarana bilərdi (1-ci cildin 48-51-ci vərəqləri). İş materiallarında olan Şabran Rayon Prokurorluğunun 2019-cu il 04 aprel tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikasının CM-nin 150.2.3.-cü maddəsindən həmin Məcəllənin 150.3.3.-cü maddəsinə tövsif edilmişdir (1-ci cildin 74-75-ci vərəqləri). İş materiallarındakı Şabran Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin tərtib etdiyi 2019-cu il 05 aprel tarixli protokoldan görünür ki, ifadələri yerində yoxlanılan yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs təhsil aldığı məktəbin və həmkəndlisi X11 evinin həyətlərinə, habelə digər yerlərə gələrək 2014-cü ildən etibarən 2019-cu il fevral ayının axırlarına kimi Şabran rayonunun Şahnəzərli kənd sakinləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və qeyrilərinin ona qarşı seksual xarakterli hərəkətlər etmələrini bildirmiş; fotocədvəllərin təsdiq olunan rəngli kserosurətləri və bir ədəd DVD diski protokola əlavə edilmişdir (1-ci cildin 91-100-cü vərəqləri). İş materiallarında olan Şabran Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin 2019-cu il 08 aprel tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona Azərbaycan Respublikasının CM-nin 150.3.3.-cü maddəsi ilə ittiham elan edilmişdir (1-ci cildin 126-127-ci vərəqləri). İş materiallarında olan Şabran Rayon Məhkəməsinin 2019-cu il 08 aprel tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əvvəli 2019-cu il 08 aprel tarixindən hesablanmaqla 04 ay müddətində həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cildin 154-156-cı vərəqləri). İş materiallarındakı Şabran Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin tərtib etdiyi 2019-cu il 04 aprel tarixli protokoldan görünür ki, ifadələri yerində yoxlanılan Təqsirləndirilən şəxs1 Şabran rayonunun Şahnəzərli kəndində təhsil aldığı orta məktəbin yaxınlığına gəlib 2014-cü il iyul ayının ortalarında saat 19 radələrində azyaşlı Zərərçəkmiş şəxs zor tətbiq edərək ona bir-iki yumruq zərbəsi vurduğunu, qolundan tutmaqla məktəbin arxa hissəsində yerləşən ayaqyoluna apardığını, orada üstünə qışqırıb şalvarını və tumanını çəkməsini tələb etdikdən sonra cinsiyyət orqanını sonuncunun arxa dəliyinə yeridərək onunla qeyri-təbii yolla cinsi əlaqədə olduğunu; 2015-ci il iyun ayının axırlarında saat 18 radələrində azyaşlı Zərərçəkmiş şəxs evdən çağırıb barəsində rüsvayedici məlumatları yayacağı ilə hədələdiyini, qolundan tutaraq X11 evinin həyətyanı sahəsində yerləşən ayaqyoluna apardığını, orada şalvarını və tumanını aşağı çəkməsini tələb etməklə cinsiyyət orqanını arxa dəliyinə yeridib onunla qeyri-təbii yolla cinsi əlaqədə olduğunu bildirmiş, fotocədvəllərin təsdiq olunan rəngli kserosurətləri protokola əlavə edilmişdir (1-ci cildin 157-161-ci vərəqləri). İş materiallarındakı Şabran Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin tərtib etdiyi 2019-cu il 08 aprel və 2019-cu il 11 aprel tarixli protokollardan görünür ki, yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə videoçəkiliş aparılmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə üzləşdirilərkən yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs sonuncuların ona qarşı etdikləri əxlaqsız hərəkətləri üzlərinə bildirmiş, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 deyilənləri təsdiq etmişdir, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə təkzib etmişlər, iki ədəd DVD diski müvafiq protokollara əlavə olunmuşdur (1-ci cildin 162-165-ci və 249-255-ci vərəqləri). İş materiallarındakı Şabran Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin tərtib etdiyi 2019-cu il 10 aprel tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər biri həmin tarixdə müvafiq qaydada saat 1530-da və saat 1715də Azərbaycan Respublikasının CM-nin 150.3.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cildin 170-171-ci və 183- 184-cü vərəqləri). İş materiallarında olan Şabran Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin 2019-cu il 11 aprel tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hər biri təqsirləndirilən şəxs qismində cəlb olunmaqla onlara Azərbaycan Respublikasının CM-nin 150.3.3.-cü maddəsi ilə ittiham elan edilmişdir (1-ci cildin 203-204-cü və 226-227ci vərəqləri). İş materiallarında olan Şabran Rayon Məhkəməsinin 2019-cu il 11 aprel tarixli qərarlarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hər biri barəsində əvvəli 2019-cu il 10 aprel tarixindən hesablanmaqla 04 ay müddətində həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cildin 216-218-ci və 239-241ci vərəqləri). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X4 2019-cu il aprelin 12-də tərtib etdiyi tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışlar (1-ci cildin 256-259-cu vərəqləri). İş materiallarındakı Şabran Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin tərtib etdiyi 2019-cu il 16 may tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 həmin tarixdə saat 1815-də Azərbaycan Respublikasının CM-nin 150.3.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (2-ci cildin 26-27-ci vərəqləri). İş materiallarında olan Şabran Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin 2019-cu il 17 may tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs4 təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona Azərbaycan Respublikasının CM-nin 150.3.3.-cü maddəsi ilə ittiham elan edilmişdir (2-ci cildin 40-41-ci vərəqləri). İş materiallarında olan Şabran Rayon Məhkəməsinin 2019-cu il 17 may tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs4 barəsində əvvəli 2019-cu il 16 may tarixindən hesablanmaqla 04 ay müddətində həbs qismində qətimkan tədbiri seçilmişdir (2-ci cildin 53-55-ci vərəqləri). İş materiallarındakı Şabran Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin tərtib etdiyi 2019-cu il 17 may tarixli protokoldan görünür ki, yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs4lə üzləşdirilərkən yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs sonuncunun ona qarşı etdiyi əxlaqsız hərəkətləri üzünə bildirmiş, təqsirləndirilən şəxs isə deyilənləri təkzib etmiş, bir ədəd fleşkart protokola əlavə olunmuşdur (2-ci cildin 63-66-cı vərəqləri). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Şabran Rayon Mərkəzi Xəstəxanasının 2019-cu il 22 may tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 psixinevroloji kabinetdə dispanser qeydiyyatında yoxdurlar (2-ci cildin 67-ci vərəqi). İş materiallarındakı Şabran Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin tərtib etdiyi 2019-cu il 01 iyun protokollardan və eyni tarixli qərardan görünür ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs məxsus bir ədəd tünd göy rəngli uzunqol sviter, bir ədəd göy rəngli cins şalvar, bir ədəd yaşıl və ağ zolaqları olan idman köynəyi və bir ədəd boz rəngli idman şalvarının üzərində gözlə görünən zədələr və izlər müşahidə edilməmiş, fotocədvəllərin təsdiq olunan kserosurətləri protokollara əlavə olunmuş, həmin əşyalar maddi sübut kimi tanınmaqla saxlanılmaq üçün Şabran Rayon Polis Şöbəsinin maddi sübutlar otağına təhvil verilmişdir (2-ci cildin 91-97-ci vərəqləri). İş materiallarındakı Şabran Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin tərtib etdiyi 2019-cu il 04 iyun tarixli protokollardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 videoçəkiliş aparılmaqla üzləşdirilərkən birincisi 2015-ci il iyun ayının axırlarında Zərərçəkmiş şəxs qarşı etdiyi əxlaqsız hərəkətlərdə sonuncuların iştirak etmədiklərini üzlərinə bildirmişdir, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 deyilənləri təsdiq etmişlər, bir ədəd DVD diski protokola əlavə olunmuşdur (2-ci cildin 109-115-ci vərəqləri). İş materiallarında olan Şabran Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin 2019-cu il 06 iyun tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 150.3.3.-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir (2-ci cildin 133-134-cü vərəqləri). İş materiallarında olan Təqsirləndirilən şəxs1 2019-cu il 24 iyun tarixli ərizəsindən görünür ki, Qanuni nümayəndə anası Könül Hakim qızı Şükürovaya sataşaraq onları yaşadıqları kənddə biabır etməsinə görə qisas almaq üçün yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi barədə yalan ifadə verdiyini bildirmişdir (2-ci cildin 156-cı vərəqi). İş materiallarında olan Şabran Rayonu İcra Hakimiyyəti başçısının Şahnəzərli inzibati ərazi dairəsi üzrə nümayəndəsinin tərtib etdiyi 2019-cu il 10 iyul tarixli arayışlardan və xasiyyətnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yaşadıqları yer üzrə müsbət xarakterizə edilirlər (2-ci cildin 176-184-cü vərəqləri). İş materiallarındakı yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilən 2019-cu il 10 iyul tarixli mülki iddiaçı qismində tanınma, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsindən görünür ki, Qanuni nümayəndə iş üzrə özünün mülki iddiaçı, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 mülki cavabdehlər qismində tanınmasını, ona vurulmuş maddi ziyan və gələcəkdə nəzərdə tutulmuş maddi xərclərə görə hər bir təqsirləndirilən şəxsdən 5.000 manat, mənəvi zərərə görə 50.000 manat alınıb ona verilməsini xahiş etmişdir (2-ci cildin 190-191-ci vərəqləri). İş materiallarındakı Şabran Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin tərtib etdiyi 2019-cu il 05 avqust tarixli protokollardan görünür ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs3 videoçəkiliş aparılmaqla üzləşdirilərkən birincisi Qanuni nümayəndə anası Könül Hakim qızı Şükürovaya sataşaraq onları yaşadıqları kənddə biabır etməsinə görə qisas almaq üçün yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi barədə yalan ifadə verdiyini bildirmiş, Təqsirləndirilən şəxs3 də deyilənləri təsdiq etmiş; yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs3lə üzləşdirilərkən birincisi ona qarşı etdiyi əxlaqsız hərəkətləri sonuncunun üzünə bildirmişdir, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi heç bir əsas gətirmədən protokolu imza etməkdən və üzləşdirməni yarımçıq saxlayaraq istintaq hərəkətinin davam etdirilməsindən imtina etmişlər; yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1la üzləşdirilərkən vəkil Müdafiəçi2 iş üzrə mütəxəssis X1 əsl olmadığını, sonuncunun müəllim işləmədiyini bildirib üzləşdirməni yarımçıq saxlayaraq Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi heç bir əsas gətirmədən protokolu imza etməkdən imtina etmişlər, bir ədəd DVD diski protokollara əlavə olunmuşdur (2-ci cildin 254-259-cu vərəqləri). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10 maddi sübutların ekspertizasına dair 2019-cu il 25 iyul tarixli 512 nömrəli rəyindən görünür ki, yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus paltarın üzərində qana, tərə və spermaya şübhəli ləkələr aşkar olunmamışdır (3-cü cildin 25-29-cu vərəqləri). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə X3 ambulator məhkəmə psixiatrik ekspertizasına dair 2019-cu il 12 iyul tarixli 1261 nömrəli, 1263 nömrəli, 1267 nömrəli və 1265 nömrəli rəylərindən müvafiq qaydada görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar edilməmiş, cinayətlər törədilən dövrdə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır, təqsirləndirilən şəxslər həmin müddətdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşlar, buna görə də sonuncular törədilən əməllər barəsində anlaqlı hesab edilməlidirlər; məcburi müalicəyə ehtiyacları yoxdur (3-cü cildin 30-37-ci vərəqləri). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X29-Təcrübi və Tədris Birliyinin Bakı şəhər şöbəsində canlı şəxsin ekspertizasına dair 2019-cu il 10 sentyabr tarixli 475 nömrəli, 472 nömrəli, 473 nömrəli və 474 nömrəli rəylərindən müvafiq qaydada görünür ki, 2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3, 1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs1, 2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs4 və 2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izi, onların xarici cinsiyyət üzvlərində cinsi əlaqəyə girə bilmələrinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilməmişdir (3-cü cildin 113-123-cü vərəqləri). İş materiallarında olan Şabran Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin sübutların qiymətləndirilməsi haqqında 2019-cu il 14 oktyabr tarixli qərarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının CM-nin 150.3.3.-cü maddəsi ilə irəli sürülmüş ittihamın və barələrində seçilən qətimkan tədbirinin dəyişdirilmədən qüvvəsində saxlanılması, ********* nömrəli cinayət işinin materiallarından Höcətəli Rahil oğlu Soltanov, X24, X25 və digərləri barəsində Azərbaycan Respublikasının CM-nin 150.3.3.-cü maddəsi ilə ********* nömrəli cinayət işinin ayrıca icraata ayrılmasının, yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olan bir ədəd sviterin, bir ədəd cins şalvarın, bir ədəd idman köynəyinin və bir ədəd idman şalvarının maddi sübut kimi tanınmaqla saxlanılmaq üçün Şabran Rayon Polis Şöbəsinin maddi sübutlar otağına təhvil verilməsinin nəzərə alınması, yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxsin və təqsirləndirilən şəxslərin dindirilməsi, üzləşdirmə və ifadənin yerində yoxlanılmasına dair istintaq hərəkətlərinin videogörüntülərinin köçürüldüyü 6 ədəd DVD diskinin və 1 ədəd fleşkartın iş üzrə maddi sübut tanınıb cinayət işinin materiallarına əlavə olunması qərara alınmışdır (3-cü cildin 157-168-ci vərəqləri). İş materiallarında olan Şabran Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin 2019-cu il 25 oktyabr tarixli qərarından görünür ki, Qanuni nümayəndəsi olduğu, yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs olan övladı Zərərçəkmiş şəxsla birlikdə cinayət işinin materialları ilə tanış olduqdan sonra hər biri təqsirləndirilən şəxsdən 55.000 manat məbləğində mülki iddiası ilə bağlı tələbi vəsatət kimi qəbul edilmiş və həmin vəsatət əsassız olduğundan rədd edilmişdir (3-cü cildin 198-199-cu vərəqləri). İş materiallarında olan 2019-cu il 22 noyabr tarixli ərizələrdən görünür ki, Qanuni nümayəndəsi olduğu, yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs olan övladı Zərərçəkmiş şəxs adından çıxış edib təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə barışdığını, onlara qarşı heç bir tələbinin və şikayətinin olmadığını, onlara azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdiyini bildirmişdir (3-cü cildin sair vərəqləri). Məhkəmə mövcud sübutlara qiymət verərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 150.3.3.-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törət-mələrini, əməllərində cinayət tərkibinin olduğunu, bununla da onların təqsirliliklərini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxslərin əməlləri Azərbaycan Respublikasının CM-nin150.3.3.-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 aşkar surətdə on dörd yaşına çatmayan şəxs Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər etməməsi, Təqsirləndirilən şəxs1 Qanuni nümayəndə tərəfindən anasının adının pis çıxarılmasına görə qisas almaq üçün Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər etməsi və Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 adını yalandan deməsi barədə dediklərinə, bununla da özlərini təqsirli bilməmələrinə tənqidi yanaşaraq hesab edir ki, onların göstərdikləri özününüdafiə xarakteri daşımaqla seçmiş olduqları bu cür taktika tərəfindən heç də kifayət qədər əsaslandırılmamışdır. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ittiham edildikləri cinayət əməlini törət-mələri məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxsin və onun qanuni nümayəndəsinin ifadələri, ekspert rəyləri, ifadənin yerində yoxlanılması, üzləşdirmə istintaq hərəkətinin protokolları, eləcə də iş üzrə digər mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətlərinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət törədilərkən yetkinlik yaşına çatmamalarının və zərər çəkmiş şəxslə barışıq əldə etmələrinin işdə cəzanı yüngülləşdirən hallar olduğunu nəzərə almaqla ilk məhkumluqlarını, gənc olmalarını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını, həbs olunmamışdan əvvəl Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 Vətənə xidmət borcunu yerinə yetirmələrini, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ali təhsil almalarını işdə cəzanı yüngülləşdirən hallar kimi qəbul edir . Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsi əsasında, bu Məcəllənin 59.1.9.cu və 59.1.10.-cu maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur və onlar törətdikləri əməllərə görə təqsirli bilinib cəzalanmalıdırlar. Azərbaycan Respublikasının CM-nin 85.5.-ci maddəsinə görə, yetkinlik yaşına çatmayan məhkumlara azadlıqdan məhrumetmə cəzası on ildən çox olmayan müddətə təyin edilir. Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsinə uyğun olaraq, cinayətin məq-sədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə iş üzrə cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hallar hesab edərək haqqında Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq edilən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin Məcəllənin 150.3.3.-cü maddəsinin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin olun-maqla onların islah edilməsini və sosial ədalətin bərpasına nail olunmasını mümkün sayır. «Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2002-ci il 28 iyun tarixli 2 saylı Qərarının 12-ci bəndində göstərilir ki, yetkinlik yaşına çatmadığı dövrdə qəsdən cinayət (o cümlədən, xüsusilə ağır cinayət) törətmiş şəxs hökm çıxarılan vaxt yetkinlik yaşına çatarsa və azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə, o, cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə, ehtiyatsızlıqdan cinayət törətməyə görə 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdə isə məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yetkinlik yaşına çatmadıqları dövrdə törətdikləri xüsusilə ağır cinayətə görə hökm çıxarılan vaxt yetkinlik yaşına çatdıqları üçün onlara təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəza-çəkmə müəssisəsində çəkməlidirlər. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əm-lakı müəyyən edilmədiyin-dən onlar barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Şabran Rayon Polis Şöbəsinin maddi sübutlar otağına təhvil verilməklə yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan bir ədəd sviter, bir ədəd cins şalvar, bir ədəd idman köynəyi və bir ədəd idman şalvarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxsin və təqsirləndirilən şəxslərin dindirilməsi, üzləşdirmə və ifadənin yerində yoxlanılmasına dair istintaq hərəkətlərinin köçürüldüyü 6 ədəd DVD diskinin və 1 ədəd fleşkartın cinayət işinə əlavə olunması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarının müdafiəsi müvafiq olaraq Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkilləri X27-zadə, X26, X15 və X23 tərəfindən 45 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından müvafiq qaydada X27-zadənin, X18, X8 və X13 vəkil işlədikləri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (hesab nömrəsi AZ57UBAZ**********0090AZN001, VÖEN: **********) hər birinə 270 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəza çəkmənin əvvəli Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tutulduğu gündən, yəni Təqsirləndirilən şəxs1 barəsində 2019-cu il aprelin 08-dən, Təqsirləndirilən şəxs4 barəsində 2019-cu il mayın 16-dan, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər biri barəsində 2019-cu il aprelin 10-dan hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 150.3.3.-cü maddəsi ilə təqsirli bilinərək barəsində Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 2019-cu il aprelin 08-dən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının CM-nin 150.3.3.-cü maddəsi ilə təqsirli bilinərək barəsində Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs4 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 2019-cu il mayın 16-dan hesablansın. Təqsirləndirilən şəxs4 barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 150.3.3.-cü maddəsi ilə təqsirli bilinərək barəsində Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 2019-cu il aprelin 10-dan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 150.3.3.-cü maddəsi ilə təqsirli bilinərək barəsində Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 2019-cu il aprelin10-dan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmədə göstərilən hüquqi yardımla əlaqədar Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından müvafiq qaydada X27-zadənin, X18, X8 və X13 vəkil işlədikləri Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (hesab nömrəsi AZ57UBAZ**********0090AZN001, VÖEN: **********) hər birinə 270 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Şabran Rayon Polis Şöbəsinin maddi sübutlar otağına təhvil verilməklə yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olan bir ədəd sviter, bir ədəd cins şalvar, bir ədəd idman köynəyi və bir ədəd idman şalvarı məhv edilsin; yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxsin və təqsirləndirilən şəxslərin dindirilməsi, üzləşdirmə və ifadənin yerində yoxlanılmasına dair istintaq hərəkətlərinin köçürüldüyü 6 ədəd DVD diskinin və 1 ədəd fleşkartın cinayət işinə əlavə olunması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar