Məhkəmə qərarları › İş №1(101)-1879/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1879/2021

10.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1879/2021 10.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri; Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli himyəsində azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, işsiz, Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllədə qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi fərdi yaşayış evində yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını əldə etmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs qızma məxsus çılpaq fotoşəkilləri və videogörüntüləri sosial şəbəkələrdə və porno saytlarda paylaşacağını, sonuncunun ailə üzvlərinə və tanışlarına göstərməklə şəxsi münasibətlərinin olmasına dair rüsvayedici məl umatları yayma hədəsi ilə 2021 -ci ilin iyun ayının sonlarında 303 manat məbləğində pul tələb etmiş, 24 iyun 2021-ci il tarixdə Zərərçəkmiş şəxs işlədiyi ünvan 1 ünvanda fəaliyyət göstərən “Medcenter” Spa Estetik mərkəzində olan zaman hədə-qorxu ilə tələb etdiyi 303 manat məbləğində pulu özünün bildirdiyi X2 məxsus bank kartına ödətməklə qeyd olunan məbləği hesabdan çıxarıb ələ keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını əldə etmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs qızma məxsus çılpaq fotoşəkilləri və videogörüntüləri sosial şəbəkələrdə və porno saytlarda paylaşacağını, sonuncunun ailə üzvlərinə və tanışlarına göstərməklə şəxsi münasibətlərinin olmasına dair rüsvayedici məlumatları yayma hədəsi ilə 19 iyul 2021-ci il tarixdə Zərərçəkmiş şəxs 400 manat pul tələb etmiş. Zərərçəkmiş şəxsnm bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış müraciəti əsasında qeyd olunan idarənin əməkdaşları tərəfindən 22 iyul 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs hədə-qorxu ilə tələb etdiyi pulu almaq məqsədilə həmin tarixdə saat 15:00-da ünvan 2 ünvanın qarşısında Zərərçəkmiş şəxs ilə görüşüb sonuncudan əvvəlcədən əməliyyat-axtarış tədbirində istifadə edilməsi üçün seriya və nömrələri protokolda qeyd edilmiş C40436950, B03375992 və C44520011 seriya və nömrəli 03 ədəd 100 manatlıq pul əsginaslanndan ibarət 300 manat məbləğində pulu hədə-qorxu ilə tələb etməklə alıb ələ keçirdikdən dərhal sonra saat 15:05-da ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilmiş, Baş İdarədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sol yan cibindən 01 ədəd qara rəngli pul kisəsinin içərisində olan C40436950, B03375992 və C44520011 seriya və nömrəli 03 ədəd 100 manatlıq pul əsginasları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin yanvar ayında özünə məxsus “Ellamə313” instagram səhifəsində dini mövzuda paylaşım edən zaman Elvina tərəfindən rəy yazıldığını görmüş, ilk əvvəl özünü ona Ravin adlı şəxs kimi təqdim etmiş, sonradan münasibətləri yarandığı üçün isə adının Nurlan olmasını söyləmişdir. Elvinanın ailəli olduğunu bilmişdir. Elvina ona dindar olduğunu söyləmişdir. Elvinanın istifadəsində olan 050-728- 17-98 və ***-***-**-** saylı nömrə ilə həm zəngləşib əlaqə saxlayır, həm də watsapp proqramı vasitəsi ilə görüntülü danışmışdır. Zərərçəkmiş şəxs ilə görüntülü danışan zaman maraq yarandığı üçün ona hicabını açmağını və onu tam görmək istədiyini bildirmişdir. O bir neçə dəfə tərəddüd etsə də, sonradan istəyini qəbul etmiş və başıaçıq şəkildə danışmağa başlamışdır. 2021-ci ilin fevral ayında onlar görüşmək qərarına gəlmişlər. Lakin Elvina hicabda olduğundan onunla yalnız qapalı məkanlarda görüşə biləcəyini demişdir. O Elvinaya tanışının “H.Aslanov” metrostansıyasınm yaxınlığında yeni tikilidə mənzilinin olmasını və oraya gedib birlikdə vaxt keçirmələrini təklif etmişdir. Elvina da təklifini qəbul etmiş və onu "Koroğlu" metrostansıyasınm yaxınlığından götürməyini demişdir. Həmin gün Elvinanı “Koroğlu” metrostansıyasınm yaxınlığından götürüb “H.Aslanov" metrostansiyası yaxınlığında yerləşən kirayə tutduğu mənzilə aparmışdır. Orada Elvina ilə cinsi əlaqədə olmuşdur. Bu hal bir neçə dəfə təkrar olunmuşdur. 2021-ci ilin fevral ayının sonlarında o, Elvinadan borc olaraq 300 manat məbləğində pul istəmişdir. Elvina isə ona həmin vaxt pulunun olmadığını, 2-3 gün ərzində borc verəcəyini demişdir. 2-3 gün keçdikdən sonra onunla əlaqə saxlayıb pulun hazır olmasını və gəlib işlədiyi Bakı şəhəri, Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “Medcenter” Spa estetik mərkəzinin yaxınlığından götürə biləcəyini demişdir. O da həmin ünvana gedib orada Elvina ilə görüşüb 300 manat məbləğində pulu əlbəəl almışdır. Təxminən bu görüşlərindən bir neçə gün keçdikdən sonra Elvina ilə görüş zamanı Elvina özü 50 manat məbləğində pulu xərcləmək məqsədi ilə ona vermişdir. 2021-ci ilin mart ayında Elvina ilə yenidən əlaqə saxlayıb onunla əlaqədə olmaq istədiyini bildirmişdir. Elvina da təklifini qəbul etmişdir. Onu yenidən “H.Aslanov” metrostansıyasınm yaxınlığındakı kirayə tutduğu evə aparıb orada cinsi əlaqədə olmuşdur. Oradan çıxdıqdan sonra isə Elvinanı yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsindəki fərdi yaşayış evinə gətirmişdir. Bundan sonra onlar bir neçə dəfə bu formada görüşmüşlər. Bir müddət sonra Elvina ona bildirmişdir ki, artıq münasibətləri pozmaq istəyir və həyat yoldaşı ilə birlikdə yaşayır. O ilk əvvəl buna normal cavab versə də, sonradan Elvinanın ailəsinə bağlı adam olduğunu bildiyindən onu şantaj edərək pul tələb etmək qərarına gəlmişdir. Elvinanın watsapp nömrəsindən profil şəklini köçürüb özündə saxlamışdır ki, həmin şəkili sosial şəbəkələrdə payalaşacağını deyib ondan pul tələb etsin. Belə ki, 2021-ci ilin iyun aynın sonlarında Elvinaya əlində onunla bağlı çılpaq şəkil və videolar olduğunu, cinsi əlaqədə olmalarını həyat yoldaşı və atasına deyəcəyini, həmçinin dedikləri ilə razı olmadığı halda onun şəkillərini sosial şəbəkələrdə paylaşacağını və porno saytlara yerləşdirəcəyini bildirib təcili olaraq 300 manat məbləğində pul verməyini tələb etmişdir. 22 iyul 2021-ci il tarixdə Elvina ona 400 manat deyil, 300 manat pul verəcəyini bildirdikdə ehtiyat üçün pulu karta göndərməsini demişdir. Özündə bank kartı olmadığı üçün Kənana zəng edib onu özünə məxsus Hundai Elantra markalı avtomobillə götürmüşdür. Kənanda öz tanışı Bəhruz adlı şəxsin kartı olmuşdur. O həmin kartın şəklini Elvinaya watsapp proqramı vasitəsi ilə göndərsə, Elvina işdən çıxa bilmədiyini və pulu görüşüb əlbə-əl özünə vermək üçün Nərimanovda işlədiyi yerə yaxın gəlməsini demişdir. Saat təxminən 15 radələrində Kənanla birlikdə Elvinanın işlədiyi Nərimanov rayonu Təbriz küçəsində yerləşən iş yerinin yaxınlığına getmişdir. Orada avtomobildə olarkən Elvina yaxınlaşmış və 300 manat pulu verdikdən sonra avtomobili sürüb getmişdir. Nərimanov rayonu Ağa Nemətulla küçəsində olarkən avtomobilinə mülki geyimdə olan şəxslər tərəfindən saxla işarəsi verildikdə avtomobili saxlamışdır. Bu zaman 3 nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşaraq özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmişlər. Özlərini təqdim etmələrini istəmişlər, onlar öz anket məlumatlarını söyləmişlər. Bundan sonra polis əməkdaşları ona hədə-qorxu ilə tələb etmə cinayətini törətməkdə şübhəli olduğunu bildirib Kənanla birlikdə Baş idarəyə dəvət etmişlər. O etdiyi əməldən çox peşmandır, həmin vaxtlarda narkotik vasitələrdən istifadə etdiyindən etdiyi hərəkətləri bilməmişdir, belə hərəkətlərə yol verdiyindən çox peşmandır. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi, özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri və məhkəmədə tədqiq edilmiş digər protokollarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs oğlu ifadə verərək göstərmişdir ki, 2009-cu il tarixdə ailə həyatı qurmuş və birgə nikahdan 2 azyaşlı övladı vardır. Hazırda Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində fəaliyyət göstərən "Medcenter” Spa estetik mərkəzində vizajist kimi fəaliyyət göstərir. 2021-ci ilin yanvar ayında instagram sosial şəbəkəsində olan zaman əvvəlcədən abunəçisi olduğu dini “Ellamə 313” səhifəsinin sahibinin maraqlı bir paylaşım etdiyini görmüşdür. Həmin mövzuya uyğun olaraq qeyd olunan şəklin altından rəy yazmışdır. Bundan bir neçə gün keçdikdən sonra isə həmin profilin sahibi ona instagram sosial şəbəkəsindən şəxsi mesaj yazmışdır. Aralarında münasibət yaranmağa başlamış və bir-birlərinə özləri barədə məlumat vermişlər. Həmin səhifəni işləri ilə bağlı işlətdiyi üçün orada nömrəsini qeyd etmişdir. Bundan sonra danışdığı şəxs onun nömrəsinə yığmış və bir neçə gün mobil telefon, həmçinin, watsapp proqramı vasitəsi ilə əlaqə saxlamışlar. Həmin şəxsin Təqsirləndirilən şəxs olmasını və əslən Qərbi Azərbaycandan, yəni onunla eyni yerdən olduğunu bilmişdir. Birbirlərinə ailə problemləri barədə ümumi danışmışlar. Nurlan ona 2 dəfə ailə həyatı qurduğunu və həyat yoldaşının hər ikisindən ayrılmasını söyləmişdir. O da öz növbəsində həyat yoldaşı ilə aralarında problemlər yaşandığını, lakin bir evdə qaldıqlarını söyləmişdir. 2021-ci ilin fevral ayında görüşmək qərarına gəlmişlər. Lakin o, Nurlana hicablı olduğu üçün qapalı bir yerdə görüşmək istədiyini və kiminsə onları birlikdə görməsindən ehtiyat etdiyini bildirmişdir. Onlar real olaraq bir-birlərİni görməsələr də, watsapp proqramı vasitəsi ilə görüntülü danışmışlar. Belə ki, 2021-ci ilin fevral ayında dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə onu "Koroğlu"’ metrostansıyasının yaxınlığından götürüb "H.Aslanov” metrostansıyası istiqamətində hərəkət etmişdir. Nurlan ona "H.Aslanov”da tanışma məxsus mənzilə gedəcəklərini söyləmişdir. “H.Aslanov” metrostansıyasının yaxınlığında yerləşən yeni tikili binanın qarşısında avtomobili saxlamış və birlikdə düşüb mənzilə getmişlər. Onlar mənzildə bir qədər oturduqdan sonra yataq otağına keçmişlər və əlaqədə olmuşlar. Aralarında bu proses bir dəfə baş vermişdir. Görüşlərindən təxminən 2 həftə keçdikdən sonra Nurlan yenidən onunla əlaqə saxlamışdır. O da Nurlana nə üçün bu cür hərəkət etdiyini və görüşdükdən sonra niyə əlaqə saxlamadığını soruşmuşdur. Nurlan isə ona problemlərinin olmasını və buna görə də əlaqə saxlamadığını bildirmişdir. Onu çox istədiyini və problemləri ilə yormaq niyyətində olmadığını söyləmişdir. Nurlan bir neçə şəxsə borclu olduğunu və ona 300 manat məbləğində borc pul verməyini istəmişdir. O, Nurlana həmin pulu 2-3 gün ərzində düzəldib verəcəyini söyləmişdir. Danışıqlarından 2-3 gün keçdikdən sonra, yəni 2021-ci ilin fevral ayının sonlarında Nurlanla əlaqə saxlayıb 300 manat pul düzəltdiyini demişdir. Nurlan iş yerinə gəlib həmin məbləği götürmüşdür. Həmin məbləği Nurlana borc vermişdir. Nurlan bir neçə günə həmin pulu qaytaracağını demişdir. Bundan sonra Nurlan yenidən iş yerinin yaxınlığına gələn zaman ona 50 manat məbləğində pulu öz istəyi ilə xərcləmək üçün vermişdir. 2021-ci ilin mart ayında Nurlan ona yenidən H.Aslanova gedib görüşməy təklif etmişdir. O da Nurlanın təklifini qəbul etmiş və birlikdə həmin mənzilə getmişlər. 2021-ci ilin may ayının əvvəllərində özünün şəxsi problemləri olduğu üçün Nurlanla əlaqə saxlayıb görüşüb sadəcə söhbət etmək istədiyini demişdir. Yenidən ‘'H. Aslanov” metrostansiyasmın yaxınlığındakı mənzilə getmişlər. Orada aralarında yalnız danışıq olmuşdur. Sonra mənzildən çıxmışlar və Nurlan onu iş yerinə gətirmişdir. Bundan sonra bir neçə müddət aralarında danışıq olmamışdır. Nurlan ona may ayının sonlarında yazaraq 300 manat məbləğində borc pul tapmağını istəmişdir. O isə 350 manat əvvəlcə verdiyini, daha kimdənsə pul tapa bilməcəyini bildirmişdir. 2021-ci ilin iyun ayının sonlarında iş yerində olan zaman Təqsirləndirilən şəxs onu yığıb 300 manat məbləğində pul vermədiyi halda yaşadığı ünvana gəlib valideyninə və həyat yoldaşına onunla əlaqədə olduğunu söyləyəcəyini və qohumlar arasında rüsvay edəcəyini bildirmişdir. O isə Nurlana nə üçün bu cür hərəkət etməsini və aralarında narazılıq olmadığını söyləmişdir. Nurlan isə təkidlə 300 manat məbləğində pul vermədiyi halda onda olan şəkilləri qohumlarına, tanışlarına və ailə üzvlərinə göstərməklə rüsvay edəcəyini demişdir. Nurlan ilə münasibətindən ailə üzvlərinin xəbər tutmaması üçün ondan 2-3 gün vaxt istəyib istədiyi məbləği düzəldəcəyini demişdir. Bundan sonra Nurlan onun hicablı şəklini öz instagram səhifəsində paylaşıb altından əxlaqsız sözlər yazmışdır. O, polisə müraciət edəcəyini dedikdən sonra Nurlan həmin paylaşımı silmişdir. Nurlan ona pulu düzəltdiyi halda birdəfəlik əl çəkəcəyini və bir daha qarşısına çıxmayacağını demişdir. Bu məsələni birdəfəlik həll edib ondan qurtulmaq məqsədi ilə 300 manat məbləğində pul düzəltmişdir. İyun ayının sonlarında Nurlan ilə əlaqə saxlayıb pulun hazır olmasını demişdir. Nurlan isə pulu kart vasitəsi ilə ona göndərməyini demiş və hazırda xatırlamadığı bank kartının şəklini göndərmişdir. O da iş yerindən özünə məxsus olan "Kapital banka” aid kartdan Nurlanın bildirdiyi bank kartına 303 manat məbləğində pul göndərmişdir. Nurlan ona 300 manat məbləğində pul lazım olduğunu dediyi üçün əlavə 3 manat da komissiya xərci kimi tutulan məbləği vurmağını tələb etmişdir. O da həmin karta 303 manat məbləğində pul ödəmişdir. Həmin pulu göndərdikdən sonra Nurlanın nömrələrini bloka salmışdır. Təxminən 1 həftə keçdikdən sonra Nurlan yenidən başqa nömrə ilə yığıb onu blokdan çıxarmağını tələb etmişdir. O isə aralarında hər şeyin bitdiyini və nə üçün onu blokdan çıxarmalı olduğunu demişdir. Bir qədər onunla danışıb özünü normal apardığı üçün Nurlanı blokdan çıxartmışdır. Nurlan ona həm watsapp, həm də smslərlə yazıb çox şey edə biləcəyini, onunla mehriban davranmağını tələb etmişdir. Bundan sonra bir neçə dəfə ümumi hal-əhval tutmuş və o da Nurlanın yenidən nəsə pis bir şey edəcəyindən ehtiyat edib normal şəkildə danışmağa davam etmişdir. Həmin ərəfədə Nurlan ona harada olduğunu soruşmuşdur. O isə Nurlana rayonda olduğunu demişdir. 2 gün keçdikdən sonra Bakı şəhərinə qayıtmışdır. Qayıtdığı günün səhəri Nurlan yenidən mesaj yazıb onunla oyun oynamamağım və Bakı şəhərində olduğunu bildiyini söyləmişdir. Onu görmək istədiyini və üzbəüz sözü olduğunu bildirmişdir. 2021-ci ilin iyul ayının 19-u tarixində yaşadığı ünvanda olan zaman Təqsirləndirilən şəxs onu yığıb yaşadığı ünvana gələcəyini və 5 dəqiqəlik onunla işi olduğunu qeyd etmişdir. O isə Nurlana evdən çıxa bilmədiyini və uşaqları tək qoya bilməyəcəyini söyləmişdir. Artıq onun gözünün nəyisə görmədiyini və dediklərini edəcəyinə inanıb 5 dəqiqəlik yaşadığı ünvandan çıxıb üzbəüz görüşmək qərarına gəlmişdir. Nurlan idarə etdiyi avtomobil ilə yaşadığı ünvanın yaxınlığına gəlmişdir. Onunla görüşən zaman yanında bir nəfər şəxsin əyləşdiyini görmüşdür. Nurlan həmin şəxsi avtomobilindən düşürtmüşdür. Həmin şəxs avtomobildən düşüb uzaqlaşmışdır. Nurlan isə ondan təcili avtomobilə əyləşməyi tələb etsə də, təklifini rədd etmişdir. Nurlan onu nalayiq ifadələrlə təhqir edib yenidən ailə üzvlərinə onunla birlikdə başıaçıq olan şəklini göstərəcəyini, həyat yoldaşına cinsi əlaqədə olduqlarını söyləyəcəyini deyib barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək ona 400 manat məbləğində pul verməyini tələb etmişdir. O isə Nurlandan 3 gün müddətində vaxt istəmiş və evə qayıtmışdır. Artıq Nurlanın əməllərinin qarşısım ala bilmədiyi üçün bu barədə hüquq mühafizə orqanlarına müraciət etmək qərarına gəlmişdir. Buna görə də 22 iyul 2021-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs barəsində müraciət etmişdir. Polis əməkdaşlarına onun hədə- qorxu gələrək məndən 400 manat məbləğində pul tələb etdiyini bildirmişdir. Polis İdarəsində 3 ədəd yüz manatlıq əskinas polis əməkdaşları tərəfindən ona verilmiş və Təqsirləndirilən şəxs pul tələb edən zaman həmin pulu ona təqdim etməyini söyləmişlər. O da həmin pulu götürüb iş yerinə getmişdir. Orada olan zaman Nurlan yenidən onunla əlaqə saxlayıb pulun düzəlib- düzəlmədiyini söyləmişdir. O isə Nurlana 300 manat pulun özündə olduğunu demişdir. Nurlan həmin pulu karta ödəməyini tələb etmişdir. O isə işdə olduğu üçün kartla pulu göndərə bilmədiyini demiş və gəlib pulu iş yerindən götürməsini söyləmişdir. 22 iyul 2021-ci il tarixdə saat təxminən 14-15 radələrində Nurlan gəlib pulu ondan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsində fəaliyyət göstərən "Medcenter Spa estetik mərkəzinin qarşısında götürmüşdür. Bundan sonra polis əməkdaşları Nurlanı Nərimanov rayonu ərazisində saxlamışlar. Sonradan polis idarəsinə dəvət olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaqlıq illərində yaşadığı məhəllədə yaşamış və aralarında səmimi dostluq münasibətləri olmuş, hal-hazırda da münasibətləri davam etdirilir. Belə ki, Təqsirləndirilən şəxs hazırda Binə qəsəbəsində yaşasa da, o daima yaşadıqları məhəlləyə gəlib-gedir və orada insanlarla münasibət saxlayır. O, Təqsirləndirilən şəxslə tez-tez görüşür və asudə vaxtlarını birlikdə keçirirlər. Təqsirləndirilən şəxs bir hicablı qadınla əlaqədə olmasını və tez-tez görüşməsini bilmişdir. Nurlan ona həmin qadınla münasibətdə olduğu üçün qadının ona maddi dəstək olduğunu, ehtiyaclarını qarşılamaq üçün pul verdiyini bildirmişdir. 2021-ci ilin iyun ayının sonlarında Təqsirləndirilən şəxs ona bank kartının lazım olmasını və həmin qadın tərəfindən pul vurulacağını demişdir. X11 məxsus "Kapital Bank” a aid plastik kart özündə olduğu üçün onu Nurlana verib həmin karta pul vurdura biləcəyini demişdir. Nurlan da kartı özünə götürmüşdür. 24 iyun 2021-ci il tarixdə 103 və 200 manat olmaqla ümumilikdə 303 manat məbləğində pul həmin karta köçürülmüşdür. 303 manat məbləğində pulun karta yüklədilməsindən məlumatı olsa da. həmin pulun Nurlan tərəfindən hansı məqsədi ilə ödədildiyini bilməmişdir. Nurlan həmin pulu özü çıxartmışdır. Kartın müddətinin bitməsinə 10-15 gün qaldığı üçün artıq həmin kartı ondan almamışdır. 19 iyul 2021-ci il tarixdə Nurlan ona həmin qadının Sabunçu rayonu, Zabrat qəsəbəsində qalmasım söyləyib birlikdə gedib ondan pul götürmələrini söyləmişdir. O da Nurlanın təklifi ilə razılaşıb idarə etdiyi avtomobilə əyləşib birlikdə Zabrat qəsəbəsinə getmişdir. Orada qeyd olunan qadının yaşadığı ünvanın yaxınlığında Nurlan idarə etdiyi avtomobili saxlamışdır. Bir neçə dəqiqə keçdikdən sonra qara paltarda hicablı qadın avtomobilə tərəf yaxınlaşmış və Nurlan ona avtomobildən düşməyini söyləmişdir. O da Nurlanın dediyinə əməl edib avtomobildən düşmüşdür. Onlar arasında bir qədər danışıq olduqdan sonra qadın kənarlaşmış və o, yenidən avtomobilə əyləşmişdir. Onlar birlikdə yenidən Qara Qarayev metrostansıyasmm yaxınlığına gəlmişlər. Bir qədər birlikdə qaldıqdan sonra Nurlan ilə sağollaşmışlar. 22 iyul 2021-ci il tarixdə günorta saatlarında yenidən Nurlan ilə birlikdə olan zaman Nurlan ona qadının pul vermək istədiyini bildirib plastik kartının olub-olmadığını soruşmuşdur. O da plastik kartının olmadığım lakin tanışı Bəhruzda olmasını demişdir. O. Bəhruzdan həmin kartı götürmüşdür. Kartın şəklini Nurlan qadına göndərsə də, o, işdən çıxa bilmədiyi üçün pulu gəlib əlbəəl götürməyini demişdir. Onlar Bakı şəhəri, Nərimanov rayonu ərazisində fəaliyyət göstərən "Medcenter” Spa Estetik mərkəzin qarşısına getmişlər. Orada həmin hicablı qadın çıxaraq avtomobilə tərəf gəlmiş və 300 manat məbləğində pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs pulu götürüb avtomobili idarə etmiş və oradan uzaqlaşmışlar. Nərimanov rayonu Ağa Nemətulla küçəsində olarkən avtomobilə mülki geyimdə olan şəxslər tərəfindən saxla işarəsi verildikdə Nurlan avtomobili saxlamışdır. Bu zaman 3 nəfər mülki geyimdə olan şəxs Nurlana və ona yaxınlaşaraq özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmişlər. Polis əməkdaşları onlardan özlərini təqdim etmələrini istəmişlər, bundan sonra öz anket məlumatlarını demişlər. Bundan sonra polis əməkdaşları Nurlana hədə-qorxu ilə tələb etmə cinayətini törətməkdə şübhəli olduğunu bildirib onları Baş idarəyə dəvət etmişlər. Baş İdarəyə gəldikdən sonra Nurlanın hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil təqdim olunmuşdur. Bundan sonra videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmişdir. Ardınca Zərərçəkmiş şəxs yazdığı şikayət ərizəsi və keçirilmiş əməliyyat tədbirləri barədə qısa məlumat verilmişdir. Bundan sonra seriya nömrələri məlum olan, kserosurətləri çıxarılmış pul əskinaslarının Zərərçəkmiş şəxs tərəfindən ona verilib- verilmədiyi soruşulmuşdur. Nurlanın şalvarının yan cibində olan 01 ədəd pul kisəsinin içərisindən Elvinanın verdiyi 03 ədəd 100 manatlıq pul əskinası aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində bildirmişdir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis polkovnik-leytenantı xüsusi rütbəsini daşıyır. 22 iyul 2021-ci il tarixdə səhər saatlarında vətəndaş Zərərçəkmiş şəxs Baş İdarəyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs onun foto və video görüntülərini ailə üzvlərinə göndərəcəyi hədəsi ilə ondan 300 manat pul aldığını və yenidən 400 manat tələb edərək pulun ödənilməsini 22 iyul 2021-ci il tarixə təyin etdiyini bildirmiş və bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. İlkin araşdırma zamanı Zərərçəkmiş şəxs müraciətində göstərdiyi şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ifşa olunması üçün əməkdaşlıq etməyə özü könüllü şəkildə hazır olduğunu bildirdikdən sonra Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün 22 iyul 2021-ci il tarixdə əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında tərəfindən qərar qəbul edilmiş və öz rəhbərliyi altında idarənin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 və əməliyyat müvəkkili polis kapitanı X4 daxil olduğu əməliyyat qrupu yaradılmışdır. Əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs cinayətkar əməlini ifşa etməkdən ötrü Daxili İşlər Nazirliyinin əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul vəsaitindən götürülmüş 03 ədəd 100 manatlıq pul əsginasından ibarət olan 300 manat pul vəsaitinin kserosurətini çıxarıb seriya və nömrələrini qeyd etmiş, həmin pulu Zərərçəkmiş şəxs vermişlər. Əməliyyat tədbirinə başlamamışdan əvvəl Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs 22 iyul 2021-ci il tarixdə günorta saatlarında işlədiyi ünvan 1 ünvanda fəaliyyət göstərən ‘"Medcenter” Spa estetik mərkəzinin qarşısına gələcəkdir. Zərərçəkmiş şəxs əməliyyat tədbirinin planına uyğun təlimatlandırdıqdan sonra o, Baş İdarədən çıxıb iş yerinə getmişdir. 22 iyul 2021-ci il tarixdə saat 14 radələrində əməliyyat qrupunun üzvləri ilə birlikdə Baş idarədən çıxıb ünvan 1 ünvanın qarşısına gəlmişlər. Orada əməliyyat mövqeyi seçərək müşahidə aparmağa başlamışlar. Əməliyyat planına uyğun olaraq Zərərçəkmiş şəxs istifadəsində olan nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan nömrəyə zəng etmiş və daha sonra ünvan 1 ünvanın qarşısında bir nəfər şəxslə görüşmüşdür. Həmin şəxs xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs pulu verdikdən sonra onlara şərti işarə verərək yanında olan şəxsin Təqsirləndirilən şəxs olduğunu və tələb olunan pulu həmin şəxsə verdiyini bildirmişdir. Bundan sonra həmin şəxs idarə etdiyi Hundai Elantra markalı avtomobilə əyləşib oradan uzaqlaşmışdır. Onlar da arxasınca gedib ünvan 4 ünvanın yaxınlığında həmin şəxsi idarə etdiyi avtomobildə saxlamışlar. Avtomobildə olan hər iki şəxsə xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmiş və onlara özlərini təqdim etmələrini bildirmişlər. Avtomobili idarə edən şəxs Təqsirləndirilən şəxs, sərnişin qismində olan şəxs isə Şahid4 olmasını bildirmişdir. Təqsirləndirilən şəxs barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildiyini bildirib həmin qərarı təqdim etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına yerində şərait olmadığına görə Təqsirləndirilən şəxslə bağlı prosessual hərəkətlərin aparılmasından ötrü o, saxlanılan zaman avtomobildə onun yanında olan tanışı Şahid4 ilə birlikdə müşayiətləri altında Baş İdarəyə gətirilmişdir. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqında protokol tərtib edilmiş, həmçinin ona hüquq və vəzifələri izah edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmiş və o, bütün bunlara etiraz etmədiyini, şəxsi axtarış və baxış keçirilməsinə razı olduğunu söyləmişdir. Təqsirləndirilən şəxs və iştirakçılara Zərərçəkmiş şəxs Baş idarəyə ünvanladığı şikayət ərizəsi və keçirilmiş əməliyyat tədbirləri barədə qısa məlumat verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs seriya nömrələri əvvəlcədən məlum olan, kserosurətləri çıxarılmış pul əsginaslarının Zərərçəkmiş şəxs tərəfindən ona verilib-verilmədiyi soruşulmuşdur. Təqsirləndirilən şəxs pulların ona verildiyini bildirib əynində olan açıq mavi rəngli cins materiallı şalvarının cibindən 01 ədəd qara rəngli dəri materiallı pul qabını, 01 ədəd avtomobil açarını, 01 ədəd mobil telefonu, özünə məxsus şəxsiyyət vəsiqəsini masanın üzərinə qoymaqla təqdim etmişdir. Bildirmişdir ki, Zərərçəkmiş şəxs tərəfindən ona verilən pul vəsaiti təqdim etdiyi pul qabının içindədir. Bundan sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şübhəli şəxsə əynində olan şalvarının ciblərini tam olaraq göstərməsi təklif edilmişdir. Şübhəli şəxs deyilənləri etmiş, üzərindən və paltarından sübut əhəmiyyətli heç nə aşkar edilməmişdir. Mobil telefon araşdırma üçün əhəmiyyət kəsb etdiyindən saxlanılmışdır. Ardınca Təqsirləndirilən şəxs pul qabının içindən 03 ədəd 100 manatlıq pul əskinasını çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Pul qabında olan 20 manatlıq pul əskinasının özünə aid olduğunu bildirmişdir. Şübhəli şəxs 300 manat pulun Zərərçəkmiş şəxs tərəfindən ona bu gün polis əməkdaşları saxlamamışdan əvvəl verildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şahid2 və Şərifov X6 Anar Təriş oğlu ilə eyni məzmunlu ifadə verərək, onun verdiyi ifadəsini bir daha təsdiq etmişlər. Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi 22 iyul 2021-ci il tarixli "əməliyyat-axtarış tədbirində istifadə ediləcək pul vəsaitinin təqdim olunması haqqında" protokoldan görünür ki, ərizə ilə müraciət etmiş Zərərçəkmiş şəxs seriya nömrələri C40436950, B03375992 və C44520011 olmaqla 03 ədəd 100 manatlıq pul əskinasları verilmişdir. DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin baş təhqiqatçısı polis mayoru X8 tərəfindən tərtib edilmiş ‘"şəxsi axtarış və götürmə" haqqında protokoldan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 22 iyul 2021-ci il tarixdə saat 15:05-də Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi 43 ünvanın qarşısında saxlanılmışdır. Baş İdarədə üzərinə keçirilən şəxsi axtarış zamanı ondan 03 ədəd yüz manatlıq pul əsginası olmaqla 300 manat məbləğində pul, 01 ədəd “Honor” markalı mobil telefon və 01 ədəd plastik bank kartı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə aparılması zamanı çəkilən videogörüntüiəri özündə əks etdirən 01 ədəd DVD disk 23 oktyabr 2021-ci il tarixli qərar ilə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Mobil telefonun "watsapp" proqramına baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrə ilə aralarında aşağıdakı məzmunda yazışmalar qeydə alınmışdır: Nurlan: Mən heç yerdə səninlə bağlı şəxsi paylaşdıqlannnan paylaşmamışam. Elvina: Şəxsi nəyim varki. Nurlan: Ama bir az silkələmək istədim ayılasan şahət ayılmasaydın qanıvı içib uf belə eləməzdim, hər şey. hər şeyyyy ağlına gələn və gəlməyən, ilk günnən kayfın üçün istifadə edib atacağına əmin idim, nəsə də heç yerdə hicabsız nə video, nə şəkil paylaşmışam, birdə gizlən paç oynama mənlə mən sənin əskin deyləm ürəyin istədiyində silib atasan. Nurlan: Nə dersən de day günah məndən getdi, gir teleqrama elə indi, kişilər bazarı kanalına, Amarbexh bu kanala da. Elvina: Allah sənin bəlanı versin. Nurlan: Gözlə gör kim kimin bəlasını verəcək, instagram oğlan qız dostlarını da skrin eləmişəm, hamısına da atmasam na kişiyəm. Elvina: Mən də səni indi verəcəm polisə. Nurlan: Xnxx yükləyirəm. Elvina: Təhdidə görə. Nurlan: Balamın canı səni mən məhv edəcəm, and içmişdin 12 ni keçdin insaf edən deyləm, bu gün bu saniyədən etibarən, bitirdim səni, birazda səbr elə mb çoxdu yüklənir. Elvina: Dayan görüm kimin üstünə gedirəm Allah bilsin səniylə heçnə demirəm. Nurlan: İstəyirsən altına get. Elvina: 2 gün vaxt ver nə olar. İndi Qurana and olsun yoxumdu. Nurlan: Bir saat belə olmaz. Elvina: Zehramın canı yoxdur. Nurlan: Yarısına qədər. O vaxta qədər əlimidə vuran deyləm yüklənir. Elvina: Səni and verirəm oğlunun canına. İnandığın xanım Məsuməyə. Nurlan: Mən sözümü dedim sənə. Mobil nömrənin sms tarixçəsinə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrədən Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə “sfetefordan döndüm'', "gel açda”, “bir söz de gözləyirəm axı”, “canımsan”, "ağıllı ol!*’, “hə arxadadı dedim axı nəsə qahffff)”, “anaşşşş”, “danışammıram yığcam ömrüm günüm", "dəsmal sabunda götür”, “trenddəsən:)”, “instagram telegram xnxx və.s demişdim axı yapma böylə))". "axşam gəlirəm zabrata. əl çəksəm mənnən alçağı yoxdu!”, “Allah haqqı çıxıram birazdan. erkəyin nöm tapacam birazdan onda ağzıva işiyəcəm”, “məhlənizdəyəm”, "ərinin nöm tapacam tez gec”, “Ellame313 gir telegrama ve wsye gir bax”, “qudurdun?”, “gün mənnən getdi!”, "götün çatır yarım saata cav vermə!*’, “Gəlirəm, burdayam yanımda adam var”, "gözlürəm. şəkli çıxartdırıb maşınıvıza küçəyə səpələtdirmə” məzmunda mesajların olması aşkar olunur. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrədən Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə “hardasan?”, “gizlənpaçdısa varamda sənin gizlənpaçına!”, “Allah haqqı çıxıram birazdan”, “Anam arvadım olsun səni peşman eliyəcəm itin peşmanı baxda gör”, “bloka?”, “1-0 sənin xeyrinə, mənnən genah getdi", "götün çatır yarım saata cav vermə!”, “gir telegrama süprizim var, axşamda instagramda", "bu dəfə başqa maraqlı olacaq!", "kişi bazarı səhifəsinə gir telegramda”, "azınnan 150 manat ver biri gün 250 götürəcəm sənnən mənə yalan danışmaq əsla olmaz", “Qurana and olsun gözlürəm", "birdə təkrarlamayacan! and olsun Allaha, uzağı 15 dəq daha sonra qiyaməti özüm qoparacam. mən ordan bura sallana sallana elə belə gəlməmişəm sənə axrıncı dəfə deyirəm qiyməti mənə qopartma”, "son 10 dəqiqə bi saniyə belə keçməyəcəm vəssalam” “son 8 dəq”, “heç kim mənə yığmasın”, “son 7 dəq", “mənnən günah getdi indi qaçıb gizlənməyə yer axtar yer tap", "ağbaş olan olar sənin qaynın düz?”, “Allaha and olsun çox peşman olacaqsan çox çox çoxxxx”. "Qayının qabağında səni gözlədim indi qayıdıram səni qamva bələməyə!”, “Çox böyük səhv elədin çox çox çox”, “qapıya çıx”, “arxamzca gəlirəm”, “balam axrmcı gündür bu gün unutmadın yəqin məncədə unutma”, “demişdim axı etmə eləmə pis olacaq olduda di get dincəl", “sabaha trenddəsən". “premiumdadı ödəniş edən baxabilər bidə Azərbaycan əngəllənib əgər saat 4keçdi açacam Azərbaycanın üzünə bu dəfə də hay huy maxaçkala salmağı ağlına belə gətirmə", "o odvakatına denən o sən bildiklərinnən daha ağıllı və daha dəlidi, canı yandısa can yandırmağı özünə vacibat bilir”, “ağlım kəsmir sənə qoy heyifimİ alım”, “məni polisə verəcəyini deyən odvakatmm vp nöm at ona evdəki çəkilişdən bi şey atacam”, “Allaha and olsun 400 manat saat 4 qədər məndə olmasa balamın cam səni bidə narahat eləməyəcəm” məzmununda mesajlar yazmışdır. Həmçinin Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə "Qurana and ola yoxumdu soz 3 gunə tapacam dedim". “Allaha and içirəm. Allah şahidimdi ki yoxumdu Allahdan usdun nə var ona and icim”, “Uksus goturum elimə hüseynim zəhram olsunkİ indi icib ozumu öldürəcəm”, “3 gun vaxd dedim nə olar”, “Balalarım var yazıgm gəlsin mənə”, “Bugun verecəm”, “Demedin bu gun axrmcı gundu”, “Sil soz verirem bugun 11 cən catdıracam sənə”, “Sən dəlisən mən iki gundu pul axdanram”, “Allaha and olsun verəcəm dedim Qurana and olsun verəcəm dedim pulu”, “mən səni heckimə dememisem”. "Bibi qızıdı çarəsiz qalıb dedim btı məsələni ona”. “Dedim də sənə verəcəm soz verdim səhər saat 11 ucun musderim soz verip pul gətirəcək alan kimi yıgacam səni". "Soz deyirəm sil hərseyi qurban olum", “Aramızda azda olsa hormetimiz qalsın” məzmununda mesajlar yazılmışdır. Beləliklə, məhkəmə baxışı zamanı araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə əməlin hüquqi tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CMnin 182.2.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının (X3 AA1777856 saylı şəxsiyyət vəsiqəsi) olması onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs 22.07.2021-ci il tarixdən həbsdə saxlanıldığından ona təyin ediləcək cəzanın çəkilmə müddətinin əvvəli onun şübhəli şəxs qismində saxlanıldığı gündən, yəni 22 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəm bütün bunları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə məhkəmə məsrəfləri yoxdur. İş üzrə maddi sübut olan “Bakcell" MMC-dən BKC/LGL-18744/21 saylı məktubla daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Əməliyyat tədbrlərinin keçirilməsi zamanı zərərçəkmişə təqdim olunmuş 3 ədəd 100 manatlıq pul əskinaslarının polis polkovnik -leytenantı Şahid1 qaytarılması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə istintaqı zamanı “İnsan hüquqlarını və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3-cü hissəsinin c bəndinə, Azərbaycan Respublikası CPM-nin 19-cu maddəsinin 19.4.4-cü bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına 3.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi, yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 12 saylı vəkil bürosunun hesabına 120 (yüz iyirmi) manat pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 22 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 12 saylı vəkil bürosunun hesabına 120 (yüz iyirmi) manat pul ödənilsin. İş üzrə maddi sübut olan “Bakcell" MMC-dən BKC/LGL-18744/21 saylı məktubla daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut 3 ədəd 100 manatlıq ( üç yüz manat) pul əskinaslarının polis polkovnik -leytenantı Şahid1 qaytarılması nəzərə alınsın. Hökmdən, elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar