Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-188/2023 16.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Məhəmməd Hüseyn oğlu Əkbərov, X45 Qəniyev və İlham Ağa oğlu Mahmudovdan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X6, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı oğlunun, Zərərçəkmiş şəxslərin hüquqi varisləri-X31, X32, X7, X34,X8, X10 Zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10,Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14 Eldaniz oğlu, Zərərçəkmiş şəxs15 və Zərərçəkmiş şəxs17, müdafiəçi – Bakı şəhəri “SİGMA” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxx 2002-ci ildə Qobustan rayonu, Ərəbşalbaş kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Qobustan rayonu, Ərəbşalbaş kəndində qeydiyyatda olmaqla, faktiki Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, yeni yaşayış sahəsi, nömrəsiz fərdi evdə yaşamış və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan iki nəfərdən artıq zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 13 oktyabr 2021-ci il tarixdə saat 06:40 radələrində xx.xx.2021ci il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ-nin Sumqayıt RQİTBŞ tərəfindən verilmiş “BC” kateqoriyalı BD 008802 nömrəli sürücülük vəsiqəsi ilə X11 məxsus olan və sonuncu tərəfindən xx.xx.2021-ci il tarixdə 11 ay 06 gün müddətinə verilmiş ƏN-V № 622233 nömrəli etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “X57 1223 yük” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı-Aeroport yolunda “Koroğlu” metrostansiyası istiqamətindən üzü Mərdəkan qəsəbəsi istiqamətində sağdan birinci hərəkət zolağı ilə saatda 90 km sürətlə hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı) tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, eləcə də, hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməli olduğu halda və hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq bu tələblərə riayət etməyərək, maksimum hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 70 km/sata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 90 km/saat sürətlə idarə edərək, yorğun olduğu üçün sükan arxasında yatdığı üçün ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə ondan öndə hərəkət edən X12 idarə etdiyi “Daewoo BS90” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtobusun arxa sol yan hissəsi ilə toqquşmuş və nəticədə 1975-ci il təvəllüdlü X13 baş beyinin postravmatik ödemi və dilokasiyası, baş beyinin ağır dərəcəli əzilməsi, hər iki ağciyərin əzilməsi, iki tərəfli hemopnevmotoraks, dalağın, enən çənbər bağırsağın zəsələnməsi, sol bazu, burun sümüklərinin yerini dəyişən sınıqları və bədənin sıyrıqları ilə nəticələnən sağlamlığa ağır zərər vurulmaqla ölümünə səbəb olmuş bədən xəsarətləri, 1964-cü il təvəllüdlü Zərərçəkmiş şəxs5 sol gicgah sümüyünün kəllə əsasınaorta kəllə çuxuruna keçən xətti sınığı, baş beyinə qansızma, iki tərəfli qabırğaların və çanaq sümüklərinin qapalı sınıqları, bədənin əzilmiş-cırılmış yaraları, hematoma və sıyrıqları ilə nəticələnən sağlamlığa ağır zərər vurulmaqla ölümünə səbəb olmuş bədən xəsarətləri, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs4 kəllə və üz skeleti sümüklərini sınığı və baş beyinin hissəvi evakuasiyası, sağ bud sümüyünün sınığı, bədənin cırılmış yaraları ilə nəticələnən sağlamlığa ağır zərər vurulmaqla ölümünə səbəb olmuş bədən xəsarətləri, 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs6 baş beyinin və kəllənin kəskin deformasiyası, baş beyinin əzilməsi və basılmış sınıqları, daxili orqanların cırılması, bədənin əzilmiş-cırılmış yaraları ilə nəticələnən sağlamlığa ağır zərər vurulmaqla ölümünə səbəb olmuş bədən xəsarətləri, 1961-ci il təvəllüdlü mərhum X21 ağ ciyərlərin zədələnməsi ilə müşayiət olunmuş qabırğaların iki tərəfli soxsaylı sınıqları, sol topuğun sınığı, sınıqlar və qançırlar ilə nəticələnən sağlamlığa ağır zərər vurulmaqla ölümünə səbəb olmuş bədən xəsarətləri və 1964-cü il təvəllüdlü X4 kəllə qapağı və əsası sümüklərinin sınığı, baş beynin hissəvi evakuasiyası, sol körpücük sümüyünün sınığı, kəllənin geniş ölçülü cırılmış yarası, qançır və sıyrığı ilə nəticələnən sağlamlığa ağır zərər vurulmaqla ölümünə səbəb olmuş bədən xəsarətləri, həmçinin, 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs14 Eldaniz oğluna sağ mil sümüyünün tipik yerinin yerdəyişməsiz qapalı sınığı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti, 1966-cı il təvəllüdlü Zərərçəkmiş şəxs8 sağ tərəfdə İX-X qabırğaların sınığı, İ bel fəqərəsinin kompresiyası ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti, 1968-ci il təvəllüdlü Zərərçəkmiş şəxs10 travmatik şokla müşayiət olunan sağ budun aşağı 1/3-nin açıq, sol budun aşağı 1/3-nin qapalı yerdəyişən sınıqları ilə nəticələnən dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti, Zərərçəkmiş şəxs12 sağ tərəfli pnevmotoraksla müşayiət olunan sağ İV-V qabırğaların sınığı, sol mil sümüyünün distal metefizar sınığı ilə nəticələnən dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti, Zərərçəkmiş şəxs9 sol əlin pnevmotoraksla müşayiət olunan sol ağciyərin əzilməsi, sol kürək sümüyünün boynunun qapalı sınığı, alın və təpə nahiyələrinin dərialtı hematoması, sol bazunun şişkinlik və sıyrığı ilə nəticələnən dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti, Zərərçəkmiş şəxs13 baş beynin orta dərəcəli əzilməsi, sol təpə-gicgah sümüklərinin kəllə əsasına keçən xətti sınığı, gicgah-təpə və sol qulaq nahiyəsinin əzilmiş yaraları, sol çiyin qurşağının əzilməsi ilə nəticələnən dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti, Zərərçəkmiş şəxs11 baş beynin silkələnməsi, burun sümüklərinin yerdəyişən sınığı, sol ayağın əzilmiş-cırılmış yarası ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti, Zərərçəkmiş şəxs17 burun yəhəri nahitəsinin əziyi, ikitərəfli gözətrafı hematoma, sol kürək sümüyünün yerdəyişməyən sınığı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti, Zərərçəkmiş şəxs7 onurğa qərarının kompresiyası (sıxılması) ilə müşayiət olunan 1-2-3-4-5ci bel fəqərələrinin yerini dəyişən və dəyişməyən sınığı, sol qulaq seyvanının əzilmiş yarası ilə dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti, Zərərçəkmiş şəxs15 İ bel fəqərəsinin kompression sınığı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti və Zərərçəkmiş şəxs16 sağ ayağın aşıq-baldır oynağı səviyyəsində travmatik qopması, sol ayaqaltı nahiyənin əzilmiş-soyulmuş yaraları ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, Bakı Mühəndirlik Universitetinin mühəndislik fakültəsinin elektrik ixtisası üzrə təhsil alır və 3-cü kurs tələbəsidir. Təxminən 6 aya yaxındır ki, qardaşı X22 məxsus olan “X57 1223 yük” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edir. Belə ki, qardaşı Əziz ona həmin avtomobili idarə etmək üçün etibarnamə vermişdir və özünə məxsus BD 008802 seriya və nömrəli, “B1 B, C1 C” kateqoriyalı sürücülük vəsiqəsi əsasında həmin avtomobili idarə edir. Həmin yük avtomobili ilə Azərbaycanın rayonlarında ot və saman alıb gətirərək qardaşı ilə birlikdə Qala qəsəbəsində satır. 12 oktyabr 2021-ci il tarixdə səhər saatlarında “X57 1223 yük” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı şəhərindən Fizuli rayonuna yerə döşəmək üçün ot örtüyü aparıb Fizuli rayonunda boşaltmışdır. Qayıdarkən Saatlı rayonunun Kamallı kəndindən həmin yük avtomobilinə 276 ədəd saman dolduraraq gücə təzminən saat 04-04 radələrində yatmadan və dincəlmədən Bakı şəhəri istiqamətində hərəkətə başlamışdır. O, yolda dayanmadan avtomobili idarə etmiş və səhər təxminən saat 06 radələrində Lökbatan qəsəbəsi ilə 20 Yanvar metrostansiyasına gəlib oradan Dərnəgül şossesi ilə Koroğlu metrostansiyasına gəlib həmin yerdə olan dairədən dönərək Aeroport yolu ilə üzü Mərdəkan qəsəbəsi istiqamətində hərəkətini davam etdirmişdir. Onun niyyəti yaşadığı Qala qəsəbəsinə gedib orada avtomobili digər qardaşı Rəhimə təhvil vermək olmuşdur. O, üzü Qala qəsəbəsi istiqamətində sağdan ikinci hərəkət zolağı ilə saatda 90 km sürətlə hərəkət edən zaman Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsinin aeroport yoluna daxil olan hissəsinə çatmağa biraz qalmış gecə yatmadan avtomobili idarə etdiyi üçün özündən asılı olmayaraq gözləri yumulmuşdur. O, çox yorğun olduğuna görə sükan arxasında yatdığını hiss etməmişdir. Təxminən 20 saniyə sonra qəflətən gözlərini açdıqda artıq qarşısında hərəkət edən avtobusa təxminən bir neçə metr məsafə qaldığını gördüm. Həmin anda həmin avtobus ilə arasında az məsafə qaldığına görə heç bir reaksiya verə bilməmiş və hərəkət etdiyi sürətlə də qarşısındakı həmin avtobusun arxa sol künc hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində toqquşduğu avtobus yolun sağında olan betona çırpılaraq hərəkətinin əksi istiqamətinə dönmüş və biraz qarşıda yerləşən dayanacaqdakı insanların üstünə aşmışdır. Onun idarə etdiyi yük avtomobilinin isə tormoz hissəsi yararsız hala düşdüyünə görə o, əyləci sıxsa da tormoz tutmamış və təxminən bir neçə yüz metr getdikdən sonra avtomobil dayanmışdır. O, təz avtomobildən düşərək geriyə yəni hadisə yerinə qayıtmışdır. Bu zaman avtobusun içərisində olan sərnişinlərin xəsarət aldığını, eləcə də, avtobusun altında bir neçə piyadanın qaldığını görmüşdür. Biraz sonra TTY avtomobilləri və polis əməkdaşları hadisə yerinə gəlmişlər. O, polis əməkdaşlarına özünüü təqdim edib hadisə barədə ətraflı məlumat vermişdir. Yol-nəqliyyat hadisəsi 13 oktyabr 2021-ci il tarixdə təxminən saat 06:40 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsindən H.Əliyev prospektinə daxil olan yolda yerləşən dayanacağa çatmağa təxminən 50 metr qalmış yolun sağdan birinci hərəkət zolağında baş vermiş və hadisə nəticəsində onun idarə etdiyi avtobus idarəetməni itirərək dönüb dayanacağa daxil olmuş və dayanacaqdakı beton səkiyə dəyərək aşmışdır. Hadisədən əvvəl “X57 1223 yük” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini 90 km/saat sürətlə hərəkət etdirmiş və həmin avtomobildə texniki naszlıq olmamışdır. Onun həmin yük avtomobilini idarə etmək üçün özünə məxsus BD 008802 seriya və nömrəli, “B1 B, C1 C” kateqoriyalı sürücülük vəsiqə olmuş və qardaşı Əziz Əzizli tərəfindən ona həmin avtomobili idarə etmək üçün etibarnamə verilmişdir. Hadisə zamanı idarə etdiyi “X57 1223 yük” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı yük avtomobilində sərnişin olmamış, lakin həmin avtomobildə 276 ədəd saman presi olmuşdur. Hadisə nəticəsində heç bir xəsarət almamışdır. Onun hərəkəti üçün təhlükə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsindən aeroport yoluna daxil olan hissədə olan dayanacağa çatmağa biraz qalmış yolda sükan arxasında yatdığı andan yaranmış və səhv etmirsə 20 saniyə sonra oyandıqda ondan öndə hərəkət edən 171 saylı sərnişin avtobusunun arxa sol hissəsi ilə toqquşmuşdur. O, hadisənin qarşısını almaq üçün heç bir qabaqlayıcı tədbir görə bilməmişdir. O, nə spirtli içki, nə də narkotik vasitə, psixotrop maddə və ya başqa hər hansı bir güclü təsir edən maddələrdən istifadə etməmiş, sadəcə hadisə zamanı axşam dayanmadan avtomobili idarə etdiyi üçün yorğun olduğuna görə sükan arxasında yatmış və hadisə də bu səbəbdən baş vermişdir. Əməlindən çox peşmandır. Zərərçəkmiş şəxslərlə və zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışıq əldə etmişdir. Məhkəmədən ona cəza təyin edərkən bu qəzanı ehtiyatsızlıqdan törətməsinin, əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxslərlə və zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışıq əldə etməsini nəzərə alınmasını xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı tam etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X32 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun doğma anası olmuşdur və Ramana qəsəbəsində tək yaşamışdır. X5 2000-ci ildə vəfat etmişdir. Bir bacısı X33 aiə qurduqdan sonra Masallı rayonunda yaşayır. Anası Zərərçəkmiş şəxs2 “Araz supermarket” şəbəkəsinin Buzovna qəsəbəsində yerləşən filialında xadimə işləmişdir. Anası üç smenlə işləmiş, yəni hər gün 8 saatlıq rejimlə işləmişdir. 13 oktyabr 2021-ci il tarixdə səhər saatlarında evdə olan zaman ona məlumat verilmişdir ki, anası Zərərçəkmiş şəxs2 Yeni Suraxanı qəsəbəsindən aeroport yoluna daxil olan hissədə dayanacaqda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ölmüşdür. O, dərhal Sabunçu rayon morquna gəlmiş və anasının nəşini götürüb dəfn etmişlər. Halhazırda ona dəymiş zərər tam olaraq ödənilmiş və təqsirləndirilən şəxslə barışmışdır.Bu barədə yazılı ərizə də məhkəməyə təqdim etmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, X17 onun həyat yoldaşı olmuşdur. Onunla 2003-cü ildə ailə həyatı qurmuş, lakin 2004-cü ildə rəsmi nikaha daxil olmuşlar. Onlar bu nikahdan 4 övladı dünyaya gəlmişdir. X30 “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyində fəhlə işləmişdir. Ramiz hər gün tezdən saat 06 radələrində işə getmiş və axşam saat 20 radələrində işdən evə qayıtmışdır. 13 noyabr 2021-ci il tarixdə səhər tezdən təxminən saat 06 radələrində yoldaşı Ramiz Zenalabdiyev işə getmək üçün evdən çıxıb getmişdir. Həmin gün günorta saatlarında evdə olan zaman ona məlumat verilmişdir ki, yoldaşı X1 Suraxanı qəsəbəsindən aeroport yoluna daxil olan hissədə dayanacaqda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış və 3 saylı ŞKX-yə aparılmışdır. O, tez yaşadığı evdən çıxmış və 3 saylı ŞKX-yə gəlmişdir. Bu zaman həqiqətən də həyat yoldaşının həmin xəstəxanada əməliyyat olunduğunu və müalicə aldığını görmüşdür. Dörd gün həmin xəstəxanada müalicə aldıqdan sonra yoldaşı Ramiz Zeynalabdiyev 13 oktyabr 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən 17 oktyabr 2021-ci il tarixdə 3 saylı ŞKX-də vəfat etmişdir. Bundan sonra o, qohumları ilə birlikdə yoldaşının nəşini götürüb dəfn etmişlər. Halhazırda ona dəymiş zərər tam olaraq ödənilmiş və təqsirləndirilən şəxslə barışmışdır.Bu barədə yazılı ərizə də məhkəməyə təqdim etmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X31 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun həyat yoldaşı olmuş və onunla birlikdə yaşamışdır. Onların bir oğlan və bir qız övladı olmuşdur. Qızı ailə həyatı qurmuş, oğlu isə onlarla birlikdə yaşamışdır. İradə Nərimanov metrostansiyasının yaxınlığında yerləşən uşaq diş xəstəxanasında tibb bacısı işləmişdir. Yoldaşı hər gün səhər saat 06:30 radələrində yaşadığı evdən çıxıb işə getmiş və axşam saat 17 radələrində işdən evə qayıtmışdır. 13 oktyabr 2021-ci il tarixdə səhər tezdən təxminən saat 06:30 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs1 yaşadığı evdən çıxıb işə getmişdir. Təxminən saat 09 radələrində saat 12 radələrində işdə olan zaman ona məlum olmuşdur ki, həmin gün səhər tezdən Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsindən aeroport yoluna çıxan hissədə olan dayanacaqda ağır yol-nəqliyyat hadisəsi baş vermiş və hadisə nəticəsində həyat yoldaşı ölmüşdür. O, dərhal Sabunçu rayon morquna gəlmiş və anasının nəşini götürüb dəfn etmişlər. Hal-hazırda ona dəymiş zərər tam olaraq ödənilmiş və təqsirləndirilən şəxslə barışmışdır.Bu barədə yazılı ərizə də məhkəməyə təqdim etmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs5 onun həyat yoldaşı olmuşdur. Məhyəddin ilə 1993-cü ildə ailə həyatı qurmuş və onların bu nikahdan bir oğlan övladı dünyaya gəlmişdir. Yoldaşı Zərərçəkmiş şəxs5 Bilgəh qəsəbəsində fərdi həyət evlərindən birində bağban fəhlə işləmişdir. O, hər gün tezdən saat 05:15 radələrində evdən çıxıb işə getmiş və axşam saat 20 radələrində işdən evə qayıtmışdır. 13 noyabr 2021-ci il tarixdə səhər tezdən təxminən saat 05:15 radələrində həmişə olduğu kimi yoldaşı Zərərçəkmiş şəxs5 işə getmək üçün evdən çıxıb getmişdir. Bundan bir neçə sonra evdə olan zaman ona məlumat verilmişdir ki, yoldaşı Zərərçəkmiş şəxs5 171 saylı sərnişin avtobusun içərisində olan zaman Yeni Suraxanı qəsəbəsindən aeroport yoluna daxil olan hissədə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış və aldığı xəsarətlərdən hadisə yerində vəfat etmişdir. Bundan sonra o, qohumları ilə birlikdə Suraxanı rayon morquna gedib orada yoldaşının nəşini götürüb dəfn etmişlər. Hal-hazırda ona dəymiş zərər tam olaraq ödənilmiş və təqsirləndirilən şəxslə barışmışdır.Bu barədə yazılı ərizə də məhkəməyə təqdim etmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X34 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs4 onun həyat yoldaşı olmuşdur. İlhamla 2018-ci ilin dekabr ayında ailə həyatı qurmuş və onların bu nikahdan bir oğlan övladı dünyaya gəlmişdir. Yoldaşı Zərərçəkmiş şəxs4 "xxxx" ASC-nin yaşıllaşdırma idarəsində bağban fəhlə işləmişdir. O, hər gün tezdən saat 05:30 radələrində evdən çıxıb işə getmiş və axşam saat 19 radələrində işdən evə qayıtmışdır. 13 noyabr 2021-ci il tarixdə səhər tezdən təxminən saat 05:30 radələrində həmişə olduğu kimi yoldaşı Zərərçəkmiş şəxs4 işə getmək üçün evdən çıxıb getmişdir. Bundan bir neçə sonra evdə olan zaman ona məlumat verilmişdir ki, yoldaşı Zərərçəkmiş şəxs4 171 saylı sərnişin avtobusun içərisində olan zaman Yeni Suraxanı qəsəbəsindən aeroport yoluna daxil olan hissədə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış və hadisə yerində vəfat etmişdir. Bundan sonra o, qohumları ilə birlikdə Suraxanı rayon morquna gedib orada yoldaşının nəşini götürüb dəfn etmişlər. Hal-hazırda ona dəymiş zərər tam olaraq ödənilmiş və təqsirləndirilən şəxslə barışmışdır.Bu barədə yazılı ərizə də məhkəməyə təqdim etmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X23 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs6 onun həyat yoldaşı olmuşdur. Onunla 2006-ci ilin yanvar ayının 9-da ailə həyatı qurmuş və onların bu nikahdan üç övladımız dünyaya gəlmişdir. Yoldaşım Buzovna qəsəbəsin yerləşən Labritasiya mərkəzində xadimə işləyirdi. O, hər gün tezdən saat 05-06:00 radələrində evdən çıxıb işə gedirdi. 13 noyabr 2021-ci il tarixdə səhər tezdən anam mənə zəng vurdu ki, Kəmaəlinin iş yerinjdən zəng vurublarki Kəmalə işə gəlməyib.Məndə onun mobil telefouna zəng vurdum, ona zəng çatmadı. Bundan sonra mən xəstəxanaları gəzməyə başladım.Suraxanı rayon xəstəxanasına gələndə mənə məlum oldu ki, yoldaşım 171 saylı sərnişin avtobusun içərisində olan zaman Yeni Suraxanı qəsəbəsindən aeroport yoluna daxil olan hissədə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət almışdır və hadisə yerində vəfat etmişdirMəhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, 13 okytabr 2011-ci il tarixdə, saat təxminən 07 radələrində Zirə qəsəbəsində olan iş yerinə getmək üçün Yeni Suraxanı qəsəbəsindən çıxıb, Aeroport yolu adlanan avtomagistralın Zirə qəsəbəsi istiqamətində sağ tərəfində avtobus dayanacağında dayanıb 136 və ya 171 nömrəli marşurutla işləyən avtobusu gözləmişdir. Anidən səs-küy yaranmış və o, huşunu itirmişdir. Özünə gəldikdə avtobus dayanacağının səkisində uzanmış halda olduğunu görmüşdür. Eləcə də, 71 nömrəli marşurutla işləyən avtobusun böyrü üstə aşdığını, avtobusdan yaralıların çıxarıldığını, onlara tibbi yardım göstərildiyini görmüşdür. Sifərtində qan olduğunu hiss edib, əlini alnına toxundurduqda alnının yuxarı orta hissəsində yara olduğunu hiss etmişdir. Eləcə də, sol qolunun çiyin hissəsində, sinəsində ağrı hiss etmişdir. Ətrafda çoxlu yaralıların olduğunu görüb, TTY xidmətini gözləmədən orada olan bir taksiyə minib, yaşadığı evə qayıtmışdır. Evə gəldikdən sonra həyat yoldaşı ilə birlikdə Sabunçu 3 saylı xəstəxanasına gedib, alnıınakı yaranı tikdirmiş və sonra evinə qayıtmışdır. Hadisə vaxtı fikirli olduğundan yə yola baxmadığından avtobusun necə gəldiyini və yol nəqliyytat hadisəsinin necə baş verdiyini görməmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Barəsində ədadlətli qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X40 ifadəsində göstərmişdir ki, Buzovna qəsəbəsində şokolad sexində işləyir hər səhər saat 06:20 radələrində evdən çıxıb Bülbülə qəsəbəsi yaxınldığına gəlib Aeroport yolunun kənarından 171 nömrəli marşurut avtobusu ilə Buzovna qəsəbəsinə işə gedir. 13 oktyabr 2021-ci il tarixdə həmişəki kimi Buzovna qəsbəsinə getmək üçün səhər saat 06-20-da evdən çıxaraq işlədiyi Bakı-Aeroport yolunun kənarından 171 nömrəli marşurut avtobusuna minmişdir. Avtobusda ondan başqa da xeyli sərnişin olmuş, yəni oturacaqların hamısı dolmuş, ayaq üstə də bir neçə sərnişin dayanmışdır. O, avtobusda orta qapıdan sonra 2-ci oturacaqda oturmuşdur. Yeni Surxanı dayanacağına yaxınlaşan zaman, avtobusun dayanacağa yan almağa təxminən 10 metr qalmışdır ki, bu zaman avtobusa arxadan güclü zərbə dəydiyini hiss etmişdir. Bundan sonra nə baş verdiyini xatırlamamışdır. Gözünü açanda yolun kənarında otluqda uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Sol qolunda və döş qəfəsində ağrılar hiss etmişdir. Az sonra hadisə yerinə gələn təcili yardım maşını ilə digər sərnişinlər kimi onu Sabunçu 2 saylı şəhər xəstəxanasına aparmışlar. Müayinə olduqda məlum olmuşdur ki, sol qol sümüyündə və qabırğalarında sınıq xəsarətləri vardır. 6 gün xəstəxanada qaldıqdan sonra evə buraxılmışdır. Sonradan ona məlum olmuşdur ki, hadisə zamanı əyləşdiyi avtobusu arxadan yük avtomobili vurub aşırmış, dayanacaqda olan adamlardan da ölən və yaralananlar olmuşdur. Hal-hazırda ona dəymiş zərər tam olaraq ödənilmiş və təqsirləndirilən şəxslə barışmışdır.Bu barədə yazılı ərizə də məhkəməyə təqdim etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, Buzona qəsəbəsindəki Respublika Uşaq Sanatoriyasında aşbaz işləyir, hər gün səhər tezdən yaşadığı Sabunçu qəsəbəsindən avtobusla Koroğlu metrostansiyasının qarşısına gedib oralan 171 saylı marşurutla Buzovna qəsbəsinə getmişdir. 13 oktyabr 2021ci il tarixdə də səhər saat 06-da evdən çıxaraq işə getmək üçün Koroğlu metrostansiyasının yaxınlığına gedib dayanacaqdan 171 nömrəli marşurut avtobusuna minmişdir. Avtobusda ondan başqa da xeyli sərnişin olmuşdur. O, orta oturacaqların birində əyləşmiş və tezdən oyandığı üçün oturacaqda yatmışdır. Bundan sonra isə nə baş verdiyini xatırlamamışdır. Ayıldıqda isə təcili yardım maşını ilə Sabunçu 3 saylı xəstəxanasına aparıldığını bilmişdir. Baş nahiyəsində ağır xəsarət almışdır. Sonradan ona məlum olmuşdur ki, getdikləri avtobusu arxadan yük avtomobili vurub aşırmış, dayanacaqda olan bir neçə nəfər isə aldıqları xəsarətlərdən ölmüşlər. Hal-hazırda ona dəymiş zərər tam olaraq ödənilmiş və təqsirləndirilən şəxslə barışmışdır.Bu barədə yazılı ərizə də məhkəməyə təqdim etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, Bilgəh qəsəbəsindəki «Amburan» istirahət mərkəzində xidmətçi işləyir, hər gün səhər tezdən yaşadığı Sabunçu qəsəbəsindən avtobusla Koroğlu metrostansiyasının qarşısına gedib oradan 171 saylı marşurutla Bilgəh qəsbəsinə gedir. 13 oktyabr 2021-ci il tarixdə də səhər saat 06-da evdən çıxaraq işə getmək üçün Koroğlu metrostansiyasının yaxınlığına gedib dayanacaqdan 171 nömrəli marşurut avtobusuna minmişdir. Avtobusda ondan başqa da xeyli sərnişin olmuşdur. O, sağ tərəfdən arxa oturacaqların birində əyləşmiş və Yeni Suraxanı dayanacağına yaxınlaşan zaman, dayanacağa yan almağa təxminən 10 metr qalmışdır ki, bu zaman avtobusa arxadan, yəni onun oturduğu künc tərəfindən güclü zərbə dəydiyini hiss etmiş, avtobus zərbədən çevrilərək sol yanı üstə aşmışdır. Bir qədər sonra avtobusda olan digər şəxslər koməklik göstərib onu avtobusun arxa şüşəsinin yerindən çıxartmışdır. Ona məlum olmuşdur ki, dayanacaqda olan adamlardan da ölən və yaralananlar vardır. O da onurğasından və sağ bud nahiyəsindən ağır xəsarət aldığına görə onu təcili yardım maşını ilə 3 saylı şəhər xəstəxanasına aparmışlr. Orada bir müddət müalicə aldıqdan sonra evə buraxılmış, lakin hazırkı vaxtadək sərbəst hərəkət edə bilməmişdir. Hələ hadisə yerində olarkən ona məlum olmuşdur ki, getdikləri avtobusu arxadan yük avtomobili vurub aşırmışdır. Hal-hazırda ona dəymiş zərər tam olaraq ödənilmiş və təqsirləndirilən şəxslə barışmışdır.Bu barədə yazılı ərizə də məhkəməyə təqdim etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs16 ifadəsində göstərmişdir ki, Binə qəsəbəsində pomidor parnikində fəhlə işləyir. Hər gün səhər təxminən saat 06 radələrində yaşadığı evdən çıxıb iş getmiş və Binə qəsəbəsində yerləşən iş yerinə getmək üçün hər gün 171 saylı sərnişin avtobusundan istifadə etmişdir. Hər gün axşam təxminən saat 17 radələrində isə işdən çıxıb evinə gəlmişdir. 13 oktyabr 2021-ci il tarixdə səhər tezdən təxminən saat 06 radələrində yaşadığı evdən tək çıxmış və işə getmək üçün Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsinin aeroport yoluna bitişən hissəsində yerləşən dayanacağa gəlmişdir. O, həmin dayanacağa çatmış və 171 saylı sərnişin avtobusunun yaxınlaşdığını görmüşdür. Elə bu zaman ətrafda olan insanlar qışqırmağa başlamış və o, bir anlıq yaxınlaşmaqda olan 171 saylı sərnişin avtobusunun yanı üstə aşaraq sürətlə dayanacağa tərəf gəldiyini görmüşdür. Həmin avtobus o, dayanacaqda dayandığı halda ətrafda olan tanımadığı piyadalara və ona dəymişdir. Aldığı zərbədən arxaya doğru atıldığını hiss etmişdir. Bundan sonra huşunu itirmiş və özündə olmamışdır. Ayıldıqda isə həmin dayanacağın biraz arxasında yerləşən ot sahəsində yerdə uzanmış halda olduğunu görmüşdür. Həmin vaxt bədənində və ayağında bərk ağrı hiss etmişdir. Bundan sonra təkrar huşunu itirmişdir. Ayıldıqda isə 3 saylı ŞKX-da olduğunu görmüşdür. 3 saylı ŞKX-da bir ay yarımdan artıq müddətdə müalicə olunmuş və sağ ayağı ambutasiya olunaraq kəsilmiş, sol ayağı isə çətinliklə də olsa tikilmişdir və təxminən 1 il sonra sol ayağının da kəsilibkəsilməyəcəyinə həkimlər tərəfindən qərtar veriləcəkdir. Hal-hazırda ona dəymiş zərər tam olaraq ödənilmiş və təqsirləndirilən şəxslə barışmışdır.Bu barədə yazılı ərizə də məhkəməyə təqdim etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X27 ifadəsində göstərmişdir ki, Buzovna qəsəbəsində yaşayır və Əhmədli qəsəbəsində yerləşən “Balbadəm” şirniyyat evində işləyir. 13 oktyabr 2021-ci il tarixdə gecə növbəsindən çıxdıqdan sonra təxminən saat 06:40 radələrində “Koroğlu” metrostansiyasının qarşısından 171 saylı sərnişin avtobusuna sürücünün arxasında 3-cü sırada oturacağa əyləşmişdir. Aeroport yolunda dayanacağa çatmağa az qalmış qəflətən arxadan zərbə səsi eşitmiş və avtobusun aşdığını görmüşdür. Həmin vaxt bədən xəsarəti almış və 3 saylı ŞKX-yə müraciət etmişdir. Daha sonra isə ona məlum olmuşdur ki, “Mercedes Atego” markalı avtombil arxadan onun sərnişin qismində olduğu avtobusa çırpılmış və nəticədə zərbədən avtobus aşmışdır. Halhazırda ona dəymiş zərər tam olaraq ödənilmiş və təqsirləndirilən şəxslə barışmışdır.Bu barədə yazılı ərizə də məhkəməyə təqdim etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, 13 oktyabr 2021-ci il tarixdə təxminən saat 06:40 radələrində “Komsomol” dairəsindən 171 saylı sərnişin avtobusuna əyləşmişdir. Sonra avtobus hərəkətə başlamışdır. Avtobus aeroport yolunda dayanacağa çatmağa az qalmış qəflətən arxadan zərbə səsi eşitmiş və avtobusun aşdığını görmüşdür. Həmin vaxt müxtəlif bədən xəsarətləri almış və 3 saylı ŞKX-yə müracitə etmişdir. Daha sonra isə ona məlum olmuşdur ki, “Mercedes Atego” markalı avtombil arxadan onun sərnişin qismində olduğu avtobusa çırpılmış və nəticədə zərbədən avtobus aşmışdır. Hal-hazırda ona dəymiş zərər tam olaraq ödənilmiş və təqsirləndirilən şəxslə barışmışdır.Bu barədə yazılı ərizə də məhkəməyə təqdim etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, 13 oktyabr 2021-ci il tarixdə təxminən saat 06:40 radələrində “Koroğlu” metrostansiyasının yaxınlığında 171 saylı sərnişin avtobusuna əyləşmişdir. Sonra avtobus hərəkətə başlamışdır. Avtobus aeroport yolunda dayanacağa çatmağa az qalmış qəflətən arxadan zərbə səsi eşitmiş və avtobusun aşdığını görmüşdür. Həmin vaxt müxtəlif bədən xəsarətləri almış və KTM-ə müracitə etmişdir. Daha sonra isə ona məlum olmuşdur ki, “Mercedes Atego” markalı avtombil arxadan onun sərnişin qismində olduğu avtobusa çırpılmış və nəticədə zərbədən avtobus aşmışdır. Hal-hazırda ona dəymiş zərər tam olaraq ödənilmiş və təqsirləndirilən şəxslə barışmışdır.Bu barədə yazılı ərizə də məhkəməyə təqdim etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, 13 oktyabr 2021-ci il tarixdə təxminən saat 06:25 radələrində yaşadığı evdən çıxıb işlədiyi Buzovna qəsəbəsinə getmək üçün Bakı-aeroport yolunun Yeni Suraxanı dayanacağına gələrək 171 saylı sərnişin avtobusunu gözləməyə başlamışdır. Dayanacaqda olan zaman köşkün solunda bir neçə adam dayanmışdır. O da köşkün sağ tərəfində dayanmışdır. Buz aman qəflətən zərbə səsi eşitmiş və köşk onu üstünə aşaraq əvvəlcə boynuna dəymiş, daha sonra isə onun sol ayağı köşkün altında qalaraq sınmışdır. Ətrafda olan adamlar köməklik edib onun ayağını köşkün altından çıxara bilmişlər. Bir qədər sonra hadisə yerinə təcili tibbi yardım avtomobili gəlib onu KTM-ə aparmışdır. Orada məlum olmuşdur ki, sol ayağının baldır sümükləri sınmışdır. 4 gün xəstəxanada qaldıqdan sonra evə buraxılmış, hazıradək ayağı gipsdə olmaqla sərbəst hərəkət edə bilmir. Sonradan ona məlum olmuşdur ki, 171 saylı sərnişin avtobusu dayanacağa yaxınlaşarkən arxadan gələn yük avtomobili arxadan vurub avtobusu aşırmış, avtobus isə köşkə çırpılmış və köşk onun üstünə aşmışdır. Hadisə nəticəsində dayanacaqda olan bir neçə nəər ölmüş, çoxsaylı adamlar isə xəsarət almışdır. Hal-hazırda ona dəymiş zərər tam olaraq ödənilmiş və təqsirləndirilən şəxslə barışmışdır.Bu barədə yazılı ərizə də məhkəməyə təqdim etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, 13 oktyabr 2021-ci il tarixdə gecə növbəsindən çıxıb təxminən saat 06:40 radələrində “Koroğlu” metrostansiyasının qarşısından 171 saylı sərnişin avtobusuna əyləşmişdir. Sonra avtobus hərəkətə başlamışdır. O, arxa cərgədə oturacaqda əyləşmiş və yorğun olduğu üçün yatmışdır. Bir neçə dəqiqədən sonra güclü zərbənin səsinə ayılmış və ətrafda olan şəxslərin xəsarət alanları avtobusdan bayıra çıxardıqlarını görmüşdür. Həmin vaxt avtobus yan tərəfi üstə aşmış vəziyyətdə olmuşdur. Həmin hadisə nəticəsində xəsarət almış və təcili tibbi yardım vasitəsilə KTM-ə müraciət etmişdir. Daha sonra isə ona məlum olmuşdur ki, “Mercedes Atego” markalı avtombil arxadan onun sərnişin qismində olduğu avtobusa çırpılmış və nəticədə zərbədən avtobus aşmışdır. Hal-hazırda ona dəymiş zərər tam olaraq ödənilmiş və təqsirləndirilən şəxslə barışmışdır.Bu barədə yazılı ərizə də məhkəməyə təqdim etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 Eldaniz oğlu ifadəsində göstərmişdir ki, "xxxx" QSC-də Tunel qurğuları xidmətində tunel fəhləsi vəzifəsində çalışır. 13 oktyabr 2021-ci il tarixdə təxminən saat 07 radələrində xidmətdən çıxıb yaşadığı ünvana getmək üçün “Koroğlu” metrostansiyasının qarşısında 171 saylı marşrut avtobusuna əyləşmişdir. O, həmin avtobusda axırıncı oturacaqda əyləşmişdir. Avtobus H.Əliyev prospekti ilə hava limanı istiqamətindəhərəkət etmiş və Yeni Suraxanı qəsəbəsi dairəsinin yaxınlığında yerləşən avtobus dayanacağına qısa məsafə qalmış avtobusun arxa hissəsində yüksək toqquşma səsi eşitmişdir. Həmin an avtobusun sürücüsü idarəetməni itirmiş və avtobus qeyd etdiyi yerdə yerləşən dayabacaqdakı qəzet köşkünə çırpılıb aşmışdır. Həmin vaxt o, müxtəlif bədən xəsarətləri almışdır. Hadisədən sonra o, sürünərək yan tərəfi üstə dayanmış avtobusun qabaq alın şüşəsindən çölə çıxmışdır. Bir qədər sonra hadisə yerinə gəlmiş TTY avtomobili ilə KTM-ə aparımış və həkim müayinəsində olarkən ona sağ mil sümüyünün tipik yerdəyişməz qapalı sınığı, sol çiynin hər iki baldırın əzilməsi diaqnozu qoyularaq qoluna gips sarğısı olunmuşdur. Həmin hadisə ani olaraq baş verdiyindən avtobusun hansı avtomobil ilə toqquşması, dəqiq olaraq hadisənin necə baş verməsi barədə fikir deyə bilməyəcəyini qeyd etmişdir. Hal-hazırda ona dəymiş zərər tam olaraq ödənilmiş və təqsirləndirilən şəxslə barışmışdır.Bu barədə yazılı ərizə də məhkəməyə təqdim etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 ifadəsində göstərmişdir ki, 13 oktyabr 2021-ci il tarixdə təxminən saat 06:15 radələrində işə getmək üçün “Koroğlu” metrostansiyasının qarşısından 171 saylı sərnişin avtobusuna əyləşmişdir. Həmin avtobusda axırıncı oturacaqdan iki oturacaq qabaqda olan oturacaqda əyləşmişdir. Avtobus H.Əliyev prospekti ilə hava limanı istiqamətində hərəkətdə olmuş və Yeni Suraxanı qəsəbəsi dairəsinin yaxınlığında yerləşən avtobus dayanacağına qısa məsafə qalmış avtobusun arxa hissəsində yüksək toqquşma səsi eşitmişdir. Həmin an avtobusun sürücüsü idarəetməni itirmiş və avtobus qeyd etdiyi yerdə yerləşən dayanacaqdakı qəzet köşkünə çırpılıb aşmışdır. Həmin vaxt bel nahiyəsindən xəsarət almış və ağrı hiss etməyə başlamışdır. Hadisə baş verdikdən sonra o, dayanmış avtobusun qabaq alın şüşəsindən çölə çıxmışdır. Sonra onunbədənindəki ağrılar şiddətlənməyə başlamış və o, hərəkət edə bilməmişdir. Bir qədər sonra özünün verdiyi məlumat əsasında hadisə yerinə gəlmiş oğlu Sərvər Səlimov onu müayinə olunmaq üçün X20 və Ortopediya İnstitutunaaparmış və həkim müayinəsində olarkən belindəki xəsarətə görə karset bağlamağı məsləhət görülmüşdür. Hadisə ani anda baş verdiyi üçün o, hadisə vaxtı avtobusun hansı avtomobil ilə toqquşmasını, dəqiq olaraq hadisənin necə baş verməsini bilməmişdir. Hal-hazırda ona dəymiş zərər tam olaraq ödənilmiş və təqsirləndirilən şəxslə barışmışdır.Bu barədə yazılı ərizə də məhkəməyə təqdim etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, təxminən bir ildən artıqdır ki, “Ayşen LTD” şirkətində sürücü işləyir və həmişə “Deowoo BS90” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtobusu yol vəqərəsi əsasında özünə məxsus olan “AD 111363” seriya və nömrəli, “BCD” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edir. Bir gündən bir səhər saat 05:18 dəqiqədə Bilgəh qəsəbəsində sanatoriyanın qarşısındakı dayanacaqdan hərəkətə başlayır və 1 saat ərzində H.Əliyev prospekti ilə “Koroğlu” metrostansiyasına gedir, sonra həmin trayektoriya ilə geri qayıdır. İşlədiyi günün sonrakı günü isə istirahət edir. 13 oktyabr 2021-ci il tarixdə təxminən saat 05:18 dəqiqədə həmişə olduğu kimi Bilgəh qəsəbəsində sanatoriyanın qarşısından “Deowoo BS90” markalı, **-TH- *** dövlət qeydiyyat nişanlı avtobus ilə hərəkətə başlamış və Gənclik dairəsinə çatdıqdan sonra dairədən sağa dönüb H.Əliyev prospekti ilə “Koroğlu” metrostansiyası istiqamətində hərəkətini davam etdirmişdir. Bir saat sonra yəni, 06:18 dəqiqədə “Koroğlu metrostansiyasına daxil olmuş və 1 dəqiqə sonra “Koroğlu” metrostansiyasından təxminən 60-70 km/saat sürətlə H.Əliyev prospekti ilə üzü Mərdəkan qəsəbəsi istiqamətində geriyə hərəkətə başlamışdır. Ona verilmiş trayektoriya və cədvəl üzrə 21 dəqiqə sonra, yəni 06:40 dəqiqədə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsindən H.Əliyev prospektinə çıxan yolun üzərində yerləşən 5-ci çıxışda olan dayanacağa çatmağa təxminən 50 metr qalmış sürətini azaldıb təxminən 30 km/saat sürətlə hərəkətini davam etdirməyə başlamışdır. Elə bu anda avtobusun arxasında güclü zərbə hiss etmiş və bu anda avtobusun idarəetməsini itirmiş, avtobus Yeni Suraxanı qəsəbəsindən prospektə daxil olan yoldakı beton səkiyə dəydiyi üçün dönərək dayanacağa daxil olub dayanacaqdakı beton səkiyə dəyib sol yan tərəfi üstə aşmış, biraz sürüşərək həmin dayanacaqda olan yerüstü piyada keçidinin beton dirəyinə çırpılaraq dayanmışdır. Hadisə nəticəsində avtobusda olan dəqiq sayını bilmədiyi, tanımadığı sərnişinlər, eləcə də, həmin vaxt dayanacaqda olduqları üçün idarə etdiyi avtobusun altında qalan piyadalar xəsarət almışlar. O, xəsarət almadığı üçün avtobusda olan sərnişinlərin bəzilərini avtobusdan çölə çıxarmışdır. Belə ki, hadisə nəticəsində avtobusun alın partpesinin bir hissəsi sınıb düşmüş və həmin yerdən sərnişinərə kömək edərək çölə çıxarmışdır. Sonra hadisə yerində TTY avtomobilləri və polis əməkdaşları gəlmişdir. O, özünü polis əməkdaşlarına təqdim etmişdir. Hadisə 13 oktyabr 2021-ci il tarixdə təxminən saat 06:40 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsindən H.Əliyev prospektinə daxil olan yolda yerləşən dayanacağa çatmağa təxminən 50 metr qalmış yolun sağdan birinci hərəkət zolağında baş vermiş və hadisə nəticəsində onun idarə etdiyi avtobus idarəetməni itirərək dönüb dayanacağa daxil olmuş və dayanacaqdakı beton səkiyə dəyərək aşmışdır. Hadisə zamanı o, dayanacağa çatmağa az qaldığı üçün avtobusu təxminən 30 km/saat sürətlə idarə etmişdir. İşlədiyi “Ayşən LTD” şirkəti tərəfindən ona hər gün yol vərəqəsi verilmiş və hadisə günü də ona şirkət tərəfindən yol vərəqəsi verilmişdir. Həm də o, xx.xx.2021-ci il tarixdə səhər tezdən işlədiyi şirkətin qarajında həkim müayinəsindən keçmiş və bununla bağlı ona sənəd verilmişdir. Hadisə zamanı onun idarə etdiyi “Deowoo BS90” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtobusda təxminən 30 nəfər sərnişin olmuşdur. Lakin o, sərnişinlərin dəqiq sayını bilməmiş və neçə nəfərin xəsarət almasını da bilməmişdir. Hadisə nəticəsində heç bir xəsarət almamışdır. Onun hərəkəti üçün təhlükə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsindən H.Əliyev prospektinə daxil olan yolun sağ kənarında yerləşən dayanacağa çatmağa təxminən 50 metr qalmış sonradan bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “X57” markalı, **- DH-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin ön hissəsi ilə onun idarə etdiyi avtobusun arxa sol yan hissəsindən vurduğu andan yaranmış və həmin andan onun idarə etdiyi avtobus 50 metr məsafə qət edərək üzü Koroğlu metrostansiyası istiqamətinə çevrilib dayanacaqdakı beton səkiyə dəyərək sol yan tərəfi üstə aşmışdır. Yük avtomobili onun idarə etdiyi avtobusun arxasından vurduğu üçün hadisəndən sonra yalnız avtobusun əyləcini sıxmışdır. Başqa heç bir hərəkət edə bilməmişdir. O, ümumiyyətlə spirtli içki qəbul etməmiş, hadisə günü də sərxoş olmamışdır. Həm də heç vaxt narkotik vasitə, psixotrop maddə və ya başqa hər hansı bir güclü təsir edən maddələrdən istifadə etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, 13 oktyabr 2021-ci il tarixdə səhər tezdən həyətə düşən zaman pilləkənlərdən yıxılmış və sol qolu sınmışdır. Bu zaman yoldaşı onu yaşadığı evdən götürüb 3 saylı ŞKX-yə aparmışdır. Orada müayinə olunduqdan sonra qoluna gips qoyulmuş və daha sonra evə buraxılmışdır. Onun sol qolu yıxılmağı səbəbindən sınmışdır. Heç bir yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almamışdır. Ola bilsin ki, qeyd edilən yol-nəqliyyat hadisəsinin baş verdiyi gün o da qolundan xəsarət alıb 3 saylı ŞKX-yə müraciət etdiyi üçün xəstəxanada qarışıq salınıb elə məlumat verilmişdir. Məhkəmədə şahid qismində ifadəsi elan edilmiş Şahid12 ifadəsindən görünür ki, 13 okytabr 2011-ci il tarixdə, saat təxminən 07 radələrində Zirə qəsəbəsində olan iş yerinə getmək üçün Yeni Suraxanı qəsəbəsindən çıxıb, Aeroport yolu adlanan avtomagistralın Zirə qəsəbəsi istiqamətində sağ tərəfində avtobus dayanacağında dayanıb 136 və ya 171 nömrəli marşurutla işləyən avtobusu gözləmişdir. Anidən səs-küy yaranmış və o, huşunu itirmişdir. Özünə gəldikdə avtobus dayanacağının səkisində uzanmış halda olduğunu görmüşdür. Eləcə də, 71 nömrəli marşurutla işləyən avtobusun böyrüüstə aşdığını, avtobusdan yaralıların çıxarıldığını, onlara tibbi yardım göstərildiyini görmüşdür. Sifərtində qan olduğunu hiss edib, əlini alnına toxundurduqda alnının yuxarı orta hissəsində yara olduğunu hiss etmişdir. Eləcə də, sol qolunun çiyin hissəsində, sinəsində ağrı hiss etmişdir. Ətrafda çoxlu yaralıların olduğunu görüb, TTY xidmətini gözləmədən orada olan bir taksiyə minib, yaşadığı evə qayıtmışdır. Evə gəldikdən sonra həyat yoldaşı ilə birlikdə Sabunçu 3 saylı xəstəxanasına gedib, alnıınakı yaranı tikdirmiş və sonra evinə qayıtmışdır. Hadisə vaxtı fikirli olduğundan yə yola baxmadığından avtobusun necə gəldiyini və yol nəqliyytat hadisəsinin necə baş verdiyini görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, 13 okytabr 2011-ci il tarixdə, saat təxminən 07 radələrində Buzovna qəsəbəsində olan iş yerinə getmək üçün Koroğlu metrostansiyasından Koroğlu-Buzovna arası, 171 nömrəli marşurutla işləyən avtobusa minib Buzovna qəsəbəsi istiqamətinə getmişdir. Avtobusun orta hissəsində olan bir nəfərlik oturacaqda oturub, yuxuya getmişdir. Birdən bərk təkandan ayılıb, ətrafa baxdıqda avtobusun böyrüüstəçevrildiyini görmüşdür. Həmin vaxt sol qoluna güclü ağrı hiss etmişdir. Bununla belə, avtobusun içərisinə vəətrafa baxdıqda avtobusa daxil olan şəxslərin avtobusdan yaralı vəölmüşşəxslərin çıxardıqlarını görmüşdür. Qolunda olan ağrıya baxmayaraq, o, özü ayağa durub, avtobusun açıq qabaq qapısından çöləçıxmışdır. Bir az sonra hadisə yerinə bir neçə TTY gəlmiş və orada olan yaralanmışşəxslərə ilkin tibbi yardım göstərilmişdir. Hadisə yerindəçox sayda yaralı olduğundan mən tibbi yardım üçün həmin vaxt müraciət etməmişdir. Yoldan keçən başqa avtobusa minib Buzovna qəsəbəsində olan iş yerinə getmişdir. Ancaq iş yerində olan zaman qolunda olan ağrılar daha da artdığından oradan Bakışəhəri 3 saylı Sabunçu şəhər xəstəxanasına gedib, müayinə olunmuşdur. Həmin xəstəxanada onun sol qolu rengen edilmişdir. Bundan sonra həmin rengen çıxarışına baxan həkim qolunda sınıq-çat olmadığını bildirmiş və evə buraxılmışdır. Hadisə vaxtı o, avtobusda yatdığından yol-nəqliyyat hadisəsinin neçə baş verdiyini görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 13 oktyabr 2021-ci il tarixdə səhər saat 06-da işdən çıxaraq yaşadığı evə getmək üçün Koroğlu metrostansiyasının yaxınlığındakı dayanacaqdan 171 nömrəli marşurut avtobusuna minmişdir. Avtobusda ondan başqa da xeyli sərnişin olmuş, yəni oturacaqların hamısı dolmuş, ayaq üstə də bir neçə sərnişin dayanmışdır. Yeni Surxanı dayanacağına yaxınlaşan zaman oturduğu yerdən qalxıb, dayanacaqda düşmək üçün avtobusun qabaq qapısına tərəf yaxınlaşmışdır. Avtobus dayanacağa yan almağa təxminən 10 metr qalmışdır ki, bu zaman avtobusa arxadan güclü zərbə dəydiyini hiss etmiş, dərhal yuxarı tutacaqdan tutub müvazinətini saxlamaq istəmişdir. Lakin bu zaman artıq avtobus aşmağa başlamış və onun əli tutacaqdan çıxmışdır. Avtobus çevrildikdə isə digər sərnişinlər üstünə yıxılmışdır. Bir anlıq özünü itirmiş, gözünü açdıqda avtobusun qapısının yuxarıda qaldığını görüb, oradan çıxa bilmişdir. Dərhal təcili yardıma zəng vurub məlumat vermiş və sonra yenidən başqa sərnişinlərə kömək etmək üçün avtobusun içərisinə düşüb bir neçə sərnişinlərə kömək edib arxa şüşənin yerindən çıxmışlar. Məlum olmuşdur ki, dayanacaqda olan adamlardan da ölən və yaralananlar vardır. O, bel nahiyəsindən xəsarət aldığına görə onu da təcili yardım maşını ilə 3 saylışəhər xəstəxanasına aparmışlr. Orada müayinə olunmuş və onun xəsarətinin ciddi olmadığı məlum olmuş, ona görə də, həmin gün evə buraxılmışdır. Hələ hadisə yerində olarkən ona məlum olmuşdur ki, hadisə zamanıəyləşdiyi avtobusu arxadan yük avtomobili vurub aşırmışdır. Məhkəmədə şahid qismində ifadəsi elan edilmiş X28 ifadəsində göstərmişdir ki, Buzovna qəsəbəsində mebel sexində işləyir, hər səhər saat 06:20 radələrində evdən çıxıb Bülbülə qəsəbəsi yaxınldığına gəlib Aeroport yolunun kənarından 171 nömrəli marşurut avtobusu ilə Buzovna qəsəbəsinə işə gedir. 13 oktyabr 2021-ci il tarixdə səhər saat 06-20da evdən çıxaraq işlədiyi həmişəki kimi Buzovna qəsbəsinə getmək üçün Bakı-Aeroport yolunun kənarından 171 nömrəli marşurut avtobusuna minmişdir. Avtobusda ondan başqa da xeyli sərnişin olmuş, yəni oturacaqların hamısı dolmuş, o isə ayaq üstə dayanmışdır. Yeni Surxanı dayanacağına yaxınlaşan zaman, avtobusun dayanacağa yan almağa təxminən 10 metr qalmışdır ki, bu zaman avtobusa arxadan güclü zərbə dəydiyini hiss etmişdir. Bundan sonra nə baş verdiyini xatırlamamışdır. Gözünü açanda avtobusun aşmış vəziyyətdə olduğunu, sərnişinlərin hamısınıçıxartdıqlarını və bundan sonra onu da qabaq alın şüşəsi yerindən çıxartdıqlarını görmüşdür. Az sonra hadisə yerinə gələn təciyi yardım maşını ilə digər sərnişinlər kimi onu Sabunçu 3 saylışəhər xəstəxanasına aparmışlar. Müayinə olduqda xəsarətinin ciddi olmaması məlum olmuş, ona görə də, həmin gün evə buraxılmışdır. Sonradan ona məlum olmuşdur ki, getdikləri avtobusu arxadan yük avtomobili vurub aşırmış, avtobusda olan və dayanacaqda olan adamlardan da ölən və yaralananlar olmuşdur. Məhkəmədə şahid qismində ifadəsi elan edilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 13 oktyabr 2021-ci il tarixdə səhər saat 06-20-da evdən çıxaraq işlədiyi Buzovna qəsbəsinə getmək üçün Bakı-Aeroport yolunun kənarından 171 nömrəli marşurut avtobusuna minmişdir. Avtobusda ondan başqa da xeyli sərnişin də olmuş, yəni oturacaqların hamısı dolmuşdur. O isə qapı tərəfdən 2-ci oturacaqda oturmuşdur. Qulaqalarında qulaqcıq olmaqla mürgüləmiş, ona görə də, hadisənin necə baş verdiyini bilməmişdir. Ancaq onu hiss etmişdir ki, avtobusa arxadan güclü zərbə dəymiş və gözünü açanda avtobusun aşmış vəziyyətdə olduğunu görmüşdür. Kənar şəxslər sərnişinləri və o cümlədən onu avtobusdan çıxartmışlar. Az sonra hadisə yerinə gələn təcili yardım maşını ilə digər sərnişinlər kimi onu KTM-ə aparmışlar. Müayinə olduqda xəsarətinin ciddi olmadığı məlum olmuş, ona görə də, həmin gün evə buraxılmışdır. Sonradan ona məlum olmuşdur ki, getdikləri avtobusu arxadan yük avtomobili vurub aşırmış, avtobusda olan və dayanacaqda olan adamlardan da ölən və yaralananlar olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 13 oktyabr 2021-ci il tarixdə səhər saat 06-da işdən çıxaraq yaşadığı evə getmək üçün Koroğlu metrostansiyasının yaxınlığındakı dayanacaqdan 171 nömrəli marşurut avtobusuna minmişdir. Avtobusda ondan başqa da xeyli sərnişin olmuş, yəni oturacaqların hamısı dolmuş, ayaq üstə də bir neçə sərnişin dayanmışdır. O, avtobusda axıırıncı oturacaqda sol küncdə oturmuşdur. Yeni Surxanı dayanacağına yaxınlaşan zaman, dayanacağa yan almağa təxminən 10 metr qalmışdır ki, bu zaman avtobusa arxadan, yəni onun oturduğu künc tərəfindən güclü zərbə dəydiyini hiss etmiş, avtobus zərbədən çevrilərək sol yanıüstə aşmışdır. Bir qədər sonra avtobusda olan iş yoldaşı Orxan koməklik göstərib onu avtobusun arxa şüşəsinin yerindən çıxartmışdır. Məlum olmuşdur ki, dayanacaqda olan adamlardan da ölən və yaralananlar vardır. O, döş qəfəsində xəsarət aldığına görə onu da təcili yardım maşını ilə 3 saylışəhər xəstəxanasına aparmışlar. Orada müayinə olunmuş və xəsarətinin çox da ciddi olmaması, yəni qabırğasında sınıq olması məlum olmuşdur. Özü xəstəxanada qalmaq istəmədiyinə görə həmin gün evə buraxılmışdır. Hələ hadisə yerində olarkən ona məlum olmuşdur ki, getdikləri avtobusu arxadan yük avtomobili vurub aşırmışdır. Məhkəmədə şahid qismində ifadəsi elan edilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 13 oktyabr 2021-ci il tarixdə səhər saat 06-da evdən çıxaraq işə getmək üçün Sabunçu dairəsindən 171 saylı marşurutla Binə Atçılıq qəsbəsinə getmək üçün Sabunçu dairəsinin yaxınlığına gedib dayanacaqdan 171 nömrəli marşurut avtobusuna minmişdir. Avtobusda ondan başqa da xeyli sərnişin olmuşdur. O, arxa oturacaqda ortada əyləşmiş və Yeni Suraxanı dayanacağına yaxınlaşan zaman, dayanacağa yan almağa təxminən 10 metr qalmışdır ki, bu zaman avtobusa arxadan yəni arxa künc tərəfindən güclü zərbə dəydiyini hiss etmiş, avtobus zərbədən çevrilərək sol yanıüstə aşmışdır. Bundan sonrasını xatırlamamışdır. Özünə gələndə yolun kənarında yerdə olduğunu bilmişdir. Ona məlum olmuşdur ki, dayanacaqda olan adamlardan da ölən və yaralananlar vardır. O, baş nahiyəsindən ağır xəsarət aldığına görə onu da təcili yardım maşını ilə 3 saylışəhər xəstəxanasına aparmışlar. Orada bir həftə müalicə aldıqdan sonra evə buraxılmışdır. Hələ hadisə yerində olarkən ona məlum olmuşdur ki, getdikləri avtobusu arxadan yük avtomobili vurub aşırmışdır. Məhkəmədə şahid qismində ifadəsi elan edilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Buzovna qəsəbəsində yerləşən Komfrom MMC-də operator işləyir. 13 oktyabr 2021-ci il tarixdə səhər saat 06-da evdən çıxaraq işə getmək üçün Ramanı dairəsindən 171 saylı marşurutla Buzovna qəsbəsinə getmək üçün 171 nömrəli marşurut avtobusuna minmişdir. Avtobusda ondan başqa da xeyli sərnişin olmuşdur. O, arxadan sol 2-ci cərgədə oturacaqda əyləşmiş və Yeni Suraxanı dayanacağına yaxınlaşan zaman, avtobus dayanacağa yan almağa təxminən 10 metr qalmışdır ki, bu zaman avtobusa arxadan güclü zərbə dəydiyini hiss etmiş, avtobus zərbədən çevrilərək sol yanıüstə aşmışdır. Bundan sonrasını xatırlamamışdır. Özünə gələndə avtobusun içərisində cavan bir oğlan onu ürək nahiyəsindən masaj etdiyini görmüşdür. O, baş nahiyəsindən ağır xəsarət aldığına görə onu da təcili yardım maşını ilə 3 saylışəhər xəstəxanasına aparmışlar. Orada 16 gün müalicə aldıqdan sonra evə buraxılmışdır. Sonradan ona məlum olmuşdur ki, getdikləri avtobusu arxadan yük avtomobili vurub aşırmış, sərnişinlərdən və dayanacaqda olan adamlardan ölən və yaralananlar olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərmişdir ki, Buzovna qəsəbəsi, Vişnovka yaşayış sahəsində yerləşən “SOCAR” İB-nə məxsus qarajda mühafizəçi işləyir. Üç gün evdə olduqdan sonra bir gün işdə olur və 24 saat işləyir. 13 oktyabr 2021-ci il tarixdə səhər tezdən təxminən saat 06 radələrində yaşadığı evdən çıxıb “Komsomol” dairəsində 171 saylısərnişin avtobusuna minmiş və avtomobilin orta hissəsində olan oturacaqda əyləşmişdir. Avtobus hərəkətə başlamış və normal sürətlə hərəkətinə davam etmişdir. Biraz sonra aeroport yolunun Yeni Suraxanı qəsəbəsinin çıxışında yerləşən dayanacağa çatmağa biraz qalmış qəflətən avtobusun arxa hissəsində güclü zərbə səsi gəlmiş və avtobus aşaraq dayanacaqdakı küşkə və betona dəyib dayandı. Zərbənin təsirindən avtobus sol yanıüstündə aşdığıüçün sağda olan insanlar onun üstünə düşmüşdür. Ətrafda olan tanımadığışəxslər kömək edib avtobusun içində olan insanlarıçöləçıxarmışlar. Həmin vaxt xəsarət aldığıüçün hadisə yerinəçağırılmış TTY avtomobili vasitəsilə Sabunçu rayon 3 saylıŞKX-yə aparılmış, orada müayinə olunduqdan sonra evə buraxılmışdır. Sonradan ona məlum olmuşdur ki, hadisə zamanı “Mercedes Atego” markalı yük avtomobili arxadan onun əyləşdiyi avtobusun arxa yük hissəsinəçırpılmış və zərbənin təsirindən avtobus aşaraq dayanacağa kimi gəlib köşkə dəymişdir. Məhkəmədə şahid qismində ifadəsi elan edilmiş Şahid17ifadəsindəgöstərmişdir ki,13 oktyabr 2021-ci il tarixdə səhər tezdən təxminən saat 06 radələrində yaşadığı evdən tək çıxmış və işə getmək üçün Suraxanı rayonunun çıxışında olan “Komsomol” dairəsi deyilən yerdə olan dayanacağa gəlmiş, oradan üzü Mərdəkan qəsəbəsi istiqamətində Bakı-aeroport yolu ilə gedən 171 saylı sərnişin avtobusuna əyləşmişdir. Həmin vaxt avtobusda sərnişinlər çox olmuş və buna görə də, o, ayaq üstə dayanıb dəmir tutacaqdan tutmuşdur. Avtobus hərəkətə başlayıb biraz getdikdən sonra Yeni Suraxanı qəsəbəsinin aeroport yolu ilə birləşən hissəsində olan keçidin altındakı dayanacağa çatmağa biraz qalmış qəflətən onun əyləşdiyi avtobusun arxasından güclü zərbə hiss etmiş və avtobus aşaraq gedib dayanacağa dəyib dayanmışdır. Həmin vaxt o, xəsarət almış və huşunu itirmişdir. Oyandıqda isə xəstəxanada olduğunu görmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 13 oktyabr 2021-ci il tarixdə təxminən saat 06:40 radələrində “Koroğlu” metrostansiyasının qarşısından 171 saylı sərnişin avtobusuna əyləşmişdir. Sonra avtobus hərəkətə başlamışdır. O, avtobuda ayaq üstə dayanmışdır. Bir neçə dəqiqədən sonra aeroport yolunda Yeni Suraxanı qəsəbəsinəçatmağa az qalmış qəflətən arxadan zərbə səsi eşitmiş və avtobus aşaraq dayanacağa çırpılmışdır. Həmin vaxt çoxlu xəsarət alan şəxslər olmuşdur. O da həmin vaxt müxtəlif xəsarətlər almışdır. Hadisədən sonra 3 saylıŞKX-yə müracitə etmişdir. Daha sonra isə ona məlum olmuşdur ki, “Mercedes Atego” markalı avtombil arxadan onun sərnişin qismində olduğu avtobusa çırpılmış və nəticədə zərbədən avtobus aşmışdır. Məhkəmədə şahid qismində ifadəsi elan edilmiş X41 ifadəsində göstərmişdir ki, aeroport yolunda keçidin yaxınlığında yerləşən köşkdə satıcı işləyir. 13 oktyabr 2021-ci il tarixdə gecə növbəsindən çıxıb təxminən saat 06:40 radələrində köşkdə olan zaman qəflətən 171 saylı sərnişin avtobusunun müvazinətini itirərək aşıb gələrək onun işlədiyi köşkəçırpıldığını görmüş və həmin vaxt o, müxtəlif bədən xəsarətləri almışdır. Hadisə zamanı xəsarət aldığıüçün KTM-ə müracitə etmişdir. Daha sonra isə ona məlum olmuşdur ki, “Mercedes Atego” markalı avtombil arxadan onun sərnişin qismində olduğu avtobusa çırpılmış və nəticədə zərbədən avtobus aşmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 13 oktyabr 2021-ci il tarixdə gecə növbəsindən çıxıb təxminən saat 06:40 radələrində “Koroğlu” dairəsindən 171 saylı sərnişin avtobusuna əyləşmişdir. Avtobus aeroport yolunda dayanacağa çatmağa az qalmış qəflətən arxadan zərbə səsi eşitmiş və avtobusun aşdığını görmüşdür. Həmin vaxt müxtəlif bədən xəsarətləri almış və KTM-ə müracitə etmişdir. Daha sonra isə ona məlum olmuşdur ki, “Mercedes Atego” markalı avtombil arxadan onun sərnişin qismində olduğu avtobusa çırpılmış və nəticədə zərbədən avtobus aşmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, 13 oktyabr 2021-ci il tarixdə səhər tezdən təxminən saat 06 radələrində yaşadığı evdən çıxıb “Ağçiçəyim” gül salonunun yanında yerləşən dayanacaqda 171 saylı sərnişin avtobusuna minmiş və avtomobilin arxa hissəsində ayaq üstə dayanmış, dəmir tutacaqdan tutmuşdur. Avtobus hərəkətə başlamış və biraz sonra aeroport yolunun Yeni Suraxanı qəsəbəsinin çıxışında yerləşən dayanacağa çatmağa biraz qalmış qəflətən avtobusun arxa hissəsində güclü zərbə səsi gəlmiş və avtobus aşaraq dayanacaqdakı köşkə və betona dəyib dayanmışdır. Zərbənin təsirindən yerə yıxılmış və yanında olan sərnişinlər onun üstünə düşmüşdür. Ətrafda olan tanımadığışəxslər kömək edib avtobusun içində olan insanlarıçöləçıxarmışlar. Həmin vaxt xəsarət aldığıüçün hadisə yerinəçağırılmış TTY avtomobili vasitəsilə KTM-ə aparılmışdır. Orada müayinə olunduqdan sonra evə buraxılmışdır. Sonradan ona məlum olmuşdur ki, hadisə zamanı “Mercedes Atego” markalı yük avtomobili arxadan onun içərisində olduğu avtobusun arxa yük hissəsinəçırpılmış və zərbənin təsirindən avtobus aşaraq dayanacağa kimi gəlib köşkə dəymişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, X54 Hərbi məktəbində müəlim işləyir. İş yerə Qala qəsəbəsində yerləşir. 13 oktyabr 2021-ci il tarixdə saat 06:40 radələrində işə getmək üçün “Koroğlu” metrostansiyasının qarşısından 171 saylı sərnişin avtobusuna əyləşmişdir. O, sürücünün arxasındakı oturacaqda əyləşmişdir. Avtobus normal sürətlə hərəkət etmiş və bir neçə dəqiqə sonra həmin avtobusun arxasından başqa nəqliyyat vasitəsinin çırpılmasını eşitmişdir. Daha sonra o, müvazinətini itirərək yan tərəfi üstə aşmışdır. Ətrafda olan şəxslər avtobusun içində xəsarət alan şəxsləri avtobusdan bayıra çıxarmışdır. Həmin vaxt o, müxtəlif bədən xəsarətləri almış, lakin səhhətində ciddi problem olmaması səbəbindən işə getmişdir. Lakin işdə olarkən bədənində ağrılar baş verdiyindən xəstəxanaya müraciət etmişdir. Daha sonra ona məlum olmuşdur ki, “Mercedes Atego” markalı avtombil arxadan onun sərnişin qismində olduğu avtobusa çırpılmış və nəticədə zərbədən avtobus aşmışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 13 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub saxlanılmışdır “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 14 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. Suraxanı Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 13 oktyabr 2021-ci il tarixdən hesablanmaqla 04 ay müddətinə “həbs” qismində qətimkan tədbiri seçilmişdir. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 16 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavə və dəyişiklik edilməklə Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə yenidən ittiham elan edilmiş və barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri nəzərə alınmışdır. Sərxoşluq protokolundan görünür ki, yol-nəqliyyat hadisəsi baş verən zaman Təqsirləndirilən şəxs sərxoş olmamış, ayıq olmuşdur. Suraxanı RPİ-nin DYPŞ-dən alınmış məktubdan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs məxsus olan xx.xx.2021-ci il tarixdən xx.xx.2031-ci ilədək qüvvədə olan BD 008802 saylı sürücülük vəsiqəsi mövcuddur. Onun sürücülük hüququ məhdudlaşdırılmamışdır. Məhkəmə-tibb ekspertizasının 22 oktyabr 2021-ci il tarixli 122 saylı rəyindən görünür ki, 1975-ci il təvəllüdlü X9 meyiti məhkəmə-tibbi müayinə olunarkən onun bədən səthində aşağıdakı xəsarətlər aşkar olundu: baş beyinin postravmatik ödemi və dilokasiyası, baş beyinin ağır dərəcəli əzilməsi, hər iki ağciyərin əzilməsi, iki tərəfli hemopnevmotoraks, dalağın, enən çənbər bağırsağın zəsələnməsi, sol bazu, burun sümüklərinin yerini dəyişən sınıqları, bədənin sıyrıqları. Qeyd edilən xəsarətlər həyatidirlər, şəxsin xəstəxanaya daxil olmasından az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərlər, alınma müddətləri qərarda göstərilən xx.xx.2021-ci il tarixə uyğun gələ bilər, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlidirlər. R.M.Zeynalabdiyevin ölümünə ağır qapalı kəllə-beyin travması nəticəsində baş beynin ödemi və dislokasiyası fonunda inkişaf etmiş həyati vacib mərkəzlərin funksiyasının sönməsi səbəb olmuşdur. Ölüm 3 saylı ŞKX-da xx.xx.2021-ci il tarixdə saat 12:25-də baş vermişdir, hansı ki, meyitin məhkəmə-tibb müayinəsi ilə inkar olunmur. R.M.Zeynalabdiyev 4 gün stasionar müalicəsi aldığından, məhkəmə-kimya təhqiatı üçün qan nümunəsi götürülmədi. Eləcə də, mərhumun adına tərtib edilmiş xəstəlik tarixində spirtli içki qəbul etmısi barədə hər hansı qeydiyyat aşkar edilmədi. Məhkəmə-tibb ekspertizasının 29 oktyabr 2021-ci il tarixli 114 saylı rəyindən görünür ki, 1964-cü il təvəllüdlü mərhum Zərərçəkmiş şəxs5 aşkar edilmiş xəsarətlər – sol gicgah sümüyünün kəllə əsasına-orta kəllə çuxuruna keçən xətti sınığı, baş beyinə qansızma, iki tərəfli qabırğaların və çanaq sümüklərinin qapalı sınıqları, bədənin əzilmiş-cırılmış yaraları, hematoma və sıyrıqları həyati olub, mərhumun ölümündən bir qədər əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən xx.xx.2021-ci il tarixə baş vermiş yolnəqliyyat qəzası zamanı əmələ gələ bilərdilər, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər və onun ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs5 ölümünə səbəb kəllə sümüklərinin sınığı nəticəsində inkişaf etmiş baş beyinə qansızma olmuşdur. Ölüm meyitin meyitxanada müayinəsindən 3-6 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs5 meyitindən götürülmüş qanın məhkəmə-kimya təhqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. Məhkəmə-tibb ekspertizasının 06 noyabr 2021-ci il tarixli 115 saylı rəyindən görünür ki, 1989-cu il təvəllüdlü mərhum Zərərçəkmiş şəxs4 bədən səthində aşkar edilmiş xəsarətlər – kəllə və üz skeleti sümüklərini sınığı və baş beyinin hissəvi evakuasiyası, sağ bud sümüyünün sınığı, bədənin cırılmış yaraları həyati olub, mərhumun ölümündən bir qədər əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat qəzası zamanı əmələ gələ bilərdilər, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər və onun ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs4 ölümünə səbəb həyatla bir araya sığmayan xəsarətlərdən kəllə sümüklərinin çoxsaylı qəlpəli sınıqları və baş beyinin hissəvi evakuasiyası olmuşdur. Ölüm meyitin meyitxanada müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs4 meyitindən götürülmüş qanın məhkəməkimyəvi təhqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. Məhkəmə-tibb ekspertizasının 28 oktyabr 2021-ci il tarixli 118 saylı rəyindən görünür ki, 1985-ci il təvəllüdlü mərhum Zərərçəkmiş şəxs6 bədən səthində aşkar edilmiş xəsarətlər – baş beyinin və kəllənin kəskin deformasiyası, baş beyinin əzilməsi və basılmış sınıqları, daxili orqanların cırılması, bədənin əzilmiş-cırılmış yaraları həyati olub, mərhumun ölümündən bir qədər əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən xx.xx.2021-ci il tarixə baş vermiş yol-nəqliyyat qəzası zamanı əmələ gələ bilərdilər, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər və onun ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs6 ölümünə səbəb almış olduğu həyatla bir araya sığmayan xəsarətlər olmuşdur. Ölüm meyidin meyitxanada müayinəsindən 4-6 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs6 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi təhqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. Məhkəmə-tibb ekspertizasının 29 oktyabr 2021-ci il tarixli 116 saylı rəyindən görünür ki, 1961-ci il təvəllüdlü mərhum X18 bədən səthində aşkar edilmiş xəsarətlər – ağ ciyərlərin zədələnməsi ilə müşayiət olunmuş qabırğaların iki tərəfli soxsaylı sınıqları, sol topuğun sınığı, sınıqlar və qançırlar həyati olub, mərhumun ölümündən bir qədər əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən xx.xx.2021-ci il tarixə baş vermiş yol-nəqliyyat qəzası zamanı əmələ gələ bilərdilər, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər və onun ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum İ.Ə.İsgəndərovanın ölümünə səbəb ağ ciyərlərin zədələnməsi nəticəsində kəskin qanitirmə olmuşdur. Ölüm meyidin meyitxanada müayinəsindən 3-5 saat əvvəl baş vermişdir. Mərhum İ.Ə.İsgəndərovanın meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi təhqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. Məhkəmə-tibb ekspertizasının 06 noyabr 2021-ci il tarixli 117 saylı rəyindən görünür ki, 1964-cü il təvəllüdlü mərhum X2 bədən səthində aşkar edilmiş xəsarətlər – kəllə qapağı və əsası sümüklərinin sınığı, baş beynin hissəvi evakuasiyası, sol körpücük sümüyünün sınığı, kəllənin geniş ölçülü cırılmış yarası, qançır və sıyrıq həyati olub, mərhumun ölümündən bir qədər əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən xx.xx.2021-ci il tarixə baş vermiş yol-nəqliyyat qəzası zamanı əmələ gələ bilərdilər, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər və onun ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs2 ölümünə səbəb həyatla bir araya sığmayan xəsarət – kəllə sümüklərinin çoxqəlpəli sınıqları və baş beynin hissəvi evakuasiyası olmuşdur. Ölüm meyidin meyitxanada müayinəsindən 4-6 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi təhqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. Məhkəmə-tibb ekspertizasının 18 dekabr 2021-ci il tarixli 1236 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs14 Eldaniz oğlunun bədən səthində aşağıdakı xəsarət aşkar edildi: sağ mil sümüyünün tipik yerinin yerdəyişməsiz qapalı sınığı. Qeyd edilən xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınması mümkündür və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Məhkəmə-tibb ekspertizasının 13 yanvar 2022-ci il tarixli 38 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs8 aşkar edilmiş xəsarətlər – sağ tərəfdə İX-X qabırğaların sınığı, İ bel fəqərəsinin kompresiyası bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Məhkəmə-tibb ekspertizasının 30 noyabr 2021-ci il tarixli 1189 saylı rəyindən görünür ki, Şahid16 bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: bel nahiyəsinin hematoması, ənsə-təpə nahiyəsinin əzilmiş yarası. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər Məhkəmə-tibb ekspertizasının 14 yanvar 2022-ci il tarixli 42 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs10 bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: travmatik şokla müşayiət olunan sağ budun aşağı 1/3-nin açıq, sol budun aşağı 1/3-nin qapalı yerdəyişən sınıqları. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Məhkəmə-tibb ekspertizasının 12 may 2022-ci il tarixli 04t/s saylı rəyindən görünür ki, Şahid13 xəstəxanaya daxil olarkən aşkar edilmiş sol mil sümüyünün yerdəyişmə ilə qapalı qəlpəli sınığı bərk küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə, yəni xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə-tibb ekspertizasının 12 may 2022-ci il tarixli 01t/s saylı rəyindən görünür ki, Şahid17 xəstəxanaya daxil olarkən aşkar edilmiş bədənin çoxsaylı əziyi bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə, yəni xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Vət. Şahid17 aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin onun özü tərəfindən yetirilməsi az inandırıcıdır. Məhkəmə-tibb ekspertizasının 14 mart 2022-ci il tarixli 262 saylı rəyindən görünür ki, Şahid7 bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol budun depiqmentasiya sahəsi. Qeyd edilən depiqmentasiya sahəsi sıyrıq izi olub, bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Vət. Şahid7 KTM-də qoyulmuş “çanağın sol yarısının əzilməsi” diaqnozunda xəsarətin obyektiv əlaməti təsvir olunmadığından, eləcə də özünün müayinəsi zamanı həmin nahiyədə xəsarət aşkar edilmədiyindən həmin diaqnozu xəsarət kimi qiymətləndirmək mümkün olmur. Məhkəmə-tibb ekspertizasının 10 may 2022-ci il tarixli 02t/s saylı rəyindən görünür ki, Şahid15 klinikaya daxil olarkən aşkar edilmiş üzün sıyrıqları və diz nahiyəsinin əziyi bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə, yəni xx.xx.2021ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Vət. Şahid15 aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin onun özü tərəfindən yetirilməsi az inandırıcıdır. Məhkəmə-tibb ekspertizasının 10 noyabr 2021-ci il tarixli 1208 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs12 bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sağ tərəfli pnevmotoraksla müşayiət olunan sağ İV-V qabırğaların sınığı, sol mil sümüyünün distal metefizar sınığı. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Məhkəmə-tibb ekspertizasının 19 aprel 2022-ci il tarixli 399 saylı rəyindən görünür ki, Şahid9 bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: baş beyin silkələnməsi, alıntəpə nahiyəsinin geniş ölçülü əzilmiş-cırılmış yarası, sol alt göz qapağı və bayır bucağı nahiyəsinin əzilmiş-cırılmış yarası, sol dirsək oynağının səthi əzilmiş yarası. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Məhkəmə-tibb ekspertizasının 04 iyun 2022-ci il tarixli 477 saylı rəyindən görünür ki, Şahid12 bədən səthində aşağıdakı xəsarət aşkar edilmişdir: alın nahiyəsinin əzilmiş yarası. Qeyd edilən xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmə-tibb ekspertizasının 11 fevral 2022-ci il tarixli 43 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs9 bədən səthində aşağıdakı xəsarət aşkar edilmişdir: sol əlin pnevmotoraksla müşayiət olunan sol ağciyərin əzilməsi, sol kürək sümüyünün boynunun qapalı sınığı, alın və təpə nahiyələrinin dərialtı hematoması, sol bazunun şişkinlik və sıyrığı. Qeyd edilən xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir Məhkəmə-tibb ekspertizasının 11 dekabr 2021-ci il tarixli 1231 saylı rəyindən görünür ki, X16 bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sağ baldırın sıyrığı və əzilmiş səthi yarası, sol budun şişkinlik halında əzilməsi. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmə-tibb ekspertizasının 04 dekabr 2021-ci il tarixli 1196 saylı rəyindən görünür ki, Şahid5 bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol İV qabırğanın yerdəyişməyən sınığı, sol bayır topuq nahiyəsinin əzilmiş-səthi yarası, təpə nahiyəsinin əzilmiş yarası. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmə-tibb ekspertizasının 30 dekabr 2021-ci il tarixli 1298 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs13 bədən səthində aşkar edilmiş xəsarətlər: baş beynin orta dərəcəli əzilməsi, sol təpə-gicgah sümüklərinin kəllə əsasına keçən xətti sınığı, gicgah-təpə və sol qulaq nahiyəsinin əzilmiş yaraları, sol çiyin qurşağının əzilməsi bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Məhkəmə-tibb ekspertizasının 03 dekabr 2021-ci il tarixli 1188 saylı rəyindən görünür ki, Şahid4 bədən səthində aşkar edilmiş xəsarət: beş, döş qəfəsi, sağ sağrı nahiyələrinin sıyrıqları, sol baldırın qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə-tibb ekspertizasının 11 fevral 2022-ci il tarixli 52 saylı rəyindən görünür ki, Şahid1 bədən səthində aşkar edilmiş xəsarət: döş qəfəsinin sağ yarısının əziyi bərk küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2021ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə-tibb ekspertizasının 11 may 2022-ci il tarixli 373 saylı rəyindən görünür ki, Şahid10 bədən səthində aşkar edilmiş xəsarətlər: sol bazu və dirsək oynağını əhatə etmiş geniş ölçülü əzilmiş yarası bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müdətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmə-tibb ekspertizasının 04 dekabr 2021-ci il tarixli 1203 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs11 bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmiş: baş beynin silkələnməsi, burun sümüklərinin yerdəyişən sınığı, sol ayağın əzilmiş-cırılmış yarası. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müdətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər Məhkəmə-tibb ekspertizasının 12 may 2022-ci il tarixli 384 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs17 bədən səthində aşkar edilmiş xəsarətlər: burun yəhəri nahitəsinin əziyi, ikitərəfli gözətrafı hematoma, sol kürək sümüyünün yerdəyişməyən sınığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müdətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Məhkəmə-tibb ekspertizasının 12 may 2022-ci il tarixli 384 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs7 bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: onurğa qərarının kompresiyası (sıxılması) ilə müşayiət olunan 1-2-3-4-5-ci bel fəqərələrinin yerini dəyişən və dəyişməyən sınığı, sol qulaq seyvanının əzilmiş yarası. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özünə yetirməsi nəticəsində alınmaları inkar olunur. Məhkəmə-tibb ekspertizasının 04 fevral 2022-ci il tarixli 51 saylı rəyindən görünür ki, X29 bədən səthində xəsarətlər aşkar edilmədi. Vət. M.M.Əliyevin xəstəxanada qoyulmuş “Sol çanaq nahiyəsinin küt travması” diaqnozunda xəsarətin obyektiv əlaməti təsvir olunmadığından, eləcə də, müayinə zamanı xəsarət aşkar edilmədiyindən həmin diaqnozu xəsarət kimi qiymətləndirmək mümkün deyildir. Məhkəmə-tibb ekspertizasının 04 fevral 2022-ci il tarixli 46 saylı rəyindən görünür ki, Şahid3 bədən səthində xəsarətlər aşkar edilmədi. Vət. Şahid3 xəstəxanada qoyulmuş “Sağ təpə nahiyəsinin didilməsi” diaqnozunda xəsarətin obyektiv əlaməti təsvir olunmadığından, eləcə də, müayinə zamanı xəsarət aşkar edilmədiyindən həmin diaqnozu xəsarət kimi qiymətləndirmək mümkün deyildir Məhkəmə-tibb ekspertizasının 02 dekabr 2021-ci il tarixli 1304 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs15 bədən səthində aşağıdakı xəsarət aşkar edildi: İ bel fəqərəsinin kompression sınığı. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınması mümkündür və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Məhkəmə-tibb ekspertizasının 14 aprel 2022-ci il tarixli 375 saylı rəyindən görünür ki, Şahid11 aşkar edilmiş xəsarətlər: baş beyin silkələnməsi halında qapalı kəllə-beyin travması, təpə nahiyəsinin əzilməsi, bel nahiyəsinin hematoması bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmə-tibb ekspertizasının 15 aprel 2022-ci il tarixli 392 saylı rəyindən görünür ki, Şahid8 aşkar edilmiş xəsarətlər: başın təpə nahiyəsinin əzilmiş yarası və qarının küt tarvması bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Məhkəmə-tibb ekspertizasının 04 yanvar 2022-ci il tarixli 1317 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs16 aşkar edilmiş xəsarətlər – sağ ayağın aşıq-baldır oynağı səviyyəsində travmatik qopması, sol ayaqaltı nahiyənin əzilmiş-soyulmuş yaraları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən müddətdə, yəni xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Vət. Zərərçəkmiş şəxs16 aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin onun özü tərəfindən yetirilməsi inkar edilir. Kompleks məhkəmə-trasoloji və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 02 fevral 2022-ci il tarixli 8/2877 saylı rəyindən görünür ki, təqdim edilmiş avtomobillərin üzərində olan zədələrin təsviri və qarşılıqlı vəziyyətləri rəyin tədqiqi hissəsində verilib. - İlkin kontakt anında toqquşma “X57 1223 yük” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi ilə “Daevvoo BS-090” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtobusun arxa sol hissəsi arasında təxminən 10-15 dərəcə bucaq altında baş vermişdir. - İstintaq tərəfindən təqdim olunmuş məumatlara əsasən X57 1223 markalı, **-DH- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X14 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - Sürücü M.Əzizli maksimum hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 70 km/sata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 90 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. - İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Daevvoo BS090 markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Şahid14 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Məhkəmə-psixiatrik ekspertizasının 20 may 2022-ci tarixli 1294 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs babagözl oğlunun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş ərizələrin surətindən görünür ki, zərərçəkmiş şəxslərin hüquqi varisləri-X31, X32, X7, X34,X8 və zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10,Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14 Eldaniz oğlu, Zərərçəkmiş şəxs15 və Zərərçəkmiş şəxs17 ayrı-ayrılıqda hər biri ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdıqlarını və heç bir şikayət və tələbləri olmadıqlarını bildirmişlər. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl ehtiyatsızlıqdan törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2013-cü il 15 noyabr tarixli 5 nömrəli Qərarının 21-ci bəndinə görə, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə əsas və nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzalar təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslər və zərərçəkmiş şəxslərin hüquqi varislər ilə barışıq əldə etməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə, hökmün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair hissəsinin - əlavə cəzanın icrasının Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 154.1-ci və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməsini də əsaslı hesab edir. Bu halda əlavə cəza, cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən isə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra hökmün surətini və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərməlidir. İcra məmuru isə həmin Məcəllənin 154.1-ci maddəsində göstərilən qaydalara əməl etməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət-hüquqi tədbir olaraq xüsusi müsadirə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması kimi müəyyən edilmişdir. Hazırki cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Həmçinin, iş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. İş üzrə maddi sübut yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 saylı Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözü gedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 13 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2013-cü il qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 13 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair əlavə cəzanın icrası cəzanı icra edən müəssisə və orqan tərəfindən Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 154.1-ci və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilsin. Təqsirləndirilən şəxs 200 (iki yüz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün tağıinin ona verildiyi andan andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-188/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-188/2023
16.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver