Məhkəmə qərarları › İş №1(101)-1870/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1870/2024

12.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1870/2024 12.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X6 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1987-ci il tarixdə Lerik rayonu, Babagil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Lerik rayonu, Babagil kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi nömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 10.10-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib saxlayıb daşımışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 692,33 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib qohumuna məxsus ünvan 1 ünvanına daşımaqla narkotik vasitə qurudulmuş marixuananın 685 qramını evin zirzəmisində sellofan torbada, qurudulmuş marixunanın 7,33 qramını isə iki ədəd kibrit qutusunda üzərində saxlamış, 05 fevral 2024-cü il tarixdə saat 16:10 radələrində Azərbaycan Respublikası DİN BNMİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq Sabunçu RPl-nin 14-cü PŞ-nə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli gödəkçənin sol yan cibindən iki ədəd kibrit qutusunda təmiz çəkiləri 3,69 qram, 3,64 qram olmaqla ümumi təmiz çəkisi 7,33 qram narkotik vasitə qurudulmuş marixuana, əməliyyat axtarış tədbirlərinin davamı olaraq qohumuna məxsus ünvan 1 ünvanında yerləşən zirzəmidən isə külli miqdarda satış məqsədi ilə əldə edib daşımaqla saxladığı bir ədəd sellofan torbaya yerləşdirilmiş 9 ədəd sellofan bükümdə təmiz çəkiləri 90 qram, 90 qram, 90 qram, 95 qram, 45 qram, 90 qram, 40 qram, 45 qram, 100 qram olmaqla ümumi təmiz çəkisi 685 qram tərkiblərinə görə eyni olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində qeyd etmişdir ki, fevral ayının 5-də günorta saat təxminən 1-2 aralığında tanımadığı nömrədən ona zəng gəlmiş, “sizin adınızda bank kartı var” deyərək harada olmasını soruşduqda Maştağa qəsəbəsində olduğunu bildirmişdir. Üzərindən 15-20 dəqiqə keçmiş yenidən zəng edərək özlərini bank əməkdaşları kimi təqdim etmişlər, bu zaman o, hansısa bank kartı sifariş etmədiyini demiş, lakin zəng edənlər onun adına olan bank kartını təqdim etməli olduqlarını bildirmişlər. Olduğu yeri demiş, Maştağa qəsəbəsində “Panam” marketin yanında mülki geyimli beş nəfər şəxs gələrək onu saxlamışlar. Onu avtomobilində olan bir qutu “nəşə”ni götürmüşlər, ondan haraya və nəyə görə gəldiyini soruşmuşlar. O, həmin ərazidə qohumunun evi olduğunu, orada kimsə qalmadığını, açarın onda olduğunu və bağa baxdığını demişdir. Bundan sonra ona evə baxacaqlarını demişlər, o, ev sahibinə xəbər vermək istəmiş, lakin həmin şəxslər gedib oradan zəng edərək bir yerdə baxacaqlarını bildirmişlər. Həmin ev qohumu Mənsumə Rəhimovaya məxsusdur, Maştağada yerləşir. Həmin şəxslər evə daxil olmuş, onu maşında saxlamış, üzərindən biraz keçdikdən sonra gəlib “külli miqdarda narkotik var, gedək söhbət edək” demişlər. Ondan sonra maşında ona işgəncələr vermişlər, dörd nəfər polis işçisi onu döymüş, ona ailəsi ilə hədə-qorxu gəlmişlər. Bundan sonra onu 14-cü polis bölməsinə aparmışlar, orada polislərin dediklərini kamera qarşısında təkrarlamışdır. Bölmədə üzərinə baxış keçiriləndə videoçəkilişdən istifadə etmişlər və vəkil dəvət edilmiş, ona olanlar barədə vəkilə məlumat vermişdir. Polsilər tərəfindən saxlanılarkən onda bir kibrit qutusu - bir qram “nəşə” olmuş, 9 bükümün heç birinin ona aidiyyatı olmamışdır. O, 4-5 il olar ki, narkotik maddələrdən “nəşə”dən istifadə etmiş, narkotiki tanımadığı adamlardan almışdır. O, qohumuna məxsus həmin evdə yaşamamış, orada gözətçi işləmiş, tapılan narkotik vasitəni oraya o, qoymamış, polislərlə birlikdə gedib zirzəmiyə girərək oradan götürmüşlər. Qohumunun evinə ondan başqa kiminsə sərbəst gediş-gəlişi olmamışdır. Ona fiziki təzyiqlər olduğundan və qorxduğu üçün narkotiklərin özünə məxsus olmasını etiraf etmişdir. O, Maştağada yaşamır, Qalada ailəsi ilə birgə yaşayır, Maştağaya qohumuna məxsus evin bağına baxmaq üçün gedir. 4.Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, bir müddət olar ki, narkotik vasitə qəbul edir. Hal-hazırda bədənində olan ağrıları yumşaltmaq üçün narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Narkotik vasitə olan qurudulmuş marixuananı qəbul etmək üçün tanımadığı şəxslərdən alır. Narkotik maddə əldə etmək üçün sosial şəbəkə ilə yazışmağa başlamışdır. Belə ki, iki gün bundan əvvəl sosial şəbəkə vasitəsi ilə tanış olduğu özünü ona İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş şəxs onun verəcəyi pulun müqabilində narkotik vasitə qurudulmuş marixuana təşkil edə biləcəyini bildirmişdir. O da onunla razılaşmışdır. Ona özünü İran İslam Respublikasının vətəndaşı olaraq təqdim etmiş şəxs ilə onun istifadə etdiyi yadında qalmayan telefon nömrəsi ilə özünün istifadə etdiyi nömrə ilə “watsapp” vasitəsi ilə əlaqə saxlayıb ondan özünün qəbul etməyi üçün narkotik vasitə qurudulmuş marixuana istəmişdir. Həmin şəxsin ona göndərdiyi hesab nömrəsinə 300 manat pul köçürməsini və istədyi narkotik vasitə qurudulmuş marixuananın qoyulacaq yeri ona deyəcəyini bildirmişdir. O da 01 fevral 2024ci il tarixdə ona göndərilmiş yadında qalmayan hesab nömrəsinə marketdə ödəmə aparatı vasitə ilə 300 manat pul göndərmişdir. Həmin şəxs ona “watsapp”la yazaraq göndərdiyi narkotik vasitə qurudulmuş marixuananı bir neçə saatdan sonra Bakı şəhəri Xətai rayonu ərazisində yolun kənarında yerdən götürə biləcəyini bildirmişdir. Həmin günü axşam saatlarında özünü ona İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş şəxsin ona bildirdiyi ünvana gedib həmin yerdə qoyulmuş bir ədəd torbanın içərisində deməsinə görə içərisində narkotik vasitə qurudulmuş marixuana olan bükümləri götürmüşdür. Həmin torbanı açarı onda olduğu qohumuna məxsus evə gətirib sonradan istifadə etmək üçün evin həyətində zirzəmisində gizlətmişdir. Həmin marixuanadan iki kibrit qutusunda özü ilə götürmüşdür ki, münasib yer tapdıqda çəkərək stifadə etsin. 05 fevral 2024-cü il tarixdə saat 16:10 radələrində ünvan 2 ünvanının yaxınlığında piyada gedərkən 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona təqdim edib ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib polis şöbəsinə dəvət etmişlər. Burada dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunduqdan sonra onun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, narkotik vasitə olduğu halda təqdim etməsi təklif olunmuşdur. Bundan sonra əynində olan boz rəngli gödəkçənin sol yan cibindən 2 kibrit qutusunda, yaşıl rəngli, qurudulmuş marixuananı təqdim etmişdir. Şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarın sol cibindən “Samsung” və “Redmi” markalı mobil telefonlar, sağ yan cibindən 5 manat pul və digər əşyalar aşkar olunmuşdur. Aşkar olunmuş qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və çəkisi 14 qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılaraq götürülmüşdür. Suallara cavab olaraq üzərindən aşkar olumuş narkotik maddəni İran İslam Respublikası vətəndaşı “Ağa" adlı şəxsin vasitəsi ilə 4 gün əvvəl Xətai rayonundan gizlədilən yerdən istifadə etmək məqsədi ilə əldə etdiyini və əlavə olaraq Sabunçu rayonunda yerləşən açarı onda olan qohumuna məxsus evdə narkotik maddə saxlamağını, orada onu təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazının olmamağı ilə bağlı ərizəsi alınmışdır. Bundan sonra müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə ünvan 4 ünvanına getmişdir. O həmin evin həyətində sağ tərəfdə yerləşən evin zirzəmisində gizlətdiyi 1 ədəd torbanı təqdim etmişdir. Həmin torbanın içindən 9 bükümdə yaşıl rəngli qurudulmuş marixuanalar aşkar olunmuşdur. Daha sonra qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 762 qram olmuşdur. Ondan aşkar olunmuş narkotik vasitəni heç kimə satmamışdır, həmin maddələri özü qəbul edəcəkdir (İ cild, səh. 163-167). 5.Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuş, bununla bağlı əməliyyat qrupu yaradılmış, o, əməliyyat qrupunun rəhbəri olmuş, ondan başqa əməliyyatda Şahid2 iştirak etmişdir. Məlumat əsasında rəhbərliyə raport yazılmış, bu məlumatın yoxlanılması ilə əlaqədar ünvana yaxınlaşmışlar və şəxs saat 4-5 radələrində tərəflərindən saxlanılaraq 14-cü Polis Bölməsinə dəvət olunmuşdur. Bölmədə videoçəkiliş aparılmaqla və müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilərkən üzərindən iki ədəd kibrit qutusunda narkotik vasitə marixuana aşkar olunmuş, sonra zirzəmidə də narkotik gizlətdiyini və 4 gün əvvəl iranlıdan götürdüyünü bildirmiş, daha sonra zirzəmidən də narkotik vasitə aşkar olunmuşdur. Konkret hansı şəxslərə satış etməsi ilə bağlı onların məlumatları olmamış, məlumat satış etməsi barədə olmuşdur. Əməliyyat tədbiri keçiriləndən sonra narkotikin satışı ilə məşğul olmasını şəxs ifadəsi ilə etiraf etmişdir. Şəxsə saxlanılmazdan əvvəl bank əməkdaşı kimi zəng etmə halı olmamışdır. Təqsirləndirilən şəxsin üzərində bir kibrit olması və qalan narkotiklərin polis əməkdaşları tərəfindən ona verilməsi barədə bildirdikləri yalandır. Təqsirləndirilən şəxs idarəyə öz maşınları ilə gətirmişlər, maşını o idarə etmiş, şəxs arxada əyləşmiş, yanında isə digər əməliyyatçı olmuşdur. Baxış keçirilən yer həyət evi olmuş və evə baxış keçiriləndə şəxsdən başqa adam olmamışdır. Saxlanılan zaman, idarəyə gətirildikdən sonra Təqsirləndirilən şəxs hansısa zor və təzyiq olmamış, özü də heç bir müqavimət göstərməmişdir. Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 6.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, hazırda Azərbaycan Respublikası DİNnin Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Lerik rayonu Babagil kəndində qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Onun ətrafında əməliyyat tədbirləri keçirilməsi üçün baş idarə rəisinin adına 05 fevral 2024- cü il tarixdə raport yazmışdır. Baş İdarə rəisininin razılığı ilə əməliyyat axtarış tədbirlərinin keçirilməsi üçün və Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədi ilə tərəfindən 05 fevral 2024-cü il tarixdə qərar verilməklə idarə əməkdaşlarından ibarət əməliyyat qrupu təşkil edilmişdir. Həmin sənədlər əsasında o baş idarənin əməkdaşları ilə birlikdə 05 fevral 2024-cü il tarixdə saat 16:10 radələrində əməliyyataxtarış tədbiri keçirərkən ünvan 5 ünvanın yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq Sabunçu RPİnin 14-cü PŞ-nə gətirilmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilməsi barədə raport tərtib olunmuşdur. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq ona müdafiəçi təqdim olunmuşdur. Polis şöbəsində tərəflərindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Tərəflərindən polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs barəsində axtarış və götürmənin aparılması barədə qərarla tanış edildikdən üzərində saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi təklif edildikdə həmin vaxtı Təqsirləndirilən şəxs etiraz etmədən əynində olan boz rəngli gödəkçənin sol yan cibindən iki ədəd kibrit qutusunda içərisində narkoik vasitə qurdulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sol yan cibindən “Samsung” və “Redmi” markalı mobil telefonlar, sağ yan cibindən beş manat pul, bir ədəd açar, içində siqaret dənələri olan siqaret qutusu və bir ədəd alışqan aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş marixuananın təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmiş və təxmini çəkisinin 14 qram olması müəyyən edilmişdir. Həmin kibrit qutuları bir ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra həmin kağız zərfin üzəri möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra tərəflərindən götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar götürülmüş, digər əşyalar və pul onun özünə qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu həmin maddəni özünü ona İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş «Ağa» adlı şəxsin vasitəsi ilə 4 gün öncə Bakı şəhəri, Xətai rayonu ərazisində gizlədildiyi yerdən öz istifadəsi üçün götürdüyünü, təqdim etdiyi narkotik vasitənin qalan hissəsinin açarı onda olan qohumuna məxsus Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən evdə olduğunu, həmin evdə saxladığı narkotik vasitəni təqdim edə biləcəyini və həmin ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra əməliyyat qrupu Təqsirləndirilən şəxsla bərabər narkotik vasitə saxladığı ünvana baxış keçirilməyə getmişdir. Təqsirləndirilən şəxs bildirdiyi ünvan 2 ünvanında yerləşən evdə olan zaman ona həmin ünvanda saxladığı narkotik vasitəni təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin evin həyətinə girişdən sağ tərəfdə yerləşən evin zirzəmisində gizlətdiyi bir ədəd torbanı təqdim edərək içərisində narkotik vasitə olduğunu bildirmişdir. Həmin torbaya baxış keçirilərkən içərisində qurudulmuş marixuanaya bənzər kütlə olan doqquz ədəd sellofan bükümlər aşkar edilmişdir. Həmin sellofan bükümlərə də baxış keçirilmişdir. Təqsirləndirilən şəxs sellofan bükümlərdə hər birinin içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümlərdə olan kütlələrin təxmini çəkilərinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmiş və qablaşma ilə birlikdə çəkisinin 762 qram olması müəyyən edilmişdir. Həmin 9 ədəd sellofan bükümlər bağlamaya qoyularaq qablaşdırılmış və bundan sonra üzəri möhürlənməklə iştirakçılar tərəfindən üzəri imzalandıqdan sonra götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu həmin maddəni özünü ona İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş «Ağa» adlı şəxsin vasitəsi ilə 4 gün öncə Bakı şəhər, Xətai rayonu ərazisində gizlədildiyi yerdən öz istifadəsi üçün götürdüyünü, həmin evdə narkotik vasitə saxlamasından heç kimin məlumatının olmadığını, evin qohumuna məxsus olmasını və evin açarının daima onda olduğunu bildirmişdir. Bütün bunlar barədə protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokola o, digər iştirakçılar və eyni zamanda şəxsi axtarış və baxışda iştirak etmiş Təqsirləndirilən şəxs da etiraz etmədən imza etmişdir.Şəxsi axtarış və baxışda götürülən narkotik vasitənin çəkisi tərəflərindən təxmini çəkilərək miqdarı müəyyən edilmişdir. Ekspertizanın rəyində götürülən çəki əsas götürülməlidir, ola bilər ki, tərəzi düzgün çəkməmişdir (İ cild, səh. 100- 103). 7.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 2024-cü ildə Sabunçu rayonu ərazisində hərəkətdə olan zaman şəxs yaşadığı evin yaxınlığında onlar tərəfindən saxlanılaraq 14-cü Polis Şöbəsinə dəvət edilmişdir. Bölmədə videoçəkilişlə və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsin üzərindən iki ədəd kibrit qutusunda marixuana aşkar olunmuş, videoçəkilişdə təqdim etmiş və yaşadığı evdə də narkotik vasitənin olduğunu bildirmişdir. Yaşadığı evə baxış keçirilən zaman zirzəmidən narkotik vasitə aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar edilənləri iranlıdan aldığını bildirmişdir. Səhv etmirsə ev Təqsirləndirilən şəxs qohumunun olmuş, ev sahibinin kim olmasını müəyyən etmələrini xatırlamır. Əməliyyat tədbirində iki nəfər Şahid1 və o iştirak etmiş, şəxsi polis idarəsinə avtomobillə aparmışlar. Saxlanılan zaman, idarəyə gətirildikdən sonra Təqsirləndirilən şəxs qarşı hansısa zor və təzyiq göstərilməmişdir. Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 8.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 135-138). 9.Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qayınanasına haqqı ödnilməklə həyət işlərində kömək etmişdir. O, evə baxışda iştirak etməmiş və oradan narkotik çıxdığını bilməmişdir. Tutulandan sonra Təqsirləndirilən şəxs avtomobilini gətirmək üçün 14-cü polis bölməsinə getmiş və orada ona narkotik aşkar olunduğunu demişlər. Narkotikin saxlanılması barədə onda məlumat olmamışdır. Bağlarında kamera olmuş, lakin hazırda həmin kamera işləmir, hadisə vaxtı kameranın işləyib-işləməməsi barədə məlumatı olmamışdır. 10.Məhkəmə iclasında X5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, qayınanası X4 məxsus ünvan 7 ünvanında yerləşən bağ evi vardır. Həmin evdə yaşayış olmadığından qayınanası Məsumə Rəhimova ondan xahiş etmişdir ki, tanış adam olsa ondan xahiş etmişdir ki, hərdən bir həyətə baş çəksin. O da qohumu Təqsirləndirilən şəxs həyətin açarlarını verib ondan xahiş etmişdir ki, hərdən bir həyətə baş çəkib nəzarət etsin. 07 fevral 2024-cü il tarixdə ona məlum olmuşdur ki, qohumu Təqsirləndirilən şəxs ona baş çəkmək üçun verdiyi qayınanası X4 məxsus ünvan 7 ünvanında yerləşən evin zirzəmisində narkotik vasitə saxlaması ilə bağlı polis əməkdaşları tərəfindən saxlanılmışdır. Qohumu Təqsirləndirilən şəxs nəzarət etmək üçun verdiyi qayınanası X4 məxsus ünvan 7 ünvanında yerləşən evin zirzəmisində narkotik vasitə saxlamasından məlumatı olmamışdır. O bu barədə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra məlumat almışdır (İ cild, səh. 96-98). 11.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 fevral 2024-cü il tarixli 3-16-16-2-7/198 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən....” yazısı və imzalar olan kağız paketdəki 02 (iki) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkilər: 3,69, qram; 3,64 qram və ağ kağız üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs....” yazısı və imzalar olan göy rəngli sellofan bağlamadakı 09 (doqquz) ədəd sellofan bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 90 qram, 90 qram, 90 qram, 95 qram, 45 qram, 90 qram, 40 qram, 45 qram, 100 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi - 692,33 qramdır.Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər (İ cild, səh. 43-46). 12.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsi Ambulator X1 05 fevral 2024-cü il tarixli, 1283 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 139-140). 13.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 05 fevral 2024-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin video-görüntülərinin özündə əks etdirən DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs etiraz etmədən əynində olan boz rəngli gödəkçənin sol yan cibindən içərisində bitki kütləsi olan iki ədəd kibrit qutusunu təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sol yan cibindən Samsung və Redmi markalı mobil telefonlar, sağ yan cibindən beş manat pul, bir ədəd açar, içində siqaret dənələri olan siqaret qutusu və bir ədəd alışqan aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi maddə elektron tərəzi ilə çəkilmiş və təxmini çəkisinin 14 qram olması müəyyən edilmişdir. Həmin kibrit qutuları bir ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır (İ cild, səh. 30-32). 14.«Evə baxış keçirilməsi və götürmə haqqında» 05 fevral 2024-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin video-görüntülərini özündə əks etdirən DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs evin həyətində gizlədərək saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin evin həyətinə girişdən sağ tərəfdə yerləşən evin zirzəmisində gizlətdiyi bir ədəd torbanı təqdim edərək içərisində narkotik vasitə olduğunu bildirmişdir. Həmin torbaya baxış keçirilərkən içərisində bitki kütləsi olan doqquz ədəd sellofan bükümlər aşkar edilmiş, Təqsirləndirilən şəxs sellofan bükümlərin hər birinin içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümlərdə olan kütlələr təxmini çəkilərinin müəyyən edilməsi məqsədilə, sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmiş və qablaşma ilə birlikdə çəkisinin 762 qram olması müəyyən edilmişdir. Həmin 9 ədəd sellofan bükümlər bağlamaya qoyularaq qablaşdırılmış və üzəri möhürlənməklə iştirakçılar tərəfindən üzəri imzalanmışdır (İ cild, səh. 35-36). 15.«Əşyanın maddi sübut hesab edilməsi və məsul saxlanışa verilməsi haqqında» 23 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əldə etmiş olduğu 692,33 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut əhəmiyyətinə malik olduğundan cinayət işi üzrə maddi sübut hesab edilmiş və ekspertiza tədqiqatından sonra qalıq 691,23 qram narkotik vasitə qurudulmuş marixuana məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir (İ cild, səh. 151). 16.«Sübutların qiymətləndirilməsi haqqında» 23 may 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarışın görüntülərini əks etdirən və Təqsirləndirilən şəxs nəzarət etdiyi qohumuna məxsus evdə axtarışın görüntülərini əks etdirən 02 ədəd DVD disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuşdur (İ cild, səh. 141-149). 17.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, baxış zamanı dəri səthində zədə və xəsarət izləri çapıq aşkar olunmamışdır. 18.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 20). 19.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 fevral 2024-cü il tarixli, 4(008)- 79/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 05 fevral 2024-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 92-95). 20.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş X3 İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 104-105). 21.İş materiallarında olan elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il və xx.xx.2020-ci il təvəllüdlü iki uşağı vardır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 22.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 23.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 24.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 25.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 26.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 27.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». 28.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 29.Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 30.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 31.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 8-ci bəndinə əsasən digər şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. 32.Qeyd olunan Plenum qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 33.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 109.1-ci bəndinə görə 500 qram və yuxarı həddə narkotik vasitə olan qurudulmuş marixuana külli miqdar hesab hesab edilir. 34.Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, təqiq edilmiş ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 35.Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə fiziki təqzyiqə məruz qalması halı öz təsdiqini tapmamışdır. 36.Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, baxış zamanı dəri səthində zədə və xəsarət izləri çapıq aşkar olunmamışdır. 37.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X7rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 38.Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə təzyiq edilməsi dair iddialar müvafiq sübutlarla təsdiq olunmalıdır. 39.Məhkəmə təqsirləndirilən şəxsin üzərində və nəzarət etdiyi qohumuna məxsus evdə narkotik vasitə olmaması məzmunda ifadəsinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin üzərinə «Şəxsi axtarış və götürmə aparılması haqqında» 05 fevral 2024-cü il tarixli protokolun və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskin, eyni zamanda «Evə baxış keçirilməsi və götürmə haqqında» 05 fevral 2024-cü il tarixli protokolun və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskin mötəbərliliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətlərinin həyata keçirilməsi zamanı sonuncudan və nəzarət etdiyi qohumuna məxsus evin zirzəmisindən aşkar edilərək götürülmüş narkotik vasitələrin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 40.Təqsirləndirilən şəxsin onun üzərinə keçirilmiş şəxs axtarışı və mənzilə keçirilmiş baxış barədə videoçəkilişlərin həqiqəti əks etdirmədiyi barədə dəlilləri məhkəmə tədqiqi zamanı bu sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə yaratmamışdır. 41.Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri törətməsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. 42.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib üzərində saxlayaraq daşıması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. 43.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir 44.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirli olması məhkəmə araşdırması zamanı araşdırılmış sübutlarla, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 45.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 46.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 47.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 48.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 49.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, himayəsində azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. 50.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 51.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 52.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 53.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 54.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 55.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 56.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 05 fevral 2024-cü il tarixdən hesablanmalıdır. 57.Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 58.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 59.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 60.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, iş üzrə aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 691,23 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilən videogörüntüləri və Təqsirləndirilən şəxs nəzarət etdiyi qohumuna məxsus evdə axtarışın videogörüntüləri özündə əks etdirən 02 ədəd DVD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 61.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 62.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 63.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 64.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 65.İş materiallarından görünür ki, müdafiəçi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçii oğlunun dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 60 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 360 (üç yüz altmış) manat təşkil edir. 66.Beləliklə Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. 67.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 05 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçii oğluna ödənilməsi üçün dövlət büdcəsindən 360 (üç yüz altmış) manat Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübut olaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan - iş üzrə aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 691,23 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 02 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Elmin Rüstəmov

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar