Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-187/2021 09.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qəribov Fikrət Atlıxan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə; məhkəmə iclas katibi X3, X7, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şöbəsinin Bakı Ağır cinayətlər məhkəməsi üzrə prokuroru Dövlət ittihamçısı, X8, X5, müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri “Pro Bono” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, Müdafiəçi3 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi binada, açıq məhkəmə iclasında xx xxxxx 1990-cu ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Bəcirəvan kəndində qeydiyyatda olan, ünvan 4, mənzil 36-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.3.2, 228.4, 234.4.1, 234.4.2, 234.4.3-cü maddələri ilə; xx xxxxx 1994-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçə, ev 33-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.2, 234.4.3-cü maddələri ilə; xx xxxxxx 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs1, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirib üzərində saxlamış, daşımış və satmış, habelə təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitəni satmış, bundan başqa qanunsuz olaraq soyuq silahı əldə etmiş və gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib saxlamaqla daşıma, satma eləcə də qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmə barədə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, İran İslam Respublikasının vətəndaşı “Siyamət” adlı şəxslə və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən İran İslam Respublikasının vətəndaşı “Siyamət” adlı şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı külli miqdarda ümumi təmiz çəkisi 507,164 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda ümumi təmiz çəkisi 52,454 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini özü və ya şəxsiyyəti istintaqa məlum olmayan şəxslər vasitəsi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirərək naməlum vaxtda və şəraitdə qrupun digər üzvü Təqsirləndirilən şəxs1 pulunu sonradan ödəmək şərti ilə vermiş, sonuncu satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı narkotik vasitə heroinin pulunu sonradan ödəmək şərti ilə qramı 21 manatdan olmaqla külli miqdarda – 7,718 qramını istintaqa məlum olmayan vaxtda və şəraitdə tanışı Təqsirləndirilən şəxs2 satmış, qalan külli miqdarda 499,446 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda - 52,454 qram çəkidə psixotrop maddə metamfetamini isə daşımaqla yaşadığı ünvan 4, mənzil 36-da saxlamışdır. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda - 7,718 qram çəkidə narkotik vasitə heroinin 6,038 qramını üstündə saxlamaqla daşımış, qalan 1,680 qram çəkidə narkotik vasitə heroinin qramı 25 manatdan olmaqla sonradan pulunu ödəmək şərti ilə naməlum vaxtda və şəraitdə tanışına satmış, tanışı Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı həmin narkotik vasitə heroini satmaq üçün istintaqa məlum olmayan vaxtda və şəraitdə qeyri-rəsmi ər-arvad münasibətində olduğu qeyrisinə vermiş, qeyrisi satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 1,680 qram çəkidə narkotik vasitə heroini qramı 35 manatdan olmaqla istintaqa məlum olmayan vaxtda və şəraitdə Təqsirləndirilən şəxs3 nağd şəkildə satmış, Təqsirləndirilən şəxs3 isə naməlum vaxtda və şəraitdə qeyrisindən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi 1,680 qram çəkidə narkotik vasitə heroinin 1,067 qramını üzərində, qalan 0,613 qramını isə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 18, 60 saylı mənzildə gizlədərək saxlamışdır. Təqsirləndirilən şəxs3 narkotik vasitə heroini əldə edib üzərində gəzdirməsi, satışı ilə məşğul olması və yaşadığı evdə saxlaması barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 29 may 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs3 həmin gün saat 12 radələrində yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 18 saylı evin yaxınlığında saxlanılmış və baxış zamanı onun əynində olan şalvarın sağ yan cibindən qanunsuz olaraq satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd bükümdə təmiz çəkisi 1,067 qram olan narkotik vasitə heroin, sonuncunun razılığı və iştirakı ilə yaşadığı mənzilə baxış keçirilərkən mətbəxdə masanın üzərindən isə satış məqsədilə əldə edib saxladığı bir ədəd bükümdə təmiz çəkisi 0,613 qram olan narkotik vasitə heroin və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd boz rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirinin davamı olaraq polis əməkdaşları tərəfindən saxlanılmış Təqsirləndirilən şəxs3 tanışı qeyrisinə 5 qram çəkidə narkotik vasitə heroin almaq istədiyini bildirdiyindən sonuncu bu barədə qeyrisinə məlumat verərək narkotik vasitə heroin təşkil etməsini xahiş etmiş, qeyrisi isə öz növbəsində 29 may 2019-cu il tarixdə saat 12 radələrində Bakı-Sumqayıt avtomobil yolunun 14-cü kilometrliyində yerləşən “Neapol” hotelinin yaxınlığında Təqsirləndirilən şəxs2la görüşərək ondan qramı 25 manatdan olmaqla sonradan pulunu ödəmək şərti ilə külli miqdarda - 4,258 qram çəkidə narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən əldə edib üzərində saxlamaqla istintaqa məlum olmayan vaxtda və şəraitdə satmaq üçün qeyrisinə vermiş, qeyrisi isə qeyd olunan gün saat 15 radələrində Təqsirləndirilən şəxs3 yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 18 saylı evin qarşısında saxlanılmış və baxış zamanı sağ əlində saxladığı sarı rəngli əl çantasının içərisindən qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs3 təkrarən satmaq üçün gətirdiyi bir ədəd şəffaf polietilen bükümdə 4,258 qram və iki ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,190 qram və 0,123 qram olan ümumilikdə külli miqdarda - 4,571 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirinin davamı olaraq Fəridə Qasımzadənin verdiyi məlumat əsasında 29 may 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2 həmin gün saat 16 radələrində Bakı-Sumqayıt avtomobil yolunun 14-cü kilometrliyində fəaliyyət göstərən “Neapol” hotelinin yaxınlığında saxlanılmış və baxış zamanı Təqsirləndirilən şəxs2 əynində olan cins şalvarın sağ yan cibindən qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd bükümdə təmiz çəkisi 1,467 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 100 qram narkotik vasitə heroin sifariş etməsi əsasında sonuncu 29 may 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı həmin gün saat 18 radələrində ünvan 4 ünvanının qarşısında saxlanılmış və baxış zamanı Təqsirləndirilən şəxs1 əynində olan cins şalvarın sağ yan cibindən qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs2 təkrarən satmaq üçün gətirdiyi bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 100,947 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüş, sonuncunun razılığı və iştirakı ilə yaşadığı mənzilə keçirilən baxış zamanı mətbəxdə olan soyuducudan satış məqsədilə əldə edib saxladığı iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 198,756 qram və 199,743 qram olmaqla külli miqdarda - ümumilikdə 398,499 qram çəkidə narkotik vasitə heroin və bir ədəd bükümdə külli miqdarda - təmiz çəkisi 52,454 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan vaxtda və yerdə naməlum mənbədən bir ədəd zavod üsulu ilə hazırlanmış, deşici-kəsici, vurucu-əzici xassəyə malik soyuq silah hesab edilən kombinə edilmiş kastet-bıçağı və bir ədəd kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah hesab edilən dəyənəyi qanunsuz olaraq əldə edib üzərində gəzdirməklə yaşadığı ünvan 4, 36 saylı mənzildə saxlamış, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 29 may 2019-cu il tarixdə saat 18 radələrində həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 razılığı və iştirakı ilə yaşadığı mənzilə keçirilən baxış zamanı mənzilin yataq otağında yerləşən dolabın üzərindən bir ədəd soyuq silah hesab edilən dəyənək və bir ədəd soyuq silah edilən bıçaq aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirib üzərində saxlamış, daşımış və satmış, habelə təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitəni satmışdır. Belə ki, Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib saxlamaqla daşıma, satma eləcə də qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmə barədə tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, İran İslam Respublikasının vətəndaşı “Siyamət” adlı şəxslə və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən İran İslam Respublikasının vətəndaşı “Siyamət” adlı şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı külli miqdarda ümumi təmiz çəkisi 507,164 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda ümumi təmiz çəkisi 52,454 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini özü və ya şəxsiyyəti istintaqa məlum olmayan şəxslər vasitəsi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirərək naməlum vaxtda və şəraitdə qrupun digər üzvü Təqsirləndirilən şəxs1 pulunu sonradan ödəmək şərti ilə vermiş, sonuncu satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı narkotik vasitə heroinin pulunu sonradan ödəmək şərti ilə qramı 21 manatdan olmaqla külli miqdarda – 7,718 qramını istintaqa məlum olmayan vaxtda və şəraitdə tanışı Təqsirləndirilən şəxs2 satmış, qalan külli miqdarda 499,446 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda - 52,454 qram çəkidə psixotrop maddə metamfetamini isə daşımaqla yaşadığı ünvan 4, mənzil 36-da saxlamışdır. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda - 7,718 qram çəkidə narkotik vasitə heroinin 6,038 qramını üstündə saxlamaqla daşımış, qalan 1,680 qram çəkidə narkotik vasitə heroinin qramı 25 manatdan olmaqla sonradan pulunu ödəmək şərti ilə naməlum vaxtda və şəraitdə tanışına satmış, tanışı Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı həmin narkotik vasitə heroini satmaq üçün istintaqa məlum olmayan vaxtda və şəraitdə qeyri-rəsmi ər-arvad münasibətində olduğu qeyrisinə vermiş, qeyrisi satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 1,680 qram çəkidə narkotik vasitə heroini qramı 35 manatdan olmaqla istintaqa məlum olmayan vaxtda və şəraitdə Təqsirləndirilən şəxs3 nağd şəkildə satmış, Təqsirləndirilən şəxs3 isə naməlum vaxtda və şəraitdə qeyrisindən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi 1,680 qram çəkidə narkotik vasitə heroinin 1,067 qramını üzərində, qalan 0,613 qramını isə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 18, 60 saylı mənzildə gizlədərək saxlamışdır. Təqsirləndirilən şəxs3 narkotik vasitə heroini əldə edib üzərində gəzdirməsi, satışı ilə məşğul olması və yaşadığı evdə saxlaması barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 29 may 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs3 həmin gün saat 12 radələrində yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 18 saylı evin yaxınlığında saxlanılmış və baxış zamanı onun əynində olan şalvarın sağ yan cibindən qanunsuz olaraq satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd bükümdə təmiz çəkisi 1,067 qram olan narkotik vasitə heroin, sonuncunun razılığı və iştirakı ilə yaşadığı mənzilə baxış keçirilərkən mətbəxdə masanın üzərindən isə satış məqsədilə əldə edib saxladığı bir ədəd bükümdə təmiz çəkisi 0,613 qram olan narkotik vasitə heroin və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd boz rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirinin davamı olaraq polis əməkdaşları tərəfindən saxlanılmış Təqsirləndirilən şəxs3 tanışına 5 qram çəkidə narkotik vasitə heroin almaq istədiyini bildirdiyindən sonuncu bu barədə qeyrisinə məlumat verərək narkotik vasitə heroin təşkil etməsini xahiş etmiş, qeyrisi isə öz növbəsində 29 may 2019-cu il tarixdə saat 12 radələrində Bakı-Sumqayıt avtomobil yolunun 14-cü kilometrliyində yerləşən “Neapol” hotelinin yaxınlığında Təqsirləndirilən şəxs2la görüşərək ondan qramı 25 manatdan olmaqla sonradan pulunu ödəmək şərti ilə külli miqdarda - 4,258 qram çəkidə narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən əldə edib üzərində saxlamaqla istintaqa məlum olmayan vaxtda və şəraitdə satmaq üçün qeyrisinə vermiş, qeyrisi isə qeyd olunan gün saat 15 radələrində Təqsirləndirilən şəxs3 yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 18 saylı evin qarşısında saxlanılmış və baxış zamanı sağ əlində saxladığı sarı rəngli əl çantasının içərisindən qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs3 təkrarən satmaq üçün gətirdiyi bir ədəd şəffaf polietilen bükümdə 4,258 qram və iki ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,190 qram və 0,123 qram olan ümumilikdə külli miqdarda - 4,571 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirinin davamı olaraq Fəridə Qasımzadənin verdiyi məlumat əsasında 29 may 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2 həmin gün saat 16 radələrində Bakı-Sumqayıt avtomobil yolunun 14-cü kilometrliyində fəaliyyət göstərən “Neapol” hotelinin yaxınlığında saxlanılmış və baxış zamanı Təqsirləndirilən şəxs2 əynində olan cins şalvarın sağ yan cibindən qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd bükümdə təmiz çəkisi 1,467 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 100 qram narkotik vasitə heroin sifariş etməsi əsasında sonuncu 29 may 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı həmin gün saat 18 radələrində ünvan 4 ünvanının qarşısında saxlanılmış və baxış zamanı Təqsirləndirilən şəxs1 əynində olan cins şalvarın sağ yan cibindən qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs2 təkrarən satmaq üçün gətirdiyi bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 100,947 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüş, sonuncunun razılığı və iştirakı ilə yaşadığı mənzilə keçirilən baxış zamanı mətbəxdə olan soyuducudan satış məqsədilə əldə edib saxladığı iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 198,756 qram və 199,743 qram olmaqla külli miqdarda - ümumilikdə 398,499 qram çəkidə narkotik vasitə heroin və bir ədəd bükümdə külli miqdarda - təmiz çəkisi 52,454 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirib üzərində saxlamış, daşımış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs3 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib saxlamaqla daşıma, satma eləcə də qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmə barədə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, İran İslam Respublikasının vətəndaşı “Siyamət” adlı şəxslə və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən İran İslam Respublikasının vətəndaşı “Siyamət” adlı şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı külli miqdarda ümumi təmiz çəkisi 507,164 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda ümumi təmiz çəkisi 52,454 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini özü və ya şəxsiyyəti istintaqa məlum olmayan şəxslər vasitəsi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirərək naməlum vaxtda və şəraitdə qrupun digər üzvü Təqsirləndirilən şəxs1 pulunu sonradan ödəmək şərti ilə vermiş, sonuncu satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı narkotik vasitə heroinin pulunu sonradan ödəmək şərti ilə qramı 21 manatdan olmaqla külli miqdarda – 7,718 qramını istintaqa məlum olmayan vaxtda və şəraitdə tanışı Təqsirləndirilən şəxs2 satmış, qalan külli miqdarda 499,446 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda - 52,454 qram çəkidə psixotrop maddə metamfetamini isə daşımaqla yaşadığı ünvan 4, mənzil 36-da saxlamışdır. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda - 7,718 qram çəkidə narkotik vasitə heroinin 6,038 qramını üstündə saxlamaqla daşımış, qalan 1,680 qram çəkidə narkotik vasitə heroinin qramı 25 manatdan olmaqla sonradan pulunu ödəmək şərti ilə naməlum vaxtda və şəraitdə tanışına satmış, tanışı Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı həmin narkotik vasitə heroini satmaq üçün istintaqa məlum olmayan vaxtda və şəraitdə qeyri-rəsmi ər-arvad münasibətində olduğu qeyrisinə vermiş, qeyrisi satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 1,680 qram çəkidə narkotik vasitə heroini qramı 35 manatdan olmaqla istintaqa məlum olmayan vaxtda və şəraitdə Təqsirləndirilən şəxs3 nağd şəkildə satmış, Təqsirləndirilən şəxs3 isə naməlum vaxtda və şəraitdə qeyrisindən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi 1,680 qram çəkidə narkotik vasitə heroinin 1,067 qramını üzərində, qalan 0,613 qramını isə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 18, 60 saylı mənzildə gizlədərək saxlamışdır. Təqsirləndirilən şəxs3 narkotik vasitə heroini əldə edib üzərində gəzdirməsi, satışı ilə məşğul olması və yaşadığı evdə saxlaması barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 29 may 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs3 həmin gün saat 12 radələrində yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 18 saylı evin yaxınlığında saxlanılmış və baxış zamanı onun əynində olan şalvarın sağ yan cibindən qanunsuz olaraq satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd bükümdə təmiz çəkisi 1,067 qram olan narkotik vasitə heroin, sonuncunun razılığı və iştirakı ilə yaşadığı mənzilə baxış keçirilərkən mətbəxdə masanın üzərindən isə satış məqsədilə əldə edib saxladığı bir ədəd bükümdə təmiz çəkisi 0,613 qram olan narkotik vasitə heroin və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd boz rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirinin davamı olaraq polis əməkdaşları tərəfindən saxlanılmış tanışı Təqsirləndirilən şəxs3 tanışına 5 qram çəkidə narkotik vasitə heroin almaq istədiyini bildirdiyindən sonuncu bu barədə qeyrisinə məlumat verərək narkotik vasitə heroin təşkil etməsini xahiş etmiş, qeyrisi isə öz növbəsində 29 may 2019cu il tarixdə saat 12 radələrində Bakı-Sumqayıt avtomobil yolunun 14-cü kilometrliyində yerləşən “Neapol” hotelinin yaxınlığında Təqsirləndirilən şəxs2la görüşərək ondan qramı 25 manatdan olmaqla sonradan pulunu ödəmək şərti ilə külli miqdarda - 4,258 qram çəkidə narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən əldə edib üzərində saxlamaqla istintaqa məlum olmayan vaxtda və şəraitdə satmaq üçün qeyrisinə vermiş, qeyrisi isə qeyd olunan gün saat 15 radələrində Təqsirləndirilən şəxs3 yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 18 saylı evin qarşısında saxlanılmış və baxış zamanı sağ əlində saxladığı sarı rəngli əl çantasının içərisindən qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs3 təkrarən satmaq üçün gətirdiyi bir ədəd şəffaf polietilen bükümdə 4,258 qram və iki ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,190 qram və 0,123 qram olan ümumilikdə külli miqdarda - 4,571 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirinin davamı olaraq Fəridə Qasımzadənin verdiyi məlumat əsasında 29 may 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2 həmin gün saat 16 radələrində Bakı-Sumqayıt avtomobil yolunun 14-cü kilometrliyində fəaliyyət göstərən “Neapol” hotelinin yaxınlığında saxlanılmış və baxış zamanı Təqsirləndirilən şəxs2 əynində olan cins şalvarın sağ yan cibindən qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd bükümdə təmiz çəkisi 1,467 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 100 qram narkotik vasitə heroin sifariş etməsi əsasında sonuncu 29 may 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı həmin gün saat 18 radələrində ünvan 4 ünvanının qarşısında saxlanılmış və baxış zamanı Təqsirləndirilən şəxs1 əynində olan cins şalvarın sağ yan cibindən qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs2 təkrarən satmaq üçün gətirdiyi bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 100,947 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüş, sonuncunun razılığı və iştirakı ilə yaşadığı mənzilə keçirilən baxış zamanı mətbəxdə olan soyuducudan satış məqsədilə əldə edib saxladığı iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 198,756 qram və 199,743 qram olmaqla külli miqdarda- ümumilikdə 398,499 qram çəkidə narkotik vasitə heroin və bir ədəd bükümdə külli miqdarda- təmiz çəkisi 52,454 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 228.4, 234.4.1, 234.4.2, 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü yalnız həmin Məcəllənin 228.4-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılan zaman taksiyə əyləşib tanışı Təqsirləndirilən şəxs2 ilə görüşə gedirdi. Elnur taksi fəaliyyəti ilə məşğul idi. Elnurla əvvəlcədən icarəyə maşın götürməyə getmək barədə danışmışlar. Taksi fəaliyyəti ilə məşğul olacağı üçün icarəyə maşın götürəcəkdi. Bu məqsədlə cibində 700 manat pul olmuşdur. Taksiyə əyləşən zaman polis əməkdaşları onu saxlayaraq zorla evinə daxil olmuşlar. Bu zaman hal şahidi olan Şahid7 əlində qara sellofan torba ilə onun evinə daxil olmuş və o, başa düşmüşdür ki, onlar evinə narkotik vasitə qoyaraq, narkotik vasitələri onunku kimi təqdim edəcəklər. Həqiqətən də Ramin əlindəki içərisində narkotik vasitə olan qara sellofan torbanı onun mənzilinə qoymuşdur. Mənzilindən yalnız skoçlanmış halda qızdırıcı radiatorun borusu, üzərindən isə bıçaq və beşbarmaq aşkarlanmışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs3 məhkəmədə haqqında qətimkan tədbiri seçilən zaman tanımışdır. Mənzilindən və üzərindən narkotik vasitə aşkarlanmamışdır. Siyamət adlı şəxsi tanımır. Narkotik vasitənin onluq olmadığını desə də, polis əməkdaşları zor göstərərək “sənlik olacaq” deyə bildirmişlər. İbtidai istintaq zamanı təzyiq altında ifadə vermişdir, həmin ifadələri təsdiq etmir, məhkəmədə verdiyi ifadə doğrudur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhərində yaşayır, taksi sürücüsü işləmişdir. Səhhətində olan problemlərlə əlaqədar ağrılarına görə narkotik vasitə qəbul etmişdir. Narkotik vasitəni Fəridə Qasımzadədən özü istifadə etmək üçün almaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Fəridə narkotik vasitələr satmaqla məşğul idi və onun narkotiki haradan əldə etdiyi barədə məlumatı yoxdur. Fəridədən narkotik vasitə alsa da, ona narkotik satmamışdır. Təqsirləndirilən şəxs1la aralarında dostluq münasibətləri var. Ramil ona narkotik vasitə satmamışdır. Ramillə bir yerdə narkotik vasitə istifadə etməmişlər. Ramilin narkotik istifadə etməsi və satması barədə heç nə bilmir. Fəridəni Ramil deyil o, tanımışdır. Ümumiyyətlə heç vaxt narkotik vasitə satmamış, qaçaqmalçılıqla məşğul olmamışdır. İbtidai istintaq zamanı ifadə verəndə ona təzyiqlər olunmuş və bildirilmişdir ki, “Ramilin evinə yarım kiloqram narkotik vasitə qoymuşuq, sənin də evinə iki kiloqram narkotik vasitə qoyarıq, bizim dediklərimizlə razılaş”. Məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən bu haqda demək istəsə də, məhkəmə tez yekunlaşdırıldığından sözünü deyə bilməmişdir. Təqsirləndirilən şəxs3 əvvəllər tanımamış, ilk dəfə barəsində qətimkan tədbiri seçilən zaman məhkəmədə görmüşdür. Polis əməkdaşları tərəfindən saxlanılarkən narkotikin təsiri altında olduğundan onların dediklərini etmişdir ki, ondan əl çəksinlər. Məhkəmədə verdiyi ifadə doğrudur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhərində yaşayır və ailəlidir. Ağır cərahiyyə əməliyyatı keçirdiyi üçün ağrıları olurmuş və həmin ağrıları sakitləşdirmək üçün narkotik vasitə qəbul etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən üzərindən aşkarlanmış 1,5 qram narkotik vasitəni Fəridə Qasımzadədən bir qramını 70 manata almışdır. Özü narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, onlarla heç bir əlbirliyi olmamışdır. İstifadəsində olan mobil telefon nömrəsinə “10 manat verim koko ver” mesajı gəlsə də, həmin mesaja cavab verməmişdir. Mesajı göndərən taksi sürücüsü olan cavan oğlan onun narkotik istifadəçisi olduğunu bildiyindən şəxsi istifadəsi üçün narkotik vasitə istəsə də, cavan olduğunu nəzərə alıb ona narkotik verməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri doğru olmadığı üçün təsdiq etmir. Məhkəmədə verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələr ilə məhkəmə istintaqı zamanı verdikləri ifadələr arasında ziddiyətlər olduğu üçün onların ibtidai istintaq zamanı verdikləri ifadələri məhkəmədə elan edilərək, tədqiq edilmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaqın ilkin mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ifadələrində göstərmişdir ki, icarə əsasında avtomobil götürərək taksilik fəaliyyəti ilə məşğul olur. Son zamanlar işində olan problemlərlə əlaqədar müəyyən maddi çətinlikləri yaranmışdır. Həmin ərəfədə Xəyal adlı tanışı ilə söhbət əsnasında maddi vəziyyəti barədə bildirmişdir. Xəyal ona narkotik vasitə heroinin satışı ilə məşğul olduğunu onunda bu işdə köməklik edərək xeyli gəlir qazana biləcəyini bildirmişdir. O, narkotik vasitə heroinin qramını Ramilə 20 manatdan verəcəyini onunda həmin nakrotik vasitəni istədiyi qiymətə sataraq onun pulunu verə biləcəyini bildirmişdir. Belə işlərdən qorxduğu üçün ilk olaraq Xəyalın dedikləri ilə razılaşmamışdır. Lakin sonradan borcları çoxaldığı üşün Xəyal bu barədə ikinci dəfə təklif etdikdə razılaşmışdır. Xəyaldan aldığı narkotik vasitə heroini Təqsirləndirilən şəxs2 21 manatdan verməyə başlamış, lakin Elnur satdığı narkotik vasitə heroinin pullarını verə bilmədiyi üçün Xəyala da xeyli borcu yaranmışdır. Xəyalın həmin narkotik vasitə heroini İran İslam Respublikasının vətəndaşı “Siyamət” adlı tanışından ucuz qiymətə aldığını bilirmişdir. Xəyala ona olan borcunu verə bilmədiyini və onu Siyamətlə tanış etməsini Siyamətdən narkotik vasitə heroini daha ucuz qiymətə alaraq ona olan borcunu bağlamaq istədiyini bildirmişdir. Xəyal onunla razılaşmış və Siyamətlə telefon əlaqəsi yaradaraq Xəyalın dediklərini Siyamətə çatdırmışdır. Siyamət onun dedikləri ilə razılaşmış və Ramilə narkotik vasitə heroini 17 manatdan verəcəyini bildirmişdir. Bundan sonra İran İslam Respublikasının vətəndaşı "Siyamət" adlı şəxsin tapşırığı ilə istifadəsində ***-***-**-** nömrəli mobil telefonu olan, yaşıl rəngli, "Mercedes Benz" markalı, dövlət nömrə nişanının əvvəli 90, sonu isə 106 olan, adını və yaşadığı ünvanını dəqiq bilmədiyi şəxsdən Binəqədi rayonu, Xocahəsən dairəsində 500 qram narkotik vasitə heroin və 53 qram metamfetamini nisyə almışdır. Həmin heroini və metamfetamini yaşadığı evə gətirərək soyuducuda gizlətmişdir. Bundan sonra bu barədə Elnura bildirmiş və müxtəlif vaxtlarda Elnura satması üçün narkotik vasitə heroin vermişdir. 29 may 2019-cu il tarixdə Elnurun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonundan istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna zəng gəlmişdir. Elnur ondan 100 qram çəkidə narkotik vasitə olan heroin istəmişdir. Razılıq əldə etdikdən sonra Elnura yaşadığı ünvan 4 ünvanının qarşısını gəlməsini bildirmişdir. Həmin gün saat 18:00-da ünvan 4 ünvanının qarşısında Elnuru gözləyərkən bir neçə mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını,yanlarında olan digər şəxslərin hal şahidi olduqlarını bildirmişlər. Bundan əlavə polis əməkdaşlarının yanında Elnur bir nəfər Vüqar adlı şəxs və Fəridə adlı qadın olmuşdur. Polis əməkdaşları ondan anket məlumatlarını dəqiqləşdirmişlər. Polis əməkdaşları ona izah etmişlər ki, narkotik vasitənin satışında şübhəlidir. Bundan sonra təklif etmişlər ki,üzərində nə əşya varsa təqdim etsin. Ramil bildirmişdir ki, üzərində 01 ədəd bükümdə təxminən çəkisi 105 qrama yaxın narkotik vasitə olan heroin, 02 ədəd mobil telefon, özünə məxsus pasport, şəxsiyyət vəsiqəsi və on beş manat pul vardır.Hal şahidlərinin iştirakı ilə əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf polietilen bükümü, 15 manat pulu, şalvarının sol yan cibindən "Samsung" markalı və "Tara" markalı mobil telefonları, şalvarının sağ arxa cibindən özünə məxsus pasportu və şəxsiyyət vəsiqəsini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi bir ədəd şəffaf polietilen büküm polis əməkdaşları tərəfindən açılaraq içərisinə baxıldıqdan sonra həmin büküm maddə ilə birlikdə zərfə qoyularaq möhürlənmişdir. Hal şahidləri kimi Ramil də həmin zərfin üzərinə imza etmişdir.Təqdim etdiyi 15 manat pul özünə qaytarılmışdır. Bundan sonra hal şahidlərinin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərindən əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamışdır. Sorğu zamanı səmimi olaraq bildirmişdir ki, yaşadığı ünvan 6 ünvanında 02 ədəd şəffaf polietilen bükümlərdə təxminən ümumi çəkisi 400 qrama yaxın narkotik vasitə olan heroin və 01 ədəd şəffaf polietilen bükümdə təxminən çəkisi 53 qrama yaxın psixotrop maddə olan metamfetamin vardır. Bundan sonra polis əməkdaşları ondan yaşadığı evə baxış keçirmək üçün icazə istəmişlər. Edilən təklifə etiraz etməmiş və bu barədə ərizə vermişdir.Bu məqsədlə yaşadığı ünvana yollanmışlar. Mənzilə daxil olduqdan sonra mətbəxdə olan soyuducunun orta rəfindən 03 ədəd şəffaf polietilen bükümləri tədbir iştirakçılarına təqdim etmişdir.Bükümlər maddələrlə birlikdə zərfə qoyularaq möhürlənmiş və hal şahidləri kimi o da həmin zərfin üzərinə imza etmişdir. Bundan sonra mətbəxə, otağa, sanitar qovşağına və eyvana baxış keçirilmişdir. Baxış zamanı yataq otağında olan dolabın üstündən 01 ədəd idman tapançası, 01 ədəd beşbarmaq, 01 ədəd kustar üsulla hazırlanmış dəyənək və 02 ədəd avtomaşın maqnitofonu aşkar olunmuşdur.01 ədəd idman tapançası, 01 ədəd beşbarmaq və 01 ədəd kustar üsulla hazırlanmış dəyənək 01 ədəd torbada qablaşdırılmış və möhürlənmişdir. O, həmin qablaşdırılmanın üzərinə imza etmişdir. Sorğu zamanı tanışı Elnura səhər saatlarında bir qramı 21 manata olmaqla təxminən 50 qram çəkidə narkotik vasitə olan heroini satdığını, üzərindən təqdim etdiyi təxminən 105 qrama yaxın narkotik vasitə olan heroini Elnura satmaq üçün gətirdiyini,yaşadığı mənzildən təqdim etdiyi 02 ədəd bükümlərdə narkotik vasitə olan heroini və 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamini müştəri tapacağı təqdirdə satmaq üçün saxladığını bildirmişdir. Sorğu zamanı həmçinin bildirmişdir ki, Elnura satdığı, üzərindən təqdim etdiyi narkotik vasitə olan heroini hər bir qramı 17 manata, psixotrop maddə olan metamfetamini isə hər bir qramı 50 manata 28.05.2019-cu il tarixdə səhər saatlarında istifadəsində ***-***-**-** nömrəli mobil telefonu olan İran İslam Respublikasının vətəndaşı "Siyamət" adlı şəxsin tapşırığı ilə istifadəsində ***-***-**-** nömrəli mobil telefonu olan, yaşıl rəngli, "Mercedes Benz" markalı, dövlət nömrə nişanının əvvəli 90, sonu isə 106 olan, adını və yaşadığı ünvanını dəqiq bilmədiyi şəxsdən Binəqədi rayonu, Xocahəsən dairəsində nisyə alaraq pulunu satdıqdan sonra verəcəkdir.Bundan sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunmuş və oraya gəldikdə hüquqlarını müdafiə etmək üçün Bakı şəhəri, 1 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmişdir.Təqdim edilən siyahıdan istənilən vəkilin hüquqlarını müdafiə etməsinə etiraz etməmişdir. Bu səbəbdən qərar əsasında Bakı şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X10 dəvət edilərək ona təqdim edilmişdir. Bundan sonra göstərilənlər barədə müvafiq protokol tərtib olunmuşdur. Möhürlənmiş altı zərf, bir ədəd torba, altı ədəd telefon, bir ədəd planşet, pasport, şəxsiyyət vəsiqəsi və iki ədəd avtomaşın maqnitofonu protokola əlavə edilmişdir. Bundan əlavə verdiyi ifadəsində narkotik vasitə istifadə etmədiyini, həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini isə sadəcə satış üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaqın ilkin mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ifadələrində göstərmişdir ki, hərbi xidmətdən qayıtdıqdan sonra Abşeron rayonunda taksi olaraq işləməyə başlamışdır. Marixuana istifadəçisidir. Lizinqlə əldə etdiyi **-PJ-*** dövlət qeydiyyat nişanlı “Daevo Gentra” markalı avtomobillə taksi faəliyyəti ilə məşğul olurmuş. Lakin son zamanlar maddi vəziyyəti pisləşdiyi üçün bir çox şəxsi borcu yaranmışdır. Bundan əlavə bir çox banka borcu olduğu üçün taksi fəaliyyəti ilə məşğul olduğu avtomobil borcunun əvəzində bank tərəfindən ondan alınmışdır. Tanışı Təqsirləndirilən şəxs1 narkotik vasitə heroinin satışı ilə məşğul olduğunu, Ramilin İranlı tanışı vasitəsi ilə ucuz qiymətə heroini alaraq üzərinə bir qədər məbləğ qoyub satmasını bilmişdir. Ramilə maddi vəziyyəti barədə bildirib ondan narkotik vasitə alaraq satmaq istədiyini bildirmişdir. Ramil problem olmadığını və ona narkotik vasitə heroinin qramını 21 manatdan verəcəyini, onun da həmin narkotik vasitə heroini 25 manata sataraq onun pulunu verməyini qalan 4 manatı isə özünə götürməsini bildirmişdir. Ramillə razılaşmış və ilkin olaraq Ramildən 10 qram heroin almış və həmin heroini tanışı Seymur Nəsirova satmaq istəmişdir. Belə ki, Seymur Xırdalan şəhərində narkotik vasitə satışı ilə məşğul olurmuş, narkotik vasitəni baha qiymətə aldığını bildiyi üçün Ramildən ucuz qiymətə aldığı heroini Seymura satmaq qərarına gəlmişdir. Bu barədə Seymura bildirmiş və ona heroinin qramını 25 manatdan sata biləcəyini söyləmişdir. Seymur onun təklifi ilə razılaşmış və Ramildən aldığı 5 qram heroini Seymura satmışdır. Aralarında olan razılaşmaya əsasən Seymura narkotik vasitəni 25 manatdan vermiş, Seymur isə həmin narkotik vasitə heroini 35 manatdan sataraq onun 25 manat pulunu verirmişdir. Müxtəlif vaxtlarda Seymura hər dəfəsində 5 qram olmaqla narkotik vasitə heroin vermiş və günün sonunda Seymur onun pulunu verirmiş. 28 may 2019-cu il tarixdə Seymura 5 qram narkotik vasitə heroin vermiş və axşamı 125 manat pulunu vermişdir.29 may 2019-cu il tarixdə saat 12 radələrində Seymur istifadəsində olan ***-***-**-** mobil nömrəsindən onun istifadəsin də olan ***-***-**-** mobil nömrəsinə zəng edərək 10 qram heroin lazım olduğunu bildirmişdir.Seymura Bakı-Sumqayıt avtomagistral şossesində yerləşən "Neapol" hotelində olduğunu bildirib ora gəlməsini söyləmişdir.Seymur dediyi ünvana gəlmiş və ona bir bükümdə olmaqla 10 qram heroin vermişdir.29 may 2019-cu il tarixdə saat 16:30-da "Neapol" hotelinin qarşısında olarkən bir neçə mülki geyimli şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları yanlarında olan şəxsləri ona təqdim edərək həmin şəxslərin hal şahidi olduqlarını,bundan əlavə yanlarında olan digər şəxsin adının Vüqar olduğunu digər qadının isə Fəridə olduğunu bildirmişlər. Həmin şəxslərdən sadəcə Fəridəni tanımışdır. Belə ki, Fəridənin Seymurla qeyri rəsmi birlikdə yaşadığını, hətta Seymurun narkotik vasitəni Fəridə vasitəsi ilə satdığını da bilirmişdir. Polis əməkdaşları ondan anket məluatları barədə maraqlandıqda bütün məlumatlarını bildirmişdir. Polis əməkdaşları ona izah etmişlər ki, narkotik vasitənin satışında şübhəlidir. Bundan sonra ona təklif etmişlər ki, üzərində nə əşya varsa təqdim etsin. Səmimi olaraq bildirmişdir ki, üzərində 01 ədəd bükümdə çəkisi təxminən 02 qrama yaxın narkotik vasitə olan heroin, 02 ədəd mobil telefon və 32 manat pul vardır. Əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf polietilen bükümü, 32 manat pulu, şalvarının sol yan cibindən isə 02 ədəd "Samsung" markalı və "Oukitel" markalı mobil telefonları çıxarıb polis əməkdaşlarına təqdim etmişdir.Polis əməkdaşları təqdim etdiyi 01 ədəd şəffaf polietilen bükümü açaraq içərisinə baxmış və. həmin büküm maddə ilə birlikdə zərfə qoyularaq möhürlənmişdir. Hal şahidləri kimi o da həmin zərfin üzərinə imza etmişdir. Təqdim etdiyi pul isə özünə qaytarılmışdır. Bundan sonra üzərinə baxış keçirilmiş və baxış zamanı üzərindən əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamışdır.Sorğu zamanı Seymura bir qramı 25 manata olmaqla 10 qram çəkidə heroini 250 manata satmasını etiraf etmişdir. Polis əməkdaşları ondan narkotik vasitə heroini haradan əldə etməsini soruşduqda satdığı heroini və üzərindən aşkar edilən heroini bir qramı 21 manata Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 2A ünvanında yaşayan, təxminən 25-30 yaşlarında olan, istifadəsində ***-***-**-** nömrəli mobil telefonu olan Ramildən satmaq məqsədilə aldığını bildirmişdir.Ramilin cinayət əməllərinin ifşa edilməsinə razılıq vermiş və bu məqsədlə istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonundan Ramilin istifadəsində olan ***-***- **-** nömrəli mobil telefonuna zəng vuraraq Ramildən 100 qram çəkidə narkotik vasitə olan heroin istəmişdir. Razılıq əldə etdikdən sonra görüş yeri kimi Ramilin yaşadığı ünvan 4 ünvanının qarşısı təyin edilmişdir. Tədbir iştirakçıları, Fəridə, Vüqar,Elnur və hal şahidləri ilə birlikdə Ramilin yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi,ev 2A ünvanının yaxınlığına yollanmışlar. Oraya gəldikdə əməliyyat mövqeyi seçilmiş və 29 may 2019-cu il tarixdə saat 18:00-da Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 2A ünvanının qarşısında Ramil polis əməkdaşları tərəfindən saxlanılmışdır. Ramil anket məlumatlarını bildirdikdən sonra onun Təqsirləndirilən şəxs1 olması müəyyən edilmişdir. Ramilə izah edilmişdir ki, o, narkotik vasitənin satışında şübhəlidir və ona təklif olunmuşdur ki, üzərində nə əşya varsa təqdim etsin. Ramil bildirmişdir ki, üzərində 01 ədəd bükümdə təxminən çəkisi 105 qrama yaxın narkotik vasitə olan heroin, 02 ədəd mobil telefon, özünə məxsus pasport, şəxsiyyət vəsiqəsi və on beş manat pul vardır. Ramil hal şahidlərinin iştirakı ilə əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf polietilen bükümü, 15 manat pulu, şalvarının sol yan cibindən "Samsung" markalı və "Tara" markalı mobil telefonları, şalvarının sağ arxa cibindən özünə məxsus pasportu və şəxsiyyət vəsiqəsini çıxarıb tədbir iştirakçılarına təqdim etmişdir.Ramilin təqdim etdiyi 01 ədəd şəffaf polietilen büküm polis əməkdaşları tərəfindən açılaraq içərisinə baxıldıqdan sonra həmin büküm maddə ilə birlikdə zərfə qoyularaq möhürlənmişdir.Hal şahidləri kimi Ramildə həmin zərfin üzərinə imza etmişdir.Ramilin təqdim etdiyi 15 manat pul özünə qaytarılmışdır. Bundan sonra hal şahidlərinin iştirakı ilə Ramilin üzərinə baxış keçirilmiş və baxış zamanı üzərindən əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamışdır.Sorğu zamanı Ramil bildirmişdir ki, yaşadığı ünvan 6 ünvanında 02 ədəd şəffaf polietilen bükümlərdə təxminən ümumi çəkisi 400 qrama yaxın narkotik vasitə olan heroin və 01 ədəd şəffaf polietilen bükümdə təxminən çəkisi 53 qrama yaxın psixotrop maddə olan metamfetamin vardır. Bundan sonra Ramilə izah edilmişdir ki, yaşadığı ünvana baxış keçirilməlidir. Ramil edilən təklifə etiraz etməmiş və bu barədə ərizə vermişdir.Bu məqsədlə Ramilin yaşadığı ünvana yollanmışlar. Mənzilə daxil olduqdan sonra Ramil mətbəxdə olan soyuducunun orta rəfindən 03 ədəd şəffaf polietilen bükümləri tədbir iştirakçılarına təqdim etmişdir. Bükümlər maddələrlə birlikdə zərfə qoyularaq möhürlənmişdir. Hal şahidləri kimi Ramil də həmin zərfin üzərinə imza etmişdir. Bundan sonra mətbəxə, otağa, sanitar qovşağına və eyvana baxış keçirilmiş və baxış zamanı yataq otağında olan dolabın üstündən 01 ədəd idman tapançası, 01 ədəd beşbarmaq, 01 ədəd kustar üsulla hazırlanmış dəyənək və 02 ədəd avtomaşın maqnitofonu aşkar olunmuşdur. 01 ədəd idman tapançası, 01 ədəd beşbarmaq və 01 ədəd kustar üsulla hazırlanmış dəyənək 01 ədəd torbada qablaşdırılmış və möhürlənmişdir. Hal şahidləri kimi Ramil də həmin qablaşdırılmanın üzərinə imza etmişdir.02 ədəd avtomaşın maqnitofonları isə gələcəkdə digər növ cinayətlər üzrə əhəmiyyət kəsb edə biləcəyindən götürülmüşdür.Sorğu zamanı Ramil tanışı Elnura səhər saatlarında hər bir qramı 21 manata olmaqla təxminən 50 qram çəkidə narkotik vasitə olan heroini satdığını, üzərindən təqdim etdiyi təxminən 105 qrama yaxın narkotik vasitə olan heroini Elnura satmaq üçün gətirdiyini,yaşadığı mənzildən təqdim etdiyi 02 ədəd bükümlərdə narkotik vasitə olan heroini və 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamini müştəri tapacağı təqdirdə satmaq üçün saxladığını bildirmişdir.Sorğu zamanı Ramil həmçinin bildirmişdir ki, tanışı Elnura satdığı, üzərindən təqdim etdiyi narkotik vasitə olan heroini hər bir qramı 17 manata, psixotrop maddə olan metamfetamini isə hər bir qramı 50 manata 28.05.2019-cu il tarixdə səhər saatlarında istifadəsində ***-***- **-** nömrəli mobil telefonu olan İran İslam Respublikasının vətəndaşı "Siyamət" adlı şəxsin tapşırığı ilə istifadəsində ***-***-**-** nömrəli mobil telefonu olan, yaşıl rəngli, "Mercedes Benz" markalı, dövlət nömrə nişanının əvvəli 90, sonu isə 106 olan, adını və yaşadığı ünvanını dəqiq bilmədiyi şəxsdən Binəqədi rayonu, Xocahəsən dairəsində pulunu satdıqdan sonra vermək şərti ilə nisyə almışdır. Bundan sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunmuşlar. Oraya gəldikdə hüquqlarını müdafiə etmək üçün Bakı şəhəri 1 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmiş və təqdim edilən siyahıdan istənilən vəkilin hüquqlarını müdafiə etməsinə etiraz etməmişdir. Bu səbəbdən qərar əsasında Bakı şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X18 dəvət edilərək ona təqdim edilmişdir. Bundan sonra göstərilənlər barədə müvafiq protokol tərtib olunmuşdur. Bundan əlavə istintaqa verdiyi ifadəsində sadəcə qurudulmuş marixuana istifadə etdiyini və Ramildən aldığı heroini isə satış üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs3 ibtidai istintaqın ilkin mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir və heroin qəbul edir. Ağır cərrahiyə əməliyyatları keçirdiyi üçün səhhətində ciddi problemlər yaranmış,ona görə də, həmin ağırılar ilə əlaqədar narkotik vasitə heroin qəbul etmişdir.Heroini əsasən tanımadığı şəxslərdən öz şəxsi istifadəsi bəs edəcək qədər almışdır.27 may 2019-cu il tarixdə tanış yası ilə əlaqədar Bakıya gəlmiş və yasdan çıxdıqdan sonra evə qayıtmaq üçün Bakıdan Xırdalana gələn taksilərdən birinə əyləşmişdir.Bu zaman Xırdalan şəhərindən tanıdığı Ayşən adlı qadın da yanında olmuşdur.Söhbət əsnasında Ayşənə ciddi ağrılarının olmasını bildirmiş və kimdən narkotik vasitə heroin tapa biləcəyini soruşmuşdur.Ayşən Fəridə adlı tanışının narkotik vasitə satışı ilə məşğul olmasını bildirmiş və ona Fəridənin mobil nömrəsini vermişdir. Taksidən düşdükdən sonra istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Ayşənin ona verdiyi nömrə ilə əlaqə saxlamışdır.Telefona qadın cavab vermiş, nömrəsini Ayşəndən almağını və narkotik vasitə heroin istədiyini bildirmişdir.Bu zaman həmin qadın telefonu söndürmüş, daha sonra bir neçə dəfə zəng etsə də telefonuna zəng çatmamışdır.28 may 2019-cu il tarixdə ***-***-**-** mobil nömrəsindən zəng gəlmiş və zəng edən qadın adının Fəridə olduğunu və bundan sonra sadəcə bu nömrə ilə əlaqə saxlamağını istəmişdir. Fəridədən şəxsi istifadəsi üçün 2 qram çəkidə heroin istəmiş, Fəridə bunun müqabilində 70 manat verməli olduğunu bildirmişdir.Fəridə ilə razılaşmış və heroini yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 18-in qarşısına gətməyini istəmişdir. Həmin gün saat 16- 17 radələrində Fəridə yaşadığı ünvanın qarşısına gəlmiş və ona zəng edərək çatdığını söyləmişdir.Aşağı düşmüş və blokda Fəridədən bir büküm heroini alaraq 70 manat pul vermişdir.Həmin heroindən bir qramını bir bükümə yığaraq cibinə qoymuş, qalan bir qramını isə şəffaf sellofana büküb evində saxlamışdır. 29 may 2019-cu il tarixdə saat 12:30-da dükana getmək məqsədi ilə evdən çıxmış və bu zaman bir neçə mülki geyimli şəxslər yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını bildirmişlər.Polis əməkdaşları özünü təqdim etməyini istəmişlər. Polis əməkdaşlarına anket məlmatları bildirmişdir.Polis əməkdaşları onu əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarla tanış etdikdən sonra mütəmadi olaraq Abşeron rayonu, Xırdalan şəhəri ərazisində narkotik vasitə olan heroinin əldə edib üzərində gəzdirməkdə, satışı ilə məşğul olmaqda və yaşadığı evdə həmin maddəni saxlamaqda şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları ona təklif etmişlər ki, üzərində nə əşya varsa təqdim etsin. Polis əməkdaşlarına bildirmişdir ki, üzərində bir ədəd bükümdə təxminən çəkisi bir qrama yaxın narkotik vasitə olan heroin, bir ədəd mobil telefon və 21 manat pul vardır. Bundan sonra polis əməkdaşları orada olan iki nəfər şəxsi hal şahidi qismində dəvət etmiş və hal şahidlərinə hüquq və vəzifələri izah edildikdən sonra onların iştirakı ilə əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümü, 21 manat pulu, şalvarımın sol yan cibindən isə "Nokia" markalı 354638/05/312292/4 İMEİ kodlu mobil telefonunu çıxarıb tədbir iştirakçılarına təqdim etmişdir.Polis əməkdaşları təqdim etdiyi bir ədəd şəffaf polietilen bükümü açaraq içərisinə baxmış və həmin büküm maddə ilə birlikdə zərfə qoyularaq möhürlənmişdir. Həmin zərfin üzərinə imza etmişdir. Təqdim etdiyi 21 manat pulu özünə qaytarmışlar. Bundan sonra hal şahidlərinin iştirakı ilə üzərinə baxış keçirilmiş və baxış zamanı üzərindən əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamış və götürülməmişdir. Tutulduğu üçün səmimi olaraq polis əməkdaşlarına yaşadığı ünvan 3 ünvanında bir ədəd şəffaf polietilen bükümdə təxminən çəkisi bir qrama yaxın narkotik vasitə olan heroin və həmin maddəni çəkmək üçün bir ədəd elektron tərəzi olmasını bildirmişdir. Bundan sonra polis əməkdaşları yaşadığı ünvana baxış keçirmələri üçün icazə istəmiş və polis əməkdaşlarına etiraz etməyib icazə verib bu barədə ərizə yazmışdır. Bu məqsədlə tədbir iştirakçıları, hal şahidləri ilə birlikdə yaşadığı ünvana yollanmışlar. Mətbəxdə olan masanın üzərindən bir ədəd şəffaf polietilen bükümü və həmin maddəni çəkmək üçün bir ədəd elektron tərəzini tədbir iştirakçılarına təqdim etmiş və polis əməkdaşları həmin bükümü açaraq içərisinə baxmışlar. Büküm maddə ilə birlikdə və bir ədəd elektron tərəzi zərfə qoyularaq möhürlənmiş və həmin zərfin üzərinə imza etmişdir. Bundan sonra mətbəxə, otaqlara, sanitar qovşağına və eyvana baxış keçirilmişdir. Polis əməkdaşları ondan üzərindən və yaşadığı evdən aşkar edilən narkotik vasitə olan heroini haradan əldə etdiyini soruşduqda, həmin heroini saxlanıldığı vaxtdan bir gün öncə Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yaşayan, istifadəsində ***-***-**-** və ***-***-**-** nömrəli mobil telefonları olan, təxminən 25-27 yaşlarında olan "Fəridə" adlı qadından 01 qramını 35 manata olmaqla 02 qramını 70 manata aldığını, bir hissəsini özü istifadə etdiyini, qalan hissəsini də özü istifadə etmək məqsədi ilə saxladığını bildirmişdir. Sonradan sorğu zamanı Fəridə bildirmişdir ki, cüzdanından təqdim etdiyi 03 ədəd bükümlərdə olan narkotik vasitə olan heroinin hər bir qramını 35 manata ona satmaq məqsədi ilə gətirmişdir. Həmin narkotiki isə 29 may 2019-cu il tarixdə günorta saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yaşayan, təxminən 23-25 yaşlarında olan, istifadəsində ***-***-**-** nömrəli mobil telefonu olan "Elnur" adlı şəxsdən hər bir qramını 25 manata satmaq məqsədi ilə almışdır. Fəridə eyni zamanda bildirmişdir ki, "Elnur" adlı şəxsdən götürdüyü narkotik vasitə olan heroini ona qeyri-rəsmi nigah münasibətində yaşadığı, əslən Füzuli rayonundan olan, təxminən 35-40 yaşlarında olan Nəsirov Seymur adlı şəxs vermişdir. Fəridə "Elnur" adlı şəxsin cinayət əməllərinin ifşa edilməsinə razılıq vermiş və "Elnur" adlı şəxsin ehtimal olduğu Bakı-Sumqayıt avtomagistral şossesində yerləşən "Neapol" hotelinin yaxınlığında olmasını bildirmişdir. Bu məqsədlə tədbir iştirakçıları o, Fəridə və hal şahidləri ilə birlikdə deyilən ünvana yollanmışlar. Oraya gəldikdə əməliyyat mövqeyi seçilmiş və 29 may 2019-cu il tarixdə saat 16:30-da "Neapol" hotelinin yaxınlığında özünü şübhəli aparan, xarici görünüşcə "Elnur" adlı şəxsə oxşar bir nəfər şəxs müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin şəxs özünün anket məluamtlarını bildirdikdən sonra onun Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir.Polis əməkdaşları Elnura izah etmişlər ki, o, narkotik vasitənin satışında şübhəlidir və ona təklif olunmuşdur ki, üzərində nə əşya varsa təqdim etsin. Elnur bildirmişdir ki, üzərində 01 (bir) ədəd bükümdə çəkisi təxminən 02 qrama yaxın narkotik vasitə olan heroin, 02 ədəd mobil telefon və 32 manat pul vardır. Elnur əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf polietilen bükümü, 32 manat pulu, şalvarının sol yan cibindən isə 02 ədəd "Samsung" markalı, **********30145/01 İMEİ kodlu və "Oukitel" markalı, **********88891 İMEİ kodlu mobil telefonları çıxarıb polis əməkdaşlarına təqdim etmişdir.Polis əməkdaşları Elnurun təqdim etdiyi 01 ədəd şəffaf polietilen bükümü açaraq içərisinə baxmışlar.Həmin büküm maddə ilə birlikdə zərfə qoyularaq möhürlənmiş, hal şahidləri kimi Elnur da həmin zərfin üzərinə imza etmişdir. Elnurun təqdim etdiyi pul isə özünə qaytarılmışdır. Bundan sonra Elnurun üzərinə baxış keçirilmiş və baxış zamanı onun üzərindən əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamışdır. Sorğu zamanı Elnur Fəridəyə hər bir qramı 25 manata olmaqla 10 qram çəkidə heroini 250 manata satmasını etiraf etmişdir. Sorğu zamanı Elnur eyni zamanda bildirmişdir ki, Fəridə satdığı heroini və üzərindən təqdim etdiyi heroini hər bir qramı 21 manata Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 2A ünvanında yaşayan,təxminən 25-30 yaşlarında olan,istifadəsində ***-***-**-** nömrəli mobil telefonu olan "Ramil" adlı şəxsdən satmaq və özü istifadə etmək məqsədilə almışdır.Elnur "Ramil" adlı şəxsin cinayət əməllərinin ifşa edilməsinə razılıq vermiş və bu məqsədlə Elnur istifadəsinə olan ***-***-**-** nömrəli mobil telefonundan "Ramil" adlı şəxsin istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna zəng vuraraq 100 qram çəkidə narkotik vasitə olan heroin istəmişdir. Razılıq əldə etdikdən sonra görüş yeri kimi "Ramil" adlı şəxsin yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 2A ünvanının qarşısı təyin edilmişdir. Tədbir iştirakçıları, o, Fəridə, Elnur və hal şahidləri ilə birlikdə "Ramil" adlı şəxsin yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 2A ünvanının yaxınlığına yollanmışlar. Oraya gəldikdə əməliyyat mövqeyi seçilmiş və 29 may 2019-cu il tarixdə saat 18:00-da Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 2A ünvanının qarşısında özünü şübhəli aparan, xarici görünüşcə "Ramil" adlı şəxsə oxşar bir nəfər şəxs müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışdır.Həmin şəxs anket məlumatlarını bildirdikdən sonra onun Təqsirləndirilən şəxs1 olması müəyyən edilmişdir.Ramilə izah edilmişdir ki, o, narkotik vasitənin satışında şübhəlidir və təklif olunmuşdur ki, üzərində nə əşya varsa təqdim etsin. Ramil bildirmişdir ki, üzərində 01 ədəd bükümdə təxminən çəkisi 105 qrama yaxın narkotik vasitə olan heroin, 02 ədəd mobil telefon, özünə məxsus pasport, şəxsiyyət vəsiqəsi və 15 manat pul vardır. Ramil hal şahidlərinin iştirakı ilə əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf polietilen bükümü, 15 manat pulu, şalvarının sol yan cibindən "Samsung" markalı, **********28505/01 imei kodlu və "Tara" markalı, **********98646 imei kodlu mobil telefonları, şalvarının sağ arxa cibindən özünə məxsus C seriyalı 02050729 nömrəli pasportu və AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsini çıxarıb tədbir iştirakçılarına təqdim etmişdir. Ramilin təqdim etdiyi 01 ədəd şəffaf polietilen büküm polis əməkdaşları tərəfindən açılaraq içərisinə baxıldıqdan həmin büküm maddə ilə birlikdə zərfə qoyularaq möhürlənmiş, hal şahidləri kimi Ramil də həmin zərfin üzərinə imza etmişdir. Ramilin təqdim etdiyi 15 manat pul özünə qaytarılmışdır.Bunda sonra hal şahidlərinin iştirakı ilə Ramilin üzərinə baxış keçirilmiş və baxış zamanı üzərindən əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamış və götürülməmişdir. Sorğu zamanı Ramil bildirmişdir ki, onun yaşadığı ünvan 6 ünvanında 02 ədəd şəffaf polietilen bükümlərdə təxminən ümumi çəkisi 400 qrama yaxın narkotik vasitə olan heroin və 01 ədəd şəffaf polietilen bükümdə təxminən çəkisi 53 qrama yaxın psixotrop maddə olan metamfetamin vardır. Bundan sonra Ramilə izah edilmişdir ki, onun yaşadığı ünvana baxış keçirilməlidir. Ramil edilən təklifə etiraz etməyib bu barədə ərizə vermişdir.Bu məqsədlə Ramilin yaşadığı ünvana yollanmışlar. Ramil yaşadığı ünvan ön dörd mərtəbəli binanın yeddinci mərtəbəsində yerləşmiş və mənzilə daxil olduqdan sonra Ramil mətbəxdə olan soyuducunun orta rəfindən 03 ədəd şəffaf polietilen bükümləri tədbir iştirakçılarına təqdim etmişdir.Bükümlər maddələrlə birlikdə zərfə qoyularaq möhürlənmiş, hal şahidləri kimi Ramil də həmin zərfin üzərinə imza etmişdir.Bundan sonra mətbəxə, otağa, sanitar qovşağına və eyvana baxış keçirilmiş və baxış zamanı yataq otağında olan dolabın üstündən 01 ədəd idman tapançası, 01 ədəd beşbarmaq, 01 ədəd kustar üsulla hazırlanmış dəyənək və 02 ədəd avtomaşın maqnitofonu aşkar olunmuşdur.01 ədəd idman tapançası, 01 ədəd beşbarmaq və 01 ədəd kustar üsulla hazırlanmış dəyənək 01 ədəd torbada qablaşdırılıb möhürlənmişdir.Hal şahidləri kimi Ramil də həmin qablaşdırılmanın üzərinə imza etmişdir. 02 ədəd avtomaşın maqnitofonları isə gələcəkdə digər növ cinayətlər üzrə əhəmiyyət kəsb edə biləcəyindən götürülmüşdür. Sorğu zamanı Ramil tanışı Elnura səhər saatlarında hər bir qramı 21 manata olmaqla təxminən 50 qram çəkidə narkotik vasitə olan heroini satdığını, üzərindən təqdim etdiyi təxminən 105 qrama yaxın narkotik vasitə olan heroini Elnura satmaq üçün gətirdiyini, yaşadığı mənzildən təqdim etdiyi 02 ədəd bükümlərdə narkotik vasitə olan heroini və 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamini müştəri tapacağı təqdirdə satmaq üçün saxladığını bildirmişdir. Sorğu zamanı Ramil həmçinin bildirmişdir ki, tanışı Elnura satdığı, üzərindən təqdim etdiyi narkotik vasitə olan heroini hər bir qramı 17 manata, psixotrop maddə olan metamfetamini isə hər bir qramı 50 28.05.2019-cu il tarixdə səhər saatlarında istifadəsində ***-***-**-** nömrəli mobil telefonu olan İran İslam Respublikasının vətəndaşı "Siyamət" adlı şəxsin tapşırığı ilə istifadəsində ***-***-**-** nömrəli mobil telefonu olan, yaşıl rəngli, "Mercedes Benz" markalı, dövlət nömrə nişanının əvvəli 90, sonu isə 106 olan, adını və yaşadığı ünvanını dəqiq bilmədiyi şəxsdən Binəqədi rayonu, Xocahəsən dairəsində nisyə alaraq pulunu satdıqdan sonra verəcəyi adı ilə aldığını bildirmişdir. Bundan sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunmuş və oraya gəldikdə hüquqlarını müdafiə etmək üçün Bakı şəhəri 1 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmişdir.Təqdim edilən siyahıdan istənilən vəkilin hüquqlarını müdafiə etməsinə etiraz etməmiş və bu səbəbdən qərar əsasında Bakı şəhəri, 1 saylı Vəkil Bürosunun vəkili X9 dəvət edilərək təqdim edilmişdir. Bundan sonra göstərilənlər barədə müvafiq protokol tərtib olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 29 may 2019-cu il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs3 mütəmadi olaraq Xırdalan şəhəri ərazisində narkotik vasitə olan heroini əldə edib üzərində gəzdirməsi, satışı ilə məşğul olması və yaşadığı evdə həmin maddəni saxlaması barədə daxil olmuş məlumat barədə raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs3 müəyyən edilib ifşa olunması istiqamətində Xırdalan şəhəri ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Qərara əsasən rəhbərliyi altında idarənin əməkdaşları Şahid2, Şahid3, Şahid4 və Şahid5 ibarət əməliyyat qrupu yaradılmış və elə həmin gün saat 12:30-da Təqsirləndirilən şəxs3 ehtimal olunduğu ünvan 10 ünvanın yaxınlığında özünü şübhəli aparan, xarici görünüşcə Təqsirləndirilən şəxs3 oxşar bir nəfər şəxs müəyyən edilərək saxlanılmışdır. Həmin şəxs özünü Təqsirləndirilən şəxs3 kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs3 əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarla tanış edildikdən sonra saxlanılmasının səbəbi izah edilmiş, iki nəfər şəxs hal şahidi qismində dəvət edilmiş və Vüqara təklif olunmuşdur ki, üzərində nə əşya varsa təqdim etsin. Təqsirləndirilən şəxs3 hal şahidlərinin iştirakı ilə əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümü, iyirmi bir manat pulu, şalvarının sol yan cibindən isə "Nokia" markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Şəffaf polietilen büküm açıldıqda orada tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar maddə aşkar olunmuş, büküm maddə ilə birlikdə zərfə qoyularaq möhürlənmiş, hal şahidləri və Təqsirləndirilən şəxs3 həmin zərfin üzərinə imza etmişlər. İyirmi bir manat pul Təqsirləndirilən şəxs3 özünə qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs3 yaşadığı ünvanda bir ədəd şəffaf polietilen bükümdə təxminən çəkisi bir qrama yaxın narkotik vasitə olan heroin və həmin maddəni çəkmək üçün bir ədəd elektron tərəzi olduğunu demiş, ona yaşadığı ünvana baxış keçirilməli olduğu deyildikdə etiraz etməyib, bu barədə ərizə vermişdir. Bu məqsədlə tədbir iştirakçıları, hal şahidləri və Təqsirləndirilən şəxs3 sözügedən ünvana yollanmışlar. Təqsirləndirilən şəxs3 yaşadığı ünvan beşmərtəbəli binanın ikinci mərtəbəsində yerləşmiş, mənzil iki otaq, mətbəx, sanitar qovşağı və eyvandan ibarət olmuşdur. Təqsirləndirilən şəxs3 mənzilə daxil olaraq mətbəxdə olan masanın üzərindən bir ədəd şəffaf polietilen bükümü və həmin maddəni çəkmək üçün bir ədəd elektron tərəzini tədbir iştirakçılarına təqdim etmişdir. Həmin büküm açıldıqda orada tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar maddə aşkar olunmuşdur. Büküm maddə ilə birlikdə və bir ədəd elektron tərəzi zərfə qoyularaq möhürlənmiş, hal şahidləri və Təqsirləndirilən şəxs3 tərəfindən zərfin üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs3 üzərindən və yaşadığı evdən təqdim etdiyi narkotik vasitəni saxlanıldığı vaxtdan bir gün öncə Bakı şəhəri Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yaşayan "Fəridə" adlı qadından bir qramını otuz beş manata olmaqla iki qram almasını, bir hissəsini özü istifadə edib, qalan hissəsini də üzərində və yaşadığı evdə özü istifadə etmək məqsədi ilə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 "Fəridə" adlı qadının cinayət əməllərinin ifşa edilməsinə razılıq vermiş və bu məqsədlə mobil telefonla "Fəridə" adlı qadına zəng vuraraq beş qram çəkidə narkotik vasitə olan heroin sifariş etmişdir. Razılıq əldə edildikdən sonra görüş yeri kimi "Fəridə" adlı qadın Təqsirləndirilən şəxs3 yaşadığı ünvanının qarşısını təyin edilmiş, saat 15:20-də xarici görünüşcə "Fəridə" adlı qadına oxşar bir nəfər şəxs müəyyən edilərək saxlanılmışdır. Saxlanılan şəxs özünü X1 təqdim etmişdir. Fəridə Qasımzadəyə narkotik vasitənin satışında şübhəli bilindiyi izah olunaraq üzərində nə əşya varsa təqdim etmək təklif olunmuş, üzərində bir ədəd şəffaf polietilen bükümdə çəkisi təxminən beş qrama yaxın, iki ədəd siqaretin gümüşü kağızından ibarət bükümlərdə çəkisi təxminən 0,5 qrama yaxın narkotik vasitə olan heroin, bir ədəd mobil telefon və bir ədəd planşet olduğunu demiş, dəvət olunmuş iki nəfər qadın hal şahidinin iştirakı ilə sağ əlində saxladığı sarı rəngli cüzdanın içərisindən bir ədəd şəffaf polietilen, iki ədəd siqaretin gümüşü kağızından ibarət bükümləri çıxarıb təqdim etmişdir. Həmin bükümlər açıldıqda orada tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar maddələr aşkar olunmuş, zərfə qoyularaq möhürlənmiş, hal şahidləri və Fəridə həmin zərfin üzərinə imza etmişlər. Fəridə Qasımzadə bildirmişdir ki, cüzdanından təqdim etdiyi üç ədəd bükümdə olan narkotik vasitə heroini 29 may 2019-cu il tarixdə günorta saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yaşayan "Elnur" adlı şəxsdən bir qramını iyirmi beş manata olmaqla almış və hər qramını otuz beş manata Təqsirləndirilən şəxs3 satmaq məqsədi ilə gətirmişdir. Fəridə Qasımzadə narkotiki satmaq məqsədi ilə almışdır. Sonuncu eyni zamanda bildirmişdir ki, "Elnur" adlı şəxsdən götürdüyü narkotik vasitə olan heroini qeyri-rəsmi nikah münasibətində yaşadığı Seymur Nəsirovun vasitəsi ilə əldə etmişdir. Fəridə Qasımzadə "Elnur" adlı şəxsin cinayət əməllərinin ifşa edilməsinə razılıq vermiş, bundan sonra "Elnur" adlı şəxsin ehtimal olduğu Bakı-Sumqayıt avtomagistral şossesində yerləşən "Neapol" otelinin yaxınlığında əməliyyat keçirilmişdir. Təqsirləndirilən şəxs3, Fəridə Qasımzadə və hal şahidləri ilə birlikdə "Neapol" otelinin yaxınlığında olarkən saat 16:30-da yaxınlıqda xarici görünüşcə "Elnur" adlı şəxsə oxşar bir nəfər şəxs müəyyən edilərək saxlanılmışdır. Həmin şəxs özünü Təqsirləndirilən şəxs2 kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs2 saxlanılma səbəbi izah olunduqdan sonra üzərində olan əşyaları təqdim etmək təklif olunmuş, o da üzərində bir ədəd bükümdə çəkisi təxminən iki qrama yaxın narkotik vasitə olan heroin, iki ədəd mobil telefon və 32 manat pul olduğunu deyib, əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümü, otuz iki manat pulu, şalvarının sol yan cibindən isə iki ədəd mobil telefonları çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi bir ədəd şəffaf polietilen büküm açıldıqda orada tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar maddə aşkar olunmuş, həmin büküm maddə ilə birlikdə zərfə qoyularaq möhürlənmiş, hal şahidləri kimi Təqsirləndirilən şəxs2 da həmin zərfin üzərinə imza etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi pul özünə qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs2 Fəridə Qasımzadəyə bir qramı iyirmi beş manata olmaqla on qram çəkidə heroini iki yüz əlli manata satmasını etiraf etmiş, eyni zamanda bildirmişdir ki, Fəridəyə satdığı və üzərindən təqdim etdiyi heroini hər bir qramı iyirmi bir manata "Ramil" adlı şəxsdən satmaq və özü istifadə etmək məqsədilə almışdır. Təqsirləndirilən şəxs2 "Ramil" adlı şəxsin cinayət əməllərinin ifşa edilməsinə razılıq vermiş və bu məqsədlə ona zəng vuraraq 100 qram çəkidə narkotik vasitə olan heroin istəmiş, razılıq əldə etdikdən sonra görüş yeri kimi "Ramil" adlı şəxsin yaşadığı ünvanının qarşısı təyin edilmişdir. Təqsirləndirilən şəxs3, Fəridə Qasımzadə, Elnur Kazımzadə və hal şahidləri ilə birlikdə "Ramil" adlı şəxsin yaşadığı ünvanının yaxınlığına yollanmışlar və orada xarici görünüşcə "Ramil" adlı şəxsə oxşar bir nəfər şəxs müəyyən edilərək saxlanılmışdır. Həmin şəxs özünü Təqsirləndirilən şəxs1 kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitənin satışında şübhəli bilindiyi izah olunduqdan sonra təklif olunmuşdur ki, üzərində nə əşya varsa təqdim etsin. Təqsirləndirilən şəxs1 dəvət olunmuş hal şahidlərinin iştirakı ilə əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümü, on beş manat pulu, şalvarının sol yan cibindən mobil telefonları, şalvarının sağ arxa cibindən pasportu və şəxsiyyət vəsiqəsini çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd şəffaf polietilen büküm açıldıqda orada tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar maddə aşkar olunaraq götürülmüş, on beş manat pul isə özünə qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, yaşadığı mənzildə iki ədəd şəffaf polietilen bükümdə təxminən ümumi çəkisi 400 qrama yaxın narkotik vasitəheroin və bir ədəd şəffaf polietilen bükümdə təxminən çəkisi 53 qrama yaxın psixotrop maddə- metafetamin vardır. Bundan sonra Təqsirləndirilən şəxs1 izah edilmişdir ki, onun yaşadığı ünvana baxış keçirilməlidir. Təqsirləndirilən şəxs1 etiraz etməyərək bu barədə ərizə vermiş, birlikdə onun yaşadığı ünvana yollanmışlar. Təqsirləndirilən şəxs1 yaşadığı mənzilin mətbəxində olan soyuducunun orta rəfindən üç ədəd şəffaf polietilen bükümü onlara təqdim etmişdir. Həmin bükümlərin ikisi açıldıqda tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar maddələr, digəri açıldıqda isə ağ rəngli, toz-kristal formalı, psixotrop maddə metafetaminə bənzər maddə aşkar olunmuşdur. Bundan sonra mətbəxə, otağa, sanitar qovşağına və eyvana baxış keçirilmiş və baxış zamanı yataq otağında olan dolabın üstündən bir ədəd idman tapançası, bir ədəd beşbarmaq, bir ədəd kustar üsulla hazırlanmış dəyənək və iki ədəd avtomaşın maqnitofonu aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 səhər saatlarında hər bir qramı iyirmi bir manata olmaqla təxminən 50 qram çəkidə narkotik vasitə olan heroini satdığını, üzərindən təqdim etdiyi təxminən 105 qrama yaxın narkotik vasitə- heroini Elnura satacağını, yaşadığı mənzildən təqdim etdiyi iki ədəd bükümdə narkotik vasitəheroini və bir ədəd bükümdə psixotrop maddə- metafetamini müştəri tapacağı təqdirdə satacağını bildirmişdir. Təqsirləndirilən şəxs1 dediyinə görə Təqsirləndirilən şəxs2 satdığı, üzərindən təqdim etdiyi narkotik vasitə olan heroini hər bir qramı on yeddi manata, psixotrop maddə- metafetamini isə hər bir qramı əlli manata 28.05.2019-cu il tarixdə səhər saatlarında İran İslam Respublikasının vətəndaşı "Siyamət" adlı şəxsin tapşırığı ilə "Mercedes Benz" markalı, dövlət nömrə nişanının əvvəli 90, sonu isə 106 olan, adını və yaşadığı ünvanını dəqiq bilmədiyi şəxsdən Bakı şəhəri Binəqədi rayonu, Xocahəsən dairəsində nisyə alaraq pulunu satdıqdan sonra verəcəyi adı ilə almışdır. Bundan sonra saxlanılan şəxslər- Təqsirləndirilən şəxs3, Fəridə Qasımzadə, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və hal şahidləri Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunmuşlar. İdarədə Təqsirləndirilən şəxs3, Fəridə Qasımzadə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsi məqsədilə onlara öz seçimləri əsasında vəkillər dəvət edilərək təqdim olunmuş, baş verənlər barədə müvafiq protokollar tərtib olunmuşdur. Protokolları vəkillərin iştirakı ilə özü tərtib etmiş və iştirakçılar tərəfindən heç bir şikayət daxil olmadığı üçün imzalanmışdır. Əməliyyat tədbiri keçirilərkən, həmçinin bu barədə protokollar tərtib olunarkən, izahatlat alınarkən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 heç bir təzyiq və təsir göstərilməmişdir. Onlar səmimi olaraq izahatlar verərək etdikləri əməlləri etiraf etmişlər. Tərəflərindən saxlanılan şəxslərə qarşı təzyiq və təsir göstərilməsi barədə deyilənlər həqiqəti əks etdirmir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid4, Şahid5, Şahid3 və ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 29 may 2019-cu il tarixdə, saat 12 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 18 ünvanının yaxınlığında olarkən bir neçə mülki geyimli şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirərək, tərəflərindən keçiriləcək əməliyyat-axtarış tədbirində hal şahidi qismində iştirak etməyi təklif etmişlər. Polis əməkdaşlarının təklifi ilə razılaşmış və bundan sonra başqa bir şəxs də dəvət olunmuş, hər ikisinə hüquq və vəzifələri izah edilmişdir. Əməliyyat tədbiri zamanı saxlanılan, sonradan adının Təqsirləndirilən şəxs3 olduğunu bildiyi şəxsə üzərində nə əşya varsa təqdim etmək təklif olunmuş, sonuncu əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümü, iyirmi bir manat pulu, şalvarının cibindən isə mobil telefonunu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs3 təqdim etdiyi bir ədəd şəffaf polietilen büküm açılaraq içərisinə baxılmış və bundan sonra həmin büküm maddə ilə birlikdə zərfə qoyularaq möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 yazılı razılığı ilə yaşadığı mənzilə baxış keçirilmiş, Vüqar mənzilinin mətbəxində olan masanın üzərindən bir ədəd şəffaf polietilen bükümü və həmin maddəni çəkmək üçün bir ədəd elektron tərəzini təqdim etmişdir. Həmin büküm açılaraq içərisinə baxılmış və həmin büküm maddə ilə birlikdə və bir ədəd elektron tərəzi zərfə qoyularaq möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs3 üzərindən və yaşadığı mənzildən təqdim etdiyi narkotik vasitə olan heroini saxlanılandan bir gün öncə "Fəridə" adlı qadından aldığını, bir hissəsini özü istifadə etdiyini, qalan hissəsini də üzərində və yaşadığı evdə özü istifadə etmək məqsədi ilə saxladığını bildirmişdir. "Fəridə" adlı qadının cinayət əməllərinin ifşa edilməsi məqsədilə Vüqar ona zəng vurub, beş qram çəkidə narkotik vasitə olan heroin sifariş etmiş, "Fəridə" narkotiki Vüqarın yaşadığı ünvanının qarşısına gətirərkən orada polis əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılan qadın özünü Fəridə Qasımzadə kimi təqdim etmiş, ona narkotik vasitənin satışında şübhəli bilindiyi izah olunandan sonra üzərində olan əşyaları təqdim etmək təklif olunmuşdur. Fəridə Qasımzadə üzərində bir ədəd şəffaf polietilen bükümdə çəkisi təxminən beş qrama yaxın, iki ədəd siqaretin gümüşü kağızından ibarət bükümdə çəkisi təxminən 0,5 qrama yaxın narkotik vasitə olan heroin, bir ədəd mobil telefon və bir ədəd planşet olduğunu demiş, polis əməkdaşları iki nəfər qadını hal şahidi qismində dəvət edərək onlara hüquq və vəzifələrini izah etdikdən sonra Fəridənin üzərinə baxış keçirilmişdir. Fəridə Qasımzadə sağ əlində saxladığı sarı rəngli cüzdanın içərisindən bir ədəd şəffaf polietilen bükümü, iki ədəd siqaretin gümüşü kağızından ibarət bükümüi çıxarıb tədbir iştirakçılarına təqdim etmişdir. Həmin bükümlər açılmış və içərisinə baxıldıqdan sonra zərfə qoyularaq möhürlənmişdir. Fəridə Qasımzadə təqdim etdiyi narkotik vasitə olan heroini Təqsirləndirilən şəxs3 satmaq məqsədi ilə gətirdiyini, həmin narkotiki 29 may 2019-cu il tarixdə günorta saatlarında qeyri-rəsmi nikah münasibətində yaşadığı Seymur Nəsirovun vasitəsi "Elnur" adlı şəxsdən hər bir qramını iyirmi beş manata satmaq məqsədi ilə aldığını bildirmişdir. Fəridə Qasımzadə "Elnur" adlı şəxsin cinayət əməllərinin ifşa edilməsinə razılıq vermiş, sonuncunun ehtimal olduğu Bakı- Sumqayıt avtomagistral şossesində yerləşən "Neapol" otelinin yaxınlığına yollanmışlar. Orada "Elnur" adlı şəxsə oxşar bir nəfər şəxs müəyyən edilərək saxlanılmış, şəxs özünü Təqsirləndirilən şəxs2 kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs2 saxlanılma səbəbi izah edildikdən sonra təklif olunmuşdur ki, üzərində nə əşya varsa təqdim etsin. Təqsirləndirilən şəxs2 əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümü, otuz iki manat pulu, şalvarının sol yan cibindən isə iki ədəd mobil telefonu çıxarıb polis əməkdaşlarına təqdim etmiş, bir ədəd şəffaf polietilen büküm açılaraq içərisinə baxıldıqda orada tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar maddə aşkar olunmuş, həmin büküm maddə ilə birlikdə zərfə qoyularaq möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs2 Fəridə Qasımzadəyə hər bir qramı iyirmi beş manata olmaqla on qram çəkidə heroini iki yüz əlli manata satmasını etiraf etmiş, eyni zamanda bildirmişdir ki, heroini "Ramil" adlı şəxsdən satmaq və özü istifadə etmək məqsədilə almışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 razılığı ilə "Ramil" adlı şəxsin cinayət əməllərinin ifşa edilməsi məqsədilə Elnur ona zəng vuraraq 100 qram çəkidə narkotik vasitə olan heroin istəmiş, görüş yeri kimi sonuncunun yaşadığı ünvanın qarşısı təyin edilmişdir. Polis əməkdaşları ilə birlikdə "Ramil" adlı şəxsin yaşadığı ünvanının yaxınlığına yollanmışlar və orada xarici görünüşcə "Ramil" adlı şəxsə oxşar bir nəfər şəxs müəyyən edilərək saxlanılmışdır. Saxlanılan şəxs özünü Təqsirləndirilən şəxs1 kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs1 izah edilmişdir ki, o narkotik vasitənin satışında şübhəlidir və təklif olunmuşdur ki, üzərində nə əşya varsa təqdim etsin. Təqsirləndirilən şəxs1 əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümü, on beş manat pulu, şalvarının sol yan cibindən telefonları, sağ arxa cibindən özünə məxsus pasportu və şəxsiyyət vəsiqəsini çıxarıb təqdim etmişdir. Onun təqdim etdiyi bir ədəd şəffaf polietilen büküm açılaraq içərisinə baxıldıqda orada tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar maddə aşkar olunaraq götürülüb zərfə qoyularaq möhürlənib imzalanmış, on beş manat pul isə özünə qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, yaşadığı ünvanda iki ədəd şəffaf polietilen bükümlərdə təxminən ümumi çəkisi 400 qrama yaxın narkotik vasitə- heroin və bir ədəd şəffaf polietilen bükümdə təxminən çəkisi 53 qrama yaxın psixotrop maddə- metafetamin vardır. Bundan sonra Təqsirləndirilən şəxs1 yazılı razılığı ilə yaşadığı ünvana baxış keçirilmiş, Ramil mənzilin mətbəxində olan soyuducunun orta rəfindən üç ədəd şəffaf polietilen bükümü tədbir iştirakçılarına təqdim etmişdir. Həmin bükümlərin içərisindən narkotik vasitə- heroinə və psixotrop maddə- metafetaminə oxşar maddələr aşkar olunmuş, zərfə qoyularaq möhürlənib, imzalanmışdır. Bundan sonra mətbəxə, otağa, sanitar qovşağına, eyvana baxış keçirilmiş və baxış zamanı yataq otağında olan dolabın üstündən bir ədəd idman tapançası, bir ədəd beşbarmaq, bir ədəd kustar üsulla hazırlanmış dəyənək, iki ədəd avtomaşın maqnitofonu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 satdığı, həmçinin üzərindən və mənzilindən aşkar olunan heroini və metafetamini İran İslam Respublikasının vətəndaşı "Siyamət" adlı şəxsin tapşırığı ilə ünvanını dəqiq bilmədiyi şəxsdən Bakı şəhəri Binəqədi rayonu, Xocahəsən dairəsində nisyə alaraq pulunu satdıqdan sonra verəcəyini bildirmişdir. Bundan sonra birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə gəlmişlər və orada göstərilənlər barədə müvafiq protokol tərtib olunmuşdur, o da digər iştirakçılar kimi protokolu imzalamışdır. Bütün bu proses ərəfəsində polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər hansı bir təzyiq və təsir göstərilməsinin şahidi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 Şahid6 ilə eyni məzmulu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 29 may 2019-cu il tarixdə, saat 12 radələrində şəxsi işləri ilə əlaqədar Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllənin yaxınlığında olarkən bir neçə mülki geyimli şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirərək, keçiriləcək əməliyyataxtarış tədbirində hal şahidi qismində iştirak etməyi təklif etmişlər. Etiraz etməmiş və bundan sonra başqa bir qadın da oraya dəvət edilmiş, hüquq və vəzifələri izah etdikdən sonra adının sonradan Fəridə Qasımzadə olduğunu bildiyi qadın onların iştirakı ilə sağ əlində saxladığı sarı rəngli cüzdanın içərisindən bir ədəd şəffaf polietilen bükümü, iki ədəd siqaretin gümüşü kağızından ibarət bükümü çıxarıb tədbir iştirakçılarına təqdim etmişdir. Həmin bükümlər açılıb içərisinə baxıldıqda oada tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar maddələr aşkar olunmuş, zərfə qoyularaq möhürlənmiş, və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Fəridə Qasımzadənin üzərindən əməliyyat marağı kəsb edən başqa əşya və predmetlər aşkar olunmamışdır. Sorğu zamanı Fəridə Qasımzadə bildirmişdir ki, cüzdanından təqdim etdiyi üç ədəd bükümdə olan narkotik vasitə- heroinin hər qramını otuz beş manata Təqsirləndirilən şəxs3 satmaq məqsədi ilə gətirmişdir. Həmin narkotiki 29 may 2019-cu il tarixdə günorta saatlarında qeyri-rəsmi nikah münasibətində yaşadığı Seymur Nəsirovun vasitəsi ilə "Elnur" adlı şəxsdən qramını iyirmi beş manata satmaq məqsədi ilə aldığını bildirmişdir. Bundan sonra "Elnur" adlı şəxsin cinayət əməllərinin ifşa edilməsi məqsədilə ehtimal olduğu Bakı- Sumqayıt avtomagistral şossesində yerləşən "Neapol" otelinin yaxınlığına yollanmışlar. Orada xarici görünüşcə "Elnur" adlı şəxsə oxşar bir nəfər şəxs müəyyən edilərək saxlanılmışdır. Saxlanılan şəxs özünü Təqsirləndirilən şəxs2 kimi təqdim edəndən sonra ona izah edilmişdir ki, narkotik vasitənin satışında şübhəlidir və təklif olunmuşdur ki, üzərində nə əşya varsa təqdim etsin. Təqsirləndirilən şəxs2 əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümü, otuz iki manat pulu, şalvarının sol yan cibindən isə iki ədəd mobil telefonu çıxarıb tədbir iştirakçılarına təqdim etmiş, büküm açılaraq içərisinə baxıldıqdan sonra zərfə qoyularaq möhürlənib, imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, Fəridə Qasımzadəyə satdığı heroini və üzərindən təqdim etdiyi heroini "Ramil" adlı şəxsdən satmaq və özü istifadə etmək məqsədilə almışdır. Daha sonra "Ramil" adlı şəxsin cinayət əməllərinin ifşa edilməsi üçün Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil telefondan "Ramil" adlı şəxsə zəng vuraraq 100 qram çəkidə narkotik vasitə olan heroin istəmiş, görüş yeri kimi "Ramil"in yaşadığı ünvanın qarşısı təyin edilmişdir. Polis əməkdaşları ilə birlikdə "Ramil" adlı şəxsin yaşadığı ünvanın yaxınlığına yollanmışlar. Orada "Ramil" adlı şəxsə oxşar bir nəfər şəxs müəyyən edilərək saxlanılmış və sonuncu özünü Təqsirləndirilən şəxs1 kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs1 saxlanılma səbəbi izah olunduqdan sonra təklif olunmuşdur ki, üzərində olan əşyaları təqdim etmək təklif olunmuşdur. Dəvət olunmuş hal şahidlərinin yanında Təqsirləndirilən şəxs1 əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümü, on beş manat pulu, şalvarının sol yan cibindən telefonları, sağ arxa cibindən özünə məxsus pasportu və şəxsiyyət vəsiqəsini çıxarıb təqdim etmişdir. Onun təqdim etdiyi bir ədəd şəffaf polietilen büküm açılaraq içərisinə baxıldıqda orada tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar maddə aşkar olunaraq götürülüb zərfə qoyularaq möhürlənib imzalanmış, on beş manat pul isə özünə qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, yaşadığı ünvanda iki ədəd şəffaf polietilen bükümdə təxminən ümumi çəkisi 400 qrama yaxın narkotik vasitə- heroin və bir ədəd şəffaf polietilen bükümdə təxminən çəkisi 53 qrama yaxın psixotrop maddə- metafetamin vardır. Bundan sonra Təqsirləndirilən şəxs1 yazılı razılığı ilə yaşadığı ünvana baxış keçirilmişdir. Təqsirləndirilən şəxs1 yaşadığı mənzilin mətbəxində olan soyuducunun orta rəfindən üç ədəd şəffaf polietilen bükümü polislərə təqdim etmişdir. Bundan sonra mənzilin hər tərəfinə baxış keçirilmiş və yataq otağında olan dolabın üstündən bir ədəd idman tapançası, bir ədəd beşbarmaq, bir ədəd kustar üsulla hazırlanmış dəyənək və iki ədəd avtomaşın maqnitofonu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 həmçinin bildirmişdir ki, tanışı Təqsirləndirilən şəxs2 satdığı, üzərindən təqdim etdiyi heroini, metafetamini İran İslam Respublikasının vətəndaşı "Siyamət" adlı şəxsin tapşırığı ilə ünvanını dəqiq bilmədiyi şəxsdən Bakı şəhəri Binəqədi rayonu, Xocahəsən dairəsində nisyə alaraq pulunu satdıqdan sonra verəcəkdir. Bundan sonra onlar Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunmuşlar və orada protokol tərtib olunmuşdur. Protokolu bütün iştirakçılar kimi o da imzalamışdır. İştirakı ilə keçirilmiş əməliyyat tədbiri, həmçinin idarədə olan rəsmiləşdirilmə zamanı polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 heç bir təzyiq və təsir göstərilməmişdir. Məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Şahid9 ilə eyni məzmulu ifadə vermişdir. Cinayət işi üzrə məhkəmədə elan edilərək tədqiq edilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsi və əşyaların götürülməsi haqqında 29 may 2019-cu il tarixli protokola əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs3 həmin gün saat 12 radələrində yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 18-in yaxınlığında saxlanılmış və baxış zamanı Təqsirləndirilən şəxs3 bir ədəd bükümdə təmiz çəkisi 1,067 qram olan narkotik vasitə heroin, yaşadığı mənzilin mətbəxində masanın üzərindən bir ədəd bükümdə təmiz çəkisi 0,613 qram olan narkotik vasitə heroin, üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd boz rəngli elektron tərəzi, Fəridə Qasımzadədən bir ədəd şəffaf polietilen bükümdə külli miqdarda təmiz çəkisi 4,258 qram və iki ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,190 qram və 0,123 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 bir ədəd bükümdə təmiz çəkisi 1,467 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 100,947 qram olan narkotik vasitə heroin və yaşadığı mənzildə mətbəxdə olan soyuducunun orta rəfindən külli miqdarda ümumilikdə 398,499 qram çəkidə narkotik vasitə heroin, bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 52,454 qram olan psixotrop maddə metamfetamin və mənzilin yataq otağında yerləşən dolabın üzərindən bir ədəd soyuq silah hesab edilən dəyənək və bir ədəd soyuq silah hesab edilən bıçaq aşkar edilərək götürülmüşdür. Cinayət işi üzrə ibtidai istintaq zamanı Abşeron rayon Məhkəməsinin 12.06.2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 29.05.2019-cu il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işi üzrə məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizanın 31 may 2019-cu il tarixli 14222 nömrəli rəyində aşağıdakılar göstərilmişdir:- “Tədqiqata təqdim edilmiş, üzərində: “Vət.Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə ..” yazısı olan 1N-İi zərfdəki, 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 1,067 qr olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; Tədqiqata təqdim edilmiş, üzərində: “Vət.Təqsirləndirilən şəxs3 mənzilindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə narkotik maddə və bir ədəd elektron tərəzi...” yazısı olan 2N-İi zərfdəki, 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,613 qr olan açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və bir ədəd boz rəngli elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. Vət.Təqsirləndirilən şəxs3 götürülmüş heroinin ümumi təmiz çəkisi 1,680qr.; Tədqiqata təqdim edilmiş, üzərində. "Vət. X2 götürülmüş...” yazısı olan 3N-İi zərfdəki, 1(bir) ədəd şəffaf polietilen bükümdə, təmiz çəkisi 4,258qr və 2(iki) ədəd “gümüşü” rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,190qr və 0,123qr olan açıq qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Vət. X2 götürülmüş heroinin ümumi təmiz çəkisi 4,571qr.; Tədqiqata təqdim edilmiş, üzərində: “Vət. Təqsirləndirilən şəxs2 götürülmüş bir ədəd bükümdə..." yazısı olan 4N-İi zərfdəki, 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 1,467qr olan açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; Tədqiqata təqdim edilmiş, üzərində: “Vət. Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş bir ədəd bükümdə..." yazısı olan 5N-İi zərfdəki, 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 100,947qr olan açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs1 mənzilindən götütrülmüş...” yazısı olan 6N-İi zərfdəki, 2(iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 198,756qr və 199,743qr, ümumi təmiz çəkisi 398,499qr olan açıq qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 52,454qr ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Vət. Təqsirləndirilən şəxs1 götürülmüş heroinin ümumi təmiz çəkisi 499,446 qr.; Vət. Təqsirləndirilən şəxs3 üzərindən və yaşadığı ünvandan götürülmüş 02 (iki) ədəd bükümdə heroinlər, vət. X2 götürülmüş 03 (üç) ədəd bükümdə heroinlər, vət. Təqsirləndirilən şəxs2 götürülmüş 01 (bir) ədəd bükümdə heroin və vət.Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı ünvandan götürülmüş 03 (üç) ədəd bükümdə heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər; Vət.Təqsirləndirilən şəxs1 götürülmüş elektron tərəzinin üzərində heroin iz şəklində olduğu üçün yuxarıda qeyd olunmuş heroinlərlə eyni olub-olmamasını müəyyən etmək mümkün olmadı. Qeyd: 1. V.Əİiyev: heroinin ümumi təmiz çəkisi 1,680qr, tədqiqata sərf edildi: ümumi: 0,1 qr. qalıq: 1,580qr.; F.Qasımzadə: heroinin ümumi təmiz çəkisi 4,571 qr, tədqiqata sərf edildi: ümumi 0,15 qr., qalıq:4,421qr; E.Kazırmov: heroinin təmiz çəkisi 1,467qr., tədqiqata sərf edildi: 0,05 qr.,qalıq: 1,417qr.; Təqsirləndirilən şəxs1:heroinin ümumi təmiz çəkisi: 499,446qr, sərf edildi: ümumi 0,2qr, qalıq: 499,246 qr., metafetaminin təmiz çəkisi: 52,454 qr., sərf edildi: 0,1 qr., qalıq: 52,354 qr.”. Cinayət işi üzrə məhkəmədə elan edilərək tədqiq edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 14.08.2019-cu il tarixli, 1929 nömrəli rəyində göstərilmişdir ki, “Müayinə zamanı Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.”. Cinayət işi üzrə məhkəmədə elan edilərək tədqiq edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 14.08.2019-cu il tarixli, 1930 nömrəli rəyində göstərilmişdir ki, “Müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.”. Cinayət işi üzrə məhkəmədə elan edilərək tədqiq edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 21.08.2019-cu il tarixli, 1973 nömrəli rəyində göstərilmişdir ki, “Müayinə zamanı Təqsirləndirilən şəxs3 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.”. Cinayət işi üzrə məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-ballistik ekspertizanın 28 iyun 2019-cu il tarixli 15092/15093 nömrəli rəyində aşağıdakılar göstərilmişdir: “Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd “İ 2677 K” nömrəli tapança, İjevsk silah zavodunda istehsal olunmuş darağı səkkiz ədəd piston tutumuna malik, “İJ SPL” modelli, idman-məşq zamanı istifadə olunan start siqnalı vermək üçün nəzərdə tutulmuş tapançadır, odlu silah hesab edilmir, təyinatı üzrə istifadəyə yararlıdır; darağın içərisində təqdim edilmiş 06 (altı) ədəd predmet, mərkəzdən alışan «Jevelo» tipli pistondurlar, dörd ədədi təyinatı üzrə istifadə edilmişdir-yarasızdırkı ədədi isə istifadə üçün yararlıdırlar, döyüş sursatı hesab edilmirlər; 01 (bir) ədəd predmet zavod üsulu ilə hazırlanmış, deşicikəsici və vurucu-əzici xassəyə malik kombinə edilmiş kastet-bıçaqdır, soyuq silah hesab edilir; 01 (bir) ədəd predmet dəyənək tipində kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır.”. Cinayət işi üzrə ibtidai istintaq zamanı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11.10.2019-cu il tarixli qərarı əsasında "xxxx" MMC-dən götürülmüş, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs3 istifadəsində olmuş 070 ***-**-** saylı mobil telefon nömrələri ilə 01.03.2019-cu il tarixdən 29.05.2019-cu il tarixədək daxil olan və çıxan zənglərdən çıxarışlara dair məlumatlara keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, 070 ***-**-** saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs3 istifadəsində olmuş və həmin mobil telefon nömrəsi müxtəlif telefon nömrə sahiblərindən gələn mesajlarda mesaj sahiblərinin qeyd edilən telefon nömrəsinə Vüqar, əmi və digər formalarda müraciətlər edilmişdir: 01-03-2019 16:45:55 1.1.**********80 1.1.**********04 emi.diyesen alinmadi neyse gelim bide 10.manat verim birini verde mene koku; 30-03-2019 22:30:55 1.1.**********07 1.1.**********04 Vuqar bu ne hormetsızlıydı elıyırsen menı camatın yanında padvatıt; ***-***-**-** saylı mobil telefon nömrəsinə müxtəlif nömrə sahiblərindən gələn mesajlarda müxtəlif nömrə sahibləri Təqsirləndirilən şəxs3 onlar üçün narkotik vasitə heroin (mesajlarda əsasən koko və kola kimi qeyd edilmişdir) və psixotrop maddə metamfetamin (mesajlarda patı və şüşə kimi qeyd edilib) istədikləri əks edilmişdir: “24-03- 2019 18:40:59 1.1.**********53 1.1.**********04 ene 10 manatdıp ver 5 de halal xowun narat olma doburudu; 25-03-2019 20:42:18 1.1.**********88 1.1.**********04 1pat 1set kola duzel; 08-04-2019 04:32:59 1.1.**********53 1.1.**********04 Emi patı lazımdı tez cavab ver; 09-04-2019 17:14:25 1.1.**********63 1.1.**********04 Evde adam var glseher tezden gelegem yaxsi saxla mene patda kakda yadan kxmasn yaxsi; 10-04-2019 02:17:48 1.1.**********53 1.1.**********04 Emi 10 m verim wuwe verde mene; 04-2019 17:26:36 1.1.**********53 1.1.**********04 Emi koku var; 19-04-2019 12:04:27 1.1.**********53 1.1.**********04 Emi wüwe ver 1 çet ver mene; 20-04-2019 13:57:46 1.1.**********53 1.1.**********04 Emı 05 wuwe lazimdı.”. Bundan əlavə qeyd edilən 070 ***-**-** saylı mobil telefon nömrəsindən müxtəlif nömrə sahiblərinə gedən mesajlarda mesaj yazan şəxsin Təqsirləndirilən şəxs3 olmaqla, mesaj yazan şəxs müxtəlif nömrə sahiblərinə müraciət edərək onlara pul müqabilində narkotik vasitə və psixotrop maddə təklif edir: “31-03-2019 23:46:53 1.1.**********04 1.1.**********07 Men seni de taniyiram,bu temada sennen kecib. Sehere galsa cox pis oluce ikivizcunde Getir 100m men 10 pul vemeliyem sene 1.5 pati gret eliyirem; 31-03-2019 23:57:30 1.1.**********04 1.1.**********07 Acun telef.daniwag. Veziyetmi bawa salim,eyer bir ozve gore kiwisense bawa duwmelisen,negeder elimde 10gr pati var gret eliyim.meni firladanin axiri nece; 09-04-2019 17:33:45 1.1.**********04 1.1.**********63 Heresinnen negeder saxliyim,yazda hemde pul vermeliyem ya axwam yada seher 10:00da,imkan ele pulnan gel,pati cemi 4 dene galib.degig yaz.”. Məhkəmə tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmədə vermiş olduqları ifadələrdə özlərini irəli sürülmüş ittihamlar üzrə təqsirli bilməməklə bağlı göstərdikləri xüsusatlar yuxarıda sadalanan sübutlarla müqayisəli qaydada yoxlanılarkən, müəyyən olunmuşdur ki, onların məhkəmədəki ifadələri dindirilmiş şahidlərin ifadələri, əməliyyat-axtarış tədbirinin keçirilməsi və əşyaların götürülməsi haqqında protokolda göstərilənlər ilə, maddi sübutlar, ekspertiza rəyləri, özlərinin ibtidai istintaqın ilkin mərhələsində vermiş olduqları ifadələrində göstərilənlərlə və işin faktiki halları ilə tam təkzib olunmuşdur. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı ifadələrində göstərdiklərinə tənqidi yanaşmaqla, işin faktiki halları ilə uzlaşmadığından həmin ifadələri inandırıcı qəbul etmir və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş ifadələr kimi qiymətləndirir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144- 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 irəli sürülmüş ittihamlar üzrə təqsirli olmaları tam sübut olunmuşdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası CM-nin 206.3.2, 228.4, 234.4.1, 234.4.2, 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.2, 234.4.3-cü maddələri və Təqsirləndirilən şəxs3 əməlləri Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə tövsif edilməli və onlara həmin maddələr ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxslərin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onların cinayət məsuliyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq törətdikləri cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətlərini, eləcədə cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini müzakirə etmişdir. Cinayət işinin materiallarında olan DİN-in BƏSİİ-dən təqdim olunmuş tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışlar. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağı var. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşadığı müddət ərzində onun barəsində 1 saylı MTİİTS-ə heç bir şikayət daxil olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı müddət ərzində onun barəsində 22 saylı MTİİTS-ə heç bir şikayət daxil olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ağır cinayətlər daxil olunduğundan, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirləndirildikləri cinayətlərin məcmusuna ağır cinayətlər daxil olunduğundan məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən onlara təyin olunmuş cəzalar qismən toplanmaq yolu ilə qəti cəza təyin edilməlidir. Cinayət işi üzrə şübhəli şəxsin tutulması haqqında protokollardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 29.05.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşlar və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxslərin cəza çəkməsinin başlanğıcı şübhəli şəxs qismində tutulduqları 29.05.2019-cu tarixdən hesablanmalı, həmçinin barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza çəkdikləri müddət ərzində narkomaniyadan məcburi müalicə edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmədə təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakı müəyyən edilmədiyindən, barələrində xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasında saxlanılan- qalıq çəkisi 506,664 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 52,354 qram olan psixotrop maddə metafetamin, bir ədəd elektron tərəzi, bir ədəd dəyənək və bir ədəd bıçaq məhv edilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış “Azercell”, “Bakcell” və "xxxx" MMC-dən əldə edilmiş üç ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərcini təşkil ekspertiza xərci olan 178 (bir yüz yetmiş səkkiz) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada, (hər birindən 59 manat 33 qəpik məbləğində) alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM, VÖEN **********, ABB Mərkəzi Fililalı, VÖEN **********, kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01 SWİFT Bik:İBAZAZ 2X) ödənilməlidir. İbtidai istintaqda və məhkəmədə təqsirləndirilən şəxslərin müdafiəçiləri qismində işə buraxılmış və onların hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 01 sayli Vəkil Bürosunun vəkilləri X14 540 (beş yüz qırx) manat, X6 576 (beş yüz yetmiş altı) manat, X4 570 (beş yüz yetmiş) manat, Bakı şəhər Pro Bono Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi2 və Müdafiəçi1 hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri ProBono Vəkil Bürosunun nəfinə hər biri üçün 500 (beş yüz) manat miqdarında pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 193, 344- 347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.3.2, 228.4, 234.4.1, 234.4.2, 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona həmin Məcəllənin 206.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası, 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, 234.4.1, 234.4.2, 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 29 may 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.2, 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona həmin Məcəllənin 206.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası, 234.4.1, 234.4.2, 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 29 may 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona həmin Məcəllənin 206.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası, 234.4.1, 234.4.3-cü maddələri ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 29 may 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 xüsusi müsadirə tətbiq edilməsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasında saxlanılan - qalıq çəkisi 506,664 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 52,354 qram olan psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi, bir ədəd dəyənək və bir ədəd bıçaq məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış “Azercell”, “Bakcell” və "xxxx" MMC-dən əldə edilmiş 03 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcini təşkil ekspertiza xərci olan 178 (yüz yetmiş səkkiz) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada (hər birindən 59 manat 33 qəpik məbləğində) alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM, VÖEN **********, ABB Mərkəzi Fililalı, VÖEN **********, kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01 SWİFT Bik:İBAZAZ 2X) ödənilsin. İbtidai istintaqı zamanı təqsirləndirilən şəxslərin müdafiəçiləri qismində işə buraxılmış və onların hüquqlarını müdafiə etmiş Bakı şəhəri 01 sayli vəkil bürosunun vəkilləri X14 540 (beş yüz qırx) manat, X6 576 (beş yüz yetmiş altı) manat və X4 570 (beş yüz yetmiş) manat miqdarında pul ödənilsin. Məhkəmə istintaqı zamanı Bakı şəhər Pro Bono vəkil bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi2 və Müdafiəçi1 hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri ProBono Vəkil Bürosunun nəfinə hər biri üçün 500 (beş yüz ) manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxslərə hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-187/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-187/2021
09.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver