Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1881/2024 27.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X8-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, X3, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, X4, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 33 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, xx xxxxxxxx 1996-cı ildə Abşeron rayonu, Digah qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, sürücü işləyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Digah qəsəbəsi, X14 küçəsi ev 2 ünvanında pasport qeydiyyatında olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilib hazırda Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs narkotik vasitələrin satışını həyata keçirmək məqsədilə başqa vaxtda başqa şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək əlaqəyə girdiyi şəxsin göstərişinə əsasən 2355 qram (2 kq 355 qram) çəkidə, yəni xüsusilə külli miqdarda narkotik vasitə heroini başqa mənbədən qanunsuz olaraq əldə edib özündə saxlayıb daşımış, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, 20 fevral 2024-cü il tarixdə saat 18:15-də ünvan 2 ünvanın qarşısında saxlanılaraq ünvan 3erləşən Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinə aparılmış və orada şəxsi axtarış keçirilən zaman əlindəki sellofanın içərisindəki bir bükümdə təmiz çəkisi 2355 qram (2 kq 355 qram) təşkil edən xüsusilə külli miqdarda həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilərək ifadələrində göstərdi ki, o, 20 fevral 2024-cü il tarixində Memar Əcəmi metro stansiyasının yaxınlığından bir kq narkotik vasitə olan heroin almış, lakin onun satış məqsədi olmamışdır. O, narkotik vasitəni götürəndə saxlanılmışdır. Ekspertizada narkotik vasitənin çəkisi 2,355 kq müəyyən edilib, lakin o, həmin miqdarda heroin almayıb. Dörd ildir ki, narkotik vasitə istifadə edir. O, İranlının kartına pul göndərməmişdir. İranlını aldatmaq istəmişdir. İranlı 5-10 qram narkotik vasitə vermir. Narkotik vasitəni götürüb, başqa yerə qoymalı idi. Satış məqsədi olmayıb. Evlidir, iki övladı var. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, lakin narkotik vasitənin çəkisi artıq yazılmışdır. İfadlərinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-in 234.4-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, heç bir Ruhi-Əsəb dispanserdə qeydiyyatda deyil, himayəsində 2 azyaşlı övladları var, sürücü işləyir. Təxminən 4 ildir ki, narkotik vasitələrdən istifadə edir, belə ki, əvvəllər el arasında “nəşə” adlandırılan narkotik vasitə qurudulmuş marixuanadan, son 2 ildir ki, el arasında kakos adlandırılan narkotik vasitə heroindən istifadə edir. İstifadə etdiyi narkotik vasitələri əsasən tanımadığı şəxslərdən alır. Bir dəfəsində isə təxminən 2 il bundan əvvəl sosial şəbəkədə adını unutduğu İran İslam Respublikasının vətəndaşı olan şəxsdən narkotik vasitəni kartına pul göndərdikdən sonra Zabrat qəsəbəsinə qoyulub ona ünvanın şəklini atmaqla gedib götürmüşdür. xx.xx.2024-cü il tarixdə saat 11:00 radələrində “instagram” sosial şəbəkəsində narkotik vasitə satan səhifələr axtarmışdır. “Patikola” adlı səhifənin ismarıc bölməsinə yazıb işsiz olduğunu və kuryer kimi iş axtardığını söyləmişdir. Həmin şəxs isə +**********47 saylı mobil nömrəni qeyd edərək, həmin nömrənin “vatsapp”ma yazmağını bildirmişdir. Bundan sonra o həmin mobil nömrənin “vatsapp”ma özünü Həsən kimi təqdim edən İran İslam Respublikasının vətəndaşına yazmışdır. Ona cavab verən şəxsə pulunun olmadığını, narkotik vasitəni götürdükdən sonra pulu göndərəcəyini və ya narkotik vasitələri dediyi yerə qoymaqla, yəni ki, kuryer kimi fəaliyyət göstərərək aldığı narkotik vasitənin əvəzini vermək istədiyini bildirmişdir. Həmin şəxs ona şəxsiyyət vəsiqəsinin fotoşəklini göndərməyini bildirmiş və o şəxsiyyət vəsiqəsinin fotoşəklini çəkib göndərmişdir. Söhbət zamanı həmin şəxs ona deyəcəyi ünvandan narkotik vasitəni götürməyi və başqa ünvana qoymağı təklif etmiş, bunun müqabilində isə ona 1000 (min) manat pul və yaxud narkotik vasitə verəcəyəni vəd etmişdir. O da həmin şəxslə razılaşmışdır. xx.xx.2024-cü il tarixdə həmin şəxs “whatsapp” tətbiqi vasitəsi ilə narkotik vasitəni götürəcəyi ünvanı göndərmişdir. Qeyd edilən ünvanda olarkən beş mərtəbəli binanın blokuna daxil olmuş və göy sellofanda olan bükülünü götürmüşdür, həmin ünvandan bir qədər uzaqlaşmışdır. Bir qədər uzaqlaşmaq istədikdə isə saat 18:15-də ünvan 5 ünvanın qarşısında olanda 4 nəfər mülki geyimli şəxslər ona yaxınlaşmışdırlar. Özlərinin polis olduqlarını təqdim etdikdən sonra ondan özünü təqdim etməyini bildirmişdirlər. O da özü haqda anket məlumatlarını şifahi təqdim etmiş və bundan sonra üzərində narkotik vasitə olmağı ilə bağlı məlumatlarının olduğunu bildirərək ondan bu barədə soruşmuşdurlar. O da artıq hər şeyin gec olduğunu görüb üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Bundan sonra onu 19-cu PŞ-yə dəvət etmişdirlər. Həmin şöbəyə çatdıqdan sonra inzibati binanın xidməti otaqlardan birinə dəvət etmişdirlər. O könüllü olaraq müdafiəçi istəmiş və dövlət hesabına müdafiəçi təyin edilmişdir. Baxışda iştirak etmək üçün video çəkiliş aparan bir nəfər mütəxəssis dəvət edilmişdir. Onda müdafiəçinin iştirakı ilə üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edilmişdir. O da göy rəngli selofamn içərisində olan 01 ədəd bükümü və özünə məxsus olan içərisində 051- ***-**-** mobil nömrə olan “HONOR X5” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, o da hər hansı bir əşya olmadığını bildirmişdir. Sonra üzəri tam olaraq yoxlanıldıqdan sonra heç bir qanunla qadağan edilən əşya tapılmamışdır. Ondan təqdim etdiyi 01 ədəd bükümün içərisindəkinin nə olduğu soruşulmuş və o həmin bükümün içərisindəkinin narkotik vasitə olan “kakos” olduğunu demiş, harada, nə vaxt, necə aldığını izah etmişdir. Bundan sonra içərisi boş olan zərf ona və iştirakçılara təqdim olunmuşdur. 01 ədəd büküm və mobil telefon zərflərə qoyularaq qablaşdırılacağı və möhürlənərək maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürüləcəyi bildirilmişdir. Bundan sonra qeyd edilənlər zərfə qoyularaq zərfin ağzı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürlənmiş, hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmış və MEM-nə göndəriləcəyi bildirilmişdir. Daha sonra həmin video görüntüyə baxılaraq protokol tərtib olunmuş və protokol imzalanmışdır. Həmçinin, o verilən suallara cavab olaraq bildirmişdir ki, Həsən adlı şəxsi həmin gün tanımışdır, əvvəllər Həsən adlı şəxsdən narkotik vasitə almamışdır, Həsən adlı şəxsin narkotik vasitəni qaçaqmalçılıqla və ya başqa hansı yolla Azərbaycan Respublikasına göndərməsi barədə məlumatı olmamışdır, bununla bağlı ona heç nə deməmişdir, Həsən adlı şəxs ilə "whatsapp" vasitəsi ilə səsli danışdığı üçün görməmişdir, hal-hazırda İran İslam Respublikasında olmasını təxmin edir, Həsən adlı şəxs ilə aralarında həmin narkotikin bir qismini özünə götürməyi, bir qismini isə Həsənin dediyi yerə qoymağı ilə bağlı razılaşmışdırlar, yəni ki, Həsən adlı şəxsin kuryeri kimi fəaliyyət göstərəcəyi təqdirdə ona da narkotik vasitə verməyi ilə bağlı razılaşmışdırlar, o həmin narkotik vasitəni götürdükdə ağır olduğunu hiss etmişdir, lakin çəkisinin nə qədər olmasını bilməmişdir, əvvəllər narkotik vasitəni tanımadığı şəxslərdən almışdır, bir dəfəsində isə təxminən 2 il bundan əvvəl adını unutduğu İran İslam Respublikasının vətəndaşından almışdır, onun mobil nömrəsi tutulana qədər istifadə etdiyi və şəxsi axtarış zamanı götürülmüş mobil telefonunda olan ***-***-**-** saylı mobil nömrədir, polis əməkdaşları onu saxlayarkən hər hansı bir qanuna zidd hərəkətə yol verməmişdirlər. Şahid1 ifadələrində göstərdi ki, 20 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək özündə saxlamaqla daşıması və narkotik vasitənin istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdu. Əməliyyat qrupu yaradıldı. Onlar 20 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində Təqsirləndirilən şəxs müəyyən edib özlərini təqdim edib ona onun barəsində üzərində narkotik vasitə saxlaması və istifadə etməsi barədə məlumat daxil olduğundan onlarla birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etmədi və onlarla birlikdə polis şöbəsinə getdi. Polis şöbəsində vəkilin iştirakı ilə video çəkiliş tətibiqi ilə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı İlqarın əlində olan sellofan torbadan bir bükümdə narkotik vasitə olan heroinə bənzər maddə aşkar olundu. Təqsirləndirilən şəxs narkotik vasitəni iranlıdan min manata aldığını bildirdi. İlqarın əlində sellafon var idi. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid1 ibtidai istintaq zamanı göstərmişdir ki, onun əsas vəzifələrindən biri cinayətkarığa qarşı mübarizə və narkotik vasitələrin, psixotrop maddələrin və prekusorlarm qanunsuz olaraq dövriyyəsinə qarşı mübarizə aparmaqdan ibarətdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhərinin müxtəlif rayonları, eyni zamanda Nəsimi rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə əldə edərək özündə saxlamaqla daşıması və narkotik vasitənin istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanılması məqsədilə Təqsirləndirilən şəxs cinayət başında yaxalanması və cinayət əməlinin ifşa olunmasından ötrü ƏAF haqqında qanunda nəzərdə tutulmuş bir sıra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə Nəsimi RPİ-nin 19-cu PŞ-nin rəisi tərəfindən razılıq verilmişdir. Eyni zamanda həmin tarixdə həmin məlumatın yoxlanılması məqsədilə tərəfindən Təqsirləndirilən şəxs cinayət başında yaxalanması və cinayət əməlinin ifşa olunmasından ötrü əməliyyat qrupu yaradılmışdır və əməliyyat qrupuna 19-cu PŞ- nin baş əməliyyat müvəkkili Şahid2, əməliyyat müvəkkili Şahid3 və kiçik əməliyyat müvəkkili Şahid4 da daxil edilmişdir. Təqsirləndirilən şəxs digər təhqiqat üsulları ilə ifşa edilməsi qeyri mümkün olduğundan cinayət əməllərinin ifşa edilməsi və cinayət başında yaxalanması məqsədilə ünvan 2 ünvanın qarşısında olacağı ilə bağlı daxil olmuş əməliyyat məlumatını yoxlamaqdan ötrü cinayət başında yaxalanması və əməlinin ifşa olunması məqsədilə xx.xx.2024-cü il tarixdə saat 17:30-da Şahid2, Şahid3 və Şahid4 ilə birlikdə ünvan 2 ünvanın qarşısında olmuşdurlar. Həmin ünvanda bir müddət gözlədikdən sonra saat 18:15 radələrində əməliyyat məlumatında göstərilən Təqsirləndirilən şəxs xarici görünüşü ilə oxşar olan şəxs görmüşdürlər. Həmin şəxsə yaxınlaşaraq adını soruşmuşdurlar. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs özlərini təqdim etmişlər və üstündə narkotik vasitə saxlaması və istifadə etməsi barədə məlumat daxil olduğundan birlikdə PŞ-yə getməli olduğunu bildirmişdirlər. Həmin şəxs etiraz etməmiş və birlikdə polis şöbəsinə getmişdirlər. Polis şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu təsdiq olunmuşdur. Həmin şəxs polis şöbəsinə gətirildikdən sonra PŞ-yə gətirilən şəxslərin qeydiyyatı kitabında qeydiyyata salınmışdır. Daha sonra narkotik vasitə saxlaması və istifadəsində şübhəli olması ehtimal edildiyindən üstünə baxış keçirilməsi məqsədilə şöbə rəhbərliyinə raportla məruzə etmişdirlər və həmin raportun icrası Nəsimi RPİ-nin 19-cu PŞ-nin təhqiqatçısı polis baş leytenantı Cəmaləddin Mehvalıyevə həvalə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı Cəmaləddin Mehvalıyevin xidməti iş otağına aparmışdırlar. Orada təhqiqatçı X5 İlqar Fariz oğlunun hüquqlarını izah edib vəkillərin siyahısı ilə tanış etdikdə, Təqsirləndirilən şəxs hər hansı vəkilin hüquqlarını müdafiə etməsini istədiyini bildirdiyi üçün təhqiqatçı Cəmaləddin Mehvalıyev 14 saylı vəkil bürosundan PŞ-yə vəkil dəvət etmiş və 14 saylı vəkil bürosunun vəkili X6 PŞ-yə gəldikdə təhqiqatçı Cəmaləddin Mehvalıyev həmin vəkili Təqsirləndirilən şəxs təqdim etmişdir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edilib üstünə şəxsi axtarış aparılacağını və şəxsi axtarışın videoçəkilişlə aparılacağını bildirmişdir, Təqsirləndirilən şəxs isə etiraz etməmişdir. Bundan sonra təhqiqatçı X5 İlqar Fariz oğlunun üstündə olan əşyaları könüllü çıxarıb stolun üstünə qoymasını təklif etmiş və Təqsirləndirilən şəxs əynindəki gödəkcənin cibindən Honor x5 markalı mobil telefonu və əlində olan sellofanın içərisindəki 01 ədəd bükümü masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmişdir, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmışdır, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm barədə məlumat verməsi bildirilmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə olan, maddənin "kakos" adlanan narkotik vasitə olduğunu, həmin bükümü səhər saatlarında İnstaqramda tanış olduğu İran İslam Respublikasının vətəndaşının satmağına görə müxtəlif ünvanlara qoyulması üçün göndərdiyini, bunun qarşılığında ona 1000 manat veriləcəyini bildirmişdir. Bundan sonra iştirakçılara həmin maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmişdir və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra 01 ədəd bükümdə narkotik vasitəyə bənzər maddə zərfə qoyularaq zərfin ağzı, Nəsimi RPİ-nin 19-cu PŞ-nin zərflər üçün nəzərdə tutulmuş “187” nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Həmçinin, Təqsirləndirilən şəxs Honor X5 markalı mobil telefonu da iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış və vəsatət qaldırılmamışdır. Həmçinin, o verilən suallara cavab olaraq bildirmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışını həyata keçirməsi ilə bağlı əməliyyat məlumatı daxil olsa da, kimlərə narkotik vasitə satması istiqamətində müsbət nəticə əldə etmək mümkün olmamışdır, bu sahədə əməliyyat-axtarış tədbirləri davam etdirilir, gələcəkdə digər müsbət məlumat əldə olunarsa rəsmi olaraq əlavə məlumat veriləcəkdir. Şahid3 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək özündə saxlamaqla daşıması və narkotik vasitənin istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdu. Əməliyyat qrupu yaradıldı və əməliyyat qrupunun rəhbəri baş əməliyyat müvəkkili Şahid2 təyin olundu. Onlar xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində Təqsirləndirilən şəxs özlərini təqdim edib üstündə narkotik vasitə saxlaması və istifadə etməsi barədə məlumat daxil olduğundan birlikdə polis şöbəsinə getməli olduğunu bildirdilər. İlqar etiraz etmədi və onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı İlqarın üzərindən bir büküm narkotik vasitə olan heroinə bənzər maddə aşkar olundu. İbtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edir. Şahid2 Rəfael oğlu ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək özündə saxlamaqla daşıması və narkotik vasitənin istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdu. Məlumatı yoxlamaq üçün əƏməliyyat qrupu yaradıldı. Əmliyyat keçirib İlqarı saxlayıb və ona polis şöbəsinə getməli olduğunu bildirmişlər. İlqar etiraz etmədi və birlikdə polis şöbəsinə getdi. Polis şöbəsində İlqara hüquqlarını izah edildi, vəkilin iştirakı ilə video çəkiliş tətbiqi ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirildi, Baxış zamanı İlqarın əlində olan sellofan torbadan bir büküm narkotik vasitə olan heroinə bənzər maddə aşkar olundu. Təqsirləndirilən şəxs narkotik vasitəni iranlıdan min manata aldığını bildirdi. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir.Başqa əlavəsi yoxdur. Şahid4 ifadələrində göstərdi ki, onlar 20 fevral 2024-cü il tarixində Təqsirləndirilən şəxsı saxladılar və üstündə narkotik vasitə saxlaması və istifadə etməsi barədə məlumat daxil olduğundan birlikdə polis şöbəsinə getməli olduğunu bildirdilər. İlqar etiraz etmədi və onlarla birlikdə polis şöbəsinə getdi. Polis şöbəsində İlqara hüquqları izah olundu, video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı İlqarın üzərindən narkotik vasitə olan heroin aşkar olundu. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid2 Rəfael oğlu, Şahid3 və Şahid4 ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ilə anoloji ifadə vermiş və onun ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, 20 fevral 2024-cü il tarixdə tərtib olunmuş “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolu və 01 ədəd videogörüntüləri özündə əks etdirən DVD disk ilə Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroinə bənzər kütlənin 01 bükümdə aşkar edilməsi faktı təsdiq olunmuşdur. Məhkəmədə elan olunub araşdırılmış Təqsirləndirilən şəxs məxsus “Honor X5” markalı mobil telefona baxış protokolundan görünür ki, “Vhatsapp” bölməsinə daxil olunduqda, +98- 910-298-8947 saylı mobil nömrəsi “Hasan” deyə qeyd edilmişdir. Təqsirləndirilən şəxs həmin şəxsin Həsən adlı İran İslam Respublikasının vətəndaşı olan şəxs olduğunu bildirmişdir. Həmin şəxslə “Vhatsapp” yazışmalara baxdıqda müəyyən edildi ki, Təqsirləndirilən şəxs “salam” yazır; Həsən adlı şəxs tərəfindən “salam abi salam necəsən” səsi göndərilir; Təqsirləndirilən şəxs tərəfindən “sağ ol qardaşım sən necəsən” səsi göndərilir; Həsən adlı şəxs tərəfindən “qaqa nə cür başlayaq işləyək, danışa bilirsənsə zəng eləyim danışaq” səsi göndərilir; Təqsirləndirilən şəxs tərəfindən “evdəyəm yemək yeyirəm, 5 dəqiqəyə məni yığ” səsi göndərilir; Həsən adlı şəxs tərəfindən “problem deyil canım qurban” səsi göndərilir; Daha sonra isə Həsən adlı şəxs tərəfindən “buraxılmış səsli zəng” gəlməsi və Təqsirləndirilən şəxs tərəfindən səsli zəng olunaraq 1 dəqiqə danışıq olması müəyyən olunur; Daha sonra Təqsirləndirilən şəxs tərəfindən “yəni ki, mən sənə vəsiqəni atıram, kişi kimi mənə söz verirsən ki, axşam ünvanıma atırsan mənim, bizdə gülə ehtiyac olmur, daha çox daş və torpaqdı, birdəki teman necədi? Daş bilirəm ki, yaxşı olur əksər hallarda, torpaq necədi?” səsi göndərilir; Həsən adlı şəxs tərəfindən “qaqa mən sənə bir kilo göndərəcəm səndə paylayacaqsan, ucuz deyirəm bildin?” səsi göndərilir; Təqsirləndirilən şəxs tərəfindən “sən mənimlə açıq aşkar danış, görüm necə və haralara atmaq lazımdı, haralara qoymaq lazımdı” səsi göndərilir; Təqsirləndirilən şəxs tərəfindən “elə bil mən böləcəm sən dediyin yerlərə atılacaq, elədi?; səsi göndərilir; Həsən adlı şəxs tərəfindən “Bakı ünvan olacaq” səsi göndərilir; Təqsirləndirilən şəxs tərəfindən “yaxşı qardaşım, belə problem zad yoxdu ki? Polis zad belə problem olmayacaq? Götürüb gətirəcəm, sən dediyin ünvanlara atacam düzdü?” səsi göndərilir; Həsən adlı şəxs tərəfindən “polis yoxdu qaqa” səsi göndərilir; Təqsirləndirilən şəxs tərəfindən “sən bir kiloya mənə nə qədərdən verəcəksən?mənim istəyənim olanda verim” səsi göndərilir; Həsən adlı şəxs “axşam deyəcəm” yazır; Təqsirləndirilən şəxs tərəfindən “bəs necə eləyək mən şəxsiyyəti atmamışdan qabaq atım?” səsi göndərilir; Həsən adlı şəxs tərəfindən “problem deyil axşam atarsan, ya indi at” səsi göndərilir; Təqsirləndirilən şəxs tərəfindən “dəqiqdisə bilim mən də işimi, sən nəvaxt desən o vaxt ata bilərəm, amma ki sözümüz bütöv olsun, mən sənə axşam şəxsiyyətimi atdımsa sən də kişi kimi söz ver ki, ünvanıma atacaqsan” səsi göndərilir; Bundan sonra Təqsirləndirilən şəxs özünə məxsus olan şəxsiyyət vəsiqəsinin ön və arxa şəklini göndərir; Həsən adlı şəxs tərəfindən “bir kilo axşam atacam sənə bir kilo” səsi göndərilir; Təqsirləndirilən şəxs tərəfindən “bir kilo təmiz torpaq olacaq? Yoxsa yarısı daş yarısı torpaq olacaq?” səsi göndərilir; Həsən adlı şəxs tərəfindən “qaqa yaxşı kakosum var, onu götürüb paylayacaqsan, kiloyada mən sənə 100 manat verəcəm, kilonu da bütöv paylayacam, gündə ən azı yarım kilo paylayacaqsan” səsi göndərilir; Həsən adlı şəxs tərəfindən “mənim ünvanlarım çox olur, nə deyirsən?” səsi göndərilir; Daha sonra Həsən adlı şəxs tərəfindən “buraxılmış zəng” olunduğu görünür və bundan sonra 12 saniyəlik Həsən adlı şəxs tərəfindən gəlmiş səsli zəng ilə danışığın olduğu görünür; Təqsirləndirilən şəxs tərəfindən “olsun qardaşım olsun, əsas odur ki, problemli iş olmasın, yəni ki, ilişməyək, 1000 manat yox 900 manat verərsən, problem deyil, amma ki təmiz iş olsun, problem olmasın” səsi göndərilir; Təqsirləndirilən şəxs tərəfindən “mən indi setdən aralaşıram, sən arxayın ol, 1000 manat lazım deyil, 900 verərsən, nə qədər desən dağıdaram problem deyil” səsi göndərilir; Həsən adlı şəxs tərəfindən “problem deyil, deyəcəm gedərsən bir yerə, setdə ol” səsi göndərilir; Həsən adlı şəxs tərəfindən “get Əcəmi metrosunun qabağına” səsi göndərilir; Həsən adlı şəxs tərəfindən “konum şəkli atıram” səsi göndərilir; Həsən adlı şəxs tərəfindən “nə qədər yolun var? onu da mənə de” səsi göndərilir; Təqsirləndirilən şəxs tərəfindən “20 dəqiqəlik yolum var” səsi göndərilir; Həsən adlı şəxs tərəfindən “çıx get Əcəmi metrosuna konum şəklin atacam” səsi göndərilir; Təqsirləndirilən şəxs tərəfindən “heçnə qardaşım,gedirəm, belə salamat yerdi?konumun şəklin at çıxım” səsi göndərilir; Təqsirləndirilən şəxs tərəfindən “sən konumun şəklin at çıxım, mənim yarım saatlıq, 20 dəqiqəlik yolum var” səsi göndərilir; Daha sonra Təqsirləndirilən şəxs səsli zəngi ilə 37 saniyəlik Həsən adlı şəxslə danışığı olması görünür; Təqsirləndirilən şəxs tərəfindən “qardaşım çıxdım gəlirəm, o yaxşı maldı?yaxşı temadı?biyabırçı tema deyil ki?” səsi göndərilir; Həsən adlı şəxs tərəfindən “qaqa get götür danışarıq, arxayın ol,öz malımızdı, onu mən göndərmərəm ki, adamlarıma verim narazı olsunlar” səsi göndərilir; Təqsirləndirilən şəxs tərəfindən “heç birşey qardaşım,çıxmışam yoldayam mən,gedirəm,çatım xəbər edirəm sənə,ünvanı mənə dəqiq denən ki,hara getməliyəm, Əcəmi böyük yerdir, hara getməliyəm Əcəmidə?” səsi göndərilir; Həsən adlı şəxs tərəfindən “Əcəmi metrosunun qabağında” səsi göndərilir; Təqsirləndirilən şəxs tərəfindən “yaxşı qaqaşım yaxşı” səsi göndərilir; Həsən adlı şəxs tərəfindən “çıxmayıbsan deyəsən, səsin evdən gəlir” səsi göndərilir; Təqsirləndirilən şəxs tərəfindən “çıxıram, taksi vurmuşam gəlsin, taksi ilə çıxacam, havada bir az işıqdı,Əcəmi metroda camaatın sıxlıq olan yeridi,heç kəs tanınmır ona görə,mən gedib çatana qədər yaxşı vəziyyət yaranacaq orda,yarım saata ordayam” səsi göndərilir; Həsən adlı şəxs tərəfindən “yaxşı yarım saat qurtardı çıx get” səsi göndərilir; Həsən adlı şəxs tərəfindən “metronun özünə atmayacaq ki,metronun yanında bir yerə qoyacaq piyada gedib götürəcəksən” səsi göndərilir; Təqsirləndirilən şəxs tərəfindən “bilirəm də metronun içinə qoymayacaq onun sözü yox,mən çatana yaxın deyəcəm sən konumu da at şəklini at, mən gedib oralarda çox dayanmayım” səsi göndərilir; Həsən adlı şəxs tərəfindən “problem deyil get” səsi göndərilir; Təqsirləndirilən şəxs “yaxşı” yazır; Həsən adlı şəxs tərəfindən “adam gedir səni gözləyir atsın get götür” səsi göndərilir; Təqsirləndirilən şəxs tərəfindən “heç birşey qardaşım məndə xırdalan yolundayam gedirəm az qalıb yol biraz sıxlıqdı ona görə,konumu atsın,şəklin atsın az qalıb çatıram” səsi göndərilir; Təqsirləndirilən şəxs “konumu atda şəkli atda” yazır; Həsən adlı şəxs tərəfindən “sən dəqiq hardasan canım qurban” səsi göndərilir; Daha sonra isə Həsən adlı şəxs konum və şəkillər göndərir; Həsən adlı şəxs tərəfindən “noldu qadanalım” səsi göndərilir; Həsən adlı şəxs tərəfindən “bax gör bu konuma nə qədər yolun var?” səsi göndərilir; Daha sonra isə Həsən adlı şəxs tərəfindən səsli zəng olunur və aralarında 13 saniyəlik danışıq olur; Təqsirləndirilən şəxs tərəfindən “yol sıxlıqdı qardaşım biraz tıxac var 15 dəqiqəyə ordayam” səsi göndərilir; Təqsirləndirilən şəxs tərəfindən “konumu gözləyirdim səndən xırdalan yolunda bir balaca yubandım, 15-16 dəqiqəlik yolum var yol açıq olsa heçnə yol birazda sıxlıqdı onun üçün” səsi göndərilir; Həsən adlı şəxs tərəfindən “tez get götür” səsi göndərilir; Həsən adlı şəxs tərəfindən “bayaqdan deyirsən 20 dəqiqəlik yol var 3 dəqiqəsin gedibsən” səsi göndərilir; Həsən adlı şəxs tərəfindən “bir az tez ol, kimsə malı götürüb çıxıb gedər mən pis vəziyyətdə qalaram” səsi göndərilir; Təqsirləndirilən şəxs tərəfindən “mən nə qədər gözlədim bayaqdan yazmışdım sənə ki konumu at konumu atmadın ona görə konumu atmamış hara gedim” səsi göndərilir; Həsən adlı şəxs tərəfindən “get get o problem deyil,ta neynəyəkyəni deyirəm ki, qalıb çöldə” səsi göndərilir; Təqsirləndirilən şəxs tərəfindən “heç nə gedirəm, az qalıb çatıram yol sıxlıqdı” səsi göndərilir; Həsən adlı şəxs tərəfindən “hə noldu abi çatmadın?” səsi göndərilir; Təqsirləndirilən şəxs tərəfindən “az qalıb 5 dəqiqəlik yoldayam” səsi göndərilir. Baxışda iştirak edən şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdi ki, həmin nömrənin sahibi olan Həsən adlı şəxsə səsləri özü göndərmiş və sms mətnləri də özü yazmışdır. Həmçinin, danışıqlarda istifadə olunan daş və torpağın metamfetamin və heroin olduğunu, eləcə də, tema və mal dedikdə ümumi olaraq narkotik vasitənin adının gizli olaraq çəkildiyini bildirdi. Bundan başqa mobil telefonun “İnstaqram” bölməsinə daxil olunduqda, “patikola” adlı profil ilə Təqsirləndirilən şəxs danışığı olması müəyyən olundu. Baxış zamanı Təqsirləndirilən şəxs bir neçə gün əvvəl həmin profilin sahibinə “salam qardaş necəsən, işsizəm, iş axtarıram,sizin nəsə işiniz yoxdu?yəni ki kuryer kimi falan” səs göndərməsi, həmin profilin sahibinin də +**********47 saylı mobil nömrəni qeyd edərək həmin nömrəyə “vatsapa yaz” deməsi müəyyən olundu. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirdi ki, həmin profilin sahibi İran İslam Respublikasının vətəndaşı Həsən adlı şəxsdir. Bundan başqa 30 yanvar 2024- cü il tarixdə “iran_baki_alver_qara_bazar” adlı profilin sahibinə yazması müəyyən olundu. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 21 fevral 2024-cü il tarixli 3-16-16/2-6/1019 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümdə qəhvəyi rəngli tozşəkilli maddə təmiz çəkisi 2355 qram (2 kq 355 qram) olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, 29 mart 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 2355 qram (2 kq 355 qram) narkotik vasitə heroin və Honor X5 markalı mobil telefon maddi sübut kimi tanınmış və qalıq hissə 2354,8 qram olan narkotik vasitə heroin və mobil telefon saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-psixatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 769 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs ifadələrində narkotik vasitə istifadəçisi olduğunu, tutulduğu yerə narkotik vasitəni götürmək üçün getdiyini, narkotik vasitəni “Həsən” kimi tanıdığı şəxsdən aldığını, satış məqsədinin olmadığını, almaq istədiyi narkotik vasitənin miqdarının 2355 qram (2 kq 355 qram) deyil, az olduğunu narkotik vasitəni şəxsi istifadə məqsədi ilə əldə etdiyini göstərdi. Məhkəmə, Təqsirləndirilən şəxs həmin ifadələrinin onun özünün ibtidai istintaq zamanı təqsiləndirildiyi ittihamın mahiyyəti üzrə verdiyi etirafedici ifadələri ilə, onun saxlanılmasında iştirak etmiş və iş üzrə şahid qismində dindirilmiş şahidlərin ifadələri ilə, təhqiqat və ibtidai istintaq zamanı əldə olunmuş sübutlarla, o cümlədən də, onun üzərinə şəxsi axtarış aparılması zamanı narkotik vasitə heroin aşkar olunmasını təsdiq edən axtarış protokolu ilə, axtarış zamanı ondan göstərmüş narkotik vasitənin təmiz çəkisi 2355 qram (2 kq 355 qram) narkotik heroin olmasını təsdiq edən məhkəmə-kimyəvi ekspertizasının 21 fevral 2024-cü il tarixli 3-16- 16/2-6/1019 nömrəli rəyi ilə, iş üzrə maddi sübüt kimi tanınımış həmin nakotik vasitənin özü ilə, onunla narkotik vasitənin ona ötürülməsi, onun tərəfindən qəbul edilməsinin, göndərilən narkotik vasitənin keyfiyyəti, növləri, hansına təlabatın çox olması barəsində aparılan yazışmalarla və işin faktiki halları ilə təkzib olundu. Bu səbəbdən də, məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrinə əsaslanmağı əsaslı sayır. Məhkəmənin bu mövqeyi Təqsirləndirilən şəxs məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməsi və yalnız qramı mübahisələndirməsi baxımından da əsaslıdır. Beləliklə, məhkəmə, onun məhkəmədəki iddialarını həqiqətə uyğun olmayan özünün məsuliyyətini yüngülləşdirməyə yönələn cəhd kimi qiymətləndirir. Çünki onun bu iddialarını təsdiq edən sübut müəyyən olunmadı. O da öz iddialarını təsdiq edən sübut təqdim etmədi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadəsi ona elan olunarkən həmin ifadəsini təsdiq etməsinə, lakin satış məqsədinin olmamasına münasibətdə qeyd edir ki, onun həmin ifadələrində göstərdiyi hallar ona ittiham elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-maddəsinin əlamətlərinə uyğun gəlir. Belə ki, məhkəmənin bu mövqeyi “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 14 ” iyun 2024-cü il tarixli, 8 nömrəli qərarı baxımından da əsaslıdır. Həmin qərarın 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmənin Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş mobil telefona baxış keçirilməsi zamanı əldə olunub cinayət işinin materiallarına əlavə olunmuş mesaj mətnlərinə münasibətdə qeyd edir ki, həmin mesaj mətnləri özü-özüyündə məzmun etibarı ilə Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1maddəsinin tərkib əlamətlərinin olmasını tam sübut edir. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlinin onun tərəfindən qəsdən və anlaqlı olaraq törədilməsinin sübuta yetirildiyi qənəatinə gəlib onun əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən bu əmələ görə həmin maddədənin sanksiyasında nəzərdə tutulan qaydada onun cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 114 ( yüz on dörd ) manat xərclənməsi müəyyən olundu. Məhkəmə bu məbləğin dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, ekspertizasının keçirilməsinə sərf edilmiş 114 ( yüz on dörd) manat vəsaitin Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılmasını əsaslı sayır. Məhkəmə Təqsirləndirilən şəxs göstərmiş olduğu hüquqi yardıma görə 360 (üç yüz altmış) manat pul vəsaitinin Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Vəkillər X7 və Tədris Mərkəzinin hesabına ödənilməsini və Təqsirləndirilən şəxs müdafiə xərcindən azad olunmasını əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2354,8 (iki kq 354,8 qr) qram narkotik vasitə heroinin sərbəst dövriyyəsi qadağan olunmuş vasitə kimi məhv edilməsini, 01 ədəd “Honor X5” markalı mobil telefonun Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış psixotrop maddənin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə 20 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 22 fevral 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən həmin halı nəzərə alır. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi ibtidai istintaq zamanı təqsirli bilindiyi əməlin törədilməsi halları barəsində etirafedici ifadələr verməsi, himaayəsində iki azyaşlı uşağının olması müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun xüsusilə ağır cinayətdə təqsirli bilindiyini əsas tutub təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.3-ci maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli olduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib, araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X13 Şəxsindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 2247 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və PSİXOSTİMULYATORLARİN birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsini və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 20 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına məhkəmə kimyəvi ekspertizasının keçirilməsinə sərf olunmuş 114 (yüz on dörd) manat vəsait Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Həmin məbləğ Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. Təqsirləndirilən şəxs göstərmiş olduğu hüquqi yardıma görə 360 (üç yüz altmış) manat pul vəsaiti Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Vəkillər X7 və Tədris Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs müdafiə xərcindən azad olunsun. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2354,8 (iki kq 354,8 qr) qram narkotik vasitə heroin sərəbəst dövriyyəsi qadağan olunmuş vasitə kimi məhv edilsin, 01 ədəd “Honor X5” markalı mobil telefon Təqsirləndirilən şəxs şəxsi əmlakı kimi onun yaxın qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-1881/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1881/2024
27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver