Məhkəmə qərarları › İş №1(101)-1875/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1875/2023

01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1875/2023 01.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 10:55 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Ədalət” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1984-cü il tarixdə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, İmişli rayonu, Muğan küçəsi, ev 39 ünvanında qeydiyyatda olan və faktiki ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - 3,417 qram çəkidə narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanının qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 17 aprel 2023-cü il tarixdə saat 15:30-da yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Baş İdarəyə aparılmış, orada həmin tarixdə saat 17:21-dən üzərində şəxsi axtarış və götürmə keçirilərkən əynindəki boz rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 3,182 qram, 01 ədəd 1 manatlıq əsginasa bükülmüş təmiz çəkisi 0,235 qram olmaqla, ümumilikdə külli miqdarda - 3,417 qram çəkidə narkotik vasitə olan heroin və heroini istehlak etmək üçün istifadə etdiyi üzərində heroin izləri olan 1 ədəd borucuq formasına salınmış 1 manatlıq əsginas aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, 17 aprel 2023-cü il tarixdə saat 14:00-15:00 radələrində uşağını xəstəxanaya aparmışdır. Orada onu saxlamışlar və Banditizm idarəsinə aparmışlar. Həmin vaxt üstündə çəkisi 1 qrama yaxın olan heroin olmuş, polislər də həmin heroini götürmüşlər. 3-4 saat sonra onu əlləri bağlı şəkildə təhqiqatçının yanına aparmışlar. Çəkilişdən əvvəl cibinə narkotik vasitə qoymuşlar, çəkiliş vaxtı da özləri çıxarmışlar. Narkotik vasitəni Lökbatan ərazisindən 100 manat verib almış, çəkisi isə cəmi 2 qrama yaxın olmuşdur. Həmin narkotiki tanımadığı adamdan almışdır. Belə ki, ödənişini etdikdən sonra həmin şəxs ona heroinin yerini demiş, o da gedib götürmüş, bir hissəsini istifadə etmişdir. Ona görə də heroinin ittihamdakı miqdarı ilə razı deyil. Həm də çəki ilə yanaşı onda iki büküm deyil, bir büküm olmuşdur. Heroinin ümumi miqdarı isə 2 qramdan az olmuşdur. Onda 3,417 qram heroin olmayıb. Heroini qəbul etmək üçün həqiqətən də aşkar olunmuş 1 manatlıq əsginasdan istifadə etmişdir. Hər bir halda narkotik vasitədən istifadə etdiyinə görə peşmandır. Məhkəmədən bütün bu halların, himayəsində iki azyaşlı uşağının olmasının nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, tutulmazdan bir neçə həftə əvvəl “İnstagram” sosial şəbəkəsində bir nəfər tanımadığı şəxs ona mesaj yazaraq özünün narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirərək, istədiyi təqdirdə ona narkotik vasitə sata biləcəyini bildirmişdir. Təxminən tutulmamışdan 2-3 gün əvvəl heroin almaq istədiyini həmin şəxsə bildirmiş və həmin şəxs də ona mobil nömrəsini göndərmişdir. “WhatsApp” mobil tətbiqi vasitəsində həmin şəxsə zəng etmiş və onun Azərbaycan dilində sərbəst danışa bildiyini görmüşdür. Bir daha ona heroin almaq istədiyini bildirdikdə, həmin şəxs heroinin 2 bükümünü 100 manata satdığını ona demişdir. O, razılaşmış və heroini necə əldə edə biləcəyini həmin şəxsdən soruşmuşdur. Həmin şəxs pulu onun istifadəsində olan bank kartına göndərməsini, bundan sonra ona ünvan göndərəcəyini, həmin ünvandan heroini götürməsini bildirmişdir. O, həmin gün bank kartına Yasamal rayonu ərazisində yerləşən “MilliÖn” terminalından 100 manat göndərmiş və bir neçə saat sonra Lökbatan qəsəbəsində yerləşən ünvanı göndərilmişdir. O, həmin ünvana getmiş və yerdən həmin şəxsin ona göndərdiyi bükümləri götürüb cibinə qoymuşdur. 17 aprel 2023-cü il tarixdə saat 15 radələrində Xətai rayonu, Vunq Tau küçəsi 29 saylı ünvanın qarşısında olduğu zaman üç nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirmiş, barəsində qəbul edilmiş qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf emiş, üzərində heroin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar, o da etiraz etməyib polis əməkdaşları ilə birlikdə Polis İdarəsinə getmişdir. Polis İdarəsində müdafiəçi ilə təmin edilmiş, şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üstündə heroin olduğunu bildirmişdir. Daha sonra əynindəki boz rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükülünü və 01 ədəd 1 manatlıq yumrulanmış vəziyyətdə olan pul əsginası çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra həmin cins şalvarının sağ yan cibindən pul əsginaslarını, şalvarının arxa sağ yan cibindən 01 ədəd mobil telefonu, qış gödəkçəsinin sol yan cibindən 01 ədəd plastik bank kartını və açarları təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra üzərinə şəxsi axtarış həyata keçirilsə də, əlavə əşya və ya predmet aşkar edilməmişdir. Sonra təqdim etdiyi əşya və predmetlərə polis tərəfindən ardıcıllıqla baxış keçirilməyə başlandı. 01 ədəd 1 manatlıq yumrulanmış vəziyyətdə olan pul əsginasına baxış keçirilmişdir. Pul əsginasının üzərində narkotik vasitə heroinə oxşar izlər olması müəyyən edilmişdir. Daha sonra təqdim etdiyi 01 ədəd sellofan bükümə baxış keçirilmişdir. Bükümün içərisində əlavə 01 ədəd kağız büküm, onun içərisində isə 01 ədəd qara rəngli sellofan büküm və əlavə 01 ədəd 1 manatlıq əsginasın olması müəyyən edilmişdir. İlk əvvəl qara rəngli sellofan bükümə baxış keçirilmişdir. Bükümün içərisində narkotik vasitə heroinə oxşar maddələr aşkar edilmişdir. 1 manatlıq pul əsginasının içərisinə baxış keçirilən zaman buradan da heroinə oxşar maddələr aşkar edilmişdir. Şifahi sorğu zamanı üstündən aşkar edilmiş maddələri təxminən 2-3 gün əvvəl İran İslam Respublikası vətəndaşı olaraq tanıdığı, adını və ya digər anket məlumatlarını bilmədiyi şəxsdən 100 manat müqabilində əldə etməsini, belə ki, həmin şəxsi sosial şəbəkə üzərindən tanımağını, həmin şəxsin bank kartına 100 manat pul göndərməsini, daha sonra həmin şəxsin ona narkotik vasitəni yerləşdirdiyi ünvanın şəklini atmasını, bundan sonra həmin ünvana, yəni Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən ünvana yaxınlaşıb həmin narkotik vasitəni yerdən götürməsini, həmin maddələri kiməsə satmaq niyyətinin olmadığını, yalnız öz istifadəsi üçün üzərində saxlamağını, üstündən aşkar edilmiş içərisində narkotik vasitə olan 1 manatlıq əsginası da həmin maddələri qəbul edərkən istifadə etdiyini bildirmişdir. Bundan sonra üstündən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroin, 01 ədəd 1 manatlıq əsginasda narkotik vasitə heroin və 01 ədəd üzərində narkotik vasitə heroinin izləri olan 1 manatlıq əsginas polis tərəfindən kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqə 85-89). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində baş əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 17 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üstündə saxlaması, eləcə də daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq özü, Şahid3 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. 17 aprel 2023-cü il tarixdə günorta saatlarında əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs olması ehtimal edilən Xətai rayonu, Vunq Tau küçəsi 29 saylı ünvanın yaxınlığına getmişlər. Təxminən saat 15 radələrində zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan bir nəfər şəxsin olduğunu görmüşlər. Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və ondan da özünü təqdim etməsini xahiş etmişlər. Sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmiş və onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. İdarədə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuş və ona hüquq və vəzifələri izah edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və sonuncu buna heç bir etirazını bildirməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükülünü və 01 ədəd 1 manatlıq yumrulanmış vəziyyətdə olan pul əsginasını çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs həmin cins şalvarının sağ yan cibindən pul əsginaslarını, şalvarının arxa sağ yan cibindən 01 ədəd mobil telefonu, gödəkçəsinin sol yan cibindən 01 ədəd plastik bank kartını və açarları təqdim etməklə masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əşya və predmetlərə ardıcıllıqla baxış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd 1 manatlıq yumrulanmış vəziyyətdə olan pul əsginasının xüsusi spesifik iyə malik olması, üzərində narkotik vasitə heroinə oxşar izlər olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümə baxış keçirilmişdir. Bükümün içərisində əlavə 01 ədəd kağız büküm, onun içərisində isə 01 ədəd qara rəngli sellofan büküm və əlavə 01 ədəd 1 manatlıq əsginasın olması müəyyən edilmişdir. Qara rəngli sellofan bükümə baxış keçirilmiş, bükümün içərisində qəhvəyi rəngli, toz şəkilli, xüsusi spesifik iyə malik olan narkotik vasitə heroinə oxşar maddələr aşkar edilmişdir. 1 manatlıq pul əsginasının içərisinə baxış keçirilən zaman, buradan da qəhvəyi rəngli, toz şəkilli, xüsusi spesifik iyə malik olan narkotik vasitə heroinə oxşar maddələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş maddələri təxminən 2-3 gün əvvəl İran İslam Respublikası vətəndaşı olaraq tanıdığı, adını və ya digər anket məlumatlarını bilmədiyi şəxsdən 100 manat müqabilində əldə etdiyini, həmin şəxsi sosial şəbəkə vasitəsilə tanıdığını, həmin şəxsin bank kartına 100 manat pul göndərdiyini, həmin şəxsin ona narkotik vasitəni yerləşdirdiyi ünvanın şəklini atdığını, bundan sonra həmin ünvana, yəni Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən ünvana yaxınlaşıb həmin narkotik vasitəni yerdən götürdüyünü, həmin maddələri kiməsə satmaq niyyətinin olmadığını, yalnız öz istifadəsi üçün üzərində saxladığını, üstündən aşkar edilmiş içərisində narkotik vasitə olan 1 manatlıq əsginasları da həmin maddələri qəbul edərkən istifadə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddə, 01 ədəd 1 manatlıq əsginasda narkotik vasitə heroinə oxşar maddə və 01 ədəd üzərində narkotik vasitə heroinə oxşar izlər olan 1 manatlıq əsginas cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon və 01 ədəd plastik bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. 72 manat pul əskinasları, 03 ədəd açar isə iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Baş İdarəyə daxil olan ilkin məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması qeyd edilsə də, sonradan keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı satış faktını təsdiq edən heç bir məlumat əldə edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin digər əməkdaşları Şahid3 və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişlər (cild 1, iş vərəqə 149-151). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 17 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri,qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının sol yan cibindən 1 ədəd sellofan bükülünü və 1 ədəd yumrulanmış vəziyyətdə olan pul əsginasını çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş maddələri təxminən 2-3 gün əvvəl İran İslam Respublikası vətəndaşı olaraq tanıdığı, adını və ya digər anket məlumatlarını bilmədiyi şəxsdən 100 manat müqabilində əldə etdiyini, həmin şəxsi sosial şəbəkə vasitəsilə tanıdığını, həmin şəxsin bank kartına 100 manat pul göndərdiyini, sonra həmin şəxsin ona narkotik vasitəni yerləşdirdiyi ünvanın şəklini atdığını, bundan sonra həmin ünvana, yəni Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən ünvana yaxınlaşıb həmin narkotik vasitəni yerdən götürdüyünü, həmin maddələri kiməsə satmaq niyyətinin olmadığını, yalnız öz istifadəsi üçün üzərində saxladığını, üstündən aşkar edilmiş içərisində narkotik vasitə olan 1 manatlıq əsginasları da həmin maddələri qəbul edərkən istifadə etdiyini bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 28-31). Məhkəmə-kimyəvi ekspertizasının 18 aprel 2023-cü il tarixli 6/2257 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Zərflər üçün №6” möhür əksi, “Təqsirləndirilən şəxs aşkar olunan maddələr...” və sair yazılar, imzalar olan kağız paketdəki 1 ədəd sellofan bükümdə təmiz çəkisi 3,182 qram, bir ədəd 1 manatlıq əskinasa bükülmüş təmiz çəkisi 0,235 qram, ümumi təmiz çəkiləri 3,417 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 2 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; borucuq formasına salınmış 1 manatlıq əskinasda narkotik vasitə heroinin izləri müəyyən edildi. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in Siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 3,277 qram təşkil etmişdir (cild 1, iş vərəqə 40-44). Məhkəmə-kimyəvi ekspertizasının 28 aprel 2023-cü il tarixli 1429/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsinin tərkibində tiryək qrupuna aid olan alkaloid aşkar edildi. Barbitur turşusu törəmələri, kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi (cild 1, iş vərəqə 163-166). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 18 aprel 2023-cü il tarixli 2294 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 167-168). Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il və xx.xx.2017-ci il təvəllüdlü iki azyaşlı uşaqları vardır (cild 1, iş vərəqə 140-143). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının 29 may 2023-cü il tarixli 7472 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqə 146). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 145). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 2 qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs onda olmuş narkotik vasitənin faktiki çəkisinin ona qarşı irəli sürülmüş ittihamda göstərildiyindən az olması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü bu mülahizəsi yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, axtarış və götürmə aparılması haqqında protokol, həmin protokola əlavə edilmiş videoçəkiliş, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin onda olmuş heroinin çəkisinin 2 qramdan az olmasına dair ifadəsi külli miqdarla bağlı deyil, narkotik vasitənin külli miqdarla bağlı olmayan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib daha yüngül cəzaya məruz qalmaq istəyi ilə bağlıdır. Amma mövcud sübutların məcmu halında təhlili Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin – heroinin miqdarının ümumilikdə 3,417 qram olması ilə bağlı nəticəni tərəddüdsüz edir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, əvvəllər məhkum olunmamasını, özünü qismən təqsirli bilərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 17 aprel 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 20, 99-103). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 17 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 3,277 qram təşkil edən heroin və üzərində heroin izləri olan 1 manatlıq əsginas məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 41,229). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 17 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 3,277 qram təşkil edən heroin və üzərində heroin izləri olan 1 manatlıq əsginas məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Faiq Qəniyev Hakimlər: Mahmud Ağalarov Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar