Məhkəmə qərarları › İş №1(101)-1883/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1883/2024

23.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1883/2024 23.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X2 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 12 avqust 1993-cü il tarixdə Yardımlı rayonunun Arus kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Yardımlı rayonu, Arus kəndində qeydiyyatda olan və faktiki ünvan 1 ünvanında yaşamış, barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 mart 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq iki bükümdə ümumi külli miqdarda təmiz çəkisi 30,749 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, bir bükümdə külli miqdarda - təmiz çəkisi 18,484 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan üzərində «Metadone-40» göstəricisi olan 180 ədəd konvalyutda ümumilikdə 1800 ədəd həbdə təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən külli miqdarda - 72 qram metadonu və bir ədəd sellofan bağlamada təmiz çəkisi 330 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq bir qismini üzərində, bir qismini isə kirayə yaşadığı mənzildə saxlamış, onun narkotik vasitələr və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında 07 mart 2024-cü il tarixdə saat 15:15-də keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, ünvan 3 ünvanın yaxınlığında idarə etdiyi «Toyota Prius» markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılıb Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmış, orada xidməti otaqların birində müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə zamanı əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda - təmiz çəkisi 22,170 qram təşkil edən psixotrop maddə metamfetamin və Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan üzərində «Methadone-40» göstəricisi olan on ədəd konvalyutda ümumilikdə 100 ədəd həbdə metadonun təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən külli miqdarda 4 qram (01 ədəd həbdə 0,04 qram) təşkil edən narkotik vasitə metadon həbləri aşkar edilərək götürülmüş və bunun davamı olaraq həmin gün saat 20:30-da onun yaşadığı Xətai rayonu, Sarayevo küçəsi, ev 16, mənzil 13 ünvanında müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə baxış keçirilərkən mənzilin yataq otağındakı çarpayının yan tərəfindən qara rəngli çantanın içərisindən bir bükümdə külli miqdarda - təmiz çəkisi 18,484 qram təşkil edən narkotik vasitə heroin, bir bükümdə külli miqdarda - təmiz çəkisi 8,579 qram təşkil edən ağ rəngli kristallik maddə, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan üzərində «Methadone-40» göstəricisi olan 170 ədəd konvalyutda ümumilikdə 1700 ədəd həbdə metadonun təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən külli miqdarda - 68 qram (01 ədəd həbdə 0,04 qram) təşkil edən metadon həbləri, bir ədəd sellofan bağlamada təmiz çəkisi 330 qram bitki mənşəlli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və üzərində narkotik vasitə heroin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, nə 07 may 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində, nə də axtarış aparılarkən evində narkotik vasitə aşkar edilməmişdir. Saxlanıldıqdan sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmış, bundan sonra gecə saat 11-12 radələrində kirayə qaldığı evə gətirilmiş, evə baxış zamanı onu saxlayan polis əməkdaşı əlində olan bağlamanı yaşadığı evə qoymuşdur.Şəxsi axtarış zamanı evinin açarı üzərində olsa da, İdarədə həmin açar ondan alınmışdır. İttiham aktında qeyd olunan narkotik vasitələrin heç biri ona aid olmamışdır. Polis əməkdaşları tərəfindən ailə üzvlərinin idarəyə gətiriləcəyinə dair hədə-qorxunun təsiri altında etiraf edici ifadələr vermişdir. Arabir olmaqla ən son saxlandığı gündən 15-20 gün əvvəl narkotik vasitə istifadə etmişdir. O, yalnız narkotik vasitənin marixuana növündən istifadə etsə də üzərindən aşkar edilən marixuana ona aid olmamışdır. Barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətə baxlılarkən məhkəmə iclasında fiziki və psixi təzyiqə məruz qalması, üzərindən və evindən aşkar edilmiş narkotik vasitələrin ona məxsus olmamasını bildirməmişdir. Döyülməsinə baxmayaraq bədənində xəsarətlər olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilmiş və göstərmişdir ki, 07 mart 2024-cü il tarixdə saat 15:15-də ünvan 3 ünvanının yaxınlığında idarə etdiyi «Toyoto-Prius» markalı, **-UV- *** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olan zaman üç nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş və onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmiş, sonra xidməti vəsiqələrini göstərərək barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarı elan etmiş və onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. İdarədə dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış və götürmə aparılmış, ona üzərində olan qanunla qadağan olunmuş nə varsa təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra əynindəki gödəkçənin sağ yan cibində saxladığı 01 ədəd bükümdə metamfetamini və 100 ədəd narkotik vasitə olan metadon həblərini təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra mütəxəssis tərəfindən kütlələrin üzərində olan əl barmaq izlərinin nümunələri götürülmüş və təhqiqatçı tərəfindən içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, Daxili İşlər Nazirliyinin 7 saylı möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonra üzərinə şəxsi axtarış zamanı şalvarının sol yan cibindən içərisində ***-***-**-** simkart nömrəsi olan «Redmi» markalı mobil telefonu, 25 manat pul, həmin şalvarın sağ yan cibindən 01 ədəd ev açarı və 01 ədəd avtomobil açarı aşkar olunmuş, şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra aşkar olunmuş kütlələr kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmış, «Redmi» markalı mobil telefonu izah verildikdən sonra götürülmüş, 01 ədəd ev açarı, 01 ədəd avtomobil açarı və 25 manat pul isə özünə qaytarılmışdır. Üzərindən aşkar olunmuş narkotik vasitəni haradan əldə etməsi soruşulduqda həmin kütlələrin özünə məxsus olmasını, tanıdığı İran İslam Respublikasının vətəndaşı olan «Qaqaş» kimi müraciət etdiyi şəxsin vasitəsilə bir ay əvvəl Yardımlı rayonu ərazisində əldə etdiyini, həmçinin Bakı şəhəri, Xətai rayonunda yaşadığı mənzildə də narkotik maddə saxladığını, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor təqbiq edilmədiyini bildirmişdir. Sonra zərurət olduğundan idarə etdiyi avtomobilə də baxış keçiriləcəyi bildirilmiş, baxış keçirilməsinə etirazı olmadığını deyərək bu barədə ərizə təqdim etmiş, daha sonra idarə etdiyi «Toyota-Prius» markalı avtomobilə baxış keçirilmiş, lakin baxış zamanı avtomobildən hər hansı bir qanunsuz əşya, maddə aşkar edilməmişdir. Sonra isə polis əməkdaşları ilə birlikdə baxış keçirilməsi üçün yaşadığı mənzilə getmiş, mənzildə saxladığı narkotik vasitələri təqdim etməsi təklif olunduqda yataq otağında çarpayının yan tərəfində qara rəngli çantanın içərisində saxladığı 01 ədəd bükümdə heroini, 01 ədəd bükümdə metamfetamini, 01 ədəd bükümdə qurudulmuş marixuananı və 1700 ədəd metadon həblərini təqdim etmişdir. Daha sonra mütəxəssis tərəfindən kütlələrin üzərində olan əl-barmaq izlərinin nümunələri götürülmüş və təhqiqatçı tərəfindən içərisi boş olan kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra təhqiqatçı tərəfindən qara rəngli çantaya baxış keçirilmiş və içərisindən 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan sonra aşkar edilmiş kütlələr elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixatrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyəyinə malik ola biləcək digər əşylar və ya sənədlər aşkar edilməmişdir. Sorğu zamanı aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olmasını, həmin kütlələri tanıdığı İran İslam Respublikasının vətəndaşı olan «Qaqaş» kimi müraciət etdiyi şəxsin vasitəsilə bir ay əvvəl Yardımlı rayonu ərazisindən əldə etdiyini bildirmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmiş, üzərindən və yaşadığı ünvandan aşkar olunaraq götürülmüş külli miqdarda narkotik vasitələri, metamfetamini, qurudulmuş marixuananı və metadon həblərini «Qaqaş» kimi tanıdığı İran İslam Respublikasının vətəndaşının göndərdiyini, hazırda xatırlamadığı kart nömrəsinə «Emanat» vasitəsilə 1000 manat göndərərək onun qoyduğu yerdən götürüb saxladığını, həmin iranlı ilə başqa bir iş birliyi olmadığını, baxış zamanı üzərindən və yaşadığı mənzildən aşkar olunaraq götürülmüş külli miqdarda narkotik vasitələr, metamfetamin, qurudulmuş marixuana və metadon həblərinin özünə məxsus olduğunu, həmin narkotik vasitələrin pulunu əvvəlcədən verib aldığını və satıb pul qazanmaq istədiyini, saxlanılarkən və idarəyə gətirilən zaman üzərinə şəxsi axtarış keçirilmədiyini, yalnız Baş Narkotiklərlə Mübarizə İdarəsində müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirildiyini, İran İslam Respublikası vətəndaşı kimi tanıdığı «Qaqaş» adlı şəxsin anket məlumatlarını bilmədiyini və onunla necə tanış olmasının yadında qalmadığını bildirmişdir (cild 1, iş vərəqi 97-100). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclas zalında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxs tutulmasından 15-20 gün əvvəl narkotik vasitələrlə əlaqədar olaraq İdarəyə dəvət edilmişdir. Təqsirləndirilən şəxs narkotik ticarəti ilə məşğul olan iranlı şəxsi təhvil verəcəyi ilə bağlı söz vermişdir. 20 gün sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılaraq Baş İdarəyə gətirilmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs üzərindən narkotik vasitələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri “Qaqaş” adlı iranlı şəxsdən əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs avtomobilindən qanunsuz heç nə aşkar edilməsə də onun evindən narkotik vasitələr aşkar edilmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitələri satmasını görməsə də narkotik vasitələri “zakladka” üsulu ilə harasa qoyması sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs sonuncu dəfə tutularkən onlara kömək etmədiyi üçün peşman olduğunu bildirmişdir. Məhkəmə iclas zalında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, 07 mart 2024-cü il tarixdə, Bakı şəhəri, Nəsimi rayonu ərazisində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında Təqsirləndirilən şəxs saxlanılaraq Baş İdarəyə dəvət edilmişdir. Baş İdarədə təqsirləndirilən şəxsin üzərinə baxış zamanı onun üzərindən “metamfetamin” və “metadon” həbləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin evinə baxış keçirilən zaman onun evindən də narkotik vasitələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri “Qaqaş” adlı İran vətəndaşından əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs özü evində narkotik vasitə olduğunu etiraf etmişdir. Mənzilə baxış çəkiliş vasitəsilə həyata keçirilmişdir. Məhkəmə iclas zalında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, 07 mart 2024-cü il tarixdə, günorta saat 16:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu Salamzadə küçəsində Vüsal adlı şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər. İdarədə baxış zamanı təqsirləndirilən şəxs könüllü olaraq üzərində olan metamfetaminə bənzər maddəni təqdim etmiş, həmin maddələrdən evində də olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsin evinə baxış zamanı metamfetaminə bənzər maddə və narkotik vasitə olan marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni İran vətəndaşından aldığını bildirdi. Təqsirləndirilən şəxs tutulmasında iştirak etmişdir. Əməliyyat məlumatı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olmuşdur. Dövriyyə dedikdə narkotik vasitənin daşınması nəzərdə tutulmuş, sonradan narkotik vasitələrin satışının aşkar edilməsi istiqamətində tədbirlər həyata keçirilməmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 07 mart 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və ona əlavə edilmiş həmin istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni və 100 ədəd narkotik vasitə olan metadon həblərinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefon, 25 manat pul, həmin şalvarın sağ yan cibindən 01 ədəd ev açarı və 01 ədəd avtomobil açarı aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş psixotrop maddə olan metamfetaminə bənzər kütlə zərfə qoyularaq qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd «Redmi» markalı mobil telefon aparatı bu barədə Təqsirləndirilən şəxs izah verildikdən sonra təhqiqatçı tərəfindən götürülmüş, 01 ədəd ev açarı, 01 ədəd avtomobil açarı və 25 manat pul isə özünə qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə olan metamfetaminə bənzər kütlənin özünə məxsus olduğunu, həmin kütləni “Qaqaş” ləqəbi ilə tanıdığı İran İslam Respublikası vətəndaşından bir ay əvvəl Yardımlı rayonu ərazisində əldə etdiyini, həmçinin Bakı şəhəri, Xətai rayonunda yaşadığı mənzildə narkotik vasitə olduğunu, həmin mənzilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 35-38, 78-79). 07 mart 2024-cü il tarixli “Mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan və ona əlavə edilmiş həmin istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına baxış zamanı Təqsirləndirilən şəxs mənzildə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs mənzilin yataq otağında çarpayının yan tərəfindən qara rəngli çantanın içərisindən 01 bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni, 01 ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni, 01 ədəd bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni və 1700 ədəd narkotik vasitə olan metadon həblərinə bənzər kütləni təqdim etmişdir. Daha sonra mütəxəssis tərəfindən kütlələrin üzərində olan əl-barmaq izlərinin nümunələri götürülmüş, içərisi zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənərək imzalanmışdır. Bundan sonra təhqiqatçı tərəfindən qara rəngli çantaya baxış zamanı içərisindən 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Daha sonra aşkar olunaraq götürülmüş kütlələr zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunaraq götürülmüş kütlələrin və elektron tərəzinin özünə məxsus olmasını, həmin kütlələri “Qaqaş” kimi müraciət etdiyi şəxsin vasitəsilə 1 ay əvvəl Yardımlı rayonu əraisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədilə əldə etdiyini, narkotik vasitələri müəyyən yelərə qoymağına görə həmin şəxsin ona 1000 manat pul verdiyini bildirmişdir. Mənzilə baxış zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir ( cild 1, iş vərəqə 46-48, 80-81). 08 mart 2024-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi olan bir ədəd zərfdə və bir ədəd sellofn paketdə olan: - üzərində «Təqsirləndirilən şəxs təqdim etdiyi....» sözləri, soyad və imzalar olan qeyd edilmiş zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 22,170 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Üzərində «Methadone-40» göstəricisi olan 10 ədəd konvalyutda ümumilikdə 100 ədəd həbdə metadonun təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 4 qram (01 ədəd həbdə 0,04 qram) təşkil edir. - «Təqsirləndirilən şəxs yaşadığı mənzildən təqdim etdiyi...» sözləri, soyad və imzalar qeyd edilmiş 01 ədəd sellofan bağlamada 01 ədəd bükümdə təmiz çəkisi 18,484 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər 01 ədəd təmiz çəkisi 8,579 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir.Üzərində «Methadone-40» göstəricisi olan 170 ədəd konvalyutda ümumilikdə 1700 ədəd həbdə metadonun təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 68 qram (01 ədəd həbdə 0,04 qram) təşkil edir. - Təqdim edilmiş 02 ədəd bükümdə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparılması mümkün deyildir. Ekspertiza tədqiqatından sonra heroinin qalıq çəkisi 18,434 qram, metamfetaminin qalıq çəkisi 30,649 qram, metadon həblərinin qalıq sayı 1760 ədəd təşkil etmişdir (cild 1, iş vərəqi 57-62) 08 mart 2024-cü il tarixli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs yaşadığı ünvanda təqdim etdiyi....» sözləri yazılmış sellofan bağlamada 01 ədəd skoçla bağlanmış sellofonda təmiz çəkisi 330,0 qram bitki mənşəlli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 01 ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan marixuananın hissəcikləri yoxdur. Marixuananın hissəcikləri olmadığına görə təqdim olunmuş marixuana ilə müqayisəli tədqiqat aparılmamışdır. Ekspertiza tədqiqatından sonra marixuananın qalıq çəkisi 329,95 qram təşkil etmişdir (cild 1, iş vərəqi 63-67) 27 mart 2024-cü il tarixli məhkəmə-doktiloskopik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs əl əksləri müqayisəli tədqiqat üçün yararlıdır. xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota-Prius” markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobilə, şəxsin üzərinə və yaşadığı mənzilə baxış keçirilməsi ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 09 ədəd yapışqanlı lent kəsikləri üzərində olan 01 ədəd əl barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əl-barmaq izi xx.xx.1993-cü ildə Yardımlı rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin adsız barmağının əksi ilə eynilik təşkil etmişdir( cild 1, iş vərəqi 166-178) 25 aprel 2024-cü il tarixli ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə halları olub, lakin müayinə zamanı onda narkomaniya xəstəliyi aşkar olunmamışdır. Hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür ( cild 1, iş vərəqi 179-180). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 17 mart 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum edilməmişdir (cild 1, iş vərəqə 124). 22 may 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, təmiz çəkisi 18,484 qram olan narkotik vasitə heroin, təmiz çəkisi 30,749 qram olan psixotrop maddə olan metamfetamin, 1800 ədəd narkotik vasitə olan «Methadone-40» həbləri, təmiz çəkisi 330,0 qram olan narkotik vasitə qudulumuş marixuana və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış, qalıq qalmış 18,434 qram çəkidə narkotik vasitə heroin, 30,649 qram çəkidə psixotrop maddə metamfetamin, 1760 ədəd «Methadone-40» həbləri, 329,95 qram çəkidə marixuana və 01 ədəd elektron tərəzi saxlanılması üçün Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlancına verilmişdir. Təqsirləndirilən şəxs üzərinə səxsi axtarış və götürmə aparılması prosesinin video görüntüsünün əks olunduğu 01 ədəd CD disk, yaşadığı mənzilə baxış keçirilməsi və götürmə aparılması prosesinin video görüntüsünün əks olunduğu 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 190-205). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə CM-nin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 №-li qərarının 9cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 16-cı bəndinin 3-cü abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1-1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edibetməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 2-ci Siyahısının 118-ci bəndinə əsasən - təmiz halda 2(iki) qram və daha artıq çəkidə psixotrop maddə metamfetamin, həmin Siyahıların 1-ci siyahısının 83-cü bəndinə əsasən təmiz halda 2 (iki) qram və daha artıq çəkidə narkotik vasitə heroin,111-ci bəndinə əsasən təmiz halda 1,6 qram və daha artıq çəkidə narkotik vasitə metadon külli miqdar və 109.1-ci bəndə əsasən qurudulmuş halda 500 (beş yüz) qram və daha artıq çəkidə narkotik vasitə marixuana külli miqdar təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən psixi və fiziki təzyiqə məruz qalması səbəbindən saxlanılarkən üzərində və evində narkotik vasitə olmasına, narkotik vasitənin satışını həyata keçirtməsinə dair etiraf edici ifadələr verməsi barədə məhkəmə iclasında dindirilən zaman qeyd etdiklərini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətə baxılarkən məhkəmə iclasında əməlini etiraf edərək, özünü təqsirli bilmiş və üzərindən, evindən aşkar edilən narkotik vasitələrin ona məxsus olmamasını mübahisələndirməmişdir. Digər tərəfdən həm təqsirləndirilən şəxsin üzərindən, həm evindən aşkar edilən kütlələrin üzərindən götürülmüş əl-barmaq izləri 27 mart 2024-cü il tarixli məhkəmə daktiloskopik eskpertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs əlbarmaq izləri ilə eynilik təşkil etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin üzərindən və evindən aşkar edilmiş narkotik vasitələrin ona məxsus olmasının işin mübahisəsiz hallarını təşkil etməsini, həmin narkotik vasitələrin miqdarını, növ müxtəlifliyini nəzərə alaraq hesab edir ki,qeyd edilən hallar müvafiq maddələrin əldə edilməsin saxlanılması və daşınması ilə bağlı Vüsal Qasımzadənin əməllərində satış məqsədi olmasına dəlalət edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir.Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətdir. Qeyd olunan əməl təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir və başa çatmış cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, törətdiyi cinayətin xarakteri və ictimai təlükəliliyini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiyasının həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 07 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 23), Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 mart 2024-cü iİ tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 07 mart 2024-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 108-111). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 07 mart 2024-cü il tarixdən hesablanmalıdır. 25 aprel 2024-cü il tarixli ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə halları olub, lakin müayinə zamanı onda narkomaniya xəstəliyi aşkar olunmamışdır. Hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür ( cild 1, iş vərəqi 179-180). Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkamoniyadan məcburi müalicə təyin olunmamalıdır. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 18,434 qram təşkil edən narkotik vasitə heroin, 30,649 qram psixotrop maddə metamfetamin, 1760 ədəd «Methadone-40» həbləri, 329,95 qram marixuana və 01 ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə səxsi axtarış və götürmə, yaşadığı mənzilə baxış və götürmə istintaq hərəkətlərinin videogörüntüsünü özündə əks etdirən 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 154 (bir yüz əlli dörd) manat məhkəmə xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1,iş vərəqə 58, 64). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Bakı şəhəri “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Cinayət- Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 54 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi1 vəkil işlədiyi “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun hesabına 324 (üç yüz iyirmi dörd) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 07 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 18,434 qram təşkil edən narkotik vasitə heroin, 30,649 qram psixotrop maddə metamfetamin, 1760 ədəd «Methadone-40» həbləri, 329,95 qram marixuana və 01 ədəd elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş səxsi axtarış və götürmə, yaşadığı mənzilə baxış və götürmə istintaq hərəkətlərinin videogörüntüsünü özündə əks etdirən 02 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 154 (bir yüz əlli dörd) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı 54 (əlli dörd) iş saatı üçün dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi1 üçün 324 (üç yüz iyirmi dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar