Məhkəmə qərarları › İş №1(101)-1870/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1870/2025

29.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1870/2025 29.01.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, hakimlər Məmmədov Fəxri Afiq oğlu və Əsgərova-X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx.xx.1981-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 15,860 qram çəkidə narkotik vasitə heroini və 5,913 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlayıb daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.

İşin faktiki halları

2. Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda 15,860 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 5,913 qram çəkidə psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlamaqla daşımış, 10 iyun 2025-ci il tarixdə, saat 19:50-də ünvan 2 ünvanının qarşısında özünü şübhəli apardığından DİN-in X9 Alayının 9-cu Patrul bölüyünün polis nəfərləri tərəfindən saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin inzibati binasına aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 12 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,718 qram, 1,485 qram, 1,327 qram, 0,699 qram, 1,476 qram, 1,491 qram, 0,727 qram, 1,408 qram, 1,514 qram, 1,656 qram, 1,672 qram, 1,687 qram olmaqla ümumi təmiz çəkisi 15,860 qram təşkil edən kimyəvi komponent tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin və 07 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,693 qram, 0,804 qram, 0,829 qram, 0,879 qram, 0,797 qram, 0,967 qram və 0,944 qram olmaqla ümumi təmiz çəkisi 5,913 qram təşkil edən kimyəvi komponent tərkibinə görə eyni olan külli miqdarda həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. X9 Alayının 9-cu Patrul Bölüyünün polis nəfərləri Şahid1 və Şahid2 xx.xx.2025-ci il tarixli raportla məruzə edərək bildirmişlər ki, 10 iyun 2025-ci il tarixdə, saat 19:50-də inzibati ərazidə xidmətdə olan zaman ünvan 3 ünvanın qarşısında bir nəfər şəxsin binanın giriş hissəsində yerdən şübhəli bağlamada naməlum predmet götürməsini görüb ona yaxınlaşan zaman, həmin şəxs onları görüb əlində olan dəmir materiallı açar ilə baş nahiyyəsinə vuraraq özünə xəsarət yetirmiş, onlar həmin şəxsi təhlükəsiz vəziyyətə gətirərək, nə üçün özünə xəsarət yetirməsi soruşulduqda, o səmimi etiraf edərək üzərində narkotik vasitə olduğunu, bu səbəbdən ona yaxınlaşmaqlarını görüb qorxduğu üçün özünə xəsarət yetirməsini bildirmişdir. O, saxlanılaraq idarə etdiyi “Chevrolet Cobalt” markalı, ** YC *** dövlət qeydiyyat nişanlı avtomobili ilə birlikdə 19-cu PŞ-yə gətirilmiş və PŞ-də məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur (cild 1,iş vərəqi 3).

4. Şəxsi axtarış aparılması, avtomobilə baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə tərtib olunmuş xx.xx.2025-ci il tarixli protokol və ona əlavə olunmuş diskdən görünür ki, Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynindəki cins şalvarının sol yan cibindən sarı rəngli sellofanı çıxarıb masanın üzərinə qoymuşdur. Eyni zamanda əynində olan şalvarın sağ yan cibindən “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofanın içərisində olan ümumilikdə 12 ədəd bükümə baxış keçirilmişdir. Həmin 12 ədəd ağ kağız bükülülərin hər birinin içərisində şəffaf sellofan bükümdə toz şəkili qəhvəyi rəngli vasitə və 7 ədəd şəffaf sellofan bükümdə ağ rəngli kristal şəkilli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi “12” ədəd sellofan bükümün içərisindəki maddə barədə məlumat verməsi bildirilmiş, Təqsirləndirilən şəxs həmin 12 ədəd ağ kağız bükülülərin içərisindəki “kakos” və “patı” olduğunu həmin narkotik vasitəni və psixotrop maddələri internet sosial şəbəkəsində İran İslam Respublikasının vətəndaşı ilə tanış olduğunu həmin, şəxsin ona “Whatsapp” vasitəsi ilə məkan olaraq göndərilən Novxanı qəsəbəsində yol kənarından narkotik vasitə və psixotrop maddələri götürdüyünü, xx.xx.2025-cu il tarixdə Məmar Əcəmi metrosu ətrafında tanımadığı ünvanda yerləşən binaların giriş hissəsinə bir büküm olmaqla 6 ünvana büküm qoyduğunu, həmin yerin fotoşəklini çəkərək işarələdiyini və ünvanın məkanını fotoşəkil ilə birlikdə “Whatsapp” vasitəsi ilə İran İslam Respublikası vətəndaşına göndərməsi, sonuncu bükümü qoymaq istədikdə polislər tərəfindən saxlanıldığını bildirmişdir. Bundan sonra iştirakçılara narkotik vasitə və psixotrop maddəyə bənzər kütlələrin ekspetriza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürülcəyi bildirilmiş, əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra içərisində narkotik vasitə və psixotrop maddəyə bənzər kütlələr olan 12 ədəd büküm zərfdə qoyularaq zərfin ağzı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin zərflər üçün nəzərdə tutulmuş “187” nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Saxlanılan Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən PŞ-yə gətirilən zaman və PŞ-də olduğu zaman hər hansı bir zorakılığın olub olmaması soruşulmuş, Təqsirləndirilən şəxs ona qarşı polis əməkdaşları tərəfindən PŞ-yə gətirilən və PŞ-də olan zaman heç bir zorakılığın olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs etibarnamə ilə idarə etdiyi Chevrolet Cobalt markalı **-YC-*** dövlət qeydiyyatlı nişanlı avtomobilə baxış keçirilməsinə etirazı olmaması barədə ərizəsi alınmış və bundan sonra 19-cu PŞ-in inzibati binasının həyətində olan qeyd edilən avtomobilin, salonuna, saxlanc yerlərinə və yük hissəsinə baxış keçirilmiş, lakin qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir (cild 1,iş vərəqi 29-32).

5. Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 6/2141 saylı rəyində aşağıdakılar göstərilmişdir: Tədqiqata təqdim edilmiş üzərində: Azərbaycan Respublikası DİN Zərflər üçün N187 dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan paketdəki, -12 (on iki) ədəd bükümdə ayr-ayrılıqda təmiz çəkiləri 0,718 qram, 1,485 qram, 1,327 qram, 0,699 qram, 1,476 qram, 1,491 qram, 0,727 qram, 1,408 qram, 1,514 qram, 1,656 qram, 1,672 qram, 1,687 qram, ümumi təmiz çəkisi 15,860 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. -7 (yeddi) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,693 qram, 0,804 qram, 0,829 qram, 0,879 qram, 0,797 qram, 0,967 qram, 0,944 qram, ümumi təmiz çəkisi 5,913 qram ağ rəngli kristalşəkilli maddələr xarici əlamətlərlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir ( cild 1, iş vərəqəsi 47-52).

6. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 3451 №-li rəyinə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatdadır (cild 1, iş vərəqi 91-92).

7. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 816 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilmədi (cild 1, iş vərəqi 114-116).

8. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar olunmuş 12 bükümdə, ümumi təmiz çəkisi 15,860 qram olan narkotik vasitə heroin, 07 bükümdə olan ümumi təmiz çəkisi 5,913 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tətqiqatından sonra narkotik vasitə heroinin 15,500 qram qalığı və psixotrop maddə metamfetaminin 5,703 qram qalığı saxlanılması üçün Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hisəssinə təhvil verilmişdir (1-ci cild iş vərəqi 160-170)

9. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair külli miqdarda narkotik vasitənin və psixotrop madənin mənbəyinin müəyyən edilməsi ilə ********* nömrəli cinayət işinin istintaq materiallarından şəxsiyyəti istintaqa məlum olmayan “Məhəmməd” adlı İİR vətəndaşı barəsində CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqi 172-173).

10. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə Hüseyn Seyfalıyev küçəsi 4-də baş vermişdir. Şahid2lə xidmət apardıqları ərazidə şəxsin əlindəki predmeti yerə qoyduğunu və götürdüyünü müşahidə etmişlər. Təqsirləndirilən şəxs yaxınlaşdıqda, ilk öncə əlindəki mobil telefonu vurub sındırmış, daha sonra cibindəki maşının açarı ilə özünə xəsarət yetiməyə başlamışdır. Daha sonra üzərində narkotik vasitənin olduğunu onlara demişdir. Şəxsi aidiyyəti üzrə avtomobillə birlikdə 19-cü PŞ-yə aparmışlar, PŞ-də avtomaşına baxış keçirilən zaman, oradan heç bir şey aşkar olunmamışdır. Üzərinə baxış keçirilən zaman sol yan cibindən 12 büküm narkotik vasitə aşkar olunmuşdur. O, suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən tək idi. Blokun şəklini çəkib yerə nə isə qoyması onlarda şübhə yaratmışdır. Xidmət apararkən piyada postunda idi, formada idi. Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki şiddət olmamışdır. Özü etiraf edərək Novxanı istiqamətində tanımadığı İran vətəndaşından narkotik vasitə götürdüyünü və onları paylamaqla məşğul olduğunu bildirmişdir.

11. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xidməti ərazidə olarkən Təqsirləndirilən şəxs blokun qarşısında yerdən naməlum əşya götürdüyünü müşahidə etmişlər, sonuncuya yaxınlaşanda əlində olan açarla özünə xəsarət yetirməyə başlamışdır. Telefonunu yerə çırpmışdır. Təqsirləndirilən şəxs maşınla birlikdə Polis Şöbəsinə aparmışlar. Maşından heç nə aşkar olunmamış, vəkil ayrılmış və çəkilişlə üzərinə baxış keçirilmişdir. Sol yan cibindən 12 büküm narkotik vasitə aşkar olunmuşdur. O, suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən yanında heç kim olmamışdır. Üzərinə şəxsi axtarış şöbədə keçirilmişdir. Onlar yaxınlaşanda Təqsirləndirilən şəxs yerdən bağlama götürürdü. Onlar yaxınlaşanda telefonu yerə çırpmış, özünə xəsarət yetirməyə başlamışdır, bağlamanın necə olduğunu bilmir.

12. Bundan başqa, qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 10 iyun 2025-ci il tarixdə X9 Alayının 9-cu Patrul Bölüyünün əməkdaşlarının ünvan 4 ünvanın qarşısında bir nəfər şəxsin idarə etdiyi “Chevrolet Cobalt” markalı, “**-YC-***” dövlət qeydiyyat nişanlı avtomobili ilə birlikdə Nəsimi RPİ-nin 19-cu PŞ-yə gətirilməsi barədə məlumat verilmişdir. Bu barədə tərtib olunmuş raportla tanış olmuşdur. Polis şöbəsində olan zaman həmin gətirilən şəxsin xx.xx.1981-ci il təvəllüdlü, subay, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, ünvan 5 ünvanında qeydiyyatda olan, Bakı şəhərində müxtəlif ünvanlarda kirayə yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edildi. Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 19-cu PŞ-nin inzibati binasının xidməti otaqların birində təhqiqatçı Səbuhi Hüseynov tərəfindən dövlət hesabına müdafiəçi təyin edilmiş, onun, müdafiəçi X2, X9 Alayının 9-cu Patrul Bölüyünün polis nəfəri, polis baş serjantı Şahid2 və Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs şəxsi axtarışının aparılması, avtomobilə baxış keçirilməsi və ondan maddi sübutun götürülməsi ilə bağlı istintaq hərəkəti keçirilməyə başlanmışdır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki cins şalvarının sol yan cibindən sarı rəngli sellofanın içərisindəki naməlum predmeti və sağ yan cibindən “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, ilk öncə onun geyindiyi gödəkçənin, qısa qol köynəyin qollarına və ətrafına baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Sonra geyindiyi cins şalvarının digər ciblərinə, həmçinin ətrafına baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs ayaqqablarını çıxarması tələb olunmuş və o, ayaqqablarını çıxarıb silkələmiş və heç bir əşya aşkar edilməmişdir. Bundan sonra həmin şəxsdən üst-başını səliqəyə salması tələb edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofanın içərisində olan ümumilikdə 12 ədəd bükümə baxış keçirilmişdir. Həmin 12 ədəd ağ kağız bükülülərin hər birinin içərisində şəffaf selofan bükümdə toz şəkilli qəhvəyi rəngli vasitə və 7 ədəd şəffaf sellofan bükümdə ağ rəngli kristal şəkilli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi “19” ədəd sellofan bükümün içərisindəki maddə barədə məlumat verməsi bildirilmişdir. Təqsirləndirilən şəxs həmin 19 ədəd ağ kağız bükülülərin içərisində “Kakos” və “Patı” olduğunu həmin narkotik vasitəni və psixotrop maddələri internet sosial şəbəkəsində İran İslam Respublikasının vətəndaşı ilə tanış olduğunu, həmin şəxsin ona vhatsap vasitəsi ilə məkan olaraq göndərilən Novxanı qəsəbəsində yol kənarından narkotik vasitə və psixotrop maddələri götürdüyünü, xx.xx.2025-ci il tarixdə Memər Əcəmi metrosu ətrafında tanımadığı ünvanda yerləşən binaların giriş hissəsinə bir büküm olmaqla 6 ünvana büküm qoyduğunu, həmin yerin fotoşəklini çəkərək işarələdiyini və ünvanın məkanını fotoşəkil ilə birlikdə vhatsap vasitəsi ilə İran islam Respublikası vətəndaşına göndərməsi, sonuncu bükümü qoymaq istədikdə polislər tərəfindən saxlanıldığını bildirmişdir. Bundan sonra iştirakçılara narkotik vasitə və psixotrop maddəyə bənzər kütlələrin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirildi. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra içərisində narkotik vasitə və psixotrop maddəyə bənzər kütlələr olan 19 ədəd büküm zərfə qoyularaq zərfin ağzı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin zərflər üçün nəzərdə tutulmuş “187” nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Saxlanılan Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən PŞ-yə gətirilən zaman və PŞ-də olduğu zaman hər hansı bir zorakılığın olub olmaması soruşulmuş, saxlanılan şəxs Təqsirləndirilən şəxs ona qarşı polis əməkdaşları tərəfindən PŞ-yə gətirilən və PŞ-də olan zaman heç bir zorakılığın olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs etibarnamə ilə idarə etdiyi Chevrolet Cobalt markalı **-YC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə etirazı olmaması barədə ərizəsi alınmış və bundan sonra 19-cu PŞ-nin inzibati binasının həyətində olan qeyd edilən avtomobilin, salonuna, saxlanc yerlərinə və yük hissəsinə baxış keçirilmiş, lakin qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir.

13. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, azərbaycan dilinin latın qrafikalı əlifbası ilə sərbəst şəkildə yazıb-oxumağı bacarır, ifadəsinin müstəntiq tərəfindən kompüter vasitəsilə yazılmasına etirazı yoxdur, ifadənin alınmasında mütəxəssisin və ya tərcüməçinin iştirakına ehtiyacı yoxdur və heç bir ruhi-əsəb dispanserində qeydiyyatda deyil. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, o 6 ildir narotik vasitə istifadəçisidir. xx.xx.2025-ci il tarixdə internet sosial şəbəkəsində İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş, həmin şəxs ona təklif etmişdir ki, vhatsap vasitəsi ilə ona məkan göndərəcəyini, o isə həmin ünvanda olan narkotik vasitələri və psixotrop maddələr olan bağlamanı götürəcəyini, götürdüyü bağlamanın içərisində bir neçə büküm olacağını, hər bükümü ayrı-ayrılıqda ünvana qoyaraq fotoşəkil çəkib işarələməyi və makanı ilə birlikdə vhatsap vasitəsi ilə həmin şəxsə göndərəcəyini, bütün narkotik vasitələri ünvanlara yerləşdikdən sonra ona 100 manat pul verəcəyini bildirmişdir. O, xx.xx.2025-ci il tarixdə vhatsap vasitəsi ilə məkan olaraq göndərilən Novxanı qəsəbəsinə getmiş, yol kənarından narkotik vasitə və psixotrop maddələr olan bağlamanı götürüb özündə saxlamışdır. xx.xx.2025-ci il tarixdə Memər Əcəmi metrosu ətrafında tanımadığı ünvanda yerləşən binaların giriş hissəsinə bir büküm olmaqla 6 ünvana büküm qoymuş, büküm qoyduğu yerin fotoşəklini çəkərək işarələmiş və ünvanın məkanını fotoşəkil ilə birlikdə vhatsap vasitəsi ilə İran islam Respublikası vətəndaşına göndərmişdir. Həmin tarixdə saat 19:50 radələrində 7-ci bükümü qoymaq istədikdə polislər tərəfindən saxlanılmışdır. Polisləri gördükdə qorxaraq əlində olan etibarnamə ilə idarə etdiyi “Chevrolet Cobalt” markalı “**- YC-***” dövlət qeydiyyat nişanlı avtomobilin açarı ilə baş nahiyyəsinə xəsarət yetirmişdir. Polislər ona yaxınlaşaraq açarı əlindən almış və avtomobil ilə birlikdə onu 19-cu PŞ-nə gətirmişdirlər, Nəsimi RPİ-nin 19-cu PŞ-nin inzibati binasında otaqlardan birinə onu dəvət etdilər. Polis Şöbəsində ona dövlət hesabına vəkil təyin edilmiş və şübhəli şəxs kimi tutulmuş, sonra ona bildirilib ki, üzərində şəxsi axtarış keçiriləcəkdir. Vəkilin və polis əməkdaşlarının iştirakı ilə xidməti otaqda üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Xidməti otaqda olarkən ondan üstündə, paltarında və paltarlarının ciblərində və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. O, sol cibində olan içərisində 12 bükümdə narkotik vasitə və 07 bükümdə psixotrop maddə olan sarı sellofanı və sağ cibində olan mobil telefonunu və avtomobilinin açarını masanın üzərinə təqdim etmişdir. Bundan sonra üzərində axtarış aparılmağa başlanılmış: ilk öncə geyindiyi cins şalvarının arxa, sağ və sol yan ciblərinə baxılmış, heç nə aşkar olunmamışdır. Ondan sonra əynində olan gödəkçəsinə, qısa qol köynəyinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı iştirakçıların, onun heç bir şikayəti və vəsatəti olmamışdır. Sonra etibarnamə ilə idarə etdiyi Chevrolet Cobalt markalı **-YC- *** dövlət qeydiyyat nişanlı avtomobilinə və yaşadığı ünvan 1 ünvanına baxış keçirilmişdir. Lakin qanunla qadağan edilən əşya və predmet aşkar edilməmişdir. Ona görə də protokollar tərtib olunmuş, ucadan oxunmuş, protokolun düzgünlüyünü imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə gətirilən zaman və İdarədə olduğu zaman hər hansı bir zorakılığın olub-olmaması soruşulmuş, ona qarşı polis əməkdaşları tərəfindən Şöbəyə gətirilən və orada olan zaman heç bir zorakılığın olmadığını bildirmişdir.

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü və məhkəmə istintaqı zamanı həmin dəlillərin araşdırılması nəticəsində toplanmış sübutlar aşağıdakılardır:

14. Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, taksi sürücüsüdür, həmin yerə müştəri gətirmişdir, həmin vaxtı onun üzərində 1 qram narkotik vasitə olmuşdur. O, dostu kirayə ev axtardığı üçün binaların şəklini çəkirdi. Binanın şəklini çəkib dostuna atırdı ki, həmin ünvandan ev soruşsun. Elə həmin vaxt ona bir nəfər şəxs yaxınlaşıb, saxlamış, əlini cibinə salmışdır. Cibində 1 qram narkotik vasitə var idi, həmin narkotik vasitəni Yasamaldan 45 manata almışdı. O, suallara cavab olaraq bildirmişdir ki, ona qarşı polis əməkdaşları tərəfindən fiziki, psixoloji təsir və təzyiqlər olunmuşdur. O, saxlanılarkən Şahid2 orada olmamışdır. Digər polis nəfəri Şahid2 zəng vurmuş, sonuncu sonradan gəlmişdir. Ona bölmədə əməliyyatçılar fiziki təzyiq göstərmişlər. Üzərində 1 qram narkotik vasitə olub. Həmin narkotik vasitəni şəxsi istifadəsi üçün almışdır. Ona psixoloji təzyiq göstərmişlər, o da məcburiyyətdən polis əməkdaşlarını dedikləriylə razılaşmışdır. Çəkiliş zamanı onun üzərində olan köynək ona məxsus deyildi, onun köynəyi cırıldığı üçün ona başqasını vermişlər. Müdafiəçilərinin dedikləri ilə razı olaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

15. Məhkəmənin sorğusu əsasında Bakı şəhəri Nəsimi rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan, “X4 saxlanılan şəxslərin uçotu” kitabının, müayinə aktının, “Tibbi müayinənin keçirilməsi və Tibbi yardımın göstərilməsinin qeydiyyat” kitabının surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Nəsimi rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə daxil olmuşdur. Baxış zamanı xəsarət aşkar olunmamışdır.

16. Məhkəmənin sorğusu əsasında Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan və 4573/2025 nömrəli məhkumun tibbi kitabçasının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025ci il tarixdə Bakı istintaq təcridxanasına gətirilmiş, müayinə zamanı alının ön səthində 0,5- 1 sm ölçüdə 3 ədəd sıyrılmış qərtməkli yaralar aşkar edilmişdir .

17. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkət və davranışlara məruz qalmaması, polis əməkdaşlarının əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 293-cü maddəsinin, yəni işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzaya məruz qoyma cinayətinin, yaxud da digər cinayətlərin tərkib əlamətlərinin olmaması müəyyən edildiyi üçün toplanmış 767-C-24 nömrəli material üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsi, yəni cinayət hadisəsinin olmaması əsası ilə cinayət işinin başlanılmasının rədd edilmişdir. Hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

18. CM-in 234.4.3-cü maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma; Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

19. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

20. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

21. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

22. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

23. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

24. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:

25. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

26. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

27. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

28. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

29. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

30. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

31. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

32. Maddə 193.2. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.

33. Maddə 193.5. Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir.

34. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

35. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, narkotik vasitə heroin və psixotrop maddə metamfetamin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu

36. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

37. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

38. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.

39. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”

40. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, İstintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: ... 5.7.5. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür.

Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarı

41. Qərarın 10-cu bəndi. CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

42. Qərarın 12-ci bəndi. CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Əgər qabaqcadan əldə olunmuş razılıq CM-in 234.2-ci və ya 234.3-cü və ya 234.3-1-ci maddəsində göstərilən əməllərin birgə yerinə yetirilməsini, məsələn, narkotik vasitənin əldə olunmasını, saxlanmasını, daşınmasını deyil, müstəsna olaraq bunların törədilməsində icraçıya (icraçılara) köməkliyin göstərilməsini (məsələn, narkotik vasitənin qoyulduğu yeri tapmaq üçün icraçıya bələdçiliyin edilməsini) nəzərdə tutursa və kömək edən şəxs tərəfindən CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərdən hər hansı biri faktiki olaraq yerinə yetirilmirsə, həmin şəxsin əməli yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 6 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə cinayətin icraçısının (icraçılarının) əməllərinin hüquqi tövsifindən asılı olaraq, həmin cinayətdə köməkçi qismində iştirak etmə kimi CM-in 32.5-ci maddəsinə istinad olunmaqla tövsif edilməlidir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni, müxtəlif əməllərə) görə və CPMin 49.1-ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlibgəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı

43. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

44. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.

Avropa Məhkəməsinin president hüququ:

45. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

46. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Eyni zamanda təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, aşkar edilmiş narkotik maddələrin müxtəlif növlərdə və və ayrı-ayrı bükümlərdə olması və digər sübutlar narkotik vasitə və psixotrop maddənin məhz satış məqsədilə əldə edilməsinə dəlalət edir. Məhkəmə qeyd edilənləri, habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni məhz satış məqsədilə əldə etmişdir.

47. Narktoik vasitə və psixotrop maddənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir (qərarın 26-cı bəndi)

48. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır. (bax: qərarın 36-39-cu bəndləri)

49. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil. Belə ki, ona qarşı polis əməkdaşları tərəfindən fiziki, psixoloji təsir və təzyiqlər göstərildiyini, saxlanılan vaxt cibində 1 qram narkotik vasitə olduğunu və s. bildirərək özünü təqsirli bilməmişdir.

50. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs tutulduqdan sonra ona psixoloji, fiziki təsir göstərilməsi barədə etirazlar etməmiş, bu barədə ibtidai araşdırma zamanı, məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən nə özü, nə vəkili və nə də başqa şəxslər bildirməmiş, istintaq təcridxanasına yerləşdirilərkən döyülməsi barədə məlumat verməmiş, həmin dəlilləri ancaq məhkəmədə bildirmişdir. Belə ki, məhkəmənin sorğusu əsasında Bakı şəhəri Nəsimi rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan, “X4 saxlanılan şəxslərin uçotu” kitabının, müayinə aktının, “Tibbi müayinənin keçirilməsi və Tibbi yardımın göstərilməsinin qeydiyyat” kitabının surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Nəsimi rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə daxil olmuşdur. Baxış zamanı xəsarət aşkar olunmamışdır. Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan və 4573/2025 nömrəli məhkumun tibbi kitabçasının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Bakı istintaq təcridxanasına gətirilmiş, müayinə zamanı alının ön səthində 0,5-1 sm ölçüdə 3 ədəd sıyrılmış qərtməkli yaralar aşkar edilmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkət və davranışlara məruz qalmaması, polis əməkdaşlarının əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 293-cü maddəsinin, yəni işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzaya məruz qoyma cinayətinin, yaxud da digər cinayətlərin tərkib əlamətlərinin olmaması müəyyən edildiyi üçün toplanmış 767-C-24 nömrəli material üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsi, yəni cinayət hadisəsinin olmaması əsası ilə cinayət işinin başlanılmasının rədd edilmişdir. Həmçinin, raportdan, təqsirləndirilən şəxsin və şahidlərin ibtidai istintaq zamanı verdiyi ifadələrdən də görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşlarını gördükdə əlində olan avtomobil açarı ilə baş nahiyyəsinə xəsarət yetirmişdir. Nəzərə almaq lazımdır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək vəzifəsindən azad edən hal deyil. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir (qərarın 28, 40-44-cü bəndlərindəki normativ aktlara əsasən).

51. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi təqsirli olması iş üzrə toplanmış başqa sübutlarla təsdiq edilmir. Belə ki, ittiham tərəfindən məhkəməyə təqdim edilən sübutlarla Təqsirləndirilən şəxs ona elan edilmiş narkotik vasitələrin və psixotrop maddələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədi ilə istintaqa məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan “Məhəmməd” adlı şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək istintaqla müəyyən edilməyən vaxtda “Məhəmməd” adlı şəxsin göstərişi ilə satış məqsədilə qanunsuz olaraq külli miqdarda 15,860 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 5,913 qram çəkidə psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlamaqla daşıması ittihamını təsdiq edən məlumatlar aşkar edilməmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham verərkən, sonuncunun kiminlə, nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq “narkotik vasitələrin və psixotrop maddələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədi ilə istintaqa məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan “Məhəmməd” adlı şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək istintaqla müəyyən edilməyən vaxtda “Məhəmməd” adlı şəxsin göstərişi ilə” göstərməklə kifayətlənmişdir. Qeyd edilən qənaətə ibtidai istintaq orqanının necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur. Eyni zamanda Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı etirafedici ifadəsindəki məlumatlar (məhkəmə istintaqı zamanı tədqiq olunan) belə onun və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşının birgə, yəni hər ikisi üçün ümumi olan cinayəti törətmək üçün hərəkət etdiklərini təsdiq etmir. Belə ki, CM-in 31-ci maddəsinə əsasən “iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır”. CM-in 34.2-ci maddəsinə görə “qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcdan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli qərarından irəli gələn hüquqi mövqeyə görə iştirakçılıqla, o cümlədən qabaqacadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən əməllər üçün xarakterik olan əsas xüsusiyyət cinayətin həm subyektiv, həm obyektiv cəhətdən bütün iştirakçılar üçün ümumi olması, iştirakçıların birləşmiş (məqsədyönlü), birbirini tamamlayan səyləri ilə vahid cinayətin törədilməsi, maddi tərkibli cinayətlərdə - vahid ictimai-təhlükəli nəticənin əldə olunmasıdır.

52. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 2021-ci il 24 dekabr tarixli qərarında da iştirakçılıqla törədilmiş əməllər üçün məhz cinayətin ümumiliyinin (vahidliyinin) xarakterik olması nəzərə alınmaqla izah olunmuşdur ki, məhkəmə hökmündə iştirakçılıqla törədilmiş cinayətdə təqsirli bilinmiş şəxsin əməli təsvir edilərkən iştirakçılığın forması ilə yanaşı hər bir iştirakçının hərəkətlərinin və ya hərəkətsizliyinin nədə ifadə olunması, onların rolları göstərilməlidir.

53. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 7.0.20-ci maddəsində əsasən “ittiham – bu Məcəllədə müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir”.

54. Cinayət-Prosessual Məcəllənin 223.3-cü maddəsi təqsirləndirilən şəxs qismində cəlb etmə qərarının təsviri-əsaslandırıcı hissəsində bu Məcəllənin 223.3.1- 223.3.5-ci maddələrində göstərilənlərin, o cümlədən “cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti”nin (maddə 223.3.2) əks etdirilməsini tələb edir.

55. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 2021-ci il 24 dekabr tarixli Plenum qərarında da (31-ci bənd) iştirkaçılıqla törədilən cinayətlərlə əlaqədar ittihamda və məhkəmə aktlarında hər bir iştirakçının hərəkətlərinin və ya hərəkətsizliyinin nədə ifadə olunmasının, onların rollarının göstərilməsinin vacibliyi vurğulanmışdır. Bu səbəbdən şəxsə qarşı irəli sürülmüş qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayət törətməsi barədə ittihamın CPM-in 7.0.20, 223.3.2-ci maddələrinin tələblərinə cavab verən məzmunda olması üçün onun konkret olması, birgə cinayət törətmək barədə razılaşmanın qabaqcadan, yəni cinayətin obyektiv cəhətinin yerinə yetirilməsinə başlanılana qədər əldə olunduğuna dəlalət edən zaman, məkan, üsul barədə məlumatları nəzərdə tutması, narkotik vasitə və psixotrop maddənin qanunsuz əldə edilməsi, saxlanılması, daşınması, satışı əməllərinin törədilməsi şəxsə isnad edilirsə bu əməllərin hər birinin yerinə yetirilməsində hər bir iştirakçının rolunun, hərəkətlərinin nədən ibarət olmasının əks etdirməsi tələb olunur.

56. Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamda qeyd edilən əməllərinin Təqsirləndirilən şəxs və şəxsiyyəti istintaqa məlum olmayan “Məhəmməd” adlı şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində (birgə) törədildiyi qeyd olunsa da, razılaşmanın nə vaxt, harada, hansı üsulla əldə olunduğu, eləcə də Təqsirləndirilən şəxs sözügedən əlamətlə (birgə törədilməsi iddia edilən - əldə etmə, saxlama, daşıma kimi əməllərlə) uzlaşdırıla biləcək konkret hərəkətləri göstərilməmişdir.

57. Ümumiyyətlə, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın məzmununu CPM-in 7.0.20 və 223.3.2-ci maddələrinin tələbləri və Ali Məhkəmənin Plenumunun “Məhkəmə hökmü haqqında” qərarının 31-ci bəndi ilə müqayisə etdikdə görünür ki, əslində bu ittiham cinayət təqibi orqanının müəyyən edə bilmədiyi (ona məlum olmayan), lakin həmin normalara, CPM-in 139.0-cı maddəsinə və Plenum qərarının müddəalarına görə müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən halların sadalanmasından (“şəxsiyyəti məlum olmayan “Məhəmməd” adlı şəxs” kimi konkretləşdirilməyən ifadələr toplusundan) ibarətdir.

58. Cinayət təqibi orqanının Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə - qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində narkotik vasitə və psixotrop maddənin əldə edilməsi, daşınması, saxlanması üzrə əməlləri başqa şəxslə birgə törətməsi barədə ittiham irəli sürməsi onu göstərir ki, ittihamın həlli üçün mühüm əhəmiyyət kəsb edən məsələlərə dair ciddi və aradan qaldırılmayan şübhələlər olduğu halda – CPM-in 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinin ziddinə olaraq Təqsirləndirilən şəxs qarşı həmin maddə ilə ittiham irəli sürülmüş və baxılması üçün məhkəməyə göndərilmişdir.

59. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamın “narkotik vasitələrin və psixotrop maddələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədi ilə istintaqa məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan “Məhəmməd” adlı şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1ci maddəsi ilə verilmiş ittihamda təqsirliliyi sübuta yetirilməməsi əsası ilə həmin ittiham ona qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilməlidir.

60. Odur ki, yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittihamda təqsirliliyi sübuta yetirilməməsi əsası ilə həmin ittiham ona qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir.

61. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir (qərarın 25-ci bəndi).

62. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

63. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 19, 20, 21, 22-ci bəndləri).

64. AZEMİS elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il təvəllüdlü X8 adlı adlı yetkinlik yaşına çatmayan uşağı vardır.

65. Təqsirləndirilən şəxsin himayəsində 1 nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır, cəzasını ağırlaşdıran hal isə müəyyən edilməmişdir.

66. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-375/2022 saylı hökmündən və Bakı Apellyasiya Məhəkəməsinin xx.xx.2022-ci il tarixli, 1(103)-900/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhəkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə ittiham olunduğu əməli CMin 234.1-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddə ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 01 il 01 ay 15 gün vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatmışdır (cild 1, iş vərəqi 123-124, 138-156).

67. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

68. Təqsirləndirilən şəxs ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 23-cü bəndi).

69. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 10 iyun 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində 12 iyun 2025-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 14-15, 86-90, 194-197). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (qərarın 24, 29, 30-cu bəndləri).

70. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 10 iyun 2025ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

71. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

72. İş üzrə maddi sübut olan, Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hisəssinə təhvil verilmiş ekspertiza tətqiqatından sonra narkotik vasitə heroinin 15,500 qram qalığı və psixotrop maddə metamfetaminin 5,703 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir (qərarın 31-ci bəndi).

73. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır.

74. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 114 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 34-cü bəndi).

75. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 35 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün 385 manat məbləğində pul köçürülməlidir. (qərarın 32, 33-cü bəndləri).

76. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ümumi ittihamdan Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan ittiham xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış: Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hisəssinə təhvil verilmiş ekspertiza tətqiqatından sonra narkotik vasitə heroinin 15,500 qram qalığı və psixotrop maddə metamfetaminin 5,703 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün 385 (üç yüz səksən beş) manat məbləğində pul köçürülsün. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Mahirə Kərimova

Hakimlər: Fəxri Məmmədov

Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar