Məhkəmə qərarları › İş №1(101)-1875/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1875/2022

23.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1875/2022 23.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxx 1972-ci il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 9-cu mikrorayon, Kristal ünvan 2 ünvanında yaşamış, 14 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 iyun 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə əldə edib satmaq məqsədi ilə şəxsiyyəti müəyyənləşdirilməmiş İran İslam Respublikası (bundan sonra: İİR və ya İran) vətəndaşı kimi tanıdığı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, mənfəət olaraq gəlir əldə etmək müqabilində şəxsiyyəti müəyyənləşdirilməmiş İİR vətəndaşı kimi tanıdığı şəxsə məxsus külli miqdarda narkotik vasitənin daşınmasını həyata keçirəcəyi barədə razılığa gəlib onun mobil telefonuna göndərdiyi mesaja əsasən sonuncunun tapşırığı ilə 14 iyun 2022-ci il tarixdə, saat 19 radələrində ünvan 3 ünvanının yaxınlığında şəxsiyyəti müəyyənləşdirilməmiş qeyrisi tərəfindən əvvəlcədən təyin edilən yerə qoyulmuş, qara rəngli sellofan bükülüdə təmiz çəkisi 2005,00 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı götürərək qanunsuz olaraq əldə edib saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həmin tarixdə, saat 20:30 radələrində Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, ünvan 3 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 118 ünvanında yerləşən Nizami RPİ-nin 23-cü PB-nə apaprılmış, xidməti otaqda üzərində şəxsi axtarış keçirilən zaman əlində sellofan torbada olan 1 (bir) ədəd qara rəngli bağlamada təmiz çəkisi 2005,0 qram, külli miqdarda bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana narkotik vasitəsi aşkar edilərək ondan götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun qabaqcadan əlbir olan bir qrup şəxs kimi satış məqsədilə qanunsuz olaraq külli miqdarda qurudulmuş marixuana narkotik vasitəsini əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, İİ qrupa görə təqaüdçü olmuş, heç bir işlə məşğul olmamış, Sumqayıtda 9cu mikrorayonda yaşamışdır. Əvvəllər dəfələrlə məhkum olnmuş, son 4 il yarım azadlıqda olmuş və bu müddət ərzində heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. Onun telefonuna «WhatsApp» vasitəsi ilə İran operatorundan ona zəng gəlmiş, sonra isə həmin nömrədən «Təqsirləndirilən şəxssan? Mən sizi tanıyıram. Sən gəl Keşlə qəsəbəsinə, 23cü PB-nin yanına» məzmununda mesaj gəlmiş, o da öz növbəsində həmin abonentə onları tanımadığını bildirmişdir. Ona «konum», yəni olduqları yerin mobil xəritəsi atılmış, onun üçün maşın da göndərilmişdir. Onu aparmağa gələn maşının sürücüsü ona zəng etmiş, onunla görüşməli olduğunu, onu bir nəfərlə görüşməsi üçün aparmağa gəldiyini bildirmiş, lakin sürücü onu kimlə görüşdürəcəyini deməmişdir. O, maşının markasını və nömrə nişanını bilməmişdir. Ona yazan şəxs onun adını, soyadını bildiyindən o, həmin yerə getmiş, ora çatdıqda ona «bir bağlama var, onu götür” smsi yazılmışdır. Bağlamada nə olduğunu soruşmuş, 300 qram marixuana olması cavabını almışdır. Götürüb nə edəcəyini soruşduqda, ona «götür, sənə özləri yaxınlaşacaqlar» yazılı cavabını almışdır. O, bağlamanı götürüb maşina yaxınlaşdıqdan sonra maşının qapısının açıq olduğunu, lakin maşının içində heç kimin olmadığını görmüşdür. Həmin vaxt polis əməkdaşları mənə yaxınlaşmış və onu tutmuşlar. Bundan sonra maşını da polislər aparmış, amma maşının sürücüsü ortada olmamışdır. Şöbədə olarkən də videoçəkilişlə sənədləşmə aparılmış və o, 300 qram olmasını bildiyi marixuanaya imza etmişdir. Növbəti gün video çəkilişin yaxşı yazılmadığı, təzədən video çəkiliş aparılacağı ona bildirilmiş. Həmin vaxt ona qara sellofan paket verilmiş, o, yenə də həmin paketdəkinin özünə məxsusluğunu bildirmiş və yenidən çəkiliş aparılmışdır. 2 kq. narkotik olduğu ona sonra deyilmişdir. 2 kq da, 300 qram da narkotik onun olmamış, lakin əlimdə tutulduğundan boynuna götürmüşdür. Ona qarşı heç bir fiziki və ya mənəvi təzyiq edilməmiş, sadəcə narkotik əlində tutulduğundan öz səhvi olduğunu başa düşüb, 300 qram narkotiki boynuna götürmüşdür. Əməlindən isə səmimi peşiman olmuşdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində təqsirləndirilən şəxs qismində verdiyi ifadələri elan olunmaqla tədqiq edildi. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilmədiyini qeyd edib göstərmişdir ki, tutulana qədər Sumqayıt şəhəri, 9-cu mikrorayon, Kristal ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşamışdır. Uzun müddətdir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. 14 iyun 2022-ci il tarixdə tanımadığı İran vətəndaşından onun mobil telefonuna mesaj mətni gəlmişdir. Həmin mesajda ünvan 3 ünvanının yaxınlığında bir ədəd bağlamada narkotik vasitə mariuxana qoyulduğu bildirilmişdir. Həmçinin, mesajı göndərən tanımadığı şəxs həmin narkotik vasitəni qoyulduğu yerdən götürməyini ondan xahiş etmişdir. O da həmin gün axşam saatlarında qeyd olunan ünvana gedərək qara rəngli bağlamada olan həmin narkotik vasitə marixuananı qoyulduğu yerdən tapıb götürmüşdür. Narkotik vasitəni götürdükdən bir neçə dəqiqə sonra, saat təxminən 20 radələrində polis əməkdaşları onu saxlayaraq Nizami RPİ-nin 23-cü polis bölməsinə aparmışlar. Polis bölməsində xidməti otaqların birində polis əməkdaşlarının iştirakı ilə video çəkiliş aparılaraq üzərinə baxış keçirilmiş, baxış zamanı polis əməkdaşları ona üzərində qeyri-qanuni hər hansı bir əşya varsa könüllü təqdim etməyi bildirmişlər. O da əlində olan sellofan torbanın içərisində qara sellofan bağlamaya bükülmüş bükümü çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra əynindəki idman şalvarının sağ yan cibindən özünə məxsus mobil telefonunu çıxararaq təqdim etmişdir. Təhqiqatçı ondan soruşduqda, üzərində aşkar edilmiş həmin narkotik vasitənin qurudulmuş marixuana olduğunu bildirmişdir. Ondan aşkar edilmiş narkotik vasitələr polis əməkdaşları tərəfindən qablşadırılmış və möhülənmişdir. O, və polis əməkdaşları protokolu və möhürlənmiş bağlamanı öz imzaları ilə imzalamışlar. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsinin davamında göstərmişdir ki, o, qeyd etdiyi İran vətəndaşını tanımamış, onunla heç bir münasibəti olmamışdır. Narkotik vasitələri əldə etməkdə məqsədi onları qeyd olunan ünvana çatdırmaq olmuşdur. Əldə etdiyi narkotik vasitəni ünvana çatdırmaqda məqsədi qazanc əldə etmək olmuş, lakin hansı məbləğdə qazanc əldə edəcəyini əvvəlcədən heç kimlə razılaşdırmamışdır. Qeyd olunan narkotik vasitələrə görə İran vətəndaşına heç bir məbləğdə pul ödəməmişdir. Narkoloji və psixonevroloji dispanserdə qeydiyyatda deyildir. Hər hansı başqa cinayət törətməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsinin davamında göstərmişdir ki, üzərinə şəxsi axtarış keçirilən zaman götürülmüş «Samsung A3» markalı «SM-A310F» modelli mobil telefonun “zənglər” bölməsinə baxış keçirilən zaman ona məxsus mobil nömrədən 14 iyun 2022-ci il tarixdə, saat 20:25 radələrində zəng gedən +**********54 saylı mobil nömrə xatırlamır və nömrənin kimə məxsus olmasını bilmir. Üzərinə şəxsi axtarış keçirilən zaman götürülmüş «Samsung A3» markalı «SM-A310F» modelli mobil telefonun “zənglər” bölməsinə baxış keçirilən zaman 14 iyun 2022-ci il tarixdə saat 15:00 dəqiqədə ona məxsus mobil nömrədən zəng gedən, saat 16:58 dəqiqədə 04 saniyə davam edən danışıqların olması müəyyən edilən +**********29 saylı mobil nömrəni və nömrənin kimə məxsus olmasını xatırlamır. Qeyd olunan danışıqların məzmunu yadında deyil. Üzərinə şəxsi axtarış keçirilən zaman götürülmüş «Samsung A3» markalı «SM-A310F» modelli mobil telefonun “qalereya” bölməsinə baxış keçirilərkən müəyyən edilən fotoşəkillərlə tanış olaraq bildirmişdir ki, narkotik vasitəni inyeksiya yolu ilə qəbul etmək üçün istifadə edilən şpris və narkotik vasitəni qızdırıb tüstüsünü çəkmək üçün istifadə edilən falqanın əks olunduğu fotoşəkillər ona məxsus olmamış, həmin fotoşəkillər onun Xalid adlı tanışına məxsusdur. Bundan başqa, narkotik vasitə marixuananın əvvəlcədən qoyulmuş yerin fotoşəklini ona göndərən mobil nömrəni də xatırlamamış, həmin nömrənin sahibini də tanımamış, fotoşəkli göndərən şəxs ona mesaj yazaraq fotoşəkildə işarələnmiş yerə bir sellofan torba qoyulduğunu bildirməklə həmin sellofan torbanı oradan götürməyini xahiş etmişdir. Üzərinə şəxsi axtarış keçirilən zaman götürülmüş «Samsung A3» markalı «SM-A310F» modelli mobil telefonun “qalereya” bölməsinə baxış keçirilərkən müəyyən edilən 12 saniyəlik videogörüntü ona məxsus olmuş, lakin, videogörüntdüdəki ev onun yaşadığı ev olmamışdır. Həmin ev Xalid adlı tanışının evi olmuş, lakin o, Xalidin ev ünvanını xatırlamamışdır (iş vərəqə: səh. 143-145). Cinayət işinə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ifadəsində göstərdi ki, 14 iyun 2022-ci il tarixdə Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nə Sumqayıt şəhəri, 9-cu mikrorayon, Kristal ünvan 2 ünvanında yaşayan, orta bədən quruluqlu, təxminən 50-55 yaşlarında olan Bayram adlı şəxsin mütəmadi narkotik maddələri əldə etməsi, üzərində gəzdirərək qanunsuz dövriyyəsi ilə məşğul olması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin rəhbərliyinə məruzə olunduqdan sonra əldə olunmuş məlumatı yoxlamaq məqsədilə Nizami RPİ-nin 23-cü PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 və onun iştirakından ibarət əməliyyat qrupu yaradılmışdır. Həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 14 iyun 2022-ci il tarixdə, saat 20:30 dəqiqədə ünvan 3 ünvanının yaxınlığında piyada hərəkət edən zaman Bayram adlı şəxsə yaxınlaşıb, özlərini təqdim etmiş, ona narkotik maddələri əldə etməsi, üzərində gəzdirməsi və istifadəsində şübhəli bilindiyi bildirilmiş və şəxsiyyəti barədə məlumatlar soruşulmuşdur. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirib anket məlumatları barədə onlara məlumat vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsinə dəvət etmiş, sonuncu etiraz etmədiyini bildirib, onlarla birlikdə 23-cü Polis Bölməsinə gəlmiş, raportla məruzə olunmuş və araşdırmanın aparılması təhqiqatçıya həvalə olunmuşdur. Polis Bölməsində xidməti otaqların birində hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Təqsirləndirilən şəxs vəkilə hüquqlarını müdafiə etməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra, saat 21:45 dəqiqədə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Təhqiqatçının təklifinə əsasən Təqsirləndirilən şəxs əlində sellofan torbada olan qara rəngli sellofana bükülmüş bükümü təqdim edərək həmin bükümdə narkotik maddə olan mariuxana olduğunu bildirmiş, həmin marixuananı 14 iyun 2022-ci il tarixdə İran vətəndaşı tərəfindən gələn məktubdan sonra Nizami rayonu, Keşlə qəsəbəsində götürərək üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan idman şalvarının sağ yan cibində bir ədəd mobil telefonu təqdim edərək həmin mobil telefon vasitəsilə İİR-nin vətəndaşı ilə danışdığını və həmin mobil telefonda danışıqlar olduğunu əlavə etmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə əlavə şəxsi axtarış aparılmış, lakin sonuncunun üzərindən heç bir qanunsuz əşya və ya perdmet aşkar olunmamışdır. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs götürülmüş narkotik maddəyə bənzər kütlə qablaşdırılmış, DİN-in 163 saylı möhürü ilə möhurlənmiş və iştirakçılar, həmçinin Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib olunaraq imzalarla təsdiqlənmişdir. Şəxsi axtarış və götürmə zamanı «Samsung» markalı mobil telefondan istifadə edilməklə çəkiliş aparılmışdır. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin digər əməkdaşı - baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 həmkarı Şahid2 məhkəmə baxışı zamanı verdiyi ifadəsinə uyğun ifadə verib, sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Bundan başqa, cinayət işinin ibtidai istintaqı mərhələsində iş üzrə şahid qismində dindirilmiş Şahid1 təqsirləndirilən şəxs – qardaşı Təqsirləndirilən şəxs əleyhinə ifadə verməkdən imtina etdiyindən məhkəmə baxışı zamanı onun ibtidai araşdırma iərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edildi. Şahid1 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, Kristal ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, Təqsirləndirilən şəxs onun qardaşıdır, sonuncu, bəzən onun yaşadığı ünvanda o, və ailə üzvləri ilə birlikdə yaşamışdır. Adətən Bayram səhərlər evdən çıxmış, gecələr yatmaq çünü evə gəlmişdir. Lakin bəzən qardaşı Bayram evə gəlməmiş, onun harada və ya hansı ünvanda qaldığını onlar bilməmiş, bu barədə ondan soruşmamış, özü də bu barədə heç bir söz deməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrlə məşğul olması barədə onun məlumatı olmuş, lakin onun narkotik vasitə qəbul etməsini və ya satmasını görməmişdir. Bayram əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuşdur. Təqsirləndirilən şəxs onun ünvanında əvvəllər də, həmçinin hal-hazırda da narkotik vasitə və ya psixotrop maddə saxlamamışdır. Qardaşı Bayramın kimlərlə ünsiyyətdə olması, onun kimlərlə əlaqə saxlaması barədə məlumatı olmamışdır (iş vərəqə: səh. 63-64). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan “şəxsi axtarış və götürmə aparılması haqqında” 14 iyun 2022-ci il tarixli protokoldan görünür ki, təhqiqatçı şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif etmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində sellofan torbada olan qara rəngli sellofana bükülmüş bükümü təqdim edərək həmin bükümdə narkotik maddə olan marixuana olduğunu, həmin marixuananı 14 iyun 2022-ci il tarixdə İİR-nın vətəndaşı tərəfindən gələn məktubdan sonra Nizami rayonu, Keşlə qəsəbəsində götürərək üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan idman şalvarının sağ yan cibində bir ədəd mobil telefonu təqdim edərək həmin mobil telefon vasitəsilə İİR-nin vətəndaşı ilə danışdığını və həmin mobil telefonda danışıqlar olduğunu qeyd etmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və qanunla dövriyyəsi qadağan olunmuş heç bir maddə, əşya və predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs götürülən narkotik maddəyə bənzər kütlə qablaşdırılmış, DİN-in 163 saylı möhürü ilə möhurlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Tədqiq olunan həmin protokoldan, həmçinin görünür ki, şəxsi axtarış və götürmə Nizami RPİ-nin 23-cü PB-nin xidməti iş otaqlarından birində gecə vaxtı keçirilmiş, şəxsi axtarış və götürmə zamanı «Samsung» markalı mobil telefondan istifadə olunmaqla Nizami RPİ-nin 23-cü PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 tərəfindən video çəkiliş aparılmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol imzalarla təsdiq edilmiş, 1 (bir) ədəd CD və bir ədəd «Samsung» markalı mobil telefon protokola əlavə olunmuşdur (iş vərəqə: səh. 32-34). İşdə olan və “şəxsi axtarış və götürmə protokolu”na əlavə olunmuş şəxsi axtarış və götürmə prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd CD formatlı diskə baxış keçirilməsi haqqında 16 iyun 2022-ci il tarixli protokoldan görünür ki, diskdə Nizami RPİnin 23-cü PB-nin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən 15 iyun 2022-ci il tarixdə saat 21:45-dən etibarən Nizami RPİ-nin 23-cü PB-də yerləşən xidməti otaqlardan birində Nizami PB-nin 23-cü PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 və həmin bölmənin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması nəticəsində sonuncunun üzərindən sellofan torbada qara rəngli sellofan bükümdə marixuana narkotik maddəsinə şübhəli maddənin aşkar edilib götürülməsi bir daha öz təsdliqini tapır və videogörüntülər “şəxsi axtarış və götürmə aparılması haqqında” 14 iyun 2022-ci il tarixli protokolun məzmunu ilə ziddiyyət təşkil etmir(iş vərəqə: səh. 77). Bundan başqa, məhkəmə baxışı zamanı nümayiş edilməklə tədqiq olunan, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürməyə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən bir ədəd CD formatlı diskə yerləşdirilmiş videogörüntülər Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına dair tərtib edilmiş 14 iyun 2022-ci il tarixli protokolun və eyni şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən bir ədəd CD formatlı diskə baxış keçirilməsi haqqında 16 iyun 2022-ci il tarixli protokolun məzmununa uyğundur və hər hansı prosesual pozuntuya yol verilməmişdir (məhkəmə iclasının protokolu). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-bioloji ekspertizanın 15 iyun 2022-ci il tarixli, 7/634 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində «Vət Təqsirləndirilən şəxs aşkar olunmuş 1 (bir) ədəd qara rəngli bağlamada olan kütlə» yazılar və imzalar olan üzəri skoçla bağlanmış ağ rəngli polietilen bağlamadakı 1 (bir) ədəd qara rəngli bağlamada təmiz çəkisi 2005,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiq olunan rəyin qeyd hissəsindən görünür ki, tədqiqat obyekti olmuş 2005,0 qram marixuananın 0,2 qram hissəsi tədqiqata sərf edilmiş, 2004,8 qram hissəsi isə qalıq qalmışdır (iş vərəqə: səh. 39-43). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs məxsus «Samsung A3» markalı «SM-A310F» modelli mobil telefona baxış keçirilməsi haqqında 24 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan həmin mobil telefonun “Zənglər” bölməsinə baxış keçirilən zaman sonuncuya məxsus mobil nömrədən +**********54 saylı mobil nömrəyə 14 iyun 2022-ci il tarixdə, saat 20:25 radələrində gedən 2 zəng aşkar edilmişdir. Bundan başqa, həmin tarixdə saat 15:00 dəqiqədə sonuncuya məxsus mobil nömrədən +**********29 saylı mobil nömrəyə gedən zəng, saat 16:58 dəqiqədə aralarında 04 saniyə danışıqların olması müəyyən olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin mobil nömrələri və nömrələrin kimə məxsus olmasını, həmçinin qeyd olunan danışıqların məzmununu xatırlamadığını bildirmişdir. Tədqiq olunan həmin protokoldan daha sonra görünür ki, mobil telefonun “Qalereya” bölməsinə baxış keçirilərkən narkotik vasitəni inyeksiya yolu ilə qəbul etmək üçün istifadə edilən şpris və narkotik vasitəni qızdırıb tüstüsünü çəkmək üçün istifadə edilən folqanın əks olunduğu fotoşəkillər və başqa fotoşəkillər olması müəyyən olunmuşdur. “Qalereya” bölməsinə baxış keçirilərkən, həmçinin müəyyən edilən 12 saniyəlik videogörüntüdə narkotik vasitələrin inyeksiya yolu ilə qəbulu üçün istifadə edilən şpris, həmçinin narkotik vasitəni qızdırıb tüstüsünü çəkmək üçün istifadə edilən folqanın olması müəyyən olunmuşdur. Həmin videogörüntünün Təqsirləndirilən şəxs tərəfindən qeyd olunması müəyyən edilir. Qeyd olunan videogörüntüdə Təqsirləndirilən şəxs Xalid adlı şəxsə adı ilə müraciət edərək masanın üzərindəki qeyd olunan şprisi, folqanı göstərməklə gününün necə keçdiyi barədə təsəvvür yaratmaq istəməsi müəyyən olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitəni inyeksiya yolu ilə qəbul etmək üçün istifadə edilən şprisin və narkotik vasitəni qızdırıb tüstüsünü çəkmək üçün istifadə edilən folqanın əks olunduğu fotoşəkillər ona məxsus olmamış, həmin fotoşəkillər Xalid adlı tanışına məxsus olmuşdur. Narkotik vasitə marixuananın əvvəlcədən qoyulmuş yeri əks etdirən fotoşəkli ona göndərən mobil nömrəni xatırlamadığını, həmin nömrənin sahibini də tanımadığını bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, videogörüntü onun özünə məxsusdur, lakin videogörüntüdəki ev onun yaşadığı ev deyil, həmin ev Xalid adlı tanışının evidir, sonuncunun ev ünvanını xatırlamır. Daha sonra tədqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan «Samsung A3» markalı, «SM-A310F» modelli mobil telefonun SMS və “Whatsapp” bölməsinə baxış keçirilən zaman əhəmiyyət kəsb edən hər hansı məlumat müəyyən edilməmişdir. Baxışın nəticəsinə dair fotoşəkillər çəkilməklə protokola əlavə olunmuşdur (iş vərəqə: səh. 86-89). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-narkoloji ekspertizasının 28 iyun 2022-ci il tarixli, 3518 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(iş vərəqə: səh. 106-107). İbtidai istintaq orqanının «sübutların qiymətləndirilməsi haqqında» 27 sentyabr 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 (bir) ədəd qara rəngli bağlamada təmiz çəkisi 2005,0 qram bitki mənşəli kütlə - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana narkotik vasitəsi iş üzrə maddi sübut kimi qiymətləndirilmiş və ekspert tədqiqatından sonra qalıq qalmış 2004,8 qram qurudulmuş marixuana Nizami RPİyə saxlanışa verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi bir ədəd CD formatlı disk maddi sübut kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı götürülmüş «Samsung A3» markalı, «SM-A310F» modelli mobil telefon aparatı maddi sübut kimi qiymətləndirilmiş və Nizami RPİ-yə saxlanca verilmişdir. Ən nəhayət, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı götürülmüş «Samsung A3» markalı «SM-A310F» modelli mobil telefona baxış zamanı müəyyən edilmiş videogörüntünün olduğu 01 ədəd CD disk maddi sübut kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur (iş vərəqə: səh. 117-130). Baxılan cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs aşkar olunub götürülən narkotik vasitənin mənbəyi müəyyənləşdirilmədiyindən onun barəsində istintaq olunmuş cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ayrıca icraatda ********* saylı başqa bir cinayət işi ayrılmışdır(iş vərəqə: səh. 146-147). Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs şəklində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda qurudulmuş marixuana narkotik vasitəsini əldə edib saxlaması və daşıması, yəni Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi məhkəmə baxışı nəticəsində təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır və ona görə də Təqsirləndirilən şəxs cinayət əməli Cinayət Məcəlləsinin həmin maddələri ilə tövsif olunmalı və o, CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «qurudulmuş marixuana» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5,0 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qurudulmuş marixuana narkotik vasitəsinin təmiz çəkisi 2005,0 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş külli miqdar həddindən 4 dəfədən çox olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qurudulmuş marixuana narkotik vasitəsinin təmiz çəkisinin 2005,0 qram olmaqla külli miqdar təşkil etməsi, təqsirləndirilən şəxsin məhkəməyədək icraat mərhələsində verdiyi ifadələrində aşkar edilib ondan götürülən narkotik vasitəni məlumatlandırılacağı ünvana çatdırmaqda məqsədinin qazanc əldə etmək olması barədə səmimi etirafları, təqsirləndirilən şəxsə aid mobil telefondan aşkar olunan məlumatlar, əməliyyat orqanının bu barədə məlumatları və işin ayrı-ayrı halları təqsirləndirilən şəxsin həm qurudulmuş marixuana narkotik vasitəsini satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ziddiyyətli ifadələrini, törətdiyi əməlini inkar etməsini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan demoqrafik məlumatlarla müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Bayramov X2 rayon xalq məhkəməsinin xx.xx.1993-cü il tarixli, yenə də Sabirabad rayon xalq məhkəməsinin xx.xx.1994-cü il tarixli, Ağır Cinayətlərlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2001-ci il tarixli, Xətai rayon məhkəməsinin xx.xx.2008ci il tarixli hökmlərinə əsasən Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə, o cümlədən CM-nin 234.1 və 234.2-ci maddələri ilə müəyyən müddətlərə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və qanunun tiələblərinə əsasən onun bu məhkumluqları ödənilmişdir(iş vərəqə: 91-94). Cinayət işi üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 13 may 2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə səkkiz il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 17 fevral 2018-ci il tarixdə cəza müddətinin sonu ilə azad edilmişdir (iş vərəqə: 97-103). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 13 may 2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi ilə nəzərdə tutulan ağır cinayətə görə məhkum olunmuşdur və Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinin tələblərinə görə Təqsirləndirilən şəxs bu məhkumluğu ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinin tələblərinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər (Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi) ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinin tələblərinə görə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 13 may 2010-cu il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən o, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan başqa bir ağır cinayəti törətmişdir və onun bu əməli cinayətlərin təhlükəli residivini yaradır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin residivi təhlükəli sayılır. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Lakin onun əməlinin cinayətlərin təhlükəli residivini yaratması Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, onun əməlinin cinayətlərin təhlükəli residivini yaratması nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası daxilində, təhlükəli residivə görə cəza təyinetmənin prinsiplərinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən olunan daha ciddi cəza növünün son həddinin üçdə iuisindən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin onun vərəm xəstəliyi ilə əlaqədar İİ dərəcəli əlil olması nəzərə alınmalı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməməlidir (iş vərəqə: səh. 106-107). Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkməsini, onun əməlinin cinayətlərin təhlükəli residivini yaratmasını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələri təyin olunur. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 14 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 14 iyun 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış və həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 16 iyun 2022-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 14 iyun 2022-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 14 iyun 2022ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 2004,8 qram qurudulmuş marixuana məhv edilməli; - Azərbaycan Respublikası DİN-in Nizami RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd “Samsung” markalı, “SM-A310F” modelli mobil telefon məhkum Təqsirləndirilən şəxs özünə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilməli; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi bir ədəd, «Samsung A3» markalı «SM-A310F» modelli mobil telefona baxış zamanı müəyyən edilmiş videogörüntünün olduğu bir ədəd – cəmi 2 (iki) ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 72,00 (yetmiş iki) manat məbləğində ekspertiza xərci mövcuddur ki, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 14 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs İİ qrup əlil olması nəzərə alınsın və barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 2004,8 qram qurudulmuş marixuana məhv edilsin; - Azərbaycan Respublikası DİN-in Nizami RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd “Samsung” markalı, “SM-A310F” modelli mobil telefon məhkum Təqsirləndirilən şəxs özünə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi bir ədəd, «Samsung A3» markalı «SM-A310F» modelli mobil telefona baxış zamanı müəyyən edilmiş videogörüntünün olduğu bir ədəd – cəmi 2 (iki) ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 72,00 (yetmiş iki) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar