Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1876/2022 12.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs qanuni nümayəndəsi olan atası X4 müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Kredo» vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 2007-ci il iyunun 29-da Bərdə rayonunun Şirvanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməmiş, Bərdə rayonunun Şirvanlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, özəl tikili evdə kirayədə yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qismində qətimkan tədbiri seçilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, yetkinlik yaşına çatmayan 2007-ci il 29 iyun təvəllüdlü Təqsirləndirilən şəxs 1996-cı il təvəllüdlü qonşusu Zərərçəkmiş şəxs onunla bir müddət sevgi münasibətində olduqdan sonra onu aldatdığını və hissləri ilə oynamasını düşünməklə bu hərəkətlərinə görə sonuncudan qisas almaq məqsədi ilə 2022-ci il iyulun 05-də saat 11 radələrində Zərərçəkmiş şəxs bir qədər təqib edib ünvan 1 ünvanında yerləşən «Oazis» restoranının yaxınlığında sonuncuya yaxınlaşaraq üzərindəki bıçaqla Zərərçəkmiş şəxs bir dəfə zərbə vurduqda qaraciyərin və qarnın düz əzələsinin zədələnməsi, qarın boşluğuna çoxlu qanaxma (500 ml) ilə müşayiət olunmaqla qarının ön divarının sol yarısının daxilə nüfuz edən, bir ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunub dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, orta məktəbi 6-cı sinifə kimi oxumuşdur, ailəsi ilə birgə kirayədə yaşayır, hadisə dövründə avtoyuyucu məntəqəsində işləmişdir. 2020-ci il mart ayının əvvəllərində tanış olduğu, onunla eyni məhəllədə yaşayan Zərərçəkmiş şəxs ilə aralarında intim münasibət yaranmış, 2022-ci il iyunun 25-də sonuncu ona mesaj yazmaqla hal-əhvalını soruşanda o, Dilbərə vəfasız olduğunu və onu gec-gec yad etdiyini bildirmişdir. Bundan sonra sonuncu ona qarşı soyuq münasibət göstərdikdə Dilbərin xəyanət etdiyini zənn etmiş, sonuncunu qorxutmaq niyyəti ilə «Sədərək» ticarət mərkəzindən 13 manata aldığı bıçağı götürüb 2022-ci il iyulun 05-də saat 09 radələrində Dilbərin yaşadığı ünvana yollanmışdır. Bir neçə dəfə qapını döyəndə Dilbərin böyük qızı Zəhra anasının çörək almağa getdiyini desə də o, pəncərədən boylanaraq Dilbərin evdə olduğunu görməklə əsəbiləşib qapını təpiklə vurmuş və sevgilisini çölə çağırmış, Dilbər ona mesaj yazaraq onu bir daha istəmədiyini bildirdiyindən o, uzaqlaşmaqla evdən iş geyimini götürüb qayıdan zaman sonuncunun xalası ilə birlikdə paltar mağazasına daxil olduğunu görərək gözləmiş, yarım saat keçmiş Dilbərlə xalası dükandan çıxdıqda sonuncuları izləməyə başlamış, kirayə qaldığı küçəyə daxil olanda o, Dilbərə yaxınlaşmaqla kəmərindən çıxartdığı bıçaqla sonuncuya bir dəfə zərbə endirmişdir. Bədənindən qan axmağa başlayan Dilbər qışqırmaqla yerə oturmuş, o isə insanların toplaşdığını görüb hadisə yerini tərk edərək yaşadığı ünvana getməklə törətdiyi əməl barəsində anası X3 və zəng etdiyi Zahir adlı qohumuna məlumat vermişdir. Sonuncu gələrək onu Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə aparmışdır. Telefonundakı mesajları silmişdir. Hərəkətindən çox peşmandır. Zərər çəkmiş şəxslə barışıq əldə etməyə çalışır. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2020-ci ildə onunla bir məhəllədə yaşayan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ilə tanış olmaqla dostluq etmiş, 2022-ci il iyunun 25-də sonuncu ona mesaj yazıb «sevgilim» deyə müraciət etdikdə o, İlkinə yalnız dost olduqlarını bildirmiş, oğlan buna baxmayaraq ona görüş təklif edəndə o, etiraz etdiyindən aralarında mübahisə yaranmışdır. İlkin ona «görüşməsən, səni vuracam» kimi mesajlar yazmaqla hədələmiş, 2022-ci il iyulun 05-də saat 09 radələrində yaşadığı evin qapısı İlkin tərəfindən təpiklə döyülərkən uşaqları İlkinə onun evdə olmadığını bildirmişlər və İlkin uzaqlaşmışdır. Bir qədər sonra xalası Şahid qonaq gəldikdə onlar bərabər paltar mağazasına getmişlər, dükandan çıxanda İlkin söyüş söyə-söyə arxadan onlara yaxınlaşmış və əlində olan bıçaqla onu vurub xəsarət yetirmişdir. Telefonundakı mesajları saxlamamışdır. Əri əhvalatı eşidərkən onu döyərək burnunu sındırmış və onunla boşanmışdır. Təqsirləndirilən şəxslə barışmamışdır. İş üzrə şahid qismində dindirilən Şahid zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xalası olduğu bildirməklə sonuncu zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə oxşar ifadə verdi. İş materiallarındakı Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin tərtib etdiyi 2022-ci il 05 iyul tarixli raportdan görünür ki, həmin tarixdə saat 12 radələrində Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə gətirilən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməsi faktı ilə əlaqədar əməlini etiraf etmiş, sonuncunun hadisəni törədərkən istifadə edib könüllü surətdə təqdim etdiyi bir ədəd bıçaq götürülmüşdür (1-ci cild, iş vərəqi 6). İş materiallarındakı Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 05 iyul tarixli protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən «Oazis» restoranının yaxınlığındakı hadisə yerinə baxış keçirilərək qan izləri müşahidə edilsə də quruduğu üçün götürmək mümkün olmamış, fotocədvəl protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 7-9). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 №-li X2 Həkim psixiatr komissiyasının 2022-ci il 04 iyul tarixli 1/1730 №-li 2220 №-li rəyinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs «dissodiativ –konversion pozuntu» diaqnozu qoyulmuşdur (1-ci cild, iş vərəqi 17). İş materiallarındakı Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 05 iyul tarixli protokoldan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə və müdafiəçisinin iştirakı ilə göstərilən tarixdə Azərbaycan Respublikasının CM-nin 221.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, heç bir etiraz daxil olmamışdır (1-ci cild, iş vərəqi 27). İş materiallarındakı AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs 2007-ci il 29 iyun təvəllüdlü olmaqla hadisə törədilən gün yenicə 15 yaşına çatmışdır (1-ci cild, iş vərəqi 37). İş materiallarındakı Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 05 iyul tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan yetkinlik yaşına çatmayan şübhəli şəxs Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yerləşən «Oazis» restoranının yaxınlığını göstərib ifadəsini təsdiqləmiş, fotocədvəl protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 41-43). İş materiallarındakı Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 05 iyul tarixli protokoldan görünür ki, iş üzrə Şahid hadisənin törədilməsində istifadə edilən bıçağı tanımış, fotocədvəl protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 44-46). İş materiallarındakı Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 05 iyul tarixli protokoldan görünür ki, yetkinlik yaşına çatmayan şübhəli şəxs Təqsirləndirilən şəxs hadisəni törədərkən istifadə etdiyi bıçağı tanımış, fotocədvəl protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 47-49). İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 07 iyul tarixli qərarlarından görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 221.3.-cü maddəsindən həmin Məcəllənin 126.1.-ci maddəsinə tövsif olunaraq sonuncu təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona göstərilən maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (1-ci cild, iş vərəqi 51-52 «a»). İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 07 iyul tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə idarənin müvəqqəti saxlama yerindən azad edilib barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 66-69). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2022-ci il iyulun 14-də tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild, iş vərəqi 87). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X7» publik hüquqi şəxsinin canlı şəxsin ekspertizasına dair 2022-ci il 25 iyul tarixli 510 nömrəli rəyindən görünür ki, 1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – qaraciyərin və qarnın düz əzələsinin zədələnməsi, qarın boşluğuna çoxlu qanaxma (500 ml) ilə müşayiət olunub qarının ön divarının sol yarısının daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin təsirindən törənməklə müddəti 2022-ci il iyulun 05-nə uyğun gəlir, insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir (1-ci cild, iş vərəqi 93-95). İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin 2022-ci il 25 iyul tarixli 066-6436-1222 №-li məktubunun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməsi faktı ilə əlaqədar hadisənin şahidlərinin müəyyənləşdirilməsi istiqamətində keçirilən tədbirlər müsbət nəticə verməmişdir (1-ci cild, iş vərəqi 97). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin komisyon stasionar məhkəmə-psixiatrik ekspertizasına dair 2022-ci il 25 avqust tarixli 108 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs «ictimailəşməmiş davranış pozuntusu» (şəxsin eyni yaş qrupundakı uşaqlarla əlaqələrinin olmaması, əksinə böyüklərlə daha tez-tez yaxşı münasibətlər qurması, yaşına uyğun vərdişlərin olmaması, həmyaşıdlarının olduğu mühitə adaptasiya olmaqda çətinlik çəkməsi, evə nisbətən ondan kənar mühitdə situativ spesifikliyin qeydə alınması, pedaqoji baxımsızlığı, tərbiyə naqişliyi, iradə zəifliyinin özünü biruzə verməsi və sair) aşkarlanaraq bu psixi patologiya sonuncunu ittiham olunduğu əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir, buna görə də Təqsirləndirilən şəxs törədilən əməl barəsində anlaqlı hesab edilməlidir, məcburi müalicəyə ehtiyacı yoxdur (1-ci cild, iş vərəqi 125-128). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X7» publik hüquqi şəxsinin 2022-ci il 06 sentyabr tarixli 516/2022- MTBŞ №-li ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qrup göstəricisi 0(İ) olub tədqiqata təqdim edilmiş bir ədəd qısaqol don üzərində aşkarlanan insan qanı ləkələrində qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq edildikdə yalnız «H» antigeni alınmaqla bu ləkələr AB0 sistemi üzrə Oalfa, beta (İ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər (1-ci cild, iş vərəqi 131-134). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X7» publik hüquqi şəxsinin 2022-ci il 12 sentyabr tarixli 413/2022- MTKŞ №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus donun ön hissəsinin orta nahiyəsində aşkarlanan bir ədəd deşilmiş-kəsilmiş zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli dəşici-kəsici alətin, ola bilsin, bıçağın təsirindən əmələ gəlməklə göstərilən zədə sonuncunu bədəninin qarının ön divarının sol yarısındakı eyni xarakterli xəsarətlə yerləşmə nahiyəsinə görə nisbi olaraq üst-üstə düşür, tədqiqata təqdim olunan zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanan ov bıçağı («Kəpənək» formalı) deşici-kəsici xassəyə malik soyuq silah olub üzərində sonradan hər hansı bir əlavə və düzəlişlər edilməmişdir (1-ci cild, iş vərəqi 136-139). İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 12 otyabr tarixli sübutların qiymətləndirilməsi haqqında, eyni tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi barədə qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə yeni məzmunda ittiham elan olunmuş, sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 29, 120-ci, 126.2.4.-cü, 221.3.-cü və 228.4.-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, maddi sübut kimi tanınan Təqsirləndirilən şəxs hadisəni törətdiyi bir ədəd bıçaq və Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olan bir ədəd köynək saxlanılması üçün idarənin saxlanc yerinə təhvil verilmişdir (1-ci cild, iş vərəqi 141-147 və 149-150). Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial X10 Rayon Şöbəsinin 293652 №-li vəsiqəsinin kserosurətindən görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs atası X6 ümumi səbəbdən İİİ qrup əlildir. Məhkəmə mövcud sübutlara qiymət verərək yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış, özünün tam etirafedici, zərər çəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, eləcə də iş üzrə digər mötəbər sübutlarla tam təsdiq olunur. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs əməli yetkinlik yaşına çatmadığı dövrdə törətməsinin işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla ilk məhkumluğunu, əməlindən səmimi peşman olmasını, ailə vəziyyətini, psixi statusunu cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə eyni zamanda iş üzrə yuxarıda qeyd edilən halların məcmusunu nəzərə alaraq yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını çəkmədən də islah olunmasının mümkünlüyü qənaətinə gələrək barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsinin tətbiq olunmasını, sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını məqsədəuyğun sayır. Azərbaycan Respublikasının CM-nin 70.6.-cı maddəsi əsasında, şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları həyata keçirir. Məhkəmə nəzərə alır ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 2022-ci il iyulun 05-dən 2022-ci il iyulun 07-dək şübhəli şəxs qismində müvəqqəti saxlama yerində saxlanmışdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qismində qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilməklə hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınıb saxlanılmaq üçün Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs hadisəni törətdiyi bir ədəd bıçaq və Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olan bir ədəd köynək məhv edilməlidir. Məhkəmədə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri «Kredo» vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 60 iş saatı müddətində müdafiə olunmuşdur. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Kredo» vəkil bürosunun nəfinə (VÖEN: **********) 360 manat köçürülməlidir. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tətbiq olunacaq sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq edilməklə 02 (iki) il sınaq müddəti müəyyən olunaraq həmin cəzaya şərti məhkum edilsin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs haqqında seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qismində qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilsin. Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Kredo» vəkil bürosunun nəfinə (VÖEN: **********) 360 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınıb saxlanılmaq üçün Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs hadisəni törətdiyi bir ədəd bıçaq və Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan bir ədəd köynək məhv edilsin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs haqqında seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-1876/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1876/2022
12.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver