Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-187/2024 27.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ İHakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: X2 və Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçisi: Sumqayıt regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, 04 yanvar 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 22 sentyabr 2022-ci il tarixdə satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda iki ədəd bükümdə ümumi təmiz çəkisi çəkisi 4,735 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün 22 sentyabr 2022-ci il tarixdə saat 18:00-da Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Qum adası yaşayış sahəsində yerləşən yerüstü piyada keçidinin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Suraxanı RPİ-nin 30-cu PŞ-ə aparılaraq orada üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən xarici əlamətlərinə və tərkiblərindəki kimyəvi komponentlərinə görə eynilik təşkil edən iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,633 qram və 2,102 qram olmaqla ümumi çəkisi 4,735 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, onu sentyabrın 20-si saxlamışlar. Atası Xətai rayonunda qalır. İldə 2-3 dəfə gedib atasının yanında 7-10 gün qalır, atası ilə anası boşanıb. Ailədə iki uşaqdılar. Sentyabrın 20-si uşaqlarla küçədə dayanan zaman avtomobil gəlib saxladı, avtomobilin içərisindən 3 nəfər düşdü. Onlardan biri avtomobildən düşüb onu saxladı və avtomobilin içərisinə atdılar. Qoluna avtomobildə qandal vurdular, onda bildi ki, polisdirlər. Onu 30-cu Polis bölməsinə apardılar, bölmə Hövsanda yerləşir. Bölmənin binasının ikinci mərtəbəsinə qalxdılar, qolunun qandalını açdılar. Əməliyyatçı Bəşir müəllim var idi, ondan ad və soyadını soruşdu. Ona “Səni oğurluqla bağlı şübhəli şəxs kimi gətirmişik” dedi. O oğurluq etmədiyini bildirdi. Hadisənin ayın 16-sı baş verdiyini dedilər. Ayın 16-sı həmin ərazidə olmadığını dedi. Əlində görüntü olduğunu dedi. O ondan görüntünü ona göstərməyini istədikdə, ona “Sən kimsən ki, sənə görüntü göstərim?” dedi. O ona hansı səbəbdən belə etdiyini, onun oğurluq etmədiyini dedi. Onu aşağıya, kameraya apardılar. 30-60 dəqiqə sonra yenidən yuxarıya apardılar. Ondan oğurluğu onun edib-etmədiyini yenidən soruşdu və o yenə də etmədiyini dedi. Ondan dəfələrlə oğurluq barədə soruşqda o etmədiyini bildirirdi. Sonra gecə olduğundan yenidən kameraya apardılar. Ayın 21-i onui yenidən yuxarıya qaldırdılar. Ona “Gəl, gedək, evi göstər” dedikdə o isə hər hansı evə girmədiyii, bilmədiyi evi onlara göstərə bilməyəcəyini dedi. Bundan 30 dəqiqə sonra ona valideynlərinin gəldiklərini, onların aşağıda olduqlarını dedi. Ona valideynlərinə baş verənləri deməməyi barədə xəbərdar etdilər və görüşdən sonra bura yenidən gələcəyi ilə hədələdilər. Onu çölə çıxardılar, anası və dayısı orada idi. Sonra polis əməkdaşları onu avtomobilə otuzdurub, Qum adası tərəfə yollandılar. Ona yenidən evləri görsətməyini istədilər, o da yenə heç bir evə girmədiyini dedi. Onu yenidən 30-cu Polis bölməsinə qaytardılar. Anası və dayısı bölmənin qarşısında olduğu üçün onu arxa qapıdan daxil etdilər. Qolunu qandalladılar, ağzını lentlədilər ki, səsi çıxmasın. Onlar yenə oğurluğu onun etdiyini dedilər, o isə etmədiyini bildirdi. Ona bölmədə coxlu təzyiqlər etdilər, onu kameraya apardılar. Ayın 22-si yenə onu yuxarıya qaldırdılar. Ona “Səni narkotiklə rəsmiləşdirib, sroka göndəririk” dedilər. O narkotik vasitədən istifadə etmədiyi üçün etirazını bildirdi. Ona ya oğurluq, ya da narkotiki seçməli olduğunu dedilər. Birinci razılaşmadı, yenə ona təzyiq olduğundan döyüldüyündən axırda razılaşmalı oldu. Fikirləşdi ki, bunlar nə deyirlərsə, onunla razılaşsın. 24-ü Suraxanı rayon Məhkəməsinə çıxdı, hakim Leyla Talıbova idi. Bu baş verənləri hakimə danışdı və o onun çöldə qalmağına icazə verdi. 2015-ci ildə oğurluq etmiş və məhkum olunmuşdur. 2015-ci ildə əsassız olaraq oğurluğa görə məhkum olunmamışam, həmin əməli həqiqətən törətmişdi. Bölmədə şəxsi axtarış keçirildi və videoçəkilişdən istifadə olundu. Videoçəkilişdən əvvəl cibinə iki ədəd bükümü qoydular və tapşırdılar ki, videoda başqa şey danışmasın. Ona dedilər ki, videoda sağ cibindən çıxardıb versin, o da videoçəkilişdə özü çıxarıb verdi. Videoda ondan Əhmədlidə tanımadığı şəxsdən aldığını dedi, heç vaxt narkotik vasitədən istifadə eləməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəmədə verdiyi ifadəsində bildirmişdir ki, Suraxanı RPİ-nin 30-cu PŞ-nin əmliyyat müvəkkili, polis kapitandır Narkotik vasitələrin dövriyyəsi, yəni satışı və istifadəsi ilə bağlı ona əməliyyat məlumatı daxil oldu. Qum adası deyilən ərazidə əlamətləri oxşatdıqları üçün şəxsi saxladılar. Şöbədə üzərində baxış zamanı 2büküm narkotik vasitə aşkar olundu. Özü də etiraf etdi ki, narkotik vasitə ona məxsusdur. Oğurluq əməlini törətməsi ilə bağlı məlumat əvvəlcə daxil olub, oğurluq faktı öz təsdiqini tapmadı, oğurluq faktı var idi, sonradan Nurlan da o işdə şübhəli kimi göründü, təqsirləndirilən şəxsin əvvəlcə saxlanmasının səbəbi narkotik olub. Nurlan saxlanılarkən onlara qarşı hansısa müqavimət göstərməyib və Nurlana qarşı da hərhansı fiziki zor tətiq olunmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs onda narkotik vasitənin olmaması və polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmasına dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqında” protokoldan görünür ki, həmin tarixdə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarının qabaq sağ yan cibindən 02 ədəd ağ rəngli şəffaf sellofan bükülü olan içərisində tünd qəhvəyi rəngli, tozşəkilli narkotik vasitəyə bənzər maddə aşkar edilmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Şəxsi axtarış və götürmə aparılarkən videoçəkilişdən istifadə edilməklə qeydə alınmış görüntülər 01 ədəd elektron məlumat daşıyıcısına köçürülüb protokollara əlavə edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin materialların məhkəmə ekspertizasının 23 sentyabr 2022-ci il tarixli 6/5437 №-li rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №194” möhür əksi, “Təqsirləndirilən şəxs ....” və s. yazılar, imzalar olan paketdə 02 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 2,633 qram, 2,102 qram, ümumi təmiz çəkiləri 4,735 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vastə- heroindir, 02 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi - 4,735 qram, tədqiqata sərf edildi - 0,18 qram, qalıq - 4,555 qram (ekspertiza tədqiqatının dəyəri 110 (yüz on manat) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqıında” protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd bükümü çıxarıb təqdim etməsi, ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulduqda isə Təqsirləndirilən şəxs həmin bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vastə olduğunu və həmin bükümlərin onun özünə məxsus olmasını, həmin narkotik maddəni “Əhmədli” metrosunun yanından tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün cəmi 30 manata alıb əldə edərək sonra istifadə etməsi üçün üzərində saxladığını bildirməsi, aşkar edilmiş həmin 02 (iki) ədəd bükümlərin götürülərək qablaşdırılıb,zərfin üzəri imzalarla təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən axtarış keçirilməsi və onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməməsi müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 22 sentyabr 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının çıxarışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və həmin tarixdə o iclas zalından azad edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 26 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 5774 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Suraxanı rayon Prokurorluğundan sorğu edilərək əldə olunan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Suraxanıl rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas Elvin Quliyev tərəfindən toplanmış 206-C-23 nömrəli material əsasında tərtib olunmuş “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” 14 iyun 2023-cü il tarixli qərarından görünür ki, araşdırma üzrə əldə edilmiş məhkəmə tibbi ekpertizasının 09\280 saylı xx.xx.2023-cü il tarixli rəyi ilə Təqsirləndirilən şəxs bədən səthi üzərində heç bir xəsarətlər aşkar edilmədiyinə və izahatı alınmış şahidlərin ifadələrinə əsaslanaraq, toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol verilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 27 fevral 2024-cü il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyət etməmişdir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş materiallarından müəyyən edilir ki, məhkəmə ekspertizasının rəylərinin verilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri 110 (yüz on manat) təşkil edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİNin Bakı şəhəri Suraxanı RPİ-nin Növbətçi Hissəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,555 qram qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 110 (yüz on manat) alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalından həbs edilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 sentyabr 2022-ci il tarixdən 24 sentyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) günün hər günü, azadlıqdan məhrum etmə cəzasının 1(bir) gününə bərabər tutulmaqla, həmin müddət təyin edilmiş cəza müddətindən çıxmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 27 fevral 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 110 (yüz on manat) alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Suraxanı RPİ-nin Növbətçi Hissəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,555 qram qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd “DVD-R” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-187/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-187/2024
27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver