Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1877/2021 22.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs müdafiəçisi: Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasiətəni əldə edib satmaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı Tahir adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, 24 iyul 2021-ci il tarixdə sonuncu tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində gizlədilmiş külli miqdarda 6,403 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və 1,144 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 01 ədəd konvalyut kəsiyində təsir edici maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edən 04 ədəd metadon həbini satış məqsədi ilə, qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, 25 iyul 2021-ci il tarixdə Binəqədi RPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saat 17 radələrində ünvan 2 ünvanda saxlanılaraq ünvan 3qədi RPİnin 5-ci PB-nin inzibati binasına gətirilərək üzərinə keçirilən şəxsi axtarış zamanı əlində olan boz rəngli əl çantasının içərisindən ağ plastik qabda saxladığı 02 bükümdə ayrı ayrılıqda 0,272 qram, 6,131 qram, ümumi təmiz çəkisi 6,403 qram olan küllü miqdarda ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin, 01 ədəd gümüşü rəngli folqaya bükülmüş təmiz çəkisi 1,144 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 01 ədəd konvalyut kəsiyində ümumi təsir edici maddəsinin miqdarı 0,16 qram təşkil edən 04 ədəd metadon həbi, 01 ədəd üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi və 01 ədəd qeydiyyat kitabçası aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrdən istifadə etsə də, heç vaxt narkotik vasitə satmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılmazdan əvvəl o, tanımadığı iranlı bir şəxslə, internet vasitəsilə əlaqə saxlamışdır. Həmin şəxs narkotik vasitələri ucuz qiymətə təklif etdiyi üçün o, 260 manat ödəniş etməklə narkotik vasitə heroin və metadon, psixotrop maddə metamfetamin almış, aldığı narkotik vasitələri və psixotrop maddəni şəxsi istifadəsi üçün üzərində daşımışdır. 25 iyul 2021-ci il tarixdə Binəqədi rayonu, Ş.Məmmədova küçəsi 3 ünvanında olarkən o, polis əməkdaşları tərəfindən saxlanılmış və Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə aparılmışdır. Həmin polis bölməsində onun üzərinə keçirilmiş baxış zamanı, o, narkotik vasitələri könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Narkotik vasitələrdən istifadə etdiyi üçün əməlindən peşmandır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 2021-ci ilin iyul ayının sonlarında, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatının yoxlanılması məqsədilə o və digər əməliyyat müvəkkili Samir Kazımovdan ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 25 iyul 2021-ci il tarixində Təqsirləndirilən şəxs ünvan 6 ünvanında olarkən saxlanılmış və Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə aparılmışdır. Binəqədi rayon Polis İdarəsinin 5-ci X5 Ağabalayevin üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs daşıdığı əl çantasının içərisində narkotik vasitə heroin və metadon həbinə, psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək, götürülmüş maddələrin narkotik vasitə heroin və metadon, digərinin isə psixotrop maddə metamfetamin olduğunu və onları öz şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Şəxsi axtarış keçirilməsi zamanı videoçəkilişdən istifadə olunmuş və Təqsirləndirilən şəxs təzyiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 digər Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü narkotik vasitənin satış məqsədi ilə əldə etməməsinə dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan 25.07.2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27.07.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 25.07.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 6/3090 saylı, 30.07.2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №174” dairəvi möhür əksi və soyadlar və imzalar qeyd edilmiş 4 ədəd zərf olan: 1 №-li zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,144 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd konvalyut kəsiyində ümumi sayı 4 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə metadonun təsir maddəsinin ümumi miqdarı 0,16 qram (lədəd həbdə 0,04 qram) təşkil edir. 2 №-li zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,272 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. 3 №-li zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 6,131 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. 4 №li zərfdə bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroin ilə müqayisəli tədqiqatını aparmaq mümkün olmamışdır. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı İİ) daxildir. Metamfetamin 2005ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Təqdim edilmiş psixotrop maddə olan rnetanfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Heroinin təmiz çəkisi 1,144 qram, tədqiqata sərf edildi 0,05 qram qalıq 1,094 qram, metamfetaminin təmiz çəkisi 6, 403 qram, tədqiqata sərf edildi 0,1 qram qalıq 6,303 qram, metadon həblərinin sayı 4 ədəd, tədqiqata sərf edildi 1 ədəd qalıq 3 ədəd. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X7 Şəxsinin 30.08.2021-ci il tarixli, 3147 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminun birgə qəbulu nəticəsində yaranana asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan məhkəmə-psixiatrik ekspertizasının 24.08.2021-ci il tarixli, 1904 saylı rəyindən görünür ki, X3 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, X3 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. X2 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri qeyd olunmur. Təqsirləndirilən şəxs etdiyi hərəkətləri adekvat olaraq qavramaq və anlamaq qabiliyyətinə malikdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş 070- ***-**-** saylı və ***- ***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə 25.06.2021-ci il tarixdən 25.07.2021ci il tarixədək daxil olan və çıxan zənglər, daxil olan və göndərilən sms-lər və mətnləri, həmin nömrələrin sahiblərinin anket məlumatları Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya və Kamunikasiya İdarəsindən götürülmüş 1 ədəd “CD” diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrədən 21.07.2021-ci il tarixdə saat 17:46:02-da ***-***-**-** saylı mobil nömrəyə “X10 X9 İkan Olsa” sözləri yazılmış sms-lərin göndərilməsi aşkar olunmuşdur. Eyni zamanda baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə 22.07.2021-ci il tarixdə saat 18:25:24-də ***-***-**-** saylı mobil nömrədən “Yetim gelirem ele imkan var chixmarsan men gelerem size hem bolerem ozumchub hemde duzeleremde 10 deq zad lOkola 5 o biri”, ***-***-**-** saylı mobil nömrədən 07.07.2021-ci il tarixdə saat 22:23:30-da ***-***-**-** saylı mobil nömrəyə “Saxla menimcun pati xeber edirem sene”, 08.07.2021-ci il tarixdə saat 23:50:40-da ***-***-**-** saylı mobil nömrəyə “Pati tapa bilersen bir ciqqili? Mnde kola tapim”, 09.07.2021-ci il tarixdə saat 00:06:50- də ***-***-**-** saylı mobil nömrəyə “Bidene sebirli ol kola daliyca gedirem qayidim yaziram sene” sözləri yazılmış sms-lərin göndərilməsi aşkar olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 25 iyul 2021-ci tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Sabunçu rayon Polis İdarəsində saxlanılan qalıq 1,094 qram təşkil edən narkotik vasitə heroin, 3 ədəd narkotik vasitə metadon həbi, 6,303 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 65 manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, 01 ədəd “CD” formatlı və 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 25 iyul 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 65 (altmış beş) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan qalıq 1,094 qram təşkil edən narkotik vasitə heroin, 3 ədəd narkotik vasitə metadon həbi, 6,303 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd “CD” formatlı və 01 ədəd “DVD” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-1877/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1877/2021
22.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver