Məhkəmə qərarları › İş №1(101)-187/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-187/2025

13.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-187/2025 13.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X9 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs11, X5, Zərərçəkmiş şəxs12 Məmmədovnanın, Zərərçəkmiş şəxs19, müdafiəçilər – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakları ilə, xx xxxxx 2002-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Xətai rayonu, Qvardiya küçəsi, ev 51 ünnvanda qeydiyyatda olan və ünvan 1 ünvanda yaşamış, barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci, 180.2.1-ci, 180.2.2-ci və 180.2.3-cü maddələri ilə, xx xxxx 1995-ci il tarixdə Bakı şəhərində doğlmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 2 ünvanda yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin külli miqdarda əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmiş və təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Belə ki,o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 30 yanvar 2019-cu il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs9 məxsus Sumqayıt şəhəri, Betonzavod ərazisində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan keçməklə oraya qanunsuz daxil olub həyətyanı sahədə olan Zərərçəkmiş şəxs9 məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 800 manat dəyərində “Stevans” markalı, 28 ölçülü velosipedi gizli olaraq talayıb, Zərərçəkmiş şəxs9 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 31 yanvar 2019-cu il tarixdə, saat 21:30 radələrində ünvan 4 ünvanın qarşısında saxlanılmış, Zərərçəkmiş şəxs3 məxsus “KİA SORENTO” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qapısının şüşəsini özündə olan alətlə vurub sındıraraq, avtomobilin salonunda qoyulmuş içərisində zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 150 manat dəyərində 50 ml həcmində “Killian” markalı, 01 ədəd 150 manat dəyərində 50 ml həcmində “Christian Dior” markalı, 01 ədəd 100 manat dəyərində 50 ml həcmində “Hermes” markalı, 01 ədəd 100 manat dəyərində 30 ml həcmində “Comfort” markalı, 01 ədəd 300 manat dəyərində 50 ml həcmində “Tomford” markalı, 01 ədəd 100 manat dəyərində 30 ml həcmində “Christian Dior” markalı ətirlər, 100 manat dəyərində mobil telefon üçün enerji yığan cihaz, hər birinin qiyməti 50 manat olmaqla, ümumilikdə 150 manat dəyərində 3 ədəd "xxxx" ASC-yə aid plastik kartlar və içərisində 820 manat nağd pul olan 200 manat dəyərində dəridən olan əl çantasını gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 2170 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 01 fevral 2019-cu il tarixdə, saat 15 radələrində Zərərçəkmiş şəxs8 yaşadığı Sumqayıt şəhəri, 42-ci məhəllə, Çerkassi küçəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan keçərək yaşayış evinin plastik pəncərəsini özündə olan vintaçanla güc tətbiq edib açdıqdan sonra oraya qanunsuz daxil olub evin yataq otağında qoyulmuş güzgülü rəfin siyirməsindən zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 1300 manat dəyərində gül formalı sirkon daşlı boyunbağı, 01 cüt sırğa və 01 ədəd qolbaqdan ibarət 250 manat dəyərində səkkiz rəqəm formalı qızıl dəsti, 01 ədəd 300 manat dəyərində brilliant daşlı təkqaş qızıl üzüyü, 01 ədəd 700 manat dəyərində 750 əyarlı üzərində beş ədəd brilliant qaşlar olan qızıl üzüyü, 01 ədəd 105 manat dəyərində nazik sadə üzüyü, 01 ədəd 200 manat dəyərində üzərində üç ədəd sirkon daşı olan armud formalı kulonu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs8 ümumilikdə 2855 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 12 fevral 2019-cu il tarixdə saat 19 radələrində Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 16 saylı binanın çöl hissəsindən qalxmaqla Zərərçəkmiş şəxs12 yaşadığı 39 saylı mənzilin açıq pəncərəsindən oraya qanunsuz daxil olaraq yataq otağındakı Zərərçəkmiş şəxs12 məxsus əl çantasının içərisindən 200 manat nağd pulu, həmin günün məzənnəsi ilə 1814 manat 79 qəpik təşkil edən 830 İngiltərə funt sterlinqini, həmin günün məzənnəsi ilə 3400 manat təşkil edəri 2000 ABŞ dollarım, həmin günün məzənnəsi ilə 958 manat 50 qəpik təşkil edən 500 avronu, həmin günün məzənnəsi ilə 128 manat 80 qəpik təşkil edən 400 Türkiyə lirəsini, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 300 manat dəyərində 583 əyarlı qızıl boyunbağını, 01 ədəd 300 manat dəyərində 583 əyarlı qızıl boyunbağını, 01 cüt 200 manat dəyərində qızıl sırğanı, 01 ədəd 200 manat dəyərində qızıl qadın üzüyünü gizli olaraq talayıb, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs12 ümumilikdə 7201 manat 30 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları X36 və X25 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 28 fevral 2019-cu il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 3 saylı binanın qarşısına gəlib orada Elmir Nəzərov və Arif Balayev kənar şəxsin gələcəyi təqdirdə məlumat vermək məqsədilə müşahidə mövqeyi tutaraq ətrafa nəzarət etmiş, o isə binanın çöl hissəsindən qalxmaqla 18 saylı mənzilin pəncərəsini güc tətbiq edib açaraq oraya qanunsuz daxil olub mənzildən Zərərçəkmiş şəxs2 məxsus ümumi dəyəri 20000 manat təşkil edən ağ rəngli qızıldan hazırlanmış, brilliant qaşlı, romb şəkilli üzük, sırğa, qolbaq və klon dəsti (ağ qızıldan hazırlanmış boyunbağı ilə birlikdə, qolbağın üzərində günəş fiquru olan brilliant qaş olmuşdur), üzərində ürək formalı klon olan, sarı rəngli qızıldan hazırlanmış 2 ədəd qolbaq, üzərində romb, kvadrat, dairə formalı sirkon qaşları olan 1 ədəd qızıldan hazırlanmış qolbaq, sarı rəngli qızıldan hazırlanmış 1 ədəd sadə qolbaq, sarı rəngli qızıldan hazırlanmış, üzərində 3 ədəd halqa olan 1 ədəd sırğa və üzük dəsti, ağ-sarı qızıldan hazırlanmış, üzərində xətlər olan kvadrat formalı qaşlı 1 cüt sırğa, iki ədəd kvadrat formalı halqadan ibarət, ağ rəngli qızıldan hazırlanmış, brilliant qaşlı 1 cüt sırğa, 3 ədəd dairəvi formalı halqadan ibarət, ağ rəngli qızıldan hazırlanmış 1 cüt sırğa, ağ rəngli qızıldan hazırlanmış, gül ləçəyi formalı brilliant qaşı olan 1 cüt sırğa, ağ rəngli qızıldan hazırlanmış, damla formalı, brilliant qaşlı 1 cüt sırğa, üzərində xırda sadə qaşlar olan qızıldan hazırlanmış 1 cüt sırğa, sarı rəngli qızıldan hazırlanmış, yarpaq formalı qaşı olan 1 ədəd sırğa, boyunbağı və klon dəsti, ağ rəngli qızıldan hazılanmış, sapfır qaşlı 1 ədəd sırğa, klon və boyunbağı dəsti, sarı rəngli qızıldan hazırlanmış, 3 ədəd brilliant qaşı olan 1 ədəd boyunbağı sarı rəngli qızıldan hazırlanmış, sapfır qaşlarla bəzədilmiş pişik formalı klonu olan 1 ədəd boyunbağı, sarı rəngli qızıldan hazırlanmış, zümrüd qaşlı 1 cüt sırğa, sarı rəngli qızıldan hazırlanmış, oval formalı 1 cüt sırğa, sarı rəngli qızıldan hazırlanmış, dairəvi formalı, üzəri ağac təsvirli klonu olan 1 ədəd boyunbağı, sarı rəngli qızıldan hazırlanmış, dairəvi formalı, üzəri gül təsvirli klonu olan 1 ədəd boyunbağı, sarı rəngli qızıldan hazırlanmış, açar formalı klonu olan 1 ədəd boyunbağı, sarı rəngli qızıldan hazırlanmış, mələk qanadları formalı klonu olan 1 ədəd boyunbağı, sarı rəngli qızıldan hazırlanmış, halqa formalı 2 ədəd klonu olan 1 ədəd boyunbağı, sarı rəngli qızıldan hazırlanmış dolça formalı 1 ədəd klon, sarı rəngli qızıldan hazırlanmış ürək formalı, bir hissəsi qaşlarla bəzədilmiş 1 ədəd klon, sarı rəngli qızıldan hazırlanmış, enli, üzərində xətlər olan 1 ədəd üzük, sarı rəngli qızıldan hazırlanmış, komplektə 5 ədəd üzük daxil olan və bir-biri ilə zəncirlə bərkidilmiş 1 ədəd üzük dəsti, sarı rəngli qızıldan hazırlanmış, üzərində yarpaq formalı qaş olan 1 ədəd üzük, sarı rəngli qızıldan hazırlanmış, üzərində 24 ədəd brilliant qaş olan 1 ədəd üzük, sarı rəngli qızıldan hazırlanmış, 10 qram çəkidə, üzərində 2 ədəd yarpaq formalı qaş olan 1 ədəd üzük, san rəngli qızıldan hazırlanmış, sadə daşlardan ibarət qaşı olan, üst hissəsi 5 yerə bölünmüş 1 ədəd üzük, ağ rəngli qızıldan hazırlanmış, üzərində 1 ədəd böyük və 6 ədəd kiçik brilliant qaşlar olan 2 ədəd üzük, sarı rəngli qızıldan hazırlanmış, üzərində 1 ədəd böyük brilliant qaşı olan 1 ədəd üzük, ağ rəngli qızıldan hazırlanmış, bütün ətrafı xırda brilliant qaşlarla bəzədilmiş 1 ədəd üzük, sarı və ağ rəngli qızıldan hazırlanmış, üzərində ürək formalı qaşı olan 1 ədəd üzük, sarı rəngli qızıldan hazırlanmış, brilliant daşlarla bəzədilmiş oval formalı qaşı olan 1 ədəd üzüyü və 5570 manat nağd pulu talayıb, Zərərçəkmiş şəxs2 ümumilkdə 25570 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə 02 mart 2019-cu il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs7 işlətdiyi Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən «Sevinc» gözəllik salonunun qapısını əli ilə güc tətbiq edib açaraq, oraya qanunsuz daxil olub, salonda olan piştaxtadan zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə hər birinin dəyəri 10 manat olmaqla cəmi 270 manat dəyərində 27 ədəd qadın saç boyalarını, 1 ədəd 50 manat dəyərində mikrofon formalı səsgücləndiricini, 1 ədəd 38 manat dəyərində üzqırxan cihazı, 1 ədəd 48 manat dəyərində üzqırxan cihazı, dolabdakı dəftərin arasında olan 360 manat nağd pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs7 Sevinc qızına ümumilikdə 766 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 08 mart 2019-cu il tarixdə saat 20:30 radələrində Sumqayıt şəhəri, 30-cu məhəllə 6/10 saylı binanın blokundan Zərərçəkmiş şəxs6 yaşadığı 36 saylı mənzilin pəncərəsini özündə olan vintaçanla güc tətbiq edib açmaqla oraya qanunsuz daxil olub mənzildən Zərərçəkmiş şəxs6 məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 2200 manat dəyərində üzük, sırğa, qolbaq və kulondan ibarət qızıl dəsti, ümumilikdə 1500 manat dəyərində üzük və sırğanı, 01 ədəd 1000 manat dəyərində «karona» boyunbağını, 01 ədəd 500 manat dəyərində kişi üzüyünü, 01 ədəd 700 manat dəyərində qadın üzüyünü, 01 ədəd 200 manat dəyərində qadın üzüyünü, 01 ədəd 350 manat dəyərində qadın üzüyünü, 01 ədəd 300 manat dəyərində qadın qolbağını, 01 ədəd 150 manat dəyərində qadın qolbağını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs6 ümumilikdə 6900 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları X25 və X36 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 14 mart 2019-cu il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs4 məxsus ünvan 5 ünvanın pəncərəsini vintaçanla açıb oraya qanunsuz olaraq daxil olub, mənzilin qonaq otağındakı dolabın içərisindən 1200 manat nağd pulu, 2000 manat dəyərində qolbaq, üzük, sırğa və boyunbağıdan ibarət qızıl dəsti, 1500 manat dəyərində “Kardinal” boyunbağını, 400 manat dəyərində qızıl üzüyü, 150 manat dəyərində yarpaq formalı qızıl kulonu və şüşə bankaya yığılmış ümumilikdə 200 manat təşkil edən 400 ədəd əlli qəpiklik dəmir pullan gizli olaraq talayıb, aralarında bölüşdürməklə Zərərçəkmiş şəxs4 ümumilikdə 5450 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 19 mart 2019-cu il tarixdə saat 22 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 79a saylı binanın arxa hissəsində yerləşən Zərərçəkmiş şəxs13 yaşadığı 32 saylı mənzilin pəncərəsinin dəmir barmaqlığının qıfılını üzərində olan alətlə sındıraraq oraya qanunsuz daxil olub mənzildən zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 1350 manat dəyərində «Longines» markalı qol saatını, həmin dövrün məzənnəsi ilə 170 manat təşkil edən 100 ABŞ dolları və 70 manat nağd pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs13 ümumilikdə 1590 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı X36 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 20 mart 2019-cu il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs5 yaşadığı ünvan 6 ünvandakı binanın ikinci mərtəbəsində yerləşən 59 saylı mənzilinin pəncərəsinin dəmir barmaqlıqlarım sındırmaqla oraya qanunsuz daxil olub mənzilin yataq otağında qoyulmuş dolabdan həmin dövrün məzənnəsi ilə 1700 manat təşkil edən 1000 ABŞ dollarını, həmin dövrün məzənnəsi ilə 964 manat 40 qəpik təşkil edən 500 avronu, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə ümumi dəyəri 4500 manat təşkil edən 1 ədəd 10-12 qram çəkidə qızıl boyunbağını, 3 ədəd hər biri 15 qram olan qızıl boyunbağını, 1 ədəd 89 qram çəkidə qədimi qızıl üzüyü, 4 ədəd hər biri 22 qram olmaqla qızıl kulonu, 1 ədəd qızıl beşlik medalyonu, 1 ədəd 8-9 qram çəkidə qadın nişan üzüyünü, 2 komplekt hər biri 16 qram olmaqla qızıl sırğa və 1 ədəd 6-7 qram çəkidə “Versace” markalı qızıl sırğanı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs5 ümumilikdə 7164 manat 40 qəpik məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən 25 mart 2019-cu il tarixdə, saat 21 radələrində Abşeron rayonu, Xırdalan şəhəri «AAAF» park yaşayış kompleksində küçə 1, 5 saylı binanın qarşısında tanışı Təqsirləndirilən şəxs2 idarə etdiyi “BMW 540” markalı **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobildə digər tanışları X36 və Şahid5 ilə birlikdə olarkən həmin binanın 2 saylı mənzilindən özgənin əmlakını gizli olaraq talama məqsədilə Arif Balayev, Şahid5 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək aralarında olan rolların bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 və Şahid5 avtomobildə qalıb, müşahidə mövqeyi tutaraq kənar şəxsin gələcəyi təqdirdə məlumat vermək məqsədilə ətrafa nəzarət etmiş, o isə Arif Balayev ilə birlikdə Zərərçəkmiş şəxs10 məxsus 2 saylı mənzilin balkonundan mətbəx otağının plastik qapısını güc tətbiq edib sındırmaqla oraya qanunsuz daxil olub, mənzildən Zərərçəkmiş şəxs10 məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 700 manat dəyərində «Samsung» markalı GT-N8000 modelli planşeti, 100 manat dəyərində 01 cüt halqavari, üzərində «Bvlgari» yazıları olan sırğanı, 01 cüt qara qaşlı sırğa, 01 ədəd qara qaşlı üzük, 01 ədəd qara qaşlı kulondan ibarət bəzək dəstini, 01 ədəd 150 manat dəyərində «BP» logolu elektron fotoçərçivəni, 01 ədəd 60 manat dəyərində «TP-link» wifi qurğusunu və 150 manat nağd pulu və Quliyev X49 məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 3400 manat dəyərində «Tag Heuer» markalı «Carrera Calibre C6» modelli qol saatını, yəni özgənin ümumilikdə 4560 manat məbləğində əmlakını gizli olaraq talamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs10 ümumilikdə 1160 manat, Quliyev X49 isə 3400 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı X36 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 02 aprel 2019-cu il tarixdə saat 20 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi 49 saylı binanın qarşısına gəlib orada aralarında olan rolların bölgüsünə əsasən Arif Balayev binanın qarşısında dayanıb müşahidə mövqeyi tutaraq kənar şəxsin gələcəyi təqdirdə məlumat vermək məqsədilə ətrafa nəzarət etmiş, o isə çöl hissədən binanın ikinci mərtəbəsinə qalxmaqla Zərərçəkmiş şəxs1 yaşadığı 28 saylı mənzilin mətbəx otağının plastik pəncərəsini özündə olan vintaçanla güc tətbiq edib açaraq oraya qanunsuz daxil olub mənzilin yataq otağında qoyulmuş dolabdan Zərərçəkmiş şəxs1 məxsus 12000 manat nağd pulu, həmin dövrün məzənnəsi ilə 59500 manat təşkil edən 35000 ABŞ dolları pulu, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 1 ədəd 100 manat dəyərində üzərində “Əminə” yazılmış qızıl qolbağı və 1 ədəd 100 manat dəyərində qızıl kulonu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 71700 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları X26 və X37 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 12 may 2020-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 29 A saylı binanın arxasına gəlib orada aralarında olan rolların bölgüsünə əsasən o və Oruc Ağayev binanın qarşısında dayanıb müşahidə mövqeyi tutaraq kənar şəxsin gələcəyi təqdirdə məlumat vermək məqsədilə ətrafa nəzarət etmiş, Xəyal Vəliyev isə binanın arxa tərəfindən birinci mərtəbənin pəncərəsinin üzərində olan dəmir barmaqlıqlarla Zərərçəkmiş şəxs14 məxsus ikinci mərtəbədə yerləşən 49 saylı mənzilin eyvanına qalxaraq özü ilə gətirdiyi dəmir parçası ilə taxta konstruksiyalı pəncərəyə güc tətbiq etməklə açıb, oraya qanunsuz olaraq daxil olaraq, mənzilin yataq otağından Zərərçəkmiş şəxs14 məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 550 manat dəyərində «Nokia 6 DS TA-1021» markalı **********70187 və **********50187 İMEİ kodlu mobil telefonu, 15 manat dəyərində 01 ədəd üzərində «Zoggi bee» yazıları olan «L» ölçülü iki üzlü qara və göy rəngli kişi üçün nəzərdə tutulmuş gödəkçəni, 25 manat dəyərində 01 ədəd Türkiyə istehsalı olan üzərində «Aximengiya» yazıları olan 2 XL ölçülü süni dəri materiallı qara rəngli kişi üçün nəzərdə tutulmuş gödəkçəni, 01 ədəd 10 manat dəyərində üzərində «Kadixiong» yazıları olan iki tutacaqlı qara göy rəngli çantanı, içərisində 26 manat nağd pul olan 20 manat dəyərində pul qabını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs14 ümumilikdə 646 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə, tanışı X26 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 02 avqust 2020-ci il tarixdə saat 21 radələrində birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 56 saylı binanın arxasına gedib, orada aralarında əvvəlcədən olan razılaşmaya əsasən o, binanın 2-ci mərtəbəsində yerləşən 35 saylı mənzilin giriş qapısını vuraraq, qeyd edilən mənzildə heç kimin olmadığını müəyyən etdikdən sonra binanın həyətinə düşüb, Xəyal Vəliyevin talamanı maneəsiz həyata keçirilməsini təmin etmək, yəni kənar şəxs və ya şəxslər tərəfindən ola biləcək müdaxilənin qarşısını almaq, xəbərdarlıq etmək məqsədilə binanın qarşısında dayanıb müşahidə mövqeyi tutaraq ətrafa nəzarət etmiş, Xəyal Vəliyev isə qeyd edilən binanın arxa tərəfindən birinci mərtəbənin pəncərəsi üzərində olan dəmir barmaqlıqlarla Zərərçəkmiş şəxs15 məxsus ikinci mərtəbədə yerləşən 35 saylı mənzilin eyvanına qalxaraq özü ilə gətirdiyi dəmir parçası ilə plastik konstruksiyalı pəncərəyə güc tətbiq etməklə pəncərəni açıb, oraya qanunsuz daxil olaraq, mənzilin yataq otağından Zərərçəkmiş şəxs15 məxsus əl çantasının içərisindən 1000 manat məbləğində nağd pulu, həmin günün məzənnəsi ilə 20 manat təşkil edən 496,176 İran rialını, 01 ədəd 100 manat dəyərində qızıl sırğanı gizli olaraq talayarkən mənzil sahibi Şahid15 mənzilə daxil olub Xəyal Vəliyevi aşkar etməsinə baxmayaraq sonuncu oğurladığını özündə saxlayaraq Şahid15 əmlakın geri qaytarması ilə əlaqədar çağırışlarına məhəl qoymadan törətdiyi əməlin hüquqazidd xarakterli olmasını şüurlu surətdə başa düşüb əmlaka əlçatanlığını təmin etmək məqsədilə mənzilin pəncərəsindən tullanıb qaçmaqla özgənin əmlakını açıq talayıb Zərərçəkmiş şəxs15 ümumilikdə 1120 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 14 sentyabr 2022-ci il tarixdə saat 17 radələrində Quliyev Tehran Əjdər oğlunun yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi 50 saylı binanın blokunda quraşdırılmış qaz sayğacının qutusundan binanın 26 saylı mənzilinin qapısının açarını götürərək həmin açarla mənzilin qapısını açaraq oraya qanunsuz daxil olub mənzilin qonaq otağında qoyulmuş dolabdan 250 manat və həmin otaqdakı masanın üzərindən 3 manat nağd pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs16 ümumilikdə 253 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 14 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs19 yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi 22 saylı binanın blokunda quraşdırılmış işıq sayğacının qutusundan binanın 18 saylı mənzilinin qapısının açarını götürərək həmin açarla mənzilin qapısını açaraq oraya qanunsuz daxil olub mənzildən Cəmalə Tarverdiyeyaya məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 86 manat dəyərində ütünü, 01 ədəd 25 manat dəyərində qol saatını, 25 manat dəyərində 1 dəst bijuteriyanı, 01 ədəd 6 manat dəyərində bıçağı, ümumilikdə 100 manat dəyərində 2 ədəd döşək üzlüklərini və 10 manat dəyərində 1 ədəd pul kisəsini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs19 ümumilikdə 252 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 25 yanvar 2023-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “20 Yanvar” küçəsi 39 saylı binanın blokundan 111 saylı mənzilin elektrik sayğacının quraşdırıldığı qutudan həmin mənzilin açarını götürüb giriş qapısını açmaqla oraya qanunsuz daxil olub mənzildən X7 məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 700 manat dəyərində 4 qram çəkidə üzərində brilliant qaş olan 583 əyarlı qızıldan hazırlanmış qadın üzüyünü, 01 ədəd 500 manat dəyərində 3,5 qram çəkidə, üzərində brilliant qaş olan 583 əyarlı qızıldan hazırlanmış qadın üzüyünü, 01 ədəd 300 manat dəyərində 3,5 qram çəkidə, üzərində brilliant qaş olan 585 əyarlı qızıldan hazırlanmış qadın üzüyünü, 01 ədəd 400 manat dəyərində 4 qram çəkidə, üzərində brilliant qaş olan 583 əyar qızıldan hazırlanmış qadın üzüyünü, 01 ədəd 400 manat dəyərində 3 qram çəkidə, yumru formalı, üzərində brilliant qaş olan 583 əyar qızıldan hazırlanmış kulonu, 01 ədəd 400 manat dəyərində 4 qram çəkidə, «yaquar» formalı, 585 əyarlı qızıldan hazırlanmış kulonu, 800 manat dəyərində 3 qram çəkidə, yumru formalı, 750 əyarlı qızıldan hazırlanmış kulonu, 01 cüt 450 manat dəyərində 5 qram çəkidə, 750 əyarlı qızıldan hazırlanmış sırğanı, 01 cüt 300 manat dəyərində 3 qram çəkidə, 750 əyar qızıldan hazırlanmış sırğanı gizli olaraq talayıb, zərərçəkmiş şəxs Kəmalə Həsənovaya ümumilikdə 4250 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 18 sentyabr 2023-cü il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs18 yaşadığı ünvan 7 ünvanın giriş qapısının açıq olmasından istifadə edərək, oraya qanunsuz daxil olub, mənzilin yataq otağındakı dolabın üzərindən zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 660 manat dəyərində qızıl üzüyü, 01 ədəd qızıl üzük və 01 ədəd qızıl qolbaqdan ibarət 320 manat dəyərində qızıl dəsti və qonaq otağında qoyulmuş masanın üzərindən 20 manat nağd pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs18 ümumilikdə 1000 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, 25 mart 2019-cu il tarixdə, saat 21 radələrində Abşeron rayonu, Xırdalan şəhəri «AAAF» park yaşayış kompleksində küçə 1, 5 saylı binanın qarşısında idarə etdiyi “BMW 540” markalı **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobildə digər tanışları X36, Təqsirləndirilən şəxs1 və Şahid5 ilə birlikdə olarkən həmin binanın 2 saylı mənzilindən özgənin əmlakını gizli olaraq talama məqsədilə Arif Balayev, Şahid5 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət.əlaqəsinə girərək aralarında olan rolların bölgüsünə əsasən o və Şahid5 avtomobildə qalıb, müşahidə mövqeyi tutaraq kənar şəxsin gələcəyi təqdirdə məlumat vemıək məqsədilə ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs1 isə Arif Balayev ilə birlikdə Zərərçəkmiş şəxs10 məxsus 2 saylı mənzilin balkonundan mətbəx otağının plastik qapısını güc tətbiq edib sındırmaqla oraya qanunsuz daxil olub, mənzildən Zərərçəkmiş şəxs10 məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 700 manat dəyərində «Samsung» markalı GT-N8000 modelli planşeti, 100 manat dəyərində 01 cüt halqavari, üzərində «Bvlgari» yazılan olan sırğa, 01 cüt qara qaşlı sırğa, 01 ədəd qara qaşlı üzük, Öl ədəd qara qaşlı kulondan ibarət bəzək dəstini, 01 ədəd 150 manat dəyərində «BP» logolu elektron fotoçərçivəni, 01 ədəd 60 manat dəyərində «TP-link» wifi qurğusunu və 150 manat nağd pulu və Quliyev X49 məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 3400 manat dəyərində «Tag Heuer» markalı «Carrera Calibre C6» modelli qol saatını, yəni özgənin ümumilikdə 4560 manat məbləğində əmlakını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs10 ümumilikdə 1160 manat, Quliyev X49 isə 3400 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hər hansı cinayət əməlini Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törətməmişdir. Təqsirləndirilən şəxs2 dostugilə dərman verməyə gedən zaman o, oğurluq hadisəsini törətmişdir. Bütün epizodlar üzrə itthamı qəbul edir. Vurulan zərərləri də ödəmək üçün maddi vəsaitə malik deyildir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı daha ətraflı ifadə verərək göstərmişdir ki, ünvan 8 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda anasıyla birlikdə yaşamışdır. Atası o, uşaq olanda ayrılmış, atasının harada yaşamasını bilmir. Bir bacısı var, 2010-cu ildən ərə gedib Türkiyə Respublikasında yaşayır, bir qardaşını isə uzun müddətdir görmür, onunla əlaqəsi yoxdur. Anası yaşlı, xəstədir, heç bir yerdə işləmir. O, Bakı şəhərində bir neçə dəfə oğurluq cinayət əməlləri törətmişdir. X27 2018-ci ilin fevral - mart aylarından tanımışdır. Arifi 2018-cı ildə Bakı şəhəri “Nizami” kinoteatrının yanında yerləşən “Federasiya klub”da ofisiant işləyərkən görmüşdür. Ariflə aralarında münasibət yaranmış və “Nizam”i kinoteatrının yaxınlığında yerləşən çayxanada çay içmişlər. Aralarında söhbət zamanı Arif iş axtardığını demişdir. Bundan sonrakı təxminən 3-4 gün ərzində davamlı olaraq həmin yerdə görüşmüşlər və dostluq münasibəti yaranmışdır. Arif iş axtardığını, pulu olmadığını, kirayə pulunu verə bilmədiyini, ac olduğunu bildirmiş, o da Arifə demişdir ki, onun yanında olsun, gündəlik yeməyini, paltarını təşkil edəcək, siqaretini alacaq, ona maddi köməklik edəcək. X13 isə bir neçə ildir ki, tanıyır, aralarında düşmənçilik və ya ədavət olmamışdır. O, maddi baxımdan çətinlik çəkdiyi üçün oğurluq etmək qərarına gəlmişdir. Belə ki, 30 yanvar 2019-cu il tarixdə saat 20 radələrində oğurluq etmək məqsədilə Bakı avtovağzalından marşruta minərək Sumqayıt şəhərinə getmişdir. O, Sumqayıt şəhəri mərkəzi avtovağzalında düşərək əşya bazarı adlanan istiqamətə piyada getmişdir. O, bir neçə dəqiqə getdikdən sonra fərdi evlər olan tərəfə istiqamətlənmişdir. O, bir neçə evi nəzərdən keçirdikdən sonra onlardan birinə yaxınlaşmışdır. O, hasardan boylanaraq həyətə baxdıqda həyətdə heç kəsin oldmadığına əmin olmuşdur. O, hasardan aşaraq həyətə daxil olmuşdur. Həyətə daxil olan kimi sata biləcəyi nəsə axtarmışdır. O, köhnə əşyaların saxlandığı yerdə bir ədəd velosiped görmüşdür. Həmin gün yəni xx.xx.2019-cu il tarixdə saat 21 radələrində tünd göy rəngli velosipedi götürərək həyətyanı sahənin çöl qapısını açaraq evdən çıxmışdır. O, çölə çıxan kimi velosipedə minərək Sumqayıt şəhər avtovağzalı yoluna istiqamətlənmişdir. Oraya çatdıqda markasını və nömrə nişanını xatırlamadığı taksiyə əyləşmişdir. O, velosipedi də avtomobilin yük hissəsinə qoyaraq Bakı şəhərinə getmişdir. Səhəri gün yəni xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Sabunçu bazarı adlanan yerə gedərək velosipedi tanımadığı şəxsə 150 manata satmışdır. Bundan sonra həmin pulu özü üçün sərf etmişdir. Velosipedi satdığı şəxsə həmin velosipedin özünə məxsus olduğunu demişdir. Bundan başqa, 31 yanvar 2019-cu il tarixdə axşam radələrində Bakı şəhəri, Yasamal rayonu, Ə.Cəmil küçəsi ilə tək piyada hərəkətdə olan zaman saat 21:30-da həmin küçədə dəqiq markasını bilmədiyi ağ rəngli “KİA” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin dayandığını görmüşdür. Avtomobilin yanından ötəri keçən zaman diqqətini salonun içərisində olan əl çantası çəkmişdir. O, həmin avtomobilin yanından dayanmadan keçmişdir ki, ətrafda onu müşahidə edəcək şəxslərin diqqətinə səbəb olmasın. Avtomobildən təxminən 10 metr kənarlaşdıqdan sonra ətrafa diqqətlə nəzər yetirmiş və əmin olmuşdur ki, ona baxan, diqqətini ondan ayırmayan şəxs yoxdur. Bu vəziyyətdən suiistifadə edib avtomobilə yaxınlaşmış, əvvəlcədən üzərində, yəni əynindəki şalvarın arxa cibində gəzdirdiyi avtomobilin şamını çıxararaq “KİA” markalı avtomobilin qabaq, sağ yan qapısının şüşəsini sındırmışdır. Avtomobilin salonuna daxil olduqda orada olan əl çantasını və sonradan aşkar etdiyi pul cüzdanını ani zaman kəsiyində ələ keçirib iti yerişlərlə hadisə yerindən uzaqlaşmışdır. Hadisə yerini tərk etdikdən sonra əl çantasını açmışdır. Onun içərisində 6 ədəd dəqiq xatırlamadığı müxtəlif markalı ətirlər, 1 ədəd mobil telefon üçün nəzərdə tutulan cərəyan cihazı olmuşdur. Pul kisəsinin içərisində isə 3 ədəd hansı banka məxsus olmasını xatırlamadığı bank kartları, nəqliyyat vasitəsinə məxsus etibarnamə, 820 manat məbləğində pul vəsaiti olmuşdur. O, ələ keçirdiyi ətirlərdən birini özünə saxlamışdır, digər 5 ədəd ətiri, bank kartlarını, etibarnaməni və cərəyan cihazını ona lazım olmadığı üçün zibil qutusuna atmışdır. Bundan savayı 820 manat pulu cüzdandan götürüb cüzdanın və əl çantasını da zibil qutusuna atmışdır. Sonradan pulu öz ehtiyaclarına xərcləmişdir. O, həmin avtomobildən oğurladığı bank kartlarından pul çıxarmamışdır. Bundan başqa, 01 fevral 2019-cu il tarixdə, saat 11 radələrində Bakı şəhəri, “20 Yanvar” dairəsi adlanan əraziyə gedib yol taksisinə əyləşmiş və Sumqayıt şəhəri istiqamətində hərəkət etməyə başlamışdır. O, həmin gün, saat 12 radələrində Sumqayıt şəhərinə getmiş və taksidən aşağı enib oğurluq etmək üçün fərdi yaşayış evi axtarmağa başlamışdır. O, həmin gün, saat 14 radələrində gəzə-gəzə Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən sonradan adını bildiyi Valehə məxsus evin qarşısına getmişdir. O, daş hasardan həyətə boylandıqda həyətdə iki ədəd bir mərtəbəli fərdi tikilinin olduğunu görmüşdür. Təxminən 1 saat müddətində evdə adam olub olmadığını yoxlamaq məqsədi ilə evi müşahidə etmişdir. O, bunu gördükdə həmin gün, saat 15 radələrində hasardan tullanaraq həyətə düşmüşdür və evə daxil olmaq üçün yer axtarmağa başlamışdır. Həmin vaxtda plastik pəncərəni vintaçanla sıxıb açaraq evin yataq otağına daxil olmuşdur. O, evə daxil olduqdan sonra yataq otağındakı dolabın siyirmələrini yoxlamağa başlamışdır. Həmin vaxtda güzgülü rəfin siyirməsində qızıl qabı olduğunu görmüşdür. O, qızıl qabını açdıqda içərisində qızıl-zinət əşyalarının olduğunu görmüş və özü ilə birlikdə götürərək evi tərk etmişdir. O, bir qədər getdikdən sonra qızıl-zinət əşyalarını götürərək unutduğu yerdə qızılqabmı tullamışdır. Özü isə yol taksisi ilə Bakı şəhərinə geri qayıtmışdır. O, həmin günü Bakı şəhəri “28 may” adlanan ərazidə yerləşən qızıl mağazalarının yaxınlığında dayanaraq gözləməyə başlamışdır. O, qızıl mağazalarından çıxan müştərilərə özünə məxsus ucuz qızıl olduğunu lakin, sənədi olmadığından mağazaya sata bilmədiyini deyərək oğurladığı qızıl zinət əşyalarını satmışdır. Əldə etdiyi gəliri isə öz ehtİyaclarma xərcləmişdir. Bundan başqa, 12 fevral 2019-cu il tarixdə saat 18 radələrində yenə oğurluq cinayəti törətmək üçün əlverişli şərait və mənzil axtarırmış. Nizami rayonu, B.Nuriyev küçəsində axtarışlarda olan zaman orada olan binanın ikinci mərtəbəsinin işıqlarının sönülü olduğunu və pəncərəsinin açıq olduğunu görmüşdür. O, dərhal həmin mənzilə daxil olaraq oradan oğurluq etmək qərarına gəlmişdir və binanın giriş hissəsində olan blokun çətirinin üzərinə çıxmış və mənzilin açıq pəncərəsinə yaxınlaşmışdır. O, həmin pəncərədən mənzilə daxil olmuşdur. Mənzilə daxil olduqdan sonra otaqlarda axtarış etməyə başlamışdır. Bu zaman yataq otağının giriş hissəsinin sol tərəfində olan şkafın üzərində olan ağ rəngli qadın əl çantasını görərək götürmüş və içərisinə baxmışdır. Həmin çantada 830 funt sterlinq, 2000 ABŞ dolları, 500 AVRO, 400 türk lirəsi, 2 ədəd qızıl boyunbağıları, onlardan biri tros formalı qalm, digəri isə nazik idi, 1 cüt qızıl sırğa və 2 ədəd qızıl üzük biri qalın nişan üzüyü, digəri isə sadə qızıl qadın üzük olduğunu görmüşdür. O, həmin pul və qızıl zinyət əşyalarını götürmüşdür. Bundan sonra o, həmin otaqda olan şkafın siyirməsini axtarmağa başlamışdır. .Şkafın siyirməsində 200 manat pul olmasını görərək onuda götürərək həmin mənzili tərk etmişdir. Mənzildən oğurlamış olduğu qızıl əşyaları Nəsimi rayon ərazisində yerləşən metronun 28 May stansiyasının giriş çıxış hissəsində tanımadığı şəxslərə ümumilikdə 600 manata satmışdır. Həmin şəxslərə qızılların özünə aid olduğunu və pul lazım olduğu üçün satdığını demişdir. Bundan başqa, 28 fevral 2019-cu il tarixdə Arif və Elmirlə olarkən pulları yox idi. Həmin vaxtı o demişdir ki, hardansa oğurluq edib pul əldə edək. Bu zaman Elmir demiş ki, haradan oğurluq edəcəyimizi bilir. Onlar birlikdə qərara gəlmişlər ki, Elmirin planına əsasən dediyi yerdən oğurluq edək. Belə olan halda Elmir 28 may metrostansiyasının yanında avtomobili saxladı. Onlar orada bir taksiyə əyləşmiş və Elmirin dediyi ünvana getmişlər. Gəldikləri yer Yasamal rayon ərazisi idi. Onlar həmin günü saat 21 radələri olardı ki, Yasamal rayonu ərazisində yerləşən çox mərtəbəli binanın qarşısına getmişlərdir. Onlar taksidən düşmüş və o taksiyə 6 manat pul vermişdir. Taksi sürüb getmişdir. Qeyd edir, ki, taksi onların oğurluğa gəldiyini bilmirmiş. Plana əsasən Arif binanın yaxınlığında gözləmiş, o, binanın birinci mərtəbənin dəmir barmaqlıqından tutaraq ikinci mərtəbənin balkonuna çıxmış və balkondan içəri daxil olmuşdur. Elmir isə balkonun aşağısında həyətdə gözləmişdir. O, həmin mənzili axtarmağa başlamışdır. Mənzildən iki ədəd kiçik sandıqça tapmış. Həmin sandıqçanın birində dəmir qəpik pullar, digər sandıqçada isə qızıllar var imiş. Həmin sandıqçaları götürüb gəldiyi istiqamətdə evdən çıxmışdır. Onlar oradan uzaqlaşmış və bir taksiyə əyləşərək avtomobiln olduğu yerə getmişlər. Avtomobilə əyləşmiş. O, dəmir pulları Nizami kinoteatrın yaxınlığında yerləşən dükanların birində manata dəyişmişdir. Həmin pul təqribən 70 manat olmuşdur. Daha sonra onlar 28 mayda yerləşən kafelərin birinə getmişlərdir. Həmin kafedə çay içmişlər. 01 mart 2019-cu il tarixə keçən gecə təqribən saat 02 radələrində kafedən çıxaraq ayrılmışlar. Qeyd edir ki, pul və qızıllar onda qalmışdır. 02 mart 2019-cu il tarixdə Arif və Elmirlə görüşmüşlər. Onlar qızılları satmaq üçün birinci «Laçın» ticarət mərkəzinə getmişlər. Arif avtomobildə əyləşmişdir. Elmir və o avtomobildən düşərək həmin ticarət mərkəzinə daxil olmuşlar. Həmin vaxtı Elmirin şəxsiyyət vəsiqəsi üzərində olmuşdur. O, Elmirə demişdir ki, kənarda gözləsin ki, şübhələnməsinlər və qızılları da Elmirə vermişdir. O isə Ticarət mərkəzinin girişində gözləmişdir. Elmir 10 dəqiqədən sonra qayıtmış və demişdir ki, qızılın bir hissəsini satmışdır. Daha sonra onlar oradan Razin deyilən əraziyə getmişlər. Elmir orada bir Ayan Gold adlı qızıl dükana girmiş və oradada şəxsiyyət vəsiqəsi ilə qızıl qolbağı satmışdır. Onlar həmin qızılları 2000 manata satıb qurtarmışlar. Qeyd etmişdir ki, həmin qızılları Elmir özü satırdı deyə daha haralara satmasını bilmir. Qeyd etdiyi yerlərdən başqa yerə satdığı qızılları Elmir tək satmışdır. Həmçinin onu da bildirmişdir ki, qızılların bir hissəsi Elmirdə qalmışdır. Sonuncu qızılı Razində satdıqdan sonra o, Elmirlə görüşə bilməmişdir. Çünki onu tapa bilməmişlər. Sonuncu qızıl satdığı günün axşamı Rəşid Behbudovda yerləşən “44 klub”a getmişlər. Həmin klubda 400 manata yaxın yeyib içməyə görə pul xərcləmişlər. Həmin puldan Elmirin icarəyə götürdüyü avtomobilə görə 480 manat pul vermişlər. Həmin mənzildən ifadəsində göstərdiyi əşyalardan başqa heç nə oğurlamamışdır. Bundan başqa, 02 mart 2019-cu il tarixdə axşam saatlarında oğurluq etmək üçün Sumqayıt şəhərinə getməyi qərara almışdır. Bu məqsədlə Bakı şəhəri, 28 may metrostansiyasının yaxınlığında olan taksilərdən birinə oturub Sumqayıt şəhərinə getmişdir. Sumqayıt şəhərinə təxminən saat 23-24 radələrində çatmışdır. Taksini Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində saxlatdırmışdır. Taksidən düşdükdən sonra Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən obyektlərdən birindən oğurluq etmək üçün mikrorayon daxili gəzmişdir. Sonra üzərində “Sevinc” gözəllik salonu yazılmış birmərtəbəli obyektin işıqlarının sönülü olduğunu və ətrafda heç kimin olmadığını görmüş, həmin obyektə girərək oğurluq etməyi qərara almışdır. Sonra o, həmin obyektin qapısını sıxıb açaraq içəri daxil olmuşdur. İçəri daxil olduqdan sonra içəridən divara söykənili vəziyyətdə olan piştaxtadan 27 ədəd saç boyasını götürmüşdür. Bundan sonra obyekti axtarmağa başlamışdır. Axtara axtara 1 ədəd səs gücləndirici, 2 ədəd üzqırxan aparatını oğurlamışdır. Daha sonra dolabda olan dəftərin arasından 360 manat pulu oğurlamışdır. Bundan sonra gəldiyi yol ilə obyektdən çıxıb getmişdir. Sonra oğurladığı boyaları, səsgücləndiricini və üzqırxan aparatı zibil yeşiyinə atmışdır. Oğurladığı pulu isə öz şəxsi istifadəsi üçün xərcləmişdir. Bundan başqa, 08 mart 2019-cu il tarixdə saat təxminən 19:00 radələrində o, oğurluq etmək məqsədi ilə Sumqayıt şəhərinə getmək qərarına gəlmişdir. Ona görə Bakı şəhəri 28 may metrostansiyasının yanında taksiyə oturub Sumqayıt şəhərinə getmiş və saat təxminən 20:30 radələrində Sumqayıt şəhərinə çatmışdır, Sumqayıt şəhəri Mərkəzi bazarın yanında taksidən düşmüş. Orada yerləşən “bazarstore” adlı mağazanın yanında yerləşən binalara baxıb işıqlarının yanıb-yanmadığını yoxlayan zaman ”bazarstore” adlı mağaza ilə yanbayan binanın 2-ci mərtəbəsində yerləşən mənzildə işıq yanmadığını görüb həmin evə daxil olub oğurluq etmək qərarına gəlmiş və həmin binaya yaxınlaşmışdır. Binanın blokuna keçib 2-ci mərtəbənin pəncərəsindən blokun qarşısındakı artırmanın üstünə keçmişdir. Oradan da özü ilə gətirdiyi vintaçanla mənzilin pəncərəsini sıxaraq açıb mənzilə daxil olmuşdur. İşıqları yandırmadan alışqanın işığı ilə evi axtarmış. Yataq otağında axtarış edərkən şkafın yuxan gözündə 2 ədəd qızıl qabları görmüş və həmin qızıl qablarını götürmüşdür. Qabları açıb içərisində qızıllar görmüşdür və götürmüşdür. Sonra mənzilə daxil olduğu pəncərədən çıxıb gedərək həmin ərazidən uzaqlaşmışdır. Sonra taksiyə oturub Bakı şəhərinə yollanmışdır. Bakıda 20 yanvar metrostansiyasının yaxınlığında qızıllara baxmış və görmüşdür ki, hamısı qızıldır. Oğurladığı qızıllar içərisində 1 ədəd ağ qızıl üzük 750 əyarlı kişi üzüyü olmuşdur. Qalan qızıllar isə qadın üzüyləri olmuş, hamısının əyarı 585 olmuşdur. Onu da qeyd edir ki, o, 1 ədəd komplekt qadın üzük, sırğa, bilərzik və klon, 1 ədəd qadın üzüyü və sırğa, 1 ədəd yenə qadın üzüyü oğurlamışdır, əlavə qızıllar olmamışdır. Oğurladığı qızıl zinət əşyalarını 28 may metrostansiyasmın yanında tanımadığı şəxsə hamısını bir yerdə 2150 manata satmışdır. Bundan başqa, 14 mart 2019-cu il tarixdə o, Bakı şəhərinin mərkəzi küçələrinin birində yerləşən “Kaspi” restoranına tanışı Ariflə birlikdə daxil olarkən orada Elmir və Sadiq adlı tanışlarının olmasını görmüşdülər. Onlar Elmir və Sadiqin əyləşdiyi masada əyləşmişlər. Onlar bir qədər söhbət etdikdən sonra Sadiq işinin olmasını deyərək stoldan durub getmişdir. Bundan sonra onlar üçü yəni o, Elmir və Arif orada qalmışdılar. Söhbət zamanı Elmir onlara bildirmişdir ki, onun nağd pul vəsaitinə ehtiyyacı vardır. O, bunu eşitdikdə demişdir ki, əgər onun nağd pul vəsaitinə ehtiyyacı varsa onlarla yəni o və Ariflə birlikdə hər hansı bir mənzildən oğurluq edib maddi gəlir əldə edə bilərlər. Elmir onun bu təklifi ilə razılaşmışdır. Bundan sonra təxminən saat 18 radələrində həmin kafedən çıxaraq Elmirin “rent a car” dan icarəyə götürdüyü “Kia Optima” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilə minərək oğurluq etmək üçün Nizami rayon ərazisinə getmişlər. Nizami rayon ərazisində olarkən Elmir avtomobili münasib yerdə saxlamış və onlar piyada gəzməyə başlamışdılar. Bundan sonra Nizami rayonu, B.Nuriyev küçəsi, 31 saylı binanın qarşısına gəzərək gəlmişdilər, orada 2-ci mərtəbədə yerləşən 89 saylı mənzili o, göstərib bildirmişdir ki, həmin mənzildə işıqlar yanmır və bu o deməkdir ki, mənzildə heç bir şəxs yoxdur. Belə ki, təklif etmişdir ki, onlar həmin mənzilə daxil olub oğurluq edə bilərlər. Buna görə də Arif ikinci mərtəbəyə qalxaraq mənzildə hər hansı bir şəxsin olub-olmamasını yoxlamaq məqsədi ilə giriş qapısım bir neçə dəfə döymüşdür. Giriş qapısını açan olmadığından onlar artıq əmin olmuşlar ki, mənzildə heç bir şəxs yoxdur. Onlar binanın arxa tərəfinə keçib ikinci mərtəbəyə dəmir barmaqlıqlardan tutub qalxmışlar, 89 saylı mənzilin dəmir barmaqlıqları açıq olmuşdur. O, əlində olan vintaçanla plastik pəncərəni açmışdır və hər üçü həmin pəncərədən mənzilə daxil olmuşlar. Mənzilə daxil olduqda görmüşlər ki, mənzil bir otaqdan ibarətdir. Buna görə də həmin otağı yəni qonaq otağında olan dolabı o və Arif axtarmağa başlamışlar. Elmir isə giriş qapısına doğru getmiş, gözlükdən bloka baxmağa başlamışdır ki, ev sahibi və yaxud hər hansı bir şəxs gəlsə onlara məlumat versin və onlar pəncərədən qaçsın. Belə ki, Elmir mənzilin giriş qapısını arxadan bağlamışdır. Həmçinin Elmirə mənzildən tapdıqları içərisində olan xeyli sayda 50 qəpiklik dəmir pullar olan şəffaf bankanı vermişlər. Elmir həmin pulları çarpayının üzərinə tökərək, sonradan torbanın içərisinə yığmışdır. Bundan sonra o və Arif demişlər ki, artıq onlara lazım olan qızıl zinət əşyaları və nağd pulları tapmışlar. Buna görə də mənzildən təcili olaraq getməlidirlər. Onlar yenidən həmin pəncərədən düşərək mənzildən uzaqlaşmışlar. Elmir 50 qəpiklik dəmir pulları onlara vermişdir. Sonra Elmirin idarə etdiyi avtomobilə minib şəhərin mərkəzinə gedib klubların birində əyləşmişlər. Bundan sonra o və Arif təxminən 2 saat müddətinə İçərişəhər adlanan yerə getmişlər, orada Arif mənzildən oğurladıqları bir ədəd komplekt (qolbaq, üzük, sırğa, sep), bir ədəd “Kardinal” qızıl sep, bir ədəd qızıl üzük, bir ədəd yarpaq formalı qızıl klonu aparıb sataraq 850 manat məbləğində pula tanımadığı yerdə satıb qayıtmış və o, Ariflə kluba geri qayıtmış, Elmirə 400 manat pul verib demişlər ki, bu payıdır. Elmirdə onlardan oğurluq yolu ilə əldə edilmiş 400 manat pulu götürmüşdür. Sonra onlar aralaşmışlar. Qahq məbləğləri Arif və o aralarında bölmüşlər və ehtiyaclarına xərcləmişlər. Həmin mənzildən başqa heç nə oğurlamamışlar. Bundan başqa, 2019-cu ilin mart ayının 19-da o, axşam saatlarında yenə oğurluq cinayəti törətmək üçün əlverişli şərait və mənzil axtarmışdır. Nizami rayonu, Babək propsekti 79 ünvanında axtarışlarda olan zaman orada olan binanın birinci mərtəbəsinin işıqlarının sönülü olduğunu görmüşdür. O, dərhal həmin mənzilə daxil olaraq oradan oğurluq etmək qərarına gəlmiş və binanın arxa tərəfə baxan hissəsində olan pəncərəsinə yaxınlaşmışdır. O, həmin pəncərənin dəmir barmaqlılqarının üzərində olan qıfılı sındıraraq mənzilə daxil olmuşdur. Mənzilə daxil olduqdan sonra otaqlarda axtarış etməyə başlamışdır. Bu zaman yataq otağının daxil olduğu pəncərəsinin sağ tərəfində şkafı axtarmış, həmin şkafda qadm pul qabında 100 ABŞ dolları və 70 manat pul tapmışdır. O, həmin pulları götürmüşdür. Həmin mənzildə axtarışlarını davam etdirmişdir. Mənzildə olan yataq dəstinin üzərində bir ədəd kişi qol saatını görmüş, həmin qol saatını da götürmüşdür. Bundan sonra o, həmin mənzili tərk etmişdir. Mənzildən oğurlamış olduğu qol saatını Nəsimi rayonu ərazisində yerləşən metronun Əcəmi stansiyasının yaxınlığında 200 manata tanımadığı şəxsə satmışdır. Həmin şəxsə saatın özünə məxsus olduğunu demişdir. Bundan başqa, 2019-cu ilin mart ayının təxminən 20-i ərəfələri olardı ki, onlar Ariflə Bakı şəhəri, Nizami rayonu ərazisinə oğurluq etmək üçün getmişlər. Orada olan binalar “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında yerləşən parkın yanında idi. Həmin mənzilə o, Ariflə birlikdə getmişdi. Belə ki, onlar piyada gəzməyə başlamışlar. Bundan sonra Nizami rayonu, B.Nuriyev küçəsi, 4 saylı binanın qarşısına gəzərək gəlmişdilər, orada o, 2-ci mərtəbədə yerləşən 59 saylı mənzili göstərib bildirmişdir ki, həmin mənzildə işıqlar yanmır və bu o deməkdir ki, mənzildə heç bir şəxs yoxdur. Təklif etmişdir ki, onlar həmin mənzilə daxil olub oğurluq edə bilərlər. Buna görə də o, ikinci mərtəbəyə qalxaraq mənzildə hər hansı bir şəxsin olub-olmamasını yoxlamaq məqsədi ilə giriş qapısını bir neçə dəfə döymüşdür. Giriş qapısını açan olmadığından onlar artıq əmin oldular ki, mənzildə heç bir şəxs yoxdur. Onlar binanın blok tərəfindən ikinci mərtəbəyə dəmir barmaqlıqlardan tutub qalxmışlar, o, 59 saylı mənzilin pəncərəsinin dəmir barmaqlıqlarını açdıqdan sonra mənzilə daxil olmuşdur. Mənzilə daxil olduqda görmüşlər ki, mənzil 3 otaqdan ibarətdir. Buna görə də, mənzilin yataq otağına keçərək orada yerləşən dolabı axtarmağa başlamışdır. Arifdə giriş qapısına doğru getmiş, gözlükdən bloka baxmağa başlamışdır ki, ev sahibi və yaxud hər hansrbir şəxs gəlsə ona məlumat versin və onlar pəncərədən qaçsınlar. O, oradan məlum olmayan sayda pulları və qızıl-zinyət əşyalarını tapıb mənzildən təcili olaraq getmələrini demişdir və onlar yenidən pəncərədən çıxaraq oradan uzaqlaşmışdılar. Həmin gün o, Arifə 60 manat pul vermişdir və qalan pulu o, Öz ehtiyaclarına xərcləmişdir. Həmçinin sonradan qızılları da satıb özünə xərcləmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 klublarda Dj-lik edən şəxs kimi tanımışdır, sonradan münasibətləri yaranmışdır. Sevgi ləqəbli Şahid5 isə onun qeyri rəsmi nigah münasibətlərində olduğu qadındır. Onunla təxminən 1 il əvvəl Bakı şəhərində tanış olmuşlar. O, Təqsirləndirilən şəxs2 ilə təxminən 6-8 ay olardı ki, görüşmürdü. 24 mart 2019-cu il tarixdə Arif və Cəmilə ilə birlikdə Bakı şəhərində “Otto” klubda olarkən İbrahim ilə qarşılaşmışdır. O, Arifi oturduğlan kabinetə dəvət etmişdir. İbrahim təxminən 10 dəqiqə sonra onların yanma gedəndə o, İbrahimə Arifi dostu, Cəmiləni isə Sevgi adı ilə tanış edərək yaşadığı qız olduğunu demişdir. Daha sonra İbrahimdən vəziyyətini xəbər alarkən Arif, ona maddi cəhətdən sıxıntılarının olduğunu demişdir. O da İbrahimə o, və Arif ilə birlikdə oğurluq etməyi təklif etmişdir. İbrahim də ona bu barədə fikirləşib cavab verəcəyini deyib getmişdir. Səhəri gün yəni 25 mart 2019-cu. il tarixdə o, yenə də İbrahim ilə həmin yerdə qarşılaşmışdır. Bu vaxt İbrahimdən nə fikirdə olduğunu soruşanda İbrahim, ona “hələ oğurluq barədə fikirləşirəm” demişdir. O, bu vaxt İbrahimə onları taksi kimi Binəqədi rayonu ərazisində yerləşən “Lake” otelə aparmasını demişdir. Bu vaxt o qabaqda Arif və Cəmilə (Sevgi) isə arxada oturmuşlar. Təxminən 5 dəqiqə sonra İbrahimə kimsə zəng edərək dərman almasını xahiş etmişdir. İbrahimdə yolüstü apteklərin birindən adını xatırlamadığı dərman alıb ona, əgər imkan varsa bu dərmanı Xırdalan şəhəri AAAF park yaşayış kompleksində yaşayan dostuna verib sonra onları Binəqədiyə aparmağını demişdir. O da İbrahimlə razılaşmışdır. İbrahim onlarla birlikdə 25 mart 2019-cu il tarixdə saat 21 radələrində Xırdalan şəhəri AAAF park yaşayış kompleksinə getmiş binaların birinin qarşısında saxlamışdır. Həmin vaxt qonşu binanın birinci mərtəbəsindəki evin işıqlarının yanmadığını görmüş evdə heç kimin olmadığını fikirləşmişdir, İbrahim dərmanları dostunun evinə aparmağa gedərkən o da Arif ilə birlikdə avtomobildən düşmüşlər. O, bu vaxt Sevgiyə həmin evdə heç kim olmasa ora daxil olub oğurluq edəcəyini demişdir. Daha sonra həmin binanın blokuna daxil olub işığı yanmayan mənzilin qapısını döyməyə başlamışdır. Lakin, heç kim qapını açmadığı üçün evdə heç kimin olmamasından tam əmin olmuş, Arif ilə birlikdə yenidən binanın əks tərəfinə keçib balkondan mətbəxin plastik qapısını açaraq içəri daxil olmuşlar. Həmin vaxt o, əlindəki alışqanın işığı ilə yataq otağındakı paltar şkafını dağıdaraq pul axtararkən 3 ədəd 50 manatlıq əskinazlardan ibarət 150 manat tapıb götürmüşdür. Həmin otaqda güzgülü termonu axtararkən oradan qızıla oxşar 2 cüt halqavari sırğa, 2 cüt qara qaşlı sırğa, 1 ədəd qara qaşlı qadın üzüyü və 1 ədəd qara qaşlı boyunbağı klonunu götürmüşdür. O, həmin dolabı axtararkən oradan bir ədəd qara rəngli “Tag Heuver” markalı qol saatı tapmış onu da sol qoluna bağlamışdır. Həmin vaxt dostu Arif də dəhlizdən vifi aparatı, qonaq otağından isə Samsung markalı planşet və BP loqolu elektron fotoçərçivə götürmüşdü. Elə bu vaxt mənzilin giriş qapısının döyüldüyünü eşitmiş, kiminsə gəldiyini fikirləşərək həmin əşyaları da götürmüş Arif ilə birlikdə mətbəxin balkonundan çıxıb qaça-qaça İbrahimin idarə etdiyi avtomobilə əyləşmişdlər. O, İbrahimə “tez ol sür dəyəsən arxamızca gələn var” demişdir. Bu vaxt İbrahim də avtomobilə əyləşib onları oradan kənarlaşdırmışdır. İbrahim ona niyə deməmiş oğurluq etdiyini demişdir. O, isə cavabında “gördüm ev boşdur girdim bundan yaxşı fürsət ola bilməzdir” demişdir. Daha sonra İbrahim ona yol gedərkən nə oğurladıqlarını deyəndə o, oğurladığları əşyaları ona göstərmişdir. Daha sonra Samsung markalı planşeti və 50 manat pulu İbrahimə vermişdir. Həmin vaxt o, qızıl adı ilə götürdüyü dəstin bijuteriya olduğunu görmüş, həmin “Bvlgari” markalı bijuteriya dəstini də İbrahimə vermişdir. Arifə də 50 manat, Vifi aparatı və elektron fotoçərçivəni vermişdir. Özünə isə qol saatını və 50 manat pulu götürmüşdür. Daha sonra o, İbrahimə onları Koroğlu metrostansiyasında düşürməsini və onların şəhərə klublardan birinə gedəcəyini demişdir. İbrahim də onları həmin yerdə düşürüb özü isə getmişdi. O, həmin gündən sonra İbrahimi görməmiş. Təxminən 4-5 gün sonra İbrahimin mobil nömrəsinə zəng edib oğurluğa getməyi təklif edərkən İbrahim ona oğurluğa getməkdən imtina etdiyini demişdir. Bu vaxt İbrahimin yanında olan tanımadığı qadın da ona telefonda “bəsdir İbrahim daha səninlə oğurluğa getməyəcəkdir” demişdir. O da heç nə deməmiş sağollaşmışdır. 29 mart 2019-cu il tarixdə pulu qurtadığı üçün Xırdalan şəhərindəki mənzildən oğurladığı qol saatını satmaq qərarına gəlmişdir. Bu məqsəd ilə Nəsimi rayonunda “28 Mail” ticarət mərkəzi ilə paralel yerləşən “Yeva” telekom adlı mağazaya getmişdir. Orada sonradan adının Etibar olduğunu bildiyi şəxsə həmin saatı göstərib özünə məxsus olduğunu və hansı qiymətə alacağını soruşmuşdur. Həmin şəxs də ona verdiyim “Tag Heuer” markalı kişi qol saatına görə 400 manat pul verə biləcəyini demişdir. O da onda saatı satmaq istədiyini deyəndə Etibar, ondan saatı yalnız şəxsiyyət vəsiqəsinin ksero surəti ilə ala biləcəyini demişdir. O da vəsiqəsinin evdə qaldığını demiş təxminən 1 saata gələcəyini demiş oranı tərk etmişdir. Daha sonra qeyri rəsmi yaşadığı Sevgi ləqəbli Şahid5 ona qol saatını satmaqda köməklik etməsini bunun üçün Sevginnin şəxsiyyət vəsiqəsinin ksero surətinin lazım olduğunu demişdir. Cəmilə də onunla razılaşmışdır. O, Cəmiləyə saatı satarkən özlərinə məxsus olduğunu deməsini tapşırmış, onunla birlikdə həmin mağazaya getmişdir. Bu vaxt Etibar Cəmilədən saatın kimə məxsus olduğunu soruşanda Cəmilə həmin qol saatının özünə məxsus olduğunu və satmaq istədiyini demişdir. Həmin şəxs də Cəmilənin şəxsiyyət vəsiqəsini alıb öz xətti ilə həmin saatın özünə məxsus olmasını yazmasını və imza etməsini demişdir. Cəmilə də Etibarın dediklərin etdikdən sonra həmin şəxs 400 manat pul verərək onun oğurluq yolu ilə əldə etdiyi qol saatını aldı. Lakin, həmin şəxs qol saatının oğurluq olduğunu bilməmişdir. O, həmin pulu da şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, 02 aprel 2019-cu il tarixdə saat təxminən 15-16 radələrində Babək prospektində yerləşən “Astara” kafesində Ariflə birlikdə olan zaman onun sevgilisi Cəmilə də onunla idi. Onlar birlikdə söhbət zamanı evlərdən oğurluq etmək qərarına gəlmişdilər və birlikdə oğurluğa getməyi planlaşdırmışdılar. Cəmiləyə demişdir ki. “otur burda məni gözlə bir-iki saata gələcəyik”, lakin Cəmiləyə oğurluğa getməyi barədə deməmişdi. Onun tanışı Mahir də orada idi, Mahirə oğurluq etmək üçün getdiyini deməmişdir, demişdir ki, Cəmilədən göz olsun, bir-iki saata gəlirik. Bundan sonra onlar taksiyə minərək Yasamal rayonu ərazisinə getmişdilər, tanımadığı ünvanda, İnşaatçılar metrosunu yaxınlığından avtomobildən düşmüşdülər. Sonra birlikdə bir neçə yaşayış binasının ətrafında fırlanmağa başlamışdılar. Oğurluq etmək üçün mənzilləri, bina evlərini nəzərdən keçirirlərmiş, münasib ev axtarırlarmış ki, girib oğurluq etsinlər. Beləliklə, həyətləri gəzərkən birlikdə Yasamal rayonu H.ünvan 12 ünvana getmişlər. Həmin bina qarşı tərəfdən 5 mərtəbəli binadır, arxa tərəfdən yəni giriş tərəfdən isə 4 mərtəbəli bina idi, saat təxminən 20:30 radələri olmuş, binanın mənzillərdəki elektrik işıqları əksəriyyəti yanılı vəziyyətdə olmuşdur. O, binanın pəncərələrinə baxaraq demişdir ki, işıq yanmayan mənzillərdə yəqin ki, hazırda kimsə yoxdur. Bu vaxt nəzərinə həmin binanın ikinci mərtəbəsində yerləşən iki mənzilin pəncərəsi cəlb etmişdir. Belə ki, həmin pəncərələrdən işıq gəlmirmiş. O, Arifə demişdir ki, həmin mənzillərdə işıqlar yanmır, orada sahibi evdə yoxdur, Arifə demiş ki, getsin 4-cü girişdə ikinci mərtəbədə işıq yanmayan mənzilin qapısını döysün, əgər cavab verən olmasa deməli mənzildə heç kim yoxdur, həmin mənzildən oğurluq etmək üçün mənzilə girərlər. Arif getmiş və qayıdıb gəlmişdir, demişdir ki, qapını döyüb içəridə bir qadın olubdur, qadın cavab vermişdir, ona görə də o, 3- cü girişdə 2-ci mərtəbədə işıq yanmayan mənzilin qapısını döymüşdür, içəridə heç kim cavab verməmişdir, bilmişdir ki, içəridə heç kim yoxdur. Ətrafı nəzərdən keçirib həmin mənzilə girmək üçün yer axtarmışdır. Baxıb görmüşdür ki, girişin sol tərəfindən həmin mənzilin pəncərəsinə çıxmaq mümkündür. O, həmin yerdən 2-ci mərtəbədə yerləşən mənzilin pəncərəsinə qalxmışdır. Hətta birinci mərtəbənin dəmir barmaqlığının üstündə olan nazik dəmirin üstünə ayağını qoyanda dəmir əyilmişdir və möhkəm səs olmuşdur, lakin o, ikinci mərtəbənin pəncərəsinə qalxmışdır. Plastik ağ rəngli pəncərəni üzərində gəzdirdiyi vintaçan (atvyorka) ilə açmışdır, pəncərəni itələyib açanda arxasında olan mətbəx əşyası döşəmənin üstünə düşmüşdür. O, həmin pəncərədən mənzilə, daha doğrusu mətbəxə girmişdir. Oradan kalidora çıxmış, sol tərəfdə olan yataq otağına keçmişdir, ortada qoşa çarpayı var imiş, çarpayı ilə üzbəüz olan dolabın bir tərəfi açıq vəziyətdə imiş, dolabın orta gözündə şüşə qabın içərisində olan təxminən 3-4 manatlıq 50 qəpiklik pulları götürmüş cibinə qoymuşdur, sonra yuxarı gözdə qara rəngli dəri çanta var idi, o, həmin çantanı götürmüşdür, çarpayının üstünə qoymuşdur və açmışdır. Üstündə 200 manatlıq təxminən 7-8 yüz manat pulu götürmüşdür, cibinə qoymuşdur, sonra çantanı bir də yoxlamışdır, İki bağlama 100-lük ABŞ dolları vardır, rezinlə sarılmış, başqa bir bağlama da Azərbaycan 100 və 50-lik əskinaslar olmuşdur. Onların hamısını götürmüş, əynində olan qara rəngli gödəkcəsinin və göy rəngli cins şalvarının ciblərinə qoymuşdur, mənzilə daxil olduğu pəncərədən də düşmüşdür. Düşəndə əlində olan vintaçanı yerə atmışdır, çünkü rahat düşə bilməmiş, sonra özü çıxdığı kimi də düşmüş, yerdən vintaçanı götürmüşdür. Baxmışdır ki, Arif binanın qarşısında yoxdur. Arifin telefonu olmamış, lakin onun sadə, markasını unutduğu telefonu vardır, üstündə 055 *** ** ** mobil telefon nömrəsi vardır. O, tez binanın ətrafına fırlanmış və taksiyə oturmuşdur, yenidən taksi ilə binanın yanına gəlmişdir, yenə də baxmışdır, lakin Arifi görə bilməmişdir, ona görə Nizami kinoteatrının yanına getmişdir, 50 manat taksi sürücüsünə vermişdir. Çünkü taksi sürücüsü ona maddi vəziyyətinin çətin olduğunu demişdir. O, Arif zəng etmişdi və taksi sürücüsünün nömrəsi ilə zəng etdiyini bildirmişdi və hara gəlmək lazım olduğunu soruşmuşdu, o da Arifə həmin yerə, yəni Nizami kinoteatrının yanma gəlməsini demişdir, Arifdə taksi ilə gəlmişdir, Arifi gətirən taksi sürücüsünə 10 manat pul vermiş. Sonra başqa taksi ilə Dərnəgüldə yerləşən Sabirabad otelə getmişdilər, oradan taksi ilə qaranlıq yolla sürdürmüşdür ki, kameralara düşməsinlər. Oradan da Astara kafesinə getmişdilər. Cəmilə ilə Mahiri də taksiyə götürmüş və Binəqədi qəsəbəsinə getmişdilər. 500 manat Cəmiləyə vermişdir ki, mağazaya qoysun ki, anası götürüb uşaqlarına ərzaq alsın, 300 manat da borcuna vermişdir. Oradan da Şirvan şəhərinə Arifgilə getməyi qərarlaşdırmışdılar, o, tanış taksi çağırmışdır, Mahir demişdir ki, evlərinə gedir, o, Mahirə 600 ABŞ dolları və 400 manat pul vermişdir ki, evlərinə aparsın, Mahir düşüb taksi ilə evlərinə getmişdir. Mahir demişdir ki, “bu pullar hardandır?”, o da demişdir ki, “sənin nə işinə qalıb, götür pulu get işinlə məşğul ol”. Mahirin anası xəstə olduğuna görə ona pul vermişdir. Bundan sonra onlar taksi ilə Şirvan şəhərinə Arifin anasının evinə getmişdilər, Arif ondan soruşmuşdur ki, nə qədər pulumuz var, o da demişdir ki, oturub sayarıq, hamısının məbləği ümumilikdə 34.000 manat eləyir, təxmini o, demiş. Ancaq onun hesabı ilə 50.000 mantdan artıq pul var imiş, çünki onun hesabı ilə 43.000 (qırx üç min) manatlıq dollar vär idi, yəni o fikirləşmişdir ki, həmin dolları dəyişərəmsə 43.000 manat edəcəkdir, 12.000 manat da azərbaycan manat idi, bütün taksi pullarını, yeməyi, xərcləri o o ödəyirdi, Şirvan şəhərində o Arifə 200 manat pul vermişdir ki, evə bazarlıq etsin. O, mənzildən pulu oğurlayanda pulu ciblərinə qoymuş, sonra şəhərdən 20 qəpiklik sellofan torba almışdır və pulları həmin torbaya qoymuşdur ki, heç kim şübhələnməsin. Onlar Şirvan şəhərində Arifgildə bir gecə qalmışdılar, səhəri gün Şirvan şəhərində həmin puldan özünə Samsung S8 markalı, Cəmiləyə İphone 7 markalı, Arifə isə markasını unutduğu mobil telefon almışdır, həmin telefonların cəminə 2200 manat pul vermişdir, Arifin anasının şəxsiyyət vəsiqəsi ilə 3 Bakcell telefon nömrəsi almışdır, birini o özü götürmüş, birini Arifə vermiş, birini isə Cəmiləyə vermişdir. O, pulları özünə aldığı Samsung markalı telefonun qutusuna qoymuş yə sellofan torbaya qoymuş özü ilə gəzdirmişdir ki, heç kim şübhələnməsin, o, pulları Arifə və Cəmiləyə də göstərmişdi. O, Arifə və Cəmiləyə paltarlar da almışdır. Həmin günü yəni, 03 aprel 2019-cu il tarixdə saat 17 radələrində o, Arif və Cəmilə birlikdə Şirvan şəhərindən tanımadığı taksi ilə Bakı şəhərinə qayıtmışdılar. Bibiheybət məscidinin yanında taksidən düşüb orada olan nəzir qutusuna 4000 ABŞ dolları pul atmışdır, Cəmiləyə və Arifə də pul vermişdir, onlar da qutuya pul atmışdılar. Sonra başqa bir taksiyə minərək üçlükdə Quba rayonuna getmişdilər. Quba rayonunda adını bilmədiyi bir istirahət mərkəzinə getmişdilər. Qubada oteldə onlara iki otaq, birini Arif, digərini isə onunla Cəmiləyə almışlardı. Qubadan Şahdağ istirahət yerinə getmişlər, lakin kanat bağlı olduğundan yenidən Quba şəhərinə qayıtmışlar. 05 aprel 2019-cu il tarixdə səhər saatlarında Qubadan çıxaraq saat 13 radələrində Bakı şəhərinə qayıtmışdılar. Bakı şəhərinin girişində tanımadığı kənd yerində qəssabxana kimi yerdə bir qoyunu qurban adı ilə kəsdirərək, orada olan tanışına paylaması üçün vermişdir. Beşbarmaq deyilən yerdən keçəndə orada olan qutuya 2000 ABŞ dolları atmışdır. Taksi sürücülərinə və istirahət yerlərinə artıqlaması ilə pullan verirmiş. Bakı şəhərində 28 may metrosunun yaxınlığında 17 ədəd yüz ABŞ dolları Arifə vermişdir, Arif manatla dəyişmişdir, 200 manat ona vermişdir, qalanın isə özünə götürmüşdür, həmin gecə taksi ilə Şəki şəhərinə getmişdilər, həmin pullardan taksilərə və yeməkxanalara xərcləyirmiş. Səhəri gün günorta vaxtları yenə də Bakı şəhərinə qayıtmışdılar. Yenə də dollardan dəyişib bir taksiyə minərək Masallı rayonuna getmişdilər, istirahət yerində bir gecə qalmışdılar. Oradan da taksi ilə Lənkərana getmişdilər. Oradan da Astaraya və Lerikə getmişdilər. 08 aprel 2019-cu il tarixdə axşam üstü taksi ilə Bakı şəhərinə qayıtmışdılr. Həmin gecəni Bakı şəhərində pulları dəyişib müxtəlif klub və barlara getmişdilər. Klublarda bir gecədə təxminən 7-8 min dollar xərcləmişdilər. Klublara Ariflə o, gedirmiş, Cəmilə isə uşağı xəstə olduğunu demiş və evinə getmişdir. Sonra 09 aprel 2019cu il tarixdə səhər yenidən Ariflə birlikdə saat 14:30-da Şirvan şəhərinə getmişdilər. Ancaq Şirvan şəhərinə gedərkən Cəmilə onlarla getməmişdi. Şirvan şəhərində olarkən o, taksidə olan zaman gördü ki, Arifi Şirvan RPŞ-nin əməkdaşları tutdular, o, taksi ilə oradan uzaqlaşmışdır ki, onu tuta bilməsinlər. Arifin anası ona zəng edərək demişdir ki, mənim oğlumdan uzaq ol. Ona görə də o, başa düşmüşdür ki, Arifi polislər tutublar, anası məlumat veribdir, o, taksi ilə Bakı şəhərinə gəlmişdir, onun oğurladığı puldan artıq 4-5 min ABŞ dolları pul qalmışdı. O, polislərdən qaçıb gizlənirmiş, bilirmiş ki, onu tutacaqlar, çünkü Arifi tutdular, o, bilmişdir ki, etdiyi oğurluğa görə onu da tutacaqlar. Ona görə də həmin pulları da aprel ayının 12-də, yəni özünün ad günündə Bakı şəhərində barlarda xərcləmişdir. Bundan sonra onu Yasamal RPİ-nin 28-ci PŞ-nin əməkdaşları Bakı şəhərində 28 may ərazisində tutmuşlar. Bundan başqa, 12 may 2020-ci il tarixdə saat 21 radələrində o tanışları Xəyal və Orucla 20 yanvar metrosunun yaxınlığındaimişlər. Həmin zaman onun ayaqqabısı cırıldığı üçün yeriməyə çətinlik çəkirmiş. Xəyal onlara demişdir ki, “gəlin mənimlə mən mənzillərə girib ayaqqabı oğurlayacağam”. Odur ki, onlar həmin zaman Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 29 A saylı binanın qarşısına getmişdilər. Oruc həmin binada bir neçə işıqları sönülü olan mənzillərin qapısını döymüş, bəzilərində sakinlər varmış, bəzilərində isə sakinin olacağından şübhələndikləri üçün Xəyal ora girmirmiş. Buna baxmayaraq həmin binanın ikinci mərtəbəsində yerləşən 49 saylı mənzilin qapısını döydükdə əmin olmuşdular ki, heçkəs yoxdur. Oruc Xəyala xəbər etmiş və onlar birgə binanın arxa tərəfində dayanaraq onu gözləyirmişlər. O, Orucla Xəyala xəbər edəcəklərini demişdilər. Xəyalda binanın ön tərəfindən birinci mərtəbənin pəncərəsi üzərində olan dəmir barmaqlıqlarla ikinci mərtəbədə yerləşən 49 saylı mənzilin eyvanına qalxaraq özü ilə gətirdiyi vintaçanla plastik pəncərəni açıb içəri daxil olmuşdur. 5 dəqiqədən sonra Xəyal qəflətən özünü pəncərədən ataraq qaçmağa başlamış və onlarda Xəyalın dalınca qaçaraq parkda görüşmüşdülər. Həmin zaman Xəyal 1 ədəd “Nokia” markalı mobil telefon, içərisində 26 manat məbləğində pul olan pul kisəsini, 2 ədəd qara dəri gödəkçə, 1 ədəd qara dəri idman çantası və 1 cüt qara rəngli kişi ayaqqabısını oğurlamışdır. Ayaqqabı ilə gödəkcəni ona vermişdir. Digər gödəkcəni, 26 manat pulu, əl çantanı, idman çantasını özünə götürmüşdür. Oruca isə demişdir ki, telefonu satandan sonra pul verəcək. Daha sonra o, tutularkən ayaqqabı və gödəkcəni polisin vasitəsi ilə sahibinə qaytarmışdır. Bundan başqa, 02 avqust 2020-ci il tarixdə saat 21 radələrində tanışı Xəyal Vəliyevlə birgə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 56 saylı binanın qarşısından keçərkən ona demişdir ki, bu binanın ikinci mərtəbəsindəki mənzilin işıqlan sönülüdür, gedib həmin mənzilin qapısım döysün, əgər heçkəs olmasa içəri girib oradan oğurluq edəcəkmiş. O da binanın 2-ci mərtəbəsində yerləşən 35 saylı mənzilin giriş qapısını döyərək mənzildən kimlərinsə olub-olmamasım yoxladıqdan sonra heçkəs olmadığını görmüş, Xəyala demişdir ki, məncə heçkəs yoxdur. Xəyal demişdir ki, “mən bu mənzilə girirəm nə oğurlasam sənədə verəcəyəm”. Daha sonra Xəyal ikinci mərtəbədə yerləşən 35 saylı mənzilin eyvanına qalxaraq özü ilə gətirdiyi vintaçanla plastik pəncərəni açaraq içəri daxil olmuşdur. O isə oradan ayrılaraq Əcəmi metrosunun qarşısına gedərək Xəyalı orada gözləmişdir. O, öncədən Xəyala demişdir ki, əgər oğurlaya bilsə Əcəmi metrosunun yaxınlığındakı dönərxananın yanındakı daşın altına onun üçün 100-200 manat pul qoyar. O, 3-4 saatdan sonra Xəyala dediyi daşın altına baxdıqda görmüşdür ki, Xəyal onun üçün 100 manat pul orada qoyubdur və odur ki, pulu oradan götürmüşdür. Sonradan tutularkən həmin mənzilin Zərərçəkmiş şəxs15 məxsus olduğu ona məlum olmuşdur. Bundan başqa, 14 sentyabr 2022-ci il tarixdə saat 17 radələrində ünvan 13 ünvanda yerləşən mənzilin qapısını döymüşdür, əmin olmuşdur ki, evdə heç kim yoxdur, adətən ev sahibləri evin açarlarını qaz və yaxud da işiq sayğacların yerləşdiyi qutunun içərisinə qoyurlar. O da qaz sayğacının yeləşdiyi qutunun içərisinə baxmışdır, görmüşdür ki, evin açarı sayğacın içərisindədir. Açarı götürmüş mənzilin qapısını açmışdır, mənzilə daxil olmuşdur, evi axtarmışdır, dəyərli bir şey tapa bilməmiş, qonaq otağına baxanda görmüşdür ki, dolabın içərisində pul vardır, 250 manat pul olmuş, otaqda masanın üzərindən qəpikləri də götürüb evdən çıxaraq açarla bağlamış, açarı götürdüyü yerə qoymuşdur. Həmin günü saat 18 radələrində Nəsimi rayonu, H.B.Əliyev küçəsində yerləşən evin qapısını döymüş açan olmamış, qaz və işıq sayğacına baxmışdır, işıq sayğacının üzərinə baxanda görmüşdür ki, açar vardır, açarı götüımüşdür, qaz sayğacının borusunun getdiyi evi müəyyən etmişdir, açarla evin qapısını açıb evə daxil olmuş, evi axtarmışdır. Pul tapa bilməmişdir, yataq otağında olan dolabın içərisində bir ədəd ütü görmüş, ütünü götürmüş, dolabda rəfdən 01 ədəd qol saatı, 01 dəst bujiteriya, 01 ədəd bıçaq, 02 ədəd döşək üzlükləri və 01 ədəd pul kisəsini götürmüşdür ki, satıb pul əldə edər. Sonra evdən çıxıb açarla bağlayıb açarı götürdüyü yerə qoymuşdur. Oğurladığı əşyaları oğurluq etdiyi evdən kənarda otluq bir yerdə gizlətmişdir ki, gələcəkdə pulu qurtardıqdan sonra satıb pul əldə edər. Oğurladığı pulu xərcləmişdir, oğurladığı əşyaları tanımadığı şəxslərə satmış pul əldə etmişdir, lakin ütü ilə döşək üzlüyünü sata bilməmişdir, gizlətmişdir. Polislər onu tapdıqdan sonra o oğurlayıb gizlətdiyi əşyaların yerini göstərmişdir. Bundan başqa, təxminən il yarımdır ki, narkotik vasitə aludəçisidir. xx.xx.2023-cü il tarixdə pula ehtiyacı olduğu üçün oğurluq etmək fikrinə düşmüşdür. ünvan 14 ünvanında yerləşən binanın blokuna daxil olmuşdur. Ev sahibləri adətən mənzilin açarını sayğac qutularının içərisinə və yaxud üzərinə qoyurlar. O həmin blokda sayğac qutularına baxa baxa yuxarı mərtəbələrə qalaxmağa başlamışdır. 2-ci mərtəbədə elektrik sayğacının üzərində bir açar tapmış. Həmin mərtəbədə qapıları yoxlamağa başlamışdır və 2-ci cəhdində həmin mərtəbədə olan sağ qapını açmışdır. Mənzilə daxil olmuş və mənzilin dağınıq vəziyyətdə olduğunu görmüşdür. Stolun üzərində qoyulan kiçik qutunun içərisində qoyulmuş 1 cüt qızıl sırğa və 2 ədəd qızıl üzük götürmüşdür. Mənzilin qapısını bağlayaraq açarı yenidən eyni yerinə qoymuşdur. Bundan başqa, 18 sentyabr 2023-cü il tarixdə saat 19 radələrində Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsində yerləşən 28 saylı binanın qarşısından keçərkən oğurluq etmək qərarına gəlmişdir. Bloka daxil olaraq tək-tək qapıların dəstəyini aşağı doğru əyməyə başlamışdır. Məqsədi qapısı açıq olan mənzilə daxil olaraq oğurluq etmək olmuşdur. Həmin binanın 5-ci mərtəbəsinə çatdıqda 15 nömrəli mənzilin giriş qapısının dəstəyini aşağı əydikdə qapı açılmış. Bir neçə saniyə gözləyib mənzilin daxilindən səs gəlmədiyinə və kimsənin olmadığına əmin olduqdan sonra içəri daxil olmuşdur. Qonaq otağına girdikdə masanın üzərində 01 ədəd 20 manatlıq əskinasdan ibarət pul olduğunu görmüş və götürmüşdür. Sonra mənzilin qonaq otağına daxil olmuşdur. Dolabın üzərində olan qabı açdıqda içərisində 02 ədəd qızlı rəngdə üzük və 01 ədəd qızılı rəngdə qolbaq olduğunu görmüş və həmin əşyaları götürərək dərhal mənzildən çıxmışdır. Ertəsi gün yəni, 19 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Memar Əcəmi” metro stansiyası yaxınlığında fəaliyyət göstərən qızılın alışı ilə məşğul olan dükana həmin qızılzinət əşyalarını 370 manata satmışdır. 18 sentyabr 2023-cü il tarixdə saat 19 radələrində qanunsuz daxil olaraq 20 manat pul, 02 ədəd qızıl üzük və 01 ədəd qızıl qolbaq oğurladığı Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 28, 15 nömrəli mənzilin sahibini əvvəlcədən tanımamışdır. 18 sentyabr 2023-cü il tarixdə saat 19 radələrində ünvan 15 ünvanından oğurluq edərkən tək olmuş və ona heç kim kömək elməmişdir. 18 sentyabr 2023-cü il tarixdə saat 19 radələrində ünvan 15 ünvanından etdiyi oğurluq nəticəsində ümumilikdə 390 (üç yüz doxsan) manat pul əldə etmişdir. Əldə etdiyi 390 (üç yüz doxsan) manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir (cild 11, iş vərəqə 204-214). Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 2019-cu ildə İlkingilin xahişi əsasında onları otelə aparmışdır. Həmin vaxt dostu Ramin ondan dərman almağını istəmişdir. O, dərmanı alıb vermək üçün Ramingilə getmişdir. Ramingildə olan zaman İlkingil üzbəüz binaya oğurluq üçün getmişlər. O, aşağı düşəndə avtomobildə olan qızdan İlkingilin harada olduğunu soruşduqda sonuncu İlkingilin gələcəklərini bildirmişdir. Onun oğurluq hadisəsindən xəbəri olmamışdır. O, sürdüyü avtomobili icarəyə götürmüşdür. Polis əməkdaşları avtomobilin sahibini saxladıqları üçün o, özü polisə gedib təslim olmuşdur. Təqsirləndirilən şəxs2 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, avtomobildə üç nəfər olmuşlar. Yolda olarkən İlkingilin oğurluq etdiklərini bildikdən sonra onları Binəqədidə yolda düşürüb avtomobildən qovmuşdur. lkingilin oğurluq etdikləri evi əvvəlcədən seçib-seçmədiklərini bilmir. İlkingili avtomobildən qovan zaman planşet və qızıl zinyət əşyaları avtomobildə qalmışdır. Oğurlanan əşyaları geri qaytarmışdır. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı daha ətraflı ifadə verərək göstərmişdir ki, Bərdə şəhəri, Fizuli küçəsi, ev 57-də qeydiyyatda olmaqla Xətai rayonu, Əhmədli qəsəbəsi, H.Əliyev küçəsi, bina 41, ev 140-da valideyinləri ilə birlikdə yaşayır. O, maddi cəhətdən öz ehtiyacını təmin etmək üçün yay aylarında istirahət mərkəzlərində Dj-lik edirmiş. 2018-ci ilin iyun ayında o, Xaçmaz rayonu ərazisində yerləşən “Atlant” istirahət mərkəzində Dj-lik edirmiş. Həmin vaxt orada istirahət edən İlkin adlı şəxslə tanış olmuşdur. Orada onların dostluq münasibəti yaranmışdır. Lakin, o, İlkini həmin vaxtdan sonra 2019cu ilin mart aymadək görməmiş və heç bir əlaqəsi olmamışdır: O, maddi vəziyyəti çətinləşdiyi üçün taksi işləmək qərarına gəlmişdir. Bu məqsəd ilə 28 fevral 2019-cu il tarixdə keçmiş müdürü olmuş Fikrətin özünə məxsus BMW 540 seriyalı 10 'VL 130 dövlət nömrə nişanlı avtomobilini kirayə verdiyini eşitmiş. O, Fikrətlə gündəlik 23 manat qarşılığında razılaşıb heç bir sənədləşmə olmadan həmin avtomobili icarəyə götürmüşdür. Daha sonra o, həmin avtomobil ilə taksilik etməyə başlamışdır. 24 mart 2019-cu İl tarixdə saat 22 radələrində o, “Malakan” bağında yerləşən “Otto” klubunun yanındakı çay evində yemək yeyirmiş. Həmin vaxt təsadüfən tanışı İlkin ilə qarşılaşmış. O, İlkinlə görüşmüş. Həmin vaxt İlkinin yanında əvvəllər tanımadığı Arif adlı oğlan və Sevgi adlı qız olmuşdur. İlkin ona Arifin dostu, Sevgi kimi təqdim etdiyi qızın isə sevgilisi olduğunu demişdir. Daha sonra onlar həmin çay evindəki kabinetə keçdilər. O, işə yeməyini yeyib onların yanına getmişdir. Həmin vaxt söhbət əsnasında İlkin ondan maddi vəziyyətinin necə olduğunu soruşdu o, isə maddi cəhətdən sıxıntılarının olduğunu demiş. İlkin də ona “sənə pul qazanmağın yolun göstərərəm” demiş. O, həmin işin necə olacağını deyəndə İlkin, ona “sənin maşının var sən sürərsən Arif və mən də oğurluq edərək oradan da sənə pay verərik” demişdir. O, İlkinə bu bardə fikirləşib cavab verəcəyini demişdir. Bundan sonra onlarla təxminən 15-20 dəqiqə oturub sonra sağollaşıb taksilik etmək üçün çay evini tərk etmiş. Səhəri gün yəni 25 mart 2019-cu il tarixdə saat 18 radələrində o, yenə də “Otto” klubun yanındakı çay evinin qarşısında olarkən yenə də İlkin, Arif və Sevginin həmin çay evindən çıxdığını görmüşdür. Bu vaxt İlkin ona nə fikirdə olduğunu deyəndə o hələ fikirləşdiyini demişdir. Bu vaxt İlkin ona onları Binəqədi rayonu ərazisində yerləşən “Lake” otelə aparmağını demişdir. O da, onlarla razılaşmışdır. Bundan sonra İlkin qabaq oturacaqda Arif və Sevgi isə arxada əyləşmişlər. Onlar yol gedərkən dostu Ramin ona zəng edərək dərman almağını və evinə gətirməyini xahiş etmişdir. O da, İlkingil maşında olduğu vaxt Bakı şəhəri R.Behbudov küçəsində yerləşən Aptekin qarşısında avtmobili saxlayıb aptekdən Raminin dediyi dərmanı almışdır. Daha sonra avtomobilə əyləşib İlkinə “əgər imkan varsa yolüstü Xırdalan şəhəri AAAF park kompleksinə gedib dostum Raminə dərman verib sonra onları Lake otelə aparmağını demiş. İlkin də onunla razılaşmışdır. O, həmin gün saat 21 radələrində AAAF Park yaşayış kompleksinə gəlib avtomobili işlək vəziyyətdə dostu Raminin yaşadığı binanın yan tərəfində saxlamışdır. Daha sonra İlkingilə onu 5 dəqiqə gözləmələrini xahiş etmiş, aldığı dərmanı Raminə vermək üçün həmin binanın 1-ci blokunun 2-ci mərtəbəsində yerləşən mənzilinə getmişdir. Ramin mənzilin qapısını açaraq onu evə dəvət etmişdir. O da mənzilə daxil olmuşdur. Bu vaxt Raminin sevgilisinin qarnında kəskin ağrı olduğunu görmüş. Buna görə təxminən 10-15 dəqiqə Raminin evində əlavə qalmış. Daha sonra Ramin və sevgilisi Sevil ilə sağollaşıb avtomobilə yaxınlaşmış. Həmin vaxt o, avtomobildə Sevginin tək olduğunu görüb İlkin və Arifin harada olduğunu soruşmuş. Sevgi də ona avtomobil ilə üzbəüz binanın birinci mərtəbəsindəki mənzili təqdim edərək İlkin və Arifin həmin mənzilə oğurluq etməyə görə daxil olduqlarını və hazırda mənzildə olduqlarını demişdir. O da artıq heç nə edə bilməyəcəyini başa düşüb onları gözləməli olmuşdur. Təxminən 20 dəqiqə sonra həmin mənzilin balkonundan İlkin və Arifin çıxaraq qaça-qaça avtomobilə gəldiklərini və ona tez sürüb oradan kənarlaşmağını demişdilər. Elə bu vaxt onların arxasınca bir nəfər kişi cinsindən olan şəxsin gəldiyini görmüş, avtomobili sürərək oradan kənarlaşdırmış. Onlar yolda olarkən o, İlkin və Arifə niyə oğurluq etdiklərini və onu da həmin işə qoşduqlarını demişdir. Bu vaxt İlkin ona heç nə olmaz 3-4 gün avtomobili sürmə sonra axtaran olmayacaq demişdir. O da, heç nə deməyərək onunla razılaşmışdır. Daha sonra İlkin və Arifdən nə oğurladıqlarını soruşmuş. Bu vaxt İlkin ona sol qolundakı saatı göstərərək həmin mənzildən qol saatı, 150 manat nağd pul, 1 ədəd Samsung markalı planşet, 1 ədəd elektron foto çərçivə, Vifi aparatı və qızıla oxşar üzük, qolbağ və sırğadan ibarət dəsti oğurladığını demiş. Daha sonra həmin qızıla oxşar dəstə baxarkən probu olmadığını görüb qızıl olmadığını demişdir. Daha sonra həmin bijuteriya dəsti, Samsung marakalı planşeti və 50 manat pulu ona, Vifi aparatı, elektron fotoçərçivə və 50 manat pulu Arifə vermişdir. Özünə isə 50 manat pul və 1 ədəd qoluna taxdığı saatı götürdü. Sevgi adlı qıza isə heç nə vermədi. Bundan sonra o, avtomobili Koroğlu metrostansiyasının qarşısına sürərək orada saxlamışdır. Bu vaxt İlkin, Arif və Sevgi avtomobildən düşərək şəhərə gedəcəklərini demiş ondan aralaşmışlar. O, isə həmin Samsung markalı planşeti və bijuteriya dəstini idarə etdiyi BMV markalı ** VL *** dövlət nömrə nişanlı avtomobilin arxa yük yerinə qoyub. Özü isə qeyri-rəsmi nigah münasibətlərində yaşadığı Hənifənin yaşadığı mənzilə gedib gecəni onunla qalmışdır. O, həmin gün Hənifəyə baş verənləri danışmış və heç kimə heç nə deməməsini xahiş etmişdir. Həmin gündən təxminən 4 gün müddətində o, evdən çölə çıxmadı. Çünki, tutulmaqdan qorxurdu. 29 mart 2019-cu il tarixdə dostu Vüqar ona zəng edərək görüşmək istədiyini və onun Vüqara olan 650 manat pul borcunu qaytarmağını demişdir. O da həmin gün Hənifə ilə birlikdə Vüqarla Bakı şəhəri R.Behbudov küçəsində yerləşən “Club 44” adlı çay evində görüşmüşlər. Vüqar ona 3 ay əvvəl borc məqsədi ilə verdiyi 650 manat pulunu qaytarmağını demiş. O da Vüqara narahat olma sabah sənin pulunu qaytaracam demişdir. Lakin, səhəri gün yəni 30 mart 2019-cu il tarixdə Bakı şəhəri Xətai rayonunda Vüqarın kirayə yaşadığı Telinov küçəsinə gəlmiş. Vüqara zəng edərək həyətə düşməsini demişdir. Təxminən 10 dəqiqə sonra Vüqar həyətə onun yanma düşəndə Vüqara olan borcunu qaytara bilmədiyindən icarəyə sürdüyü “BMW 540” markalı **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobilinin açarını Vüqara vermiş və demişdir ki “5 gün müddətində sənə olan borcumu qaytaracam mənə inanmağın üçün də maşını həyətədə saxlayıb açarını sənə verirəm”. Vüqar da onunla razılaşıb açan ondan götürmüşdür. O, onunla sağollaşıb Binəqədi rayonuna Hənifənin yaşadığı mənzilə getmişdir. Lakin, həmin vaxt oğurluq yolu ilə əldə etdiyi Samsung markalı planşet və bijuteriya dəsti avtomobilin arxa yük yerində qalmışdır. O, evdə olduğu müddət ərzində İkin ona zəng edərək yenə oğurluq etməyi təklif etmişdir. Lakin, o, İlkinin təklifini qəbul etməmişdir. Bunu Hənifə də gördüyü üçün onun telefonu ilə İlkinə “bəsdir İbrahimi bir daha özünlə oğurluğa aparma” demişdir. 03 aprel 2019-cu il tarixdə Abşeron RPİ-nin əməkdaşları onu tutaraq Abşeron rayon polis idarəsinə dəvət etmişdilər (cild 7, iş vərəqə 109-112). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli ilə bağlı etirafedici ifadələrini iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs1 və onunla birlikdə bir nəfər bu hadisəni törətmişlər. Təqsirləndirilən şəxs1 onların evinin qapısını döyərək evdə heç kimin olmadığını anlayıb evə oğurluğa girmişdir. Onun evindən 10000 manat və 40000 dollar pul oğurlanmışdır. Evlərinə pəncərədən daxil olduqlarını düşünür. Evdən oğurlanan qızıl zinyət əşyaları ittihamda qeyd olunmamışdır. Təqsirləndirilən şəxs1lə Polis Bölməsində üzləşmişdir. Oğurluq zamanı İlkinin yanında başqa şəxs də olmuşdur. Təqsirləndirilən şəxs1 yanında Təqsirləndirilən şəxs2 görməmişdir. Ona vurulan zərərin ödənilməsini tələb edir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid1 Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir (cild 2, iş vərəqə 23-242). Məhkəmə iclasında Zərərçəkmiş şəxs11 ifadə verərək bildirmişdir ki, onun evindən “Samsung” markalı planşet, fotoçərçivə, 2000 dollar dəyərində saat, bijuteriyalar (üzük və sair), modem, az miqdarda pul oğurlanmışdır. O, özü “AAF Park” yaşayış kompleksində yaşayır. Qonşular “BMW” markalı avtomobilin evin qarşısında saxlanıldığını, kiminsə onların evində işıqla hərəkət etdiyini görmüşdür. Qonşular oğurluğa müdaxilə etdikdən sonra 4 nəfər avtomobilə əyləşib hadisə yerindən qaçmışlar. Zərərçəkmiş şəxs11 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, Zərərçəkmiş şəxs10 bacısıdır. Qonşular ona hadisə yerində dörd nəfərin oluğunu demişlər. Qonşusu onların evinin qapısını döydükdə təqsirləndirilən şəxslər balkondan çıxaraq hadisə yerindən qaçmışlar. X41 üzərinə avtomobil də sürmüşlər. Oğurluq zamanı avtomobil orda gözləmişdir. Hadisə zamanı onlar Türkiyədə olmuşlar. O, hadisədən iki gün sonra evə qayıtmışdır. Təqsirləndirilən şəxs2 tanımır. Ona vurulmuş zərər ödənilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X14 ifadə verərək bildirmişdir ki, onun evindən 5 üzük, iki sırğa, bir dəst qızıl, ərinin saatları oğurlanmışdır. Təqsirləndirilən şəxs1 25 yanvar 2023-cü il tarixdə onların evindən oğurluq etmişdir. Oğurluq hadisəsi müşahidə kamerasına da düşmüşdür. O, anasının evinə gedib gəldikdən sonra evdən oğurluq olduğunu görmüşdür. Ona vurulan zərər ödənilməsini tələb edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs12 Məmmədovna ifadə verərək bildirmişdir ki, 12 fevral 2019-2020-ci illərdə rəfiqəsinin doğum gününə getmişdir. O, evdən çıxdıqdan bir müddət sonra qardaşı ona zəng edərək evdə hansısa əşyaları yerini dəyişib-dəyişmədiyini soruşduqda o, qardaşına yox cavabını vermişdir. Bundan sonra evdən oğurluq edildiyini anlamışlar. Ona vurulan zərərin ödənilməsini tələb edir. Təqsirləndirilən şəxslə barışmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs19 ifadə verərək bildirmişdir ki, təqsirləndirilən şəxslərdən birini tanıyır, Təqsirləndirilən şəxs1 evlərindən oğurluq edən şəxsdir. Evləri ünvan 16 ünvanında yerləşir.Onu ibtidai istintaq zamanı yaşadığı binanın dəhlizinin kameralarından əldə edilən videogörüntülərdə evindən oğurluq edərkən görmüşdür. Evindən məişət əşyaları, yəni ütü, 02 dəst döşək üzlüyü, 01 ədəd qolbaq saat, 01 ədəd pul qabı, 01 dəst gümüş zinət əşyası və digər dəyərli və təzə əşyalar götürülmüşdür.Təqsirləndirilən şəxs2 görməmişdir. Evdən götürülən ütünün dəyəri 90-100 manat olmuşdur. Qol saatı və bıçaq ona hədiyyə verilmişdir, dəyərini bilmir. Bijuteriya 25 manat dəyərində olmuşdur. Məhkəmədən təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadə verərək bildirmişdir ki, 2019-cu ildə dayısı Zərərçəkmiş şəxs11 evinə oğrular girmişdir. Həmin vaxt dayısıgil xaricdə olmuş və evin açarı onda olmuşdur. Həmin hadisə ilə əlaqədar Abşeron rayon Polis İdarəsində dindirilmişdir. İbtidai istintaq dövründəki ifadəsini təsdiq edir. Evdə oğurluq hadisəsi olması barədə ona Sənan adlı şəxs zəng etmişdir. O, hadisə yerinə gedib evin qapısını açdıqda evin dağınıq olduğunu müşahidə etmişdir. Hadisələrin üzərindən uzun müddət keçdiyi üçün bir çox şeyi xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək bildirmişdir ki, 2019-cu ildə “Elmlər Akademiyası” yaxınlığında evin pəncərəsindən baxan zaman iki nəfər şəxsin bir evdən oğurluq etmək üçün həmin evin pəncərəsindən evə daxil olduqlarını görmüşdür. Hadisə axşam saat 8-9 radələrində baş verdiyi üçün oğurluq edən şəxslərin üzünü görməmişdir. Oğurluq edən şəxslərdən bir nəfər çöldə gözləmişdir. Oğurluq edən şəxslərdən biri Təqsirləndirilən şəxs1 oxşamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid3 Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir (cild 2, iş vərəqə 243-245). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadə verərək bildirmişdir ki, təqsirləndirilən şəxslərin Təqsirləndirilən şəxs2 tanıyır. 2018-ci ilin mart ayında öz avtomobilini Təqsirləndirilən şəxs2 vermişdir. Polis əməkdaşı ona zəng edərək avtomobili ilə oğurluq edildiyini bildirmişdir.O, Təqsirləndirilən şəxs2 oğurluq edən şəxs olmadığını bildirmişdir. Avtomobil ona təhvil verilərkən içində oğurlanan əşya olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid18 ifadə verərək bildirmişdir ki, o, özü qızıl alveri ilə məşğul olur. Təqsirləndirilən şəxsləri tanımır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid18 göstərmişdir ki, uzun müddətdir Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Moskva Univermağı”nda atasına məxsus qızıl zinət əşyalarının satışı mağazasını işlədir. 07 mart 2019-cu il tarixdə günorta saatlarında işlədiyi mağazaya gəlmiş bir qadın mağazada olan ağ qızıldan hazırlanmış, brilyant qaşlı 01 ədəd üzük, sırğa və klon dəstinin özünə məxsus evdən oğurlanmasından şübhələndiyini bildirmişdir. Həmin qızıl əşyaları 2015-ci ilin yanvar, ya da fevral ayında alıb mağazada vitrinə qoymuşdur. Bu qızıl əşyalar İtaliyada istehsal olunmuş və X3 Azərbaycana idxal olunmuş, idxal olunan kimi o, almışdır. Bir qayda olaraq mağazaya aldığı qızıl zinət əşyalarının nömrələyib qeydiyyat dəftərində yazır. Oğurluq olduğu iddia edilən əşyaları da qeydiyyat dəftərində qeyd etmişdir. Qeydiyyat dəftərində malları satdığı tarixi qeyd etsə də aldığı tarixi qeyd etmir. Bununla belə 4567 nömrəsi ilə qeydə alınmış qızıl əşyanı xx.xx.2015-ci il tarixdə satdığım qeydiyyat dəftərində yazdığından dəqiq deyə bilər ki, oğurluq olduğu iddia edilən qızıl əşyaları həmin tarixdən əvvəl alıb vitrinə qoymuşdur. Qeydiyyat dəftərinin 34-cü səhifəsində 4569 nömrəsi ilə 4,7 qram çəkidə qızıldan hazırlanmış 1,26 karat brilyant qaşı olan 01 ədəd üzük, qeydiyyat dəftərinin 35-ci səhifəsində 4590 nömrəsi ilə 9 qram çəkidə qızıldan hazırlanmış 2,61 karat brilyant qaşı olan 01 cüt sırğa, 4594 nömrəsi ilə 5 qram çəkidə qızıldan hazırlanmış 2,32 karat brilyant qaşı olan 01 ədəd klon qeyd edilmişdir. Həmin qızıl əşyaları ayrı-ayrılıqda alsa da onları vitrinə 1 komplekt kimi satışa qoymuşdur (cild 3, iş vərəqə 18-19). Elan olunmuş ifadə ilə bağlı Şahid18 bildirmişdir ki, o, ümumiyyətlə Bakıdan qızıl almır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, yaşadıqları ev 3 otaq, 1 mətbəx və 1 sanitar qovşaqdan ibarətdir. Bir qayda olaraq, özlərinə məxsus qızıl zinət əşyalarını yataq otağındakı paltar şkafının içərisində, yerləşdirdikləri kodlu seyfin içərisində saxlayırlar. Bundan əlavə isə o, özünə məxsus 5500 manat pulu isə yataq otağındakı kamodun birinci siyirməsindəki paltarların altına qoymuşdur. 28 fevral 2019-cu il tarixdə atası Eldar Ramazanov xarici ölkədən Azərbaycana qayıtdığından əri Babəklə belə planlaşdırmışlar ki, həmin gün axşam atasının evinə getsinlər. Bu məqsədlə də saat: 18:45-də azyaşlı uşaqlan ilə birlikdə evdən çıxıb atasının yaşadığı Badamdar qəsəbəsində yerləşən evinə getmişlər, saat 21:45-də yaşadıqlan evə qayıdıb qapını açmaq istədikdə qapının içəri tərəfdən bağlandığını aşkar etmişlər. Babək qonşudan nərdivan , götürüb pəncərədən evə daxil olmuş və qapını açmış, o, içəri daxil olduqda yataq otağındakı əşyaların dağınıq vəziyyətdə olduğunu digər otaqlardakı əşyalara isə qətiyyən toxunulmadığını görmüşdür. Ətraflı baxdıqda ona məlum olmuşdur ki, yataq otağındakı paltar şkafında olan seyfdən ona məxsus qızıl zinət əşyaları, kamodun birinci siyirməsindən 5500 manat nağd pul oğurlanmışdır. X54 DİN- in 102 Xidmətinə zəng etdikdən bir qədər sonra evə polis əməkdaşları gəlib baxış keçirmişlər. Hadisə baş verən mətbəxdəki əl çantasında pul kisəsi olsa da həmin çantaya toxunulmamış, eyni zamanda, yataq otağındakı paltar şkafının seyf hissəsi dağınıq vəziyyətdə olmamış, kamodun 1-ci və 2-ci siyirmələri axtarılsa da 3-cü siyirmə axtarılmamışdır. Eyni zamanda yataq və qonaq otağındakı notbuklar, azyaşlı uşağına aldığı planşet də oğurlanmamışdır. Bu hallar onda belə bir fikir formalaşdırır ki, oğurluq hadisəsini törətmiş şəxs pul və qızıl-zinət əşyalarının konkret harada olduğunu əvvəlcədən bilmişdir. Həmin hadisə zamanı seyfdən ona məxsus aşağıdakı qızıl zinət əşyaları oğurlanmışdır: 9000 manat dəyərində, ağ rəngli qızıldan hazırlanmış, brilyant qaşlı, romb şəkilli üzük, sırğa, qolbaq və klon dəsti (ağ, qızıldan hazırlanmış boyunbağı ilə birlikdə, qolbağın üzərində günəş fiquru olan brilyant qaş olmuşdur), üzərində ürək formalı klon olan, sarı rəngli qızıldan hazırlanmış 2 ədəd qolbaq, üzərində romb, kvadrat, dairə formalı sirkon qaşları olan 1 ədəd qızıldan hazırlanmış qolbaq, sarı rəngli qızıldan hazırlanmış 1 ədəd sadə qolbaq, sari rəngli qızıldan hazırlanmış, üzərində 3 ədəd halqa olan 1 ədəd sırğa və üzük dəsti, ağ-sarı qızıldan hazırlanmış, üzərində xətlər olan kvadrat formalı qaşlı 1 cüt sırğa, İki ədəd kvadrat formalı halqadan ibarət, ağ rəngli qızıldan hazırlanmış, brilyant qaşh cüt sırqa, üç ədəd dairəvi formalı halqadan ibarət, ağ rəngli qızıldan hazırlanmış 1 cüt sırqa, ağ rəngli qızıldan hazırlanmış gül ləçəyi formalı brilyant qaşı olan 1 cüt sırğa, ağ rəngli qızıldan hazırlanmış, damla formalı, brilyant qaşh 1 cüt sırğa, üzərində xırda sadə qaşlar olan qızıldan hazırlanmış 1 cüt sırğa, sarı rəngli qızıldan hazırlanmış yarpaq formalı qaşı olan 01 ədəd sırğa, boyunbağı və klon dəsti, ağ rəngli qızıldan hazılanmış, sapfir qaşh 01 ədəd sırğa, boyunbağı və klon dəsti, san rəngli qızıldan hazırlanmış, 3 ədəd brilyant qaşı olan 01 ədəd boyunbağı, sarı rəngli qızıldan hazırlanmış, sapfir qaşlarla bəzədilmiş pişik formalı klonu olan 1 ədəd boyunbağı, sarı rəngli qızıldan hazırlanmış, zümrüd qaşh 1 cüt sırğa, san rəngli qızıldan hazırlanmış, oval formalı 1 cüt sırğa, sarı rəngli qızıldan hazırlanmış, dairəvi formalı, üzəri ağac təsvirli klonu olan 1 ədəd boyunbağı, sarı rəngli qızıldan hazırlanmış, dairəvi formalı, üzəri gül təsvirli klonu olan 1 ədəd boyunbağı, sarı rəngli qızıldan hazırlanmış, açar formalı klonu olan 1 ədəd boyunbağı, sarı rəngli qızıldan hazırlanmış, mələk qanadları formalı klonu olan 1 ədəd boyunbağı, sarı rəngli qızıldan hazırlanmış, halqa formalı 2 ədəd klonu olan 1 ədəd boyunbağı, san rəngli qızıldan hazırlanmış, dolça formalı i ədəd klon, sarı rəngli qızıldan hazırlanmış, ürək formalı, bir hissəsi qaşlarla bəzədilmiş 01 ədəd klon, sarı rəngli qızıldan hazırlanmış, enli, üzərində xətlər olan 1 ədəd üzük, san rəngli qızıldan hazırlanmış, komplektə 5 ədəd üzük daxil olan bir-biri ilə zəncirlə bərkidilmiş 01 ədəd üzük dəsti, sarı rəngli qızıldan hazırlanmış, üzərində yarpaq formalı qaşı olan 1 ədəd üzük, 1200 manat dəyərində sarı rəngli qızıldan hazırlanmış, üzərində 24 ədəd brilyant qaş olan 1 ədəd üzük, 800 manat dəyərində, san rəngli qızıldan hazırlanmış, 10 qram çəkidə üzərində 2 ədəd yarpaq formalı qaş olan 1 ədəd üzük, sarı rəngli qızıldan hazırlanmış, sadə daşlardan ibarət qaşı olan, üst hissəsi 5 yerə bölünmüş 1 ədəd üzük, ağ rəngli qızıldan hazırlanmış, üzərində 1 ədəd böyük və 6 ədəd kiçik brilyant qaşlar olan 2 ədəd üzük, sarı rəngli qızıldan hazırlanmış, üzərində 1 ədəd böyük brilyant qaşı olan 1 ədəd üzük, ağ rəngli qızıldan hazırlanmış, bütün ətrafı xırda brilyant qaşlarla bəzədilmiş üzük, sarı və ağ rəngli qızıldan hazırlanmış, üzərində ürək formalı qaşı olan 1 ədəd üzük, sarı rəngli qızıldan hazırlanmış, brilyant daşlarla bəzədilmiş, oval formalı qaşı olan 1 ədəd üzük. Qeyd olunanlardan başqa da evdən qızıl-zinət əşyalarının oğurlanıb oğurlanmadığını bilmir. Həmçinin, qızıl əşyalarının bəzisi uzun müddət əvvəl aldığından, yaxud ona hədiyyə edildiyindən onların çəkilərini, dəyərlərini xatırlamır. İfadəsinə qeyd etdiyi əşyalarında dəqiq əyarın, çəkisi və qiymətini xatırlamır. Bu məlumatları dəqiqləşdirdikdə, yaxud xatırladıqda istintaq orqanına əlavə məlumat verəcək (cild 3, iş vərəqə 29-32). İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Zərərçəkmiş şəxs3 göstərmişdir ki, 31 yanvar 2019cu il tarixdə şəxsi işlərini yekunlaşdırdıqdan sonra idarə etdiyi ağ rəngli “Kia Sorento” markalı ** BD *** dövlət qeydiyyat nişanlı minik avtomobilini saat 21:05-də yaşadığı ünvan 17 ünvanın qarşısında saxlamışdır. Evində bir qədər oturduqdan sonra çıxıb həyətə düşmüşdür. Avtomobilinə yaxınlaşdıqda isə müəyyən etmişdir ki, minik avtomobilinin qabaq sağ yan qapısının şüşəsi sındırılmışdır. Avtomobilin qapısını açıb salona nəzər yetirdikdə isə məlum olmuşdur ki, içərisində 3 (üç) ədəd bank kartları, nəqliyyat vasitəsinə məxsus etibarnamə, 820 manat məbləğində pul vəsaiti, 6 ədəd ümumi dəyəri 900 manat təşkil edən müxtəlif markalı ətirlər, 1 ədəd 100 manat dəyərində mobil telefon üçün nəzərdə tutulan cərəyan cihazı olan əl çantası oğurlanmışdır. Oğurluq edən şəxs isə ələ keçirdiyi "xxxx" ASC-yə məxsus “Premium” tipli bank kartının hesabından 50 manat nəğd pul vəsaitini çıxarmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1870 manat məbləğində maddi ziyan vurulmuşdur. Zərərçəkmiş şəxs3 əlavə ifadəsində göstərmişdir ki, ilkin ifadəsində konkret olaraq düzgün göstərməmiş, amma indi konkret olaraq ifadəsində onun oğurlanmış əşyalarını və ona dəymiş ziyanı bildirəcək. Belə ki, 31 yanvar 2019-cu il tarixdə “Kia Sorento” markalı ** BD *** dövlət qeydiyyat nişanh avtomobilinin kabinasında yerləşən saxlanma yerində saxladığı 150 manat dəyərində, 50 ml həcmində 1 ədəd “Killian” markalı, 150 manat dəyərində 50 ml həcmində 1 ədəd “Christian Dior” markalı, 100 manat dəyərində, 50 ml həcmində 1 ədəd “Hermes” markalı, 100 manat dəyərində, 30 ml həcmində 1 ədəd “Comfort” markalı, 300 manat dəyərində, 50 ml həcmində 1 ədəd “Tomford” markalı, 100 manat dəyərində, 30 ml həcmində 1 ədəd “Christian Dior” markalı ətirləri və 100 manat dəyərində mobil telefon üçün enerji yığan cihazı, dəyəri 200 manat olan dəridən olan əl çantasının içərisində olan hər birinin qiyməti 50 manat olan 3 ədəd "xxxx" kartları, 820 manat pul və avtomobili idarə etmək üçün etibarnamə oğurlanmışdır. Ümumiikdə ona 2170 manat məbləğində ziyan dəymişdir (cild 3, iş vərəqə 194-196). İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Zərərçəkmiş şəxs4 göstərmişdir ki, yaşadığı ev Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 31 saylı evin 89 saylı mənzili, binanın 2-ci blokunun 2-ci mərtəbəsində yerləşir. Mənzil 1 otaqlıdır. Həmin mənzildə o, özü tək yaşayır, belə ki, bundan öncə həyat yoldaşı ilə ayrılmış və hazırda ayrı ünvanlarda yaşayırlar. Evli olduqları müddətdə övladları olmamışdır. 12 mart 2019-cu il tarixdə təxminən saat 00:30 radələrində yaşadığı mənzilin giriş qapısının kilidini bağlayaraq Xaçmaz rayonunda olan ata evinə getmişdir. O, bir neçə gün rayonda qaldıqdan sonra 21 mart 2019-cu il tarixdə saat 12 radələrində yaşadığı mənzilə gəlmişdir. O, mənzilin giriş qapısının açarlarını qapının kilidinə saldıqda görmüşdür ki, kilid içəridən bağlanmışdır. O, başa düşmüşdür ki, mənzilinə naməlum şəxslər daxil olmuşdur. Büna görə də 24-cü polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Polis əməkdaşlarının köməyi ilə mənzilə daxil olmuşdur. Daxil olduqda mənzildə heç bir şəxs olmamışdır. Bundan sonra qonaq otağına keçmiş və otaqda olan paltar dolabına baxdıqda dolabın içərisində saxladığı əşyaların yerə dağılmış vəziyyətdə olduğunu görmüşdür. Həmçinin dolabdan ona məxsus 1200 manat nagd pul, 2000 manat dəyərində qızıl komplekt (qolbaq, üzük, sirğa, sep), dəyəri 1500 manat olan “Kardinal” qızıl sep, dəyəri 400 manat olan qızıl üzük, dəyəri 150 manat olan yarpaq formalı qızıl klon və şüşə bankaya yığılmış ümumi məbləği 200 manat təşkil edən 400 ədəd əlli qəpik nağd pulların yerində olmadığını yəni naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Mənzilindən oğurluq cinayətinin olması barədə Nizami RPi-nin 24-cü PB-nin işçiləri tərəfindən mənzilə baxış keçirilib sənədləşdirmə aparmışlar. Həmin zaman ona məlum olmuşdur ki, naməlum şəxs(lər) açıq olan dəmir barmaqlıqdan keçib plastik pəncərəni vintaçanla açaraq mənzilə daxil olmuşlar. Belə ki, o, rayona gedən zaman mənzilin dəmir barmaqlıqlarını açıq saxlamışdır. Lakin pəncərə bağlı olmuşdur. Oğurluq nəticəsində ona ümumilikdə 5450 manat məbləğində maddi ziyan dəymişdir (cild 4, iş vərəqə 32-33). İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Zərərçəkmiş şəxs5 göstərmişdir ki, ünvan 18 ünvanında qeydiyyatdadır və həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Bayram tətili ilə əlaqədar olaraq, ailə üzvləri ilə birlikdə xx.xx.2019-cu il tarixdə, saat 15:00 radələrində evdən çıxıb Gəncə şəhərinə getmişlər. Onlar Gəncə şəhərində olduqları müddətdə evlərində heç kim olmamışdır. xx.xx.2019-cu il tarixdə səhər saatlarında qaynanası Vasilyeva Alina onların evinə daxil olarkən aşkar etmişdir ki. xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək evdə olmadığı müddətdə ona məxsus ünvan 18 ünvanına daxil olan naməlum şəxs, mənzildən 1000 ABŞ dolları, 500 EURO və dəyəri təxminən 4.500 manat məbləğində olan qızıl-zinyət əşyalarını oğurlamışdır. Buna görə qardaşı DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Onun mənzilindən konkret olaraq 500 AVRO, 1000 ABŞ dolları pul oğurlanmışdır. Bundan başqa, ümumi dəyəri 4500 manat olan, 1 ədəd kişi sepi (10-12 qram), 03 ədəd qadın sepləri (15 qr), 01 ədəd qədim qadın üzüyü (89 qr), 04 ədəd kulon (22-22 qram), 01 ədəd (5-lik) medalyon, 01 ədəd qadın nişan üzüyü (8-9 qr), 02 komplekt sırğa (16 qr) və 01 ədəd “Versage” markalı sırğa (6-7 qr) oğurlanmışdır (cild 4, iş vərəqə 149-151). İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Zərərçəkmiş şəxs6 göstərmişdir ki, xx.xx.2018-ci il tarixdə X17 ilə ailə həyatı qurmuş, onunla birlikdə 2018-ci ilin dekabr ayından ünvan 20 ünvanda kirayə yaşayır. O, hər gün saat təxminən 06:30 radələrində işə gedir və saat təxminən 17 radələrində evə gəlir. Atasıgil yaxınlıqda yaşadıqlarından tez-tez onlara qonaq gedirlər. Axşam saat təxminən 22 radələrində qayıdırlar. xx.xx.3019-cu il tarixdə saat 18:45 radələrində mənzilin qapısını və pəncərələrini bağlayıb yenə həmişəki kimi həyat yoldaşı İlkanə ilə birlikdə atasıgilə getmişlər. Gecə saat 22:00 radələrində evə qayıtmışlar. Evə qayıdan zaman evin qabaq eyvanının pəncərəsinin açıq vəziyyətdə olduğunu görüb evdə oğurluq hadisəsi baş verməsindən şübhələnmişdir. Dərhal atasına zəng edib məlumat vermişdir. Atası və yaxın qohumları gəldikdən sonra açarla evin qapısını açıb evə daxil olmuşlar. Evdə olan şeylər dağılmış halda olmuşdur. Mənzilə baxan zaman məlum olmuşdur ki, onlar evdə olmayan vaxt naməlum şəxs (şəxslər) mənzilin eyvanının plastik pəncərəsini açma yolu ilə daxil olub yataq otağında olan şkafdan həyat yoldaşı X28ma məxsus 1 ədəd konplekt 2200 manat dəyərində qadm üzük, sırğa, bilərzik və klon, 1 ədəd 1500 manat dəyərində qadın üzüyü və sırğa, 1 ədəd 1000 manat dəyərində karona sep, 1 ədəd 500 manat dəyərində kişi üzüyü, 1 ədəd 700 manat dəyərində qadın üzüyü, 1 ədəd 200 manat dəyərində qadın üzüyü, 1 ədəd 350 manat dəyərində qadm üzüyü, 2 ədəd biri 300 manat, digəri isə 150 manat qadın bilərziklərini oğurlamışlar. Sonra onlar evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı polisə məlumat vermişlər. Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nin əməkdaşları gəlib sənədləşmə işləri aparmışlar. Hadisə nəticəsində ona 6900 manat maddi ziyan dəymişdir. Hadisə baş verən zaman o və anası İlkanə çox həyəcanlı olduqlarından qızılların qiymətlərini düzgün deyə bilməmişlər. Oğurluq hadisəsi xx.xx.2019-cu il tarixdə saat təxminən 18:45 radələrindən saat təxminən 20 radələrinədək olan müddət ərzində baş vermişdir. Qızılları arvadına o, almışdır. Maddi ziyan ona dəymişdir (cild 5, iş vərəqə 38-41). İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Zərərçəkmiş şəxs7 göstərmişdir ki, Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində “Sevinc” qadın gözəllik salonunda saç ustası kimi fəaliyyət göstərir. Orada təxminən 3-4 aydır ki, işləyir. O, işə adətən saat 08:30 radələrində gedir və axşam saat 19 radələrində işdən çıxır. 02 mart 2019-cu il tarixdə həmişə olduğu kimi saat 19 radələrində gözəllik salonunun qapısmı bağlayıb evə getmişdir. 03 mart 2019-cu il tarixdə saat 08:30 radələrində gözəllik salonuna gəldikdə görmüşdür ki, salonun qapısı açıqdır. İçəri daxil olduqda görmüşdür ki, salonun içərisi dağınıq haldadır. Başa düşmüşdür ki, oğurluq olmuşdur. Bundan sonra dərhal Yasinə zəng edib hadisə barədə məlumat vermişdir. Bir qədər sonra atası gəlmiş və salondakı vəziyyəti görüb Azərbaycan Respublikası DİN-in “102” xidmətinə məlumat vermişdir. Biraz sonra hadisə yerinə Sumqayıt ŞPİ-nin 1 -ci PB-nin əməkdaşları gəlmişlər və onlar hadisə yerini müayinə etməyə başlamışlar, hadisə yerindən əl-barmaq izləri götürmüşlər. Polis əməkdaşları salonda işlərini yekunlaşdırdıqdan sonra o, salona nəzər yetirmişdir ki, nələrin oğurlanmasını müəyyən etsin. Biraz sonra aşkar etmişdir ki, salondan 27 ədəd ümumi dəyəri 216 (iki yüz on altı) manat olan, tünd qırmızı rəngli qutularda olan qadın saç boyaları, 1 ədəd dəyəri 50 (əlli) manat olan mikrofon formasında səsgücləndirici, 38 (otuz səkkiz) manat və 48 (qırx səkkiz) manat dəyərlərində olan 2 ədəd elektrik üzqırxan və dolabdakı dəftərin arasında olan 360 (üç yüz altmış) manat nağd pul oğurlanmışdır. O, Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gedib hadisə ilə əlaqədar olaraq ərizə yazmışdır. Oğurluq nəticəsində ona 712 manat ziyan dəymişdir. Zərərçəkmiş şəxs7 əlavə ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində “Sevinc” qadın gözəllik salonunda 03 mart 2019-cu il tarixdə aşkar elədiyi oğurluq cinayəti zamanı ona məxsus hər birinin dəyəri 10 manat olan 27 ədəd tünd qırmızı rəngli qutularda olan qadm saç boyaları, 1 ədəd dəyəri 50 (əlli) manat olan mikrofon formasında səsgücləndirici, 38 (otuz səkkiz) manat və 48 (qırx səkkiz) manat dəyərlərində olan 2 ədəd elektrik üzqırxan və dolabdakı dəftərin arasında olan 360 (üç yüz altmış) manat nağd pul oğurlanmışdır. Oğurlanmış elektron üzqırxanların əlamətlərini bilmir. Amma birinin qiyməti 38 manat digəri isə 48 manat olmuşdur. Ümumilikdə 766 manat dəymişdir (cild 5,iş vərəqə 117-119). İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Zərərçəkmiş şəxs8 göstərmişdir ki, Sumqayıt şəhəri, 42-ci məhəllə Çerkassi küçəsində yerləşən ünvansız fərdi yaşayış evi ona məxsusdur, həmin ev dörd tərəfdən mişar daşı ilə əhatə olunmuşdur, giriş hissədə darvaza yerləşir. Fərdi yaşayış evinin bəzi pəncərələrinin materialı taxtadan, bəzilərinin isə materialı plastikdəndir. O, xx.xx.2019-cu il tarixdə, saat 07:25-də həyat yoldaşı Vüsalə Hüseynli ilə yaşadıqları evdən çıxıb işə getmişlər. Həmin vaxt anası Səfurə evdə tək qalmışdır. O, həmin gün, saat 19 radələrində həyat yoldaşı Vüsalə ilə avtovağzalın yaxınlığında görüşüb birlikdə evə gəlmişlər. Onlar evə gəldikdən bir qədər sonra həyat yoldaşı Vüsalə yataq otağında olan güzgülü rəfin siyirməsindəki qızıl qabında saxlanılan qızıl-zinət əşyalarının yerində olmadığını bildirmişdir. Həyat yoldaşı Vüsalə anası Səfurədən qızl-zinət əşyalarını götürüb-götürməməsi ilə bağlı sual verdikdə sonuncu həmin gün saat 15:00-da evdən çıxıb bacısıgilə getdiyini və 16:30-da evə geri qayıtdığını, həmin vaxtda yataq otağının pəncərəsini açıq gördüyünü, pəncərənin isə hava dəyişməsi üçün açıq qoyulduğunu zənn edərək bağladığını demişdir. O isə başa düşmüşdür ki, xx.xx.2019-cu il tarixdə, saat 15:00-dan həmin gün saat 16:30-dək olan müddət ərzində naməlum şəxslər yataq otağının biraz açıq qalmış plastik pəncərəsini sıxıb açma yolu ilə fərdi evə daxil olmuş və yataq otağındakı güzgülü dolabın siyirməsindən bir komplekt yəni təxminən bir ay öncə 1300 (min üç yüz) manat dəyərində əyarını və çəkisini bilmədiyi gül formalı sirkon daşlı boyunbağı, qolbaq və bir cüt sırğa dəstini, bir cüt sırğa və bir ədəd qolbaqdan ibarət olan 250 (iki yüz əlli) manat dəyərində səkkiz rəqəm formalı dəst, bir ədəd brilyant daşlı təkqaş adlanan 300 (üç yüz) manat dəyərində əyarını və çəkisini bilmədiyi qızıl üzüyü, bir ədəd 700 (yeddi yüz) manat dəyərində çəkisini bilmədiyi 750 əyarlı beş brilyant qaşlı qızıl üzüyün, bir ədəd 105 (yüz beş) manat dəyərində çəkisini və əyarını bilmədiyi nazik sadə üzüyün, bir ədəd 200 (iki yüz) manat dəyərində çəkisi və əyarını bilmədiyi üç sirkon daşı olan armud formalı kulonu oğurlamışdır (cild 5, iş vərəqə 191-193). İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Zərərçəkmiş şəxs9 göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə yaşadığı evin həyətindən özünə məxsus “Stevens” markalı 28 ölçüdə velosiped oğurlanması barədə DİN-nin 102 xidmətinə məlumatı o, vermişdir. Həmin velosipedi 7 ay bundan qabaq Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən velosiped mağazasından 800 manata almışdır. Velosipedi şəxsi istifadəsi üçün almışdır. Həmin velosiped Almaniya istehsalı olub, “Stevens” markalı, 28 ölçüdə tünd göy rəngli velosiped olmuşdur. Həmin velosipedi istifadə etmədiyi vaxtlarda yaşadığı evin həyətində saxlamışdır. xx.xx.2019-cu il tarixdə saat 15 radələrində evdən çıxıb işə getmişdir. Atası isə saat 18:00 radələrində evdən çıxmışdır və evdən çıxanda velosiped həyətdə olmuşdur. Velosipedin oğurlanması saat 18 radələrindən sonra baş vermişdir. Həmin vaxt anası və yoldaşı evdə olsalar da velosipedin oğurlanmasını hiss etməmişlər. Axşam saat təxminən 22:00 radələrində anası zəng edib ondan velosipedi götürüb-götürmədiyini soruşanda o, velosipedi götürmədiyini bildirmişdir. Həmin vaxt anası ona demişdir ki, velosiped həyətdə yoxdur və evin həyətə giriş qapısı da açıq vəziyyətdədir. Başa düşmüşdür ki, velosipedi oğurlanmışdır. Buna görə də DİN-102 xidmətinə hadisə barədə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 800 manat ziyan dəymişdir (cild 6, iş vərəqə 24- 26). İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Zərərçəkmiş şəxs10 göstərmişdir ki, Abşeron rayonu Xırdalan şəhəri AAAF park kompleksi küçə 1 bina 5 mənzil 2-də evdə tək yaşayır. Onun evi yataq otağı və qonaq otağından ibarət olmaqla iki otaqdan və mətbəxdən ibarətdir. Mənzili binanın birinci mərtəbəsində yerləşir. Mətbəxin qarşısında eyvan vardır. Mətbəxdən eyvana 1 laylı plastik qapı açılır. Zərərçəkmiş şəxs11 onun qardaşıdır. Rəşad da onun yaşadığı bina ilə paralel binada yaşayır. Lakin, demək olar ki, Rəşad ailəsi ilə günün çox hissəsini onun evində keçirir. 21 mart 2019-cu il tarixdə qardaşı Rəşad ailəsi ilə birlikdə Türkiyə Respublikasına istirahət etməyə getməyi təklif etmiş, o da razılıq vermişdir. Elə həmin gün o, yaşadığı evin qapısını və pəncərələrini kilidləyib açarları bacısı oğlu Şahid11 vermişdir ki, evdə olmadığı müddətdə evə nəzarət etsin. 25 mart 2019-cu il tarixdə qardaşı Rəşadın ailəsi ilə birlikdə Trabzon şəhərində olarkən bacısı oğlu Elçin ona zəng edərək evinin eyvanın qapısının açıq olduğunu və naməlum şəxs(lər)in evə daxil olaraq oğurluq etməsi barədə məlumat vermişdir. O da Elçinə təxminən 2- 3 gün müddətində geri qayıdacağını və evdən hansı əşyaların oğurlanmasını dəqiqləşdirdikdən sonra Abşeron RPİ-nə ərizə ilə müraciət edəcəyini demişdir. 28 mart 2019-cu İl tarixdə qardaşı Rəşad ilə birlikdə istirahətdən geri qayıdıb gəlmişlər. Abşeron rayonu Xırdalan şəhəri AAAF park kompleksində yerləşən mənzilinə baxış keçirərkən qonaq otağındakı kreslonun üstündən 4 il əvvəl 700 manata aldığı 1 ədəd qara rəngli Samsung Note2 markalı planşetin, həmin otaqda televizorun yanmdakı rəfdə 1 il əvvəl 150 manat dəyərində aldıqları 1 ədəd qara rəngli BP loqolu elektron foto çərçivənin olmadığını görmüşdür. Daha sonra yataq otağına baxarkən naməlum şəxslərin yataq otağındakı termonun yuxarı hissədən birinci dolabından ona məxsus 2 il əvvəl 100 manata aldığı “Bulgari” markalı qolbağ, üzük və sırğadan ibarət bİjuteriya dəsti, qardaşı Rəşadın 1 il əvvəl 3400 manata aldığı “Tag Heuer” markalı Carrera Calibre C6 modelli qol saatım oğurladığını aşkar etmişdir. Həmin otaqdakı paltar şkafına baxarkən yuxarıdan ikinci dolabda paltarların altına qoyduğu 150 manat nağd pulun da oğurlandığını aşkar etmişdir. Həmçinin, evinin girişindəki dəhlizdə olan 2 il əvvəl 60 manata aldığı ağ rəngli TP-Link markalı Vifi aparatının da oğurlandığını aşkar etmiş, bu barədə Abşeron RPİ-nə gələrək ərizə İlə müraciət etmişdir (cild 7, iş vərəqə 31-33). İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Zərərçəkmiş şəxs13 göstərmişdir ki, 2018-ci ilin avqust ayından Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 79A, 32 saylı mənzildə kirayəşin yaşayır. Həmin mənzil binanın birinci mərtəbəsində yerləşməklə iki otaqdan ibarətdir. Evin pəncərələri qarşısında dəmir barmaqlıqlar vardır, həmin barmaqlırlardan qonaq otağı və mətbəx otağına olan pəncərələr qarşısındakı barmaqlıqlar qıfılsız, yataq otağına baxan isə qıfılla açılıb bağlanandır. 19 mart 2019-cu il tarixdə təxminən saat 20 radələrində evdən çıxaraq mənzilin giriş qapısını özündə olan açarla bağlamışdır. Pəncərələr və qarşılarında olan qıfıllar bağlı vəziyyətdə olmuşdur. Həmin günü təxminən saat 10-da mənzilə qayıdaraq qapını açıb mənzilə daxil olmuşdur. Evin yataq otağına daxil oian zaman yataq otağının dağıdılmış vəziyyətdə olmasını, çarpayının üzərində olan ona məxsus 1 ədəd 1350 manat dəyərində "Longines" markalı kişi qol saatının, şifonerdəki 100 ABŞ dolları və 70 manat pulunun oğurlanmasını aşkar etmişdir. Bundan sonra pəncərəyə baxdıqda dəmir barmaqlıq üzərində olan qıfılın sındırılmış vəziyyətdə olmasını və pəncərənin açılaraq mənzilə daxil olunmasım görmüşdür. Daha sonra o, DİN-in 102 xidmətinə məlumat vermiş və polis əməkdaşları gəldikdən sonra o, hadisə barədə şikayət ərizəsi yazmışdır. Baş vermiş hadisə nəticəsində ona 1590 manat maddi ziyan dəymişdir (cild 6, iş vərəqə 223-225). İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Zərərçəkmiş şəxs14 göstərmişdir ki, xx.xx.2020-cill tarixdə saat 07 radədə yaşadığı ünvan 22 ünvanından çıxaraq xx.xx.2020-ci il tarixdə saat 15 radələrində qeyd olunan ünvana qayıtdıqda mənzilə kənar şəxslərin daxil olmasını hiss etmişdir. Buna səbəb isə mənzilin dağınıq olması və mənzildə axtarış aparılmasını hiss etməyi olmuşdur. Mənzilə nəzər yetirdikdə oradan ona məxsus “Nokia" markalı, təxminən 2017-ci il tarixdə 550 manata aldığı **********70187 və **********50187 İMEİ kodlu mobil telefonun, içərisində 26 AZN olan pul kisəsinin, 2 ədəd idman gödəkcəsinin, 1 cüt idman çantasının və 1 cüt ayaqqabının talanmasının şahidi olmuşdur. Ardınca isə baş verənlər barədə DİN-nin 102 zəng mərkəzinə məlumat vermişdir. Ona məxsus pul kisəsinin markasını hazırda xatırlamır, ancaq onu konkret olaraq xatırlamadığı dükandan 20 manata almış, ekspert rəyinə etiraz etmir və qeyd olunan əşyalar istehlak edilərkən daşınmaya məruz qalır və hər hansı bir etirazı yoxdur. Zərərçəkmiş şəxs14 əlavə ifadəsində göstərmişdir ki, onun oğurlanmış “Nokia" 6 DS TA-1021 markalı mobil telefonun 110 manat olması ilə bağlı razı deyil, çünki o, həmin telefonu oğurlanmamışdan bir neçə gün əvvəl 2017-ci ildə 550 manata almış, yəni telefonu 550 manat qiymətləndirir. Oğurlanmış digər əşyalarının qiymətləri ilə razıdır. Ona ümumilikdə 646 manat ziyan dəymişdir (cild 9, iş vərəqə 44-46). İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Zərərçəkmiş şəxs15 göstərmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 23 ünvanda yaşamış, əri Şahid15 hər gün saat 07 radələrindən saat 21-22 radələrinə qədər işə gedir, özü heç bir yerdə işləmir, demək olar ki, hər gün evdə olur, yaşadığı 35 saylı mənzil 5 mərtəbəli binanın ikinci mərtəbəsində yerləşir. 02 avqust 2020ci il tarixdə saat 20 radələrində söhbət etmək üçün tanışı yaşadığı binadan 2 bina aralıda yaşayan xalasıqızıgilə getmiş, yaşadığı mənzildən çıxan zaman mənzilin giriş qapısını özündə olan açarla bağlamış, lakin evdən çıxan zaman evin yataq otağının pəncərəsini evin havası dəyişməsi üçün açıq qoymuş, təxminən saat 21:30-da yaşadığı evə qayıdan zaman, mənzilə gedən blokun qarşısında qonşusu Səkinə xanımı görmüş, sonuncu bir nəfər cavan uşağın ona məxsus olan evin giriş qapısını döydüyünü, həmin şəxsdən kimi axtardığını soruşduqda Yasini axtardığını dediyini, həmin şəxsə mənzildə Yasin adlı şəxsin yaşamadığını dediyini, bundan sonra həmin şəxsin mənzilin qarşısından aşağı düşdüyünü bildirmişdir. Həmin vaxt əri də artıq işdən gəlmişdir. Əri Bəxtiyar qarşıda yuxarı çıxaraq evin qapısını açıb içəri daxil olmuş, bu zaman əri Bəxtiyarın kiminsə ünvanına “Ay şərəfsiz, sən bizim evdə nə gəzirsən” dediyini eşitmiş, o nəsə baş verdiyini bilərək tez yuxarı qalxmış, evə daxil olduqda əri Bəxtiyar evə girdikdə bir nəfər cavan oğlan evin yataq otağında oğurluq etdiyi ona məlum olmuşdur. Həmin şəxs ərini gördükdə qaçmaq istəmiş, həmin şəxs məqam taparaq otağın pəncərəsindən qaçmışdır. Əri ilə birlikdə evə baxan zaman oğurluq edən şəxs yataq otağında olan şkafdan 1000 manat Azərbaycan pulu, İran İslam Respublikasına məxsus Azərbaycan manatı ilə nisbətdə 20 manat dəyərində pulu oğurlamış, bundan başqa təxminən 100 manat dəyərində gümüş sırğanın bir tayını oğurlamışdır. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng vuraraq baş vermiş hadisə barədə məlumat verdikdən sonra yaşadıqları evə polis əməkdaşları gəlmişlər. Oğurluq nəticəsində ona təxminən 1120 manat maddi ziyan dəymişdir. Əri oğurluq edən şəxsi gördükdə onu tanımamış, əri həmin şəxsi gördükdə, bir neçə saniyə onunla söhbət etdikdən sonra həmin şəxs otaqda olan pəncərədən qaçmışdır. Sonradan oğurluq edən şəxsin otaqdan evə daxil olduğunu bilmiş, çünki otağın pəncərəsində olan pərdəni cırılmış vəziyyətdə aşkar etmişlər. Oğurluq edən şəxs əri Bəxtiyara hər hansı bir xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs15 əlavə ifadəsində göstərmişdir ki, birinci qrup əlildir. Uzun müddət DİO da xidmət etmişdir. 2 avqust 2020-ci il tarixdə Nəsimi rayonu, 2-ci mikrorayon, Cavadxan küçəsi ev 56 mənzil 35-də ona məxsus olän yataq otağında olan dolabda olan pul kisəsinin içində saxladığı 1000 manat pul və Azərbaycan pulu ilə 50 manat dəyərində İran İslam Respublikasının pulu, güzgülü dolabın qarşısında olan 100 manat dəyərində gümüş, 3 qram çəkidə 1 cüt sırğanı həyat yoldaşı Bəxtiyarın gözü qarşısında götürüb qaçmışdır..Q, həmin pulları öz əməliyyatı üçün saxlamışdır. Həyat yoldaşı Bəxtiyar həmin şəxsi tutmaq istəyərkən Öz ayağını zədələmişdir və sonradan yaşadığı hadisənin stresindən ərində mədə qanaxması baş vermişdir və buna görə yoldaşı uzun müddət müalicə almışdır (cild 9, iş vərəqə 83-85). İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Zərərçəkmiş şəxs16 göstərmişdir ki, heç bir psixi xəstəliyi yoxdur və ruhi-əsəb dispanserində qeydiyyatda deyil. ünvan 24 ünvanında ailəsi ilə birlikdə yaşayır. Ailədə 4 nəfərdən ibarətdilər. Qeyd edir ki, gündəlik olaraq işlədiyi üçün səhər saatlarında 06:10 radələrində yaşadığı ünvandan çıxaraq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ünvanında yerləşən işinə gedir. Həmin vaxt ondan sonra da evdə olan həyat yoldaşı saat 10 radələrində işə gedir. Daha sonra isə günorta saat 14 radələrində övladları olan Aydın və Səma hədəf kurslarına gedirlər. Gedən zaman isə həmişə açarı blokda yerləşən işıq sayğacının üzərinə qoyurlarmış. Qeyd edir ki, açar ümümilikdə 3 ədəd olduğu üçün bunu edirlərmiş. Daha sonra isə evə saat təxminən 19 radələrində ilk öncə oğlu Aydın gəlirmiş. Daha sonra isə o, saat 20 radələrində yaşadığı ünvana gəlirmiş. Sonra da həyat yoldaşı və qızı evə gəlirlərmiş. xx.xx.2022-ci il tarixdə yenə də həmişəki qaydada o səhər saat 06:10 radələrində işə getmək üçün evdən çıxmışdır. Ondan sonra yenə həyat yoldaşı işə və övladları isə hədəf kurslarına təhsil almaq üçün getmişlər. Həmişə olduğu kimi, günorta saat 14 radələrində Səma qardaşı ilə birlikdə evdən çıxan zaman qapını bağlayaraq açarı blokda olan işıq sayğacının üzərinə qoymuşdur. Daha sonra yenidən yenə saat 19 radələrində Aydın kursdan evə tez gəldiyi üçün özündə olan açarla qapını açaraq evə daxil olurmuş. O da təxmini olaraq yarım saat sonra evə gəlmişdir. Artıq hamı evə gəldikdən sonra o, təsadüfi olaraq evin kirayə haqqının ödənilməsi üçün qonaq otağında şkafın içərisində olan şüşə qabın içərisinə qoyduğu 250 manat pulu götürmək üçün şkafı açmışdır. Lakin həmin vaxt şüşə qabın içərisində pulun olmadığını aşkar etmişdir. Həmin vaxt evdə olan uşaqlardan və həyat yoldaşından pulun hara yoxa çıxdığını sual vermişdir. Onlar bilmədiklərini bildirdilər. Sonra o bu barədə polisə müraciət etmişdir. Onun evindən qeyd etdiyi kimi qonaq otağında şkafın içərisində olan şüşə qabın içərisindən 250 manat pul və sonradan aşkar etmişdir ki, masanın üzərində olan 3 manat xırda pullar da yoxdur və ümumilikdə ona 253 manat zərər dəymişdir (cild 1, iş vərəqə 228-230). İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Zərərçəkmiş şəxs18 göstərmişdir ki, 18 sentyabr 2023-cü il tarixdə saat 11:30-da işə gedərkən yaşadığı ünvan 26 ünvanının qapısını açarla bağlamışdır. Sonra həmin açarı qonşusu Aidə xanıma vermiş və xahiş etmişdir ki, yuyulmağa verdiyi xalçalar şirkət tərəfindən gətirildiyi zaman qapını açsın. Daha sonra işə getmişdir. Həmin gün yəni, 18 sentyabr 2023-cü il tarixdə saat 18:48-də şirkətdən ona zəng gəlmiş və xalçaların hazır olduğu deyilmişdir. O, qonşusu Aidaya zəng edərək bu barədə məlumat vermişdir. Şirkət nümayəndəsi xidmət haqqının 80 manat təşkil etdiyini bildirmişdir. O, qonşusundan üzərində 80 manat pulun olub-olmadığını soruşduqda sonuncu ona pulunun olmadığını demişdir. O, qonşusu Aidaya yataq otağında yerləşən dolabda 500 manat pul olduğunu demiş və oradan 80 manat götürüb xalçam təhvil verən şəxsə təqdim etməsini xahiş etmişdir. Aida onunla mobil telefonda danışa-danışa həmin puldan 100 manat götürərək xalçanı təhvil yerən şəxsə verdiyini və qalıq 20 manat pulu qonaq otağında yerləşən masanın üzərinə qoyduğunu demişdir. Həmin gün yəni, 18 sentyabr 2023-cü il tarixdə saat 20:00-da evə gəlmiş və qonşusundan açarı alaraq mənzilə daxil olmuşdur. Qonşusunun dediyi kimi qonaq otağındakı masanın üzərində 20 manat pulun olmadığını müşahidə etmiş və bu barədə qonşuya heç nə deməmişdir. Bir neçə saat sonra evi təmizləyərkən yataq otağında yerləşən dolabın üzərinə qoyduğu 01 ədəd qızıl qolbağının və 02 ədəd qızıl üzüyün yerində olmadığını aşkar etmişdir. Bu barədə qonşusuna məlumat vermiş və qonşusu heç nədən xəbərinin olmadığım demişdir. 19 sentyabr 2023-cü il tarixdə baş vermiş oğurluq hadisəsi barədə ilk öncə Azərbaycan Respublikası DİN-in 102 xidməti-zəng mərkəzi sisteminə şifahi məlumat vermiş, daha sonra Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Yaşadığı mənzildən 01 ədəd 660 manat dəyərində qızıl üzüyü, 01 ədəd qızıl üzük və 01 ədəd qızıl qolbaqdan ibarət 320 manat dəyərində qızıl dəsti və 20 manat nəğd pulu oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 1000 manat ziyan dəymişdir (cild 1, iş vərəqə 41-44). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid2 göstərmişdir ki, Bakı şəhər Mərkəzi Univermaqda mağaza müdiri işləyir, qızıl-zinət əşyaları alqı-satqısı ilə məşğul olur. Adətən işlənmiş və ya işlənməmiş, yəni təzə qızıl-zinət əşyaları alıb satırlar. Eyni zamanda köhnə qızılları külçə formasında külçə qiymətinə alirlar və labaratoriya şəraitində əridib yeni zinət əşyaları hazırlayırlar. Şahid5 əvvəllər tanımamış, lakin bir neçə dəfə ona qızıl satdığına görə tanımış, belə ki, 2019-cu ilin mart ayı ərzində Cəmilə birinci dəfə 19 mart tarixdə bir ədəd kordinal boyunbağı 23,2 qram 860 manata satmışdır. O, Şahid5 şəxsiyyət vəsiqəsini almış, surətini çıxartmış və sonuncudan sätdığı qızılın hardan aldığım və nə səbəbə satdığını soruşduqda, demişdir ki, öz şəxsi mahdır, pul ehtiyacı olduğuna görə satır. O da həmin qızılı yoxlamış, çəkmiş və bazar qiymətinə pulunu vermişdir. Bundan sonra 25 mart tarixdə yenə də Şahid5 bir çüt sırqa və üzük, 8.8 qram çəkidə gətirmiş və 380 manata ona satmışdır. Bundan sonra 27 mart tarixdə yenə də bir ədəd boyunbağı, bir ədəd üzük .7.7 qram çəkidə qızılı 360 manata satmışdır. Şahid5 hər dəfə gələndə onu yanında bir nəfər uzun boylu qarayanız cavan oğlanla birlikdə gəlmiş, deməsinə görə yaxın adamı olmuşdur. Bundan sonra 28 mart tarixdə tək həmin cavan oğlan adını Arif adlı oğlan külçə şəkilli köhnə 3.4 qram çəkidə qızıl gətirmiş və 130 manata satmışdır. O, həmin şəxsləri sadəcə müştəri kimi tanımış, onlar özlərini çox səmimi və arxayın aparmışlar, satdıqları qızılların öz ailələrinə məxsus olduğunu, pula ehtiyacları olduğu üçün satdıqlarını bildirmişlər, o, onların hər hansı bir cinayət əməli törətməsindən şübhələnməmiş, əgər şübhələnsəydi yəqin ki, onlardan həmin qızılları götürməzdi, bu barədə dərhal polisə məlumat verərdi (cild 2, iş vərəqə 137-139). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid5 göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən bir ildir ki, tanıyır, onunla Tbilisi prospektində, Araz marketin yaxınlığında yerləşən "Qala" oteldə işləyərkən tanış olmuşdur. Sonrakı müddətdə aralarındakı münasibətlər daha da yaxın olmuşdur. Mütəmadi olaraq görüşmüş və intim münasibətdə olmuşdur. İlkinin vasitəsilə də dostu X36 ilə tanış olmuş, Ariflə dost münasibətləri vardır. 02 aprel 2019-cu il tarixdə İlkinlə birlikdə oteldə gecələmişdir. Axşam saat 15 radələrində İlkin Ariflə birlikdə onu taksi ilə gətirib "Neftçilər" metrostansiyasının yaxınlığında yerləşən "Astara" kafesinə düşürmüşlər. İlkin onun yanında bir nəfər Mahir adlı dostunu qoymuş və ona demişdir ki, “bizi burada gözlə, işimiz var həll edib qayıdacağıq, heç yerə getmə." O da həmin kafedə əyləşib özü üçün çay, rulet, peraşki və günəbaxan tumu sifariş vermişdir. Saat 22-23 radələrində İlkinlə Arif kafeyə gəlmişlər. İlkinin əlində içərisi görsənməyən sellofan torba vardır. Onun kafedə sifarişinin, yeməyinin pulunu İlkin vermiş və çölə çıxarkən İlkin əlindəki sellofan torbanı açaraq içərisindəkiləri ona göstərərək demişdir ki, "buna bax indiyə kimi bu qədər pul görmüşdün?". O, həmin torbanın içinə baxdıqda orada çoxsaylı 100 ABŞ dollarlarım görmüşdür. Bundan sonra İlkin şalvarının arxa sağ cibindən çox sayda 200 manathqları, arxa sol cibindən isə çox sayda 100 manatlıqları çıxararaq ona göstərmişdir. Bundan sonra isə həmin pullarıda əlindəki sellofan torbanın içərisinə atmışdır. Bundan sona onlar dördü də həmin kafedən çıxmışlar. O, pulları hardan əldə edildiyini soruşduqda İlkin demişdir ki, "bir binanın ikinci mərtəbəsinə girdim. Arif də həyatdə məni gözləyirdi. Bu pullarıda həmin mənzildən götürmüşəm". O, İlkindən qorxduğundan heç nə deməyib susmuşdur.Bundan sonra İlkin demişdir ki, bir neçə gün əvvəl onun borc olaraq rəfiqəsindən aldığı 80 manat borcu qaytarmaq lazımdır. Buna görə də onlar üçlükdə taksiyə minib Binəqədi qəsəbəsi Mərkəz adlanan yerdə yerləşən "Leyli" gözəllik salonuna getmişlər. İlkin ona verdiyi 80 manat pulu o, borca aldığı Leyli adlı qıza qaytarmışdır. İlkin ona demişdir ki, onunla birlikdə rayona istirahətə gedəcəklər və ona 500 manat 5 ədəd yüzlük əskinaz vermiş, demişdir ki, “bunu ver anan uşaqlarına xərcləsin”. Bundan sonra onlar ünvan 27 ünvanın yanında yerləşən marketin yanma getmişlər, o, marketə girib İlkinin ona verdiyi həmin 500 manat pulu orada işləyən satıcı kişiyə verərək həmin pulu zəng edib anası Solmaza verməsini xahiş etmişdir. Bundan sonra taksi ilə Biləcəri tərəfə getmişlər. Yolda gedərkən Arif demişdir ki, Şirvan şəhərinə anasının yanına gedəcəkdir. Belə olanda İlkin də demişdir ki, “bizdə səninlə birlikdə Şirvana gedirik, 1-2 gün qonaq qalıb qayıdarıq”. Ancaq mindikləri taksi sürücüsü onları Şirvan şəhərinə apara bilməyəcəyini bildirdikdə o, İlkinin yadına salmışdır ki, tanış taksi sürücüsü vardır. Bundan sonra İlkin oturduqları taksi sürücüsünün telefonu ilə həmin tanış taksi sürcüsünə zəng etmişdir. Həmin sürücü də onları Şirvan şəhərinə aparmağa razılıq vermişdir. Həmin taksi gəlib onları Biləcəri qəsəbəsində yerləşən "London" taksilərinin qarajının yanından onları götürmüşdür. Mahir demişdir ki, evlərinə gedir və düşüb başqa taksi ilə getmiş, İlkinin çağırdığı taksi isə onları Şirvan şəhərinə aparmışdır. Yolda gedərkən onunla İlkin arxa oturacaqda, Arif isə sürücünün yanında oturmuşdur. Bundan sonra o, İlkin və Ariflə birlikdə Şirvan şəhərinə Arifin anasının kirayədə yaşadığı Şirvan şəhərinə getmişlər. Ora çatanda saat artıq gecə 01 radələri olmuşdur. Həmin gecəni Arifin anasının yaşadığı mənzildə gecələmişlər. Sabahısı gün İlkin onunla birlikdə Şirvan şəhərində alış veriş etmişdir. Arifə geyim paltarları, yəni ayaqqabı, şalvar, köynək, idman paltarı almışdır. Ona da həmçinin idman paltarı, idman ayaqqabısı almışdır. Bundan başqa İlkin ona Şirvan şəhərində özünündə xəbəri olmadan, taksidə onları gözləyərkən "İphone 7" markalı mobil telefon alıb gətirib hədiyyə etmişdir. Eyni ilə Arifə də "Samsung 8s" markalı mobil telefon alıb hədiyyə etmişdir. Arifin anasının şəxsiyyət vəsiqəsi ilə 3 ədəd Baksell telefon nömrəsi almışdır. Çünkü İlkin həmin nömrənin biri ilə danışmış və həmin nömrəni sındırıb atmışdır. Həmin günü yəni, 03 aprel 2019-cu il tarixdə saat 17 radələrində o, İlkin və Ariflə birlikdə Şirvan şəhərindən tanımadığı taksi ilə Bakı şəhərinə qayıtmışlar. Bibiheybət məscidinin yanında taksidən düşüb başqa bir taksiyə minərək üçlükdə Quba rayonuna getmişlər. Getməmişdən əvvəl tikin taksi sürücüsünün telefonu ilə kiməsə zəng etmişdir. Quba rayonunda yerləşən "Cənnət bağı" adlı istirahət mərkəzinə getmişlər. Oraya çatdıqda onların oraya gələcəklərindən əvvəlcədən bildiklərini başa düşmüşdür. Belə ki, onlardan heç nə soruşmadan onlara yer vermişlər. Yəni onlara iki otaq, birini ona və İlkinə, digərini isə Arifə vermişlər. Həmin istirahət yerindən 5 aprel 2019-cu il tarixdə səhər saatlarında çıxaraq saat 13 radələrində Bakı şəhərinə çatmışlar. Bakı şəhərinin girişində tanımadığı kənd yerində İlkin qəssabxana kimi yerdə bir qoyunu qurban adı ilə kəsdirərək, orada olan tanışma paylaması üçün vermişdir. Bundan sonra bir taksiyə minərək Masallı rayonuna gedərək, "İstisu" adlı istirahət mərkəzində bir gecə qalmışlar. Oradan da taksi ilə Lənkərana getmişlər. Oradan da Astaraya və Lerikə getmişlər. 8 aprel 2019-cu il tarixdə saat 19-20 radələrində Bakı şəhərinə qayıtmışlar. Bundan sonra o, öz yaşadığı evə getmiş, həmin gündən sonra İlkini görməmişdir. İlkinlə birlikdə heç bir oğurluq etməmişdir. İlkin və Ariflə birlikdə 2019-cu ilin mart ayının ortalarında bir neçə dəfə onun şəxsiyyət vəsiqəsini təqdim etməklə Bakı şəhəri Mərkəzi univermaqda qızıl alan şəxsə qızıl zinət əşyaları satmışlar. Hətta birinci dəfə qızılları tək olaraq apardıqda onu çəkidə aldadaraq az pul vermişlər. Ancaq İlkin onun verdiyi pulu sayaraq aldanıldığını bildirmiş və demişdir ki, özündə qızıl çəkən tərəzi vardır. Qızılı ona verməmişdən əvvəl çəkmişdir. Bundan sonra İlkin özü qızıl alanın yanına gedərək qalan pulu almış, bundan sonra onu qızıl satmağa tək göndərməmişlər. Onunla həmişə Arif getmişdir. Qızıl çəkildikdən sonra o, ancaq vəsiqəsinin surətini olan vərəqə imza etmişdir. Pulu da Arif almışdır. Ancaq bütün oğurluqları İlkin özü planlaşdırmış və Ariflə ondan istifadə etmişdir. Qızıl alan şəxsə qızılların oğurluq olması barədə heçnə deməmişlər, Arif həmin şəxslərə demişdir ki, evin qızıllarıdır, pul ehtiyac olduğuna görə satıb (cild 2, iş vərəqə 127-131). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid6 göstərmişdir ki, Zərərçəkmiş şəxs2 11 fevral 2019-cu il tarixdən tanıyır. Belə ki, həmin tarixdən Rozanın oğlu Fərhada dayəlik edir. Həmin vaxta qədər Zərərçəkmiş şəxs2 və digər ailə üzvlərini tanımamış, bu işi işədüzəltmə agentliyi vasitəsi ilə tapmışdır. Onun işi həftənin iş günləri saat 08:30-dan 17:45-ə qədərdir, şənbə və bazar günləri isə işləmir. Hər gün onların yaşadığı evə gedib azyaşlı uşağının təlimtərbiyəsi ilə məşğul olur, yemək hazırlayır. Evdə təmizlik işlərini isə 3 gündən bir gələn xadimə edir. 28 fevral 2019-cu il tarixdə də eyni qaydada səhər dayəlik etmək üçün onların evinə gedib saat 17:45-də evdən çıxmışdır. Həmin gün axşam saatlarında Zərərçəkmiş şəxs2 onun mobil telefonuna zəng edərək evin qapısının içəridən bağlı vəziyyətdə olduğunu, ərinin balkondan içəri daxil olmaq istədiyini, evdə oğru olmasından şübhələndiklərini bildirmiş və ondan soruşmuşdur ki, balkonun qapısını bağlayıb bağlamadığını soruşmuşdur. G da cavab vermişdir ki, balkonun qapısını örtmüş, amma açarla bağlamamışdır. Sonradan Zərərçəkmiş şəxs2 deməsinə əsasən ona məlum olmuşdur ki, həmin gün Roza əri ilə birlikdə atasının evində olduqları müddət ərzində evə oğru girib qızıl-zinət əşyaları və pullarını oğurlamışdır. Bir qayda olaraq o, işdən saat 17:45-də çıxır və işdən çıxdıqdan sonra birbaşa yaşadığı evə getmiş və qeyd olunan müddət ərzində də evində olmuşdur. Həmin hadisənin kimin tərəfindən törədilməsi barədə onun heç bir məlumatı yoxdur, o, bu hadisədə heç bir formada iştirak etməmişdir. Zərərçəkmiş şəxs2 yaşadığı evdə seyf olması barədə məlumatı olmamışdır. Həmin gün onun diqqətini heç bir şübhəli məqam çəkməmişdir. Hadisədən 1 gün əvvəl isə evə daxil olarkən ona elə gəlmişdir ki, evdə kimsə yad adam vardır. Amma o, həmin vaxt konkret kimisə görməmiş, nə də səsini eşitməmişdir. Oğurluq hadisəsi olana qədər onlar adətən balkonun qapısını açarla bağlamamışlar, sadəcə örtmüşlər (cild 3, iş vərəq 40-41). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid7 göstərmişdir ki, Bakı şəhəri Bakıxanov qəsəbəsində yerləşən «AYAN GOLD» dükanında qızılın alışı, satışı və təmiri ilə məşğul olur. Həmin qızılları həm Türkiyə Respublikasından, həm Dubaydan və digər ölkələrdən alır. Həmçinin də onlara Bakı şəhərindən və digər rayonlardan da qızıl satanlar olur. Onlar həmi qızılları alanda onların qeydiyyatını öz kitablarında aparırlar. Həmçinin onların şəxsiyyət vəsiqələrinin seriya nömrəsini, tarixini, adını soyadını ata adını və ünvanını qeyd edirlər. Onlara kim qızıl satırsa onların özlərinin şəxsiyyət vəsiqəsini alıb qeydiyyatını aparmaqla satırlar. Başqa adamın şəxsiyyət vasiqəsi ilə müraciət edən olanda qəbul etmirlər və şübhəli olarsa bu barədə polisə məlumat verirlər. X25 adlı şəxs 04 mart 2019-cu il tarixdə günün ikinci yarısında icarəyə götürdüyü Bakı şəhəri, Bakıxanov qəsəbəsində yerləşən «Ayan Gold» dükanına gələrək ona 5,5 qram çəkidə 858 əyarlı qızıl qolbaq göstərmiş və həmin qolbağın ailəsinə məxsus olmasını və anasının xəstə olmasım bildirərək həmin qolbağı satmasını bildirmişdir. Həmin şəxs onunla razılaşmış və o, Elmirin şəxsiyyət vəsiqəsini alaraq, öz kitabında qeydiyyatını aparmış və Elmirə 215 manat pul verib, qızılı almışdır. Elmir dükanına 2 nəfər oğlanla gəlmiş, həmin 2 nəfər şəxs dükanın çöl tərəfində Elmiri gözləmişlər. Qızıl qolbağın oğurluq olmasını bilməmiş, bilsəydi qəbul etməzdi. Həmin qolbağı tanımadığı şəxsə 225 manata satmışdır (cild 3, iş vərəqə 129-130). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid9 göstərmişdir ki, təxminən 2 il olar ki, ünvan 28 ünvanında “Yeva” telekom adlı mağazada gümüş və saatların alışı və satışı ilə məşğul olur. 29 mart 2019-cu il tarixdə saat 12 radələrində bir nəfər əvvəllər tanımadığı sonradan adının Təqsirləndirilən şəxs1 olduğu bildiyi şəxs onun işlədiyi mağazaya gəlib ona qol saatı satdığını və alıb almadığını soruşmuşdur. O da həmin saata baxıb qarşılığında 400 manat pul təklif etmişdir. Həmin şəxs qiymətlə razılaşmayıb başqa mağazalarada müraciət edəcəyini və sonda qərar verəcəyini deyib gedərkən İlkinə “əgər sən saatı mənə satası olsan mütləq şəxsiyyət vəsiqənin ksero surətini təqdim edərsən” demişdir. Həmin şəxs çıxıb getmişdir. Həmin gün günün ikinci yarısı təxminən saat 18 radələrində Salayev X20 Cəmilə Arif qızı adlı xanımla onun işlədiyi mağazaya gəlmişdir. Bu vaxt İlkin ona “dayı səndən baha saatı alan olmadığı üçün həmin saatı sənə satmağı qərar verdim” demişdir Bu vaxt şəxşiyyət vəsiqəsi tələb edərkən İlkin ona şəxsiyyət vəsiqəsinin üzərində olmadığını və əvəzinə'yanındakı xanımın şəxsiyyət vəsiqəsinin üzərində olduğunu və həmin saatın xanıma məxsus olduğu üçün xanımın vəsiqəsi ilə satdığını demişdir. O da həmin xanım Şahid5 saatın Özünə məxsus olub olmadığını soruşanda Cəmilə ona qol saatının özünə məxsus olduğunu deyib şəxsiyyət vəsiqəsinin ksero surətinin üzərində həmin sözləri yazaraq 1 ədəd “Tag Heuer” markalı Carrera Calibre C6 modelli qol saatını satmaq üçümona vermişdir. O da həmin qol saatını götürüb qarşılığında 400 manat pulu xanıma vermişdir. Onlar pulu götürüb getmişlər. Həmin qol saatının oğurluq yolu ilə əldə edildiyini bilməmişdir. Həmin qol saatını Şahid5nm şəxsiyyət vəsiqəsinin ksero surəti və üzərində həmin saatın özünə məxsus olması barədə yazıları ilə 400 manat qarşılığında almışdır. Həmin qol saatım təxminən 2019-cu ilin aprel ayının ilk on günlüyündə tanımadığı şəxsə satmışdır (cild 7, iş vərəqə 195-196). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid10 göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun qeyri-rəsmi nikah münasibətlərində yaşadığı şəxsdir. İbrahimlə 3 il əvvəl M.Əcəmi metrostansiyasının yaxınlığında yerləşən “AS” klubda tanış olmuşdur. 13 mart 2019-cu il tarixdə İbrahim icarəyə BMV 540 markalı ** VL *** dövlət qeydiyyat nişanlı avtomobil götürüb taksilik etmişdir. Lakin, həmin iş İbrahimin maddi cəhətdən tələbatını ödəməyə kifayət etməmişdir. 25 mart 2019-cu il tarixdə saat 23 radələrində o, bacısının yaşadığı kirayə evdə olarkən İbrahim də həmin mənzilə gəlmişdir. İbrahim gecəni onunla qalmışdır. Həmin vaxt ərzində o, İbrahimin narahat olduğunu görüb nə baş verdiyini soruşduqda İbrahim ona İlkin, Arif və Sevgi adlı şəxslərlə birlikdə Xırdalan şəhərində yerləşən AAAF park yaşayış kompleksindən mənzillərdən birindən İlkin və Arifin oğurluq etdiklərini, həmin oğurluqdan əldə edilmiş gəiirdən ona 1 ədəd Samsung markalı planşet, “Bvlgari” markalı bijuteriya dəsti və 50 manat pul verildiyini demişdir. O, İbrahimə niyə oğurluq etdiyini dedikdə, sonuncu ona həmin oğurluğun olacağından əvvəlcədən məlumatı olmadığını, Xırdalan şəhəri AAAF park yaşayış kompleksinə dostu Raminə dərman alıb apardığını, həmin vaxt İlkin, Arif və Sevgi adlı qadının da avtomobildə olduğunu, aldığı dərmanı Raminin mənzilinə aparıb yenidən avtomobilə qayıdarkən İlkin və Arifin oğurluq məqsədi ilə tanımadığı mənzilə daxil olduqlarını, buna görə də artıq onları qoyub gedə bilmədiyindən onların çıxmasını gözlədiyini dediyini bildirmişdir. İbrahim ona tutulmaqdan qorxduğunu və bu barədə heç kimə heç nə deməməyini xahiş etmişdir. Bundan sonra İbrahim 3-4 gün onun yanında qalmışdır. 29 mart 2019-cu il tarixdə İbrahim ilə evdə olarkən İbrahimin dostu Vüqar zəng edərək çay içmək üçün İbrahimi Bakı şəhəri R.Behbudov küçəsində yerləşən “Club 44” adlı çay evinə dəvət etmişdir. İbrahim də özünündə onunla çay içməyə getməyini demişdir. O da İbrahimlə birlikdə Vüqarın dediyi çay evinə gəlib Vüqarın olduğu kabinetdə oturmuşlar. Bu vaxt çay içib söhbət etdikdən sonra Vüqar İbrahimə 2 ay əvvəl borca verdiyi 650 manat pulunu qaytarmasını demişdir. İbrahim də 30 mart 2019-cu il tarixdə borcunu qaytaracağına Vüqara söz vermişdir. Daha sonra onlar yenidən İbrahimlə birlikdə bacısının kirayə yaşadığı mənzilə gəlmişlər. Səhəri gün İbrahim şəhərdə ışi olduğunu deyib getmişdir. Təxminən 3 saat sonra ona zəng edərək idarə etdiyi BMV 540 markalı ** VL *** dövlət qeydiyyat nişanlı avtomobili könüllü olaraq dostu Vüqara verdiyini və Vüqara olan borcunu 5 gün müddətində qaytarıb avtomobili götürəcəyini bildirmişdir. Həmin gün gecə evdə olarkən İbrahimin mobil nömrəsinə sonradan adının İlkin olduğunu bildiyi şəxs zəng edərək oğurluğa getməyi təklif etmişdir. O da İbrahimin mobil telefonunu götürüb İlkinə “bəsdir daha İbrahim səninlə heç bir oğurluğa getməyəcək” deyib telefonu söndürmüşdür. Həmin gündən sonra İbrahim özünə iş tapmaq üçün Bakı şəhərində yerləşən klublara getmişdir. 03 aprel 2019-cu il tarixdə isə o, İbrahimin gəlmədiyini görüb mobil nömrəsinə zəng edərkən İbrahimin Abşeron RPİ-nin əməkdaşları tərəfindən tutulduğunu və İdarəyə aparıldığını öyrənmişdir. Həmin gün evdə olarkən İbrahimin dostu Vüqar ona zəng edərək İbrahimin harada olduğunu və nömrəsinə zəng çatmadığını demişdir. O da X42, Arif və Sevgi adlı qadınla birlikdə Xırdalan şəhəri ərazisində oğurluq etdiklərini, həmin vaxt İbrahimin BMV 540 markalı ** VL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsini, buna görə də Abşeron RPİ- nin əməkdaşları tərəfindən tutulduğunu demişdir. Vüqar bunu eşidən kimi ona İbrahimin həmin avtomobili kirayə yaşadığı binanın həyətində saxladığını və açarını ona verdiyini, lakin, oğurluq barədə heç nə demədiyini bildirmişdir. Vüqar buna görə Abşeron RPİ-nə gedib həmin avtomobili özü təqdim edəcəyini bildirmişdir (cild 3, iş vərəqə 98-100). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid12 göstərmişdir ki, Zərərçəkmiş şəxs10 onun qonşusudur. Onun evi ilə Zərərçəkmiş şəxs10 mənzili qarşı-qarşıya yerləşir. Onunla münasibətləri yaxşı olmuş aralarında ədavət və düşmənçilik olmamışdır. 21 mart 2019-cu il tarixdə qonşusu Aytən qardaşı Rəşadın ailə üzvləri ilə birlikdə istirahət etmək üçün Türkiyə Respublikasına getmişdir. Həmin vaxtdan isə evinə nəzarət etmək üçün mənzilin açarını bacısı oğlu Şahid11 vermişdir. O, özü də qonşu kimi hər dəfə həyətə çıxarkən Aytənin mənzilinə də baxmışdır. 25 mart 2019-cu il tarixdə saat 21 radələrində evdə olarkən üzbəüz yerləşən Zərərçəkmiş şəxs10 məxsus mənzildən fanar işığı görmüşdür. Həmin vaxt evdəki şəxsin Elçin olduğunu fikirləşmişdir. Lakin, həmin fanar işığının dayanmadığını və evin otağında müxtəlif istiqamətə düşdüyünü görüb. Şahid11 Vüqarın dediyi çay evinə gəlib Vüqarın oturduğu kabinetdə oturmuşlar. Bu vaxt çay içib söhbət etdikdən sonra Vüqar İbrahimə 2 ay əvvəl borca verdiyi 650 manat pulunu qaytarmasını demişdir. İbrahim də 30 mart 2019cu il tarixdə borcunu qaytaracağına Vüqara söz vermişdir. Daha sonra onlar yenidən İbrahimlə birlikdə bacısının kirayə yaşadığı mənzilə gəlmişlər. Səhəri gün İbrahim şəhərdə işi olduğunu deyib getmişdir. Təxminən 3 saat sonra ona zəng edərək idarə etdiyi BMV 540 markalı ** VL *** dövlət qeydiyyat nişanlı avtomobili könüllü olaraq dostu Vüqara verdiyini və Vüqara olan borcunu 5 gün müddətində qaytarıb avtomobili götürəcəyini bildirmişdir. Həmin gün gecə evdə olarkən İbrahimin mobil nömrəsinə sonradan adının İlkin olduğunu bildiyi şəxs zəng edərək oğurluğa getməyi təklif etmişdir. O da İbrahimin mobil telefonunu götürüb İlkinə “bəsdir daha İbrahim səninlə heç bir oğurluğa getməyəcək” deyib telefonu söndürmüşdür. Həmin gündən sonra İbrahim özünə iş tapmaq üçün Bakı şəhərində yerləşən klublara getmişdir. 03 aprel 2019-cu il tarixdə isə o, İbrahimin gəlmədiyini görüb mobil nömrəsinə zəng edərkən İbrahimin Abşeron RPİ-nin əməkdaşları tərəfindən tutulduğunu və idarəyə aparıldığım öyrənmişdir. Həmin gün evdə olarkən İbrahimin dostu Vüqar ona zəng edərək İbrahimin harada olduğunu və nömrəsinə zəng çatmadığını demişdir. O da X42, Arif və Sevgi adlı qadınla birlikdə Xırdalan şəhəri ərazisində oğurluq etdiklərini, hamin vaxt İbrahimin BMV 540 markalı ** VL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsini, buna görə də Abşeron RPİ- nin əməkdaşları tərəfindən tutulduğunu demişdir. Vüqar bunu eşidən kimi ona İbrahimin həmin avtomobili kirayə yaşadığı binanın həyətində saxladığını və açarını ona verdiyini, lakin, oğurluq barədə heç nə demədiyini bildirmişdir. Vüqar buna görə Abşeron RPİ-nə gedib həmin avtomobili özü təqdim edəcəyini bildirmişdir (cild 7, iş vərəqə 98-100). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid14 göstərmişdir ki, Təqsirləndirilən şəxs2 ilə təxminən 6 ay olar ki, Əhmədli qəsəbəsində çay evində tanış olmuşdur. Münasibətləri yaxşı olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. 2019-cu ilin yanvar ayının əvvəllərində İbrahim ona pula ehtiyacı olduğunu deyib ondan 650 manat pul verməyini xahiş etmişdir. O da İbrahimə həmin pulu 1 aylıq borca verəcəyini demişdir. İbrahim də ona həmin pulu 1 ay müddətində qaytaracağını demişdir. Bundan sonra o, İbrahimə 650 manat pul vermişdir. Lakin, həmin gündən 2 ay müddət keçməsinə baxmayaraq İbrahim onun pulunu qaytarmamışdır. Buna görə 29 mart 2019-cu il tarixdə İbrahimə zəng edərək Bakı şəhəri R.Behbudov küçəsində yerləşən “Club 44” çay evinə gəlməsini demişdir. İbrahim də təxminən 25 dəqiqə sonra qeyri-rəsmi nigah münasibətlərində yaşadığı Hənifə adlı qadınla onunla olduğu yerə gəlib əyləşmişlər. O, İbrahimlə çay içib söhbət edərkən ona olan 650 manat pul borcunu qaytarmasını demişdir. İbrahim də ona həmin pulu səhəri gün qaytaracağını deyib onunla sağollaşıb getmişdir. Səhəri gün yəni 30 mart 2019-cu il tarixdə İbrahim ona zəng edərək harada olduğunu soruşanda o, kirayə yaşadığı Xətai rayonu Əhmədli qəsəbəsində olduğunu demişdir. İbrahim onun yaşadığı binanın həyətinə gəldiyini və aşağı həyətə düşməyini demişdir. O da təxminən 10 dəqiqə sonra həyətə düşərkən İbrahim idarə etdiyi BMV 540 markalı ** VL *** dövlət qeydiyyat nişanlı avtomobilin açarını təqdim edərək həmin avtomobili yaşadığı binanın həyətində qoyacağını və 5 gün müddətində ona olan pul borcunu ödəyib avtomobili ondan götürəcəyini demişdir. O, niyə avtomobili ona verdiyini deyəndə İbrahim onu bu günə kimi aldatığı üçün inanmağına görə bu hərəkəti etdiyini demişdir. O da İbrahimlə razılaşıb həmin avtomobilin açarını götürüb mənzilə qalxmış, İbrahim isə çıxıb getmişdir. Lakin, 3 gün müddəi keçməsinə baxmayaraq İbrahimdən xəbər gəlmədiyi üçün 03 aprel 2019- cu il tarixdə İbrahimin mobil nömrəsinə zəng etmişdir. Bu vaxt mobil nömrəsinə zəng çatmadığı üçün İbrahimin qeyri rəsmi nigah münasibətlərində yaşadığı Hənifənin mobil nömrəsinə zəng etmişdir. Hənifə ona İbrahimin oğurluq etdiyini buna görə də Abşeron RPİ-nin əməkdaşları tərəfindən tutulduğunu demişdir. O, Hənifədən nə baş verdiyini soruşduqda sonuncu ona İbrahimin İlkin, Arif və Sevgi adlı qızla birlikdə idarə etdiyi BMV 540 markalı ** VL *** dövlət nömrə nişanlı avtomobil ilə Abşeron rayonu Xırdalan şəhəri ərazisində oğurluq etdiklərini demişdir. O, bunu eşitdikdən sonra Hənifə ilə sağollaşıb dərhal Abşeron RPİ-nə gəlib Təqsirləndirilən şəxs2 oğurluq vaxtı idarə etdiyi “BMW” 540 markalı ** VL *** dövlət qeydiyyat nişanlı avtomobili ona verdiyi barədə məlumat vermişdir (cild 7, iş vərəqə 61-63). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid15 göstərmişdir ki, həyat yoldaşı Nəzirə ilə birlikdə yaşayır. 02 avqust 2020-ci il tarixdə saat təxminən 19 radələrində işdən çıxmış və evə getmiş, yolda olarkən arvadı Nəzirəyə zəng edərək evdə yemək olub-olmadığını soruşmuş, sonuncu hazırda qonşuda olduğunu demiş, həmçinin qonşuluqda yaşayän qadınlar evin qapısını naməlum şəxsin döydüyünü dediklərini bildirmişdir. Ona görə də, mənzilə dərhal getmiş, mənzilə girmiş-və işıqları yandırmaq istəyəndə oradan bir şəxsin qaçmaq istədiyini görmüş, həmin vaxt “dayan, dayan, sifətini yadda saxladım” ucadan qışqırmış və pəncərədən tullanaraq çölə çıxmışdır. Onlara sonra mənzildən 1000 manat məbləğində pul 20000 tümən İran pulu və 1 ədəd sadə sırğa oğurlandığı müəyyən edilmişdir (cild 9, iş vərəqə 109-111). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid16 göstərmişdir ki, ünvan 29 ünvanda yerləşən “Rəvan Telecom” mağazasında telefon ustası kimi işləyir. 03 avqust 2020-ci il tarixdə saat təxminən 16 radələrində bir nəfər cavan oğlan təxminən 17 yaşlarında olan əynində qırmızı rəngli köynək geyinmiş şəxs telefon mağazasına gəlmiş və ucuz qiymətə telefon almaq istədiyini bildirmiş və üzərində cəmi 60 manat pulunun olduğunu bildirmişdir. O, həmin oğlandan hansı məbləğdə telefon istədiyini bildirən zaman ona 60 manat qiymətində bir telefon istədiyim bildirmiş və bu zaman o, həmin oğlana HTC markalı bir telefon göstərmiş və 70 manata satmaq istədiyini bildirmişdir. Həmin cavan oğlan cəmi 60 manatının olduğunu bildirərək başqa pulu olmadığını qeyd etmişdir. O da həmin cavan oğlanla razılaşmış və 60 manata həmin HTC markalı mobil telefonu 60 manata satmışdır. Həmin telefonun kamerası işləməmişdir. 04 avqust 2020-ci il tarixdə ondan “HTC” markalı mobil telefonu alan şəxs yenidən işlədiyi telefon mağazasına tək gəlmişdir. Mağazaya daxil olduqdan sonra bir ədəd “Redmi Mi A2 lite” markalı mobil telefonu ona təqdim edərək ekranın dəyişmək istədiyini bildirmiş və ondan bu işə görə hansı məbləğdə pul alacağını maraqlanmışdır. O da həmin şəxsə ekranın dəyişdirilməsinə ilkin olaraq 40 manat demiş və müştəri ilə 30 manata razılaşmışdır. Bundan sonra həmin müştəri ona 2 ədəd İran İslam Respublikasına məxsus pul əskinası (hər biri 10000 İran tüməni) təqdim etmiş və həmin pulun milli məzənnə ilə ümumilikdə 100 manat təşkil etdiyini bildirmiş və ona həmin 2 ədəd əskinas pulu təqdim etmək istədiyini bildirmiş və bu zaman o, müştəri ilə razılaşmamışdır. Bu zaman ona müştəri həmin “Redmi Mi A2 lite” markalı mobil telefonu ona təqdim etmiş və bildirmişdir ki, “mənə 70 manat pul ver gedim maşında qız var, gedim həmin qızı yola salım, İran pulunu da aparıb xırdalayaraq sənə bütöv şəkildə 100 manat verəcəm” demişdir. O da düşünmüşdür ki, əgər geri qayıtmasa belə həmin mobil telefonu heç olmasa 150 manata satar. Bunu düşündükdən sonra o, həmin müştəri ilə razılaşmış və müştəriyə 70 manat pul vermişdir. Ona təqdim etdiyi mobil telefona da 30 manatlıq ekran qoymuşdur. Sonradan bir daha həmin müştərini görməmişdir. Həmin şəxsi yenidən görərsə tanıya bilər (cild 9, iş vərəqə 105-107). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid17 göstərmişdir ki, təxminən 5 ildir ki, qızıl alveri İlə məşqul olur. MUM-un yaxınlığında icarə əsasında qızıl dükanı işlədir. Həmin dükanda qızıl satışı və alışı ilə məşquldur. 19 sentyabr 2023-cü il tarixdə tanımadığı 2 nəfər şəxs saat 14 radələrində dükana yaxınlaşaraq qara kəməri olan qolbağ satmaq istədiyini bildirmişdir. Həmin şəxslər ona həmçinin bildirmişdir ki, həmin qızılı pula ehtiyacı olduğu üçün ailə üzvünə məxsus olan qızıl qolbağını və qadın üzüyü satmaq istədiyini bildirmişdir. O, həmin şəxsə ilk öncə şəxsiyyət vəsiqəsini təqdim etməyini bildirmiş, həmin şəxs özündə vəsiqə olmadığı üçün yanındakı tanışının vəsiqəsini təqdim etmişdir. O, daha sonra həmin qızıl qolbağa və üzüyə baxmışdır. Həmin qolbağ 585 əyar olmaqla 2.3 qram, üzük isə 750 əyar olmaqla 4.33 qram olmuşdur. Qolbağa görə 130, üzüyə görə isə 240 manat pul verə biləcəyini bildirmiş və həmin şəxs ona hansısa narazılıq bildirməmiş və razılaşmışlar. Həmin şəxsdən təkrar olaraq oğurluq olub-olmamasını dəqiqləşdirmiş və həmin şəxs ona təkrarən özünə məxsus olduğunu bildirmişdir. O, qızıl alan zaman “alqı-satqı qəbzi” tərtib edir. Həmin şəxs ona həmin qızılın ailə üzvünə məxsus olduğunu bildirmiş, oğurluq olduğunu bilsəydi almazdı (cild 11, iş vərəqə 57-58). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. 31 yanvar 2019-cu il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs9 məxsus Sumqayıt şəhəri betonzavod ərazisində yerləşən fərdi yaşayış evidir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 6, iş vərəqə 10-12). 11 iyun 2019-cu il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs9 məxsus evdən hansı qaydada oğurluq etdiyini hadisə yerində əyani göstərmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 6, iş vərəqə 67-70). 28 iyun 2019-cu il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, aparılmış tədqiqat nəticəsində tədqiq edilən bir ədəd «Stevans» adlı, 28 ölçüdə velosipedin işlənmiş vəziyyətdə, 30 yanvar 2019-cu il tarixə köhnəlməsini nəzərə alaraq respublikadaxili orta bazar pərakəndə satış qiyməti nəzəri hesablama yolu ilə şərti olaraq təxminən 480 manat müəyyən edilmişdir (cild 8, iş vərəqə 09-10) 31 yanvar 2019-cu il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 4 ünvanın qarşısıdır.Zərərçəkmiş şəxs3 avtomobilini yaşadığı həmin ünvanın qarşısında saxlamışdır. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 3, iş vərəqə 179-180). 01 may 2019-cu il tarixli cinayəti könüllü etiraf etmə barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Bakı İstintaq Təcridxanasında olarkən 31 yanvar 2019-cu il tarixdə saat 21:00 radələrində ünvan 4 ünvanın qarşısında saxlanılan “KİA” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq yan qapısının şüşəsini sındırıb içərisindən 03 ədəd bank kartlarını, nəqliyyat vasitəsinə aid olan etibarnaməni, 820 manat pulu,06 ədəd ətri,01 ədəd mobil telefon aparatını və ona aid cərəyan cihazını oğurladığını etiraf etmişdir (cild 3, iş vərəqə 219). 16 may 2019-cu il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 məxsus “Kia Sorento” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobildən hansı qaydada oğurluq etdiyini hadisə yerində əyani göstərmişdir (cild 3, iş vərəqə 232-235). 01 fevral 2019-cu il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs8 məxsus Sumqayıt şəhəri, 42-ci məhəllə, Çerkassi küçəsində yerləşən fərdi evdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 5, iş vərəqə 174-178). 27 may 2019-cu il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Salayev X22 Valeh Yasin oğluna məxsus evdən hansı qaydada oğurluq etdiyini hadisə yerində əyani göstərmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 5, iş vərəqə 227-230). 12 fevral 2019-cu il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs12 məxsus ünvan 30 ünvanında yerləşən mənzildir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 6, iş vərəqə 144-145). 05 iyun 2019-cu il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs12 məxsus mənzildən hansı qaydada oğurluq etdiyini hadisə yerində əyani göstərmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 6, iş vərəqə 180-184). 28 fevral 2019-cu il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri ünvan 31 ünvanıdır. Baxış zamanı mənzildən 5500 manat pul və 20000 manat dəyərində qızıl-zinyət əşyalarının oğurlandığı aşkar edilmişdir (cild 3, iş vərəqə 13-17). 04 may 2019-cu il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid7 təqdim etdiyi “Qızıl və Brilliantların alqı-satqı kitabı” na baxış zamanı həmin kitabın 36-cı səhifəsində X10 5,5 qram çəkidə 585 əyarlı qızıl qolbağı 215 manata satması ilə bağlı müvafiq qeydlərin aparıldığı müəyyən edilmişdir (cild 3, iş vərəqə 131-134). 05 may 2019-cu il tarixli şəxsi tanınmaya təqdim etmə haqqında protokoldan görünür ki, Şahid7 ona təqdim olunan şəxslərin arasından X13 tanıyaraq məhz Elmir Nəzərovun ona qızıl qolbaq satdığını bildirmişdir (cild 3, iş vərəqə 135-136). 05 may 2019-cu il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, X18 təqdim etdiyi “Qızıl alqı-satqı kitabı” na baxış zamanı həmin kitabın 2-ci səhifəsində X10 02 mart 2019-cu il tarixdə 1,5 qram çəkidə 585 əyarlı qızıl bir cüt sırğanı 80 manata satması ilə bağlı müvafiq qeydlərin aparıldığı müəyyən edilmişdir (cild 3, iş vərəqə 143- 144). 05 may 2019-cu il tarixli şəxsin fotoşəkillə tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, X38 ona təqdim olunan fotoşəkillər arasında X10 fotoşəklini tanıyıb məhz həmin şəxsin ona bir cüt sırğanı satdığını bildirmişdir (cild 3, iş vərəqə 146- 147). 15 aprel 2019-cu il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 yaşadığı ünvandan hansı qaydada oğurluq etdiklərini hadisə yerində əyani göstərmişdir (cild 3, iş vərəqə 93). 03 mart 2019-cu il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs7 məxsus Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən gözəllik salonudur. Baxış zamanı Zərərçəkmiş şəxs7 işlədiyi gözəllik salonundan ona məxsus əmlakın oğurlandığını bildirmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 5, iş vərəqə 103-105). 25 may 2019-cu il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs7 məxsus gözəllik salonundan hansı qaydada oğurluq etdiyini hadisə yerində əyani göstərmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 5, iş vərəqə 142-145). 08 mart 2019-cu il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs6 məxsus ünvan 32 ünvanında yerləşən mənzildir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 5, iş vərəqə 12-14). 14 mart 2019-cu il tarixli 011-2062-1219 nömrəli Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin məktubundan görünür ki, Sumqayıt şəhər Polis İdarəsinin ***-**** nömrəli xx.xx.2019-cu il tarixli məktubu vasitəsi ilə, xx.xx.2019-cu il tarixdə, Sumqayıt şəhəri, 30-cu məhəllə, ev 6/10 ünvanında yerləşən vətəndaş Zərərçəkmiş şəxs6 məxsus mənzil 36-da baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2019-cu il tarixdə Kriminalistik Tədqiqatlar İdarəsinə daxil olmuşdur. Təqdim edilmiş əl izləri Daxili İşlər Nazirliyi KTİ-nin ADİS-İn məlumat bazasında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində yararlı olan izlərdən 02 ədədinin (ADİS məlumat bazasına Nərimanov RPİ, Nizami RPİ, Xəzər RPİ, Binəqədi RPİ və BƏSİİ-dən daxil olan) xx.xx.2002-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs1 sağ əlinin ovucu və böyük barmağı İlə eynilik müəyyən edilmişdir. Digər eynilik aşkar edilməmişdir (cild 5, iş vərəqə 27-28). 27 may 2019-cu il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs6 məxsus mənzildən hansı qaydada oğurluq etdiyini hadisə yerində əyani göstərmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 5, iş vərəqə 87-92). 20 mart 2019-cu il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs13 məxsus Bakı şəhəri, Nizami rayonu, ünvan 33 ünvanında yerləşən mənzildir. Baxış zamanı Zərərçəkmiş şəxs13 mənzildən 1350 manat dəyərində qol saati, 100 ABŞ dolları və 50 manat pulun oğurlandığını bildirmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 6, iş vərəqə 210-212). 06 iyun 2019-cu il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs13 məxsus mənzildən hansı qaydada oğurluq etdiyini hadisə yerində əyani göstərmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 6, iş vərəqə 236-238). 21 mart 2019-cu il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri ünvan 34 ünvanıdır. Baxış zamanı Zərərçəkmiş şəxs4 evindən qonaq otağındakı dolabın içərisindən 1200 manat pulun, qızıl-zinyət əşyalarının, dəyəri 200 manat təşkil edən əlli qəpiklik dəmir pulların oğurlandığını bildirmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 4, iş vərəqə 11-13). 01 iyun 2019-cu il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs4 yaşadığı ünvandan hansı qaydada oğurluq etdiklərini hadisə yerində əyani göstərmişdir (cild 4, iş vərəqə 91-92). 25 mart 2019-cu il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs10 məxsus ünvan 35 ünvanında yerləşən mənzildir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 7, iş vərəqə 13-19). 03 aprel 2019-cu il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, “BMW” markalı **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin salonundan Zərərçəkmiş şəxs10 evindən oğurlanmış 1 ədəd «Samsung» markalı tünd göy rəngli planşet, 1 cüt halqavari sırğa, 1 cüt qara rəngli qaşları olan sırğa, 1 ədəd qara rəngli qaşı olan qadın üzüyü və 1 ədəd qara rəngli qaşı olan boyunbağı, «Bulgari» markalı bijuteriya dəsti aşkar olunaraq götürülmüşdür.Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 7, iş vərəqə 65-71). 05 may 2019-cu il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs10 məxsus mənzildən hansı qaydada oğurluq etdiklərini hadisə yerində əyani göstərmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 7, iş vərəqə 142-146). 10 aprel 2019-cu il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, “BMW” markalı **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Şahid13 təhvil verilmişdir (cild 7, iş vərəqə 123-124). 22 may 2019-cu il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs10 məxsus mənzildən hansı qaydada oğurluq etdiklərini hadisə yerində əyani göstərmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 7, iş vərəqə 159-168). 24 iyun 2019-cu il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 1 ədəd Vietnam istehsallı “Samsung” markalı GT-N8000 model planşetin dəyəri 80 manat, 1 cüt halqavari üzərində “Bvlgari” yazıları olan sırğa 5 manat, 1 cüt qara qaşlı sırğa, 1 ədəd qara qaşlı üzük, 1 ədəd qara qaşlı klondan ibarət bijuteriya dəsti 10 manat müəyyən edilmişdir. (2019-cu ilin mart ayına orta bazar qiyməti) (cild 7, iş vərəqə 223-225). 23 iyun 2021-ci il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 29,44 qram kütləli, 1 dəst sırğa cütü-üzük-kulon mis və sink əsaslı ərintidən hazırlanmışdır, 11,83 qram kütləli, 1 cüt sırğa titan əsaslı ərintidən hazırlanmışdır. 29,44 qram kütləli, mis və sink əsaslı ərintidən hazırlanmış 1 dəst sırğa cütü-üzük-kulonun normal vəziyyətdə istifadədə olması nəzərə alınmaqla 2019-cu ilin aprel ayına olan orta bazar qiyməti - 15 manat, hazırki vaxta olan orta bazar qiyməti - 3 manat, 11,83 qram kütləli, titan əsaslı ərintidən hazırlanmış 1 cüt sırğanın normal vəziyyətdə istifadədə olması nəzərə alınmaqla 2019-cu ilin aprel ayına olan orta bazar qiyməti 10 manat, hazırki vaxta olan orta bazar qiyməti - 2 manat müəyyən edilmişdir (cild 8, iş vərəqə 194-198). 27 mart 2019-cu il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri ünvan 18 ünvanıdır. Baxış zamanı Zərərçəkmiş şəxs5 evindən 1000 ABŞ dollar, 500 Avro, dəyəri 4500 manat olan qızıl-zinət əşyalarının oğurlandığını bildirmişdir (cild 4, iş vərəqə 134). 12 aprel 2019-cu il tarixli 011-2850-1219 nömrəli Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin məktubundan görünür ki, DİN KTİ-nin ADİS-in mərkəzi serverinə Yasamal MSY-dən xx.xx.2002-ci il tarixdə Şirvan şəhərində anadan olmuş X19 daktiloskopik kartı daxil olmuşdur. Həmin şəxsin əl-barmaq əksləri ADİS-in məlumat bazasında olan açılmayan cinayət işləri üzrə hadisə yerlərinin müayinəsi zamanı götürülmüş əl-barmaq izləri İlə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində, Nizami rayon Polis İdarəsinin xx.xx.2019-cu il tarixli 087-7935-1219 nömrəli məktubu vasitəsilə, xx.xx.2019-cu il tarixdə ünvan 36 ünvanında yerləşən Zərərçəkmiş şəxs5 məxsus mənzil 59-da baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi götürülmüş əl izlərindən 01 ədəd ovuc izi xx.xx.2002-ci il tarixdə Şirvan şəhərində anadan olmuş X2 əlinin ovucunun əksi ilə eynilik təşkil etmişdir (cild 4, iş vərəqə 153-154). 02 iyun 2019-cu il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, X36 2019-cu ilin mart ayının 20-də ünvan 18 ünvanının pəncərəsini Təqsirləndirilən şəxs1 qırdıqdan sonra mənzilə daxil olub şkafdakı qızıl-zinyət əşyalarını və pulları götürdüklərini bildirmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 4, iş vərəqə 190-194). 04 iyun 2019-cu il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 2019-cu ilin mart ayının 20-də ünvan 18 ünvanının pəncərəsini qırdıqdan sonra Ariflə birlikdə mənzilə daxil olub şkafdakı qızıl-zinyət əşyalarını və pulları götürdüklərini bildirmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 4, iş vərəqə 213-223). 02 aprel 2019-cu il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, ünvan 37 ünvanıdır. Baxış zamanı Zərərçəkmiş şəxs1 evindən 35000 ABŞ dolları və 12000 manat pulun oğurlandığını bildirmişdir (cild 2, iş vərəqə 75-79). Cinayət işinin materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Yasamal rayonu, ünvan 37 ünvanından Təqsirləndirilən şəxs1 tərəfindən oğurlanmış külli miqdarda puldan sonuncunun təqdim etdiyi 600 ABŞ dollarını təhvil almışdır (cild 2, iş vərəqə 246). 15 iyun 2019-cu il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 məxsus mənzildən hansı qaydada oğurluq etdiyini hadisə yerində əyani göstərmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 6, iş vərəqə 117-125). 13 may 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs14 məxsus ünvan 38 ünvanında yerləşən mənzildir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 9, iş vərəqə 18-20). 14 may 2020-ci il tarixli təqdim etmə haqqında protokoldan görünür ki, X1 Almirzəyevə məxsus evdən oğurladıqları 1 ədəd ətir, 1 ədəd “Nokia” markalı mobil telefon, içərisində 26 manat olan pul kisəsi və bank kartları, 2 ədəd qara rəngli gödəkçə, 1 ədəd ayaqqabı, 1 ədəd idman çantası, 1 ədəd vintaçan və 1 ədəd mətbəx bıçağını könüllü təqdim etmişdir (cild 9, iş vərəqə 25). 06 iyul 2020-ci il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş istifadədə olmuş müxtəlif markalı malların 2020-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 50 manat, təqdim edilməmiş 1 ədəd “Nokia 6 DS TA-1021” markalı, qara rəngli, Çin istehsallı mobil telefonun istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin may ayına olan orta bazar qiyməti təxminən 110 manat, üzərində “Zoggi bee” yazıları olan “L” ölçülü iki üzlü qara və göy rəngli kişi üçün nəzərdə tutulmuş gödəkçə 1 ədəd 15 manat, Türkiyə istehsalı olan üzərində “Aximengiya” yazıları olan 2 XL ölçülü süni dəri materialı, qara rəngli kişi üçün nəzərdə tutulmuş gödəkçə 1 ədəd 25 manat, üzərində “Kadixion” yazıları olan iki tutacaqlı qara göy rəngli çanta 1 ədəd 10 manat müəyyən edilmişdir (cild 9, iş vərəqə 35-37). Sumqayıt Şəhər Məhkəməsinin 13 avqust 2021-ci il tarixli hökmündən görünür ki, X37 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 194.1-ci maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, X26 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Hökmlə iş üzrə maddi sübut olan 01 ədəd idman çantası,01 ədəd qara rəngli qış gödəkçəsi, 01 ədəd idman gödəkçəsi, qiymətini 25 manat göstərilmiş “Şəbnəm” yazısı olan 01 ədəd boyunbağı, iyməti 30 manat olduğu göstərilmiş 02 ədəd qol saatı, qiyməti 02 manat göstərilmiş bir ədəd “Kəbbə” formasında kulon, qiyməti 30 manat olan bir cüt bijuteriya olan sırğa və qiyməti 02 manat olan iki ədəd kulonlu boyunbağı və 01 ABŞ dollarının Zərərçəkmiş şəxs14a, dəyəri 200 manat olan 01 ədəd “Swatch” markalı qol saatının zərərçəkmiş şəxs X11 qaytarılması nəzərə alınmışdır (cild 10, iş vərəqə 183-191). 02 avqust 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs15 məxsus ünvan 39 ünvanıdır. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 09, iş vərəqə 71-73). 03 iyul 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri ünvan 40 ünvanıdır. Baxış zamanı Səbinə Nəsibova evə qayıtdıqda içərisində 300 manat nağd pul, qulaqcıq, enerji yığan aparat, şəxsiyyət vəsiqəsi, pasportu, “ABB” yə aid maaş kartı, “Leo bank” kartı olan çantasının oğurlandığını bildirmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 2, iş vərəqə 28-41). 14 sentyabr 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri ünvan 41 ünvanıdır. Baxış zamanı Zərərçəkmiş şəxs19 evdən çıxarkən mənzilin açarını blokdakı elektrik sayğacının içərisinə qoyduğunu, evdə olmadığı müddətdə həmin açar vasitəsilə evə daxil olan naməlum şəxsin evdən müxtəlif əşyaları oğurladığını bildirmişdir.Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 180-184). 21 sentyabr 2022-ci il tarixli videogörüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi, ev 22 ünvanında quraşdırılmış müşahidə kameraları ilə qeydə alınmış görüntülərə baxış zamanı 14 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 həmin binanın blokuna daxil olduğu və blokdan çıxdığı müşahidə olunur (cild 1, iş vərəqə 187-188). 21 sentyabr 2022-ci il tarixli təqdim etmə və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs19 mənzilindən oğurladığı 1 ədəd ütü, 1 ədəd pul kisəsi, 2 ədəd yataq dəstini gizlətdiyi yerdən könüllü olaraq təqdim etmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 216-218). 02 noyabr 2022-ci il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 57 manat müəyyən edilmişdir. O cümlədən: 1 ədəd istifadədə olmuş, 4,5 sm x 8 sm ölçüdə, qara rəngli maqnitlə açılıb-bağlanan əşya 2 manat, istifadədə olmamış, üzərində markalanma yazıları olmayan 2 yataq dəsti, yəni 4 cüt 67sm x 67sm ölçüdə yastıq üzləri, 2 ədəd 105 sm x 135 sm ölçüdə döşək ağları (prostin) və 2 ədəd 147 sm x 210 sm ölçüdə yorğan üzləri (çexol) 30 (2dəst x 15 manat) manat, 1 ədəd istifadədə olmuş, Türkiyə istehsalı, bənövşəyi rəngli, üzərində “Goldmaster GM- 8137” yazıları olan ütü 25 manat müəyyən edilmişdir (cild 10, iş vərəqə 192-195). 14 sentyabr 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi, ev 50, mənzil 26 ünvanıdır. Baxış zamanı Zərərçəkmiş şəxs16 evdən çıxarkən mənzilin açarını blokdakı elektrik sayğacının içərisinə qoyub getdiyini, evdə olmadığı müddətdə həmin açar vasitəsilə evə daxil olan naməlum şəxsin evdən şkafda olan 250 manat və masanın üzərindəki 4-5 manat pulu oğurladığını bildirmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 197-202). 21 sentyabr 2022-ci il tarixli videogörüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi, ev 50 ünvanında quraşdırılmış müşahidə kameraları ilə qeydə alınmış görüntülərə baxış zamanı 14 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 həmin binanın blokuna daxil olduğu və blokdan çıxdığı müşahidə olunur (cild 1, iş vərəqə 205-206). 25 yanvar 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri ünvan 42 ünvanıdır. Baxış zamanı mənzildə stolun üstünə qoyulmuş qutunun içərisindən 2 ədəd sırğa, 4 ədəd üzük və 4 ədəd klonun oğurlandığı aşkar edilmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 120-124). 25 yanvar 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, “20 Yanvar” küçəsi, ev 39 ünvanının yanında quraşdırılmış müşahidə kameraları ilə qeydə alınmış görüntülərə baxış zamanı 25 yanvar 2023-cü il tarixdə bir nəfər şəxsin ünvan 43 ünvanının qarşısında dayandığı müşahidə olunur (cild 1, iş vərəqə 125-126). 01 fevral 2023-cü il tarixli təqsirləndirilən şəxsin videogörüntüyə baxışı haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 videogörüntülərə baxış zamanı görüntüdə olan şəxsin özünün olduğunu və xx.xx.2023-cü il tarixdə ünvan 43 ünvanının yanında hadisəni törətmək məqsədilə havanın qaranlıq vaxtını gözlədiyini bildirmişdir(cild 1, iş vərəqə 127). 19 sentyabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri ünvan 15 ünvanıdır. Baxış zamanı Zərərçəkmiş şəxs18 xx.xx.2023cü il tarixdə yaşadığı ünvana gəldikdə mənzildə olan qızıl-zinyət əşyalarının yerində olmadığını, naməlum şəxs(lər) tərəfindın oğurlandığını aşkar etdiyini bildirmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 6-11). 25 sentyabr 2023-cü il tarixli videogörüntülərə baxış keçirilməsi barədə protokoldan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 28 ünvanında olan müşahidə kameraları ilə qeydə alınmış görüntülərə baxış zamanı xx.xx.2023-cü il tarixdə saat 19:26:23-də bir nəfər şəxsin birinci blok istiqamətində getməsi müşahidə olunur, baxışda iştirak edən Təqsirləndirilən şəxs1 görüntüdə olan şəxsin özünün olmasını və Zərərçəkmiş şəxs18 məxsus mənzildən iki ədəd qızıl üzük, bir ədəd qolbaq və 20 manat pul oğurladığını etiraf etmişdir (cild 1, iş vərəqə 29-30). 25 sentyabr 2023-cü il tarixli ifadənin yerinə yoxlanması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsində bildirdiyi xüsusatları, yəni Zərərçəkmiş şəxs18 məxsus mənzildən hansı qaydada oğurluq etdiyini bir daha əyani şəkildə göstərmişdir Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 48-54). Cinayət işi materiallarına əlavə olunmuş alqı-satqı qəbzinin surətindən görünür ki, X29 Zərərçəkmiş şəxs18 mənzilindən Təqsirləndirilən şəxs1 tərəfindən oğurlanmış bir ədəd qızıl qolbaq və bir ədəd qızıl üzüyü Şahid17 satmışdır (cild 1, iş vərəqə 101). 19 oktyabr 2023-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 4,60 qram kütləli, qara rəngli rezinə oxşar dəstəkli, metal hissələri sarı rəngli bir ədəd qolbağın metal hissələri 585 əyyarlı qızıldan hazırlanmışdır. Həmin qızılın istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin sentyabr ayına olan orta bazar qiyməti təxminən 190 manat müəyyən edilmişdir (cild 11, iş vərəqə 78-80). 02 iyul 2019-cu il tarixli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur (cild 8, iş vərəqə 04-05). 27 iyun 2019-cu il tarixli məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 fərdi-psixi xüsusiyyətlərində aktivlik, ünsiyyətçilik, laqeydlik və qayğısızlıq kimi əlamətlər müşahidə olunur. Təqsirləndirilən şəxs1 əqli inkişafında xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs1 yaş xüsusiyyətləri və əqli inkişafına görə hal-hazırda və hadisə zamanı etdiyi hərəkətləri adekvat olaraq qavramaqla, onların mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir (cild 7,iş vərəqə 227-229). 18 may 2019-cu il tarixli 3551 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 göstərilən xəstəxanada müalicədə olmayıb (cild 8, iş vərəqə 06). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.2-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Oğurluq, yəni özgə əmlakını gizli talamaya görə cinayət məsuliyyəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulsa da, qeyd olunan əməlin yaşayış sahəsinə daxil olmaqla törədilməsi həmin Məcəllənin 177.2.3, külli miqdarda törədilməsi isə Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeydindən görünür ki, Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində “külli miqdar” dedikdə, əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ başa düşülür. Soyğunçuluq, yəni özgə əmlakını açıq talama Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulsa da, həmin əməlin qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törədilməsi Cinayət Məcəlləsinin 180.2.1-ci, təkrar törədilməsi Cinayət Məcəlləsinin 180.2.2-ci, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədilməsi 180.2.3-cü maddələri ilə cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında göstərilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa), onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə görə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün CM-in 177, 180, 181-ci maddələri ilə, habelə CM-in 178, 179, 182, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Özgə əmlakının bir neçə dəfə talanması hərəkətləri o zaman Cinayət Məcəlləsinin 177.2.4, 180.2.5, 181.2.4-cü maddələri ilə - “xeyli miqdarda” ziyan vurma əlaməti üzrə, Cinayət Məcəlləsinin 177.3.2, 180.3.2, 181.3.2-ci maddələri ilə - “külli miqdarda” ziyan vurma əlaməti üzrə, Cinayət Məcəlləsinin 177.4, 180.4, 181.4-cü maddələri ilə - “xüsusilə külli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilə bilər ki, talanmış əmlakın ümumi miqdarı müvafiq olaraq beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan dəyərdə və ya əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan dəyərdə və ya beş yüz min manatdan yuxarı dəyərdə olsun və qəsdin məhz xeyli və ya külli və ya xüsusilə külli miqdar təşkil edən əmlakın ələ keçirilməsinə yönəlməsi təsdiq edilsin. Qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, müvafiq olaraq, xeyli və ya külli və ya xüsusilə külli miqdarda ziyan vurma tövsifedici əlamətləri ilə özgə əmlakının talanması hərəkətlərinin tövsifi məsələsi həll edilərkən cinayətkar qrupun bütün iştirakçılarının taladığı əmlakın ümumi dəyəri nəzərə alınmalıdır. Belə hallarda təqsirkarların ayrı-ayrılıqda taladıqları əmlakın məbləği, talanmış əmlakın hansı ölçüdə bölüşdürülməsi onların əməlinin tövsifinə təsir etmir. Məhkəmə, təqsirləndirilən şəxs Tağızadə X32 dostu Raminə dərman verərkən Təqsirləndirilən şəxs1 üzbəüz binaya oğurluq üçün getdiklərini, oğurluq hadisəsindən xəbəri olmadığına dair məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları tam təkzib olunur. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci, 180.2.1-ci, 180.2.2-ci və 180.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri sübuta yetirilmişdir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır, Cinayət Məcəlləsinin 180.2.1-ci, 180.2.2-ci və 180.2.3-cü 177.2.1-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulan əməllər isə az ağır cinayətdir. Qeyd olunan əməllər təqsirləndirilən şəxslər tərəfindən qəsdən törədilmişdir və başa çatmış cinayətlərdir. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Qanunla müəyyən edilmiş qaydada Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci, 180.2.1-ci, 180.2.2-ci və 180.2.3-cü maddələrinin, Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 177.2.1-ci və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 03 iyun 2025-ci il tarixli tələbnamədən və Bakı şəhəri Nizami rayon məhkəməsinin 16 may 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 18 yanvar 2024-cü il tarixdə satış məqsədilə narkotik vasitə əldə etmə, saxlama və daşıma əməllərinin törədilməsinə görə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, cəzasının əvvəli 18 yanvar 2024-cü il tarixdən hesablanmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 05 fevral 2020-ci il tarixdə satış məqsədilə təkrarən, qabaqcadan əlbir olmuş bir qrup şəxs halında narkotik vasitə, habelə satış məqsədilə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etmə, saxlama və daşıma əməllərinin törədilməsinə Azərbaycan Respublikası 234.4.1, 234.4.2, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 05 fevral 2020-ci il tarixdən hesablanmışdır. (cild 8, iş vərəqə 157-159, cild 11, iş vərəqə 83-85). Hər iki məhkəmə hökmü qanuni qüvvəyə minmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 tərəfindən vurulmuş ziyanın bir qisminin ödənilməsini Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə, tərəfindən ona istinad edilən əməllərin bir qismini yetkinlik yaşına çatmadığı dövrdə törədilməsini həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs2 tərəfindən vurulmuş ziyanın tam ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törətdikləri cinayətin xarakteri, ictimai təlükəliliyi, cinayətlərin törədilməsində iştirak dərəcəsinin əhəmiyyəti və xarakterini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci, 180.2.1-ci, 180.2.2-ci və 180.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş sanksiyasının həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təyin edilmiş 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası, Təqsirləndirilən şəxs2 isə Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2022-ci il tarixli hökmü ilə həmin Məcəllənin 234.4.1, 234.4.2, 234.4.3 və 240.3.2-ci maddələri ilə Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm ilə onların hər birinə ayrı-ayrılıqda təyin olunacaq cəza ilə qismən toplanılmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Bakı Ağır Cinayətlər Məhkəməsin 18 mart 2024-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 13 aprel 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 2, iş vərəqə 192), Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 aprel 2019-cu il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 13 aprel 2019-cu il tarixdən hesablanması qərara alınmış (cild 2, iş vərəqə 231-232), ibtidai istintaq orqanının 03 noyabr 2019-cu il tarixli qərarı ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 22 iyul 2021-ci il tarixdə barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə axtarış elan edilmiş, daha sonra 26 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 10, iş vərəqə 3), Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli qərarı ilə onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 26 avqust 2021-ci il tarixdən hesablanması qərara alınmış (cild 10, iş vərəqə 23-27), Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli qərarı ilə həmin qətimkan tədbirinin müddəti 07 dekabr 2021-ci il tarixədək uzadılmışdır (cild 10, iş vərəqə 113-115), ibtidai istintaq orqanının 07 dekabr 2021-ci il tarixli qərarı ilə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 10, iş vərəqə 116-125). 21 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmiş, 21 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 246-247), Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 21 sentyabr 2022-ci il tarixdən hesablanması qərara alınmış (cild 2, iş vərəqə 17-21), ibtidai istintaq orqanının 21 dekabr 2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasından imtina edildiyinə görə azad edilmiş (cild 10, iş vərəqə 204-216), 10 yanvar 2023-cü il tarixdə barəsində axtarış elan edilmiş, 02 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 144-145), Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 fevral 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 02 fevral 2023-cü il tarixdən hesablanması qərara alınmış (cild 1, iş vərəqə 163-165), ibtidai istintaq orqanının 27 aprel 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasından imtina edildiyinə görə azad edilmiş (cild 10, iş vərəqə 259-272), 10 may 2023-cü il tarixdə barəsində axtarış elan edilmiş,25 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 68), Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 25 sentyabr 2023-cü il tarixdən hesablanması qərara alınmış (cild 1, iş vərəqə 96-100), ibtidai istintaq orqanının 25 dekabr 2023-cü il tarixli qərarı ilə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 11, iş vərəqə 215-216).Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2024-cü il tarixli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində ibtidai araşdırma zamanı seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 13 aprel 2019-cu il tarixdən 03 noyabr 2019-cu il tarixədək tutulduğu və həbsdə olduğu 06 ay 20 gün, 26 avqust 2021-ci il tarixdən 07 dekabr 2021-ci il tarixədək tutulduğu və həbsdə olduğu 03 ay 11 gün, 21 sentyabr 2022-ci il tarixdən 21 dekabr 2022-ci il tarixədək tutulduğu və həbsdə olduğu 03 ay, 02 fevral 2023-cü il tarixdən 27 aprel 2023-cü il tarixə qədər tutulduğu və həbsdə olduğu 02 ay 25 gün, 25 sentyabr 2023-cü il tarixdən 25 dekabr 2023-cü il tarixə qədər tutulduğu və həbsdə olduğu 03 ay müddət Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən təyin ediləcək cəzadan çıxılmalı, ibtidai həbs müddəti və Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 16 may 2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilmiş hissəsi qəti cəza müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 18 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 03 aprel 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 7, iş vərəqə 88-89), Abşeron Rayon Məhkəməsinin 05 aprel 2019-cu il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 03 aprel 2019-cu il tarixdən hesablanması qərara alınmış (cild 7, iş vərəqə 118-120), ibtidai istintaq orqanının 03 noyabr 2019-cu il tarixli qərarı ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 8, iş vərəqə 90-92). Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2024-cü il tarixli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində ibtidai araşdırma zamanı seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 hazırkı hökm ilə təyin olunacaq cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 qəti cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 03 aprel 2019-cu il tarixdən 03 noyabr 2019-cu il tarixədək tutulduğu və həbsdə olduğu 07 ay müddət Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzadan çıxılmalı, ibtidai həbs müddəti və Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilmiş hissəsi qəti cəza müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 05 fevral 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan “BMW” markalı **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin salonundan götürülmüş Zərərçəkmiş şəxs10 evindən oğurlanmış 1 ədəd “Samsung” markalı tünd göy rəngli planşet, 1 cüt halqavari sırğa, 1 cüt qara rəngli qaşları olan sırğa, 1 ədəd qara rəngli qaşı olan qadın üzüyü və 1 ədəd qara rəngli qaşı olan boyunbağı, “Bvlgari” markalı bijuteriya dəsti, Zərərçəkmiş şəxs14 məxsus evdən oğurlanmış 1 ədəd ətir, 1 ədəd “Nokia” markalı mobil telefon, içərisində 26 manat olan pul kisəsi və bank kartları, 2 ədəd qara rəngli gödəkçə, 1 ədəd ayaqqabı, 1 ədəd idman çantası, 1 ədəd vint açan və 1 ədəd mətbəx bıçağı, Zərərçəkmiş şəxs19 mənzilindən, oğurlanmış 1 ədəd ütü, 1 ədəd pul kisəsi, 2 ədəd yataq dəsti qanuni sahiblərinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.3-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə 430 (dörd yüz otuz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslərin üzərinə qoyulmalı, başqa sözlə desək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 360 (üç yüz altmış) manat, Təqsirləndirilən şəxs2 70 (yetmiş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş ziyan 144247,7 manat təşkil edir. 600 ABŞ dolları dəyərində maddi ziyan Zərərçəkmiş şəxs1 qaytarılmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, məhkəmə zamanı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 85 (səksən beş) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına 510(beş yüz on) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Hökm etdi : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci, 180.2.1-ci, 180.2.2-ci və 180.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə 6 (altı) il, Cinayət Məcəlləsinin 180.2.1-ci, 180.2.2-ci və 180.2.3-cü maddələri ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzalar qismən toplanmaqla ona 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli hökmü ilə təyin olunmuş 4(dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 9(doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı tutulduğu və həbsdə olduğu 1(bir) il 6 (altı) ay 26 (iyirmi altı) gün müddət ona təyin edilmiş 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 7(yeddi) il 5 (beş) ay 4 (dörd) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 18 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə ona Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı tutulduğu və həbsdə olduğu 07 ay müddət ona təyin edilmiş 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 7 (yeddi) il 5 (beş) ay müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 05 fevral 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan “BMW” markalı **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin salonundan götürülmüş Zərərçəkmiş şəxs10 evindən oğurlanmış 1 ədəd “Samsung” markalı tünd göy rəngli planşet, 1 cüt halqavari sırğa, 1 cüt qara rəngli qaşları olan sırğa, 1 ədəd qara rəngli qaşı olan qadın üzüyü və 1 ədəd qara rəngli qaşı olan boyunbağı, “Bvlgari” markalı bijuteriya dəsti Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs14 məxsus evdən oğurlanmış 1 ədəd ətir, 1 ədəd “Nokia” markalı mobil telefon, içərisində 26 manat olan pul kisəsi və bank kartları, 2 ədəd qara rəngli gödəkçə, 1 ədəd ayaqqabı, 1 ədəd idman çantası, 1 ədəd vint açan və 1 ədəd mətbəx bıçağı Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs19 mənzilindən, oğurlanmış 1 ədəd ütü, 1 ədəd pul kisəsi, 2 ədəd yataq dəsti Zərərçəkmiş şəxs19 qaytarılsın. 430 (dörd yüz otuz) manat məbləğində ekspertiza xərci bölünərək Təqsirləndirilən şəxs1 360 (üç yüz altmış) manat, Təqsirləndirilən şəxs2 70 (yetmiş) manat məbləğində tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş 85 (səksən beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına Müdafiəçi2 üçün 510(beş yüz on) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar