Məhkəmə qərarları › İş №1(101)-1872/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1872/2024

22.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1872/2024 22.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, Hakimlər: X3 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Zeynallı Həcər Zahid qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 02 (iki) yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Lənkəran rayonu İstisu qəsəbəsində qeydiyyatda olan və Abşeron rayonu Qobu qəsəbəsində yaşamış hal-hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda və külli miqdarda əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 14,545 qram narkotik vasitə olan heroini və xeyli miqdarda ümumi təmiz çəkisi 20,090 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, 28 yanvar 2024-cü il tarixdə Bakı BPİ-nin və Yasamal RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək 28 yanvar 2024-cü il tarixdə saat 00:40 radələrində ünvan 1 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli dəri gödəkçənin sol yan cibindən 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,523 qram, 3,059 qram 2,888 qram, 2,315 və 2,760 qram olmaqla külli miqdarda ümumi təmiz çəkisi 14,545 qram qəhvəyi rəngli tozşəkilli maddələr, öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd şəffaf selofanda xeyli miqdarda təmiz çəkisi 20,090 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o nəinki narkotik vasitə istifadə etmək, içki belə içən insan deyil. Yanvar ayının 27-də dostları ilə bərabər evdə olduğu zaman 12 nəfər polis əməkdaşı evə basqın etmişlər. Polis əməkdaşları ona oğurluq etdiklərini deyib onu və bir nəfər dostunu Yasamal rayonu 29-cu PB-yə aparmışlar. Bölmədə onu qəbul etməmişlər, daha sonra onları Yasamal RPİ-yə aparmışlar. Hüseyn adlı polis əməkdaşı idarədə ona fiziki təsir göstərmişdir. O bölməyə ev paltarında gətirilmişdir. Daha sonra isə onun evindən ona paltarlar gətirmişlər. Onun şəxsi əşyaları - geyimi, telefonu, pulları hələ də Yasamal Rayon Polis İdarəsindədir. Əşyalarının qaytarılması ilə bağlı prokurorluğa müraciət etmişdir. Üzərindən çıxan narkotik vasitələri sonradan gödəkçəsinin cibinə qoymuşlar və polis əməkdaşları ona təzyiq göstərərək həmin narkotik vasitələrin ona məxsus olduğunu deməsini bildirmişlər. Onu Yasamal rayonundan deyil, Qobu qəsəbəsində yerləşən evindən götürmüşlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, onu Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən evdən tutmuşlar. Polis əməkdaşları onu tutarkən tək olmamışdır. Belə ki, evdə onunla birlikdə dostları Pünhan Babayev və Musa İbrahimov olmuşdur. Pünhan Babayevi də onunla birlikdə tutmuşlar. Pünhanı 29-cu PB-də saxlamışlar, onu isə İdarəyə aparmışlar. O əvvəllər narkotik vasitədən istifadə etməmişdir. Polis əməkdaşları onu saxlamalarının səbəbini oğurluq olduğunu demişlər. Onun və Pünhan Babayevi qollarını bağlayıb Bölməyə gətirmişlər. Bölməyə apararkən o ev geyimində olmuş, daha sonra isə evindən ona başqa paltarlarını gətirmişlər. Polis əməkdaşları ona qarşı fiziki təsir göstərmişlər. Polis əməkdaşlarının ona dediyi oğurluq hadisəsi olmamışdır. O, nə səbəbə tutulduğunu bilmir. O Abşeron rayon Qobu qəsəbəsində ailəsi ilə birlikdə kirayə yaşayır. Polis əməkdaşları evə gələndə saat 22-23 radələri olmuşdur. O həmin həmin gün xəstə olduğu üçün Musa İbrahimovu dərman almağa göndərmişdir. Musa İbrahimov qayıdan zaman birinci Musanı tutmuşlar, daha sonra Musa İbrahimov qapını döymüş və o qapını açmışdır. X6, daha sonra isə 12 nəfər polis əməkdaşı evə daxil olmuşdur. Ailə üzvləri həmin vaxt rayonda olmuşlar. Evdə ondan başqa Musa İbrahimov, Pünhan Babayev və evin yiyəsi Cavid Əlizadə olmuşdur. Polis əməkdaşları ona oğurluq olduğu üçün tutduqlarını demişlər. O 2003-2009-cu illərdə X7 işləmişdir. X8 birlikdə Şöbəyə gətirmişlər, daha sonra onu İdarəyə aparmışlar. O idarədə Habil Hüseynovun otağında olmuşdur. Polis əməkdaşları evdən onun paltarlarını götürmüş, videoçəkilişdən əvvəl isə ona həmin paltarları geyinməsini bildirmişlər. Üzərindən çıxan narkotik vasitələr ona məxsus deyildir. Polis əməkdaşları onu evdə, eyni zamanda Yasamal RPİ-də döymüşlər. Polis əməkdaşı Şahid2 tanımır, həmin şəxs videoçəkilşdə iştirak etməmişdir. İbtidai istintaqda verdiyi ifadəsinin səbəbi ona fiziki və psixi təsir göstərmələri olmuşdur. Otaqda üzərinə 10-12 nəfər polis əməkdaşı düşmüş və onu döymüşlər. O bölməyə gətirilən zaman üzərində narkotik vasitə olmamışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində ona elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 12 yanvar 2024-cü ildə Lənkəran rayonu Haftonu kəndində tanımadığı şəxsdən 200 manata narkotik vasitə heroin və marixuana almışdır. 28 yanvar 2024-cü il tarixdə saat 00:40 radələrində Bakı şəhəri Yasamal rayonu 1-ci Alatava 97B ünvanının yaxınlığında piyada hərəkət edən zaman polis əməkdaşları onu saxlayaraq qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, onu Yasamal RPİ-nin inzibati binasına dəvət etmişlər. Orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan qara rəngli dəri gödəkçənin sol yan cibindən 1 (bir) ədəd bükümdə qurudulmuş marixuananı və 5 (beş) ədəd bükümdə heroini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və 1 (bir) ədəd “Samsung” markalı mobil telefon, 5 (beş) ədəd plastik bank kartı, içərisində 2 ədəd bank kartı olan pul qabı, 1 ədəd üzük, 1 ədəd alışqan və 1 ədəd mikro kart aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi narkotik vasitələr və əşyalar kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri onun, müdafiəçinin və təhqiqatçı tərəfindən imzalanmışdır. Qeyd ki, mən həmin narkotik vasitələri təxminən 15 gün əvvəl Lənkəran rayonu Haftonu kəndində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 200 manata almış, özü istifadə etmək üçün üzərində saxlamışdır, saxlanılan zaman və idarədə olan zaman hər hansı fiziki və ya pisixi zor tətbiq edilməmişdir. Narkotik vasitəlrəin satışı ilə məşğul olmur. Narkotik vasitəni əldə etdiyi şəxsin anket məlumatları barədə heç bir məlumatı yoxdur. (Cild 1, iş vərəqi 66-67) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirmişdir ki, 2024-cü ilin yanvar ayının sonlarında Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna o və Şahid1 daxil olunmuşdur. Təqsirləndirilən şəxs Alatava qəsəbəsində yaxınlaşaraq, özlərini təqdim edib, onu bölməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs da onlarla razılaşaraq bölməyə gəlmişdir. Təhqiqatçının otağında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və ona üzərində olan qanunsuz əşyaları təqdim etməsi təklif edilmidir. Təqsirləndirilən şəxs üzərində olan əşyaları onlara təqdim etmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, əməliyyat qrupu Şahid1 və ondan ibarət olmuşdur. Əməliyyat qrupunun rəhbəri Şahid1 olmuşdur. Məlumat Şahid1 daxil olmuşdur. Təqsirləndirilən şəxs keçmiş polis işçisi olduğuna görə BPİ və Yasamal RPİ birgə əməliyyat tədbiri keçirmişdir. Təqsirləndirilən şəxs 1-ci Alatavada gecə 00-dan sonra yaxınlaşmışlar. Onlar yaxınlaşan zaman Təqsirləndirilən şəxs tək olmuşdur. Təqsirləndirilən şəxs üzərindən 05 büküm narkotik vasitə və marixuana aşkar edilmişdir. Bükümlərdə olan narkotik vasitə heroinə bənzəyirmiş. Təqsirləndirilən şəxs üzərindən tərəzi çıxıb-çıxmamasını xatırlamır. Təqsirləndirilən şəxs tərəflərindən psixi və fiziki təsir olmamışdır. Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumat narkotik vasitələrin istifadəsi və dövriyyəsi ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs gecə 00-dan sonra Alatava qəsəbəsində saxlamışlar. Təqsirləndirilən şəxs saxlanılan zaman tək olmuşdur. Saxlayan zaman şəxsin üzərinə baxış keçirməmişlər. Təqsirləndirilən şəxs apardıqları maşını Şahid1 sürmüşdür. Təqsirləndirilən şəxs qoluna qandal vurulmamışdır. Saxlayan zaman Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını bildirmişlər və şöbəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərməmişdir. Şəxsi axtarış zamanı müdafiəçi dəvət edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs narkotik vasitələri Lənkərandan bir şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman videoçəkilişində iştirak etmişdir. Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Bakı BPİ-nin CAİ-nin əməliyyat müvəkkili vəzifəsində çalışır və polis kapitanı xüsusi rütbəsi daşıyır. 27 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə İdarə rəisinə raportla məruzə olunduqdan sonra ondan və Yasamal RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 28 yanvar 2024-cü il saat 00:05 radələrində Təqsirləndirilən şəxs ehtimal olunduğu ünvana yollanmışlar. Saat 00:40 radələrində Yasamal rayonu, 1-ci Alatava adlanın ərazidə soraqlaşma və güdmə apararaq, 1-ci Alatava 97B ünvanının qarşısında Təqsirləndirilən şəxs görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər və narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyərək Təqsirləndirilən şəxs Yasamal RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da razı olaraq onlarla birlikdə Polis İdarəsinə gəlmişdir. Prosessual sənədləşmə idarənin baş təhqiqatçısı Orxan Əliyevə həvalə edilmişdir. Polis İdarəsində xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ cibindən 01 ədəd üzük və alışqanı, gödəkçənin sol iç cibindən pul qabını, qara rəngli cins şalvarının sol yan cibindən Samsunq markalı mobil telefonu və əynindəki qara rəngli dəri gödəkçənin sol yan cibindən 5 ədəd şəffaf selofan büküm içərisində qəhvəyi rəngli toz şəkilli kütləni və 1 ədəd şəffaf sellofan büküm içərisində tünd yaşıl rəngli ot şəkilli kütləni masanın üzərinə qoyaraq təqdim etmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, başqa əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs həmin maddələri haradan kimdən əldə etdiyi barədə sual verildikdə, o həmin maddələri 15 gün əvvəl Lənkəran rayonu Haftonu kəndində üzdən tanıdığı şəxsdən 200 manata aldığını, özü istifədə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi pul qabına baxış keçirilmiş və içərisində 5 ədəd plastik bank kartı aşkar olunmuşdur. Həmin kütlələr və mobil telefon qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüşdür. Pul qabı, 1 ədəd üzük və 2 ədəd Bakubus kartları Təqsirləndirilən şəxs qaytarılmışdır. Həmçinin kütlənin aşkar edilib götürülməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol ucadan oxunmuş və bütün iştirakçılar tərəfindən həm zərf, həm də protokol imzalanmışdır. (Cild 1, iş vərəqi 92-94) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirmişdir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı əsasında Bakı BPİ-nin əməkdaşı ilə birlikdə əməliyyat tədbiri keçirilmiş və Təqsirləndirilən şəxs saxlamışlar. Təqsirləndirilən şəxs İdarəyə gətirilmişdir. İdarədə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və üzərində narkotik vasitə aşkar edilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, əməliyyat məlumatı ona daxil olmuşdur. Əməliyyat tədbirinin Bakı BPİ ilə birlikdə keçirilməsinin səbəbi əməliyyat məlumatında şəxsin əvvəllər polis əməkdaşı kimi fəaliyyət göstərməsinin qeyd edilməsi olmuşdur. Təqsirləndirilən şəxs 1-ci Alatava qəsəbəsində gecə saatlarında saxlanılmışdır. Şəxs saxlanılarkən tək olmuş və onlara heç bir müqavimət göstərməmişdir. O, şəxsin üzərinə keçirilən şəxsi axtarış zamanı iştirak etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən telefon, pulqabı, kartlar və narkotik vasitələr çıxmışdır. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitələr 5-6 bükümdə olmuşdur. Belə ki, həmin bükümlərdən biri bükümü marixuana, digərləri isə heroin olmuşdur. Tərəflərindən Təqsirləndirilən şəxs qarşı fiziki və psixi təsir olmamışdır. Təqsirləndirilən şəxs gecə 00-dan sonra Alatava qəsəbəsində saxlamışlar. Şəxsi saxlayan zaman üzərinə baxış keçirməmişlər. Təqsirləndirilən şəxs saxlayan zaman onlar 2 nəfər olmuşlar. Təqsirləndirilən şəxs İdarəyə maşınla aparmışlar. Saxladıqları yerdən maşına qədər nə qədər məsafə olduğunu xatırlamır. Təqsirləndirilən şəxs qoluna qandal vurulmamışdır. Təqsirləndirilən şəxs saxladıqları vaxtdan şəxsi axtarış keçirilənə qədər keçən müddəti xatırlamır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilənə qədər əli açıq olmuş və onlar onun yanında dayanmışlar. Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olubolmadığını soruşmamışlar. Şəxs saxlanan zaman üzərində telefon olmuşdur. Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində çalışır və polis kapitan xüsusi rütbəsi daşıyır. 27 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə İdarə rəisinə raportla məruzə olunduqdan sonra ondan və Bakı BPİ-nin CAİ-nin əməliyyat müvəkkili, polis polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 28 yanvar 2024-cü il saat 00:05 radələrində Təqsirləndirilən şəxs ehtimal olunduğu ünvana yollanmışlar. Saat 00:40 radələrində Yasamal rayonu, 1-ci Alatava adlanan ərazidə soraqlaşma və güdmə apararaq, 1-ci Alatava 97B ünvanının qarşısında Təqsirləndirilən şəxs görüb ona yaxınlaşaraq özlərini təqdim edərək, narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirib üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onu Yasamal RPİnə dəvət etmişlər. O, da razı olaraq birlikdə Polis İdarəsinə gəlmişlər. Prosessual sənədləşmə idarənin baş təhqiqatçısı Orxan Əliyevə həvalə edilmişdir. Polis İdarəsində təhqiqatçının xidməti iş otağında hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ cibindən 01 ədəd üzük və alışqanı, gödəkçənin sol iç cibindən pul qabını, qara rəngli cins şalvarının sol yan cibindən Samsunq markalı mobil telefonu və əynindəki qara rəngli dəri gödəkçənin sol yan cibindən 5 ədəd şəffaf selofan büküm içərisində qəhvəyi rəngli toz şəkilli kütləni və 1 ədəd şəffaf sellofan büküm içərisində tünd yaşıl rəngli ot şəkilli kütləni masanın üzərinə qoyaraq təqdim etmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, başqa əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs həmin maddələri haradan kimdən əldə etdiyi barədə sual verildikdə, o həmin maddələri 15 gün əvvəl Lənkəran rayonu Haftonu kəndində üzdən tanıdığı şəxsdən 200 manata aldığını, özü istifədə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi pul qabına baxış keçirildi və içərisində 5 ədəd plastik bank kartı aşkar olunmuşdur. Həmin kütlələr və mobil telefon qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüşdür. Pul qabı, 1 ədəd üzük və 2 ədəd Bakubus kartları Təqsirləndirilən şəxs qaytarılmışdır. Həmçinin kütlənin aşkar edilib götürülməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol ucadan oxunmuş və bütün iştirakçılar tərəfindən həm zərf, həm də protokol imzalanmışdır. (cild 1, iş vərəqə 89-91) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 29 yanvar 2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata götürülmüşdür. (Cild 1, iş vərəqə 1) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (Cild 1, iş vərəqə 5) xx.xx.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan və xx.xx.2024-cü il tarixli, 3-13-53/Ə62/2024 saylı əmrdən görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməklə yaxalanmasından ötrü Yasamal RPİ-də əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 6-8) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs 1-ci Alatava ev 97B ünvanının qarşısında saxlanılaraq Yasamal rayon Polis İdarəsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 13) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından, həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 23-24) xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, 28 yanvar 2024-cü il tarixdə saat 00:40 radələrində Bakı şəhəri Yasamal rayonu 1-ci Alatava 97B ünvanının yaxınlığında saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs hüquq vəzifələri izah olunmuş, axtarış keçirilməzdən əvvəl üstündə qanunsuz saxlanılan və gəzdirilən əşya və ya maddənin könüllü təqdim olunması ona təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ cibindən 01 ədəd üzük və alışqanı, gödəkçənin sol iç cibindən pul qabını, qara rəngli cins şalvarınnın sol yan cibindən Samsunq markalı mobil telefonu və əynindəki qara rəngli dəri gödəkçənin sol yan cibindən 5 ədəd şəffaf selofan büküm içərisində qəhvəyi rəngli toz şəkilli kütləni və 1 ədəd şəffaf sellofan büküm içərisində tünd yaşıl rəngli ot şəkilli kütləni masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, başqa əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs həmin maddələri haradan kimdən əldə etdiyi barədə sual verilmiş, o həmin maddələri 15 gün əvvəl Lənkəran rayonu Haftonu kəndində üzdən tanıdığı şəxsdən 200 manata aldığını, özü istifədə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi pul qabına baxış keçirilir, içərisində 5 ədəd plastik bank kartı aşkar olunmuşdur. Həmin kütlələr və mobil telefon qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüş. Pul qabı, 1 ədəd üzük və 2 ədəd Bakubus kartarı Təqsirləndirilən şəxs qaytarılmışdır. Həmçinin kütlənin aşkar edilib götürülməsi barədə təhqiqatçı tərəfindən tərtib olunmuş protokol ucadan oxunmuş və bütün iştirakçılar tərəfindən həm zərf, həm də protokol imzalanmışdır. (Cild 1, iş vərəqə 33, 35-37) Kompleks məhkəmə-kimyəvi və bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 7/162 saylı ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 20,090 qram bitki mənşəli kütlə çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuanadır. Həmin zərfin içərisində 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,523 qr, 3,059 qr, 2,888 qr, 2,315 qr, və 2,760 qram olmaqla, ümumi təmiz çəkisi 14,545 qram qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında xarici görüntüsünə və kimyəvi tərkib komponentlərinə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. QEYD: heroinin təmiz çəkisi 14,545 qram, tədqiqata sərf edilən ümumi miqdar 0,25 qram, qalıq 14,295 qram. Marixuananın təmiz çəkisi 20,090 qram, tədqiqata sərf edilən ümumi miqdar 0,05 qram, qalıq 20,040 qram. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (siyahı İ) daxildir. (Cild 1, iş vərəqə 45-47) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 5(004)-103/2024 saylı qərardan (hakim R.M.Daşdəmirov) görünür ki, Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Yasamal RPİnin CAŞ-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 28 yanvar 2024-cü il tarixli qərar qanuni hesab edilmişdir. (Cild 1, iş vərəqə 52) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddələi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 58-59) Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(004)-84/2024 saylı qərarından (hakim M.A.Məmmədov) görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. (Cild 1, iş vərəqə 75-79) “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxsi axtarış və götürmə protokoluna əlavə edilmiş şəxsi axtarışı əks etdirən video görüntü 01 ədəd «DVD» diskə baxış keçirilmişdir. Diskdə olan görüntü Yasamal RPİ-də qeydə alınaraq, Yasamal RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid1, onun yanında Bakı BPİ-nin CAİ-nin əməliyyat müvəkkili və polis kapitanı Şahid2 iştirakları ilə Yasamal RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis baş leytenantı X4 tərəfindən özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin və 22 saylı vəkil bürosunun vəkili X1 iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyi müşahidə olunur. Görüntüdə Təqsirləndirilən şəxs hüquq vəzifələri izah olunur, axtarış keçirilməzdən əvvəl üstündə qanunsuz saxlanılan və gəzdirilən əşya və ya maddənin könüllü təqdim olunması ona təklif edilir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ cibindən 01 ədəd üzük və alışqanı, gödəkçənin sol iç cibindən pul qabını, qara rəngli cins şalvarınnın sol yan cibindən Samsunq markalı mobil telefonu və əynindəki qara rəngli dəri gödəkçənin sol yan tcibindən 5 ədəd şəffaf selofan büküm içərisində qəhvəyi rəngli toz şəkilli kütləni və 1 ədəd şəffaf sellofan büküm içərisində tünd yaşıl rəngli ot şəkilli kütləni masanın üzərinə qoyur. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilir başqa əşya aşkar olunmur. Təqsirləndirilən şəxs həmin maddələri haradan kimdən əldə etdiyi barədə sual verilir, o həmin maddələri 15 gün əvvəl Lənkəran rayonu Haftonu kəndində üzdən tanıdığı şəxsdən 200 manata aldığını, özü istifədə etmək üüçün üzərində saxladığını bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi pul qabına baxış keçirilir, içərisində 5 ədəd plastik bank kartı aşkar olunur. Həmin kütlələr və mobil telefon qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürüldüyü müşahidə olunur. Pul qabı, 1 ədəd üzük və 2 ədəd Bakubus kartları Təqsirləndirilən şəxs qaytarılır. Həmçinin kütlənin aşkar edilib götürülməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib edildiyi, protokolun ucadan oxunduğu və bütün iştirakçılar tərəfindən həm zərf, həm də protokol imzalandığı müşahidə olunur. (cild 1, iş vərəqə 84) Maddi sübut kimi tanınma haqqında 30 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş ümumi təmiz çəkisi 14,545 qram heroin və 20,090 qram qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 14,295 qram heroin və 20,040 qram qurudulmuş marixuana saxlanılması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmişdir. (Cild 1, iş vərəqə 85) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqə 97) Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 917 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs qərarda göstərilən cinayət əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. (cild 1, iş vərəqə 108-110) Məhkəmə-narkoloji ekspertizasının 05 aprel 2024-cü il tarixli 2212 saylı rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 1, iş vərəqə 111-112) “Sübutların qiymətləndirilməsi haqqında” 20 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış və barəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmış, Məhkəmə-kimyəvi ekspertizanın xx.xx.2024-ci il tarixli 3-16-16/2-7/162 saylı rəyi, məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 2212 sayı rəyi, məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 917 saylı rəyi sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərindən götürülmüş ümumi təmiz çəkisi 14,545 qram heroin və 20,090 qram qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 14,295 qram heroin və 20,040 qram qurudulmuş marixuana saxlanması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin görüntüsünü əks etdirən 01 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş telefon məlumatları olan 1 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmiş, 1 ədəd «Samsung» markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroini və marixuananı könüllü təqdim etməsi xüsusatı rədd edilmiş, Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda narkotik vasitənin mənbəyinin müəyyən edilməsi üçün ********* saylı cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca cinayət işi ayrılmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnın 234.4.1, 234.4.4 və 206-cı maddələrinin tərkib əlamətləri olmadığı üçün həmin xüsusat üzrə cinayət işinin başlanmasının rədd edilmişdir. (Cild 1, iş vərəqə 113-119) Cinayət işindən başqa cinayət işinin ayrılması haqqında 20 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən narkotik vasitənin mənbəyini müəyyən etmək və digər hallar barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrılaraq icraata qəbul edilmişdir. (Cild 1, iş vərəqə 121) Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, xx.xx.2008-ci il təvəllüdlü Soykan adlı uşağın atası Təqsirləndirilən şəxsdur. AZ-İİ№487951 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü Duyğu adlı uşağın atası Təqsirləndirilən şəxsdur. Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmədə təqsirləndirilən şəxs məhkəmə iclaslarında dindirilərkən özünü təqsirli bilməyərək ifadələrində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmadığını, polis əməkdaşlarının onu ünvan 1 ünvanın qarşısında deyil, 27 yanvar 2024-cü il tarixdə, saat 22-23 radələrində yaşadığı Abşeron rayonu Qobu qəsəbəsində evdən apardıqlarını, polislər tərəfindən onun evinə basqın edildiyini, tutulan zaman tək olmadığını, polis bölməsinə gətirilən zaman üzərində narkotik vasitə olmadığını, polislər tərəfindən fiziki və psixi zor tətbiq edilərək döyüldüyünü, üzərindən aşkar edilmiş narkotik vasitələrin polislər tərəfindən üzərinə qoyulduğunu, ibtidai istintaq zamanı etirafedici ifadə verməsinin səbəbi kimi polis əməkdaşları tərəfindən döyülməsi olduğunu bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə özünü qismən təqsirli bilərək verdiyi etirafedici ifadələrini məhkəmə iclaslarında dəyişdirməsinin səbəblərini araşdırmış, müdafiə tərəfi ibtidai istintaq zamanı etirafedici ifadə verməsinin səbəbini polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi zorakılıq edilməsi ilə əlaqələndirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatın araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına sorğu ünvanlamış, təcridxanadan daxil olmuş xx.xx.2024-cü il tarixli 3-16-17/40/2-6058/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təridxanasına gətirilmiş, ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Sorğu zamanı xəsarət almadığını bildirmişdir. Bədəninə baxış keçirən zaman yeni xəsarət izi aşkar edilməmiş, döş qəfəsinin sağ nahiyyəsində və sol dirsək nahiyəsində köhnə çapıq toxuması aşkar edilmişdir. İlkin tibbi müayinənin nəticəsi olaraq ona “Narkomaniya? Babasil?” diaqnozu qoyulmuşdur. Bakı Şəhəri Yasamal rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli 2106-xid- 24/2696 nömrəli cavab məktubundan və 09 avqust 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Yasamal RPİ-nin polis əməkdaşlarının qanunsuz hərəkətlərinə məruz qalması barədə müraciəti üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılmış və aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə, qəddar və qeyri insani rəftara məruz qalması faktı öz təsdiqini tapmamış, ona görə də Azərbaycan Respublikası Baş Prokurorluğunun 09 avqust 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarla toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadələrində narkotik vasitələrin dövriyyəsi ilə heç bir əlaqəsi olmadığını, polis əməkdaşlarının onu döyərək işgəncə verdiyi üçün narkotik vasitəni boynuna götürməyə məcbur qaldığını, həmçinin, o polis əməkdaşları tərəfindən ünvan 1 ünvanın qarşısında deyil, 27 yanvar 2024-cü il tarixdə, saat 22-23 radələrində yaşadığı Abşeron rayonu Qobu qəsəbəsində evdə olan zaman tutulduğunu bildirmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş üzrə şahidlər Şahid1 və Şahid2 isə ifadələrində Təqsirləndirilən şəxs qarşı hər hansı polis əməkdaşı tərəfindən tutulmazdan əvvəl və ya sonra heç bir psixi və fiziki zorakılıq edilmədiyini, Təqsirləndirilən şəxs ünvan 1 ünvanın qarşısında saxladıqlarını, sonuncunun tutulan zaman tək olduğunu, polis idarəsində üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən telefon, pulqabı, kartlar və narkotik vasitələr çıxdığını, Təqsirləndirilən şəxs üzərindən çıxan narkotik vasitələrin 5-6 bükümdə olduğunu, həmin bükümlərdən 1 bükümünün marixuana, digərlərinin isə heroin olduğunu, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitələri Lənkərandan tanımadığı şəxsdən əldə etməsini etiraf etdiyini bildirmişlər. Məhkəmə istintaqı zamanı şəxsi axtarış və götürmənin qeydə alındığı videoçəkilişi əks etdirən 01 (bir) ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs vəsatət verərək bildirmişdir ki, ittihamda göstərilən, yəni, 27 yanvar 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən Yasamal rayonu 1-ci Alatava ərazisində saat 00:40 radələrində saxlanılmamışdır. Polis əməkdaşları onu 27 yanvar 2024-cü il tarixdə saat 22:00-23:00 radələrində yaşadığı Abşeron rayonu Qobu qəsəbəsində yaşadığı evdən aparmışlar. Belə ki, o 27 yanvar 2024cü il tarixdə, saat 00:40-da artıq Yasamal RPİ-də olmuşdur. Odur ki, istifadəsində olan mobil nömrənin 27 yanvar 2024-cü il tarixdə və 28 yanvar 2024-cü il tarixdə anten dairələrinin müəyyən edilməsi üçün müvafiq mobil operatorlarına sorğu verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə həmin xüsusatın araşdırılması üçün təqsirləndirilən şəxs tərəfindən verilmiş vəsatəti təmin edərək müvafiq sorğular göndərmiş və cavabları alınaraq iş materiallarına əlavə edilmişdir. Lakin həmin anten məlumatlarında təqsirləndirilən şəxsin vəsatətində qeyd etdiyi hallar öz təsdiqini tapmamışdır. Belə ki, mobil operatorlardan götürülmüş məlumatlarda antenlərin ünvanları qeyd edilmiş, antenlər isə bir neçə kilometr əraziləri əhatə edərək müxtəlif ərazilərdə yerləşən mobil telefon nömrələrinə xidmət edə bilər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımasına görə ittiham irəli sürülmüşdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə aşkar olunmuş narkotik vasitələrlə bağlı qeyd edir ki, həmin vaxt Təqsirləndirilən şəxs üzərində olan heroinin və marixuananın ümumi təmiz çəkisi şəxsi istehlak miqdarı (birdəfəlik istehlak həcmi) üçün nəzərdə tutulduğundan dəfələrlə çoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ittihamı mübahisələndirdiyi hissədəki ifadələrini, habelə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaması barədə məhkəmə iclaslarında verdiyi bu kimi ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - işin faktiki halları cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, özünün ibtidai istintaq zamanı qismən etiraf edici ifadəsi və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə yekun hüquqi qiymət verərkən onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsini də əsas götürür. Məhkəmə təqsirləndirilən şəxsin həm üzərinə şəxsi axtarış keçirilməsi, həm istintaq dövründə eyniməzmunlu qismən etirafedici ifadə verməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən ümumi təmiz çəkisi külli miqdarda 14,545 qram narkotik vasitə heroin və xeyli miqdarda təmiz çəkisi 20,090 qram narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilməsi, həmçinin narkotik vasitə heroinin bükümlər halında olması işin mübahisəsiz hallarıdır. Narkotik vasitənin miqdarının külli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində həlledici rol oynamasa da, məhkəmə hazırkı iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitə heroin və qurudulmuş marixuananın şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, əldə etdiyi narkotik vasitələri üzərində gəzdirməsi, əldə etdiyi narkotik vasitə heroinin bükümlər halında olması kimi halları birgə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini və xeyli miqdarda narkotik vasitə marixuananı satış məqsədilə qanunsuz əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyi narkotik vasitə olan heroin və qurudulmuş marixuananın birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, əldə etdiyi külli miqdarda narkotik vasitə heroini və xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı üzərində gəzdirməsinə, narkotik vasitə heroinin bükümlər halında olmasına dair cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasına görə, həmin əməlləri törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs ilk dəfə himayəsində 02 (iki) yetkinlik yaşına çatmayan uşağının olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitələrin növünü, çəkisini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın müəyyən edilməməsini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla, şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri Yasamal rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 28 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Yasamal RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi çəkisi 14,295 qram heroin, 20,040 qram qurudulmuş marixuana məhv edilməli, 01 ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs (öz razılığı ilə yaxın qohumlarına) qaytarılmalı, şəxsi axtarış və götürmənin əks olunduğu 01 ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş telefon məlumatları olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq Yasamal RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi çəkisi 14,295 qram heroin, 20,040 qram qurudulmuş marixuana məhv edilsin, 01 ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs (öz razılığı ilə yaxın qohumlarına) qaytarılsın, şəxsi axtarış və götürmənin əks olunduğu 01 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş telefon məlumatları olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar