Məhkəmə qərarları › İş №1(101)-1882/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1882/2025

12.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1882/2025 12.03.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri İmanova Nigar Arzu qızı (sədrlik edən), X3 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Qasımzadə Banu Pənah qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1996-cı il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq. M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, daşımış və saxlamışdır.

İşin faktiki halları

2. Təqsirləndirilən şəxs satış məqsədi ilə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin və psixotrop maddələrin İ Siyahısına daxil edilən külli miqdarda 33625 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib idarə etdiyi “Kia Magentis” markalı, **-HA- *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində saxlamaqla Bakı şəhəri, Qaradağ rayonu, Kənar dairəvi yol, “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 2 mart 2025-ci il tarixdə saat 11:27-də Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində fəaliyyət göstərən “Azon" yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanılaraq qeyd edilən ünvanda həmin tarixdə saat 11:31-dən etibarən Təqsirləndirilən şəxs üzəri yoxlanıldıqdan sonra həmin gün saat 12:08-dən etibarən Bakı şəhəri, Qaradağ rayonu, Kənar dairəvi yol, “Lukoir yanacaq doldurma məntəqəsinin yaxınlığında saxladığı “Kia Magentis” markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilə onun iştirakı və razılığı ilə baxış keçirilən zaman həmin avtomobilin yük yerindəki 4 ədəd torbanın içərisində 33 ədəd bağlamada külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1010 qram, 1025 qram, 1030 qram, 1030 qram, 1025 qram, 1025 qram, 1035 qram, 1025 qram, 1015 qram, 1030 qram, 1030 qram, 1035 qram, 1030 qram, 1030 qram, 1030 qram, 1045 qram, 1035 qram, 1030 qram, 1045 qram, 1035 qram, 685 : qram, 1040 qram, 1035 qram, 1025 qram, 1025 qram, 1030 qram, 1025 qram, 1030 qram, 1025 qram, 1025 qram, 1025 qram, 1035 qram və 1025 qram olmaqla ümumi təmiz çəkisi 33625 qram olan öz aralarında tərkiblərinə görə eynilik təşkil edən narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.

Təqsirləndirilən şəxsin təqsirliliyinə dəlalət edən və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar aşağıdakılardan ibarətdir:

3. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 02 mart 2025-ci il tarixdə, saat 11:00-11:30 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi ərazisində Tofiq və Ruslan adlı iki şəxsi saxlamışlar. Onlara Ruslan adlı şəxsin istifadəsində olan “Kia” markalı avtomobildə narkotik vasitə olması barədə məlumat daxil olmuşdu. Şəxslərin üzərində axtarış keçirilmiş, lakin üzərlərində hər hansı narkotik vasitə aşkar edilməmişdir. Qaradağ rayonu əraizində “Lukoil” yanacaqdoldurma məntəqəsində saxladığı avtomobilin yanına getmişlər. Orada avtomobilə baxış keçirilmiş, çəkiliş zamanı avtomobildən narkotik vasitə aşkar edilərək götürülmüşdür. Ruslan həmin narkotik vasitəni Füzuli rayonu ərazisində Seyid adlı iranlının sifarişi ilə götürdüyünü və deyilən ünvana qoyacağı halda pul qazanacağını demişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid saxlanılmalı olan şəxsin anket məlumatlarının onlara əməliyyat məlumatı ilə daxil olduğunu, şəxsin olacağı yer barədə məlumatların əməliyyat məlumatında olduğunu, şəxsi saat 11:27-dən 5-10 dəqiqə əvvəl saxladıqlarını, əməliyyat məlumatında narkotik vasitənin avtomobildə olmasının qeyd edildiyini, şəxsin idarə etdiyi nəqliyyat vasitənin qeydiyyat nömrəsinin öncədən onlara məlum olduğunu, avtomobilə baxış keçirilənədək avtomobilin açarının Ruslanın özündə olduğunu, Emin adlı polis əməkdaşında avtomobilin açarının olmadığını, şəxsi yanında olan yaxını Tofiq adlı şəxslə təhdid edərək nəyəsə məcbur etmədiklərini, Ruslanın avtomobilində hər hansı zədə və.s görmədiyini, şəxsin özü olmadan onun avtomobilinə baxış keçirmədiklərini, əməliyyat tədbiri zamanı üzərində mobil telefon olduğunu, Ruslanı Tofiqlə piyada hərəkətdə olan zaman saxladıqlarını, Ruslanı sorğu-sual edən zaman özünün narkotik vasitəni Seyid adlı iranlıdan aldığını dediyini bildirmişdir.

4. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 02 mart 2025-ci il tarixdə, saat 11:00-11:30 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsi ərazisində Tofiq və Ruslan adlı iki şəxsi saxlamışlar. Onlara Ruslan adlı şəxsin üzərində və istifadəsində olan “Kia” markalı avtomobildə narkotik vasitə olması barədə məlumat daxil olmuşdur. Saxlanılan şəxslərin üzərində baxış keçirilmiş, lakin heç birinin üzərindən narkotik vasitə aşkar edilməmişdir. Daha sonra Qaradağ rayonu ərazisində “Lukoil” yanacaqdoldurma məntəqəsində şəxsin saxladığı avtomobilin yanına getmişlər. Orada avtomobilə baxış keçirilmiş, çəkiliş zamanı avtomobildən narkotik vasitə aşkar edilərək götürülmüşdür. Ruslan həmin narkotik vasitəni Füzuli rayonu ərazisində Seyid adlı iranlının sifarişi ilə götürdüyünü və deyilən ünvana qoyacağı halda pul qazanacağını demişdir.

5. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 02 mart 2025-ci il tarixdə, saat 12:30 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsi ərazisində Tofiq və Ruslan adlı iki şəxsi saxlayıb özlərini təqdim etmişlər. Videoçəkiliş vasitəsi ilə şəxslərin üzərlərinə baxış keçirilmişdir. Ruslan yanında olan şəxsin narkotik vasitəyə aidiyyəti olmadığını bildirmişdir. Ruslan narkotik vasitəni İran İslam Respublikası vətəndaşından əldə etdiyini, həmin vasitəni müxtəlif yerlərə qoyacağı təqdirdə gəlir əldə edəcəyini bildirmişdir. Ruslanın avtomobilindən 30 bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Ruslan özü narkotik vasitəni avtomobilin yük yerində saxladığını bildirmişdir.

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə günü Ruslanla birlikdə olmuşlar. İşləri ilə əlaqədar olaraq Mingəçevir şəhərindən Xırdalan şəhərinə gəlirmiş. Ruslandan onu Bakıya gətirməsini xahiş etmişdir. O, Biləcəri dairəsində avtomobildən düşmüş, otelə getmiş və otaq nömrəsi götürmüşdür. Ruslan isə avtomobili park etdikdən sonra otelə gəlmişdir. Onları polis əməkdaşları oteldə olan zaman saxlamışlar. Daha sonra onları küçəyə çıxarmışlar və videoçəkilişlə üzərlərinə baxış keçirilmişdir. Sonra isə Ruslanın avtomobilinin yanına getmişlər. Ruslan avtomobili Sədərək ticarət mərkəzinin yaxınlığında olan yanacaq doldurma məntəqəsinin yanında saxlamışdı. Videoçəkiliş aparılan zaman avtomobilin baqaj yeri və qapısı qırıq olsa da, onlar yol getdikləri müddətdə avtomobil saz vəziyyətdə olmuşdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid Ruslanı uzun müddətdir ki, tanıdığını, Ruslanı narkotik vasitələrdən istifadə edən zaman görmədiyini, onu narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan biri kimi tanımadığını, polis əməkdaşlarının onları oteldə yatdıqları zaman tutduqlarını, onları əvvəlcə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə, sonra isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardıqlarını, onları 6-7 nəfər polis əməkdaşının saxladığını, hər ikisinin üzərinə eyni otaqda baxış keçirildiyini, üzərlərindən qanunla qadağan olunmuş heç bir predmet çıxmasa da, Ruslanın avtobilindən narkotik vasitə aşkar olunduğunu, yola çıxdıqda öz çantasını avtomobilin yük yerinə qoyduğundan baqajda heç nə olmadığını, Ruslanın avtomobilindən narkotik vasitə çıxdıqda əməliyyatçılara heç nə bildirməsə də, müstəntiqə olanları olduğu kimi danışdığını və narkotik vasitənin ona aid olmamasını bildirdiyini, müstəntiqə də hazırki məzmunda ifadə verdiyini, Qaradağ Rayon Dövlət Yol Polis İdarəsinin önündə polislər Ruslana avtomobili dayandırmasını bildirsələr də, Ruslanın avtomobili saxlamadığını, bunun səbəbini Ruslandan soruşduqda Ruslanın nəqliyyat vasitələrini idarəetmə hüququna malik olmasına dair sənədinin olmamasını bildirdiyini, avtomobilə mindikdən sonra Ruslanın baqajı açmasının şahidi olmadığını, Ruslanın avtomobilinə Mingəçevirdə mindiyini, Ruslanın avtomobilinda ondan başqa da müştərinin olduğunu, Bakıya gələrkən yolda dayanmadıqlarını, Ruslanın əvvəllər polislə münaqişədə olduğunu bildiyini, Ruslanın ona polislərin ondan pul istədiklərini, lakin pulu vermədiyini bildirdiyini, Ruslanın təqib olunduğunun şahidi olduğunu, Qaradağ Rayon Dövlət Yol Polis İdarəsindən keçdikdən sonra Ruslanın avtomobilini 4 avtomobilin təqib etməyə başladığını, Ruslandan bu avtomobillərin nəyə görə onun avtomobilini təqib etdiyini soruşduqda onun vermədiyi rüşvətlə əlaqədar olaraq təqib olunduğunu bildirdiyini, otelə getdikdə çantasını götürdüyündə baqajda heç bir şübhəli əşyanın olmadığını, otelə səhər saat 07:00-08:00 radələrində getdiklərini, oteldə qeydiyyat yerinə şəxsiyyət vəsiqəsini verərək otaq nömrəsi aldığını, polis əməkdaşlarının otağın qapısını açaraq gəlib onları tutduqlarını, qapının hansı üsulla açıldığını bilmədiyini, bu barədə otelin qeydiyyat şöbəsində işləyən əməkdaşlara sual ünvanlamadığını, həmin gün “Kristal” oteldə qaldıqlarını, Mingəçevirdən çıxdıqda avtomobilin normal vəziyyətdə olmasına baxmayaraq videoçəkiliş zamanı avtomobildə sınıqların olduğunu, polis əməkdaşlarının oteldə Ruslana psixoloji təzyiq etdiklərini, videoçəkilişdən öncə polis əməkdaşlarının Ruslanı vurduqlarını, onlar Ruslana “elə bilirdin səni yenidən tutumayacağıq?” sözünü deməklə psixoloji təzyiq göstərdiklərini, ifadəsini oxumadan imzaladığını, ifadəsində imzaların özünə məxsus olduğunu bildirmişdir.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, hadisə günü saat 07:45-də iki nəfər Ruslan və Tofiq adlı şəxslər otelə daxil olmuşlar, 10:45-də oteli tərk etmişlər. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid 02 mart 2025-ci il tarixdə, 07:45-də adı çəkilən Ruslan və Tofiq adlı şəxslərin otelə daxil olduqlarını, şəxslərin bir otaqda qaldıqlarını, həmin gün polis əməkdaşlarının otelə daxil olmadıqlarını, adı çəkilən şəxsləri çölə çıxarmadıqlarını, hadisədən sonra polis əməkdaşları tərəfindən otelə heç bir sorğu verilmədiyini və oteldən videogörüntülərin istənilmədiyini, adı çəkilən şəxsləri ilk dəfə və bir dəfə oteldə gördüyünü, həmin şəxslər otelə gələndə özünün oteldə olmadığını, həmin şəxslər oteldən çıxarkən oteldə olduğunu, oteldən çıxış edilən zaman otel otağının yoxlanıldığını və nədən istifadə edildiyinin soruşulduğunu, bundan sonra isə açarın təhvil alınıb şəxslərin yola salındığını, şəxslərin fiziki görünüşlərini tam xatırlamadığını, şəxslərin girişçıxış vaxtını sistemdən əldə etdiyi məlumat əsasında bildiyini, şəxslər tərəfindən oteldə qalmaq üçün ödənişin kart vasitəsilə həyata keçirildiyini bildirmişdir.

8. “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və avtomobilə baxış keçirilməsinə dair” 02 mart 2025-ci il tarixdə, saat 11:27 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, Azon YDM-nin yaxınlığında saxlanılaraq Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə qanunla qadağan- olunmuş kütlə saxladığını və həmin kütlələri təqdim edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə Bakı şəhəri, Qaradağ rayonu, Kənar dairəvi yol, Lukoil YDM-nin yaxınlığında baxış keçirilmişdir. Təqsirləndirilən şəxs avtomobilində 04 ədəd torbanın içərisində 33 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilərək götürülmüşdür (cild 01; i.v.14-17).

9. “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında» 02 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi **-HA-*** qeydiyyat nişanlı avtomobilin arxa yük hissəsindən götürülmüş 04 ədəd torbanın içərisindən 33 ədəd bağlamanın içərisindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə təhqiqatçı tərəfindən baxış keçirilərək götürülmüşdür (cild 01; i.v.20-22).

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 03 mart 2025-ci il tarixli, 7/380 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ Təqsirləndirilən şəxs məxsus avtomobildən...” yazısı və imzalar olan narıncı rəngli sintetik torbadakı 10 ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri; 1010 qram; 1025 qram; 1030 qram; 1030 qram; 1025 qram; 1025 qram; 1035 qram; 1025 qram; 1015 qram; 1030 qram, ağ rəngli sintetik torbadakı 11 ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 1030 qram; 1035 qram; 1030 qram; 1030 qram; 1030 qram; 1045 qram; 1035 qram; 1030 qram; 1045 qram; 1035 qram; 685 qram və narıncı rəngli sintetik torbadakı 12 ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri; 1040 qram; 1035 qram; 1025 qram; 1025 qram; 1030 qram; 1025 qram; 1030 qram; 1025 qram; 1025 qram; 1025 qram; 1035 qram; 1025 qram olan ı®HKt mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadı. Ümumi çəkisi-33625 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər (cild 01; i.v.48- 52).

11. “Maddi sübut kimi tanıma haqqında” 04 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş 33625 qram qurudulmuş marixuana maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 33621,7 qram qurudulmuş marixuananın BMCMİ-nə təhvil verilməsi qərara alınmışdır (cild 01; i.v.118-119).

12. “Baxış keçirilməsi barədə” 23 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir (cild 01; i.v.156).

13. Məhkəmə-narkoloji ekspertizasının 04 mart 2025-ci il tarixli, 1283 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (cild 01; i.v.180-181).

14. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X2 X8 tərəfindən verilmiş 04 aprel 2025-ci il tarixli, 121/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs 02-xx.xx.2025-i il tarixlərə uyğun hər hansı bir xəsarət aşkar edilməmişdir (cild 01; i.v.189-190).

15. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 16 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təsirtəzyiqə məruz qalması ilə bağlı material üzrə cinayət işinin başlanması AR CPMnin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir (cild 02; i.v.77-78).

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü dəlillər aşağıdakılardır:

16. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü bilməyərək ifadəsində göstərmişdir ki, sonuncu dəfə tutulmamışdan 4 ay əvvəl BNMİ-nin əməkdaşları onu saxlamışlar. Həmin vaxt ondan 10.000 manat pul istəmişlər. O da əməkdaşlara həmin məbləği verəcəyini demiş, lakin sonradan onlara hər hansı pul verməmişdir. Daha sonra o, nömrəsini dəyişmişdir. Elməddin və Surxay adlı polis əməkdaşları ona zəng edərək əvvəl-axır onu tutacaqlarını bildirmişlər. 01 mart 2025-ci il tarixdə Mingəçevirdən çıxıb Bakıya gələn zaman Ford, Hundai və Chevrolet markalı üç avtomobil onu təqib etməyə başlamışlar. Qaradağ rayonu ərazisində polis postuna çatan zaman dayanmadan keçmişdir. Postun əməkdaşları onun arxası ilə düşməmişlər. Onun idarə etdiyi avtomobilin arxası ilə ** ZM *** dövlət qeydiyyat nişanlı avtomobil düşmüşdür. Daha sonra o, Bakıya gəlib avtomobili bir kənarda saxlamışdır. Avtomobili Yasamal rayonundakı “Lukoil” yanacaq doldurma məntəqəsi ərazisində qoyub vağzala getmişdir. Avtomobili götürmək üçün həmin yerə qayıdanda onu yenə təqib etməyə başlamışlar. Sonra yenidən vağzala qayıtmışdır. Orada yeməyini yemiş və gecə qalmaq üçün otelə qayıtmışdır. Polis əməkdaşları onu oteldə saxlamışlar. Videodan da göründüyü kimi ona təzyiqlər olmuşdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs özünün Bakı-Mingəçevir şəhərləri arasında sürücü kimi işlədiyini, həmin gün Şahid2 adlı şəxsi sifariş əsasında Bakıya gətirməli olduğunu, Mingəçevirdən təxminən 01 mart 2025-ci il tarixdə, axşam saat 23:00 radələrində çıxdıqlarını, 02 mart 2025-ci il tarixdə, saat 10:30 radələrində polis əməkdaşlarının onları oteldə saxladıqlarını, Tofiqin ona yaxın adam olduğunu, Tofiq diş həkiminə getməli olduğundan onu Bakıya gətirdiyini, postdan dayanmadan keçəndə də arxası ilə gələn avtomobilləri gördüyünü, Tofiqə onun arxası ilə kiminsə düşdüyünü demədiyini, onun özünün sürücülük hüququ olmadığından postda avtomobili saxlamadığını, Tofiqə əvvəllər polislə ədavətinin olmasını demədiyini, özünün marixuana istifadə etdiyini, tutulmazdan təxminən 1 ay əvvəl marixuana istifadə etdiyini, Surxay və Elməddinin onu hazırki iş üzrə saxlanılmasından 3-4 ay əvvəl polis idarəsinə apardıqlarını, Füzuli rayonunda olmadığını, Biləcəri ərazisində yerləşən “Kristal” oteldə saxlanıldığını, onu saxlayan Ayxan, İbrahim, İlkin, Emin, Faiq və Ford markalı avtomobili idarə edən saqqallı başqa əməkdaşların olduğunu, Surxay və Elməddinin onu saxlayan şəxslər arasında olmadıqlarını, Tofiqlə onu oteldə saxlayıb ona təzyiq göstərdikdən 40-45 dəqiqə sonra onları çölə çıxardıqlarını, Tofiqi buraxacaqlarına dair vəd verdikdən sonra onunla polis əməkdaşları arasında razılıq əldə olunduğunu, Tofiqi otelə qoyduqdan sonra avtomobili 10 km aralıda yerləşən ərazidə park edərək özünün taksi ilə otelə qayıtdığını, avtomobili oteldən bu qədər uzaqda saxlamasının səbəbini izah edə bilmədiyini, avtomobilindən narkotik vasitənin avtomobil “Lukoil” yanacaqdoldurma məntəqəsində olan zaman götürüldüyünü, polis əməkdaşlarının onu avtomobilin yanına apardıqlarını, çəkiliş zamanı avtomobilin açarının onun üzərində olduğunu, avtomobilin baqajının pultla açılmadığını, polis əməkdaşları tərəfindən avtomobilin baqajının açıldığını şəxsən görmədiyini, lakin baqajın qapısının qırılmış olduğunu, Şahid3 onun cibindən avtomobilin açarını götürdüyünü, sonradan açarı ona qaytardığını, avtomobilin polis əməkdaşları tərəfindən qırılaraq açıldığını, avtomobildən aşkar olunmuş narkotik vasitə ilə bağlı polislərin dediyini etdiyini, qətimkan tədbiri seçilən zaman məhkəmədə ittihamı qəbul etmədiyini, otel əməkdaşlarından onun oteldə saxlanılmasını görənin olub-olmadığını bilmədiyini, polislərin qapını qırıb otağa girdiklərini, ilkin olaraq oteldə üzərində yoxlanış olduğunu, onunla gələn Tofiq adlı şəxsin də oteldə baş verən hər şeyi gördüyünü, onun da üzərinə axtarış və baxış keçirildiyini, avtomobilə baxış zamanı ona hüquqlarının izah olunmadığını və müdafiəçi ilə təmin olunmadığını, üzərinə baxış keçirildikdən dərhal sonra BNMİ-ə aparıldığını, təxminən 30 dəqiqəyə idarəyə çatdıqlarını, idarəyə çatdıqdan sonra onu otaqda saxladıqlarını, onu padvala düşürüb videoçəkiliş etdiklərini, idarədə izahat vermədiyini, ona təqdim edilmiş ifadəni imzaladığını bildirmişdir.

Hüquqi məsələlər:

17. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələrinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədilkdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

18. Həmin Məcəllənin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaüç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

19. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 5 qram olan qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar, 500 qram olduqda isə külli miqdar, 50000 qram olduqda isə xüsusilə külli miqdar hesab olunur.

20. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə psixotrop maddələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə psixotrop maddələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin psixotrop maddələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın psixotrop maddələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və psixotrop maddələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, psixotrop maddənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

Cəza təyini zamanı nəzərə alınmalı olan hallar:

21. “Şübhəli şəxsin tutulması haqqında” 02 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 mart 2025-ci il tarixdə, saat 11:27-dən tutulmuş hesab edilmişdir (cild 01; i.v.31).

22. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 4(005)- 266/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 02 mart 2025-ci il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.114-116).

23. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 11 mart 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli hökmünə əsasən AR CM-nin 263.2 və 264-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 01; i.v.127-128).

24. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 iyun 2025-ci il tarixli, 4(005)- 792/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 03 ay olmaqla, 02 oktyabr 2025-ci il tarixədək uzadılmışdır (cild 01; i.v.176-179).

25. Ağdaş Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 1(014)-8/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 264-cü maddəsi ilə təqsirli bilinərək 01 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, AR CM-nin 68.1.1-1-ci, 66.2 və 66.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir (cild 02; i.v.27-32).

26. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 iyun 2025-ci il tarixli, 4(005)- 792/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 ay olmaqla, 02 noyabr 2025-ci il tarixədək uzadılmışdır (cild 02; i.v.90- 95).

27. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 6 saylı X5 Müəssisəsi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş 24 oktyabr 2025-ci il tarixli, 3-16-xx/xx/2582/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 13 saylı MTCM-dən 03 avqust 2024-cü il tarixdə 6 saylı MTCM-nə gətirilərək qeydiyyata götürülmüşdür. Barəsində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli qərarına əsasən 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Məhkum Təqsirləndirilən şəxs 04 mart 2025-ci il tarixə çəkilmiş cəzası 01 il 11 ay 04 gün, çəkilməmiş hissəsi 02 il 26 gündür.

28. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 fevral 2026-cı il tarixli, 7(5-101)- 213/2026 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 1(014)-8/2023 saylı hökmü ilə təyin edilmiş 04 il müddətə azadlıqdan məhrum etmə cəzası “Konstitusiya və Suverenlik İli” münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 3.1-ci bəndinə əsasən 06 ay azaldılmışdır.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin:

29. 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır;

30. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir;

31. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər.

32. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.

33. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 05 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.

35. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.

36. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

37. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

38. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan AR CM-nin 234.4.1-ci maddəsi xaric edilməli, Təqsirləndirilən şəxs tərəfindən AR CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146).

39. Məhkəmə ilk növbədə AR CM-nin 234.4.1-ci maddəsinə münasibətdə gəldiyi qənaətin əsaslandırılmasını zəruri hesab edir.

40. Təqsirləndirilən şəxs narkotik vasitələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədi ilə istintaqa məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan “Seyid” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək istintaqla müəyyən edilməyən vaxtda “Seyid” adlı şəxsin və qeyrilərinin satış məqsədilə göndərdiyi külli miqdarda narkotik vasitələri qanunsuz olaraq əldə edib, saxlayaraq daşımasına dair ittiham elan olunsa da, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs həmin “Seyid” adlı şəxs və “qeyriləri” ilə məhz narkotik vasitələrin satışını təşkil etməsini, narkotik vasitələrin satışı ilə əlaqədar əvvəlcədən əlbir olmasını və buna dair razılıqlarının olmasını təsdiq edə biləcək hər hansı sübutu iş materiallarına əlavə edə bilməmişdir.

41. Məhkəmə qeyd edir ki, əməlin bu cür tövsif edilməsi üçün iki və ya daha çox şəxsin narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması məqsədilə əvvəlcədən sövdələşmələri, törətdikləri əməl üzrə müəyyən nəticələrin əldə olunması niyyətilə birgə hərəkətlər etmələri, cinayətin törədilməsində iki və ya daha çox şəxsin qabaqcadan əlbir olmuş bir qrup şəxs şəklində iştirak etmələri müəyyən edilməlidir. Yalnız mötəbər sübutlarla bu hallar müəyyən edildikdə, hətta qabaqcadan əlbir olmuş qrupa və ya mütəşəkkil dəstəyə daxil olan digər şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələri bu və ya digər səbəblərdən mümkün olmadıqda, qrupun və ya mütəşəkkil dəstənin tərkibində fəaliyyət göstərmiş bir şəxs də CM-in 234.4.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir.

42. CM-in 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə biri-birini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətləri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar məqsədə nail olunmasını asanlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəruri şərt (zəruri şəraiti yaradan hal) kimi çıxış edir.

43. İştirakçılığın subyektiv əlamətləri odur ki, birincisi, iştirakçılıq yalnız qəsdən törədilən cinayətlərdə mümkündür, ikincisi də cinayətin törədilməsində iştirak edən bütün şəxslər qəsdən hərəkət etməlidirlər. İştirakçılıqda təqsirin qəsd forması onu ehtiva edir ki, həm icraçı, həm də cinayətin digər iştirakçıları konkret cinayətin törədilməsi üçün birgə hərəkət etmələrini bilirlər, cinayəti səylərini birləşdirməklə törətdiklərini dərk edirlər, yəni bilə-bilə birgə hərəkət edirlər.

44. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 may 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun tələbləri baxımından icraçıların əməllərinin həm Cinayət Məcəlləsinin 32-ci maddəsinə, həm də Məcəllənin Xüsusi hissəsinə əsasən "qabaqcadan əlbir olan bir qrup şəxs" əlaməti üzrə tövsif edilməsi istisna edilir. İştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaratdığından, Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə də ehtiyac yaranmır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adı çəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir.

45. Beləliklə, Cinayət Məcəlləsinin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin "qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. Cinayətin yalnız qabaqcadan cinayət əlaqəsinə girmiş iki və daha çox icraçı tərəfindən törədildiyi, təşkilatçı, təhrikçi, köməkçinin isə icraçıların törətdikləri cinayətdə iştirak etdiyi halda, onların əməlləri Məcəllənin 32.3, 32.4 və 32.5-ci maddələrinə istinad edilməklə, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin əməli kimi tövsif edilməlidir.

46. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli Qərarında da təhlil edilən cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, habelə təkrar törədilməsi anlayışlarına yuxarıda göstərilən təfsirə və hüquqi mövqeyə uyğun müvafiq izah və tövsiyələr vermişdir.

47. Belə ki, həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilibtörədilməməsi məsələsi həll olunarkən "cinayətin təkrar törədilməsi”, "qabaqcadan əlbir olan bir qrup şəxs” və "mütəşəkkil dəstə” anlayışlarını təsbit edən CM-in 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, "Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan "mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli və "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Əgər qabaqcadan əldə olunmuş razılıq CM-in 234.2-ci və ya 234.3-cü və ya 234.31-ci maddəsində göstərilən əməllərin birgə yerinə yetirilməsini, məsələn, narkotik vasitənin əldə olunmasını, saxlanmasını, daşınmasını deyil, müstəsna olaraq bunların törədilməsində icraçıya (icraçılara) köməkliyin göstərilməsini (məsələn, narkotik vasitənin qoyulduğu yeri tapmaq üçün icraçıya bələdçiliyin edilməsini) nəzərdə tutursa və kömək edən şəxs tərəfindən CM-in 234.2 və 234.3cü maddələrində göstərilən hərəkətlərdən hər hansı biri faktiki olaraq yerinə yetirilmirsə, həmin şəxsin əməli yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 6 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə cinayətin icraçısının (icraçılarının) əməllərinin hüquqi tövsifindən asılı olaraq, həmin cinayətdə köməkçi qismində iştirak etmə kimi CM-in 32.5-ci maddəsinə istinad olunmaqla tövsif edilməlidir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni, müxtəlif əməllərə) görə və CPM-in 49.1-ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Narkotik vasitə və ya psixotrop maddə ilə əlaqədar qanunsuz hərəkətlər satış məqsədi olmadan, lakin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə əməlin CM-in 234.4.1ci maddəsində göstərilən əlamət üzrə tövsif edilməsi istisna olunsa da, CMin 61.1.3-cü maddəsi həmin xüsusatın (cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin) cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasını tələb edir.

48. Hazırki işin hallarını tədqiq edərək məhkəmə hesab edir ki, şəxsiyyəti naməlum olan İİR vətəndaşının və ibtidai istintaq orqanın qeyriləri kimi istinad etdiyi şəxslərin şəxsiyyətləri müəyyən edilərək ifadələlərinin alınmadığı, onlarla təqsirləndirilən şəxs arasında narkotik vasitələrin satışına dair qabaqcadan razılığın olmasını təsdiq edən hər hansı yazışmanın, telefon danışığının və ya digər sübutun olmadığı halda sadəcə təqsirləndirilən şəxsin İİR vətəndaşının göndərdiyi həmin maddələri müəyyən ünvanlara qoymasını göstərməsinə istinad edərək onun əməlində AR CM-nin 234.4.1-ci maddəsinin tərkibinin olması qənaətinə gəlinməsi qanuni və əsaslı hesab edilə bilməz (nəzərə alınsa ki, təqsirləndirilən şəxsin ifadəsi yalnız digər sübutlarla təsdiq olunduqda ittihamın əsasını təşkil edə bilər).

49. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsə qarşı CM-in 234.4.3-cü maddəsi ilə yanaşı 234.4.1-ci maddəsi ilə ittiham irəli sürülməsi və onun həmin maddələr üzrə təqsirli bilməsi ondan irəli gəlir ki, cinayət təqibi orqanı birgə iştirakçılar üçün ümumi olan cinayətin törədilməsi barədə əvvəlcədən razılaşmanın əldə olunması halını “ikitərəfli kriminal əqdin bağlanması” kimi haldan fərqləndirə bilməmişdir.

50. Halbuki, şəxslər arasında “kriminal əqd” üzrə “kontragentə” münasibətdə müəyyən hərəkətlərin yerinə yetirilməsi barədə razılığın əldə olunması (nə qədər ki, belə razılıq vahid cinayətin deyil, hər bir şəxs tərəfindən məhz onun özünə aid olan kriminal əməlin törədilməsini ehtiva edir) birgə cinayət törətmək barədə qabaqcadan razılığın əldə olunması halı ilə eyniləşdirilə bilməz (Məsələn, rüşvətin alınması və verilməsi barədə rüşvət alanla rüşvət verən arasında, qanunsuz odlu silah satanla onu əldə edən şəxs arasında və yaxud hazırkı işdə olduğu kimi narkotik vasitəni satanla onu əldə edən şəxs arasında bu əməllərin yerinə yetirilməsinə dair qabaqcadan razılığın əldə olunması vahid cinayətin birgə törədilməsi barədə razılığın əldə edilməsi anlamına gəlmir və bu üzdən cinayətdə iştirakçılıq kimi qiymətləndirilməməlidir).

51. İttiham tərəfin Təqsirləndirilən şəxs İİR vətəndaşı Seyid adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmələrinə və ittihamda göstərilən narkotik vasitələri qanunsuz olaraq satış məqsədi ilə əldə etmə, saxlama, daşıma, satma əməllərini birgə törətmələrinə dair hər hansı məlumata malik olmaması cinayət təqibi orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı AR CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamın məzmunundan da (bu ittihamı təşkil edən “faktiki hallar”ın təsvirindən) açıq-aydın görünür.

52. Belə ki, ittihamda vaxt, yer, üsul göstərilmədən təqsirləndirilən şəxsin “Seyid” adlı İİR vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil etmələri qeyd olunduqdan sonra onların birgə (qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində) narkotik vasitələri əldə etmələrinə, saxlamalarına, daşımalarına aid “faktiki hallara” dair məlumatlar aşağıdakı kimi təsvir olunmuşdur:

53. 1) “şəxsiyyəti istintaqa məlum olmayan “Seyid” adlı İİR vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında”;

54. 2) “istintaqa məlum olmayan vaxtda və şəraitdə ...”

55. 3) “Seyid adlı şəxsin göndərdiyi külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və satış məqsədi ilə əldə edib saxlamaqla daşımışdır”.

56. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 7.0.20-ci maddəsində əsasən ittiham bu Məcəllədə müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir.

57. Həmin Məcəllənin 223.3-cü maddəsi təqsirləndirilən şəxs qismində cəlb etmə qərarının təsviri-əsaslandırıcı hissəsində bu Məcəllənin 223.3.1-223.3.5-ci maddələrində göstərilənlərin, o cümlədən “cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti”nin (maddə 223.3.2) əks etdirilməsini tələb edir.

58. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 2021-ci il 24 dekabr tarixli Plenum qərarında da (31-ci bənd) iştirkaçılıqla törədilən cinayətlərlə əlaqədar ittihamda və məhkəmə aktlarında hər bir iştirakçının hərəkətlərinin və ya hərəkətsizliyinin nədə ifadə olunmasının, onların rollarının göstərilməsinin vacibliyi vurğulanmışdır.

59. Bu səbəbdən şəxsə qarşı irəli sürülmüş qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayət törətməsi barədə ittihamın CPM-in 7.0.20, 223.3.2-ci maddələrinin tələblərinə cavab verən məzmunda olması üçün onun konkret olması, birgə cinayət törətmək barədə razılaşmanın qabaqcadan, yəni cinayətin obyektiv cəhətinin yerinə yetirilməsinə başlanılana qədər əldə olunduğuna dəlalət edən zaman, məkan, üsul barədə məlumatları nəzərdə tutması, narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması, daşınması, satışı əməllərinin törədilməsi şəxsə istinad edilirsə bu əməllərin hər birinin yerinə yetirilməsində hər bir iştirakçının rolunun, hərəkətlərinin nədən ibarət olmasının əks etdirməsi tələb olunur.

60. Təqsirləndirilən şəxsə qarşı AR Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamda isə narkotik vasitələrin əldə edilməsi, saxlanılması, daşınması, satışı əməllərinin təqsirləndirilən şəxs, “Seyid” adlı şəxs və qeyrilərindən təşkil olunmuş qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində (birgə) törədildiyi qeyd olunsa da, razılaşmanın nə vaxt, harada, hansı üsulla əldə olunduğu, eləcə də təqsirləndirilən şəxsin sözügedən əlamətlə (birgə törədilməsi iddia edilən - əldə etmə, saxlama, daşıma, satma kimi əməllərlə) uzlaşdırıla biləcək konkret hərəkətləri göstərilməmişdir (iittihamda təsvir olunmuş təqsirləndirilən şəxsin əməllərinin faktik məzmunu müstəsna olaraq onun “Seyid” adlı şəxsin satdığı qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi ilə əldə etməsini və bundan sonra onların saxlanılması, daşınması üzrə təkbaşına etdiyi hərəkətləri əhatə edir).

61. Ümumiyyətlə, təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın məzmununu CPM-in 7.0.20 və 223.3.2-ci maddələrinin tələbləri və Ali Məhkəmənin Plenumunun “Məhkəmə hökmü haqqında” qərarının 31-ci bəndi ilə müqayisə etdikdə görünür ki, əslində bu ittiham cinayət təqibi orqanının müəyyən edə bilmədiyi (ona məlum olmayan), lakin həmin normalara, CPM-in 139.0-cı maddəsinə və Plenum qərarının müddəalarına görə müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən halların sadalanmasından (“naməlum vaxtda və yerdə”, “şəxsiyyəti məlum olmayan Seyid” və “qeyriləri”, “istintaqla müəyyən edilməyən qaydada” kimi konkretləşdirilməyən ifadələr toplusundan) ibarətdir.

62. Məhkəmə qeyd edir ki, özü üçün belə bu qədər “naməlumlar” olduğu vəziyyətdə cinayət təqibi orqanının təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 234.4.1ci maddəsi ilə qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində narkotik vasitənin əldə edilməsi, daşınması, saxlanması, satışı üzrə əməlləri başqa şəxslə birgə törətməsi barədə ittiham irəli sürməsi onu göstərir ki, ittihamın həlli üçün mühüm əhəmiyyət kəsb edən məsələlərə dair ciddi və aradan qaldırılmayan şübhələlər olduğu halda CPM-in 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinin ziddinə olaraq təqsirləndirilən şəxsə qarşı həmin maddə ilə ittiham irəli sürülmüş və baxılması üçün məhkəməyə göndərilmişdir.

63. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir.

64. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3).

65. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1).

66. Məhkəmə hesab edir ki, qeyd olunan normaların tələbləri ilə müqayisə etdikdə verilmiş ittihamdan AR CM-nin 234.4.1-ci maddəsinin xaric edilərək təqsirləndirilən şəxsin yalnız ittihamın sübuta yetirilmiş hissəsi üzrə Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə təqsirli bilinməsi cinayət prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə,xüsusilə də ittihamın sübut olunmasında aradanqaldırılma sımümkün olmayan şübhələrintəqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticə kimi özünü göstərir.

67. Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviriəsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır.

68. Göstərilənləri ümumiləşdirərək məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.4.1-ci maddəsi ilə təqsirli olması iş materiallarında olan sübutların məcmusu ilə öz təsdiqini tapmadığından, həmin maddə ilə verilmiş ittiham ehtimallara və formal mülahizələrə əsaslandığından həmin maddə ittihamdan xaric edilməlidir.

69. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən AR CMnin 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirildiyindən o, həmin maddə ilə cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılmalıdır.

70. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilmədiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində qanunsuz predmet olmadığını, polis əməkdaşlarının onu yatdığı yerdə oteldən götürdüklərini, otağın qapısını sındıraraq otağa daxil olduqlarını, ona fiziki təsir-təzyiq göstərildiyindən videoçəkiliş zamanı polis əməkdaşlarının dediklərini təkrarladığını bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin ifadəsini işin faktiki halları və iş materiallarında olan mötəbər sübutlarla uzlaşmayan özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir.

71. Belə ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həm 02 mart 2025-ci il tarixli ilkin izahatında, həm 03 mart 2025-ci il tarixdə şübhəli şəxs qismində, həm də həmin tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən özünü elan edilmiş ittihamda tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, son zamanlar maddi imkanı zəif olduğu üçün pul qazanmağın yollarını axtarmışdır. Bir müddət əvvəl whatsapp ani mesajlaşma proqramı vasitəsi ilə iranlı Seyid adlı şəxslə tanış olmuşdur. Seyid adlı şəxs İran İslam Respublikasının vətəndaşı olduğunu, istədiyi təqdirdə ona narkotik vasitə göndərəcəyini, göndərilən narkotik vasitələri Seyid adlı şəxsin dediyi ünvanlara qoyub qazanc əldə edə biləcəyini bildirmişdir. Danışıq əsnasında Seyid adlı şəxs ona birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı təklif etmişdir. Buna görə də ona narkotik vasitə göndərməsini və həmin narkotik vasitəni onun dediyi ünvanlara qoya biləcəyini bildirmişdir. İranlı Seyid adlı şəxs isə narkotik vasitə göndərəcəyini və həmin narkotik vasitənin deyilən ünvanlara qoymaq müqabilində ona pul verəcəyini bildirmişdir. Lakin konket olaraq nə qədər pul verəcəyini deməmişdir. Seyid adlı şəxslə razılaşmışdır. Təxminən 28 fevral 2025-ci il tarixdə Seyid adlı şəxs onunla əlaqə saxlayaraq Füzuli rayonunda deyilən ərazidə atdığı məkandan narkotik vasitəni götürmüşdür. Seyid adlı şəxsin göndərdiyi 04 ədəd torbada narkotik vasitə qurudulmuş marixuana olmuşdur. Təqsirləndirilən şəxs həmin torbaları götürüb idarə etdiyi Kİa Magentis **-HA-*** qeydiyyat nişanlı avtomobilin yük yerində saxlamışdır. 02 mart 2025-ci il tarixdə tanışı Şahid2 ilə görüşmüşdür. Həmin gün saat 11:27-də Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, Azon YDM-nin yaxınlığında Şahid2la söhbət edən zaman bir neçə nəfər şəxs tərəfindən saxlanılmışdır.Həmin şəxslər özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş və özünü təqdim etməyini xahiş etmişdir. Özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu, yanındakının da Şahid2 olduğunu bildirmişdir. Bundan sonra onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirmiş, üzərində narkotik vasitə və psixotrop maddənin olduğu təqdirdə, təqdim etməyini təklif etmişdir. Bu təklifdən sonra o əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd Samsung markalı mobil telefonu, bir ədəd avtomobil açarını, əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bank kartını və 40 manat pulu təqdim etmişdir. Üzərində təqdim etdiyi əşyalardan başqa digər bir əşya aşkar olunmamışdır.

72. Bundan savayı, təqsirləndirilən şəxsin üzərinə baxış və götürmə həyata keçirilən zaman Təqsirləndirilən şəxs özü sərbəst şəkildə idarə etdiyi avtomobildə qanunla qadağan olunmuş kütlə saxladığını və həmin kütlələri təqdim edə biləcəyini göstərmiş, avtomobilə baxış zamanı o, avtomobilin yük hissəsindən 04 ədəd torbanı təqdim etmiş, verilən suallara cavab olaraq avtomobildən aşkar olunmuş kütlələri İran İR-nın vətəndaşı vasitəsi ilə 03 gün əvvəl Füzuli rayonu ərazisində gizlədilmiş yerlərdən ayrı-ayrı yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini bildirmişdir.

73. Həmçinin, iş materiallarında olan (cild 01; i.v.69-73) Təqsirləndirilən şəxs ilə Şahid2 arasında həyata keçirilmiş üzləşdirmə istintaq hərəkətini özündə əks etdirən 03 mart 2025-ci il tarixli protokoldan görünür ki, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs Tofiq Əhmədonun üzünə qarşı da etirafedici ifadələrində göstərdiyi xüsusatları qeyd edərək törətdiyi əməli etiraf etmişdir.

74. Məhkəmə iclasında təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyündən ilkin olaraq etirafedici ifadələr verdiyini iddia etsə də, məhkəmənin sorğusuna əsasən Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş 05 mart 2025-ci il tarixli, 2119/2025 nömrəli məhkumun tibbi kitabçasından görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olan zaman zədə və xəsarət almasını inkar etmiş, onun bədəninə baxış zamanı sol bazuda və sol saiddə yanıq sonrası olan izlər aşkar edilmiş, başqa hər hansı xəsarət aşkar edilməmişdir.

75. Məhkəmə iclasında təqsirləndirilən şəxs ona ünvanlanmış suala cavab olaraq onda olan xəsarətlərin istintaq təcridxanasına daxil olan zaman qeydə alınmadığını bildirsə də, məhkəmə təqsirləndirilən şəxsdə həqiqətən də xəsarətlərin olduğu halda həmin xəsarətlərin qeydə alınmamasının mümkün olmadığını və tibbi müayinədən sonra yoxlanılan hər bir təqsirləndirilən şəxsdə aşkar edilmiş xəsarətlərin mütləq qaydada istintaq təcridxanası tərəfindən qeydə alındığını xüsusi olaraq vurğulayır.

76. Bundan savayı, iş materiallarında olan 02 mart 2025-ci il tarixli ilkin izahat, 03 mart tarixli “Şübhəli şəxsin dindirilməsi”nə dair protokol, o cümlədən, həmin tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi”nə dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs həm ilkin izahat verən zaman, həm şübhəli şəxs, həm də təqsirləndirilən şəxs qismində dindirilən zaman polis əməkdaşları tərəfindən hər hansı təzyiq və ya qanunazidd hərəkətlərə məruz qalıb-qalmamasına dair ona ünvanlanmış suala cavab olaraq polis əməkdaşları tərəfindən hər hansı təzyiqə (fiziki və ya psixi) məruz qalmadığını bildirmişdir (cild 01; i.v.43-44; 61-65; 84-87).

77. Bununla yanaşı, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılmasına və avtomobilinə baxış keçirilməsinə dair videodiskdə olan görüntülərlə də təqsirləndirilən şəxsdə hər hansı xəsarətin olması (videogörüntüdə vizual görünməsi mümkün olan nahiyyələrdə) müəyyən edilmir.

78. Bundan savayı, təqsirləndirilən şəxsin polis bölməsində fiziki təzyiqə məruz qalmasına dair irəli sürdüyü arqument iş materiallarında olan və ən önəmli sübut növü olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X2 X8 tərəfindən verilmiş 04 aprel 2025-ci il tarixli, 121/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs 02-xx.xx.2025-ci il tarixlərə uyğun hər hansı bir xəsarət aşkar edilməmişdir (cild 01; i.v.189-190).

79. Həmçinin, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 16 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təsir-təzyiqə məruz qalması ilə bağlı material üzrə cinayət işinin başlanması AR CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir (cild 02; i.v.77-78).

80. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

81. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 55.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.

82. Göründüyü kimi, hazırki iş üzrə təqsirləndirilən şəxs ona qarşı polis bölməsində qanunsuz hərəkətlərin edilməsi ilə aidiyyəti orqana müraciət etməmiş, ibtidai istintaq zamanı və barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar keçirilmiş məhkəmə iclasında bu barədə hər hansı bir xüsusata toxunmamış, Bakı İstintaq Təcridxanası tərəfindən təqdim edilmiş tibb kitabçası və ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-tibb ekspertizasının rəyi ilə onda hər hansı xəsarətlərin olmaması müəyyən edilmişdir ki, məhkəmə hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir.

83. Təqsirləndirilən şəxs məhkəmə iclasında polis əməkdaşları tərəfindən “Kristal” oteldə Tofiqlə birgə olarkən otelin otağının qapısı sındırılaraq polis əməkdaşlarının otağa daxil olaraq götürüldüyünü və otelin yaxınlığında üzərlərinə baxış keçirildiyini iddia etsə də, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 02 mart 2025-ci il tarixdə, 07:45-də adı çəkilən Ruslan və Tofiq adlı şəxslərin otelə daxil olduqlarını, şəxslərin bir otaqda qaldıqlarını, həmin gün polis əməkdaşlarının otelə daxil olmadıqlarını, adı çəkilən şəxsləri çölə çıxarmadıqlarını, hadisədən sonra polis əməkdaşları tərəfindən otelə heç bir sorğu verilmədiyini və oteldən videogörüntülərin istənilmədiyini, adı çəkilən şəxsləri ilk dəfə və bir dəfə oteldə gördüyünü, həmin şəxslər otelə gələndə özünün oteldə olmadığını, həmin şəxslər oteldən çıxarkən oteldə olduğunu, oteldən çıxış edilən zaman otel otağının yoxlanıldığını və nədən istifadə edildiyinin soruşulduğunu, bundan sonra isə açarın təhvil alınıb şəxslərin yola salındığını, şəxslərin fiziki görünüşlərini tam xatırlamadığını, şəxslərin giriş-çıxış vaxtını sistemdən əldə etdiyi məlumat əsasında bildiyini, şəxslər tərəfindən oteldə qalmaq üçün ödənişin kart vasitəsilə həyata keçirildiyini bildirmişdir.

84. Bununla yanaşı, göstərilən xüsusatın araşdırılması üçün məhkəmə tərəfindən ünvan 4 ünvanda yerləşən “Kristal” hotelə sorğu ünvanlanaraq 02 mart 2025-ci il tarixə aid olan hotelin videomüşahidə kameraları ilə qeydə alınmış videogörüntülərin məhkəməyə təqdim olması xahiş olunmuş, məhkəməyə daxil olmuş cavab məktubunda 02 mart 2025-ci il tarixdə Şahid2 və Təqsirləndirilən şəxs saat 07:45-də “Kristal” hoteldə otaq nömrəsi götürərək elə həmin gün saat 10:40-da oteli tərk etdikləri, həmin müddətdə heç bir polis əməkdaşının otelə daxil olmadığı, adları çəkilmiş şəxslərin oteldən könüllü olaraq çıxdıqları, tarix keçmiş olduğundan videokamera görüntülərinin mövcud olmadığı bildirilmişdir.

85. “Kristal” Hotel tərəfindən təqdim edilmiş 02 mart 2025-ci il tarixdə qeydə alınmış sistem məlumatlarından görünür ki, Şahid2 və Təqsirləndirilən şəxs 02 mart 2025ci il tarixdə 50 manat pul ödəməklə saat 07:45-də hotelə daxil olmuşlar, saat 10:40-da hoteldən çıxış etmişlər.

86. Göründüyü kimi, təqsirləndirilən şəxsin saxlanılması şəraitinə dair irəli sürdüyü arqument məhkəmə iclasında tam və hərtərəfli araşdırılmış və araşdırma nəticəsində həmin xüsusat təsdiq olunmamaqla tamamilə təkzib olunmuşdur.

87. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 təqsirləndirilən şəxsin ifadəsindəki həmin xüsusatı təsdiq edərək onların polis əməkdaşları tərəfindən “Kristal” Hoteldə qaldıqları otaqdan polis əməkdaşları tərəfindən götürülərək çöldə üzərlərinə axtarış həyata keçirildiyini bildirsə də, məhkəmə şahidlə təqsirləndirilən şəxsin dostluq münasibətlərində olduqlarını, o cümlədən, onun ibtidai istintaq zamanı verdiyi izahat və ifadəni, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutları nəzərə alaraq şahidin məhkəmə iclasında verdiyi ifadəsinin təqsirləndirilən şəxsin məsuliyyətdən kənarda qalmasına xidmət edən və işin həqiqi halları ilə uzlaşmayan ifadə kimi qiymətləndirir.

88. Belə ki, Şahid2 ibtidai istintaq zamanı verdiyi ilkin izahatında və təqsirləndirilən şəxslə üzləşdirilən zaman göstərmişdir ki, 02 mart 2025-ci ii tarixdə, saat 11:27-də Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, Azon YDM-nin yaxınlığında Təqsirləndirilən şəxs ilə birlikdə olan zaman bir neçə nəfər mülki geyimdə olan şəxslər yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişdir. Daha sonra isə onlardan özlərini təqdim etməyini xahiş etmişdir. O da özünü təqdim etmişdir. Daha sonra polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasını və avtomobilində narkotik vasiə gizlətməsi barədə məlumatlarının olduğunu bildirmişdir. Ruslana üzərində narkotik vasitə olub-olmadığını, varsa təqdim etməyini təklif etmişdir. Ruslan əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonunu, bir ədəd avtomobil açarını, əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bank kartını və 40 manat pulu çıxarıb təqdim etmişdir.Sonra Ruslanın üstü yoxlanılmış, üstündən başqa heç nə aşkar edilməmişdir. Bir ədəd mobil telefon və bir ədəd bank kartı polis əməkdaşları tərəfindən götürülmüş, bir ədəd avtomobil açarı və 40 manat pul isə ona qaytarılmışdır. Daha sonra o, əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd “Tecno” markalı mobil telefonu, həmin şalvarın sağ yan cibindən bir ədəd bank kartını, bir ədəd şəxsiyyət vəsiqəsini, bir ədəd istifadə olunmayan simkart nömrəni və bir manat pulu təqdim etmişdir. Polis əməkdaşları tərəfindən bir ədəd mobil telefon, bir ədəd şəxsiyyət vəsiqəsi və bir ədəd bank kartı götürülmüş, bir manat pul və bir ədəd simkart nömrə isə özünə qaytarılmışdır.

89. Məhkəmə iclasında Şahid2 ona ünvanlanmış suala cavab olaraq polis idarəsində ona qarşı hər hansı təsir təzyiq göstərilmədiyini, ifadəsinin sonundakı imzaların özünə məxsus olduğunu və özü tərəfindən icra edildiyini bildirmişdir ki, bu da hər hansı təsir-təzyiqə məruz qalmayan şəxsin ibtidai istintaq zamanı hadisədən qısa müddət sonra verilmiş ifadələrinin həqiqi və real olması, hazırda məhkəmə iclasında verilmiş ifadəsindəki xüsusatın sonradan düşünülmüş, dost olduğu şəxsə yardım etmək və onu qorumaq naminə irəli sürülmüş xüsusat olması qənaətinə gəlmək üçün əsasdır.

90. Məhkəmə iclasında təqsirləndirilən şəxs idarə etdiyi və narkotik vasitə aşkar edilmiş avtomobildə hər hansı qanunsuz predmetin olmadığını, həmin narkotik vasitənin onun idarə etdiyi avtomobilə polis əməklaşları tərəfində qoyulduğunu, avtomobilin baqağının polis əməkdaşları tərəfindən sındırıldığını, baqajda olan zədənin avtomobilə baxış keçirilməsinə dair vidediskdə olan görüntüdən də göründüyünü bildirmiş, Şahid2 da ona ünvanlanmış suallara cavab olaraq yola çıxdıqda öz çantasını avtomobilin yük yerinə qoyduğundan baqajda heç nə olmadığını gördüyünü, Bakıya gələn zaman yolda avtomobili saxlamadıqlarını, avtomobilin yük yerindən əşyalarını götürən zaman da baqajda hər hansı başqa əşyanın olmadığının şahidi olduğunu, avtomobilə baxış zamanı avtomobilin baqajının sındırıldığının şahidi olduğunu bildirsə də, təqsirləndirilən şəxs və şahidin dəlilləri məhkəmə araşdırması nəticəsində öz təsdiqini tapmamışdır.

91. Belə ki, avtomobilə baxış keçirilməsini özündə əks etdirən videodiskdə olan görüntülərə baxış zamanı avtomobildə hər hansı zədənin və sınığın olmaması, avtomobilin açarının Təqsirləndirilən şəxs olmaqla avtomobilin onun özü tərəfindən açılması müşahidə edilmişdir.

92. Məhkəmə iclasında təqsirləndirilən şəxsə avtomobilin baqağında hər hansı sınıq və ya başqa zədənin olmaması ilə bağlı sual ünvanlanan zaman o, videogörüntüdən avtomobilin baqağının çətinliklə açılmasının və açılan zaman ilişməsinin göründüyünə istinad etsə də, məhkəmə qeyd edir ki, avtomobilin baqajının açılmasında hansısa texniki problemlərin olması bunun məhz polis əməkdaşlarının hərəkətləri nəticəsində yaranması, baqaja hər hansı müdaxilənin edilməsi qənaətinə gəlinməsi üçün əsas ola bilməz. Məhkəmə onu da nəzərə alır ki, polis əməkdaşlarının təqsirləndirilən şəxsin avtomobilinə hər hansı qanunsuz əşya qoymaq fikirləri olsa idi, şəxsi saxladıqdan sonra avtomobilin açarını ondan götürməklə avtomobilə hər hansı əşyanı yerləşdirə bilərdilər ki, bu da təqsirləndirilən şəxsin bu dəlilinin də hər hansı məntiqə sığmaması və tamamilə əsassız olması qənaətinə gəlməyə imkan verir.

93. Bununla yanaşı, Şahid2 Mingəçevirdən Bakıya gəlmək üçün Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin baqajına öz əl yükünü qoyan zaman baqajda hər hansı torbanın olmadığını, o cümlədən, Bakıya çatıb otelin yanında avtomobildən enərkən də əşyalarını avtomobilin baqajından götürən zaman baqajda hər hansı başqa əşyanın olmadığını, belə olan halda Ruslanın avtomobilinin baqajından polis əməkdaşları tərəfindən aşkar edilmiş torbaların polis əməkdaşları tərəfindən qoyulduğunu iddia etsə də, şahid Təqsirləndirilən şəxs onu Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Kristal” hotelin yanında avtomobildən endirdikdən sonra Təqsirləndirilən şəxs avtomobili idarə edərək həmin oteldən 10 km aralı məsafədə yerləşən Bakı şəhəri, Qaradağ rayonu, Kənar dairəvi yolda park edərək yenidən otelə qayıtdığını, həmin zaman kəsiyi ərzində Təqsirləndirilən şəxs hara getməsinin və nə etməsinin şahidi olmamasını diqqətdən kənarda qoymuşdur.

94. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Şahid2 avtomobildən endirdikdən sonra hansı səbəbdən avtomobili oteldən təxminən 10 km aralı məsafədə saxlaması və taksi ilə otelə qayıtmasının səbəbinə dair sual ünvanlanan zaman o, ilk olaraq suala cavab verə bilməmiş, növbəti məhkəmə iclasında polislərin ona qarşı qanunsuz hərəkətlər etməsindən ehtiyat etdiyi üçün avtomobili bilərək “Lukoil” yanacaqdoldurma məntəqəsinə yaxın kameranın altında saxlamaq məqsədi ilə həmin ərazidə park etdiyini bildirsə də, məhkəmə qeyd edir ki, şəxsin saxlanıldığı otelin yaxınlığında da “Azon” yanacaqdoldurma məntəqəsi olmuş (iş materiallarında olan “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli protokoldan görünür) və təqsirləndirilən şəxs həqiqətən də məqsədi məhz avtomobilin kameranın müşahidəsi altında saxlanılması idirsə, o, avtomobili oteldən 10 km aralı məsafədə park etməz, otelə yaxın ərazidə də park edə bilərdi ki, bu da təqsirləndirilən şəxsin dəlilinin tamamilə absurd və məntiqsiz olmasına dəlalət edir.

95. Məhkəmə iclasında təqsirləndirilən şəxsin öz müdafiəsi üçün irəli sürdüyü dəlillərdən biri də ondan ibarət olmuşdur ki, 4 ay əvvəl BNMİ-nin əməkdaşları onu saxlamışlar. Həmin vaxt ondan 10.000 manat pul istəmişlər. O da əməkdaşlara həmin məbləği verəcəyini demiş, lakin sonradan hər hansı pul verməmişdir. Daha sonra o, nömrəsini dəyişmişdir. Elməddin və Surxay adlı polis əməkdaşları ona zəng edərək əvvəl-axır onu tutacaqlarını bildirmişlər. Bu səbəbdən hazırda onun avtomobilinə narkotik vasitə qoyulmaqla o, cinayət məsuliyyətinə cəlb edilmişdir.

96. Məhkəmə təqsirləndirilən şəxsin həmin dəlilini də tamamilə əsassız və hər hansı sübuta əsaslanmayan dəlil hesab edərək qeyd edir ki, şəxsin əvvəllər polis əməkdaşları tərəfindən saxlanılması, onun nə vaxtsa polis idarəsində olması onun həmin tarixdən bir neçə ay saxlanılmasının səbəbi kimi qiymətləndirilə bilməz. Həmçinin, məhkəmə onu da nəzərə alır ki, təqsirləndirilən şəxsi hazırki iş üzrə saxlamış polis əməkdaşları arasında Təqsirləndirilən şəxs onun aylar öncə saxlanılmasında iştirak etdiyini və ondan pul tələb edərək onu təhdid etdiyini iddia etdiyi Elməddin və Surxay adlı polis əməkdaşları ümumiyyətlə olmamış və təqsirləndirilən şəxs saxlanıldıqdan sonra polis idarəsində görməsinə dair hər hansı bir xüsusata toxunmamışdır ki, bu da təqsirləndirilən şəxsin həmin dəlilinin onun sadəcə özünü müdafiə etmək və cinayət məsuliyyətindən yayınmaq naminə irəli sürülmüş dəlil olmasının göstəricisidir.

97. Məhkəmə iclasında təqsirləndirilən şəxs avtomobilini “Lukoyl” yanacaqdoldurma məntəqəsində olan kameranın altında saxladığını, əgər həmin görüntülər əldə olunarsa onun avtomobilinə narkotik vasitənin onun xəbəri olmadan polis əməkdaşları tərəfindən qoyulmasının müşahidə olunacağını bildirmiş, göstərilən xüsusatın araşdırılması üçün müdafiə tərəfin vəsatəti əsasında məhkəmə tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Kənar Dairəvi yolun 10-cu km-də yerləşən “Lukoyl” yanacaqdoldurma məntəqəsinə sorğu ünvanlanmış, həmin yanacaqdoldurma məntəqəsindən daxil olmuş məktubla Bakı şəhəri, Qaradağ rayonu, Kənar Dairəvi yolun 10-cu km-də yerləşən 57 nömrəli yanacaqdoldurma məntəqəsinin videomüşahidə kameralarının yaddaşında sorğu olunan tarix üzrə (yəni, 02 mart 2025-ci il) görüntülərin saxlanılmadığı bildirilmişdir.

98. Göründüyü kimi, təqsirləndirilən şəxsin məhkəmə iclasında irəli sürdüyü dəlillər məhkəmə araşdırması nəticəsində öz təsdiqini tapmamaqla təkzib edilmişdir.

99. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır.

100. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri, üzərinə şəxsi axtarış və götürmə həyata keçirilməsini özündə əks etdirən videodiskdə olan görüntülərlə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı (şübhəli və təqsirləndirilən şəxs qismində ifadə verərkən) verdiyi ifadələrini inandırıcı hesab edir.

101. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 054-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur.

102. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir.

103. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir.

104. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, AR CM-nin 67.1 və 67.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 1(014)-8/2023 saylı hökmü ilə təyin edilmiş əsas cəza (“Konstitusiya və Suverenlik İli” münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 3.1-ci bəndi tətbiq edilməklə əsas cəzasının 06 ay azaldılması nəzərə alınmaqla) qismən, əlavə cəza isə tam olaraq hazırda təyin edilmiş cəzaya birləşdirilməklə ona qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir.

105. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.

106. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur.

107. İş üzrə mülki iddia yoxdur.

108. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.

109. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir.

110. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 1(014)-8/2023 saylı hökmü ilə təyin edilmiş və “Konstitusiya və Suverenlik İli” münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 3.1-ci bəndi tətbiq edilməklə 06 ay azaldılmış azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 il 06 ay 26 gün hissəsi hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 08 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 1(014)-8/2023 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 02 il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə cəzası Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş qəti əsas cəzaya birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 08 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 02 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasına verilmiş 33621,7 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 78 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 11 manat olmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 275 manat məbləğində pul vəsaiti Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Nigar İmanova Hakimlər: Kamil Əliyev Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar