Məhkəmə qərarları › İş №1(101)-1876/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1876/2025

05.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1876/2025 05.12.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Ələkbərli Roman Nəriman oğlu və X3 ibarət tərkibdə, İmanlı Aytən Məhəmməd qızının katibliyi ilə, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs hüquqi varisi X5, Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1976-cı il tarixdə Ararat rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmayan, Naxçıvan MR, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, 21 may 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 may 2025-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 avqust 2025-ci il tarixli qərarına əsasən barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o 21 may 2025-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi Mida 2 yaşayış kompleksi bina 50, giriş 24, 49 saylı mənzilin mətbəxində aralarında qısqanclıq zəmnində yaranmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs alın nahiyyəsinə yumruqla zərbə vurmuş, daha sonra öz hərəkətlərini davam etdirib mətbəxdəki siyirmədən götürdüyü zavod üsulu ilə hazırlanmış məişət təyinatlı, deşici-kəsici xasssəyə malik soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə sonuncuya qəsdən zərbələr vuraraq ona sol bazu nahiyəsində kəsilmiş səthi dəri yarası, hər iki göz orbitası və gözaltı, burun və sol said nahiyələrində qançırlar, döş qəfəsi nahiyəsinin arxa səthindən daxilə-döş boşluğuna nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yara, sol bazu və bud nahiyələrində deşilmiş-kəsilmiş yaralar, döş qəfəsi nahiyəsinin sol yarısının ön səthindən daxilə döş boşluğuna nüfuz edən bir ədəd deşilmişkəsilmiş yara əmələ gəlməsi ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətmişdir. Məhkəmə hazırlıq iclası zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 15 oktyabr 2025-ci il tarixdə vəfat etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 18 noyabr 2025-ci il tarixli ərizədən görünür ki, X5 məhkəməyə ərizə ilə müraciət edərək oğlu Təqsirləndirilən şəxs hüquqi varisi kimi tanınmasını və cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb cinayət prosesinin tərəflərinin, o cümlədən müdafiə tərəfi olan Təqsirləndirilən şəxs atası və hüquqi varisi kimi tanınan X4 cinayət işi üzrə icraata təqsirləndirilən şəxs öldüyünə görə bəraətverici əsaslar olmadan xitam verilməsinə etirazının olmadığına dair fikirlərini dinləyərək, hesab edir ki, Təqsirləndirilən şəxs öldüyünə görə onun barəsində cinayət işi üzrə icraata xitam verilməlidir. İş materiallarında olan 06 noyabr 2025-ci tarixli, AZ-İİ № 543038 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 15 oktyabr 2025-ci il tarixdə baş beynin ocaqlı travması səbəbindən ölməsi Bakı şəhəri, 6 saylı Asan Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının CPM-nin 39.1-ci və 39.1.5-ci maddələrinə görə, şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) başlanmış cinayət təqibinə xitam verilməlidir, o cümlədən başlanılmıış cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə proses iştirakçıların fikirini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs öldüyünə görə, barəsində cinayət təqibinə bəraət verici əsaslar olmadan xitam verilməsinə onun hüquqi varisi etiraz etmədiyindən hazırki cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Qüvvədə olan “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 9 (doqquz) iş saatı üçün 99 (doxsan doqquz) manat məbləğində vəsait «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 39.1.5.-ci, 305.1-ci maddələrini rəhbər tutaraq Qərara aldi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikasının CPM-nin 39.1.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxs öldüyünə görə xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 9 (doqquz) iş saatı üçün 99 (doxsan doqquz) manat məbləğində vəsait «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən hakim: Elnur Nuriyev Hakimlər: Roman Ələkbərli Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar