Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1877/2024 18.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1991-ci il tarixdə Füzuli rayonu Aşağı Kürdmahmudlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Füzuli rayonu Aşağı Kürdmahmudlu kəndində qeydiyyatda olmaqla Bakı şəhərində müxtəlif ünvanlarda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edib saxlamaqla daşımışdır; belə ki, Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan iran İslam Respublikasının vətəndaşı “Ağa” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs İslam Respublikasının vətəndaşı “Ağa” adlı şəxsin və qeyrilərinin sifarişi ilə ona göndərilən maddələrin satışının həyata keçirilməsi və ya sonradan deyiləcək “müştərilərə” çatdırılması üçün naməlum tarixdə, vaxtda və şəraitdə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Ağa” adlı şəxs və qeyriləri vasitəsi ilə Bakı şəhəri, Binəqədi rayonu ərazisində gizlədilən “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in siyahısına daxil olan külli miqdarda - təsiredici maddəsinin ümumi miqdarı 02 qram olan narkotik vasitə metadonu və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına daxil olan külli miqdarda - 5,479 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanın yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 24 fevral 2024-cü il tarixdə saat 16:30-da yuxarıda qeyd olunan ünvanda saxlanılaraq ünvan 3ş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilməklə orada həmin tarixdə saat 18:12-dən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən aşkar edilmiş 01 ədəd qara rəngli paketin içərisindən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 05 ədəd konvalyutda, hər konvalyutda 10 ədəd olmaqla, ümumilikdə 50 ədəd həbdə külli miqdarda təsir edici maddəsinin ümumi miqdarı 02 qram olmaqla kimyəvi komponent tərkiblərinə görə eyni olan narkotik vasitə metadon və 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 5,479 qram çəkidə ağ rəngli kristallik hissəciklərdən ibarət olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə aludəçisidir, 2021-cildən psixotrop maddə metamfetamindən istifadə etmişdir; hadisə baş verən gün o, narkotik vasitələrin satışı ilə məşğul olan və özünü «Ağa» kimi təqdim edən İran vətəndaşından almaq məqsədi ilə metamfetaminin qiymətini 150 manata razılaşmış, iranlıya bir neçə gündən sonra ad günü olduğunu, yaşadığı rayona gedəcəyini, qayıtdıqdan sonra onun (iranlının) pulunu verəcəyini demiş, iranlı onunla razılaşmış, iranlıya ona metadon həbləri lazım olmadığını, ancaq mateamfetamin lazım olduğun demiş, iranlı isə ona əgər metadon lazım deyilsə, deyəcəyi yerə aparııb qoymasını demiş, taksi ilə iranlının onun üçün 5 qram psixotrop maddə metamfetamini və 5 «list» metadon həblərini qoyduğu yerə getmiş, narkotik vasitələrin qoyulduğu yerə çatmasına 2-3 metr qalmış kənardan 5 nəfər polis əməkdaşları çıxıb onu saxlamışlar, həmin vaxt polis əməkdaşları üzərinə baxış keçirmişlər, üstündə ancaq mobil telefonu, qulaqcıq və 50 qəpik pulu olmuş, həmin vaxt onun üzərində narkotik vasitə və psixotrop maddə olmamış, polis əməkdaşları özləri narkotik vasitələri qoyulduğu yerdən tapıb götürmüşlər, polis bölməsində ona vermişlər, eyni zamanda onu oraya gətirən taksi sürücüsünü də saxlamışlar, həmin taksi sürücüsünü də məsuliyyətiə cəlb edəcəklərini demişlər, günahsız adamın, yəni taksi sürücüsünün məsuliyyətə cəlb olunmaması üçün videoçəkiliş zamanı özü həmin maddələri təqdim etmişdir; polis əməkdaşları onu döyməmişlər, ona qarşı hər hansı fiziki təzyiq olmamışdır. Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxşı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsində CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Bakı şəhərində “20 Yanvar” metrostansiyası yaxınlığında yerləşən dayanacaqda nəzarətçi işləyir və Bakı şəhərində yaşayış yeri olmadığından orada gecələyir. Təxminən iki ildir ki, “patı” kimi tanıdığı psixotrop maddə metamfetamindən istifadə edir. Təxminən 5 il əvvəl adını xatırlamadığı tanışı vasitəsilə iranlı şəxslə tanış olmuşdur. Həmin şəxsin adını bilməsə də, həmin şəxsə “Ağa” kimi müraciət etmişdir. 21 fevral 2024-cü il tarixdə danışıq zamanı “Ağa” ona narkotik vasitə və psixotrop maddə göndərə biləcəyini bildirmişdir. O da öz istifadəsi üçün “Ağa”dan psixotrop maddə göndərməsini xahiş etmişdir. “Ağa” göndərəcəyi maddələri Bakı şəhərində müəyyən yerə qoyduracağını və konumunu ona göndərəcəyini bildirib ondan bunun qarşılığında 135 manat pul istəmişdir. O da “Ağa”ya bildirmişdir ki, halhazırda o qədər pulu yoxdur, lakin hissə-hissə ödəyə bilər. “Ağa” onunla razılaşmış və bildirmişdir ki, ona göndərəcəyi maddənin yanında əlavə olaraq narkotik vasitə metadon da olacaq və o, həmin narkotik vasitəni “Ağa”nın dediyi yerə qoymalıdır. O, “Ağa” ilə razılaşmışdır. 24 fevral 2024-cü il tarixdə “Ağa”nın dediyi maddələri göndərdiyi konumdan götürmüşdür. 24 fevral 2024-cü il tarixdə saat 16:30 radələrində ünvan 4 ünvanının yaxınlığında olduğu zaman ona bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üstündə narkotik vasitə və psixotrop maddə vardır. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib həmin polis əməkdaşları ilə birlikdə həmin Polis İdarəsinə gəlmişdir. Polis İdarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl ona şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, o, buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o, üstündə psixotrop maddə və narkotik vasitə olduğunu bildirib, əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd qara rəngli sellofan paketi və həmin şalvarın sağ arxa cibindən 01 ədəd “Xiaomi” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd qara rəngli paket açıldıqda içərisində 01 ədəd sellofan büküm və 05 ədəd listin olması olması müşahidə edilmişdir. 01 ədəd şəffaf sellofan bükümə baxış keçirilərkən bükümün içərisində psixotrop maddə metamfetamin olması müşahidə edilmişdir. Bundan sonra 05 ədəd listə baxış keçirilərkən üzərində “Methadone 40” sözləri yazılmış, ümumilikdə 50 ədəd olan narkotik vasitə metadon həbi olması müşahidə olunmuşdur. Bundan sonra üstündən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamin və 05 ədəd listdə, ümumilikdə 50 ədəd narkotik vasitə metadon həbləri sübut əhəmiyyətinə malik olduğundan polis əməkdaşı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar və onun tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən üstündən digər əşya və ya predmetlər aşkar (cild 1, iş vərəqi 73-76). Məhkəmə zamanı şahid qismində dindirilmiş Azərbayan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili X1 ifadə verərək göstərmişdir ki, 24 fevral 2024-cü il tarixdə ona Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, məlumat rəhbərliyə məruzə olunmuş, qərar qəbul olunmuş, ondan və X3 ibarət əməliyyat qrupu yaradılmış, ünvan 5 ünvanının qarşısına getmişlər, orada Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər, şəxsiyyətini dəqiqləşdirdikdən sonra sonuncunu Baş idarəyə dəvət etmişlər, Baş idarədə müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış keçirilmiş, axtarış zamanı üzərindən 5 ədəd konvalyutda metadon həbləri və bir bükümdə psixotrop maddə metamfetamin aşkar edilmişdir, Təqsirləndirilən şəxs aşkar edilmiş maddələri öz istifadəsi üçün İran vətəndaşından əldə etdiyini bildirmişdir. Şahid Əlisahb oğlu ibitdai istintaq zamanı verdiyi və məhkəmə zamanı elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 24 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupa işlədiyi Baş İdarənin əməliyyat müvəkkili X7 daxil edilmişdir. 24 fevral 2024-cü il tarixdə saat 16-17 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, N.Nərimanov küçəsi ərazisində olması müəyyən edilmiş və həmin yerə getmişlər. Saat 16:30- da Bakı şəhəri, Binəqədi rayonu, N.Nərimanov küçəsi, 46C ünvanının yaxınlığında Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və həmin şəxsin də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmiş və DİN-in BMCMİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə BMCMİ-yə gəlmişdir. İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və Baş İdarənin Təhqiqat Şöbəsinin təhqiqatçısı Fəan Süleymanov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə olduğunu bildirib, əynində olan şalvarının ciblərindən 01 ədəd sellofan paketi və 01 ədəd mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra şəxsi axtarış keçirilsə də, Təqsirləndirilən şəxs üzərindən digər əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan paketə baxış zamanı içərisindən 01 ədəd şəffaf sellofan büküm və üzərində “Methadone 40” sözləri yazılmış 05 ədəd konvalyutda 50 ədəd dərman həbləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd şəffaf sellofan bükümə baxış keçirildikdə içərisində psixotrop maddə metamfetaminə oxşar kütlə olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar kütlə və 05 ədəd konvalyutda 50 ədəd dərman həbləri cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd mobil telefon götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini və dərman həblərini tanımadığı İran İslam Respublikası vətəndaşının dediyi yerdən götürdüyünü, ilk olaraq həmin İran İslam Respublikası vətəndaşının özünün təxmini olaraq 3-4 gün əvvəl “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə əlaqə saxlamasını, həmin maddə və həblərə görə müəyyən məbləğdə pul göndərməli olduğunu, lakin göndərmədiyini, özünün narkotik vasitə və psixotrop maddələrdən istifadə etməsini, həmin maddəni və dərman həblərini şəxsi istifadə məqsədilə götürüb üstündə gəzdirdiyini, adlarını “şüşə” və “dərman” olaraq bildiyini, bu maddə və dərman həblərinin onda olması ilə bağlı heç kimə məlumat vermədiyini, heç kimə satmadığını, pay və ya hədiyyə vermədiyini, şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Şəxsi axtarış başa çatdıqdan sonra bu barədə protokol tərtib olunmuş və həmin protokolu imzalamışlar. Verilən suallara cavab olaraq, əməliyyat-axtarış tədbiri zamanı saxlanılan şəxs Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmadığını, Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmədiyini və onlara heç bir xəsarət yetirmədiyini bildirmişdir (1-ci cild iş vərəqi 127- 129). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidin ifadəsi ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 24 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq BMCMİ-nin inzibati binasına gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd qara rəngli sellofan paket və həmin şalvarın sağ arxa cibindən 01 ədəd “Redmi” markalı mobil telefon aşkar edilmiş, qara rəngli paketə baxış keçirilən zaman içərisində 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlə və 05 ədəd konvalyutda ümumilikdə 50 ədəd üzərində “Methadone 40” sözləri yazılmış dərman həbləri olması müşahidə edilmişdir. Aşkar edilmiş metamfetaminə oxşar maddə və 50 ədəd dərman həbləri və 01 ədəd telefon götürülmüşdür. Şəxsi axtarış və götürmə istintaq hərəkəti 24 fevral 2024-cü il tarixdə saat 18:12-də başlamış və həmin tarixdə saat 18:28-də bitmişdir (1-ci cild iş vərəqi 27-30). Şəxsi axtarış və götürmə aparılması haqqında 24 fevral 2024-cü il tarixli protokola əlavə edilmiş 01 ədəd CD diskdə qeydə alınmış videogörüntülərə baxış keçirilməsi haqqında 19 aprel 2024-cü il tarixli protkoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Fəan Süleymanov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə hərəkətləri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasındakı xidməti otaqların birində həyata keçirilmişdir. Şəxsi axtarış zamanı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid, X7 və müdafiəçi X6 iştirak etmiş və videoçəkiliş həyata keçirilmişdir. Axtarış aparılarkən ilk olaraq təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr və ya psixotrop maddələr varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddələr olduğunu bildirib, əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd qara rəngli sellofan paketi və həmin şalvarın sağ arxa cibindən 01 ədəd mobil telefonu təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra şəxsi axtarış keçirilirsə də, digər əşya və ya predmetlər aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan paketə baxış zamanı içərisində 01 ədəd sellofan büküm və 05 ədəd konvalyutda üzərində “Methadone 40” sözləri yazılmış 50 ədəd dərman həblərinin olması müəyyən edilmişdir. Aşkar edilmiş 01 ədəd sellofan bükümə baxış zamanı içərisində psixotrop maddə metamfetaminə oxşar kütlə olması müşahidə edilmişdir. 01 ədəd psixotrop maddə metamfetaminə oxşar kütlə və 05 ədəd konvalyutda 50 ədəd dərman həbləri təhqiqatçı tərəfindən 01 ədəd zərfə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələri 24 fevral 2024-cü il tarixdə tanımadığı İran İslam Respublikası vətəndaşının daha öncədən yerləşdirdiyi yerdən götürdüyünü, ilk olaraq həmin İran İslam Respublikası vətəndaşının özünün təxmini olaraq 3-4 gün əvvəl Təqsirləndirilən şəxsla “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə əlaqə saxlamasını, həmin maddə və həblərə görə müəyyən məbləğdə pul göndərməli olduğunu, lakin göndərmədiyini, özünün narkotik vasitə və psixotrop maddələrdən istifadə etməsini, həmin maddəni və dərman həblərini şəxsi istifadə məqsədilə götürüb üstündə gəzdirdiyini, adlarını “şüşə” və “dərman” olaraq bildiyini, bu maddə və dərman həblərinin onda olması ilə bağlı heç kimə məlumat vermədiyini, heç kimə satmadığını, pay və ya hədiyyə vermədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “Mİ 9 Lite” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Şəxsi axtarış və götürmə hərəkətlərinin qeydə alındığı 01 ədəd CD diskə baxış keçirilməsi barədə protokol tərtib edilərək cinayət işinin materiallarına əlavə olunmuşdur (1-ci cild iş vərəqi 136). Məhkəmə baxışı zamanı şəxsi axtarış və götürmə istintaq hərəkətinin DVD diskə köçürüldüyü videogörüntüsü proses iştirakçılarına nümayiş etdirilərək tədqiq edilmiş və videogörüntünün 24 fevral 2024-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokolun məzmununa uyğun olması müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 fevpal 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid tərəfindən qəbul edilmiş 24 fevral 2024-cü il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir (1-ci cild iş vərəqi 119-121). "xxxx" MMC-dən daxil olmuş CD diskdə olan Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə aparılan danışıqlara dair məlumatlara baxış keçirilməsi haqqında 15 aprel 2024-cü il tarixli protokoldan görünür ki, ***-***-**-** mobil telefon nömrəsi Təqsirləndirilən şəxs istifadəsində olmuş və həmin mobil telefon nömrəsinə ***-***-**-** mobil telefon nömrəsindən xx.xx.2023-ci il tarixdə saat 23:58:14-də aşağıdakı məzmunda SMS göndərilmişdir: - «Qaqa+5+tap+gedim+eve+sabah+gelerem+meni+bawa+duwmursen». Bundan başqa ***-***-**-** mobil telefon nömrəsinə ***-***-**-** mobil telefon nömrəsindən xx.xx.2024-cü il tarixdə saat 21:46:11-də aşağıdakı məzmunda SMS göndərilmişdir: - «adam kisi olar hec olmasa bir dana gondar telfonu ac». Bundan başqa ***-***-**-** mobil telefon nömrəsinə ***-***-**-** mobil telefon nömrəsindən xx.xx.2024-cü il tarixdə saat 23:06:10-da aşağıdakı məzmunda SMS göndərilmişdir: - «Atamda burdadi cixa bilmirəm yari saxla saat 5de kilentim var duracam gəlib goturem 100%». Bundan başqa ***-***-**-** mobil telefon nömrəsinə ***-***-**-** mobil telefon nömrəsindən xx.xx.2024-cü il tarixdə saat 19:18:39-da aşağıdakı məzmunda SMS göndərilmişdir: - «Rayet bayramdi 3 dene lazimdi keç isdayakadyam tez sözum var qaqa» (1-ci cild iş vərəqi 134-135). Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Mİ 9 Lite” markalı mobil telefona baxış keçirilməsi haqqında 15 may 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zaman “Whatsapp" proqram təminatının “Söhbətlər” bölməsində adı İran İslam Respublikası mobil operatoruna məxsus +98-***-***-**-** mobil nömrəsinin istifadəçisi ilə Təqsirləndirilən şəxs arasında yazışmalar müəyyən edilmişdir. Belə ki, həmin nömrənin istifadəçisi 23 fevral 2024-cü il tarixdə saat 17:30-da Təqsirləndirilən şəxs səsli icmarıc göndərərək bildirmişdir ki, “Salam, necəsən abi, yaxşısan? Neynədin, sən bir əlli manat da düzəldə bilmədin?” Təqsirləndirilən şəxs cavab olaraq səsli ismarıc göndərib bildirmişdir ki, “Salam, qardaş, salam. Nə var, nə yox, vəziyyət? Qurana and olsun, yox. Mənim işlərim bir həftədən sonra başlayacaq. İşlərimdən ondan sonra normallaşacaq. Onda problem deyil, nə vaxt desən, məndə pul olacaq ehtiyatda”. Bundan sonra həmin mobil nömrənin istifadəçisi səsli ismarıc göndərərək bildirmişdir ki, “Abi, mən atıram. Atıram, sən balanın canı, düz iş gör. Beş dənə daş, on dənə güldü. Yarım saata, bir saata deyirəm”. Təqsirləndirilən şəxs cavab olaraq səsli ismarıc göndərməklə bildirmişdir ki, “Abi, Allah balanı saxlasın. Çox sağol. Allah səni həmişə hörmətli eləsin. Allah ürəyinə görə versin. Sən ki belə kişilik elədin. Bu kişiliyin qabağını kişi kimi vermək lazımdır”. Bundan sonra 24 fevral 2024-cü il tarixdə saat 15:42-də Təqsirləndirilən şəxs səsli ismarıc göndərib bildirmişdir ki, “Nə olacaq? Mənə bir dənə de, qurban sənə”. Həmin şəxs cavab olaraq bildirmişdir ki, “Yaxşı, neynək. Bilirsən, nə belə deyim. Beş dənə daşdır, beş dənə torpaq, 5 dənəsi də dərmandır. O dərmanı saxlayacaqsan özündə, “paçka-paçka” deyəcəm verərsən, bir ünvan edərsən mənə. Özün sata bilirsən, sat. Sata bilməsən, “paçka- paçka” deyəcəm, ünvan eləyərsən. Mənim bir adamım var, hər iki gündə, üç gündə bir dənə “paçka” götürür. Ona da dərmanı “paçka-paçka" satmırlar deyə, dedim bu da yaxın qardaş idi. Dedim beş list ver mənə, axşam pulunu verəcəm. İndi sən o torpaqdan, daşdan axşam mənə pul vur ki, bunlara pul verim. Amma mən sənə deyirəm, götürərsən, burda mən xarab oluram, bu səfər abırımız gedər, bu səfər onda yağı olar. Day nə cür deyim”. Həmin tarixdə saat 15:56- da Təqsirləndirilən şəxs həmin mobil nömrənin istifadəçisinə “O dərmanları da ünvan-ünvan qoyacam, xoşuna gəlsə, belə də işləyərik, problem yoxdur”. Bundan sonra həmin mobil nömrənin istifadəçisi konum və ünvan şəkilləri ilə birlikdə səsli ismarıc göndərərək bildirmişdir ki, “Allah xeyrini versin, qadan alım. Götürdün, mənə de. Axşama pul yerbəyer elə. Sən öl qəşəng pul vursan, biz çox atacağıq. Bundan başqa “Whatsapp” proqram təminatının “Söhbətlər” bölməsində ***-***-**-** mobil nömrəsinin istifadəçisi ilə Təqsirləndirilən şəxs arasında yazışmalar müəyyən edilmişdir. Belə ki, 24 fevral 2024-cü il tarixdə saat 00:31-də Təqsirləndirilən şəxs həmin mobil nömrənin istifadəçisinə səsli ismarıc göndərərək bildirmişdir ki, “Abi, pul ata bilərsən? “Tema” var, onu götürürəm”. Həmin mobil nömrənin istifadəçisi cavab olaraq, “Nedi”, “Abi”, “Dasdi”. Təqsirləndirilən şəxs cavabında “Abi das” məzmunlu ismarıc göndərmiş, həmin şəxs cavab olaraq yazılı ismarıclar göndərərək bildirmişdir ki, “Negeder”, “Pul lazimdi”. Təqsirləndirilən şəxs cavab olaraq bildirmişdir ki, “Negeder var at qaqa ferqi yoxdu”. Həmin şəxs yazılı ismarıc göndərərək bildirmişdir ki, “30 atsam negeder das verersen mene”. Təqsirləndirilən şəxs cavab olaraq səsli ismarıc göndərərək bildirmişdir ki, “Abi, 30 atsan, sənə bir qram düzüb qoşaram, problem yoxdur o barədə. “Prosta” pullarımız çatmır, yüz səksən manat pulumuz çatmır. Üç yüz vurmuşuq, yüz səksən çatmır. Onu da otuz sən atsan, qırx da uşaq gəlir ondan götürəcəm. Yetmiş də birindən götürəcəm. Çatıb-çatmır düzüb-qoşub verəcəyik. Nəyə gücün çatır at, problem yoxdur, otuz at, bir qram qardaşın sənə düzüb-qoşar. Amma yəni narahat olma. Mən özüm həll eləyib, səni yığacam, problem yoxdur. Biz kişiyik qaqa, sənin pulun bizdə batmaz. Narahat olma, o, “atrava”dır. “Atrava”ya görə kişiliyimizi satası deyilik ki”. Bundan başqa “Whatsapp” proqram təminatının “Söhbətlər” bölməsində Təqsirləndirilən şəxs ilə ***-***-**-** mobil nömrəsinin istifadəçisi arasında yazışmalar müəyyən edilmişdir. Belə ki, həmin nömrənin istifadəçisi 23 fevral 2024-cü il tarixdə saat 23:32-də yazılı ismarıc göndərərək bildirmişdir ki, “Salam”, “Qaqa keçsem sen terəfə 20 liy daş duzetmey olqr”. Təqsirləndirilən şəxs cavab olaraq “Qaqa, iyirmilik yoxdur, ancaq əllilikdir. O da məndə deyil, uşaq var ondadır” məzmunlu səsli ismarıc göndərmişdir. Telefona baxış keçirilməsi ilə bağlı fotocədvəl tərtib edilməklə protokola əlavə olunmuşdur (1-ci cild iş vərəqi 144-148). Maddi sübut hesab edilməsi haqqında 16 may 2024-cü il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Mİ 9 Lite” markalı mobil telefon maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir (1-ci cild iş vərəqi 149-151). Məhkəmə-fiziki-kimyəvi ekspertiza üzrə 25 fevral 2024-cü il tarixli 3-16-16/2-6/1111 ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N°6” dairəvi möhür əksləri, “Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar olunmuş...” yazıları, imzalar olan zərfdəki 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 5,479 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir; üzərində “..Methadone 40..” yazıları olan beş konvalyutda hər konvalyutda 10 ədəd olmaqla ümumilikdə 50 (əlli) ədəd qəhvəyi rəngli, dairəvi formalı həblər kimyəvi komponent tərkiblərinə görə eyni olan narkotik vasitə metadondur, 50 (əlli) ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 02 qram təşkil edir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"-in siyahısına (Siyahı İİ) daxildir (qeyd: metamfetaminin təmiz çəkisi - 5,479 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 5,429 qram. Metadon həblərinin ümumi sayı - 50 həb, cəmi tədqiqata sərf edildi 05 həb, qalıq ümumi 45 həb) (1-ci cild iş vərəqi 43-47). Məhkəmə-narkoloji ekspertiza üzrə 30 mart 2024-cü il tarixli 2014 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbul edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə Təqsirləndirilən şəxs narkoloji-tibbi yoxlama zamanı bir il İ yarımdır ki, psixotrop maddə metamfetamini yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə etdiyini bildirmişdir (1-ci cild iş vərəqi 153-154). Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş 04 mart 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild iş vərəqi 112). Füzuli rayon İcra Hakimiyyətinin Kürdmahmudlu kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyindən verilmiş ailə tərkibi haqqında 12 mart 2024-cü il tarixli arayışdan və məhkəməyə təqdim edilmiş AZ-İİ seriyalı 060665 saylı nikah haqqında şəhadətnamənin surətindən, AZ-İV seriyalı 033515 saylı, AZ-İV seriyalı 396235 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs evli olmaqla himayəsində 3 azyaşlı uşaqları vardır (1-ci cild iş vərəqi 125 və 2-ci cild). Şübhəli şəxsin tutulması haqqında 24 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 18). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (1-ci cild iş vərəqi 92-96). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsi istifiadəsi üçün əldə etmək istədiyi «Ağa» adlı İran İslam Respublikasının vətəndaşı tərəfindən psixotrop maddənin və naroktik vasitənin qoyulduğu yerə taksi ilə getməsi, psixotrop maddəni və narkotik vasitəni götürmək istəyərkən 5 nəfər polis əməkdaşları tərəfindən saxlanılması, saxlanılarkən üzərində narkotik vasitə və psixotrop maddə olmaması, polis əməkdaşlarının özləri tərəfindən psixotrop maddə və narkotik vasitə qoyulduğu yerdən götürülüb ona verilməsi, onu həmin yerə gətirmiş taksi sürücüsünün də polis əməkdaşları tərəfindən saxlanılması, həmin şəxsin də cinayət məsuliyyətinə cəlb edilməməsi üçün polis əməkdaşlarının psixoloji təzyiqi nəticəsində ona verilmiş narkotik vasitəni və psixotrop maddəni videoçəkiliş aparılarkən çıxararaq təqdim etməsi barədə məhkəmə zamanı verdiyi ifadəsini işin faktiki hallarına uyğun hesab etmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 fevral 2024-cü il tarixli qərarından görünür ki, həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən Təqsirləndirilən şəxs məhkəmədə ancaq barəsində həbs qətimkan tədbirinin seçilməsinə etiraz etməsini bildirmiş, saxlanılarkən üzərindən narkotik vasitə və psixotrop maddə olmaması barədə heç nə göstərməmişdir (1-ci cild iş vərəqi 92-96). Bundan başqa Təqsirləndirilən şəxs ilkin izahat və ifadələrində, o cümlədən 24 fevral 2024-cü il tarixdə üzərində şəxsi axtarış keçirilən zaman aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin özünə məxsus olmasını, həmin maddələri İran İslam Respublikasının vətəndaşının əvvəlcədən yerləşdirdiyi Bakı şəhəri, Binəqədi rayonu ərazisindən götürdüyünü göstərmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs istər ibtidai istintaq, istərsə də məhkəmə zamanı verdiyi bütün ifadələrində iran vətəndaşı tərəfindən qoyulmuş narkotik vasitə metadonu sonuncunun deyəcəyi başqa yerlərə qoyacağı barədə razılaşdıqlarını etiraf etmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin tutulmasında və üzərinə şəxsi axtarış keçirilməsində bilavasitə iştirak etmiş polis əməkdaşı Şahid məhkəmədə dindirilərkən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman 5 ədəd konvalyutda narkotik vasitə metadon həblərinin və bir bükümdə psixotrop maddə metamfetamin aşkar edilməsini, əməliyyat tədbirinə ancaq özü və əməliyyat müvəkkili X5 iştirak etdiklərini, Təqsirləndirilən şəxs saxlayarkən sonuncunun tək olduğunu, yanında heç bir taksi sürücüsünün olmadığını göstərmişdir. Eyni zamanda Azərbayca Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisinin 24 evral 2024-cü il tarixli əməliyyat qrupunun yaradılması haqqında 3-3-6/Ə109/24 saylı əmrindən görünür ki. əməliyyat müvəkkilləri Şahid və X3 ibarət əməliyyat qrupu yaradılmış, qrupa başqa şəxslər daxil edilməmişdir (1-ci cild iş vərəqi 7-8). Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə aparılan danışıqlara dair məlumatlara baxış keçirilməsi haqqında 15 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** mobil telefon nömrəsinə müxtəlif şəxslərin istifadəisndə olan mobil telefon nömrələrindən –«Atamda burdadi cixa bilmirəm yari saxla saat 5de kilentim var duracam gəlib goturem 100%», «Rayet bayramdi 3 dene lazimdi keç isdayakadyam tez sözum var qaqa» kimi Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını təsdiq edən çox saylı SMS-lər göndərilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Mİ 9 Lite” markalı mobil telefona baxış keçirilməsi haqqında 15 may 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs mobil telefonundakı WhatsApp proqramı vasitəsi ilə narkotik vasitələrin və psixotrop maddələrin satışının həyata keçirilməsi və qanunsuz dövriyyəsi ilə bağlı çox saylı söhbətlər aparmışdır. Eyni zamanda cinayət işinin materiallarında Təqsirləndirilən şəxs saxlanılarkən yanında taksi sürüsünün olmasını, həmin şəxsin də polis əməkdaşları tərəfindən saxlanılaraq sonradan buraxılması barədə protokol və ya hər hansı başqa sənəd mövcud deyildir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Plenum qərarının 11-ci bəndində göstərilmişdir ki, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı narkotik vasitələr, 2-ci siyahı psixotrop maddələr)» əsasən psixotrop maddə metamfetaminin külli miqdarının aşağı həddi 2 qram, narkotik vasitə metadonun külli miqdarının aşağı həddi 1,6 qram müəyyən edilmişdir; Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 5 ədəd konvalyutda 50 ədəd həbdə narkotik vasitə metadonun təmiz çəkisi 2 qram və 1 ədəd bükümdə psixotrop maddə metamfetaminin təmiz çəkisi 5,479 qram olmaqla hər biri külli miqdar təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması və daşıması işin materialları ilə sübut olunmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsinə üç ayzaşlı uşağının olmasını cəzasını yüngülləşdirlən hal kimi müəyyən etmişdir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs münasibətdə Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların müəyyən edilməməsi, onun barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqini istisna edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 saylı Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 24 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halın olmasını, həmin Məcələnin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, cəza çəkməsinin başlanğıcının tutulduğu 24 fevral 2024-cü il tarixdən hesablanmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə-narkoloji ekspertiza üzrə 30 mart 2024-cü il tarixli 2014 nömrəli ekspert rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbul edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. Məhkəmə-fiziki-kimyəvi ekspertiza üzrə 25 fevral 2024-cü il tarixli 3-16-16/2-6/1111 ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetmin kustar üsulla, 5 ədəd konvalyutda metadon həbləri isə zavod üsulu ilə hazırlanmışdır. Qeyd olunanlara əsasən hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,429 qram psixotrop maddə metamfetamin məhv edilməli, 45 ədəd narkotik tərkibli metadon həbləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təhvil verilməli, 1 ədəd «Xiomi Mi 9 Lite» markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılmalı və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və gütürmə keçrilən zaman çəkilmiş video görüntünün köçürüldüyü 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.2 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddianın və cinayət işi üzrə müsadirə edilməli digər əmlakın olmaması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə . hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 24 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Azərbaycan Respublikası DİN -in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,429 qram psixotrop maddə metamfetamin məhv edilsin, 45 ədəd narkotik tərkibli metadon həbləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təhvil verilsin, 1 ədəd «Xiomi Mi 9 Lite» markalı mobil telefon Təqsirləndirilən şəxs yazın qohumlarından birinə qaytarılsıq, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və gütürmə keçrilən zaman çəkilmiş video görüntünün köçürüldüyü 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri 80 (səksən) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Aytən Əliyeva Vüqar Quliyev
Məhkəmə qərarları › İş №1(101)-1877/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1877/2024
18.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver