Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-187/2023 07.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat (12:55) Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, məhkəmənin iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 və “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə xx xxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2şamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.1, 32.5, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə, xx xxxxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama görə Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə İran İslam Respublikası vətəndaşı və qeyrilərinin naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdikləri külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in İ siyahısına daxil edilən 6040 qram (6 kiloqram 40 qram) çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan vaxtda, yerdə və şəraitdə əldə etdikdən sonra cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 üzərində saxlayıb daşıyarkən daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 09 oktyabr 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2 həmin gün saat 23:45-də ünvan 5 ünvanının qarşısında piyada hərəkət edərkən saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılaraq orada üzərində şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs2 əlində saxladığı sellofan torbanın içərisində olan üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofanın içərisində altı ədəd sellofan bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1010 qram, 1005 qram, 1010 qram, 1005 qram, 1005 qram və 1005 qram olmaqla ümumi təmiz çəkisi 6040 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Bəhruz» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Bəhruz» adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitələrin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə «Bəhruz» adlı şəxs və qeyriləri istintaqa məlum olmayan vaxtda və şəraitdə təkrarən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdikləri külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in İ siyahısına daxil edilən 1015,540 qram (1 kiloqram 15,540 qram) çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda 758,411 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki istintaqa məlum olmayan vaxtda, yerdə və şəraitdə təkrarən satış məqsədi ilə qanunsuz olaraq əldə edib narkotik vasitə heroini bir ədəd bükümdə, narkotik vasitə tiryəki 223,411 qram və 535 qram olmaqla ayrı-ayrılıqda iki ədəd bükümdə qablaşdırıb yaşadığı Bakı şəhəri, Xətai rayonu, Mirzə Davud küçəsi, ev 1B ünvanına daşıyaraq orada saxlamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Bəhruz» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Bəhruz» adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddənin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə «Bəhruz» adlı şəxs və qeyriləri istintaqa məlum olmayan vaxtda və şəraitdə təkrarən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdikləri külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in İ siyahısına daxil edilən 9562,972 qram (9 kiloqram 562,972 qram) çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda 3090 qram (3 kiloqram 90 qram) çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki, külli miqdarda 6005 qram (6 kiloqram 5 qram) çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in İ siyahısına daxil edilən 2165 qram (2 kiloqram 165 qram) çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini 23 mart 2022-ci il tarixdə saat 02:00 radələrində Astara-Bakı avtomobil yolunun 9-cu kilometrliyindəki yol nişanının alt hissəsindən təkrarən satış məqsədi ilə qanunsuz olaraq əldə edib satışını həyata keçirmək məqsədi ilə qeyd edilən çəkidə heroinin 17,972 qramını bir ədəd bükümdə qablaşdırıb üzərində, 9545 qramını ayrı-ayrılıqda 2255 qram, 2445 qram, 2455 qram, 2390 qram olmaqla dörd ədəd bükümdə, qeyd edilən çəkidə narkotik vasitə tiryəkin 3090 qramını ayrı-ayrılıqda 1005 qram, 975 qram, 1110 qram olmaqla üç ədəd bükümdə, qeyd edilən çəkidə qurudulmuş marixuananı bir ədəd bağlamada, qeyd edilən çəkidə psixotrop maddə metamfetamini bir ədəd bağlamada qablaşdırıb idarə etdiyi «Kia Cerato» markalı Az 90-LR- 789 dövlət qeydiyyat nişanlı avtomobildə saxlayaraq Bakı şəhərinə daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 23 mart 2022-ci il tarixdə saat 03:10-da Ələt-Astara avtomobil yolunun Salyan rayonu ərazisindən keçən 61-ci kilometrliyində yerləşən «Hacıoğlu» restoranının qarşısında saxlanılaraq ünvan 6 ünvanında yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılıb orada üzərinə şəxsi axtarış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 17,972 qram çəkidə narkotik vasitə heroin bir ədəd bükümdə olmaqla əynindəki gödəkçənin sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 23 mart 2022-ci il tarixdə saat 06:30-da Təqsirləndirilən şəxs1 idarə etdiyi «Kia Cerato» markalı Az **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilə özünün razılığı və iştirakı ilə Baş İdarənin həyətində baxış keçirilərkən onun satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı külli miqdarda 9545 qram çəkidə narkotik vasitə heroin ayrı-ayrılıqda 2255 qram, 2445 qram, 2455 qram, 2390 qram olmaqla dörd ədəd sellofan bağlamada, külli miqdarda 3090 qram çəkidə narkotik vasitə tiryək ayrı-ayrılıqda 1005 qram, 975 qram, 1110 qram olmaqla üç ədəd sellofan bağlamada, külli miqdarda 6005 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana bir ədəd sellofan bağlamada və külli miqdarda 2165 qram psixotrop maddə metamfetamin bir ədəd sellofan bağlamada olmaqla avtomobilin salonundakı iki ədəd göy rəngli sellofan torbadan aşkar edilərək götürülmüşdür. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 23 mart 2022-ci il tarixdə saat 08:20-də Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Xətai rayonu, Mirzə Davud küçəsi, ev 1B ünvanına baxış keçirilərkən onun satış məqsədilə qanunsuz olaraq əldə edib daşımaqla saxladığı külli miqdarda 1010 qram çəkidə narkotik vasitə heroin bir ədəd sellofan bağlamada, külli miqdarda 758,411 qram çəkidə narkotik vasitə tiryək ayrıayrılıqda 223,411 qram və 535 qram olmaqla iki ədəd sellofan bağlamada, üzərində külli miqdarda 5,540 qram çəkidə narkotik vasitə heroin olan bir ədəd metal qaşıq və üzərində heroin və metamfetamin izləri olan bir ədəd elektron tərəzi bir ədəd sellofan torbada qablaşdırılmış vəziyyətdə yataq otağındakı karton qutudan aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama görə Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə İran İslam Respublikası vətəndaşı və qeyrilərinin naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdikləri külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in İ siyahısına daxil edilən 6040 qram (6 kiloqram 40 qram) çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan vaxtda, yerdə və şəraitdə əldə etdikdən sonra cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 üzərində saxlayıb daşıyarkən daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 09 oktyabr 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2 həmin gün saat 23:45-də ünvan 5 ünvanının qarşısında piyada hərəkət edərkən saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılaraq orada üzərində şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs2 əlində saxladığı sellofan torbanın içərisində olan üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofanın içərisində altı ədəd sellofan bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1010 qram, 1005 qram, 1010 qram, 1005 qram, 1005 qram və 1005 qram olmaqla ümumi təmiz çəkisi 6040 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs2 Keşlə qəsəbəsində yaşayan şəxs kimi 2021-ci ilin yay aylarından tanımışdır. Belə ki, o, icarəyə götürdüyü avtomobillə taksilik fəaliyyətilə məşğul olmuş və bu fəaliyyətlə əlaqədar olaraq Təqsirləndirilən şəxs2 müştəri kimi bir neçə dəfə aparıb-gətirmişdir. 09 oktyabr 2021-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs2 ilə vatsapla zəngləşib idarə etdiyi «Daewoo Centra» markalı **-CL-*** qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs2 «Monte Carlo» restoranının qarşısından götürmüşdür. Görüşməkdə məqsədləri birlikdə narkotik maddədən istifadə etmək olmuşdur. Belə ki, o, tanışı İran İslam Respublikası vətəndaşına bir neçə gün əvvəl 10 qram narkotik maddə üçün 100 manat pul göndərmişdir. Həmin şəxs isə həmin narkotik maddənin özünün izah etdiyi Yasamal rayonu ərazisinə qoyulduğunu bildirmişdir. Həmin 10 qram narkotik maddədən 1 qramını o, Elvinə verməli idi. Elvinə narkotik maddəni satmaq üçün deyil, istifadə etmək üçün verəcəkdi. Buna görə də o, Təqsirləndirilən şəxs2 ilə birlikdə avtomobillə Yasamaldakı ASAN xidmətin yaxınlığına getmiş və ASAN xidmətdən Musabəyov heykəlinə düşən yolda avtobus dayanacağının sağından yaşayış binasının həyətinə girmişlər. O, avtomobili saxlayandan sonra Təqsirləndirilən şəxs2 həmin narkotik maddəni götürmək üçün avtomobildən enib həyətə doğru getmiş, o da avtomobildə qalıb müşahidə etmişlər. Təqsirləndirilən şəxs2 həyətdəki ağaca yaxınlaşarkən bir neçə nəfər şəxs avtomobildən düşüb Təqsirləndirilən şəxs2 yaxınlaşmış, o, həmin şəxslərin polis olduğunu başa düşərək avtomobili idarə edib dərhal oradan uzaqlaşmışdır. Bundan başqa ifadəsində bildirmişdir ki, hazırda həbsdə olan «Ruhin» adlı dostunun vasitəçiliyilə narkotik maddələrin satışı ilə məşğul olan İran İslam Respublikasının vətəndaşı «Bəhruz» adlı şəxslə tanış olmuşdur. Bəhruz ona öz adamları vasitəsilə Azərbaycana keçirdiyi narkotik maddəni pul müqabilində qoyulduğu yerlərdən götürüb özündə saxlamasını, sonra onun dediyi yerlərə «atmasını» təklif etmişdir. O da maddi vəziyyəti pis olduğundan Bəhruzun bu təklifilə razılaşmış, yəni kuryerlik etməyə başlamışdır. Bundan sonra Bəhruz öz tanışları vasitəsilə müxtəlif yerlərə narkotik maddələr qoydurmuş, o da həmin narkotik maddələri qoyulduğu yerlərdən götürüb özündə saxlamış, sonra Bəhruzun dediyi çəkilərdə narkotik maddələri şəhərin müxtəlif yerlərinə qoymuş və qoyduğu yerlərin şəkillərini çəkib Bəhruza göndərmişdir. Gördüyü işin müqablində Bəhruz istifadəsində olan «LeoBank» kart hesabına müxtəlif məbləğlərdə pullar köçürmüşdür. 15 mart 2022-ci il tarixdə növbəti dəfə Bəhruz onunla əlaqə saxlayıb Astaradan narkotik vasitəni götürüb gətirməsini tapşırmış və 400-500 manat pul göndərmişdir. Bundan sonra o, icarəyə götürdüyü «Kia Cerato» markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Astara rayonuna getmiş və Bəhruzun vatsapda izahından sonra oradan yol kənarından bir ədəd sellofanda olan narkotik maddəni götürüb Bakıya gətirmiş və həmin narkotik vasitələri saxlamaq üçün kirayə tutduğu ünvan 7 ünvanında yerləşən mənzilə aparıb orada saxlamışdır. Bundan sonrakı müddətlərdə narkotik vasitələrin bir hissəsini Bəhruzun tapşırığı ilə şəhərin müxtəlif yerlərinə qoymuşdur. Sonuncu dəfə Bəhruz 22 mart 2022-ci il tarixdə onunla əlaqə saxlayıb yenə Astara rayonuna gedilməli olduğunu bildirdiyindən o, həmin gün saat 23:00 radələrində idarə etdiyi «Kia Cerato» markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Astara rayonuna getmiş, ora çatandan sonra Bəhruz onunla əlaqə saxlayıb narkotik vasitənin Astara-Bakı avtomobil yolunda olan, Bakı istiqamətində gedəndə 9-cu kilometrlik işarəsindən iki metr məsafədə qoyulduğunu bildirmiş, o da saat 02:00 radələrində qeyd etdiyi işarənin yanına gedib yol kənarından bir ədəd göy rəngli sellofanda olan narkotik maddəni götürüb avtomobilin salonuna və Bakıya yola düşmüşdür. Salyan şəhərinə çatmamış, yol kənarındakı «Hacıoğlu» restoranında avtomobili saxlayıb enib su almaq istəyərkən əvvəllər tanımadığı, sonradan ona məlum olan Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları onu saxlamış və Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Bundan başqa ifadəsində bildirmişdir ki, saxlanılan zaman üzərində narkotik vasitə olmamış, polis əməkdaşları çəkiliş öncəsi onun üzərinə 15 qram narkotik vasitə heroin qoymuşlar. Həmin gün idarə etdiyi avtomobilində 2-3 kiloqram narkotik maddə olmuş, digər narkotik vasitələri polis əməkdaşları özləri onun avtomobilinə qoymuşlar. Həmçinin ona qarşı zor tətbiq edilmişdir. Bundan başqa, yaşadığı mənzildən 300-400 qram narkotik maddələri aşkar olunmuş, digər narkotik vasitələri polis əməkdaşları onun mənzilinə qoymuşlar. Cinayət əməlini maddi ehtiyacı olduğu üçün törətmiş, əməlindən peşmandır. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, Keşlə qəsəbəsində yaşayan «Alik» ləqəbi ilə tanıdığı Təqsirləndirilən şəxs1 ilə münasibəti olmuş, sonuncunun narkotik vasitə və psixotrop maddə qəbul edən şəxs olduğunu bildiyindən onunla bir neçə dəfə metamfetamin qəbul etmişdir. 09 oktyabr 2021-ci il tarixdə, saat 22:30 radələrində Keşlə qəsəbəsində yaşadığı məhlədə olarkən Təqsirləndirilən şəxs1 vatsap proqramı ilə ona zəng edib Yasamal rayonu ərazisinə 2-3 qram heroin qoyulduğunu və həmin heroinin oradan götürlməli olduğunu, onunla birlikdə Yasamal rayonuna getməyini, bu işdə ona köməklik edərsə qəbul etməsi üçün ona 1 qram narkotik verəcəyini bildirmiş, o da etiraz etməmişdir. Bundan bir az sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi «Daewoo Centra» markalı **-CL-*** qeydiyyat nişanlı avtomobillə tək gəlib onu «Monte Karlo» restoranının qarşısından götürmüş və birbaşa Yasamal rayonuna getmişlər. Saat 23:45 radələrində Adətin dediyi həmin yerə çatmışlar. Həmin yer köhnə bir aptekin qarşısındakı ağacın altı olmuşdur. Təqsirləndirilən şəxs1 avtomobili saxlayandan sonra o, avtomobildən enib heroinin qoyulduğu yerə yaxınlaşmış, Təqsirləndirilən şəxs1 isə bir problem olarsa dərhal aradan çıxa bilmək üçün avtomobili işlək vəziyyətdə saxlamışdır. O, avtomobildən enib təxminən 5-6 metr aralıdakı ağaca yaxınlaşan zaman orada böyük paketin olduğunu görmüş, lakin götürməmiş, həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq orada olan narkotik vasitənin ona aid olub olmamasını bölmədə araşdırılacağını demişlər, o da onlara orada olan paketin ona aid olmadığını demişdir. Onlar onu idarəyə aparan zaman qarşısına sənəd qoymuşlar və imzalatmışlar. Hadisə günü Təqsirləndirilən şəxs1la birgə avtomobildə gedərkən yolda narkotik vasitədən istifadə etmişlər. Əməlindən peşmandır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadələri özlərinimüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, ibtidai istintaq zamanı 23 mart 2022-ci il tarixdə müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 verilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, «Babiş» ləqəb ilə tanıdığı Təqsirləndirilən şəxs2 Keşlə qəsəbəsində yaşayan şəxs kimi 2021-ci ilin yay aylarından tanımışdır. Belə ki, o, icarəyə götürdüyü avtomobillə taksilik fəaliyyətilə məşğul olmuş və bu fəaliyyətlə əlaqədar olaraq Təqsirləndirilən şəxs2 müştəri kimi bir neçə dəfə aparıb-gətirmişdir. 09 oktyabr 2021-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs2 istifadəsində olan nömrənin vatsapına zəng edib onu «Xətai» metro stansiyasının qarşısına aparmaq lazım olduğunu və oradan pul götürəcəyini bildirmişdir. O da etiraz etməmiş və idarə etdiyi «Daewoo Centra» markalı **-CL-*** qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs2 «Monte Carlo» restoranın qarşısında götürmüş və birlikdə «Xətai» metro stansiyasının qarşısına getmişlər. Orada Təqsirləndirilən şəxs2 avtomobildən enib tanımadığı bir şəxslə görüşmüş və geri qayıdıb Yasamala getməli olduqlarını və orada bir nəfər şəxslə görüşüb ona pul verəcəyini bildirmişdir. Buna görə də o, Təqsirləndirilən şəxs2 ilə birlikdə Yasamaldakı ASAN xidmətin yaxınlığına getmiş və Təqsirləndirilən şəxs2 göstərişi ilə o, ASAN xidmətdən Musabəyov heykəlinə düşən yolda avtobus dayanacağının sağından yaşayış binasının həyətinə avtomobili idarə etmiş, bu zaman Təqsirləndirilən şəxs2 danışığından sonuncunun həmin yerə hansısa bir İranlının qoydurduğu narkotik vasitəni götürməyə gəldiyini öyrənmişdir. O, avtomobili saxlayandan sonra Təqsirləndirilən şəxs2 avtomobildən enib həyətə doğru getmiş, o da avtomobildə qalıb müşahidə etmiş, Təqsirləndirilən şəxs2 həyətdəki ağaca yaxınlaşıb ağacın dibinə nəzər yetirəndə ağaca yaxın məsafədə olan bir neçə nəfər şəxsin avtomobildən düşüb Təqsirləndirilən şəxs2 yaxınlaşdığını görən kimi həmin şəxslərin polislər olduğunu başa düşərək avtomobili idarə edib dərhal oradan uzaqlaşıb getmişdir. Bundan başqa ifadəsində göstərmişdir ki, bir müddət əvvəl hazırda həbsdə olan «Ruhin» adlı dostunun vasitəçiliyilə külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan, yəni külli miqdarda narkotik vasitə və psixotrop maddələri sərhəddən qanunsuz olaraq öz adamları vasitəsi ilə Azərbaycana keçirən İran İslam Respublikasının vətəndaşı «Bəhruz» adlı şəxslə tanış olmuşdur. Belə ki, bir gün Ruhinin yanında olanda «zaryatka»sı olmadığı üçün onun telefonu ilə Bəhruz adlı şəxslə əlaqə saxlamış, bundan sonra Bəhruz Ruhinin dostu olduğundan ona etibar edib vatsapla onunla əlaqə saxlamağa başlamışdır. Bəhruzla əlaqə yaradandan sonra sonuncu ona öz adamları vasitəsilə Azərbaycana qaçaqmalçılıqla keçirdiyi külli miqdarda narkotik vasitə və psixotrop maddəni sərhəd rayonlarından qoyulduğu yerlərdən götürüb Bakıya gətirərək özündə saxlamasını, sonra onun dediyi yerlərə «atmasını» təklif edib bunun müqablində narkotik vasitə və ya psixotrop maddənin hər kiloqramına görə ona 300-400 manat pul verəcəyini vəd etmiş, o da maddi vəziyyəti pis olduğundan Bəhruzun bu təklifilə razılaşmışdır. Bundan sonra Bəhruz öz tanışları vasitəsilə Astara rayonuna, Bakı-Astara avtomobil yolunun müxtəlif yerlərində, yol kənarına narkotik vasitə və ya psixotrop maddələr qoydurmuş, o da gedib həmin narkotik vasitə və psixotrop maddələri qoyulduğu yerlərdən götürüb Bakı şəhərinə gətirirmiş, özündə saxlamış, sonra Bəhruzun müştərilərinə çatması üçün sonuncunun dediyi çəkilərdə narkotik vasitə və ya psixotrop maddələri qablaşdırıb aparıb şəhərin müxtəlif yerlərinə qoymuş və qoyduğu yerlərin şəkillərini çəkib Bəhruza göndərmişdir. Gördüyü işin müqablində isə Bəhruz öz adımlarının vasitəsi ilə istifadəsində olan «LeoBank» hesabına müxtəlif məbləğlərdə pullar köçrürmüşdür. 15 mart 2022-ci il tarixdə növbəti dəfə Bəhruz onunla əlaqə saxlayıb Astaradan narkotik vasitəni götürüb gətirməsini tapşırmış, bundan sonra o, narkotik vasitələrin daşınması üçün icarəyə götürdüyü «Kia Cerato» markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Astara rayonuna getmiş və Bəhruzun vatsapda izahından sonra oradan yol kənarından bir ədəd sellofanda olan 3 kiloqram qurudulmuş marixuana, 2 kiloqram tiryək və 2 kiloqram heroini götürüb Bakıya gətirmiş və həmin narkotik vasitələri saxlamaq üçün kirayə tutduğu ünvan 7 ünvanında yerləşən mənzilə aparıb orada saxlamışdır. Bundan sonrakı müddətlərdə narkotik vasitələrin bir hissəsini Bəhruzun tapşırığı ilə şəhərin müxtəlif yerlərinə qoymuşdur. Sonuncu dəfə Bəhruz 22 mart 2022-ci il tarixdə onunla əlaqə saxlayıb yenə Astara rayonuna gedilməli olduğunu bildirdiyindən o, həmin gün saat 23:00 radələrində idarə etdiyi «Kia Cerato» markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Astara rayonuna yollanmış, ora çatandan sonra Bəhruz onunla əlaqə saxlayıb narkotik vasitənin Astara-Bakı avtomobil yolunda olan, Bakı istiqamətində gedəndə 9-cu kilometrlik işarəsindən iki metr məsafədə qoyulduğunu bildirmiş, o da saat 02:00 radələrində qeyd etdiyi işarənin yanına gedib yol kənarından bir ədəd göy rəngli sellofanda olan narkotik vasitəni və psixotrop maddəni götürüb avtomobilin salonuna, arxa tərəfə qoymuş və Bakıya, geri yola düşmüşdür. Salyan şəhərinə çatmamış, yol kənarındakı «Hacıoğlu» restoranında avtomobili saxlayıb enib su almaq istəyərkən əvvəllər tanımadığı, sonradan ona məlum olan Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları onu saxlamış və narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olması barədə onlarda məlumat olduğunu bildirmişlər. O da artıq cinayət başında yaxlandığını görüb etiraz etməmiş və polis əməkdaşları onu idarə etdiyi avtomobillə bilrikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Orada üzərində şəxsi axtarış keçirilərkən əynindəki gödəkçənin sağ yan cibindən özü istifadə etmək məqsədi ilə saxladığı bir büküm heroini təqdim etmişdir. Daha sonra ona edilmiş təklifdən sonrra özü səmimi olaraq idarə etdiyi avtomobildə külli miqdarda narkotik vasitə olduğunu, həmçinin kirayə tutduğu mənzildə də əlavə narkotik vasitə saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşları videoçəklişlə avtomobilinə baxış keçirmiş və baxış zamanı o, özü avtomobilin salonunda olan iki ədəd torbanı təqdim etmişdir. Həmin torbaların içərisindən dörd ədəd bükümdə narkotik vasitə heroin, bir ədəd bükümdə «şüşə» kimi tanınan psixotrop maddə metamfetamin, üç ədəd bükümdə narkotik vasitə tiryək və bir ədəd bağlamada qurudulmuş marixuana aşkar olunmuşdur. Bundan sonra polis əməkdaşları onu yaşadığı mənzilə aparmış, orada o, mənzilin girişindən sağ tərəfdə olan qonaq otağındakı karton qutunun içində gizlətdiyi bir ədəd sellofan torbanı polis əməkdaşlarına təqdim etmişdir. Həmin torbanın içindən bir bükümdə heroin, iki bükümdə tiryək, bir ədəd narkotik vasitə və psixotrop maddəni bağlamalara çəkilib yığılması üçün istifadə etdiyi metal qaşıq və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 oğu arasında keçirilmiş 21 aprel 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifdələrində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı söyləyərək bir daha təsdiq etmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 11 oktyabr 2021-ci il tarixdə müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadəsində məhkəmədə verdiyi ifadə ilə eyni ifadə versə də, məhkəmədə verdiyi ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, hadisə zamanı o, avtomobildən enib təxminən 5-6 metr aralıdakı ağaca yaxınlaşıb içərisində külli miqdarda heroin olan göy rəngli sellofan torbanı götürmüş və qayıdıb avtomobilə əyləşmək istəyərkən əvvəllər tanımadığı, sonradan ona məlum olan Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları onu saxlamış, polis əməkdaşlarının ona yaxınlaşmasını görən Təqsirləndirilən şəxs1 isə dərhal avtomobili idarə edib oradan qaçıb getmişdir. Bundan sonra polis əməkdaşları əlindəki sellofanla birlikdə onu Baş İdarəyə aparmış, orada müdafiəçinin iştirakı və videoçəklişlə üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı o, səmimi olaraq əlindəki sellofan torbada narkotik olduğunu bildirib həmin torbanı polis əməkdaşlarına təqdim etmişdir. Onun iştirakı ilə sellofan torba açıldıqda oradan skoçla sarılmış qara rəngli sellofan bağlama aşkar olunmuşdur. Təhqiqatçı tərəfindən sellofan bağlamanın kiçik bir hissəsi kəsildikdən sonra orada qəhvəyi rəngli maddənin olduğunu görmüşdür. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 oğu arasında keçirilmiş 21 aprel 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifdələrində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı söyləyərək bir daha təsdiq etmişdir. Bundan başqa, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbə sakini Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etməsi barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olmuş, həmin məlumatın yoxlanılması məqsədilə rəhbərliyə raportla məruzə edildikdən sonra 09 oktyabr 2021-ci il tarixdə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və Baş İdarə rəsinin əmri ilə o, və həmkarı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 ətrafında əməliyyat-axtarış tədbirlərinə başlanmış və həmin gün sonuncunun Yasamal rayon ərazisindən qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilmiş külli miqdarda narkotik vasitənin götürəcəyi barədə məlumat əldə etdiklərindən o, və həmkarı Şahid2 həmin əraziyə yollanmışlar. Həmin gün saat 23:45-də ünvan 5 ünvanda Təqsirləndirilən şəxs2 əlindəki göy rəngli sellofan torba ilə birlikdə tərəflərindən müəyyən olunaraq saxlanılmış, sonuncuya saxlanmasının əsaslarını izah etdikdən sonra Təqsirləndirilən şəxs2 səmimi olaraq əlindəki torbada narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni az əvvəl ağacın dibindən götürdüyünü və narkotiki götürməyə «Alik» adlı tanışının avtomobili ilə gəldiyini, lakin «Alik»in onu saxlayarkən bunu görüb qaçdığını bildirmişdir. Həmin zaman hava qaranlıq olduğundan, orada Təqsirləndirilən şəxs2 əlindəki sellofana baxış keçirilməsi məqsədəmüvafiq olmadığından sonuncuya onlarla birlikdə Baş İdarəyə getməsini təklif edilmiş, Təqsirləndirilən şəxs2 da buna etiraz etməyərək onlarla birlikdə Baş İdarəyə getmişdir. Baş İdarəyə getdikdən sonra araşdırmanın aparılması Baş İdarənin Təhqiqat qrupunun təhqiqatçısı Nizami Omarova həvalə edilmiş, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərində videoçəkliş aparılmaqla şəxsi axtarış və götürmə həyata keçirilmiş, axtarış aparılarkən ilk olaraq təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitələr və ya psixotrop maddələr varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əlində saxladığı göy rəngli, üzərində «levis» yazısı olan sellofan torbanı təqdim edərək həmin torbada narkotik vasitə olduğunu bildirmişdir. Təhqiqatçı tərəfindən sellofan torbanın içərisinə baxıldıqda oradan bir ədəd sellofan bağlamada qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış davam etdirilmiş və bu zaman üzərindən bir qurtu siqaret və 2 manat pul aşkar olunmuş, lakin mobil telefon aparatı aşkar olunmamışdır. Sonra heroinə bənzər kütlə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və bu zaman kütlənin çəkisinin 6 kiloqram 40 qram olması müəyyən edilmişdir. Sonra həmin kütlə təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüş, pul və siqaret Təqsirləndirilən şəxs2 qaytarılmışdır. Təhqiqatçı tərəfindən verilən suala cavab olaraq Təqsirləndirilən şəxs2 «Alik» adlı tanışının ona «nəşə» verəcəyini vəd verib 6 kiloqram narkotikin götürüləcəyi yerə birlikdə getməyi təklif etdiyini, həmin şəxslə birlikdə narkotik vasitənin götürüldüyü yerə getdiyini, narkotikin qoyulduğu yeri «Alik»in ona göstərdiyini və narkotiki götürəndən sonra onları görüb «Alik»in qaçdığını bildirmişdir. Həmin gün aparılan araşdırma zamanı «Alik» adlı şəxsin Keşlə qəsəbisndə qeydiyyatda olan Təqsirləndirilən şəxs1 olması müəyyənləşdirilmişdir. Saxlanılarkən və Baş idarədə Təqsirləndirilən şəxs2 qarşı fiziki və ya psixi təzyiq edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid3 ifadəsində göstərmişdir ki, 22 mart 2022-ci il tarixdə Bakı şəhər sakini Təqsirləndirilən şəxs1 İran İslam Respublikası ərazisindən qaçaqmalçılıqla Azərbaycan Respublikası ərazisinə keçirilən külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edib Azərbaycan Respublikası ərazisində qanunsuz dövriyyəsi, yəni satışını həyata keçirməsi barədə məlumat daxil olmuş, həmin məlumat əsasında tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edildikdən sonra Baş İdarə rəsinin əmrilə həmkarları Şahid4, Şahid5 və Şahid6 ibarət əməliyyat qrupu yaradılmışdır Həmin gün Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmək üçün Astara rayonuna getməsi barədə məlumat əldə etdikdən dərhal sonra əməliyyat qrupunun üzvləri olaraq Təqsirləndirilən şəxs1 cinayət başında yaxalanması istiqamətində əməliyyat tədbirlərinə başlanmış və martın 22-dən 23-nə keçən gecə saat 03:10-da Təqsirləndirilən şəxs1 Ələt-Astara avtomobil yolunun 61-ci kilometrliyində, Salyan rayon ərazisində, yol kənarındakı «Hacıoğlu» restoranın qarşısında idarə etdiyi «KİA Cerato» markalı **-LR-*** qeydiyyat nişanlı avtomobillə birlikdə saxlanılmışdır. Təqsirləndirilən şəxs1 saxlanmasının əsaslarını izah etdikdən sonra sonuncuya onlarla birlikdə Baş İdarəyə getməsini təklif etmişlər, Təqsirləndirilən şəxs1 da etiraz etməyərək onlarla birlikdə Baş İdarəyə getmişdir. Baş İdarəyə getdikdən sonra araşdırmanın aparılması Baş İdarənin Təhqiqat qrupunun baş təhqiqatçısı Nəcəf Aburşuya həvalə edilmiş, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərində videoçəkliş aparılmaqla şəxsi axtarış və götürmə həyata keçirilmiş, axtarış aparılarkən ilk olaraq təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə və ya psixotrop maddələr varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir bükümdə narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş və bu zaman sonuncun əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd «Samsung» markalı mobil telefon aparatı, bir ədəd avtomobil, dörd ədəd ev açarı, şalvarın sağ arxa cibindəki pul qabının içindən plastik bank kartı, 65 manat pul, sürücülük, şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Sonra heroinə bənzər kütlə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisi 21 qram müəyyən olunmuşdur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 verilən suala cavab olaraq üzərindən aşkar olumuş heroinin İran İslam Respublikası vətəndaşı «Bəhruz» adlı şəxsin tapşırığına əsasən Astara rayonundan götürdüyü heroinin bir hissəsi olduğunu, bir neçə dəfə «Bəhruz» adlı şəxsin tapşırığına əsasən narkotik vasitə və psixotrop maddə götürüb Bakı şəhərinə gətirdiyini və «Bəhruz» adlı şəxsin tapşırığına əsasən Bakı şəhərinin müxtəlif yerlərinə «atdığını», əldə etdiyi narkotik vasitə və psixotrop maddənin bir hissəsini idarə etdiyi avtomobildə, bir hissəsinin də yaşadığı mənzildə olduğunu bildirmişdir. Bundan sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasının həyətində saxlanılan «KİA Cerato» markalı **-LR-*** qeydiyyat nişanlı avtomobilə Təqsirləndirilən şəxs1 razılığı və iştirakı ilə baxış keçirilmiş, bu zaman ona edilən təklifdən sonra Təqsirləndirilən şəxs1 avtomobilin salonunun sol arxa hissəsində olan iki ədəd torbanı təqdim etmiş, torbalar təhqiqatçı tərəfindən açıldıqda oradan dörd bükümdə narkotik vasitə heroinə bənzər, bir bükümdə psixotrop maddə metamfetaminə bənzər, üç bükümdə tiryəkə bənzər kütlə və bir ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Şifahi suala cavab olaraq Təqsirləndirilən şəxs1 avtomobildən aşkar olumuş külli miqdarda narkotik vasitə və psixotrop maddəni İran İslam Respublikası vətəndaşı «Bəhruz» adlı şəxsin tapşırığı ilə 22 mart 2022-ci il tarixdə gecə saatlarında Astara rayonu ərazisində yol kənarından götürdüyünü bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddələri saxlamaq məqsədi ilə kirayə tutuduğu ünvan 8 ünvanda yerləşən mənzilə Təqsirləndirilən şəxs1 razılığı və iştirakı ilə baxış keçirilmiş, orada təhqiqatçı tərəfindən edilmiş təklifdən sonra Təqsirləndirilən şəxs1 mənzilin otağındaki karton qutunun içində gizlətdiyi bir ədəd sellofan torbanı təqdim etmiş, həmin torbanın içindən bir bükümdə heroinə bənzər, iki bükümdə tiryəkə bənzər kütlələr, bir ədəd metal qaşıq və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Şifahi suala cavab olaraq Təqsirləndirilən şəxs1 mənzildən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı «Bəhruz» adlı şəxsin tapşırığı ilə xx.xx.2022-ci il tarixdə Astara rayonu ərazisindən əldə etdiyini, həmin narkotik maddələri «Bəhrzu» adlı şəxsin deyəcəyi ünvanlara çatdırılması ilə məşğul olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 qarşı onlar tərəfindən heç bir təsir və ya təzyiq edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid4, Şahid5, Şahid6 Şahid3 ifadəsinə oxşar ifadələr verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmədə Müdafiəçi3 vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs1 bacısı X1 ifadəsində göstərmişdir ki, qardaşı Təqsirləndirilən şəxs1 narkotik vasitələrin alüdəçisi olmasından ailədə bilməmişlər. Adətin daimi iş yeri olmuş, Adətin işdən çıxmasından onların xəbəri olmamışdır. Ataları xəstə olmuş, Adət evə yeganə qazanc gətirən olmuşdur. Adət imkansızlıqdan bu vəziyyətə düşmüşdür. İranlı şəxslə qardaşının ünsiyyəti olmuş, lakin Təqsirləndirilən şəxs2 həmin şəxslə hər hansı bir ünsiyyəti olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 10 oktyabr 2021-ci il tarixli 6/4498 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs2...» yazısı yazılmış bağlamada ayrı-ayrı təmiz çəkiləri 1010 qram, 1005 qram, 1010 qram, 1005 qram, 1005 qram və 1005 qram olmaqla ümumi təmiz çəkisi 6040 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Tədqiqatdan sonra heroinin qalıq çəkisi 6039,88 qram təşkil etmişdir. Cinayət işinə əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 23 mart 2022-ci il tarixli 6/1624 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «şübhəli şəxs: Təqsirləndirilən şəxs1 üzərində aşkar olunmuş....» yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 17,972 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində: «şübhəli şəxs: Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildən aşkar olunmuş...» yazısı və imzlar olan qara rəngli polietilen bağlamadakı, 4 (dörd) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 2255qr, 2445qr, 2455qr, 2390qr ümumi təmiz çəkisi 9545qram qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bir) ədəd bağlamada təmiz çəkisi 2165 qram (2kq 165qr) ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 3(üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1005qr, 975qr, 1110 qr, ümumi təmiz çəkisi 3090 qram tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyi maddələr xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə-tiryəkdir. Tədqiqata təqdim edilmiş, üzərində: «şübhəli şəxs: Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar olunmuş..» yazısı və imzalar olan sarı rəngli polietilen bağlamadakı, 01 (bir) ədəd bağlamada təmiz çəkisi 1010 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 223,411 qr və 535qr, ümumi təmiz çəkisi 758,411 qram tünd qəhvəyi rəngli qətranabənzər. spesifik iyi maddələr xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasifo-tiryəkdir, 01 (bir) ədəd metal qaşığın üzərində 5,540qr çəkidə olan qəhvəyi rəngli tozşəkili maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd üzərində «B05 5kq x 1 g» yazısı qeyd olunmuş ağ rəngli elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini və bükümlərdəki heroinlərlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxs1 üzərindən, idarə etdiyi avtomobildən, yaşadığı mənzildən və metal qaşığın üzərindən aşkar edilərək götürülmüş heroinlərin ümumi təmiz çəkisi 10578,512qram (10 kq 578,512 qr) təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildə və yaşadığı mənzildən aşkar edilərək götürülmüş tiryəkin ümumi təmiz çəkisi 3848,41 İqram (3kq 848,41 İqr) təşkil edir və həmin tiryək xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidir. Cinayət işinə əlavə olunmuş məhkəmə-bioloji ekspertizasının 23 mart 2022-ci il tarixli 7/285 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs1 avtomobildən aşkar olan...» sözləri yazılmış qara rəngli torbada skoçla bağlanmış 01 (bir) ədəd ədəd göy rəngli polietilen torbanın içərisində ağ rəngli polietilen bağlamada təmiz çəkisi 6005 qram (6kq5,0qram) bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqatdan sonra heroinin qalıq çəkisi 17,872 qram, 9544,6 qram, 1009,9 qram və 5,490 qram, tiryəkin qalıq çəkisi 3089,7qram və 758,211, metamfetaminin qalıq çəkisi 2164,8 qram, qurudulmuş marixuananın qalıq çəkisi 6004,9 qram təşkil etmişdir. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 20 iyun 2022-ci il tarixli 3370 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 Opoidlərin qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, narkomaniyadan məcburi müalicəyə əks göstərişi yoxdur. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 07 mart 2022-ci il tarixli 1155 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 Opoidlərin qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, narkomaniyadan məcburi müalicəyə əks göstərişi yoxdur. Cinayət işinə əlavə olunmuş «şəxsi axtarış və götürmə aparılması haqqında» 10 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, 10 oktyabr 2021-ci il tarixdə BNMİ-nin inzibati binasında müdafiəçinin iştirakı ilə videoçəklişlə həyata keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2nm sağ əlində tutuduğu, üzərində «levis» yazısı olan göy rəngli sellofan torbadakı bir ədəd bağlamadan narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Cinayət işinə əlavə olunmuş «şəxsi axtarış və götürmə aparılması haqqında» 23 mart 2022-ci il tarixli protokoldan görünür ki, 23 mart 2022-ci il tarixdə BNMİnin inzibati binasında müdafiəçinin iştirakı ilə videoçəklişlə həyata keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Cinayət işinə əlavə olunmuş «avtomobilə baxış keçirilməsi və götürmə aparılması haqqında» 23 mart 2022-ci il tarixli protokoldan görünür ki, BNMİ-nin inzibati binasının həyətində saxlanılan «Kia Cerato» markalı Az **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilə Təqsirləndirilən şəxs1 iştirakı ilə baxış keçirilərkən avtomobilin salonundakı şəffaf sellofandan dörd ədəd bükümdə narkotik vasitə heroin, üç ədəd bükümdə narkotik vasitə tiryək, bir bağalamda narkotik vasitə qurudulmuş marixuana və bir ədəd bağlamada psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işinə əlavə olunmuş «evə baxış keçirilməsi və götürmə aparılması haqqında» 23 mart 2022-ci il tarixli protokoldan görünür ki, 23 mart 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Mirzə Davud küçəsi, ev 1B ünvanına Təqsirləndirilən şəxs1 iştirakı ilə baxış keçirilərkən mənzilin yataq otağındakı karton qutudan bir ədəd bükümdə narkotik vasitə heroin, iki ədəd bükümdə narkotik vasitə tiryək, bir ədəd qaşıq və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında oaln “Mobil telefona baxış keçirilməsi” haqqında 24 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 oğlunun üzərindən şəxsi axtarış zamanı götürülmüş və onun istifadəsində olmuş «Samsunq J 3» markalı mobil telefon aparatına baxış keçirilərkən müəyyən olunmuşdur ki, İran İslam Respublikasının mobil operatoruna məxsus +98 938 *** **** nömrənin istifadəçisinin adı «Rza» kimi, +98 903 *** **** nömrə və ***-***-**-** saylı NAR nömrənin istifadəçisinin adı «Behruz» kimi qeydə alınmış, Təqsirləndirilən şəxs1 vatsapda adı «Rza» və «Behruz» kimi qeyd edilmiş nömrənin istifadəçiləri yazılı və səsli mesajlaşma aparmış, yazışmalar və səsli mesajlar külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı olmuşdur. Cinayət işinin materiallarında oaln “Mobil telefonla ötürülən məlumatlara baxış keçirilməsi” haqqında 04 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, xx.xx.2021-ci il saat 14:04:14-də istintaqa məlum olmayan şəxsin istifadəsində olan ***-***-**-** nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** nömrəyə «X6 Gozdedirem, dimisem 15 deq X10 X7, sen X8 Olmasun, bezdim X4» məzmunlu, xx.xx.2021-ci il saat 01:39:11-də istintaqa məlum olmayan şəxsin istifadəsində olan ***- ***-**-** nömrədən «Seher ise gedmeliyem bacarsan calis geceye ya sehere alindirki pulumnan qalmiyim basa dus seni taniyiram senle danismisam bu adam alladmaqdi diki pula» məzmunlu, saat 19:20:13-də sonuncu nömrədən «Yarim saxlaya mecun isden cixan kimi yigacam», məzmunlu, xx.xx.2021-ci il saat 00:21:41-də «15 e yarim alindira bilrsen» məzmunlu, xx.xx.2021-ci ildə saat 16:00:24-də istintaqa məlum olmayan şəxsin istifadəsində olan ***-***-**-** nömrədən «Qoum dunen dedine pti alinar 5dobru alinar indi ?» məzmunlu, sonuncu nömrədən xx.xx.2021-ci ildə saat 23:05:53-də «Qoum 10 manatim var sen allah elin çatan yer var qurban sene pisdi veziyyetim» məzmunlu, xx.xx.2021-ci ildə saat 12:51:26-da «Sen allah mezelenirsiz bu neyndi qaqaw varyoxma mehlet ancaq kagiz idi birdamcida toz allaha and olsunki men hec vaxt bele olmamiwam amma heckime qarwi bele elemezler temboluda xestdeye qarwi quran haqqi men kasib uwaqamee qaqaw» məzmunlu, xx.xx.2021-ci il saat 16:37:46-da «Qoum sen etega bayaq dediyin tema alindisa qardawivi baxim gorum ele axwam xecaletinen cixaram qaqaw bayaqki quran haqqi hecne yox idi» məzmunlu, xx.xx.2021-ci il saat 21:51:12-də «Qoum palit eleme sen allah mene iki dene amma dobruya dobru olsun sen allah iki dene 5iy kola temizdi pul 10 m ama no palit» məzmunlu, həmin gün saat 21:54:24-də «Sen kimi cox isdiyirsen dobru olsun bir dife hec olmasa narmalni ceke bilim sen allah qoum gozduyurem yz cixim dalana miwi zad bilmesinaaa sen allah iwden atarlar meni» məmzunlu sms-lər daxil olmuş, həmçinin Təqsirləndirilən şəxs2 istifadəsində olan nömrə ilə istintaqa məlum olmayan şəxslərin istifadəsində olan nömrələr arasında narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı digər SMS yazışmaları aparmışdır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirilsə də, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.1 və 32.5, 206.3.2-ci maddələrində və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsində nəzərdə tutulan əməlləri törətmələri sübuta yetirilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.1 və 32.5, 206.3.2-ci maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə irəli sürülərək göstərilmişdir ki, onlar qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik edərək cinayət törətmişlər. Lakin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.1 və 32.5, 206.3.2-ci maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməlləri törətmələri, belə bir əməllərin törədilməsində köməkçi qismində iştirakları və belə iştiraka yönəlmiş hər hansı qəsdləri sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edərkən iş üzrə toplanmış sübutların məcmusuna düzgün istinad etməklə obyektiv, əsaslı hüquqi nəticəyə gəlsə də, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.1 və 32.5, 206.3.2-ci maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə ittiham irəli sürməklə əsassız qənaətə gəlmişdir. Belə ki, iş üzrə toplanmış sübutların, bütövlükdə cinayət işinin materiallarının təhlili göstərir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəx Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.1 və 32.5, 206.3.2-ci maddələrində və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrini təsdiq edə biləcək hər hansı mötəbər sübut əldə olunmamışdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əslində narkotik vasitənin və psixotrop maddənin qaçaqmalçılıq yolu ilə keçirmələri və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etməmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda təsvir olunan hərəkətləri yalnız satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək saxlama cinayətinin tərkibi ilə əhatə olunur. Toplanmış, yoxlanılmış və qiymətləndirilmiş sübutların məcmusu əsasında cinayət təqibi üzrə sübut edilməli olan hallarla əlaqədar ittiham hökmündə gəlinən nəticələr birmənalı və şübhə doğurmayan olmalıdır. Cinayət işi və ya digər materiallar üzrə sübutların elə bir məcmusu toplanılmalıdır ki, onlar sübut edilməli olan ayrı-ayrı halların, habelə CPM-in 139-cu maddəsində göstərilən sübutetmə predmetinə daxil olan bütün halların müəyyən edilməsinə imkan versin. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli 10 №-li Qərarında göstərilmişdir ki, mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir. Hazırki cinayət işi üzrə təqsirləndirilən şəxslərin qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi kimi iştirakına dəlalət edən heç bir sübut müəyyən olunmamışdır. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər–narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. X5 11-ci bəndinin 2-ci abzasına əsasən, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. X5 11-ci bəndinin 3-cü abzasına əsasən, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibində saxladığı bir ədəd sellofan bükümün içərisindən götürülmüş külli miqdarda 17,972 qram çəkidə narkotik vasitə heroin, «Kia Cerato» markalı Az **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundakı iki ədəd göy rəngli sellofan torbanın içərisindən götürülmüş külli miqdarda 9545 qram çəkidə narkotik vasitə heroin ayrı-ayrılıqda 2255 qram, 2445 qram, 2455 qram, 2390 qram olmaqla dörd ədəd sellofan bağlamada, külli miqdarda 3090 qram çəkidə narkotik vasitə tiryək ayrı-ayrılıqda 1005 qram, 975 qram, 1110 qram olmaqla üç ədəd sellofan bağlamada, külli miqdarda 6005 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana bir ədəd sellofan bağlamada və külli miqdarda 2165 qram psixotrop maddə metamfetamin və yaşadığı Bakı şəhəri, Xətai rayonu, Mirzə Davud küçəsi, ev 1B ünvanının yataq otağındakı karton qutunun içərisində olan bir ədəd sellofan torbanın içərisindən götürülmüş külli miqdarda 1010 qram çəkidə narkotik vasitə heroin bir ədəd sellofan bağlamada, külli miqdarda 758,411 qram çəkidə narkotik vasitə tiryək ayrı-ayrılıqda 223,411 qram və 535 qram olmaqla iki ədəd sellofan bağlamada, üzərində külli miqdarda 5,540 qram çəkidə narkotik vasitə heroin olan bir ədəd metal qaşıq və üzərində heroin və metamfetamin izləri olan bir ədəd elektron tərəzi, bundan başqa, digər Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən sağ əlində tutduğu, üzərində «levis» yazısı olan göy rəngli sellofan torbadakı bir ədəd bağlamanın içərisindən götürülmüş altı ədəd sellofan bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1010 qram, 1005 qram, 1010 qram, 1005 qram, 1005 qram və 1005 qram olmaqla ümumi təmiz çəkisi 6040 qram narkotik vasitə heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdar təşkil edir. Digər tərəfdən, narkotikin bir yerdən başqa yerə daşınması, ayrı-ayrı bükümlərdə olması da təsdiq edir ki, onlar, qeyd olunan miqdarda olan narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib özlərində saxlamış və daşımışlar. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Bu maddənin İİ hissəsində isə müəyyənləşdirilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Konstitusiya normasını eynilə əks etdirən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsi həmçinin nəzərdə tutur ki, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Eyni zamanda dövlət ittihamçısı çıxışında Azərbaycan Respublikası CPM-in 39.1.2ci maddəsinə əsasən, əməllərində cinayət tərkibi olmadığından Təqsirləndirilən şəxs1 irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.1 və 32.5, 206.3.2-ci maddələri və Təqsirləndirilən şəxs2 irəli sürülmüş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə nəzərdə tutulan ittihamdan imtina etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən, dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə Məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.1 və 32.5, 206.3.2-ci maddələri ilə və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və İİ-ci Qarabağ Müharibəsinin iştirakçısı olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın əvvəli 23 mart 2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1on barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın əvvəli 09 oktyabr 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6039,88 qram, 17,872 qram, 9544,6 qram, 1009,9 qram və 5,490 qram təşkil edən heroin, 3089,7 qram və 758,211 qram təşkil edən tiryək, 6004,9 qram təşkil edən qurudulmuş marixuana, 2164,8 qram təşkil edən metamfetamin, bir ədəd metal qaşıq, bir ədəd üzərində heroin və metamfetamin izləri olan elektron tərəzi məhv edilməlidir. Cinayət işinə əlavə olunmuş özündə telefon məlumatlarını əks etdirən 01 ədəd CD disk, şəxsi axtarış və götürmə, baxış keçirilməsi və götürmə hərəkətinin qeydə alındığı 04 ədəd DVD disk və 01 (bir) ədəd «Samsung J3» markalı mobil telefon aparatı cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizalarına görə 284,82 (iki yüz səksən dörd manat səksən iki qəpik) manat xərc Təqsirləndirilən şəxs1 142,41 (yüz qırx iki manat qırx bir qəpik) manat və Təqsirləndirilən şəxs2 142,41 (yüz qırx iki manat qırx bir qəpik) manat olmaqla məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 23 mart 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,206.3.1 və 32.5,206.3.2-ci maddələri ilə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 09 oktyabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilsin. İş üzrə maddi sübut kimi Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6039,88 qram, 17,872 qram, 9544,6 qram, 1009,9 qram və 5,490 qram təşkil edən heroin, 3089,7 qram və 758,211 qram təşkil edən tiryək, 6004,9 qram təşkil edən qurudulmuş marixuanana, 2164,8 qram təşkil edən metamfetamin, bir ədəd metal qaşıq, bir ədəd üzərində heroin və metamfetamin izləri olan elektron tərəzi məhv edilsin. Cinayət işinə əlavə olunmuş özündə telefon məlumatlarını əks etdirən 01 ədəd CD disk, şəxsi axtarış və götürmə, baxış keçirilməsi və götürmə hərəkətinin qeydə alındığı 04 ədəd DVD disk və 01 (bir) ədəd «Samsung J3» markalı mobil telefon aparatı cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizalarına görə 284,82 (iki yüz səksən dörd manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs1 142,41 (yüz qırx iki manat qırx bir qəpik) manat və Təqsirləndirilən şəxs2 142,41 (yüz qırx iki manat qırx bir qəpik) manat olmaqla məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, hakim: Azər Paşayev Hakimlər: Əhməd Quliyev Rasim Sadıxov
Məhkəmə qərarları › İş №1(101)-187/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-187/2023
07.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver