Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-188/2022 27.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri; Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Azadəliyev Seyhun Cəbrayıl oğlu, Malışov Rauf Tahir oğlu, müdafiəçilər-müdafiəçilər – Bakı şəhəri, 05 saylı Vəkil bürosunun vəkilləri Kərimov Nazim Ziyaddin oğlu və Abilova Radmila Abul qızı, zərərçəkmiş şəxlər Məlikzadə Aytən Abdulxalıq qızı, Ağayev Elman Qabil oğlu, Əliyev Zaman Allahqulu oğlu, Səfərov Hümbət Nayfalı oğlu, Nəzərov Namiq Ələddin oğlu, Cəriyev Zəkəriyyə Sərxan oğlu, Məmmədov Elgün Elsevər oğlu, Mehdiyev Sərxan Nizami oğlu, Cəfərov Elvin Əlixan oğlu, Cəfərov Akif Nuru oğlu, Qəmbərov Ədalət Nəcəfqulu oğlu, Məlikzadə Aytən Abdulxalıq qızının nümayəndəsi Məmmədov Adəm Məhərrəm oğlunun iştirakları ilə xx.xx.1984-cü il tarixdə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ortatexniki təhsilli, evli, məhkumluğu olmayan, himayəsində 2 azyaşlı uşağı olan, işləməyən, ünvan 1 ünvanında pasport qeydiyyatında olan və hal-hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Hacıyev Rəşad Elxan oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə xx.xx.1984-cü il tarixdə Tovuz rayonunun Bozalqanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olan, ünvan 3nında yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Müseyibov Rasim Ramiz oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi Hacıyev Rəşad Elxan oğlu özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Xəlilov Tural Tofiq oğlu və digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, Nəzərov Namiq Ələddin oğlunun etibarından sui-istifadə etməklə özünü “Socar”şirkətinin “Tanap” lahiyəsində işlədiyini bildirib onu “Tanap” lahiyəsində sürücü kimi işə düzəldəcəyi adı ilə yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, 15 mart 2017-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən “Azadlıq” metrostansiyasının yaxınlığında çay evlərinin birində 600 manat, 18 mart 2017-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Tibb” texnikumunun yanında olan kafedə 250 manat, 22 mart 2017-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən “Azadlıq” metrostansiyasının qarşısında 150 manat pulunu alıb Samir Məstəliyevin vasitəsilə alıb ələ keçirərək zərərçəkmiş şəxs Namiq Nəzərova ümumilikdə 1.000 (min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Xəlilov Tural Tofiq oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, Ağayev Elman Qabil oğlunun etibarından sui-istifadə etməklə özünü “Socar” şirkətinin “Tanap” lahiyəsində kadrlar şöbəsinin rəis müavininin köməkçisi «Elman müəllim» adı ilə təqdim edib, onu oğlu Orxan Ağayevi və qohumu Həsənov Pərviz Müseyib oğlunu “Caspian Driling”şirkətində sürücü kimi işə düzəldəcəyi adı ilə yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, 25 mart 2017-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu Ak.Həsən Əliyev küçəsində yerləşən “Rahat” marketin qarşısında 1.000 manat, 03 aprel 2017-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu Ak.Həsən Əliyev küçəsində yerləşən “Rahat” marketin qarşısında 3.000 manat pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxs E.Ağayevə ümumilikdə 4000 (dörd min) manat məbləğində maddi ziyanvurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Xəlilov Tural Tofiq oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, özünü “Socar”şirkətinin “Tanap” lahiyəsində kadrlar şöbəsinin rəis müavininin köməkçisi «Elman müəllim» adı ilə təqdim edib, Ağayev Elman Qabil oğluna “Socar” şirkətinin “Naftalan” lahiyəsində sürücü kimi işə düzəldəcəyi barədə yalan məlumat vermiş, Elman Ağayev buna inanaraq tanışı Nəbiyev Amin Vaqif oğluna bu barədə bildirmiş, o da bununla razılaşaraq 29 mart 2017-ci il tarixdə saat 19 radələrində ünvan 4 ünvanında 4.000 manat pulu Elman Ağayevə verdikdən sonra həmin pulu sonuncudan alıb ələ keçirərək zərərçəkmiş şəxs Amin Nəbiyevə ümumilikdə 4.000 (dörd min) manat məbləğində maddi ziyanvurmaqla dələduzluq etmişdir. Bundan başqa, o,təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Xəlilov Tural Tofiq oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, özünü “Socar”şirkətinin “Tanap” lahiyəsində kadrlar şöbəsinin rəis müavininin köməkçisi «Elman müəllim» adı ilə təqdim edib, Ağayev Elman Qabil oğluna “Socar”şirkətinin “Naftalan” lahiyəsində sürücü kimi işə düzəldəcəyi barədə yalan məlumat vermiş, Elman Ağayev buna inanaraq tanışı Məmmədov Elgün Elsevər oğluna bu barədə bildirmiş, o da bununla razılaşaraq 29 mart 2017-ci il tarixdə saat 19 radələrində ünvan 4 ünvanında 2.400 manat pulu Elman Ağayevə verdikdən sonra həmin pulu sonuncudan alıb ələ keçirərək zərərçəkmiş şəxs Elgün Məmmədova ümumilikdə 2.400 (iki min dörd yüz) manat məbləğində maddi ziyanvurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Xəlilov Tural Tofiq oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, özünü “Socar” şirkətinin “Tanap” lahiyəsində kadrlar şöbəsinin rəis müavininin köməkçisi «Elman müəllim» adı ilə təqdim edib, Ağayev Elman Qabil oğluna “Socar” şirkətinin “Naftalan” lahiyəsində sürücü kimi işə düzəldəcəyi barədə yalan məlumat vermiş Elman Ağayev buna inanaraq tanışı Babayev İlqar Şahmar oğluna bu barədə bildirmiş, o da bununla razılaşaraq 29 mart 2017-ci il tarixdə saat 19 radələrində ünvan 4 ünvanında 4.000 manat pulu Elman Ağayevə verdikdən sonra həmin pulu sonuncudan alıb ələ keçirərək zərərçəkmiş şəxs İlqar Babayevə ümumilikdə 4.000 (dörd min) manat məbləğində maddi ziyanvurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Xəlilov Tural Tofiq oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, özünü “Socar” şirkətinin “Tanap” lahiyəsində kadrlar şöbəsinin rəis müavininin köməkçisi «Elman müəllim» adı ilə təqdim edib, Ağayev Elman Qabil oğluna “Socar”şirkətinin “Naftalan” lahiyəsində sürücü kimi işə düzəldəcəyi barədə yalan məlumat vermiş Elman Ağayev buna inanaraq tanışı Babayev Şıxəli Şahmar oğluna bu barədə bildirmiş, o da bununla razılaşaraq 29 mart 2017-ci il tarixdə saat 19 radələrində ünvan 4 ünvanında 2.000 manat pulu Elman Ağayevə verdikdən sonra həmin pulu sonuncudan alıb ələ keçirərək zərərçəkmiş şəxs Şıxəli Babayevə ümumilikdə 2.000 (iki min) manat məbləğində maddi ziyanvurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Xəlilov Tural Tofiq oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, özünü “Socar” şirkətinin “Tanap” lahiyəsində kadrlar şöbəsinin rəis müavininin köməkçisi «Elman müəllim» adı ilə təqdim edib, Ağayev Elman Qabil oğluna “Socar” şirkətinin “Naftalan” lahiyəsində sürücü kimi işə düzəldəcəyi barədə yalan məlumat vermiş Elman Ağayev buna inanaraq tanışı Cəfərov Akif Nuru oğluna bu barədə bildirmiş, o da bununla razılaşaraq 29 mart 2017-ci il tarixdə saat 19 radələrində ünvan 5 ünvanında 2.000 manat pulu Elman Ağayevə verdikdən sonra həmin pulu sonuncudan alıb ələ keçirərək zərərçəkmiş şəxs Akif Cəfərova ümumilikdə 2.000 (iki min) manat məbləğində maddi ziyanvurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Xəlilov Tural Tofiq oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, özünü “Socar” şirkətinin “Tanap” lahiyəsində kadrlar şöbəsinin rəis müavininin köməkçisi «Elman müəllim» adı ilə təqdim edib, Ağayev Elman Qabil oğluna “Socar”şirkətinin “Naftalan” lahiyəsində sürücü kimi işə düzəldəcəyi barədə yalan məlumat vermiş Elman Ağayev buna inanaraq tanışı Cəfərov Arif Nuru oğluna bu barədə bildirmiş, o da bununla razılaşaraq 29 mart 2017-ci il tarixdə saat 19 radələrində ünvan 4 ünvanında 2.000 manat pulu Elman Ağayevə verdikdən sonra həmin pulu sonuncudan alıb ələ keçirərək zərərçəkmiş şəxs Arif Cəfərova ümumilikdə 2000 (iki min) manat məbləğində maddi ziyanvurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Xəlilov Tural Tofiq oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, özünü “Socar” şirkətinin “Tanap” lahiyəsində kadrlar şöbəsinin rəis müavininin köməkçisi «Elman müəllim» adı ilə təqdim edib, Ağayev Elman Qabil oğluna “Socar”şirkətinin “Naftalan” lahiyəsində sürücü kimi işə düzəldəcəyi barədə yalan məlumat vermiş Elman Ağayev buna inanaraq tanışı Nuruzadə Nuru Söhbət oğluna bu barədə bildirmiş, o da bununla razılaşaraq 29 mart 2017-ci il tarixdə saat 19 radələrində ünvan 4 ünvanında 2.000 manat pulu Elman Ağayevə verdikdən sonra həmin pulu sonuncudan alıb ələ keçirərək zərərçəkmiş şəxs Nuru Nuruzadəyə ümumilikdə 2.000 (iki min) manat məbləğində maddi ziyanvurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Xəlilov Tural Tofiq oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, özünü “Socar”şirkətinin “Tanap” lahiyəsində kadrlar şöbəsinin rəis müavininin köməkçisi «Elman müəllim» adı ilə təqdim edib, Ağayev Elman Qabil oğluna “Socar”şirkətinin “Naftalan” lahiyəsində sürücü kimi işə düzəldəcəyi barədə yalan məlumat vermiş Elman Ağayev buna inanaraq tanışı Mehdiyev Sərxan Nizami oğluna bu barədə bildirmiş, o da bununla razılaşaraq 30 mart 2017-ci il tarixdə ünvan 4 ünvanında 2.800 manat pulu Elman Ağayevə verdikdən sonra həmin pulu sonuncudan alıb ələ keçirərək zərərçəkmiş şəxs Sərxan Mehdiyevə ümumilikdə 2.800 (iki min səkkiz yüz) manat məbləğində maddi ziyanvurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Xəlilov Tural Tofiq oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, özünü “Socar” şirkətinin “Tanap” lahiyəsində kadrlar şöbəsinin rəis müavininin köməkçisi «Elman müəllim» adı ilə təqdim edib, Ağayev Elman Qabil oğluna “Socar” şirkətinin “Naftalan” lahiyəsində sürücü kimi işə düzəldəcəyi barədə yalan məlumat vermiş Elman Ağayev buna inanaraq tanışı İsmayılov Əli İqbal oğluna bu barədə bildirmiş, o da bununla razılaşaraq 02 aprel 2017-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən “Bakı Beynəlxalq Avtovağzalında” 3.000 manat pulu Elman Ağayevə verdikdən sonra həmin pulu sonuncudan alıb ələ keçirərək zərərçəkmiş şəxs Əli İsmayılova ümumilikdə 3.000 (üç min) manat məbləğində maddi ziyanvurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Xəlilov Tural Tofiq oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, özünü “Socar” şirkətinin “Tanap” lahiyəsində kadrlar şöbəsinin rəis müavininin köməkçisi «Elman müəllim» adı ilə təqdim edib, Ağayev Elman Qabil oğluna “Socar”şirkətinin “Naftalan” lahiyəsində sürücü kimi işə düzəldəcəyi barədə yalan məlumat vermiş Elman Ağayev buna inanaraq tanışı Babayev Saday Ənvər oğluna bu barədə bildirmiş, o da bununla razılaşaraq 03 aprel 2017-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu 20 yanvar metrostansiyasının yaxınlığında yerləşən kafelərin birində 1.500 manat pulu Elman Ağayevə verdikdən sonra həmin pulu sonuncudan alıb ələ keçirərək zərərçəkmiş şəxs Saday Babayevə ümumilikdə 1.500 (bir min beş yüz) manat məbləğində maddi ziyanvurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Xəlilov Tural Tofiq oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, özünü “Socar”şirkətinin “Tanap” lahiyəsində kadrlar şöbəsinin rəis müavininin köməkçisi «Elman müəllim» adı ilə təqdim edib, Ağayev Elman Qabil oğluna “Socar” şirkətinin “Naftalan” lahiyəsində sürücü kimi işə düzəldəcəyi barədə yalan məlumat vermiş Elman Ağayev buna inanaraq tanışı Cəfərov Elvin Əlixan oğluna bu barədə bildirmiş, o da bununla razılaşaraq 05 aprel 2017-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon Lökbatan qəsəbəsi “Lökbatan dairəsi” adlanan yerdə 2.000 manat pulu Elman Ağayevə verdikdən sonra həmin pulu sonuncudan alıb ələ keçirərək zərərçəkmiş şəxs Elvin Cəfərova ümumilikdə 2.000 (iki min) manat məbləğində maddi ziyanvurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Xəlilov Tural Tofiq oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, özünü “Socar” şirkətinin “Tanap” lahiyəsində kadrlar şöbəsinin rəis müavininin köməkçisi «Elman müəllim» adı ilə təqdim edib, Ağayev Elman Qabil oğluna “Socar”şirkətinin “Naftalan” lahiyəsində sürücü kimi işə düzəldəcəyi barədə yalan məlumat vermiş Elman Ağayev buna inanaraq tanışı Məhərrəmov Baloğlan Alim oğluna bu barədə bildirmiş, o da bununla razılaşaraq 05 aprel 2017-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon Lökbatan qəsəbəsi “Lökbatan dairəsi” adlanan yerdə 2.000 manat pulu Elman Ağayevə verdikdən sonra həmin pulu sonuncudan alıb ələ keçirərək zərərçəkmiş şəxs Baloğlan Məhərrəmova ümumilikdə 2000 (iki min) manat məbləğində maddi ziyanvurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Xəlilov Tural Tofiq oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, özünü “Socar” şirkətinin “Tanap” lahiyəsində kadrlar şöbəsinin rəis müavininin köməkçisi «Elman müəllim» adı ilə təqdim edib, Ağayev Elman Qabil oğluna “Socar”şirkətinin “Naftalan” lahiyəsində sürücü kimi işə düzəldəcəyi barədə yalan məlumat vermiş Elman Ağayev buna inanaraq tanışı Əliyev Zaman Allahqulu oğluna bu barədə bildirmiş, o da bununla razılaşaraq 23 aprel 2017-ci il tarixdə ünvan 5 ünvanında 3.000 manat pulu Elman Ağayevə verdikdən sonra həmin pulu sonuncudan alıb ələ keçirərək zərərçəkmiş şəxs Zaman Əliyevə ümumilikdə 3.000 (üç min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Müseyibov Rasim Ramiz oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Qəmbərov Ədalət Nəcəfqulu oğlunun mülkiyyətində olan və 1.000.000 manata satışa təklif etdiyi Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi «V» yaşayış sahəsi 13M ünvanda "xxxx" MTK inşa olunmuş çoxmərtəbəli binanın birinci mərtəbəsində yerləşən 883 kvadrat metr və 223 kvadrat metr sahəli qeyriyaşayış obyektlərini bankda olan tanışları vasitəsilə 35.000 manat müqabilində 1.200.000 manata qiymətləndirilərək satılmasına köməklik edəcəklərinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə daşınmaz əmlakın qiymətləndirilməsi üçün 2019-cu ilin noyabr ayının ortalarında 10.000 manat, bundan sona 2020-ci ilin mart ayınadək olan müddətdə isə 25.300 manat pulu Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi «V» yaşayış sahəsi 13M ünvanda alıb ələ keçirərək zərərçəkmiş şəxs Ədalət Qəmbərova ümumilikdə 35.300 (otuz beş min üç yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Müseyibov Rasim Ramiz oğlu və digər şəxslər ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Səfərov Hümbət Nayfalı oğlunun mülkiyyətində olan və 4.500.000 manata satışa təklif etdiyi Bakı şəhəri NZS qəsəbəsində yerləşən «Karnaval Hall» şadlıq sarayının 5.200.000 manata qiymətləndirilərək satılmasına köməklik edəcəklərinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə daşınmaz əmlakın qiymətləndirilməsi üçün 2021-ci ilin yanvar ayında 5.000 manat, guya alıcıya məxsus pulun xaricdə olmasını bildirməklə göstərilən məbləğdə vəsaitin ölkəyə çarter reysi ilə gətirilməsi adı ilə 2020-ci ilin avqust ayının sonları sentyabr ayının əvvəllərində həmin dövürdəki məzənnə ilə 51.000 manat təşkil edən 30.000 ABŞ dolları, həmçinin 2020-ci ilin yanvar ayından noyabr ayınadək olan müddət ərzində alqısatqı baş tutduqdan sonra qaytarılacağını bildirməklə müxtəlif bəhanələrlə 73.000 manat pulu ayrı-ayrı vaxtlarda Bakı şəhərində müxtəlif ünvanlarında, sonuncu dəfə isə ünvan 10 «Elmed» klinikasının qarşısında alıb ələ keçirərək vədinə əməl etməyib zərərçəkmiş şəxs Səfərov Hümbət Nayfalı oğluna ümumilikdə 129.000 (yüz iyirmi doqquz min) manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Cəriyev Zəkəriyyə Sərxan oğlunun mülkiyyətində olan və 1.000.000 manata satışa təklif etdiyi Bakı şəhəri Sabunçu rayonu Məhəmmədi kəndində yerləşən 50.000 kvadrat metr sahəsi olan beton zavodunu Bakı şəhərində daşımaz əmlaka sərmayə yatıran qeyri-müəyyən şəxsə xaricdən köçürülən vəsait hesabına alacağını vəd edib, mülkiyyətin qiymətləndirilməsi üçün bank əməkdaşı kimi təqdim etdiyi Sücayət Qarayevaya 2.000 manat pul verməsini bildirdikdən sonra vahid niyyətlə əhatə olunan qəsdlə 2020-ci ilin mart-aprel aylarında Bakı şəhəri Nəsimi rayonu Tbilisi prospekti 147 ünvanda yerləşən Respublika Diaqnostika Mərkəzinin qarşısında Qarayeva Sücaət İbrahim qızı vasitəsi ilə 1.000 manat, bir həftə sonra yenidən həmin ünvanda sonuncunun vasitəsi ilə 1.000 manat pulu alıb ələ keçirməklə zərərçəkmiş şəxs Zəkəriyyə Cəriyevə ümumilikdə 2.000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən digər şəxslər ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Məlikzadə Aytən Abdulxalıq qızına 2020-ci ilin avqust ayında Mənzil İnşaat Dövlət Agentliyinin Bakı şəhəri Yasamal rayonu ərazisində inşa etdiyi binadan güzəştli şərtlərlə 79 kvadrat metr sahəsi olan 3 otaqlı mənzilin alınmasında köməklik edəcəklərinə dair yalan vəd edib aldadaraq, 01 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən 27 №-li notariat kontorunda 10.000 manat pulunu alıb ələ keçirməklə zərərçəkmiş şəxs Aytən Məlikzadəyə 10.000 (on min) mant məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Müseyibov Rasim Ramiz oğlu tamah niyyəti ilə tanışı Hacıyev Rəşad Elxan oğlu ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Qəmbərov Ədalət Nəcəfqulu oğluna, sonuncunun mülkiyyətində olan və 1 200 000 manata satışa təklif etdiyi Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi «V» yaşayış sahəsi 13M ünvanda "xxxx" MTK inşa olunmuş çoxmərtəbəli binanın birinci mərtəbəsində yerləşən 883 kv.m. və 223 kv.m. sahəli qeyri-yaşayış obyektlərini bankda olan tanışları vasitəsilə 35.000 manat müqabilində qiymətləndirəcəklərini vəd edib aldadaraq, 2019-cu ilin noyabr ayının ortalarında 10.000 manat, bundan sona 2020-ci ilin mart ayınadək olan müddətdə isə 25.300 manat pulu Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi «V» yaşayış sahəsi 13M ünvanda alıb ələ keçirərək vədinə əməl etməyib zərərçəkmiş şəxs Ədalət Qəmbərova ümumilikdə 35.300 (otuz beş min üç yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə tanışı Hacıyev Rəşad Elxan oğlu və uydurma «Səfər» adı ilə təqdim etdikləri Ağasıyev Cəmil Rövşən oğlu ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Səfərov Hümbət Nayfalı oğluna, sonuncunun mülkiyyətində olan və 4 500 000 manata satışa təklif etdiyi Bakı şəhəri NZS qəsəbəsində yerləşən «Karnaval Hall» şadlıq sarayının 5 200 000 manata qiymətləndirilərək satılmasına köməklik edəcəklərinə söz verərək, daşınmaz əmlakın qiymətləndirilməsi üçün 2021-ci ilin yanvar ayında 5000 manat, guya alıcıya məxsus pulun xaricdə olmasını bildirməklə göstərilən məbləğdə vəsaitin ölkəyə çarter reysi ilə gətirilməsi adı ilə 2020-ci ilin avqust ayının sonları, sentyabr ayının əvvəllərində həmin ərəfədə azərbaycan manatına məzənnəsi ilə 51.000 manat təşkil edən 30.000 ABŞ dolları, həmçinin alqı-satqı baş tutduqdan sonra qaytarılacağını bildirməklə «Səfər» adlı şəxs xaricdə olduğu müddətdə sonuncunun borclarını ödəmək, ailəsinə yardım etmək, guya Naxçıvan Muxtar Respublikasına təyyarə ilə gətirilmiş pulun İran islam Respublikası ərazisindən yük avtomobilləri ilə keçirilib gətirilməsi və digər müxtəlif bəhanələrlə 73.000 manat pulları Hümbət Səfərovdan 2020-ci ilin yanvar ayından noyabr ayınadək olan müddət ərzində ayrı-ayrı vaxtlarda Bakı şəhərinin digər müxtəlif ünvanlarında və sonuncu dəfə ünvan 10 «Elmed» klinikasının qarşısında alıb, cəmi 129 000 manat pulu ələ keçirərək vədinə əməl etməyib zərərçəkmiş şəxs Səfərov Hümbət Nayfalı oğluna ümumilikdə 129.000 (yüz iyirmi doqquz min) manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Hacıyev Rəşad Elxan oğlu özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Samir Məstəliyevi bir müddə əvvəl tanımışdır. Belə ki, Sumqayıt şəhərində yerləşən gübrə zavodunda fəhlə işləyən zaman Samir ilə münasibəti yaranmışdır. Sonradan Samir həmin zavoddan çıxıb getmişdir. Bir aydan sonra Samir ona zəng etmiş və Sumqayıt şəhərində yerləşən “Socar-polimer” zavodunda işə düzəldiyini, orada lahiyə rəhbəri Elşad adlı şəxsin onun arvadının qohumu olduğunu bildirmişdir. Həmçinin Samir ona işlədiyi terminalda əlavə işçi qüvvəsi lazım olduğunu bildirdikdə Samirə işlədiyi şirkətə onu işə düzəltməyini xahiş etmişdir. Samir də ona əlavə olaraq bir neçə nəfər işçi də tapmaq lazım olduğunu bidirmiş, bundan sonra yaxın qohumlar və tanışlardan 14 nəfər şəxsi Samir ilə tanış etmiş və həmin şəxslərdən ümumilikdə 2700 manat pul alıb Samirə vermişdir ki, Samir onu və digər şəxsləri “Socar-polimer” zavodunda işə düzəltsin. Lakin, Samir onu və digər şəxsləri aldadaraq ona verdikləri 2700 manat pulu mənimsəyərək onları işə düzəltməmişdir. Həmin şəxslər də ondan Samirə verdikləri 2700 manat pulu tələb etməyə başlamışlar və buna görə həmin şəxslərin pulunu ödəmişdir. Namiq Nəzərov ilə internet vastəsi ilə tanış olmuş, belə ki, özünə məxsus “Daewo-Zaz Lanos” markalı **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuş və həmin avtomobili satmaq üçün internetdə satışa qoymuş, həmin vaxtdan Namiq ilə münasibəti yaranmışdır. Özünə məxsus olan avtomobili Namiqə satmış, bu hadisədən sonra Namiq ilə Bakı şəhəri, Bayıl qəsəbəsi ərazisində yerləşən çay evlərinin birində görüşmüşdür. Samirlə söhbət zamanı Samir “Tanap” lahiyəsinə işə düzəldiyini, lahiyədə yeni iş yerlərinin olduğunun bildirmiş, bu zaman tanışı Namiq Samirə işlədiyi “Tanap” lahiyəsində onu da işə düzəltməsini xahiş etmişdir. Samir də Namiqə həmin lahiyədə işə düzəldəcəyi üçün 1000 manat pulunu alacağını bildirmiş, Namiq də Samirlə razılaşmış və sənədlərinin surətini, eləcə də 1000 manat pulu sonradan Samirə vermişdir. Həmin vaxt Namiq Samirin telefon nömrəsini götürmüşdür ki, lazım olanda əlaqə saxlasınlar. Namiq sonradan zəng vuraraq Samirin onu işə düzəldəcəyi “tanap” lahiyəsinə bir nəfər də sürücünün lazım olduğunu ona deməsini, onun da dostu Elmanı Samirlə tanış etdiyini bildirmişdir. Xəlilov Tural Tofiq oğlu ilə Azadlıq prospektində yerləşən çay evlərinin birində tanış olmuşdur. Həmin vaxt Tural “Sanqaçal” terminalının “Naftalan” lahiyəsinə lahiyə rəhbəri kimi işə düzələcəyini ona bildirmişdir. Rasim Müseyibovu 4 ay olar ki, tanıyır. Rasimi Tural Xəlilovun yanında görüb tanımışdır. Bundan sonra Samiri Tural ilə tanış etmiş və onun “Naftalan” lahiyəsinə lahiyə rəhbəri kimi işə düzələcəyini bildirmişdir. Bundan təminən 20 gün sonra Samir ona zəng vurmuş və ona olan 2700 manat pul borcunu qaytaracağını bildirmişdir. Həmin vaxt Samir onunla görüşmək istədiyini demiş və onunla Bayıl qəsəbəsi ərazisində yerləşən “Meh” adlı kafedə görüşmüşlər. Həmin vaxt Tural da Samirin yanında gəlmiş, bundan sonra birlikdə həmin kafedə oturub çay içərək söhbət etmişlər. Söhbət zamanı Tural onu bir nəfər şəxslə tanış edəcəklərini, onun da həmin şəxsə narahat olmayın işiniz alınacaqdır sözlərini deməyini bildirmişdirlər. Bu sözləri deməyinin qarşılığı olaraq Samirin ona olan 2700 manat pul borcunu qaytaracaqdır. Buna görə də onlarla razılaşmış və oradan çıxıb getmişlər. Tural onlardan ayrılandan sonra 29 mart 2017-ci il tarixdə taksi sürücüsü olan Rasim ilə Gəncə şəhərinə qonaq getmiş, 05 aprel 2017-ci il tarixdə Tural ona zəng vuraraq 3-4 nəfər şəxsi işə düzəldəcəyini, onu Elman adlı şəxslə tanış edəcəyini bildirmişdir. Həmin zaman onunla razılaşmış və Tural ona Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Saraclı” restoranına gəlməyini bildirmişdir. Həmin günü, yaşadığı evdən çıxaraq Yasamal rayonu ərazisində yerləşən “Saraclı” restoranına getmiş, bundan bir qədər sonra Tural idarə etdiyi “Land-Cruser” markalı avtomobil ilə gəlmiş, onun arxasınca da Rasim idarə etdiyi “Kia” markalı avtomobili ilə gəlmiş, həmin vaxt Turalın yanında bir nəfər də şəxsin olduğunu görmüş və Tural həmin şəxsi ona təqdim edərək adının Elman olduğunu bildirmişdir. Həmçinin Tural onu həmin şəxsə “Socar” şirkətinin kadrlar şöbəsinin işçisi kimi təqdim edərək onun adını həmin şəxsə Elman olduğunu bildirmiş, həmin restoranda oturub yemək yeyib söhbət etmişlər. Bundan sonra Elman Tural ilə iş haqqında danışmağa başlamışlar. Kafedə oturan zaman Turalın Elmanı, Elmanın oğlu Orxanı, tanışı Namiqi və Elmanın bacısı oğlu Pərvizi işə düzəldəcəyini öyrənmişdir. Həmçinin işə düzəlmək üçün Turala və Samirə Elmanın özünə görə 1000, oğlu Orxana görə 1500, bacısı oğlu Pərvizə görə 1500 manat, Namiqin isə işə düzəlmək üçün 1000 manat pul verdiyini öyrənmişdir. 2017-ci ilin may ayında Rasim ona zəng vuraraq Turalın Elmanı və digər tanımadığı şəxsləri aldadarq pullarını ələ keçirib qaçdığını demiş, bundan sonra Rasimin Elman və digər şəxslər tərəfindən tutularaq Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə aparıldığını öyrənmişdir. Ədalət Qədirova məxsus olan obyektlərin qiymətləndirilməsi adı ilə 35.300 manat alınması yalandır. Hümbətin obyektlərini qiymətləndirilməsi üçün sonra qaytarmaq məqsədi ilə 3000 maat pulu Rasimə verib, sonra 2000 manatda Rasimə verib, lakin o özü şəxsən Hümbətdən pul almamışdır. 2020-ci ilin təxminən fevral ayında Zəkəriyyə adlı şəxsin Bakı şəhəri Məhəmmədi kəndi ərazisində yerləşən beton zavodunun qiymətləndirmə yolu ilə satacağına dair vəd verib ondan obyektin qiymətləndirilməsi adı ilə Sücayət adlı xanımın vasitəsilə 2000 manat pul almışdır. 2020-ci ilin avqust ayının sonlarında Cəmillə birlikdə Aytən xanıma “MİDA” tərəfindən Yasamal rayonu ərazisində inşa olunmuş mənzilin alınmasında o Aytənə yalan vəd verib onu adatmamış, 27 saylı notariat kontorunda Cəmil Ağasıyevlə Aytən Məlikzadə arasında müqavilə bağlanmış 10.000 manat pulu Aytən Məlikzadə Cəmil Ağasıyevə şəxsən vermişdir. Onun heç kimə borcu qalmamışd, bütün borclu olduğu şəxslərin ziyanı ödənilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Müseyibov Rasim Ramiz oğlu özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Rəşad Hacıyevlə uzun müddətdir ki, tanışdır. 2019-cu ilin noyabr ayının sonlarında Rəşad ona bildirmişdir ki, «birlikdə gedək Yeni Günəşli qəsəbəsinə orada bir nəfər Ədalət adlı şəxslə görüşsünlər, o, özünə məxsus olan yeni yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsini satmaq istəyir». Birlikdə Yeni-Günəşli qəsəbəsinə getmişlər. Ona Rəşad demişdir ki, qiymətləndirmə adı ilə 1.000 manat alıb bölərlər. Onlar Ədalət adlı şəxslə görüşüb, obyektinə baxıb şəkillərini çəkmişlər. Bundan təxminən 2-3 gün sonra o, Ədalətlə görüşüb, qiymətləndirmənin hazır olduğunu bildirib 1.000 manat almış və həmin puldan 300 manat Rəşada vermişdir. Bundan təxminən 10-15 gün keçəndən sonra Ədalət ona digər obyektini də satmaq istədiyini bildirmiş və həmin obyektin qiymətləndirməsi üçün 600 manat almış və həmin puldan da 300 manat Rəşada vermişdir. O, Ədalətdən ümumilikdə 2.300 manat pul almışdır. Bundan başqa təxminən 2020-ci ilin yanvar ayında Rəşad ona demişdir ki, «uşağım xəstədir, onun müalicəsi üçün mənə pul lazımdır. Bütün zərərçəkmiş şəxslərlə bağlı epizodlarda o yalnız Rəşada inanıb bu cinayətləri törətmşdir, bir sözlə Rəşad onu aldatmışdır, onun tərəfindən dəymiş ziyanın ödənilməsi ilə bağlı evlərin satıb pulları ödəmişdir, bütün zərərçəkmiş şəxslərlə barışmış, ondan zərərçəkmiş şəxslərin şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxslər Hacıyev Rəşad Elxan oğlunun və Müseyibov Rasim Ramiz oğlunun ittiham olunduqları cinayət əməlini törətmələri özlərinin qismən etirafedici ifadələrindən başqa məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxslərin ifadələri, şahid ifadələri, ekspertiza rəyləri və digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Məlikzadə Aytən Abdulxalıq qızı ifadəsində göstərmişdir ki, o, 2006-cı ildən Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsində yerləşən 182 saylı tam orta məktəbdə kimya-biologiya müəllimi vəzifəsində işləyir. Təxminən 2020-ci ilin mart ayından qərara gəlmişdir ki, əlində olan pulla 2 otaqlı mənzil alsın. Bu minvalla sosial şəbəkələrdə əmlak alqı-satqısı saytlarından Bakı şəhərində və Abşeron rayonunda satılıq mənzillərin qiymətlərini araşdırdıqdan sonra təxminən 2020-ci ilin iyul ayında onunla birlikdə eyni məktəbdə əmək müəllimi vəzifəsində işləyən və müəllimlik işindən əlavə olaraq ev alqı-satqısı işi ilə məşğul olan Günay Yusubovaya müraciət etmişdir ki, ona mənzil almaqda köməklik etsin. Həmin vaxt tətil olduğundan ailəsilə birlikdə Zərdab rayonunda ata evində olmuşdur. 2020-ci ilin avqust ayının ortalarında anası ilə birgə Zərdab rayonundan Bakı şəhərinə gəlib Günayla görüşmüş və birlikdə Xırdalan şəhərinə onun tanışı olan maklerin yanına getmişlər. Lakin baxdığı evlər xoşuna gəlməmişdir. Sonra Günay Bakı şəhərində Yeni Yasamal qəsəbəsində «MİDA» tərəfindən inşa olunmuş sosial mənzillərdən ona göstərmiş, xoşuna gədiyindən mənzillərdən 79 kv.m sahəsi olan 3 otaqlı mənzili bəyənmiş və Günaya bu barədə bildirmişdir. Günay ona Rəşad adlı şəxslə danışıb həmin mənzil işini həll edə biləcəyini bildirmişdir. Bundan sonra Rəşadla danışmış, söhbət zamanı ona sosial mənzillərlə bağlı maraqlandığını və telefon nömrəsini Günayın verdiyini bildirmiş, Rəşad satışda mənzidl qalmadığını, lakin Cəmil adlı tanışının satışda olan bir neçə mənzili olduğunu bildirərək, nömrə verərək Cəmilin nömrəsi olduğunu bildirmişdir. Belə ki, Cəmilə zəng edib onunla danışmış və o da satışda bir neçə mənzilinin olduğunu və həmin mənzillərin hansı binada, neçənci mərtəbədə yerləşməsi barədə ətraflı məlumat vermişdir. Əvvəl Cəmilə inanmamış, onu dələduza oxşatmışdır, sonra Rəşadın yanına qayıtmışlar, Rəşad and aman etmişdir ki, təmiz insandır, Rəşada inandığına görə 27 saylı notariat kontorunun qarşısında Cəmillə görüşmüş kredit müqaviləsi bağlayıb 10 000 manat pulu ona vermiş, bundan sonra Rəşad və Cəmil bildirmişlər ki, 15 sentyabr 2020-ci il tarixdən sonra adını kompüterdə görəcək, 25 sentyabr 2020-ci il və 01 oktyabr 2020-ci il tarixləri arasında mənzilin açarlarını qəbul edəcək. Həmin vaxt Günay da onların dediklərini təsdiqləmişdir. Rəşad və Rasimin dedikləri vaxt vədə çatdıqda Cəmil zəng edərək bildirmişdir ki, binanın istilik sistemində problem yarandığından mənzilin açarlarının verilməsi yubanır. Bir müddət keçəndən sonra Cəmilin telefonuna zəng çatmamış və ondan başa düşmüşdür ki, onu aldatmışlar. Ona dəymiş ziyan ödənilməmiş və həmin ziyanı Rəşad Hacıyevdən tələb edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Səfərov Hümbət Nayfalı oğlu ifadəsində göstərmişdir ki, mülkiyyətində olan ünvan 11 ünvanında yerləşən 40 sot torpaq sahəsində inşa edilmiş «Karnaval Hall» şadlıq sarayını 2019-cu ilin sonlarında satmaq qərarına gəlmiş və bu barədə tanışlarına, o cümlədən, Nizami adlı tanışına bildirmişdir. Nizami torpaq və obyektlərin alqı-satqısı ilə məşğul olmuşdur. Nizami bildirmişdir ki, Rəşad adlı tanışı var və o, obyekt alqı-satqısı ilə məşğul olur, yaxşı müştəriləri vardır. Növbəti günlərdə təxminən 2020-ci ilin yanvar ayının ortalarında Nizaminin işlətdiyi 8-ci km qəsəbəsində yerləşən, avtomobil bazarının yaxınlığındakı şadlıq evində Nizami və Rəşadla görüşmüşdür. Görüş zamanı Rəşad bildirmişdir ki, Rasim adlı tanışı onun obyektini sata bilər, onunla birlikdə bir neçə qiymətli obyekt satmışdır, onlar real iş görürlər. Növbəti günlərdə Rəşad Rasim adlı həmin tanışını onun «Elmed» klinikasındakı ofisimə gətirib tanış etmişdir. Söhbət zamanı Rasim bildirmşdir ki, onun Səfər adlı tanışı vardır, guya o, hansısa bankda filial müdiridir. Səfər hansısa vəzifəli şəxs üçün müxtəlif obyektlərin satın alınmasını təşkil edir, belə ki, həmin şəxsin Almaniyada Frankfurt şəhərində bankda külli miqdarda pulu vardır. Səfər həmin pulları Azərbaycana gətirib həmin pullarla həmin şəxs üçün obyektlərin satın alınmasını təşkil edir. Rasim həmin vəzifəli şəxsin kimliyini açıqlamaışdır. Ondan qiymətləndirmə üçün 5000 manat pul istəmişlər o, həmin pulu Rasimə vermiş, obyeki 5 200 000 manata qiymətləndiriblər. Ümumiyyətlə müxtəlif bəhanələrlə hisə hissə Rasimə 9.600 manat, Səfərin xahişi ilə Rasimə və Səfərin xalası kimi təqdim etdiyi Firuzə adlı qadına hissə-hissə 40 000 manatdan çox, Rasimə və Səfər adlı şəxsə 129 000 manat pul vermiş, Səfərin anasının dəfni üçün xərc çəkmiş Tural adlı şəxsə 4500 manat və Səfərin borcuna görə sonuncu dəfə ünvan 12 ünvanında yerləşən «Elmed» klinikasının qarşısında Ramil adlı şəxsə 5000 manat pul vermişdir. Ona dəymiş ziyan ödənilmiş, hazırda şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Nəzərov Namiq Ələddin oğlu ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi Davudoğlu küçəsi ev 20-də ailəsilə birlikdə yaşayır. Ağayev Elman Qabil oğlu onun dostudur. Elman ailəsi ilə birlikdə Gəncə şəhərində yaşayır. Hacıyev Rəşad Elxan oğlunu bir müddədir ki, tanıyır. Belə ki, o, Rəşada məxsus “Daewo-Zaz Lanos” markalı **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobili alan zaman onunla münasibəti yaranmışdır. 2017-ci ilin mart ayının əvvələrində Rəşad zəng vuraraq görüşmək istədiyini bildirmiş. Görüş zamanı Rəşad Samir adlı dostunun “Tanap” lahiyəsinin işə düzəldiyini və iş istəyən olarsa işə düzəldə biləcəklərini demişdir. Həmin vaxt o, Rəşada Samirlə əlaqə saxlamasını və iş yeri olarsa onu həmin lahiyədə işə düzəltmələrini xahiş etmişdir. Bundan 3-4 gün sonra Rəşad zəng vuraraq Samirin Bakı şəhərinə gəldiyini bildirmiş, sonra Samirin işlətdiyi mobil nömrəsinə zəng vurmuş və Samir ona Bakı şəhəri Bayıl qəsəbəsində görüşərək söhbət etməyi təklif etmişdir. O da onunla razılaşmış və həmin gün Samirlə Bayıl qəsəbəsində olan çay evlərinin birində görüşmüşdür. Həmin vaxt Samir ona “Tanap” lahiyəsində işlədiyini, həmin lahiyədə məni sürücü kimi işə düzəldə biləcəyini və buna görə də ondan 1000 manat pul alacağını bildirmişdir. Həmçinin həmin vaxt Samir ona məxsus şəxsiyyət vəsiqəsini, hərbi biletinin və əmək kitabçasının surətlərini ona verməyimi bildirmişdir. 15 mart 2017-ci il tarixdə Samir yenidən zəng vuraraq Bakı şəhərinə gəldiyini, işə düzəlmək üçün 1000 manat pulu ondan götürmək istədiyini bildirmişdir. O da razılaşmış və 1000 manat pulu hissə-hissə Rəşada vermişdir. Həmin hadisə nəticəsində ona 1000 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilmiş və heç bir şikay əvə tələbi yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Ağayev Elman Qabil oğlu ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri, Nüsrət Kəsəmənli küçəsi,ev 55-də ailəsilə birlikdə yaşayır. Nəzərov Namiq Ələddin oğlu onun dostudur. Anar adlı şəxslə dostu Namiq vasitəsi ilə tanış olmuşdur. O, sonradan Anarın əsl adının Xəlilov Tural Xəlil oğlu olduğunu öyrənmişdir. 20 mart 2017-ci ilin mart ayında dostu Namiq zəng vuraraq şirkətdə sürücü kimi işə düzələcəyini və yer olarsa onu da həmin şirkətə sürücü kimi işə düzəldə biləcəyin bildirmişdir. O da onunla razilaşmış və imkan olarsa ona xəbər etməsini xahiş etmişdir. Bundan iki-üç gün sonra dostu Namiq zəng vuraraq işə düzələcəyi şirkətə əlavə sürücü istədikləri, onu həmin şirkətdə sürücü kimi işə düzəlməsi üçün Bakı şəhərinə gələrək Samir adlı şəxslə söhbət etmək lazım olduğunu bildirmişdir. Buna görə də o, həmin günü, yəni saat 23 radələrində yaşadığı Gəncə şəhərindən çıxaraq Bakı şəhərinə gəlmişdir. Səhəri gün o, Bakı şəhərində dostu Namiq ilə görüşmüş və birlikdə Tural Xəlilov ilə görüşmüşlər. Bir müddət sonra Turalın yanına Samirdə gəlmişdir. Birlikdə dostu Namiqin idarə etdiyi avtomobilə əyləşmiş və birlikdə Azərbaycan Dövlət Dram teatrının yaxınlığına gəlmişlər. Həmin vaxt Tural özünü ona “Caspian Dreling” şirkətinin kadrlar şöbəsinin işçisi kimi təqdim edərək, Samir ilə birlikdə onun sənədlərinə baxmışlar. Turalla söhbət edən zaman Tural işlədiyi şirkətdə sürücü işləri olduğunu, onu həmin şirkətdə sürücü kimi işə düzəldə biləcəyini və buna gərə də ondan 1000 manat pul alacağını bildirmişdir. Sonra o, Namiqin yanında 1000 manat pulu və sənədlərin surətlərini Turala vermişdir. Həmin vaxt Samir də onların yanında olmuşdur. Tural ondan 1000 manat pulu qəbul etmiş və ona 2017-ci ilin may ayının ilk həftəsində işə başlayacğını bildirmişdir. 29 mart 2017-ci il tarixdə Tural zəng vuraraq Gəncə şəhərinə qonaq gəlmək istədiyini bildirdi. Səhəri gün Tural, Turalın yanında nişanlısı kimi təqdim etdiyi Günel, Günelin 6 yaşlı oğlu, 11 yaşlarında olan qardaşı, işlədiyi şirkətin sürücüsü kimi təqdim etdiyi Rasim və bir nəfər tanımadığı ayıq sürücü kimi təqdim etdiyi şəxs ilə Gəncə şəhərinə, yaşadıqları evə qonaq gəlmişlər. Onlara Rasimin idarə etdiyi “Kia” markalı avtomobil ilə gəlmişlər. Həmin vaxt Gəncə şəhərində yaşayan qohumları və tanışları onun şirkətdə işə düzəlməsini, onun işə düzəldən şəxsin evə qonaq gəldiyini eşidib gəlmişlər. Bu zaman oğlunun tanışı Amin, Elməddin, qonşuları Elgün qohumları Şıxəli, İlqar, Akif, Saday Tural ilə görüşmüşlər və iş barəsində söhbət etmişlər. Həmin günü, Amin, Elməddin və Elgün onun yaşadığı evdə 6400 manat pulu və sənədlərin surətlərini Turala vermişlər. Tural da həmin şəxsləri işlədiyi “Caspian Dreling” şirkətində sürücü kimi işə düzəldəcəyini bildirmişdir. Tural qonaq olduğu iki gün ərzində qohumlarından və tanışlarından ümumilikdə 13.000 manat pul almışdır. Həmin vaxt oğlu Sərxan Rasimdən iş barədə maraqlanaraq, Rasimin həmin şirkətin işçisi olub olmadığını soruşmuşdur. Rasim də oğlu Sərxana həmin şirkətdə işlədiyini, aylıq əmək haqqı kimi 1200 manat maaş aldığını, onların hər bir işlərini gördüyünü bildirmişdir. Tural onun oğlu Orxanın sənədlərinə baxmış və oğlu Orxanı da Bakı şəhərində “Socar” şirkətində sürücü kimi işə düzəldə biləcəyini və buna görə 1500 manat pul alacağını bildirmişdir. Evdə olan zaman Turalın mobil telefonuna zəng gəlmiş və Tural telefonda Elman müəllim adlandırdığı şəxslə danışmağa başlamıdır. O, sonradan həmin şəxsin Rəşad olmasını bilmişdir. Tural Rəşadla özünün rəisi kimi söhbət etməyə başlamış və istirahət üçün icazə istəmişdir. Bu zaman Tural telefonu mikrofana qoymuş və danışdığı şəxs ona “işlər tökülüb qalıb, kim görəcək bu işləri, Samirdə İmişlidədi” demişdir. Turalda ona “ Elman müəllim mən nişanlımla Gəncədə olan dostumun evinə gəlmişəm, bir az da mən istirahət edim” demişdir. Bir müddət sonra Turala yenə zəng gəlmiş və Elman kimi tanıtdığı şəxs ona “səni təbrik eliyirəm “Naftalan” layihəsi açılır təzə və səni də oraya layihə rəhbəri təyin edəcəm.” Turalda telefonda Rəşada dəfələrlə çox sağ ol demiş və Rəşad da Turala yeni əməkdaşlar lazım olduğunu həmin layihədə kordinator vəzifəsi olduğunu bildirmişdir. Tural getdikdən sonra qohumlarım İlqar, Arif, Nuru və Saday onun yaşadığı evə gəlmişlər. Arif, Arifin qardaşı oğlu Nuru və İlqar, oğlu Pərvini işə düzəltmək üçün hər biri 2000 manat, ümumilikdə 6000 manat pulu Turala verməsi üçün ona vermişlər. Bundan sonra qonşusu Saday onun yaşadığı evə gəlmiş və onu da şirkətdə işə düzəltmək üçün Turala verməsi üçün 1500 manat pulu da ona vermişdir. O, onlara özünün hələ işə düzəlmədiyini bildirsə də onlar ona şirkətdə iş yerinin tez dolacağını və buna görə də pulu tez verməsini xahiş etmişlər. 03 aprel 2017-ci il tarixdə qonşusu Bəxtiyar ilə Bakı şəhərinə gəlmişlər. Tural ilə Bakı şəhəri, “20 yanvar” metrostansiyasının yaxınlığında olan çay evlərinin birində görüşmüşlər. Bu zaman Tural Bəxtiyarı sənədlərin ksero surətini çıxarmağa göndərmişdir. Həmin vaxt o, Arifin ona verdiyi 2000 manat, Nurunun verdiyi 2000 manat, İlqarın oğlu Pərvini işə düzəltmək üçün verdiyi 2000 manat və qonşum Sadayın verdiyi 1500 manat, ümumilikdə 7500 manat olan pulu Turala vermişdir. Həmin vaxt Bəxtiyar da sürücü kimi işə düzəlmək üçün 2500 manat pulu onun yanında Turala vermişdir. Bundan sonra Tural sürücüsü olan Rasimi yanına çağırmış və aldığı ümumilikdə 10.000 manat pulu Rasimə vermidir ki, aparıb Elman müəllimə versin ki, qeydiyyata salsın. Bundan əlavə oğlu Orxanı və bacısı oğlu Pərvizi işə düzəltmək üçün 3000 manat pulu və sənədlərin surətlərini də Turala vermişdir. Bundan sonra oğlu Orxanın tanışları Elvin, Baloğlan, keçmiş iş yoldaşı Fərman və qonşusunun qohumu olan Cavid 05 aprel 2017-ci il tarixdə evə gəlib və ondan onları da işlədiyi şirkətdə işə düzəltmələrini xahiş etmişlər. 05 aprel 2017-ci il tarixdə saat 13 radələrində Cavid, Elvin, Fərman və Baloğlan onun yaşadığı evə gəlmişlər Elvin və Baloğlan hər biri 2000 manat olmaqla ümumilikdə 4000 manat, Cavid 2500 manat və Fərman isə 500 manat pulu və sənədlərin surətlərini ona vermilər ki, Turala göndərsin. O da onlardan aldığı 7000 manat pulu götürüb həmin günü Bakı şəhərinə yola çıxmışdır. Yolda olarkən o, Tural ilə əlaqə saxlamış və Tural ilə Bakı şəhəri, Lökbatan qəsəbəsində görüşmüşdür. Həmin vaxt o, Turalın idarə etdiyi “Land- Cruser” markalı avtomobilə əyləşmiş və orada Cavidin, Elvinin və Baloğlanın ümumilikdə ona verdiklər 7000 manat pulu və sənədlərin surətlərini Turala vermişdir. Həmin vaxt Tural ona onunla getməsini, işlədiyi şirkətin kadrlar şöbəsinin rəis müavininin köməkçisi olan Elman müəllim ilə görüşdürəcəyini bildirmişdir. Bundan sonra onlar birlikdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Saraclı” restoranına gəlmişlər. Həmin vaxt Turalın sürücüsü olan Rasim də orada olmuşdur. Həmin restoranda Tural Rəşadı ona “Socar” şirkətinin kadrlar şöbəsinin rəisi müavininin köməkçisi kimi təqdim etmişdir. Rəşad da ona “maaşın 1700 manat olacağını, 600 manat da paket verəcəyini bildirmidir. 08 aprel 2017-ci il tarixdə keçmiş iş yoldaşı Zaman zəng vurub xalası oğlu olan Yavər Rüstəmovu işə düzəltmək istədiklərini bildirmişdir. O da bu barədə Turala bildirmiş və Tural da ona Yavəri “Shaqman” markalı avtomobilə sürücü düzəldə biləcəyini bildirmişdir. Səhəri gün Zaman zəng vurub xalası oğlu Yavəri sürücü kimi işə düzəltmək üçün 1500 manat pulu və sənədlərin surətlərini göndərdiyini bildirmişdir. Bundan sonra Tural ilə “Bakı Beynəlxalq Avtovağzalına” getmiş və orada Yavəri işə düzəltmək üçün Zamanın göndərdiyi 1500 manat pulu və sənədləri götürüb Turala vermişdir. Həmin vaxt Tural onun yanında Rasimə zəng vurub və Elman müəllimə vermək üçün onda sənədlər və pul olduğunu bildirmişdir. 23 aprel 2017-ci il tarixdə Tural ilə birlikdə Gəncə şəhərinə yas mərasiminə getmiş və oradan çıxaraq onun ailəsilə birlikdə yaşadığı evə getmişdir. Həmin vaxt mənim keçmiş iş yoldaşı Zaman Əliyev Tural Xəlilovla görüşərək iş barədə maraqlanmış, “Naftalan” lahiyəsində sürücü kimi işə düzələcəyi müqabilində 1500 manat pulu və sənədləri işə düzəlmək üçün Turala vermişdir. 28 aprel 2017-ci il tarixdə qonşusu Sərxan zəng vuraraq onun tanışı olan Rəşad Nuriyevi də həmin şirkətə işə düzəltmək isdədiklərini, buna görə də Rəşadı işə düzəltmək üçün Turala veriləcək sənədləri və 2800 manat pulu yola saldığını bildirmişdir. Həmin günü, tanışı Əli Hüseynov da ona zəng vuraraq işə düzəlmək üçün o da 3000 manat pulu və sənədləri yola saldığını bildirmiş, o da həmin pulları və sənədləri götürüb Turala vermişdir. 02 may 2017-ci il tarixdə qonşusu Əli İsmayılov zəng vurmuş və onu da şirkətdə sürücü kimi işə düzəltmək üçün 3000 manat pulu yola saldığını bildirmişdir. Həmin günü saat 21 radələrində, tanışı Bəxtiyar və Tural ilə birlikdə “Bakı Beynəlxalq Avtovağzalına” getmiş və orada Əlinin göndərdiyi 3.000 manat pulu götürmüş həmin pulu da Turala vermişdir. Tural ona səhər tezdən işə çıxmaq üçün “Koroğlu” metrostansiyasının qarşısında olmalarını bildirmişdir. 03 may 2017-ci il tarixdə saat 08 radələrində o, Bəxtiyar, Arif, Namiq, Elgün və Nuru birlikdə “Koroğlu” Metrostansiyasının qarşısında görüşmüşlər. Həmin vaxt o, Turala zəng vursa da onun telefonuna zəng çatmamışdır. Bundan sonra o, buna görə Turalın sürücüsü olan Rasimə zəng vurmuş və ondan harada olduğunu, Turala zəng çatmadığını, Turala ilə əlaqəyə çıxaraq onunla əlaqə yaratmasını bildirmişdir. Bundan bir qədər sonra Rasim ona zəng vurmuş və Tural ilə əlaqə yarada bilmədiyini bildirmişdir. Rasim də onların yanına gəlmiş, onun bu işlərdən xəbərinin olmadığını bildirmişdir. Həmin vaxt onun telefonuna gizli nömrədən zəng gəlmiş və telefonda danışanın Tural olduğunu görmüşdür. Tural ona telefonda “Elman məni bağışla, mən sənə qarşı səhv elədim, mənə bir həftə vaxt ver pulu artıqlaması ilə qaytarım” sözlərini demişdir. Bundan sonra Rasimin əlində olan telefonlardan birinə mesaj gəlmiş və Nuru onun əlindən telefonu alaraq baxmağa başlamışdır. Həmin vaxt Rasimin telefonuna “mənə zəng elə ” sözləri yazılmış mesaj gəldiyini görmüşlər. Onlar həmin nömrəyə Rasimin nömrəsindən zəng vurub Tural ilə Rasimi danışdırmışlar. Həmin vaxt Rasimi Tural ilə danışdırdıqdan sonra Rasimi Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə aparmışlar. Orada o, baş vermiş hadisə barədə ərizə yazmış və onların izahatları alınmışdır. Turalın onları aldadaraq ələ keçirdiyi 45.200 manat puldan Elgün Məmmədova 2400 manat, Bəxtiyar Musayevə 2500 manat, Fərman Həsənova 500 manat, Əli İsmayılova 3000 manat, Əli Hüseynova 3000, Baloğlan Məhərrəmova 2000, Elvin Cəfərova 1800 manat, ümumilikdə 15.200 manat pulu sahiblərinə o özü geri qaytarmışdır. Hazırda ona dəymiş ziyan ödənilmiş şikay əvə tələbi yoxdur Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Əliyev Zaman Allahqulu oğlu ifadəsində göstərmişdir ki, Ağayev Elman Qabil oğlu onun keçmiş iş yoldaşıdır və Elman da öz ailəsi ilə birlikdə Gəncə şəhərində yaşayır. 2017-ci ilin aprel ayında Elmanla görüşən zaman ona “Socar” şirkətinin “Tanap” lahiyəsində iş olduğunu, Anar adlı tanışının iş axtardığını və onu da həmin işə düzəldə biləcəyini demidir. O da Elmana xalası oğlu Rüstəmov Yavər Zəfər oğlunu da işə düzəldə bilib bilməyəcəyini soruşmuş, Elmanda ona Anarla danışa biləcəyini demişdir. 23 aprel 2017-ci il tarixdə o, Elmanın yaşadığı evə getmiş, həmin vaxt Elmanın evində bir nəfər tanımadığı şəxsin olduğunu görmüşdür. Elman həmin şəxsi ona Anar kimi təqdim edərək Anarın “Socar” şirkətinin “Tanap” lahiyəsində lahiyə rəhbəri olduğunu bildirmişdir. Bundan sonra o, əsl adının sonradan Tural oğlduğunu öyrəndiyi şəxslə görüşərək iş barədə söhbət etməyə başlamışdır. Söhbət zamanı Tural ona “Tanap” lahiyəsində lahiyə rəhbəri olduğunu, tezliklə “Naftalan” lahiyəsinin açılacağını bildirmişdir. Həmçinin Tural ona “Naftalan” lahiyəsində sürücü kimi işə düzəldə biləcəyini və buna görə 1500 manat pul verməli olacağını bildirmişdir. O, da onunla razılaşmış və Elmanın yaşadığı evdə 1500 manat pulu və sənədlərin surətini işə düzəlmək üçün Turala vermişdir. Bu zaman o, Turala xalası oğlu Yavəri də işə düzədə bilib bilməyəcəyini soruşmuş, Turalda ona problem olmadığını və onuda işə düzəldə biləcəyini demişdir. Buna görə də o, Turala əlavə olaraq 1500 manatda pul vermişdir. Tural ona narahat olmamağı, tezliklə “Naftalan” lahiyəsində sürücü kimi işə başlayacağını, aylıq olaraq 1250 manat əmək haqqı alacağını, işə çıxmaq üçün Elmanla əlaqə saxlayacağını demişdir. O da onunla razılaşaraq heç bir söz demədən Elmanın yaşadığı evdən çıxıb getmişdir. Bundan sonra o, bir neçə dəfə Elmanla əlaqə saxlayaraq işlərin nə yerdə olduğunu soruşduqda Elman da Anarla əlaqə saxladığını, tezliklə işə çıxacaqlarını, narahat olmamağı bildirmişdir. O da onlara inandığı üçün heç bir söz deəməyərək gözləməyə başlamışdır. O, Elmana Anarı onlarla onun tanış etdiyini və pulunu ondan alacağını demişdir. Daha sonra 03 may 2017-ci il tarixdə işə çıxmaq üçün Nuru, Arif, Bəxtiyar, Namiq, Elgün və Elman birlikdə Bakı şəhəri “Koroğlu” metrostansiyasının qarşısında getdiklərini öyrənmişdir. Həmin vaxt Arif zəng vuraraq Turalın onları aldadaraq qaçdığını, Turalı gözləsələrdə gəlib çıxmadığını bildirmişdir. Daha sonra ona məlum olmuşdur ki, Tural onları aldadaraq işə düzəltmək adı ilə o və digər şəxslərdən ümumilikdə 45.200 manat pulu alaraq dələduzluq yolu ilə ələ keçirmişdir. Həmin hadisə nəticəsində ona 3000 manat maddi ziyan dəymişdir. Bundan sonra Elman evini satıb ona və digər şəxslərə dəymiş ziyanı ödəmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Cəriyev Zəkəriyyə Sərxan oğlu ifadəsində göstərmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Məhəmmədi kəndi ərazisində beton zavodu var, hadisədən əvvəl həmin zavodu satmaq istəmiş və bu barədə tanıdığı bir neçə əmlak alqı-satqısı işi ilə məşğul olan şəxslərə bildirmişdir. Təxminən 2020-ci ilin fevral ayında əmlakçı Emil Rəşadın mobil telefon nömrəsini ona verərək onun kömək edə biləcəyini bildirmişdir. O, zəng edib Rəşadla danışmış, söhbət zamanı Rəşada Bakı şəhəri Sabunçu rayonu Məhəmmədi kəndi ərazisində zavodu 1 000 000 manata satmaq istədiyini bildirdikdə Rəşad Almaniyada adamların olduğunu, pullarını Bakı şəhərində sərmayəyə yatırmaq istədiklərini, pulu Bakı şəhərinə bank yolu ilə köçürəcəklərini, obyektin isə qiymətləndirilməsinin keçirilməsini və bunun üçündə bankda adamı olduğunu onunla görüşüb ona 2 000 manat pul verməyini demişdir. Eyni zamanda Rəşad ona nömrə verərək bildirmişdir ki, nömrəylə əlaqə saxlayıb xanımla görüşsün, həmin xanıma 2000 manat pul versin. O, mobil telefon nömrəyə zəng edərək tanımadığı xanımla danışıb və həmin xanımla görüşüb ayrı ayrı vaxtlarda cəmi 2000 manat pul vermişdir. Bundan sonra Rəşadla mütəmadi olaraq telefon vasitəsilə əlaqə saxlamış və ilk vaxtlar Rəşad yaxın zamanda Almaniyadan pulun köçürüləcəyini desə də sonradan məlum pandemiya səbəbi ilə əlaqədar olaraq gah Almaniyadakı iş adamının Bakı şəhərinə gələ bilməməsini, gah həmin şəxsin Bakı şəhərindən Almaniyaya gedə bilməməsini, gahda bank yolu ilə pulun köçürülməsinin mümkün olmaması barədə bəhanələr gətirməyə başlamışdır. Bir neçə ay gözlədikdən sonra beton zavodun satılmadığını görüb Rəşaddan pulunu istədikdə Rəşad hədə qorxu gələrək pulu ondan istəməməsini, pulu verdiyi xanımdan istəməsini bildirmişdir. Həmin xanımda insult keçirtdiyini bildirərək xəstəxanada ağır vəziyyətdə olduğunu bildirmişdir. Sonradan istintaq dövründə ona dəymiş ziyan ödənilmişdir. Hazırda onun heç bir şikayət və təlbi yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Mehdiyev Sərxan Nizami oğlu ifadəsində göstərmişdir ki, 2017-ci ilin mart ayının sonlarında tanışlarından “Socar” şirkətinin “Tanap” lahiyəsində sürücü kimi iş yer olduğunu eşitmişdir. Buna görə də o, Elmanın Gəncə şəhərindəki evinə getmişdir. Həmin vaxt Elman ona Anar adlı tanışının olduğunu, Anarın “Socar” şirkətinin “Tanap” lahiyəsində lahiyə rəhbəri olduğunu bildirmişdir. Həmçinin Elman Anarın istəyən olarsa həmin lahiyədə sürücü kimi işə düzəldə biləcəyini demişdir. Bundan sonra Elmanın yaşadığı evdən çıxıb getmişdir. Mart ayının sonunda yenidən Elmanın yaşadığı evə getmişdir. Elman Anara zəng vuraraq şirkətdə boş sürücü yerinin olub olmadığını, əgər boş yer varsa onu da həmin şirkətdə şürücü kimi işə düzəltməsini xahiş etmişdir. Anar da sürücü yerinin olduğunu bildirmişdir. Bundan sonra o, sürücü kimi işə düzəlmək üçün Anara verməsi üçün 2800 manat pulu və sənədlərin surətini Elmana vermişdir. Sonra Elmanın Bakı şəhərinə getdiyini, sürücü kimi işə düzəlməsi üçün Elmana verdiyi 2800 manat pulu Anara verdiyini öyrənmişdir. Bundan sonra bir neçə dəfə Elmana zəng vurub maraqlandıqda Elman hər dəfə narahat olmamağı tezliklə işə çıxacağını bildirmişdir. May ayının əvvəllərində işə çıxmaq üçün “Koroğlu” metrostansiyasının qarşısına gəldikdə Anar adlı şəxsin əsl adının Tural olduğunu və onları aldadaraq pulu ələ keçirdiyini öyrənmişlər. Həmin hadisə nəticəsində ona dəymiş 2800 manat maddi ziyanı Elmandan tələb etmiş və Elmanda pulunu geri qaytarmışdır. Hazırda onun şikayət və tələbi yoxdur Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Məmmədov Elgün Elsevər oğlu ifadəsində göstərmişdir ki, 2017-ci ilin aprel ayında Elmanla görüşən zaman Elman “Socar” şirkətinin “Tanap” lahiyəsində iş olduğunu, Anar adlı tanışının işçi axtardığını və onu da həmin şirkətdə işə düzəldəcəyini demişdir. 2017-ci ili aprel ayının sonlarında Elmangilə getmiş, Elmanın evində bir nəfər tanımadığı adam görmüş, Elman həmin şəxsi Anar kimi təqdim edərək Anarın “Socar” şirkətinin “Tanap” lahiyəsində lahiyə rəhbəri olduğunu bildirmişdir. Bundan sonra o, Anarla görüşərək iş barədə söhbət etməyə başlamışdır. Anar onu “Naftalan” lahiyəsində sürücü kimi işə düzəldə biləcəyini və buna görə 2400 manat pul verməli olduğumu bildirmişdir. O da razılaşmış və Elmanın yaşadığı evdə 2400 manat pulu və sənədlərin surətini işə düzəlmək üçün Anara vermişdir. O, Elmana Anarı onlarla tanış etdiyi üçün pulunu ondan alacağını demişdir. May ayının əvvəlində işə çıxmaq üçün Nuru, Arif, Bəxtiyar, Namiq, o və Elman birlikdə Bakı şəhəri “Koroğlu” metrostansiyasının qarşısına getmişlər. Həmin vaxt aldadıldıqlarını bilmişlər, Anarı gözləsələr də gəlib çıxmadığını görmüşlər. Daha sonra məlum olmuşdur ki, özünü Anar kimi təqdim edən şəxsin adı Turalıymış. Həmin hadisə nəticəsində ona 2400 manat maddi ziyan dəymişdir. Həmin ziyanı ona Elman evini satıb ödəmişdir. Hazırda ona dəymiş ziyan ödənilmiş, onun şikay əvə tələbi yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Cəfərov Elvin Əlixan oğlu ifadəsində göstərmişdir ki, Ağayev Elman Qabil oğlunu bir həmyerli kimi tanımışdır. Elmanın oğlu Orxanla söhbət edən zaman Orxan ona atası Elmanın “Tanap” lahiyəsində sürücü kimi işə düzələcəyini və həmin şirkətdə boş sürücü yerlərinin olduğunu bildirmişdir. Bundan sonra tanışı Baloğlanla birlikdə 2017-ci ilin aprel ayının 5-də Elamanın evinə getmişlər. Söhbət zamanı Elman Anar adlı şəxsin “Tanap” lahiyəsində lahiyə rəhbəri olduğunu, işə düzəlmək üçün Anarla görüşüb söhbət etmək lazım olduğunu bildirmişdir. Həmin vaxt Elman Anara zəng vuraraq şirkətə sürücü lazım olub olmadığını soruşmuşdur. Həmin gün o, Cavid, Fərman və Baloğlan yenidən Elmanın yaşadığı evinə getmişlər. Elmanın yaşadığı evdə Cavidin, Fərmanın və Baloğlanın yanında “Tanap” lahiyəsində sürücü kimi işə düzəlməyi üçün 2000 manat pulu və sənədlərinin surətlərini Elmana vermişdir ki, Anara göndərsin, həmin vaxt Cavid 2500 manat, Baloğlan 2000 manat, Fərman isə 500 manat pulu və sənədlərin surətlərini Elmana vermişlər. Bundan sonra Elman yenidən Anar ilə telefonla əlaqə saxlayaraq işə düzəlmələri üçün onlardan lazım olan sənədlərin surətini və pulları aldığını bildirmişdir. Anar da Elmana ümumilikdə aldığı 7.000 manat pulu və sənədləri götürüb Bakı şəhərinə gəlməsini demişdir. Söhbət zamanı Anar bizə “Socar” şirkətinin kadrlar şöbəsində işlədiyini, “Naftalan” lahiyəsində “Pikap Navara” markalı avtomobildə sürücü kimi işə düzələcəyini və 1250 manat əmək haqqı alacağını bildirmişdir. Sonra Anarın əsl adının Tural olduğunu, onları aldatdığını, heç bir işə düzəltmədiyini, işə düzəltmək adı ilə ümumilikdə 45.200 manat pulu alaraq dələduzluq etdiyini öyrənmişdir. Həmin hadisə nəticəsində ona 2.000 manat maddi ziyan dəymiş, həmin ziyan Elman tərəfindən tam şəkildə ödənilmiş, hazırda onun şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Cəfərov Akif Nuru oğlu ifadəsində göstərmişdir ki, 2017-ci ilin mart ayının sonlarında qardaşı Arif ona “Socar” şirkətinin “Tanap” lahiyəsində sürücü kimi iş yeri olduğunu bildirmişdir. Bundan sonra qardaşı Arif qohumu İlqara zəng vuraraq ona da sürücü kimi iş yerlərinin olduğunu demişdir. Mart ayının axırında qohumları Şıxəli, İlqar, Pərvin Arifin yaşadığı evə gəlmişlər. Həmin vaxt qardaşı oğlu Nuru və o da Arifin evində olmuşlar. Həmin günü hamısı birlikdə Elmanın yaşadığı evinə getmişlər. Elmanın yaşadığı evin həyətinə daxil olan zaman həyətdə Elman və Anar kimi tanıdığı bir nəfər şəxsin olduğunu görmüşlər. Elman və Anarla görüşdükdən sonra birlikdə oturub iş barədə söhbət etmişlər. Söhbət zamanı Anar onlara “Socar” şirkətinin kadrlar şöbəsində işlədiyini bildirmişdir. Tural əmək haqqı kimi 1250 manat pul alacağını bildirib, həmin lahiyədə sürücü kimi işə düzəltmək üçün 2000 manat pul istəmişdir. O da işsiz olduğundan Turalın “Socar” şirkətinin işçisi olduğuna inanıb Turalla razılaşmış və tezliklə işə düzəlmək üçün 2000 manat pulu toplayıb verəcəyini demişdir. Həmin vaxt Anar qardaşı Arifi, qardaşı oğlu Nurunu “İmişli” lahiyəsində, Pərvini, Şıxəlini və İlqarı “Naftalan” lahiyəsində sürücü kimi işə düzəldə biləcəyini bildirib, hər birindən 2000 manat pul istəmişdir. Həmin günü axşam yenidən Elmanın yaşadığı evinə getmişlər. Elmanın evində “Natfalan” lahiyəsində sürücü kimi işə düzəlməsi üçün 2000 manat pulu İlqarın, Pərvinin, Arifin, Nurunun və Şıxəlinin yanında Elmana vermişdir. Elman da 2000 manat pulu qəbul edib sayaraq zərfin içərisinə qoyaraq Turala vermişdir. Bundan sonra Arif, Nuru, qohumlarım İlqar, Şıxəli və Pərvin hər biri 2000 manat pulu Turala verməsi üçün Elmana vermişlər. Elmanda həmin pulu alaraq zərfə qoyub Turala vermişdir. Tural aldığı ümumilkdə 12.000 manat pulu sürücüsü kimi tanıdıqları Rasimə verərək Rasimə həmin pulu Bakı şəhərinə apararaq Elman müəllimə verməsini bildirmişdir. Rasim də 12.000 manat pulu Turaldan götürərək çıxıb getmişdir. 2017-ci ilin aprel ayının sonlarında qardaşı Arifin mobil telefonuna zəng gəlmiş və telefonda danışan şəxs özünü “Socar” şirkətinin kadrlar şöbəsinin işçisi olduğunu, tezliklə işə çıxacaqları barədə məlumat verərərk, 03 may 2017-ci il tarixdə işə çıxmaq üçün Bakı şəhəri “Koroğlu” metrostansiyasının qarşısına gəlmələrini bildirmişlər. Buna görə də qardaşı Arif və qardaşı oğlu Nuru həmin tarixdə işə çıxmaq üçün Bakı şəhərinə getmişlər. Həmin günü qardaşı Arif zəng vuraraq Turalın onları aldatdığını, heç bir işə düzəltmədiyini, pulları alaraq ələ keçirdiyini bildirmişdir. Daha sonra ona məlum olmuşdur ki, Tural ondan və digər şəxslərdən işə düzəltmək adı ilə ümumilikdə 45.200 manat pulu alaraq dələduzluq etmişdir. Həmin hadisə nəticəsində ona 2.000 manat maddi ziyan dəyib. Hazırda ona dəymiş ziyan ödənilmiş şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Qəmbərov Ədalət Nəcəfqulu oğlu ifadəsində göstərmişdir ki, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi «V» yaşayış massivində inşa olunmuş 15 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 883 kv.m və 223 kv.m sahəsi olan iki ədəd qeyri-yaşayış obyekti var. 2019-cu ilin noyabr ayında həmin obyektləri satmaq qərarına gəlmiş və bu barədə tanıdığı əmlak alqı-satqısı ilə məşğul olan Emilə bildirmişdir. Emil tanıdığı insanların olduğunu, onların əmlakı bank yolu ilə qiymətləndirib aldıqlarını bildirərək Rəşad adlı tanışının telefon nömrəsini verərək onunla danışmağını bildirmişdir. O, Rəşad adlı şəxsin qeyd olunan mobil telefon nömrəsinə zəng edərək özünə məxsus obyekti satmaq istədiyini bildirdikdə Rəşad obyektə gəlib baxıb söhbət edəcəyini bildirmişdir. Bundan təxminən 1-2 gün sonra 2019-cu ilin noyabr ayının ortalarında Rəşad zəng edərək obyektə gəlmək istədiklərini bildirdikdə, həmin vaxt iş yerində ofisdə olduğundan onları dəvət etmişdir ki, gəlib söhbət etsinlər. Bir qədər keçdikdən sonra Rəşad, Rasim adlı şəxslə birlikdə ofisə gələrək Rasimin qiymətləndirmə işi ilə məşğul olduğunu, özünün isə Almaniyadan pulu gətirib alqı-satqını etdiyini bildirmişdir. Belə ki, Rəşadın deməsinə görə o, bir nəfər imkanlı şəxsin Almaniya Federativ Respublikasından pulunu Bakı şəhərinə gətirib həmin şəxs üçün əmlak alır. Bundan sonra Rəşad və Rasimi obyektlə tanış edərək həmin obyekti 1.200.000 manata satdığımı bildirmişdir. Rəşad və Rasim həmin qiymətlə razılaşaraq qiymətləndirmə aktında obyektin dəyərini yüksək məbləğ qeyd etdirib Almaniya Federativ Respublikasından pulu gətirib obyekti alacaqlarını, ancaq ona 1.200.000 manat verəcəklərini bildirmişlər. O da onlarla razılaşaraq 1.200.000 manat verəcəklərini, alqısatqı müqaviləsində də 1.200.000 manatın öz əksini tapacağını bildirmişdir. Bundan sonra Rəşad obyektin qiymətləndirilməsi üçün 35.000 manat verməli olduğunu demiş, həmin məbləği hissə-hissə vermək şərtilə razılaşaraq 10.000 manat pulu Rəşada vermişdir. Rəşad isə Rasimə işarə etmişdir ki, pulu götürsün və Rasim pulu götürdükdə Rəşada Rasimi tanımadığını, gələcəkdə problem olacağı təqdirdə ondan əl çəkməyəcəyini bildirmişdir. Rəşad isə ona narahat olmamağı, bu işlərin başında özünün olduğunu və ilin sonunadək alqı-satqının baş tutacağını bildirmişdir. Bundan sonra 2020-ci ilin mart ayınadək olan müddət ərzində Rəşad və Rasimə əlavə olaraq 25.300 manat pul vermişdir. Rəşad isə müxtəlif bəhanələr gətirməklə obyektin alqı-satqısının müddətini uzatmış və sonda pandemiya ilə əlaqədar sərhədlərin bağlandığını bəhanə etmişlər. Sonradan, Rəşaddan pulunu tələb etsədə Rəşad hər dəfə gözlə, düzələcək deyərək vaxtı uzatmışdır. Sonra ona dəymiş ziyanın bir qismini Rasim ödəmiş qalanından Rasimin xeyirinə imtina etmiş, lakin, Rəşada qarşı onun payına düşən 13000 manatı tələb edir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunmuş Cəfərov Arif Nuru oğlu ifadəsində bildirmişdir ki, 2017-ci ilin mart ayının sonlarında o, tanışlardan “Socar” şirkətinin “Tanap” lahiyəsində sürücü kimi iş yer olduğunu öyrənmiş və qardaşı oğlu Nuru birlikdə Elmanın yaşadığı Gəncə şəhərindəki evinə getmişlər. Həmin vaxt Elman onlara Anar adlı tanışının olmasını, Anarın “Socar” şirkətinin “Tanap” lahiyəsində lahiyə rəhbəri olduğunu bildirmişdir. Həmçinin Elman onlara istəyən olarsa həmin lahiyədə Anarın sürücü kimi işə düzəldə biləcəyini onlara demişdir. Bundan sonra o, Nuru ilə birlikdə Elmanın yaşadığı evdən çıxıb getmişlər. Bundan sonra o, qohumları İlqara zəng vuraraq sürücü kimi iş yerlərinin olduğunu demişdir. xx.xx.2017-ci il tarixdə qohumları Şıxəli, İlqar, Pərvin onun yaşadığım evə gəlmişlər. Həmin vaxt qardaşı oğlu Nuru və qardaşı Akif onun evində olmuşlar. Həmin günü, yəni xx.xx.2017-ci il tarixdə o, Akif, Şıxəli, İlqar, Pərvin və Nuru ilə birlikdə Elmanın yaşadığı ünvan 13 ünvanına getmişlər. Onlar Elmanın yaşadığı evin həyətinə daxil olan zaman həyətdə Elman və Anar kimi tanıdığı bir nəfər şəxsin olduğunu görmüşlər. Bundan sonra onlar Elman və Anarla (Turalla) görüşdükdən sonra birlikdə oturub iş barədə söhbət etmişlər. Söhbət zamanı özünü Anar kimi təqdim edən əsl adının Tural olduğunu sonradan öyrəndiyi şəxs onlara “Socar” şirkətinin kadrlar şöbəsində işlədiyini demişdir. Həmçinin Tural ona “İmişli” lahiyəsində “Mitsubişi” markalı avtomobildə sürücü kimi işə düzəldə biləcəyini, əmək haqqı kimi 1250 manat pul alacaqlarını demişdir. Tural həmin lahiyədə sürücü kimi işə düzəltmək üçün ondan 2000 manat pul istəmişdir. O da işsiz olduğu üçün Turalla razılaşaraq tezliklə işə düzəlmək üçün 2000 manat pulu toplayıb verəcəyini demişdir.Həmin vaxt Tural ona şəxsiyyət vəsiqəsinin, hərbi biletin surətlərinin və sənədlərin hazırlanması üçün 6 ədəd 3x4 fotoşəkil lazım olduğunu demişdir. Həmçinin Tural qardaşı oğlu Nurunu “İmişli” lahiyəsində, qardaşı Akifi, Pərvini, Şıxəlini və İlqarı “Naftalan” lahiyəsində sürücü kimi işə düzəldə biləcəyini deyərək hər birindən 2000 manat pul istəmişdir. Bundan sonra onlar Elmanın yaşadığı evindən çıxaraq evlərinə getmişlər. Həmin günü axşam, yəni xx.xx.2017-ci il tarixdə saat 19 radələrində onlar yenidən Elmanın yaşadığı Gəncə şəhərindəki evinə getmişlər. Elmanın evində “İmişli” lahiyəsində sürücü kimi onu işə düzəlməyi üçün 2000 manat pulu İlqarın, Pərvinin, Akifin, Nurunun və Şıxəlinin yanında Turala verməsi üçün Elmana vermişdir. Elman da 2000 manat pulu ondan alıb zərfə qoyaraq Turala vermişdir. Turalın ondan istədiyi sənədlərin surətlərini və çəkdirdiyi fotoşəkilləri də Turala vermişdir. Tural ona narahat olmamağı, 2017-ci ilin aprel ayının sonlarında “İmişli” lahiyəsində “Mitsibuşi” markalı avtobusta sürücü kimi işə başlayacağını demişdir. Bundan sonra Tural işlətdiyi mobil telefonla tanımadığı “Socar” şirkətinin kadrlar şöbəsinin müdiri kimi təqdim etdiyi Elman adlı şəxsə zəng vuraraq onu lahiyəyə işə götürməsini xahiş etmişdir. Bundan sonra Akif, Nuru, qohumları, İlqar, Şıxəli və Pərvin hər biri 2000 manat olmaqla ümumilikdə 10000 manat pulu Turala verməsi üçün Elmana vermişlər. Elmanda həmin pulu onlardan alaraq zərfə qoyub Turala vermişdir. Tural onlardan aldığı ümumilkdə 12.000 manat pulu sürücüsü kimi tanıdığı Rasim adlı şəxsə verərərk həmin pulları Bakı şəhərinə apararaq Elman müəllimə verməsini bildirmişdir. Rasim də 12.000 manat pulu Turaldan götürüb çıxıb getmişdir. Tural onların işə çıxmaqları barədə Elman Ağayevə zəng vuracağını, Elmanın da onalara xəbər edəcəyini demişdir. Bundan sonra onlar oradan çıxaraq evlərinə getmişlər. 2017-ci ilin aprel ayının ortalarında nömrəsini xatırlamadığı nömrədən ona zəng gəlmişdir. Həmin vaxt telefonda onunla danışan şəxs özünü ona “Socar” şirkətinin kadrlar şöbəsinin işçisi kimi təqdim edərək, tezliklə işə çıxacaqları barədə məlumat vermişdir. Bir müddət sonra onun işlətdiyi nömrəyə zəng gələrək işə düzəldiyini, xx.xx.2017-ci il tarixdə işə çıxmaq üçün Bakı şəhəri “Koroğlu” metrostansiyasının qarşısına gəlmələrini bildirmişlər. Buna görə də o, qardaşı oğlu Nuru ilə birlikdə xx.xx.2017-ci il tarixdə işə çıxmaq üçün Bakı şəhərinə gəlmişlər. xx.xx.2017-ci il tarixdə saat 08 radələrində o, Bəxtiyar, Nuru, Namiq, Elgün və Elman birlikdə “Koroğlu” Metrostansiyasının qarşısında görüşmüşlər. Həmin vaxt Elman Turalın işlətdiyi mobil nömrəsinə zəng vursa da Turalın telefonuna zəng çatmamışdır. Bundan sonra Elman onların yanlarında Turalın sürücüsü olan Rasimə zəng vuraraq, Rasimdən Turalın harada olduğunu, Turala zəng çatmadığını, Turala ilə əlaqəyə çıxaraq onlarla əlaqə yaratmasını demişdir. Bundan bir qədər sonra Rasim Elmana zəng vuraraq Tural ilə əlaqə yarada bilmədiyini demişdir. Elman da Rasimə onların yanılarına gəlməsini, Turalın onları aldadaraq qaçdığını demişdir. Bundan bir saat sonra Rasim onların yanlarına gələrək bu işlərdən heç bir xəbəri olmadığını onlara bildirmişdir. Bundan sonra ona məlum olmuşdur ki, Tural onları aldadaraq işə düzəltmək adı ilə ümumilikdə 45.200 manat pulu alaraq dələduzluq etmişdir. Həmin hadisə nəticəsində ona 2000 manat maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunmuş Nuruzadə Nuru Söhbət oğlu ifadəsində bildirmişdir ki, 2017-ci ilin mart ayının sonlarında əmisi Arif ona “Socar” şirkətinin “Tanap” lahiyəsində sürücü kimi iş yer olduğunu demiş və o, əmisi Ariflə birlikdə Elmanın yaşadığı Gəncə şəhərindəki evinə getmişlər. Həmin vaxt Elman onlara Anar adlı tanışının olmasını, Anarın “Socar” şirkətinin “Tanap” lahiyəsində lahiyə rəhbəri olduğunu demişdir. həmçinin Elman onlara Anarın istəyən olarsa həmin lahiyədə sürücü kimi işə düzəldə biləcəyini demişdir. Bundan sonra o, əmisi Ariflə birlikdə Elmanın yaşadığı evdən çıxıb getmişlər. xx.xx.2017-ci il tarixdə qohumları Şıxəli, İlqar, Pərvin əmisi Arifin yaşadığı evə gələrək Arifdən iş barədə maraqlanmışlar. Həmin vaxt o da əmisi Arifin evində olmuşdur. Arif də onlara qonşuluqda yaşayan Elmanın evinə getməyi, iş barədə Elmandan soruşmağı demişdir. Həmin günü, yəni xx.xx.2017-ci il tarixdə o, Arif, Akif, Şıxəli, İlqar və Pərvin birlikdə Elmanın yaşadığı ünvan 4 ünvanına getmişlər. Onlar Elmanın yaşadığı evin həyətinə daxil olan zaman həyətdə Elman və Anar kimi tanıdığı bir nəfər şəxsin olduğunu görmüşlər. Bundan sonra onlar Elman və Anarla (Turalla) görüşdükdən sonra birlikdə oturub iş barədə söhbət etmişlər. Söhbət zamanı özünü Anar kimi təqdim edən əsl adının sonradan Tural olduğunu öyrəndiyi şəxs onlara “Socar” şirkətinin kadrlar şöbəsində işlədiyini demişdir. Həmçinin Tural onu “İmişli” lahiyəsində “Pikap Navara” markalı avtomobildə sürücü kimi işə düzəldə biləcəyini, əmək haqqı kimi 1250 manat pul alacağını deyərək ondan həmin lahiyədə sürücü kimi işə düzəldəcəyi üçün 2000 manat pul istəmişdir. O da işsiz olduğu üçün Turalla razılaşıb tezliklə işə düzəlmək üçün 2000 manat pulu toplayıb verəcəyini demişdir. Həmin vaxt Tural ondan şəxsiyyət vəsiqəsinin, hərbi biletin surətini istəyərək sənədlərin hazırlanması üçün 6 ədəd 3x4 fotoşəkil lazım olduğunu demişdir. Tural əmisi Arifi “İmişli ” lahiyəsində, əmisi Akifi, Pərvini, Şıxəlini və İlqarı “Naftalan” lahiyəsində sürücü kimi işə düzəldə biləcəyini deyərək və onların hər birindən 2000 manat pul istəmişdir. Bundan sonra onlar Elmanın yaşadığı Gəncə şəhərindəki evindən çıxaraq evlərinə getmişlər. Həmin günü axşam, yəni xx.xx.2017-ci il tarixdə saat 19 radələrində onlar yenidən Elmanın yaşadığı Gəncə şəhərindəki evinə getmişlər. Elmanın evində “İmişli” lahiyəsində sürücü kimi onu işə düzəlməyi üçün 2000 manat pulu İlqarın, Pərvinin, Akifin, Arifin və Şıxəlinin yanında Elmana vermişdir ki, Turala versin. Elman da 2000 manat pulu ondan alıb zərfə qoyaraq Turala vermişdir. Həmçinin o, Turalın ondan istədiyi sənədlərin surətlərini və çəkdirdiyi fotoşəkilləri də Turala vermişdir. Tural ona narahat olmamağı və 2017-ci ilin aprel ayının sonlarında “İmişl ” lahiyəsində “Pikap Navara” markalı avtomobildə sürücü kimi işə başlayacağını demişdir. Bundan sonra Tural mobil telefonla tanımadığı “Socar” şirkətinin kadrlar şöbəsinin müdüri kimi təqdim etdiyi Elman adlı şəxsə zəng vuraraq onu lahiyəyə işə götürməsini xahiş etmişdir. Bundan sonra əmiləri, Arif, Akif, qohumları İlqar, Şıxəli və Pərvin hər birinə görə 2000 manat olmaqla ümumilikdə 10000 manat pulu Turala verməsi üçün Elmana vermişlər. Elmanda həmin pulu onlardan alıb zərfə qoyaraq Turala vermişdir. Tural onlardan aldığı ümumilkdə 12.000 manat pulu sürücüsü kimi təqdim etdiyi Rasim adlı şəxsə vermişdir ki, həmin pulu Bakı şəhərinə apararaq Elman müəllimə versin. Rasim də 12.000 manat pulu Turaldan götürərək çıxıb getmişdir. Tural onların işə çıxmaları barədə Elmana zəng vuracağını və Elmanın da onlara xəbər edəcəyini demişdir. Bundan sonra onlar oradan çıxaraq evlərinə getmişlər. 2017-ci ilin aprel ayının ortalarında nömrəsini xatırlamadığı nömrədən ona zəng gəlmişdir. Həmin vaxt telefonda onunla danışan şəxs özünü ona “Socar” şirkətinin kadrlar şöbəsinin işçisi kimi təqdim edərək tezliklə işə çıxacaqları barədə məlumat vermişdir. Bir müddət sonra onun işlətdiyi nömrəsinə zəng gələrək ona işə düzəldiyini, xx.xx.2017-ci il tarixdə işə çıxmaq üçün Bakı şəhəri “Koroğlu” metrostansiyasının qarşısına gəlmələrini demişlər. Buna görə də o, əmisi Arif ilə birlikdə xx.xx.2017-ci il tarixdə işə çıxmaq üçün Bakı şəhərinə gəlmişlər. 03.2017-ci il tarixdə saat 08 radələrində o, Bəxtiyar, Arif, Namiq, Elgün və Elman birlikdə “Koroğlu” Metrostansiyasının qarşısında görüşmüşlər. Həmin vaxt Elman Turalın işlətdiyi mobil nömrəsinə zəng vursa da Turalın telefonuna zəng çatmamışdır. Bundan sonra Elman onların yanlarında Turalın sürücüsü olan Rasimə zəng vuraraq, Rasimdən Turalın harada olduğunu, Turala zəng çatmadığını, Turala ilə əlaqəyə çıxaraq onlarla əlaqə yaratmasını demişdir. Bundan bir qədər sonra Rasim Elmana zəng vuraraq Tural ilə əlaqə yarada bilmədiyini demişdir. Elman da Rasimə onların yanılarına gəlməsini, Turalın onları aldadaraq qaçdığını demişdir. Bundan bir saat sonra Rasim onların yanlarına gələrək bu işlərdən heç bir xəbəri olmadığını onlara bildirmişdir. Bundan sonra ona məlum olmuşdur ki, Tural onları aldadaraq işə düzəltmək adı ilə ümumilikdə 45.200 manat pulu alaraq dələduzluq etmişdir. Həmin hadisə nəticəsində ona 2000 manat maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunmuş Babayev Şıxəli Şahmar oğlu ifadəsində bildirmişdir ki, 2017-ci ilin mart ayının 29-da qohumu Arif ona zəng vuraraq “Socar” şirkətinin “Tanap” lahiyəsində iş yerinin olduğunu, işə düzəlmək istəyən varsa boş yerlərin olduğunu bildirmişdir. O da bu barə də qardaşı İlqara və onun oğlu Pərvinə bildirərərk işlə maraqlanmaq üçün qohumları Arifin yaşadığı Gəncə şəhərindəki evinə getməyi təklif etmişdir. Onlar da onunla razılaşaraq birlikdə Arifin yaşadığı Gəncə şəhərindəki evinə getmişlər. Həmin vaxt Arifin yaşadığı evdə Arifin qardaşı Akif və qardaşı oğlu Nurunun olduğunu görmüşlər. Onlarla görüşüb iş barədə soruşduqda Akif və Arif onlara işlə maraqlanmaq üçün qonşuluqda yaşayan Elmanın evinə getməyi bildirmişdir. Bundan sonra olnalar birlikdə Elmanın yaşadığı ünvan 4 ünvanına getmişlər. Onlar Elmanın yaşadığı evin həyətinə daxil olan zaman həyətdə Elman və Anar kimi tanıdığı bir nəfər şəxsin olduğunu görmüşlər. Onlar Elman və Anar kimi tanıdığı şəxslə görüşdükdən sonra birlikdə oturub iş barədə söhbət etmişlər. Söhbət zamanı özünü Anar kimi təqdim edən əsl adının sonradan Tural olduğunu öyrəndiyi şəxs onlara “Socar” şirkətinin kadrlar şöbəsində işlədiyini bildirmişdir. Həmçinin Tural ona “Naftalan” lahiyəsində “Ford” markalı avtomobildə sürücü kimi işə düzəldə biləcəyini, əmək haqqı kimi 1200 manat pul alacağını demişdir. Həmçinin Tural həmin lahiyədə sürücü kimi işə düzəltmək üçün ondan 2000 manat pul istəmişdir. O da də işsiz olduğundan, Turalın sözlərinə inandığından Turalla razılaşaraq tezliklə işə düzəlmək üçün 2000 manat pulu toplayıb verəcəyini bildirmişdir. Həmin vaxt Tural ondan şəxsiyyət vəsiqəsinin, əmək kitabçasının, hərbi biletin surətlərini istəyərək sənədlərin hazırlanması üçün 6 ədəd 3x4 fotoşəkil lazım olduğunu demişdir. Tural qardaşı İlqarı və onun oğlu Pərvini “Naftalan” lahiyəsində sürücü kimi işə düzəldəcəyini və buna görə də onların hər birindən 2000 manat olmaqla ümumilikdə 4000 manat pul istəmişdir. Bundan sonra onlar Elmanın yaşadığı Gəncə şəhərindəki evindən çıxaraq yaşadıqları Göygöl rayonuna qayıtmışlar. Həmin günü axşam, yəni xx.xx.2017-ci il tarixdə saat 19 radələrində onlar yenidən Elmanın yaşadığı Gəncə şəhərindəki evinə getmişlər. Elmanın evində “Naftalan” lahiyəsində sürücü kimi işə düzəlməsi üçün 2000 manat pulu İlqarın, Pərvinin, Akifin yanında Elmana vermişdir. Elman da 2000 manat pulu ondan qəbul edib zərfə qoyaraq Turala vermişdir. Turalın ondan istədiyi sənədlərin surətlərini və çəkdirdiyi fotoşəkilləri də Turala vermişdir. Tural ona narahat olmamağı və 2017-ci ilin aprel ayının 15-də “Naftalan” lahiyəsində “Ford” markalı avtomobildə sürücü kimi işə başlayacağını demişdir. Bundan sonra Tural mobil telefonla tanımadığı “Socar” şirkətinin kadrlar şöbəsinin müdüri Elman kimi təqdim etdiyi şəxsə zəng vuraraqa onuda lahiyəyə işə götürməyi xahiş etmişdir. Bundan sonra qardaşı İlqar özünü və oğlu Pərvini işə düzəltməsi üçün 4000 manat pulu Turala vermişdir. Bundan sonra Akif, Arif və Nuru da ümumilikdə 6000 manat pulu işə düzəlmək üçün Turala vermişlər. Tural onlardan aldığı ümumilkdə 12.000 manat pulu sürücüsü kimi təqdim etdiyi Rasim adlı şəxsə verərək pulları Bakı şəhərinə apararaq Elman müəllimə verməyi tapşırmışdır. Rasim də 12.000 manat pulu Turaldan götürərək çıxıb getmişdir. Tural onların işə çıxmaları barədə Elmana zəng vuracağını, Elmanın da onlara xəbər edəcəyini demişdir. Bundan sonra onlar oradan çıxaraq evlərinə getmişlər. 15 aprel 2017-ci il tarixdə işə çıxmağı barədə heç bir xəbər olmadığını görüb Elmana zəng vurub iş barədə maraqlanmışdır. Elman da ona Tural ilə əlaqə saxlayıb məlumat verəcəyini demişdir. Bir qədər sonra Elman ona zəng vuraraq Tural ilə danışdığını, işlərin bir az gecikdiyini və aprelin 25-nə kimi işə çıxacağını bildirmişdir. O da Elmanla razılaşıb gözləməyə başlamışdır. Bir müddət sonra qardaşı İlqara “Socar” şirkətinin kadrlar şöbəsindən zəng vuraraq tezliklə işə çıxacaqlarını bildirmişlər. 25 aprel 2017-ci il tarixdə o, yenə də işə çıxmağı barədə heç bir xəbər olmadığını görüb yenidən Elmana zəng vuraraq iş barədə maraqlanmışdır. Elman da Tural ilə əlaqə saxlayıb məlumat verəcəyini demişdir. Bir qədər sonra Elman ona zəng vuraraq Turalın ona bildirdiyi kimi tezliklə işə çıxacaqlarını, narahat olmamalarını bildirmişdir. Bundan sonra Arif və Nuruya zəng gələrək işə düzəldiklərini bildirərək xx.xx.2017-ci il tarixdə işə çıxmaq üçün Bakı şəhəri “Koroğlu” metrostansiyasının qarşısına gəlmələrini bildirmişlər. Buna görə də Arif və Nuru xx.xx.2017-ci il tarixdə işə çıxmaq üçün Bakı şəhərinə getmişlər. Həmin günü Arif onlara zəng vuraraq Turalın onları aldatdığını, heç bir işə düzəltmədiyini, onların pullarını alaraq aldatdığını demişlər. Daha sonra ona məlum olmuşdur ki, Tural onları aldadaraq işə düzəltmək adı ilə ümumilikdə 45.200 manat pulu alaraq dələduzluq etmişdir. Həmin hadisə nəticəsində ona 2000 manat maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunmuş Babayev İlqar Şahmar oğlu ifadəsində bildirmişdir ki, 29 mart 2017-ci il tarixdə qardaşı Şıxəli ona qohumları Arifin zəng vuraraq “Socar” şirkətinin “Tanap” lahiyəsində iş yeri olduğu, işə düzəlmək istəyən varsa boş yerlərin olduğunu bildirdirdiyini ona demişdir. Həmin vaxt onlar qərar gəlmişlər ki, Arifin yaşadığı Gəncə şəhərindəki evinə gedərək orada iş barədə maraqlansınlar. Bundan sonra o, oğlu Pərvin və qardaşı Şıxəli ilə birlikdə Arifin yaşadığı Gəncə şəhərindəki evinə getmişlər. Həmin vaxt Arifin yaşadığı evdə Arifin qardaşı Akif və qardaşı oğlu Nurunun da olduğunu görmüşdür. Onlar iş barədə soruşduqda Akif və Arif onlara işlə maraqlanmaq üçün qonşuluqda yaşayan Elmanın evinə getməyi demişlər. Bundan sonra onlar Elmanın yaşadığı ünvan 13 ünvanına getmişlər. Onlar Elmanın yaşadığı evin həyətinə daxil olan zaman həyətdə Elman və Anar kimi tanıdığı bir nəfər şəxsin olduğunu görmüşdür. Bundan sonra onlar Elman və Anarla (Turalla) görüşdükdən sonra birlikdə oturub iş barədə söhbət etmişlər. Söhbət zamanı özünü Anar kimi təqdim edən əsl adının Tural olduğunu sonradan öyrəndiyi şəxs onlara “Socar” şirkətinin kadrlar şöbəsində işlədiyini bildirmişdir. Həmçinin Tural ona “Naftalan” lahiyəsində “Ford” markalı avtomobildə, oğlu Pərvini isə həmin lahiyədə “su maşınında” sürücü kimi işə düzəldə biləcəyini, əmək haqqı kimi 1250 manat pul alacaqlarını bildirmişdir. Həmçinin Tural həmin lahiyədə sürücü kimi onu və oğlu Pərvini işə düzəltmək üçün hər birilərinə görə 2000 manat ümumilikdə 4.000 manat pul istəmişdir. O və oğlu Pərvin işsiz olduqları üçün Turalla razılaşaraq tezliklə işə düzəlmək üçün ümumilikdə 4.000 manat pulu toplayıb verəcəyini bildirmişdir. Həmin vaxt Tural ondan və oğlu Pərvindən şəxsiyyət vəsiqələrinin, hərbi biletlərinin, əmək kitabçasının surətlərini və sənədlərin hazırlanması üçün hər biriləri üçün 6 ədəd 3x4 fotoşəkil lazım olduğunu demişdir. Həmin vaxt Tural qardaşı Şıxəlini “Naftalan” lahiyəsində sürücü kimi işə düzəldəcəyini və buna görə də Şıxəlidən 2000 manat pul istəmişdir. Bundan sonra onlar Elmanın yaşadığı Gəncə şəhərindəki evindən çıxaraq yaşadıqları Göygöl rayonuna qayıtmışlar. Həmin günü axşam, yəni xx.xx.2017-ci il tarixdə saat 19 radələrində onlar yenidən Elmanın yaşadığı Gəncə şəhərindəki evinə getmişlər. Elmanın evində “Naftalan” lahiyəsində o, və oğlu Pərvin işə düzəlmələri üçün ümumilikdə 4.000 manat pulu qardaşı Şıxəlinin, oğlu Pərvinin, Akifin, Arifin, Nurunun yanında Elmana vermişdir. Elman da 4.000 manat pulu ondan alaraq zərfə qoyub Turala vermişdir. Turalın onlardan istədiyi sənədlərin surətlərini və çəkdirdikləri fotoşəkilləri də Turala vermişdir. Tural onlara narahat olmamağı və 2017-ci ilin aprel ayının 15-də “Naftalan” lahiyəsində onun “Ford” markalı avtomobildə, oğlu Pərvinin isə “su maşınında” sürücü kimi işə başlayacaqlarını bildirmişdir. Bundan sonra Tural işlətdiyi mobil telefonla tanımadığı “Socar” şirkətinin kadrlar şöbəsinin müdiri Elman kimi tanıdığı şəxsə zəng vuraraq onarı “Naftalan” lahiyəsinə işə götürməyini xahiş etmişdir. Bundan sonra qardaşı Şıxəli, Akif, Arif və Nuru sürücü kimi işə düzəlmələri üçün hər biri 2000 manat olmaqla ümumulikdə 8.000 manat pulu Elamana vermişlər. Elman da pulu onlardan alaraq zərfə qoyaraq Turala vermişdir. Tural onıardan aldığı ümumilkdə 12.000 manat pulu sürücüsü kimi təqdim etdiyi Rasim adlı şəxsə verərək həmin pulu Bakı şəhərinə apararaq Elman müəllimə verməyini demişdir. Rasim də 12.000 manat pulu Turaldan götürərək çıxıb getmişdir. Tural onların işə çıxmaları barədə Elman Ağayevə zəng vuracağını və Elmanın da onlara xəbər edəcəyini bildirmişdir. Bundan sonra olnar oradan çıxaraq yaşadıqları evlərinə getmişlər. 15 aprel 2017-ci il tarixdə işə çıxmağı barədə heç bir xəbər olmadığını görüb Elmana zəng vurub iş barədə maraqlanmışdır. Elman da ona Tural ilə əlaqə saxlayıb məlumat verəcəyini demişdir. Bir qədər sonra Elman ona zəng vuraraq Tural ilə danışdığını, işlərin bir az gecikdiyini və aprelin 25-nə işə çıxacaqlarını bildirmişdir. O da Elmanla razılaşıb gözləməyə başlamışdır. Bir müddət sonra ona “Socar” şirkətinin kadrlar şöbəsindən zəng gələrək tezliklə işə çıxacaqlarını bildirmişlər. 25 aprel 2017-ci il tarixdə o, yenə də işə çıxmağı barədə heç bir xəbər olmadığını görüb yenidən Elmana zəng vuraraq iş barədə maraqlanmışdır. Elman da Tural ilə əlaqə saxlayıb məlumat verəcəyini demişdir. Bir qədər sonra Elman ona zəng vuraraq Turalın ona bildirdiyi kimi tezliklə işə çıxacaqlarını, narahat olmamalarını bildirmişdir. Bundan sonra Arif və Nuruya zəng gələrək işə düzəldiklərini, xx.xx.2017-ci il tarixdə işə çıxmaq üçün Bakı şəhəri “Koroğlu” metrostansiyasının qarşısına gəlmələrini bildirmişlər. Buna görə də Arif və Nuru xx.xx.2017-ci il tarixdə işə çıxmaq üçün Bakı şəhərinə getmişlər. Həmin günü Arif onlara zəng vuraraq Turalın onları aldatdığını, heç bir işə düzəltmədiyini, onların pullarını alaraq aldatdığını bildirmişlər. Daha sonra ona məlum olmuşdur ki, Tural onları aldadaraq işə düzəltmək adı ilə ümumilikdə 45.200 manat pulu alaraq dələduzluq etmişdir. Həmin hadisə nəticəsində ona 4.000 manat maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunmuş Nəbiyev Amin Vaqif oğlu ifadəsində bildirmişdir ki, 2017-ci ilin mart ayının sonlarında o, qohumlarından “Socar” şirkətinin “Tanap” lahiyəsində sürücü kimi iş yer olduğunu öyrənmişdir. Buna görə də o, işlə maraqlanmaq üçün xx.xx.2017-ci il tarixdə qohumu Elməddinlə birlikdə Elmanın yaşadığı ünvan 4 ünvanına getmişdir. O, Elmandan iş barədə maraqlanan zaman Elman həqiqətən iş yeri olduğunu və onu da həmin şirkətə işə düzəldə biləcəyini demişdir. Elmanın yaşadığı evin həyətinə daxil olan zaman həyətdə Anar kimi tanıdığı bir nəfər şəxsin olduğunu görmüşlər. Bundan sonra onlar Elman və Anarla görüşüb iş barədə söhbət etməyə başlamışlar. Söhbət zamanı özünü Anar kimi təqdim edən şəxs onlara “Socar” şirkətinin kadrlar şöbəsində işlədiyini demişdir. Həmçinin Anar ona “Naftalan” lahiyəsində “Pikap Navara” markalı avtomobildə sürücü kimi işə düzəldə biləcəyini, əmək haqqı kimi 1250 manat pul alacağını bildirib, lahiyədə sürücü kimi işə düzəltmək üçün ondan 2000 manat pul istəmişdir. O da işsiz olduğu üçün və Anarın “Socar” şirkətinin işçisi olduğuna inanıb Anarla (Turalla) razılaşaraq tezliklə işə düzəlmək üçün 2000 manat pulu toplayıb verəcəyini bildirmişdir. Həmin vaxt Tural ondan şəxsiyyət vəsiqəsinin, hərbi biletin surətlərini və sənədlərin hazırlanması üçün 6 ədəd 3x4 fotoşəkil lazım olduğunu demişdir. Həmin vaxt qohumu Elməddin də ondan xahiş etmişdir ki, 2000 manat pul da əlavə olaraq onun işə düzəlməsi üçün yerinə versin və işə çıxandan sonra pulu qaytaracaq. Buna görə də o, əlavə 2000 manat pulu da Elməddinin yerinə vermişdir. Həmin gün, yəni xx.xx.2017-ci il tarixdə saat 19 radələrində onlar yenidən Elmanın yaşadığı Gəncə şəhərindəki evinə getmişlər. Elmanın evində “Naftalan” lahiyəsində sürücü kimi onu və Elməddini işə düzəlmələri üçün 4000 manat pulu Elməddinin yanında Elmana vermişdir. Elman da 4000 manat pulu ondan alıb zərfə qoyaraq Anara (Turala) vermişdir. Həmin vaxt o, sənədlərin surətlərini və çəkdirdiyi fotoşəkilləri Anara vermişdir. Anar onlara narahat olmamağı və 2017-ci ilin aprel ayının sonlarında “Naftalan” lahiyəsində “Pikap Navara” markalı avtomobildə sürücü kimi işə başlayacaqlarını bildirmişdiri. Bundan sonra Anar işlətdiyi mobil telefonla tanımadığı “Socar” şirkətinin kadrlar şöbəsinin müdiri kimi təqdim etdiyi “Elman” adlı şəxsə zəng vuraraq onu lahiyəyə işə götürməyini xahiş etmişdir. Anar onların işə çıxmaqları barədə Elman Ağayevə zəng vuracağını və Elmanın da onlara xəbər edəcəyini bildirmişdir. Onlar da Anarla (Turalla) razılaşaraq oradan çıxaraq yaşadıqları evlərinə getmişlər. 2017-ci ilin may ayında o, Elmanla və tanışları ilə əlaqə saxlayan zaman ona məlum olmuşdur ki, özünü Anar kimi təqdim edən şəxsin əsl adı Turaldır və Tural onların hamısını aldadaraq pullarını almışdır. Həmin hadisə nəticəsində ona 4000 manat maddi ziyan dəymişdir. Bundan sonra o, pulunu Elmandan tələb etməyə başlamış və Elmanda evini satıb onların hamısının pullarını qaytarmışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunmuş Məhərrəmov Baloğlan Alim oğlu ifadəsində bildirmişdir ki, Cəfərov Elvin Əlixan oğlu onun tanışıdır. Elvinlə söhbət edən zaman Elvin ona tanışı Elmanın “Tanap” lahiyəsində sürücü kimi işə düzələcəyini və həmin şirkətdə boş sürücü yerlərinin olduğunu bildirmişdir. Bundan sonra o, tanışı Elvinlə birlikdə 05 aprel 2017-ci il tarixdə Elmanın evinə getmişdir. Bundan sonra onlar birlikdə Elmanla iş barədə söhbət etməyə başlamışlar. Söhbət zamanı Elman onlara Anar adlı şəxsin “Tanap” lahiyəsində lahiyə rəhbəri olduğunu, işə düzəlmək üçün Turalla görüşüb söhbət etmək lazım olduğunu bildirmişdir. Həmin vaxt onların xahişi ilə Elman Anara zəng vuraraq şirkətə sürücü lazım olub olmadığını soruşmuşdur. Anar da Elmana “Elman” müəllimlə söhbət edəcəyini, işlədiyi şirkətdə boş yerin olduğunu və onların sənədlərinin surətlərini və pulu alıb ona göndərməyini bildirmişdir. Bundan sonra o, və Elvin Elmanın yaşadığı evdən çıxıb getmişdir. Həmin gün, yəni xx.xx.2017-ci il tarixdə saat 13 radələrində o və Elvin yenidən Elmanın yaşadığı evinə getmişlər. O, Elmanın yaşadığı evdə Elvinin yanında “Tanap” lahiyəsində sürücü kimi işə düzəlməyi üçün 2000 manat pulu və sənədlərinin surətlərini Elmana vermişdir ki, Anara göndərsin. Bundan sonra Elman yenidən Anar ilə telefonla əlaqə saxlayaraq işə düzəlmələri üçün onlardan lazım olan sənədlərin surətini və pulları aldığını bildirmmişdir. Anar da Elmana onlardan aldığı pulu və sənədləri götürüb Bakı şəhərinə gəlməsini demişdir. Söhbət zamanı Anar adlı şəxs onlara “Socar” şirkətinin kadrlar şöbəsində işlədiyini, “Naftalan” lahiyəsində “Pikap Navara” markalı avtomobildə sürücü kimi işə düzələcəyini və 1250 manat əmək haqqı alacağımı bildirmişdir. Anar onların işə çıxmaları barədə Elman Ağayevə zəng vuracağını və Elmanın da onlara xəbər edəcəyini bildirmişdir. Bundan sonra onlar da oradan çıxaraq yaşadıqları evə getmişlər. O, bir neçə dəfə Elmana zəng vuraraq işlərin nə yerdə olduğnu, haçan işə çıxcaqları barədə soruşduqda Elman ona Anarla danışdığını, tezliklə işə çıxacaqlarını bildirmişdir. Daha sonra Anar adlı şəxsin əsl adının Tural olduğunu, onları aldatdığını, heç bir işə düzəltmədiyini, onları aldadaraq işə düzəltmək adı ilə ümumilikdə 45.200 manat pulu alaraq dələduzluq etdiyini öyrənmişdir. Həmin hadisə nəticəsində ona 2.000 manat maddi ziyan dəymişdir. Bundan sonra isə Elman evini satıb onalara dəymiş ziyanı tam şəkildə ödəmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunmuş Babayev Saday Ənvər oğlu ifadəsində bildirmişdir ki, 2017-ci ilin mart ayının sonlarında o, qohumlarından “Socar” şirkətinin “Tanap” lahiyəsində sürücü kimi iş yer olduğunu öyrənmişdir. Buna görə də o, Elmanın Gəncə şəhərindəki evinə getmişdir. Həmin vaxt Elman ona Anar adlı tanışının olmasını, Anarın “Socar” şirkətinin “Tanap” lahiyəsində lahiyə rəhbəri olduğunu bildirmişdir. Həmçinin Elman ona Anarın istəyən olarsa həmin lahiyədsə sürücü kimi işə düzəldə biləcəyini demişdir. Bundan sonra o, Elmanın yaşadığı evdən çıxıb getmişdir. xx.xx.2017-ci il tarixdə o, yenidən Elmanın yaşadığı evə getmişdir. Elman Turala zəng vuraraq şirkətdə boş sürücü yerinin olub olmadığını, əgər boş yer varsa onuda həmin şirkətdə şürücü kimi işə düzəltməsini xahiş etmişdir. Tural da sürücü yerinin olduğunu bildirmişdir. Bundan sonra o, sürücü kimi işə düzəlməyi üçün Turala verməsi üçün 1500 manat pulu və sənədlərimin surətini Elmana vermişdir. Daha sonra Elmanın Bəxtiyarla birlikdə Bakı şəhərinə getdiklərini, sürücü kimi işə düzəltməsi üçün Elmana verdiyi 1500 manat pulu Turala verdiyini öyrənmişdir. Tural işə çıxmaqları barədə Elman Ağayevə zəng vuracağını və Elmanın da bizə xəbər edəcəyini bildirdi. bundan sonra mən bir neçə dəfə Elmanla əlaqə saxlayaraq işlərin nə yerdə olduğunu soruşduqda Elman da ona Turalla əlaqə saxladığını, tezliklə işə çıxacaqlarını, narahat olmamalarını bildirmişdir. Bundan sonra o, bir neçə dəfə Elmana zəng vurub maraqlandıqda Elman hər dəfə ona narahat olmamağı tezliklə işə çıxacağını bildirmişdir. Daha sonra “Socar” kadrlar şöbəsindən Nurunun işlətdiyi mobil nömrəsinə zəng gələrək xx.xx.2017-ci il tarixdə işə çıxmaq üçün Bakı şəhəri “Koroğlu” metrostansiyasının qarşısına gəlmələrini bildirdiklərini öyrənmişdir. Bundan sonra Nuru, Arif, Bəxtiyar, Namiq, Elgün və Elman birlikdə “Koroğlu” Metrostansiyasının qarşısında görüşmüşlər. Həmin vaxt Arif zəng vuraraq Turalın onları aldadaraq qaçdığını bildirmişdir. Daha sonra ona məlum olmuşdur ki, Tural onları aldadaraq işə düzəltmək adı ilə ümumilikdə 45.200 manat pulu alaraq dələduzluq yolu ilə ələ keçirmişdir. Həmin hadisə nəticəsində ona 1500 manat maddi ziyan dəymişdir. Bundan sonra o, pulunu Elmandan tələb etməyə başlamışdır, Elman da onun pulunu geri qaytarmışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunmuş İsmayılov Əli İqbal oğlu ifadəsində bildirmişdir ki, 2017-ci ilin aprel ayında qohumum Amin ona zəng edərək tanışı Elman vasitəsi ilə “Socar” şirkətinin “Tanap” lahiyəsində iş olduğunu və işə düzəlib düzəlmək istəmədiyini soruşmuşdur. O da işsiz olduğundan işə düzəlmək istədiyini demişdir. Bundan sonra 2017-ci ilin aprel ayında dəqiq günü xatırlamadığı tarixdə o, Elmanla görüşmşdür. Elman ona Anar adlı tanışının işçi axtardığını və onu da həmin işə düzəldə biləcəyini demişdir. Elmanın yaşadığı evində Elman Anar adlı şəxsə zəng vuraraq şirkətdə boş sürücü yerinin olub olmadığını, əgər boş yer varsa onuda həmin şirkətdə şürücü kimi işə düzəltməsini xahiş etmişdir. Anar da sürücü yerinin olduğunu bildirmişdir. Bundan sonra o, sürücü kimi işə düzəlməsi üçün Anara verməsi üçün Elmana 3000 manat pulu və sənədlərinin surətini vermişdir. Daha sonra Elmanın Bakı şəhərinə getdiyini, sürücü kimi işə düzəltməsi üçün Elmana verdiyi 3000 manat pulu Elmanın Anara verdiyini öyrənmişdir. Anar işə çıxmaları barədə Elman Ağayevə zəng vuracağını və Elmanın da olnara xəbər edəcəyini bildirmişdir. Daha sonra Amin ona zəng vuraraq işin alınmadığını özünü Anar kimi təqdim edən şəxsin əslində Tural olduğunu və onları aldadaraq qaçdığını bildirmişdir. Həmin hadisə nəticəsində ona 3000 manat maddi ziyan dəymişdir. Bundan sonra o, pulunu Elmandan tələb etməyə başlamış, Elmanda onun pulunu geri qaytarmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Mehdiyev Nizami Bəhmən oğlu ifadəsində göstərmişdir ki, Bakı şəhərində bir çox restoranlarda inzibatçı vəzifəsində işləmiş. Eyni zamanda Bakı şəhərində bir çox restoran sahiblərini tanıdığından hərdən tanıdığı insanlara kirayə restoran götürüb işlətməkdə köməklik göstərir. 2019-cu ilin dekabr ayının sonlarında tanışı Hümbət müəllim zəng edərək Xətai rayonu «NZS» qəsəbəsində yerləşən «Karnaval Hall» şadlıq sarayını satmaq istədiyini bildirərək müştəri tapmaqda köməklik etməsini xahiş etmiş, bu barədə tanışı ev alqısı-satqısı ilə məşğul olan Emilə zəng edərək bu barədə bildirmişdir. Emil ona müştərilərindən birinin dayısının Almaniya- Azərbaycan birgə bankı olduğunu və Rəşadın mobil telefon nömrəsini ona demişdir ki, onunla danışsın. O, Rəşadın mobil telefon nömrəsinə zəng edib onu işlədiyi «Şam Bağı» restoranına dəvət etmişdir. Rəşad bildirmişdir ki, obyekti dostunun dayısı bank yolu ilə alacaqdır. Həmin vaxt restoranda işi çox olduğuna görə Rəşada obyektin sahibi ilə danışıb 2-3 gün ərzində onları görüşdürəcəyini bildirib ayrılmışlar. Təxminən 2-3 gün sonra, Rəşadı yenidən işlədiyi restorana dəvət etmiş və eyni zamanda Hümbət müəllimədə zəng edib onu restorana dəvət etmişdir. Hümbət müəllimi Rəşadla tanış etişdir. Söhbət zamanı Hümbət müəllim şadlıq sarayını 4 500 000 manata satdığını bildirdikdə Rəşad Hümbət müəllimə dostunun dayısının bankı olduğunu, bank yolu ilə obyekti onların almaq istədiyini, obyekti bank yolu ilə aldıqları üçün obyekt qiymətləndirilməli və onlar şadlıq evini 5 200 000 manata qiymətləndirib alqı-satqı zamanı artıq qalan pulu özlərinə götürəcəklərini bildirmişlər. Hümbət müəllimdə bununla razılaşaraq bildirmişdir ki, onun üçün heç bir fərqi yoxdur, ona lazımdır ki, obyekti istədiyi qiymətə satılsın. Rəşad isə bildirmişdir ki, qiymətləndirmənin aparılması üçün 5000 manat pul verilməlidir. Həmin vaxtı onların söhbətinə müdaxilə edərək Rəşada etiraz edərək bildirmişdir ki, əvvəlcədən pul verilməyəcək, gətirəcəkləri şəxs gəlib obyektin şəkillərini çəkib qiymətləndirməni etdikdən sonra obyektin alqı-satqısı baş tutduqda o özü 5 000 manat yox 10 000 manat verəcək. Çünki, Hümbət müəllim ona söz vermişdir ki, obyekt satılacağı təqdirdə ona 50 000 manat hörmət edəcək. Lakin Hümbət müəllim bildirmişdir ki, «Nizami sən narahat olma mən 5 000 manat pulu verirəm, təki obyekt satılsın» və Hümbət müəllim Rəşadla razılaşıb birbirlərinin telefon nömrələrini götürüb ayrılmışlar. Bundan bir neçə müddət keçdikdən sonra, Hümbət müəllimdən maraqlananda bildirmişdir ki, Rəşad obyekti alan dostu Rasimlə onu görüşdürmüş və bir nəfər şəxs gətirib obyektin şəkillərini çəkdirib və iş qiymətləndirmədədir, bunun üçündə 5 000 manat pul verib, təxminən 20 gün, 1 ay ərzində alqı-satqı olmalıdır. Təxminən 1 ay yarım vaxt keçdikdən sonra Hümbət müəllim bildirmişdir ki, «bu iş uzanır, mənim bunlardan ağlım bir şey kəsmir, gətirib pulu qaytarsınlar, pandemiya qurtarandan sonra obyekt alqı-satqıya gedəndə yenidən verərəm». O, Rəşada zəng edib bildirmişdir ki, Rasimə desin ki, Hümbət müəllimdən aldıqları pulları gətirib Hümbət müəllimə qaytarsın, Rəşad da dostu Rasimi restorana göndərmişdir. Rasim restorana gələrək onunla görüşüb pandemiya ilə bağlı onların işlərinin uzandığını, Almaniyadan pulun göndərilməsini gözlədiklərini, səbrli olmalarını, yaxın vaxtlarda Almaniyadan pul göndəriləcəyini bildirmişdir. Təxminən 1 ay da, gözlədikdən sonra pulun Almaniyadan göndərilmədiyini, pandemiyanın uzandığını görüb onlardan pulun qaytarılmasını tələb etmişlər. Bundan sonra Rasim və Rəşad 1 həftə ərzində müxtəlif bəhanələrlə vaxtı uzatmışlar, həmin müddətdə Emillə bərabər onlara zəng edərək danışıb Hümbət müəllimdən aldıqları pulu qaytarmalarını tələb etmişlər. Təxminən 1 həftə keçəndən sonra onların gəlmədiyini görüb Rasimə zəng edib obyektə çağırdıqda Rasim onun iştirakı olmadan Hümbət müəllimlə görüşüb pulu qaytardıqlarını bildirmişdir. O, Hümbət müəllimə zəng edib Rasimin pulu qaytarıb-qaytarmamasını soruşduqda Hümbət müəllim bildirmişdir ki, «Nizami narahat olma, allah razı olsun, onlar gəlib pulu qaytardılar, inşallah obyekt satılsın sənin hörmətini edəcəm». Bundan sonra Hümbət müəllimlə bir neçə dəfə zəng edib hal əhval tutaraq obyektin satılıb-satılmamasını soruşmuş, Hümbət müəllim də hər dəfə pandemiya ilə bağlı hələ də obyektin alqısatqısının uzandığını bildirmişdir. Sonuncu dəfə 31 dekabr 2020-ci il tarixdə Hümbət müəllimə zəng edib onun bayramını təbrik edərkən Hümbət müəllim ona Rasim və Rəşad adlı şəxslərin onu aldadıb külli miqdarda pulunu ələ keçirib yoxa çıxdıqlarını bildirmiş və həmçinin ona da məlum olmuşdur ki, Rasim və Rəşad qiymətləndirmə üçün aldıqları 5 000 manat pulu da qaytarmamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nəsirov Rövşən Mikayıl oğlu ifadəsində göstərmişdir ki, Səfərov Hümmət Nayfalı oğlu atacs ilə əmi uşağıdırlar və eyni zamanda uşaqlıqdan dostdurlar. Təxminən bir müddət bundan əvvəl, Hümbət müəllimin bacısı nəvəsi Anar təxminən 3-4 dəfə ona müxtəlif məbləğlərdə pul verib bildirmişdir ki, Hümbət müəllim tapşırığı ilə bu pulu Bakı şəhəri Yasamal rayonu ərazisində metronun 20 Yanvar stansiyasının yaxınlığında yerləşən Respublika Onkologiya Mərkəzinin qarşısında Firuzə adlı qadına aparıb çatdırsın. Həmin vaxt Anar ona Firuzənin mobil telefon nömrəsini vermişdir ki, Respublika Onkologiya Mərkəzinin qarşısına çatdıqda həmin nömrə ilə əlaqə saxlayıb həmin qadınla görüşüb pulları ona versin. O da Anardan müxtəlif məbləğlərdə olan pulları müxtəlif vaxtlarda alıb Bakı şəhəri Yasamal rayonu ərazisində metronun 20 Yanvar stansiyasının yaxınlığında yerləşən Respublika Onkologiya Mərkəzinin qarşısına gedib orada Firuzə adlı qadınla görüşüb ona vermişdir. İşlə bağlı başqa ona heç bir hal məlum deyildir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan olunmuş Xəlilov Tural Tofiq oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə istintaq orqanı tərəfindən barəsində həbs qətimkan tədbiri seçilməklə həmin vaxtdan Bakı İstintaq Təcridxanasında saxlanılır. Hazırda barəsində olan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun icraatındadır. Rasim Müseyibovla 1996-1997-ci illərdən tanışdır, dostluq edirlər. Rasimlə ünvan 14 ünvanda yaşadığı vaxtdan dostluq etmişdir. Belə ki, Rasim qonşu binada yaşayırdı. Rəşad Hacıyevlə isə 2015-ci ildən tanışdır və aralarında dostluq münasibətləri vardır. Belə ki, Rəşadla “ABC” yuyucu vasitələr şirkətində birlikdə işləmişdir. Təxminən 2020-ci ilin oktyabr-noyabr aylarında Rasimdən ona olan 3500 manat borcunu istəmişdir. Bundan 1-2 gün sonar Rasimlə görüşəndə Rasim ona bildirmişdir ki, dostu Səfər adlı şəxsin əmisindən gedib 5000 manat alıb onun pulunu qaytaracaqdır. Həmçinin Rasim ona demişdir ki, işdir birdən lazım olsa zəmg edib onu çağıracaq, həmin adama təsdiq etməlidir ki, Səfərin ona 5000 manat borcu qalıbdır. Bundan sonar Rasim ondan ayrılıb getmiş, həmin vaxt özü “Vorovski” qəsəbəsində pivə içmişdir. Rasim getdikdən təxminən yardım saat sonra ona zəng vurub Binəqədi rayonu Mir Cəlal küçəsində yerləşən Elmed klinikasının qarşısındakı kafeyə çağırmış, oraya çatanda Rasimin təxminən 55 yaşlarında bir nəfər şəxslə masada oturub çay içdiklərini görmüş, həmin zaman onlara yaxınlaşmış, Rasim də onu həmin şəxsə təqdim etmiş, eyni zamanda həmin şəxslə tanış olduqda ona məlum olmuşdur ki, həmin şəxs Elmed klinikasının sahibi Hümbət müəllimdir. Hümbət müəllim ondan Səfər adlı şəxs barədə sorğu-sual etmiş, belə ki, səfəri haradan tanıdığını və onunla nə kimi münasibətlərinin olmasını soruşduqda sonuncuya Səfəri vasitəçilikdən tanıdığını, onunla yaxın dost olmadıqlarını, onun anası rəhmətə getdiyi üçün borc pul verdiyini və hazırda ona 5000 manat pul borcu olduğunu bildirmişdir. Belə ki, Rasim əvvəlcədən ona bildirmişdir ki, Hümbət adlı şəxsə Səfərin anası vəfat edən zaman ona borc pul verdiyini bildirsin. Hümbət müəllimlə təxminən 10-15 dəqiqə oturduqdan sonra Hümbət müəllimin Rasimə pul vermək istəmədiyini görmüş, belə ki, həmin zaman Hümbət müəllim Rasimə bildirmişdir ki, Səfər Almaniyadan mobil telefon vasitəsilə olduğu yerin məlumatını atsın və əmin olsun ki, Səfər həqiqətən də Almaniyadadır. Rasim isə həmin zaman Hümbət müəllimə müxtəlif bəhanələr gətirirdi. Bundan sonra Hümbət müəllimin Rasimə pul verməyəcəyini görüb onlardan ayrılıb Gənclik metrostansiyası yaxınlığındakı “Gitar” kafesinə getmiş və Rasimə də gedəcəyi yer barədə məlumat vermişdir. Təxminən 2-3 saatdan sonra Rasim onun yanına gələrək Hümbət müəllimdən pul aldığını bildirib ona olan borcunun hamsını, yəni 3500 manatı qaytarmışdır. Rasimdən Səfər mövzusunun nə mövzusu olduğunu soruşduqda Rasim ona demişdir ki, Hümbət müəllim dostum Səfərin əmisidir, Səfərin ona borcu var, həmin pulu ondan ancaq bu yolla ala bilərdi. Ona görə də Səfərin ona borcu olduğunu bildirmişdir. Rasim və Rəşadın Hümbət müəllimə qarşı dələduzluq etmələrindən sonradan məlumatı olmuşdur. Bundan başqa Rəşad, Rasim və Cəmil onun yanında Hümbət müəllimlə heç bir danışıq aparmamışlar, onların Hümbət müəllimə qarşı dələduzluq əməllərində özünün hər hansı bir iştirakı olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan olunmuş Ağayev Elman Qabil oğlu ifadəsində göstərmişdir ki, Xəlilov Tural Tofiq oğlunu dayısı Elmanın vastəsi ilə tanımışdır. Tural özünü onlara Anar kimi təqdim etmişdir. Hacıyev Rəşad Elxan oğlunu da sonradan tanımışdır. Tural Xəlilov Rəşadı onlara Elman müəllim kimi təqdim etmişdir. Müseybov Rasim Ramiz oğlunu da Tural sürücüsü kimi tanımışdır. xx.xx.2017-ci il tarixdə Gəncəşəhərində yaşayan dayısı Elman ona zəng vuraraq, işə düzələcəyi üçün Bakı şəhərinə gəldiyini, Bakı Beynəlxalq avtovağzalında onu qarşılamağını bildirmişdir. Bundan sonra o da özünə məxsus olan “Cevrolet-aveo” markalı avtomobilim ilə dayısı Elmanı qarşılamaq üçün “Bakı Beynəlxalq avtovağzalına” getdərək dayısı Elmanı qarşılayıb birlikdə “20 yanvar” metrostansiyasının yaxınlığında olan kafelərin birinə gəlmişlər. Həmin kafedə dayısı Elman ona bir nəfər şəxsi göstərib adının Anar (Tural) olduğunu və onu işə düzəldəcəyini, gələcəkdə onun müdürü olacağını ona bildirmişdir. Bundan sonra dayısı Elman və Anar kimi tanıdığı Tural Xəlilov onun idarə etdiyi avtomobilə əyləşlər və onlar birlikdə Bakışəhəri 3-cü MKR dairəsi adlanan yerə getmişlər. Burada yeznəsi İqbal da gəlib onun idarə etdiyi avtomobilə əyləşmişdir. Onlar bilikdə Bakəşəhəri Yasamal rayonu ərazisində yerləşən “Saraclı” restoranına getmişlər. Həmin restoranda Elman Turalı yeznəsi İqbala təqdim edərək Turalın “Tanap” lahiyəsində lahiyə rəhbəri olduğunu, onu həmin lahiyədə sürücü kimi işə düzəldəcəyini bildirmişdir. Bundan sonra Turala zəng gəlmiş və Tural telefonla danışmaq üçün çöləçıxmışdır. Həmin vaxt yeznəsi İqbal dayısı Elmana Turalın onu aldadacağını, düzgün insana oxşamadığını demişdir. Bundan sonra onlar restorandan çıxaraq dayısı Elman ilə birlikdə onların yaşadıqları evə getmişlər. Elman hərə dəfə Bakışəhrinə gələn zaman onun ailəsi ilə bilrikdə yaşadığı evdə qalmışdır. Bundan bir neçə gün sonra dayısı Elman yaşadığı Gəncəşəhərinə geri dönmüşdür. xx.xx.2017-ci il tarixdə Elman ona zəng vurmuş və o Elmanı götürüb Bakışəhəri Yasamal rayonu ərazisində yerləşən “Saraclı” restorana getmişdir. Onlar restorana çatan zaman Turalın və Turalın sürücüsü olan Rasimin restoranın qarşısında oğlduğunu görmüşlər. Bundan sonra onlar restorana daxil olduqda Tural Rəşadı onlara göstərib “Tanap” lahiyəsinin kadrlar şöbəsinin rəisi kimi təqdim edərək adının Elman olduğunu bildirmişdir. Söhbət zamanı Tural Rəşada (Elmana) “ Elman müəllim dediyim adam budur, siz də maaşı barədə məlumat verin özüdə bilsin” sözlərini demişdir. Rəşad da (Elmanda) dayısı Elmana “maaşın 1700 manat olacaq, 600 manat da paket verəcəm, mənim üçün əsas işdi siz nə desəz edəcəm amma işləmək lazımdı“Gürcüstan” layihəsini götürmüşəm oranında rəhbəri özüm olacam” sözlərini demişdir. Bundan sonra onlar birlikdə oturub yemək yemişlər. Daha sonra onlar oradan çıxaraq Turalın idarə etdiyi məxsus “Land Cruser” markalı avtomnobili ilə birlikdə Bakışəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən hamama getmişlər. O, dayısı Elmanı və Turalı hamama düşürüb yaşadığı Masazır qəsəbəsindəki evinə getmişdir. Tural (Anar) bir neçə dəfə atası ilə birlikdə işlədiyi “Avto servisə” gələrək atası ilə iş barədə söhbət etmişdir. Həmin vaxt Tural atasına onu “Tanap” lahiyəsində sürücü kimi işə düzəldə biləcəyini bildirmiş və buna görə onlardan 1500 manat pul istəmişdir. Atası da ilk öncə Tural ilə razılaşsa da sonradan yeznəsi İqbal atasının onun işə düzəlməyi üçün Turala 1500 manat pulu verməyə qoymamışdır. İqbal Turala “sən Elgünü işə düzəlt sənə 1500 manat deyil 2500 manat verəcəm” sözlərini demişdir. Bundan sonra Tural onu işə düzələdəcəyini bildirib çıxıb getmişdir. Bundan sonra dayısı Elman ilə birlikdə Tural ilə bir neçə dəfə görüşmüşdür. xx.xx.2017-ci il tarixdə dayısı Elman ona zəng vurmuş və Turalın onu digər şəxsləri aldadaraq pullarını alaraq qaçdığını bildirmişdir. Həmçinin dayısı Elman ona Turalın sürücüsü olan Rasimlə birlikdə olduğunu və onun da onların yanlarına “Koroğlu” metrostansiyasının qarşısına gəlməyini bildirmişdir. İşi olduğu üçün gələ bilməyəcəyini dayısı Elmana bildirmişdir. Bundan bir qədər sonra dayıs Elman ona zəng vurmuş və Rasimi Nəsimi RPİ-nin 19-cu PB-nə apardıqlarını və Rasimin atasının oraya gələrək onlarla söhbət etdiklərini bildirmişdir. Bundan sonra Rasimi Binəqədi RPİ-nin 40-cı PB-nə aparmışlar və orada dayısı Elman bu hadisə barədə şikayət ərizəsi yazmışdır. Sonradan öyrənmişdir ki, Tural Xəlilov “Tanap” lahiyəsində işə düzəltmək adı ilə dayısı Elmandan 1000, dayısı oğlu Orxandan 1500 manat, xalası oğlu Pərvizdən 1500 manat və tanımadığı şəxslərdən ümümilikdə 45.200 manat pulu aldadaraq ələ keçirmişdir. Dayısı Elman özünün, oğlu Orxanın və xalası oğlu Pərvizin işə düzəlməyi üçün verdiyi ümumilikdə 4.000 manat pulu yeznəsi İqbaldan borca alaraq Turala vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan olunmuş Müseyibov Asim Ramiz oğlu ifadəsində göstərmişdir ki, anket məlumatında qeyd olunan, valideynlərinə məxsus ünvanda ailəsi və valideynləri ilə birlikdə yaşayır. Daimi iş yeri olmadığından özünə məxsus olan «Ravon» markalı **-XM-*** nömrə nişanlı avtomobillə taksi fəaliyyətilə məşğul olur. Müseyibov Rasim Ramiz oğlu doğma qardaşıdır. Rasim ailəsi ilə birlikdə atasının mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində yerləşən Dərəçiçək MTK tərəfindən inşa edilmiş yaşayış binasında yaşayır. Qardaşı Rasimi sonuncu dəfə 2020-ci ilin noyabr ayının əvvəllərində yaşadığı evin həyətində görüb onunla hal-əhval tutmuşdur. Bundan bir müddət sonra anasından eşitmişdir ki, Hümbət adlı şəxs qardaşı Rasimin həyat yoldaşı Mələyə zəng edərək Rasimin onu aldadaraq külli miqdarda pulunu ələ keçirdiyini bildirmişdir. O, bu barədə eşidən kimi Rasimə zəng etmişdir ki, ondan bu barədə məlumat alsın, lakin Rasimin telefonuna zəng çatmamışdır. O, Rasimin həyat yoldaşına zəng edib ondan Rasimin onunla əlaqə saxlayıb-saxlamasını soruşduqda Mələk ona bildirmişdir ki, Rasim evə gəlmir, onunla da əlaqə saxlamır, ancaq arada uşaqlara zəng edib onlarla əlaqə saxlayır. O, Mələyə Rasimin telefonuna zəng etdiyini, lakin zəng çatmadığını bildirərək sonuncudan xahiş etmişdir ki, Rasim zəng etdikdə ona zəng etməsini desin. Eyni zamanda Mələkdən Hümbət adlı şəxsin telefon nömrəsini alıb həmin şəxsə zəng edib onunla Bakı şəhəri Nəsimi rayonu 9-cu mikrorayonda yerləşən «Elmed» Klinikasında görüşmüşdür. Hümbət müəllimlə görüş zamanı sonuncu Rasim və onun əlbir olduğu şəxslərin onun etibarından sui-istifadə edib 129 000 manat pulunu ələ keçirdiklərini bildirmişdir. Bundan bir neçə gün sonra Rasim ona zəng etdikdə o, Rasimə Hümbət müəllimlə görüşdüyünü, Hümbət müəllimin ona Rasimin 129 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyini bildirdikdə, Rasim də cavabında Hümbət müəllimdən 10 000 manat pul aldığını, yerdə qalan pulları Hümbət müəllim kimə verdiyini özünün bildiyini, ona zəng edib pulları istəyiblər və o, Hümbət müəllimdən o pulları götürüb həmin şəxslərə verdiyini bildirmişdir. O, Rasimdən həmin şəxslərin kimlər olmasını soruşduqda Rasim həmin şəxslərin kimlər olmasını Hümbət müəllimin özünun bildiyini bildirərək ona həmin şəxslər barədə məlumat verməyərək onunla görüşməkdəndə imtina etmişdir və həmin vaxtdan ona bir neçə dəfə müxtəlif mobil telefon nömrəsindən zəng edib əlaqə saxlasa da, onunla görüşməkdən imtina etmişdir. Həmçinin A.Müseyibov bildirmişdir ki, Rasimin həyat yoldaşı Mələk Hümbət adlı şəxsin ona zəng edərək Rasimi axtardığını, anasına deyəndə Mələk Rasimin son 2 ayda evə 2-3 gündən bir gəldiyini demişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan olunmuş Quliyev Anar Məhəmməd oğlu ifadəsində göstərmişdir ki, Səfərov Hümmət Nayfalı oğlu anasının dayısıdır. O, təxminən 15 ildir ki, H.Səfərova məxsus olan "xxxx" MMC-nin satış müdiri vəzifəsində çalışır. MMC xarici dövlətlərdən donmuş balıq məhsullarını gətirərək respublikada topdan və pərakəndə satışı ilə məşğul olur. Rasim Müseyibovu dayısı Hümbət müəllimin vasitəsi ilə tanımışdır. 12 avqust 2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində Rasimə bir neçə dəfəyə Hümbət dayısının tapşırığına əsasən işlədiyi MMC-nin xəzinəsindən pul götürüb ümumilikdə 31000 manat pul vermişdir. Belə ki, Hümbət müəllim ona zəng edərək Rasim adlı şəxsin çalışdığı ofisə gələcəyini, yaxudda Rasim adlı şəxsin və Rasim adlı şəxsin xalası Firuzə adlı qadının mobil telefon nömrəsini verərək həmin nömrələrə zəng edib həmin şəxslərlə görüşüb müxtəlif məbləğlərdə 1500, 1700, 2000, 2500, 3100 və 5000 manat məbləğində pullar verməsini tapşırmış, o, da də iş yoldaşı Rövşənlə birlikdə Hümbət dayısının tapşırığını icra etmişdir. Dayısından eşitdiyindən ona məlum olmuşdur ki, Rasim dayısına məxsus şadlıq evinin satışını təşkil etmiş və bununla əlaqədar dayısından pullar almışdır. 2020-ci ilin avqust ayının 28-də saat 15 radələrində ofisdə olarkən dayısı ona bildirmişdir ki, Rasimə 51.000 manat pul verməlidir, həmin məbləğdə pulu ofisdən götürüb Rasimlə görüşə gedəcəklərini bildirmişdir. O, ofisdən 51.000 manat pul götürmüş və dayısı ilə birlikdə onun avtomobili ilə Xırdalanda yerləşən ofisdən çıxıb Gənclik metrostansiyasının yanına «Caspian» ticarət mərkəzinin qarşısına gəlmişlər. Rasim onları orada gözləmişdir, salamlaşdıqdan sonra dayısı ona demişdir ki, Rasimi yaşadığı evə aparıb pulu ona mənzilinin qapısının ağzında versin. Çünki Rasim maşınsız olmuşdur, ona görə də dayısı təhlükəsizlik baxımından Rasimi böyük məbləğdə pul ilə tək buraxmaq istəməmişdir. Dayısı orada onun avtomobilindən düşmüş, o, Rasimi öz avtomobili ilə sonuncunun yaşadığı Təbriz küçəsində yerləşən Təfəkkür universitetinin arxasındakı hündürmərtəbəli binanın yanına aparmışdır. Rasimlə birlikdə yaşadığı 14-cü mərtəbədəki mənzilinin qarşısına qalxmışlar və giriş qapısının qabağında Rasimə 51.000 manat pulu vermişdir, Rasim pulu götürüb evə daxil olmuş və o, da çıxıb getmişdir. Ondan sonra o, Rasimə pul verməmişdir. Bir müddət sonra dayısından eşitmişdir ki, Rasim, dayısından külli miqdarda pul almış, lakin aldadaraq vədinə əməl etməmişdir və qaçıb gizlənmişdir. Bundan sonra o, dayısının tapşırığı ilə 2-3 dəfə Rasimin evinə gedib qapısını döymüş, qapının arxasından bir qadın Rasimin evdə olmadığını bildirmişdir. Həmçinin A.Quliyev bildirmişdir ki, Rasim adlı şəxsə pulları əsasən Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesi döngə 7 ünvanında yerləşən MMC-nin ofisində və Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsində yerləşən «Günəş Petrol» YDM-nin yaxınlığında, Firuzə adlı qadına isə iş yoldaşı Rövşənlə birlikdə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən «Respublika Onkologiya Mərkəzi»nin qarşısında vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan olunmuş Əhmədov Emil Mübariz oğlu ifadəsində göstərmişdir ki, təxminən 2012-ci ildən əmlak alqı-satqısı ilə məşğul olur. Nizami Mehdiyevi təxminən 2009-cu ildən tanıdığını, onunla dost münasibətində olmuşdur. Təxminən 2020-ci ilin yanvar ayında Nizami ona zəng edərək yaxın tanışı olan Hümbət müəllimin özünə məxsus olan Bakı şəhəri Xətai rayonu NZS qəsəbəsində yerləşən «Karnaval Hall» şadlıq sarayını satdığını, əgər ona müştəri tapıb satmaqda köməklik etsələr onlara 50 000 manat pul verəcəyini bildirmişdir. O, Nizami Mehdiyevə Rəşad adlı makler tanışının yaxşı müştəriləri olduğunu, onunla danışıb xəbər edəcəyini bildirmişdir. O, Rəşada zəng edib dostu Nizaminin ona zəng edəcəyini, əlində satılıq şadlıq sarayı olduğunu bildirmişdir. Daha sonra Nizamiyə zəng edərək Rəşadın ***-***-**-** və ***-***-**-** nömrəli mobil telefon nömrələrini vermişdir ki, zəng edib danışıb onunla görüşüb söhbət etsin. Bu söhbətdən bir neçə gün sonra o, Nizami ilə əlaqə saxlayıb ondan Rəşadla görüşüb-görüşməməsini soruşduqda Nizami Rəşadla görüşüb onu Hümbət müəllimlə tanış etdiyini bildirmişdir. Təxminən 15-20 gün keçdikdən sonra Nizami ona zəng edərək bildirmişdir ki, Rəşad və onun dostu Rasim Hümbət müəllimdən obyektin qiymətləndirməsi üçün 5 000 manat pul almışlar, lakin obyektin alqı-satqısı ləngiyir, Hümbət müəllim pulunu istəyir, Rəşada desin ki, aldıqları pulları qaytarsınlar. O, Rəşada zəng edərək Hümbət müəllimdən aldıqları 5 000 manatı qaytarmalarını demiş sonuncu pulu sabah qaytaracağına söz versədə bir neçə gün bu gün sabah qaytaracağı barədə bəhanələr etmişdir. Bir neçə gün keçdikdən sonra Nizami ona zəng edərək bildirmişdir ki, Hümbət müəllim ona zəng edərək bildirib ki, pulu qaytarıblar. O, dərhal Rəşada zəng edərək pulu qaytarıb-qaytarmadıqlarını soruşduqda Rəşad bildirmişdir ki, bu gün Rasimlə birlikdə Hümbət müəllimin ofisinə gedərək pulu qaytarmışlar. Bundan sonra o, Hümbət müəllimin obyektinin məsələsilə bağlı maraqlanmamışdır. Təxminən 2021-ci ilin fevral ayının əvvəllərində Hümbət müəllimlə telefonla danışarkən ona məlum olmuşdur ki, Rəşad və Rasim Hümbət müəllimin 129 000 manat pulunu aldadıb ələ keçiriblər. Həmçinin E.Əhmədov ifadəsində göstərmişdir ki, təxminən 2019-cu ilin sentyabr ayında onu Rəşad ***-***-**-** nömrəli mobil telefon nömrəsindən istifadə etdiyi Votsap tətbiqi vasitəsilə yaratdığı, özünün həmin qrupun admini olduğu «ev, torpaq, obyekt və mənzil alqı-satqısı» qrupuna daxil etmiş, Rəşadı həmin vaxtı ümumiyyətlə tanımamışdır. Ehtimal etmişdir ki, qrupun yaradacısı onun mobil telefon nömrəsini sosial şəbəkələrdən götürüb qrupa əlavə etmişdir. Həmin qrupda çoxlu saydı əmlak alqı-satqısı ilə məşğul olanlar olmuş və hamı orada müxtəlif əmlak alqı-satqısı ilə bağlı elanlar yerləşdirmişdir. Gün ərzində həmin qrupa çoxlu elanlar yerləşdirildiyindən hətta o, bir neçə dəfə həmin qrupu tərk etsə də qrupun yaradıcısı onu yenidən qrupa əlavə etmişdir. Bir dəfə həmin qrupun yaradıcısı Rəşad qrupda kimdə ev, torpaq, mənzil, obyekt varsa və sata bilmirsə Almaniya-Azərbaycan bankı vasitəsilə qiymətləndirmə yolu ilə almaqları barədə elan yerləşdirmişdir. O, Rəşadı ilk dəfə 2020-ci ilin yay aylarında canlı olaraq görüb tanış olmuş, o vaxtacan onunla votsap vasitəsilə görüntülü danışmışdır. İlk dəfə Nizaminin ona dediyi Hümbət müəllimə məxsus şadlıq evi məsələsini Rəşada dedikdən sonra tanışları Hafiz müəllimin Bakı-Sumqayıt yolunda yerləşən 38 ha torpaq sahəsinin satılması məsələsini Rəşada demişdir ki, Rəşad dostu Rasimlə birlikdə həmin torpaq sahəsinin qiymətləndirilməsi adı ilə 30.000 manat pulunu, tanışı Ədalət müəllimin "xxxx" MTK tərəfindən inşa olunmuş yeni yaşayış binasında olan 885 kv.m sahədə qeyri yaşayış sahəsinin qiymətləndirilməsi adı ilə 35.000 manat pulunu və digər tanışı Zəkəriyyə müəllimin Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən 6000 kv.m sahədə olan beton zavodunun qiymətləndirilməsi adı ilə 2.000 manat pulunu alıb ələ keçirmişlər İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan olunmuş Yusubova Günay Gülhüseyn qızı ifadəsində göstərmişdir ki, təxminən 2002-ci ilin əvvəllərindən Bakı şəhəri Binəqədi rayonu 182 nömrəli orta məktəbdə texnologiya müəlliməsi vəzifəsində işləyir. Ailəsinin maddi sıxıntısı olduğundan təxminən 3 ildir ki, müəllimlik işindən əlavə boş vaxtlarında əmlak alqı-satqısı işi ilə məşğul olur. Aytən Məlikzadə ilə iş yoldaşıdır, aralarında çox yaxşı münasibətləri vardır. Təxminən 2020-ci ilin yay aylarında Aytən ona bildirmişdir ki, qardaşının uşağı Talessemiya xəstəsidir, uşaq əməliyyatdan sonra təcrid olunmuş vəziyyətdə yaşamalıdır, Xırdalan şəhərindən ev almaq istəyir, ona görə də ona Xırdalan şəhərindən ev tapmağı xahiş etmişdir. Aytənə Xırdalan şəhərində əmlak alqı-satqısı işi ilə məşğul olan Elşən adlı tanışının olduğunu bildirib onlara köməklik etməsi üçün birlikdə Elşənin yanına getməyi təklıif etmişdir. Bu söhbətdən bir neçə gün sonra Aytən anası ilə birlikdə Bakı şəhərinə gəlmiş və birlikdə görüşüb Xırdalan şəhərinə gedib Elşənlə görüşmüşlər. Həmin zaman Aytən və anasını Elşənlə tanış edib özünün işi olduğundan onlardan ayrılıb getmişdir. Bundan bir neçə gün sonra Aytən ona bildirmişdir ki, Elşənin onlara təklif etdiyi bir neçə mənzilin içərisindən bir mənzildən xoşu gəlibdir, lakin ilkin ödəniş üçün 25.000 manat tələb olunur ki, bunada pulları çatmır. Bundan sonra Aytənə Vatsap qrupuna yerləşdirilmiş bir elan olduğunu, həmin elanı ona baxması üçün göndərəcəyini bildirmiş, həmin elanın təxmini mətni belə olmuşdur ki, Yasamalda ASAN xidmətin arxasında "xxxx" MTK tərəfindən sosial evlər tikilmiş və pulun müqabilində həmin MTK-ya verilmiş mənzillər vardır ki, həmin mənzillər satışa çıxarılmışdır». Həmin mətni Aytənə göndərmiş və bildirmişdir ki, elanı yerləşdirmiş Rəşad adlı şəxslə danışsın. Aytən də həmin elanla tanış olduqdan sonra elanı yerləşdirmiş Rəşad adlı şəxslə mobil telefon əlaqəsi yaradıb onunla danışmışdır. Bu barədə Aytən özü ona deyərək qeyd etmişdir ki, Bakı şəhərinə gəldikdə gedib yerində həmin mənzillərlə tanış olacaqdır. Təxminən 15-20 gün keçəndən sonra Aytən Bakı şəhərinə onun yaşadığı evə gəlmiş, onunla səhər yeməyi yeyib birlikdə evdən çıxıb 4-cü mkr-da yerləşən orta məktəbə getmişdirlər. Aytən həmin gün imtahan vermiş, özü isə sonuncunu bayırda gözləmişdir. Təxminən 1 saatdan sonra Aytən imtahandan çıxmış və yenidən onun yaşadığı evə getmişdirlər. Evdə hazır yemək olduğundan Aytənə nahar edib birlikdə evdən çıxmağı təklif etmiş, belə ki, həmin gün ortaq rəfiqələri Arzu ilə görüşməli idilər, lakin Arzunun şəxsi işləri çıxdığından onların görüşüləri alınmamışdır. Aytən isə nahar etməkdən imtina etmiş və onu tələsdirərək bildirmişdir ki,bu gün yenidən rayona qayıtmalıdır, zəng et Rəşadla görüşək ev məsələsini bu gün həll edək. Bundan sonra Rəşada zəng edib onun harada olmasını soruşaraq onunla görüşmək istədiyini bildirdikdə Rəşad 4-cü mkr-da «Qəbələ» restoranında olduğunu, həmin yerə gəlib görüşməyi və alqısatqı üçün notariusa getməyi təklif etmişdir. Daha sonra Aytənə Rəşadın ona dediklərini bildirmiş, Aytən isə gedib Rəşadla görüşüb həmin günü ev məsələsini həll edib qurtarmağı bildirmişdir. Belə olub Aytənlə birlikdə Qəbələ restoranına getmiş və orada Rəşadla görüşmüş, Rəşad onlara mənzil barədə ətraflı məlumat verməyə başlamışdır. Həmin vaxtı fikri dağınıq olduğundan onların söhbətlərinə qulaq asmamış və Rəşadla Aytən öz aralarında mənzillə bağlı söhbətlər etmişdirlər. Təxminən 1 saata qədər orada olduqdan sonra Rəşad bildirmişdir ki, gedək notarusa Cəmil bizi orada gözləyir. Rəşaddan Cəmilin kim olmasını soruşduqda Cəmilin "xxxx" MTK-da işlədiyini və müdirin ən yaxın adamı olduğunu bildirmişdir. Bundan sonra birlikdə Vorovski dairəsində yerləşən notarusa getmişlər. Orada Aytənlə Cəmil öz aralarında müqavilə bağlamış, həmin müqaviləyə dair sonradan bilmişdir ki, həmin vaxtı onlar öz aralarında kredit müqaviləsi bağlamışlar və Rəşadla Cəmil Aytənin 10.000 manat pulunu ələ keçirmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan olunmuş Qarayeva Sücayət İbrahim qızı ifadəsində göstərmişdir ki, ünvan 17 ünvanında qeydiyyatda olsa da, 2010-cu ildən həmin mənzili satdığından həmin ünvanda yaşamır. Bu müddət ərzində Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda kirayəşin yaşamışdır, hazırda isə Abşeron rayonu Xırdalan şəhərində yuxarıda qeyd olunan ünvanda qohumlarına məxsus evdə tək yaşayır. Ali tibbi təhsilli olduğundan yaşadığı yerlərdə qonum-qonşuya, eləcə də tanışlarına tibbi xidmətlər göstərməklə dolanır. Təxminən 2019-cu ilin avqustsentyabr aylarında sosial şəbəkə vasitəsilə Rəşad Hacıyevlə tanış olmuşdur. Belə ki, sosial şəbəkədə kirayə mənzil axtarmağı ilə bağlı paylaşım etmişdir. Rəşad da ona Bakı şəhərinin 20-ci sahə, Şıx qəsəbəsində bir neçə ucuz evlər təklif etdikdə ona yazmışdır ki, həmin ünvanlar çox uzaqdır, şəhər mərkəzinə yaxın ünvanlarda ucuz mənzil axtarır. Həmin vaxt başqa bir sosial şəbəkə istifadəçisi ondan həmin zaman yaşadığı Bakı şəhəri Yasamal rayonu H.ünvan 20 ünvanda yerləşən "xxxx" MTK tərəfindən inşa olunmuş binada kirayə mənzil olması ilə bağlı ondan soruşduqda həmin şəxsə yaşadığı binanın 6cı girişində kirayə mənzil olduğunu yazaraq əlaqə üçün mobil telefon nömrəsini qeyd etmişdir. Rəşad da onun nömrəsini oradan götürüb ona zəng edib danışmışdır. Söhbət zamanı Rəşad ona bildirmişdir, qohum-tanışlarında bahalı əmlak satıb edən olsa xəbər etsin, belə ki, onun adamları var qiymətləndirmə yolu ilə alırlar. Bundan sonra Rəşadla bir neçə dəfə telefon vasitəsilə danışarkən Rəşad onun yaşlı, kimsəsiz, xəstə qadın olduğunu bildikdən sonra ona təmənnasız dərman alıb gətirib vermişdir. Rəşad özünü dindar adam, xeyriyyəçi adam kimi təqdim edərək ona yaxşılıqlar etməyə başlamış, bir müddət keçəndən sonra təxminən 2020-ci ilin fevral ayının sonlarında Rəşad ona zəng edib bildirmişdir ki, bir müştəri var onun beton zavodunu qiymətləndirmə yolu ilə satacaqdır, lakin hazırda Şəki şəhərində olduğundan həmin müştəri ilə görüşə bilmir, onun mobil nömrəsini həmin müştəriyə vermiş, əgər ona zəng etsələr onunla görüşüb qiymətləndirmə üçün ondan 2 000 manat pulu götürsün, alqı satqı baş tutsa onun üçün uzuc qiymətə bir otaqlı mənzil alıb ona bağışlayacaqdır. Bundan sonra Zəkəriyyə müəllim zəng etmiş və onunla yaşadığı binanın arxa hissəsində Bakı şəhəri Yasamal rayonu Tbilisi prospektində yerləşən Respublika Diaqnostika Mərkəzinin yaxınlığındakı Aptekin qarşısında görüşmüş, Zəkəriyyə müəllim ona 1.000 manat pul verərərək bildirmişdir ki, 1.000 manatı da 1 həftədən sonra verəcəkdir. Zəkəriyyə müəllimdən ayrıldıqdan sonra Rəşadla telefon əlaqəsi yaradıb ona Zəkəriyyə müəllimin 1.000 manat pul verdiyini və 1.000 manatı da 1 həftəyə verəcəyini bildirmiş, Rəşad da ona bildirmişdir ki, 1.000 manatı taksi ilə «Azneft» meydanına göndər. Belə olub taksi saxladıb 1.000 manat pulu taksi sürücüsünə verib onun nömrəsini alıb Rəşada vermiş və onlar bir-biri ilə danışmışdırlar. Bundan bir müddət sonra Rəşaddan pulun ona çatıb-çatmadığını soruşduqda Rəşad pulun ona çatdığını təsdiqləmişdir. Bu hadisədən təxminən 1 həftə sonra təxminən mart ayının əvvəllərində Zəkəriyyə müəllimlə eyni yerdə görüşüb ondan yenə də 1.000 manat almış, həmin pulu Rəşad həmin gün gəlib ondan götürmüşdür. Bundan sonra Zəkəriyyə müəllim onunla əlaqə saxlamamış, lakin 1 həftə, on gün keçəndən sonra Rəşaddan Zəkəriyyə müəllimin obyektinin alqı-satqısının baş tutub-tutmaması ilə bağlı maraqlananda Rəşad ona bildirmişdir ki, pandemiyaya görə uçuşlar dayandığından pulun xaricdən gəlməsi yubanır. Həmin vaxtı həqiqətən də pandemiya ilə bağlı bütün beynəlxalq uçuşlar dayandırıldığından Rəşadın dediklərinə inanmışdır. Bundan bir müddət sonra Zəkəriyyə müəllim ona zəng edərək ondan qiymətləndirmə üçün verdiyi 2.000 manatı istədikdə həmin vaxt insult keçirtdiyindən müalicə qəbul etdiyi üçün ona insult keçirtdiyini və Rəşadla əlaqə saxlayıb pulunu ondan almasını bildirmişdir. Eyni zamanda özü də Rəşada zəng edib Zəkəriyyə müəllimin pulunu qaytarmasını bildirmişdir. Bundan bir müddət sonra Rəşaddan Zəkəriyyə müəllimin pulunu qaytarıb-qaytarmadığını soruşduqda Rəşad ona bildirmişdir ki, onun pulunu qaytarsın. Təxminən 3-4 ay ərzində yataq şəraitində müəalicə almış, həmin müddətdə Rəşad onu ziyarət edərək ona dərmanlar alıb gətirmişdir. Sağalıb ayağa qalxdıqdan sonra təxminən 2020-ci ilin iyul ayının sonlarında Rəşada bildirmişdir ki, ona uyğun bir iş tapa bilsə işləmək istəyir. Rəşad da ona bildirmişdir ki, bir nəfər Kürdəmir rayonundan olan qadın var onkoloji xəstədir, hazırda Respublika Onkologiya Mərkəzində müalicə alır və həmin qadın xəstəxanadan cərrahiyyə əməliyatı olunduqdan sonra həmin qadına baxıb qulluq edəcəksən, bunun müqabilində ayda 500 manat məvacib verəcəklər. Buna görə də hətta Respublika Onkologiya Mərkəzinin qarşısındakı binadan kirayə də ev götürmüşdür. Hətta həmin ərəfədə təxminən iyul ayının sonlarında avqust ayının əvvəllərində ona zəng gəlmiş, telefona cavab verdikdə tanımadığı bir kişi bildirmişdir ki, kişinin başına iş gələrdə, həmin şəxsdən kim olduğunu soruşduqda həmin şəxs də bildirmişdir ki, haradasınızsa sizə xəstə üçün pul gətirəcəklər. Həmin vaxtı həmin şəxslə telefonda danışan zaman mobil telefon xəttində Rəşadın ona zəng etdiyini görüb başa düşmüşdür ki, Rəşadın dediyi xəstə üçün pul göndərirlər. Ona görə də həmin şəxsə Respublika Onkologiya Mərkəzinin qarşısında yaşadığını bildirmiş, həmin şəxslə telefon danışığını qurtarıb Rəşadın zənginə cavab verdikdə Rəşad ona indi pulu gətirəcəklərini, özünün aralıda olduğunu və gəlib həkimin yanına gedəcəyini bildirdikdə sonuncuya artıq həmin şəxsin zəng etdiyini və sürücüsündən pulu göndərəcəyini demişdir. Təxminən10-15 dəqiqədən sonra bir nəfər gəlib ona 1000 manat pul vermiş, həmin şəxsdən pulu götürüb ayrılmışdır. Bundan yarım saat sonra Rəşad onun evinə gəlmiş və həmin 1.000 manatı rəşada vermişdir. Rəşad evdən çıxdıqdan sonra mənzilin pəncərəsindən baxdıqda Rəşadın həqiqətən də xəstəxanaya gedib-getməyəcəyinə baxdıqda sonuncunun həqiqətən də yolu qarşı tərəfə keçib Respublika Onkologiya mərkəzinin həyətinə girdiyini görmüşdür. Bundan sonra təxminən 1 həftə 10 gün ərzində tanımadığı həmin şəxs sürücüsü vasitəsilə bir dəfə 2.000 manat və bir dəfə də yenə 1.000 manat pulu ona göndərmiş və həmin pulları da Rəşad gəlib ondan alıb Respublika Onkologiya Mərkəzinə daxil olmuşdur. Həmin şəxs sonuncu dəfə 1.000 manat pulu göndərdikdən bir müddət keçəndən sonra bir neçə dəfə zəng edərək bildirmişdir ki, bunlar onun telefonlarına niyə cavab vermirlər, cavabında həmin şəxsə bu barədə heç bir məlumatının olmadığını qeyd etmişdir. Bundan sonra Rəşada zəng edib nə üçün kişinin zənglərinə cavab vermədiklərini soruşduqda sonuncu ona onun zənglərinə cavab vermək halında olmadıqlarını, xəstənin vəfat etdiyini və Kürdəmir rayonuna dəfnə getdiklərini bildirmişdir. Bundan sonra həmin şəxsə zəng edib ona həmin sözləri bildirmiş, daha sonra həmin şəxsin Hümbət müəllim olduğunu, əslən Cəbrayıl rayonundan olduğunu bilmiş və onunla mütəmadi telefonla danışmış, hətta müharibə dövründə Cəbrayıl rayonu işğaldan azad olunan gün Hümbət müəllimə zəng edib onu təbrik etmişdir. Sonradan Hümbət müəllim ona xəstənin Kürdəmir rayonundan olan Səfərəli adlı şəxsin anası olduğunu, Səfərəlinin Almaniyadan imkanlı bir şəxsin pulunu gətirib onun restoranını alacağını bildirmişdir Hümbət müəllim ona hər dəfə zəng edərək şikayətlənib bildirmişdir ki, “bunlar məni incidirlər, mənim telefon zənglərimə cavab vermirlər”. Hümbət müəllim bunlar deyəndə Rasim və Səfərəli adlı şəxsləri nəzərdə tuturdu. Hümbət müəllimin ona dediklərini hər dəfə Rəşada zəng edərək deyəndə Rəşad da ona bildirmişdir ki, pandemiyadır, gələ bilmirlər, gələcəklər. Rəşad həmçinin ona bildirmişdir ki, onluq heçnə yoxdur, Rasim adlı onun tanışı həmin işlə məşğuldur. Sonradan Rasim və Səfərəli adlı şəxslərin Hümbət müəllimi aldatdıqlarını bilmişdir. Rəşada verdiyi pullardan Rəşad ona heç bir məbləğdə pul verməmişdir. Ümumiyyətlə Rəşadın etdiyi dələduzluq əməllərində ondan istifadə etməsini əvvəlcədən anlamamışdır. Bundan başqa Nəsirov Rövşən Mikayıl oğlu ilə hər dəfə görüşəndə ona Respublika Onkologiya Mərkəzində stasionar müalicə alan ailə üzvünün əməliyyata götürülməli olması barədə hər hansı bir söz deməmişdir. Qeyd olunan dövrdə istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefon nömrəsi tanışı Səadətin adına olmuş, belə ki, təxminən 7-8 il əvvəl ondan öz sənədi ilə onun üçün mobil telefon nömrəsi alıb verməsini xahiş etmiş, Səadət də həmin nömrəni ona alıb vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Komputer-texniki ekspertizasının 18 may 2021-ci il tarixli 5/394 saylı rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekran və “Android 9” əməliyyat sistemi ilə təchiz olunmuş “Xiaomi Redmi S2” markalı “M1803E6G” modelli “**********84851”, “**********84869” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş bir ədəd sensor ekran və “Android 10” əməliyyat sistemi ilə təchiz olunmuş “Xiaomi Mİ Note 10 Lite” markalı “M2002F4LG” modelli “**********10513”, “**********10521” imei kodlu mobil smartfon hal hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş “Xiaomi Redmi S2” markalı “M1803E6G” modelli və “Xiaomi Mİ Note 10 Lite” markalı “M2002F4LG” modelli mobil smartfonların yaddaşlarından toplanmış hal hazırda mövcud olan məlumatlar müəyyən olundu (bax rəyə əlavə olunmuş bir ədəd DVD-R diskə). Rəyin tədqiqi hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “Xiaomi Redmi S2” markalı “M1803E6G” modelli və “Xiaomi Mİ Note 10 Lite” markalı “M2002F4LG” modelli mobil smartfonların yaddaşlarında hər hansı bir (telefon kitapçası, daxil olan zənglər, yığılan zənglər, buraxılan zənglər, foto, video, audio fayllar, “Whatsapp”, “İnstagram” “Facebook” və digər sosial şəbəkələr vasitəsilə aparılmış məlumat mübadilələrinin və s.) məlumatların pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Təqdim edilmiş “Xiaomi Redmi S2” markalı “M1803E6G” modelli və “Xiaomi Mİ Note 10 Lite” markalı “M2002F4LG” modelli mobil smartfonların yaddaşlarından əldə edilmiş məlumatların hansı formatda (qəbul etmə və ya göndərmə) əks olunması “UFED TOUÇH 2” markalı qurğu vasitəsilə əldə edilmiş report hesaba öz əksini tapmışdır (bax rəyə əlavə olunmuş bir ədəd DVD-R diskə). Təqdim edilmiş “Xiaomi Redmi S2” markalı “M1803E6G” modelli mobil smartfonun yaddaşında “+**********68” abonent nömrəsi və “AAAAAAA” istifadəçi adı ilə qeydiyyatdan keçmiş Whatsapp busines proqram təminatında 8 ədəd müxtəlif növ abonent nömrələri ilə aparılmış (çat seansı, audio fayllar, buraxılmış və qəbul edilmiş zəng) məlumat mübadiləsi müəyyən olundu və daha sonra “Bluetooth” texnologiyası vasitəsilə “Ekspertiza 5-394” adlı qovluğa köçürülərək bir ədəd DVD-R diskdə ekspert rəyinə əlavə olundu. Təqdim edilmiş “Xiaomi Redmi S2” markalı “M1803E6G” modelli mobil smartfonun yaddaşında “İnstagram” sosial şəbəkəsinə aid “uğurum_123” adlı istifadəçi profilinin “drect” bölməsində məlumat mübadiləsi müəyyən olunsa da, rəyin “tədqiqi hissəsinin” 3-cü bəndində göstərilən səbəblərə görə həmin məlumatları köçürərək istintaq orqanına təqdim etmək mümkün olmadı. Təqdim edilmiş“Xiaomi Mİ Note 10 Lite” markalı “M2002F4LG” modelli mobil smartfonun yaddaşında hal hazırda “Whatsapp” proqram təminatı müəyyən olunmadı. Beləliklə, Hacıyev Rəşad Elxan oğlunun və Müseyibov Rasim Ramiz oğlunun törətmiş olduqları cinayət əməli məhkəmə istintaqı zamanı da öz təsdiqini tapdığından onlar, təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Hacıyev Rəşad Elxan oğlunun və Müseyibov Rasim Ramiz oğlunun əməli Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə tövsif edilməli və onlar, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İstintaq zamanı DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Hacıyev Rəşad Elxan oğlu və Müseyibov Rasim Ramiz oğlu əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışlar. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin əməllərində onların cəzalarını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Hacıyev Rəşad Elxan oğlunun himayəsində bir azyaşlı övladının olması, Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən və iş üzrə dəymiş ziyanın bir qisminin ödənilməsi, zərərçəkmiş şəxslərin əksər hissəsi ilə barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən haldır. İş materiallarından görünür ki, Hacıyev Rəşad Elxan oğlu 24 mart 2021-ci il tarixdə tutulmuşlar. Odur ki, Hacıyev Rəşad Elxan oğluna təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu, 24 mart 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Hacıyev Rəşad Elxan oğluna ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarına əlavə olunmuş Nevrocərrayhiyyə xəsətəxanısnın təqdim etdiyi KT müayinəsindən görünür ki, Müseyibov Rasim Ramiz oğlunun sol alın-tərə nahiyyəsni əhaə edən minimal lövhəvari hemotoma izlənilir. Eləcə də işə əlavə lunmuş sənəddən görünür ki, Müseyibov Rasim Ramiz oğlunun dayısı Yusifov Naiq Nəsir oğlu 24 mart 1992-ci il tarixdə Tovuz rayon istiqamətində gedən döyüşlər zamanı şəhid olmuş və Azərbaycan Respublikasının Milli Qəhrəmanıdır. Müseyibov Rasim Ramiz oğlunun, Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən dəymiş ziyanın ona aid hissədə tam şəkildə ödənilməsi, Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmaması, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən xəstə olması, dayısı Yusifov Naiq Nəsir oğlunun birinci Qarabağ döyüşlərində şəhid olması və Azərbaycan Respublikasının Milli Qəhrəmanı olmasını məhkəmə onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İş materiallarından görünür ki, Müseyibov Rasim Ramiz oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən dəymiş ziyanın ona aid hissədə tam şəkildə ödənilmiş, Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslərlə barışıq əldə etmiş və əməlində ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Belə olan halda Müseyibov Rasim Ramiz oğluna cəza təyin edilərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələblərinə əməl edilməlidir. Cinayət işinin materiallarından görünür ki, 18 mart 2021-ci il tarixli tutma protokolundan görünür ki, Müseyibov Rasim Ramiz oğlu 18 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 26 iyun 2021-ci il tarixdə barəsində eçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, Müseyibov Rasim Ramiz oğluna təyin ediləcək azadlıqdan mərumetmə cəzasının əvvəli onun faktiki tutulduğu gündən yəni 18 mart 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Müseyibov Rasim Ramiz oğluna ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, “müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər”. Məhkəmə, təqsirləndirilən şəxs Müseyibov Rasim Ramiz oğlunun barəsində yuxarıda qeyd edilən yüngülləşdirici halların məcmusunu, əməlindən səmimi peşmanlıq hissi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsi, xəstə olmasını, dayısı Yusifov Naiq Nəsir oğlunun birinci Qarabağ döyüşlərində şəhid olması və Azərbaycan Respublikasının Milli Qəhrəmanı olmasını nəzərə alaraq Müseyibov Rasim Ramiz oğluna təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını çəkmədən, yəni onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etdiyindən, onun barəsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini məqsədə uyğun hesab edir. Şərti məhkum edilmiş şəxsə Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən sınaq müddəti müəyyən edilməli və Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. İş materiallarından görünür ki, iş üzrə zərərçəkmiş şəxslər Ağayev Elman Qabil oğlu, Cəfərov Akif Nuru oğlu, Cəfərov Arif Nuru oğlu, Nuruzadə Nuru Söhbət oğlu, Babayev Şıxəli Şahmar oğlu, Babayev İlqar Şahmar oğlu, Nəzərov Namiq Ələddin oğlu, Nəbiyev Amin Vaqif oğlu, Məhərrəmov Baloğlan Alim oğlu, Mehdiyev Sərxan Nizami oğlu, Babayev Saday Ənvər oğlu, Əliyev Zaman Allahqulu oğlu, Məmmədov Elgün Elsevər oğlu, İsmayılov Əli İqbal oğlu, Cəfərov Elvin Əlixan oğlu, Səfərov Hümbət Nayfalı oğlu, Cəriyev Zəkəriyyə Sərxan oğlu onlara cinayət nəticəsində vurulmuz ziyanın tam ödənilməsi, iddia və tələblərinin olmamasına dair istintaq orqanına və məhkəməyə ərizə ilə müraciət etmişlər. Zərər çəkmiş şəxslər Məlikzadə Aytən Abdulxalıq qızı və Qəmbərov Ədalət Nəcəfqulu oğluna Hacıyev Rəşad Elxan oğlu tərəfindən maddi ziyan dəymiş və zərər çəkmiş şəxslər, Məlikzadə Aytən Abdulxalıq qızına dəymiş ziyandan 10000 manat və Qəmbərov Ədalət Nəcəfqulu oğluna dəymiş ziyandan 13 000 manatdan məhkəmə istintaqı müddətində heç bir məbləğ ödənilməmişdir. Odur ki, hal-hazırda iş üzrə Hacıyev Rəşad Elxan oğlu tərəfindən zərərçəkmiş şəxslər Aytən Məlikzadə və Ədalət Qəmbərova ödənilməmiş maddi ziyan qalmışdır. Azərbaycan Respublikası CPM-nin 183.1-ci maddəsinin tələblərinə əsasən zərər çəkmiş şəxslərin məhkəmədə mülki iddia vermə hüquqları vardır. İş üzrə zərərçəkmiş şəxs Məlikzadə Aytən Abdulxalıq qızı tərəfindən mülki iddia verilərək ona dəymiş 10.000 manat məbləqində maddi ziyanın təqsirləndirilən şəxs Rəşad Hacıyevdən alınaraq ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, verilmiş mülki iddia ittiham həcmində verilmiş və əsaslı sayılaraq təmin olunmalıdır. Zərər çəkmiş şəxs Qənbərov Ədalət Nəcəfqulu oğlu tərəfindən məhkəmə istintaqı zamanı mülki iddia verilməmişdir. Odur ki, zərər çəkmiş şəxslər Qənbərov Ədalət Nəcəfqulu oğluna mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqları izah edilməlidir. İş üzrə maddi sübut yoxdur. İş üzrə 53 (əlli üç) manat 65 (altmış beş) qəpik ekspertiza xərcləri təqsirləndirilən şəxslər arasında bölünərək 26 (iyirmi altı) manat 35 (otuz beş) qəpik Hacıyev Rəşad Elxan oğlundan, 26 (iyirmi altı) manat 35 (otuz beş) qəpik Müseyibov Rasim Ramiz oğlundan dövlət nəfinə tutulmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhər 05 saylı Vəkil Bürosunun vəkilləri Abılova Radmila Abul qızına 660 (altı yüz) manat, Kərimov Nazim Ziyaddin oğluna 660 (altı yüz) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Hacıyev Rəşad Elxan oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hacıyev Rəşad Elxan oğlu oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 24 mart 2021-ci il tarixdən hesablansın. Hacıyev Rəşad Elxan oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Müseyibov Rasim Ramiz oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla Müseyibov Rasim Ramiz oğluna təyin olunmuş cəza 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Müseyibov Rasim Ramiz oğlunun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Müseyibov Rasim Ramiz oğlunun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Müseyibov Rasim Ramiz oğlunun davranışına nəzarət Bakı şəhər probasiya idarəsinə həvalə olunsun, üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara xəbər vermədən Bakı şəhər və Sumqayıt şəhər inzibati ərazilərini tərk etməmək vəzifəsi qoyulsun. Müseyibov Rasim Ramiz oğlunun barəsində sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Zərərçəkmiş şəxs Məlikzadə Aytən Abdulxalıq qızı tərəfindən verilmiş mülki iddia təmin edilsin və ona dəymiş 10.000 (on min) manat Hacıyev Rəşad Elxan oğlundan alınaraq zərərçəkmiş şəxs Aytən Məlikzadəyə ödənilsin. Zərər çəkmiş şəxs Qənbərov Ədalət Nəcəfqulu oğluna, Hacıyev Rəşad Elxan oğluna qarşı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah edilsin. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından Bakı şəhər 05 saylı Vəkil Bürosunun vəkilləri Abılova Radmila Abul qızına 660 (altı yüz) manat, Kərimov Nazim Ziyaddin oğluna 660 (altı yüz) manat məbləğində pul ödənilsin. İş üzrə ekspertiza xərcləri 26 (iyirmi altı) manat 35 (otuz beş) qəpik Hacıyev Rəşad Elxan oğlundan, 26 (iyirmi altı) manat 35 (otuz beş) qəpik Müseyibov Rasim Ramiz oğlundan dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu, Hacıyev Rəşad Elxan oğlu isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-188/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-188/2022
27.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver