Məhkəmə qərarları › İş №1(101)-1874/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1874/2024

23.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1874/2024 23.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X13 və X6 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib barəsində CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, nömrəsiz fərdi evdə kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, AR ƏN Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 4,781 qram psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşları tərəfindən 11 fevral 2024-cü il tarixdə saat 00:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozunda “Qarabağ” ət dükanının qarşısında özünü şübhəli apardığına görə saxlanılaraq ünvan 3 ünvanında yerləşən Bakı şəhəri, Sabunçu RPİ-nin 14-cü PŞ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd dəmir qabın içərisində 13 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,257 qram, 0,357 qram, 0,352 qram, 0,356 qram, 0,399 qram, 0,411 qram, 0,312 qram, 0,333 qram, 0,391 qram, 0,369 qram, 0,350 qram, 0,338 qram, 0,556 qram, ümumi təmiz çəkisi 4,781 qram ağ rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan ona edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, Xəzər Rayon Məhkəməsinin hökmü ilə məhkum olunmuşdur. İki ildir ki, psixotrop maddə metamfetamin istifadə edir. O, rəfiqəsigildən çıxıb “Bolt” tətbiqi vasitəsilə taksi sifariş edib evə getmiş, taksi biraz yol gedəndən sonra iki maşın onun qarşısını kəsmişdir. Onlar polislər olmuşdur. Özlərini polis kimi təqdim edən şəxslər sonra da onu bölməyə aparmışlar, Orada da onu döymüşlər. Psixotrop maddələri “instagram” sosial şəbəkəsində tanış olduğu İİR vətəndaşından almışdır. Həmin şəxslə İnstaqram sosial şəbəkəsində danışıq zamanı ona bildirmişdir ki, Bakı şəhərində özünə məxsus psixotrop maddə patı vardır, ona təmənnasız olaraq psixotrop maddə patı təklif etmişdir. O, sonuncudan həmin psixotrop maddənin yerini soruşduqda həmin şəxs Vatsap mesajlaşma proqramı vasitəsilə həmin psixotrop maddənin olduğu yerin koordinantını və psixotrop maddənin qoyulduğu yerin fotoşəklini ona göndərmişdir. 09 fevral 2024-cü il tarixdə ona göndərilən koordinant üzrə Suraxanı rayonu, Hövsan qəsəbəsində psixotrop maddənin qoyulduğu əraziyə getmişdir. Orada daşın altında şəffaf sellofana bükülmüş bağlamanı götürmüş və həmin bağlamanı açdıqda içərisində xırda sellofanlara bükülmüş psixotrop maddə patını götürmüş və çantasına qoyaraq üzərində saxlamışdır. O, psixotrop maddəni götürəndə hələ evə getməmişdir. Polislər saxlayanda psixotrop maddə onun üzərində olmamış, həmin psixotrop maddəni maşına qoymuşdur. Polis əməkdaşları maşında axtarış aparandan sonra həmin psixotrop maddəni aşkarlamışdır. Psixotrop maddə bükümlərinin sayı ittihamda düz yazılıb, 13 büküm olmuş, bükümlər sellofanın içərisində olmuş, skoçla bağlanmışdır. O iki ildir ki, psixotrop maddə istifadəçisidir. Psixotrop maddələri mütəmadi olaraq həmən iranlıdan almışdır. O heç vaxt psixotrop maddələrdən heç kəsə satmamış, yalnız həmin maddəni şəxsi istifadəsi üçün əldə etmişdir. X10 ifadəsində həmin bükümlərə ayrılmasında məqsədi istifadəsini asanlaşdırmaq olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlayaraq daşıması ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə ekspertizasının rəyləri, elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında və telefona baxış keçirilməsinə dair protokollar, maddi sübutlar və digər sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hadisə 2024-cü ilin fevral ayında baş vermişdir. Aytac barəsində hər hansı əməliyyat məlumatı daxil olmamışdır. Sonuncunu özünü şübhəli apardığı üçün saxlamış və Sabunçu RPİ-nin 14-cü PŞ-ə dəvət etmişlər. Əməliyyatda o və Şahid1 iştirak etmişdir. Bölməyə apaıldıqdan sonra təhqiqatçının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı özü könüllü şəkildə üzərində olan narkotik vasitəni təqdim etmiş və bu barədə sənədləşmə işləri aparılmış, ekspertizaya göndərilmişdir. Aytacın təqdim etdiyi narkotik vasitə 13 ədəd bükümdə olan metamfetamin olmuşdur. Təhqiqatçı Aytacı müdafiəçi ilə təmin etsə də, o, müdafiəçidən imtina etmişdir. İmntina etməsinin səbəbi barədə nəsə xatırlamır. Aytacın narkotik vasitə satması barədə məlumat daxil olmamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, əvvəllər Aytac barəsində hər hansı əməliyyat məlumatı daxil olmamışdır. 11 fevral 2024-cü il tarixdə əməliyyat müvəkkili Şahid2lə birlikdə inzibati ərazidə xidmət aparmışlar. Həmin vaxt Ramana qəsəbəsində, Gülçülük sovxozu deyilən yerdə “Qarabağ” ət dükanının yaxınlığında Aytacı görmüş və yaxınlaşmışlar. Sonuncunu şübhəli şəxs qismində sorğusual etmişlər. Aytacdan şübhələnmələrinə səbəb özünü qeyri-adekvat aparması, verilən suallara yayındırıcı cavablar verməsi olmuşdur. Bu səbəbdən onu 14-cü PB-ə dəvət etmişlər. Bölmədə raportla bölmə rəisinə məruzə etmişlər. Bölmədə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən 13 ədəd büküm aşkarlanmışdır. Aytac bükümlərin metamfetamin olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı sonuncunun üzərindən mobil telefon da aşka edilmişdir. Həmin bükümlər qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Aytacın narkotik vasitə satması barədə məlumat daxil olmamışdır. Sonuncuya qarşı hər hans zorakılıq edilməmişdir. 11 fevral 2024-cü il tarixli tutma protokolundan görünür ki, həmin gün saat 02:15-də (faktiki saxlanma 00:30) Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 13) 12 fevral 2024-cü il tarixli qərardan görünür ki, Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru Arif Qarayev tərəfindən Təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Sabunçu rayon prokuroru qarşısında qaldırılmış vəsatətin müdafiə edilməsindən imtina edildiyindən, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (İ.v. 46-66) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-1874/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinə Penitensiar Xidmətin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılaraq xx.xx.2024-cü il tarixdə təcridxanaya gətirilmişdir. 11 fevral 2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nin təhqiqatçısı polis kapitanı Ramin Kəngərli tərəfindən tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd dəmir qutunu və bir ədəd «Samsung» markalı mobil telefon aparatını təqdim etmiş, həmin qutudan 13 ədəd bükümdə içərisində ağ rəngli maddə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəkilərin psixotrop maddə olan metamfetamin olmasını, həmin maddələri internet sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikası vətəndaşından xx.xx.2024-cü il tarixdə Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Mobil telefon aparatına baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin mobil telefona baxış keçirilmiş və cinayət işi üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. (i.v: 72-73) Məhkəmə-kimyəvi ekspertizasının 12 fevral 2024-cü il tarixli 3-16-16/2-6/825 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №100» dairəvi möhür əksi «şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs» yazısı və imzalar olan zərfdəki 13 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,257qram, 0,357qram, 0,352qram, 0,356qram, 0,399qram, 0,411qram, 0,312qram, 0,333qram, 0,391qram, 0,369qram, 0,350qram, 0,338qram, 0,556qram, ümumi təmiz çəkisi 4,781qram ağ rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi kosponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (i.v 32-36) Məhkəmə-narkoloji ekspertizasının 15 fevral 2024-cü il tarixli 993 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların və opioidlərin qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı varldır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v 104-105) Baxış keçirilməsi haqqında 17 aprel 2024-cü il tarixli protokoldan görünür ki, «Azerfon» LLC-dən AZF/LGL-290/24 nömrəli xx.xx.2024-cü il tarixli müşaiyət məktubu ilə daxil olmuş ***-***-**-** mobil nömrə ilə aparılan telefon danışıqları cədvəlini özündə əks etdirən cədvələ baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir sübut əhəmiyyətli telefon danışığı və ya SMS yazışması müəyyən edilməmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən Təqsirləndirilən şəxs Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib barəsində CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 11 ay 26 gün müddətinə azadlıqın məhdudlaşdırlması cəzasına məhkum edilmişdir. (i.v: 77-78) Bakı Şəhər İcra və Probsiya İdarəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası icra edilməmişdir. 06 may 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs aşkar edilmiş 4,781 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 11 fevral 2024-cü il tarixli «şəxsi axtarış və götürmə»ni özündə əks etdirən 1 ədəd CD disk maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq çəkisi 4,521 qram psixotrop maddə metamfetamin, maddi sübutların saxlanc kamerasına təhvil verilmiş, 11 fevral 2024-cü il tarixli «şəxsi axtarış və götürmə»ni özündə əks etdirən 1 ədəd CD disk və «Azerfon» LLC-dən AZF/LGL-290/24 nömrəli xx.xx.2024cü il tarixli müşaiyət məktubu ilə daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. (İ.v: 106-110) Cinayət işinin materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs atası X5 01 aprel 2024-cü il tarixdə, anası X3 08 dekabr 2021-ci il tarixdə vəfat etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Respublika Neyrocərrahiyyə Xəstəxanası tərəfindən verilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs zəmin aktivlik alfa-ritmlə təqdim olunub, ifadə olunur, sol alın payında epileptiform aktivlik qeydə alınır. Cinayət işinin materiallarına əlavə edilmiş əlillik vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs bacısı X4 üçüncü qrup əlildir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd diskə baxılmışdır. Müəyyən edilmişdir ki, həmin diskdə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntü, 01 ədəd fayl var. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntü 11 dəqiqə 16 saniyədən ibarətdir. Həmin fayldan görünür ki, bir nəfər qadın cinsindən olan şəxsin üzərinə şəxsi axtarış aparılır. Üzərinə şəxsi axtarış aparılan şəxs özünü təqdim edərək adının Təqsirləndirilən şəxs olmasını bildirir. Daha sonra həmin şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd dəmir qutu və bir ədəd «Samsung» markalı mobil telefon aparatını təqdim edir. Həmin qutudan 13 ədəd bükümdə içərisində ağ rəngli maddə olması aşkar edilir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəkilərin psixotrop maddə olan metamfetamin olmasını, həmin maddələrin internet sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikası vətəndaşından xx.xx.2024-cü il tarixdə Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində şəxsi istifadəsi üçün əldə etdiyini bildirir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988- ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla psixotrop maddələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən psixotrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən psixotrop maddə lərin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 2-ci Siyahısının 118-ci bəndinə əsasən (21 noyabr 2023-cü il tarixədək qüvvədə olan) - təmiz halda 2 (iki) qramdan daha artıq çəkidə çəkidə psixotrop maddə olan metamfetamin külli miqdar təşkil edir. Məhkəmə ilk olaraq tutma prosesinin və şəxsi axtarışın qanunun tələblərinə müvafiq aparılıb-aparılmamasını, eləcə də, təqsirləndirilən şəxsin gətirdiyi dəlilərin əsaslı olubolmamasını araşdırmağı zəruri hesab edir. Mövcud vəziyyətdə təqsirləndirilən Təqsirləndirilən şəxs tutulması CPM-nin 148-ci maddəsinin tələbdərinə əsasən qanuna uyğun formada aparılmışdır. Belə ki, 148.2.3-ci maddəsində əsasən şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən olunduqda cinayət törətməsinə bilavasitə şübhə yarandığına görə təhqiqatçı tərəfindən tutulma tətbiq edilə bilər. Həmçinin CPM-nin 207-ci maddəsinə əsasən də cinayət işi başlamadan şəxsin üzərində axtarış keçirilməsi qanununun tələblərinə uyğun olmuşdur. Belə ki, CPM-nin 207.4-cü maddəsində göstərilmişdir ki, …cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. CPM-nin 90.11.2-ci maddəsində isə şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq vəzifəsi təsbit olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı CPM-nin 246-cı maddəsinin tələblərinə də riayət edilmişdir. Belə ki, şəxsi axtarış videoçəkilişlə aparılmış və təqsirləndirilən Təqsirləndirilən şəxs videoçəkilişlə üzərindən çıxan psixotrop maddəni könüllü təqdim etmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı psixotrop maddələrin hər bir bükümünün ona məxsus olduğunu etiraf etsə də, tutulma şəraitini mübahisələndirmiş, psixotrop maddənin üzərində deyil, maşında olduğunu və polis əməkdaşları tərəfindən döyüldüyünü, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən üzərindən aşkar edilmiş psixotrop maddənin sonuncuya məxsus olub-olmaması, polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalıb-qalmamasını, eləcə də, onun satış məqsədinin olub-olmamasını araşdırmalıdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən üzərində olan psixotrop maddəni könüllü olaraq təqdim etmiş və müdafiəçinin hər hansı psixoloji təzyiq edilib-edilməməsi ilə bağlı sualına “xeyr” cavabını vermişdir. Qeyd edilən xüsusatlar məhkəmə iclası zamanı dindirilmiş şahidlərin ifadələri və digər sübutların məcmusu ilə də təsdiq edilmişdir. Həmçinin xəsarətlə bağlı hər hansı tibb müəssisəsinı müraciət etməmiş və bununla bağlı sənəd təqdim etməmişdir. Müdafiə tərəfi təqsirləndirilən şəxsin tutulma şəraiti və narkotik vasitələrin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməməsini iddia etsə də bu barədə məhkəməyə sübut təqdim edə bilməmiş, əksinə təqsirləndirilən şəxsin Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozunda “Qarabağ” ət dükanının qarşısında özünü şübhəli apardığına görə saxlanılması və bölmədə üzərinə keçirilən şəxsi axtarış zamanı ümumi təmiz çəkisi 4,781 qram psixotrop maddə metamfetamin aşkar edilməsi özünün ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən başqa, şəxsi axtarış və götürmə protokolu, şahid ifadələri və cinayət işinin materialları ilə təsdiq olunmuşdur. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs taksi ilə gedərkən polis əməkdaşları tərəfindən saxlanılması və döyülməsini, üzərində olan psixotrop maddənin avtomobildən aşkar edilməsi ilə bağlı hissədə ifadəsini inandırıcı hesab etmir. Həmçinin məhkəmə qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş ifadəsi daha mötəbər və inandırıcıdır. Belə ki, üzərindən metamfetamin aşkar edilməsi ilə bağlı istintaq zamanı vermiş olduğu ifadəsi digər sübutla - videoçəkiliş zamanı aparılmış şəxsi axtarış protokolu ilə də dəstəklənmişdir. Məhkəmə Təqsirləndirilən şəxs istintaq zamanı vermiş olduğu ifadəsinin inandırıcılığı ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs isintaq zamanı ifadəsində və videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı hadisə ilə, yəni psixotrop maddənin əldə edilməsi, saxlanılması bağlı halları bir-biri ilə əlaqəli, zəncir kimi bağlı, detallı ayrıntılarla anlatmış, özü könüllü şəkildə üzərində olan psixotrop maddəni təqdim etmişdir. Cinayət işi ilə bağlı digər mübahisəli hal Təqsirləndirilən şəxs üzərindən aşkar edilən psixotrop maddəni satış məqsədilə əldə etməsidir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədinin olmasını əldə edib saxladığı 4,781 qram psixotrop maddə metamfetaminin külli miqdar təşkil etməsi və 13 ayrı bükümdə olması ilə əsaslandırmışdır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən psixotrop maddə lərin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla psixotrop maddələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, psixotrop maddənin külli miqdarda olması və 13 ayrı bükümdə olması özü-özlüyündə satış məqsədinin olmasına dəlalət edə bilməz. Belə ki, hazırki işdə əldə edilmiş 4,781 qram metamfetamin külli miqdar təşkil etsə də, şəxs həmin psixotrop maddəni az bir müddətdə ərzində istifadə edə biləcəyindən satış məqsədi olmadan əldə edib saxlamasına dəlalət edir. Bundan başqa bükümlər xırda bağlamalar şəklində olsa belə digər sübutlarla təsdiq olunmadığından metamfetaminin ayrı-ayrı bükümlərdə olması təqsirləndirilən şəxsin satış məqsədini sübuta yetirilməsi üçün kifayət etmir. Məhkəmə həmçinin qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs 11 fevral 2024-cü il tarixdə tutulanadək onun psixotrop maddəni kiməsə əvvəllər satmasına dair hər hansı sübut əldə edilməmişdir. Həmçinin təqsirləndirilən şəxs həm ibtidai isintaq zamanı, həm də məhkəmə baxışı zamanı verdiyi ifadələrində heç vaxt narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, yalnız şəxsi istifadə üçün əldə etdiyini bildirmiş və ona elan olunan ittihamla razılaşmamışdır. X10 ifadəsində həmin bükümlərə ayrılmasında məqsədi istifadəsini asanlaşdırmaq olduğunu bildirmişdir. Bundan başqa, məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları ifadələrində və verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmadığını bildirmişlər. Saxlanılanadək təqsirləndirilən şəxsin istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə daxil olan çıxan zənglər və SMS-lərin əks olunduğu diskə baxış keçirilməsi barədə protokol cinayət işinin materiallarına əlavə edilmiş və həmin protokolla da Təqsirləndirilən şəxs konkret şəxslərə narkotik vasitə və psixotrop maddə satmasını təsdiq edən məlumat aşkar edilməmişdir. Təqsirləndirilən şəxs barəsində olan məhkəmə-narkoloji ekspertizasının rəyi ilə də psixosumulyatorların, yəni metemfetaminin qəbulundan əziyyət çəkməsi müəyyən olunduğundan və bu da onun psixotrop maddələri satış məqsədilə deyil, əksinə şəxsi istifadəsi məqsədilə əldə etməsini göstərir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edən sübutları əldə etmədən, başqa sözlə, lazımı sübutları toplamadan ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Yuxarıda qeyd edilən sübutlar Təqsirləndirilən şəxs satış məqsədinin olmasına şübhələr yaradır. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə metamfetamin əldə etməsi, üzərində saxlaması və daşıması, başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə psixotrop maddə əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, ehtimal və şübhələrinə əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hər iki valideynini itirməsini, qayğıya ehtiyacı olan üçüncü qrup əlil bacısının olmasını əməlində onun cəzasını yüngülləşdirən hal kimi müəyyən etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildə səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Ona görə də, təqsirləndirilən şəxsə cəza təyin edilərkən, onun cəzasının çəkilməmiş hissəsi nəzərə alınmaqla, əvvəlki məhkumluğunda qalan cəzanın çəkilməmiş hissəsi şəxsə yeni təyin ediləcək cəzaya qismən birləşdirilməli və təyin ediləcək cəza yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Odur ki, Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə cəza təyin edilməli və Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 1(003)-754/2023 hökmü ilə ona təyin edilmiş lakin çəkilməmiş, 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü 1 (bir) günə bərabər tutulmaqla 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə kimi hesablanmaqla hazırki cinayət işi üzrə təyin ediləcək cəza ilə qismən birləşdirilməli və hazırki cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində saxlanılacaq cəzanın əvvəli 12 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli onun faktiki saxlanıldığı vaxtdan, yəni 12 sentyabr 2024-cü il tarixdən hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Sabunçu RPİ-nin maddi sübutların saxlamc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 4,521 qram metamfetamin məhv edilməli, 2 ədəd CD disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə-kimyəvi ekspertizasına sərf edilmiş 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Hazırki iş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə, H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 1(003)-754/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş, lakin çəkilməmiş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü 1 (bir) günə bərabər tutulmaqla 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə kimi hesablanmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki cinayət işi üzrə ona təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs üzərində hökmlərin məcmusu qaydasında 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət günə gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılaraq, üzərində qəti olaraq 03 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun faktiki saxlanıldığı vaxtdan, yəni 12 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Sabunçu RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 4,521 qram metamfetamin məhv edilsin, 2 ədəd CD disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə-kimyəvi ekspertizasına sərf edilmiş 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs ndan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Kamran Muxtarov X14 Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar