Məhkəmə qərarları › İş №1(101)-1881/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1881/2022

26.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1881/2022 26.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X3, müdafiəçi - Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X14 iştirakı ilə, xx xxxxxx 1964-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2an Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Xaçmaz Rayon Məhkəməsinin 14 iyul 1986-cı il tarixli hökmünə əsasən 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 207-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Xaçmaz Rayon Məhkəməsinin 09 aprel 1993-cü il tarixli hökmünə əsasən 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinin 3-cü hissəsi və 215-ci maddəsinin 38-ci hissəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Xaçmaz Rayon Məhkəməsinin 24 avqust 2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Xaçmaz Rayon Məhkəməsinin 07 may 2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 7 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasinda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan xəsarət yetirmişdir. Belə ki, o, Xaçmaz Rayon Məhkəməsinin 07 may 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən, onunla eyni vaxtda, lakin 14 saylı cəzaçəkmə müəssisəsində Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 19 aprel 2007ci il tarixli hökmü ilə 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Zərərçəkmiş şəxs məhkum yoldaşlarının, habelə sonuncu ilə eyni cəzaçəkmə müəssisəsində Xaçmaz Rayon Məhkəməsinin 7 noyabr 2007-ci il tarixli hökmü ilə 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş qardaşı X10 yanında bacıları X5 yüngül həyat tərzi keçirməsi barədə etdiyi xoşagəlməz söhbətlərə görə sonuncunu azadlığa çıxdıqdan sonra cəzalandıracağına söz vermiş, Zərərçəkmiş şəxs cəzasını çəkib 29 avqust 2008-ci il tarixdə, bacısının yüngül həyat tərzi keçirməsi barədə məhkum yoldaşlarına etdiyi xoşgəlməz söhbətlər barədə məlumatı ona çatdıran qardaşı X20 07 may 2009-cu il tarixdə, özü isə 13 noyabr 2010-cu il tarixdə cəzasının sonu ilə azadlığa çıxdıqdan sonra Zərərçəkmiş şəxs münasib vaxtda və şəraitdə cəzalandırmaq fikrini bir neçə gün düşünüb məhkumluğunun ödənilməsini gözləmədən bu niyyətini daha da qətiləşdirdikdən sonra sonuncunun onunla görüşməkdən yayınacağına əmin olub onu asan şəkildə ələ keçirmək üçün həm özünün, həm Zərərçəkmiş şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə əvvəllər məhkum olunmaqla narkomaniya xəstəliyindən əziyyət çəkdiklərini bəhanə edib, qardaşı X11, əvvəllər məhkum olunmaqla narkomaniyadan əziyyət çəkən ortaq tanışları Şahid1 və Şahid2 yalandan Zərərçəkmiş şəxs ona narkotik vasitə olan 120 qram herion borclu olduğunu bildirərək həmin narkotik vasitəni sonuncudan alıb bölüşdürməklə birlikdə istifadə edəcəklərini vəd verərək onun yaşadığı ünvana birlikdə getmələrinə razılaşdıqdan sonra 18 noyabr 2010-cu il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısına gedib küçədə gözləməklə Şahid1 vasitəsilə Zərərçəkmiş şəxs yaşadığı evdən çölə çağırıb həmin küçədə söhbət edib təxminən 15-20 metr piyada hərəkət etdikdən sonra sonuncu ilə üzbəüz istiqamətdə dayanıb mübahisə edərkən bacısı barədə danışdığı xoşagəlməz söhbətlərə görə cəzalandırıb qisas almaq məqsədilə sağ ayağında hərəkət qabiliyyəti məhdud olduğundan yeriməyini asanlaşdırmaq üçün əvvəlcədən özü ilə gəzdirdiyi və sağ çiyninə keçirib əli ilə daşıdığı metal materialdan olan əsanı qəflətən Zərərçəkmiş şəxs baş nahiyyəsinə öldürməklə həyatdan məhrum etmək niyyəti olmadan qəsdən bir dəfə zərbə vuraraq sonuncuya sağ gicgah-təpə nahiyəsinin dərialtı yumşaq toxumasının qansızması, kəllə tağı və əsası sümüklərinin sınıqları, baş beyin maddəsinin kəskin ödəmi, beyin qişalarına, beyin maddəsinə və mədəciklərinə qansızma ilə müşayiət olunan həyat və sağlamlığı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərərvurmaya aid xəsarət yetirmiş, qeyd olunan xəsarətin təsirindən özünü itirən Zərərçəkmiş şəxs həmin küçənin enişi istiqamətində qaçıb gedərək oradan uzaqlaşsa da, aldığı xəsarətlərin təsirindən müalicə olunduğu X25 kəllə tağı və əsası sümüklərinin sınıqları nəticəsində beyin qişaları və beyin maddəsinə qansızmalar səbəbindən 26 noyabr 2010-cu il tarixdə saat 02:10-da ölmüş, bununla da o, Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır xəsarət yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, 13 noyabr 2010-cu ildə cəzaçəkmə müəssisəsindən azad edilmişdir. Həqiqətən də onunla eyni dövrdə, lakin fərqli cəzaçəkmə müəssisəsində X34 cəza çəkərkən Zərərçəkmiş şəxs adlı məhkum yoldaşı cəzaçəkmə müəssisəsində onların bacısı Sevincin yüngül həyat tərzi keçirməsi barədə fikirlər bildirmişdir. Bu söhbəti ondan qabaq azadlığa çıxan qardaşı Sahib ona 13 noyabr 2010-cu il tarixdə azadlığa çıxdıqdan sonra anasının yanında demişdir. Bu məsələdə həqiqətən söz-söhbət olmuşdur. Bakı şəhərində qardaşı X26 Abzərovu tanıyan və yaşadığı ünvanı bilən Şahid2 adlı şəxs barədə də məlumatlıdır. Bakıda Şahid1la görüşüb Yasamal rayonu su doldurma məntəqəsi ilə üzbəüz yerləşən yeməkxanada yemək yeyib araq içmələri də həqiqətən olub, amma Zərərçəkmiş şəxs o vurmamışdır. Həmin vaxt da o əsa ilə gəzib. Amma Zərərçəkmiş şəxsla görüşüb əsa ilə onun başından vurmayıb. Hadisənin baş verdiyi deyildiyi vaxtdan da uzun illər ötdüyündən çox şeyi xatırlaya bilmir. Ona görə də barəsində düzgün qərar qəbul edilməsini, Qürbəti ümumiyyətlə vurmadığının nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istinaq zamanı dindirilərkən verdiyi və məhkəmədə elan olunaraq tədqiq olunmuş ifadəsində özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə ona elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilib göstərmişdir ki, 13 noyabr 2010-cu ildə cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum etmə cəzasından azad edilmişdir. Onunla eyni dövrdə, lakin fərqli cəzaçəkmə müəssisəsində X34 cəza çəkərkən Zərərçəkmiş şəxs adlı məhkum yoldaşı cəzaçəkmə müəssisəsində onların bacısı Sevincin yüngül həyat tərzi keçirməsi barədə fikirlər bildirmişdir. Bu söhbəti ondan əvvəl azadlığa çıxan qardaşı Sahib ona 13 noyabr 2010-cu il tarixdə azadlığa çıxdıqdan sonra anası Tamaranın yanında bildirmişdir. 18 noyabr 2010-cu il tarixdə səhər tezdən onunla eyni məhəllədə yaşayan və bir-birilərini üzdən tanıdıqları Məhəmməd Həsənəliyevin sarı rəngli, “Qazel” markalı avtomobili ilə birlikdə Bakı şəhərinə - avtovağzala getmiş, Bakı şəhərində qardaşı X27 Abzərovu tanıyan və yaşadığı ünvanı bilən Şahid2 yanına getmişlər. Şahid2 orta boylu və sifət quruluşuna görə çənəsi irəli olan nəzərə çarpan formadadır. Həmin vaxt X37 Rəhimovla söhbət etdikdən sonra ona Zərərçəkmiş şəxs yaşadığı yeri Şahid1 bildiyini, Şahid1 yaşadığı yeri isə Şahid2 tanıdığını demişdir. Ona görə də qardaşı Sahib və Müşfiqlə birlikdə sarı rəngli taksi avtomobili ilə Bakı şəhərinin tanımadığı istiqamətdə gedərək Şahid1la görüşüb birlikdə avtomobillə Yasamal rayonu su doldurma məntəqəsinin yanına qayıtmışlar və daha sonra həmin su doldurma məntəqəsi ilə üzbəüz istiqamətdəki yeməkxanada yemək yeyib araq içmişlər. Şahid1 əlamətlərinə görə kürən, san saçlı və alnı geniş simadadır. Yeməkxanada yeyib içdikdən sonra həmin kafenin yaxınlığında yerləşən 5 mərtəbəli yaşayış binasının pilləkən qəfəsində narkotik vasitə olan heorin qəbul etdiklərini, daha sonra isə Zərərçəkmiş şəxs yaşadığı evdən küçəyə çağırmaq üçün X34, Şahid1 və Şahid2la birlikdə Zərərçəkmiş şəxs yaşadığı məhəlləyə piyada getmişlər. Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığına çatan zaman o, aralıda dayanmış, Şahid1 isə Qürbəti səsləyərək çağırmışdır. Hətta o da yadındadır ki, Qürbətin yaşadığı evin giriş darvazası göy rəngdə olmuşdur. Şahid1 Zərərçəkmiş şəxs çağıran zaman Zərərçəkmiş şəxs küçəyə çıxmış və onların yanına gəlmişdir. Lakin Zərərçəkmiş şəxs onu görən kimi sifətinin rəngi dəyişmiş, X34 Zərərçəkmiş şəxs ona göstərərək bacılarını söyən şəxsin məhz bu şəxs yəni Qürbət olduğunu deyərək sonuncunu ona təqdim etmişdir. Zərərçəkmiş şəxsla yaxından söhbət edərkən sonuncu ona birbaşa söyüş cümləsi ilə “bacınla cinsi əlaqədə olmuşam, yaxşı eləmişəm" sözünü demişdir. O, Zərərçəkmiş şəxsla söhbət edərkən Samir, Sahib və Müşfiq onlardan nisbətən aralıda, təxminən 5-6 metr kənarda olmuşlar. Hava qaralmaq üzrə olmuşdur. Həmin vaxt ikilikdə söhbət edərkən Qürbətdən onun bacısı barədə belə bir ədəbsiz fikir bildirib-bildirməməsini soruşduqda Zərərçəkmiş şəxs “demişəm əcəb eləmişəm, gəl gedək bir az qabağa sözümü deyirəm, obasnavat da edirəm" cavabını vermişdi. Qürbət ona bacısı barədə dediyi sözləri təkrar onun üzünə dedikdən sonra o, bərk əsəbləşərək üzbəüz dayanıb ayaq üstü söhbət etdiyi vəziyyətdə sağ əlindəki əsa ilə bir dəfə sonuncunun başının sağ gicgah nahiyəsindən var gücü ilə zərbə ilə vurmuş və nəticədə Zərərçəkmiş şəxs əvvəlcə səngiləyib bir az arxaya gedib yerə əyilib oturaq vəziyyətini alaraq qalmış və əlini başına sürtüb baxdıqda əlində qan görüb ayağa qalxaraq oradan qaçıb getmişdir. Həmin müddət ərzində Zərərçəkmiş şəxs təkrar zərbələr üçün kifayət qədər imkanı olsa da vurduğu bircə dəfə zərbə ilə kifayətlənmiş və ona təkrar zərbələr vurmamışdır. Qürbətə xəsarət yetirdiyi zaman özündə olmuş, yəni affekt halında olmamışdır. Zərərçəkmiş şəxs xəsarət yetirməsində kimsə, eləcə də Sahib, Samir və ya Müşfiq ona kömək etməmişdir. Hadisə zamanı ondan başqa Zərərçəkmiş şəxs kimsə vurmamış və xəsarət yetirməmişdir. Əvvəllər Zərərçəkmiş şəxs, Şahid1 və Şahid2 tanımamışdır. Baş vermiş hadisədən sonra qardaşı Sahiblə hara getdiklərini, hansı şəraitdə Xaçmaz rayonuna qayıtdıqlarını dəqiq xatırlamır. Çünki həmin vaxt həm narkotik vasitədən istifadə etmiş, daha sonra yenidən spirtli içki qəbul etmişdir. Məhz bu səbəbdən də yəqin ki, həmin xüsusatları xatırlamamışdır. Zərərçəkmiş şəxs xəsarət yetirdiyi hadisə barədə sonradan yaşadığı evdə mərhum anası Tamaranın, böyük bacısı Şəfiqənin və mərhum digər bacısı Sevincin yanında danışaraq onlara söhbət etmiş və Zərərçəkmiş şəxs Sevincin barəsində xoşagəlməz şaiyə yaydığı səbəbdən vurduğunu da onlara bildirmişdir. Zərərçəkmiş şəxs əsa ilə baş nahiyəsinə xəsarət yetirib vurmasından peşman olmamışdır. Hadisənin törədilmə yeri və şəraitini istintaqa yerində əyani şəkildə göstərə də bilər. Hadisə zamanı Zərərçəkmiş şəxs xəsarət yetirdiyi əsa dəmir materialdan, kül rəngində, lakin qoltuğa söykənən rezin materialdan olan hissəsi isə qara rəngdə olmuşdur. Hadisə zamanı Qürbətə zərbə vurduğu üçün əsa hətta əyilmiş, əsanın nisbətən əyildiyini Bakı şəhərindən Xaçmaz rayonuna qayıtdıqdan sonra fikir verib bilmişdir. Əsanın əyri formasını ayağının altına qoyub sıxmaqla düzəltməyə çalışmış, lakin əsanı sındırmışdır. Qardaşı Sahib ona yeni əsa alaraq hədiyyə etmiş, bundan sonra Zərərçəkmiş şəxs xəsarət yetirən zaman istifadə etdiyi əsanı isə tullamışdır. Əvvəllər Yasamal rayon prokurorluğuna hadisənin məhz “Şamaxinka” deyilən ərazidə baş verməsi barədə göstərdikləri yalan olmuş, eyni zamanda əvvəllər Nəsimi rayon prokurorluğuna verdiyi ifadəni də hazırda təsdiq etməmişdir. Çünki Nəsimi rayon prokurorluğuna verdiyi ifadəsində göstərdiyi hallar da yalan olmuşdur. Rayon prokurorluqlarından fərqli olaraq Baş Prokurorluğun İstintaq idarəsində ona qarşı kobud rəftar edilmədiyindən və hansısa formada təsir göstərilmədiyindən könüllü olaraq düzgün ifadə verir (cild 1, iş vərəqə 109- 110, 125-126, 165-172; cild 4, iş vərəqə 52-67, 99-102; cild 5, iş vərəqə 40-43). Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərdiklərini 10 iyun 2022ci il tarixdə ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı da bir daha əyani şəkildə göstərərək təsdiq etmişdir. Belə ki, ifadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs göstərdiyi yerlərin arasındakı məsafələr, istiqamət və etdiyi hərəkətin trayektoriyasının iş materiallarına əlavə edilmiş özündən başqa, həm də şahidlər Şahid1 və Şahid2 ifadələri, hadisə zamanı piyada qət etdikləri məsafələrin ağlabatan müddətlə uyğunluq təşkil etdiyi, habelə ifadəsinin yerində yoxlanılması istintaq hərəkətindən əvvəl, onun iştirakı və əlaqəsi olmadan Şahid1 və Şahid2 iş üzrə ifadələrinin yerində yoxlanılması zamanı göstərdikləri yerlər, məsafələr, istiqamətlər və nümayiş etdirdikləri hərəkətlərin trayektoriyası ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 4, i.v. 103- 114) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 göstərdi ki, üç oğlu və bir qız övladı olmuşdur. Mərhum Zərərçəkmiş şəxs onun böyük oğlu olub. Qürbət əvvəllər X15 ilə ailəli olmuş, həmin nikahdan 2 qız övladı olmuş, lakin Qürbət narkotik vasitələrdən istifadə etdiyi üçün Kəmalə Hüseynova ondan ayrılmış, 2004-cü ildə isə rəsmi qaydada boşanmışlar. 2007-ci ildə Zərərçəkmiş şəxs narkotik vasitələrdən istifadə etdiyi üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasını 14 saylı cəzaçəkmə müəssəsində çəkmiş, 2008-cii ildə vaxtından əvvəl cəzaçəkmə müəssisəsindən azad edilmişdir. 2008-ci ildə X6 ilə ailə qurmuş, qeyri-rəsmi nikahdan Məhəmməd adlı oğlu vardır. Zərərçəkmiş şəxs cəzasını bitirəndən sonra sakit həyat tərzi yaşamış, heç kimlə dava-dalaş etməmişdir. Zərərçəkmiş şəxs avtomobil çilingəri olmuş, avtomobilləri yaşadıqları evin həyətində təmir etmiş, bəzən isə müştərilərin öz evlərinə gedərək avtomobil təmir etmişdir. Məlum hadisədən uzun müddət keçməsinə baxmayaraq baş verənləri çox yaxşı xatırlayır. Təxminən 2010-cu ilin noyabr ayının 10-12-sindən etibarən Qürbət evə qorxa-qorxa gəlmiş, ondan nədən qorxduğunu soruşmuş, Qürbət isə “məni saxlamışdılar” demişdir. Amma kim tərəfindən və hansı səbəbdən saxlanılması barədə heç nə deməmişdir. Hətta ayaqqablarını əvvəllər evin giriş qapısının qarşısında çıxarıq qoyduğu halda həmin vaxtlar ayaqqabısını çıxartdıqdan sonra onları evin içərisinə qoymuşdur. Qürbət həmin vaxtlar evdən çıxmağa ehtiyat etmiş, evə gəlib onu çağıran şəxslər avtomobilin təmiri ilə bağlı olmadığı halda evdə olmadığını bildirməyi tapşırmışdır. 18 noyabr 2010-cu il tarixdə gəlini Şəlalənin bacısı Vüsalənin övladının doğum günü olduğundan həmin gün səhər saat 09 radələrində Qürbət Şəlalə ilə birlikdə metronun «İnşaatçılar” stansiyasının yanına gedərək orada uşağa hədiyyə alıb yaşadıqları evə qayıtmışlar. Təxminən saat 11 radələrində digər oğlu Elxan idarə etdiyi avtomobillə Şəlaləni bacısı Vüsalənin yaşadığı Badamdara aparıb qoyub daha sonra evə qayıtmışdır. Həmin vaxtlar digər oğlu Elxan taksi fəaliyyəti ilə məşğul olmuşdur. Həmin gün Qürbət həyətdə avtomobillərin təmiri ilə məşğul olmuşdur. Həmin vaxt həyətdə 3 ədəd “Jiquli” markalı avtomobillər olmuşdur. Qürbət gün ərzində evdən çölə çıxmamışdır. Təxminən saat 18 radələrində Qürbət Vüsalənin yaşadığı evə gedəcəyini bildirib evdən çıxmışdır. Həmin vaxt yaşadığı evdə oğlu Elxan və arvadı Günel, qızı Xanım, nəvəsi Ülviyyə olmuşlar. Təxminən saat 22 radələrində Şəlalə ev telefonuna zəng edərək Qürbətin ad günü məclisinə gəlmədiyini bildirmişdir. Ağılına gələn bu olmuşdur ki, bəlkə də Qürbəti hansısa müştəri avtomobil təmiri üçün aparmışdır. Qürbətin istifadə etdiyi telefonun üzərində olub-olmamasını dəqiq bilməmişdir. Növbəti gün, yəni 19 noyabr 2010-cu il tarixdə saat 13 radələrində iki nəfər polis əməkdaşı yaşadığı evə gələrək Qürbətin Yasamal rayonu ərazisində yerləşən “Yuvilerni”nin yanında tapıldığını, xəsarət aldığı üçün xəstəxanaya yerləşdirildiyini bildirmişlər. O, oğlu Həzi və qonşuları ilə birlikdə X33 getmiş, xəstəxanada adını xatırlamadığı həkim naməlum şəxs tərəfindən Qürbətin başına xəsarət yetrildiyini, vəziyətinin ağır olduğunu bildirmişdir. O, həkimdən xahiş etsə də onu Qürbətin yanına buraxmamışlar. 25 noyabr 2010-cu il tarixdə o yenidən xəstəxanaya getmiş və Qürbətin yanına reanimasiya otağına girmişdir. Qürbəti öpüb qucaqlayıb ona “kim səni bu hala salıb?” sualını vermiş, Qürbət isə ona “Samir... Samir… Qutardım… Bir də belə şeylər etməyəcəm” sözlərini demişdir. Qürbət bir də belə şeylər etməyəcəyini dedikdə narkotik vasitələrdən istifadə etməyəciyini nəzərdə tutmuşdur. O, əvvəllər Samir adlı şəxsin adını eşitməmişdir. Bundan sonra adını xatırlamadığı həkim Qürbətə onu göstərərək “qonşun yanına gəlib” demiş, lakin Qürbət isə “qonşu deyil. Anamdır” sözlərini demişdir. Həmin vaxt Qürbətin ağzında protez dişləri olmamışdır. Həkim Qürbət xəstəxanaya gətirilən zaman ağzında dişlərinin olmadığını demişdir. Bundan sonra həkim Qürbətə çox danışmamasını tapşırmışdır. Evə qayıtmış, həmin gün gecə saatlarında həkim ev telefon nömrəsinə zəng edib onu xəstəxanaya çağırmışdır. Uşaqları ilə birlikdə xəstəxanaya getmiş və orada Qürbətin öldüyünü bildirmişlər. Həmid, Orxan, Mirhüseyn, Sahib, Telman, Müşfiq adlı şəxslərin adlarını ilk dəfə istintaqda eşitmişdir. Qürbət evdən çıxan zaman rəngini xatırlmadığı cins şalvar və qara rəngli dəri gödəkçə geyinmişdir. Yaşadığı evin həyətinə giriş darvazasının rəngi ilk dəfə həmin evi tikdikdən, yəni 1973-cü ildən 2016-cı ilin avqust-sentyabr aylarına qədər göy rəngdə olmuşdur. 2016-cı ilin avqustsentyabr ayında isə darvazanın göy rənginin üzərinə boz rəngini boyamışlar. 18 noyabr 2010-cu il tarixdə həmin darvazanın rəngi göy rəngdə olmuşdur. 18 noyabr 2010-cu il tarixdə saat 18 radələrində Qürbət evdən çıxıb getmişdir. Qürbət evdən çıxan zaman o, yaşadığı iki mərtəbəli evin ikinci mərtəbəsində qonaq otağında olmuşdur. Həmin vaxt Qürbəti kimsə səslədiyini eşitməmişdir. Əgər Qürbəti kimsə səsləmiş olsaydı da heç kim eşitməyəcəkmiş. Belə ki, dəfələrlə qonşular yaxud qohumlar yaşadıqları evə gəlmiş və həmin vaxt bildirmişlər ki, darvazanın qarşısından onları dəfələrlə səsləmişlər, lakin onlardan heç kim səs eşitməmişlər. Belə ki, evin həyətinə giriş darvazası ilə yaşadıqları binanın arasındakı məsafə təxminən 15-20 metr məsafə vardır. Həmçinin məlum hadisədən sonra da oğlu Elxan, gəlini Günel və nəvəsi Ülviyyə Qürbəti kimsə səsləyib çağırması barədə heç nə deməmişlər. 18 noyabr 2010-cu il tarixdə saat 18 radələrində Qürbət evdən çıxan zaman digər oğlu Elxana məxsus gödəkçəni geyinmişdir. Həmin gödəkçə Elxana məxsus olduğundan sonuncu daha dəqiq bilmişdir. Təqsirləndirilən şəxsi bağışlamamış və barışmamışdır. Təqsirləndirilən şəxs barəsində qanunla nəzərdə tutulmuş qaydada qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, məlum hadisə ilə bağlı o vaxt onu müxtəlif yerlərdə sorğu-sual etmişlər. Amma hər dəfə yanlış danışmışdır. Belə ki, Şahid2 cinayət məsuliyyətinə cəld ediləcəyindən qorxaraq X10 onun evinə zəng etməsi barədə yalan demişdir. Təqsirləndirilən şəxs, X10 və Zərərçəkmiş şəxs 2007-ci ildə cəzaçəkmə müəssisəsində olan vaxtı tanımışdır. O vaxtlar Telman və Sahib Məcidov qardaşları, bir də Qürbət, bir yerdə - 14 saylı cəzaçəkmə müəssisəndə cəza çəkmişlər. O vaxtlar Təqsirləndirilən şəxs sağ əl, qolunun altında əsa olmuşdur. O, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 1 il 6 ay azadlıqdan məhrum olunmuş, 8 ay 10 gündən sonra azadlığa buraxılmışdır. Buraxılan zaman Sahib, Telman və Qürbət hamısı cəzaçəkmə müəssisəsində olmuşlar. 2010-cu ildə evdə olan zaman onunla eyni cəzaçəkmə müəssisəsində cəza çəkmiş X4 ona zəng edərək danışmışdır. 19 may 2010-cu il tarixdə Elvin Nəsrullayevin buraxılmasını eşitmiş və onun yaşadığı evə getmiş və orada onlarla eyni cəzaçəkmə müəssisəsində cəza çəkmiş Telman Səmədovla qarşılaşmışdın Bir qədər söhbət etdikdən sonra o, Telman Səmədovdan narkotik vasitəni haradan əldə edə biləciyini soruşmuş, Telman Səmədov isə 5-ci Yasamal ərazisində su doldurma məntəqəsinin yanında yaşadığını, onun tanışlarının olduğunu və ona müraciət edə biləcəyini demişdir. Bir neçə gün keçəndən sonra, Telman Səmədovun yaşadığı evə gedib ona pul vermiş və sonuncu 15-20 dəqiqə sonra narkotik vasitə gətirmişdir. O bir neçə dəfə Telman Səmədovun evinə getmişdir. Bir dəfə Telman evdə olmayan zaman həmin ərazidə Zərərçəkmiş şəxs ilə qarşılaşmışdır. Zərərçəkmiş şəxs ondan nə axtardığını soruşmuş, o da narkotik vasitə üçün gəldiyini bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs da ona köməklik edə biləcəyini demiş və ünvan 7 ünvanına yaşadığı evə dəvət etmişdir. O, Zərərçəkmiş şəxsla birlikdə gəzə-gəzə sonuncun yaşadığı evə gəlmişdir. Onlar birlikdə evin həyətində çay içmişlər. Onun Zərərçəkmiş şəxsla, Telman və Sahib Məcidovla normal münasibətdə olmuşdur. Qürbət sakit xarakterli bir insan olmuş, lakin iki qardaş Telman və Sahib bir az əsəbi, bir az hirsli, yəni dava-dalaş çox sevən insanlar olmuşdur. Zərərçəkmiş şəxs həyətində çay içəndən sonra, bir neçə dəfə də sonuncuya narkotik vasitə ələ etməsi üçün pul vermiş, hər dəfə də Zərərçəkmiş şəxs 15-20 dəqiqəyə narkotik gətirmiş və onlar birlikdə həmin narkotiki qəbul etmişlər. 18 noyabr 2010-cu il tarixdə həmin vaxt yaşadığı ünvan 8 ünvanında yerləşən öz mənzilində olan zaman qapı döyülmüş, qapını açarkən, hazırkı vaxta qədər istintaqdan əvvəllər gizlətdiyi, Şahid2 görmüşdür. Şahid2 ona onunla işi olduğunu, aşağı düşməsini bildirmişdir. O, həyətə düşən zaman yaşadığı binanın qabağında sarı rəngli “Reno” markalı avtomobilin dayandığını görmüşdür. Həmin avtomobilə yaxınlaşan zaman qabaq oturacaqda Sahib Məcidovun, onun arxasında qardaşı Təqsirləndirilən şəxs və sol arxa oturacaqda İsə Şahid2 oturduğunu görmüşdür. Şahid2 orta oturacağa keçmiş o, isə arxa sol oturacaqda əyləmişdir. Həmin vaxt sürücü qıraqda dayanmışdır. Sahib və Təqsirləndirilən şəxs qardaşları Zərərçəkmiş şəxs onlara 120 qram heroin borclu olduğunu, bu səbəbdən sonuncunun yaşadığı evə gedərək evdən çıxartmaq lazım olduğunu, heroini götürdükdən sonra ona da verəcəklərini bildirmişlər. Onlar birlikdə Ələt qəsəbəsindən həmin taksi ilə saat 15:30 radələrində Yasamal rayonu ərazisində yerləşən “Saf su” sudoldurma məntəqəsinin qarşısına gəlmişlər. Təqsirləndirilən şəxs yolun digər tərəfində yerləşən “Kral” adlı kafedə araq içməyi, həmin vaxta kimi havanın qaralmasını gözləməyi təklif edərək bildirmişdir ki, sonra da gedib Zərərçəkmiş şəxs evdən çağırarıq və ondakı 120 qram heroini alarıq. Onlar, yəni Telman, Sahib Məcidov qardaşları, Şahid2 və o, “Kral” adlı kafedə yeyib içdikdən sonra Sahibin təklifi ilə kafenin arxasındakı olan 5 mərtəbəli binanın blokuna gedib orada narkotik vasitə olan heorin qəbul etmişlər. Təxminən saat 17:30 radələrində “Saf su” su doldurma məntəqəsinə tərəf keçib Zərərçəkmiş şəxs yaşadığı evə tərəf getmişlər. O, bir daha Telman və Sahib Məcidov qardaşlarından birdən başqa nəsə olar sualını vermiş, həmin vaxt onlar Zərərçəkmiş şəxs onlara 120 qram heroin borclu olduğunu, həmin heroini götürüb qayıdıb gedəcəklərini bildirmişlər. Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə çatan zaman artıq hava qaralmışdır. Zərərçəkmiş şəxs evinə 5-6 metr qalmış o, yaxınlaşıb qapıdan iki dəfə “Qürbət, Qürbət” səslənmiş və bir neçə saniyədən sonra Qürbət qapıdan çıxmış və salamlaşmışdır. Zərərçəkmiş şəxs onunla görüşən zaman iki qardaşı - Telman və Sahibi görən zaman üzünün bir az halı dəyişmiş, gözü bərəlmişdir. O, Sahib, Təqsirləndirilən şəxs qardaşları ilə Zərərçəkmiş şəxs arasında həqiqətən də heroin alışverişinin olduğunu düşünmüşdür. O, Rəhimov Müşviq və Sahib Məcidov bir az arxada, X24 Məcidov isə onlardan 5-6 metr qabaqda yeriyə-yeriyə getmişlər. Onların arasında nə söhbət olmağını dəqiq bilməmişdir. Təxminən 2 dəqiqə sonra Telman sağ əlindəki əsa ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə bir zərbə vurmuşdur. Onlar Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tərəf gedən zaman sonuncu əlini başına vurub “ay mənim, ay bilə” deyib oradan qaçıb getmişdir. O, yaxınlaşıb Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurçasının səbəbini soruşmuş, Telman isə Qürbətin ona heroin borclu olduğunu, lakin vermədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs iradını bildirən zaman sonuncu onluq bir şey olmadığını özümüz bilərik demişdir. Onlar, yəni Sahib, Təqsirləndirilən şəxs qardaşalrı, Şahid2 və o, yenidən gəldikləri istiqamətə “Saf su” su doldurma məntəqəsinə tərəf gəlmişlər. “Saf su” su doldurma məntəqəsinə gəlib çatandıqdan sonra Telman, Sahib, bir də Müşviqi orada qoyub yolun digər tərəfinə keçib yaşadığı Ələt qəsəbəsinə getmişdir. Həmin gün saat 21:00 radələrində yaşadığı mənzildə olmuşdur. Evə çatan zaman arvadı Elvira Səlimova və iki uşağı evdə olmuşlar. 26 noyabr 2010-cu il tarixdə polis əməkdaşları onu 28-ci Polis Bölməsinə aparmışlar, orada Zərərçəkmiş şəxs öldüyünü bilmişdir. Polis bölməsində ondan Qürbəti necə vurduğunu, necə öldürdüyünü soruşuşlar. O isə Qürbəti vurmadığını, öldürmədiyini demişdir. Zərərçəkmiş şəxs bir zərbə ilə hadisədən 8 gün sonra ölə biləcəyini düşünməmiş, sonuncunun ölməsindən 1 gün əvvəl isə Zərərçəkmiş şəxs görmədiyini bildirmişdir. Lakin, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bir dəfə xəsarət yetirdiyini deməmişdir. O, əvvəl qorxduğu üçün hadisə barədə məlumat verməmişdir. Zərərçəkmiş şəxs və X20 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdikləri müddət ərzində onlar arasında mübahisə yaxud dava-dalaş olması barədə məlumatı olmamışdır. Ehtimal edir ki, onların aralarında söz-söhbət ondan əvvəl və ya ondan sonra baş vermişdir. 18 noyabr 2010-cu il tarixdə arvadı X1 rayonu Ələt qəsəbəsində Dəmiryol xəstəxanasında işdə olmuş, həmin gün saat 21 radələrində evə gəlmişdir. Hadisə konkret olaraq 18 noyabr 2010-cu il tarixdə, saat 17:50-18:00 radələrində Zərərçəkmiş şəxs yaşadığı evdən təxminən 10-15-20 metr qıraqda, Sahib Məcidov, Şahid2 və ondan təxminən 5-6 metr qabaqda, gözlərinin qabağında baş vermişdir. Təqsirləndirilən şəxs sağ qolunun altında saxladığı əsa ilə sağ əli ilə bir dəfə Zərərçəkmiş şəxs başının sağ nahiyəsinə bir dəfə zərbə ilə vurmuş, daha sonra isə Zərərçəkmiş şəxs qaçmışdır. Təqsirləndirilən şəxs, X38 Abzərovun arxasınca təqib etmək imkanına malik olsalar da onlar sonuncunu təqib etməmişlər və heç kim Zərərçəkmiş şəxs ikinci dəfə vurmamışdır. Hadisə zamanı Telman və Sahib Məcidov qardaşlarında və Şahid2 mobil telefon görməmiş, özü isə mobil telefon işlətməmişdir. Hadisə baş verən zaman yerə qan tökülməmiş, Qürbətin əlində bir damcı qan olduğunu görmüşdür. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu əsanın uzunluğu təxminən 150-160 sm olmaqla alüminium rəngdə olmuş, baş hissəsi, orta hissəsi və yerə dəyən hissəsi qara rəngdə olmuşdur. Zərərçəkmiş şəxs baş nahiyəsinin sol gicgahından başqa bədənində olan digər xəsarətləri hansı şəraitdə və necə alması barədə heç bir məlumatı olmamışdır. 26 noyabr 2010-cu il tarixdə Müzərəf Abzərova xəstəxananın reanimasiya şöbəsində oğlu Zərərçəkmiş şəxs ona xəsarət yetirən şəxsin kim olması barədə sual verən zaman sonuncu “Samir, Samir” daha sonra “Mama mən onlardan qurtardım” sözlərini deməsinə səbəb onu evdən çağırıb çıxartması olmuşdur. Şahid1 ifadəsində göstərdiklərini ibtidai istintaq zamanı 09 iyun 2022-ci il tarixdə ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı da, bir daha əyani şəkildə göstərərək təsdiq etmişdir. Belə ki, Şahid1 göstərdiyi yerlər arasındakı məsafələr, istiqamət və etdiyi hərəkətin trayektoriyasının iş materiallarına əlavə edilmiş özündən başqa, həm də Şahid2 və Təqsirləndirilən şəxs ifadələri, hadisə zamanı piyada qət etdikləri məsafələrin ağlabatan müddəti ilə uyğunluq təşkil etdiyi müəyyən edilmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərə protokola əlavə olunmuşdur (cild 4, iş vərəqə 5-13; cild 3, iş vərəqə 242-252). Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. Şahid2 ibtidai istintaq zamanı ifadəsində göstərdiklərini 09 iyun 2022-ci il tarixdə ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı da bir daha əyani şəkildə göstərərək təsdiq etmişdir. Belə ki, Şahid2 göstərdiyi yerlər arasındakı məsafələr, istiqamət və etdiyi hərəkətin trayektoriyasının iş materiallarına əlavə edilmiş özündən başqa, həm də Şahid1 və Təqsirləndirilən şəxs ifadələri, hadisə zamanı piyada qət etdikləri məsafələrin ağlabatan müddəti ilə uyğunluq təşkil etdiyi müəyyən edilmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərə protokola əlavə olunmuşdur (cild 4, iş vərəqə 14-25). Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, qardaşı Təqsirləndirilən şəxs ilə birlikdə yaşayır. Ailədə 6 qardaş və 4 bacı olmuşlar. Bacısı Sevinc Məcİdova onkoloji xəstəlikdən 2018-ci ildə ölmüşdür. X34 2017-ci ildə sarılıq xəstəliyindən, digər qardaşı Bəhram Məcidov isə 1991-ci ildə ölmüşdür. X35 2011-ci ildə, anası Tamara Məcidova isə 2013-ci ildə ölmüşdür. Əvvəllər müxtəlif zavod və fabriklərdə operator və fəhlə işləmiş, hazırda isə təqaüdçüdür. 2000-ci ildə Əlican Fətullayev ilə birlikdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, lakin övladı olmadığından 2003-cü ildə Əlican Fətullayevdən boşanmışdır. Təxminən 2012-ci ilə qədər qardaşı Təqsirləndirilən şəxs mərhum anası Tamara Məcidova iiə birlikdə yaşamış, anası öldükdən sonra isə Telman onunla özünə məxsus evdə yaşamışdır. Yaşadığı bina ünvan 9 ünvanında yerləşir. Telman digər qardaşlarından fərqli olaraq ailə qurmamış və övladı olmamışdır. Telman spirtli içki aludəçisi olduğundan səhhətində ciddi problemlər olmuşdur. Bu səbəbdən heç bir yerdə işləməmişdir. Təxminən 2009-cu ildə Telman narkotik vasitələrdən istifadə etdiyi üçün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzasını Bakı şəhərində yerləşən 3 saylı cəzaçəkmə müəssisəsində çəkmişdir. Mərhum qardaşı Sahib də narkotik vasitələrdən istifadə etdiyi üçün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzasını 14 saylı cəzaçəkmə müəssisəsində çəkmişdir. Təxminən 2010-ci ilin noyabr ayının 14-15-də yaşadığı evdə olan zaman Telman cəzaçəkmə müəssisəsindən azad edilmiş və evə gəlmişdir. Təxminən 2 gün sonra axşam saatlarında anası Tamara ilə birlikdə Xaçmaz şəhəri, Həzi Aslanov küçəsində yerləşən evdə oturub çay içən zaman qardaşı Telman qapını döyüb içəri daxil olmuş, təxminən 5 dəqiqə sonra digər qardaşı Sahib də evə gəlmişdir. 15-20 dəqiqə söhbət etdikdən sonra bacısı Sevinc əlində paketlərlə evə daxil olmuş, həmin vaxt qardaşı Telman sərxoş olmuşdur. Telman Sevincin üzərinə hücum edərək ona “Sən qəhbəsən, sənin qəhbəliyinə görə bizə peysər, petux deyirlər. Sənə görə Sahiblə Bakıda adam döymüşük" ifadəsini işlətmişdir. Bundan sonra Sevinc ona “qəhbəlik etmişəm, sizə görə qəhbəlik etmişəm, sizin dalınızca gəlmişəm” ifadəsini işlətmişdir. Sevinc dəfələrlə Telmanın və Sahibin cəza çəkdikləri cəzaçəkmə müəssisəsinə gedib-gəlmişdir. Həmçinin Sevinc yüngül həyat tərzi yaşamışdır. Telman Sevinci vurmaq istədiyində anası Tamara Telmanın üstünə qışqıraraq yerində oturmağını bildirmişdir. Söhbət zamanı Telman onlara Sahiblə birlikdə adamı Bakı şəhərində görüşə çağırdıqlarını, görüş zamanı Sahiblə birlikdə həmin adamı ölümcül döyüb qaçdıqlarını demişdir. Lakin, həmin şəxsin kimliyini deməmişdir. Bundan başqa Telman onlara həmin şəxsi əlindəki çəliklə döydüyünü, hətta çəliyin qırılaraq iki yerə ayrıldığını demişdir. Bunları danışandan sonra Telman Sahiblə birlikdə evi tərk etmişlər. Təxminən bir həftə sonra həyətdə qonşuluqda yaşayan bir uşaq ona yaxınlaşaraq Sahibi kimlərinsə qara rəngli avtomobilə əyləşdirib apardıqlarını demişdir. Bundan sonra o, evə Telmanın yanına gedib Sahibi apardıqlarını, ondan bu barədə məlumatının olub-olmamasını soruşmuş, Telman da ona Sahibi nəyə görə apardıqlarını bildiyini demişdir. O, Telmandan səbəbini soruşduqda sonuncu ona bacısı Sevincə görə Bakı şəhəri, Yasamal rayonunda Sahiblə birlikdə 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmiş türmə yoldaşını döydüklərini, buna görə də Sahibi polislərin apardığını bildirmişdir. Telman ona narahat olmamasını, hər şeyin yaxşı olacağını deyib məhlədəki çayxanaya getmişdir. Təxminən 20 -25 dəqiqə sonra qonşunun oğlu “Şəfiqə xala, Şəfiqə xala, Telman dayını apardılar” demişdir. O, dərhal X36 müraciət etmiş, polisdən ona Sahib və Telmanın Bakı şəhərində adam döydüklərini, buna görə də polislərin onları apardıqlarını demişdir. Təxminən 2 gün sonra o, Bakı şəhərinə gedərək Yasamal polisində saxlama yerində qardaşı Telmanla görüşmüşdür. Ona nə baş verdiyini, niyə onları Bakı şəhərinə gətirdiklərini soruşduğunda Telman ona Sahiblə birlikdə cəzaçəkən şəxsin Sevincə fahişə dediyini, buna görə də Sahiblə birlikdə həmin şəxsi döydüklərini demişdir. Bununla bağlı Yasamal rayon prokurorluğunda onlarda ifadə aldıqlarını demişdir. O, Telmanla sağollaşıb Xaçmaza qayıtmışdır. Təxminən bir həftə sonra yaşadığı binanın qarşısına qara rəngli avtomobilin yaxınlaşdığını, həmin avtomildən qardaşları Sahib və Telman düşdüklərini görmüşdür. Avtomobildəki adam enərək anasına yaxınlaşıb özünün polis əməkdaşı olduğunu, qardaşlarını ona təhvil verib çıxıb getmişdir. O, evdə Telman və Sahibin yanına gəlib, bu işi ətraflı ona başa salmaqlarını onlardan xahiş etmişdir. Sahib ona 14 saylı cəzaçəkmə müəssisəsində olduğu vaxt onunla birlikdə cəza çəkən şəxsin digər dustaqlara bacısı Sevincin pul qarşılığında görüşdüyünü, fahişəlik etdiyini, hətta Sahibin üzünə bacısı Sevincin qəhbə olduğunu demiş, buna görə də Sahib onun üzərinə hücum edərək dava etmişdir. Sonra isə Sahib ona cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra qardaşı Telman ilə birlikdə həmin şəxsi söhbətə çağırıb Bakı şəhərində görüşdüklərini, Bakı şəhərinə Xaçmaz-Bakı istiqamətində “Qazel” sürücüsü olan Məhəmmədlə birlikdə Bakı şəhərinə getdiklərini, Bakı şəhərində qeyd olunan şəxslə görüşüb söhbət edən zamanı Telman həmin şəxsə ondan və qardaşından üzr istəməsini bildirsə də, sonuncu onlardan üzr istəməmiş, hətta təkrar üzlərinə bacısı Sevincin fahişə olduğunu demişdir. Bunun ardından Sahiblə Telman spirtli içkinin təsirində olduqlarına görə həmin şəxsi ölümcül döydüklərini demişdir. Telman istifadə etdiyi çəliklə həmin şəxsin baş nahiyəsinə bir neçə zərbə vurub yerə yıxmışdır. Bundan sonra həmin şəxsin vəziyyətinin pis olduğunu görən Sahib Telmanı kənara çəkmiş, sonuncunu sakitləşdirdikdən sonra taksiyə minib birlikdə Xaçmaza qayıtmışdır. Bu hadisədən sonra Sahibdə qorxu yaranmış, Telman isə harda qara rəngli avtomobil görmüşsə, dərhal qorxusundan həmin yerdən uzaqlaşmışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 09 iyun 2022-ci il tarixli dindirmə istintaq hərəkəti zamanı əsa Təqsirləndirilən şəxs təqdim edilmiş, Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi vaxt, yəni 2010-cu ildə istifadə etdiyi əsanın məhz ona təqdim edilmiş əsa ilə eynilik təşkil etdiyini, əsanın quruluşunun, materialının və ölçülərinin tamamilə eyni olduğunu bildirmişdir (cild 4, iş vərəqə 52-64). Məhkəmə-tibb ekspertizasının 26 noyabr 2010-cu il tarixli 145 №-li rəyindən görünür ki, mərhum X2 gicgah-təpə nahiyəsinin dərialtı yumşaq toxumasının qansızması, kəllə tağı və əsası sümüklərinin sınıqları, baş beyin maddəsinin kəskin ödəmi, beyin qişalarına, beyin maddəsinə və mədəciklərinə qansızma, ənsə-təpə nahiyyəsində, sağ baldırın ön səthində, sol baldırın ön səthində, burun əsasının ön səthində, alının ön səthində əzilmiş yaralar, sol bazunun bayır, ön səthlərində, sağ baldırın bayır səthində, sol baldırın bayır səthində qançırlar vardır. Qeyd olunan xəsarətlər həyati olub, bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, törənməsi tibbi kartada qeyd edilən və qərarda göstərilən, yəni xx.xx.2010-cu il tarixə uyğun gəlir. Ağırlıq dərəcələrinə görə, kəllə əsası və tağı sümüklərinin sınıqları, beyin qişaları və beyin maddəsinə qansızmalar canlı şəxslərdə ağır zərər vurmanın, digər qançırlar və əzilmiş yaralar ümumilikdə və ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün drəcələri təyn edilmir. Mərhum Zərərçəkmiş şəxs ölümü 26 noyabr 2010- cu il tarixdə, saat 01:05-də xəstəxanada baş vermişdir. Onun ölümünə səbəb kəllə-tağı və əsası sümükləri sınıqları nəticəsində beyin qişaları və beyin maddəsinə qansızmalar olmuşdur. Mərhum Zərərçəkmiş şəxs bədən səthində olan xəsarətlərin lokalizasiyasına və xarakterinə görə onun öz boyu hündürlükdən yıxılması nəticəsində törənməsi inkar olunur. Zərərçəkmiş şəxs bədən səthində yol-nəqliyyat hadisəsi zamanı törənməsinə spesifik xəsarətlər aşkar edilməmişdir (cild 1, iş vərəqə 43-50). Kompleks məhkəmə-psixiatrik, məhkəmə-psixoloji və məhkəmə-narkoloji ekspertizasının 29 avqust 2022-ci il tarixli 2314 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən və ona elan edilmiş ittihamda qeyd olunan cinayət əməllərini törədərkən onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağhllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən və ona elan edilmiş ittihamda qeyd olunan cinayət əməllərini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhülkəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1, 21.3 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hər hansı sayıqlama fikirləri və özündən uydurmağa patoloji meyllik müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ifadə verərkən hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərini ölçüb-biçmək, onları idarə etmək və ifadələrin mahiyyətini dərk etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs ifadələrinin uydurma xarakterli olub-olmadığının müəyyən edilməsi məhkəmə psixiatrik ekspertizasının səlahiyyətlərinə aid deyil. Təqsirləndirilən şəxs halhazırda öz hərəkətlərini ölçüb- biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə tibbi xarakterli məcburi tədbirlərinin tətbiqinə ehtiyacı olmamışdır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyəti onun istintaq və prosessual hərəkətlərində iştirak etməsinə və öz prosessual hüquq və vəzifələrini icra etməsinə imkan verir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğun olmuş, gerilik əlamətləri aşkar olunmamışdır. Emosional-iradi sferasında hövsələsizlik, xarici qıcıqlara qarşı həssaslıq, emosional qeyri-sabitlik aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən və ona elan edilmiş ittihamda qeyd olunan cinayət əməllərini törədərkən hansı psixi- emosional vəziyyətində hərəkət və davranışını şüurlu olaraq idarə etməsinə mühüm təsir edə biləcək dəyişiklik (fizioloji və ya kumulyativ affekt, psixi-emosional gərginlik, stress, frustrasiya, qorxu və s.) yaranmamışdır. Təqsirləndirilən şəxs qərarın təsviriəsaslandırıcı hissəsində göstərilən və ona elan edilmiş ittihamda qeyd olunan cinayət əməllərini törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs qərarın təsviri- əsaslandırıcı hissəsində göstərilən və ona elan edilmiş ittihamda qeyd olunan cinayət əməllərini törədərkən fizioloji affekt halında olmamışdır. Məcidov X12 Qürbət Abzər oğluna xəsarət yetirməmişdən əvvəl həmin hadisəni törətməyə meyl oyadan və qətiyyət yaradan psixi vəziyyətdə olmamışdır. Hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Müayinə zamanı Təqsirləndirilən şəxs xroniki alkoqolizmdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı olmamışdır (cild 5, iş vərəqə 33-37). Kompleks komisiyon məhkəmə-tibbi, məhkəmə-situasiyon ekspertizasının 27 iyul 2022-ci il tarixli 436/MEŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş və ölümünə səbəb olmuş xəsarətlər kompleksinin situasion dinamikasının nəzərə alaraq demək olar ki, sağ gicgah-təpə nahiyəsinin dərialtı yumşaq toxumasının qansızması, sağ gicgah sümüyündən gicgah piramidasına, ənsə-təpə sümüyünə və kəllə əsasına keçən xətti sınıqları, beyin qişalarına, beyin maddəsinə və mədəciklərinə qansızma həyati olub xx.xx.2010-cu il tarixdə başın sağ gicgah-təpə nahiyəsinə kənar şəxs tərəfindən yetirilən küt əşyanın zərbəsindən, ola bilsin ekspertizaya təqdim edilmiş maddi sübut - qoltuq ağacına (əsa) oxşar əşyalarla yetirilə bilərdi, dərəcəsinə görə, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Həmin xəsarətlərlə ölüm arasında bilavasitə səbəbli əlaqə vardır. Hadisə gedişinin bərpası ilə əlaqədar bədən xəsarəti alması prosesinin dinamikasının təyininə əsasən Zərərçəkmiş şəxs baş nahiyəsinə yetirilən zərbədən sonra onun məqsədyönlü hərəkətlər etmək iqtidarında olması yaranmış xəsarətlərin həcmi və xüsusiyyətləri təsir edən küt əşyaların kütləsindən və sərtliyindən, zərbə səthlərinin ölçülərindən, zərbənin gücündən, insan bədəninin zədələnən nahiyəsinin anatomik quruluşundan asılı olaraq demək olar ki, qeyd olunan əzilmiş səthi yaralar və qançırların həm küt predmetlərə dəyməsi və yaxud həmin nahiyələrə küt əşyalarla vurulması nəticəsində qeyri-müəyyən ardıcıllıqla yarana bilərdilər, həm ümumilikdə, həm də ayrı- aynlıqda sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcələri təyin edilməmişdir. Bakı Baş Səhiyyə İdarəsinin Klinik Tibb Mərkəzində aparılmış kliniki, laborator, instrumental müayinələr və həkim mütəxəssislərin konsultativ baxışlarına əsasən təyin edilmiş diaqnozlar əsaslı və düzgün olmuş, təyin edilmiş diaqnoza uyğun həcmdə tibbi prosedura və müalicə tədbirləri aparılmış, dərman preparatlarından bütün tibbi manipulyasiya və proseduralar dövründə optimal dozada istifadə edilmişdir. Belə ki, tibbi sənədlərin təhlilinə və meyitin məhkəmətibbi müayinəsi zamanı aşkar edilmiş morfoloji dəyişikliklərə əsasən klinik - anatomik diaqnozlar arasında uyğunsuzluq və ziddiyyət müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən sonra tibb müəssisəsinə “Ağır açıq kəllə beyin travması, kəllə tağı və əsası sümüklərinin sınığı, hər iki alın və sağ gicgah payının əzilməsi, alkoqol sərxoşuğu” diaqnozu ilə qəbul olunanadək bir neçə saat ərzində müxtəlif xarakterli məqsədyönlü hərəkətlər, o cümlədən uzun məsafəni qət etmək iqtidarında ola bilərdi (cild 5, iş vərəqə 45-49). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Vahid məlumat axtarış sistemindən edilmiş çıxarışdan və müvafiq hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 14 iyul 1986-cı il tarixli hökmünə əsasən 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 207-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Xaçmaz Rayon Məhkəməsinin 09 aprel 1993-cü il tarixli hökmünə əsasən 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinin 3-cü hissəsi və 215-ci maddəsinin 38-ci hissəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Xaçmaz Rayon Məhkəməsinin 24 avqust 2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Xaçmaz Rayon Məhkəməsinin 07 may 2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 7 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (cild 2, iş vərəqə 63-71; cild 4, iş vərəqə 230-235). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluqları ödənilmişdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə, Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ona istinad edilən cinayət əməlini törətməməsinə dair məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş tam etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1.3-cü maddəsinə əsasən ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Hazırkı cinayət işi üzrə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istinad edilən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş ağır cinayət əməli 18 noyabr 2010-cu il tarixdə törədilmişdir. Həmin cinayət işi 27 noyabr 2010-cu il tarixdə Yasamal rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə başlanmış və aparılmış ibtidai istintaq müddətində təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs və ya şəxslər müəyyən edilmədiyindən 27 fevral 2011-ci il tarixdə iş üzrə icraat Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır (cild 1, iş vərəqə 1-2, 286-288). Təqsirləndirilən şəxs barəsində sübutlar toplanılaraq yalnız 09 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 4, iş vərəqə 189-194). Axtarışda olmamış Təqsirləndirilən şəxs istinad edilən əməlin törədilməsindən hazırda 12 ildən artıq vaxt keçmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Ona görə də məhkəmə bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1.3-cü və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddələrinə əsasən ona cəza təyin edilməməli, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 162.1.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edildikdə, şəxs məhkəmənin qərarına əsasən həbsdən azad edilməlidir. Həmin Məcəllənin 162.3-cü maddəsinə əsasən Məcəllənin 162.1.2-ci maddəsində nəzərdə tutulmuş halda həbsdə saxlanılan şəxs məhkəmə zalında dərhal həbsdən azad olunmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə mərhələsində Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X22 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı X14 vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Hazırkı cinayət işi üzrə maddi sübut yoxdur, cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və maddi ziyan, məhkəmə xərcləri yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş hal müəyyən edildiyinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o dərhal məhkəmə iclas zalında azad edilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına vəkil X22 üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar