Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1878/2023 26.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı və X3, Təqsirləndirilən şəxs müdafiəçisi: “Prospekt” vəkil bürsonun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1977-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay , orta təhsilli, işsiz, əvvəllər məhkum olunmayan, Bakı şəhər, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensir Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki o, külli miqdarda narkotik vasitələri tamah niyyəti və satış məqsədilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və qanunsuz dövriyyəsini təşkil etmə barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında, şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxslərlə cinayət əlaqəsinə girmiş, cinayətkar qrupun istintaqla müəyyən edilməyən üzvü tərəfindən Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi 113 saylı yaşayış binasının yaxınlığında olan ağacın dibində qabaqcadan yerləşdirilmiş bir bükümdə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, 13 aprel 2023cü il tarixdə saat 22:00 dəqiqədə Xətai RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılaraq ünvan 3rləşən Xətai RPİ-nin 36-cı PB-yə gətirilmiş və orada müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əlində saxladığı bir ədəd qara rəngli üzərində heç bir yazısı olmayan əl çantasının içərisindən 01 ədəd qara rəngli sellofan kəsiyinə bükülmüş halda təmiz çəkisi 1070,2 qram (1 kq 70,2 qr) qəhvəyi rəngli spesifik İyə malik tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o narkotik vasitənin satışı ilə məşğul olmur. Dostu Bəhmən rayonda olmuş və ondan xahiş etmişdir ki, get bu məhsulu filan yerdən götür. O Bəhmənin narkotik istifadə etdiyini bilirmiş. O yolu tanımırmış. Narkotik olduğunu bilirmiş. Bəhmən ona narkotikin yerini atmışdır. Taksi çağırıb həmin yerə getmişdir. Polis onu tutduqda onu oraya Baxanın göndərdiyini demişdir. Telefonda da mesajları var imiş. İlk dəfə imiş ki, belə şey edirmiş. O, heç vaxt narkotik istifadə etməmişdir. Baxanı 4 il imiş ki, tanıyırmış. Baxa narkotik vasitə istifadəçisi imiş. Balaca paketin içində olmuşdur. Həmin paketdə narkotik olduğunu bilirmiş. Həmin paketi götürən kimi evə gedərkən onu tutmuşlar. Məqsədi sadəcə paketi götürmək olmuşdur, Baxa həmin paketi ondan götürəcəkmiş. Baxanın ondan başqa vaxt belə xahişi olmayıbmış. Ona fizik-psixi təsir olmamışdır. Həmin şəxs azərbaycanlı imiş adı isə Bəhmən Cəbrayılov olmuşdur. İbtidai istintaq zamanı da da eyni məzmunlu ifadə vermişdir. Himayəsində 11 yaşlı 1 uşağı var. Polislər telefona baxan zaman özləri zəng və mesajları görmüşlər. Bəhmən ona götürdüyü paketdən heç nə verəsi deyilmiş. Baxa özü gəlib həmin paketi götürəcəyini demişdir. Baxa onun yanında narkotik qəbul edirmiş. Əməlindən peşmanır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışır. Onlara məlumat daxil olduqdan 10-12 gün sonra, yənidən onlara Xalidənin külli miqdarda narkotik vasitə ilə Xətai rayonu, M.Hadi küçəsində olacağı barədə məlumat gəldi. Onlar rəhbərliyə məlumat verdikdən sonra təxirəsalınmaz əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda Əlixan və o olmuşdur. Onlar əməliyyat məlumatında göstərilən ünvana getmişlər. Xalidə haqqında məlumatları əldə etmişlər. Axşam saat 9-10 radələrində, Xalidəni əlində çantası ilə görmüşlər. Onlar Xalidəyə yaxınlaşdıqda onları görüb çantasını əlindən yerə atmışdır. Ona yaxınlaşıb özlərini təqdim etmişlər, Xalidə onları gördükdən sonra özünü itirmişdir. Onlar Xalidəni bölməyə dəvət etmişlər. Daha sonra onunla bölməyə getmişlər, ilk olaraq təhqiqatçıya təqdim etmişlər, sonra vəkil dəvət olunmuş və çəkiliş qrupu yaradılmışdır. Çəkiliş zamanı narkotik vasitələri qara rəngli əl çantasından çıxardıb özü təqdim etmişdir. Çəkiliş zamanı bildirmişdir ki, Baxa adlı şəxs ona narkotik vasitəni götürüb özündə saxlamasını demişdir. İstintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Baxa adlı şəxs barəsində heç bir məlumatları yoxdur. Baxa adlı şəxsin müəyyən olunması ilə bağlı heç bir tədbir görməmişlər. Təqsirləndirilən şəxsə qarşı nə fiziki, nə də psixoloji şiddət olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışır. Xalidə haqqında onlara əməliyyat məlumatı daxil olmuşdur. Məlumat Xətai rayonu ərazisində narkotik vasitələrin külli miqdarda dövriyyəsi ilə məşğul olması barədə olmuşdur. Əməliyyat tədbirlərini genişləndirib daha çox məlumat əldə etmişlər, təqsirləndirilən şəxsin yaşayış yerinin Xətai rayonu Xocalı prospekti olduğu müəyyən edilmişdir. 13 aprel tarixində tərəflərindən əməliyyat tədbiri keçirilmiş, gecə saatlarında, təxmini saat 22 radələrində təqsirləndirilən şəxs M.Hadi küçəsində saxlanılaraq polis bölməsinə dəvət olunmuşdur. Özü onlara çantasının içindəki narkotik vasitəni könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxsi iş ilə bağlı tanıyır. İstintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxsə saxlanılarkən heç bir zor tətbiq olunmamışdır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü narkotik vasitənin satışında təqsirli bilməməsinə dair verdiyi ifadəsi iş materiallarında olan sübutlarla təkzib olunduğundan, təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 13 aprel 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nin baş təhqiqatçısı, polis mayoru X8 tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 13 aprel 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində saxladığı qara rəngli üzərində heç bir yazısı olmayan qara rəngli əl çantasından 01 ədəd qara rəngli sellofana bükülmüş bükülünü çıxararaq masanın üzərinə qoyub həmin bükülünün içərisindəkinin narkotik vasitə "heroin" olduğunu, bu narkotik vasitəni 13 aprel 2023-cü il tarixdə gecə saatlarında tanışı “Baxa” adlı şəxsin sifarişi ilə ünvan 5 ünvanın yaxınlığında əvvəlcədən tanımadığı şəxs tərəfindən yerə qoyulduğunu və özü tərəfindən götürülərək saxlayıb görüşərək “Baxa” adlı şəxsə verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükümdə qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə “heroin”nə bənzər maddənin olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükülü “Çin” istehsaalı olan elektron tərəzidə ölçülərkən çəkisinin qablaşdırma ilə birlikdə 2,645 kiloqram olduğu müəyyən edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs əl çantasından özünə məxsus üzərində ***-***-**-** “Azercell” GSM nömrəsi olan “Samsung A03" markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdəki narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin «Zərflər üçün» 151 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə aparılarkən videoçəkilişdən istifadə edilməklə qeydə alınmış görüntülər 01 ədəd elektron məlumat daşıyıcısına köçürülüb protokola əlavə edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/2213 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №151" dairəvi möhür əksi, “(imza) Bayramova" yazısı olan və imzalar olan bağlamalardakı təmiz çəkisi 1070,2 qram (1 kq 70,2qr) qəhvəyi rəngli spesifik iyə malik tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin bağlamadakı heroinlə birlikdə qablaşdırılmış təmiz çəkisi 935 qram tünd qəhvəyi rəngli maddənin tərkibində narkotik vasitələrin, psixotrop, güclü təsir edən və zəhərli maddələrin komponentləri yoxdur və həmin maddə kütləsi narkotik vasitələrə, psixotrop, güclü təsir edən və ya zəhərli maddələrə aid deyildir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Qeyd: heroinin təmiz çəkisi- 1070,2 qram, tədqiqata sərf edildi- 0,2 qram, qalıq- 1070,0 qr. (ekpertiza tədqiqatın dəyəri 114 manatdır) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan “diskə baxış keçirilməsi haqqında” 14 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən elektron məlumat daşıyıcısına baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə Xətai RPl-nin 36-cı PB-nin baş təhqiqatçısı, polis mayoru X7 tərəfindən keçirilir. Axtarış Təqsirləndirilən şəxs müdafiəçisi X2, Xətai RPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili Şahid1, həmin şöbənin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və ünvan 6 ünvanında yaşayan X4 iştirakı ilə aparılır. X6 tərəfindən Təqsirləndirilən şəxs barəsində axtarış və götürmə aparılmasından əvvəl onun paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü surətdə könüllü surətdə əlində saxladığı bir ədəd qara rəngli üzərində heç bir yazısı olmayan əl çantasının içərisindən 01 ədəd qara rəngli sellofan kəsiyinə bükülmüş bağlamanı masanın üzərinə qoyub həmin bükülünün içərisindəkinin narkotik vasitə “heroin” olduğunu, bu narkotik vasitəni 13 aprel 2023-cü il tarixdə gecə saatlarında tanışı “Baxa” adlı şəxsin sifarişi ilə ünvan 7 ünvanın yaxınlığında əvvəllcədən tanımadığı şəxs tərəfindən yerə qoyulduğunu və özü tərəfindən götürülərək saxlayıb görüşərək “Baxa” adlı şəxsə verəcəyini bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükümündə qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddənin olması aşkar edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs əl çantasından özünə məxsus üzərində ***-***-**-** “Azercell" GSM nömrəsi olan “Samsung A03" markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdəki narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 151 saylı möhürü ilə möhürlənərək götürüldü. Təqsirləndirilən şəxs əl çantası içərisində olan şəxsi əşyaları ilə birlikdə maddi sübut əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 15 aprel 2023-cü il tarixli, 4(011)-264/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04(dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus **********50893 İMEİ kodlu “Samsung Galaxy A03s" markalı mobil telefonuna baxış keçirilmiş və müəyyən olmuşdur ki, mobil telefonun “vatsap" ani mesajlaşma tətbiqində xx.xx.2023-cü il tarixdə saat 20:21 dəqiqədə +**********38 mobil nömrə istifadəçisinin Təqsirləndirilən şəxs ***-***-**-** nömrəli vatsap profilinə səsli mesajlar göndərərək, narkotik vasitənin yerləşdiyi yerin foto şəkilləri və məkanın koordinatlarını göndərməsi aşkar olunmuşdur. Eyni zamanda “Baxa” kimi qeyd edilmiş 707- ***-**-** mobil nömrə istifadəçisinin səsli mesajlar göndərərək Təqsirləndirilən şəxs bağlamanı götürüb-götürməməsini, qeyd edilən məkanı tapıbtapmaması barədə səsli mesajlar göndərməsi əks olunmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X12 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli, 2539 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müayinə olunan zaman narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Nakormaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən sorğu edilərək əldə olunmuş qohumluq məlumatlarını əks etdirən sənədin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü X5 adlı bir yetkinlik yaşına çatmayan oğlu vardır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 13 aprel 2023-cü il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, qadın və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş materiallarından müəyyən edilir ki, məhkəmə ekspertizasının rəylərinin verilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri 114 (yüz on dörd) manat təşkil edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və cinayət işinin materiallarında saxlanılan Təqsirləndirilən şəxs məxsus **********50893 İMEİ kodlu “Samsung Galaxy A03s" markalı mobil telefonun hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumuna qaytarılmalı, Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 1070 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətinin video çəkilişi zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 01 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 114 (yüz on dörd) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 13 aprel 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 114(yüz on dörd) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və cinayət işinin materiallarında saxlanılan Təqsirləndirilən şəxs məxsus **********50893 İMEİ kodlu “Samsung Galaxy A03s" markalı mobil telefonunhökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumuna qaytarılsın, Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 1070 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətinin video çəkilişi zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 01 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-1878/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1878/2023
26.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver