Məhkəmə qərarları › İş №1(101)-188/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-188/2021

25.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-188/2021 25.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mahmudov İlham Ağa oğlu (sədrlik edən), Xankişiyev Mirzə Aslan oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı oğlunun, Müdafiəçilər Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Məhərrəmov Polad Müseyib oğlunun, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Xanalıyev Elsevər Xanalı oğlunun iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Sumqayıt şəhəri 17-ci mikrorayon ev 21 mənzil 72-də qeydiyyatda olmaqla yaşayan, barəsində Nizami rayon məhkəməsi tərəfindən “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri xx.xx.1983-cü il tarixdə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Sumqayıt şəhəri Kotec qəsəbəsi Axundov 2-də qeydiyyatda olan, Sumqayıt şəhəri 17-ci mikrorayon ev 18 mənzil 42-də yaşayan, barəsində Nizami rayon məhkəməsi tərəfindən “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxslər tanışları X12, X5 ilə qabaqcadan əldə olunmuş razılaşmaya əsasən özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs yaşadığı Sumqayıt şəhəri 4-cü mikrorayon ev 13/15 mənzil 4-ə tamah niyyəti ilə qanunsuz daxil olmaq məqsədi ilə binanın blokunda gözləyərək kənar şəxs gəldikdə məlumat vermək üçün ətrafı müşahidə etmişlər. X5 mənzilin qapısını döyüb, Zərərçəkmiş şəxs qapını açmasına nail olduqdan sonra Təqsirləndirilən şəxs2 və X12 əlində olan silah qismində istifadə etdiyi beşbarmaqla mənzilə qanunsuz daxil olaraq sonuncu Zərərçəkmiş şəxs baş nahiyəsindən bir zərbə vurub sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirdikdən sonra, mənzilin qonaq otağında saxlanc yeri olan dolabin rəfindən 1 ədəd 50 (əlli) manat dəyəri olan üzərində “LUÇ-Quartz” sözləri yazılmış qol saatı, 1 ədəd 700 (yeddi yüz) manat məbləğində qol saatı, dəyəri 60 (altmış) manat olan pul kisəsi və 1450 manat (min dörd yüz əlli) manat nağd pulu, Təqsirləndirilən şəxs2 isə həmin dolabın digər rəfindən 1 ədəd 35 (otuz beş) manat dəyəri olan üzərində “Roza de Prive” yazıları olan 50 faiz istifadə edilmiş ətiri, evin giriş qapısında isə sonuncuya məxsus olan 1 cüt 80 (səksən) manat dəyərində Türkiyə Respublikası istehsallı ayaqqabını götürərək evdən çıxıb getmiş və nəticədə Zərərçəkmiş şəxs ümumilikdə 2375 (iki min üç yüz yetmiş beş) manat məbləğində əmlakını ələ keçirərək, quldurluq etmişlər. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişlər. İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs2 oğlu ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bilərək istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 tanıyır və münasibətləri normaldır. “Roma” ləqəbli Raufu hadisənin baş verdiyi gündən 2-3 ay əvvəl Rəşadın vasitəsilə tanımış və birlikdə dəfələrlə narkotik vasitə qəbul etmişdir. X7 vasitəslə İlk dəfə xx.xx.2020-ci il tarixdə görmüş və tanımışdır. Həmin gün axşam saatlarında Rəşadla danışaraq onun yaşadığı evə getmiş, evə gəldikdə Aysel ləqəbli Adilə Əkbərovanı görmüş, Rəşad Adilə ilə onu tanış edərək, yaxını olduğunu demişdir. Bir neçə dəqiqə sonra Rauf oraya gəlmiş, Adilə Rəşada 40 manat verərək narkotik vasitə alaraq evə gəlməsini xahiş etmiş və Rəşad narkotik vasitə aldıqdan sonra evə gəlmiş və birgə narkotk vasitəni qəbul etmişlər. Adilə Mübariz adlı şəxslə yaşadığını və onun narkotik vasitə satdığını dedikdə onlar Mübarizin evinə gedərək onda olan narkotik vasitəni götürməyi planlaşdırmış, bu səbəbdən də Rauf oraya getməyi və nə olub-olmamasını yoxlamağı təklif etmiş və hamı onunla razılaşmışdir. Rauf ilk əvvəl beşbarmaq götürəcəyi üçün evlərinə getməyi və oradan sonra Mübarizin evinə getməyi təklif etmişdir. Bu məqsədlə xx.xx.2020-ci il tarixdə saat 01 radələrində ona məxsus “BMW 323” markalı **-CV-*** dövlət nömrə nişanlı avtomobillə ilk əvvəl Yaşıldərə yaşayış massivinə gedilmiş, Rauf avtomobildən düşərək avtomobildən uzaqlaşmış, təxminən 15 dəqiqə sonra Rauf qayıdaraq avtomobilə əyləşmiş, o, beşbarmaq götürdüyünü dedikdən sonra oradan Sumqayıt şəhəri 4-cü mikrorayon ərazisinə Mübarizin yaşadığı binanın qarşısına gəlmişlər. Onlar birlikdə maşından düşərək binaın giriş qapısına daxil olmuş, Rəşad binanın girişində Adilə 2-ci mərtəbədə onunla Rauf isə 3-cü mərtəbədə dayanmışdır. Adilə qapını bir neçə dəfə döymüş, Mübariz qapıya yaxınlaşaraq kim olduğunu soruşduqda Aysel özünü təqdim etdikdən sonra Mübariz qapını açdığı zaman zaman Rauf, sonra isə o, evə daxil olmuş, o, evə daxil olduqda Mübariz əliylə başını tutduğunu və başında qan olduğunu görmüş, Rauf onu yenə vurmaq istəyərkən Raufu tutaraq vurmamasını xahiş etmiş və Rauf Mübarizi vurmamış və mal harda olduğunu soruşmuş, Mübariz də onda mal olmadığını dedikdə Raufla evi axtarmağa başlamış, Rauf qapının qarşısında olan Mübarizə məxsus qara rəngli ayaqqabının iç daban hissəsində 2 ədəd şəffaf sellofana narkotik vasitə heroin və şüşə adlanan psixotrop maddə metamfetamin tapmış və cibinə qoymuşdur. Bundan sonra Rauf evdən bir ədəd pul qabı, iki ədəd qol saatı götürmüş və saatlardan birini ona vermişdir. O, bir ədəd markasını bilmədiyi ətiri götürərək üstünə vurduqda Rauf həmin ətiri götürməyini demiş və o, ətiri götürərək cibinə qoymuşdur. Bundan sonra onlar evdən çıxmış və Rəşadla birlikdə Adiləni axtarsalarda tapa bilməmiş evə gedən zaman Adilənin onun evinin qapısında onları gözlədiyini görmüşdur. Onlar birlikdə evə qalxaraq Mübarizdən götürdükləri əşyaları çıxararaq stolun üzərinə qoyulmuş, orada narkotik vasitədən bir qismi Rəşad və Adiləyə verilmiş, o, qoluna bağladığı saatı və ətiri götürmüş, Rauf isə öz qoluna bağladığı saatı və pul qabını götürmüşdür. Bundan sonra qalan hissəsini birlikdə orada qəbul etdikdən sonra çıxıb getmişlər. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 oğlu ona elan edilmiş CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 tanıyır, münasibətləri normaldır. Raufu hadisədən 2-3 ay əvvəl Rəşadın vasitəsilə tanmışdır və birlikdə dəfələrlə narkotik qəbul etmişlər. Adiləni İlk dəfə xx.xx.2020-ci il tarixdə Rəşadgildə görmüşdür. Həmin axşam Rauf da ora gəmişdir. Adilə Rəşada 40 manat vermişdir ki, narkotik vasitə alsın. Rəşad narkotik alıb gətirmişdir. Onlar birgə narkotk qəbul etmişlər. Adilə Mübariz adlı şəxslə yaşadığını, onda narkotik olduğunu, amma onunla dava etdiyinə görə həmin evə gedə bilmədiyini bildirmişdi. Rauf təklif etdi ki, “gedək Adilə ilə Mübarizi barışdıraq, həm də narkotik alaq”. Onun maşınına minib hamısı Mübarizgilə getmişlər. Mübarizin yaşadığı binanın qarşısına gəlmişlər. Rəşad binanın girişində, Adilə 2-ci mərtəbədə, onunla Rauf isə 3-cü mərtəbədə dayandmışdır. Adilə qapını bir neçə dəfə döymüş, Mübariz kim olduğunu soruşduqda Adilə Aysel olduğunu bildirmişdir. Mübariz qapını açmış, Adilə Mübarizə onun dostları olduqlarını və narkotik almağa gəldiklərini bildirmişdir. Sonra Adilə aşağı düşmüş, Rauf içəri keçmişdir. O isə qapının çöl tərəfində qalmışdır. Mübariz qapını örtmüş, amma bağlamamışdır. 2-3 dəqiqə sonra o da evə daxil olmuş və görmüşdür ki, Mübariz əliylə başını tutub və başından qan gəlir, Raufla Mübariz dalaşarkən o araya girib onları aralaşdırmışdır. Rauf qapının ağzında ayaqqabıdan 2 büküm heroin və metamfetamin tapıb cibinə qoymuşdur. Stolun üstündə pul qabları və telefonlar olub, onlara heç kim əl vurmayıb. Rauf evdən iki ədəd qol saatı götürmüş, saatlardan birini ona vermişdir. O, güzgünün qabağındakı ətiri götürərək üstünə vurmuş, Mübariz ona xoşun gəlirsə götür, bağışlayıram sənə dediyi üçün o da ətiri götürüb cibinə qoymuşdur. Sonra onlar evdən çıxıb Rəşadla birlikdə Adiləni axtarmış tapa bilməmiş, evə gedən zaman Adilənin Rəşadın evinin qapısında onları gözlədiyini görmüşlər. Narkotikin bir qismi Rəşad və Adiləyə verilmiş, o isə saatı və ətiri götürmüşdür. Rauf isə öz qoluna bağladığı saatı götürmüşdür. Narkotikin qalan hissəsini birlikdə orda qəbul etdikdən sonra çıxıb getmişlər. O, Raufun əlində beşbarmaq görməmişdir. İstintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bilərək istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Rauf Alışovu 2019-cu ilin ortalarından tanıyır, birlikdə Sumqayıt şəhəri ərazisində su sayğaclarının quraşdırılmasında işləmiş və normal münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs2la isə bir məhəllədə qalmış və bir birlərini çoxdan tanıyırmışlar. 2019-cu ilin sonlarında Aysel ləqəbli Adilə ilə tanışlığı olmuşdur. Belə ki, onunla eyni blokda kirayəşin olmuşdur. xx.xx.2020-ci il tarixdə Adilə zəng edərək birlikdə yaşadığı Mübarizin onu evdən qovduğunu və onun yaşadığı mənzilə gəlmişdir. Bundan bir qədər sonra Sahib gəlmiş, az müddətdən sonra isə Rauf gəlmişdir. Adilə ona 40 manat verərək narkotik vasitə almaq üçün göndərmiş, o, Corat qəsəbəsində tanmadığı şəxsdən 40 manata kokos alaraq evə qayıtmış və birlikdə “kokos” adlanan heroini qəbul etdikdən sonra Adilə Mübarizin evində narkotik vasitə olduğunu və ora gedərək narkotik vasitəni götürməyi təklif etmiş, Sahib əvvəlcə ora getməyi istəmədiyini demiş, lakin Rauf oraya getməyi və nə olub-olmamasını yoxlamağı təklif etdikdə hamı onunla razılaşmış, Rauf ilk əvvəl evlərinə getməyi və oradan beşbarmaq götürəcəyini dediyi üçün xx.xx.2020-ci il tarixdə saat 01 radələrində Sahibə məxsus “BMW 323” markalı **-CV-*** dövlət nömrə nişanlı avtomobilimə əyləşərək Yaşıldərə yaşayış massivinə getmiş, orada Rauf avtomobildən düşərək avtomobildən uzaqlaşmış, təxminən 15 dəqiqə sonra Rauf qayıdaraq avtomobilə əyləşərək beşbarmaq götürdüyünü demiş və Sumqayıt şəhəri 4-cü mikrorayon ərazisinə Mübarizin yaşadığı binanın qarşısına gəlmişdir. Onlar birlikdə maşından düşmüş, bloka daxil olduqdan sonra o, blokun qarşısında dayanmış, Adilə 2-ci mərtəbədə, Sahiblə Rauf isə 3-cü mərtəbədə dayanmışdır. Adilə qapını bir neçə dəfə döymüş, Mübariz qapıya yaxınlaşaraq kim olduğunu soruşmuş, Adilə Aysel olduğunu dedikdə Mübariz qapını açmış, bu zaman Rauf, arxasınca isə Sahib evə daxil olmuşdur. Bundan sonra Adilə aşağı düşmüş, onlar binanın kənarına getmişlər. Adilə binanın digər blokuna girmiş, o isə binanın ətrafında bir qədər fırlanmış, Adiləni tapa bilmədiyindən bir qədər orada gəzmiş, bu zaman Raufla Sahib evdə olmuşlar. Təxminən 1 saat sonra Raufla Sahib evdən çıxaraq həyətə düşmüş və birlikdə Sahibin avtomobilinə minərək yaşadığı evə gəlmişlər. Evə gəldikdə Adilə blokun qarşısında onları gözlədiyini görüb ona niyə getdiyini soruşduqda onu gözlədiyini və qorxduğundan oradan getdiyini demişdir. Birlikdə evə qalxmış, X9 götürdükləri əşyaları çıxaraq stolun üzərinə qoymuş, orada narkotik vasitədən bir qismi ona və Adiləyə verilmiş, Sahib qoluna bağladığı saatı və ətiri götürmüş, Rauf isə öz qoluna bağladığı saatı və pul qabını götürmüşdür. Əlavə ifadəsində isə o, Təqsirləndirilən şəxs1 Raufun əlində beşbarmaq görmədiyini bildirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan edilmiş CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bilərək ifadəsində Rauf Alışovu 2019-cu ilin ortalarından tanıdığını birlikdə Sumqayıt şəhəri ərazisində su sayğaclarının quraşdırılmasında işlədiklərini və normal münasibətlərinin olduğunu bildirmişdir. Sahiblə isə bir məhəllədə yaşamış və birbirlərini çoxdan tanımışlar. 2019-cu ilin sonlarında o, Aysel ləqəbli Adilə ilə tanış olmuşdur. Eyni blokda kirayə qalırmışlar. xx.xx.2020-ci il tarixdə Adilə zəng edib deyib ki, birlikdə yaşadığı Mübariz onu evdən qovub, onun yanına yaşamağa gəlmək istəyir. O da icazə vermişdir, bir qədər sonra Sahib gəlmiş sonra isə Rauf gəlmişdir. Adilə ona 40 manat vermişdir ki, narkotik vasitə alsın. O da Coratda tanımadığı şəxsdən 40 manata heroin almış, birlikdə qəbul etmişlər. Adilə Mübarizin evində narkotik olduğunu ondan narkotik ala biləcəklərini demiş, Sahib getmək istəmədiyini bildirmişdir. Rauf isə “gəl gedək həm də Adiləni Mübarizlə barışdıraq” demişdir. Hamısı birlikdə Sahibin maşınında Mübarizin evinə getmişlər. Adilə qapını döymüş, Mübariz qapını açmışdır. Onlar içəri daxil olmuş Adilə isə onun yanına blokun ağzına düşmüşdür. O, üzünü çevirib bir nəfərdən siqaretini yandırana kimi görmüşdür ki, Adilə yoxa çıxıb. Adiləni tapa bilmədiyindən bir qədər orada gəzmiş, təxminən yarım saat sonra Raufla Sahib evdən çıxaraq həyətə düşmüş və birlikdə Sahibin maşınında onlara getmişlər. Adilənin blokun qarşısında onları gözlədiyini görmüşlər. Niyə getdiyini soruşanda, Adilə demişdir ki, “sizi gözlədim, sonra qorxduğumdan çıxıb getdim.” Onlar birlikdə evə qalxmış, X9 götürdükləri əşyaları çıxaraq stolun üzərinə qoymuşlar, narkotikdən bir qismi ona və Adiləyə verilmiş, Sahib qoluna bağladığı saatı və ətiri götürmüş, Rauf isə öz qoluna bağladığı saatı və pul qabını götürmüşdür. O, Raufun əlində beşbarmaq görmədiyini bildirmişdir. Məhkəmədə ifadəsi elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərilmişdir ki, 2019-cu ilin dekabr ayından xx.xx.2020-ci il tarixədək Sumqayıt şəhəri 4cü mikrorayon ev 13/15 mənzil 4-də kirayəşin yaşamış, təxminən 3 il bundan əvvəl özünü Aysel adlandıran X5 ilə Sumqayıt şəhəri ərazisində yerləşən Türkan kafesində tanış olmuş, o, arada yaşadığı evə gələrək evdə təmizlik işləri görür və birgə yaşayırmışlar, sonuncu dəfə xx.xx.2020-ci il tarixdə Adilə evdə olarkən ondan özünə qış gödəkçəsi almaq üçün pul istəmiş, o pulunun olmadığını deyərək, keçən dəfə ona aldığı gödəkçəni nə etdiyini soruşduqda Adilə gödəkçəni iş yerində qaldığını deyərək təkidlə ondan pul istəmiş, bu səbəbdəndə ona 15 manat pul vermişdir. xx.xx.2020-ci il tarixdə saat 01 radələrində evin çöl qapısı döyülmüş, o, qapıya yaxınlaşaraq qapıdan baxdıqda qaranlıq olduğu üçün kimsəni görməmiş, o, qapıda kimin olmasını soruşduqda Adilə olduğunu dediyi üçün qapını açmış, bu zaman iki nəfər şəxs içəri daxil olmuş, içəri daxil olan kimi onlardan biri əvvəllər tanımadığı qarabuğdayı, yaşı təxminən 32-35 arası, idman bədən quruluşlu, təxminən 178 sm boyunda, əynində qara rəngli kapeşonlu gödəkçə olan oğlan sol əli ilə boğazından tutaraq əlindəki beşbarmaqla sol qulağından və baş nahiyəsindən bir neçə zərbə vurmuş, bu zaman evə daxil olmuş əvvəllər tanımadığı sarışın, yaşı təxminən 40 yaşlı olan, arıq bədən quruluşlu boyu təxminən 185 sm olan, əynində sarımtıl bənövşəyi rəngli gödəkçə olan digər şəxs otaqda axtarış aparamağa başlamış, lakin heçnə tapa bilməmişdir. Həmin şəxs tanışına onu vurmamasını dedikdə həmin şəxs haradansa tapança çıxararaq qarın nahiyəsini sıxaraq pulların harada olmasını soruşmuş, o da pulun servantda olduğunu demişdir. Digər şəxs bu zaman servantda ona məxsus 1450 manat pulu götürərək cibinə qoymuş, pulun yanında isə 01 ədəd “Luç” markalı saat və 01 ədəd markasını xatırlamadığı İsveçrə istehsallı saatı olmuşdur. Onu vuran şəxs onların da götürməsini sarışın oğlana demişdir. O, saatları götürərək onu vuran şəxsə vermiş, həmin şəxs də “Luç” markalı saatı digərinə qaytarmışdır. Hər ikisi saatı qollarına taxmış, sarışın oğlan servantdan 300 manat dəyərində markasını xatırlamadığım 01 ədəd ətiri, onu vuran qarabuğdayı oğlan isə divanın üzərindən ona məxsus 01 ədəd pul qabı və dəhlizdən ona məxsus qara rəngli ayaqqabını götürərək şikayət etməməyi deyərək evdən çıxıb getmişdir. Eyni zamnda ifadəsində evində narkotik vasitə olmadığını və həmin şəxsləri polis bölməsində görərək tanıdığını bildirmişdir. Əlavə olaraq Zərərçəkmiş şəxs məhkəməyə daxil olmuş teleqramında bildirmişdir ki, səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmir. İstintaqda verdiyi ifadəsini təsdiq edir, onlara qarşı ittiham hökmünün çıxarılmasına etiraz etmir, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, əsl adı Adilə olsa da hərkəs onu Aysel deyə tanıyır. O, təxminən 3 il bundan əvvəl Sumqayıt şəhəri ərazisində yerləşən Türkan kafesində işləmış və həmin vaxtlardan Zərərçəkmiş şəxs ilə tanış olaraq münasibətləri yaranmış və onlar birlikdə yaşamağa başlamışlar. O, 3 il olar ki, narkotik vasitə qəbul edirmiş. Mübarizində narkotik vasitə satışı ilə məşğul olduğundan xəbəri varimiş. Onlar birlikdə sonuncu dəfə Sumqayıt şəhəri 4-cü mikrorayon ev 13/15 mənzil 4-də kirayə yaşamış, xx.xx.2020-ci il tarixdə axşam saatlarında evdə olarkən Mübarizə narkotik vasitə verməsini xahiş etmiş, Mübariz narkotik vasitəsi olduğunu lakin verməyicəyini deyərək onu evdən qovmuşdur. O, da paltarlarını yığaraq evdən çıxmış və tanışı Təqsirləndirilən şəxs1 ilə danışaraq onun yaşadığı Sumqayıt şəhəri 17-ci mikrorayon ev 18 mənzil 42-yə getmişdir. O, 2019-cu il tarixdə Mübarizlə birlikdə Sumqayıt şəhəri 17-ci mikrorayon ev 18-də yaşayarkən eyni blokda yaşayan Rəşadla tanış olmuşdur. Həmin vaxtdan əlaqələri yaranmışdır. O, Rəşadın evinə gedərək Mübarizin evdən qovduğunu demiş, bundan sonra evə Rəşadın dostu Sahib adlı şəxs gəlmiş, o, Rəşada 40 manat pul verərək narkotik vasitə almasını xahiş etmişdir. Rəşad gedərək narkotik vasitə heroin və psixotrop maddə metamfetamin almış və birlikdə istifadə etmişdirlər. Bundan bir qədər sonra evə Rəşadın dostu Roma ləqəbli Rauf adlı şəxs gəlmiş, birlikdə söhbət etdikdə Rauf Mübarizdə narkotik olub-olmamasını soruşmuş, o, Mübarizdə çox vaxt narkotik olduğunu dedikdə, Rauf Mübarizin evinə basqın etməyi və onda olan narkotik götürməyi təklif etmişdir. O, onlara Mübarizin yaşlı kişi olduğunu və evinə basqına getməyin düz olmadığını dedikdə Rauf Sahib və Rəşad razılaşaraq Mübarizin evinə gedəcəklərini və ondan narkotik götürəcəklərinə qərar vermişdirlər. Rauf Mübarizin yalnız ona qapı açacağını deyərək, qapını onun döyəcəyini və sonra onların evə daxil olacağını demiş və xx.xx.2020-ci il tarixdə saat 01 radələrində birlikdə Sahibin “BMW 323” markalı **-CV-*** dövlət nömrə nişanlı avtomobilinə əyləşərək Yaşıldərə yaşayış massivinə gəlmiş Rauf evindən beşbarmaq götürdükdən sonra birlikdə Sumqayıt şəhəri 4-cü mikrorayon ərazisinə Mübarizin yaşadığı binanın qarşısına gəlmiş və binanın girişinə daxil olmuşlar. Rəşad binanın 1-ci mərtəbəsində o, 2-ci mərtəbədə Sahiblə Rauf isə 3-cü mərtəbədə dayanmışdır. O, qapını bir neçə dəfə döymüş, Mübariz qapıya yaxınlaşaraq kim olduğunu soruşduqda, özünü təqdim etdiyi üçün Mübariz qapını açmış ilk öncə Rauf 2-3 dəq sonra isə Sahib evə daxil olmuşdur. O, bundan sonra aşağı düşərək Rəşadla birgə bir qədər onları gözləmiş, sonra Rəşad ətrafa göz-qulaq gəzdirərək binanı fırlanırmış, o, isə hava soyuq olduğundan binanın digər blokunun girişində gözləmişdir. Təxminən 1-2 saat sonra onların gəlmədəyini görüb Rəşadın evinə getmiş, qapı bağlı olduğu üçün onları gözləmiş və onlar gəldikdən sonra evə daxil olmuşlar. Evdə olan zaman Rauf cibindən bir ədəd qol saatı, bir ədə pul qabı və narkotik vasitə heroinlə, metamfetamin, Sahib isə bir ədəd ətir, bir ədəd qol saatı çıxararaq Mübarizin evindən götürdüklərini demiş, Rauf beşbarmağı və tapançaya oxaşayan aləti çıxarıb stolun üzərinə qoyub Mübarizi beşbarmaqla vurduğunu demişdir. Onlar hərəsi cibindən çıxardıqları Mübarizə məxsus əşyalarını özlərinə götürərək Rəşadla ona oğurladıqları narkotikdən biraz verdikdən sonra Rauf və Sahib oradan getmiş, Rəşadla o, həmin narkotik vasitəni qəbul etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun doğma qardaşıdır və anası ilə birgə yaşayır. Təqsirləndirilən şəxs2 2019-cu ilin əvvəlində Rusiya Federasiyasına gedərək işləmiş, 2019-cu ilin sonlarında Azərbaycana qayıtmış, hazırda işsizdir. xx.xx.2020-ci il tarixdə qardaşı Sahibin soyğunçuluq cinayəti ilə əlaqədar şübhəli şəxs qismində tutulduğunu və Sahibin kiminsə evindən qol saatı və ətir oğurladığını bildiyi üçün qardaşının yaşadığı evə gedərək otağındakı 1 ədəd qol saatı və 1 ədəd ətiri gətirib polisə təhvil verdiyini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadələrə tənqidi yanaşaraq hesab edir ki, onların göstərdikləri işin faktiki hallarına uyğun deyildir, digər mötəbər sübutlarla təkzib olunur və məhkəmə onların bu ifadələrini özlərini müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş yalan ifadələr kimi qiymətləndirir. İş materiallarındakı məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci tarixli 87 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində başın təpə nahiyyəsinin, sol qulaq seyvanının, ənsə nahiyyəsinin yarası kimi sağlamlığın qısa müddətli pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər var və küt əşyanın təsirindən yetirilməklə xx.xx.2020-ci il tarixə uyğundur. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 9/283 nömrəli rəyindən görünür ki, ekspertizya təqdim olunmuş, 1 ədəd Çində istehsal edilmiş, üzərində “LUÇ-Quartz” yazıları olan, qolbaq hissəsi süni dəri materialdan hazırlanmış qol saatının istifadə olunması nəzərə alınmaqla 2020-ci ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 50.00 manat müəyyən edilmişdir. Digər bir ədəd üzərində “ROSE D PRİVE”yazıları olan 50 ml tutumlu ətirin təzə vəziyyətdə 2020-ci ilin yanvar ayında olan orta bazar qiyməti təxminən 35 manat, hal hazırda təxminən yarıdan çoxu istifadə edildiyindən qitmətləndirilmir. Zərərçəkmiş şəxs məxsus olan “LUÇ-Quartz” yazıları olan saat və “ROSE D PRİVE” ətiri maddi sübut kimi tanınmışdır. İş üzrə təyin edilmiş narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 948 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 müayinə zaman narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur. Hal-hazırda narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilatkit qeydiyyata götürülməsi məsləhət görülür. İş üzrə təyin edilmiş narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 949 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 müayinə zaman narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur. Hal-hazırda narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilatkit qeydiyyata götürülməsi məsləhət görülür. İş materiallarına əlavə edilmiş kompleks məhkəmə-psixiatrik-psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 771 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixatrik müayinənin nəticələri və.s sübut edir. Təqsirləndirilən şəxs1 hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab olunur. Təqsirləndirilən şəxs1 əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri qeyd edilmir. Fərdi-psixi xüsusuiyyətləinı görə ekstravertə daha yaxındır. Emosional-iradi sferasında fərdi-psixi xüsusuiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Belə qənaətə gəlinir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməl zamanı hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəzityyətdə olmamış, psixiemosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs1 hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. İş materiallarına kompleks məhkəmə-psixiatrik-psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 770 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixatrik müayinənin nəticələri və.s sübut edir. Təqsirləndirilən şəxs2 hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab olunur. Təqsirləndirilən şəxs2 əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri qeyd edilmir. Fərdi-psixi xüsusuiyyətləinı görə ekstravertə daha yaxındır. Emosional-iradi sferasında fərdi-psixi xüsusuiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Belə qənaətə gəlinir ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməl zamanı hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəzityyətdə olmamış, psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs2 hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2020 və xx.xx.2020-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxslərdirlər. 2020-ci il 06 mart tarixli tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 180.21, 180.2.3 və 180.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək 2020-ci il 06 mart tarixində tutulmuşlar. İş materiallarındakı təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 181.2.1.-ci, 181.2.3 və 181.2.5.-ci maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarındakı Sumqayıt şəhər məhkəməsinin həbs qətimkan tədbirinin seçilməsi barədə 2020-ci il 07 mart tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs etmənin əvvəli 2020-ci il 06 mart tarixindən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarındakı Sumqayıt şəhər məhkəməsinin həbs qətimkan tədbirinin seçilməsi barədə 2020-ci il 07 mart tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli 2020-ci il 06 mart tarixindən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 181.2.1.-ci, 181.2.3 və 181.2.5.-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələrini, əməllərində cinayət tərkibinin olmasını, bununla da onların təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikasının CMnin 181.2.1.-ci, 181.2.3 və 181.2.5.-ci maddələri ilə düzgün tövsif olunmuşdur. İş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsini 1(101)-368/2021 saylı xx xxxxxx 2021-ci il tarixli hökmünün surətindən görünür ki, hazırki iş üzrə şahid qismində dindirilən X5 Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə 4 (dörd) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittiham edildiyi cinayət əməllərini törətmələri məhkəmə istintaqında hərtərəfli araşdırılmış, təqsirləndirilən şəxslərin qismən etirafedici, zərər çəkmiş şəxsin ifadələri, istintaq hərəkətinin protokolları, maddi sübutlar, ekspertiza rəyləri, habelə cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən toplanılmış digər mötəbər sübutların məcmusu ilə tam təsdiq olunur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur və onlar törətdikləri əməllərə görə təqsirli bilinib cəzalanmalıdırlar. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onların islah olunmalarına, ailə vəziyyətlərinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərçəkmiş şəxslə barışıq əldə etməsi məsuliyyətini yüngülləşdirən hal hesab edilir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2 -ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CM-nin 60.1-ci maddəsinə əsasən 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqlarının olması (xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X4) və 59.1.12-ci maddəsinə əsasən zərçəkmiş şəxslə barışıq əldə etməsi məsuliyyətini yüngülləşdirən hal hesab edilir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 60.1-ci maddəsinə əsasən 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikasının Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə müvafiq olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakları müəyyən edilmədiyindən onların barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri – 50 manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 25 manat tutularaq dövlət nəfinə ödənilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında qauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxslərdə cəzaçəkmənin əvvəli –təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutulduqları gündən, yəni 2020-ci il 06 martdan hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3 və 181.2.5ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilisin, ona 9(doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli x xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 oğlu barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3 və 181.2.5ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilisin, ona 9(doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli x xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 oğlu barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri – 50 manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 25 manat tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1) hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar